Tələbə: Əkbərli Elvin Qrup: 625. 19 Professor: Mirabutalıbov Mirteymur Mövzu: Dielektriklər elektrik sahəsində



Yüklə 0,89 Mb.
tarix24.11.2022
ölçüsü0,89 Mb.
#70190



Tələbə: Əkbərli Elvin
Qrup: 625.19
Professor: Mirabutalıbov Mirteymur
Mövzu: Dielektriklər elektrik sahəsində
Metallardan fərqli olaraq dielektriklərdə demək olar ki, sərbəst elektrik yükləri yoxdur. Neytral atomlardakı yüklü zərrəciklər bir-biri ilə bağlıdır və elektrik sahəsinin təsiri ilə dielektrikin həcmi boyu hərəkət edə bilmirlər. Dielektriklərin üç növü vardır:
1) qeyri-polyar molekullu dielektriklər: Bu dielektriklərin molekulları simmetrik olub, xarici elektrik sahəsi olmadıqda dipol momentləri sıfra bərabər olur (N2, H2, O2)
2)polyar molekullu dielektriklər:
Belə dielektriklərdə molekullarda müsbət və mənfi yüklərin asimmetrik paylanması nəticəsində xarici elektrik sahəsi olmadıqda belə molekul dipol momentinə malik olur (NH3,H2O,SO2,CO2)

3) ion dielektrikləri:


Müxtəlif işarəli ionların düzgün ardıcıllıqla yerləşməsindən ibarət fəza qəfəsinə malik ion kristalları buna misal ola bilər (NaCl, KCl, NaF)

Xarici sahəyə gətirildikdə elektrik sahəsinin təsiri ilə qeyri-polyar dielektriklərdə atomlardakı elektron orbitlərinin deformasiyası nəticəsində sahə istiqamətində yönəlmiş induksiyalanmış dipollar yaranır.Bu tip polyarlaşma elektron və ya deformasiya polyarlaşması adlanır.P olyar dielektriklərdə isə mövcud dipollar sahə boyunca istiqamətlənirlər. Polyar molekullu dielektriklərin molekullarının mövcud dipol momentlərinin sahə istiqamətində yönəlməsi oriyentasiya və ya dipol polyarlaşması adlanır. Beləliklə, deyə bilərik ki, molekulların növündən asılı olmayaraq, nəticə eynidir ki, dielektrikdəki dipollar sahə istiqamətində düzülür. Bu hadisə dielektriklərin polyarlaşması adlanır.Dielektrikin polyarlaşması nəticəsində onun səthində bağlı yüklər əmələ gəlir. Bu yüklər daxildə xarici sahənin əksinə yönəlmiş sahə yaradır və dielektrik daxilində sahə intensivliyi zəifləyir. Dielektriklərin polyarlaşmasını kəmiyyətcə xarakterizə etmək üçün polyarlaşma vektoru anlayışından istifadə olunur. Polyarlaşma vektoru dielektrikin vahid həcminin malik olduğu dipol momentidir.


Burada - bir dipolun dipol momentidir.Bircins dielektriklərdə polyarlaşma vektoru dielektrikdəki sahə intensivliyi ilə mütənasib olur:
Burada – mühitin dielektrik qavrayıcılığı adlanır. Bu kəmiyyət sahə intensivliyindən asılı deyil və dielektrikin polyarlaşma xassəsini xarakterizə edir.
Dielektrik daxilində elektrik sahəsinin intensivliyini təyin edək. Fərz edək ki, dielektrik iki paralel müstəvinin yaratdığı bircins elektrik sahəsində yerləşir. Xarici elektrik sahəsinin təsiri nəticəsində dielektrik polyarlaşır. Dielektrikin mənfi lövhəyə yaxın səthində müsbət yüklər, müsbət lövhəyə yaxın səthində isə mənfi yüklər toplanır. Bu yüklərə bağlı yüklər deyilir. Onların səthi sıxlığını ilə işarə edək. Dielektrikin əks səthində də səthi sıxlığı olan bağlı yüklər yaranır. Xarici elektrik sahəsinin qüvvə xətlərinin bir hissəsi bağlı yüklər tərəfindən kompensasiya olunur. Deməli, dielektrikin polyarlaşması dielektrik daxilində elektrik sahəsinin zəifləməsinə səbəb olur. Nəticədə dielektrik daxilində yekun elektrik sahəsinin intensivliyi üçün aşağıdakı ifadəni almış oluruq:

Bağlı yüklərin səth sıxlığını təyin edək. Tərifə əsasən dielektrik lövhənin tam dipol momenti polyarlaşma vektorunun həcmə olan hasilinə bərabərdir:
Digər tərəfdən ,
Bu axırıncı ifadələrdən ,yəni alınır.
və ya
mühitin dielektrik nüfuzluğu adlanır. Dielektrik nüfuzluğu məlum olduğu kimi, mühit daxilində elektrik sahəsinin vakuuma nəzərən neçə dəfə zəiflədiyini təyin edir:

Dielektriklərin polyarlaşma xüsusiyyətlərini nəzərə almaqla, yüklər sisteminin yaratdığı elektrik sahəsini xarakterizə etmək üçün elektrik induksiya vektoru(elektrik sürüşmə vektoru) adlı kəmiyyət daxil edilir:
və ya
Göründüyü kimi induksiya vektoru tamamilə fərqli iki və vektorlarının cəmindən ibarətdir və dərin fiziki mənaya malik olmayan köməkçi vektordur.
Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin