AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə2/21
tarix09.02.2017
ölçüsü2,91 Mb.
#7872
1   2   3   4   5   6   7   8   9   ...   21

I FƏSĠL 
 
GƏNCLƏRĠN ÇAĞIRIġAQƏDƏRKĠ HAZIRLIĞI 
KURSUNUN ÜMUMTƏHSĠL FƏNLƏRĠLƏ ƏLAQƏLĠ 
TƏDRĠSĠNĠN NƏZƏRĠ VƏ PRAKTĠK MƏSƏLƏLƏRĠ 
 
 
1.1. Orta ümumtəhsil fənlərinin əlaqəli tədrisinin 
elmi-pedaqoji və psixoloji əsasları 
 
Orta ümumtəhsil məktəblərində təlimin elmi-nəzəri səviyyəsi-
nin  yüksəldilməsi  vəzifəsinin  yerinə  yetirilməsi  bir  sıra  didaktik 
problemlərin,  o  cümlədən  ayrı-ayrı  fənlərin  tədrisi  prosesində  fən-
lərarası  əlaqənin  həyata  keçirilməsini  tələb  edir.  Keçmiş  SSRİ  mə-
kanında  bu  problemə  xüsusilə  çox  diqqət  verilməyə  başlanmış, 
ümumtəhsil  fənlərinin  əlaqəli  tədrisinə  həsr  olunmuş  xeyli  elmi-
nəzəri  konfranslar  keçirilmişdir  (1973-cü  ildə  Alma-Ata,  1976-cı 
ildə  Çelyabinsk,  1975,  1980-ci  illərdə  Moskva  şəhərində  və  s.). 
Ümumtəhsil  fənlərinin  tədrisində  fənlərarası  əlaqənin  reallaşdırıl-
masına həsr edilmiş bir neçə məqalələr məcmuəsi, çoxlu miqdarda 
jurnal  və  qəzet  məqalələri  nəşr  edilmiş,  namizədlik  və  doktorluq 
dissertasiyaları  müdafiə  edilmiş,  müəllimlər  konfransında  tez-tez 
söhbətlər getmişdir. İndi də bu istiqamətdə respublikamızda müəy-
yən işlər görülməkdədir. 
Lakin  əvvəlcədən  demək  istərdik  ki,  ümumtəhsil  fənlərinin 
əlaqəli tədrisi problemi tam həcmdə bu günə qədər həll edilməmiş və 
bu böyük problem təhsilin keyfiyyətini yüksəltmək üçün müəllimlər 
tərəfindən indi də,  lazımınca qiymətləndirilmir.  Səbəbi isə müxtəlif-
dir. Bəziləri problemin əhəmiyyətini yaxşı bilmir, digərləri bilsələr də 
onu  yerinə  yetirməkdə  çətinlik  çəkdiklərindən  ona  məhəl  qoymur, 
üçüncülər “onsuz da keçinərik” deyə əlavə əmək sərf etmirlər. Nəha-
yət, obyektiv səbəb kimi milli zəmində hazırlanmış fənn proqramla-
rının və dərsliklərin qüsurlu olması, milli dərsliklərin müəyyən müd-
dətdə eksperimentdən keçirilmədən istifadəyə verilməsidir. 

 
18 
Təlim-tərbiyə  prosesinin  qarşılıqlı  əlaqədə  olan  komponent-
lərinə həm ayrılıqda, həm də sistemli, əlaqəli şəkildə diqqət yetiril-
məsinə, bundan ötrü müxtəlif forma və üsulların tətbiqinin əhəmiy-
yətinə  aid  fikirlərə  Y.A.Komenski,  A.V.Disterveq,  İ.F.Herbart, 
K.D.Uşinski, A.S.Makarenko və b. əsərlərində rast gələ bilərik. Mə-
sələn, didaktikanın əsasını qoymuş dahi çex pedaqoqu Y.A.Komen-
ski deyirdi: “Qarşılıqlı əlaqədə olan hər şey bu cür əlaqədə də öyrə-
dilməlidir.  Predmet  və  hadisələrin  üzvi  əlaqədə  öyrənilməsi,  araş-
dırılması  məzmunun  açılmasını  reallaşdırır”  (13,  s.134).  Fənlərin 
əlaqəli  tədrisi  probleminə  klassik  pedaqoqlardan  olan  K.D.Uşinski 
də böyük əhəmiyyət vermişdir. Sxolastik tərzdə gedən təlim işlərini 
tənqid  edərək  o  qeyd  edirdi  ki,  belə  təlimin  nəticəsində  şagirdin 
başında hərc-mərclik əmələ gəlir, öyrənilmiş anlayışlar, hətta ideya-
lar “onun başında elə cansız şəkildə düzülür ki, elə bil rəvayətə görə 
“donub qalmış qaranquşlardır”; onların biri o birinin yanında yıxılıb 
qalıb,  amma  birinin  o  birindən  xəbəri  yoxdur;  bunun  kimi  də  bir-
birinə  çox  yaxın,  çox  həmcins  olan  ideyalar,  əslində,  belə  tutqun 
başda on illərlə qalır və bir-birini görmürlər” (28, s.296). 
K.D.Uşinski fənlərin sistematik surətdə öyrənilmə zəruriyyəti 
ideyasını irəli sürməklə yazırdı: “Əlbəttə, ancaq səmərəli, fənnin öz 
mahiyyətindən  doğan  sistem  biliklərimiz  üzərində  bizim  tam  haki-
miyyətimizi təmin edə bilər. Pərakəndə, əlaqəsiz biliklərlə dolduru-
lan baş elə bir ambara bənzəyir ki, orada hər şey qarma-qarışıq hal-
dadır və  onun sahibi belə  istədiyini tapa bilmir; biliklə deyil ancaq 
sistemlə yüklənən baş isə elə bir dükana bənzəyir ki, orada hər yeşik 
üzərində  şeyin  qiyməti  yazılmış,  amma  yeşiklər  boşdur”.  Belə  bir 
vəziyyətdən uzaq olmaq üçün Uşinski göstərir ki,  “Həqiqi pedaqo-
gika ifratçılıqdan qaçaraq şagirdlərə bilik verir və onu topladıqca da 
sistemə salır. Bilik nə qədər çox çeşiddə toplanarsa, sistem də bir o 
qədər  yüksək  olur  və  nəhayət,  məntiqi  və  fəlsəfi  müddəaların  mü-
cərrədlik  dərəcəsinədək  çıxır,  şagirdlərin  başında  belə  dünyagörü-
şünün əmələ gəlməsində, əlbəttə, fənn müəllimlərinin hamısı iştirak 
edir...” (28, s.355). 

 
19 
Buradan  aydın  olur  ki,  müxtəlif  mənbələrdən  alınan  biliklər 
arasında  sıx  əlaqə  yaratmaq,  bilikləri  səmərəli  sistemə  salır,  onları 
“məntiqi  və  fəlsəfi  müddəalara”  çatdırır,  şagirdlərin  başında  “dün-
yagörüşü  yaranmasını”  təmin  edir  və  bu  işdə  bütün  müəllimlərin 
iştirakı tələb olunur. 
Bu prosesdə Uşinski, təbiət fənlərinin əlaqəli tədrisinə toxun-
mur, fənlərarası əlaqədə mühüm rolu ana dilinin tədrisi üzərinə qo-
yur (28, s.356). 
Bu problem məşhur Azərbaycan maarifçisi Həsən bəy Zərda-
binin də diqqətini cəlb etmiş, o göstərmişdir ki, məktəbdə əl əməyi 
təlimini  başqa  elmlərin  tədrisi  ilə  paralel  aparmaq  lazımdır.  Bu  iki 
proses bir-birini tamamlamalıdır. 
A.S.Makarenko  tədris  fənləri  arasında  əlaqənin  süni  xarakter 
daşıdığını qeyd etmiş və onun əleyhinə çıxmışdır. O, əlaqənin şagird-
lərin şüurunda öz-özünə yaranacağını söyləyərkən təlim və iş zamanı 
bu sahədə xüsusi təşəbbüs göstərilməsini yersiz hesab edirdi (14). 
A.S.Makarenkonun  bir  fənnin  təliminin  başqa  fənlərlə  süni 
şəkildə  əlaqələndirilməsi  əleyhinə  çıxması  pedaqoji  cəhətdən  əhə-
miyyətli olsa da, hər cür əlaqəni inkar etməsi qəbuledilməzdir. 
XX  əsrin  60-cı  illərində  sovet  pedaqoqları  M.M.Mehdizadə, 
M.Ə.Muradxanov,  A.K.Qonçarov,  İ.F.Yesipov,  İ.T.Oqorodnikov, 
M.N.Skatkin, P.R.Atuşov və b. tədris planının tətbiqi, orada fənlərin 
yeri və əlaqəsi haqqında qiymətli fikirlər söyləmişlər. 
Lakin  ümumtəhsil  fənlərinin  müasir  hərbi-texniki  biliklərlə 
qarşılıqlı – əlaqəli tədrisi yolları tam şəkildə müəyyənləşdirilməmiş-
dir.  Çünki,  problemin  aktuallığına  baxmayaraq  nə  sosial  şərait,  nə 
də ki, pedaqoji elmin özünün səviyyəsi bunun üçün lazımi şərait ya-
rada bilməmişdir. 
Müasir pedaqogika bu problemin həlli ilə də istər təbii, istərsə 
də  anlayışlar  arasında  dialektik  əlaqənin  mövcud  olmasına  istinad 
edərək  məşğul  olmağa  başladı.  Beləliklə,  fizika,  riyaziyyat,  ibtidai 
hərbi hazırlıq fənləri arasında olan əlaqə az-çox işıqlandırılmış oldu 
(prof  .A.A.Abbaszadə,  prof.  Ş.T.Tağıyev,  dos.  Ə.H.  Məmmədov, 
dos. Q.B.Bəylərov, dos. İ.C.Alverdiyev və b.). 

 
20 
Milli  istiqlaliyyət  qazandıqdan,  məktəblərimizdə  təhsil  yeni 
məzmun aldıqdan sonra fənlərarası əlaqə problemi yenidən pedaqoji 
ictimaiyyətin  qarşısına  qoyulmuş,  bu  sahədə  müəyyən  irəliləyiş 
olmuşdur. Lakin bu gün məktəb fənlərinin hərbi anlayışlarla əlaqəli 
tədrisi baxımından daha  da təkmilləşdirilməyə ehtiyacı  vardır. Ona 
görə  ki,  təlimin  millilik  və  müasirlik  baxımından  ideya-nəzəri  sə-
viyyəsini  yüksəltmək  üçün  bütün  imkanlar,  o  cümlədən  fənlərarası 
əlaqənin  təkmilləşdirilməsi  səfərbər  edilməlidir.  Fənlərarası  əlaqə-
nin  mahiyyətinə  dair  onu  da  qeyd  edək  ki,  V.N.Fyodorovanın  (29) 
göstərdiyi  kimi,  bu  problemin  mahiyyətini  şərh  etməkdə  alimlər 
arasında yekdillik yoxdur. 
“Fənlərarası  əlaqə”  kateqoriyasının  mahiyyətinə  elmi-peda-
qoji ədəbiyyatda olan yekdil münasibəti müəyyən etmək üçün müx-
təlif  dövrlərdəki  pedaqoq  və  metodist  alimlərin  fikirləri  tədqiqata 
cəlb  edilmişdir.  Son  dövrlərdə  aparılan  və  internet  səhifələrində 
yayımlanan  tədqiqatlardan  aydın  olur  ki,  “Pedaqoji  ədəbiyyatda 
“fənlərarası  əlaqə”  kateqoriyasına  30-dan  artıq  tərif  var,  onun 
pedaqoji qiymətinə və müxtəlif tərzdə qruplaşdırılmasına ən müxtə-
lif yanaşmalar mövcuddur”. Müəllif N.N.Sotnikova bir neçə yanaş-
ma tərzini nəzərdən keçirərək yazır ki, müəlliflərin böyük bir qrupu 
fənlərarası  əlaqəyə  didaktik  şərt  kimi  baxır  (F.P.Sokolova, 
V.N.Fyodorova,  D.M.Kiryuşkin).  (Сотникова  Н.Н.  Межпредмет-
ные  связи  в  обучении.  29.04.2010.  http://www.  student.ru,  s.1) 
Fənlərarası  əlaqəni  həm  vasitə  (V.P.Şuman),  həm  iş  sistemi 
(P.Q.Kulakin),  həm  də  təhsilin  məzmununun  xüsusiyyəti  (K.L.Ko-
rolyova),  həm  didaktik  şərait  (N.M.Çərkəzzadə),  həm  də  təhsilin 
məzmununun  xüsusi  quruluşu  (N.S.Antonov)  və  s.  kimi  şərh  edən 
tədqiqatçılar (29, 21, 22, 27) var. 
V.N.Fyodorova yazır ki, göstərilən təriflərdən daha çox məq-
bul  olanı  N.M.Çərkəzzadənin  irəli  sürdüyü  tərifdir,  çünki,  “fənlər-
arası əlaqənin yerinə yetirilməsi həqiqətən elə bir didaktik şəraitdir 
ki, bu əlaqəni əvvəlcədən düşünülmüş və ardıcıl şəkildə həm tədris 
materialının  məzmununa  (xüsusilə  elmi  anlayışın,  qanunun,  nəzə-
riyyənin mahiyyətini işıqlandıranda), həm də muxtəlif təlim metod-

 
21 
larına  daxil  etməyi  tələb  edir”  (21,  s.7-8).  Başqa  təriflər  haqqında 
danışmağa  dəyməz,  çünki,  onlarla  V.N.Fyodorova  özü  də  razı 
deyildir, ona görə ki, o təriflərdə mahiyyət etibarilə problemin özü 
haqqında deyil, onun nəticələri və ya başqa fənlərlə olan münasibəti 
haqqında söhbət gedir. 
N.M.Çərkəszadənin təklifinə bir çox başqa alimlər də, o cüm-
lədən A.V.Usova da şərik olur. Fənlərarası əlaqənin tətbiqinin, təlim 
prosesində  müxtəlif  fənlər  arasında  olan  obyektiv  əlaqələrin,  həm-
çinin elmlər arasında mövcud olan əlaqənin inikası olduğunu qeyd 
edərək A.V.Usova yazır: “Hazırda fənlərarası əlaqə təlimin elmi-nə-
zəri səviyyəsini yüksəltmək, şagirdlərin yaradıcı qabiliyyətlərini in-
kişaf etdirmək, biliyin mənimsənilməsini optimallaşdırmaq və nəti-
cədə bütün prosesi təkmilləşdirmək şəraiti hesab edilir” (27, s.24). 
İlk  dəfə  İ.D.Zveryev və  V.N.Maksimova (11, 12, 15) fənlər-
arası əlaqəni prinsip hesab etmişdir. İ.D.Zveryev yazır: “Fənlərarası 
əlaqə prinsipi şagirdlər üçün müxtəlif fənlərdən bilik və bacarıqların 
tətbiqi  və  sintezinə  istiqamətlənmiş  problemin,  sualların,  vəzifə-
lərin, tapşırıqların formalaşmasına yönəlir” (11, s.31). 
Akademik M.M.Mehdizadə yazırdı: “Biz nə N.M.Çərkəszadə, 
nə  də  onun  tərifini  məqbul  hesab  edən  V.N.Fyodorova  ilə  razılaşa 
bilərik, çünki fənlərarası əlaqəni didaktika ilə bağlamaqda haqlı hə-
rəkət  etmiş  olsalar  da,  bunu  “didaktik  şərait”  hesab  etməyə,  fikri-
mizcə,  heç  bir  əsas  yoxdur.  Bizə  didaktikanın  prinsip  və  qaydaları 
məlumdur, lakin “didaktik şərait” kateqoriyası təlim nəzəriyyəsində 
məlum deyildir” (6, s.141). 
 “İbtidai  hərbi  hazırlıq  kursunun  ümumtəhsil  fənlərilə  əlaqəli 
tədrisi  problemi”  adlı  monoqrafiyamızda  fənlərarası  əlaqəni  belə 
qəbul  etmişik:  “İbtidai  hərbi  hazırlıq  kursunda  fənlərarası  əlaqənin 
nəzərə alınması həmin fənnin vahid strukturunun gözlənilməsi şərti 
ilə təlimin ümumi məsələlərinin həyata keçirilməsi üçün tətbiq olu-
nan bir işdir, prinsipdən irəli gələn didaktik tələblərdən biridir. Bu 
tələb ibtidai hərbi hazırlıq məşğələlərində şagirdlərin təbiət-riyaziy-
yat elmləri üzrə qazandıqları biliklərdən istifadə prosesinə də tama-
milə aiddir” (8, s.14). 

 
22 
Bu  barədə  V.N.Fyodorovanın  da  məqaləsində  danışılır  (20, 
s.8).  Bütün  bunlar  fənlərarası  əlaqənin  əhəmiyyətinə  aiddir.  Lakin 
bu keyfiyyətlər heç də onun spesifik tərəflərini açmır, onu müstəqil 
bir pedaqoji hadisə kimi şərh etmir. Pedaqoji ədəbiyyatda fənlərara-
sı əlaqəyə verilən başqa tərif bilmirik. Hətta “Pedaqoji ensiklopedi-
ya”da  belə  bu  anlayış  nəzərdən  qaçırılmışdır.  Amma  “Pedaqoji 
lüğət”də  (1960)  buna  diqqət  yetirilmişdir.  Lakin  təəssüf  ki,  bunda 
da  fənlərarası  əlaqə  tam  səciyyələndirilmir,  “təlim  proqramlarının, 
elmlər sistemi və didaktik məqsədlərlə şərtləşən qarşılıqlı uzlaşma-
sı” adlandırılır (25, s.681). Burada problemin bir qədər işıqlandırıl-
dığını inkar etmirik, lakin o çox məhduddur, primitivdir və  yarım-
çıqdır. Əgər məsələyə tədqiq etdiyimiz problem baxımından yanaş-
saq, onda işi ancaq “gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi 
hazırlıq)  və  digər  ümumtəhsil  fənləri  üzrə  proqramların  qarşılıqlı 
uzlaşması” ilə bağlamaq, bu mühüm didaktik hadisənin əhəmiyyəti-
ni yarıtmaz qiymətləndirmək olardı. 
Son zamanlarda həm pedaqogika nəzəriyyəsinə, həm də fənlə-
rin  tədrisi  metodikasına  dair  nəşr  olunan  çox  məzmunlu  məqalə-
lərdə  də  bu  problemin  düzgün  tərifinə  rast  gəlmirik  (halbu  ki,  bu 
məqalələrdə  problemin  bir  sıra  mühüm  cəhətləri  çox  dərin  şərh 
edilmişdir). Burada, hər şeydən əvvəl, Q.V.Vorobyovun məqaləsini 
nəzərdə tuturuq. Orada fənlərarası əlaqə: “Hadisələr qrupları arasın-
da qanunauyğun əlaqələr yaradan maddi aləmin vəhdətinə aid elmi 
mənzərəni açan elmlər tərkibidir” və ya “müxtəlif fənlər üzrə bilik-
lər məzmununun və təlim-əmək fəaliyyətinin əlaqəsidir” deyə səciy-
yələndirilir  (19,  s.5-6).  Bu  cür  tərifə  etiraz  etmək  çətindir,  çünki 
burada problemin müəyyən cəhətləri işıqlandırılır. Lakin problemin 
hansı  didaktik  kateqoriyaya  mənsub  olmasına  dair  müəllif  söz  de-
mir. Bu problemə dair V.M.Korotovun da çox məzmunlu məqaləsi 
dərc  edilmişdir.  Fənlərarası  əlaqənin  bir  çox  prinsipial  cəhətləri  bu 
məqalədə  elmin  tələblərinə  müvafiq  işıqlandırılmışdır:  O  yazır: 
“Yeni tədris proqramları və dərsliklərin tətbiqinə başlanılan ümumi 
orta  təhsilin  məzmununun  sabitləşdiyi  indiki  vaxtda  təlim-tərbiyə 
prosesində fənlərarası əlaqənin tətbiq edilməsinin düzgün istiqamət-

 
23 
lərini axtarmaq, təlim və tərbiyənin keyfiyyətini yüksəltmək, şagird-
lərdə  dialektik-materialist  dünyagörüşünün  formalaşdırılması  uğ-
runda  mübarizənin  ən  aktual  yollarından  biri  hesab  edilir”  (23, 
s.119).  Təəssüf  ki,  bu  samballı  məqaləsində  o  da  problemə  tərif 
verməmişdir.  Ancaq  onu  qeyd  edir  ki,  “fənlərarası  əlaqə  problemi 
ümumtəhsil orta məktəblərinin elə ümumi məqsədləri ilə əlaqədar-
dır ki, onlar tədris etdiyi fəndən asılı olmayaraq hər müəllimin işin-
də mühüm cəhətdir, hər şeydən əvvəl, bu – şagirdlərin elmi dünya-
görüşünün  formalaşdırılması,  təlimin  həyatla  əlaqələndirilməsi 
vəzifələrinin həyata keçirilməsi yoludur” (23, s.120). 
Fənlərarası  əlaqəni  V.M.Korotov  da  didaktikanın  əsas  prob-
lemlərindən biri hesab edir (23, s.121). Buna da etiraz edən yoxdur. 
Lakin  problemin  hansı  didaktik  koteqoriyaya  aid  olduğunu  dəqiq-
ləşdirmək lazımdır. 
Akademik  M.M.Mehdizadə  fənlərin  əlaqəsinin  mahiyyətinə 
dair öz mövqeyini bildirərək yazır: “Biz belə bir fikrə gəlirik ki, tət-
biqi indi son dərəcədə zəruri olan, didaktik əhəmiyyəti ümumən qə-
bul  edilmiş  olan  fənlərarası  əlaqəni  didaktik  prinsiplər  kateqoriya-
sına  aid  etmək  elmi  baxımdan  məqsədə  daha  müvafiq  olar”  (6, 
s.143).  Ənənəvi  təlim  prinsipləri  sırasında  bunun  olmaması 
M.M.Mehdizadənin təklifinə etiraz etməyə əsas vermir. Əvvəla ona 
görə ki, təlim nəzəriyyəsində alimlərin didaktik prinsiplərin siyahısı 
haqqında  yekdil  rəyləri  yoxdur.  Məsələn,  “Məktəb  pedaqogikası” 
adlı dərsliyində prof. N.Kazımov 13 qanunauyğunluqdan törəyən 13 
prinsipin adlarını (47, s.146) göstərir, öz fikirlərini dərin elmi əsas-
larla sübut edir. Prof. A.Abbasov təlimin prinsiplərini iki qrupa bö-
lərək altı prinsipin olduğunu göstərir və onların mahiyyətinə aydın-
lıq gətirir (5, s.121-134). Məlumdur ki, təkcə pedaqogika dərsliklə-
rində deyil, həm də didaktika üzrə nəşr edilmiş monoqrafiyalarda da 
didaktika  prinsipləri  müxtəlif  siyahı  ilə  verilir.  Bunların  arasında 
fənlərarası  əlaqənin  bir  prinsip  kimi  göstərilməməsi  heç  də  bunu 
prinsip saymamağa  əsas vermir Ona görə ki, təlim prosesində fən-
lərarası əlaqə də başqa ənənəvi prinsiplər kimi, məsələn, təlimdə el-
milik,  sistematiklik,  şüurluluq  kimi  müəyyən  didaktik  vəzifə  daşı-

 
24 
yır. Bu məsələ ilə əlaqədar prof. Z.İ.Qaralov yazır: “Fənlərarası əla-
qə prinsipinə görə bütün orta məktəb kursları əlaqəli tədris olunma-
lıdır  ki,  şagirdlərin  bilik  və  bacarıqlarında  tamlıq  və  ümumilik  ol-
sun.  Lakin  əlaqələrin  xarakteri,  elmi  mahiyyəti,  bu  əlaqələri  təmin 
etməyin  mexanizmi  tam  öyrənilmədiyindən  əlaqə  imkanlarından 
bütövlükdə  istifadə  edilmir”  (3,  s.236).  Fənlərarası  əlaqə  haqqında 
çıxış edən müəlliflər  yekdilliklə bunun didaktik əhəmiyyətini qeyd 
edirlər. Məsələn, A.V.Usova yazır: “Fənlərarası əlaqənin əhəmiyyə-
tini  biz,  hər  şeydən  əvvəl,  tədrisin  elmi  səviyyəsini  yüksəltməkdə, 
şagirdlərin  dialektik  təfəkkürünü  inkişaf  etdirməkdə,  onlarda  elmi 
dünyagörüşünü  formalaşdırmaqda,  bilik,  bacarıq  və  vərdişlərin 
geniş bir surətdə köçürülməsi üçün şərait yaratmaqda görürük” (21, 
s.24).  V.N.Fyodorova  yazır:  “Fənlərarası  əlaqə  təlimin  elmiliyi  və 
müvafiqliyinə,  şagirdlərin  idrak  fəaliyyətinin  gücləndirilməsinə, 
məktəblilərin bilik, bacarıq və vərdişlərinin keyfiyyətini yaxşılaşdır-
mağa  xidmət  edir,  şagirdlərin  elmi-metodik  görüşlərini  və  inamla-
rını təkmilləşdirir və inkişaf etdirir” (21, s.8). 
V.M.Korotov yazır: “Fənlərarası əlaqənin tətbiqi təlim və tər-
biyənin  effektliyini  yüksəltməyə  imkan verir, bilik,  bacarıq və  vər-
dişlərin  hərtərəfli  tətbiqini  və  möhkəmləndirilməsini  təmin  edir... 
şagird əməyinin səmərəliliyini yüksəldir (23, s.127). 
Fənlərarası əlaqənin əhəmiyyətinə dair müxtəlif müəlliflərdən 
iqtibas  edilmiş  rəylərin  düzgün  olmasına  şübhə  edilmir.  Onları  ço-
xaltmaq da olardı (94). Bütün bu rəylər, eyni zamanda, ənənəvi di-
daktik  prinsipləri  də  səciyyələndirir.  Məhz  ona  görə  də,  əksər  ən-
ənəvi prinsiplər kimi fənlərarası əlaqə də təlimin elmi-nəzəri səviy-
yəsini  yüksəltməyə  xidmət  edirsə,  o  zaman  bunu  təlim  prinsipləri 
kateqoriyasına  daxil  etməməyin  səbəbi  aydın  olmur.  Bizim  fikri-
mizcə,  fənlərarası  əlaqənin  bu  kateqoriya  sırasına  daxil  edilməsinə 
tam əsas vardır. 
Onu da deməliyik ki, müasir pedaqogikada və nəzəri metodi-
kada təlimin müasir səviyyəsi baxımından didaktik prinsiplərin tər-
kibini yenidən gözdən keçirmənin vaxtı çoxdan çatmışdır. Məsələn, 
prof.  Z.İ.Qaralov  çox  haqlı  olaraq  göstərir  ki,  “təlim  və  tərbiyənin 

 
25 
həyatla, müasir quruculuğumuzla əlaqəsi”ni bəzi didaktların konser-
vatizm əlaməti olaraq təlim prinsipləri sırasına daxil etməmələrinin 
səbəbi qaranlıqda qalır. “Biliyin sistemliliyi bir tərəfdən hər bir fən-
nin  tədrisi  ilə,  digər  tərəfdən  bu  fənlər  arasında  möhkəm  qarşılıqlı 
əlaqənin  yaradılması  ilə  təmin  edilir.  Tədris  fənlərinin  qarşılıqlı 
surətdə əlaqələndirilməsi tədrisdə ehkamçılığın aradan qaldırılması-
na,  qanunların  şüurlu  mənimsənilməsinə  səbəb  olur”  (3,  s.259). 
Didaktikaya həsr edilmiş əsər müəllifləri (məsələn, Skatkin M.N. və 
b.) bu barədə doğru hərəkət etdiklərini sübut etmək üçün təlim prin-
sipləri sırasında “sistematiklik və praktika ilə əlaqə” prinsipinin ol-
duğunu  göstərirlər  (10,  s.132).  Lakin  bunu  kifayət  hesab  etmək 
çətindir. Ona görə ki, “təlimin praktika ilə əlaqəsi”, “təlim və tərbi-
yənin  həyatla,  müasir  quruculuğumuzla  əlaqəsi”  müadil  deyildir. 
İkinci anlayış birinciyə nisbətən çox genişdir. Ona görə ki, bu vacib 
prinsipi “sistematiklik” prinsipinə yardımçı rolda göstərmək düzgün 
deyildir. 
Fənlərarası  əlaqəni  məharətlə  tətbiq  edən  respublikanın  fənn 
müəllimlərinin və hərbi rəhbərlərin təcrübəsindən də misallar göstə-
rə bilərik. Lakin bu heç də o demək deyildir ki, bütövlükdə ayrı-ayrı 
fənlərin  tədrisində  hərbi-texniki  biliklərin  verilməsi,  yaxud  gənclə-
rin  çağırışaqədərki  hazırlığı  fənninin  tədrisində  ümumtəhsil  fənn 
biliklərindən istifadə qənaətbəxş vəziyyətdədir. Təəssüf ki, məktəb-
lərimizin  bir  qismində  problemin  həlli  böyük  maneələrlə  rastlaşır. 
Ona  görə  yox  ki,  fənn  müəllimləri  bu  problemlə  məşğul  olmaq 
istəmirlər, ona görə ki, bir çoxu bu didaktik prinsipin əhəmiyyəti və 
mahiyyətini  hələ  dərindən  dərk  etmir,  onu  həyata  keçirmək  üçün 
zəruri bilik və təcrübə ilə, üsul və vasitələrlə silahlanmamışlar. 
Fənn  müəllimlərinin  başqa  bir  qrupu  isə  müvafiq  dərslərdə 
hərbi-texniki biliklərin şagirdlərə öyrədilməsinin əhəmiyyətini dərk 
etdikləri, təlim prosesində onun az-çox pedaqoji faydasını gördüklə-
ri  üçün  həyata  keçirməyə  çalışır,  lakin  bundan  kifayət  qədər 
faydalana  bilmirlər.  Bəzən  də  səhvə  yol  verirlər.  Belə  müəllimlərə 
kömək etmək didaktikanın vəzifəsidir. 

 
26 
Fənlərarası  əlaqədən  təlim  prosesində  səmərəli  istifadə  edil-
məsi, həm də bu didaktik prinsipin psixoloji əsaslara istinad edilmə-
sini bilməyi tələb edir. İ.P.Pavlov və İ.M.Seçenovun beynin fəaliy-
yəti  haqqında  kəşfi  fənlərarası  əlaqə  prosesində  əqli  fəaliyyətin 
psixoloji-fizioloji  əsaslarını  nəzərə  almağa  imkan  verir.  İ.P.Pavlov 
və  İ.M.Seçenovun  kəşfi  təfəkkür  və  qavrayışın  vəzifələrinin  psixo-
logiyasını  anlamağa  əsas  verir.  Akademik  İ.P.Pavlovun  ali  sinir 
fəaliyyətinin  daxili  mexanizmini  açması,  dinamik stereotip haqqın-
da təlimi fənlərarası əlaqənin daxili təbiətini başa düşməyə, əhəmiy-
yətini  anlamağa imkan verir.  İ.P.Pavlov  təliminə görə  dinamik  ste-
reotipin meydana gəlməsi baş beyinin qabığının sintetik və analitik 
fəaliyyətinə əsaslanan şərti reflekslərin uzunmüddətli məşqi nəticə-
sində baş verir. O yazmışdır: “Əgər bir nöqteyi-nəzərdən böyük ya-
rımşar  qabığına  hazırkı  anda  müəyyən  fizioloji  rola  malik  saysız-
hesabsız  ayrı-ayrı  məntəqələr  kütləsindən  ibarət  bir  mozaika  kimi 
baxmaq  mümkün  olsa  idi,  digər  nöqteyi-nəzərdən  biz  onda  daim 
birləşməyə,  inteqrasiyaya  və  birləşmiş  fəaliyyətin  stereotipliyinə 
can atan çox mürəkkəb dinamik sistem görərdik” (9). 
Fənlərarası  əlaqənin  psixoloji  əsaslarını  təsəvvürlər  və  anla-
yışların assosiasiyası təşkil edir. Yeni biliklər əvvəl mənimsənilmiş 
biliklərə  istinad  edir,  onların  kökləri  üstündə  bitir,  ona  görə  də 
alınan biliklərlə mənimsənilmiş biliklər arasında əlaqə təlim prose-
sində  labüddür.  Deməli,  məktəb  fənlərinin  tədrisi  prosesində  də 
fənlərarası  əlaqənin  zəruriliyi  təfəkkürün  təbiətindən  irəli  gəlir,  ali 
sinir  fəaliyyətinin  psixologiyası  və  fiziologiyanın  obyektiv  qanun-
ları ilə tənzim edilir. Bu isə, ümumiyyətlə, biliyi mənimsəmə prose-
sinin əsasında duran psixoloji qanunauyğunluqlar və xüsusən, təsəv-
vürlər  və  anlayışların  assosiasiyası  ilə  əlaqədardır.  Bu  barədə  irəli 
sürülən fikirlərə nəzər salaq. Assosiasiya – latınca, birləşdirilən, əla-
qələndirilən mənasını verən “associo” sözündən alınmışdır. Psixolo-
giyada, sadəcə olaraq, individin xarici mühitdən, real həyatdan siq-
nal  sistemləri  vasitəsilə  aldığı  təsəvvürlərin  əlaqələri  –  assosiasiya 
adlanır. Assosiasiya haqqında bu sadə anlayışı dəqiqləşdirib təkmil-
ləşdirərək S.L.Rubinşteyn yazır: “Assosiasiya iki təsəvvürün sadəcə 

 
27 
əlaqəsi deyil. Assosiasiyanın real hissələri individin aləmlə, obyek-
tiv  reallıqla  qarşılıqlı  əlaqəsindən  ibarətdir”  (26,  s.208).  Məhz  bu 
qarşılıqlı əlaqənin zəminində şüurda alınan təsəvvürlər arasında da 
əlaqə yaranır. Məlum olduğu üzrə, çox zaman təsəvvürlərin üç növ 
əlaqəsi olduğu qeyd edilir: təsəvvürlər zaman və ya məkan etibarilə 
bir-birilə  səsləşdikdə,  belələri  qonşuluq  assosiasiyası,  bir-birinə 
oxşadıqda  –  oxşarlıq  assosiasiyası,  təzad  təşkil  edəndə  ziddiyyətli 
assosiasiya adlanır. Bunların hər biri təsəvvürlərin assosiasiyasında 
işlənir. Lakin ən çox işə yarayan ilk ikisi hesab olunur. 
Məlum  olduğu  üzrə,  təsəvvürlərin  assosiasiyasının  fizioloji 
əsasını böyük rus fizioloqu İ.P.Pavlov qoymuşdur. O yazır ki, “şərti 
əlaqələr,  yəqin  ki,  bizim  eyni  zamanda  baş  verən  adlandırdığımız 
assosiasiyalardır.  Şərti  əlaqəni  ümumiləşdirmə,  oxşarlıq  assosiasi-
yası  ilə  səsləşməyə  cavab  verir.  Şərti  reflekslərin  (assosiasiyaların) 
tərkibi  və  təhlili  –  mahiyyət  etibarilə  bizim  zehni  fəaliyyətimizin 
əsas prosesləridir” (69, s.135). İ.P.Pavlovun nəzəriyyəsinə görə, tə-
səvvürlərin assosiasiyası  müvəqqəti əsəb  əlaqələri  mexanizmindən, 
yəni baş beyin qabığında iki məntəqə arasında, əsəb oyanmalarının 
kontaktından ibarətdir (9, s.272). 
Beləliklə,  Pavlov  biliyin  mənimsənilməsinin  fizioloji  mexa-
nizminin baş beyin qabığında mürəkkəb və müvəqqəti əlaqələr sis-
teminin  əmələ  gəlməsindən  ibarət  olduğunu  göstərir.  Müvəqqəti 
əsəb əlaqəsini (şərti refleksi) o, psixologiyada assosiasiya  adlanan, 
obyektiv varlığın əşya və hadisələrinin beyinə birgə təsiri nəticəsin-
də  əmələ  gələn  psixi  proseslərlə  eyniləşdirir.  Pavlov  yazır:  “Bütün 
təlim müvəqqəti əlaqələrin əmələ gəlməsindən ibarətdir – bu da dü-
şüncə, təfəkkür, bilikdir” (20, s.45). 
Pavlovun  nəzəriyyələrinə  görə,  hər  cür  təlim,  yeni  əlaqələr 
assosiasiya  yaratmağa  bağlıdır.  Yeni  biliklər  əvvəllər  verilən  təlim 
və  əmək  fəaliyyəti  prosesi  nəticəsində  alınıb  artıq  şüurda  saxlanan 
məlumatla  hərtərəfli  əlaqəyə  girir  və  sonra  bilik  dərəcəsinə  çatır. 
Problemin  bu cəhətinə  vaxtilə  sovet psixoloqu A.S.Vıqotski  də  nə-
zər salmışdır. O qeyd etmişdir ki, ümumiləşdirmənin hər bir inkişaf 
dərəcəsi  özündən  əvvəl  əldə  edilmiş  ümumiləşdirmə  dərəcələrinə 

 
28 
istinad  edir.  Ümumiləşdirmənin  dərəcəsi  özündən  əvvəlki  dərəcə 
əsasında meydana çıxır” (20, s.45). 
Buradan,  sadəcə  olaraq  belə  bir  nəticə  çıxır  ki,  hər  hansı 
ümumiləşdirmə  biliklərlə  silahlanmaq  nəticəsində  olduğu  kimi, 
məktəb  fənlərinin  qarşılıqlı-əlaqəli  tədrisində  də  hər  hansı  yeni 
biliklər özlərindən əvvəl mənimsənilmiş biliklərə istinad edir, onla-
rın necə deyərlər “kökləri üstündə bitir”, ona görə də alınan biliklər-
lə alınmış biliklər arasında əlaqə təlim prosesində labüddür. 
Buradan  A.S.Viqodski  həm  də  belə  bir  nəticə  çıxarır  ki, 
fənlərarası  əlaqənin  zəruriliyi  təfəkkürün  öz  təbiətinə  daxil  edil-
mişdir, ali əsəb fəaliyyətinin – psixologiya və fiziologiyanın obyek-
tiv qanunları tərəfindən irəli sürülmüşdür (20, s.47). 
Psixoloq Y.A.Samarin bunu pedaqoji baxımdan daha açıq bir 
surətdə  şərh  edərək  yazırdı:  “Fənlərarası  assosiasiyaların  mənbəyi 
əlaqədar  təlim  fənləri  sisteminin  daxilində  yerləşir.  Hər  bir  təlim 
fənninin  daxilində  bir  sıra  başqa  təlim  fənninin  rüşeymi  artıq  yer 
tutur.  Başqa  cür  desək,  formalaşmaqda  olan  bilik,  B.Q.Ananyevin 
dediyi  kimi,  müxtəlif  sistemlərin  elementlərindən,  mürəkkəb  olan 
komponentlərdən  ibarətdir”.  Bunu  aydınlaşdırmaq  üçün  Samarin 
misallar da gətirir. 
O, daha sonra göstərir: “Meydana gələn bütün bu assosiasiya 
sistemləri  qarşılıqlı  əlaqədə  olaraq  bəzi  biliklərin  təməlini  təşkil 
edir,  digərləri  üçün  gələcəkdə  təməl  olacaqları  imkanını  saxlayır” 
(20, s.299-300). 
Bütün bu deyilənlərdən ümumi nəticə çıxarıla bilər. Assosia-
siya şüurda biliklərin, fikirlərin səsləşməsi olmaqla, başqa sözlə de-
sək,  əsəb-psixi  hadisələrin  qanunauyğun  əlaqəsi  formasında,  varlı-
ğın  əşya  və  hadisələrinin  qarşılıqlı  əlaqələrinin  şüurda  inikası  ol-
maqla orta ümumtəhsil fənləri arasında qarşılıqlı əlaqələrin reallaş-
dırılması  prosesində  müstəsna  dərəcədə  əhəmiyyət  kəsb  edir.  Bili-
yin  qarşılıqlı-əlaqəli  mənimsənilməsi,  mahiyyət  etibarilə,  şagirdin 
əvvəlki təcrübəsinə daxil olan təsəvvür və anlayışların yeni öyrənil-
məkdə olanlarla əlaqəsinin də yaradılmasından ibarətdir. Buna görə 
də  fənlərarası  əlaqənin  məqsədyönlü  reallaşdırılması  zamanı  yeni 

 
29 
öyrədilən bilikləri keçmiş biliklərlə bağlamaq, onların arasında olan 
oxşarlıqları və fərqləri aydınlaşdırmaq zəruridir. Yeni materialın əv-
vəllər  öyrənilənlərə  nisbətən  oxşarlığı  aydın  olmasa  onlar  şagirdin 
hafizəsində zəif qalacaq  və  qeyri-dəqiq  şəkildə  mənimsədiləcəkdir. 
Yeni  təlim  materialını  mənimsətmənin  ən  mühüm  şərti  isə,  “Peda-
qoji ensiklopediya”da qeyd etdiyi kimi, onu hərtərəfli başa salmaq-
dan, onun mövcud əlaqələrini və münasibətlərini aydın şərh etmək-
dən ibarətdir (24, s.135). 
Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin