AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə6/21
tarix09.02.2017
ölçüsü2,91 Mb.
#7872
1   2   3   4   5   6   7   8   9   ...   21

 
Tədqiq olunan problem baxımından gənclərin çağırışaqədərki 
hazırlığına (ibtidai hərbi hazırlıq) dair tədris proqramının, dərsliyin 
və  metodik  ədəbiyyatın  təhlili,  məktəb  təcrübəsinin  öyrənilərək 
ümumiləşdirilməsi  göstərdi  ki,  gənclərin  çağırışaqədərki  hazırlığı 
kursunun şagirdlərin digər ümumtəhsil fənləri üzrə bilikləri ilə əla-
qəli tədrisi, həmçinin bu prosesdə fizika, riyazi və s. məzmunlu hər-
bi çalışmalardan istifadə olunmasına geniş imkanlar var. Bəs təlim 
prosesində bu imkanlar necə nəzərə alınır? Başqa sözlə, respublika-
mızın şəhər və kənd məktəblərində çalışan hərbi rəhbərlər gənclərin 
çağırışaqədərki hazırlığı məşğələlərini apararkən məktəblilərin digər 
fənlər  üzrə  bilik  və  bacarıqlarına  əsaslanırlarmı?  Belə  bilik  və 
bacarıqların köməyi ilə həll edilə bilən hərbi tapşırıq və çalışmalar-
dan istifadə olunursa, bu sahədə vəziyyət necədir? Göstərilən əlaqə 
hərbi  təlimlə  bərabər  fizika,  riyaziyyat  və  digər  fənlərin  tədrisi 
keyfiyyətinə necə təsir edir? 
Bütün bu suallara cavab almaq məqsədi ilə, tədqiqat obyekti-
nə  uyğun  olaraq,  Bakı,  Gəncə,  Sumqayıt,  Xaçmaz,  Quba,  Qusar, 
Şirvan, Göy-göl şəhərləri üzrə 20 məktəbdə və Ucar, Göyçay, Ma-
sallı,  Astara,  Yevlax,  Quba,  Xaçmaz,  Daşkəsən,  Samux,  Şəmkir 
rayonları  üzrə  16  kənd  məktəbində  çalışan  40  nəfərdən  artıq  hərbi 
rəhbərin iş təcrübəsi öyrənilmişdir. Bu zaman hərbi rəhbərlərlə mü-
sahibələr, şagirdlərlə fərdi, qrup və kollektiv şəkildə söhbətlər apa-
rılmış, əvvəlcədən hazırlanmış kartoçkaların köməyi ilə sorğu keçi-
rilmiş,  bir  neçə  məktəbdə  müəyyənedici  eksperiment  qoyulmuş, 
təlim zamanı hərbi rəhbərlərin şagirdlərlə qarşılıqlı fəaliyyəti müşa-
hidə  edilmişdir.  Toplanan  bütün  materiallar  nəzərdən  keçirdiyimiz 
problem  baxımından  təhlil  edilərək  ümumiləşdirilmişdir.  Eyni  za-
manda  gənclərin  çağırışaqədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq) 
üzrə qabaqcıl iş təcrübəsi öyrənilib ümumiləşdirilərkən Sovet döv-

 
76 
ründə Azərbaycan Respublikası Maarif Nazirliyi İbtidai hərbi hazır-
lıq  və  şagirdlərin  hərbi  vətənpərvərlik  tərbiyəsi  üzrə  respublika 
metodik  kabineti  əməkdaşlarının  araşdırmalarına  da  istinad  olun-
muşdur.  Kabinetin  metodisti,  ehtiyatda  olan  polkovnik-leytenant 
M.P.Valeyev tərəfindən hazırlanmış ”şagirdlərin ibtidai hərbi hazır-
lığı və hərbi-vətənpərvərlik tərbiyəsi üzrə aparılan işlərin forma və 
metodları”  adlı  metodik  tövsiyələrdə  oxuyuruq:  “Orta  ümumtəhsil 
məktəblərində  ehtiyatda  olan  xeyli  zabit,  serjant  və  sıravi  əsgər 
hərbi rəhbər vəzifələrində işləyir, əksəriyyətinin  də pedaqoji təhsili 
və  məktəblilərlə  iş  təcrübəsi  yoxdur.  Onların  çox  hissəsi  dərslərin 
gedişi zamanı müasir didaktikanın və metodikanın elementar tələb-
lərini pozur, ...fənlərarası əlaqəni nəzərə almır” (76, s.5). 
İradı  ilə  yanaşı,  müəllif  onu  da  göstərmişdir  ki,  “respublika 
məktəblərində  şagirdlərin  ibtidai  hərbi  hazırlıq  və  hərbi-vətənpər-
vərlik tərbiyəsi işini müvəffəqiyyətlə həyata keçirən təcrübəli hərbi 
rəhbərlərimiz də çoxdur. Onlardan birinin iş təcrübəsi və fənlərarası 
əlaqəni  nəzərə  alması  metodik  ümumiləşdirmədə  öz  əksini  belə 
tapır:  “Hərbi  rəhbər  ibtidai  hərbi  hazırlıq  dərslərində  fənlərarası 
əlaqədən  bacarıqla  istifadə  edir.  Bu  məqsədlə  o,  özünün  dərs 
planında, həmçinin proqram mövzularına uyğun bütün dərs ili üçün 
tərtib  etdiyi  plan-konspektdə  ibtidai  hərbi  hazırlıq  üzrə  hər  bir 
dərsdə  istifadə  edəcəyi  digər  ümumtəhsil  fənn  dərsliklərindəki 
mövzuların  paraqraflarını  göstərir.  Məsələn,  ibtidai  hərbi  hazırlıq 
proqramının “Sovet Silahlı Qüvvələri Vətənin Keşiyində” bölməsini 
öyrədərkən  hərbi  rəhbər  tarix  və  ədəbiyyat  üzrə  dərsliklərdəki 
materiallardan bacarıqla istifadə edir və rus əsgərinin “gözəl ənənə-
ləri” haqqında tam və rəngarəng danışmaq imkanı verir... (76, s.10) 
Müəllif göstərir ki, “Atəş hazırlığı” bölməsində öyrədiləcək bilikləri 
hərbi  rəhbər  şagirdlərin  kimya,  riyaziyyat  və  rəsmxət  dərslərindən 
(üçbucaqda  metrik  münasibətlər,  sinuslar  teoremi,  dinamikanın 
əsasları,  dinamika  qanunlarının  tətbiqi,  istilik  hadisəsi,  bucaqların 
qiymətinin, çevrənin uzunluğunun, dairənin sahəsinin hesablanması 
və  s.  kimi  mövzular  üzrə)  aldıqları  biliklərlə  əlaqələndirir.  İbtidai 
hərbi  hazırlığın  ümumtəhsil  fənlərilə  fənlərarası  əlaqəsindən  hərbi 

 
77 
rəhbər  digər  proqram  bölmələri  üzrə  dərslərdə  də  istifadə  edir.  Bu 
zaman o, hərbi işlər üzrə praktik vərdişlərin şagirdlərə mənimsədil-
məsinə xüsusi diqqət yetirir” (76, s.11). Göründüyü kimi, hərbi rəh-
bərin  o  vaxtkı  iş  təcrübəsini  olduğu  kimi  qəbul  etmək  mümkün 
deyil.  Birincisi,  ona  görə  ki,  ibtidai  hərbi  hazırlıq  üzrə  tədris 
proqramında  “SSRİ  Silahlı  Qüvvələri  Vətənin  keşiyində”  bölməsi 
mövcud  proqramdan  tamamilə  çıxarılmış  və  “Azərbaycan  Silahlı 
Qüvvələri  Vətənin  keşiyində”  bölməsi  ilə  əvəz  olunmuş,  hazırki 
proqram və dərslikdən isə tamam çıxarılmışdır. İkincisi, rus əsgəri-
nin “gözəl ənənələri” haqqında danışmaq xatirinə yaradılmış fənlər-
arası  əlaqə  hazırda  pedaqoji  elmimizə  və  bu  xalqa  lazım  deyil.
 
Lakin  buradakı  təşəbbüsdən  “Azərbaycan  Silahlı  Qüvvələri 
Vətənin  keşiyində”  bölməsinin  tədrisində  faydalanmaq,  mövzunu 
Azərbaycan  ədəbiyyatı üzrə  materiallarla  əlaqələndirmək  daha mü-
nasib olar. 
Digər  bölmələrin  tədrisi  prosesində  hərbi  rəhbərin  fənlərarası 
əlaqə məqsədilə müraciət etdiyi fənlərin və mövzuların adları çəkilir. 
Lakin  bu  əlaqələrin  konkret  məzmunu,  forma  və  metodları  açılmır. 
Ona görə də hərbi rəhbərin tədqiq etdiyimiz problem baxımından iş 
təcrübəsini  yalnız  qabaqcıl  bir  təşəbbüs  kimi  qiymətləndirmək 
mümkündür.  Apardığımız  müşahidələr  göstərir  ki,  respublikanın 
əksər  məktəblərində  (Bakı  şəhəri  7,  9,  18,  31  və  132  saylı,  Gəncə 
şəhəri 1, 5, 15, 18, 28, 39 saylı, Daşkəsən rayonu Xoşbulaq kənd orta 
məktəbləri)  “Silahlı  Qüvvələr  Vətənin  keşiyində”  bölməsinin  tədrisi 
zamanı hərbi rəhbərin şərhində şagirdlərin riyazi  təsəvvürlərinə isti-
nad olunur. Bu təsəvvürlər həm onluq kəsrləri, həm də 100 milyonluq 
dairəsində  tam  ədədləri  yazmaq,  oxumaq  və  onlar üzərində  əməlləri 
icra etmək bacarıqlarından ibarətdir. Bu zaman hərbi rəhbərlər mək-
təblilərə  ordumuzun  yaranması  və  möhkəmləndirilməsi  haqqında 
məlumat verir, erməni-faşist işğalçılarına qarşı apardığı mübarizədən 
epizodlar  danışır,  milli  qəhrəmanlarımızın  şücaətlərini,  ordunun  tər-
kibini və s. statistik göstəricilərlə aydınlaşdırırlar. 
Statistik  məlumatların  verilməsi  o  zaman  daha  əhəmiyyətli 
olur ki, şagirdlər onluq kəsr şəklində ifadə olunmuş ədədləri düzgün 

 
78 
oxuyub təsəvvür etməyi, onluq kəsrlər üzərində  hesablama  əməliy-
yatını  bacarsın,  bir  diviziyanın  (təyyarənin,  tankın,  zirehli  maşının 
və  s.)  döyüş  gücünü  bilərək  506,5  diviziyanın  döyüş  gücünü  hərbi 
rəhbərin  şərhi  zamanı  və  ya  hərbi  çalışmaların  həlli  prosesində 
riyazi  hesablamaların  köməyi  ilə  başa  düşsün.  Məsələn,  55  döyüş 
təyyarəsinin  necə  böyük  qüvvə  olduğunu  məktəblinin  dərk  etməsi 
üçün  elə  çalışma  hazırlamaq  mümkündür  ki,  bu  çalışmanın  həlli 
zamanı  onlar  döyüş  zamanı  bir  təyyarənin  gücünü  və  funksiyasını 
bilərək,  onu  55  dəfə  artırmaqla  alınan  döyüş  qüvvəsini  təsəvvürə 
gətirə bilsinlər. Tədqiqat zamanı aydın oldu ki, bu məqsədə çatmaq 
üçün başlıca vasitə müqayisə yolu ilə həll edilə bilən çalışmalardır. 
Çalışmaların  həlli  prosesində  təyyarənin  ayrı-ayrı  funksiyaları 
şagirdlərə  məlum  olan  digər  faktlarla  tutuşdurulmalı  və  ümumi 
nəticələr  çıxarılmalıdır.  Bu  qənaətə  prof.  H.M.Kazımovun  nəzəri-
didaktik istiqamətdə apardığı geniş tədqiqatların (49) nəticələrindən 
də gəlmək olur. 
Bu  mövzunun  tədrisindən  sonra  bir  neçə  sinifdə  müsahibə 
aparıldı. Məlum oldu ki, 9-cu sinifdə (indiki X sinifdə) şagirdlərin 
18,5  faizi  (6  nəfər)  506,5  ədədinin  mahiyyətini  bilmir  (hətta  bir 
neçəsi oxumağı bacarmır). Ona görə də 605,5 diviziyanın nə qədər 
böyük  bir  qüvvə  olduğunu  təsəvvürlərinə  gətirə  bilmirlər.  Bunun 
başlıca səbəblərini biz onda görürük ki: 
a)
 
hərbi rəhbərlərin bir qrupu istifadə etdikləri riyazi anlayış-
ların şagirdlərə  nə  dərəcədə  məlum olduğunu müəyyənləşdirmir və 
onların riyazi bilik səviyyələrini nəzərə almırlar; 
b)
 
hərbi  rəhbərlər  ibtidai  hərbi  hazırlıq  məşğələlərində  hərbi 
məzmunlu riyazi çalışmalardan istifadənin yerini və səmərəli forma-
larını ayırd edə bilmirlər; 
c)
 
şagirdlərin bir qrupuna riyaziyyat fənni zəif mənimsədilir. 
Bu  da  riyazi  anlayışlarla  əlaqəli  verilmiş  hərbi  materialların  çətin 
qavranılmasına səbəb olur. 
İbtidai hərbi hazırlıq proqramı üzrə “Taktiki hazırlıq” bölmə-
sinin  tədrisində  məktəblilərin  digər  ümumtəhsil  fənnləri  üzrə  bilik-
lərindən istifadənin vəziyyəti öyrənilərkən məlum oldu ki, “Müşahi-

 
79 
dəçi təyin olunmuş əsgərin hərəkəti” və “Gözətçi (dozor) təyin edil-
miş əsgərin hərəkəti” (əvvəlki proqramda “Yerseçmənin öyrənilmə-
si və məsafənin təyini”) mövzularını keçərkən hərbi rəhbərlər hesab 
və cəbr kursundan mənimsənilən anlayışlardan qismən də olsa isti-
fadə edirlər (Məsələn, hərbi rəhbərin dərsdə müraciət etdiyi “ABŞ-
ın 32 ölkənin ərazisində 1500-dən çox hərbi bazası və obyekti var. 
Bu  ölkələr  ümumdünya  ölkələrinin  neçə  faizini  təşkil  edir?  Hər 
ölkəyə  orta  hesabla  neçə  hərbi  baza  və  obyekt  düşür?”  çalışması 
buna misal ola bilər və s. Bu sahədə qabaqcıl iş təcrübəsi də vardır. 
Bu fikir baxımından Bakının 111 saylı və 9 saylı məktəblərini nü-
munə gətirmək mümkündür. Hərbi rəhbərlər “Yerseçmənin öyrədil-
məsi və məsafənin təyini” mövsusunu keçərkən müşahidə üçün yer-
seçmənin  (mövqeseçmənin)  əhəmiyyətini  aydınlaşdırır  və  məsafə-
nin  ölçülməsi  məsələsinin  şərhinə  başlayır.  Göstərir  ki,  gözəyarı 
ölçmə məsafəni təyin etməkdə ən sadə və ən sürətli üsuldur. Əsgər 
bir  müddət  məşq  etdikdən  sonra  çətinlik  çəkmədən  50,  100,  200, 
400, 800 və 1000 m məsafələri tez və düzgün müəyyənləşdirə bilir. 
Əgər müşahidə olunan cismin hündürlüyü, eni, yaxud uzunlu-
ğu məlumdursa, ona qədər olan məsafəni müəyyənləşdirmək müm-
kündür. Bu zaman bucaq kəmiyyətinin ölçülməsindən və ölçü vahi-
di – minlikdən istifadə olunur. Minlik dairə radiusunun 1/500 və ya 
0,002-yə bərabər olan bucaq kəmiyyətidir. Bu  yolla məsafəni təyin 
edərkən minlikdə əşya hansı bucaq altında görünürsə, həmin bucaq 
ölçülür, minə vurulur və bucağın qiymətinə bölünür. Bu münasibət 
düstur vasitəsilə belə ifadə olunur: 
Y
B
1000
D


 
Burada D-axtarılan məsafə (uzaqlıq) metrlərlə, B-məlum hün-
dürlük  (uzunluq,  yaxud  en)  metrlərlə;  Y-minlikdə  ölçülən  bucaq 
kəmiyyətidir. Bu düstur vasitəsilə istənilən əşyaya qədər olan məsa-
fəni  tapmaq  olar.  Sonra  hərbi  rəhbər  B  və  Y  kəmiyyətlərinə  şifahi 
şəkildə  bir  neçə  yuvarlaq  qiymət  verir  və  D  məsafəsini  şagirdlərə 
hesabladır. Belə  şifahi  çalışmalar  məşğələnin keyfiyyətinin  yüksəl-
dilməsinə müsbət təsir edir. 

 
80 
Lakin dərs prosesində apardığımız müşahidələr göstərmişdir ki, 
məsafənin təyin olunmasına aid praktik işlər zamanı məktəblilər V, B 
və  Y  kəmiyyətlərinin  onluq  kəsr  şəklində  ifadə  olunan  qiymətlərini 
də yuvarlaq ədədlərlə ifadə edir, sonra verilən düstura əsasən hesabla-
manı  aparırlar.  Məsələn,  müşahidə  apardığımız  Daşkəsən  rayonu 
Xoşbulaq kənd orta məktəbin X sinfində belə bir praktik çalışma həll 
edildi: “Müşahidə nöqtəsindən dağın ətəyindəki teleqraf xəttinə qədər 
olan  məsafəni  binokl  (durbin)  vasitəsilə  hesablayın.”  Şagirdlərdən 
biri  binoklun  köməyilə  müşahidə  nöqtəsindən  teleqraf  xəttinə  qədər 
olan  məsafəni  müəyyənləşdirir.  O,  teleqraf  xəttinin  bucaq  kəmiyyə-
tinin ölçüsünü 0-50, teleqraf xətlərinin arasındakı məsafəni  isə 60m 
qeyd edib düstura əsasən hesablama aparır: 
 
00m
12
50
 
60
1000
D



  
Şagird sonda belə bir nəticəyə gəlir ki, müşahidə nöqtəsindən 
teleqraf xəttinə qədər olan məsafə 1200 m-dir. Lakin əvvəlcədən bu 
məsafə  ölçülmüş  və  məlum  olmuşdur  ki,  müşahidə  nöqtəsindən 
teleqraf  xəttinə  qədər  olan  məsafə  1055  m-dir.  Deməli,  şagird  145 
m  (1200m-1055m  =  145m)  xətaya  yol  vermişdir.  Bu  isə  təxminən 
1km-lik məsafə üçün böyük qüsurdur. 
Elə isə məktəblinin səhvi nədədir? 
Məlum  olmuşdur  ki,  bu  şagird  binokl  vasitəsilə  məsafəni 
müəyyənləşdirərkən  yalnız  yuvarlaq onluq  ədədləri əsas  götürmüş, 
perpendikulyar  bucaq  ölçən  şkalada  0-53  əvəzinə  0-50,  üfüqi  şka-
lada  isə  56  əvəzinə  60  qəbul  etmişdir.  Ona  görə  də  nəticədə  səhvə 
yol verilmişdir. Qeyd edək ki, belə bir xəta Gəncə şəhər, Kəlbəcər 
və  Göy-göl  rayon  məktəblərində  aparılan  tədqiqatlar  zamanı  da 
müşahidə olunmuşdur. 
Bəs belə bir səhvin buraxılmasının səbəbi nədir? 
Başlıca səbəb bundan ibarətdir ki, şagirdlər riyaziyyat dərslə-
rində  geniş  tədris  olunan  təqribi  hesablamalar  və  təqribi  ədədlər 
üzərində əməllərə əsaslanmırlar. Bu da məsafənin dəqiq  qiymətinə 
daha yaxın olan təqribi qiymətin hesablanmasını çətinləşdirir. 

 
81 
“Yerseçmənin öyrənilməsi və məsafənin təyini” mövzusu ke-
çilərkən  riyazi  məzmunlu  hərbi  çalışmalardan  da  səmərəli  istifadə 
olunmur. Nəticədə mövzu şagirdlər tərəfindən yaxşı mənimsənilmə-
miş qalır. 
Gənclərin  çağırışaqədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq) 
məşğələlərində şagirdlərin riyaziyyat, fizika, coğrafiya, rəsmxət ki-
mi fənlər üzrə aldığı biliklərdən və hərbi məzmunlu fizika və riyazi 
çalışmalardan  istifadə  imkanları  “Döyüş  silahları  və  atıcılıq  hazır-
lığı” (“Atəş hazırlığı”) və “Hərbi topoqrafiya” bölmələrinin tədrisin-
də daha da genişlənir. Qeyd edək ki, burada belə əlaqəli tədris bila-
vasitə  proqram  və  dərsliyin  də  imkanlarından  irəli  gəldiyinə  görə, 
hərbi  rəhbərlər  ondan  daha  çox  istifadə  edirlər.  Məktəblərin  bir 
qrupunda (məsələn, Bakı şəhəri 132, 111, 9 və Gəncə şəhəri 5 və 11 
saylı, Göy-göl rayonu Sabir kənd, Dəvəçi rayonu 1 saylı orta mək-
təblərdə) hərbi rəhbərlər “Atəş hazırlığı” bölməsi ilə tanışlıq zamanı 
məktəblilərin  fizika  və  riyazi  biliklərinə  və  bu  biliklərə  söykənən 
hərbi  çalışmaların  həllinə  əsaslanırlar.  Bunların  hər  birini  mərhələ-
mərhələ qeyd edib, ona öz münasibətimizi bildirək. 
Əvvəlki  proqramda  “Atəş  hazırlığı”  bölməsi  aşağıdakı  möv-
zulardan  ibarət  idi:  Kalaşnikov  avtomatının  və  qəlpəli  əl  qumbara-
sının hissələri, atəş açmanın əsası və qaydası və s. 
Güllənin  atılması  haqqında  məlumat  verilərkən  hərbi  rəhbər 
(Bakının 154, 39, 132, Şirvanın (Əli-Bayramlının) 2 saylı və s.) şa-
girdlərin  fizikaya  və  riyaziyyata  aid  biliklərindən  istifadə  edərkən 
göstərir  ki,  “güllənin  silahın  lülə  kanalından  qazın  təkan  enerjisi 
hesabına çıxmasına güllənin atılması deyilir”. Güllənin atılması çox 
qısa müddətdə baş verir və bu zaman böyük miqdarda qaz və istilik 
enerjisi əmələ gəlir. İndi biz 1943-cü ildə istehsal olunan patronların 
işləməsinə  baxaq.  Atəş  zamanı  patronun  barıtının  çəkisi  1,6q  olur 
və  o,  gülləni  lülədən  0,0012  san  müddətində  çıxarır.  Atəş  zamanı 
1,6q həcmində qaynar qaz  yaranır. Buxar şəklində  olan qazın  tem-
peraturu  2500-3500
0
C  olur.  Buxar  şəkilli  qaz  böyük  enerjiyə  ma-
likdir.  Belə  ki,  1,6q  çəkiyə  malik  olan  avtomat  patronunun  barıtı 
lülədə  kütləsi  7,9q  olan  gülləni  715m/san  (2680km/saat)  sürətlə 

 
82 
hərəkət etdirir, həmin miqdarlı barıt gülləni avtomatdan 3 km uzaq-
lığa  atır.  Gülləni  bu  məsafəyə  atmaq  üçün  225kqm-yə  qədər  güc 
sərf etmək lazımdır. Əgər 225 kqm-i 680-nə vurub, sonra alınan gü-
cü  at  qüvvəsinə  çevirsək,  onda  atəşin  gücü  2100-a.q.-nə  bərabər 
olacaqdır.  Bu  isə  parovozun  gücündən  100-a.q.  çoxdur.  Məlumdur 
ki, bir parovozun gücü 2000a.q.-nə bərabərdir. Sonra hərbi rəhbərlər 
belə tip çalışmalar həll etdirirlər: “Əsgər A nöqtəsindən 15 km/saat 
sürətlə 1 dəq. 30 san. qaçdıqdan sonra qaçış xətti boyunca avtomat-
dan  atəş  açmışdır.  Güllə  2  saniyədən  sonra  hədəfə  dəymişdir.  A 
nöqtəsindən  hədəfə  qədər  olan  məsafə  nə  qədərdir?”  “Güllə  açılan 
zaman ən böyük təzyiq nə vaxt yaranır və onun maksimum qiyməti 
nə qədər ola bilər?” və s. 
Aydın görünür ki, hərbi rəhbər şagirdlərin fizika və riyaziyya-
ta dair aşağıdakı biliklərinə əsaslanan çalışmalara müraciət edirlər: 
Fizika bilikləri: təzyiq, yanma zamanı yaranan enerji, cismin 
(barıtın) kütləsi, sürət vahidləri, (m/san, km/saat), güc, gücün ölçül-
məsi və vahidləri (kqm, at qüvvəsi) və s. 
Riyazi  bilikləri:  tam  ədədlər,  onluq  kəsrlər,  kəsrlər  üzərində 
hesab əməlləri və s. 
Atəş  zamanı  lülədə  güllə  ilə  giliz  arasında  yaranan  isti  qazın 
təzyiqini  aydınlaşdırarkən  hərbi  rəhbər  məktəblilərə  yalnız  konkret 
statistik məlumat verməklə kifayətlənir. Qeyd edilir ki, lülədə barıtın 
alışmasından əmələ gələn qaynar qazın təzyiqi o vaxt yüksək olur ki, 
lülədə güllə patronun gilizindən 4-6sm məsafədə yerləşsin. Bu zaman 
qazın təzyiqi 2800-2900a.q.-nə bərabər olur. Silahın lüləsindən çıxan 
andan isə gülləyə 300-900kq/sm
2
 təzyiqində təsir göstərilir. 
Məşğələnin sonunda isə çalışmalar həllinə vaxt ayrılmır. Gös-
tərilən rəqəmlərin yaddaşda möhkəmləndirilməsi məqsədi ilə şifahi 
çalışmalar yerinə yetirilmir. 
Digər  fizika  və  riyazi  anlayışlarla  bağlı  olan  hərbi  anlayışlar 
yalnız  şifahi  izahat  yolu  ilə  şagirdlərə  çatdırılır.  Çalışmalardan  bu 
hissədə  də  istifadə  olunmur.  Həmin  yolla  məktəblilərə  öyrədilən 
hərbi anlayışların mənimsədilməsi keyfiyyətini yoxlamaq məqsədilə 
müşahidələr aparılan siniflərin bir neçəsinə (Göy-göl rayonu Üçtəpə 

 
83 
kənd  orta  məktəbində  X,  Bakının  9,  146  saylı  məktəblərinin  X
a
  və 
X
b
 siniflərində) çalışmalar verilmişdir: 
a)
 
Nə  üçün  güllənin  avtomatın  lüləsindən  3km  məsafəyə 
atılması üçün 225 kqm güc sərf edilməlidir? 
b)
 
Necə  tapmaq  olar  ki,  gülləyə  təsir  göstərən  225kqm  güc 
2100a. q. (at qüvvəsinə) bərabərdir? 
Bu  çalışmalar  əvvəlcə  sinfə  (Bakı,  9  saylı  məktəbin  IX
  a
  və 
IX
b
, Göy-göl (Xanlar) rayonu Üçtəpə kənd orta  məktəbinin X sinif 
şagirdlərinə),  məşğələdən  sonra  isə  hərbi  rəhbərlərin  özlərinə 
verilmişdir.  Ümumiləşdirmə  zamanı  aşkara  çıxmışdır  ki,  hər  iki 
suala  orta  hesabla  (sorğu  aparılmış  bir  qrup  məktəblərdə)  hərbi 
rəhbərlərin  27%-i,  şagirdlərin  isə  34%-i  qeyri-qənaətbəxş  cavab 
vermişlər. Bu isə fizika və riyazi anlayışlar ilə bağlı olan hərbi anla-
yışların  başa  düşülməsinin  və  şagirdlərə  mənimsədilməsinin  aşağı 
səviyyədə  olduğunu  göstərir.  Bəs  bunun  səbəbləri  nədir?  Başlıca 
səbəbləri aşağıdakılardan ibarətdir: hərbi rəhbər keçəcəyi  mövzunu 
əvvəlcədən  dəqiq  araşdırmamış  və  həmin  mövzunun  hansı  tədris 
fənni ilə bilavasitə əlaqədar olduğunu müəyyənləşdirməmişdir. Eyni 
zamanda o, fizika və riyaziyyat müəllimlərilə də əlaqə saxlamamış , 
məşğələnin  keçirilməsində  istifadə  olunan  fizika  və  riyazi  anlayış-
ların  mahiyyətini  özü  üçün  aydınlaşdırmamış,  bu  anlayışların  ma-
hiyyətindən çıxış etməmiş, riyazi və fizika anlayışları hərbi anlayış-
larla üzvi şəkildə əlaqələndirməmiş və belə əlaqələrə aid çalışmala-
ra müraciət etməmişdir. Ümumiyyətlə, hərbi rəhbər “Atəş hazırlığı” 
mövzusunun tədrisində fizika və riyaziyyat müəllimlərinin köməyi-
ni lazım bilməmişdir. Təlim prosesində isə riyazi və fizika elminin 
öyrətdiyi  qayda  və  qanunlara  bilavasitə  əsaslanan,  bu  biliklər  üzə-
rində qurulan güllənin atılma prinsipinin elmi mahiyyətinin açılması 
hərbi  rəhbərin  imkanı  xaricində  olmuşdur.  Bu  isə  təlim  prosesində 
qarşıya qoyulan məqsədə çatmamaq deməkdir. 
Analoji  təhlil  “Havada  güllənin  uçuşu”  mövzusunun  öyrədil-
məsi prosesinə də aid edilə bilər. “7,62 mm avtomat” və “Avtomat-
dan  atəş  açma  priyomu”  mövzularının  tədrisində  isə  həndəsə  və 
rəsmxət  fənlərindən  məktəblilərə  verilən  biliklərdən  və  bu  biliklər 

 
84 
əsasında hazırlanan çalışmalardan nisbətən istifadə olunur. Əvvəlcə 
avtomatın  quruluşu  şagirdlərə  aydınlaşdırılır.  Bu  zaman  V.A.Deq-
tyarev  pistolet-pulemyot  sistemi  (PPD-40),  Q.S.Şpaqinin  pistolet-
pulemyot  sistemi  (PPŞ-41),  A.İ.Sudayevin  pistolet-pulemyot  sis-
temi  (PPS-43),  V.A.Kalaşnikovun  modernləşdirilmiş  avtomat  sis-
temləri (AKM və AKMS) haqqında məlumat çatdırılır. Onların isti-
fadəyə verildiyi vaxt, xəzinənin neçə patron tutduğu və s. haqqında 
məlumat  verdikdən  sonra  müəllim  avtomat  Kalaşnikovun  döyüş 
zamanı  yerinə  yetirdiyi  funksiyanın,  döyüşə  hazır  vəziyyətinin  və 
ümumi  quruluşunun  izahına  keçir.  Şagirdlər  öyrənirlər  ki:  “Avto-
matdan  atəş  iki  qaydada:  avtomat  (AA)  və  tək-tək  atəş  (TA)  for-
masında  aparılır.  Avtomatdan  atəş  açmağın  başlıca  formalarından 
biri  avtomat  atəşdir.  Avtomat  atəşin  özü  də  iki  formada  aparılır. 
Qısa növbəli və uzun növbəli atəşlər. Qısa növbəli atəş 5 atəşə kimi, 
uzun növbəli atəş 10 atəşə kimi olan atəşə deyilir. Patronlar hər biri 
30  patrontutan  daraq  vasitəsilə  avtomatın  atəş  oyuğuna  verilir. 
Avtomatın atəş tempi 1 dəqiqədə 600-ə yaxındır. Bu o vaxt olur ki, 
1  dəqiqə  müddətində  atəşin  arası  kəsilməsin.  Döyüş  zamanı  avto-
matdan bir dəqiqədə arasıkəsilmədən 100-ə qədər atəş açmaq müm-
kündür,  tək-tək  isə  40-a  qədər  atəş  açmaq  olur.  AKM  avtomatının 
çəkisi 3,6 kq-dır. Süngü bıçağın çəkisi isə 450 q-dır.” 
Sonra aşağıdakı çalışmalar yerinə yetirilir: “Kalaşnikov avto-
matından 0,6 dəqiqə avtomatik və 2,3 dəqiqə ardıcıl tək-tək atəşlər 
açmaq üçün neçə daraq (sandıq) lazımdır?”, “Məlumdur ki, AKM-
in  çəkisi  3,6kq,  süngü  -bıçağının  çəkisi  450q-dır.  Süngü-bıçaq 
AKM-in çəkisinin neçə faizini təşkil edir?” və s. 
Hərbi  rəhbər  avtomatın  ümumi  quruluşu  barədə  danışarkən 
məktəblilərin  fəza  fiqurları  təsəvvürlərinə,  həndəsədən  və  rəsmxət-
dən mənimsədikləri biliklərə, bu biliklərə əsaslanan riyazi məzmun-
lu çalışmalara və bu mərhələdə onların həllinə ehtiyac duyulmasına 
baxmayaraq  onlardan  istifadə  etmir.  Belə  çalışmalar  həndəsi  fiqur-
larla  avtomat  hissələrinin  müqayisəsi  yolu  ilə  həll  oluna  bilər.  Bu 
imkan  proqram  və  dərsliyin  təhlilində  öz  əksini  tapmışdır.  Lakin 
təcrübədən  anlaşılır  ki,  həndəsi  fiqurlardan  istifadə  edərək  avtomat 

 
85 
hissələrinin şagirdlərə mənimsədilməsi işi zəif qurulur. Elə ona görə 
də  məktəblilər  avtomat  hissələrinin  adlarını,  quruluşunu  və  funksi-
yalarını  təsəvvürlərində  canlandırmaqda,  yadda  saxlamaqda  və 
sonradan  onları  aydınlaşdırmaqda  çətinlik  çəkirlər.  Avtomatla 
tanışlıqla  əlaqədar  məktəbdə  məşğələlərin  keçirilmə  vəziyyətinin 
təhlili və alınan nəticələr eynilə, “7,62mm-lik Kalaşnikov əl pelem-
yotları”nın öyrədilməsi prosesinə də aiddir. 
Müşahidələr göstərir ki, “Hərbi topoqrafiya” mövzusunun təd-
risi  prosesində  şagirdlərə  riyazi  məzmunlu hərbi çalışmalar qismən 
həll etdirilir. Məsələn, “Kəşfiyyatçı əsgər körpüdən 45 azimut üzrə 
1500  metr  uzaqlaşmalıdır.  Onun  hərəkət  trayektoriyası  necə  olma-
lıdır?” və s. 
Belə  çalışmalar  təlim  prosesinin  keyfiyyətinə  müsbət  təsir 
göstərir. Odur ki, onların tərtibinə biz də əsərin növbəti yarımfəsil-
lərində geniş yer verəcəyik. 
Ümumtəhsil  məktəblərində  ibtidai  hərbi  hazırlıq  məşğələlə-
rinin  keçirilməsi  zamanı  hərbi  məzmunlu  fizika,  həndəsə,  cəbr, 
riyazi  analiz,  astronomiya  və  rəsmxət  məsələlərindən  necə  istifadə 
edildiyini öyrənmək məqsədilə həm şagirdlər, həm də hərbi rəhbər-
lərlə frontal sorğu keçirilmişdir. Sorğu respublikanın müxtəlif şəhər 
və  kənd  məktəblərini  əhatə  etmişdir.  Sorğuya  Bakı,  Gəncə,  Şirvan 
(Əli-Bayramlı),  Daşkəsən  və  s.  şəhər  məktəblərinin,  həmçinin  Ab-
şeron,  Yevlax,  Şəmkir,  Göy-göl,  Xaçmaz,  Daşkəsən  və  s.  rayon 
məktəblərinin  64  hərbi  rəhbəri  və  300  şagirdi  cəlb  olunmuşdur. 
Sorğu  bir  qrup  şəhər  (Bakı  və  Gəncə)  və  kənd  (Abşeron,  Yevlax) 
məktəblərində bilavasitə tədqiqatçının iştirakı ilə keçirilmiş, bir sıra 
məktəblərə  isə  yazılı  şəkildə  məktub  vasitəsilə  göndərilmişdir. 
Hərbi rəhbərlərdən və şagirdlərdən alınan cavablar tədqiq etdiyimiz 
problem baxımından təhlil olunub ümumiləşdirilmişdir. 
Hərbi rəhbərlərlə keçirilmiş sorğunun mətni belə idi: 
Hərbi  məzmunlu  fizika  və  riyazi  çalışmalardan  ibtidai  hərbi 
hazırlıq üzrə hansı məşğələlərdə və necə istifadə edirsiniz? 
Şagirdlərlə aparılmış sorğunun mətni isə belədir: 

 
86 
1.
 
Hərbi topoqrafiyanı öyrənərkən hansı riyazi çalışmalardan 
istifadə edə bilərsiniz və necə? 
2.
 
“Atıcılıq  hazırlığı”  (“Atəş  hazırlığı”)  bölməsində  riyaziy-
yata dair hansı çalışmalardan istifadə edə bilərsiniz və necə? 
Sorğu  zamanı  hərbi  rəhbərlərdən  və  məktəblilərdən  alınan 
cavablar  həm  keyfiyyətcə,  həm  də  kəmiyyətcə  təhlil  olunur.  Hərbi 
rəhbərlərin  və  şagirdlərin  cavabları  öz  keyfiyyətinə  görə  4  qrupa 
(səviyyəyə) bölündü. Cavabların belə qruplaşdırılmasında aşağıdakı 
prinsip rəhbər tutulmuşdur: 
a)
 
ibtidai hərbi hazırlıq məşğələlərində hərbi rəhbər fizika və 
riyazi  çalışmalardan  yerində,  düzgün  və  əlverişli  formada  istifadə 
etsin. 
b)
 
Şagird  fizikaya  və  riyaziyyata  aid  biliklərindən  müstəqil, 
düzgün və məntiqi cəhətdən bitkin şəkildə istifadə edə bilsin. 
Həmin  4  qrupun  (səviyyənin)  hər  birinin  mahiyyətini  aydın-
laşdıraq. Səviyyələrin mahiyyətini  yalnız şagirdlərin cavabları üzrə 
nəzərdən keçirəcəyik. Hərbi rəhbərlərin cavabları üzrə səviyyələrin 
izahı isə analoji qaydada aparılır. 
I  səviyyəyə  elə  məktəblilərin  cavabları  daxil  edilmişdir  ki, 
onlar  hərbi  materiallarla  tanış  olduqdan  sonra  həmin  materialın 
izahı  zamanı  riyazi  və  ya  fizika  biliklərini  ümumiyyətlə  yadlarına 
salmırlar. Buna ehtiyac duymurlar, heç təşəbbüs belə göstərmirlər. 
Cavabları  bu  qrupa  daxil  olan  hərbi  rəhbərlərin  isə  bir  qismi 
keçilən ibtidai hərbi hazırlıq dərsinə uyğun riyazi biliklərdən və yeri 
gəldikdə  riyazi  çalışmalardan  istifadəyə  meyl  göstərmir,  bu  məsə-
ləyə etinasız yanaşır, digər qismi isə məşğələdə fənlərarası əlaqəyə, 
xüsusən buna aid çalışmaların həllinə əlavə (artıq) bir iş kimi baxır 
və  həmin  işin  təlimin  keyfiyyətinin  yüksəldilməsinə  ləngidici  təsir 
göstərəcəyini fikirləşirlər. 
II səviyyəyə  daxil olan cavablarda şagirdlər dərsin məzmunu-
na  uyğun  fizika  və  riyazi  biliklərindən  istifadə  etməyə  və  riyazi 
çalışmaları  yerinə  yetirməyə  çalışırlar,  lakin  fizika,  riyazi  və  hərbi 
anlayışları  düzgün  əlaqələndirə  bilmədiklərindən  həmin  çalışmala-
rın həllində kobud səhvlərə yol verirlər. 

 
87 
III səviyyə orta məktəb fizika və riyaziyyat kursundan mənim-
sədikləri anlayışlardan, qayda və qanunlardan düzgün istifadə edən 
və həmin biliklərin köməyi ilə hərbi məzmunlu çalışmaların həllinə 
nail olan, lakin bu zaman ya elementar qüsurlara yol verən,  yaxud 
da mühakimələrində məntiqi ardıcıllığı gözləməyən, fikirləri tam və 
bitkin olmayan məktəblilərin cavablarını səciyyələndirir. 
IV səviyyəyə elə şagirdlərin cavabları daxil edilmişdir ki, onlar 
hərbi materialın izahı  zamanı riyaziyyat  və  fizika fənləri üzrə bilik 
və  bacarıqlardan  şüurlu,  düzgün  və  tam  məntiqi  nəticə  çıxararaq, 
mühakimələr yürüdərək istifadə edirlər. Çalışmalar isə tam və düz-
gün həll olunur. 
Sorğu zamanı məktəblilərin cavablarının keyfiyyətcə bu şəkil-
də  təhlil  süzgəcindən  keçirilməsi  onlara  hərbi  anlayışları  şüurlu 
mənimsətmək  sahəsində  bilik  səviyyələrini  və  dəyişikliyi  izləməyə 
və daha dəqiq təhlil aparmağa imkan verir. 
Şagirdlərdən  alınan  hər  bir  cavab  bu  səviyyələr  qrupundan 
yalnız birinə daxil edilmişdir. Cədvəl və ona uyğun qurulmuş qrafik 
əyani  olaraq,  sorğu  zamanı  şagirdlərin  cavablarının  keyfiyyət  və 
kəmiyyətcə müqayisəsini göstərir. 
 
      
Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin