AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ


 Əmək təlimi dərslərində sadə hərbi ləvazimatların



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə10/21
tarix09.02.2017
ölçüsü2,91 Mb.
#7872
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

 
2.4. Əmək təlimi dərslərində sadə hərbi ləvazimatların 
hazırlanması zamanı şagirdlərin digər fənn biliklərindən  
istifadənin məzmunu və metodikası 
 
Əmək  təlimi  proqramlarının  və  dərsliklərinin  məzmunu  da 
şagirdlərə müəyyən hərbi biliklər verməyə və bu biliklərlə əlaqədar 
bir  sıra  bacarıqları  formalaşdırmağa  şərait  yaradır.  Proqramda  bağ 
və  kənd  təsərrüfatı  avadanlığı  üçün  dəstlər,  uşaq  belləri,  ekker, 
valcıqlar, oxlovlar, paltarasanlar, mebellərə və cihazlara lazım olan 
başqa  silindr  formalı  detallar  (VI  sinif),  yiyə  üçün  dəstək,  şahmat, 
dama və suvenirlər, mebeli bəzəmək üçün ornamentli məmulatlar və 
s.  hazırlamaq  üzrə  şagirdlərə  texniki-texnoloji  məlumatların  veril-
məsi  və  müvafiq  bacarıqların  aşılanması  da  nəzərdə  tutulur.  Bütün 
bunlar kütləvi xarakter almış hərbi idman oyunlarında (“Qartal bala-
sı”, “Üfüqdə parıltı” və s.) istifadə olunan bəzi silah maketlərinin və 
ləvazimatlarının  məktəblilərin  özləri  tərəfindən  hazırlanmasına  və 
lazımi bacarıq və vərdişlərin formalaşdırılmasına geniş imkan verir. 
Maketlərini hazırlamaq mümkün olan silahlar isə karabin, avtomat, 
təlim  qumbaraları  və  Kalaşnikov  əl  pulemyotlarıdır.  Əmək  təlimi 
dərslərində  silahlardan  əlavə  xəbərdaredici  bayraqcıqlar,  burğular, 
nişan  ağacı  (paya),  istiqamət  göstəriciləri,  bölmənin  bayrağı,  qola 
bağlanan  sarğılar  və  başqa  fərqləndirmə  nişanlarını  da  şagirdlərin 
özlərinə  hazırlatmaq  mümkündür.  Pirotexniki  vasitələrin  (texniki 
kimyanın, yanar və partlayıcı maddələrin), soyuq və odlu silahların 
hazırlanması isə qadağandır. 
Yuxarıda adlarını çəkdiyimiz odlu əl silahlarının maketlərinin 
düzəldilməsinə  xüsusi  diqqət  yetirilməlidir.  Bu  maketlər  formaca 
Ordumuzdakı odlu əl silahlarını xatırlatmalıdır. Təəssüf ki, bu vacib 
şərt  praktikada  gənclərin  çağırışaqədərki  hazırlığı  (ibtidai  hərbi 
hazırlıq) fənninin tədrisi və hərbi-idman oyunlarının keçirilməsi za-
manı  müntəzəm  şəkildə  pozulur.  Məktəblilərin  əlində  tez-tez  uzaq 
keçmişə aid və yaxud, artıq Ordumuzda istifadə edilməyən silahla-
rın maketlərini görmək olur. Tarixilik baxımından bunlar müəyyən 

 
124 
əhəmiyyət  daşısa  da,  müasir  silahlarla  tanışlıq,  onları  bir-birindən 
fərqləndirmək cəhətdən lazımi səmərə vermir, sonrakı mərhələlərdə 
isə  silahların  xarici  formasının,  quruluşunun  və  işləmə  prinsipinin 
şagirdlər tərəfindən yaxşı başa düşülməsinə imkan vermir. Odur ki, 
müasir odlu əl silahlarının – Karabinin, Kalaşnikov avtomatının və 
əl  pulemyotunun  maketlərinin  düzgün  və  mümkün  qədər  dəqiq 
ölçülərlə hazırlamağı şagirdlərə öyrətmək məsləhətdir. 4-cü şəkildə 
maketlərin sxematik quruluşu və ölçüləri öz əksini tapmışdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bu  maketlərin  hazırlanmasını  əmək  təliminin  təşkili  forması-
na görə ən çox yayılan kombinə edilmiş dərslərdə həyata keçirmək 
daha  məqsədəuyğundur.  Çünki  belə  dərslərdə  şagirdlər  müxtəlif 
fəaliyyət növləri (dinləmə, müşahidə, praktik işin icrası və s.) şərai-
tində az yorulur. Nəticədə, həm əmək təlimi üzrə tədris materialları-
nı, həm də gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi hazırlıq) 
sahəsində bir çox bilikləri daha şüurlu və asan qavrayırlar. Silahla-
Şəkil 4. 

 
125 
rın maketləri tədris emalatxanasında məktəblilərin özləri tərəfindən 
hazırlanarsa,  bu,  onların  həm  təliminə,  həm  hərbi-vətənpərvərlik 
tərbiyəsinə  müsbət  təsir  göstərər,  özlərini  hərbi-konstruktor,  usta, 
xarrat yerində görərlər. 
Müəllim maketlərin hazırlaması işinə əvvəlcə silahların şəkli-
ni və sxematik quruluşunu əks etdirən plakatı (məktəbin hərbi kabi-
netində  belə  plakatlar  var)  göstərməklə  başlaya  bilər.  Sonra  o,  bil-
dirir ki, onlar şəkildə Ordumuzda geniş istifadə olunan Kalaşnikov 
avtomatını görürlər. Şagirdlər öyrənirlər ki, avtomat sadə quruluşu, 
lakin  yüksək  döyüş  keyfiyyətinə  malik  silahdır.  Avtomat  silahlar 
fərdi  silah  növüdür  və  düşmənin  canlı  qüvvəsini  sıradan  çıxarmaq 
üçündür. Avtomatlardan atəş uzun növbəli (fasiləsiz) və tək-tək açı-
la bilər. Atılan güllə 1500 metrlik məsafədə düşmən əsgərini öldür-
məyə qadirdir. Sonra müəllim Kalaşnikov avtomatının maketini ha-
zırlamaq  üzrə  məktəblilərlə  iş  aparır.  O,  plakatı  şagirdlərə  gös-
tərərək avtomatın çertyojdakı ölçülərinin izahına başlayır. Şagirdlər 
bu  ölçülərə  uyğun  şəkildə  əvvəlcə  karton  kağız  üzərində  silahın 
çertiyojunu  çəkməli,  sonra  kartonu  kəsərək  avtomatın  maketini  al-
malıdırlar. Onlar karton maketi taxta parçasının üzərinə qoyub onun 
kənar  sərhədlərini  karandaşla  xətləyirlər.  Daha  sonra  müxtəlif  öl-
çülü mişarlardan istifadə edərək həmin xətt boyu taxtanı kəsirlər. 
Kalaşnikov  əl  pulemyotunun  və  karabinin  çertyojda  verilən 
ölçülərinə əsasən maketinin hazırlanması prosesi də analoji qaydada 
aparıla bilər. 
Əmək təlimi dərslərində hazırlanması mümkün olan hərbi lə-
vazimatlardan  biri  də  pambıq-tənzif  sarğılardır.  İşə  başlamazdan 
əvvəl şagirdlər aşağıdakı məlumatı alırlar: Müharibə şəraitində əhali 
radioaktiv  və  digər  zəhərləyici  maddələrin,  bakterioloji  vasitələrin 
təsirinə məruz qala bilər. Radioaktiv zəhərlənmə yerüstü nüvə part-
layışı nəticəsində yaranır. Bu zaman radioaktiv zərrəciklər buxar və 
tüstü  halında  yuxarı  qalxır,  bir  neçə  saniyədən  sonra  radioaktiv 
bulud  şəklini  alır.  Hava  axını  vasitəsilə  buludun  tərkibində  olan 
radioaktiv  maddələr  yüzlərlə  kilometr  uzağa  gedə  bilir  və  keçdiyi 
əraziləri  zəhərləyir.  Radioaktiv  zəhərlənməyə  məruz  qalmış  ərazi 

 
126 
formaca həndəsi fiqur olan ellipsə bənzəyir. Zəhərlənmənin dərəcəsi 
partlayışın  növündən,  gücündən,  partlayış  mərkəzinə  qədər  olan 
məsafədən  (ellipsin  radiusundan  və  uzununa  diametrindən),  partla-
yışdan sonra keçən vaxtdan, metereoloji şəraitdən və ərazinin relye-
findən  çox  asılıdır.  Radioaktiv  zəhərlənmə  geniş  sahəni  əhatə  edir, 
uzun müddət təsir göstərir, çətin aşkar olunur. Radioaktiv maddələ-
rin rəngi, iyi və s. əlamətləri olmadığından onu ancaq xüsusi doza-
ölçən  (dozimetrik)  cihazlarla  aşkar  etmək  mümkündür.  Bunlardan 
qorunmaq üçün radioaktiv  maddələrin dəri səthinə, gözlərin selikli 
qişalarına  düşməsinin  qarşısını  almaq  lazımdır.  Ona  görə  də  bu 
təsirlərdən  müdafiə  vasitələrini  bilmək  və  onlardan  istifadə  etməyi 
bacarmaq lazımdır. Belə müdafiə vasitələri əsasən dövlət tərəfindən 
hazırlanmış  xüsusi  geyimlərdir  (əleyhqaz,  respirator  və  s.).  Lakin 
bunlardan  başqa  əl  ilə  hazırlana  bilən  sadə  müdafiə  vasitələri  də 
vardır.  Bunlardan  biri  də  pambıq-tənzif  sarğılarıdır.  Bu  sarğıları 
hazırlamaq  çox  sadədir.  Bunun  üçün  100×50  sm  ölçüdə  tənzif 
(marla)  götürmək  lazımdır.  Onun  ortasına  qalınlığı  1-2  sm  olan 
pambıq  qatı  qoymaq,  tənzifin  kənarlarını  içəriyə  doğru  qatlamaq, 
sonra  tənzifin  hər  iki  uclarından  30-35  sm  uzunluğunda  kəsmək 
lazımdır. Sarğı ağızı, burunu, çənəni və çənəaltını örtməlidir. Gözlər 
isə  tozəleyhinə  düzəldilən  eynəklərlə  qorunur.  Bu  məlumatın 
sonunda aşağıdakı çertyojun şagirdlərə izah edilməsi məsləhətdir: 
 
 
 
 
 
 
 
Şəkil 5

 
Çertyojdakı  ölçülərə  uyğun  olaraq  hər  bir  mərhələni  əyani 
göstərməklə  müəllimin  özü  üçün  bir  pambıq-tənzif  sarğı  hazırlan-
ması  məsləhət  görülür.  Sarğı  hazır  olduqdan  sonra  onun  geyilmə 
30-35sm 
30-35sm 
30sm 
20s
m
 

 
127 
qaydasını aydınlaşdırmaq və öz əyninə geyinərək əyani şəkildə gös-
tərmək lazımdır. Bunu şagirdlərin də mərhələ-mərhələ təkrar etməsi 
məqsədəuyğundur.  Nəzəri  məlumatların  praktik  göstərmə  ilə  belə 
üzvi əlaqələndirilməsi (maşayət edilməsi) təlim prosesinin, xüsusən 
əmək təliminin optimallaşdırılmasında xüsusi əhəmiyyət daşıyır və 
səmərəli nəticələr verir. 
Tozəleyhinə  parça  maskalar  (PTM-1)  da  analoji  qaydada  ha-
zırlana  bilər.  Bu  vasitələrin  hazırlanmasına  isə  müəllimin  belə  bir 
izahatla başlaması tövsiyə edilir: 
Müasir döyüşlər baş verərsə, əhali, o cümlədən, şagirdlər nüvə 
partlayışı  buludundakı  radioaktiv  və  zəhərləyici  təsirlərlə  bərabər, 
kimyəvi  və  bakterioloji  hücumlara  da  məruz  qala  bilər.  Bu  zaman 
başlıca vəzifələrdən biri də tənəffüs üzvlərinin qorunmasıdır. Gələ-
cəkdə  (XI  sinifdə)  gənclərin  çağırışaqədərki  hazırlığı  (ibtidai  hərbi 
hazırlıq)  kursundan  öyrənəcəksiniz  ki,  tənəffüs  üzvlərini  qorumaq 
üçün əsasən əleyhqazlardan və respiratorlardan istifadə edilir. 
Bəzən lazımi anda əleyhqaz olmur, çatışmır və ya xarab olur. 
Onda  tənəffüs  üzvlərini  qorumaq  üçün  əl  ilə  hazırlanan  sadə 
vasitələr köməyə gəlir. Belə sadə vasitələrdən biri parçadan tikilmiş 
toz  maskasıdır.  Parçadan  tikilmiş  ən  sadə  toz  maskası  PTM-1 
markalı maskadır. Yerə yaxın hava qatında və torpağın üzərində ra-
dioaktiv toz olduqda həmin ərazidən bu maskanı geyərək qorxusuz 
keçmək mümkündür. Həmçinin bu 
maskanı geyinərək xəndəklərdə və 
zirzəmilərdə gizlənmək olar. 
Maska  iki  hissədən-gövdə 
(üzlük) və bənddən ibarətdir (6-cı 
şəkil). Maskanın gövdəsi iki bəra-
bər yerə bölünür: sol və sağ hissə-
lər.  Bu  hissələrin  hər  biri  dörd  və 
beşqat  parçadan  hazırlanır.  Bu 
qatların  biri  üstdə,  ikisi  və  ya  üçü 
içəridə,  biri  də  altda  olur.  Nəfəs 
alan zaman maskadan keçən hava 
Şəkil 6. 
1-Gövdə 
2-Bəndlər
 
2
 


 
128 
maskanın bütün səthi tərəfindən süzülüb radioaktiv tozdan təmizlə-
nir.  Maskanın  gövdəsində  göz  üçün  iki  deşik  vardır.  Bu  deşiklərə 
şüşə  və  ya  şəffaf  plastik  maddə  taxılır.  Maskanın  gövdəsinin  yan-
larına köbə vurulur. 
Başa bərkitmək üçün maskada zolaqlar olmalıdır. Bu zolağın 
qısa tərəfləri (ucları) maskanın gövdəsinin yanlarına tikilir. Bəndin 
yuxarı  və  aşağı  kənarları  qatlanıb  tikilməlidir.  Yuxarıdakı  tərəfin 
tikişinə rezin, aşağıdakı tərəfin tikişinə isə iki bağ bərkidilir. Bağla-
rın ucları bəndin  aşağı kənarındakı büküyün kəsiyinə keçirilir. Re-
zinlərin və bağların ucları maskanın gövdəsinin yuxarısındakı (gic-
gahüstü) künclərinə tikilir. 
Sonra müəllim maskaların ölçüləri üzərində dayanır. Göstərir 
ki,  hərə  özünə  hansı  ölçüdə  maska  tikmək  lazım  olduğunu  bilməli 
və bunun üçün üzünün hündürlüyünü ölçməlidir. Üzün hündürlüyü 
iki  qaşın  ortasından  alt  çənənin  ən  aşağıdakı  nöqtəsinə  qədər  olan 
məsafə  qəbul  olunur.  Bunu  ölçmək  üçün  ştanker-pərgardan  və  ya 
millimetrlərlə bölünmüş adi şagird xətkeşindən istifadə edilir. Aşa-
ğıdakı cədvəldə  üzün hündürlüyü və buna müvafiq  toz maskasının 
ölçüsü göstərilir: 
 
Üzün hündürlüyü 
Maskanın ölçüsü 
99 mm-dən 109 mm-ə qədər 
birinci 
109 mm-dən 119 mm-ə qədər 
ikinci 
119 mm-dən 129 mm-ə qədər 
üçüncü 
129 mm-dən yuxarı 
dördüncü 
 
Maskanı yalnız təzə parçadan deyil, habelə nimdaş şeylərdən 
də (döşəkağı, üst paltarın astarı və s.) tikmək olar. Bu məqsədlə ağ 
və  ya  sərt  parçalar  da  götürmək  məsləhətdir.  Maskanın  ölçüsünü 
müəyyən etdikdən sonra ülgü aşağıdakı qaydada çıxarılır: Ülgünün 
ölçüləri (sm-lərlə) göstərilir: 
 
Maskanın ölçüsü 
a-b kəsiyi (sm) 
c-d kəsiyi (sm) 
e-f kəsiyi (sm) 
1-ci 
11,0 
13,5 
21 
2-ci 
11,5 
14,5 
23 

 
129 
3-cü 
12,0 
15,5 
25 
4-cü 
12,5 
16,5 
27 
 
Sonra müəllimin təbii böyüklükdə çertyoş çəkməsi, çertyoj üz-
rə ülgü çıxarması və sonra parçanı ülgüyə görə biçməsi məsləhətdir. 
Maska  tikmək  üçün  götürülmüş  parçanı  əriş  sapları  (və  ya  parçanın 
naxışı) istiqamətində ortadan qatlamaq lazımdır. Bundan başqa mas-
kanın kənarlarını bəxyələmək üçün parça zolaqlar, sonra 2 sm enində 
lentdən 40-50 sm uzunluğunda bir cüt bağ kəsilməlidir. 
Yuxarıdakı  rezinin  eni  0,8-1,5sm,  uzunluğu  isə  maskanın  öl-
çüsündən asılı olur. Belə ki, birinçi ölçüdə maska üçün 19sm uzun-
luğunda,  ikinci  ölçüdə  20sm,  üçüncü  ölçüdə  21sm  və  dördüncü 
ölçüdə 22sm uzunluğunda rezin lazımdır. Köndələn bağlanan rezini 
(40sm uzunluğunda) 1,5-2sm enində adi rezindən də tikmək olar. 
Maskanın  bütün  detalları  hazırlandıqdan  sonra  onun  tikilişinə 
başlanılır. Maskanı adi tikiş maşını ilə tikdikdə tikişlərin sıxlığı 1 sm-
də  4-5  ilmək,  əl  ilə  tikdikdə  isə 
1sm-də 3-4 ilmək olmalıdır. Tikiş-
lər  düz  bir  qaydada  və  düyünsüz, 
üstdəki  və  altdakı  saplar  bir  bəra-
bərdə dartılmış olmalıdır. Hər tiki-
şin  axırını  yaxşı  bərkitmək  lazım-
dır. 
Maskanın  hissələri  aşağıda-
kı  ardıçıllıqla  hazırlanır:  Əvvəlcə 
göz  deşiklərinin  yanlarını  basdır-
maq  və  deşiyin  ölçüsünü  4×8  sm 
saxlamaq məsləhətdir (8-çi şəkil). 
Bundan sonra, maskanın yu-
xarı  hissəsinin  sağ  və  sol  tayları 
hazırlanılır:  bunun  üçün  yarım 
hissələri üst qatı içəriyə qoymaqla 
(üz-üzə)  qatlamaq  lazımdır.  Bu  zaman  göz  deşikləri  və  maskanın 
sağ  və  sol  taylarının  qıraqları  bir-birinin  üzərinə  düşməlidir.  Tikiş 
yuxarıdan aşağıya doğru 1sm enində aparılır. Əvvəlcə üç yarım his-
Şəkil 7. 







 
130 
sə: iki üst qat və bir (sağ) iç qat basdırılır; iç qatın ikinci yarım his-
səsinin (sol) qıraqları qatlanıb tikilir. 
Tikiş  getdikdən  sonra  maskanın  yuxarı  hissəsinin  sağ  və  sol 
taylarını yanlara açmaq, tikişi sol tayda qoyub, onun yanından 0,1-
0,2sm aralı üstdən bir tikiş də getmək lazımdır. Bu zaman içəridəki 
(sol) qatın kənarını maskanın sağ hissəsi tərəfə qatlayıb üstdən gedi-
lən tikişlə birlikdə basdırmaq gərəkdir. 
Maskanın  aşağı  hissəsinin  sol  və  sağ  tayları  da,  onun  yuxarı 
hissəsinin  tayları  kimi  birləşdirilir.  Sonra  yuxarı  və  aşağı  hissələr 
bir-birinə  tikilir.  Bunun  üçün  onları  iç  qatları  bir-birinin  üzərinə 
düşməklə qatlayırlar və hər iki hissəni iki tərəfli tikirlər. Tikiş göz 
deşiklərinin  yanlarından  8-ci  şəkildəki  kimi  1sm  aralı  olmalıdır. 
Bundan sonra şüşələri salmaq olar: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Maskanın  yanlarına  parçadan  göbə  vurulmalıdır.  Göbənin 
avand  üzünü  maskanın  altındakı  qatına  qoymaq  və  gövdənin  qı-
raqlarını  maskanın  iç  tərəfindən  0,5-1sm  aralı  bir  tikişlə  basdırmaq 
lazımdır. Göbənin eni avand üzündə təxminən 1sm olmalıdır. Bu de-
yilənlər  nəzərə  alınaraq,  köndələn  bağlanan  rezinin  və  maskanın 
bəndinin basdırılması  hazır formada (9-cu şəkildə)  göstərilir. Maska 
hazır olduqda artıq sapları qırmaq, tikiş yerlərini çəkib düzəltmək və 
onu  yaxşı-yaxşı  yoxlamaq  məsləhətdir.  Düzgün  tikilmiş  maskanın 
Şəkil 8. 
Şəkil 9. 
× 
× 
Sol pay 
Sağ pay 
0,1-0,2sm
 

 
131 
yanları  azı  2-3  sm  enində  alnı,  gicgahları,  almacıq  sümüklərini  və 
çənəni kip tutmalıdır, göz deşikləri isə gözlərin qabağına düşməlidir. 
Maska hazır olanda müəllim ondan istifadə qaydalarını qısaca 
belə izah edir: maskanı geyinmək üçün papağı çıxarmalı, iki əli ilə 
bəndin  aşağı  tərəfindən  elə  tutmalı  ki,  baş  barmaqlar  içəri  baxsın. 
Sonra  maskanın  aşağı  hissəsini  çənəyə  sıxıb,  bəndi  başa  keçirməli 
və maskanı üzə çəkməli. 
Maskanı  üzə  bərk  sıxıb  başa  keçirilmiş  bəndi  ovucun  içi  ilə 
düzəltmək, köndələn tikilən rezini dartmaq və arxada gedən bağları 
dartıb  bant  şəklində  bağlamaq  lazımdır.  Müəllim  bu  izahatla  kifa-
yətlənməyib  özü  həmin  geyim  mərhələlərini  icra  edir  və  maskanı 
geyinir. 
Əmək  təlimi  dərslərində 
dərini  mühafizə  etmək  üçün 
digər  sadə  vasitələr  də  hazırla-
maq  mümkündür.  Həmin  vasi-
tələr dərini radioaktiv, kimyəvi 
və  bakterioloji  (bioloji)  zərbə-
lərdən  qoruyur.  Bunlardan  biri 
də  əmək  təlimi  dərslərində  şa-
girdlərin  özü  tərəfindən  biçilib 
və  tikilməsi  mümkün  olan 
sinəbənd (10-cu şəkil)  
və başlıqdır.  
Onlar  qalın  materialdan 
(plaş materialından, brezentdən 
və s.) hazırlanır. Müəllim sinəbənd hazırlamaq üçün lazım olan ülgü 
ilə  şagirdləri  tanış  edir.  Göstərir ki,  ölçülər millimetrlərlə  verilmiş-
dir. Bu vasitələr tənəffüs üzvlərinin qorunması üçün lazım olan va-
sitələr  kimi  hazırlandığından,  burda  sinəbənd  və  başlığın  hazırlan-
ması metodikasını geniş şərh etmirik. 
Əmək təlimi dərslərində yalnız insanları deyil, həm də kənd ra-
yonları ərazisində ev heyvanlarını radioaktiv, kimyəvi və bakterioloji 
tozlardan mühafizə etmək üçün sadə mühafizə vasitələrini hazırlamaq 
2
 
Şəkil 10

250 
450
 
800
 

 
132 
mümkündür (11-ci şəkil). Həmin vasitələr müdafiə maskası, müdafiə 
çulu (heyvanı bürümək üçün bürünçək), müdafiə corablarıdır. 
Heyvanlar üçün mühafizə vasitələri, armatur daxil edilməklə, 
möhkəmliyi  artırılmış  kağızdan,  brezentdən,  kişdən  (kisəlik  parça-
dan) və s. hazırlanır. Şagirdlər öyrənirlər ki, heyvanlar zəhərli otları 
yeməsin,  suyu  içməsin,  zəhərli  hava  ilə  nəfəs  almasın  deyə  onlar 
üçün belə müdafiə maskaları tikilir. Sonra müəllim növbəti çertyoju 
nümayiş etdirərək deyir:”Uşaqlar, burada həm müdafiə maskasının 
ümumi  görünüşünü,  həm  də  onun  ayrı-ayrı  hissələrinin  açılışını 
görürsünüz. Maskanın açılışında onun hər bir hissəsinin ölçüləri də 
göstərilir. Bu ölçülər sm-lərlə verilmişdir”. 
Sonra müəllim həmin çertyoja əsasən, əvvəlcə bütün hissələri 
düzəltdirə  bilər.  Hissələr  hazır  olduqda  onların  ölçüləri  bir  daha 
yoxlanılır,  hissələr  bir-birinə  birləşdirilir  (tikilir).  Kənd  məktəbləri 
şəraitində dərsdən sonra maska bir inəyə geyindirilməklə yoxlanılır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əmək təlimi dərslərində riyazi ölçmə işlərinin tətbiq edilməsi 
ilə  sadə  mühafizə  vasitələrinin  bu  şəkildə  hazırlanması  təlim 
prosesinin keyfiyyətinin yüksəldilməsinə bir neçə istiqamətdə müs-
Şəkil 11

25 
Dairəvi sarğı 
180 
8
 
Gövdə üçün 
 3 ədəd 
70
 
80 
25 
5
 

2
 
Peysər sarğısı-2əd. 
 

 
133 
bət təsir göstərir. Yəni əmək təlimi dərslərində onun öz məzmunun-
dan  əlavə  hərbi  bilik  və  bacarıqlar  da  aşılanır;  şagirdlər  müəyyən 
dərəcədə X-XI siniflərdə gənclərin çağırışaqədərki hazırlığı (ibtidai 
hərbi  hazırlıq)  fənnini  daha  yaxşı  mənimsəməyə,  həmçinin  Azər-
baycan  Silahlı  Qüvvələrində  hərbi  xidmətə  hazırlanır;  həyatı  pro-
seslərdə riyaziyyatın və rəsmxətin tətbiq dairəsi ilə bağlı şagirdlərin 
bilik  və  bacarıqları  genişlənir;  hərbi  konstruksiya  sahəsində  ilk 
addımlar atılır; hər dörd fənnin (əmək təlimi, ibtidai hərbi hazırlıq, 
riyaziyyat  və  rəsmxətt)  üzvü  əlaqəsi  dərk  olunub  praktik  surətdə 
tətbiq edilir. 
 
* * * 
 
II fəsildə şərh edilən faktlardan görünür ki, gənclərin çağırışa-
qədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  kursunun  tədrisinə  qədər 
digər  ümumtəhsil  fənlərinin  öyrədilməsində  şagirdləri  psixoloji 
cəhətdən  hərbi-texniki  biliklərin  müntəzəm  mənimsənilməsinə  ha-
zırlamaq  üçün  münasib  imkanlar  var.  Bu  imkanların  nədən  ibarət 
olduğunu bütün ümumtəhsil fənlərindən dərs deyən müəllimlər bil-
məli və onları reallaşdırmağa çalışmalıdırlar. 
Belə  imkanlar  V-IX  siniflərin  riyaziyyat  dərsliklərindəki  ça-
lışmalarla əlaqədar hərbi texnikanın şəkillərini  (xarici görünüşünü) 
nümayiş etdirməkdə, hərbi topoqrafiya elementlərinin aydınlaşdırıl-
masında, Azərbaycan Ordusuna rəğbət və məhəbbət hissinin forma-
laşdırılmasında,  güllə  atıcılığında,  döyüş  şöhrəti  yerləri  haqqında 
məlumat  verilməsində,  hərbi-idman  oyunlarının  xatırlanmasında, 
hərbi  təyyarələrin  manevrlərinin  öyrənilməsində,  paraşüt  sistemin-
dən istifadədə, obyektin hündürlüyünün müəyyənləşdirilməsində və 
s.-də mövcuddur. 
Apardığımız  araşdırmalardan  o  da  aydın  olmuşdur  ki,  VI-IX 
siniflərin fizika, riyaziyyat, kimya, coğrafiya, əmək təlimi və s. üzrə 
tədris  proqramları  və  dərslikləri  də  gənclərin  çağırışaqədərki 
hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  kursunun  elmi  əsaslarda  öyrədil-
məsinə xidmət edə bilər. Bu məqsədlə Kalaşnikov avtomatının şəkli 
nümayiş  etdirilir,  quruluşu  (maddi  hissələri)  haqqında  müvafiq 

 
134 
məlumat verilir, güllənin hərəkəti ilə əlaqədar məsələlər həll olunur, 
bu  zaman  yerin  cazibə  qüvvəsi  də  nəzərə  alınır,  reaktiv  hərəkətli 
qırıcı təyyarələrin uçuşu ilə bağlı müxtəlif çalışmalar yerinə yetiri-
lir, mülki təyyarələrin uçuşunun fiziki parametrlərinə dair məsələlər 
həll  edilir,  müasir  tankların  texniki  əlamətlərinə  dair  məlumatlar 
verilir,  kompasın  yerin  maqnit  sahəsi  əsasında  işlədiyi  öyrədilir, 
artilleriya  ilə  əlaqədar  müxtəlif  məzmunlu  məsələlər  həll  edilir, 
raketlərin quruluşu, reaktiv mühərriklər, bu mühərriklərdə enerjinin 
çevrilməsi,  paketlərin  hərəkət  sürətləri  və  s.-lə  bağlı  çalışmalar 
üzərində iş aparılır, təyyarədən tullanan paraşütçünün hərəkəti üzrə 
misallar həll edilir və s. 
Bu cür imkanlar coğrafiyanın tədrisində də var. Geniş şəkildə 
təhlil etdiyimiz faktlar belə bir nəticə çıxartmağa əsas verir ki, orta 
ümumtəhsil məktəbinin coğrafiya fənni, xüsusən də fiziki coğrafiya 
ilkin  hərbi  biliklərə  yiyələnməkdə  şagirdlərin  xeyli  karına  gəlir. 
Xəritələrin əhəmiyyətini, onların məzmununu, kartoqrafik proyeksi-
yaları,  topoqrafik  xəritələri,  bu  cür  xəritələrdə  relyefin  təsviri  və 
oxunuşunu,  kiçik  miqyaslı  xəritələrdə  relyefi,  xəritə  üzrə  azi-
mutların  və  direksiya  bucaqlarının  müəyyənləşdirilməsini  öyrənən 
şagirdlər  gənclərin  çağırışaqədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq) 
kursunun əsaslı şəkildə mənimsənilməsinə nail olmaq üçün, bu kurs 
üzrə,  xüsusən  hərbi  topoqrafiya  bölməsinin  məzmununa  yaxından 
bələd olmaq üçün münasib imkan qazanmış olurlar. 
Özünəxidmət  məqsədi  üçün  lapatkalar,  valcıqlar,  oxlovlar, 
paltarasanlar,  yiyə  üçün  dəstlər,  şahmat  və  dama  və  s.  hazırlayan 
şagirdləri  əmək  təlimi  məşğələlərində  odlu  əl  silahlarının  maket-
lərini  düzəltmək  üzərində  də  işlətmək  olur.  Həmin  məşğələlərdə 
pambıq-tənzif  sarğılar,  toz  əleyhinə  parçadan  maskalar,  dərini 
radioaktiv, kimyəvi və bakterioloji təsirlərdən mühafizə etmək üçün 
sadə  vasitələrin  (həmçinin  digər  zəruri  vasitələrin)  şagirdlər  tərə-
findən düzəldilməsi də onların gənclərin çağırışaqədərki hazırlığın-
da (ibtidai hərbi  hazırlıqda)  müvəffəqiyyət  qazanmaları üçün vacib 
şərtlərdən biri hesab edilir. 

 
135 
Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin