AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə11/21
tarix09.02.2017
ölçüsü2,91 Mb.
#7872
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

III FƏSĠL 
 
GƏNCLƏRĠN ÇAĞIRIġAQƏDƏRKĠ HAZIRLIĞI  
(ĠBTĠDAĠ HƏRBĠ HAZIRLIQ) MƏġĞƏLƏLƏRĠNDƏ 
ġAGĠRDLƏRĠN ÜMUMTƏHSĠL FƏNLƏRĠ ÜZRƏ ƏLDƏ 
ETDĠKLƏRĠ BĠLĠKLƏRDƏN ĠSTĠFADƏ PRĠYOMLARI 
(FĠZĠKA VƏ RĠYAZĠYYAT FƏNLƏRĠ NÜMUNƏSĠNDƏ) 
 
 
3.1. Fizika və riyazi biliklərdən ibtidai hərbi hazırlıq kursu üzrə 
materialların izahında istifadənin əsas mərhələləri 
 
X-XI siniflərdə gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi 
hazırlıq)  kursunun  tədrisi  şagirdləri  fizika  və  riyazi  biliklərdən 
istifadəyə hazırlıq işi ilə  başlana bilər. Doğrudur,  gənclərin çağırışa-
qədərki hazırlığı (ibtidai hərbi hazırlıq) kursunun X sinifdən tədrisinə 
qədər  məktəblilər  həm  ibtidai  (məsələn,  2-ci  sinifdə  sinifdənxaric 
mülki  müdafiə  məşğələləri),  həm  də  V-IX  siniflərdə  müxtəlif 
məzmunlu  çalışmaların  həlli  zamanı  hərbi  biliklərlə  fizika  və  riyazi 
bilikləri,  bu  biliklərin  tətbiqi  dairəsini  müəyyən  dərəcədə  əlaqəli 
şəkildə  öyrənirlər.  Lakin  bu  prosesdə  onlar  hərbi  materialları  fizika 
və  riyazi  biliklərlə  əlaqələndirməyə  dair  ilk  zəruri  biliklərə  kifayət 
qədər  malik  ola  bilmirlər.  Ona  görə  də  şagirdlərin  əksəriyyəti  hərbi 
materialları fizika və riyazi biliklərlə düzgün və səmərəli əlaqələndir-
məkdə  çətinlik  çəkirlər.  Bu  da  ki,  yalnız  hərbi  biliklərin  deyil, 
həmçinin  fizika  və  riyaziyyat  kursunun  mənimsənilmə  keyfiyyətinə 
müsbət təsir göstərə bilmir. Həmin cəhəti nəzərə alaraq, hərbi rəhbər 
fizika  və  riyazi  biliklərdən  hərbi  hazırlıq  məşğələlərində  istifadə 
olunmasına, şagirdləri bu işə hazırlamağa xüsusi diqqət yetirməlidir. 
Lakin  belə  bir  cəhət  də  hökmən  nəzərə  alınmalıdır  ki,  I-IX 
sinif riyaziyyat  və  VII-IX sinif fizika kursundan öyrədilən bilikləri 
yalnız  sadəcə  təkrar  etdirməklə  kifayətlənmək  olmaz.  Məktəblilər 
gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi hazırlıq) məşğələlə-

 
136 
rində fizika və riyazi biliklərdən müntəzəm şəkildə istifadəyə hərtə-
rəfli hazır olmalıdırlar. 
Bu baxımdan ilk növbədə şagirdlər  gənclərin çağırışaqədərki 
hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  məşğələlərinin  keçirilməsi  zamanı 
digər  fənlərdən,  o  cümlədən,  fizika  və  riyazi  biliklərdən  istifadə 
prosesi ilə qarşılaşdırılmalı, bu prosesdən keçmənin zəruriliyini gör-
məlidirlər. Sonra fizika və riyazi bilikləri tətbiq etmənin hərbi anla-
yışların möhkəm və şüurlu mənimsədilməsindəki rolu məktəblilərə 
başa  salınmalıdır.  Bunun  üçün  əvvəlcə  hərbi  materialın  izahında 
bilavasitə istifadə olunacaq fizika və riyazi bilikləri hərbi rəhbər özü 
qruplaşdırır,  bu  anlayışların  necə  təkrar  etdiriləcəyini  müəyyənləş-
dirir,  sonra  həmin  anlayışların  müsahibə  yolu  ilə  təkrarına  keçir. 
Təkrar  prosesində  bu  anlayışların  fizika  və  riyaziyyat  kurslarından 
öyrədilən biliklər olduğu şagirdlərə bir daha xatırladılır və təkrarın 
yekunlaşdırılması yeni hərbi hazırlıq materiallarının şərhinə başlan-
ğıc olur. Bu prosesdə hərbi materialların yüksək səviyyədə mənim-
sənilməsi  üçün  şagirdlərə  öz  fizika  və  riyazi  biliklərində  istifadəyə 
tələbat tərbiyə edilir. Belə bir tələbat tərbiyəsi gənclərin çağırışaqə-
dərki hazırlığı (ibtidai hərbi hazırlıq) kursunda “Dövləti müdafiənin 
əsasları”  bölməsi  üzrə  (xüsusən,  əvvəlki  dərsliyin  “Azərbaycan 
Silahlı  Qüvvələri,  onların  xarakteri  və  əsas  xüsusiyyətləri”,  “Atəş 
hazırlığı” üzrə) ilk mövzuların tədrisi zamanı həyata keçirilməlidir. 
Yeni  hərbi  materialın  fizika  və  riyazi  biliklərin  köməyi  ilə 
izahından sonra məktəblilərdə bu fənlərə dair hansı biliklərə müra-
ciət  olunduğu  soruşulur.  Şagirdlər  isə  bu  biliklərdən  necə  istifadə 
etdiklərini  öz  başa  düşdükləri  kimi  aydınlaşdırırlar.  Hərbi  rəhbər 
məktəblilərin  cavablarını  diqqətlə  izləyir  və  yeri  gəldikcə  onlara 
düzəliş verir. Bu mərhələ X sinifdə bilavasitə fizika və riyazi bilik-
lərlə  əlaqəli  öyrədilən  hərbi  mövzuların  tədrisində  xüsusən  qabarıq 
şəkildə öz əksini tapmalıdır. 
XI sinifdə tədris ilinin birinci  yarısında “hansı riyazi biliklər-
dən  istifadə  edildi?”  sualı  yeni  hərbi  dərsin  izahı  prosesində  də 
verilir. Qoyulmuş sual şagirdlərin  yaş xüsusiyyətlərindən  asılı  ola-

 
137 
raq didaktikanın asandan çətinə, sadədən mürəkkəbə prinsipi əsasın-
da tərtib edilir. 
Hərbi  materialların  tədrisində  məktəblilərin  uyğun  fizika  və 
riyazi  biliklərindən  istifadə  prosesinə  bilavasitə  həmin  biliklərin 
təkrarı ilə başlamaq lazımdır. Təkrara başlamazdan əvvəl, yəni hər-
bi rəhbər yeni dərsə hazırlaşarkən əvvəlcə tədris materiallarını ciddi 
təhlil edir. Hərbə dair anlayışlardan hansılarının digər tədris fənləri 
ilə  əlaqələndiriləcəyini  müəyyənləşdirir,  onların  adlarını  göstərir. 
Müraciət ediləcək ümumtəhsil fənn anlayışı məlum olduqdan sonra, 
bu anlayışın hərbi məşğələlərdə istifadə edilən məzmunu dəqiqləş-
dirilir.  Bu  məzmun  konkret  və  qısa  olmalı,  tədris  materiallarına 
əlavə  yük  rolunu  oynamamalıdır.  Göstərilən  məzmunun  təkrarı  ya 
müsahibə,  ya  da  fizika  və  riyazi  anlayışların  mahiyyətinin  qısaca 
şərhi  yolu  ilə  aparıla  bilər.  Buna  görə  də  hərbi  rəhbər  müsahibəyə 
ciddi hazırlaşmalı, sualları qabaqcadan müəyyənləşdirməlidir. Sual-
lar elə tərtib  edilməlidir ki, alınan cavablar istifadə olunacaq fizika 
və  riyazi  biliklərin  məzmununa  tam  uyğun  gəlsin  və  şagirdlər  bu 
biliklərdən istifadənin formasını aydın görə bilsinlər. Müvafiq fizika 
və riyazi anlayışların qısa izahı zamanı isə hərbi rəhbər onların əsas 
mahiyyətini, bu biliklərdən istifadənin zəruriliyini və formasını gös-
tərir,  sonra  yeni  hərbi  anlayışın  fizika  və  riyazi  anlayışlar  əsasında 
şərhinə keçir. Bu zaman şagirdlərin fizika və riyazi biliklərindən elə 
istifadə  edilməlidir  ki,  məzmunca  yaxın  anlayışlar  məntiqi  olaraq 
uyğunlaşdırılsın, şagirdlərin əqli və praktik fəaliyyətində, o cümlə-
dən,  hərbi  üzrə  fizika  və  riyazi  məzmunlu  nəzəri  və  praktiki  çalış-
maların  həllində  də  bu  biliklər  tətbiq  oluna  bilsin.  Tətbiq  zamanı 
şagirdlərin fizika və riyaziyyat kursundan mənimsədikləri biliklərin 
elmi  dəqiqliyi  gözlənilməli,  bu  anlayışların  təhrif  olunmasına  yol 
verilməməlidir. 
Fizika və riyazi biliklərin sual-cavablar vasitəsilə təkrarı pro-
sesində bu biliklər şagirdlərin beynində tam canlandırıldıqdan sonra 
onların tətbiqinə keçmək daha məqsədəuyğundur. Tətbiqin sonunda 
bir daha ümumiləşdirmə aparıla bilər. Bu zaman hərbi rəhbər nəzərə 
almalıdır ki, ümumiləşdirilən hərbi və ümumtəhsil fənn biliklərinin 

 
138 
məzmunu  oxşar  anlayışlardakı  fərqli  əlamətlərin  atılması  hesabına 
yoxsullaşır,  lakin  həmin  məzmun  anlayışlardakı  oxşar  əlamətlərin 
aşkara  çıxarılması  hesabına  isə  genişlənir.  Buradan  aydın  görünür 
ki,  prof.  N.M.Kazımovun  sübüt  etdiyi  kimi,  “ümumiləşdirilən 
cisimlərdəki oxşar və fərqli əlamətləri nəzərə almadan ümumiləşdir-
mələr  aparmaq  mümkün  deyil.  Deməli,  nəzərdən  keçirilən  fərqli 
cisimlərdə (hadisələrdə) oxşar əlamətlərin üzə çıxarılması və anlayış 
formasında  ifadə  olunması  ümumiləşdirmədir”  (50,  s.39).  Belə 
pedaqoji  ümumiləşdirmələr  hərbi  məşğələlərdə  böyük  mövzuların 
fizika  və  riyazi  biliklər  ilə  əlaqəli  tədrisindən  bilavasitə  sonra, 
əsasən riyazi və hərbi, həmçinin fizika və hərbi anlayışların müqayi-
səsi yolu ilə həyata keçirilməlidir. Çünki, tədqiqat zamanı N.M.Ka-
zımov  tərəfindən  elmə  gətirilmiş  belə  bir  qanunauyğunluq  burada 
da  müşahidə  olundu:  “müqayisədən  nə  qədər  əsaslı  və  ardıcıl 
istifadə  edilərsə,  müqayisə  olunan  cisimlərin  anlaşılması  səviyyəsi 
bir  o  qədər  yüksəlir”  (50,  s.44).  Ona  görə  də  şagirdlər  mahiyyətcə 
yaxın (məs. hərbi topoqrafiya və homotetik inikas) hərbi anlayışlar-
la fizika və riyazi anlayışların oxşar və fərqli cəhətlərini, onların bir-
birilə əlaqəsini müqayisə yolu ilə daha asan öyrənə bilirlər. Təcrübə 
göstərdi  ki,  bu  zaman  mənimsənilən  hərbi  biliklər,  doğrudan  da, 
şagirdlərin yadında daha möhkəm qalır. Müqayisə ya konkret hərbi 
anlayışların  (məs.  güllənin  atılma  prinsipinin)  fizika  və  riyazi 
anlayışlarla  (biliklərlə)  əlaqəli  tədrisindən  bilavasitə  sonra,  ya  da 
məşğələnin  sonunda  aparıla  bilər.  Müqayisədə  şagirdlər  mənimsə-
dikləri  hərbi  anlayışlarla  fizika  və  riyazi  anlayışları  oxşar  və  fərqli 
əlamətlərinə görə qarşılaşdırır və müqayisə edirlər. 
Hərbi  biliklərin  mənimsədilməsində  məktəblilərdə  fizika  və 
riyazi  biliklərindən  istifadə  bacarıqları  fizika  və  riyazi  məzmunlu 
hərbi  çalışmaların  və  praktik  tapşırıqların  icrası  prosesində  forma-
laşdırılir. Bu çalışmalar və praktik tapşırıqlar həm yeni hərbi mate-
rialların  tədrisindən  bilavasitə  sonra,  yəni  yeni  biliyin  möhkəmlən-
dirilməsi zamanı, həm də ev tapşırıqları kimi verilə bilər. 
Deməli,  belə  qənaət  hasil  olur  ki,  fizika  və  riyazi  biliklərdən 
istifadə,  fizika  və  riyazi  məzmunlu  hərbi  çalışmaların  və  praktik 

 
139 
tapşırıqların məqsədyönlü şəkildə yerinə yetirilməsi hərbi anlayışla-
rın möhkəm və şüurlu mənimsənilməsini asanlaşdırır. Bu işdə hərbi 
rəhbərin  məlumatlılıq  səviyyəsi,  pedaqoji  ustalığı,  metodik  hazır-
lığı,  şəksiz,  mühüm  əhəmiyyət  daşıyır.  Lakin  şagirdlərin  təlimə, 
çağırışaqədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  məşğələlərinə  ma-
rağı, fizika və riyaziyyat fənləri üzrə bilik səviyyələrinin rolu da az 
deyildir.  Bu  maraq  və  həvəsi  oyatmaq,  bilik,  bacarıq  və  vərdişləri 
aşılamaq,  əlbəttə,  hərbi  rəhbərlə  yanaşı,  fizika  və  riyaziyyat  müəl-
limlərinin də borcudur. 
 
3.2. “Taktiki hazırlıq” bölməsi üzrə mövzuların tədrisi prosesində 
şagirdlərin fizika və riyazi biliklərindən istifadə 
 
“Taktiki hazırlıq” bölməsinin tədrisinə, əvvəlki proqram üzrə 
oğlanlar üçün 30 saat, qızlar üçün isə 12 saat vaxt ayrılırdı. X sinif-
də oğlanlar və qızlar birlikdə 12 saatlıq, XI sinifdə isə yalnız oğlan-
lar üçün 18 saatlıq məşğələ keçilirdi. Hazırki tədris proqramında bu 
bölmə  “Əsgərin  döyüşdə  davranış  qaydaları”  adlandırılmış,  tədris 
materialının  məzmunu  əsaslı  şəkildə  azaldılmış,  bəsitləşdirilmiş  və 
cəmi 10 saatlıq vaxt ayrılmışdır. 
“Taktiki hazırlıq” bölməsinin fizika kursu ilə əlaqələndirilmə-
sinin  zəruriliyi  proqrama  əlavədə  də  göstərilir.  Burada  hərbi  hissə-
nin silahları və döyüş texnikası haqqında məlumatların fizikanın 6-
cı sinif kursundan “havada uçma” və 8-ci sinif kursundan “Reaktiv 
hərəkət,  təyyarə  qanadının  qaldırıcı  qüvvəsi”  kimi  mövzularla 
əlaqələndirilməsi tövsiyə olunur. Ancaq mövcud tədris proqramının 
nə izahat vərəqində, nə də mızmununda fənlərarası əlaqə abu-havası 
hiss  olunmur.  İndiki  dərsliklərin  bu  bölmə  ilə  bağlı  məzmunu  da 
çox  bəsitdir.  Biz  əlaqənin  imkanlarını  əvvəlki  dərsliyin  məzmunu 
əsasında müəyyənləşdirməyi  daha elmi  və  gənclərin hərbi xidmətə 
hazırlanması baxımından daha məqsədəuyğun hesab edirik. 
Göstərilən  tədris  proqramının,  dərsliyin  və məktəb təcrübəsi-
nin təhlili göstərdi ki, “Taktiki hazırlıq” bölməsinin tədrisinin daha 
səmərəli  təşkilində  riyazi  fənlərlə  əlaqənin  də  geniş  imkanları 

 
140 
vardır.  Belə  ki,  bu  bölmənin  tədrisində  I-XI  siniflərdə  riyaziyyat 
fənnindən  öyrədilən  natural  və  tam  ədədlər,  adi  və  onluq  kəsrlər, 
mütənasib (düz və tərs) asılılıqlar, müstəvidə təsvir olunan həndəsi 
fiqurlar  (dairə  və  çevrə,  onların  radiusu,  bucaq,  bucaqların  dərəcə-
lərlə ölçülməsi), sadə riyazi hesablamalar və s. kimi riyazi anlayış-
lardan istifadə etmək mümkündür. 
Respublikada,  məktəblərimizin  bir  çoxunda  yaxşı  hazırlıqlı, 
pedaqoji, fizika və ya riyazi təhsili olan hərbi rəhbərlərimiz də var. 
Onlar hərbi hazırlıq dərsliyində verilən fizika və riyazi düsturlardan 
və  həmçinin,  şagirdlərin  fizika  və  riyazi  bilik  dairəsindən  daha 
səmərəli istifadə  etmək imkanlarına malikdir.  Belə  hərbi  rəhbərlər-
dən  biri  Gəncə  şəhəri  15  saylı  məktəbin  hərbi  rəhbəri,  ali  təhsilli 
riyaziyyat  müəllimi  idi.  O,  məşğələləri  tətqiqatçı  tərəfindən  hazır-
lanmış  metodika  əsasında  aparmışdır.  Hərbi  rəhbər  “Düşmənin 
havadan hücum vasitələri ilə mübarizə üsulları” mövzusunun tədri-
sinə  xarici  ölkə,  əsasən  də  ABŞ,  Rusiya,  İngiltərə,  Almaniya  və  s. 
dövlətlərinin  ordularında  olan  hərbi-hava  qüvvələri,  onların  tərkibi 
(təyyarə  və  vertolyotları)  haqqında  məlumatla  başlayır.  Məlumat 
nəqletmə metodu ilə verilir. Şagirdlər öyrənirlər ki, hazırda dövlət-
lərin  hərbi  aviasiyasının  əsasında  səsdən  iti  uçan  müxtəlif  təyinatlı 
qırıcı-bombardmançı  təyyarələr  dayanır.  Onlar  hərəkət  edən  hətta 
kiçik ölçülü hədəfləri belə raket zərbələri ilə dağıtmaq üçün nəzərdə 
tutulub.  Bu  təyyarələr  düşmənin  təyyarə  və  vertolyotları  (eləcə  də 
helikopterləri)  ilə  havada  da  yaxşı  mübarizə  apara  bilir.  Qırıcı-
bombardmançı  təyyarələr  yerüstü  hədəfə  bomba  tökür,  həmin 
hədəfi  təyyarə  topları  və  pulemyotları,  idarə  olunan  və  idarə  olun-
mayan aviasiya raketləri, həmçinin  yandırıcı  və dağıdıcı  bombaları 
ilə  məhv  edir.  Hərbi  rəhbər  məktəblilərlə  birgə  xarici  dövlətlərin 
ordularındakı qırıcı-bombardmançı təyyarələrin və döyüş vertolyot-
larının  (helikopterlərinin)  taktiki  və  texniki  xüsusiyyətlərini  nəzər-
dən keçirir. Bu keyfiyyətləri daha aydın başa düşmək üçün fizika və 
riyaziyyatdan  bir  sıra  anlayışlar  yada  salınır.  Hərbi  rəhbər  sinfə 
müraciətlə  deyir:  Siz  sürət  anlayışı  ilə  fizika  kursundan  tanışsınız. 
Kim deyər, sürət nəyə deyilir? (sürət ədədi qiymətcə vahid zamanda 

 
141 
edilən  yerdəyişməyə  bərabər  fiziki  kəmiyyətdir).  Sürət  hansı 
düsturla ifadə olunur? (V=S/t düsturu ilə. Burada, V-sürət, S-gedi-
lən yol, t-bu yolu getmək üçün sərf olunan vaxtdır). Sürət hansı va-
hidlə  ölçülür?  (m/san,  m/dəq,  km/saat  və  s.).  Riyaziyyatdan  isə 
uzunluğu,  uzunluq  vahidlərini,  onluq  kəsr  şəklində  ifadə  olunmuş 
həqiqi  ədədləri,  çevrəni,  onun  diametrini  bilirsiniz.  Kim  deyər 
uzunluq  vahidləri  hansılardır?  (mm,  sm,  dm,  m,  km).  7,62  ədədi 
hansı şəkildə ifadə olunmuş ədəddir və necə oxunur? (Bu ədəd on-
luq kəsr şəklində ifadə edilmiş həqiqi ədəddir və “yeddi tam yüzdə 
altmış  iki”  kimi  oxunur).  Kalibrin  7,62  mm  olması  nə  deməkdir? 
(Yəni silahın lüləsinin diametri 7,62 mm-dir). Hərbi rəhbər: 
–  Fizika  və  riyaziyyatdan  indicə  təkrar  etdiyimiz  anlayışlar 
əsasında  ABŞ-ın,  Böyük  Britaniyanın,  Fransanın,  Almaniyanın  qı-
rıcı-bombardmançı təyyarə və döyüş vertolyotlarının taktiki və tex-
niki  xüsusiyyətlərini  öyrənəcəyik  –  deyə  öz  şərhinə  davam  edir:  -
ABŞ-ın  əsas  qırıcı-bombardmançı  təyyarəsi  F-4E  “Fantom”-2-dir. 
Bu  təyyarənin  2  ekipajı  olur.  Onun  havada  ən  böyük  uçuş  sürəti 
2300 km/saat,  yerdə  sürəti isə 1400 km/saatdır. Bir  uçuşda təyyarə 
4000 km yol qət edə bilir. 
O,  18000  m  hündürlüyə  qalxmağa  və  7250  kq  bomba  götür-
məyə qadirdir. Bu tip təyyarələr bir ədəd 20 mm-k kalibrli aviasiya 
topu, 18 idarə olunan və 285 idarə olunmayan aviasiya raketləri ilə 
silahlandırılmışdır. 
Sonra  hərbi  rəhbər  F-IIIE  (ABŞ),  “Xarrier”  GR-3  (Böyük 
Britaniya),  “Yaquar”  (Fransa,  Böyük  Britaniya),  “Miraj”  –  IIIE 
(Fransa) qırıcı-bombardmançı təyyarələrinin və AH-1G “Xyu-Kob-
ra”(ABŞ),  WG-13”Links”(Böyük  Britaniya),  B
0
-105  P  (AFR)  dö-
yüş  vertolyotlarının  taktiki  və  texniki  xüsusiyyətlərini  konkret  və 
dəqiq rəqəmlərlə analoji qaydada aydınlaşdırır. 
Daha  sonra  ABŞ-ın,  Rusiyanın,  Boyük  Britaniyanın,  Fransa-
nın və Almaniyanın hərbi hava qüvvələrinə məxsus döyüş təyyarə-
lərinin fərqləndirmə nişanları əks olunmuş plakat nümayiş etdirilir. 
Plakat üzrə başa salınır ki, döyüş təyyarələrinin və vertolyotlarının 
fərqləndirici  nişanları  müxtəlif  həndəsi  fiqurlarla  (məsələn,  dairə, 

 
142 
düzbucaqlı, ulduz, zolaq, xaç və s.) və müxtəlif rənglərlə (qara, qır-
mızı,  mavi,  sarı  və  s.)  işarə  edilir  (Sonrakı  izahat  dərslikdəki  kimi 
aparılır). 
Şagirdlərdə belə inam formalaşır ki, təyyarələrin fərqləndirmə 
nişanlarını  hər  bir  Azərbaycan  əsgəri  bilməlidir.  Çünki,  mübarizə 
aparılan  döyüş  təyyarəsinin  hansı  ölkəyə  məxsus  olmasını  bilmək 
həmin  təyyarənin  tipini  müəyyən  etməyə  imkan  verir.  Təyyarənin 
tipi  müəyyənləşdikdə  isə  onun  döyüş  xüsusiyyətlərini  və  onlarla 
aparılacaq mübarizə üsullarını bilmək asan olur. 
Bununla da birinci məşğələ yekunlaşdırılır. 
İkinci  məşğələyə  başlamazdan  əvvəl  hərbi  rəhbər  bütün 
şagirdləri  təlim  avtomatları  və  yaxud  onun  maketi  ilə  təmin  edir, 
istifadə  üçün bir təyyarə və  bir vertolyot  maketi, nişanalma qayda-
larını  və  atəş  üsullarını  göstərən  plakatlar  götürür.  Bundan  başqa, 
şagirdlər  havadan  hücum  vasitələrinə  atəş  açmağı  praktik  surətdə 
yerinə  yetirsinlər  deyə,  mülki  müdafiə  meydanını  hazırlayır.  O, 
məktəblilərin  sıra  ilə  düzüləcəyi  xəttin  qarşısında  iki  hündür  dirək 
və  bunların  arasında  bir  alçaq  dirək  yerləşdirir.  Bu  dirəklərin 
yuxarısında rolik olur. Həmin roliklərdən məftil çəkilir və məftildən 
təyyarə  və  vertolyotun  maketləri  asılır.  Təyyarə  və  vertolyotun 
maketi asılmış məftil əl ilə dartılaraq hərəkət etdirilir. 
Hərbi rəhbər məşğələyə  avtomat və əl pulemyotları vasitəsilə 
alçaqdan uçan düşmən təyyarə və vertalyotlarını, həmçinin paraşüt-
çülərini  havada  müvəffəqiyyətlə  məhv  etməyin  mümkünlüyü  haq-
qında  məlumatla  başlayır.  Göstərir  ki,  hər  bir  əsgər  düşmənin  təy-
yarə, vertolyot və başqa havadan hücum vasitələrini tanımalı, onlara 
qarşı  avtomat  və  pulemyotlarla  mübarizə  aparmağı  bacarmalıdır. 
Bunun  üçün  havadan  hücum  vasitələrinə  atəş  açma  priyomlarını 
bilmək, mətin və cəsarətli döyüşçü olmaq lazımdır. 
Daha sonra göstərilir ki, yüksək sürətlə alçaqdan uçan təyyarə 
və  vertolyotlar  atəş  zonasında  çox  az  müddətdə  (4-8san)  olurlar. 
Məhz bu vaxt ərzində düşmən təyyarələrini (vertolyotlarını) vurmaq 
lazımdır.  Təyyarəni  vurmaq  üçün  ən  əlverişli  məsafə  isə  500-600 
m-dir. Bu zaman təyyarənin yerdən yüksəkliyi (hündürlüyü) 400m-

 
143 
dən,  əsgərin  dayandığı  yerdən  təyyarəyə  qədər  olan  maili  məsafə 
500-600  m-dən  çox  olmamalıdır  Əks  halda,  avtomatlardan  atəş 
açmağın mənası yoxdur. Çünki, yerin cazibə və havanın müqavimət 
qüvvələri  güllənin  sürətini  və  öldürücü  enerjisini  azaldır,  500-600 
m-dən  sonra  güllələr  təyyarəni  deşə  bilmir.  Təyyarəyə  avtomat-
lardan atəş açarkən nişangah 3 və ya “П” vəziyyətinə qoyulur. 
Hərbi  rəhbər  müxtəlif  plakatlardan  istifadə  edərək  şagirdlərə 
havadan  hücum  vasitələrinə  atəşaçma  üsullarının  mahiyyətini 
aydınlaşdırır. Göstərir ki, hücuma keçən düşmən təyyarəsinə (və ya 
vertolyotuna)  iki  üsulla  atəş  açmaq  mümkündür:  güllələrlə  çəpər 
çəkməklə  (bir  qədər  irəliyə  atəş  açmaqla  təyyarənin  qarşısına 
“çəpər” çəkilir) və hədəfi müşahidə etməklə atəşaçma. 
Uzaqdan  yaxınlaşan  düşmən  təyyarəsinin  sürəti  150  m/san-
dən  (540  km/saat-dan)  çox  olanda  atəş  açmanın  güllələrlə  çəpər 
çəkmə  üsulundan  istifadə  əlverişlidir.  Bu  üsul  tətbiq  edilərkən  qa-
baqlama məsafəsi (təyyarə ilə nişan alınan nöqtə arasındakı məsafə) 
təyyarənin  uzunluğundan  bir  neçə  dəfə  böyük  olmalıdır.  Aydındır 
ki,  məsafəni  gözlə  dəqiq  təyin  etmək  çətindir.  Ona  görə  də  əsgər 
vaxtında təyyarəni və onun hərəkət istiqamətini (hərəkət düz xəttini) 
müəyyənləşdirməli, dərhal da təyyarənin uçma istiqamətində (hərə-
kət  düz  xətti  üzərində)  və  ondan  xeyli  irəlidə  yerləşən  bir  nöqtəni 
nişan  almalıdır.  Təyyarə  ilə  həmin  nöqtə  arasındakı  məsafə  təxmi-
nən  800-900m  olanda  əsgər  atəş  açır.  Güllələr  atəş  nöqtəsinə  çat-
dıqda  təyyarə  də  atəş  xəttinə  daxil  olacaq  və  güllələrə  tuş  gələ-
cəkdir.  Təyyarə  atəş  zonasından  keçənə  kimi  bu  qaydada  fasiləsiz 
atəş  açma  davam  etdirilir.  Atəş  vaxtı  silah  eyni  vəziyyətdə  saxla-
nılır.  Lakin  güllənin  trayektoriyasından  aydın  görünsə  ki,  güllələr 
təyyarənin  uçuş  istiqamətindən  aralı  keçir,  onda  atəşi  dayan-
dırmadan  silahın  istiqamətini  təyyarəyə  tərəf  çevirmək  və  təyyarə 
güllələrlə toqquşana kimi (təyyarəyə dəyənə kimi) atəş kəsilmir. 
Sonra hərbi  rəhbər avtomatlardan atəşin  müşayətedici  forma-
sının izahına keçir. Göstərilir ki, bu üsul havadan hücum vasitələri 
(vertolyot,  yük  təyyarəsi,  paraşütçü)  yavaş  sürətlə  uçarkən  tətbiq 
olunur.  Bu  zaman  avtomatçılar  (pulemyotçular)  vaxt  itirmədən 

 
144 
qabaqlama  məsafəsinin  uzunluğunu  gözəyarı  təyin  etməli,  təyya-
rənin  hərəkət  istiqamətində  və  ondan  qabaqlama  məsafəsi  qədər 
irəlidə yerləşən nöqtəni mümkün qədər dəqiq nişan almalı və dərhal 
da həmin istiqamətdə fasiləsiz atəş açmalıdır. Təyyarə yerini dəyiş-
dikdə  güllələr  bir  növ  təyyarəni  izləyir.  Həmin  qaydada  atəş  açma 
təyyarə  vurulana  kimi  və  yaxud,  atəş  zonasından  uzaqlaşana  qədər 
davam etdirilir. Bundan sonra atəş açmaq və güllələri boş yerə sərf 
etmək lazım deyil. Yadda saxlamaq lazımdır ki, yavaş və  alçaqdan 
uçan  təyyarəyə  bu  üsul  ilə  avtomatlardan  atəş  açmaq  daha 
əlverişlidir. 
Şagirdlərə bildirilir ki, fizika kursundan öyrəndikləri və bun-
dan  əvvəlki məşğələdə  təkrar etdikləri V  = S/t düsturundan burada 
da istifadə olunacaq. Dərsdə belə bir sual irəli sürülür: əgər yuxarı-
dakı  düsturda  sürət  və  vaxt  məlumdursa,  onda  gedilən  yol  necə 
tapılır? (S = Vt düsturunun köməyi ilə) 
Düşmənin  təyyarə  və  vertolyotları  ilə  mübarizə  zamanı 
qabaqlama  məsafəsi  bu  düstura  əsasən  hesablanır  və  qabaqlama 
məsafəsini göstərən kəmiyyət S = V
n
t

ilə təyin olunur. Burada V
n

hədəfin  (təyyarə  və  yaxud  vertolyotun)  sürəti  (m/san),  t

güllənin, 
(həmçinin  təyyarənin)  nişan  alınan  nöqtəyə  çatma  vaxtıdır.  Bu 
düstur onu  göstərir ki,  təyyarə V sürəti ilə uçarsa, o, S qabaqlama 
məsafəsini  t

müddətinə  keçərək  nişan  alınan  nöqtəyə  çatacaqdır. 
Avtomatdan  atılan  güllələr  də  t
s
  müddətinə  nişan  alınan  nöqtəyə 
çatmalıdır ki, hədəfə (təyyarəyə) dəyə bilsin. Deməli, t
s
 vaxtı hər iki 
hərəkət edən obyekt  (təyyarə və  güllələr) üçün eyni olmalıdır. Ona 
görə  də  təyyarəyə  (vertolyota)  atəş  açma  anı  S  qabaqlama  məsa-
fəsinə görə nizamlanmalıdır. Bu izahatdan aydın  olur ki,  düşmənin 
havadan  hücum  vasitələrinə  qarşı  öyrəndiyimiz  hər  iki  mübarizə 
üsulu  (çəpər  çəkmə  və  müşayiət  etmə)  S  =  V
n
t
c
  düsturuna  əsas-
lanır.Yəni, bu mübarizə üsullarının elmi əsasını sürət, zaman və yol 
arasındakı  S  =  VT  asılılığı  (funksiyası)  təşkil  edir.  Ona  görə  də, 
güllənin  və  təyyarənin  hərəkət  sürəti  məlum  olduqda  qabaqlama 
məsafəsini asanlıqla hesablamaq mümkündür. 

 
145 
Adətən  qabaqlama  məsafəsi  gözəyarı  təyin  olunur.  Çünki, 
döyüşlər  zamanı  bunu  dəqiq  müəyyənləşdirmək  mümkün  deyildir. 
Ona görə də məsafələrin gözəyarı ölçülməsi sahəsində çoxlu məşq 
etmək lazım gəlir. 500 metrlik atəş uzaqlığında qabaqlama məsafəsi 
60-80 metr (təyyarənin uzunluğundan 5-7 dəfə böyük) olmalıdır. 
Tədris materialının şərhindən sonra hərbi rəhbər düşmənin təy-
yarə və vertolyotlarına  yerdən atəş açma priyomlarının məşq etdiril-
məsinə  keçir.  Məşqlər  əmrvermə  və  dərhal  onun  icrası  formasında 
aparılır.  Hərbi  rəhbər  müxtəlif  vəziyyətlərə  uyğun  əmrlər  verir. 
Məsələn,  “Bölmə,  ağacın  üzərində,  vertalyota,  üç  fiqur  irəli,  müşa-
hidə  etmə üsulu ilə  ATƏŞ” , “Bölmə, kəndin  üzərində  çəpər çəkmə 
üsulu ilə - ATƏŞ” və s. Komandalara uyğun olaraq şagirdlər əvvəlcə 
cüt-cüt,  sonra  isə  manqalarla  (Manqa-əksər  ölkələrin  hərbi 
qüvvələrində  ilk  (ən  aşağı)  taktiki  bölmədir.  6-12  nəfərdən  ibarət 
manqa  bir  qayda  olaraq  matorlaşdırılmış  atıcı  və  piyada,  minaatan, 
paraşüt-desant  və  s.  taqımların  tərkibinə  daxil  olur)  məşq  edirlər. 
Məktəblilərdən kimsə verilən komandaları səhv  yerinə  yetirsə, hərbi 
rəhbər bütün manqanı saxlayır, onun səhvini göstərir və sonra məşqi 
davam etdirir. Digər manqanın şagirdləri isə onları müşahidə edirlər. 
Birinci manqanın məşqindən sonra ikinci manqanın məşqinə keçilir. 
Məşğələnin  sonunda hərbi  rəhbər ümumiləşdirici söhbət  apa-
rır və qeyd edir ki, alçaqdan uçan havadan hücum vasitələrinə atəş 
açma qaydalarını yaxşı bilmək, düşmənin təyyarə və vertolyotlarını 
tez aşkara çıxarmaq, onların hansı ölkəyə mənsub olmasını tanımaq 
və  tipini  müəyyənləşdirmək,  öz  silahının  döyüş  imkanlarını  müəy-
yən  etmək  və  bu  imkanlardan  bacarıqla  istifadə  etmək  düşmənin 
havadan  hücum  vasitələri  ilə  mübarizədə  müvəffəqiyyət  qazanma-
ğın başlıca şərtidir. 
Bununla da hərbi rəhbər məşğələni  yekunlaşdırır və ev tapşı-
rığını verir. Ev tapşırığına həm də aşağıdakı çalışmalar daxildir: 
1.
 
Nə  üçün  havadan  hücum  vasitələrinə  atəş  açmaq  üçün  ən 
əlverişli məsafə 500-600 metrdir və nə üçün nişangah 3 (üç) və ya 
“П” vəziyyətinə qoyulur? 

 
146 
2.
 
Kalaşnikov avtomatından hədəfə qabaqlama üsulu ilə atılan 
güllə  2  saniyədən  sonra  280  m/san  sürətilə  hərəkət  edən  düşmənin 
yük təyyarəsinə dəymişdir. Qabaqlama məsafəsi nə qədər olmuşdur? 
“Taktiki  hazırlıq”  bölməsinin  əsas  mövzularından  biri  də 
“Kəşfiyyat”  mövzusudur.  Eksperimental  siniflərdə  bu  mövzunun 
izahına  hərbi  rəhbər  şifahi  şərhetmə  metodu  ilə  başlayır.  O,  məş-
ğələni üç başlıca hissəyə ayırır, bu, şagirdlərə elan edilmir: başlan-
ğıc,  əsas  və  yekunlaşdırıcı  hissələr.  Hər  bir  hissədə  hərbi  rəhbərin 
şifahi şərhi və müsahibə aparması xüsusi yer tutur. O, mövzunu elan 
etdikdən  sonra  dərsin  məqsədini  bildirir  və  məktəblilərin  əvvəlki 
hərbi  və  riyazi  biliklərini  yada  salmaq  məqsədilə  sual-cavablar 
aparır.  Sorğu  bilavasitə  yeni  biliyin  öyrədilməsi  zamanı  istifadə 
edilən hərbi və riyazi anlayışlara aid olur: 
-
 
Kəşfiyyatçı  əsgər  kəşfiyyat  zamanı  ən  çox  hansı  obyekt-
lərə fikir verməlidir? (Kəşfiyyatçı ən çox hərbi əhəmiyyətli obyekt-
lərə fikir verməli, onları yadda saxlamalı və ya qeyd etməlidir. Mə-
sələn, körpüləri, dəmir yol xətlərini, yaşayış məntəqələrini, teleqraf 
xətlərini və s.). 
-Kəşfiyyatçı ən çox hansı keyfiyyətlərə malik olmalıdır? (yax-
şı yaddaşa, diqqətə, müşahidə qabiliyyətinə, fiziki hazırlığa və s.) 
Hərbi rəhbər bu qayda ilə sual-cavab aparır və müsahibəni ye-
kunlaşdıraraq yeni mövzunun izahına başlayır: “Uşaqlar, müşahidə 
kəşfiyyat  zamanı istifadə  olunan əsas  üsullardan  biridir”. O, dərsin 
əsas hissəsində tədris materialını şifahi şərh etmə və müxtəlif əyani 
vəsaitlərdən istifadə zamanı nümayiş etdirmə üsullarını seçir. Hərbi 
rəhbər  bu  üsulların  köməyilə  “müşahidə”nin  forma  və  üsullarını 
(müxtəlif  şəraitlərdə)  aydınlaşdırmağa  başlayır.  Kəşfiyyatçının  ge-
yimi üzərində dayanır və eyni obyektin müxtəlif şəraitlərdə müşahi-
dəsini  plakatların  köməyi  ilə  başa  salır.  Plakatlardakı  şəkillərdə 
müşahidənin  həm  düzgün,  həm  də  düzgün  olmayan  müşahidə  for-
maları  olur.  Həmin  formaları  şagirdlərə  çatdırmaq  üçün  müqayisə 
priyomunun  köməyi  ilə  yaradılan  problem  situasiyadan  istifadə 
edilə  bilər.  Problem  situasiya  yaradılarkən  sual  belə  qoyulur:  “De-
yin görək bu müşahidə formalarından hansı düzgündür? Nə üçün?” 

 
147 
(Hərbi  rəhbər  eyni  bir  obyektin  müxtəlif  formalarda  müşahidəsini 
əks etdirən şəkilləri göstərir). 
Sual şagirdləri düşünməyə, şəkillərdəki müşahidə formalarını 
bir-biri  ilə  tutuşdurmağa  (oxşarlıqda  fərqi  tapmağa)  vadar  edir. 
Nəticədə problemli situasiya yaranmış olur. Məktəblilər fikirləşərək 
aşağıdakı cavabları verirlər: 
-
 
Ağacın yanında və yaxud kolun dibində uzanaraq müşahi-
də  etmək,  ayaq  üstə  dayanıb  müşahidə  etməkdən  daha  düzgündür. 
Çünki birinci halda müşahidəçi tez nəzərə çarpmır. Ikinci halda isə 
əksinə, düşmən onu tez görə bilir. 
-
 
Hasarın  taxtaları  arasından  müşahidə  etmək  düzgündür. 
Hasarın üstündən müşahidə etmək isə təhlükəlidir və s. 
Bu işi yekunlaşdırdıqdan sonra hərbi rəhbər özünə mövqeseç-
mə  və  məsafəni  təyin  etmə  anlayışlarının  öyrədilməsini  aşağıdakı 
ardıcıllıqla  həyata  keçirir.  Əvvəlcə  şifahi  şəkildə  izahat  verir  ki, 
müşahidə olunan nöqtədən hədəfə qədər olan məsafə müxtəlif for-
malarda  təyin  edilə  bilər.  Bu  formalardan  ən  tez  və  sadə  yerinə 
yetiriləni gözəyarı seçmə üsuludur. Hər bir əsgər (o cümlədən, hərbi 
hazırlıq  keçən  hər  bir  şagird)  50,  100,  200,  400,  800,  1000  metrə 
bərabər  olan  məsafələri  tez  bir  zamanda  gözəyarı  müəyyənləşdir-
məyi  bacarmalıdır.  Bunun  üçün  şagirdlər  çoxlu  məşq  etməli  və 
yaxud  müxtəlif  obyektlərin  görünmə  məsafələrini  göstərən  cədvəli 
bilməlidir.  Bütün  bu  məlumatlardan  sonra  hərbi  rəhbər  məktəb-
lilərin  diqqətini  xüsusi  hərbi  əhəmiyyətə  malik  əşyaların  görünmə 
məsafələrini səciyyələndirən cədvələ yönəldir: 
 
Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin