AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ


Mövzu baxımından metodik ədəbiyyatın təhlili



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix09.02.2017
ölçüsü2,91 Mb.
#7872
1   2   3   4   5   6   7   8   9   ...   21

 
1.4. Mövzu baxımından metodik ədəbiyyatın təhlili 
 
Bildiyimiz  kimi,  gənclərin  çağırışaqədərki  hazırlığı  fənni 
ümumtəhsil  məktəblərimizdə  hazırda  tədris  olunan  əsas  və  xüsusi 
əhəmiyyət  daşıyan fənlərdən biridir.  Lakin  digər tədris  fənlərindən 
fərqli olaraq, bu fənn tədqiqatçılar tərəfindən az öyrənilmiş, fənnin 
tədrisi metodikası başqa fənlərə baxanda demək olar ki, işlənməmiş-
dir. Odur ki, fənnin tədrisi prosesinə aid olan ədəbiyyat azlıq təşkil 

 
58 
edir.  Keçmiş  ittifaq  miqyasında  ibtidai  hərbi  hazırlığın  tədrisi 
prosesinə aid bir qrup ədəbiyyata rast gəliriksə, Azərbaycan dilində 
bu fənnin tədrisi metodikasına aid yalnız bir neçə metodik tövsiyəyə 
və jurnal (“Məktəbdə bədən tərbiyəsi” və 1993-cü ildən nəşr olunan 
və cəmi iki ildə altı nömrəsi çıxmış “Hərbi bilik” hərbi elmi-nəzəri 
publisistik  jurnallardakı)  məqaləsinə  rast  gəlmək  mümkündür  ki, 
bunlar da ibtidai hərbi hazırlıq məşğələləri üzrə qabaqcıl iş təcrübə-
sinin ümumiləşdirilməsinə aiddir. 
Son  illərdə  “Humanitar  elmlərin  öyrədilməsinin  aktual  prob-
lemləri” adlı Ali məktəblərarası elmi məqalələr məcmuəsində, Gən-
cə  Dövlət  Universitetinin,  Respublika  Təhsil  Problemləri  İnstitutu-
nun və Azərbaycan Pedaqoji Universitetinin elmi  əsərlərində  gənc-
lərin çağırışaqədərki hazırlığı fənninin tədrisi ilə bağlı hərdənbir el-
mi məqalələrə təsadüf edilir. 
Həm keçmiş ittifaqda, həm də respublikamızda dərc olunmuş 
ədəbiyyatlar  tədqiq  olunan  problemin,  yəni  gənclərin  çağırışaqə-
dərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  kursunun  digər  ümumtəhsil 
fənlərilə əlaqəli tədrisi problemlərinin həlli vəziyyətini müəyyənləş-
dirmək baxımından geniş təhlil edilmişdir. Metodik ədəbiyyatın bir 
qismində  şagirdlərin  fizika  və  riyazi  biliklərindən,  digər  qrupunda 
coğrafiya və astronomiyaya aid  biliklərindən, bəzilərində isə əmək 
təliminə aid biliklərindən istifadə məsələlərinə rast gəlmək olur. 
İbtidai  hərbi hazırlıq  materiallarının fizika və riyaziyyat  üzrə 
biliklərlə əlaqələndirilməsi, o cümlədən, riyazi və fizika məzmunlu 
hərbi çalışmalar və onlardan istifadə məsələsi metodiki ədəbiyyatın 
bir qismində geniş, bir qismində isə nisbətən az da olsa öz ifadəsini 
tapmışdır. 
Müəlliflərdən  K.E.Şvidçenko  və  A.F.Laxin  “İbtidai  hərbi 
hazırlıq üzrə metodiki vəsait” əsərində göstərirlər ki “Hərbi hazırlıq 
məşğələlərində fənlərarası əlaqənin nəzərə alınması, məktəbdə hərbi 
işin  daha  möhkəm  və  dərin  öyrədilməsi  üçün  vacib  şərtdir”  (43, 
s.7).
 
Daha  sonra  müəlliflər  hərbi  rəhbərə  məsləhət  görürlər  ki, 
ibtidai  hərbi  hazırlıq  üzrə  bütün  məşğələlərin  keçirilməsi  zamanı 
yuxarı  sinif  şagirdlərinin  ümumtəhsil  fənlərindən  mənimsədikləri 

 
59 
biliklərdən  müntəzəm  istifadə  etsinlər  və  bu  fənləri,  xüsusən  tarix 
və  təbiətşünaslıq,  coğrafiya  və  bədən  tərbiyəsini  tədris  edən  müəl-
limlərlə,  hərbi-texniki  hazırlıq  və  mülki  müdafiə  bölməsində  fizi-
kanı,  kimyanı  və  digər  texniki  fənləri  tədris  edən  müəllimlərlə  sıx 
əlaqə  saxlasınlar  (43,  s.7).  Lakin  bu  əsərdə  konkret  olaraq  digər 
ümumtəhsil fənləri ilə ibtidai hərbi hazırlıq fənlərinin əlaqəli tədrisi 
nümunələrinə  toxunulmur  və  hərbi  məşğələlərdə  fizika  və  riyazi 
məzmunlu hərbi çalışmalardan istifadənin yolları araşdırılmır. 
A.M.Kuprin,  A.N.Kovalenko,  A.M.Morozov  ibtidai  hərbi 
hazırlıq  məşğələlərinin  riyaziyyatla  əlaqələndirilməsinə  geniş  yer 
ayırmış və bunu “Topoqrafik hazırlığın metodikası” (44, s.23)
 
kita-
bında işıqlandırmışlar. Əsər hərbi topoqrafik məşğələlərin təşkilinə 
və  onun  daha  keyfiyyətli  keçirilməsinə  xidmət  göstərir.  Kitab  7 
fəsildən  ibarətdir  ki,  bu  fəsillərin  də  hər  birində  fizika  və  riyazi 
məlumatlardan  istifadə  bu  və  ya  digər  dərəcədə  öz  əksini  tapır. 
Məsələn, “Topoqrafik xəritələrin öyrədilməsində məşğələlərin keçi-
rilmə  metodikası”  fəslində  müəlliflər  qeyd  edirlər  ki,  topoqrafik 
xəritələrin  öyrədilməsi  hərbi  topoqrafiya  fənninin  başlıca  bölmələ-
rindən biridir. O, aşağıdakı əsas mövzulardan ibarətdir: 
-  Topoqrafik  xəritələrin  nomenklaturası  və  təsnifatı,  onun 
həndəsi gücü;   
- xəritə üzərində ölçmə; 
- xəritədə obyektlərin yerləşmə vəziyyətinin təsviri
- xəritədə relyeflərin təsviri. 
Əsərdə göstərilir ki, bu mövzunun öyrədilməsi prosesində to-
poqrafik  xəritələr  proyeksiya,  ölçü  və  digər  riyazi  anlayışlarla  əla-
qəli  şəkildə  mənimsədilməlidir.  Müəlliflər  məsləһət  görürlər  ki, 
1:25000  miqyasla  tərtib  olunmuş  xəritələrdə  məsafənin  ölçülməsi 
zamanı  əvvəlcə  miqyas  və  onların  xəritədə  rolu  aydınlaşdırılmalı, 
mustəqil tapşırıqlar formasında digər xəritələrin miqyası bu miqyas-
la  müqayisə  etdirilməlidir.  Yalnız  bundan  sonra  1  km  və  bundan 
çox  olan  məsafələrin  xəritədə  ölçülməsi  işinə  başlamaq  olar.  Bu 
zaman məsafələrin xəritədə ölçülməsi zamanı yol verilən orta xətanı 

 
60 
һesablamağı  tələb  edən  tapşırıqların  verilməsi  və  onun  aşağıdakı 
riyazi düsturla һesablanması məqsədə uyğun һesab edilir. 
n
Δ
...
Δ
Δ
Δ
n
2
1
or




 
Burada 

1


2
,  …, 

n
-lər  xəritədə  iki  nöqtə  arasında  olan 
dəqiq  məsafə  ilə  ölçmə  zamanı  alınan  məsafələrin  fərqidir.  n-isə 
ölçmənin  sayıdır.  Xəritədə  məsafələrin  xətkeş  vasitəsilə  ölçül-
məsində isə müəlliflər belə bir yol təklif edirlər: 1:100 000 miqyaslı 
xəritədə  millimetrlərlə  ölçülən  məsafə  (məsafəni  göstərən  ədəd) 
vurulur  100-ə  və  nəticədə  һəqiqi  məsafə  alınır  və  bu  məsafə 
metrlərlə ifadə olunur. Məsələn, xəritədə məsafə 72 mm-dirsə, onda 
yer  üzərində  olan  һəqiqi  məsafə  72∙100  =  7200m  olacaqdır.  Daһa 
sonra  məsləһət  görulür  ki,  müxtəlif  miqyaslı  xəritələr  üzərində 
məsafələrin ölçülməsi daһa əlverişli һesablama priyomlarının tətbi-
qi vasitəsilə aparılsın. Bu priyomlardan biri ondan ibarətdir ki, əgər 
topoqrafik xəritələr 1:50000 və 1:200000 miqyaslıdırsa, onda milli-
metrlərlə ölçülən məsafə birinci xəritələr üçün yarıya bölünür, ikinci 
xəritələr  üçün  isə  iki  dəfə  artırılır  (yəni  2-yə  vurulur).  Bu  yolla 
alınan  nəticələr  100-ə  vurulur  və  yer  uzərindəki  һəqiqi  məsafə 
һesablanır.  Məsələn,  1:50000  miqyaslı  xəritədə  məsafə  93  mm-ə 
bərabərdirsə, onda xəritədəki һəmin məsafə yer üzərində olan һəqiqi 
4650  m  məsafəyə  (93:2∙100=4650  m)  uyğun  gələcəkdir.  1:200000 
miqyaslı xəritə üzərindəki 93 mm məsafəyə isə yer üzərində 18600 
m-k (93∙2∙100 = 18600) һəqiqi məsafə uyğun olacaqdır. 
Müəlliflər bütün  vəsait boyu riyazi  anlayışlardan və tapşırıq-
lardan muntəzəm istifadə edir, һər bir һərbi anlayışı riyazi qayda və 
qanunlara  əsaslanaraq  aydınlaşdırmağa  daһa  çox  meyl  göstərirlər. 
Əsərdə  adları  çəkilən  əsas  riyazi  anlayışlar  bunlardır:  müxtəlif 
һəndəsi fiqurlar, onların quruluşu və ölçüləri, һəndəsədə və fizikada 
istifadə olunan müxtəlif ölçü vahidləri (mm, sm, m, km, 
san
km

san
m

m
2
  ,  sm
2
  və  s),  təqribi  qiymət,  ədədi  orta,  ədədin  mütləq  qiyməti, 
hesabi  kök,  hesab  əməlləri  və  onların  yerinə  yetirilmə  ardıcıllığı, 
kəsr,  tamdən  kəsrin  çıxılması,  sonlu  cəm,  onun  rəmzi  işarəsi  və  s. 

 
61 
Müxtəlif  naviqasiya  aparatlarından  istifadə  etmənin  öyrədilməsi 
zamanı  da  riyazi  düsturlara  əsaslanılır.  Aparaturada  direksion 
bucağı 
00
30
α
or





bus
A
düsturu ilə (səh. 94) hesablanır. 
Ümumiyyətlə,  vəsaitdə  qiymətli  fikirlər  çoxdur  və  onlardan 
ibtidai hərbi hazırlıq məşğələlərinin məzmununa uyğun fizika və ri-
yazi tapşırıqların tərtibi və həlli metodikasının hazırlanması zamanı 
istifadə  etmək  əlverişlidir.  Lakin  əsər  Ali  hərbi  məktəblərdə  zabit-
lərin  hazırlanmasına  kömək  məqsədilə  yazılmışdır.  Ona  görə  də 
burada ümumtəhsil məktəblərinin ibtidai hərbi hazırlıq və riyaziyyat 
kursları üzrə tədris proqramları və dərsliklərinin məzmunu, eləcə də 
şagirdlərin  riyaziyyat  üzrə  bilik  səviyyələri  nəzərə  alınmamışdır. 
Bundan başqa, vəsaitdə  öz  əksini tapan fizika və riyazi  məzmunlu 
hərbi çalışmaların həlli metodikasını da qeydsiz-şərtsiz orta məktəb-
lərə tətbiq etmək olmaz. 
Məktəb  fizika  və  riyaziyyat  kursu  ilə  ibtidai  hərbi  hazırlıq 
məşğələlərinin  əlaqələndirilməsinə  dair  respublikada  elmi-tədqiqat 
işləri  hələ  1943-cü  ildə  aparılmış  və  dövrü  üçün  çox  əhəmiyyətli 
nəticələr alınmışdır. Bu sahədə professorlardan A.Q.Abaszadənin və 
B.Q.Pobedinskinin  tədqiqatları  xüsusilə  diqqəti  cəlb 
edir. 
A.Q.Abaszadənin “Fizika təlimində hərbi texnika elementləri” (64) 
adlı iki hissəli kitabı Sovet İttifaqının faşist Almaniyası ilə apardığı 
azadlıq müharibəsi dövründə yazılmış və nəşr olunaraq məktəbləri-
mizə çatdırılmışdır. Əsəri öz dövrü üçün xüsusi əhəmiyyət daşıyan 
metodik  vəsait  hesab  etmək  olar.  Burada  müəllif  fizika  dərslərini 
ölkə  müdafiəsilə  əlaqələndirmənin  elmi  əsaslarını  göstərmiş  və 
"Hərbi texnika nümunələrinin fizikası"nı işləmişdir. Əsər "Mexani-
ka", "İstilik", "Elektrik" və "Optika" adlanan 4 bölmədən ibarətdir. 
"Mexanika" bölməsində müəllif qeyd edir ki, təzyiq haqqında 
məlumat  verilərkən,  yaxşı  olar  ki,  zirehli  avtomobillərin  və  tankın 
yerə və qarşıdakı maneəyə etdiyi təzyiq, düşmən tankı ilə mübarizə 
üsulu  şagirdlərə  aydınlaşdırılsın.  Müəllif  bu  işin  metodikasını  da 
vermiş  və  fizikadan  məsələ  həlli  prosesində  bunları  həyata  keçir-
mənin yollarını göstərmişdir. 

 
62 
Əsərdə  atmosfer  təzyiqi,  maye  və  qaz  içərisində  olan  cismə 
təsir edən qüvvələr, mexaniki hərəkət, bərabərsürətli hərəkət, inersi-
ya,  sürtünmə  qüvvəsi,  qüvvənin  gördüyü  iş,  enerji  və  s.  kimi  fizi-
kaya  dair  anlayışların  səmərəli  tədris  olunması  məqsədilə,  müəllif 
bir sıra tövsiyələr irəli sürür, həmin anlayışlarla bağlı olan hərbi an-
layışların məzmununu və onun öyrədilmə yollarını göstərir. Kitabın 
"İstilik", "Elektrik" və "Optika" bölmələrində də hərbiyə dair müva-
fiq  bilik  və  bacarıqların  məzmunu  və  tədrisi  metodikası  verilir. 
Ümumiyyətlə,  tədqiq  olunan  problem  baxımından  yanaşdıqda  onu 
demək olar ki, əsər respublikada fizika və hərbi biliklərin əlaqələn-
dirilməsinə həsr edilmiş ilk kitabdır və fizika dərslərində şagirdlərə 
hərbi bilikləri mənimsətməyə xidmət göstərən əhəmiyyətli metodik 
vəsaitdir. Kitabın nəşrindən 70  ildən artıq  bir dövr keçməsinə bax-
mayaraq  o,  öz  dəyərini  itirməmişdir.  Vəsait  fizika  və  ibtidai  hərbi 
hazırlıq  fənlərinin  əlaqəli  tədrisi  ilə  bağlı  tədqiqatçılara  indi  də 
lazımi istiqamət verə bilər. 
Hazırki  orta  məktəb  fizika  proqramı  və  dərslikləri  1942-ci  il 
proqramı və dərsliyindən həm məzmun, həm də saatların miqdarına 
görə əsaslı surətdə fərqlənir. Kitab isə 1942-ci il fizika proqramı və 
dərsliyi  əsasında  yazılmışdır.  Ona  görə  də  irəli  sürülən  metodiki 
göstərişləri hazırda olduğu kimi fizika təliminə tətbiq etmək müm-
kün deyil. 
Ən başlıcası isə, tədqiqatda müəllifin əsas məqsədi orta mək-
təb  fizika  kursunun  tədrisi  prosesində  şagirdləri  ölkə  müdafiəsinə 
hazırlamaqdan ibarət olmuşdur. 
Bizim tədqiqatda isə, əsas məqsəd məktəbliləri gənclərin çağı-
rışaqədərki hərbi hazırlığı məşğələlərində ümumtəhsil fənnləri üzrə 
biliklərdən  istifadəyə,  müasir  hərbi  anlayışların  məzmununa  uyğun 
fizika və riyazi tapşırıqların tərtibinə və həllinə daha səmərəli hazır-
lamaqdır. 
Prof.  B.Q.Pobedinski  “Hərbi  topoqrafiyanın  əsas  məsələləri-
nin öyrənilməsinə orta məktəb rəsmxət və matematika kursunun tət-
biqi” (Bakı, Azərnəşr, 1942) adlı kitabçasında hərbi işin əsasla-rının 
öyrədilməsi zamanı bu məsələni qismən həll etmiş, hərbi topoqrafi-

 
63 
ya  ilə  tanışlıq  zamanı  şagirdlərin  həndəsə  və  rəsmxət  fənlərindən 
aldıqları biliklərdən istifadə məsələsinə toxunmuşdur. Müəllif məs-
ləhət bilir ki, «Hərbi texnika məsələlərinin bir qismi əsas predmetlə-
rin (rəsmxət, qeometriya), həmçinin azaltmamaq və əsas məqsədlə-
rini  dəyişməmək  şərtilə  bu  predmetlərə  daxil  edilə  bilər,  bir  qismi 
də  matematika  dərnəklərində  keçilə  bilər»  (65,  s.3).  Bundan  başqa 
o, istifadə etdiyi riyazi biliklərin məzmununu və bunu necə keçmək 
lazım olduğunu da araşdırır (65, s.4). Müəllif şagirdlərin rəsmxət və 
həndəsə  fənlərindən  öyrəndikləri  aşağıdakı  materiallarla  əlaqədar 
olaraq hərbi topoqrafiyanın öyrədilməsini belə təklif edir: 
a)  masştab; 
b)  ədədi, xətti en və normal masştablar; 
v)  ədədi masştabdan xətti masştaba və tərsinə keçmək
q)  karta  masştablarını  bir  xətti  ölçü  sistemindən  başqasına 
keçirmək; 
ğ)  karta masştabını təyin etmək; 
d)  yerölçmə  planlarının  çəkilməsi  üçun  qəbul  edilmiş  əsas 
şərti işarələri çəkmək; 
e)  masştabı  dəyişmək  və  ən  çox  tipik  şərti  işarələri  qeyd  et-
məklə  yer  parçası  planının  surətini  köçürmək.  Çertyoju  tuş  ilə 
çəkmək və rəngləmək; 
ə) planda ədədləri qeyd etməklə hundürlükləri və dəyişikliklə-
ri işarə etmənin qaydaları (65, s.4). 
Müəllif  bu  məsələlərin  həp  birinin  rəsmxət  dərsində  hərbi 
topoqrafiya ilə sıx əlaqədar öyrənilməsi qaydasını da göstərir. Lakin 
bu  əsər də Sovet  İttifaqı  ilə  Faşist  Almaniyası  arasındakı  müharibə 
dövründə yazılmışdır. Ona görə də yalnız 1940-ci illərdəki riyaziy-
yat  və  rəsmxət  proqramlarının  materialları  və  məzmunu,  onlara 
təlim  prosesində  verilən  saatların  miqdarı  nəzərə  alınmışdır.  Meto-
dika  da  bütün  buna  əsasən  hazırlanmışdır.  O  vaxtkı  riyaziyyat  və 
rəsmxət  proqramları  hazırkı  proqramlardan  keyfiyyət  və  formaca 
fərqləndiyindən həmin metodika bu gün ozünü doğrultmur. Həmçi-
nin  prof.  B.Q.Pobedinski  müharibə  illərində  hərbi  topoqrafiyanın 
riyaziyyat  və  rəsmxət  dərslərində  öyrədilməsi  məsələlərindən  da-

 
64 
nışır. Müəllif o vaxtkı hərbi dərslərin keçilməsi prosesinə nüfuz et-
məmiş və bu məşğələlərin təşkili zamanı məktəblilərin riyazi bilik-
lərindən və riyazi məzmunlu çalışmalardan istifadə yollarını araşdır-
mamışdır. 
Fənlərarası  əlaqə  probleminə  A.A.İbrahimbəyli  də toxunmuş, 
hərbi məşğələlərin məzmunu ilə digər tədris fənlərinin, xüsusən ana 
dili,  tarix,  riyaziyyat,  fizika,  coğrafiya  və  s.  fənlərin  əlaqəsinin 
mümkünlüyünü  və  onun  əhəmiyyətini  xüsusi  qeyd  etmişdir  (66, 
s.5). Lakin müəllif riyazi çalışmalardan ibtidai hərbi hazırlıq məşğə-
lələrində  istafadənin  yerini,  məzmununu,  onun  sistemini  və  həlli 
metodikasını hazırlamamışdır. 
XX əsrin 70-90-cı illərində respublikamızda yeniyetmə gənc-
lərin ordu sıralarında hərbi xidmətə hazırlanmasının müxtəlif prob-
lemlərinin  tədqiqi  professor  Xəlil  Qənimət  oğlu  Fətəliyevin  adı  ilə 
bağlıdır.  Bu  problemlər  alimin  həm  ozü,  həm  də  onun  rəhbərliyi 
altında  işləmiş  yetirmələri  tərəfindən  geniş  tədqiq  olunmuşdur. 
“Orta  ümumtəhsil  məktəblərində  hərbi-vətənpərvərlik  tərbiyəsinin 
nəzəriyyə və praktikası” mövzusundakı doktorluq dissertasiyasında, 
həmçinin eyni mövzüda nəşr etdirdiyi kitabında (68) müəllif hərbi-
vətənpərvərlik tərbiyəsi işinin məzmunu, məktəblərdə aparılmasının 
forma  və  metodlarını,  onun  elmi-pedaqoji  əsaslarını,  məktəblilərin 
hərbi  xidmətə  hazırlanmasının  forma  və  məzmununu  kommunist 
ideologiyası  baxımından  müəyyənləşdirmişdir.  Prof.  X.Q.Fətəliyev 
“Məktəbdə  hərbi-vətənpərvərlik  tərbiyəsi”  (Bakı,  1987)  adlı  digər 
əsərində hərbi-vətənpərvərlik tərbiyəsinin əhəmiyyəti və vəzifələri-
ni, fəlsəfi, pedaqoji və psixoloji əsaslarını, bu işin təşkilinin forma, 
prinsip  və  üsullarını,  həmçinin  hərbi-vətənpərvərlik  tərbiyəsində 
hərbi rəhbərin işinin əsas istiqamətlərini tamam yeni formada peda-
qoji  elmə  gətirmişdir.  Qeyd  etdiyimiz  əsərin  “İctimai-humanitar 
fənlərdə  hərbi-vətənpərvərlik  tərbiyəsi”  sərlövhəli  bölməsində  orta 
umumtəhsil  məktəblərinin  humanitar,  o  cumlədən  I-II-III  siniflərin 
ana  dili,  rus  dili,  VIII-X  siniflərin  ədəbiyyat,  tarix,  musiqi  fənləri 
üzrə dərsliklərdə verilən materiallar mövzu baxımından araşdırılıb, 
geniş  təhlil  olunub  və  bu  fənlərin  tədrisi  zamanı  şagirdlərin  hərbi-

 
65 
vətənpərvərlik  tərbiyəsi  işinin  təşkili  göstərilib.  Müəllifin  çoxsaylı 
elmi məqalələrində də bu problem özünün geniş və hərtərəfli həllini 
tapıb.  Bu  əsərlərdə  aparılan  ümumiləşdirmədən  və  işin  təşkilinin 
pedaqoji  və  metodiki  prinsiplərindən  humanitar  fənlərin  tədrisi 
prosesində istifadə etmək faydalıdır. Prof. X.Q.Fətəliyevin rəhbərlik 
və  opponentlik  etdiyi  bir  çox  dissertasiya  əsərlərində  (69)  də  mək-
təblərdə  hərbi-vətənpərvərlik  tərbiyəsinin  çoxşaxəli  problemləri 
müvəffəqiyyətlə həll edilmişdir.  
Göründüyü kimi, hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində 
nəzərdən  keçirdiyimiz  bütün  bu  tədqiqat  əsərləri  qarşımıza  qoydu-
ğumuz  problemə,  yəni  gənclərin  çağırışaqədərki  hazırlığı  (ibtidai 
hərbi hazırlıq) kursunun ümumtəhsil fənlərilə əlaqəli tədrisi proble-
minə  nisbətən  yaxın  tədqiqat  işləridir.  Ona  görə  də  ibtidai  hərbi 
hazırlıq kursunun fizika, kimya, riyaziyyat, coğrafiya və s. fənlərlə 
qarşılıqlı  əlaqəli  tədrisi  probleminin  həlli  zamanı  yeri  gəldikcə 
onlardan istifadə etmək zəruriyyəti yaranır. 
Gənclərin  çağırışaqədərki  hazırlığı  (İbtidai  hərbi  hazırlıq) 
məşğələlərində  fənlərarası  əlaqənin  nəzərə  alınmasına  “Hərbi  to-
poqrafiya üzrə metodik məsləhətlər” (70) kitabçasında da diqqət ye-
tirilir.  Kitabçada  göstərilir  ki,  hərbi  rəhbər  “Hərbi  topoqrafiyanın 
öyrədilməsi məsələsinin muvəffəqiyyətlə həllinə yalnız bütün məş-
ğələlərin  coğrafiya  fənni  ilə  olan  əlaqəsindən  düzgün  istifadə  et-
məklə nail ola bilər. Ona görə də hərbi rəhbər 5, 7, 9, 10-cu siniflə-
rin coğrafiya proqramı ilə yaxından tanış olmalı və coğrafiya müəl-
limi  ilə  sıx  əlaqə  saxlamalıdır  (70,  s.4).  Bundan  əlavə,  qeyd  edilir 
ki,  “hərbi  topoqrafiya  məşğələləri  üçün  hər  bir  şagirdin  planşeti, 
kompası,  vizir  xətkeşi,  transportiri,  karandaşı  və  tədris  xəritəsi 
olmalıdır” (70, s.3). Bu alətlərdən planşet, vizir xətkeşi, transportir 
həndəsədən,  kompas  fizika  və  astronomiyadan,  tədris  xəritəsi  isə 
tarix və coğrafiyadan şagirdlərə daha yaxşı məlumdur. Hərbi topoq-
rafiyanın  tədrisi  prosesində  isə  həmin  alətlərdən  istifadə  zamanı 
məktəblilərin  bu  alətlərlə  əlaqədar  astronomiya,  həndəsə,  tarix  və 
coğrafiyadan öyrəndikləri biliklərə əsəslanmamaq olmaz. Ona görə 
də,  müəllifin  qeyd  etdiyi  kimi,  hərbi  rəhbər  hərbi  topoqrafik 

 
66 
məşğələlərin  yalnız  coğrafiya  fənni  ilə  deyil,  həmçinin  həndəsə, 
fizika, astronomiya və tarix fənləri ilə əlaqəsinə də geniş yer vermə-
li,  lazım  gəldikdə  şagirdlərin  bu  fənlərdən  qazandıqları  biliklərdən 
istifadə etməlidir. 
1979-cu  ildə  Azərbaycan  Respublikası  Maarif  Nazirliyinin 
nəşr  etdiyi  «Atəş  hazırlığı  üzrə  məşğələlərin  təşkili  və  keçirilməsi 
üçün metodik tövsiyələr» kitabçasında müəllif, polkovnik E.Q.Rüs-
təmov  da  hərbi  hazırlıq  dərslərində  fənlərarası  əlaqənin  rolunu 
yüksək qiymətləndirir və şagirdlərin riyazi biliklərindən geniş istifa-
dəni  məqsədəuyğun  hesab  edir.  O,  «Odlu  əl  silahlarından  atəş 
açmanın  əsasları»  mövzusunun  plan-konspektini  verir,  güllənin 
başlanğıc sürətinin və lülədə güllənin hərəkətinin öyrədilməsinə 10 
dəqiqə  vaxt  ayırmağı  lazım  bilir.  Müəllif  bu  anlayışı  şagirdlərin 
fizika və riyaziyyatdan yiyələndikləri biliklərə əsaslanaraq aydınlaş-
dırır.  O,  hazırlıq  üzrə  məşğələdə  belə  bir  məzmunun  verilməsini 
məqsədəuyğun  sayır:  Güllənin  ilk  anda  hərəkətə  başlayarkən  əldə 
etdiyi sürət onun başlanğıc sürəti adlanır. Güllənin başlanğıc sürəti 
saniyədə  metrlərlə  (m/san)  ölçülur.  AKM  silahları  üzrə  başlanğıc 
sürət 715 m/san-yə, TOZ-8 və TOZ-12 silahları üçün isə 310 m/sa-
niyəyə  bərabərdir  (71,  s.8).  Müəllif  göstərir  ki,  güllənin  başlanğıc 
sürəti bir neçə amildən asılıdır. Özu də bu asılılıq funksional asılı-
lıqdır. Başlanğıc sürətin dəyişməsindən asılı olaraq, güllənin uzaq-
lığa  uçma  məsafəsi,  düzünə  atəşin  uzaqlığı  dəyişir.  Eyni  zamanda 
kənardan  edilən  təsirlərin  nəticəsində  güllə  öz  hərəkət  sürətini  və 
irəliyə  hərəkət  istiqamətini  dəyişir.  E.Q.Rustəmov  bu  asılılıqları 
məşğələlərin  keçirilməsi  zamanı  nəzərə  almağı  və  onu  şagirdlərə 
mənimsətməyi məsləhət görür. Kitabçada güllənin başlanğıc enerji-
sini  də  hesablamağı  məktəblilərə  öyrətməyin  metodikasına  toxu-
nulur. Qeyd olunur ki, lülədən çıxan zaman güllənin malik olduğu 
enerji  onun  başlanğıc  enerjisi  adlanır.  Uçan  güllə  bu  enerjini  öz 
hərəkəti  nəticəsində  əldə  etdiyindən  o,  kinetik  enerjidir  və  həmin 
enerji aşağıdakı dusturla hesablanır: 
2
mV
E
2

 

 
67 
Burada, m (güllənin kütləsi)=
g
q
; q - güllənin çəkisi,  
g - sərbəstdüşmə təcilidir: 
2
san
m
9,8
g

 
Buradan görunür ki, güllənin lülədə hərəkəti müntəzəm artan, 
lakin  lülədən  çıxandan  sonra  əksinə,  tədricən  (muntəzəm)  azalan 
hərəkətdir  (71,  s.9).  Beləliklə,  «Güllənin  başlanğıc  sürəti  və  onun 
lülədə hərəkəti» ilə tanışlıq zamanı şagirdlərin fizika və riyaziyyat-
dan  qazandıqları  biliklərə  müraciət  olunur.  Həmin  biliklər  əsas 
etibarilə  məktəblilərin  fizika  fənni  üzrə  artan  və  azalan  hərəkət, 
başlanğıc sürət, sürtünmə qüvvəsi (lülənin divarlarına), muqavimət 
qüvvəsi (güllə lülədən çıxandan sonra havanın müqavimət qüvvəsi 
ilə  rastlaşır),  cismin  kütləsi,  çəkisi,  kinetik  enerjisi,  sərbəstdüşmə 
təcili, onun ədədi qiyməti (9,8 m/san
2
); riyaziyyat fənni üzrə isə düz 
və tərs mütənasib asılılıqlar, adi kəsrlərlə ifadə olunmuş bərabərlik-
lər, onun xassələri, onluq kəsrlər, bucaq, bucağın dərəcələrlə ölçül-
məsi (məsələn, 15-ci səhifədə), ədədin qüvvəti və s. kimi anlayışlar-
dan  ibarətdir.  Tədqiq  olunan  məsələ  baxımından  müəllifin  bu  işini 
müsbət qiymətləndirmək olar və yeri gəldikcə ondan istifadə etmək 
lazım  gələcəkdir.  Lakin  bütün  bunlarla  yanaşı  göstərməliyik  ki, 
əsərdə ibtidai hərbi hazırlıq məşğələlərində fizika və riyaziyyatdan 
əldə  olunmuş  biliklərə  əsaslanmaq  məsələsini  işləmək  konkret 
şəkildə qarşıya məqsəd qoyulmadığından müəllif problemin həllinə 
ötəri toxunmuş, problem öz konkret həllini tapmamışdır. 
Hərbi biliklərin öyrədilməsi məqsədi ilə fənlərarası əlaqələrin 
nəzərə  alınması  problemi  görkəmli  kimyaçı,  alim-pedaqoq  İ.C.Al-
verdiyevin də tədqiqat obyekti olmuşdur. Onun “Pedaqoji universi-
tetlərdə kimyanın tədrisində hərbi biliklərin verilməsi” adlı disserta-
siyası  (32),  “Kimyadan  müstəqil  işlərin  təşkilində  tələbələrə  hərbi-
vətənpərvərlik  hisslərinin  aşılanması”  adlı  monoqrafiyası  (33)  son 
illərdə fənlərarası əlaqə probleminin həllinə həsr olunmuş ən dəyərli 
elmi-tədqiqat işləridir. Müəllif kimya kursunun hərbi hazırlıq kursu 
ilə əlaqəli tədrisi imkanlarını, kurslararası qarşılıqlı  əlaqənin təşkili 
və həyata keçirilməsi yollarını; kimya kursu üzrə dərnək məşğələlə-

 
68 
rində hərbi biliklərin verilməsi metodikasını; kimya kursu üzrə eks-
kursiyalar zamanı hərbi biliklərin öyrədilməsi metodikası; tələbələ-
rin orta məktəblərdə hərbi işlər üzrə keçirəcəyi tədbirlərin təşkilinə 
hazırlanması  işinin  metodik  sistemini  müəyyənləşdirmişdir.  Təqdi-
rəlayiq haldır ki, İ.C.Alverdiyev orta məktəb kimya kursunun məz-
mununa  aşağıdakıları  daxil  etməyi  və  mülki  müdafiə  üzrə  hərbi 
biliklərin verilməsini bu məzmunla əlaqələndirməyi məqsədə uyğun 
sayır:  “Atom  bombaları  iki  tiplidir:  atom  və  hidrogen  bombaları. 
Atom bombaları U
235
 ilə Pu
239
 izotoplarının parçalanmasından ayrı-
lan enerjiyə əsaslanır. Hidrogen bombaları isə termonüvə reaksiya-
larına əsaslanır. Bunun iki növü vardır: 
1.
 
Maye halında deyterium ilə tritiumun qarşılıqlı nüvə reak-
siyası: 
1
H


1
H


2
He
4
 + 
0
n

(10

kkal./mol) 
2.  
 Li


1
H
2

2
He


0
n

(5∙10
8
 kkal./mol) 
 Li


1
H
2
 

2
He


0
n

(3∙10
8
 kkal./mol) 
Hidrogen  bombasında  detenator  rolunu  adi  uran  və  ya  plu-
tonium  bombası  oynayır.  Bombanın  partlayışı  saniyənin  milyonda 
biri  ərzində  baş  verir  və  mərkəzində  10-20  milyon  dərəcə  istilik 
əmələ  gətirir.  Nüvə  silahı  müasir  dövrün  ən  dağıdıcı  silahı  hesab 
olunur” (32, s.146). 
Onun  fikrincə  kimyanın  tədrisi  prosesində  tələbələrə  hərbi 
biliklərin  öyrədilməsini  aşağıdakı  istiqamətlərdə  aparmaq  daha 
məqsədəmüvafiqdir:  pirotexnikada  hərbi  məqsədlər  üçün  istifadə 
edilən maddələrin öyrədilməsi; atom, neytron, istilik-nüvə silahları-
nın təsiredici amillərinin, onlardan fərdi və kimyəvi mühafizə qay-
daları ilə tələbələrin tanış edilməsi (32, s. 125). 
Göründüyü  kimi,  İ.C.Alverdiyevin  elmi-nəzəri  ideyaları  orta 
məktəblərdə də kimyanın hərbi biliklərlə əlaqəli tədrisi baxımından 
çox böyük nəzəri və əməli əhəmiyyət daşıyır. 
Gəncə Dövlət Universitetinin Gənclərin çağırışaqədərki hazır-
lığı və mülki müdafiə kafedrasının müdiri, dos. Ələddin Hətəm oğlu 
Məmmədov  tərəfindən  fənlərarası  əlaqə  problemi  ilə  bağlı  uzun 
müddətdir  ki,  həm  özü, həm  də  onun  rəhbərliyi  altında  kafedranın 

 
69 
bir  neçə  əməkdaşı  tərəfindən  əsaslı  tədqiqatlar  aparılır.  Gənclərin 
çağırışaqədərki  hazırlığı  və  mülki  müdafiə  fənninin  tədrisi  sa-
həsində  fundamental  nəticələr  əldə  etmiş,  istedadlı  alimin  “İbtidai 
hərbi hazırlıq kursunun ümumtəhsil fənləri ilə əlaqəli tədrisinə dair” 
(Bakı,  1998),  “Fizikanın  mülki  müdafiə  üzrə  anlayışların  izahında 
yerı”  (Bakı,  1999),  “İbtidai  hərbi  hazırlıq  dərslərində  fənlərarası 
əlaqə”  (Bakı,  2000),  “Kəşfiyyata  dair  hərbi  biliklərin  öyrədilmə-
sində fənlərarası əlaqədən istifadə” (Bakı, 2007), “Gənclərin çağırı-
şaqədərki hazırlığı üzrə keçilən dərslərin forma və metodları, onla-
rın təşkilinə qoyulan tələblər” (Gəncə, 2010) adlı məqalələri tədqiq 
etdiyimiz  problem  baxımından  çox  dəyərli  elmi-pedaqoji  material-
lardır,  tədqiqatımızda  müəyyən  qədər  həmin  materiallara  müraciət 
olunmuşdur.  
Tədqiq  olunan  problemlə  bağlı  Respublikamızda  aparılmış 
elmi-tədqiqat işlərindən biri də müəllifin (prof. Ş.T. Tağıyevin) elmi 
rəhbərliyi ilə Q.B. Bəylərovun yazdığı və uğurla müdafiə etdiyi dis-
sertasiya əsəridir (94). Müəllif “Orta məktəb fizika kursunun ibtidai 
hərbi  hazırlıq  fənni  ilə  əlaqəli  tədrisi  problemi”  adlı  dissertasiya 
əsərində  problemin  elmi-redaqoji  və  psixoloji  əsaslarına  aydınlıq 
gətirmiş,  fizikanın  tədrisində  fənlərarası  əlaqə  prinsipinin  tətbiqinə 
verilən  didaktik  tələbləri  yeni  təkliflərlə  zənginləşdirmiş,  fizikanın 
problem  baxımından  tədrisi  təcrübəsini  təhlil  eərək  ümumiləşdir-
mişdir. O, fizikadan təlim prosesində hərbi texniki xarakterli nəzəri 
materialların  və  məsələlərin  verilməsi  metodikasını  ilk  dəfə  olaraq 
belə  geniş  işləmişdir. Şübhəsiz ki,  Q.B.  Bəylərovun bu tədqiqat işi 
nəzəri və praktik əhəmiyyət kəsb etməklə bərabər, pedaqoji nəzəriy-
yəni zənginləşdirməklə bərabər, həm də şagirdlərin hərbi vətənpər-
vərlik tərbiyəsinin təşkili istiqamətində mühüm rol oynayır. Müəlli-
fin  əsas  ideyaları  fizikanın  tədrisi  prosesi  ilə  bağlı  olduğundan  əks 
əlaqə tədqiqata cəlb olunmayıb, hərbi materialların tədrisində fizika 
fənnindən istifadənin imkan və yolları araşdırılmamışdır.  
İbtidai hərbi hazırlıq fənninin digər tədris fənlərilə əlaqəli təd-
risi  problemi  ilə  bu  və  ya  digər  dərəcədə  bağlı  olan  ədəbiyyatlara 
keçmiş İttifaqın bir sıra respublikalarının nəşrlərində də rast gəlmək 

 
70 
mümkündür.  Belə  ki,  Estoniyada  çıxan  «Nıukoqude  kool»
 
(Sovet-
skaya  şkola)  jurnalında  dərc  olunan  “İbtidai  hərbi  hazırlıq  dərslə-
rində  fənlərarası  əlaqə”  (22)  adlı  məqalə  buna  nümunədir.  Məqalə 
müəllifləri  fənlərarası  əlaqə  ilə  bağlı  hərbi  rəhbərin  fəaliyyətinin 
aşağıdakı cəhətlərin üstünlük verməyi görürlər: 1. Hərbi rəhbərin di-
gər tədris fənn muəllimlərilə əməkdaşlığı və təlim prosesində onla-
rın  əlaqəli  fəaliyyətinin  kordinə  olunması;  2.  Hərbi  rəhbərin  digər 
tədris fənləri üzrə bilikləri, o cümlədən fizika, riyaziyyat, tarix, kim-
ya, ədəbiyyat və s. üzrə məlumatları geniş və əhatəli olmalıdır. Şa-
girdlərin ixtiyarına verilən ədəbiyyat onların biliklərini tamamlama-
lıdır. 
Daha  sonra  müəlliflər  Tallin  şəhəri  32  saylı  orta  məktəbdə 
çalışan  V.Dımovun  iş  tərcübəsinə  əsaslanaraq  göstərirlər  ki,  hərbi 
rəhbər  güllənin  başlanğıc  sürətini  və  atəş  prosesini  başa  salarkən 
nəinki  Nyutonun  ikinci  qanununun  F  =  ma  düsturundan  istifadə 
edir,  həm  də  tarixi  nümunələr  gətirir.  (Bismark  artilleriyasının  35-
40 km-dən Pariji,  hitlerçilərin Qatçində qurulan  uzaqvuran toplarla 
Leninqradı  dağıdıcı  atəşlərə  tutması  və  s). 
2
gt
H
2

fizika  düsturu 
vasitəsilə (g-sərbəstdüşmə təcili, t-zamandır) atıcı silahlarla nişanal-
manın  əhəmiyyətini  aydınlaşdırır.  Sonra  hərbi  rəhbərin  xahişi  ilə 
fizika müəllimi dərsdə iştirak edir, onun köməyi ilə fizika qanunları 
və hərbi anlayışlar əlaqəli şərh edilir. 
Nəzərdən keçirdiyimiz problem baxımından bu fikirlər təqdi-
rəlayiqdir.  Lakin  müəlliflər  hərbi  məşğələlərin  mövzusuna  uyğun 
şagirdlərin fizika və riyazi biliklərindən istifadə metodikasına, habe-
lə fizika və riyazi məzmunlu hərbi çalışmaların tərtibinə və onlardan 
ibtidai hərbi hazırlıq dərslərində istifadənin səmərəli yollarına səthi 
toxunmaqla kifayətlənmişlər. Bundan başqa, vacibliyini qeyd etdik-
ləri  çalışmalardan  birini  belə  nümunə  göstərmir,  çalışmalar  tərti-
binin metodikasını açmırlar. 
“İbtidai  hərbi  hazırlıq  fənni  üzrə  tədris-metodik  vəsait”  adlı 
kitabda bir neçə belə çalışmaya rast gəlinir: “Radiasiya dərəcəsi 50 
r/s-dir.  Müdafiəsiz  adam  zəhərlənmə  zonasında  təxminən  1  saat 

 
71 
qalır. Bu müddət ərzində radiasiyanın səviyyəsi dəyişməz qalarsa, o 
neçə radian radioaktiv şüa qəbul etmiş olur?” (72, s.222). Lakin belə 
xarakterli  çalışmalər  vəsaitdə  bir-iki  saydadır.  Digər  metodik  ədə-
biyyatda  (73)  fizika  və  riyazi  məzmunlu  hərbi  çalışmalara  tez-tez 
rast  gəlinir.  Lakin  bunların  yalnız  bir  neçəsi  ibtidai  hərbi  hazırlıq 
fənninin  məzmumuna  uyğundur.  Ona  görə  də  tədqiq  olunan  məsə-
lənin həllinə cavab verə bilmir. 
İbtidai  hərbi  hazırlıq  kursunun  ümumtəhsil  fənlərilə  əlaqə-
lərinə  toxunulan  ədəbiyyatlardan  biri  də  P.M.Brısinin  “Məktəbdə 
ibtidai hərbi hazırlığın tədris-material bazası” adlı kitabıdır (74). 
Vəsait hərbi kabinetlərin təmin və tərtib olunması, tirlərin qu-
rulması,  bütün  tədris  proqramlarının  yaradılması  və  təkmilləşdiril-
məsi,  zəruri  qurğuların  və  tədris  –  əyani  vasitələrin  hazırlanması 
istiqamətində  hərbi  rəhbərlərə  praktik  istiqamətlər  verir.  Bu  istiqa-
mətlərin  əksəriyyəti  orta  məktəblərdə  tədris  olunan  ümumtəhsil 
fənləri ilə, bu fənlərdən öyrədilən bilik və bacarıqlarla bağlıdır. Təd-
ris  vəsaitində  göstərilir  ki,  “Hərbi  kabinet  aşağıdakı  texniki  vasitə-
lərlə təmin olunmalıdır: cihazlar komplekti ilə bərabər qrafoproyek-
tor,  qrafoproyektorda  çertyojlar  çəkilməsi  üçün  alətlər  və  80m
2
-ə 
qədər xüsusi ehtiyat  plyonkalar;  diaproyektor, 16 mm-lik universal 
kinoproyektor, 16 mm-lik (“Ukrayna” və ya “Şkolnik”) kinoproyek-
torları,  səsdaşıyıcı  hərəkət  sürəti  4,45-18,00mm/s  olan  (5  km-lik 
ehtiyat  maqnitofon  lenti  ilə  birlikdə)  istənilən  müasir  markalı 
maqnitofonlar” (74, s.10). 
Daha sonra qeyd olunur ki, “şagirdlərin diafilmlərlə, proyeksi-
ya,  səsyazıcı  və  digər  aparatlarla  müstəqil  işləmələri  üçün  onlarda 
xüsusi  bacarıq  olmalıdır”  (74,  s.11).  Lakin  əsərdə  bu  bacarıqların 
harada qazanılacağından söz açılmır. Tədricən, sonrakı mərhələlər-
də muəllif məsələyə  nisbətən  yaxınlaşır. Hərbi kabinetin  tərtibatın-
dan danışarkən göstərir:  “Hazır brusoklardan stentlərin və digər lə-
vazimatların  hazırlanmasını  yalnız  yuxarı  sinif  şagirdlərinə  deyil, 
VI-VIII  sinif  şagirdlərinə  də  tapşırmaq  olar.  Məktəb  emalatxana-
sında  məşğələlər  zamanı  bu  ləvazimatların  hazırlanması  onların 
əməyinin əsas obyekti ola bilər” (74, s.14). 

 
72 
Yuxarıda qeyd etdiyimiz fikirlər ibtidai hərbi hazırlığın fizika, 
rəsmxət və əmək təlimi fənlərilə əlaqəsinə işarədir. Bunlar nəzərdən 
geçirdiyimiz problem baxımından dəyərli fikirlərdir. Həmin ideya-
ları  araşdırmaq  və  daha  da  dərinləşdirmək  muəllifin  əsas  məqsədi 
olmadığından məsələ beləcə də saxlanılmışdır. 
Ümumtəhsil  məktəblərində  keçilən  hərbi  hazırlıq  məşğələ-
lərinin riyazi materiallar ilə əlaqələndirilməsi məsələsi keçmiş SSRİ 
Müdafiə  Nazirliyi  tərəfindən  hazırlanmış  tövsiyələrdə  də  (75)  öz 
əksini tapır. Vəsait məktəbdə ibtidai hərbi hazırlıq üzrə tədris-mate-
rial bazasının təmin edilməsi və təkmilləşdirilməsinə həsr olunmuş-
dur.  Bir  sıra  mövzularla  bağlı  verilən  tövsiyə  və  göstərişlərdə  şa-
girdlərin riyazi  fənlərdən mənimsədikləri biliklərdən istifadə məsə-
ləsinə  toxunulur.  Bu  mövzulara  “Yeriş  hazırlığı  üzrə  məşğələlərin 
keçilməsi  üçün  meydança”,  “İdman  şəhərçiyi”,  “Avtomata  dair  ilk 
tapşırıqların  yerinə  yetirilməsi”  və  s.  aiddir.  “Yeriş  hazırlığı  üçün 
meydançaların və idman şəhərciyinin hazırlanmasına, həmçinin av-
tomata  dair  ilk  tapşırıqların  yerinə  yetirilməsinə  dair  tövsiyələr”də 
bilavasitə  dördbucaqlı,  düzbucaqlı,  ölçü,  sahə,  meydançanın  peri-
metri, miqdar, uzunluq, en və hündürlük, uzunluq vahidləri (metr və 
s), sahənin hesablanma qaydası, onluq kəsrlər və onların vurulması 
kimi  riyazi  anlayışlara  əsaslanılır.  Məsələn,  “Sıra  təlimi  hazırlığı 
üzrə məşğələlər uçün meydança” mövzusu ilə əlaqədar göstərilir ki, 
meydançanın  sahəsi  sinifdəki  şagirdlərin  sayına  uyğun  olmalıdır. 
Yəni,  əgər  sinifdə  10-12  şagird  (oğlan)  varsa,  onda  meydançanın 
ölçüsü 8∙16m (10∙20 addım) olmalıdır. Bu zaman meydança zolaq-
lara bölünməli və meydançanın perimetri boyunca 0,7∙1,5m ölçüdə 
şit  quraşdırılmalıdır  (75,  s.39).  Burada,  8m  (yaxud  10  addım) 
meydançanın  eni,  16m  (yəni,  20  addım)  meydançanın  uzunluğu, 
(8∙16)m
2
 (10∙20 addım) isə meydançanın sahəsidir. 
Bu  göstərişlər  yalnız  məktəblərdə  ibtidai  hərbi  hazırlıq  üzrə 
məşğələ  aparan  müəllimlərə  aiddir.  Bunun  məktəblilərə  aidiyyatı 
yalnız o vaxt olar ki, meydançaların hazırlanmasında şagirdlərin öz-
ləri də bilavasitə iştirak etsinlər. 

 
73 
Apardığımız  tədqiqat  baxımından  isə  onu  demək  olar  ki,  bu 
kitabçada  hərbi  məşğələlərin  təşkili  zamanı  riyaziyyat  dərslərində 
öyrədilən  materiallardan  və  riyazi  çalışmalardan  istifadə  məsələsi 
konkret  qoyulmur.  Lakin  bütün  bunlara  baxmayaraq,  haqqında  da-
nışılan vəsaitdə tədqiq olunan məsələ ilə əlaqədar diqqəti cəlb edən, 
faydalı fikirlər vardır və onlardan da ibtidai hərbi hazırlıq üzrə təd-
ris  materiallarını  öyrədərkən  şagirdlərin  həndəsə  fənnindən  qazan-
dıqları bilik və bacarıqların tətbiqində, həmçinin biliklərin möhkəm-
ləndirilməsi  məqsədi  ilə  riyazi  məzmunlu  hərbi  çalışmaların  tərtibi 
və onların həlli metodikasının hazırlanmasında istifadə olunacaqdır. 
Nəhayət, nəzərdən keçirdiyimiz problem baxımından metodik 
ədəbiyyatın təhlilini ümumiləşdirərək belə bir nəticə çıxarmaq olar 
ki, ibtidai hərbi hazırlıq məşğələlərinin şagirdlərin digər ümumtəhsil 
fənnləri  üzrə  bilikləri  ilə  əlaqələndirilməsinə  dair  bir  çox  faydalı 
metodik fikirlər verilmişdir. Ümumtəhsil məktəblərində ibtidai hər-
bi  hazırlıq  məşğələlərinin  keyfiyyətcə  yaxşılaşdırılmasında  həmin 
fikirlər əhəmiyyətli rol oynamışdır. Lakin indiyə qədər ibtidai hərbi 
hazırlıq  kursunun  ümumtəhsil  fənlərilə  əlaqəli  tədrisi  problemləri 
konkret tədqiqat obyekti kimi götürülüb kompleks şəkildə araşdırıl-
mamışdır. 
Problem baxımından orta məktəbin fizika və riyaziyyat dərs-
likləri  də  təhlil  olunmuşdur.  6-7-8-ci  sinif  fizika  dərsliklərində  elə 
çalışmalar  qrupuna  rast  gəlinir  ki,  bu  çalışmaların  həlli  bilavasitə 
ibtidai  harbi  hazırlıq  fənninin  tədris  materiallarının  möhkəmlən-
dirilməsinə xidmət edə bilər. Məsələn, “Tüfəngdən atəş açarkən tü-
fəngi çiyinə bərk sıxmaq lazımdır. Nə üçün bu zaman geritəpmə sü-
rəti  azalır?”  (çal.  №10(2)  (77,  s.56).  Dərslikdəki  3;8(2);  10(8); 
17(3); 25(1,2); 29(2); 41(1,2)№-li çalışmalar da bu qrupa aiddir. Bu 
çalışmaların  məzmunu  gənclərin  çağırışaqədərki  hazırlığı  fənninin 
“Əsgərin döyüşdə davranış qaydaları” və “Silahlar və atıcılıq” böl-
mələrinin  məzmununa  uyğun  gəlir.  Odur  ki,  həmin  çalışmalardan 
müvafiq hərbi biliklər mənimsədildikdən sonra istifadə etmək məs-
ləhətdir.  Belə  çalışmalar  8-ci  sinif  fizika  dərsliyində  də  vardır. 
Məsələn, “Üfüqlə a=60° bucaq təşkil etmək şərti ilə topdan Ü
0
=600 

 
74 
m/san  sürətilə  mərmi  atılmışdır.  Mərmi  atıldığı  yerdən  nə  qədər 
uzağa düşəcəkdir? Hansı hündürlüyə qalxacaqdır? Uçuş neçə müd-
dət davam edəcəkdir? Havanın müqavimətini nəzərə almamalı” (77, 
s.137, №1). Səh. 32, №3, səh. 33, №6, səh. 51, №7, 8, 9, səh. 54, 
№3,  4,  səh.  60,  №9,  səh.73,  №2,  səh.74,  №6  və  s.  çalışmalar  da 
hərbi məzmunludur və ibtidai hərbi hazırlıq fənn məşğələlərində on-
lara  müraciət  oluna  bilər.  Lakin  bu  çalışmalar  qrupu  tədqiq  etdiyi-
miz problemin həllinə tam cavab verə bilmir. Onlar necə gəldi tərtib 
olunub,  bəzilərinin  məzmunu  hərbi  dərsliyin  məzmununa  uyğun 
gəlmir. 
Ümumiyyətlə,  metodik  ədəbiyyatın  təhlilindən  belə  qənaətə 
gəlmək  olur  ki,  əvvəla  gənclərin  çağırışaqədərki  hazırlığı  (ibtidai 
hərbi  hazırlıq)  kursunun  tədrisi  metodikasına  dair  keçmiş  ittifaqda 
bir sıra vəsaitlər hazırlansa da, onlar mustəqil dövlət şəraitində ya-
şadığımız  Respublikamızın  orta  məktəblərinin  tələblərinə  cavab 
vermir,  Azərbaycanda  isə,  ümumiyyətlə,  bir  neçə  məqalə  və  meto-
dik  tövsiyə istisna olunarsa, fənnin  tədrisi  metodikası, ümumilikdə 
götürüldükdə,  işlənməmişdir.  Belə  bir  vəsaitin  hazırlanması  isə 
olduqca vacibdir. 
İkincisi,  gənclərin  çağırışaqədərki  hazırlığı  (ibtidai  hərbi  ha-
zırlıq) fənni üzrə məşğələlərdə verilən hərbi biliklərin digər ümum-
təhsil  fənlərindən  alınan  biliklərlə  əlaqəsinə  (fənlərarası  əlaqəyə) 
həsr  olunmuş  ədəbiyyatlara  rast  gəlinsə  də,  bu  ədəbiyyatlarda  bir 
çox  faydalı  ideyalar  öz  ifadəsini  tapsa  da,  lakin  onlar  bu  günun 
tələblərini, müasir Azərbaycan məktəbinin qarşısında qoyulan vəzi-
fələrin  yerinə  yetirilməsini  tam  ödəmir.  Xüsusən  respublikanın  pe-
daqoq-alimləri  bu  sahəyə  az  müraciət  etmişlər.  Bəzi  tədqiqatçılar 
hərbi  məşğələlərin  məzmunu  ilə  digər  fənlərin  –  tarix,  riyaziyyat, 
fizika, coğrafiya və s. əlaqəsinin mümkünlüyündən və əhəmiyyətin-
dən  danışsalar  da,  bir  sıra  hallarda  riyazi,  fizika  və  s.  məzmunlu 
hərbi çalışmalara nümunələr  gətirsələr də, lakin  belə  çalışmalardan 
gənclərin  çağırışaqədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  dərslərin-
də istifadənin yerini, sistemini, həlli metodikasını işıqlandırmırlar. 
Bütün bunlar tədqiqatı bir daha aktual edir. 

 
75 
 
1.5. Gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi hazırlıq) 
kursunun digər ümumtəhsil fənlərilə əlaqəli tədrisinin məktəb 
praktikasında vəziyyəti 
Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin