AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə18/21
tarix09.02.2017
ölçüsü2,91 Mb.
#7872
1   ...   13   14   15   16   17   18   19   20   21

b)
 
“Atıcılıq  hazırlığı”na  aid  fizika  və  riyazi  məzmunlu 
hərbi çalıĢmalar 
№1. Kalaşnikov avtomatının və Kalaşnikov əl pulemyotunun 
döyüş xüsusiyyətlərini söyləyin. 
№2. Məlumdur ki, Kalaşnikov avtomatının süngü-bıçaqla bir-
likdə çəkisi 3,6 kq-dır. Süngü-bıçaq avtomatın çəkisinin neçə faizini 
təşkil edir? 
№3.  Kalaşnikov  əl  pylemyotundan  düşmən  obyektinə  0,5  də-
qiqə avtomatik və 1,2 dəqiqə tək-tək atəş açılmışdır. Düşmən obyek-

 
237 
tinə cəmi neçə güllə atılmışdır. (Kalaşnikov əl pulemyotunda fasiləsiz 
atəş tezliyi 150 atım/dəq. Tək-tək atəş tezliyi 50 atım/dəq-dir)? 
№4. Kalaşnikov avtomatından 0,6 dəqiqə fasiləsiz və 2,3 dəqiqə 
ardıcıl tək-tək atəşlər açmaq üçün neçə daraq (xəzinə) lazımdır? 
№5. Düşmən əsgəri paraşütlə 5 km/saat sürətlə enirdi. Yerdə 
uzanan  əsgər  ona  600  m  qalmış  avtomatdan  avtomatik  atəş  açmış-
dır. Əgər yerdən atəş açan əsgərin yalnız bir dolu xəzinəsi varsa, o, 
paraşütçünü vura bilərmi? 
№6.  Kalaşnikov  əl  pulemyotunun  gülləsi  öldürücü  keyfiy-
yətini 1500 metrdə saxlayır. Güllənin ümumi uçuş uzaqlığının 3000 
metr  olduğunu  bilərək  bunu  ədəd  düz  xətti  üzərində  qrafik  şəkildə 
göstərin (miqyas 1:500 olsun ). 
№7.  Əsgər  A  nöqtəsindən  25  km/saat  sürətlə  1  dəq  30  san 
qaçdıqdan  sonra  qaçış  xətti  boyunca  avtomatdan  atəş  açmışdır. 
Güllə  2  saniyədən  sonra  hədəfə  dəymişdir.  A  nöqtəsindən  hədəfə 
qədər olan məsafə nə qədərdir? 
№8.  A(-4;2)  nöqtəsindən  Kalaşnikov  əl  pulemyotu  ilə  B(6;-
15)  nöqtəsində  yerləşən  obyektə  atəş  açılmışdır.  Əgər  miqyas  1:50 
nisbətində olarsa, güllə neçə saniyədən sonra hədəfə dəyməlidir? 
№9.  Patronun  hissələrinin  sxematik  quruluşunu  çəkin.  Onun 
hissələrinin hansı həndəsi fiqurlar olduğunu söyləyin. 
№10. Kiçik kalibrli TOZ-8 tüfənginin xarakterik döyüş xüsu-
siyyətlərini söyləyin. 
№11.  TOZ-8  tüfəngi  neçə  əsas  hissədən  ibarətdir  və  hansı-
lardır? 
№12. Kiçik kalibrli TOZ-8 tüfəngindən açılan atəşdən 2 sani-
yə  sonra  600  metrlik  məsafədə  dayanan  keşikçi  əsgər  yerə  sərildi. 
Güllə hansı orta sürətlə getmişdir? 
№13. 1kqQ/sm
2
  ifadəsi  nə  deməkdir  və  bu  hansı  kəmiyyətin 
ölçü vahididir? 
№14. 1kqQ/sm
2
 neçə MPa-dır? Cavabı əsaslandırın. 
№15. Tətiyin çəkilməsi ilə güllənin atılması nə qədər müddətə 
başa gəlir və burada hansı fiziki proseslər baş verir? 

 
238 
№16. Zərbə – buraxılış mexanizmi kapsula dəyərək barıtı alış-
dırdıqda patronun yanma kamerasında təzyiq neçə MPa ola bilir? 
№17. Güllə açılan zaman ən böyük təzyiq nə vaxt yaranır və 
onun maksimum qiyməti nə qədər ola bilir? 
№18.  Güllə  lülədən  çıxan  zaman  ona  təkan  verən  qazın 
təzyiqi öz maksimum qiymətindən neçə faiz aşağı düşür? 
№19. a) həndəsə dərsliyi 9-10, s.94, №345. 
b) həndəsə dərsliyi 9-10, s.94, № 346. 
№20. Enerjinin ölçü vahidləri hansılardır? 1 kqm  neçə coul-
dur (c)? Avtomatın geritəpmə enerjisi neçə couldur? 
№21.  Avtomatın geritəpmə sürəti ilə onun və güllənin çəkisi 
hansı riyazi münasibətdədirlər? 
№22.  Kalaşnikov  avtomat  silahının  geritəpmə  enerjisi  nə 
qədər ola bilər? O, atəş vaxtı insana necə təsir göstərir? 
№23. Kalaşnikov avtomatından şaquli istiqamətdə yuxarı atıl-
mış  güllə  hansı  hündürlüyə  qədər  qalxar?  (havanın  müqavimətini 
nəzərə almamalı). 
№24. Kalaşnikov əl pulemyotundan şaquli istiqamətdə yuxarı 
atılmış  güllə  nə  qədər  hündürlüyə  qalxar?  (havanın  müqavimətini 
nəzərə almamalı). 
№25.  Top  atılan  anda  mərmi  280  m/san  sürət  olaraq  şaquli 
istiqamətdə  yuxarı  qalxır.  Atəş  yerindən  nə  qədər  hündürlükdə 
mərminin  kinetik  enerjisi  potensial  enerjisi  ilə  bərabərləşəcəkdir? 
(78, s.213). 
№ 26. Üfüqlə bucaq təşkil etmək şərti ilə Kalaşnikov avtoma-
tından atılmış güllə hansı trayektoriya üzrə hərəkət edir? Trayektori-
yanın tənliyini yazın. 
№27. Üfüqlə 60
0
 bucaq təşkil etmək şərti ilə atılmış güllənin 
hərəkət trayektoriyasını qurmalı. Başlanğıc sürətin və koordinatların 
miqyaslarını ixtiyari götürməli (78, s.140). 
№28.  Üfüqlə  bucaq  təşkil  etmək  şərti  ilə  atılmış  güllənin 
hərəkəti zamanı ona hansı qüvvələr təsir göstərir? 
№29. Üfüqlə 

 = 60
0
 bucaq təşkil etmək şərti ilə topdan V


=600 m/san sürətilə mərmi atılmışdır. Mərmi atıldığı yerdən nə qədər 

 
239 
uzaqda düşəcəkdir? O, hansı hündürlüyə qalxacaqdır? Uçuş müddəti 
nə qədər davam edəcəkdir. Havanın müqavimətini nəzərə almamalı. 
№30.  Üfüqlə  45
0
-li  bucaq  təşkil  etmək  şərti  ilə  Kalaşnikov 
avtomatından və pulemyotundan güllə atılmışdır. Güllə atıldığı yer-
dən nə qədər uzaqda düşəcəkdir? O, hansı hündürlüyə qalxacaqdır? 
Uçuş neçə müddət davam edəcəkdir? Havanın müqavimətini nəzərə 
almamalı. 
№31. Üfüqlə 

 bucağı təşkil etməklə atılan avtomat gülləsi t 
saniyədən  sonra  trayektoriyanın  hansı  nöqtəsində  olacaqdır?  Nöq-
tənin  x  və  y  koordinatlarını  ümumi  şəkildə  ifadə  edin.  Havanın 
müqaviməti nəzərə alınmır. 
№32.  Kalaşnikov  əl  pulemyotundan  atılmış  güllənin  hərəkət 
trayektoriyasının  tənliyini  analitik  (y  =  f(x)  şəklində)  üsulla  yazın. 
Tənliyin alınmasının riyazi qaydasını aydınlaşdırın. 
№33.  Güllə  hansı  bucaq  altında  atıldıqda  ən  uzaq  məsafəyə 
düşəcəkdir?  (havanın  müqaviməti  nəzərə  alındığı  və  alınmadığı 
hallarda). 
№34. Təyyarədən h = 500m hündürlükdən atılmış bombanın 
hərəkət  trayektoriyasını  çəkin  (bombanın  başlanğıc  sürəti  1800 
km/san olsun. Miqyası müstəqil seçin) (78, s.137). 
№35.  Boyu  170  sm  olan  əsgər  ayaq  üstə  durub  üfüqi  istiqa-
mətdə avtomatdan atəş açır. Güllənin uçuş məsafəsini tapın. 
№36. Üfüqi istiqamətdə və ya üfüqlə bucaq təşkil etmək şərtilə 
atılmış cismin hərəkət trayektoriyası porabolik əyridirmi? Nə üçün? 
№37.  Kalaşnikov  avtomatından  atılan  güllənin  başlanğıc 
enerjisini hesablayın. 
№38.  Müxtəlif güllələrin əşyaları (maneələri) deşmə qabiliy-
yətini konkret rəqəmlərlə (maneəni, güllənin tipini, atım uzaqlığını, 
maneəni deşmə faizini və ya dərinliyini qeyd etməklə) göstərin. 
№39. Trayektoriya nəyə deyilir? 
№40.  a)  Trayektoriya  ilə  atım  bucağı,  uçuş  uzaqlığı  ilə 
trayektoriyanın  hündürlüyü  hansı  asılılıqlarla  bir-birinə  bağlanır? 
Bu asılılıqlar riyaziyyatda necə adlanır? 

 
240 
b)  Üfüqi  istiqamətdə  (X  oxu  ilə)  25
0
,  35
0
,  və  45
0
-li  bucaq 
altında atılmış güllələrdən hansı daha uzaq məsafəyə uçacaqdır? Nə 
üçün? Onların hərəkət trayektoriyasını çəkin. 
v)  Məlumdur  ki,  xüsusi  müdafiə  vasitələri  olmasa  insanın 
müəyyən orqanlarını sıradan çıxarmaq üçün güllənin kinetik enerjisi 
8 kqQ/m-dən az olmamalıdır. Bunu coulla ifadə edin. 
№41. Binokl vasitəsilə məsafə təyininin elmi əsasını aydınlaş-
dırın. 
№42. a) Minlik nədir və 1 minlik bucaq kəmiyyətinin qiyməti 
nəyə bərabərdir? 
b)  Çalışmanın  a-bəndinə  verilən  cavabda  hansı  riyazi  an-
layışlardan istifadə olunur və onların mahiyyəti nədən ibarətdir? 
№43. Binoklın bucaqölçən şkalasının quruluşunu izah edin və 
onun çertyojunu çəkin. 
№44. İki teleqraf dirəyinin arasındakı məsafə 150 metrdir. Bu 
məsafə  binokldan  baxanda  üfüqi  istiqamətli  şkalanın  4  böyük 
bölgüsünə  uyğundur.  Müşahidə  nöqtəsindən  teleqraf  xəttinə  qədər 
olan məsafə nə qədərdir? 
№45. Üçmərtəbəli bina (kazarma) binokldan 0,05 minlik bu-
caq altında görünür. Üçmərtəbəli binaya qədər olan məsafəni tapın. 
№46.  Xətkeşin,  dairəvi  karandaşın,  kibrit  qutusunun  və  əl 
barmaqlarının minlikdəki bucaq qiymətini deyin. 
№47.  Xətkeş,  əl  barmaqları,  kibrit  qutusu  və  dairəvi  karan-
daşla müşahidə edilən obyektə qədər olan məsafə necə hesablanır? 
№48. Tankın hündürlüyü 2,5 metrdir. Qol tam açıldıqda tank 
şəhadət barmağı ilə örtülür. Tanka qədər olan məsafəni hesablayın. 
№49. Müşahidə olunan hərbi səyyar antenanın hündürlüyü 12 
m-dir.  Müşahidə  nöqtəsindən  antenaya  qədər  olan  məsafəni  iti 
bucağın tangensindən istifadə edərək hesablayın (tg

 = 0,05). 

 
241 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 34. 
 
№50.  Beşmərtəbəli  kazarma  (hərbi  hissənin  yataqxanası) 
2
0
17'  bucaq  altında  görünür  (34-cü  şəkil).  Kazarmaya  qədər  olan 
məsafə nə qədərdir? 
№51.  Binokl  vasitəsilə  müşahidə  olunan  əsgər  şkalanın  bir 
kiçik  bölgüsünə  (0  –  05)  uyğun  bucaq  kəmiyyəti  altında  görünür. 
Müşahidə nöqtəsindən əsgərə qədər olan məsafəni hesablayın. 
№52.  Kəşfiyyatşı  əsgər  binokldan  istifadə  etmədən  çayın  o 
biri  sahilinə  yaxın  yerdə  yerləşən  düşmən  obyektinə  qədər  olan 
məsafəni necə müəyyənləşdirə bilər? 
№53.  Nə  üçün  karabində  güllənin  başlanğıc  sürəti  (750  m/ 
san), Kalaşnikov avtomatında güllənin başlanğıc sürətindən (715 m/ 
san) böyükdür? Qeyd edək ki, patronlar bir-birindən az fərqlənir. 
№54.  İnsanı  sıradan  çıxarmaq  (öldürmək)  üçün  güllə  hansı 
enerjiyə malik olmalıdır ? 
№55Kalaşnikov avtomatından atılan güllə 1 km-də dayanan 
düşmən əsgərini öldürə bilərmi? 
№56. 40 sm qalınlığı olan taxta maneənin arxasında gizlənə-
rək  avtomat  (və  yaxud  pulemyot)  gülləsindən  müdafiə  olunmaq 
mümkündürmü? 
2
0
17


• 

 
242 
№57.  Güllə  hansı  qalınlıqlı  polad  lövhəni,  kərpic  divarı  və 
qum (torpaq) maneəni deşib keçə bilir? 
№58.  Adi  yerişlə  əsgərin  sürəti  dəqiqədə  110-120  addımdır 
(hər addımın orta ölçüsü 70-80sm-dir). Əsgər kazarmadan qərərga-
ha  qədər  6  dəqiqə  vaxt  sərf  etmişdir.  Kazarmadan  qərərgaha  qədər 
məsafə təqribən nə qədərdir? 
№59. Kazarmadan qərərgaha qədər olan məsafə 450 metrdir. 
Əsgər adi yerişlə bu qədər məsafəni neçə dəqiqəyə qət edə bilər? 
№60.  Əsgər  qaçarkən  onun  normal  sürəti  dəqiqədə  165-180 
addımdır. Qaçarkən hər addımın uzunluğu isə 85-90 sm-dir. Əsgər 
səngərdən  çıxaraq  piyadaların  döyüş  maşınına  qədər  5  dəqiqə  30 
saniyəyə  qaçdı.  Piyadaların  döyüş  maşını  səngərdən  nə  qədər  aralı 
dayanmışdır? Əsgərin normal sürəti dəqiqədə neçə metrdir? 
№61.  Düşmən  topundan  atılan  mərmi  əsgərlərdən  təxminən 
300  metr  aralıda  hərəkət  edən  tanka  dəydi.  Alovlanmağa  başlayan 
tankın şəxsi heyətini xilas etmək üçün əsgərlər tanka tərəf qaçmağa 
başladı. Onlar neçə dəqiqədən sonra tanka çata bilərlər? 
№62. Avtomatın kütləsi güllənin kütləsindən 200 dəfə böyük 
isə,  atəş  zamanı  çıxan  güllənin  (barıt  qazları  ilə  birlikdə)  kinetik 
enerjisi ilə avtomatın kinetik enerjisi arasındakı nisbəti təyin etməli. 
№63. 1,5 tonluq zirehli transportyor 45 km/saat sürətlə irəlilə-
yirdi. Qarşı tərəfdən ona atılan 20 q-lıq güllə ZT-a dəyən vaxt sürəti 
600  m/san  olmuşdur.  Zərbədən  sonra  sistemin  kinetik  enerjisinin 
dəyişməsini müəyyənləşdirməli. 
№64.  Necə  tapmaq  olar  ki,  gülləyə  təsir  göstərən  225  kqm 
güc 2100 a.q. (at qüvvəsinə) bərabərdir? 
№65. Nə üçün güllənin Kalaşnikov avtomatından 3 km məsa-
fəyə atılması üçün 225 kqm güc sərf edilməlidir? 
Biz  yuxarıdakı fizika və  riyazi çalışmaları hazırlamaqla qarşı-
mıza atıcılıq hazırlığının şagirdlər tərəfindən daha səmərəli mənimsə-
nilməsini  təmin  etmək  məqsədi  qoymuşuq.  Fikrimizcə,  belə  düşün-
məkdə  yanılmırıq.  Çalışmalar  təfəkkürün,  düşüncənin  gərgin  işlə-
məsini  tələb  edir.  Bir  yerdə  ki,  döyüşün,  əsgərin  uğurunu  saniyələr 
həll edir, deməli  bu işə  hər an hazır olmaq, düzgün ölçmək, düzgün 

 
243 
nişanalmaq,  atəşi  vaxtında  açmaq,  düşməni  məqamında  yaxalamaq, 
hədəfi dərhal aşkara çıxarmaq lazımdır. Təqdim olunan çalışmalarda 
bütün  bu  məsələlər  diqqət  mərkəzində  dayanır  və  gənclərin 
çağırışaqədərki hazırlığı (ibtidai hərbi hazırlıq) məqsədi daşıyır. 
 
c) “Atıcılıq hazırlığı” üzrə  çalıĢmaların həllinə dair meto-
diki göstəriĢlər 
№1.  Kalaşnikov  avtomatında  lülənin  kalibri  7,62  mm-ə,  atə-
şin əsas təsir uzaqlığı 400 m-ə qədər, atəşin nişangah məsafəsi 1000 
m, düzünə atəş uzaqlığı yarımbədən insan fiquruna 350 m, hərəkət 
edən  tam  insan  fiquruna  isə  525  m,  toplama  atəş  uzaqlığı  yerüstü 
hədəflər  üçün  800  m-ə  qədər,  təyyarə  və  paraşütlər  üçün  500  m-ə 
qədərdir.  Avtomatdan  bir  dəqiqədə  avtomatik  (fasiləsiz)  100-ə 
qədər, tək - tək isə 40-a qədər atəş açmaq olar. Dolu daraqla birlikdə 
avtomatın  çəkisi  3,  6  kq,  süngü  –  bıçağın  çəkisi  isə  450  q-dır. 
Avtomatın  darağı 30 patron tutur. Güllə 3000 m-ə qədər uça bilir, 
öldürücü gücünü 1500 m-ə qədər saxlayır. Avtomat silahlarda gül-
lənin başlanğıc sürəti 715 m/san-dir. 
Kalaşnikov  əl  pulemyotunda,  avtomatlarda  olduğu  kimi, 
lülənin  kalibri  7,62  mm-dir.  Lakin  onda  atəşin  əsas  təsir  uzaqlığı 
800  m-ə  qədər,  atəşin  nişangah  məsafəsi  1000  m-dir.  Bu  silahdan 
yarımbədən  insan  fiquruna  düzünə  atəş  uzaqlığı  365  m-ə,  hərəkət 
edən tam insan fiquruna düzünə atəş  uzaqlığı  isə 540 m-ə barabər-
dir. Toplama atəş uzaqlığı bütün hədəflər üçün 800 m-ə bərabərdir. 
Pulemyotlarda  da  atəş  tempi  dəqiqədə  600  atımdır.  Döyüş  zamanı 
pulemyotdan fasiləsiz dəqiqədə 150-yə qədər, tək – tək isə dəqiqədə 
50-yə  qədər  atəş  açmaq  olar.  Dolu  daraqla  birlikdə  pulemyotun 
çəkisi 5,6 kq, barabanlı  dolu  daraqla birlikdə  çəkisi isə 6,8 kq-dır. 
Darağı  40  (barabanlı  darağı  isə  75)  patron  tutur.  Güllənin  uçuş 
uzaqlığı və öldürücü kücünü saxlama məsafəsi avtomatlarda olduğu 
kimidir. Pulemyotda güllənin başlanğıc sürəti 745 m/san-dir. 
№2. Məsələ tənasüb tərtib edilməsi yolu ilə həll olunmalıdır. 
3,6 kq-ı qramlarla göstərək: 3,6 kq = 3600 q 

 
244 
x
450
100
3600







 
.
12,5%
x
12,5;
3600
100
450
x
;
100
x
3600
450





 
№3.  Düşmən  obyektinə  Kalaşnikov  əl  pulemyotundan  atılan 
güllələrin sayını l ilə işarə edək. Onda, 
1 = 150∙0,5 + 1,2∙50 = 75 + 60 = 135. 
Cəmi 135 güllə atılıb. 
№4. Bu müddətdə atılan güllələrin sayı 
1 = 0,6∙100 + 2,3∙40 = 60 + 92 = 152. 
Kalaşnikov  avtomatının  1  darağı  30  patron  tutur.  Ona  görə 
152 = 30∙5 + 2. 
0,6 dəqiqə avtomatik və 2,3 dəqiqə tək-tək atəş üçün cəmi 152 
patron  lazımdır.  Bu  patronlar  isə  hər  daraqda  30  patron  olmaqla  5 
darağa tam və 1 darağa yarımçıq (2 patron) doldurulmalıdır. Demə-
li, cəmi 6 daraq lazımdır. 
№5. Bilirik ki, Kalaşnikov avtomatının fasiləsiz ( avtomatik) 
atəşlə  atım  tezliyi  100  atəş/dəq-yə  bərabərdir.  Bir  daraq  isə  30 
patron tutur. Bir darağın boşalması üçün sərf olunan vaxtı x-lə işarə 
edək. Onda 
x
30
1
100






 
100
30
x

 = 0,3dəq. = 18san; x=18san.  
Paraşütçü 18 san. ərzində 
25m
3600
5000
18
5
18




 
enəcəkdir. Yəni, patronlar daraqda qurtaranda paraşütçü hələ yerdən 
600 – 25 = 575 m məsafədə olacaq. Aşağıdan uçan vasitələrə avto-
matdan  ən  əlverişli  atəş  açma  məsafəsi  isə  500  metrdən  çox 
olmamalıdır. Demək, yerdən atəş açan əsgər bir dolu daraqla para-
şütçünü vura bilməz. 

 
245 
№6.  [A,B]  parçasında  güllə  öldürücü  keyfiyyətini  saxlayır. 
Ümumi olaraq isə A(0;0)-dan C(0;6)-yə qədər uçur. 
№7. Tutaq ki, əsgər A nöqtəsindən B nöqtəsinə kimi qaçmış-
dır. Onda o, 
375m
4
1
2500
san
san
m
90
3600
1000
25
1d.30san.
saat
km
25
AB















 
məsafə qaçmış olur. 
Hədəfin  yerləşmə  nöqtəsini  C  ilə  işarə  edək.  Güllənin  sürəti 
isə 715 m/san-dir. Onda güllə atəş açılan andan hədəfə qədər 
715 m/san × 2 san = 1430 m 
məsafə uçmuşdür. Yəni,  BC  = 1430 m. 
Güllə qaçış xətti boyunca atıldığından A,B və C nöqtələri bir 
düz xətt üzərində olacaqdır. Belə olduqda 



BC
AB
AC
375 + 1430 = 1805 m = 1 km 805 m 
Deməli A nöqtəsindən hədəfə qədər olan məsafə 1 km 805 m-
dir. 
№8.  AB  məsafəsini tapaq: 
AB  = 

 

2
2
2
15
4
6





289
100


389
≈ 19,7 
AB  ≈ 19,7 
A və B nöqtələri arasındakı həqiqi məsafə belə olar: 
 L = AB ∙50 = 19,7∙50 = 985 m ; 985 : 715 ≈ 1, 38 san. 
Güllə 1,38 saniyədən sonra hədəfə dəymişdir. 
№9. Güllənin sxematik quruluşu ibtidai hərbi hazırlıq dərsliyi-
nin  106-cı  səhifəsində  göstərilmişdir.  Onun  hissələri  silindr,  tam  və 
kəsik konus, trapesiya, düzbucaqlı kimi həndəsi fiqurlardan ibarətdir. 
№10.  TOZ-8  tüfənglərinin  əsas  xarakterik  döyüş  xüsu-
siyyətləri  bunlardır:  kalibri  –  5,6  mm,  kütləsi  –  3,12  kq,  silahda 
güllənin başlangıc sürəti 310 m/s-yə yaxın, atım tezliyi 10-12 atəş/ 
dəq.,  nişangah  uzaqlığı  –  250m,  güllənin  ən  uzağa  uçma  məsafəsi 
1200m-dən  1600m-ə  qədər,  güllənin  öldürücü  gücünü  saxladığı 
məsafə 800 m qədər. 

 
246 
№11.  TOZ-8  tüfəngi  6  əsas  hissədən  ibarətdir:  lülə,  lülənin 
dəmir örtüyü, atım mexanizmi, arxa qapaq, nişanalma qurğusu, çax-
maq. 
№12. V = 600 : 2 = 300 m/san. 
№13.  1  kqQ/sm

ifadəsi  “1  sm

sahəyə  1  kq-lıq  qüvvə  təsir 
edir” deməkdir. Bu, təzyiqin ölçü vahididir. 
№14. 1 kqQ/sm

= 0,1 MPa. Çünki, 
1 kqQ/sm

= 9,8 n/10
-4
 m
2
=10
5
 n/m
2
 =10
5
 Pa =0,1 MPa 
№15.
 
Tətik çəkildikdən  sonra  güllənin  lülədən çıxması  0,001 
–  0,06  s  müddətə  başa  gəlir.  Bu  proses  belə  olur:  tətik  çəkiləndə 
zərbə mexanizmi patronun kapsuluna dəyir. Bu vaxt kapsulda qığıl-
cım yaranır və patronun daxilindəki barıt alışır, ani zamanda yüksək 
təzyiqli  yanmış qaynar qaz  əmələ gəlir. Bu yüksək təzyiq patronun 
bütün  divarlarına,  o  cümlədən,  onun  başında  yerləşən  gülləyə  çox 
böyük təzyiq göstərir. Bu təzyiq təxminən 250-500 kqQ/sm

-ə  bə-
rabər olur və onun təsiri altında güllə patrondan ayrılır, lülə boyunca 
istiqamət alır. 
№16. Güllə patrondan 250-500 kqQ/sm

təzyiq hesabına ayrı-
lır. 1 kqQ/sm

=0,1MPa olduğundan, yanma kamerasında təzyiq 25-
50 MPa-dır. 
№17.  Güllə  patrondan  ayrılaraq  4-6  sm  yol  getdikdə  qazın 
təzyiqi  ən böyük qiymət alır və  2800  kqQ/sm

-ə  çatır. Sonra güllə 
sürətlə  irəliyə  hərəkət  etməyə  və  qazın  yerləşdiyi  fəzanın  həcmi 
böyüməyə  başlayır.  Bununla  da,  qazın  təzyiqi  kəskin  aşağı  düşür
  . 
Güllə lülədən çıxan anda qazın təzyiqi 300 – 900 kqQ/sm

olur. 
№18. Lülədən çıxan anda gülləyə təsir edən qazın təzyiqi orta 
hesabla  550  kqQ/sm
2
-dirsə,  onda  qazın  təzyiqi  öz  maksumum 
qiymətindən 2250 kqQ/sm

aşağı düşmüş olur (2800 – 550 = 2250 
kqQ/sm

).  Bu  maksumum  təzyiqin  x  = 
2800
100
2250

=  80%-ni  təşkil 
edir.  Deməli,  lülədən  çıxan  zaman  gülləyə  təsir  göstərən  qaz  öz 
maksumum təzyiqindən 80,0 % aşağı düşür. 
№19-20. 6-8 siniflərin fizika dərsliyindəki uyğun mövzuların 
mətninə əsaslanılaraq həll edilir. 

 
247 
№21. Silahın geritəpməsi sürətin və enerjinin qiyməti ilə xa-
rakterizə olunur. Güllənin çəkisi silahın çəkisindən neçə dəfə kiçik-
dirsə, silahın geritəpmə sürəti də onun başlanğıc sürətindən bir o qə-
dər  dəfə  kiçikdir.  Əgər  güllənin  çəkisini  P
1
,  silahın  çəkisini  P  ilə, 
güllənin  başlanğıc  sürətini  isə  V
0
  ilə  göstərsək,  onda  silahın  geri-
təpmə sürətini V = V
0
P/P
1
 düsturu ilə ifadə etmək olar. 
№22.  Kalaşnikov  avtomatında  geritəpmə  enerjisi  2  kqQ/m
2
 
(19,6 c)-dan çox ola bilmir. Bundan isə atəş açan əsgərin çiyninə zə-
rər toxunmur. 
№23. Kalaşnikov avtomatının başlanğıc sürətini V
0
 ilə, güllə-
nin qalxacağı hündürlüyü isə h ilə işarə edək. Məlumdur ki, Kalaş-
nikov avtomatında güllənin başlanğıc sürəti 715 m/san-dir. Hesabla-
ma  başlanğıcı  olaraq  güllənin  atıldığı  nöqtəni,  yəni  lülənin  uc 
nöqtəsini  götürək.  Həmin  nöqtədə  güllənin  potensial  enerjisi  sıfra, 
kinetik  enerjisi  isə 
2
mV
2
0
 -yə  (m  –  güllənin  kütləsidir)  bərabərdir. 
Deməli,  güllənin  tam  enerjisi  E  =  O  + 
2
mV
2
0
 = 
2
mV
2
0
 -yə  bərabər-
dir.  Yuxarı  atıldığı  h  hündürlükdəki  nöqtədə  güllənin  potensial 
enerjisi  m g

h-a  bərabərdir.  Fizikada  tam  enerjinin  saxlanması 
qanununa görə 
h
g
m
 = 
2
mV
2
0
;   h = 
g
2
V
2
0
  
g = 9,8 m /san
2
 və V
0
 = 715 m /san olduğundan 
 
h = 
km
 
26
26083
19,6
511225
9,8
2
715
2




 
Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin