AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə8/21
tarix09.02.2017
ölçüsü2,91 Mb.
#7872
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

I.  Fizika  dərsliklərində  gənclərin  çağırışaqərdəki  hazırlığı 
(ibtidai hərbi hazırlıq) fənninin əsas bölmələrindən biri olan “Silah-
lar və atıcılıq hazırlığı”na (“Atəş hazırlığı”na) dair məlumatlar var-
dır. Onların bir qismi  yeni tədris materialının məzmununda verilir. 
Məsələn,  “Kalaşnikov  avtomatının  gülləsinin  (lülədən  çıxan  anda) 
hərəkət sürəti 715m/san-yə bərabərdir” (VI-VII siniflər üçün “Fizi-
ka” dərsliyi, 29-cu səhifə). 
Həmin  məlumatların  digər  qismi  fizika  çalışmalarının  məz-
munundadır.  Məsələn,  “Kütləsi  10q  olan  və  üfüqi  istiqamətdə 
600m/san sürətlə hərəkət edən güllə, kütləsi 2kq olan taxta tirə də-
yərək orada qalır. Bu vaxt güllə və tir qızır. Qızmaya nə qədər enerji 
sərf  olunur?  Havanın  müqavimətini  nəzərə  almamalı”  (VIII  sinfin 
“Fizika” dərsliyi, 216-cı səhifə, 36/7-ci çalışma). 

 
103 
6-7-ci  siniflərin  “Fizika”  dərsliyinin  36-cı,  37-ci  (3-cü  çalış-
ma),  38-ci  (2  və  3-cü  çalışmalar),  VIII  sinfin  “Fizika”  dərsliyində 
isə  134-cü,  207-ci  (34,3-cü  çalışma),  222-ci  səhifələrindəki  məlu-
mat və çalışmalar da həmin qəbildəndir. 
Bunu nəzərə alaraq, müəllim ardıcıllıq etibarı ilə əvvəldə veri-
lən çalışmaların həlli zamanı Kalaşnikov avtomatının ümumi görü-
nüşü və ondan atılan güllənin hərəkət trayektoriyası plakatını hərbi 
kabinetdən götürüb nümayiş etdirə bilər. Bu zaman o, bir-iki cümlə 
ilə  belə  məlumat  verə  bilər:  “Uşaqlar,  siz  Kalaşnikov  avtomatını 
görürsünüz. Bu qoşunlarımızın ən güclü odlu əl silahlarından biridir. 
Onu  görkəmli  rus  konstruktoru  M.T.Kalaşnikov  yaratmış  və 
Modernləşdirilmiş  Kalaşnikov  avtomatı  (MKA-“AKM”)  adlanır. 
M.T.Kalaşnikov  həm  də  Kalaşnikov  əl  pulemyotunun  (“KƏP”-
RPK)  yaradıcısıdır.  Ona  görə  də  bu  silahlar  Kalaşnikov  avtomatı 
(ya pulemyotu) adlanır. Kalaşnikov avtomat və pulemyotunun fərqli 
cəhətləri  olmasına  baxmayaraq  onların  iş  prinsipi  və  əsas  hissələri 
eynidir.  Avtomat  müxtəlif  hissələrdən  ibarətdir.  Bu  onun  qundağı, 
bu darağı, bu çaxmağı, bu isə lüləsidir (müəllim göstərir). Atəş açıl-
dıqda  güllə  lülənin  içərisində  öz  sürətini  artırır və  lülədən  çıxanda 
özünün  ən  böyük  sürətini  alır.  Bu  sürət  güllənin  başlanğıc  sürəti 
olur. Məhz bizim fizika kitabında verilən 715m/san Kalaşnikov av-
tomatlarında güllənin başlanğıc sürətidir. Bu sahədə geniş məlumat-
lara  siz  gənclərin  çağırışaqədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq) 
kursunda yiyələnəcəksiniz. 
II. VI-VII siniflərinin “Fizika” dərsliyində bir sıra nəzəri mə-
lumatlar və çalışmalar vardır ki, onların məzmunu bilavasitə gənclə-
rin  çağırışaqədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  kursunda  geniş 
şərh olunan atəşin baş vermə hadisəsinin, onun elmi-nəzəri əsasları-
nın və silahdan atəş açma qaydalarının məzmunu ilə bağlıdır. Məsə-
lən, “güllə atəşdən qabaq tüfəngə nisbətən sükunətdə olur. Atəş açı-
landa qarşılıqlı təsir nəticəsində güllə və tüfəng müxtəlif istiqamət-
lərdə  hərəkət  edir. Təpmə hadisəsi  baş  verir”  (səh.36). “Tüfəngdən 
atəş  açıldıqda  qarşılıqlı  təsir  hadisəsini  şərh  edin”  (səh.37,  çal.3). 
“Tüfəngdən  atəş  açarkən  tüfəngi  çiyinə  bərk  sıxmaq  lazımdır.  Nə 

 
104 
üçün bu zaman təpmə hadisəsi azalır?” (səh.38, çal.2). “Ov patron-
larını hazırlayarkən tüfəngin kütləsini nəzərə alırlar. Yüngül tüfəng-
lər  üçün  patrona  qırmanı,  ağır  tüfənglərə  nisbətən  az  doldururlar. 
Niyə belə edildiyini izah edin” (səh.38, çal.3) və s. 
Belə  tip  çalışmaların  həllinə  başlamazdan  əvvəl  müəllim 
izahat verə bilər ki,  atəş  patronlardakı barıtın hesabına əmələ gəlir. 
Atəş  açdıqda  barıt  alışır  və  barıtın  yanması  nəticəsində  patronun 
içərisində  çox  yüksək  təzyiqli  qaz  yaranır.  Qaz  gülləni  patrondan 
ayıraraq  irəliyə,  patronu  isə  silahla  birlikdə  geriyə  itələyir.  Atəş 
zamanı silahın geriyə hərəkəti geritəpmə adlanır. Geritəpmə zamanı 
silah çiyinə, qola və döşə təsir göstərir. Gələcəkdə öyrənəcəksiniz ki, 
bu təsir silahın geriyə hərəkəti zamanı malik olduğu sürət və enerji 
ilə  xarakterizə  edilir.  Güllə  atıldığı  silahdan  nə  qədər  yüngüldürsə, 
silahın  geritəpmə  sürəti  də  güllənin  başlanğıc  sürətindən  o  qədər 
dəfə  azdır.  Şagirdlər  öyrənirlər  ki,  tüfəngdən  (yaxud  avtomatdan) 
atəş açarkən tüfəngin  qundağını çiyinə  bərk sıxmaq lazımdır. Əgər 
qundaq  çiyindən  aralı  qalarsa,  onda  geritəpmə  nəticəsində  qundaq 
çiyinə kənardan bərk dəyər və adam zədələnə bilər. Lakin qundağı 
çiyinə  bərk  sıxdıqda  geritəpmə  qüvvəsi  çiyinə  və  bədənə  ötürülür. 
Güllə və tüfəng elə hazırlanır ki, bu geritəpmə qüvvəsi insan orqa-
nizminə zərərli təsir göstərmir. Müəllim bütün bu məlumatları müx-
təlif  çalışmaların  həllindən  əvvəl  hissə-hissə  də  verə  bilər.  Bundan 
sonra fizika müəllimi müvafiq çalışmaları oxuyub həllinə keçir. 
8-ci sinif “Fizika” dərsliyində (səh 210) V

başlanğıc sürəti ilə 
yuxarı  atılmış  cismin 
2g
V
h
2
0

 hündürlüyünə  qalxdığı  isbat  olunur. 
Burada qeyd etmək lazımdır ki, “Kalaşnikov avtomatının başlanğıc 
sürətinin V
0
=715 m/san olduğunu bilirik. Kim həmin düstura əsasən 
yuxarı  atılmış  güllənin  qalxma  hündürlüyünü  tapar?  (şagirdlər 
müstəqil  olaraq  həll  edirlər:  h=26km).”  Bu  düsturda  havanın 
müqaviməti və yerin cazibə qüvvəsi nəzərə alınmır. 
“Cazibə  hadisəsi.  Ağırlıq  qüvvəsi”  kimi  bəzi  mövzuların 
tədrisindən sonra müəllim aşağıdakı tipli çalışmalar tərtib edə bilər. 
“Üfüqi istiqamətdə atılmış güllə nə üçün bir müddət gedəndən sonra 

 
105 
düz  xətt  üzrə  hərəkət  etmir?”  “Atılmış  gülləyə,  yaxud  mərmiyə 
hansı qüvvələr təsir göstərir?” və s. 
III.  Fizika  dərsliklərində  ən  güclü  döyüş  texnikasından  biri 
olan reaktiv mühərrikli qırıcı təyyarələr haqqında da məlumatlar ve-
rilir və şəkli göstərilir. Məsələn, 6-7-ci  siniflər  üçün “Fizika” dərs-
liyi, səh 29, 223 (III hissə, “Yüksəkliklər”), 8-ci sinif üçün “Fizika” 
dərsliyi, səh 66, 141 və s. 
“Çevrə  üzrə  bərabər  sürətli  hərəkətdə  olan  cismin  təcili” 
mövzusu öyrənilərkən aşağıdakı məsələ həll edilir: “Təyyarə şığıma 
nöqtəsindən  çıxaraq,  aşağı  hissəsinin  radiusu  500  m  olan  çevrə 
qövsündən  ibarət  trayektoriya  üzrə  hərəkət  edir  (şəkil  65).  Təyya-
rənin  sürəti  800  km/saat-dırsa,  onun  ən  aşağı  nöqtəsindəki  təcilini 
hesablayın və bu təcili sərbəstdüşmə təcili ilə müqayisə edin” (78, s. 
66).  Mətndə  həmin  təcil 
r
V
a
2

 düsturuna  əsasən  hesablanır  və 
nəticədə  sərbəstdüşmə  təcili  (g  =  9,8  m/san
2
)  ilə  müqayisə  olunur. 
Başqa bir nümunə. “Təcillə hərəkət edən cismin çəkisi” (78, s. 141) 
mövzusunun izahında baxılan ikinci  misal  qırıcı  təyyarənin  şığıma 
vəziyyətindən  çıxarkən  trayektoriyanın  ən  aşağı  nöqtəsində  təyya-
rəçinin  çəkisinin  hesablanmasına  aiddir.  Mərkəzəqaçma  təcilinin 
modulu və çəki düsturundan istifadə edilərək göstərilir ki, trayekto-
riyanın  ən  aşağı  ucunda  təyyarəçinin  çəkisi  onun  “normal”  çəki-
sindən  (n-1)  dəfə  böyük  olacaqdır.  Göstərilir  ki,  bu,  təyyarəçinin 
əlavə yüklənməsi ilə nəticələnir. Bu yüklənmə onun gövdəsinə (or-
qanizminə) təsir edir, ağrı  hissi  oyadır. Əlavə  yüklənmə  həddindən 
çox  olanda  təyyarəçinin  sağlamlığı  üçün  təhlükə  yaranır.  Həmin 
mövzuya  aid  verilmiş  126-cı  şəkildə  təyyarənin  həmin  şığıma  və-
ziyyəti göstərilir. 
Mövzu ilə bağlı dərslikdə aşağıdakı sual irəli sürülür: “Ölüm 
ilgəyi” (Nesterov ilgəyi) fiqurunu edən təyyarəçinin, fiqurun yuxarı 
və aşağı nöqtələrində çəkisi haqqında nə demək olar?” (78, s.142). 
Göründüyü kimi, burada şagirdlərə qırıcı döyüş təyyarələrinə 
aid xeyli hərbi biliklər verilir. Bu biliklər nəzəri cəhətdən əsaslandı-
rılır,  fizikanın  hərbi  işlərdə  tətbiqi  variantlarından  biri  kimi  aydın-

 
106 
laşdırılır  və  hərbi  qırıcı  təyyarələrin  manevrləri  haqqında  zəruri 
təsəvvürlər  yaradılır.  Lakin  bu  məlumatları  bir  qədər  dəqiqləşdir-
məyə ehtiyac var. 
Əvvəla,  dərslikdə  verilən  şəkillər  çox  kiçik  ölçüdə  və  qeyri-
aydın bir formadadır. Ona görə də təyyarə güclə seçilir, onun xarici 
görünüşü (forması) və hissələri haqqında şagirdlər zəruri təsəvvürə 
yiyələnə bilmirlər. 
İkincisi,  sualda  adı  çəkilən  “Ölüm  ilgəyi”  fiquru  ilə  bağlı 
məktəblilərdə təsəvvür yaratmadan, ondan istifadə olunur. Bunu nə-
zərə alaraq, müəllim həmin hissənin şərhinə belə bir məlumatla baş-
laya bilər: 
– Uşaqlar, Milli Ordumuzun qoşun növlərindən biri də Hərbi 
Hava  Qüvvələridir.  Bu  qoşunlar  müxtəlif  tip  təyyarə  və  vertolyot-
larla  təmin  olunmuşdur.  Hərbi  təyyarələrin  şəkli  dərsliyimizdə  də 
bir neçə yerdə verilir. Lakin, gördüyümüz kimi, onlar aydın seçilmir. 
Müəllim “Военные знания” jurnalının (1985, №8) son üz qa-
bığını  göstərərək  deyir:  –  Bu,  səsdən  iti  ucan  reaktiv  mühərrikli 
“MiQ-23UB”  (“МиГ-23УБ”)  markalı  rus  qırıcı  təyyarəsinin  şəkli-
dir.  Bu  təyyarə  səsdən  2,35  dəfə  yüksək  sürətlə  uça  bilir.  2000 
km/saat  bu  təyyarə  üçün  son  sürət  deyil.  O,  özünün  “MiQ” 
(“мгновение” – “bir anda”, “göz qırpımında”) markasına haqq qa-
zandırmışdır. Təyyarə stratosfer hündürlüyə qalxır, istənilən hava və 
iqlim  şəraitində,  hətta  gecənin  istənilən  anında  yüksək  manevrlər 
edə  bilir.  Bu  manevrlərin  növlərindən  biri  də  “Ölüm  ilgəyi”  (Nes-
terov ilgəyi) fiquru adlanır. 
Sonra  həmin  “fiqur”un  izahına  başlamaq  daha  məqsədəuy-
ğundur.  Bunun  üçün  fizika  müəllimi  fiquru  lövhədə  belə  çəkir: 
Əvvəlcədən təbaşiri  lövhənin  sol  yuxarı küncündən sağ  aşağı  kün-
cünə doğru düz xətt boyunca hərəkət etdirir. Bir azdan həmin xətti 
tədricən əyir, hər hansı bir A nöqtəsindən başlayaraq r radiuslu çev-
rə  çəkir,  sonra  həmin  nöqtədən  yazı  taxtasının  sağ  yuxarı  küncünə 
doğru, bu çevrəyə toxunan düz xətt üzrə davam etdirir (2-ci şəkil). 
Şəkil hazır olduqdan sonra müəllim sözə başlayır: 
 

 
107 
 
 
 
 
 
 
 
  
 
 
Bu  fiqur  hərbi  işlərdə  “Ölüm  ilgəyi”  adlanır.  Təyyarənin  hə-
min fiqur üzrə manevr etməsi çox çətin və təhlükəlidir. Bunu yalnız 
qırıcı-döyüş  təyyarələri  və  onun  məşq  keçmiş  mahir  təyyarəçiləri 
yerinə yetirməyə qadirdir. Müasir qırıcı təyyarələr şaquli istiqamət-
də  aşağıya  və  ya  yuxarıya  doğru  şığıya  bilir.  Bu  təyyarələr  döyüş 
üçün  yaradılıb.  Təyyarə  23  mm-lik  kalibrli  sürətli  atan  pulemyot-
top  ilə  silahlanıb.  Təyyarədə  radiolokasiya  nişangahı  vardır.  Hədə-
fin  axtarılıb  tapılmasında  və  onun  məhv  edilməsində  təyyarəçinin 
göz  ilə  axtarmasına  o  qədər  də  ehtiyac  yoxdur.  Bu  mürəkkəb  işi 
avtomatik radiolokasiya nişangahı edir. 
IV. Fizika dərsliklərində bir sıra çalışmalar isə mülki təyyarə-
lərin xüsusiyyətlərinə aiddir. Məsələn, 6-7 siniflərin “Fizika” dərsli-
yində  11  saylı  çalışma  AN1-25  markalı  təyyarənin  Moskvadan 
ABŞ-a  (9130  km-lik  məsafə)  uçması,  305-ci  səhifədəki  64  saylı 
çalışma yüksəkdən uçan təyyarə və kosmik gəmilərin pəncərələrini 
hava buraxmaması (germetik olması) və s. ilə əlaqədardır. 
8-ci  sinfin  “Fizika”  dərsliyində  oxuyuruq:  “Təyyarə  uçuş 
meydançasını 15 san.  ərzində keçmiş və  yerdən ayrılan anda sürəti 
100m/san  olmuşdur.  Təyyarənin  təcilini  və  uçuş  meydançasının 
uzunluğunu təyin  edin”  (78, s.151; 7-5 saylı çalışmalar). “Təyyarə 
900km/saat  sürətlə  düzxətli  bərabərsürətli  uçur.  Mühərrikin  gücü 
1800kvt-dırsa, müqavimət qüvvəsi nəyə bərabərdir?” (78, s.219; 37 
(1-ci çalışma)). 
 
Şəkil 2. 



• 

 
108 
Dərslikdə  bu  tip  çalışmalar  çoxdur.  Onların  həllinə  başla-
mazdan əvvəl fizika müəllimi belə bir məlumat verə bilər: Rusiya, o 
cümlədən,  keçmiş  SSRİ  dövləti  dünya  aviasiyasının  yaranması  və 
inkişafında böyük rol oynayıb. Bu sahədə görkəmli rus alimlərindən 
M.V.Lomonosovun,  A.F.Mojayskinin,  N.E.Jukovskinin,  K.E.Siol-
kovskinin  böyük  xidmətləri  olmuşdur.  Müasir  aviasiya  xalq  təsər-
rüfatının  müxtəlif  sahələrində,  o  cümlədən  mülki  aviasiyada,  ağır 
sənayedə, kənd təsərrüfatı işlərində, tibbdə, hərbi texnikada və sairə 
sahələrdə  geniş  istifadə  olunur.  Bu  təyyarələr  bir  başa  uzaq 
məsafələrə  uçma  qabiliyyətini  hələ  1937-ci  ildə  təsdiq  etmişdir. 
Turboreaktiv və reaktiv mühərrikli belə təyyarələrin bütün hissələri, 
o  cümlədən  pəncərə  şüşələri  yüksək  təzyiqə  və  sürtünmə  zamanı 
qızmaya tab gətirə bilən materiallardan hazırlanır. Təyyarələrin pən-
cərələri nə içəriyə, nə də içəridən çölə hava buraxmır. Ona görə də 
hansı  yüksəklikdən  uçmasına  baxmayaraq  təyyarənin  içərisində 
atmosfer təzyiqi sabit qalır. İndi həll edəcəyimiz məsələlər də təyya-
rələrin  pəncərələrinin  hava  buraxmamasına  (başqa  məsələ  1937-ci 
ildə  sovet  mülki  aviasiyasının  keyfiyyətinə  və  təyyarəçilərin  şüca-
ətinə) aiddir – dəyərək fizika müəllimi müvafiq çalışmanın həllinə 
başlayır. 
V.  Fizika  dərsliyində  elə  tip  nəzəri  məlumatlar  və  çalışmalar 
vardır  ki,  onların  məzmununda  əsas  döyüş  vasitələrindən  biri  olan 
tanklardan danışılır. Məsələn, “Asfalt yol ilə gedən ağır tank asfaltı 
dağıtmır. Bəs nə üçün yolda onun tırtılı altında qalan kərpic əzilir?” 
(77,  s.  304;  1-ci  çalışma);  “Hərəkətdə  olan  tankdan  top  atılır.  Bu 
atəş  tankın  sürətinə  təsir  edirmi?”  (77,  s.185;  çal.4).  Çalışmaların 
həllinə fizika müəllimi belə başlaya bilər: “Uşaqlar, Azərbaycan Or-
dusu,  həmçinin  digər  ölkələrin  quru  qoşunları  güclü  döyüş  vasitə-
lərindən  biri  olan  tanklarla  təchiz  olunmuşdur.  Siz  bu  şəkillərdə 
hazırda  Azərbaycanın,  Rusiyanın,  ABŞ-ın,  Almaniyanın  və  Böyük 
Britaniyanın  tanklarını  görürsünüz”  –  deyərək  keçmiş  SSRİ-də 
istehsal olunmuş T-72 markalı son tip tankın (79, s.50), ABŞ-ın M 
551 “Şeridan” və  Böyük Britaniyanın  “Skorpion” tip tankının  (79, 
№ 11, s.45) ümumi görünüşünü şagirdlərə nümayiş etdirir. Hazırda 

 
109 
keçmiş  sovet  tankları  çox  güclü  döyüş  maşınıdır.  Onun  möhkəm 
zirehi,  güclü  mühərriki,  yüksək  hərəkət  ehtiyatı,  sürmək  və  idarə 
etmək  üçün  yeni  aparatları  var.  Tankların  içi  nüvə  partlayışından 
mühafizə vasitələri ilə təchiz olunmuşdur. Uşaqlar, şəkildə bu, tan-
kın tırtılı, bu, topun lüləsi, bu, pulemyotu, bu da gövdəsidir. Gördü-
yünüz kimi, tank tırtılın üzərində dayanır. Tank yerə təsir göstərən-
də  də  tırtıllar  vasitəsilə  edir.  Tankın  ağırlıq  qüvvəsi  tırtıla  ötürülür 
və  tırtılın  yerdə  oturan  hissəsinin  bütün  nöqtələrinə  eyni  dərəcədə 
paylanır.  İndi  həll  edəcəyimiz  məsələ  də  tankın  tırtıllarının  bu 
xüsusiyyətinə aiddir; – deyərək fizika müəllimi çalışmanı oxutdurur 
və onun həllinə keçir. 
VI. VI sinfin “Fizika” dərsliyinin 25-ci səhifəsində kompasın 
xarici görünüşünün şəkli, gənclərin çağırışaqədərki hazırlığı dərsli-
yinin  (2007-ci  il  nəşri)  163-cü  səhifəsində  (ibtidai  hərbi  hazırlıq 
dərsliyinin 188-ci  səhifəsində)  isə  Adrianov kompasının  həm  fiziki 
görünüşünün,  həm  də  onun  hissələrinin  şəkli  nümayiş  etdirilir  və 
işləmə  prinsipi  aydınlaşdırılır.  Hər  iki  mövzuda  kompasın  yerin 
maqnit  sahəsi  əsasında  işlədiyi  göstərilir,  coğrafi  qütblər,  yerin 
şimal  və cənub maqnit  qütbləri və s. barədə danışılır. Bu  əlaqələri 
nəzərə alaraq, fizika müəllimi hərbi kabinetdən Adrianov kompasını 
götürüb onun ümumi və fiziki görünüşü haqqında məlumat verərkən 
yerin maqnit sahəsinin müəyyənləşdirilməsində onun böyük praktik, 
o cümlədən, hərbi əhəmiyyət daşıdığını şagirdlərin nəzərinə çatdırır. 
Müəllim  sinfə  müraciətlə  deyir:  Yerin  maqnit  sahəsi  əsasında 
hazırlanan  və  hərbi  işlərdə  geniş  istifadə  olunan  cihazlardan  biri 
kompasdır.  Siz  coğrafiya  dərslərində  kompas  haqqında  məlumat 
almısınız.  İndi  isə  hərbi  məqsədlər  üçün  hazırlanmış  Adrianov 
kompasını  görürsünüz.  “Döyüş  şəraitində  səmtlənməni  (oriyentir-
lənməni) bacarmaq böyük əhəmiyyət kəsb edir. Əsasən meşədə, na-
bələd yerlərdə, gecə vaxtı və pis hava şəraitində fəaliyyət göstərən-
də səmtlənmənin əhəmiyyəti əvəzolunmazdır” (60, s.163). Kompa-
sın  maqnit  əqrəbi  yerin  maqnit  sahəsinin  təsiri  ilə  maqnit  xətləri 
boyunca yönəlir. Bununla da, yerin şimal istiqaməti, sonra isə digər 
üfüq cəhətləri müəyyənləşdirilir. 

 
110 
Kompasın  necə  işlədiyi  praktik  şəkildə  şagirdlərə  göstərilir. 
Məktəblilər  öyrənirlər  ki,  bunun  üçün  kompası  üfüqi  istiqamətdə 
tutmaq və əqrəbləri hərəkət etdirmək lazımdır. Kompası çevirməklə 
maqnit  əqrəbinin  şimal  ucu  limbanın  (gərəcələrə  bölünmüş  dai-
rənin)  sıfır  bölgüsünün  qarşısına  gətirilir.  Kompasın  vəziyyətini 
səmtləşdirdikdən sonra limbanın sıfır bölgüsünə doğru  yönələn  əq-
rəb  şimal  istiqaməti  göstərəcəkdir.  Şimal  istiqamətini  müəyyənləş-
dirdikdən sonra digər qütbləri tapmaq asan olur. 
Fizika  müəllimi  hərbi  rəhbərlərin  nəzərinə  belə  bir  cəhəti  də 
çatdırır  ki,  yerin  maqnit  qütbləri  onun  coğrafi  qütblərinin  üzərinə 
düşmür.  Yəni,  maqnit  əqrəbinin  istiqaməti  coğrafi  meridian  istiqa-
mətində  olmur.  Kompasın  maqnit  əqrəbi  isə  yalnız  təqribi  olaraq 
şimal istiqaməti göstərir (77, s.251). 
VII. Məlumdur ki, artilleriya elə bir hərbi sahədir ki, onu fizika 
və  riyaziyyatsız  təsəvvürə  gətirmək,  sadəcə,  mümkün  deyil.  Fizika 
dərsliklərində də bu xüsusiyyət nəzərə alınmış və artilleriya ilə bağlı 
çoxlu  materiallar  verilmişdir.  Həmin  materialların  bir  qismi  pa-
raqraflar üzrə mövzuların mətnlərində öz əksini tapmışdır. Məsələn, 
“Havanın sürtünməsi olmadıqda topdan atılmış mərmi parabola üzrə 
hərəkət edir. Bucaq 45
0
-yə bərabər olduqda mərminin uçuş məsafəsi 
maksimal  olur.  Mərmi  45
0
  –  a  və  45
0
  +  a  bucağı  altında  atıldıqda 
uçuş  məsafələri  eyni  olur”  (78,  rəngli  tablo  1a).  Belə  məlumatlara 
dərsliyin 33, 131, 185-ci səhifələrində də rast gəlmək mümkündür. 
Artilleriya  ilə  bağlı  materialların  digər  qismi  çalışmaların 
məzmununda  öz  ifadəsini  tapır.  Məsələn,  “Şaquli  istiqamətdə  atıl-
mış zenit topunun mərmisi maksimal hündürlüyə çataraq partlamış-
dır.  Partlayış  nəticəsində  üç  qəlpə  əmələ  gəlmişdir.  İki  qəlpə  bir-
birinə düzbucaq təşkil edən istiqamətlərdə uçmuşdur. Birinci qəlpə-
nin  kütləsi  9kq,  sürəti  60m/san,  ikincisinin  kütləsi  18kq,  sürəti  40 
m/san olmuşdur. Üçüncü qəlpə 200m/san sürətlə uçmuşdur. Üçüncü 
qəlpənin  uçuş  istiqamətini  qrafiki  olaraq  təyin  edin.  Bu  qəlpənin 
kütləsini  hesablayın”  (78,  çal.  29/3).  Dərsliyin  7(6),  35(2),  20(1) 
saylı və s. çalışmaları da bu məzmundadır. 

 
111 
Belə məlumatların verilməsinə və  yaxud, çalışmaların həllinə 
başlamazdan əvvəl fizika müəllimi hazırda ordumuzda istifadə olu-
nan topun şəklini göstərib belə bir izahat apara bilər: “Uşaqlar, gün-
dən-günə  inkişaf  edən  Azərbaycan  Milli  Ordusunun  Quru  Qo-
şunlarının əsas atəş gücü raket qoşunları və artilleriyadır. Artilleriya 
erməni  işğalçılarına  qarşı  müharibə  zamanı  düşmənin  müdafiəsini 
dağıtmış,  piyada  və  tanklarımızın  yolunu  açmışdır.  1941-1945-ci 
illərin müharibəsi zamanı artilleriyanı “müharibənin allahı” adlandı-
rırdılar. Müasir artilleriya reaktiv və lüləli artilleriyalardan, həmçi-
nin minomyotlardan və digər texnikadan ibarətdir. Bunlar düşmənin 
istənilən  hədəflərini  çox  dəqiq  şəkildə  vura  bilir.  Siz  bu  şəkildə 
ordumuzda olan “122mm Qaubisa” markalı topu (79, s.50) görürsü-
nüz.  Atəş  zamanı  topun  lüləsi  üfüqlə  bucaq  təşkil  edir.  Dərsliyi-
mizdə verilən rəngli tablodan  (79,  s.  96)  görürsünüz ki,  üfüqlə  bu-
caq təşkil etməklə atılan mərminin uçuş trayektoriyası parabola şək-
lindədir. Bu da onu göstərir ki, hətta dağların arxasında, görmə dai-
rəsindən uzaqda yerləşən düşmən obyektlərini də uzaqvuran toplarla 
məhv etmək mümkündür. 
Həmin məlumatdan sonra ya dərslikdə verilən hissənin şərhi-
nə keçilir, ya da məsələ oxunur və həll olunur (Şərhin yerini mətn-
dən  və  ya  çalışmanın  məzmunundan  asılı  olaraq  müəllim  müstəqil 
seçə bilər). 
Dərslikdə artilleriyaya dair elə materiallara rast gəlinir ki, on-
ların gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi hazırlıq) fənni 
üzrə biliklərlə bilavasitə əlaqələndirilməsinə sadəcə ehtiyac qalmır. 
Bu  materialların  özləri  hərbi  biliklər  verir.  Belə  ki,  VIII  sinfin 
“Fizika” dərsliyində “Üfüqlə bucaq təşkil etməklə başlanğıc sürətlə 
atılan  cisimlərin  ağırlıq  qüvvəsinin  təsiri  altında  hərəkəti”  (§37) 
belə bir məsələyə əsasən aydınlaşdırılır: “Üfüqlə bucağı təşkil et-
mək şərtilə V
0
 başlanğıc sürətilə mərmi atılmışdır. a) mərminin uçuş 
müddətini,  b)  maksimal  qalxma  hündürlüyünü,  v)  uçuş  məsafəsini 
tapmalı” (78, s.134). Sonra məsələ riyazi biliklərin, o cümlədən, əy-
rinin parametrik tənliyindən, triqonometrik funksiyaların xassələrin-
dən, triqonometrik eyniliklərdən, cəbri çevrilmələrdən və s. istifadə 

 
112 
əsasında  izahlı  yerinə  yetirilir  və  isbat  olunur  ki,  mərminin  uçuş 
müddəti, maksimal qalxma hündürlüyü və uçuş məsafəsi aşağıdakı 
düsturlarla hesablanır: 
 T
qalxma
 = 
;
g
Sin
V
0
a
   
h
max

2g
Sin
V
2
2
0
a
;      l = 
g
Sin2
V
2
0
a
 
Bu mövzunun tədrisi zamanı müəllim həmin fizika üzrə mate-
rialın  tam  mənimsənilməsinə  nail  olarsa,  onda  bu  sahədə  şagirdlər 
həm də zəruri hərbi biliklərə yiyələnmiş olurlar. 
VIII.  Dərsliklərdə  verilən  bir  sıra  çalışmalar,  məsələn,  VIII 
sinfin “Fizika” dərsliyində 7 (7) saylı çalışma, 222-ci səhifədə 3-cü 
sual və s. raketlərin quruluşu, reaktiv mühərriklər, onlarda enerjinin 
çevrilməsi, raketlərin hərəkət sürəti, təcili və s. bağlıdır. Belə çalış-
maların  həlli  zamanı  fizika  müəllimi  qeyd  edə  bilər  ki,  son  illərin 
müharibələri  göstərir  ki,  döyüşlər  zamanı  raketlərdən  müntəzəm 
istifadə  olunur.  Hava  Hücumundan  Müdafiə  Qoşunlarının  əsas 
döyüş gücü zenit – raket qoşunlarıdır. Zenit – raket kompleksi bö-
yük atəş gücünə malikdir. Bu raketlər günün istənilən anında, hava 
şəraitindən  asılı  olmayaraq  müdafiə  olunan  obyektdən  istənilən 
məsafədə  və  istənilən  hündürlük  və  sürət  diopozonlarında  olan  hər 
hansı havadan hücum vasitələrini yüksək dəqiqliklə məhv edə bilir. 
Qərbi Avropada yerləşdirilmiş “Perşinq-2” və qanadlı nüvə raketləri 
keçmiş  SSRİ-nin  müxtəlif  obyektlərinə  tərəf  tuşlanmışdır.  Hazırda 
ABŞ  raketləri  Əfqanıstan  və  İraq  ərazilərini  gecə-gündüz  dağıdır, 
milli  əhali  qırılır.  Rus  raketləri  isə  Çeçenistan  ərazisini  xarabazara 
çevirmiş,  Gürcüstan  ordusuna  isə  böyük  dərs  vermişdir.  Hazırda 
kosmosun  güclü  raket  sistemlərilə  silahlandırılması  planları  həyata 
keçirilir. 
Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin