AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ


Ümumtəhsil fənlərilə əlaqəli tədris olunma baxımından



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix09.02.2017
ölçüsü2,91 Mb.
#7872
1   2   3   4   5   6   7   8   9   ...   21

 
1.3. Ümumtəhsil fənlərilə əlaqəli tədris olunma baxımından 
gənclərin çağırışaqədərki hazırlığı üzrə proqram və dərsliyin 
imkanlarının müəyyənləşdirilməsi 
 
Hal-hazırda orta ümumtəhsil məktəblərində “Gənclərin çağırı-
şaqədərki hazırlığı” adı ilə tədris olunan fənnin son 30 il ərzindəki 
məzmununa və onun təkmilləşdirilməsi istiqamətlərinə nəzər salma-
ğı məqsədəuyğun sayırıq. Fənn 1970-75-ci illərdə “Orta ümumtəhsil 
məktəbi şagirdlərinin ibtidai hərbi hazırlığı”, 1975-81-ci illərdə “İb-
tidai hərbi hazırlıq”, 1981-95-ci illərdə “Gənclərin ibtidai hərbi ha-
zırlığı” adı ilə tədris olunmuş, proqram və dərsliklər Moskvada ha-
zırlanmışdır. 1993-cü ildən fənn Azərbaycan dilində tədris olunma-
ğa başlamış, hazırda “Gənclərin çağırışaqədərki hazırlığı” adı ilə ha-
zırlanmış milli dərslik əsasında (60, 61, 62) tədris olunur. 

 
42 
Orta ümumtəhsil məktəbləri üçün ibtidai hərbi hazırlıq proqra-
mı ilk dəfə 1973-cü, sonra 1975-ci ildə (52) nəşr olunmuşdur. Proq-
ramda əsaslı dəyişiklik aparılmış və təkmilləşdirilmiş variantı 1981-ci 
ildə (53) çap edilmiş və hərbi rəhbərlərin istifadəsinə verilmişdir. Şa-
girdlərə ümumtəhsil fənn biliklərilə əlaqəli öyrədilməsi mümkün olan 
hərbi  anlayışlar  proqramın  “Giriş  məşğələsi”,  “Taktiki  hazırlıq”, 
“Atəş hazırlığı”, “Yeriş hazırlığı”, “Hərbi topoqrafiya”, “Mülki mü-
dafiə”, “Tibbi sanitar hazırlıq” bölmələrində əks olunmuşdur. 
Həmin  bölmələrin  tədrisində  həm  oğlanlar,  həm  də  qızlar 
üçün  140  saat  həcmində  vaxt  ayrılmışdır.  Proqramda  hər  bir  böl-
mənin  və  bölmələrdə  verilən  mövzuların  başlıca  məqsədi  göstəril-
miş, həmin mövzulara aid konkret metodik göstərişlər verilmişdir. 
İbtidai hərbi hazırlıq kursunun növbəti dərsliyi (58) proqramın 
tələbləri  nəzərə  alınmaqla  1980-ci  il  nəşri  (Начальная  военная 
подготовка.  3-е  издание  исправленное  и  дополненное  под  об. 
ред.  Генерал-лейтенанта  А.М.Попова,  М.,  Воениздат,  1980.) 
əsasında hazırlanmışdır. Təhlilə cəlb  etdiyimiz son dərslik  2007-ci 
ildə  nəşr  olunmuş  10-cu  və  11-ci  siniflər  üçün  olan  dərsliklərdir. 
Həm  hərbi  məşğələlərdə  yeni  mövzuların  izahı  zamanı  şagirdlərin 
fizika, riyazi, coğrafi və s. biliklərindən istifadə, həm də fizika, riya-
zi, coğrafi və s. məzmunlu hərbi alışmaların tərtibi və həlli imkanla-
rı baxımından proqram və dərsliyin təhlili bir yerdə, əlaqəli şəkildə 
aparılmışdır. Gənclərin çağırışaqədərki hazırlığı (İbtidai hərbi hazır-
lıq)  məşğələlərinin  səmərəli  keçirilməsi  və  şagirdlərin  ordu  sırala-
rında  hərbi  xidmətə  daha  keyfiyyətlə  hazırlanması  üçün  fənlərarası 
əlaqənin xüsusi əhəmiyyətə malik olması tədris proqramlarında xüsu-
si  qeyd  olunmuşdur.  Belə  ki,  1975-ci  il  proqramının  izahat  vərəqə-
sində göstərilir: “İbtidai hərbi hazırlıq məşğələlərinin planlaşdırılması 
mövcud  proqramın  tələblərinə  tam  uyğun  şəkildə  aparılmalı,  onun 
tam  və  keyfiyyətlə  yerinə  yetirilməsi,  hərbi  işin  əsaslarının  digər 
tədris fənlərilə” sıx əlaqədə öyrədilməsi təmin edilməlidir” (52, s.4). 
Bu  tələb  1981-ci  il  proqramında  da  öz  əksini  tapmışdır.  Proqramın 
izahat  vərəqində  oxuyuruq:  “İbtidai  hərbi  hazırlığın  planlaşdırılması 
onun  tam  və  keyfiyyətlə  yerinə  yetirilməsini,  proqramın  bütün 

 
43 
bölmələrini  kompleks  öyrətməyi,  həmçinin  uyğun  mövzuların  digər 
tədris  fənləri  ilə  sıx  əlaqədə  öyrətməyi  təmin  etməlidir.”  (53,  s.5) 
Daha sonra qeyd olunur: “Hər bir məşğələnin keçirilməsi üçün dərsin 
planı tərtib olunur. Dərsin planında onun mövzusu, təlim və tərbiyəvi 
məqsədi,  təlim  sualları,  təlim  vaxtının  bölgüsü,  öyrədilən  məsələnin 
digər tədris fənlərilə əlaqəsi əks olunur (əlavə 4)” (53, s.5). 
Həmin tələb ibtidai hərbi hazırlıq üzrə həm 1991-ci il, həm də 
mövcud  tədris  proqramında  da  eyni  ilə  irəli  sürülür  (54,  s.9). 
Deməli,  gənclərin  çağırışaqədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq) 
üzrə bütün tədris proqramlarında fənlərarası əlaqə məsələsi konkret 
şəkildə qoyulmuş və hərbi rəhbərlərin diqqəti bu məsələyə yönəldil-
mişdir.  Lakin  1975-ci  il  proqramında  yalnız  fənlərarası  əlaqənin 
həyata keçirilməsinin vacibliyindən söz açılır. 1981-ci il proqramın-
da  isə  bu  həm  tələb  kimi  qoyulur  (53,  s.5),  həm  də  fənlərarası 
əlaqəni mövzular üzrə həyata keçirmək üçün bəzi tövsiyələr verilir. 
Bu, “İbtidai hərbi hazırlığın ümumtəhsil fənlərilə fənlərarası əlaqəsi 
üzrə bəzi tövsiyələr” (53, s.80) adlandırılmış və proqrama ”əlavə 4” 
kimi  daxil  edilmişdir.  Tövsiyə  iki  sütundan  ibarət  olan  cədvəl  for-
masında  verilir.  Birinci  sütunda  sıra  ilə  ibtidai  hərbi  hazırlıq  üzrə 
proqram  mövzuları  göstərilir,  ikinci  sütun  isə  “fənlərarası  əlaqə“ 
sütunu  adlandırılır.  Burada  hərbi  anlayışların  tədrisi  zamanı  əlaqə-
ləndirilməsi məsləhət görülən fənn və həmin fəndən ayrı-ayrı sinif-
lər üzrə bəzi mövzular göstərilir. 
Cədvəl  “Sovet  dövləti  və  hüququnun  əsasları”,  ”Tarix”,  “Fi-
zika”, ”Cəbr”, ”Həndəsə”, “Astronomiya”, “Kimya”, ”Bədən tərbi-
yəsi”, “Ədəbiyyat” və s. fənlərdən öyrənilən bilik və bacarıqlara is-
tinad edilməsi əsasında tərtib olunmuşdur. Bu cədvələ əsasən hərbi 
rəhbər asan müəyyən edə bilirdi ki, ibtidai hərbi hazırlıq üzrə uyğun 
mövzuları  tədris  edərkən  onları  konkret  şəkildə  hansı  fənlərlə  və 
bilavasitə, hansı mövzularla əlaqələndirmək mümkündür: 

 
44 
 
Proqram mövzuları 
Fənlərarası əlaqə 


GiriĢ məĢğələsi 
Gənclərin ibtidai hərbi 
hazırlığının məqsədi, 
vəzifələri və məzmunu 
8-ci  sinif  Sovet  dövlətinin  əsasları  və  hüququ 
kursu ilə (Sosialist Vətəninin müdafiəsi – Sovet 
dövlətinin  başlıca  funksiyası,  ümumxalq  işidir. 
SSRİ Silahlı Qüvvələrinin yaranması və ümum-
hərbi mükəlləfiyyətin müəyyənləşdirilməsi. So-
sialist  Vətəninin  müdafiəsi  –  SSRİ-nin  hər  bir 
vətəndaşının müqəddəs borcudur). 
Sovet Silahlı Qüvvələri Vətənin keĢiyində 
Mövzu 1. Sosialist 
vətəninin müdafiəsi – 
dövlətin başlıca vəzi-
fəsidir, bütün xalqın 
işidir. 
9-cu sinif SSRİ tarixi kursu ilə (V.İ.Lenin Sovet 
vətənpərvərliyi və sosialist Vətəninin müdafiəsi 
haqqında. Sovet dövlətinin müdafiəsinin təşkili. 
Qızıl Ordunun yaranması). 8-ci sinif Sovet döv-
lətinin  əsası  və  hüququ  kursu  ilə  (Sosialist 
Vətəninin müdafiəsi). 


Mövzu  2.  Sov.  İKP-
nın  rəhbərliyi  –  sovet 
hərbi  quruculuğu  bü-
növrəsinin əsasıdır 
8-ci  sinif  Sovet  dövlətinin  əsası  və  hüququ 
kursu  ilə  (Sov.İKP-sovet  cəmiyyətinin  rəhbər 
və  idarəedici  gücüdür,  onun  siyasi  sisteminin, 
dövlətçiliyinin və ictimai təşkilinin nüvəsidir). 
Mövzu 3. Sovet Silahlı 
Qüvvələri Müasir mər-
hələdə 
9-cu sinif iqtisadi coğrafiya kursu ilə (elmi-tex-
niki  inqilab  dövründə  ümumdünya  təsərrüfatı. 
Elmi-texniki inqilabın təsərrüfatın sahə struktu-
ru və inkişafına təsiri). 
Mövzu  4.  Hərbi  and. 
Hərbi  hissənin  Döyüş 
bayrağı 
9-cu  sinif  SSRİ  tarixi  kursu  ilə  (Qızıl  Ordunun 
təşkilinə başlanması); Ədəbiyyat kursu ilə: 7-ci 
sinif 
(A.P.Mejirov. 
Kommunistlər, 
irəli! 
A.T.Tverdovskiy.  Böyük  Terkin);  8-ci  sinif 
(M.Y.Lermontov.  Borodino);  9-10-cu  sinif 
(Y.V.Bondarev. Qaynar qar). 

 
45 
 
Taktiki hazırlıq 
Mövzu  1.  Hərbi  hissə-
nin (hərbi bölmənin) si-
lahları  və  döyüş  texni-
kası 
Fizika  kursu  ilə:  6-cı  sinif  (Təyyarənin  havada 
uçması),  8-ci  sinif  (reaktiv  hərəkət,  Təyyarə  qa-
nadının  qaldırıcı  qüvvəsi);  5-ci  sinif  coğrafiya 
kursu ilə. 
AtəĢ hazırlığı 
Mövzu  1.  Kalaşnikov 
avtomatının  və  qəlpəli 
əl  qumbarasının  hissə-
ləri 
8-ci sinif fizika kursu ilə (Dinamikanın əsasları. 
Dinamika qanunlarının tətbiqi. İmpulsun saxlan-
ma  qanunu.  Reaktiv  hərəkətlər).  5-ci  sinif  coğ-
rafiya  kursu  ilə  (Tuşlama.  Məsafələrin  ölçül-
məsi).  Həndəsə  kursu  ilə:  7-ci  sinif  (Oxşarlıq). 
8-ci  sinif  (üçbucaqlarda  metrik  münasibətlər, 
sinuslar teoremi). 


Mövzu 2. Güllə atıcılı-
ğının əsasları və qay-
dası 
Fizika  kursu  ilə:  8-ci  sinif  (Dinamikanın  əsas-
ları,  o  cümlədən  üfüqlə  bucaq  altında  atılmış 
cismin  hərəkəti.  İdeal  qazın  hal  tənliyi  və  onun 
xüsusi halı. İstilik hadisəsi). 
YeriĢ hazırlığı 
Mövzu  1.  Silahsız  ye-
riş  hərəkətləri  və  pri-
yomları 
5-9 sinif fiziki tərbiyə kursu ilə 
Mövzu 3. Bölmənin 
düzülüşü 
5-9 sinif fiziki tərbiyə kursu ilə 
Hərbi topoqrafiya 
Yer  üzərində  xəritəsiz 
oriyentləri  müəyyən-
ləşdirmək.  Maqnit  azi-
mutun 
müəyyənləş-
dirilməsi 
Coğrafiya  kursu  ilə:  5-ci  sinif  (Ərazinin  planı. 
Ərazidə  oriyentiri  müəyyən  etmək.  “Azimut” 
(“Azimut-Meridian müstəvisi ilə müşahidə nöq-
təsi  və  müşahidə  predmetindən  keçən  müstəvi 
arasında  ikiüzlü  bucaqdır.  Azimut  maqnit  kom-
pası ilə ölçülür və ya direksiya bucağı ilə hesab-
lanır”) (81, s.16) anlayışı); 7-ci sinif (Maqnit və 
həqiqi azimut). 

 
46 
 
Mülki müdafiə 
Mövzu  1.  Xalq  tə-
sərrüfatı  obyektlərinin 
mülki müdafiəsi 
İbtidai hərbi hazırlığın 1-ci bölməsi ilə 
Mövzu  2.  Xarici  ölkə 
kütləvi qırğın silahları-
nın xarakteristikası 
 
Fizika  kursu  ilə:  7-ci  sinif  (Atomun  quruluşu. 
Atomun  nüvə  modeli.  Hidrogen,  helium  və  liti-
um  atomlarının  quruluşu.  Nüvənin  yükü).  6-cı 
sinif  (Təzyiq,  Qazın  təzyiqi);  8-ci  sinif  kimya 
kursu ilə (Kimyəvi elementlərin D.İ.Mendeleyev 
dövri  sistemi  və  dövri  qanunu.  Maddələrin 
quruluşu, halloid. Xlor və onun xassələri). 10-cu 
sinif  biologiya  kursu  ilə  (hüceyrənin  kimyəvi 
quruluşu.) 


Mövzu 3. Fərdi müda-
fiə vasitələri 
9-cu  sinif  kimya  kursu  ilə:  (Karbon  və  onun 
xassələri. Absorbsiya anlayışı). 
Mövzu 4. Kollektiv 
müdafiə vasitələri 
6-cı  sinif  fizika  kursu  ilə:  (Maddənin  sıxlığı. 
Təzyiq); 8-ci sinif anatomiya kursu ilə: (İnsanın 
tənəffüsü). 
Mövzu  5.  Radiasiya 
cihazları, kimyəvi kəş-
fiyyat  və  dozimetrik 
nəzarət 
Fizika  kursu  ilə:  9-cu  sinif  (Qazlarda  elektrik 
cərəyanı);  7-ci  sinif  (Elektrik  dövrəsi.  Amper-
metr.  Cərəyan  mənbəyi);  8-ci  sinif  kimya  kursu 
ilə: (Turşular. Qələvilər). 
 
Bu  cədvəl  gənclərin  çağırışaqədərki  hazırlığı  (ibtidai  hərbi 
hazırlıq) məşğələlərinin  keçirilməsi  zamanı şagirdlərin ümumtəhsil 
fənləri  üzrə  biliklərindən  istifadə  edilməsi,  həmin  biliklərə  əsasla-
nan hərbi çalışmaların tərtibi, çalışmaların məktəblilərin bilik səviy-
yəsinə  uyğun  həll  edilməsi  baxımından  proqramın  imkanlarını  tam 
nəzərə alırmı? Suala cavab vermək üçün həmin proqramdakı bölmə-
lərin  və  dərslikdə  bu  bölmələrə  uyğun  mətnlərin  tədqiq  olunan 
məsələ  baxımından  təhlilinə  keçək.  Proqrama  əsasən,  şagirdlərin 
gənclərin  çağırışaqədərki  hazırlığı  “İlk  məşğələ”  ilə  başlayır.  İlk 
məşğələdə  gənclərin  çağırışaqədərki  hazırlığının  məqsədi,  vəzifəsi 
və məzmunu (mahiyyəti) ilə  şagirdləri  tanış etmək nəzərdə tutulur. 

 
47 
Odur ki, 1(bir) saatlıq ilk məşğələ zamanı şagirdlərin gücü daxilində 
olan  riyaziyyata  aid  biliklərdən  və  bu  biliklərə  əsaslanan  çalışma-
lardan  istifadəyə  o  qədər  də  imkan  və  ehtiyac  yoxdur.  Cədvəldə 
göstərilən əlaqələr isə respublikamız müstəqillik qazandıqdan sonra 
öz əhəmiyyətini itirib. 
“Sovet  Silahlı  Qüvvələri  Vətənin  keşiyində”  adlanan  bölmə-
nin tədrisinə həm oğlanlar, həm də qızlar üçün 10 saat vaxt ayrılırdı. 
Bölmə beş mövzudan ibarətdir. Mövzuların hər birinə uyğun olaraq 
dərslikdə  xüsusi  mətnlər  verilir.  Müvafiq  mətnlərin  hər  birində 
şagirdlərin tarix, fizika və riyazi biliklərindən daha səmərəli istifadə 
olunmasına,  həmin  biliklərə  əsaslanan  çalışmaların  tərtibinə  və 
həllinə  geniş  imkanlar vardır.  Məsələn, bu bölmədə  yüz milyardlıq 
(10
11
)  dairədə  natural  ədədlər  və  onlar  üzərində  hesab  əməlləri, 
rəqəmlər  (58,  s.35)  onluq  və  adi  kəsrlər  (58,  s.15),  faiz  (58,  s.75), 
ölçü vahidləri (58, s.26) (t. Kq, km, m), silindr(silindr formalı lülə), 
onun diametri (kolibr) və s. kimi riyazi anlayışlardan və məktəblilə-
rin  bu  riyazi  anlayışlarla  işləmək  bacarıqlarını  əhatə  edən  riyazi 
çalışmalardan istifadə oluna bilər. Eyni zamanda bu bölmədə m/san, 
km/saat, orta sürət, başlanğıc sürət, reaktiv mühərriklər enerjisi və s. 
kimi şagirdlərin fizikadan aldıqları biliklərə bilavasitə istinad edilir. 
Deməli  ,  bu  bölmədə  həm,  fizikaya,  həm  də  riyaziyyata  dair  hərbi 
məzmunlu çalışmalardan istifadə oluna bilər. Məsələn, ”Kalaşnikov 
avtomatında atılan güllənin başlanğıc enerjisini hesablayın”. 
Lakin  hal-hazırda  nə  proqramda  nəzərdə  tutulmuş  məzmun, 
nə  də  dərslikdəki  bu  bölməyə  aid  mətn  müstəqil  inkişaf  edən  res-
publikamızda  tədris  materialı  kimi  yaramır.  Ona  görə  də  1991-ci 
ildən  proqramda  dəyişikliklər  aparılmış  və  bu  bölmə  “Azərbaycan 
Silahlı  Qüvvələri  Vətənin  keşiyində“  adlandırılmış,  “Azərbaycan 
Respublikasının  “Hərbi  xidmət haqqında” qanunu  ibtidai hərbi ha-
zırlıq haqqında”, “Azərbaycan Respublikasının Konstitusiyası Vətə-
nin  müdafiəsi  və  ümumi  əsgəri  mükəlləfiyyət  haqqında”,  “Hərbi 
andın  mənası  və  onun  qəbulu  qaydası”,  “Hərbi  hissənin  (gəminin) 
bayrağı” mövzularının tədrisi planlaşdırılmışdır. 

 
48 
Lakin həmin vaxt istifadədə yeni dərslik olmadığından, göstəri-
lən  mövzuların  konkret  tədris  mətni  işlənmədiyindən  bu  mövzuları 
hərbi  rəhbərlərin  hərəsi  öz  bildiyi  kimi  keçmişdir.  Bəzi  hərbi  rəh-
bərlər  lazım  gəldi-gəlmədi  məşğələdə  Konstitusiyaya  üstünlük  ver-
miş,  bir  başqaları  isə  Konstitusiyanın  mətnini  əldə  etmədiyindən 
ölkəmizin  əsas  Qanununa  əsaslanmamışdır.  Bütün  bunlar  ibtidai 
hərbi  hazırlıq  fənninin  “Azərbaycan  Silahlı  Qüvvələri  Vətənin  keşi-
yində” bölməsi üzrə tədris materiallarını təcili hazırlamağın vacibliyi-
ni göstərmişdir. Seçiləcək yeni materiallar isə proqramın ümumi tələ-
binə uyğun  şəkildə, digər  tədris fənləri ilə, o cümlədən, Azərbaycan 
tarixi, ədəbiyyat və s. fənnlərlə üzvi  əlaqədə olmalıdır. Deməli, ibti-
dai hərbi  hazırlıq fənninin bu bölməsi üzrə  proqram və  dərslikdə də 
tədqiq etdiyimiz problemin geniş həlli imkanları olmuşdur. 
Ümumtəhsil  fənn  biliklərindən,  o  cümlədən,  fizika  və  riyazi 
biliklərdən və hərbi məzmunlu fizika və riyazi çalışmalardan istifa-
də  edilməsinə  geniş  imkan  verən  bölmələrdən  biri  də  “Taktiki  ha-
zırlıq”dır. Proqramda bu bölmənin tədrisinə oğlanlar üçün 30 saat, 
qızlar üçün isə 12 saat vaxt ayrılmışdır. Bu müddət ərzində şagirdlər 
(xüsusən oğlanlar) taktiki hazırlığın gücü, quru qoşunları bölmələri-
nin əsas döyüş əməliyyatlarının xarakteri (onun növlərini və forma-
larını, döyüş vasitələrini və s.), hücum, müdafiə və kəşfiyyat zamanı 
əsgərin üzərinə düşən funksiyanı yerinə yetirmək, tanklarla mübari-
zə  priyomları,  hərəkət  edən  düşmən  təyyarə  və  vertolyotlarına  av-
tomatdan atəş açma qaydaları ilə tanış olmalıdırlar. Proqramda qeyd 
edilir ki, bu bölmənin tədrisini həyata keçirərkən ərazinin maketin-
dən  və  plakatlardan,  həmçinin  nümayiş  diafilmlərindən  və  hərbi 
kinofilmlərdən  istifadə  etmək  lazımdır.  Göstərilən  hərbi  anlayış-
lardan hər biri dərslikdə geniş şəkildə aydınlaşdırılır, ayrı-ayrı mətn-
lərdə  şagirdlərin  fizika  və  riyaziyyat  fənlərindən  öyrəndikləri  bir 
qrup  biliklər  sisteminə  əsaslanılır.  İstifadə  olunan  fizika  fənni  üzrə 
biliklər  yuxarıdakı  cədvəldə  öz  əksini  tapmışdır.  Bunlardan  əlavə, 
bir  sıra  rəsmxət  və  riyazi  biliklərə  müraciət  edilir  ki,  onlar  həmin 
cədvəldə  öz  ifadəsini  tapmamışdır.  Məsələn,  səh.  138-dəki  15-ci 
şəkildə,  səh.  140-dakı  10-cu  şəkildə  və  s.  döyüş  əməliyyatları 

 
49 
çertyojlar  vasitəsilə  verilir.  Həmin  çertyojların  qurulması,  onların 
başa  düşülməsi  rəsmxət  fənnindən  alınan  biliklərdən  bilavasitə 
asılıdır.  Müşahidə  apararkən  düşmənin  yerləşdiyi  mövqeyi  və  ona 
qədər  olan  məsafəni  təyin  edərkən  (səh.  171) 
1000
1
 və  0,001  kimi 
adi  və  onluq  kəsrlərdən, 
y
B
1000
D


 riyazi  düsturdan  istifadə 
olunur.  Kəşfiyyat  zamanı  əsgərin  üzərinə  düşən  vəzifələr  aydınlaş-
dırılarkən  həndəsədən  öyrənilən  bucaq,  bucağın  ölçülməsi,  düz  və 
açıq  bucaq, dairə, onun  radiusu və s. bu kimi  biliklər  yada salınır. 
Bu  deyilənlər  konkret  olaraq  “Kəşfiyyat”  mövzusunun  tədrisində 
müraciət  olunan  fizika  və  riyaziyyat  üzrə  bir  sıra  bilikləri  və 
onlardan istifadənin yerini göstərir və imkan verir ki, hərbi rəhbərin 
izahından sonra şagirdlərə aşağıdakı tipli çalışmalar verilsin: “Tan-
kın hündürlüyü 2,5 metrdir. Qol tam açıldıqda tank şəhadət barmağı 
ilə örtülür. Tanka qədər olan məsafəni hesablayın”. 
Dərsliyin 87-ci səhifəsində ərazini müşahidə etməyin üsulları 
aydınlaşdırılır. Göstərilir ki, müşahidə sektoru uzaqlığa görə üç zo-
naya bölünür. Yaxın zona dərinliyi 100-500, orta zona 1000- metrə 
qədər, uzaq zona görünməz uzaqlığa qədər olan ərazi qəbul olunur. 
Zonaların  sərhədləri  isə  yerli  əşyalara  və  ya  görünmə  aydınlığına 
görə  müəyyən  edilir.  Bu  zonalar  24-cü  şəkildə  sxematik  təsvir 
olunur. Sonra müşahidə nəticəsində aşkara çıxarılmış düşmən texni-
kasının  (əsgərlərinin  və  s.)  yerləşdiyi  vəziyyətin  müəyyənləşdiril-
məsi ilə bağlı məlumat verilir. Yəni yaxında oriyentir olmuş obyek-
tə nisbətən onun yerləşmə vəziyyəti (sağa və ya sola , uzaqlığı və ya 
yaxınlığı ) binokl vasitəsilə ölçülür. Kənarlarda yerləşməsi binoklun 
minlikləri ilə, yaxın-uzaqlığı isə metrlərlə ölçülür. Daha sonra gös-
tərilir  ki,  oriyentir  olunmuş  obyektə  qədər  məsafə  əvvəlcə  binokl 
vasitəsilə  müəyyən  edilir.  Məsələn:  “Oriyentir  3,  sağa  30,  ondan 
sonraya 100, xəndəkdə müşahidəçi” (58, s.89).
 
Bunlar  şagirdlərin  tam  ədədlər,  onlar  üzərində  əməllər,  dairə 
sektoru,  binokl  vasitəsilə  məsafələrin  riyazi  yolla  müəyyənləşdiril-
məsi  (minlik  ölçülərə  verilən  ədədlərin  əraziyə  uyğun  real  ədədlərlə 

 
50 
ifadə  olunması)  və  s.  kimi  riyazi  biliklərindən  istifadə  olunmasına 
imkan verir. Bu biliklərlə bağlı və məzmunu verilən hərbi anlayışları 
əks  etdirən  riyazi  məsələlər,  çalışmalar,  tapşırıqlar  hazırlamaq  və 
onları dərsin möhkəmləndirilməsi (yeri gəldikcə izahı) zamanı yerinə 
yetirmək olar. Qeyd edək ki, dərsliyin özündə belə bir çalışma verilir: 
”Tək ağaca nəzərən hədəfin (düşmən pulemyotunun) yerləşmə vəziy-
yətini  müəyyən  edin  və  müşahidənin  nəticəsini  jurnalda  yazın  (Tək 
ağacdan  sağ  tərəfdə  yerləşən  hədəfə  qədər  olan  məsafə  əlin  baş 
barmağı vasitəsilə örtülür. Hədəfin hündürlüyü 0,5 m-dir. Hədəf tək 
bitmiş ağacın 300 metrlik məsafəsində yerləşir)” (58, s.89).
 
Lakin bu çalışma tələb olunan bacarıqların formalaşdırılması, 
şagirdlərin məşğələnin sonunda, ev tapşırıqlarında və müstəqil işlə-
rində istifadə etmələri baxımından həm keyfiyyətcə, həm də kəmiy-
yətcə əlverişli deyil. Belə tip çalışmaların məzmununa və miqdarına 
yenidən baxmağa ehtiyac olmuşdur. 
“Xarici ölkələrin ordularının əsas qırıcı bombardmançı təyya-
rə  və  vertolyotlarının  taktiki-texniki  xüsusiyyətləri”  dərslikdə 
(səh.64) ayrıca cədvəl şəkilində verilir. Burada təyyarə və vertolyo-
tun  şəxsi  heyətinin  sayı,  yerdə  və  havada  ən  böyük  sürəti,  ən  çox 
uçma  uzaqlığı  və  maksimum  qalxma  hündürlüyü,  bomba  götürmə 
qabiliyyəti,  toplarının  miqdarı  və  kolibri,  idarə  olunan  və  idarə 
olunmayan  aviasiya  raketlərinin  sayı,  pulemyotun  miqdarı  göstə-
rilir.  Bu  rəqəmlərə  uyğun  olaraq  fizika,  hesabi,  cəbri  və  həndəsi 
biliklərə daha optimal əsaslanmaq, müvafiq məsələlər və çalışmalar 
hazırlamaq,  bu  bölməyə  dair  biliklərin  möhkəmləndirilməsində 
onların həllindən istifadə etmək mümkündür. 
“Mühəndis təminatı” (§11) mövzusunda tank və piyada əley-
hinə  minaların  ümumi  quruluşundan,  onun  taktiki-texniki  xüsusiy-
yətlərindən söz açılır. Tank əleyhinə TM-57 minasının quruluşunun 
kəsimindən görünür ki,  onun hissələri müxtəlif həndəsi fiqurlardan 
(konsentrik  silindrlərdən)  ibarətdir.  Bu  da  həmin  minanın  səthinin 
sahəsinin,  həmçinin  oturacaq  çevrəsinin  uzunluğunun  və  s.  hesab-
lanmasına  aid  çalışmalar  tərtibinə  və  həllinə  imkan  verir.  Bundan 
əlavə, mövzu üzrə 4-cü cədvəldə TM-59, TM-62, PMD-6, PMN və 

 
51 
POMZ-2M  markalı  tank  və  piyada  əleyhinə  minaların  taktiki  və 
texniki  xüsusiyyətləri  göstərilir.  Məsələn,  PMN  markalı  piyada 
əleyhinə  minanın  ümumi  çəkisi  0,55  kq,  zaryadının  çəkisi  0,2  kq, 
diametri  110  mm,  hündürlüyü  50  mm,  gücü  8-25  kqQ-dır.  Burada 
metr, millimetr, kiloqram, tam və natural ədəd, onluq kəsr şəklində 
göstərilən  kəsr  ədəd  və  s.-dən  istifadə  olunur.  Şübhəsiz  ki,  həmin 
fizika  və  riyazi  anlayışların  konkret  mahiyyəti  şagirdlərə  aydın 
olduqda bu texniki göstəricilərdən istifadə etməyin mənası var. Ona 
görə  də  əvvəlcə  bu  sahədə  məktəblilərin  həm  bilik  səviyyəsi,  həm 
də  həmin  biliklərlə  yeni  hərbi  faktların  əlaqələndirilməsi  formaları 
müəyyənləşdirilməli,  izah  zamanı  ondan  düzgün  istifadə  olunma-
lıdır. Sonra bu faktlarla əlaqədar müxtəlif hesablamalar, çalışmalar 
və  məsələlər  tərtib  etmək  mümkündür.  Onların  həllini  isə  bu  möv-
zunun  tədrisindən  bilavasitə  sonra,  yaxud  kursun  möhkəmləndiril-
məsinə aid məşğələlərdə həll etdirmək olar. 
“Bölmə  mövqeyinin  mühəndis  təminatı“  mövzusunda  tək-
adamlıq, bütün bölmə və PDM (ZTP)-lər üçün xəndəklərin, həmçi-
nin səngərin ölçüləri çertyojla göstərilir. Proqrama əsasən, şagirdlər 
bu ölçüləri bilməli və həmin ölçülərə uyğun xəndək qazmağı bacar-
malıdır.  Burada  həm  çömələrək,  həm  də  ayaq  üstə  dayanaraq  atəş 
açmaq üçün xəndəklərin ölçüləri verilir. Məsələn, səngərin dərinliyi 
1,5m, eni 0,6m, uzunluğu isə 3m-dən az olmamalıdır. Xəndəklərin 
də  ölçüləri  həmin  çertyojda  göstərilir.  Həmin  göstəricilər  ayrı-ayrı 
mövzuların  izahından  sonra  aşağıdakı  tip  çalışmaların  tərtibinə  və 
istifadəsinə imkan verir: 
Çalışma:  
1)  Bölmə  müdafiəyə  keçərkən  dərinliyi  1,5m,  eni  0,6m  olan 
səngər qazdı. Səngərdən çıxarılan ümumi torpağın həcmi 3,6 m
3
 idi. 
Səngərin uzunluğu nə qədər olmuşdur? 
2) Nə üçün ayaq üstə dayanaraq atəş açmaq üçün qazılan xən-
dəyin dərinliyi 110sm olur? 
Həmin mövzunun tədrisi zamanı tanka və piyadaya qarşı mi-
nalanmış  sahələrin  quruluşu,  minaların  cərgə  və  sütunlarla  yerləş-
dirilməsi,  onların  arasındakı  məsafələr, həmçinin  minalanmış  sahə-

 
52 
nin dərinlikləri metrlərlə ifadə olunmuş intervallarla göstərilir. Mə-
sələn, tank əleyhinə minaların 4 cərgə düzülməsi, cərgələr arasında 
məsafənin  10-40m  və  hər cərgədə  minalar  arasındakı məsafənin  4-
5,5m,  sahənin  dərinliyinin  isə  20-120m  olduğu  aydınlaşdırılır. 
Piyada  əleyhinə  minaların  yerləşdirilməsi  qaydaları  da  bu  cür  izah 
olunur. Dərslikdə  verilən belə  bir məzmun döyüş  sahələrinin  quru-
luşuna aid müxtəlif tip riyazi çalışmaların həllinə imkan verir. 
Analoji imkanlar “Taktiki hazırlıq” bölməsi üzrə digər məşğə-
lələrin də məzmununda var . 
Gənclərin  çağırışaqədərki  hazırlığı  məşğələlərində  ümum-
təhsil fənləri üzrə  uyğun biliklərdən istifadəyə  geniş  imkanlar açan 
mövzulardan biri də “Atəş hazırlığıdır”. Həmin mövzunun tədrisinə 
əvvəlki  proqramda  oğlanlar  üçün  32  saat,  qızlar  üçün  isə  19  saat 
vaxt  nəzərdə  tutulmuşdur.  Bu  bölmə  indiki  proqramda  (və  uyğun 
dərslikdə)  “Silahlar  və  atıcılıq  hazırlığı”  adlandırılmış  və  saatların 
miqdarı  azaldılaraq  həm  oğlanlar,  həm  də  qızlar  üçün  cəmi  6  saat 
verilmişdir. Ərazisində müharibə gedən bir ölkədə odlu əl silahları-
na  və  güllə  atıcılığına  ayrılan  saatların  miqdarı  artırılmaq  əvəzinə, 
əksinə  hədsiz  azaldılmışdır.  Bu  da  orduya  gənclərimizin  savadsız 
gəlmələrinə,  atəşkəs  dövründə  belə  şəhidlər  verməyimizə  səbəb 
olur. Məşğələdə şagirdlərə patronun quruluşu, güllənin gilizdən ay-
rılma  prinsipi  (atəş  zamanı  barıtın  alışması,  yanma  kamerasında 
yüksək təzyiqin alınması, bu təzyiq  altında  güllənin gilizdən ayrıl-
ması və s.), onun hərəkət sürəti və təcili, güllənin başlanğıc sürəti və 
enerjisi,  silahlardan  istifadə  qaydası,  silahların  quruluşu  (silahların 
hissələri  formaca  müxtəlif  həndəsi  fiqurlardır)  və  s.  aydınlaşdırılır. 
Adlarından  görünür  ki,  bu  anlayışlar  məktəblilərin  fizikadan  və 
riyaziyyatdan  öyrəndikləri  bu  və  ya  digər  biliklər  ilə  üzvi  şəkildə 
bağlıdır. Həmin anlayışları şagirdlər ibtidai hərbi hazırlıq kursunda 
“Atəş  hazırlığı”  mövzusunun  tədrisinə  qədər  ya  riyaziyyat,  ya  da 
fizika  kursundan  sistemli  şəkildə  öyrənirdilər.  ”Havada  güllənin 
uçuşu “isə dərslikdə trayektoriyaların köməyilə izah olunur. Bu za-
man  güllənin  uçuş  nöqtəsi,  güllə  lülədən  çıxan  zaman  onun  üfüqi 
istiqaməti,  trayektoriyası,  sərbəst  düşməsi,  onun  təcili,  havanın 

 
53 
müqavimət qüvvəsinin gülləyə əks təsiri, bilavasitə fizika dərsliklə-
rində də (7-ci sinif) məhz güllənin uçuşu timsalında aydınlaşdırılır. 
Fizika dərsliyində olduğu kimi, ibtidai hərbi hazırlıq dərsliyində də 
güllənin hərəkətinin  izahı  şagirdlərin nöqtə, düz  xətt, bucaq, buca-
ğın ölçülməsi və qiyməti, başlanğıc sürətin konkret ədədi qiymətlə 
ifadəsi,  əyriyə  onun  üzərində  olan  nöqtədən  çəkilən  toxunan  düz 
xətt,  trayektoriyaya  düşmə  nöqtəsində  çəkilən  toxunan  düz  xətlə 
silahın  üfüqü  arasındakı  bucağın,  yəni  düşmə  buçağının  hesablan-
ması,  əyrinin  təpə  nöqtəsi  və  s.  kimi  riyazi  anlayışlara  müraciət 
olunur. Bu isə imkan verirdi ki, “Atəş hazırlığı” mövzusunun tədrisi 
prosesində göstərilən fizika və riyazi anlayışlardan və bu anlayışlar-
la  bağlı  çalışmalardan  daha  səmərəli  istifadə  edilsin,  məsələn, 
”Güllənin hərəkət trayektoriyasının  tənliyini  analitik üsulla (y=f(x) 
şəklində) yazın. Tənliyin alınmasının riyazi qaydasını izah edin”. 
7,62mm-k Kalaşnikov avtomatı və əl pulemyotu barədə məlu-
matlar  verilərkən  də  şagirdlərin  fizika  və  riyazi  biliklərdən  istifadə 
imkanları  genişlənir.  Bu  imkanlar  ilk  növbədə  əvvəlki  dərsliklərin 
“7,62mm-lik avtomatlar” və “7,62mm-lik  əl pulemyotları” mövzu-
larının  və  mövcud  gənclərin  çağırışaqədərki  hazırlığı  dərsliyindəki 
“Silahlar  və  atıcılıq  hazırlığı”  bölməsinin  məzmunundan  da  daha 
aydın görünür. Dərslikdə göstərildiyi kimi “atıcılıq hazırlığı – şəxsi 
heyətə  döyüşdə  mülki  silahdan  müxtəlif  hədəfləri  vurmaq  üçün 
istifadə etmək üsullarının öyrədilməsinə deyilir”  (60, s.123). Müəl-
lim və şagirdlərin hazırda istifadəsində olan dərsliyin atıcılıq hazır-
lığı bölməsi aşağıdakı məsələləri əhatə edir: silahların quruluşunun 
(maddi  hissəsinin)  öyrədilməsi;  atışın  əsaslarının,  üsul  və  qaydala-
rının öyrədilməsi; əl qumbaraları atmağın üsul və qaydalarının öyrə-
dilməsi;  hədəfləri  tapmaq  və  onlara  qədər  məsafələri  təyin  etmək 
üsullarının öyrədilməsi; habelə, əməli surətdə atışın keçirilməsi. 
Bu  məsələlərin  izahına  dərslikdə  verilmiş  mətnlərin  məzmu-
nunda onluq kəsrlər və rəqəmlər, onların yazılışı və oxunuşu, uzun-
luq, uzunluq ölçü vahidləri, məsafənin onluq kəsrlərlə yazılışı və s. 
kimi  hesabi  və  cəbri  anlayışlarla  bağlı  hərbi  məzmunlu  çalışma-
lardan istifadə imkanları vardır. 7,62mm-lik Kalaşnikov avtomat və 

 
54 
pulemyotunun  maddi  hissələri  isə  formaca  tamamilə  həndəsi 
fiqurlardır. Ona görə də həmin hissələrin izahında fəza həndəsəsinə 
dair  biliklərə,  fəza  fiqurlarına  dair  məsələlərə  və  onların  hərbi 
biliklərlə bağlı həllinə istinad etmək mümkündür. 
Proqram  və  dərsliklərdə  öyrədilməsi  nəzərdə  tutulan  və  fən-
lərarası əlaqələrin reallaşdırılmasına imkan verən əsas hərbi anlayış-
lardan biri də patronlardır. Proqramın tələbinə görə, şagirdlər patro-
nun quruluşunu, atəş açarkən onda gedən fizika proseslərini mənim-
səməlidirlər. Patron həm müxtəlif həndəsi formalı hissələrdən ibarət 
olduğundan,  həm  də  atəş  zamanı  patron  daxilində  gedən  yanma 
prosesinin fizika və kimya qanunlarına (o cümlədən, təzyiq, barıtın 
fiziki xassələri, qurğuşun və poladın fiziki və kimyəvi xassələri, itə-
ləyici qüvvə, qüvvənin paylanması və s.) tabe olduğundan istər hən-
dəsə,  istər  kimya,  istərsə  də  fizika  anlayışlarından  səmərəli  şəkildə 
istifadə etmək imkanı yaranır. 
Qumbaralarla  tanışlıq  zamanı  şagirdlər  öyrənirlər  ki,  patron-
larda  olduğu  kimi,  əl  qumbaralarının  hissələri  də  müxtəlif  həndəsi 
fiqurlar  formasındadır.  Qumbaranın  atılması  nəticəsində  partlayış 
yaranır, partlayışın baş verməsi üçün  əsas olan fizika prosesi onun 
daxilində yerləşən silindrin içərisində gedir. Silindrin daxilində por-
şen və yuxarı hissədə spiralvari yayla əlaqələndirilmiş zərbə mexa-
nizmi var (zərbə nəticəsində yay açılır). Qumbaranın partlamasında, 
bu  mexanizm  əsas  rol  oynayır.  Belə  ki,  atılan  qumbara  müəyyən 
zərbə  ilə  yerə  düşür.  Zərbə  nəticəsində  yay  açılır.  Zərbə  vuran  ox-
vari hissə kapsula toxunur, partlayıcı maddə alışır və ani bir vaxtda 
partlayış əmələ gəlir. Bu əməliyyatlar isə fizikadan öyrədilən yayın 
gərilmə qüvvəsi, onun riyazi yolla hesablanmasına əsaslanır. Yayın 
gərilmə  qüvvəsi  (itələyici  qüvvə)  riyazi  şəkildə  ifadə  olunmuş 
düsturlarla hesablanır. 
Əl  qumbaralarının  quruluşu  və  işləmə  prinsipinin  şagirdlərə 
izahı  zamanı  fizika  və  riyaziyyat  fənlərindən  verilən  məlumatlara 
əsaslanmaq, bu məzmuna uyğun riyaziyyat və fizika məzmunlu hər-
bi  çalışmalar  hazırlamaq,  onlardan  əlaqəli  şəkildə  istifadə  etmək 

 
55 
faydalıdır.  Deyilənlər  RQ-42  və  F-1  əl  qumbaraları  ilə  şagirdlərin 
tanış edilməsi prosesinə də aiddir. 
Fizika  və  riyazi  biliklərdən  istifadəyə  daha  çox  imkan  verən 
bölmələrdən biri də “Hərbi topoqrafiya”dır. Bu imkanlar “topoqrafi-
ya”  anlayışına,  ibtidai  hərbi  hazırlıq  üzrə  dərs  vəsaitində  verilən 
tərifdən də aydın görünür: “Topoqrafiya yer səthini həndəsi münasi-
bətdə və onu kağız üzərində təsvir etməklə plan və xəritə formasın-
da öyrənən elmdir” (59, s.277). Mövcud tədris proqramı və dərsli-
yin tələbinə  görə  “hərbi topoqrafiya  ərazinin (yerin), relyefin öyrə-
nilməsi  üsullarını,  onun  səmtinin  təyin  edilməsi  və  onunla  yanaşı 
qarşıya çıxan başqa sualların araşdırılmasını, ordunun, döyüşün ni-
zamlı  təşkilində  yerin  səmtinin  qiymətləndirilməsini,  topoqrafik 
xəritələrdən  istifadə  qaydalarını  və  müxtəlif  hərbi  tapşırıqların 
yerinə yetirilməsində təyyarə çəkilişlərindən istifadə qayda və üsul-
larını  öyrədir”  (60,  s.162).  Məlumdur  ki,  hərbi  topoqrafiya  elmi 
həndəsə,  coğrafiya  və  astronomiya  fənləri  ilə  çox  sıx  əlaqədardır. 
Bu fənlərin verdiyi biliklərdən istifadə etmədən hərbi topoqrafiyanı 
şagirdlərə  düzgün  və  keyfiyyətli  öyrətmək  mümkün  deyil.  “Hərbi 
topoqrafiya”  bölməsində  məktəblilər  kompası  və  ondan  istifadə 
qaydasını  da  öyrənirlər.  Onlar  kompas  vasitəsilə,  cəhətləri  təyin 
etməli  və  düşmənin  yerləşmə  məntəqəsini  və  yaxud,  öz  hərəkət 
istiqamətlərini cəhətlərə əsasən müəyyənləşdirməlidirlər. Kompasın 
quruluşu,  onun  işləmə  prinsipi  (yerin  maqnit  qüvvəsinə  əsasən), 
kompasdan istifadə qaydası və kompasın köməyilə müxtəlif obyekt-
lərin yerləşmə koordinatlarının müəyyən edilməsi və s. kimi biliklər 
şagirdlərə həm fizika, həm də astronomiya kurslarında verilir. Kom-
pasın  əsas  hissələri  isə  müxtəlif  həndəsi  fiqurlar  formasındadır.  O, 
əks istiqamətli maqnit əqrəblərindən və üzərində dərəcələrlə bölgü-
ləri  olan  müstəvi  şəkilli  dairədən  ibarətdir.  Məktəblilərə  riyaziyyat 
kursundan  məlumdur  ki,  hər  bir  bölgünün  neçə  dərəcə  qəbul  edil-
məsinə  (bucaq  miqyas  vahidinin  seçilməsinə)  əsasən  bölgülər  üzə-
rində  rəqəmlər  qoyulur.  Bölgü  vahidlərinin  seçilməsindən  asılı  ol-
mayaraq isə tam çevrə 360
0
 olduğundan kompas üzərindəki bir tam 
dövrə  də  360
o
-lik  bölgü  olmalıdır.  Coğrafiya  dərsliyinə  də  topoq-

 
56 
rafik xəritələr, onların tərtibi, riyazi yolla obyektlərin topoqrafik xə-
ritələrə  köçürülməsi  haqqında  geniş  məlumatlar  salınmışdır.  Hərbi 
topoqrafiya isə coğrafiyada verilən bu biliklər üzərində qurulur. Ona 
görə  də,  həm  topoqrafik  xəritələr  və  onların  qurulması  haqqında 
coğrafiya  və  riyaziyyat  fənlərindən  öyrədilən,  həm  də  kompasın 
quruluşu və ondan istifadə qaydaları haqqında fizika, həndəsə, coğ-
rafiya və astranomiya fənlərindən alınan biliklərdən və bu biliklərlə 
bağlı  çalışmalardan  hərbi  topoqrafiya  üzrə  materialların  tədrisində 
daha əlverişli şəkildə istifadə etmək mümkündür. 
Proqrama  uyğun  olaraq,  cəhətləri  təyin  etmək  üçün  günəş  və 
saatdan  da  istifadə  qaydaları  haqqında  şagirdlərə  zəruri  məlumatlar 
çatdırılır.  Bu  qaydaların  özü isə bucaq, bucağın  gözəyarı  ölçülməsi, 
bucağın  tənböləni  kimi  riyazi  anlayışlarla  sıx  əlaqədardır.  Ona  görə 
həmin  hərbi  anlayışları  həndəsə  kursundan  mənimsənilmiş  biliklərlə 
daha  sıx  və  keyfiyyətli  şəkildə  əlaqələndirmək;  bu  əlaqələri  özündə 
saxlayan həndəsə məsələlərinə də müraciət etmək; məsələlərin səmə-
rəli  həll  üsullarına  əsaslanmaq  yerinə  düşər.  Hərbi  topoqrafiya  böl-
məsinin  digər  mövzuları  da  (azimut  üzrə  hərəkət,  topoqrafik  xəritə 
anlayışı,  xəritədən  istifadə)  tamamilə  həndəsə,  cəbr,  astronomiya, 
fizika  və  coğrafiya  fənləri  ilə  sıx  əlaqədə  qurulduğundan  həmin 
mövzulara uyğun olan məşğələlərin keçirilməsi zamanı şagirdlərin bu 
fənlərdən öyrəndikləri uyğun biliklərə və məzmunu bu bilikləri əhatə 
edən çalışmalara sistematik əsaslanmaq, onlardan səmərəli istifadəni 
təşkil  etmək  mümkündür:  Məsələn,  V  sinif  riyaziyyat  dərsliyində 
verilən  “İki  müşahidəçi  A  və  C  nöqtələrində  durmuşlar.  Onların 
arasındakı məsafə 1200 m-dir. Onlar düşmən batareyası yerləşən ye-
rin istiqamətini müəyyən etdilər: BAC=45

və BCA=65
o
 (Şəkil 144). 
1:20000 miqyasla plan düzəldərək A-dan B-yə qədər məsafəni tapın” 
(63, s.160) çalışması buna nümunə ola bilər. 
Beləliklə, şagirdlərin cəbr, fizika, riyaziyyat, coğrafiya, astro-
nomiya və s. ümumtəhsil fənnləri üzrə biliklərindən istifadəyə və bu 
biliklərlə  bağlı  hərbi  məzmunlu  çalışmaların  tərtibinə  və  ondan 
istifadə  edilməsinə  mövcud  proqram  və  dərsliklərdə  imkan  verən 
əsas bölmələr “Sıra təlimi”, “Əsgərin döyüşdə davranış qaydaları”, 

 
57 
“Silahlar və atıcılıq  hazırlığı”,  “Hərbi topoqrafiya” və  “Mülki mü-
dafiə”dir.  Məktəblilərə  döyüşdə  davranış  qaydaları  üzrə  biliklərin 
verilməsində  taktiki hazırlığın  gücünə, quru qoşunları  bölmələrinin 
əsas  döyüş  əməliyyatlarının  xarakterinə,  hücum  (müdafiə  və 
kəşfiyyat) zamanı əsgərə lazım olam bilik dairələrinə, tankla müba-
rizə  priyomlarına,  hərəkət  edən  düşmən  təyyarə  və  vertolyotlarına 
avtomatdan  atəş  açma  qaydalarına  aid  fizika  və  riyazi  çalışmaları 
yerinə  yetirməyi tapşırmaq olar (məsələn, “Tankın hündürlüyü 2,5-
m-dir.  Qol  tam  açıldıqda  tank  şəhadət  barmağı  vasitəsilə  örtülür. 
Tanka qədər olan məsafə nə qədərdir?”). 
“Silahlar və atıcılıq hazırlığı” bölməsində isə şagirdlər patronun 
quruluşuna,  güllənin  gilizdən  ayrılma  prosesinə,  onun  hərəkət  sü-
rətinə və təcilinə, güllələrin (avtomat və pulemyotlar üçün) başlanğıc 
sürəti və enerjisinə, silahlardan atəş açma qaydalarına dair fizika və 
riyazi biliklərdən, həmçinin fizika və riyazi məzmunlu çalışmalardan, 
məsələlər və praktik tapşırıqlardan istifadə etmək mümkündür. 
Digər bölmələrin də analoji təhlilindən belə bir ümumi nəticə-
yə gəlinir ki, gənclərin çağırışaqədərki hərbi hazırlığı üzrə həm təd-
ris proqramında, həm də dərslikdə şagirdlərin digər ümumtəhsil fən-
ləri üzrə biliklərindən daha səmərəli istifadə etməyə, hərbi məzmun-
lu  fizika  və  riyazi  çalışmaların  tərtibinə  və  onların  həllindən  təlim 
prosesində  istifadəyə  geniş  imkan  vardır.  Güman  edirik  ki,  bu 
imkanlardan  səmərəli  istifadə  etmək  həm  gənclərin  çağırışaqədərki 
hazırlığı  fənninin,  həm  də  fizika,  riyaziyyat  və  s.  fənlərin  tədrisi 
keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərməlidir. 
Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin