FƏSİl I. HÜNDÜRLÜK. HÜNDÜRLÜYÜN ÖLÇÜLMƏ Üsullari 5 Hündürlüklərin təsnifatı 5



Yüklə 1,2 Mb.
səhifə1/10
tarix01.03.2020
ölçüsü1,2 Mb.
#30579
  1   2   3   4   5   6   7   8   9   10
referat 6338

Mündərİcat


GİRİŞ 3

FƏSİL I. HÜNDÜRLÜK. HÜNDÜRLÜYÜN ÖLÇÜLMƏ ÜSULLARI 5

1.1.Hündürlüklərin təsnifatı 5

1.2. Uçuş hündürlüyünün ölçülməsinin barometrik üsulu 7

1.3. Uçuş hündürlüyünün ölçülməsinin barometrik üsulu 10

1.4. Radiodalğaların yerin atmosferində yayılmasının xüsusiyyətlərinə əsaslanmış uçuşun həqiqi hündürlüyünün ölçmə üsulu 16

FƏSİL II. RADİOHÜNDÜRLÜKÖLÇƏNİN TƏYİNATI VƏ İŞ PRİNSİPİ 19

2.1. Radar siqnalının emalı 19

2.2. Fasiləsiz şüalanmalı (FŞ) RLS-ləri 19

2.3. Tezlik Modulyasiyalı fasiləsiz şüalanmalı radar 22

2.4. Airbus təyyarəsinin radiohündürlükölçəni 25

2.5. Radiohündürlükölçənin təsviri / iş prinsipi 26

2.6. Radiohündürlükölçənin istifadəçiləri 28

FƏSİL III. HESABAT HİSSƏSİ 29

3.1. İlkin verilənlərin təhlili 29

3.2. Proqramın alqoritminin qurulması 29

NƏTİCƏ 42

ƏDƏBİYYAT 43


GİRİŞ


Avionika aviasiya radioelektronikası olaraq təyyarədə uçuşun idarəedilməsi və təchizatı ilə bağlı elektron sistemini təkşil edir. Təyyarədə elektronika sistemləri avtomatlaşdırma, idarəetmə(nəzarət), və təhlükəsizlik üçün geniş istifadə edilir

Avionikanın aşağıdakı 3 müxtəlif bölməsi var:



  • Aircraft Instrument systems – Təyyarənin cihaz sistemləri

  • Aircraft Electrical Systems – Təyyarənin elektrik sistemi

  • Aircraft Communication and Navigation Systems – Təyyarənin radio rabitə və naviqasiya sistemi

Avionika sözü ilk dəfə 1950-ci illərin əvvəllərində ABŞda istifadə edildi və o vaxtdan geniş miqyasda istifadə edilir. 'Avionika sistemi' və ya 'avionikanın alt sistemi' termini təyyarədə elektronikadan asılı olan çox saylı sistemlərin işi üçün nəzərdə tutulur. Məsələn, Fly-by-wire idarə sistemi onun effektiv əməliyyatı üçün elektron rəqəmli kompüterlərdən asılıdır, ancaq sistemdə həmçinin başqa bərabər şəkildə mühüm elementlər var. Bunlara Inersial hesablama sisteminin vacib elementləri olan giroskoplar və akselerometrlər daxildir ki, bununla da təyyarənin düzxəttli hərəkətini, fırlanma bucağını və hava verilənləri sistemindən istifadə etməklə isə hündürlüyü həqiqi hava sürətini və təsir dairəsini hesablamaq olur. Həmçinin pilotun nəzarət şturvalı və sükan datçikləri və elektrohidravlik gücləndiriciləri vasitəsi ilə idarə etmə səthlərinin bucaq vəziyyətlərini tənzimləmək olur. Avionika sənayesi bütün dünyada əsas milyardlarla dollarlıq sənayedir və avionika təchizatı müasir hərbi qüvvələrində (hərbçilərdə) və ya mülki təyyarələrində təyyarənin ümumi dəyərinin 30%i təşkil edir. Nəticə olaraq isə müasir hava gəmilərində Avionika sistemləri ekipaj üzvlərinin işini yüngülləşdirməklə, təyyarənin kütləsinin azalmasına gətirib çıxartdı və bununla bərabər uçuşun təhlükəsizliyini artırdı. Hal-hazırda ekipaj heyəti dedikdə komandir və ikinci pilot nəzərdə (bort mühəndisin işinə olan tələb ödəndi) tutulmaqdadır. Bu sistem əlavə naviqasiya məlumatlarının da (xəritələrin) daşınmasına olan tələbi ödədi, sistemlərin avtomatlaşmasına, cihaz lövhəsində əlavə cihazların sayını azalmasına səbəb oldu.

FƏSİL I. HÜNDÜRLÜK. HÜNDÜRLÜYÜN ÖLÇÜLMƏ ÜSULLARI


Hesablama başlanğıcı kimi qəbul edilmiş müəyyən səviyyədən uçan aparata qədər olan şaquli məsafəyə-uçuş hündürlüyü (h) deyilir. Hündürlük ən vacib naviqasiya elementlərindən biridir. Uçuş hündürlüyünü bilmək, uçuşun verulmiş profilini saxlamaq və uçuşun təhlükəsizliyini təmin edən məsələləri həll etmək üçündür.Hündürlüyü cihazların - hündürlük ölçənlərin köməyi ilə ölçürlər.

Uçuş hündürlüyünü müxtəlif üsullar ilə ölçürlər.

Əsas üsullar - radiotexniki və barometrik üsullardır.

Barometrik üsul - hündürlük artdıqca atmosfer təzyiqinin dəyişməsinin ölçülməsinə əsaslanır. Uçuş hündürlüyündə atmosfer təzyiqini aneroidin köməyi ilə ölçürlər. Belə cihaz barometrik hündürlükölçən adlanır. Onun quruluşu çox sadədir və istifadəsi də rahatdır. Çatışmayan cəhəti ondadır ki, yer səthi yaxınlığında havanın təzyiqinin və temperaturunun dəyişməsindən asılı olaraq, göstəricilər hər zaman dəqiq olmur. Bu hündürlük – ölçənlərin səhvlərini nəzərə almağı tələb edir.

Radiotexniki üsul - radiodalğaların yayılma qanununun istifadəsinə əsaslanır. Radiodalğalar sabit sürətlə yayılaraq, müxtəlif səthlərdən əks olunurlar. Radiodalğaların bu xassələrindən istifadə edərək, uçuşun həqiqi hündürlüyü təyin edilir.

Adətən barometrik hündürlükölçənlərdən və radiohündürlükölçənlərdən kompleks şəkildə istifadə olunur.

Barometrik hündürlükölçəndən uçuşun verilmiş hündürlüyünü (eşelonu) saxlamaq üçün istifadə olunur.

Radiohündürlükölçən – həqiqi hündürlüyə nəzarət etmək üçün istifadə olunur.

1.1.Hündürlüklərin təsnifatı


Hesablama başlanğıclarının yerləşdiyisəviyyədən asılı olaraq, aviasiyada aşağıdakı hündürlüklər qəbul edilmişdir.

    • Həqiqi hündürlük – Birbaşa təyyarənin (helikopterin) altında yerləşən nöqtədən yer səthinə qədər olan şaquli məsafəyə uçuşun həqiqi hündürlüyü deyilir. Üfüqi uçuşda həqiqi hündürlük yerin relyefinə uyğun olaraq dəyişir. Onu bilmək uçuşun təhlükəsizliyini təmin etmək üçün vacibdir. Həqiqi hündürlük radiohündürlükölçənlə ölçülür( RV-3, RV-5, RV-UM və s.).

    • Mütləq hündürlük – Mütləq hündürlük Baltik dənizinin səviyyəsinə nəzərən ölçülən hündürlüyə deyilir. O, yerin relyefindən asılı deyil və üfüqi uçuşda sabit qalır.

    • Barometrik hündürlük – Barometrik hündürlükölçənin şkalasına qoyulmuş atmosfer təzyiqinin izobarik səthinə nəzərən ölçülən hündürlüyə barometrik hündürlük deyilir.

Uçuş qaydalarına uyğun olaraq barometrik hündürlükölçənin təzyiq şkalasında aşağıdakı təzyiqlərdən birinin qoyulması qəbul edilmişdir.

  • aerodromun atmosfer təzyiqi (Paer)

  • uçuş marşrutu boyunca dəniz səviyyəsinə gətirilmiş minimal atmosfer təzyiqi (Pgət.min)

  • standart atmosfer təzyiqi (P=760mm с st)

Nisbi hündürlük-aerodromdakı təzyiqin səviyyəsinə nəzərən ölçülən hündürlükdür.Uçma-enmə zonalarında aerodrom düzbucaqlı marşrutu ilə uçuşlarda istifadə olunur.

Əgər hündürlük uçuş marşrutu boyunca minimal təzyiqə nəzərən ölçülürsə, bu hündürlüyə gətirilmiş hündürlük (Hgət) deyilir. Aşağı eşalonlardan aşağı hündürlüklərdə uçuş yerinə yetirəndə istifadə olunur.

  1. Ötürücü antenna

  2. Qəbuledici antenna

  3. Əksetdirici səth

Şərti barometrik hündürlük (H=760) - standart atmosfer təzyiqi səviyyəsindən təyyarəyə (helikopterə) qədər olan məsafədir. Gözləmə zonasında və hava traslarında uçarkən verilmiş eşelonu saxlamaq üçün istifadə olunur. Bu hündürlüyə həm də eşalon hündürlüyü deyirlər.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin