AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə1/21
tarix09.02.2017
ölçüsü2,91 Mb.
#7872
  1   2   3   4   5   6   7   8   9   ...   21

 
AZƏRBAYCAN RESPUBLĠKASI TƏHSĠL NAZĠRLĠYĠ 
GƏNCƏ DÖVLƏT UNĠVERSĠTETĠ 
 
 
ġahin Tağıyev 
 
 
FƏNLƏRARASI ƏLAQƏ  
VƏ MƏKTƏBLĠ-GƏNCLƏRĠN 
ÇAĞIRIġAQƏDƏRKĠ HƏRBĠ HAZIRLIĞI 
 
(monoqrafiya) 
 
 
 
 
 
Bakı - 2012 

 

Monoqrafiya Gəncə Dövlət Universitetinin Elmi Şurasının  
26 dekabr 2011-ci il tarixli iclasında müzakirə edilərək bəyənilmiş və 
çapa məsləhət görülmüşdür (protokol № 8). 
 
 
Elmi redaktor:  
Əməkdar elm xadimi, pedaqoji 
elmlər doktoru, professor N.M. Kazımov 
 
Rəyçilər: 
Əməkdar elm xadimi, pedaqoji elmlər 
doktoru, professor Z.Ġ. Qaralov 
 
Texnika elmləri doktoru, professor,  
1-ci dərəcəli kapitan (polkovnik
H.O. Ocaqov 
 
  
 
 
Pedaqoji elmlər doktoru, 
 professor F.B. Sadıqov 
 
Pedaqoji elmlər doktoru,  
professor A.N. Abbasov 
 
 
 
 
Tağıyev Şahin Tağı oğlu. Fənlərarası əlaqə və məktəbli-gənclərin 
çağırışaqədərki hərbi hazırlığı. Monoqrafiya. – Бакы: Мцтяръим, 2012.     
– 280 с. 
 
 
 
 

026
4306022000
 29-12 
 
 
 
 © 
Ş.Tağıyev
, 2012 

 

MÜNDƏRĠCAT 
 
GiriĢ ...........................................................................................................5  
 
I FƏSĠL. Gənclərin çağırıĢaqədərki hazırlığı kursunun  
ümumtəhsil fənlərilə əlaqəli tədrisinin nəzəri 
və praktik məsələləri  
1.1. Orta ümumtəhsil fənlərinin əlaqəli tədrisinin  
elmi-pedaqoji və psixoloji əsasları............................................................17  
1.2. Gənclərin çağırışaqədərki hazırlığı kursunun  
ümumtəhsil fənlərilə əlaqəli tədrisinin didaktik şərtləri ...........................29  
1.3. Ümumtəhsil fənlərilə əlaqəli tədris olunma baxımından  
gənclərin çağırışaqədərki hazırlığı üzrə proqram  
və dərsliyin imkanlarının müəyyənləşdirilməsi.........................................41 
1.4. Mövzu baxımından metodik ədəbiyyatın təhlili ................................57 
1.5. Gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi hazırlıq)  
kursunun digər ümumtəhsil fənlərilə əlaqəli tədrisinin məktəb 
praktikasında vəziyyəti..............................................................................75 
 
II FƏSĠL. Gənclərin çağırıĢaqədərki hazırlığı  
(Ġbtidai hərbi hazırlıq) kursunun sistematik təliminə qədər  
digər ümumtəhsil fənlərinin tədrisi zamanı zəruri hərbi  
biliklərin öyrədilməsinin imkan və yolları   
2.1. Riyaziyyat dərslərində şagirdlərə ilkin hərbi-texniki  
məlumatların verilməsi  .......................................................................... ..95 
2.2. Fizikanın tədrisi prosesində hərbi-texniki və taktiki  
biliklərin nəzəri məsələlərinin verilməsi ................................................ 101 
2.3. Coğrafiyanın riyaziyyat və gənclərin çağırışaqədərki hazırlığı  
ilə (ibtidai hərbi hazırlıqla) əlaqəli tədrisi metodikası  ........................... 115  
2.4. Əmək təlimi dərslərində sadə hərbi ləvazimatların  
hazırlanması zamanı şagirdlərin digər fənn biliklərindən  
istifadənin məzmunu və metodikası ....................................................... 123 
 
III FƏSĠL. Gənclərin çağırıĢaqədərki hazırlığı (ibtidai 
hərbi hazırlıq) məĢğələlərində Ģagirdlərin ümumtəhsil fənləri  
üzrə əldə etdikləri biliklərdən istifadə priyomları  
(fizika və riyaziyyat fənləri nümunəsində)  
3.1.
 
Fizika və riyazi biliklərdən ibtidai hərbi hazırlıq kursu üzrə 
materialların izahında istifadənin əsas mərhələləri ................................. 135 

 

3.2.
 
“Taktiki hazırlıq” bölməsi üzrə mövzuların tədrisi prosesində 
şagirdlərin fizika və riyazi biliklərindən istifadə .................................... 139 
3.3. “Silahlar və atıcılıq hazırlığı” (“Atəş hazırlığı”) bölməsinin  
tədrisində şagirdlərin fizika, riyaziyyat və rəsmxət fənləri üzrə 
biliklərindən istifadə ............................................................................... 154 
3.4. Hərbi topoqrafiyanın şagirdlərin riyazi, rəsmxət  
və coğrafi biliklərilə əlaqəli tədrisi. ........................................................ 165 
3.5. “Mülki müdafiə” bölməsinin şagirdlərin fizika  
və riyazi biliklərilə əlaqəli tədrisi ........................................................... 178 
 
IV FƏSĠL. Fizika və riyazi məzmunlu hərbi çalıĢmaların  
tərtibi və onlardan gənclərin çağırıĢaqədərki hazırlığı  
(ibtidai hərbi hazırlıq) məĢğələlərində istifadə 
4.1. “Əsgərin döyüşdə davranış qaydaları” (“Taktiki hazırlıq”)  
bölməsinin tədrisində fizika, riyazi və coğrafi məzmunlu  
hərbi çalışmalardan istifadə...... .............................................................. 195  
a) Çalışmalardan istifadənin ümumi metodikası. ................................... 195 
b) “Taktiki hazırlıq” məşğələlərinə aid fizika  
və riyazi məzmunlu hərbi çalışma nümunələri. ...................................... 203 
c) “Taktiki hazırlıq” üzrə çalışmaların həllinə aid 
metodik göstərişlər. ................................................................................ 209 
4.2. “Atıcılıq hazırlığı” üzrə materialların tədrisi prosesində  
fizika və riyazi məzmunlu hərbi çalışmalardan istifadə ......................... 224  
a) Çalışmalardan istifadənin metodiki xüsusiyyətləri. ............................ 224 
b) “Atıcılıq hazırlığına” aid fizika və riyazi məzmunlu  
hərbi çalışmalar. ..................................................................................... 236  
c) “Atıcılıq hazırlığı” üzrə çalışmaların həllinə dair  
metodiki göstərişlər. ............................................................................... 243  
4.3. “Sıra təlimi” və “Hərbi topoqrafiya” bölmələrində  
riyazi və coğrafi məzmunlu hərbi çalışmalardan istifadə ....................... 257  
a) Çalışma nümunələri.  .......................................................................... 257 
b) Çalışmaların həllinə dair metodik göstərişlər.  ................................... 259 
 
Ümumi nəticələr və təkliflər ................................................................ 267 
 
Ədəbiyyat............................................................................................... 273
 
  

 

 
 
GĠRĠġ 
 
“Hər  bir  vətəndaş  Azərbaycanın 
Milli Ordusunda xidmət etməyi özü üçün ən 
şərəfli vəzifə hesab etməlidir.” 
 H.Ə.Əliyev 
 
1988-ci  il  fevralın  20-si.  Dağlıq  Qarabağ  Vilayət  Sovetinin 
növbədənkənar  sessiyasında  “DQMV-nin  Azərbaycan  SSR  tərki-
bindən  çıxarılıb  Ermənistan  SSR  tərkibinə  verilməsi  haqqında  mə-
sələ  müzakirə  olunmuş  və  səs  çoxluğu  ilə  qərar  qəbul  edilmişdir” 
(2,  s.9).  Bu  qərardan  iki  gün  sonra  Qarabağ  torpağında  ilk  qan 
töküldü,  erməni  millətçiləri  Əsgəranda  toqquşma  törədərək  Əli  və 
Bəxtiyar  adlı  ağdamlı  iki  gənci  qətlə  yetirdilər  və  bir  neçə  nəfəri 
yaraladılar.  Bununla  da  Ermənistanda  və  Qarabağda  yaşayan  azər-
baycanlıların  doğma  yurdlarından  kütləvi  şəkildə  dövlət  orqanları 
səviyyəsində silah gücünə qovulması və torpaqlarımızın işğalı əmə-
liyyatı həyata keçirilməyə başladı. Beləliklə, Azərbaycana qarşı elan 
olunmamış  müharibə  başladı.  Bu  günə  qədər  davam  edən  müha-
ribənin nəticəsində xalqımızın başına dəhşətli müsibətlər gəldi. 
1993-cü  il  noyabrın  2-də  Azərbaycan  Respublikasının  Prezi-
denti  H.Ə.Əliyev  televiziya  və  radio  ilə  xalqa  müraciət  edərək  de-
mişdir: “Azərbaycan Respublikası, onun vətəndaşları beş ildən çox-
dur ki, müharibə şəraitindədirlər. Bu müddətdə erməni silahlı qüv-
vələrinin Azərbaycana qarşı təcavüzü mütəmadi olaraq davam edib, 
respublikamızın  ərazi  bütövlüyü  aybaay,  ilbəil  pozularaq,  onun 
torpaqları təcavüzkar tərəfindən işğal olunubdur, indi isə böyük bir 
qismi işğal altındadır... 
Müharibə dövründə,  yəni  beş ildən  artıq bir müddətdə Azər-
baycan Respublikası vətəndaşlarının bir qismi tələf, şəhid olmuşdur. 
Son  hadisələr  zamanı  da  həlak  və  şəhid  olanlar  var.  Ümumiyyətlə, 
Ermənistanın  təcavüzü  başlanandan  indiyə  qədər  təxminən  16  min 
azərbaycanlı  şəhid,  tələf  olmuş,  22  minə  qədər  adam  yaralanmış, 

 

yüz minlərlə  adam  qaçqın düşmüşdür.  İndi  qaçqınların  sayı  1 mil-
yon  nəfərdən  artıqdır.  Kəndlərimiz,  şəhərlərimiz,  qəsəbələrimiz 
viran olmuşdur” (2, s.533). 
Azərbaycanın  Ermənistan  tərəfindən  işğalının  qarşısını  dinc 
yolla almaq üçün respublika rəhbərliyi bütün imkanlardan, o cümlə-
dən,  beynəlxalq  təşkilatların  imkanlarından  istifadə  etməyə  çalış-
mışdır.  Bu  barədə  Azərbaycan  Respublikasının  Prezidenti  olduğu 
vaxt Ulu öndər H.Ə.Əliyev demişdir: “Birləşmiş Millətlər Təşkilatı-
nın,  onun  Təhlükəsizlik  Şurasının,  ATƏT-in,  onun  çərçivəsində 
olan Minsk qrupunun imkanlarından da istifadə etməyə səy göstər-
mişik.  ABŞ-ın,  Rusiyanın,  Türkiyənin  bu  barədə  təşəbbüslərindən 
və imkanlarından istifadə etməyə çalışmışıq. Həmişə də hesab etmi-
şik ki, bu yolla getsək müvəffəqiyyət qazanarıq. Təəssüf ki, bu gö-
rülən tədbirlər indiyə qədər lazımı nəticə verməyib” (2, s.534). İndi 
də  gecə-gündüz  bu  imkanlardan  istifadə  yalları  araşdırılır.  Azər-
baycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  cənabları  son  8 
ildə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kur-
sun  varisliyini  təmin  edərək  hər  an  beynəlxalq  təşkilatların  imkan-
larından  istifadə  etməyə  çalışmış,  bütün  yüksək  səviyyəli  görüş-
lərində  münaqişənin  Azərbaycanın  ərazi  bütövlüyü  şərtilə  həllini 
tapacağına inamını bildirmişdir. Məsələn, 2011-ci il noyabrın 11-də 
Azərbaycan  Prezidenti  İlham  Əliyev  Macarıstan  Respublikasının 
Prezidenti  Pal  Şmitt ilə birlikdə mətbuata verdikləri bəyanatda de-
mişdir:  “Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin 
həlli ilə bağlı bizim mövqeyimiz beynəlxalq təşkilatların qəbul etdi-
yi  qətnamə  və  qərarlar  əsasında  formalaşmışdır.  Bu  münaqişənin 
həlli  əlbəttə  ki,  yalnız  və  yalnız  beynəlxalq  hüquq  normaları  əsa-
sında olmalıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edil-
məlidir.  Ermənistan  işğalçı  qüvvələri  Azərbaycanın  torpaqlarından 
çıxarılmalıdır” (1). 
Bəs əhalisinin sayı Ermənistanın əhalisindən qat-qat çox olan 
Azərbaycanın müharibənin ilk vaxtlarındakı uğursuzluqlarının səbə-
bi nə olmuşdur? Bunun səbəbləri çoxdur. Bu səbəblərdən birini xal-
qının  vaxtında  dadına  çatmış  Ümummilli  liderimiz  Heydər  Əliyev 

 

belə ifadə etmişdir: “... bizim məğlubiyyətlərimiz bir tərəfdən Azər-
baycan Ordusunun döyüşən hissələrinin bir çox yerlərdə gücsüzlüyü 
nəticəsində baş vermiş, digər tərəfdən, bu ərazidə yaşayan vətəndaş-
ların, bizim soydaşlarımızın öz torpaqlarını qorumaq, saxlamaq əvə-
zinə dərhal qaçmaq, yurdlarını qoyub didərgin düşmək əhval-ruhiy-
yəsi  ilə  əlaqədar olmuşdur.”(2, s.536).  Müharibənin  gedişi göstərdi 
ki,  ata-baba  torpaqlarını,  Vətənin  torpağını  qoyub  qaçmaq  nəinki 
mülki  əhali  arasında,  hətta  hərbi  hissələrdə  əsgər  və  zabitlərin  də 
əhval-ruhiyyəsinə  daxil  olmuşdur.  Buna  nümunə  kimi  Zəngilan, 
Qubadlı və bir sıra başqa döyüş bölgələrindəki hadisələri göstərmək 
mümkündür.  Məsələn,  Ümummilli  liderimizin  ifadəsi  ilə  desək 
“Zəngilan rayonundan çıxan hərbi hissədə əsgərlərin, zabitlərin ək-
səriyyəti yerli adamlardır. Onlar döyüşmək əvəzinə, öz torpaqlarını 
müdafiə  etmək  əvəzinə,  atəş  səsi  eşidən  kimi  tez-tələsik  ailələrini 
çıxarmaqla və başqa işlərlə məşğul olmuşlar. Şübhəsiz ki, dinc əhali 
döyüş bölgələrindən çıxarılmalıdır, bunun üçün lazımi tədbirlər gö-
rülməlidir.  Lakin  bu  o  demək  deyildir  ki,  döyüşçü  öz  mövqeyini 
tərk edərək yalnız özü və ailəsi haqqında düşünsün, qaçmağa çalış-
sın” (2, s.541). 
Xalqının  bütün  keyfiyyətlərini,  onun  tarixi  ənənələrini  gözəl 
bilən Ulu öndərimiz onu da qeyd edir ki, “Azərbaycan xalqı qəhrə-
man xalqdır. Onun tarixində igidlik ənənələri həmişə güclü olmuş-
dur. Xalqımız öz qəhrəmanları ilə fəxr etmişdir. Azərbaycan xalqı-
nın  qüdrəti  bu  gün  də  itməmişdir.  Ancaq  qeyd  etdiyim  kimi,  son 
illərdə gedən mənfi proseslər insanların bir çoxunun mənəviyyatını 
pozmuş, onların bəzilərində vətənpərvərlik hissini tamamilə kütləş-
dirmişdir. Vətəni qorumaq, torpağa bağlı olmaq hissini , “ölsəm də, 
öz torpağımda şəhid olum” hissini çoxları itirmişdir ... 
Ancaq bu o demək deyildir ki, biz çıxılmaz vəziyyətdəyik. Xeyr. 
Bu  vəziyyətdən  çıxmaq  üçün  Azərbaycan  xalqının  qüdrəti  və  im-
kanları var. Lakin bundan ötəri gərək xalq bir məqsədə xidmət etsin. 
Torpağımızı, Azərbaycanın ərazi bütövlüyünü qorumaq, onun suveren-
liyini,  müstəqilliyini  qorumaq  hər  bir  vətəndaş  üçün,  hər  bir  azər-
baycanlı üçün ən ümdə, ən ülvi, ən başlıca vəzifə olmalıdır.” (2, s.541). 

 

Göründüyü  kimi,  məğlubiyyətlərimizin  başlıca  səbəblərindən 
ikisinin kökləri birbaşa ümumtəhsil məktəblərimizdə təlim prosesi-
nə gedib çıxır. Birinci səbəb, orta məktəbi bitirib hərbi xidmətə gə-
lən əsgərlərin səriştəsizliyi, sadə hərbi anlayışları bilməməsi ilə bağ-
lıdır ki, bu da orta məktəbin sonuncu iki sinfində keçilən gənclərin 
çağırışaqədərki hazırlığı (əvvəlki ibtidai hərbi hazırlıq) fənninin təd-
risi səviyyəsi ilə bağlıdır. İkinci səbəb isə, yeniyetmələrin vətənpər-
vərlik  və  bununla  yanaşı,  hərbi-vətənpərvərlik  tərbiyəsinin  key-
fiyyəti  ilə  əlaqədardır.  Yəni  vətəni  sadəcə  sözdə  sevmək  yox,  eyni 
zamanda onu silahla, qanı bahasına da olsa qorumağı bacarmaqdır. 
Göründüyü  kimi  hər  iki  səbəb  digər  amillərlə  bərabər  ümumtəhsil 
məktəblərinin  X-XI  siniflərində  tədris  olunan  gənclərin  çağırışaqə-
dərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  fənninin  aşağı  səviyyədə 
tədrisindən,  bu  sahədə  respublikada  fundamental  tədqiqatların  apa-
rılmamasından,  tədrislə  bağlı  elmi  problemlərin  müəyyənləşdiril-
məməsindən və onların həll olunmamasından da irəli gəlmişdir. 
“İndi hamı başa düşür ki, Azərbaycan çox gərgin vəziyyətdədir. 
... Biz müdafiə qüvvələrimizi hər cəhətdən gücləndirməliyik” 
– deyən Ümummilli liderimiz prezidentliyi dövründə bu gücləndir-
mənin  istiqamətlərini  də  göstərmişdir:  “Müdafiə  qüvvələrini  möh-
kəmləndirmək üçün Azərbaycanda bütün mənəvi-psixoloji vəziyyət 
dəyişməlidir.  İndiki  əhval-ruhiyyə  ilə  Azərbaycanın  bütövlüyünü 
təmin  etmək  mümkün  olmayacaqdır...  Əgər  insanların  mənəviyya-
tında  dəyişiklik  olmasa,  pozulmuş  mənəviyyat  bərpa  edilməsə,  in-
sanlarda  vətənpərvərlik,  namus,  şərəf,  qeyrət  hissi  baş  qaldırmasa 
biz heç nə edə bilmərik” (2, s.542-544). “Burada oturub ah-vay et-
məkdənsə, yaxud qeybətlə məşğul olmaqdansa, ayrı-ayrı məsələlərə 
cürbəcür qiymət verməkdənsə, gedib hərə bir cəbhə bölgəsində, or-
du  hissəsində  adamların  əhval-ruhiyyəsini,  vətənpərvərlik  hissini 
qaldırsa,  müdafiə  qüvvələrinin  möhkəmlənməsində  iştirak  etdiklə-
rini göstərə bilərlər” (2, s.553). 
1994-cü il yanvarın 13-də Azərbaycan Prezidenti, Azərbaycan 
Silahlı  Qüvvələrinin  Ali  Baş  Komandanı  Heydər  Əliyev  cəbhəyə 
yola  düşən  zabitlərin  bir  qrupu  ilə  respublika  şəhər  və  rayonların 

 

hərbi  komissarlıqlarında,  habelə  döyüş  əməliyyatı  getməyən  zona-
lardakı  müxtəlif  hərbi  bölmələrdə  xidmət  edən  peşəkar  zabitlərlə 
görüşündəki  nitqində  söyləmişdir:  “Görüşümüzün  məqsədi  bundan 
ibarətdir: son aylarda respublikamızda Azərbaycan ordusunun quru-
culuğu prosesi  gedir. Sizin hamınız bunun şahidisiz ki,  həmin  pro-
ses indi artıq düzgün istiqamətdə aparılır, müsbət nəticələrini verir. 
Bu  isə  Azərbaycan  Respublikasının  müdafiəsinin,  Silahlı  Quvvələ-
rimizin möhkəmlənməsinə kömək edir. 
İndi respublikanın müdafiə imkanlarının artmasına çox böyük 
ehtiyac  var”  (2,  s.580).  “İndi  bizim  hərbi  çağırış  məntəqələrimizdə 
gənclərin sayı çoxdur və onlar hərbi xidmətə başlamalıdırlar. Onla-
rın hərbi təlimi ilə məşğul olmaq üçün zabit kadrlarına çox ehtiyacı-
mız var” (2, s.583). 
Göründüyü  kimi  Ümummilli  liderimiz  Heydər  Əliyev  ikinci 
dəfə respublika rəhbərliyinə başladığı ilk gündən güclü Milli Ordu-
muzun  yaranmasına  xüsusi  diqqət  və  qayğı  göstərmiş,  prezident 
işlədiyi dövrdə ordu quruculuğu ilə bağlı da xeyli qlobal işlər gör-
müşdür. Bu işlər Ulu öndərin layiqli varisi və davamçısı, Azərbay-
can Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Koman-
danı  İlham  Əliyev  tərəfindən  uğurla  davam  etdirilmiş,  indi  də  da-
vam etdirilir. Bu prosesi Prezidentimiz özü belə bəyan edir: “Hər bir 
ölkə  üçün  onun  ordusu  çox  vacib  bir  atributdur,  çox  önəmli  bir 
rəmzdir.  O  cümlədən  Azərbaycan  üçün.  Xüsusilə  nəzərə  alsaq  ki, 
Azərbaycan  hələ  də  müharibə  şəraitində  yaşayır,  orduya  diqqət 
daim yüksək səviyyədə olmalıdır. Bu gün Azərbaycanın ordusu Cə-
nubi Qafqazda ən güclü ordudur. Biz bu hərbi üstünlüyü əldə etmi-
şik  və  gərək  bunu  möhkəmləndirək.  Bu  üstünlük  daha  da  böyük 
olmalıdır və biz buna nail olacağıq. Bu münaqişəni həll etmək üçün, 
işğala son qoymaq üçün həm siyasi-diplomatik səylər göstərilməli-
dir,  həm  də  düşmən  bilməlidir  ki,  Azərbaycan  Ordusu  istənilən 
vaxtda  öz  doğma  torpaqlarını  azad  edə  bilər  və  lazım  olan  vaxtda 
bütün gücümüzü səfərbər edərək biz buna nail olacağıq” (“Azərbay-
can” qəzeti, 11 noyabr 2011-ci il, № 248). 

 
10 
Deməli,  gənc  nəslin  Vətənin  layiqli  övladları  kimi  böyümə-
sində,  onlarda  yurdsevərlik,  doğma  torpaq,  el-oba  sevgisi  tərbiyə 
etməkdə, vətəndaşı olduğu ölkəni, dövləti qorumaqda, hərbi biliklə-
rə yiyələnməkdə orta məktəblərimizdəki hərbi məşğələlərin rolu son 
dərəcə böyükdür. Təcrübə göstərir ki, bu kursun öyrənilməsi prose-
sində şagirdlərin digər ümumtəhsil fənləri üzrə biliklərinə müraciət 
etmək tədrisin səmərəliliyini nəinki  artırır, hətta gənclərin çağırışa-
qədərki hərbi hazırlığı fənninin qarşısında qoyulan vəzifələrin uğur-
la həyata keçirilməsini reallaşdıra bilir. 
Gənclərin  çağırışaqədərki  hazırlığı  kursunun  məzmunundan 
görünür ki, bu fənnin digər tədris fənləri ilə, o cümlədən, fizika, ri-
yaziyyat,  kimya, tarix, coğrafiya,  ədəbiyyat,  əmək təlimi və s.  fən-
lərlə  çox  sıx  əlaqə  imkanları  var.  Biz  bu  əlaqənin,  yəni  gənclərin 
çağırışaqədərki hazırlığı fənninin digər ümumtəhsil fənləri (xüsusən 
fizika və riyaziyyat) ilə qarşılıqlı əlaqəli tədrisi problemləri üzərində 
xüsusi  dayanacağıq.  Çünki,  mütəxəssislərin  hələ  yarım  əsr  bundan 
əvvəl “Döyüşdə riyaziyyat” (rus dilində) adlı əsərdə qeyd etdikləri 
kimi, xüsusilə müasir dövrdə hərbi işi və onun inkişafını fizika və 
riyaziyyatsız  təsəvvürə  gətirmək  mümkün  deyil.  Hazırda  yeni  növ 
silahların  yaradılması  bilavasitə  bu  fənlərin  fəal  iştirakı  ilə  həyata 
keçirilir.  Bu  elmlər  özünün  çox  böyük  əhəmiyyətini  hərbi  əməliy-
yatların gedişində də qazanmışdır (37, s.3). 
Müasir  dövrdə  kompyuter  idarəetmə  sistemlərinin,  elektron 
hesablama  maşınlarının  coşğun  inkişafı  ilə  bağlı  hərbi  işlərdə 
riyaziyyata müraciət olunmasına üstünlük verilir. Kompyuter idarə-
etmə  sistemləri,  elektron  hesablama  maşınları  konstruksiya  və  dö-
yüş  məsələlərinin  həllində  də  yeni  yollar  açmışdır.  Bu  texnikadan 
istifadə etmək üçün hərbi məsələni əvvəlcə riyazi dilə – rəqəmlər və 
düsturlar dilinə çevirmək lazımdır. İnamla demək olar ki, kim riya-
ziyyat  elminin  çoxcəhətli  imkanlarından  bacarıqla  və  geniş  şəkildə 
bəhrələnəcəksə, o da döyüşlərdə daha səmərəli fəaliyyət göstərəcək. 
Təsadüfi deyilməmişdir:  “Biz hamımız başa düşməliyik ki, hazırda 
bütün şəxsi heyətin yüksək texniki hazırlığı olmadan, fizika və riya-
ziyyatdan əsas bilikləri bilmədən onlardan müasir hərbi texnikadan 

 
11 
baş  çıxaran  bir  mütəxəssis  kimi  istifadə  etmək  mümkün  deyildir” 
(37, s.4). 
İ.Anureev  və  A.Tatarçenkonun  “Hərbi  işlərdə  riyazi  me-
todların tətbiqi” əsərində göstərilir: “İndi hamı yaxşı başa düşür ki, 
riyaziyyat  sahəsindəki  tədqiqat  işləri  və  onların  tətbiqi  praktikaya 
çox böyük fayda gətirir. Bu qanunauyğunluq tamamilə hərbi işlərdə 
riyazi  metodların  tətbiq  edilməsinə  də  aiddir.  Bunun  əsas  əhəmiy-
yəti ondan ibarətdir ki, bunlar ordunun operativ və keyfiyyətlə idarə 
olunmasının yüksəldilməsinə imkan verir” (38, s.10). V.V.Abçukun 
fikirləri də maraq doğurur. O, “Müasir döyüşlər zamanı riyaziyyatın 
hansı bölmələrindən istifadə olunur?” sualına cavab verərək göstərir 
ki,  əlbəttə  bu  riyazi  bölmələrə  ilk  növbədə  hesab,  cəbr  və  həndəsə 
daxildir.  Bu  fənlər  çoxdan  bütün  hərbi  hesablamaların  dəyişilməz 
atributudur və bunun xüsusi izahına ehtiyac  yoxdur. Bunlarla bəra-
bər  müasir  hərbi  işlərdə  ehtimal  nəzəriyyəsi  və  riyazi  statistika, 
informasiyalar nəzəriyyəsi, kütləvi xidmətlər nəzəriyyəsi, axtarılma 
nəzəriyyəsi,  riyazi  planlaşdırma,  riyazi  modelləşdirmə,  oyunlar  nə-
zəriyyəsi  kimi  riyazi  fənlərdən  istifadə  olunur.  Bu  fənlər  hərbi  işin 
bilavasitə  elə  sahələrində  tətbiq  olunur  ki,  bu  sahələrdə  gedən  pro-
ses  və  hadisələrin  gedişinə  daha  keyfiyyətli  yaxınlaşmaq,  oradakı 
miqdarı qanunauyğunluqları  daha dəqiq  və tam müəyyənləşdirmək 
vacibdir (39, s.7). 
Gənclərin  çağırışaqədərki  hazırlığı  məşğələlərində  fənlərarası 
əlaqənin vacibliyi mövcud tədris proqramının tələblərindən də irəli 
gəlir. Əvvəlki proqramda fənlərarası əlaqəni həyata keçirmək məq-
sədilə “Əlavə-4” şəklində cədvəl də verilmişdir. Cədvəl şagirdlərin 
“Fizika”, “Cəbr”, “Həndəsə”, “Astronomiya”, “Kimya”, “Bədən tər-
biyəsi” və s. orta ümumtəhsil fənlərindən öyrəndikləri bilik və baca-
rıqların məzmunu əsasında hazırlanmışdır. Bu cədvələ əsasən, hərbi 
rəhbər müəyyən edə bilər ki, kursun uyğun mövzularının tədrisi za-
manı  onları  konkret  şəkildə  hansı  fənlərlə və  bilavasitə  hansı  möv-
zularla əlaqələndirmək mümkündür. A.İ.Averinin tədris proqramına 
və dərsliyə uyğun olaraq hazırladığı “İbtidai hərbi hazırlıq üzrə sə-
nədlər  və  materiallar”  adlı  tədris  vəsaitində  belə  bir  fikrə  üstünlük 

 
12 
verilir:  “Hərbi  rəhbər  dərsə  hazırlaşarkən  şagirdlərə  digər  fənlər 
üzrə  dərs  və  məşğələlərdən  məlum  olan  bilikləri,  bu  biliklərdən 
növbəti dərsdə necə istifadə edəcəklərini və keçiləcək dərsin meto-
dunu müəyyənləşdirməlidir” (40, s.31). 
Bütün  bunlar  gənclərin  çağırışaqədərki  hazırlığı  məşğələ-
lərinin  keçirilməsi  zamanı  şagirdlərə  ümumtəhsil  fənləri  üzrə  bilik 
və bacarıqlardan, bu biliklərə əsasən tərtib olunan müvafiq hərbi ça-
lışmalardan  istifadəni  mənimsətməyin  əhəmiyyətini  və  onun  gələ-
cək perspektivlərini görməyə kömək göstərir. 
Bu məsələyə, yəni təlimdə fənlərarası əlaqə məsələsinə dövrü-
müzün psixoloq və metodistləri  də  yüksək qiymət vermişlər. Məsə-
lən, M.N.Skatkin (41) və L.V.Zankov (42) məktəblilərin bilik və ba-
carıqlarından  əlaqəli  və  müqayisəli  şəkildə  istifadəyə  onların  bilik-
lərindəki formalizmin aradan qaldırılmasında bir vasitə kimi baxırlar. 
Beləliklə,  Azərbaycan  dövlətinin  ümumtəhsil  məktəblərində 
təlim  prosesinin  keyfiyyətini  yüksəltməklə  əlaqədar  qəbul  etdiyi 
qərarlardan  irəli  gələn  tələbləri,  Silahlı  Qüvvələrin  müasir  inkişaf 
səviyyəsini, ixtisasçı  alimlərin və  müəllimlərin  məktəbdə  gənclərin 
çağırışaqədərki hazırlığı məşğələlərinin daha səmərəli keçirilməsinə 
dair  fikirlərini  ümumiləşdirərək  belə  bir  nəticə  çıxarmaq  olar  ki, 
ibtidai  hərbi  hazırlıq  fənninin  digər  ümumtəhsil  fənləri  ilə  əlaqəli 
tədrisi problemlərini geniş tədqiq etməyə, onları ümumiləşdirib elmi 
sistemə salmağa böyük ehtiyac vardır. 
Bəs bu məsələ praktikada necə həyata keçirilir? 
Aparılmış tədqiqat göstərir ki, müharibə başlayana qədər res-
publika məktəblərində ibtidai hərbi hazırlıq fənninin tədrisi keyfiy-
yəti  əvvəlki  illərlə  müqayisədə  yaxşılaşdırılmış  və  bu  kursun  məz-
munu  ilə  riyaziyyat,  fizika,  kimya,  coğrafiya,  əmək  təlimi  və  sair 
fənlərin  məzmunu  xeyli  uzlaşdırılmışdır.  Bu  dövrdə  məktəblərimi-
zin bir qismində yaxşı hərbi kabinetlər var idi və onlar müasir ava-
danlıqlarla təchiz edilmişdir. Nəzəri və  metodik cəhətdən hazırlıqlı 
hərbi rəhbərlərin sayı da az deyildir. Onlar məşğələlərdə  əyaniliyə, 
dərslərin səmərəli təşkilinə və fənlərarası əlaqəyə (məsələn, coğrafi-
ya,  fizika  və  riyaziyyat)  müəyyən  qədər  yer  verir,  ibtidai  hərbi  ha-

 
13 
zırlıq  fənni  üzrə  bir sıra mövzuların  izahı  prosesində riyaziyyat  və 
fizikaya  dair  anlayışlardan  şüurlu  şəkildə  istifadəni  şagirdlərə  mə-
nimsətməyə çalışırlar. Hazırda “İbtidai hərbi hazırlıq” fənni “Gənc-
lərin  çağırışaqədərki  hazırlığı”  fənni  adlandırılmış,  tədris  proqra-
mında  köklü  dəyişikliklər  aparılmış,  milli  dərsliklər  yaradılmışdır. 
Yeni  yaradılmış  dərsliyin  (müəllif  prof.  Həbib  Ocaqovdur)  üstün 
cəhətləri çoxdur. Lakin etiraf etməliyik ki, X-XI siniflərdə material-
ların tədrisini konkret fizika və riyazi anlayışlarla, o cümlədən, hər-
bi məzmunlu fizika və riyazi çalışmalarla, hərbi-topoqrafik bilikləri 
coğrafi  biliklərlə  əlaqələndirməyin  əhəmiyyətini  və  rolunu  düzgün 
qiymətləndirməyən,  belə  bir  əlaqəni  keyfiyyətli  təşkil  etməyi 
bacarmayan  və  onu hərbi  silahlardan istifadə  prosesində nəzərə ala 
bilməyən  hərbi  rəhbərlər  az  deyildir.  Bundan  əlavə,  hətta  yaxşı 
kabineti  və  təcrübəli  hərbi  rəhbəri  olan  məktəblərdə  belə  gənclərin 
çağırışaqədərki  hazırlığı  kursunun  tədrisi  zamanı  hərbi  məzmunlu 
fizika  və  riyazi  çalışmalardan  daha  əlverişli  formalarda  istifadə 
edilmir,  şagirdlərin  böyük  bir  qismi  bilavasitə  riyaziyyat,  fizika, 
kimya,  coğrafiya,  əmək  təlimi  fənlərilə  əlaqələndirilməsi  mümkün 
olan  bir  sıra  hərbi  anlayışlara  lazımı  səviyyədə  yiyələnmirlər. 
Məsələn,  güllənin  atılma  prosesində  baş  verən  fiziki  prosesləri, 
həmçinin  uçan  hədəfi  güllə  ilə  vurarkən  qabaqlama  məsafəsinin 
hesablanmasında, hərbi-topoqrafik biliklərin mənimsənilməsi zama-
nı  binokldan istifadə və s. proseslərdəki  riyazi  qanunauyğunluqları 
dərk edə bilmir. Hərbi işlərdə qurma və ölçmə alətlərindən (xətkeş, 
transportir  və  s.),  müxtəlif  riyazi  hesablamalardan  düzgün  və  cəld 
istifadə  etməkdə,  həndəsi  kəmiyyətlərin  ölçülməsini  tələb  edən 
hərbi  anlayışları  mənimsəməkdə  çətinlik  çəkirlər.  Bu  da  onunla 
əlaqədardır ki, şagirdlərin bir qismi müvafiq hərbi anlayışlarla bağlı 
olan  və  bilavasitə  orta  ümumtəhsil  fənlərindən  öyrəndikləri  zəruri 
məlumatları xatırlaya bilmir, digər qismi həmin biliklərindən birinin 
digəri  ilə  əlaqə  momentlərini  seçməkdə,  bir  qismi  isə  öz  riyazi 
(həmçinin fizika, coğrafiya və  s.) bilik  və  bacarıqlarından  yeri  gəl-
dikçə  hərbi  işlərdə  faydalanmaqda  çətinlik  çəkirlər.  Ümumiyyətlə 
götürüldükdə  isə,  gənclərin  çağırışaqədərki  hazırlığı  fənninin 

 
14 
ümumtəhsil məktəblərində keçilən digər tədris fənlərinin məzmunu 
ilə  əlaqəli  tədrisi  problemləri  praktik  cəhətdən  də  həll  olunmayıb. 
Problemlərin  ayrı-ayrı  hissələrinin  həllinə  kor-təbii  şəkildə  cəhdlər 
göstərilmişdir.  Məsələn,  bir  neçə  elmi-metodiki  məqalədə  (21,  22, 
76)  gənclərin  çağırışaqədərki  hazırlığı  fənninin  tədrisi  zamanı  şa-
girdlərin fizika və riyazi biliklərindən, o cümlədən, hərbi məzmunlu 
fizika və riyazi çalışmalardan istifadəyə meyl göstərilir, lakin bura-
da elmi sistem olmadığından keyfiyyət xeyli aşağıdır. Bunların baş-
lıca səbəbi ondan ibarətdir ki
a)
 
aşağı siniflərdə müxtəlif fənlərin (məsələn, riyaziyyat, fizi-
ka,  kimya,  coğrafiya  və  s.)  tədrisi  prosesində  məktəblilər  hərbi  bi-
liklərin daha elmi  əsaslarla mənimsədilməsinə alışdırılmır, X sinif-
dən gənclərin çağırışaqədərki hazırlığı fənni keçilməyə başlandıqda 
onlar bu təlimə nəzəri cəhətdən hazır olmurlar; 
b)
 
kurs üzrə yeni mövzuların izahı zamanı ümumtəhsil fənləri 
üzrə  zəruri  biliklərdən,  o  cümlədən,  fizika,  riyazi  və  s.  biliklərdən 
istifadə  problemləri  nə  ümumpedaqoji,  nə  də  metodiki  baxımdan 
həll edilməmişdir; 
c)
 
hərbi  biliklərin  möhkəmləndirilməsi,  həmçinin  bəzi  möv-
zuların şərhi zamanı hərbi məzmunlu fizika və riyazi çalışmalardan 
istifadə məsələləri, o cümlədən sırf hərbi xarakterli çalışmaların həl-
lində fizika, riyazi və hərbi biliklərin qarşılıqlı əlaqəli şəkildə tətbi-
qinin əlverişli imkanları, üsul və vasitələri, əhəmiyyəti (hərbi, riya-
zi,  fizika  və  s.  fənlər  üzrə  biliklərin  mənimsənilməsinə  göstərdiyi 
müsbət təsirlər) tədqiq edilib araşdırılmamışdır. 
Respublikamızın ümumtəhsil məktəblərində hərbi hazırlıq üz-
rə mövzuların tədrisi zamanı şagirdlərin riyazi biliklərindən istifadə 
probleminə  yalnız  prof.  B.Q.Pobedinskinin  “Hərbi  topoqrafiyanın 
əsas  məsələlərinin  öyrənilməsinə  orta  məktəb  rəsmxət  və  matema-
tika kursunun tətbiqi” (Bakı, Azərnəşr, 1942) əsəri, fizika biliklərin-
dən  istifadə  probleminə  isə  prof.  A.Q.Abbaszadənin  “Fizika  təli-
mində  hərbi texnika elementləri” (Bakı, Azərnəşr, 1942)  əsəri həsr 
edilmişdir.  Lakin  Böyük  Vətən  müharibəsi  dövründə  yazılmış  bu 

 
15 
əsərlər  elm  və  hərbi  texnikanın  müasir  inkişafı  baxımından  tədqiq 
olunan problemin həllinə cavab verə bilmir. 
Müəlliflərdən K.E. Şvidçenko və A.F. Laxın isə hərbi hazırlıq 
məşğələlərində  fənlərarası  əlaqənin  nəzərə  alınmasına  məktəbdə 
hərbi  işin  möhkəm  və  dərin  mənimsənilməsində  vacib  şərt  kimi 
baxırlar (43, s.7). Bu fikri müəlliflərdən A.M.Kuprin, A.H.Kovalen-
ko və A.M.Morozov isə konkretləşdirib  riyaziyyat  və  fizika fənləri 
ilə  ibtidai  hərbi  hazırlıq  fənninə  aid  edirlər  (44,  s.24).  Söylənilən 
fikirlər  ədəbiyyatda  ideya  kimi  irəli  sürülmüş,  lakin  konkret  təd-
qiqat  obyektinə  çevrilməmişdir.  Bütün  bunlar  belə  bir  fikir  söylə-
məyə imkan verir ki, gənclərin çağırışaqədərki hərbi hazırlığı dərs-
lərinin keçirilməsi zamanı şagirdlərin I-V sinif riyaziyyat və təbiət-
şünaslıq,  VI-XI  sinif  cəbr,  həndəsə,  cəbr  və  analizin  başlanğıcı, 
rəsmxət,  fizika,  kimya,  coğrafiya,  əmək  təlimi  və  s.  fənlərdən  öy-
rəndikləri bilik və bacarıqlardan hərbi anlayışların izahı zamanı isti-
fadə  məsələləri,  həmçinin  bir  sıra  ümumtəhsil  fənlərinin  tədrisi 
prosesində  hərbi  texniki  biliklərin  verilməsi  problemləri,  o  cümlə-
dən,  ümumtəhsil  fənləri  üzrə  biliklərə  əsasən  tərtib  olunan  hərbi 
məzmunlu  çalışmalardan  istifadə  sahəsində  aparılan  elmi-tədqiqat 
işləri  hələlik  sistemə  salınmamışdır  və  bugünkü  məktəblərimizin 
tələblərini ödəyə bilmir. 
Beləliklə,  bu  mülahizələr  də,  yəni  gənclərin  çağırışaqədərki 
hazırlığı  məşğələlərində  yeni  mövzuların  izahı  və  həmçinin  hərbi 
məzmunlu çalışmaların həlli zamanı şagirdlərin riyaziyyat, coğrafi-
ya,  fizika  və  s.  fənlərə  aid  bilik  və  bacarıqlardan  səmərəli  istifadə 
etməyi  bacarmamaları, belə əlaqələrin forma və  metodlarının  hərbi 
rəhbərlərə  tam  aydın  olmaması,  nəzərdən  keçirdiyimiz  problemin 
metodik  ədəbiyyatda  öz  konkret  həllini  tapmaması  müasir  mərhə-
lədə onun tədqiqini zərurətə çevirir. Bu isə tədqiq olunan problemin 
aktuallıq kəsb etdiyini bir daha sübut edir. 
Gənclərin  çağırışaqədərki  hazırlığı  məşğələlərində  fənnin 
məzmununa uyğun fizika, riyazi, coğrafi və s. xarakterli hərbi çalış-
malardan daha səmərəli istifadə məsələsinin müsbət həlli məktəbdə 
tərbiyə və təhsilin ümumi məsələlərinin həllində də böyük əhəmiy-

 
16 
yətə malikdir. Çünki bu məsələnin həlli yalnız hərbi işin əsaslarının 
daha  şüurlu  və  möhkəm  mənimsənilməsinə  deyil,  eyni  zamanda 
digər  həyat  hadisələrinin  gedişində  şagirdlərə  ümumtəhsil  fənləri 
üzrə  biliklərdən  daha  şüurlu,  düzgün  və  səmərəli  formada  istifadə 
etməyə  kömək  göstərir.  Bu  da,  riyaziyyat,  fizika  və  s.  fənlərə  dair 
biliklərin tətbiqi sahələrinin genişləndirilməsi üçün, bu genişlənmə-
nin  şagirdlərə  dərk  etdirilməsi  üçün,  şagirdlərin  riyazi  və  məntiqi 
təfəkkürünün inkişafı üçün, həmçinin fizika, riyaziyyat və gənclərin 
çağırışaqədərki  hazırlığı  fənləri  ilə  bərabər  bütün  tədris  fənlərinin 
şüurlu və möhkəm mənimsənilməsi üçün vacib şərtdir. 
 
 
 

 
17 

Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin