«Türkologiya».–2011.№1.–S. 69-75. TÜRk diLLƏRİNDƏ ortaq terminologiyanin yaradilmasi cəMİLƏ babayeva



Yüklə 39.89 Kb.
Pdf просмотр
tarix26.02.2017
ölçüsü39.89 Kb.

«Türkologiya».–2011.-№1.–S.69-75.

TÜRK DİLLƏRİNDƏ ORTAQ TERMİNOLOGİYANIN YARADILMASI

CƏMİLƏ BABAYEVA

Xülasə. Məqalədə türk xalqları arasında dil birliyi üçün vacib olan ortaq terminlərdən bəhs olunur. Bununla

yanaşı, termin yaradıcılığında türk dillərinə əsalanaraq ortaq terminologiyanın yaradılması yollarından, həmçinin bu

sahədə görüləcək işlər və irəli sürülən təkliflərdən danışılır.

Açar sözlər: türk dünyası, türk dilləri, dil birliyi, ortaq, terminologiya

XI-XIl  əsrlərdən  etibarən  Azərbaycan  dilinə  külli  miqdarda  ərəb  və  fars  sözləri  daxil  olmuş  və  bu  proses

təxminən  XVIII  əsrin  əvvəllərinə  qədər  davam  etmişdir.  XIX  əsrdə  artıq  şərq  dillərindən  gələn  sözlər  azalmağa

başlamış, rus  dilindən  və  bu  dilin  vasitəsilə  Avropa  dillərindən  alınan  terminlər  çoxluq  təşkil etmişdir.  XX  əsrdə

Azərbaycan  dilinin  lüğət  tərkibinə  ictimai-siyasi,  elmi-texniki  tərəqqi  ilə  bağlı  olaraq,  yeni-yeni  terminlər  daxil

olmuşdur. Bu terminlərin əsas hissəsini Avropa mənşəli sözlər təşkil edir. Azərbaycan dili, ingilis, alman, fransız,

italyan,  ispan  və  s.  dillərlə  birbaşa  təmasda  olmadığından,  həmin  terminlər  rus  dili  vasitəsilə  dilimizə  daxil

olmuşdur.  Rus  dili,  Avropa  dilləri  ilə  Azərbaycan  dili  arasında  bir  növ  vasitəçi  rolu  oynamışdır.  Bu  səbəbdən

dilimizə rus dilinin özündən də ictimai-siyasi və elmi-texniki tərəqqi anlayışı ilə bağlı olan sözlər keçmişdir.

N.  Cəfərov  qeyd  edir  ki,  «XX  əsrin  əvvəllərində,  xüsusilə  sovet  dövründə,  bir  sıra  rus  alınmalarının  milli

tələffüzə uyğunlaşması daha əvvəlki dövrlərin təcrübəsindən gəlir və vaxtilə rus dilinə keçmiş türk mənşəli sözlər

rus dili ilə müxtəlif türk dillərinin leksik kontaktını asanlaşdırır. Bununla belə, xüsusilə sovet dövründə, rus dilinin

ümumittifaq  ünsiyyət  vasitəsi  səlahiyyətindən  sui-istifadə  olunmuş,  türk  ədəbi  dillərinə,  o  cümlədən  Azərbaycan

türk ədəbi dilinə heç bir tarixi əsası olmadan külli miqdarda rus və Avropa sözləri doldurulmuşdur» [1. S. 100].

Bildiyimiz  kimi,  dil  başqa  dillərdən  alınan  sözlərlə  zənginləşir.  Elm  və  texnologiya  sahələrindəki  inkişafla

əlaqədar  olaraq,  bir  çox  əcnəbi  terminlər  dilə  daxil  olur.  Amma  əcnəbi  terminləri  qəbul  etməzdən  əvvəl  dilin

mövcud imkanlarmı araşdırmaq lazımdır.

Məlumdur  ki,  alınma  terminlər  dilimizə  mənsub  olduğu  dilin  qrammatik  qayda-qanunlarını,  fonetik

xüsusiyyətlərini gətirir. Halbuki əcnəbi dillərdən gələn terminlərin Azərbaycan dilində qarşılıqları vardır, ya da türk

dilləri bunları qarşılayacaq yaradıcı imkanlara malikdir.

Hər hansı bir dilin elm dili olması üçün əvvəlcə o dilin beynəlxalq səviyyədə elm və texnologiya sahəsindəki

termin və ifadələri qarşılayacaq söz xəzinəsinə sahib olması mütləqdir.

Azərbaycan dilinin quruluşu elmi terminləri qarşılayacaq xüsusiyyətə malikdir. O öz-özünü kökündən yarada

bilən,  işləndikcə  zənginləşən  bir  dildir.  Qrammatik  xüsusiyyətlər  baxımından  Azərbaycan  dili  qədər  düzgün

qaydalarla  təchiz  edilmiş  başqa  bir  dil  yoxdur.  «Başqa  dillərdə  olduğu  kimi,  Azərbaycan  dilində  də

terminologiyanın yaradılması və zənginləşdirilməsi üçün ən əlverişli yol dilin daxili imkanları əsasında terminlərin,

termin-söz birləşmələrinin yaradılmasıdır. Ona görə də elm və texnikanın müxtəlif sahələrində meydana gələn yeni

anlayışların  ifadəsi  üçün  terminlər  yaradılarkən  ən  əvvəl  ana  dilinin  lüğət  tərkibinə  nəzər  salmaq,  onun  daxili

imkanlarından səmərəli istifadə etmək lazımdır» [2. S. 64-65].

Müstəqillik  illərində  termin  yaradıcılığında  əsas  mənbə  kimi  türk  dillərindən  istifadə  edilməkdədir.  Eyni

soydan gələn, eyni tarixi, dil və mədəniyyəti paylaşan türk dövlətləri ilə 1990-cı ildən sonra iqtisadi, mədəni, siyasi

əlaqələrin inkişafı dilimizə qonşu türk dillərindən, əsasən də Türkiyə türkcəsindən külli miqdarda terminlərin daxil

olmasına  səbəb  olmuşdur.  Azərbaycan  dilində  termin  yaradıcılığının  əsas  istiqamətlərini  araşdıran  X.  Qasımova

yazır  ki, «eyni kökdən olan Azərbaycan və Türkiyə türkcəsi üçün ortaq olan, lakin rus dilinin uzunmüddətli təsiri

nəticəsində  lüğət  tərkibimizdə  işlək  olmayan  bir  sıra  ortaq  türk  sözləri  alınmaların  qarşılığı  olaraq  işlənməyə

başlandı. Terminlərin işlənməsində paralellik meydana gəldi. Hər bir sözün yenicə daxil olduğu dilə uyğunlaşması,

adaptasiya prosesi başlandı» [3. S. 28].

Hal-hazırda  müstəqil  Azərbaycan,  türkmən,  qazax,  özbək  və  qırğız  xalqları ilə  Türkiyə  arasında  əlaqələrin

həcmi və intensivliyi durmadan artmaqdadır. Hərtərəfli əməkdaşlığın inkişafı, bu qohum dillərin lüğət tərkibinə də

öz  təsirini  göstərir.  Tarixi-mədəni,  təhsil,  iqtisadi-siyasi,  diplomatik,  beynəlxalq  və  s.  sahələrlə  bağlı söz  alıb  söz

verirlər.  Məlumdur  ki,  Türkiyə  türkcəsinə  Avropa  dillərinin  təsiri  böyükdür.  Bu  dilə  fransız, ingilis,  italyan  və  s.

dillərdən  külli  miqdarda  sözlər  keçmişdir.  Alınmalar  zamanı bu  tip  sözlərdən  mümkün  olduqca  uzaq  olmaq,  türk

mənşəli sözlərdən istifadə etmək daha məqsədəuyğundur.

Əvvəlki  dövrlərdə  terminalmada  rus  dili  mühüm  rol  oynayırdısa,  müasir  dövrdə  Qərbi  Avropa,  xüsusən

ingilis  dilinin,  həmin  funksiyanı  yerinə  yetirdiyini  görürük.  Bu  proses  milli  terminlərin  yaranmasına  mənfi  təsir

göstərir. Bunun qarşısını almaq üçün türk dillərinin geniş funksional imkanlarından yararlanmaq lazımdır. Dilimizi

xarici  dillərin  təsirindən  qorumaq,  inkişaf  etdirib,  zənginləşdirmək  üçün  onu  şüurlu  bir  şəkildə  öz  qayda  və

qanunlarına uyğun olaraq istifadə etməliyik.

Təbii  ki,  türk  dillərinə  əsaslanaraq  ortaq  terminlər  yaradarsaq,  dilimizə  daxil  olan  əcnəbi  söz  və  ifadələrin


qarşısını almaq  asanlaşar.  Bunlara  qarşılıq  tapmazsaq  Azərbaycan  dilində  düşünə  bilmərik  və  əcnəbi  dillərin  türk

dilləri üzərindəki hökmranlığı daha da artmış olar. Bu gediş türk. dillərinin inkişaf edib zənginləşməsinin qarşısını

almaqla yanaşı, türk elminə və mədəniyyətinə də mənfi təsir göstərər.

Müstəqillik  qazandıqdan  sonra  türk  dövlətləri  arasında  ortaq  ünsiyyətə  xidmət  edəcək  dilin  yaranması

zamanın  tələbinə  çevrilmişdir.  Bu  istiqamətdə  atılacaq  ilk  addımlardan  biri  ortaq  əlifbaya  nail  olmaqdırsa,  digəri

ortaq terminologiyanın yaradılmasıdır.

Uzun  müddət  bir-birindən  ayn  düşmüş  türk  xalqlarının  yaxınlaşması  üçün  ilk  növbədə  onların  dillərinin

yaxınlaşması  vacib  şərtdir.  Türk  dillərinin  yaxınlaşması  üçün  bu  dillərin  lüğət  tərkibində  ortaqlıq  yaratmaq

lazımdır. Dil birliyi üçün ortaq terminlərin yaradılması qarşıda duran vacib şərtlərdəndir.

Terminləri  türk  mənşəli  söz  köklərindən  yaratmaq  lazımdır.  Türkcənin  bir  elm  dili  kimi  inkişafı  bundan

aslıdır.

Türk  xalqlarının  soykökünə  qayıtması  və  terminologiya  sahəsində  birlik  əldə  olunması  üçün  ortaq  termin

sözlüklərinin hazırlanması böyük rol oynaya bilər. Bu baxımdan türk dillərindəki terminləri ehtiva edən ortaq türk

terminoloji lüğətlərin nəşr edilməsi son dərəcə vacibdir. Bu terminləri istifadə edən türk dünyası ölkələri bu sahədə

də yaxınlaşmış olar və beləliklə türk dilləri arasında birlik bir qat daha güclənər.

1993-cü  ildən  keçirilən  türk  dövlət  və  cəmiyyətlərinin  dostluq,  qardaşlıq  və  əməkdaşlıq  qurultayında  türk

dünyasını  narahat  edən  məsələlər,  onların  həlli  yolları,  ortaq  türkcə  problemləri  əsas  mövzuya  çevrilmişdir.

Keçirilən  qurultaylar  zamanı  türk  dillərində  ortaq  terminologiyanın  yaradılması  müzakirə  olunan  əsas  məsələlər

sırasında olmuşdur. Türk dövlət və cəmiyyətlərinin dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı terminlərlə bağlı bir

sıra qərarlar qəbul etmişdir.

I  qurultayda  dil-əlifba  komissiyası,  türk  dillərində  terminləri  birləşdirmək  məqsədiylə  ayrı  bir  terminoloji

iclasın qurulması və terminoloji komissiyanın yaradılması fikrini irəli sürmüşdü [4. S. 3].

Türk  dövlət  və  cəmiyyətlərinin  FV  Dostluq,  qardaşlıq  və  əməkdaşlıq  qurultayında  hüquq  komissiyası türk

dövlətləri  arasında  hüquq  sahəsində  də  termin  birliyi  yaratmaq  üçün  «Türk  ləhcələri  hüquq  terminləri  lüğəti»nin

hazırlanmasını qərara almışdır [4. S. 97].

Bundan başqa qurultay  qərarları içərisində  təhsil  terminologiyasında  ortaqlığı  təmin  etmək məqsədilə  ortaq

ixtisas komissiyasının qurulması, həmçinin  türk  dünyasında  dil,  ədəbiyyat,  incəsənət,  elm,  texnika  və  idman  kimi

müxtəlif sahələrə aid mümkün olduqca ortaq terminlərin yaradılması fikri yer almaqdadır [4. S. 35].

Türk  dövlət  və  cəmiyyətlərinin  V  Dostluq,  qardaşlıq  və  əməkdaşlıq  qurultayında  mədəniyyət  komissiyası

türk  dünyasında  termin  birliyi  sahəsində  aparılan  işlərin  sürətləndirilməsini,  bununla  bağlı olaraq  türk  dövlət  və

cəmiyyətləri tərəfindən elmi iclaslar keçirilməsini və nəticələrin ictimaiyyətə çatdırılmasını tövsiyə etmişdir [4. S.

115].


Türk  dövlət  və  cəmiyyətlərinin  V  Dostluq,  qardaşlıq  və  əməkdaşlıq  qurultayının  yekun  sənədində  türk

dünyasında  termin  birliyini  təmin  etmək  məqsədilə  əlaqədar  sahələrdə  mütəxəssislərin  qatılacağı  elmi  iclasların

keçirilməsi qərarı qəbul edilmişdir [4. S. 131].

2007-ci  ildə  Bakıda  keçirilən  türk  dövlət  və  cəmiyyətlərinin  XI  Dostluq,  qardaşlıq  və  əməkdaşlıq

qurultayında təhsil və elm adamları ortaq terminologiyanın yaradılmasına dair tövsiyə və təkliflərini irəli sürmüşlər.

B. Əsgərov «Türk ölkələri birliyi: ortaq hüquq terminləri» ilə bağlı qurultaydakı çıxışında vurğulamışdır ki,

«müzakirələrdə iştirak edən hər bir ölkə təmsilçisi istəyəcəkdir ki, onların termini qəbul olunsun. Buna görə də hər

bir ölkədən hüquq və dilçilik üzrə elm adamları dəvət olunmalı, işçi qrupu yaradılmalı, bu istiqamətdə müzakirələr

aparılmalıdır.

Müzakirə  əsnasında  mühüm  əhəmiyyət  kəsb  edən  məsələlər  ön  plana  çıxarılmalı,  bu  sahədə  bir  sistem

qurulmalıdır. Bunun üçün terminyaratmada və terminologiyada mövcud olan nəzəri və praktiki biliklərə əsaslanmaq

lazımdır.  Termin üçün xarakterik ünsürlər əsas  götürülərək,  seçim  aparılmalıdır.  İlk olaraq  terminin  milli  mənşəli

olmasına  diqqət  yetirilməlidir. Daha  çox  ölkədə  özünə  yaşamaq haqqı qazanmış, yəni,  türk  dövlətlərinin  çoxunda

işlədilən eyni bir termin seçilməlidir» [5. S. 259]. Sonra o, belə bir təklif irəli  sürür: «Anadolu  türkcəsi  daha  çox

topluma  xidmət  edir,  Türkiyə  kimi  qocaman  bir  dövlətin  dövlət  dilidir.  Eyni  zamanda  Türkiyənin  dövlətçilik

ənənəsi  daha  qədimdir,  onun  imkanları  daha  genişdir.  Bunlar  nəzərə  alınaraq,  Türkiyə  türkcəsindəki  hüquq

terminləri  əsas  götürülə,  kiçik  dəyişiklik,  əvəzləmələr  aparılmaqla,  bütün  türk  dövlətləri  üçün  ortaq  terminlərə

çevrilə bilər» [5. S. 260].

F.  Ağasıoğlu  XI  qurultayda  bu  məsələyə  münasibət  bildirərək  qeyd  edir  ki,  «ayrı-ayrı elm  sahələrinə  aid

terminoloji lüğətlərin ortaq dildə tərtibi, bir tərəfdən, həmin elmlərin inkişafına xidmət  edər, digər tərəfdən, ortaq

türk dilinin zənginləşməsinə səbəb olar. Beynəlxalq qurultay, forum, simpozium və sair toplantılarda danışılan dil

qarşılıqlı anlaşmaya  yardım  etməlidir.  Bunun  üçün  ən  gözəl  vasitə  yenə  də  ortaq  dildir.  Ona  görə  müxtəlif  sahə

uzmanları dilçi alimlərlə birlikdə gecikmədən konkret sahələr üzrə terminlər sözlüyünün tərtibinə başlamalıdırlar»

[5. S. 290].

Dil birliyi üçün ortaq terminlərin yaradılması haqqında deyilənləri qısaca belə ümumiləşdirmək olar:

-ortaq terminlər milli mənşəli olmalıdır;

-termin yaradıcılığında əsas mənbə kimi türk dillərindən istifadə edilməlidir;

-türk dövlətlərinin çoxunda işlədilən eyni bir termin seçilməlidir;



-ortaq terminoloji lüğətlər hazırlanmalıdır.

Türk:  dillərində  ortaq  terminologiyanın  yaradılması dil  birliyimizin  əsas  göstəricisidir.  Söz  yaradıcılığının

bütün uğurlu yollarından faydalanıb, dilimizə yeni ortaq terminlər qatmalıyıq.

Məqalənin  elmi  yeniliyi  və  tətbiqi  əhəmiyyəti.  Məqalənin  elmi  yeniliyi  və  tətbiqi  əhəmiyyəti  ondan

ibarətdir  ki,  türk  dilləri  üçün  ortaq  terminologiyanın  yaradılması,  türk  xalqlarının  və  onların  ədəbi  dillərinin

birliyini  reallaşdırmaq  baxımından  əhəmiyyətli  ola  bilər.  Həmçinin  bu  proses  türk  dillərinə  daxil  olan  əcnəbi

terminlərin qarşısını almaqda mühüm praktik əhəmiyyət kəsb edir.



Ə D Ə B İ Y Y A T

1. Cəfərov Nizami. Seçilmiş əsərləri. Bakı: Elm, 2007. C. 1.

2. Sadıqova Sayalı. Azərbaycan dili terminologiyasının nəzəri problemləri. Bakı: Elm, 2002.

3. Qasımova Xanım. Müstəqillik illərində Azərbaycan dilində termin yaradıcılığının əsas istiqamətləri. Bakı:

Elm, 2009.

4. 9. Türk Dövlət Toplulukları Dostluk, Kardeşlik ve İşbirliği Kurultayı. TÜDEV. Ankara, 2006.

5. Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı. Bakı, 2008.

ДЖАМИЛЯ БАБАЕВА

СОЗДАНИЕ ЕДИНОЙ ТЕРМИНОЛОГИИ ТЮРКСКИХ ЯЗЫКОВ

Резюме

В статье говорится о важной дня всех тюркских народов проблеме создания единой терминологии, о

намеченных в этой области действи ях, а также о некоторых путях претворения в жизнь этих действий.

Ключевые слова: тюркский мир, тюркские языки, языковое  единство, совместный, терминология

JAMILA BABAYEVA

THE WAYS OF CREATION COMMON TERMINOLOGY ON TURKIC LANGUAGES

Summary

In the article is spoken about the common terms which are necessary for language unit among Turkic people.

The ways of creation common termino logy, based on Turkic languages, are shown in tenn creativity. There is also

spoken about the works to be done and the suggestions to be offered in this field.



Key words: Turkic world, Turkic languages, language union, community, terminology

Каталог: docs -> jurnal
jurnal -> Roza eyvazova
jurnal -> Naxçivan tariXİNƏ VƏ MƏDƏNİYYƏTİNƏ daiR Əlyazma mətnləRİ SƏbuhi İbrahimov
jurnal -> İnsan qrupunu qəSDƏn məhv etmək siyasəTİ Nəsir Məmmədov, амеа-nın İnsan Hüquqları İnstitutu Açar sözlər
jurnal -> Türk xalqlarının ortaq dastanlarının yaranması və yayılması coğrafiyası Sədnik Paşa Pirsultanlı
jurnal -> AZƏrbaycan xalq cümhuriYYƏTİ DÖVRÜNDƏ ƏDLİYYƏ naziRİ aslan bəy səFİKÜrdskiNİn həyati və FƏALİYYƏTİ Rauf rzayev
jurnal -> DÜnya azərbaycanlilarinin III qurultayi: Güclü Azərbaycan üçün güclü diaspor Vüsalə Kərimova
jurnal -> Milli-mənəvi dəyərlərin şagird şəxsiyyətinin formalaşmasına təsiri İsfəndiyar Novruzlu
jurnal -> «Mədəni Maarif». 2011.№1. S. 24-26. Müzikl janrının tarixinə qısa baxış (1920-70-ci illər) Pikə FƏtullayeva
jurnal -> «Q a n u n ç u lu q». 2 0 1 № S. 3 2 3 7
jurnal -> “Qanun”. 2013.№11. S. 58-66. CİNayətkarliq haqqinda


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə