AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə17/21
tarix09.02.2017
ölçüsü2,91 Mb.
#7872
1   ...   13   14   15   16   17   18   19   20   21

№48. Səngərlər elə düzəldilir ki, onun dərinliyi 1,5 m, eni 0,6 
m,  uzunluğu  isə  3  m-dən  çox  olur.  Səngərin  qarşısı  torpaq  qatı  ilə 
örtülür. Əsgərlər səngərdə olduqda qarşıdan atılan düşmən güllələrin-
dən və yaxud da partlayıcı mərmilərin qəlpələrindən qoruna bilirlər. 
№49.  Tank  əleyhinə  minalanmış  sahə  3-4  cərgə  düzəldilir. 
Mina  cərgələri  arasındakı  məsafələr  10  metrdən  40  metrə  qədər 
götürülür.  Hər  bir  mina  cərgəsində  ayrı-ayrı  minalar  arasındakı 
məsafə  4  metrdən  5,5  metrə  qədər,  minalanmış  sahənin  ümumi 
dərinliyi isə 20 m-dən 120 m-ə qədər olur (33-cü şəkil). 
№50.  (Bundan  əvvəlki  çalışmanın  məzmunundan  istifadə 
etməli).  Ərazinin  ümumi  dərinliyi  h  =  100  m-dir.  Burada  4  cərgə 
mina düzülüb. Demək, cərgələr arasındakı məsafə 25 m-dir (100:4 
= 25 m). Hər cərgədə 17 mina var. Minalar arasındakı məsafə isə 4 
–  5,5  m  olmalıdır.  Bunu  4,5  m  qəbul  edək.  Onda  minalanmış 
ərazinin  ümumi  uzunluğu  4,5
·17  =  76,5  m  olacaqdır.  Ərazinin 
sahəsi  isə  onun  uzunluğu  ilə  dərinliyi  hasilinə  bərabərdir:  S  = 
100∙76,5 = 7650 m
2

 
 
 
 
 
 
 
 
 
 
Şəkil 33. 
10-40m 
4-5,5m 
. . . . . . . . . . . . . . . . . . 
. . . . . . . . . . . . . . . . . .  
 
20-120m 

 
223 
№51.  Piyada  əleyhinə  minalar  adətən  iki  və  ya  dörd  sırada 
yerləşdirilir.  Sıralar  arasındakı  məsafə  2-4  m-ə  qədər,  sıralardakı 
minalar arasındakı məsafə isə 1 m-dən az olmur. 
№52 və №53. Praktik olaraq yerinə yetirilir. 
№54.  Sıçrayışlarla  hərəkətdə  dayanacaqlar  (tənəffüslər)  ara-
sındakı məsafə 20 addımdan 40 addıma kimi olmalıdır. Bu addımla-
rın  sayı  ərazinin  formasından  və  düşmən  atəşlərinin  vəziyyətindən 
asılıdır. Bu müddət ərzində düşmən nişan alaraq hərəkət edən əsgəri 
vurmağa macal tapmır. 
№55.  Çalışma  ibtidai  hərbi  hazırlıq  dərsliyindən  götürülmüş 
(səh. 91) və bu praktik olaraq icra edilməlidir. 
№56.  Həm  Gənclərin  çağırışaqədərki  hazırlığı  dərsliyində 
(60,  s.111),  həm  də  əvvəlki  ibtidai  hərbi  hazırlıq  dərsliyində  (58, 
s.82)  bir  nəfərlik  səngərin  çertyoju  göstərilir.  Bu  çertyoja  əsasən, 
səngərin enini, uzunluğunu, dərinliyini dəqiq ölçüləri ilə göstərməli, 
atəş sektorunun və brustverin dərəcələrini qeyd etməli. 
№57.   V = 170∙60∙30 – 40∙60∙(30 – 20) =  
 =306000 – 24000 = 282000 sm

 V = 282000 sm
3
 
Qeyd  etməliyik  ki,  bu  çalışmaların  düzgün  yerinə  yetirilməsi 
gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi hazırlıq) kursu üzrə 
məşğələlərdən  şagirdlərin  aldıqları  bilikləri  daha  da  əyaniləşdirir, 
onların taktiki hazırlığını təmin etmiş olur. Məktəblilər nəinki fizika 
və  riyaziyyat  üzrə  bilik  və  bacarıqlarını  nümayiş  etdirirlər,  habelə 
gələcəkdə hərbi hissələrdə qulluq edərkən onlara lazım olacaq bilik 
və bacarıqların müəyyən qismini praktik şəkildə bu gün – orta mək-
təbdə  qazanırlar.  Çalışmaları  yerinə  yetirə-yetirə  düşünür,  təfəkkür 
əməliyyatlarına  qoşulur,  müqayisə,  tutuşdurma  aparır,  ən  səmərəli, 
dəqiq və ən dürüst variantı seçir. Hərb sahəsində iti ağıl, soyuq baş, 
dərin düşüncə, qətiyyət, səhvə  yol verməmək, bütün mümkün vari-
antları cəld ölçüb-biçmək, çeviklik, sərrastlıq başlıca amillərdəndir, 
düşməni qabaqlamağın, onu məhv etməyin ən yaxşı yoludur. Odur 
ki, yuxarıda verilən çalışmalara, şagirdlər tərəfindən onların həllinə 
diqqət  yetirmək  son  dərəcə  vacibdir.  Bu  tipli  çalışmaları  yerinə 

 
224 
yetirməyə  məktəblilərdə  maraq  və  ən  başlıcası  bacarıq,  səriştə  ya-
radılmalıdır.  Zəruri  bilik,  bacarıq  və  vərdişlər  aşılanmadıqda,  təbii 
ki,  maraq  və  həvəs  də  sönəcək,  şagirdlər  belə  çalışmalara  etinasız 
yanaşacaqlar. 
 
4.2.“Atıcılıq hazırlığı” üzrə materialların tədrisi prosesində  
       fizika və riyazi məzmunlu hərbi çalışmalardan istifadə 
 
a)
 
ÇalıĢmalardan istifadənin metodiki xüsusiyyətləri 
Atıcılıq  hazırlığı  bölməsi  üzrə  dərslikdəki  tədris  materialla-
rının məzmununa uyğun fizika və riyazi xarakterli hərbi çalışmalar 
sistemi tərtib olunmuş, onlardan hərbi dərslərdə istifadənin metodi-
kası hazırlanmışdır. Həmin metodika eksperimental siniflərin hərbi 
rəhbərlərinə (Bakı şəhəri 159 saylı məktəbin hərbi rəhbərinə, 9 saylı 
məktəbin hərbi rəhbərinə, Gəncə şəhəri 15 saylı orta məktəbin hərbi 
rəhbərinə) verilmiş, onlar dərsləri bu metodika əsasında aparmışlar. 
Atıcılıq hazırlığı üzrə materialların tədrisi qarşısında duran baş-
lıca  vəzifələr  (tədris  proqramına  uyğun  olaraq)  Kalaşnikov  avtoma-
tının  tərkib  hissələrinin  və  döyüş  xüsusiyyətlərinin,  kiçik  kalibrli 
tüfənglərin döyüş xüsusiyyətlərinin, güllə atıcılığı əsasları və qayda-
larının  (atəşin  yaranması,  güllənin  başlanğıc  sürəti  və  enerjisi,  geri 
təpməsi,  güllənin  hərəkət  trayektoriyası, deşici və  öldürücü xüsusiy-
yətləri, minlik düsturu ilə məsafələrin təyini və s.) şagirdlərə mənim-
sədilməsidir.  Lakin  bu  anlayışlar  elə  hərbi  anlayışlardır  ki,  onlar 
fizika və riyaziyyat fənləri üzrə öyrədilən biliklərə əsaslanır və həmin 
biliklər  üzərində  qurulur.  Bu  əlaqəni  nəzərə  alaraq,  eksperimental 
sinfin  hərbi  rəhbəri  Kalaşnikov  avtomatının  döyüş  xüsusiyyətlərini 
monoqrafiyanın III fəslində verilən metodika əsasında aydınlaşdırır. 
Yeni mövzunun şərhindən sonra hərbi rəhbər aşağıdakı çalış-
manın həllinə keçir: “Cədvəldən istifadə edərək, süngü-bıçağın çə-
kisinin Kalaşnikov avtomatının çəkisinin neçə faizini təşkil etdiyini 
tapın”. Çalışma tənasüb tərtib edilməsi yolu ilə həll olunur. Əvvəlcə 
çalışmanın şərtləri müəyyənləşdirilir: 
m

= 3,6 kq = 3600q 

 
225 
m

= 450q 
Sonra tənasüb qurulur: 
x
450
100
3600





 
12,5;
3600
100
450
      x
;
100
x
3600
450




 x = 12,5% 
Deməli, süngü-bıçağın çəkisi avtomatın çəkisinin 12,5 faizini 
təşkil edir. 
Çalışmanın  həllindən  sonra  hərbi  rəhbər  proqram  materialının 
şərhini  davam  etdirir.  Məşğələnin  sonunda  o,  avtomatın  və  pulem-
yotun döyüş xüsusiyyətlərini özündə birləşdirən cədvəlin üzərinə bir 
də  qayıdır,  cədvəldəki  hərbi  bilikləri  öz  məzmununda  əks  etdirən 
aşağıdakı riyazi çalışmaları evdə yerinə yetirməyi şagirdlərə tapşırır: 
1.
 
Kalaşnikov avtomatından 1,6 saniyə fasiləsiz və 2,7 saniyə 
fasiləli tək-tək atəşlər açılmışdır. Bu zaman neçə patrondan istifadə 
olunmuşdur? 
2.
 
Düşmən  əsgəri  paraşütlə  5  km/saat  sürətlə  enirdi.  Arxası 
üstə uzanmış əsgər ona 600 m qalmış avtomatdan fasiləsiz atəş aç-
mışdır. Əgər atəş açan əsgərin yalnız bir dolu xəzinəsi varsa, o, pa-
raşütçünü vura bilərmi? 
Güllə atıcılığının  əsasları  və qaydaları ilə tanışlıq  zamanı isə 
hərbi  rəhbərlər  yalnız  riyazi  çalışmalardan  deyil,  hərbi  məzmunlu 
fizika çalışmalarından da istifadə  edirlər.  Belə ki,  Gəncə şəhəri 15 
saylı məktəbin  hərbi rəhbəri atəşin  baş verməsi  hadisəsindən danı-
şarkən  göstərir  ki,  atəş  ani  bir  müddətdə  (0,001-0,06  san)  yaranır, 
yanma kamerasında 250-500 kqQ/sm
2
 (1kqQ/sm

= 0,1MPa) təzyiq-
də əmələ gələn qazın təkanı ilə güllə patrondan ayrılır. O, avtomatın 
lülə kanalında ən yüksək təzyiqin 2800 kqQ/sm
2
 olduğunu, bu təz-
yiqin güllənin patrondan ayrılaraq 4-6 sm getdikdən sonra yarandı-
ğını  və  güllənin  lülədən  çıxan  anda  qazın  təzyiqinin  300-
900kqQ/sm

olduğunu  şagirdlərin  nəzərinə  çatdırır.  Hərbi  rəhbər 
güllənin  başlanğıc  sürətinin  mənasını  fizika  kursundakı  hərəkət 
edən  cismin  başlanğıc  sürəti  anlayışı  ilə  bağlayır  və  sinfə  belə  bir 

 
226 
çalışmanı  yerinə  yetirməyi  tapşırır:  “Kalaşnikov  avtomatından  atı-
lan güllənin başlanğıc enerjisini hesablayın”. Hərbi rəhbər çalışma-
nın  həllinə  başlamazdan  əvvəl  belə  bir  müsahibə  aparır:  Fizika 
kursundan sizə məlum olan bir neçə anlayışı yadınıza salın. Kinetik 
enerji  nəyə  deyilir?  (Öz  hərəkəti  nəticəsində  cismin  malik  olduğu 
enerjiyə). Kinetik enerji hansı düsturla hesablanır? 
E


2
mV
2
 
Burada  m-cismin  kütləsi,  V-onun  hərəkət  sürətidir.  Kütlənin 
çəkidən asılılığı necədir? (m = 
g
P
, Burada P-cismin çəkisi, g-sərbəst 
düşmə təcilidir: g=9,8m/san
2
). 
-Kim  deyər,  Kalaşnikov  avtomatından  atılan  güllənin 
başlanğıc sürəti nə qədərdir? (V
0
 = 715 m/san). 
İndi isə güllənin başlanğıc enerjisini hesablayaq: 
201,93;
9,8
2
715
10
7,9
2g
pV
2
mV
E
2
3
2
0
2
0








 
E = 201,93 kqm. 
Sonra  hərbi  rəhbər  ev  tapşırığı  kimi  aşağıdakı  çalışmalar 
sistemini verir: 
1.
 
Zərbə  mexanizmi  kapsula  dəyərək  barıtı  alışdırdıqda  pat-
ronun  yanma  kamerasında  təzyiq  neçə  MPa  ola  bilər?  MPa  necə 
oxunur və 1MPa neçə kqQ/sm
2
-dir? 
2.
 
Güllə lülədən çıxan zaman ona təkan verən qazı təzyiqi öz 
maksimum qiymətindən neçə faiz aşağı düşür? 
3.
 
Kalaşnikov avtomatının geritəpmə sürətinin qiyməti, onun 
gülləsinin çəkisi ilə hansı riyazi münasibətdədir? 
Növbəti  məşğələdə  hərbi  rəhbər  ev  tapşırıqlarını  yoxlayaraq 
aşağıdakı həll üsullarını düzgün cavablar kimi qəbul edir: 
1-ci çalıĢmanın həlli: ibtidai hərbi hazırlıq kursundan məlum-
dur ki, güllə patrondan 250-500 kqQ/sm
2
  təzyiqin  hesabına  ayrılır. 
Fizika kursundan isə bilirik ki, 1kqQ/sm

= 0,1MPa (meqapaskala). 
Onda yanma kamerasında təzyiq 25-30 MPa ola bilir. 

 
227 
2-ci  çalıĢmanın  həlli:  Məlumdur  ki,  lülə  boyunca  irəli  get-
dikcə qazın təzyiqi sürətlə aşağı düşür və lülə kanalından çıxan za-
man  təzyiq  300-900  kqQ/sm
2
  olur.  Qazın  maksimum  təzyiqi  isə 
2800  kqQ/sm
2
-dır.  Onda  təzyiqin  neçə  faiz  qaldığını  belə  hesabla-
maq mümkündür (riyaziyyatdan ədədə görə faizin tapılması qayda-
sına əsasən). 
Qazın təzyiqi maksimum aşağı düşdükdə yerdə qalan təzyiq x 
faiz olsun. Onda, 
;
300
100
2800
x





 
100
2800
300
x

 
10,7;
2800
100
300
x



 x = 10,7% 
Qazın  təzyiqi  minimum  aşağı  düşdükdə  yerdə  qalan  qazın 
təzyiqi y% olsun. Onda, 
;
y
900
100
2800





 
100
y
2800
900

 
32,1
y
      
32,1;
2800
100
900
y





100 – x = 100 – 10,7 = 89,3%; 
100 – y = 100 – 32,1 = 67,9% 
Deməli,  qazın  təzyiqi  öz  maksimum  qiymətindən  89,3-67,9 
faiz aşağı düşür. 
3-cü çalıĢmanın həlli: Silahın geritəpməsi fizikada sürətin və 
enerjinin qiyməti ilə xarakterizə olunur. Yəni güllənin çəkisi silahın 
çəkisindən  neçə  dəfə  kiçikdirsə,  silahın  geritəpmə  sürəti  də  onun 
başlanğıc sürətindən bir o qədər dəfə kiçikdir. Əgər güllənin çəkisi-
ni p, silahın çəkisini P, güllənin başlanğıc sürətini isə V
0
 ilə göstər-
sək, onda silahın geritəpmə sürətini 
P
p
V
V
0

 
düsturu  ilə  ifadə  etmək  olar.  Bu  o  deməkdir  ki,  Kalaşnikov  avto-
matının  geritəpmə  sürətinin  qiyməti,  avtomatın  çəkisi  ilə  tərs, 
güllənin çəkisi ilə düz mütənasibdir. 

 
228 
Güllənin  uçuş  trayektoriyasının  izahına  həsr  olunmuş  məş-
ğələdə  isə  Bakı  şəhəri  159  saylı  məktəbin  hərbi  rəhbəri  əvvəlcə 
plakat üzərində güllənin uçuş nöqtəsini, atım xəttini, güllənin ağırlıq 
və  havanın  müqavimət  qüvvələrinin  istiqamətlərini  aydınlaşdırır. 
Göstərilir ki, güllə öz hərəkətinə düz xətt boyunca başlayır. Bu düz 
xətt  lülə  kanalının  istiqaməti  boyunca  uzanır  və  atım  xətti  adlanır. 
Hələ 8-ci sinif fizika kursundan (78, s.40) bilirsiniz ki, havada uçan 
hər  hansı  cismə  iki  qüvvə  təsir  edir.  Bu  qüvvələrdən  biri  havanın 
müqavimət  qüvvəsi  olub  cismin  uçuş  istiqamətinin  əksinə  yönəlir. 
İkinci qüvvə isə yerin cazibə qüvvəsidir. Bu qüvvə altında müxtəlif 
cisimlər  kütlələrindən  asılı  olaraq  müxtəlif  sürətlərlə  şaquli  istiqa-
mətdə yerə düşür. Bu müxtəliflik də onların ağırlıq qüvvəsini səciy-
yələndirir.  Yadda  saxlamaq  lazımdır  ki,  güllə  uçuşa  başlayarkən 
qeyd etdiyimiz hər iki qüvvə eyni mahiyyətlə ona da təsir göstərir. 
Ona  görə  də  güllə  bu  qüvvələrin  təsiri  altında  atım  xətti  boyunca 
hərəkət istiqamətini dəyişir, tədricən yerə doğru enir və uçuşun sonu 
yerdə  qurtarır.  Deməli,  güllənin  ağırlıq  mərkəzinin  uçuş  zamanı 
cızdığı  əyri  xəttə  güllənin  trayektoriyası  deyilir.  Trayektoriyanın 
vəziyyəti  atım  bucağının  qiymətindən  asılıdır.  Bucaq  anlayışını 
riyaziyyatdan bilirsiniz. Atım bucağı isə atım düz xəttinin üfüqi isti-
qamətlə  əmələ  gətirdiyi  bucaqdır.  Atım  bucağının  qiyməti  artdıqca 
trayektoriyanın hündürlüyü (trayektoriyanın təpəsindən silahın üfü-
qünə qədər olan məsafə) də artır, lakin güllənin uçuş uzaqlığı azalır. 
Güllənin  ən  uzağa  uçma  məsafəsinə  uyğun  olan  atın  bucağı  ən 
böyük  atım  bucağı  adlanır  və  Kalaşnikov  avtomatları  (həmçinin 
pulemyotları) üçün təxminən 35
0
-yə bərabərdir. 
Hərbi rəhbər öz şərhini saxlayaraq sinfə belə bir sualla müra-
ciət edir: Siz 8-ci sinif fizika kursundan öyrənmisiniz. Əgər havanın 
müqaviməti  nəzərə  alınmasa,  ən  böyük  atım  bucağı  neçə  dərəcə 
olar? (45
0
 - deyə şagirdlərdən biri cavab verir). 
Sonra  hərbi  rəhbər  şərhinə  davam  edərək,  müxtəlif  (zirehde-
şən-yandırıcı  və  polad  ucluqlu)  güllələrin  maneələri  deşmə  dərin-
liyini  və  faizini  aydınlaşdırır.  Məsələn,  7  mm  qalınlıqlı  zirehə  300 
m məsafədən 90
0
-li bucaq altında atılmış zirehdeşən-yandırıcı güllə 

 
229 
onu əlli faiz deşə bilir. Və  yaxud, 100 m məsafədən atılmış hər iki 
növ güllə kərpic divarı 12-15 sm dələ bilir və s. 
Digər  bir  neçə  maneələrin  də  deşilmə  faizini  və  dərinliyini 
qeyd  edən  hərbi  rəhbər  güllənin  öldürücü  keyfiyyətini  izah  edir. 
Məlumat  verir  ki,  insanı  sıradan  çıxarmaq  üçün  güllənin  kinetik 
enerjisi 8 kqQ/m-dən (78,5 c) az olmamalıdır. Güllə praktik olaraq 
bütün uçuş müddətində öz öldürücü keyfiyyətini saxlayır. 
Bununla  da,  hərbi  rəhbər  şərhini  yekunlaşdırır  və  aşağıdakı 
çalışmanın  həllinə  keçir:  “Güllənin  trayektoriyası  ilə  atım  bucağı, 
uçuş uzaqlığı ilə trayektoriyanın təpəsi hansı riyazi asılılıqdadırlar? 
Bu asılılıqlar funksional asılılıqdırmı?” 
Çalışmanın  həlli  aşağıdakı  mühakimələrlə  aparılır:  “Güllənin 
uçuş trayektoriyası atım bucağından asılı olaraq dəyişir. Atım buca-
ğı müxtəlif qiymətlər aldıqda müxtəlif trayektoriyalar alınır. Hər bir 
bucağa  isə  yalnız  bir  trayektoriya  uyğundur.  Demək,  trayektoriya 
atım bucağının funksiyasıdır. Güllənin uçuş uzaqlığı trayektoriyanın 
hündürlüyü ilə tərs mütənasib asılılıqdadır. Belə ki, trayektoriyanın 
hündürlüyü  artdıqca,  uçuş  uzaqlığı  azalır,  hündürlük  azaldıqda  isə 
uçuş  uzaqlığı  artır.  Əgər  uçuş  uzaqlığını  l  ilə,  trayektoriyanın 
hündürlüyünü  h  ilə  işarə  etsək,  onda  riyaziyyata  əsasən,
h
A
l

 
(A-sabit kəmiyyətdir) yazmaq mümkündür.” 
Sonra  hərbi  rəhbər  ev  tapşırığı  kimi  aşağıdakı  çalışmaları 
verərək məşğələni yekunlaşdırır: 
1.  Üfüqlə  L  =  60
0
  bucaq  təşkil  etmək  şərti  ilə  topdan  V


600km/saat  sürətlə  mərmi  atılmışdır.  Mərmi  atıldığı  yerdən  nə 
qədər  uzağa  düşəcəkdir?  O,  hansı  hündürlüyə  qalxacaqdır?  (Hava-
nın müqavimətini nəzərə almamalı). 
2.  Güllənin  hərəkət  trayektoriyasının  tənliyini  analitik  üsulla 
(y = g(x) şəklində) yazın. Tənliyin alınmasının riyazi qaydasını izah 
edin. 
3. Təyyarədən h = 500 m hündürlükdən atılmış bombanın hə-
rəkət  trayektoriyasını  çəkin.  (Bombanın  başlanğıc  sürəti  1200  km/ 
saatdır). Miqyası müstəqil seçin. 

 
230 
4.  Boyu 170 sm  olan  əsgər ayaq üstə dayanaraq üfüqi  istiqa-
mətdə  Kalaşnikov  avtomatından  atəş  açmışdır.  Güllə  hansı  məsa-
fədə yerə düşəcəkdir? 
Çalışmaların həllinə istiqamət vermək məqsədilə hərbi rəhbər 
8-ci  sinif fizika kursunun 135-140-cı  səhifələrindən istifadə  etməyi 
məsləhət görür. 
“Atəşin  əmələ  gəlməsi”  mövzusunun  şərhinə  hərbi  rəhbər 
müsahibə  yolu  ilə  başlaya  bilər.  Şagirdlərin  6-cı  sinif  fizika  kur-
sundan  öyrəndikləri  və  hazırda  hərbi  mövzunun  izahı  üçün  zəruri 
olan bir sıra anlayışları yada salmaq faydalıdır. Bu zaman müsahibə 
təxminən aşağıdakı kimi aparılır: 
-Təzyiq  nəyə  deyilir?  (Səthə  perpendikulyar  təsir  göstərən 
qüvvənin  bu  səthin  sahəsinə  bölünməsindən  alınan  kəmiyyətə 
təzyiq deyilir). Təzyiqi necə təyin etmək lazımdır? (Səthə perpendi-
kulyar təsir göstərən qüvvəni səthin sahəsinə bölmək lazımdır. Yə-
ni,  təzyiq  = qüvə:  sahə və  ya p=F:S. Burada p-təzyiq,  F-səthə  təsir 
edən qüvvə, S-isə səthin sahəsidir). Təzyiq vahidi olaraq nə götürü-
lür?  (1  m
2
  səthdə  1N  qüvvənin  təsiri  ilə  yaranan  təzyiq  götürülür. 
Bu vahid Paskal adlanır və 1Pa=1N/m
2
 yazılır). Təzyiq üçün prakti-
kada  digər  hansı  ölçü  vahidlərindən  istifadə  edirlər?  (hidropas-
kaldan  (hPa),  kilopaskaldan  (KPa)  və  mikropaskaldan  (MPa);         
1 hPa=100 Pa; 1 KPa=1000 Pa; 1MPa=10
-6
Pa). 
Tətik çəkildikdən sonra zərbə mexanizmi patronun kapsuluna 
dəyir, zərbədən kapsul qığılcım verir və barıt alışır. Patrona doldu-
rulmuş barıt ani bir müddətdə alışaraq  yanır və patronun daxilində 
çox  yüksək  təzyiqli  qaynar  qaz  əmələ  gətirir.  Yadda  saxlamaq 
lazımdır  ki,  atəş  vaxtı  patronun  daxilində  əmələ  gələn  250-500 
kqQ/sm
2
 təzyiqli qazın hesabına güllə patrondan ayrılır (1 kqQ/sm

= 0,1MPa). Güllə patrondan ayrılandan sonra da barıtın yanması və 
təzyiqin  artması  davam  edir.  Güllə  silahın  lüləsi  boyunca  2-4  sm 
hərəkət  etdikdə  təzyiq  maksimuma  -2800  kqQ/sm
2
-na  kimi  çatır. 
Güllənin lülə daxilində sonrakı hərəkəti nəticəsində qazın yerləşmə 
həcmi  genişləndiyinə  görə  təzyiq  qəflətən  aşağı  düşür  və  300-900 
kqQ/sm
2
-na enir. Bu zaman artıq güllə lülədən çıxır və hədəfə doğru 

 
231 
istiqamət  alır.  Bütün  sadaladığımız  bu  proses  ani  bir  müddətdə, 
0,001-0,06 saniyədə baş verir. 
Şərhin bu hissəsindən sonra hərbi rəhbər şagirdlərə aşağıdakı 
tipli sual və çalışmalar verə bilər: 
1.
 
1kqQ/sm
2
 nəyin ölçü vahididir? (Bu, təzyiqin ölçü vahidi-
dir və 1sm
2
 sahəyə 1kq-lıq qüvvənin təsir etdiyini göstərir). 
2.
 
1kqQ/sm
2
 neçə MPa-dır? Cavabı əsaslandırın. 
(1kqQ/ sm
2
 = 9,8 N : 10
-4
 m
2
 = 10
5
N/m
2
 = 10
5
Pa = 0,1 MPa). 
3.
 
Tətiyin  çəkilməsi  ilə  güllənin  atılması  nə  qədər  müddətə 
başa gəlir və burada hansı proseslər yaranır? (Şagirdin cavabı yuxa-
rıdakı mühakimələr əsasında qurulmalıdır). 
4.
 
Patronun  yanma  kamerasında  təzyiq  neçə  MPa  ola  bilər? 
(Güllə  patrondan  250-500  kqQ/sm
2
  təzyiqin  hesabına  ayrılır.           
1 kqQ/sm
2
 = 0,1 MPa. Onda, yanma kamerasında təzyiq 25-50 MPa 
olacaqdır). 
5. Güllə açılan zaman ən böyük təzyiq nə vaxt əmələ gəlir və 
onun maksimum qiyməti nə qədər ola bilir? (Güllə patrondan ayrı-
laraq  4-6  sm  yol  getdikdən  sonra  təzyiq  ən  böyük  qiymət  alır  və 
2800 kqQ/sm
2
 olur). 
Güllənin  başlanğıc  sürəti  və  silahın  geritəpmə  anlayışları  da 
bir sıra rəqəm və faktlarla aydınlaşdırılır. Bu faktlar və rəqəmlər isə 
fizika  kursunda  öyrədilən  bir  sıra  anlayışlarla  bilavasitə  bağlıdır. 
Ona görə də həmin fizika proseslərinə aid və bu proseslər əsasında 
şərh olunan hərbi anlayışları özündə saxlayan çalışmalardan istifadə 
etmək  məqsədə  müvafiqdir.  Belə  tip  çalışmalara  nümunə  olaraq 
aşağıdakıları göstərmək mümkümdür. Həmin çalışmalar verilən hər-
bi anlayışların nəzəri əsaslarını da özündə sazlayır. 
1.
 
Kalaşnikov avtomatından şaquli  istiqamətdə  yuxarı atılmış 
güllə hansı hündürlüyə qalxar? (havanın müqaviməti nəzərə alınmır). 
2.
 
Üfüqlə bucaq təşkil etmək şərti ilə atılmış güllənin hərəkə-
ti zamanı ona hansı qüvvələr təsir göstərir? 
3.
 
Kalaşnikov  avtomatında  güllənin  başlanğıc  enerjisini  he-
sablayın. 
4.
 
Kalaşnikov avtomatının geritəpmə enerjisi neçə couldur? 

 
232 
5.  Güllə  hansı  bucaq  altında  ən  uzaq  məsafəyə  düşəcəkdir? 
(havanın müqaviməti nəzərə alındığı və alınmadığı hallarda). 
Çalışmalar aşağıdakı mühakimələr əsasında həll oluna bilər. 
1.
 
Kalaşnikov  avtomatının  başlanğıc  sürətini  V
0
  ilə,  güllənin 
qalxacağı hündürlüyü isə h ilə işarə edək. Məlumdur ki, Kalaşnikov 
avtomatında  güllənin  başlanğıc  sürəti  715m/san-dir  (V
0
=715m/ 
san).  Hesablama  başlanğıcı  olaraq  güllənin  atıldığı  nöqtəni,  yəni 
lülənin  uc nöqtəsini qəbul  edək. Həmin nöqtədə güllənin  potensial 
enerjisi sıfra, kinetik enerjisi isə mV
0
2
/2-yə bərabərdir. m - güllənin 
kütləsidir. 
Deməli, güllənin tam enerjisi 
2
mV
2
mV
0
2
0
2
0


 bərabərdir. 
Yuxarı  atıldığı  h  hündürlükdəki  nöqtədə  güllənin  potensial 
enerjisi 
h
g
m

-a  bərabərdir.  Fizikada  tam  enerjinin  saxlanması 
qanununa görə 
2
mV
h
g
m
2
0



g
2
V
h
2
0



olduğundan  h  =  715

:(2∙9,8)  =  511225:19,6  =  26083  m  ≈  26  km 
alınır. 
2. Havada uçarkən gülləyə iki qüvvə – güllənin ağırlıq qüvvə-
si  və  havanın  müqavimət  qüvvəsi  təsir  edir.  Bunlar  isə  güllənin 
sürətini və istiqamətini dəyişir. 
3.  Güllənin  başlanğıc  enerjisini  hesablayarkən  fizikadan  öy-
rədilən  E  = 
2
mV
2

g
p
m

 düsturundan  istifadə  etmək  lazımdır. 
Burada  m  –  güllənin  kütləsi,  p-  güllənin  çəkisi,  g  -  sərbəst  düşmə 
təcilidir.  Əvvəlki  hərbi  dərslərdən  isə  məlumdur  ki,  Kalaşnikov 
avtomatı üçün V

= 715 m/san; P
güllə 
= 7,9q = 7,9∙10
-3
 kQ. 
Şərti olaraq g = 9,8 m/san
2
 = 10 m/san
2
 qəbul edək. Onda, 
kq;
10
7,9
10
7,9
10
10
7,9
g
p
m
4
-
4
-
-3







 

 
233 
c.
 
202
Nm
 
202
201,93
2
 
715
 
10
7,9
2
mV
E
2
-4
2
0







 
4.  Kalaşnikov  avtomatında  geritəpmə  enerjisi  19,6  çouldan 
çox ola bilməz. 
5.  Havanın  müqavimət  qüvvəsi  nəzərə  alındıqda  güllə  üfüqi 
istiqamətlə 35
0
-li, havanın müqaviməti nəzərə alınmadıqda isə 45
0
-
li bucaq altında ən uzaq məsafəyə düşür. 
Şagirdlərin  sinifdənxaric  müstəqil  işlərinin  təşkili  zamanı  isə 
hərbi rəhbər aşağıdakı tip çalışmalar sisteminə müraciət edir: 
1.  Kalaşnikov  əl  pulemyotundan  şaquli  istiqamətdə  yuxarı 
atılmış güllə hansı hündürlüyə qalxar? 
2. Üfüqlə 45
0
-li bucaq təşkil etmək şərti ilə Kalaşnikov avto-
matından  atılmış  güllənin  hərəkət  trayektoriyasını  qurmalı.  Baş-
lanğıc sürəti və koordinatların miqyaslarını ixtiyari götürmək olar. 
3.  Üfüqlə 

=60
0
  bucaq  təşkil  etmək  şərti  ilə  Kalaşnikov 
avtomatından  və  pulemyotundan  güllə  atılmışdır.  Güllə  atıldığı 
yerdən  nə  qədər  uzağa  düşəcəkdir?  O,  hansı  hündürlüyə  qalxacaq-
dır?  Ucuş  neçə  müddət  davam  edəcəkdir?  Havanın  müqavimətini 
nəzərə almamalı. 
4.  Üfüqlə 

 bucağı  təşkil  etməklə  atılan  avtomat  gülləsi  t 
saniyədən  sonra  trayektoriyanın  hansı  nöqtəsində  yerləşəcəkdir? 
Nöqtənin x və y koordinatlarını ümumi şəkildə ifadə edin. Havanın 
müqaviməti nəzərə alınmır. 
Çalışmaların  həllinə  istiqamət  olaraq  hərbi  rəhbər  qeyd  edə 
bilər ki, həll zamanı yuxarıdakı çalışmaların həlli üsullarına əsaslan-
maq  olar.  Növbəti  məşğələlərdə  həmin  tapşırıqlar  yoxlanılarkən 
hərbi  rəhbərlər  aşağıdakı  mühakimələri  çalışmaların  doğru  həlli 
kimi qəbul edə bilər: 
1.
 
Çalışmaların həlli zamanı Kalaşnikov avtomatından atılan 
güllənin  qalxdığı  hündürlüyü  hesabladığımız  düstura  əsaslanmaq 
lazımdır. Burada V
0
=745 m/san; 
m
 
27751
m/san
9,8
2
/san
m
745
g
2
V
h
2
2
2
2
2
0





 

 
234 
Qeyd  edirik  ki,  bu  halda  da  havanın  müqaviməti  nəzərə  alın-
mır. 
2.
 
Çalışmanın həlli zamanı 8-ci sinif fizika kursunun “Ağırlıq 
qüvvəsinin təsiri altında olan hərəkət: cismin başlanğıc surəti üfüqlə 
bucaq  təşkil  edir”  mövzusu  üzrə  fizika  biliklərindən  istifadə  edilir. 
Kalaşnikov  avtomatında  güllənin  başlanğıc  surəti  V

=  715m/san 
olduğundan  üfüqlə  bucaq  təşkil  etməklə  atılmış  cismin  hərəkət 
tənliyinə  əsasən  güllə  aşağıdakı  parametrik  şəklində  verilən  əyri 
boyunca uçacaqdır. 













2
 t
9,8
 t
2
715
2
gt
sinα

V
y
t
2
2
715
cosα

V
x
2
2
0
0
 
3. Fizika kursundan şagirdlərə məlumdur ki, üfüqlə 

 bucağı 
təşkil  etməklə  atılan  cismin  uçuş  məsafəsi 
g
sin2α
V
l
2
0

 düsturu  ilə 
hesablanır. 
g ≈ 10m/san
2
. Kalaşnikov avtomat və pulemyotu üçün isə V
0
 
başlanğıc sürəti uyğun olaraq 715 m/san və 745 m/san-dir. Onda 

 
=  60
0
  bucaq  altında  atılmış  avtomat  və  pulemyot  güllələri  uyğun 
olaraq 
m
10
3
28
10
sin120
745
l
m,
10
3
26
10
sin120
715
l
3
0
2
pulem
3
0
2
avtom






 
məsafələrə uçacaqdır. 
3.
 
Üfüqlə 

 bucağı  təşkil  etməklə  atılan  avtomat  gülləsi  t  = 
t
0
 saniyədən sonra trayektoriyanın A(x
0
; y
0
) nöqtəsində olacaqdır: 







2
gt
sinα
t
V
y
cosα
t
V
x
2
0
0
0
0
0
0
0
 

 
235 
Avtomatdan atəş açmaq priyomlarına aid növbəti məşğələlər-
dən sonra hərbi rəhbərlər şagirdlərin müstəqil nəzəri işlərinin təşkili 
məqsədilə aşağıdakı tip çalışmalara da müraciət edə bilərlər: 
1.
 
İnsanı sıradan çıxarmaq (öldürmək) üçün güllə hansı ener-
jiyə malik olmalıdır? (həmin enerji 78,5 couldan az olmamalıdır). 
2.
 
Nə  üçün  karabində  güllənin  başlanğıc  sürəti  (750  m/san) 
avtomatda  güllənin  başlanğıc  sürətindən  (715  m/san)  böyükdür? 
Qeyd  edek  ki,  patronlar  bir-birindən  az  fərqlənir.  (Karabində  lülə 
kanalının  uzunluğu  avtomatın  lüləsindən  uzundur.  Ona  görə  atəş 
zamanı  patronun  yanma  kamerasında  əmələ  gələn  yüksək  təzyiqli 
qaz karabində gülləyə nisbətən çox müddətə təsir edir. Bu təsirin də 
nəticəsində karabində güllənin başlanğıc sürəti böyük olur). 
3.
 
Kalaşnikov  avtomatından  atılan  güllə  1  km-də  dayanan 
düşmən  əsgərini  öldürə  bilərmi?  (Bəli,  çünki  bu  güllə  1500  m-lik 
məsafədə öz öldürücü təsirini saxlayır). 
4.
 
40  sm  qalınlığı  olan  taxta  maneənin  arxasında  gizlənərək 
avtomat  (və  yaxud  pulemyot)  gülləsində  tam  təhlükəsiz  müdafiə 
olunmaq mümkündürmü? (Bəli, məlumdur ki, 150 m-ə qədər məsa-
fədən atılan avtomat gülləsi taxta maneənin 30-40 sm-nə qədər gedə 
bilir.  Demək,  güllə  40  sm  qalınlıqlı  taxta  maneəni  keçə  bilmir, 
keçsə də artıq öz kinetik enerjisini əslində itirir). 
5.
 
Kazarmadan qərargaha qədər olan məsafə 450 metrdir. Əs-
gər adi yerişlə bu qədər məsafəni neçə dəqiqəyə qət edə bilər? (Adi 
yerişlə əsgərin hər addımının uzunluğu 70-80 sm-dir. Orta addımı-
nın uzunluğu isə (70+80):2 = 75 sm olacaqdır. Bir dəqiqədə əsgərin 
adi  yerişlə  addımlarının  orta  sayı  isə  (110+120):2  =115-dir.  Onda 
həmin  məsafəni  əsgər  adi  yerişlə  (450  m  :  75  sm)  :  115  =  (45000 
sm: 75 sm) : 115 = 5 dəqiqəyə gedəcəkdir. 
6.
 
Avtomatın  kütləsi  güllənin  kütləsindən  200  dəfə  böyük 
isə,  atəş  zamanı  çıxan  güllənin  (barıt  qazları  ilə  birlikdə)  kinetik 
enerjisi  ilə  avtomatın  kinetik  enerjisi  arasındakı  nisbəti  təyin  edin. 
Güllənin kütləsi m-dir. Onda avtomatın kütləsi 200 m olar. Enerjilər 
arasındakı nisbət isə 

 
236 
2
1
2
2
2
1
mV
pulem
avt
V
V
200
/2
mV
/2
200
W
W
2
2


 
olar. 
Gənclərin  çağırışaqədərki  hazırlığı  (İbtidai  hərbi  hazırlıq) 
məşğələlərində və bu fənn üzrə sinifdənxaric müstəqil-nəzəri işlərdə 
hərbi  məzmunlu  fizika  və  riyazi  çalışmalardan  daha  səmərəli 
istifadə  edilməsi  həm  müvafiq  hərbi  biliklərin  şagirdlər  tərəfindən 
daha  şüurlu,  dərindən  və  elmi-nəzəri  əsaslarla  mənimsədilməsinə, 
bu  biliklərin  dəqiq  elmlərin  köməyilə  araşdırılmasına,  ordumuza 
onun  texnikasından  baş  çıxara  bilən  savadlı  əsgərlərin  hazırlan-
masına xidmət göstərir, həm də məktəblilərin fizika və riyaziyyatın 
yeni  tətbiq  sahələrinə  dair  təsəvvürlərinin  genişləndirilməsində  bö-
yük rol oynayır. 
Gənclərin  çağırışaqədərki  hazırlığı  (İbtidai  hərbi  hazırlıq) 
məşğələlərini  ümumtəhsil fənləri üzrə  (o cümlədən, fizika, riyaziy-
yat,  coğrafiya,  əmək  təlimi  və  s.)  biliklərlə  qarşılıqlı  əlaqədə  qur-
duqda  şagirdlər  daha  yaradıcı  düşünməyi,  bu  əlaqələrə  əsaslanan 
elmi-nəzəri  və  bitkin  mühakimələr  yürütməyi,  özlərinin  hərbi  fikir 
və  mülahizələrini  riyazi  düsturlarla  (və  yaxud  fizika  qanunlarının 
köməyi ilə) aydınlaşdırmağı və əsaslandırmağı öyrənirlər. Bu proses 
məktəblilərin  təsəvvürünü,  diqqətini,  yaradıcı  təfəkkürünü,  elmi 
dünyagörüşünü  daha  da  inkişaf  etdirir  ki,  bunlar  da  “Təhsil  qanu-
nu”nun başlıca tələblərindəndir. 
 
Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin