AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ


 Gənclərin çağırışaqədərki hazırlığı kursunun



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix09.02.2017
ölçüsü2,91 Mb.
#7872
1   2   3   4   5   6   7   8   9   ...   21

 
1.2. Gənclərin çağırışaqədərki hazırlığı kursunun  
ümumtəhsil fənlərilə əlaqəli tədrisinin didaktik şərtləri 
 
Gənclərin  çağırışaqədərki  hazırlığı  dərslərində  şagirdlərin 
ümumtəhsil  fənləri  üzrə biliklərindən  istifadənin  yüksək  səviyyədə 
təşkili  məqsədilə  təlimin  ayrı-ayrı  metodlarından  səmərəli  şəkildə 
istifadə etmək lazımdır. Yeri gəldikcə təlimin şifahi, əyani və prak-
tik  metodlarına  müraciət  etmək,  həm  verilən  biliklərin  şüurlu  və 
asan  mənimsənilməsinə,  yaddaşda  uzun  müddət  qalmasına,  həm 
dərsin praktik istiqamətini qüvvətləndirməyə, həm də təlim prosesi-
ni əyaniləşdirməyə imkan verir. Uzun illərin təcrübəsi göstərmişdir 
ki,  ümumtəhsil  məktəblərində  gənclərin  çağırışaqədərki  hazırlığı 
(ibtidai  hərbi  hazırlıq)  üzrə  məşğələlərin  fizika,  riyaziyyat  əmək 
təlim, astronomiya və s. fənləri ilə əlaqəli şəkildə keçilməsi tədrisin 
keyfiyyətini müstəsna dərəcədə yüksəldir, maksimum bilik, bacarıq 
və vərdişlər qazanmasına kömək göstərir. 
Məktəb fənləri arasında qarşılıqlı əlaqə problemi daim didak-
tikanın aktual məsələlərindən biri olmuşdur. İndi də bu belədir. 
Mütəxəssislərdən  S.M.Nikonova  və  Ş.P.Qanelin  fənlərarası 
əlaqəni  təlimin  müstəqil  prinsipi  hesab  edirlər.  Pedaqoqlardan 
İ.D.Zveryev və K.P.Korolyovanın fikrincə fənlərarası əlaqə təlimin 
sistematiklik  və  ardıcıllıq  prinsipinin  həyata  keçirilməsinə  kömək 
göstərən bir vasitədir. Mütəxəssislərdən N.M.Çərkəzzadə, Y.V.Va-
silyeva,  K.A.Sorokin  fənlərarası  əlaqəni  təlimin  mühüm  şərtlə-
rindən biri hesab edirlər. V.N.Fedorova və D.M.Kiryuşkinaya görə, 

 
30 
fənlərarası  əlaqə  anlayışını  N.M.Çərkəzzadənin  göstərdiyi  kimi 
nəzərdən  keçirmək  daha  doğru  olar.  Ona  görə  də  həmin  müəlliflər 
fənlərarası əlaqəni didaktik tələb kimi qəbul edirlər. Bizim fikrimiz-
cə  isə,  gənclərin  çağırışaqədərki  hazırlığı  kursunda  fənlərarası  əla-
qənin nəzərə alınması həmin fənnin vahid strukturunun gözlənilmə-
si şərti ilə təlimin ümumi məsələlərinin həyata keçirilməsi üçün tət-
biq olunan bir işdir, prinsipdən irəli gələn didaktik tələblərdən biri-
dir.  Bu  tələb  gənclərin  çağırışaqədərki  hazırlığı  məşğələlərində 
şagirdlərin  təbiət-riyaziyyat  elmləri  üzrə  qazandıqları  biliklərdən 
istifadə  prosesinə  də  tamamilə  aiddir.  Belə  əlaqə  hərbi  faktların  və 
hərbi sahədə  istifadə  olunan bəzi  düsturların  mahiyyətini  məktəbli-
lərə  daha  asan  öyrətmək  və  mənimsətmək  üçün  vacibdir.  Başqa 
fənlərdə olduğu kimi, gənclərin çağırışaqədərki hazırlığı məşğələlə-
rində də şagirdlərin fizikaya, riyaziyyata və s. fənlərə aid biliklərin-
dən  əlverişli  istifadə  hərbi  biliklərin  mənimsənilmə  keyfiyyətini 
yüksəltmək  üçün  mühüm  şərt  kimi  qəbul  oluna  bilər.  Bu  zaman 
məktəblilər hərbi materialı daha dərindən başa düşür, onun öyrənil-
məsinə daha şüurlu yanaşır. 
Gənclərin  çağırışaqədərki  hazırlığı  məşğələlərində  ümum-
təhsil fənləri üzrə biliklərdən istifadə zamanı şagirdlərə həm də  ya-
radıcı düşünməyi, məntiqi mühakimələr yürütməyi öyrətmək lazım-
dır.  Bu  proses  şagirdlərin  təsəvvürlərinin,  diqqətinin,  yaddaşının, 
təfəkkürünün  inkişaf  etdirilməsi  ilə  yanaşı,  onlarda  fəallıq  və 
təşəbbüskarlıq kimi keyfiyyətlərinin formalaşmasına şərait yaradır. 
Təlim  prosesində  hərbi  rəhbər  fənlərarası  əlaqənin  göstərilən 
tələblərini yüksək səviyyədə yerinə yetirdikdə müsbət nəticələr əldə 
edir və məktəblilər hərbi biliklərə möhkəm yiyələnirlər. Hərbi anla-
yışlarla fizika, riyazi, coğrafi və s. anlayışlar arasında daxili bağlılı-
ğı  aşkara  çıxarıb  onları  əlaqəli  şəkildə  şagirdlərə  çatdırmaq  hərbi 
rəhbərin məharətindən də çox asılıdır. Bu zaman məktəblilərin diq-
qəti hərbi anlayışlar ilə fizika, riyazi və s. anlayışlar arasındakı əla-
qəyə nə qədər tez-tez cəlb olunarsa, onlar fikri əməliyyata daha tez 
alışar və onlarda, adları qeyd olunan ümumtəhsil fənn anlayışları ilə 

 
31 
hərbi  anlayışlar  arasında  qarşılıqlı  əlaqə  yarada  bilmək  bacarığı 
müvəffəqiyyətlə inkişaf edər. 
Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi prosesində 
ümumtəhsil fənnləri üzrə biliklərdən istifadə zamanı nəzərə alınmalı 
pedaqoji məsələlərdən biri də təlim prosesində problemli vəziyyətin 
yaradılmasıdır.  Problemli  təlim  1970-85-ci  illərdə  şagirdlərin  fikri 
müstəqilliyini  və  fəallığını  artırmaq  üçün  təlim  prosesində  tətbiq 
edilən  metodik  sistemlər  arasında  xüsusi  yer  tutmuş,  geniş  popul-
yarlıq qazanmışdır. Başqa fənlərdə olduğu kimi, gənclərin çağırışa-
qədərki hazırlığı məşğələlərində də problemli  yanaşmadan istifadə-
nin mahiyyəti ondan ibarət olur ki, məktəblilər bir növ “tədqiqatçı”, 
“ilk  ixtiraçı”  vəziyyətinə  salınır,  yeni  biliklər  onlara  hazır  şəkildə 
verilmir.  Öyrənilməsi  nəzərdə  tutulan  yeni  hərbi  biliklərin  şərhi 
zamanı uyğun ümumtəhsil fənni üzrə (məsələn, fizika və riyaziyyat 
üzrə)  biliklərindən  istifadə  şagirdlərin  qarşısında  problem  (sual) 
şəklində qoyulur. Təfəkkür prosesi tələb edən belə bir vəziyyət isə 
M.M.Maxmutovun  (45,  s.6)  göstərdiyi  kimi  problemli  situasiya 
adlanır.  Digər  dərslərdə  olduğu  kimi  hərbi  hazırlıq  məşğələlərində 
də  problemli  situasiya  problemli  təlimin  əsasını  təşkil  etməlidir. 
Çünki,  psixoloqların  müəyyənləşdirdiyi  kimi,  təfəkkür  sualdan, 
problemli  situasiyadan  başlayır.  Bu  situasiyanın  özü  də  çox  vaxt 
böyük  və  mürəkkəb  əqli  iş  tələb  edən  təfəkkür  aktı  ola  bilər.  Ona 
görə də ibtidai hərbi hazırlıq məşğələlərində şagirdlərin uyğun fizi-
ka,  riyazi,  coğrafi,  rəsmxət,  tarix  və  s.  biliklərindən  problemli  şə-
kildə  istifadə  edərkən problemin  məntiqi  formasının  sual olduğunu 
nəzərə  almaq  lazımdır.  İstifadə  olunacaq  əsas  fizika,  riyazi  və  s. 
anlayışlar  sualda  öz  əksini  tapmalıdır.  Əgər  həmin  sual  şagirdləri 
çətinliyə salıb düşünməyə məcbur edirsə, həmin suala cavab vermək 
üçün  onlarda  fikri  fəallıq  əmələ  gətirirsə,  onda  problemli  situasiya 
yaranmış  olur.  Problemli  situasiya  təfəkkür  prosesini  meydana 
gətirir,  inkişafı  problemin  həllinə,  yəni  istifadə  olunacaq  ümum-
təhsil  fənləri  üzrə  bilikləri  müəyyənləşdirməyə  və  onların  tətbiqinə 
doğru aparır. 

 
32 
Gənclərin  çağırışaqədərki  hazırlığı  məşğələlərində  digər 
ümumtəhsil fənləri üzrə biliklərin tətbiqi zamanı problemli vəziyyə-
tin  yaradılması  məktəblilərin  emosional  gərginliyini  artırmaq  qay-
dası,  onların  dünyagörüşünün  formalaşması  vasitəsi  olur.  Tədqiqat 
göstərdi ki, fizika, riyaziyyat və s. ümumtəhsil fənləri üzrə biliklər-
dən  problemli  suallar  qoymaqla  istifadə  etmək  şagirdləri  düşündü-
rür, onların idrak fəaliyyətini  qüvvətləndirir, başlıcası  isə diqqətini 
fəallaşdırır.  Gənclərin  çağırışaqədərki  hazırlığı  məşğələlərində 
problemli  situasiyaya  yer  verməyin  mahiyyəti  ondan  ibarətdir  ki, 
yeni hərbi mövzunun izahı giriş müsahibəsi ilə başlanır, şagird axta-
rış tələb edən suallarla və bu suallardan doğan yeni vəzifələrlə qar-
şılaşır, müvafiq yeni fənn biliklərindən istifadənin vacibliyini, bun-
suz  tələb  olunan  hərbi  anlayışı  mənimsəməyin  qeyri-mümkünlü-
yünü başa düşür. 
Məlumdur ki, təlim prosesində problem qəsdən, şüurlu şəkildə 
yaradılır, əvvəlcədən planlaşdırılır və məktəblilərin düşünmə qabiliy-
yətini  inkişaf  etdirmək  məqsədi  daşıyır.  Problemli  təlimin  məqsədi 
şagirdlərin  zehni  axtarışına  meydan  verməkdir.  Ona  görə  də  bu 
metodu  gənclərin  çağırışaqədərki  hazırlığı  üzrə  müvafiq  mövzuların 
tədrisi zamanı problemli təlimin köməyi ilə fizika, riyaziyyat, coğra-
fiya  və  s.  anlayışlardan  zəruri  istifadə,  hərbi  rəhbərlə  şagird  ara-
sındakı  daim  müstəqil  və  əks-əlaqə  şəraitində  keçən,  öz  aralarında 
ciddi məntiqi ardıcıllığa malik sistem kimi qəbul etmək mümkündür. 
Gənclərin  çağırışaqədərki  hazırlığı  dərslərində  əlaqəli  tədris 
məqsədilə problemli situasiya yaradılan zaman mövzu ilə bağlı konkret 
suallar  qoyulmalı,  cavablar  alınmalı,  şagirdlərin  iştirakı  ilə  müqayisə 
və ümumiləşdirmələr aparılmalı, nəticələr çıxarılmalıdır. Lakin suallar 
məktəbliləri ciddi düşündürməli, əvvəlcədən qazanılmış uyğun ümum-
təhsil fənləri üzrə biliklər öyrədilən şəkildə onların yadına salınmalı və 
bu biliklərdən istifadənin yolu qismən göstərilməlidir. 
Məlumdur  ki,  problemli  təlimin  növlərindən  biri  problemli 
şərhdir. Gənclərin çağırışaqədərki hazırlığı dərslərində, yeri gəldikcə, 
fənlərarası əlaqəyə müraciət zamanı tətbiq olunan problemli şərh bir 
tərəfdən şagirdlərə “elmi axtarış” nümunəsi göstərməli, daha inandı-

 
33 
rıcı  olmalı,  müvafiq  hərbi  biliklərin  daha  şüurlu  mənimsənilməsinə 
imkan verməlidir. Digər tərəfdən, problemli şərh zamanı hərbi rəhbər 
idrak  fəaliyyəti  prosesinin  bütün  mərhələlərindən  özü  keçir  və 
şagirdlərin fikrini də həmin yolla aparır. Tədqiqat göstərdi ki, fizika, 
riyaziyyat  və  s.  fənlərdən  öyrənilən  biliklərdən  istifadə  edərək  hərbi 
mövzuların  problemli  şərhi  zamanı  hərbi  rəhbər  məktəbliləri  idrak 
fəaliyyətinin aşağıdakı mərhələlərindən keçirməli olur: 
a)
 
problemli situasiyanın yaradılması, yəni hərbi biliklərin mə-
nimsənilməsi  zamanı  şagirdlərin  fizika,  riyaziyyat,  coğrafiya,  əmək 
təlimi və s. fənlərdən öyrəndikləri anlayışlarla qarşılaşdırılması; 
b)
 
problemli  situasiyanın  təhlili,  qarşıya  çıxan  çətinliyin 
mahiyyətinin  araşdırılması  və  başa  düşülməsi,  problemin  sualla 
ifadə edilməsi (problemin qoyuluşu); 
c)
 
problemin  həlli  üçün  fərziyyələrin  irəli  sürülməsi  və 
əsaslandırılması,  yəni  şagird  hansı  fizika  və  riyazi  biliklərdən  və 
necə  istifadə  ediləcəyini  söyləyir,  sonra  nə  üçün  belə  fikirləşdiyini 
bir neçə cümlə ilə aydınlaşdırır; 
d)
 
fərziyyənin  yoxlanması.  Bu  mərhələdə  məktəblilər  uyğun 
ümumtəhsil fənni üzrə biliklərə əsaslanır, hərbi anlayışın mahiyyəti-
ni açır, fərziyyənin doğruluğunu sübut-isbat edir. Nəticədə problem 
həll olunur. 
Gənclərin  çağırışaqədərki  hazırlığı  dərslərində  mövzuların 
əlaqəli  tədrisi  zamanı  şagirdlərin  idrak  fəaliyyətini  müstəqil  də 
buraxmaq  olar.  Bu  şərtlə  ki,  onlar  bu  mərhələlərin  bir  neçəsindən 
müstəqil  keçməyi  bacarsınlar.  Çətinlik  yaranan  mərhələlərdə  isə 
qismən kömək göstərmək lazımdır. Axtarıcı müsahibənin tətbiqi za-
manı hərbi rəhbər ümumtəhsil fənni üzrə biliklərdən istifadə məqsə-
dilə problemi qoyduqdan sonra şagirdləri onun həllinə də cəlb edir. 
Fərziyyə  və  gümanların  irəli  sürülməsi,  onların  yoxlanılması  mək-
təblilərin fəal iştirakı ilə aparılır. Burada hərbi rəhbər tez-tez öz şər-
hini saxlayır, sinfə suallar verir, ən başlıcası isə, şagirdlərin fizikaya 
(yaxud, riyaziyyata) aid bilik və bacarıqlarını tətbiq etmələrinə im-
kan  yaradır.  Bu  mərhələdə  hərbi  biliyin  mənimsədilməsi  hərbi 

 
34 
rəhbərin  şərhi  ilə  şagirdlərin  müstəqil  işlərinin  növbələşməsi  şə-
raitində həyata keçirilir. 
Bəzən məktəblilər hərbi rəhbər fizika və yaxud riyaziyyat kur-
su  üzrə  biliklərdən  istifadə  məqsədi  ilə  qoyduğu  sualı  (problemi) 
dərk  etdikdən  sonra  müstəqil  axtarışa  qoşulur,  fərziyyələr  irəli  sü-
rür, onları  yoxlamaq üçün  yeni  suallar  fikirləşir və nəticələr  çıxar-
mağa doğru gedirlər. Belə təlim metoduna isə didaktikada tədqiqat 
metodu  adı  verilmişdir.  Bu  metodla  yeni  hərbi  bilik  tamamilə  şa-
girdlərin müstəqil fəaliyyətləri nəticəsində mənimsədilir. 
Beləliklə, gənclərin çağırışaqədərki hazırlığı dərslərində mək-
təblilərin ümumtəhsil fənləri üzrə biliklərindən istifadəni təmin edən 
bu üç metod: Problemli Ģərh, axtarıcı müsahibə və tədqiqat me-
todu birlikdə gənclərin çağırışaqədərki hazırlığı məşğələlərində mü-
vəffəqiyyətlə həyata keçirilə bilir. 
Problemli  təlim  metodu  hərbi  biliklərin  möhkəm  mənimsənil-
məsinə müsbət təsir göstərməklə yanaşı, şagirdlərdə idrak fəallığı tər-
biyə edir və onlarda yeni hərbi biliyin qazanılmasına həvəs oyadır. 
Gənclərin çağırışaqədərki hazırlığı kursunda problemli təlimin 
tətbiqi  konkret  hərbi və  riyazi  (habelə fizika və  s.) faktların aşkara 
çıxarılmasına,  məktəblilərin  həyatı  təcrübəsindən  geniş  istifadə 
olunmasına xidmət edə bilər, məşğələlərin təşkilinə böyük təsir gös-
tərər, şagirdlərdə müstəqillik və yaradıcılığı inkişaf etdirər. 
Problemli  təlimin səmərəli  təşkilinin  əsas  şərtlərindən  biri  fi-
zika, riyaziyyat və s. fənlərdən qazanılmış bilik və bacarıqlardan is-
tifadə  üzərində  məktəbliləri  “kollektiv”  və  “fərdi”  işlətməyi  bacar-
maqdan və bu işləri məharətlə əlaqələndirməkdən çox asılıdır. 
Beləliklə, təlim prosesində problemli situasiyanın yaradılması, 
şagirdlərin  axtarış  tələb  edən  suallarla  qarşılaşdırılması,  müqayisə 
priyomundan istifadə olunması fənlərarası əlaqənin səmərəli şəkildə 
həyata keçirilməsinə münasib şərait yaradır. 
Gənclərin çağırışaqədərki hazırlığı materiallarının tədrisi pro-
sesində  digər  ümumtəhsil  fənləri  üzrə  biliklərdən  istifadə  zamanı 
müqayisə  priyomunun  nəzərə  alınması  da  vacib  pedaqoji  şərtdir. 
Müqayisə  hərbi  biliklərin  şagirdlər  tərəfindən  şüurlu  mənimsənil-

 
35 
məsinə kömək göstərən ən vacib priyomlardan biri hesab edilə bilər. 
Didaktikada  bu  priyomun  elmi-nəzəri  əsası  prof  N.M.Kazımov 
tərəfindən geniş tədqiq olunmuşdur (46, 49, 50). Müqayisəyə peda-
qoji  ədəbiyyatda  tərif  vermək  təşəbbüsləri  olmuşdur  (N.M.Kazı-
mov,  U.U.Qolant,  N.N.Zubov,  M.İ.Kruklyan,  L.A.Şvarts,  A.M.Or-
lova,  N.S.Rojdestvenski  və  b).  Lakin  verilən  təriflərin  və  şərh 
olunan  məfhumların  heç  biri  prof.  Nurəddin  Kazımov  tərəfindən 
haqlı  olaraq  məqbul  sayılmamışdır.  Keçmiş  SSRİ-nin  görkəmli 
pedaqoqlarından olan U.U.Qolantın tərifində (“Müqayisə tərzi cisim 
və  hadisələri  oxşar  və  fərqli  cəhətlərinə  görə  ayrı-ayrı  əlamət  və 
ünsürlər üzrə tutuşdurmağa, izah etməyə deyilir”) müqayisənin apa-
rıldığı  obyekt  göstərilmədiyindən  onun  idrak  tərzi,  yaxud  təlimdə 
istifadə olunan müqayisə olduğunu fərqləndirmək olmur. Müqayisə-
yə  daha  elmi,  daha  dəqiq  tərif  prof.  N.Kazımov  tərəfindən  verilir 
(50). Müəllif müqayisənin elmi-nəzəri əsaslarını da müəyyənləşdir-
mişdir: “xarici aləmin qanunauyğunluqları haqqında müvafiq bilik-
lər, bu və ya digər elm sahəsinə aid olan konkret biliklər, müqayisə-
nin  tətbiqi  zamanı  özünü  göstərən  didaktik  qanunauyğunluqlar 
haqqındakı biliklər, müqayisəni mümkün edən fizioloji, psixoloji və 
məntiqi hadisələrinə dair biliklər müqayisə priyomunun elmi-nəzəri 
əsaslarını təşkil edir.” (46, s.31). Bunu ibtidai hərbi hazırlıq məşğə-
lələrində tətbiq olunan müqayisə priyomunun elmi-nəzəri əsası kimi 
də  qəbul  etmək  mümkündür.  N.M.Kazımovun  “Tərbiyənin  elmi-
pedaqoji əsasları” adlı kitabında isə müqayisə məqsədi ilə müxtəlif 
hərbi  faktlara  müraciət  edilir:  ”Yalnız  ABŞ  və  NATO  hərbi  məq-
sədlər üçün gündə bir milyard dollar xərcləyir; ümumiyyətlə kapita-
list ölkələrinin bir illik hərbi xərci isə 400 milyard dollar olur. Bir 
ədəd “Leopard-2” tipli tankın puluna 3 otaqlı mənzil tikmək, “Tray-
dent” sualtı qayığının dəyərinə bir il ərzində 16 milyon uşağa təhsil 
vermək,  “MX”  sistemli  raketin  xərcinə  300  min  ibtidai  məktəb  bi-
nası tikmək olar” (48, s.51). 
Müəllif  burada  hərbi  statistik  məlumatları  müqayisəli  şəkildə 
elə verir ki, bu müqayisə qarşıya qoyulan məqsədə, yəni şəxsiyyətin 
formalaşmasında mühitin rolunu elmi əsaslarla göstərməkdə ən əlve-

 
36 
rişli bir vasitə olur. Kitabda tankların, sualtı qayıqların və nüvə raket-
lərinin  xalqa  nəyin  bahasına  başa  gəldiyi  şagirdlərin  anlaya  biləcəyi 
və  uzun  müddət  yadda  saxlaya  biləcəyi  səviyyədə  onlara  çatdırılır. 
Biz burada prof. N.M.Kazımovun məqsədə çatma prinsipinə, məsələ-
ləri təhliletmə metoduna yüksək qiymət verir və tədqiqatımızın lazı-
mi mərhələlərində ondan faydalanmağı məqsədəuyğun sayırıq. 
Gənclərin çağırışaqədərki hazırlığı məşğələlərində hərbi anla-
yışlar ilə fizika, riyazi və s. anlayışların müqayisəsi təlim materialla-
rının yaxşı anlaşılmasına və konkretləşdirilməsinə imkan verir, hər-
bi  biliklərin  ümumiləşdirilməsini  asanlaşdırır,  müxtəlif  döyüş  pri-
yomlarının əyani şəkildə göstərilməsinə imkan yaradır. Hərbi bilik-
lərin  fizika,  riyazi  və  s.  fənlərlə  müqayisə  aparılaraq  mənimsədil-
məsi  şagirdlərin  yadında  möhkəm  qalır,  onlarda  belə  inam  yaranır 
ki,  müqayisə  müxtəlif  hərbi  anlayışlardakı  oxşarlığı,  oxşar  döyüş 
priyomlarından isə fərqli cəhətləri müəyyənləşdirməklə əlaqədardır. 
Ümumiyyətlə,  müqayisə  real  varlığın  qanunauyğun-luqlarına,  fizi-
oloji, psixoloji və məntiqi hadisələrin qanunlarına uyğundur. 
Gənclərin çağırışaqədərki hazırlığı təlimində fənlərarası əlaqə 
yaratmaq  məqsədilə  müqayisə  priyomuna  müraciət  edərkən  aşağı-
dakı  ümumpedaqoji  istiqaməti  də  əsas  götürmək  lazımdır:  təlimdə 
müqayisə  priyomundən  istifadə  etmək  imkanları  obyektiv  aləmin 
özündə, mərkəzi sinir sistemi fəaliyyətinin qanunauyğunluqlarında, 
psixi  proseslərdə,  təfəkkür  əməliyyatlarında  vardır.  Təbiət  və 
cəmiyyət  hadisələrinin  müqayisəsi  ona  görə  mümkündür  ki,  həmin 
cisim və ya hadisələr oxşar və fərqli əlamətlər, insanın hiss orqanla-
rına  onların  təsiri  ali  sinir  sisteminin  təhlil  və  tərkib  fəaliyyətini, 
fərqləndirmə vəzifəsini şərtləndirir. 
Hərbi məşğələlərin gedişində şagirdlərin keçdiyi psixi proses-
lərdə  (duyğu,  qavrayış,  təfəkkür  və  s.)  hərbi  texnikanın  və  döyüş 
priyomlarının oxşar və fərqli əlamətlərinin əks edilməsi, bu əlamət-
lərin məktəblilərin məntiqi mühakimələrində ifadə olunması müqa-
yisə priyomunu zərurətə  çevirir. Burada hərbi rəhbərin müqayisəyə 
dair  nəzəri  biliyə-müqayisənin  xüsusiyyətləri,  növləri,  formaları, 
variantları  və  başqa  məsələlərinə  dair  biliyə  və  praktik  bacarığa 

 
37 
yiyələnməsi  zəruridir.  Hərbi  rəhbər  fizikaya,  riyaziyyata,  coğrafi-
yaya və s. həmçinin müqayisə priyomuna dair lazımi biliklərə malik 
olduqda, bu priyomun tətbiqi üzrə əvvəlcədən hazırlıq işi apardıqda, 
şagirdlərini  fizika,  riyaziyyat  və  s  anlayışlarla  hərbi  anlayışları 
müqayisə edə bilmək üçün lazımi  bilik  və bacarıqlarla silahlandır-
dıqda bu anlayışların müqayisəsi yüksək səviyyədə keçir və maksi-
mum dərəcədə səmərə verir. Əks halda isə müqayisə aşağı səviyyə-
də  olur.  Buna  görə  də  hərbi  rəhbər  ümumtəhsil  fənlərinə  dair  bir 
qrup zəruri biliyə malik olmalı və müqayisə priyomunu müxtəlif şə-
raitlərdə  tətbiq  etməyi  yaxşı  bacarmalıdır.  Prof  N.M.Kazımov  gös-
tərir  ki,  anlayışlarla  ilk  tanışlıq  zamanı  müqayisə  əsasən  qavrayış 
səviyyəsində  getməlidir,  anlayışlar  şagirdlər  üçün  tanış  olduqda 
müqayisə təsəvvür səviyyəsində aparıla bilər. 
Bu fikrin tamamilə hərbi hazırlıq dərslərinə də şamil olunması 
mümkündür. Ona görə də konkret hərbi faktlar öyrənildikdən sonra 
müqayisəni riyazi (və yaxud fizika) və hərbi anlayışların qarşılaşdı-
rılması səviyyəsinə qaldırmaq lazımdır. Buna görə müqayisə fizika, 
riyaziyyat və s. fənlər üzrə əvvəlcədən keçilmiş materialların təkrarı 
ilə yeni hərbi anlayışların öyrənilməsinin üzvi şəkildə əlaqələndiril-
məsi üçün tutarlı priyom kimi işlədilə bilər. Əvvəlcədən fizika, riya-
ziyyat və s. fənlərdən öyrənilən materialların təkrarı, həmçinin onla-
rın  yeni  hərbi  biliklərlə  müqayisəli  tədrisi  fizika,  riyaziyyat  və  s. 
biliklərin  möhkəmlik  dərəcəsini  müəyyənləşdirməyə,  şagirdlərin 
hərbi  hazırlıq  üzrə  biliklərindəki  çatışmazlıqları  aşkara  çıxarmağa, 
həmin nöqsanların aradan qaldırılmasına, təkrar olunan fizika, riyazi 
və s. biliyin yeni əsasda-öyrənilən hərbi bilik üzərində möhkəmlən-
dirilməsinə, yeni hərbi biliyin möhkəm və şüurlu surətdə mənimsə-
nilməsinə imkan verir. Məktəblilərin əvvəlcədən ümumtəhsil fənləri 
üzrə  yiyələndikləri  bilikləri  ilə  yeni  əldə  etdikləri  hərbi  biliklərin 
üzvi əlaqəsi onlar arasındakı oxşar və fərqli cəhətləri üzə çıxarmaq 
əsasında  yaradılır.  Fizika,  riyaziyyat  və  s.  fənlərdən  alınan  biliklər 
də müqayisə  yolu ilə müvəffəqiyyətlə sistemə salınır və ümumiləş-
dirilir. Şagirdlərin diqqəti məzmunca yaxın hərbi və riyazi, hərbi və 
fizika  və  s.  anlayışların  müqayisəsinə  tez-tez  cəlb  olunursa,  onda 

 
38 
hər  bir  fənnə  dair  daha  çox  bilik  əldə  edilir,  bu  üzvi  əlaqəyə  dair 
qeyri-müəyyənlik  aradan  qalxır.  Məktəblilər  hərbi  biliklərlə  fizika, 
riyazi  və  s.  biliklərin  müqayisəsi  işində  müntəzəm  çalışdıqda  fikri 
əməliyyata tez alışır, bilikləri müqayisə edə bilmək bacarığı müvəf-
fəqiyyətlə yaranır və inkişaf edir. 
Gənclərin çağırışaqədərki hazırlığı məşğələlərində şagirdlərin 
fikri  fəaliyyətinə  geniş  yer  verilir,  onlara  digər  ümumtəhsil  fənləri 
üzrə biliklərə istinadən hərbi anlayışları öz aralarında müqayisə et-
mək bacarığı aşılanır, bu bilik və bacarığın mənimsənilməsi prosesi-
nə  nəzarət  həyata  keçirilir,  nöqsanlar  müəyyənləşdirilib  aradan 
qaldırılır. Müqayisə üzərindəki  iş  zamanı möhkəm  hərbi bilik  əldə 
edən şagirdlər müvafiq hərbi anlayışları həm öz aralarında, həm də 
onları digər fənlərdə öyrədilən anlayışlarla müstəqil şəkildə müqayi-
sə etmək bacarığına yiyələnirlər. 
Müqayisə əməliyyatına qoşulmuş məktəblilər, hətta fərqin üs-
tünlük təşkil etdiyi hərbi və ümumtəhsil fənləri üzrə anlayışlar ara-
sındakı  oxşarlığı  və  yaxud  oxşarlığın  üstünlük  təşkil  etdiyi  anla-
yışlardakı fərqi tez və asan görürlər. 
X-XI  siniflərdə  gənclərin  çağırışaqədərki  hazırlığı  üzrə  məş-
ğələlərdə haqqında danışılan məsələlərin nəzərə alınması, hərbi ma-
terialların  məzmununa  və  xüsusiyyətlərinə  müvafiq  olaraq  əsas  di-
daktik  prinsiplərin  gözlənilməsi  ümumtəhsil  məktəblərinin  qarşı-
sında duran əsas vəzifələri həyata keçirməkdə, o cümlədən, şagird-
ləri həyata və müstəqil respublikamızın silahlı qüvvələrində xidmə-
tə hazırlamaqda böyük əhəmiyyət daşıyır. 
Hərbi rəhbərin məşğələlərdə diqqət yetirməsi vacib olan peda-
qoji şərtlərdən biri də fizika, riyaziyyat, coğrafiya və s. fənlər üzrə 
biliklərin  hərbi  məşğələlərdə  tətbiqi  metodikasının  ümumi  məsə-
lələridir. Əslində gənclərin çağırışaqədərki hazırlığı kursunun tədrisi 
zamanı fənlərarası əlaqədən istifadə bu əlaqəyə hazırlıq işi ilə baş-
lanmalıdır. Şagirdlərin fizika, riyazi və s. biliklərindən müntəzəm və 
səmərəli  istifadə  etmələri  üçün  hazırlıq  işi  elə  ilk  məşğələlərdən 
etibarən  həyata  keçirilə  bilər.  Doğrudur,  gənclərin  çağırışaqədərki 
hazırlığı  kursunun  sistematik  mənimsənilməsinə  qədər  məktəblilər 

 
39 
həm  ibtidai  siniflərdə  (məsələn,  sinifdənxaric  tədbir  kimi  mülki 
müdafiə məşğələlərində), həm də V-IX siniflərin riyaziyyat, fizika, 
coğrafiya və s. kurslarında hərbi məzmunlu çalışmaların həllində bu 
bilikləri  müəyyən  dərəcədə  əlaqəli  şəkildə  öyrənirlər.  Hətta  fizika 
dərsliklərində  bəzi  nümunələr  hərbi  işlərdən  gətirilən  anlayışlar 
əsasında  aydınlaşdırılır.  Lakin  bu  prosesdə  bir  çox  şagirdlər  hərbi 
materialları  fizika,  riyaziyyat  və  s.  biliklərlə  əlaqələndirməyə  dair 
ilk  zəruri  biliklərə  kifayət  qədər  malik  ola  bilmirlər.  Ona  görə  də 
şagirdlər hərbi materialları lazım olan digər ümumtəhsil fənn bilik-
ləri ilə düzgün və səmərəli əlaqələndirməkdə xeyli çətinlik çəkirlər. 
Bu da yalnız hərbi biliklərin deyil, həmçinin fizika, riyaziyyat və s. 
fənlərin  mənimsənilmə  keyfiyyətinə  mənfi  təsir  göstərir.  Həmin 
cəhəti nəzərə alaraq, hərbi rəhbər şagirdləri digər fənlərdən aldıqları 
biliklərdən hərbi hazırlıq məşğələlərində istifadə etməyə hazırlama-
ğa xüsusi diqqət yetirməlidir. Bu zaman uyğun fənn müəllimlərinin 
köməyindən istifadə etmək daha məqsədə uyğun olar. Hazırlıq işin-
də  aşağı  siniflərdə  qazanılmış  bilikləri  yalnız  sadəcə  təkrar  etdir-
məklə kifayətlənmək olmaz. Şagirdlər fizika, riyazi və s. biliklərdən 
hərbi məşğələlərdə müntəzəm şəkildə istifadə etməyə hərtərəfli ha-
zır olmalıdırlar. Bu baxımdan onlar ilk növbədə hərbi hazırlıq məş-
ğələləri  zamanı  digər  fənlərə  dair  biliklərdən  istifadə  prosesi  ilə 
rastlaşmalı,  həmin  prosesə  qoşulmağın  vacibliyini  görməlidirlər. 
Ona görə də bu mərhələdə fizika, riyazi və s. bilikləri tətbiq etməyin 
hərbi biliklərin möhkəm və şüurlu mənimsənilməsindəki rolu aydın-
laşdırılmalıdır.  Başqa  sözlə  hərbi  materialların  yüksək  səviyyədə 
mənimsənilməsi  üçün  şagirdlərdə  ümumtəhsil  fənləri  üzrə  biliklər-
dən istifadəyə tələbat tərbiyə olunmalıdır. Belə bir tələbat tərbiyəsi 
gənclərin çağırışaqədərki hazırlığı kursunda, məsələn, “Dövləti mü-
dafiənin  əsasları”,  “Əsgərin  döyüşdə  davranış  qaydaları”,  “Silahlar 
və atıcılıq hazırlığı” üzrə mövzuların tədrisi zamanı həyata keçirilə 
bilər.  Bunun  üçün  əvvəlcə  hərbi  materialların  tədrisində  bilavasitə 
istifadə olunacaq fizika və riyazi bilikləri hərbi rəhbər özü qruplaş-
dırmalı, bu anlayışların necə təkrar etdiriləcəyini müəyyənləşdirmə-
li, sonra həmin anlayışların müsahibə  yolu ilə təkrarına keçməlidir. 

 
40 
Təkrar  prosesində  bu  anlayışların  fizika  və  riyaziyyat  kurslarından 
öyrənilən biliklər olduğu şagirdlərə xatırladılmalı və təkrarın yekun-
laşdırılması  yeni  hərbi  hazırlıq  materiallarının  şərhinə  başlanğıc 
olmalıdır. 
Yeni hərbi materialın fizika və riyazi biliklər ilə əlaqəli tədri-
sindən sonra məktəblilərdən fizika və riyaziyyata dair hansı biliklə-
rin  tətbiq  olunduğu  soruşulur.  Onlar  da  fizika  və  riyazi  biliklərdən 
necə istifadə edildiyini aydınlaşdırırlar. Bu mərhələ X sinifdən baş-
layaraq  bilavasitə  fizika  və  riyazi  biliklərlə  əlaqəli  öyrədilən  hərbi 
mövzuların tədrisində xüsusən qabarıq şəkildə öz əksini tapmalıdır. 
X  sinifdə  tədris  ilinin  birinci  yarısında  “hansı  riyazi  biliklər-
dən (və yaxud fizikaya dair hansı biliklərdən) istifadə edildi?” sualı 
yeni  hərbi  dərsin  izahı  prosesində  də  verilə  bilər.  Sual  məzmunca 
şagirdlərin yaş xüsusiyyətlərindən asılı olaraq didaktikanın asandan 
çətinə, sadədən mürəkkəbə prinsipinə əsaslanaraq verilir. 
Gənclərin  çağırışaqədərki  hazırlığı  məşğələlərində  fizikaya, 
riyaziyyata,  kimyaya,  tarixə  və  s.  dair  biliklərdən  elə  istifadə  edil-
məlidir ki,  məzmunca  yaxın  (fizika və  riyazi, tarix və coğrafiya  və 
s. anlayışlar hərbi anlayışlarla məntiqi surətdə əlaqələndirilə bilsin, 
məktəblilərin əqli və praktik fəaliyyətində həmin biliklərin tətbiqinə 
geniş  imkan  yaransın,  qazanılmış  hərbi  biliklər  şagirdlərin  ümum-
təhsil fənləri üzrə bilikləri ilə əlaqəli şəkildə hərbi məzmunlu çalış-
maların həllinə tətbiq oluna bilsin. Tətbiq prosesində fizika, riyaziy-
yat,  coğrafiya  və  s.  kurslardan  mənimsənilmiş  biliklər  bir  daha 
ümumiləşdirilir. Ümumiləşdirmə hərbi dərslərdə böyük mövzuların 
əlaqəli tədrisindən sonra, əsasən, riyazi və hərbi, fizika və hərbi və 
s.  anlayışların  müqayisəsi  yolu  ilə  aparılır.  Məktəblilər  həm  məz-
munca  yaxın, həm də eyni bir elmi əsasda tədris edilən hərbi anla-
yışla fizika və riyazi və s. anlayışların (məsələn, hərbi topoqrafiya-
nın və konusvari proyeksiyanın) oxşar və fərqli cəhətlərini, onların 
bir-biri ilə əlaqəsini müəyyənləşdirməyi müqayisə  yolu ilə öyrənir-
lər.  Təcrübə  göstərdi  ki,  bu  zaman  yiyələndikləri  hərbi  biliklər  şa-
girdlərin yadında möhkəm qalır. Onlar konkret hərbi faktları (məsə-
lən,  güllənin  atılma  prinsipini,  güllənin  başlanma  sürəti  və  enerjisi 

 
41 
və s.)  fizika və  riyazi  biliklərə  əsaslanaraq öyrəndikdən sonra, mə-
nimsədikləri  hərbi  anlayışlarla  həmin  fizika  və  riyazi  anlayışları 
qarşılaşdırır  və  müqayisə  aparırlar.  Bu  zaman  hərbi  rəhbər  yeni 
hərbi materialın mənimsənilməsini keçmiş fizika və riyazi biliklərin 
təkrarı əsasında həyata keçirir. Həmin biliklərin təkrarında isə onun 
hərbi  materiallarla  bilavasitə  əlaqələndirilən  xassə  və  əlamətləri 
konkret şəkildə ya sual-cavab formasında, ya da hərbi rəhbərin şərhi 
vasitəsilə şagirdlərə xatırladılır. 
Hərbi  biliklər  verilərkən  məktəblilərin  ümumtəhsil  fənləri 
üzrə biliklərindən istifadə bacarıqları hərbi məzmunlu praktik tapşı-
rıqların icrası prosesində formalaşdırılmalıdır. Bu praktik tapşırıqlar 
X-XI  siniflərdə  yeni  hərbi  materialların  şagirdlərin  digər  fənlərdən 
qazandıqları biliklərlə əlaqəli tədrisindən bilavasitə sonra, yəni yeni 
biliyin möhkəmləndirilməsi zamanı verilir. 
Yuxarıda  deyilənləri  yekunlaşdırmalı  olsaq,  deyə  bilərik  ki, 
ibtidai hərbi hazırlıq kursunun digər fənlərlə əlaqəli şəkildə öyrənil-
məsi məktəblilərin təkcə hərbi biliklərini artırmaqla məhdudlaşmır, 
onları  həm  də  praktik  bacarıq  və  vərdişlərə  yiyələndirir,  hələ 
məktəb illərindən Vətənimizin müdafiəsinə hazırlayır. 
Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin