AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə15/21
tarix09.02.2017
ölçüsü2,91 Mb.
#7872
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

IV FƏSĠL 
 
FĠZĠKA VƏ RĠYAZĠ MƏZMUNLU  
HƏRBĠ ÇALIġMALARIN TƏRTĠBĠ VƏ ONLARDAN 
GƏNCLƏRĠN ÇAĞIRIġAQƏDƏRKĠ HAZIRLIĞI (ĠBTĠDAĠ 
HƏRBĠ HAZIRLIQ) MƏġĞƏLƏLƏRĠNDƏ ĠSTĠFADƏ 
 
 
4.1. “Əsgərin döyüşdə davranış qaydaları” (“Taktiki hazırlıq”) 
bölməsinin tədrisində fizika, riyazi və coğrafi məzmunlu hərbi 
çalışmalardan istifadə 
 
      a) ÇalıĢmalardan istifadənin ümumi metodikası 
Fizika,  riyazi  və  coğrafi  məzmunlu  hərbi  çalışmalardan  istifa-
dənin praktikada vəziyyətini öyrənərkən məlum olur ki, fənnin “Əs-
gərin  döyüşdə  davranış  qaydaları”  (“Taktiki  hazırlıq”)  bölməsində 
belə  çalışmalara  əhəmiyyət  verilmir.  Bu  sahədə  qismən  də  mövcud 
olan  imkanlardan  istifadə  edilmir.  Bunun  ən  başlıca  səbəbi  tədris 
mövzularına uyğun fizika, riyazi, coğrafi və s. məzmunlu hərbi çalış-
malar  sisteminin  hazırlanmamasından,  onlardan  istifadə  metodi-
kasının işlənməməsindən, hərbi rəhbərlərin gənclərin çağırışaqədərki 
hazırlığı (ibtidai hərbi hazırlıq) fənninin yüksək səviyyədə keçmələri 
məqsədilə ümumtəhsil fənləri üzrə zəruri bilik və bacarıqlara yiyələn-
məməsindən  və  s.  ibarətdir.  Bütün  bunlar  nəzərə  alınaraq,  tədqiqat 
işində “Əsgərin döyüşdə davranış qaydaları” (“Taktiki hazırlıq”) böl-
məsinin  məzmununa  uyğun  fizika,  riyazi  və  coğrafi  çalışmalar  sis-
temini  tərtib  etdik.  Çalışmalar  sisteminin  məzmunu  müəyyən  bir 
ardıcıllığa  tabedir.  Hər  bir  çalışmanın  məzmunu  gənclərin  çağırışa-
qədərki hazırlığı (ibtidai hərbi hazırlıq) fənnində tədris edilən uyğun 
mətnin  məzmunu  ilə  üzvi  şəkildə  əlaqələndirilib.  Tədris  materialına 
daxil olmayan fakt və döyüş göstəriciləri çalışmaların da məzmunun-
da  öz  əksini  tapmamışdır.  Həmçinin  fizika,  riyaziyyat,  coğrafiya, 
rəsmxət  və  s.  fənlərlə  bağlı  olan  hərbi  anlayışların  heç  biri  çalışma-
ların tərtibi zamanı kənarda saxlanılmayıb. 

 
196 
Ümumtəhsil  fənləri  üzrə  biliklərin  məzmununa  uyğun  hərbi 
çalışmalar  hazırlandıqdan  sonra  eyni  zamanda  onların  həlli  və  tə-
limdə istifadə metodikası işlənilmişdir. Çalışmalar sistemi və onlar-
dan  istifadə  metodikası  eksperimental  siniflərin  hərbi  rəhbərlərinə 
verilmişdir.  “Əsgərin  döyüşdə  davranış  qaydaları”  (“Taktiki  hazır-
lıq”)  bölməsinin  tədrisində  bu  metodikadan  istifadə  “Əsgərin  dö-
yüşdə hərəkəti” (§4.2.), “Hücumda və müdafiədə əsgərin hərəkəti” 
(§4.3. və §4.4.) mövzuları üzrə materialların izahı ilə başlandı. Məş-
ğələnin  gedişində  belə  bir  çalışma  yerinə  yetirildi:  “Düşmən  2000 
əsgərlə hücuma keçmişdir. O, hücum zamanı canlı qüvvəsinin 50%-
ni itirdi. Qoşunlarımızın mövqeyinə 100 m qalmış əsgərlərimiz əks 
hücuma  keçdi  və  düşmənin  30%  əsgərini  məhv  etdi,  qalanını  isə 
əsir götürdü. Neçə düşmən əsgəri əsir alınmışdır?” 
Çalışmanın həllində əvvəlcə şərtlər və axtarılan məchul müəy-
yənləşdirildi: 
Hücumda məhv edildi – 50% 
Müdafiədə məhv edildi – 30% 
Düşmən əsgərlərinin sayı – 2000 nəfər 
Əsir alındı – x nəfər 
Sonra  çalışma  aşağıdakı  mühakimələrlə  həll  olunur.  Düşmən 
əsgərlərinin  50+30=80%-i  məhv  edilib,  qalanı  isə  əsir  götürülüb. 
Yəni, 100-80 = 20%-i əsir alınıb. Demək, 
 
2000 – – –100 
    
 
       x – – –20
 
 
Tənasübü quraq: 
100
20
2000
x


 
400
100
20
2000
x



 
Düşmənin 400 əsgəri əsir alınıb. 
Sonra  hərbi  rəhbər  aşağıdakı  çalışmalardan  birini  də  analoji 
qaydada sinifdə həll etdirərək digər riyazi məzmunlu çalışmaları ev 
tapşırığı kimi verir: 
1.
 
Motorlaşdırılmış piyada bölmələrin döyüş imkanlarını deyin. 

 
197 
2.
 
Hücuma  keçən  4  piyada  qoşun  manqasında  əsgərlərin 
65%-i məhv edilmiş, qalanı isə əsir alınmışdır. Hər manqada 9 əsgə-
rin (manqa komandiri ilə birlikdə) olduğunu nəzərə alaraq, düşmən 
əsgərlərindən neçəsinin məhv edildiyini və əsir alındığını tapın. 
3.
 
Müdafiə  zamanı  hücuma  keçən  düşmənin  5  tankı  və  92 
əsgəri, əks hücum zamanı isə 3 tankı və 28 əsgəri məhv edildi. Bun-
lar düşmənin ümumi qüvvəsinin 32%-ni təşkil edirdi. Düşmən neçə 
tank və əsgərlə hücuma keçirdi? 
4.
 
Piyadaların zəncirvari hücumu zamanı 12 əsgər 600 m mə-
safə  qət  etmişdir.  Hücum  zamanı  əsgərlər  arasındakı  interval  hərbi 
dərsdə  öyrəndiyimiz məsafələrə  uyğundur.  Hücum  nə qədər sahəni 
əhatə etmişdir? 
“Manqanın  sıraları”nı  (§  3.6.)  aydınlaşdırarkən  isə  aşağıdakı 
kimi çalışmalar sistemindən istifadə olunur: 
1.
 
Şəxsi heyəti aşağıdakı koordinatlarla verilmiş bölmə hansı 
formada (yeriş və  ya döyüş) dayanmışdır:  K(1;3), P(0;2), BA(2;2), 
SN(0;1), A(2;1), AQ(0;0), QK(2;0), A(0;-1), S(2;-1). 
2.
 
Piyadaların döyüş maşınları ilə hücumu koordinat müstəvi-
sində  verilmişdir.  Hücum  ordinat  oxu  boyuncadır.  Hücuma  başla-
yan anda A və B maşınlarının vəziyyəti aşağıdakı koordinatlara uy-
ğundur:  A(8,4;  4,5),  B(5,9;  -5,2).  Hücum  zamanı  döyüş  maşınları 
arasındakı  məsafə  nə  qədərdir?  1,2  km  hücumdan  sonra  döyüş 
maşınlarının koordinatları necədir? (miqyası 1:1000 qəbul etməli). 
3.
 
Motorlaşdırılmış  piyada  qoşun  bölməsi  125  m  məsafədə 
düşmənin qabağını saxlayırdı. Müdafiənin dərinliyi isə onun uzun-
luğunun  1,6  hissəsinə  bərabərdir.  Müdafiənin  dərinliyini  metrlərlə 
göstərin və müdafiə zonasının sahəsini tapın. 
4.
 
Topdan  atılan  mərmi  düşmən  tankına  dəyəndən  5  saniyə 
sonra  partlayışın  səsi  eşidildi.  Səsin  havada  yayılma  sürətinin  332 
m/san. olduğunu bilərək düşmən tanklarının hansı məsafədə yerləş-
diyini tapın. 
Hərbi  rəhbər  əvvəlcə  motorlaşdırılmış  piyada  bölmələrin  dö-
yüşdə  və  yerişdə  düzülüş  qaydalarını  müvafiq  plakatlardan  istifadə 
edərək  aydınlaşdırır.  O,  yerişdə  düzülüş  qaydasının  sıra  və  cərgə; 

 
198 
hücum  zamanı  isə  düzülüş  qaydasının  zəncirvari  formada  olduğunu 
aydınlaşdırdıqdan sonra aşağıdakı müsahibəni aparır: Nöqtənin koor-
dinatları  nəyə  deyilir?  (Müstəvidəki  istənilən  nöqtəyə  koordinat 
oxları  üzərində  uyğun  gələn  bir  cüt  ədədə  həmin  nöqtənin  koor-
dinatları deyilir). Müstəvidə nöqtənin koordinatları hansı ədədlər ola 
bilər?  (Bütün  həqiqi  ədədlər  çoxluğu).  Koordinatlarına  görə  nöqtəni 
necə  qurmaq  olar?  (Həmin  ədədləri  koordinat  oxları  üzərində  qeyd 
edirik, sonra onlardan oxlara paralel düz xətlər keçiririk, düz xətlərin 
kəsişmə nöqtəsi koordinatları həmin ədədlər olan nöqtədir). 
İndi gəlin belə bir çalışmanı həll edək, – deyərək hərbi rəhbər 
1-ci  çalışmanı  oxuyur  və  onun  həllinə  başlayır.  Əvvəlcə  koordinat 
müstəvisi çəkilir və şagirdlərdən hərəsi  müvafiq  nöqtələrdən birini 
qurur.  Nəticədə  qrafikdən  görünür  ki,  düzülüş  dəstə  ilə  iki  cərgə 
yeriş formasındadır. 
Sonra  hərbi  rəhbər  döyüşdə  düzülüş  formasını  izah  edərək 
göstərir  ki,  PDM-lərin  (piyadaların  döyüş  maşınlarının)  iştirakı  ilə 
hücum  zamanı  əsgərlər  arasındakı  intervallar  6-8  m  (8-12  addım) 
olmalıdır.  Əgər  hücumda  9  nəfər  iştirak  edirsə,  onda  hücumun 
uzunluğu  63  m-ə  qədər  olur.  PDM  və  ZTR-lərin  (zirehli  transpor-
tyorların)  arasındakı  məsafə  isə  100  m-ə  qədər  olmalıdır.  Əsas  və 
ehtiyat mövqeləri olmaqla piyada bölmələr 100 m-ə qədər uzunluq-
da  müdafiə  zonası  yarada  bilir.  Müdafiədə  PDM  (ZTR)-dən  atəş 
açarkən onlar manqanın mövqeyindən 50 m arxada yerləşməlidir. 
Bu  biliklərin  şərhindən  sonra  hərbi  rəhbər  2-ci  çalışmanın 
həllinə  hazırlıq  məqsədilə  aşağıdakı  müsahibəni  aparır:  –  Siz  iki 
nöqtə arasındakı məsafənin hansı düsturla hesablandığını riyaziyyat 
kursundan bilirsiniz: 
  
2
1
2
2
1
2
)
y
(y
)
x
(x
xy




 
Burada  x
1
,  y
1
,  x
2
,  y
2
,  uyğun  olaraq  A  (x
1
,  y
1
)  və  B  (x
2
,  y
2

nöqtələrinin  koordinatlarıdır.  Miqyasa  görə,  həqiqi  məsafəni  necə 
tapmaq lazımdır? (Koordinatlarda verilmiş ədədi miqyasın böyük rə-
qəminə  vurmaq,  sonra  ölçü  vahidini  yuvarlaqlaşdırmaq  lazımdır). 
Oxlara  nəzərən,  paralel  köçürmədə  koordinatlar  necə  dəyişir?  (Əgər 
ordinat oxu boyunca paralel köçürmə gedirsə, nöqtələrin absisləri sa-

 
199 
bit qalır, ordinatları isə köçürmə əmsalı qədər dəyişir. Əgər absis oxu 
boyunca paralel köçürmə gedirsə, onda əməliyyat əksinə olacaqdır). 
Daha sonra hərbi rəhbər 2-ci çalışmanı oxuyur, onun həllini şa-
girdlərə tapşırır. Hərbi rəhbərin özü isə partalararası gəzinərək mək-
təblilərin  fəaliyyətinə  nəzarət  edir,  lazım  gəldikdə  onlara  istiqamət 
verir. Nəticə etibarilə o, çalışmanın düzgün həllini belə qəbul edir: 
Verilir:   A (x
1
, y
1
) = A (8,4; 4,5) 
B (x
2
, y
2
) = B (5,9; -5,2) 
?,


 
,
?
AB

 A
1
=?, B
1
=? 

 







2
A
B
2
A
B
y
y
x
x
AB
d
 


2
2
)
5
,
4
2
,
5
(
4
,
8
9
,
5





34
,
100

10sm

 
Miqyas  vahidi 1:1000  olduğundan PDM-lərin arasındakı  mə-
safə 10∙1000 sm = 100 m-dir. 
1,2 km = 1,2∙10
5
sm 
Bu məsafə koordinatlar oxunun 1,2∙10

: 10

= 1,2∙10
2
 = 120 
bölgüsünə uyğundur. Deməli, 
A

= A

(8,4; 4,5+120) = A

(8,4; 124,5) 
B
1
 = B
1
 (5,9; -5,2+120) = B
1
 (8,4; 114,8) 
Digər çalışmaların isə ev tapşırığı kimi verilməsi məsləhətdir. 
“Tanklar və zirehli maşınlarla mübarizə üsulları” nın öyrədil-
məsi  zamanı  tankların  və  zirehli  maşınların  zəif  yerlərini,  onlarla 
mübarizə üsullarını şagirdlərə çatdırdıqdan sonra hərbi rəhbər aşağı-
dakı  suallarla  sinfə  müraciət  edir:  “Rusiyanın  tank  əleyhinə  raket 
kompleksi  ondan  1300  metr  məsafədə  olan  düşmən  tankını  məhv 
edə  bilərmi?  (Bəli,  çünki  həmin  raketlər  düşmənin  1000-  1500m 
məsafədə  yerləşən istənilən müasir tankını  deşir). PDM-in  top  gül-
ləsi və tankvuran əl qranatomyotu hansı məsafələrdə düşmən tankı-
nı və zirehli transportyorunu məhv edər? (PDM-in top gülləsi 1300 
metrə qədər, tankvuran əl qranatomyotu isə 100-300 m məsafələrdə 
düşmənin istənilən tankını və zirehli maşınını deşə bilər)”. 
Sonra  belə  bir  çalışmanın  həllinə  keçilir:  Almaniyanın  “Leo-
pard”  IAZ  tankı  ən  böyük  (65  km/saat)  sürətlə  irəliləyirdi.  Xən-
dəkdə gizlədilmiş tankvuran raket kompleksindəki müşahidə cihaz-

 
200 
larının köməyilə müəyyən edildi ki, həmin anda tankdan kompleksə 
qədər  olan  məsafə  6000m-dir.  Kompleksin  daha  səmərəli  atəş 
məsafəsinin 1000-1500m olduğunu bilərək, tankın nə vaxt səmərəli 
atəş zonasına daxil olacağını tapın. 
Əvvəlcə  tankın  neçə  km-dən  sonra  səmərəli  atəş  zonasına 
daxil olacağı tapılır: 6000 – 1500 = 4500 m. “Leopard”  IAZ tankı 
isə  65  km/saat  sürətlə  irəliləyir.  Onda  t  =  4500  m  :  65km/saat  = 
4,5km  :  65km/saat  =  4,2  ≈  5dəq  (maneələri  nəzərə  almaqla).  De-
mək, tank 5 dəqiqədən sonra tankvuran raket kompleksi üçün ən əl-
verişli atəş zonasına daxil olacaqdır. 
Müstəqil həll etmək üçün şagirdlərə aşağıdakı çalışmalar verilir: 
1.  Avtomatdan  (yaxud  pulemyotdan)  atılan  güllələrin  3%-i 
tankın  müşahidə  cihazını  sıradan  çıxararaq  onu  “kor”  vəziyyətinə 
sala  bilər.  Avtomatın  güllə  ehtiyatını  nəzərə  alaraq,  neçə  güllənin 
hədəfə dəyə biləcəyi ehtimalını tapın. 
2.  Düşmən  tankı  saatda  60  km  sürətlə  irəliləyirdi.  Xəndəkdə 
gizlədilmiş TƏRK (tank əleyhinə raket kompleksi) kompleksindəki 
müşahidə  cihazlarının  köməyilə  müəyyən  olundu  ki,  həmin  anda 
tank  TƏRK-dən  6500  m  məsafədədir.  Kompleksin  daha  səmərəli 
atəş  məsafəsinin  1000-1500  m  olduğunu  bilərək,  tankın  nə  vaxt 
səmərəli atəş zonasına daxil olacağını tapın. 
3.  Piyadaların  döyüş  maşınının  (PDM)  topu  və  tankvuran  əl 
qranatomyotu hansı məsafələrdə düşmən tankını və zirehli transpor-
tyorunu məhv edə bilər? 
“Havadan  hücum  vasitələrinə  qarşı  mübarizə”  üsullarının 
öyrədilməsi prosesində isə hərbi rəhbər əvvəlcə təyyarələrlə əməliy-
yat taktikası və döyüş xüsusiyyətləri haqqında şifahi məlumat verir. 
Bu  zaman  Rusiyanın,  ABŞ-ın,  Almaniyanın,  Fransanın  və  Böyük 
Britaniyanın  müasir  təyyarələrinin  və  vertolyotlarının  əsas  döyüş 
xüsusiyyətlərini göstərmək lazımdır. Bunu nəzərə alaraq, hərbi rəh-
bər  qeyd  edə  bilər  ki,  ABŞ-ın  F-4E  “Fantom-2”  təyyarəsi  2  nəfər 
şəxsi  heyətdən  ibarətdir.  Bu  təyyarənin  havada  maksimum  sürəti 
2300 km/saat, yerdəki ən böyük sürəti isə 1400 km/saat-dır; bir də-
fəyə 4000 km məsafə uça bilir, 18000 m hündürlüyə qalxır, 7250 kq 

 
201 
bomba,  18  idarə  olunan  və  285  idarə  olunmayan  aviasiya  raketi 
götürür. 1 ədəd 20 mm kalibrlik aviasiya topu vardır. Təyyarə yük-
sək  manevr  etmə  və  müxtəlif  variantlarda  əməliyyatlar  aparmaq 
qabiliyyətinə malikdir. Hərbi rəhbər analoji qaydada ABŞ-ın F-IIIE 
təyyarəsi  və  AH-IG  “Xyu  Kobra”  vertolyotu,  Böyük  Britaniyanın 
“Xarrier”  GP-3  təyyarəsi  və  WG-13  “Links”  vertolyotu,  Alma-
niyanın B
0
 – 105P vertolyotu və s. haqqında məlumatlar verdikdən 
sonra,  onların  tanınma  nişanlarını  və  əməliyyat  xüsusiyyətlərini 
aydınlaşdırır, sonra isə belə bir çalışmanın həllinə başlayır: 
“Böyük Britaniyanın “Yaquar” qırıcı təyyarəsi x – y + 4 = 0 
düz  xətti  boyunca  yerdəki  hədəfə  doğru  şığıyırdı.  Lokatorların 
köməyilə  müəyyənləşdirildi  və  təyyarə  6x  +  y  –  18  =  0  düz  xətti 
boyunca atılan zenit topunun gülləsi ilə məhv edildi. Təyyarə hansı 
hündürlükdə vurulmuşdur? (Miqyas 1: 10000 sm-dir)” 
Çalışmanın  həllində  hərbi  rəhbər  əvvəlcə  şagirdlərə  təyyarə-
nin vurulma nöqtəsinin koordinatlarını tapdırır. Bunun üçün sistem 
tənlik qurulur: 









0
18
y
6x
0
4
y
x
 
Tənlik cəbri toplama üsulu ilə həll edilir: 










0
18
y
6x
0
4
y
x
 
x + 6x + 4 – 18 = 0; 7x = 14; x = 2. 
y = x + 4 = 2 + 4 = 6; y = 6. 
Demək,  təyyarə  koordinat  müstəvisindəki  B(2;6)  nöqtəsində 
vurulmuşdur.  Bu  nöqtənin  ordinatı  isə  təyyarənin  vurulma  hündür-
lüyünü göstərir. Miqyasın köməyilə həmin hündürlük tapılır: 
h = 10000y = 10000∙6 = 60000 = 600m. 
Demək,  “Yaquar” təyyarəsi  zenit topu  ilə  600m  hündürlükdə 
vurulmuşdur. 
Çalışmanın  həllindən  sonra  hərbi  rəhbər  məlumat  verir  ki, 
müasir döyüşlərdə qalib  gəlmək üçün belə çalışmaların həllini bil-
mək Hava Hücumundan Müdafiə Qoşunlarımızın əsgərləri üçün ən 

 
202 
vacib şərtdir. Sonra o, aşağıdakı çalışmaları evdə həll etməyi şagird-
lərə tapşırır: 
1.  A(-6;4),  B(-2;3),  C(0;8),  D(4;7),  E(6;0),  F(4;-3),  K(-6;-3) 
nöqtələrini  koordinat  müstəvisində  qurun  və  onları  düz  xətt 
parçaları ilə birləşdirin. Mərkəzləri T(-3;0) nöqtəsində və radiusları 
1;  1,5;  2  sm  olan  üç  konsentrik  çevrə  çəkin.  Alınan  fiqur  hansı 
ölkənin təyyarələrinin tanınma nişanıdır? 
2.  Qabaqlama  məsafəsi  2  km  olmaqla  2000  km/saat  sürətlə 
uçan ABŞ təyyarəsi bir idərəolunan aviasiya raketi vasitəsilə vurul-
muşdur.  Raketin  sürəti  12000  km/saat  olarsa,  təyyarə  hansı  hün-
dürlükdən uçurmuş? 
3.  Havadan  hücum  vasitələrinə  atəş  açan  zaman  qabaqlama 
məsafəsinin nə üçün S=V
h
t
s
 düsturu ilə müəyyən edildiyini əsaslan-
dırın. Burada V
h
 – hərəkət edən hədəfin sürəti (m/san), t
s
 – güllənin 
hədəfə qədər olan uçuş müddətidir (san). 
4. Nə  üçün uzaqlığı  500 m-ə  qədər olan qırıcı  təyyarəyə  atəş 
açarkən qabaqlama məsafəsi 60-80 m olmalıdır? 
Növbəti məşğələdə ev tapşırıqlarının yoxlanması məsləhətdir. 
Bu zaman aşağıdakı həll üsullarını çalışmaların düzgün yerinə yeti-
rilməsi kimi qəbul etmək mümkündür: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 25









-
3
 
 
• 
• 
• 
• 
• 
-3 

 
203 
1.  Qrafikdən  aydın  görünür  ki,  bu  siluetlər  Böyük  Britani-
yanın və Fransanın qırıcı-bombardmançı təyyarələrinin tanınma ni-
şanlarıdır. 
2.  
 
        V

= 2000 km/saat 
S

= 2 km 
V
r
 = 12000 km/saat 
S
r
 = ? 
t
t
r
r
V
S
V
S

 
12km
V
S
V
S
t
t
r
r


 
3. Avtomatdan atılan güllə t
s
 saniyədən sonra nəzərdə tutulan 
nöqtəyə  çatır.  Bu  müddət  ərzində  təyyarə  də  həmin  nöqtədə 
olmalıdır.  Təyyarənin  sürəti  V
h
  olduğundan  təyyarə  hədəf  nöqtə-
sindən S = V
h
t

məsafədə olarkən atəş açmaq lazımdır ki, həm güllə, 
həm də təyyarə eyni bir t
s
 müddətinə həmin nöqtəyə çatsınlar. İsti-
fadə etdiyimiz S = Vt düsturu isə sürətin, yolun və zamanın asılılıq 
düsturudur. 
4. Çünki təyyarə 60-80m məsafəni keçmə müddətində güllələr 
də 500m məsafəni keçəcək və onlar nəzərdə tutulan nöqtədə toqqu-
şacaqlar. 
Ümumiyyətlə,  taktiki  hazırlıq  məşğələlərində  çalışmalardan 
bu  qaydada  istifadə  etdikdə  şagirdlər  tayyarələrin  tanınma  nişan-
larının  tərkib  hissələrini,  onların  hansı  həndəsi  fiqurlardan  ibarət 
olduğunu  və  koordinat  müstəvisi  üzərinə  köçürülməsini,  həmçinin 
digər xarici ölkələrin tanınma nişanlarını, hərbi işlərdə riyazi hesab-
lamaların  yeni  tətbiq  imkanlarını,  aviasiya  və  hava  hücumundan 
müdafiə  vasitələrindəki  ilkin  riyazi  hesablamaları  və  s.  daha  də-
rindən və şüurlu şəkildə mənimsəyirlər. 
 
b)  “Taktiki  hazırlıq”  məĢğələlərinə  aid  fizika  və  riyazi 
məzmunlu hərbi çalıĢma nümunələri 
1.  Motorlaşdırılmış  piyada  bölmələrin  (MPB)  döyüş  imkan-
larını deyin. 
2.  MPB-nin  yeriş  və  döyüş  qaydasını  (formasını)  qrafların 
köməyilə göstərin. 

 
204 
3.  Aşağıdakı  koordinatlarla  verilmiş  bölmə  hansı  formada 
(yeriş və ya döyüş) dayanmışdır: K(1;3), P(0;2), BA(2;2), SN(0;1), 
A(2;1), AQ(0;0), QK(2,0), A(0;-1), S(2;-1)? 
4.  a)  Hücuma  keçən  4  düşmən  manqasında  (bölməsində) 
əsgərlərin 65%-i məhv edilmiş, qalanı isə əsir alınmışdır. Hər manqa-
da  9  əsgərin  (komandirlə  birlikdə)  olduğunu  nəzərə  alaraq,  düşmən 
əsgərlərindən neçəsinin məhv edildiyini və əsir alındığını tapın. 
b) Düşmən 2000 əsgərlə hücuma keçmişdir. O, hücum zamanı 
canlı qüvvəsinin 50%-ni itirdi. Qoşunlarımızın mövqeyinə 100m qal-
mış əsgərlərimiz əks hücuma keçdi və düşmənin daha 30% əsgərini 
məhv etdi və qalanını əsir aldı. Neçə düşmən əsgəri əsir alınmışdır? 
5. Batalyonun hücumu zamanı düşmənin 3 tankı və 28 əsgəri, 
müdafiəyə  keçdikdən  sonra  isə  5  tankı  və  92  əsgəri  məhv  edildi. 
Bunlar  düşmənin  ümumi  qüvvəsinin  32%-ni  təşkil  edirdi.  Düşmən 
neçə tank və əsgərlə hücuma keçirdi? 
6.  Məlumdur  ki,  müdafiə  zamanı  bir  nəfərlik  xəndəklərin  ara-
sındakı  məsafə  10  m,  ikinəfərlik  xəndəklərin  arasındakı  məsafə  isə 
20m  olmalıdır.  Müdafiə  üçün  21  birnəfərlik,  10  ikinəfərlik  xəndək 
planlaşdırılmışdır.  Müdafiə  zonasının  uzunluğu  nə  qədər  nəzərdə 
tutulur? 
7. Piyadaların zəncirvari hücumu zamanı əsgərlərin arasındakı 
məsafə 6-8 metrdir (8-12 addım). Hücum zamanı 12 əsgər 600 metr 
məsafə qət etmişlər. Hücum nə qədər sahəni əhatə etmişdir? 
8. Piyadaların döyüş maşınları ilə hücumu koordinat müstəvisin-
də verilmişdir. Hücum ordinat oxu boyuncadır. Hücuma başlayan anda 
A və B maşınlarının vəziyyəti aşağıdakı koordinatlara uyğundur: 
A (8,4; 4,5;); B (5,9; -5,2) 
a)  hücum  zamanı  döyüş  maşınlarının  arasındakı  məsafəni 
tapın. 
b) 1,2 km hücumdan sonra döyüş maşınlarının koordinatlarını 
müəyyənləşdirin. Miqyas: 1:10000 qəbul etməli. 
9.  Düşmən  tankı  saatda  60  km  sürətlə  irəliləyirdi.  Xəndəkdə 
gizlədilmiş  tank  əleyhinə  raket  kompleksindəki  (TƏRK)  müşahidə 
cihazlarının köməyilə  aşkara  çıxarıldı ki,  həmin anda tank TƏRK-

 
205 
dən  6500  metr  məsafədədir.  Kompleksin  daha  səmərəli  atəş  məsa-
fəsinin 1000-1500 m olduğunu bilərək tankın nə vaxt səmərəli atəş 
zonasına daxil olacağını tapın. 
10.  Avtomatdan  (yaxud  pulemyotdan)  atılan  güllələrin  3%-i 
tankın  müşahidə  cihazını  sıradan  çıxararaq  onu  “kor”  vəziyyətinə 
sala  bilər.  Avtomatın  güllə  ehtiyatını  nəzərə  alaraq  neçə  güllənin 
hədəfə dəyə biləcəyini müəyyənləşdirin. 
11. Topdan mərmi atılandan təxminən 5 saniyə sonra düşmən 
tankının  partlayış  səsi  eşidildi.  Səsin  yayılma  sürətinin  332  m/san 
olduğunu bilərək tankın topdan neçə metr aralı olduğunu tapın. 
12. Taqım müdafiə zamanı 125 m məsafədə düşmənin qabağı-
nı  saxlayırdı.  Müdafiənin  dərinliyinin  isə  200  m  olduğunu  bilərək 
müdafiə zonasının sahəsini müəyyənləşdirin. 
13. Motoatıcı piyada qoşun bölməsi 125 m məsafədə düşmə-
nin qabağını saxlayırdı. Müdafiənin dərinliyi isə onun uzunluğunun 
1,6  hissəsinə  bərabərdir.  Müdafiənin  dərinliyini  metrlərlə  göstərin 
və müdafiə zonasının sahəsini tapın. 
14.  Təkadamlıq  səngərlərin  arasındakı  məsafənin  10  m,  iki-
adamlıq səngərlərin arasındakı məsafənin isə 20 m olduğunu bilərək 
173 metr uzunluğunda ərazidə müdafiə üçün neçə səngər qazmaq la-
zımdır? (təkadamlıq səngərin eni 1 m, ikiadamlıq səngərin eni 1,5 m-
dir). 
15.  Düşmənin  müdafiəyə  keçən  16  batareyasının  45%-i  top 
atəşindən,  19%-i  isə  ikinci  mövqeyə  keçmə  mərhələsində  məhv 
edildi. Bir batareyada 6 bölmənin və hər bölmədə 11 adamın oldu-
ğunu nəzərə alaraq neçə əsgərin məhv edildiyini müəyyənləşdirin. 
16.  TƏRK  1300  m  məsafədə  olan  düşmən  tankını  məhv  edə 
bilərmi? 
17.  Piyadaların  döyüş  maşınının  (PDM-in)  topu  və  tank 
əleyhinə  əl  qumbarası  hansı  məsafələrdə  düşmən  tankını  və  digər 
zirehli transportyorunu məhv edə bilər? 
18.  Kütləsi  1070  q  olan  tank  əleyhinə  əl  qumbarasını  iki-üç 
dəfə tankın maketinə atın. Tankın maketi 15-20 m məsafədə yerləş-
dirilsin. 

 
206 
19.  Nə  üçün  havadan  hücum  vasitələrinə  avtomatdan  atəş 
açmaq  üçün  ən  əlverişli  məsafə  500-600  metrdir?  Nə  üçün  atəş 
vaxtı nişangah 3 (üç) və ya “П” vəziyyətinə qoyulur? 
20. Kalaşnikov avtomatından hədəfi qabaqlama üsulu ilə atılan 
güllələr 0,8 saniyədən sonra 280 m/san sürətilə hərəkət edən düşmən 
təyyarəsinə dəymişdir. Qabaqlama məsafəsi nə qədər olmuşdur? 
21. Qırıcı təyyarə 200 m/san sürətlə hərəkət etdikdə ona avto-
matlardan hansı üsulla (qabaqlama və ya müşayiətedici) atəş açmaq 
lazımdır? Nə üçün? 
22. 2000 km/saat sürətlə hərəkət edən qırıcı təyyarə əl pulem-
yotu  ilə  atəş  açılandan  4  san.  sonra  məhv  edilmişdir.  Qabaqlama 
məsafəsi nə qədərdir? 
23.  Əgər  təyyarənin  sürəti  dəqiq  məlum  deyilsə,  onda  necə 
atəş açmalı və qabaqlama məsafəsi nə qədər olmalıdır? 
24. Müşahidə sektoru neçə zonaya bölünür və bu zonalar han-
sı məsafələrdə yerləşməlidir? (Yaxın zonanın uzunluğu 400-500 m, 
orta zonanınkı – 100 m-dək, uzaq zonanınkı isə görünüş dairəsinin 
hüdudunadək olur). 
25. “Oriyentir 4”, sağa 35, irəliyə 100, səngərdə –“tank” – de-
yərək müşahidəçi əsgər baş gizirə məlumat verir. O, bununla nə de-
mək istəyir? İzah edin. 
26. “Oriyentir 2”-dən 120 m sol tərəfdə və müşahidəçi əsgərin 
dayanma  istiqamətində  PDM  görünürdü.  Oriyentir  2-yə  qədər  olan 
məsafə 450 m-dir. PDM müşahidəçi əsgərdən neçə metr aralıdır? 
27. “Tək bitmiş ağaca nəzərən hədəfin (düşmən pulemyotunun) 
vəziyyətini müəyyənləşdirin və dəftərinizdə qeyd edin” (58, s.89). 
28. Müşahidə nöqtəsindən 900 m uzaqlıqda dağılmış bina, bu 
binadan sağ tərəfdə düşmənin dayaq məntəqəsi yerləşir. Əgər qolun 
tam açılması şərti ilə baş barmaq dağılmış bina ilə düşmənin dayaq 
məntəqəsi  arasındakı  məsafəni  örtsə,  onda  müşahidə  nöqtəsindən 
dayaq məntəqəsinə qədər olan məsafə nə qədərdir? 
29. “Paraşütçü zülmət qaranlıqda bataqlıq bir rayonda (D nöq-
təsində) yerə endi. Projektorların a və b şüaları və onların kəsişdiyi 
D nöqtəsi C məntəqəsindən görünmürsə, həmin məntəqədən qalxan 

 
207 
vertolyot  paraşutçunun  dalınca  hansı  istiqamətdə  uçmalıdır?”  (88, 
s.19-23). 
30.  “Paraşütçü  paraşütünü  açmadan  4  san.  enirdi.  O,  birinci 
saniyədə  4,9m,  hər  sonrakı  saniyədə  isə  əvvəlkindən  9,8  m  çox 
enirdi. Paraşütçü 4 saniyədə neçə metr enmişdir?” (89). 
31.  Sualtı  qayığın  suyun  üstü  ilə  hərəkət  vaxtı  suyun  altı  ilə 
hərəkət  vaxtından  20  dəfə  azdır.  Sualtı  qayıq  suyun  altında  suyun 
üstündə  olduğundan  57  saat  çox  qalarsa,  onun  suyun  üstündə  nə 
qədər olduğunu tapın. 
32.  “Sualtı  qayıq  suyun  altı  ilə  suyun  üstü  ilə  getdiyinə  nis-
bətən 17 dəfə artıq məsafə  getdi. Sualtı qayıq suyun üstü ilə suyun 
altı ilə getdiyi məsafədən 320 km az məsafə gedərsə, suyun altı ilə 
neçə kilometr yol getmişdir?” (89, s.201). 
33. Küləyin təsiri altında paraşütçü y = -1,5x düz xətti boyun-
ca yerə enirdi. 2x -  y + 10 = 0 düz xətti boyunca Kalaşnikov avto-
matından  atılan  güllə  paraşütçü  əsgərə  dəymişdir.  Paraşütçü  hansı 
nöqtədə vurulmuşdur? 
34. 2x - 5y  + 10  = 0 düz xətti  boyunca hərəkət  edən təyyarə 
2x + y - 14 = 0 düz xətti boyunca atılan əl pulemyotunun gülləsin-
dən  məhv  edildi.  Pulemyotdan  atəş  açılan  zaman  təyyarə  A(1;1,6) 
nöqtəsində  olmuşdursa,  qabaqlama  məsafəsi  neçə  metr  götürül-
müşdür? (Miqyas 1:10000 sm-dir.) 
35. TM-57 markalı tank  əleyhinə minanın gücü neçə nyuton-
dur? 
36.  Tank  və  piyada  əleyhinə  olan  minaların  taktiki-texniki 
xüsusiyyətlərini söyləyin. 
37.  PMN  markalı  mınanın  diametri  110  mm,  hündürlüyü  53 
mm-dir. Onun həcmini tapın. 
38. Daxili ölçüsü 150×70×35 sm
3
 olan yeşiyə neçə PMN mar-
kalı  mina  yerləşdirmək  mümkündür?  Əgər  yeşiyin  çəkisi  3,5  kq 
olarsa, minaların yeşiklə birlikdə çəkisi nə qədərdir? 
39. Əgər bir ədəd PMD-6 və 2 ədəd POMZ-2M minaları eyni 
zamanda  partlasa,  onların  ümumi  gücü  nə  qədər  ola  bilər?  Ümumi 
gücü nyutonlarla ifadə etməli. 

 
208 
40. Əgər 3 ədəd PMD-6 və 7 ədəd TM-62 mina eyni zamanda 
partlasa neçə nyutonluq partlayış əmələ gələr? 
41. TM-62 minasında partlayıcının çəkisi onun ümumi çəkisi-
nin neçə faizini təşkil edir? 
42.  1  kv  km  sahədə  piyadaları  tam  məhv  etmək  üçün  neçə 
POMZ-2M minası yerləşdirilməlidir? 
43.  Bir  POMZ-2M  minası  nə  qədər  sahədə  canlı  qüvvəni 
məhv edə bilər? 
44. Tank əleyhinə minalar necə maskirovkalanır? Dəqiq ölçü-
lərlə göstərin. 
45. Hərbi bölmə müdafiəyə keçərkən dərinliyi 1,5m eni 0,6m 
olan  səngər  qazdı.  Səngərdən  çıxarılan  ümumi  torpağın  həcmi  3,6 
m
3
 idi. Səngərin uzunluğu nə qədər olmuşdur? 
46.  Nə  üçün  ayaq  üstə  dayanaraq  atəş  açmaq  üçün  qazılan 
səngərin dərinliyi 110 sm olur? 
47.  Çömələrək  atəş  açmaq  üçün  səngərin  dərinliyi  nə  qədər 
olmalıdır? 
48. Səngərin quruluşunu və ölçülərini deyin. Onun əsas üstün 
cəhədlərini göstərin. 
49.  Tank  əleyhinə  minalanmış  sahə  necə  düzəldilir?  Minalar 
düzülərkən sıralar və cərgələr arasındakı məsafələr nə qədər olur? 
50.  Tank  əleyhinə  minalanmış  ərazinin  ümumi  dərinliyi  100 
m-dir. Müəyyənləşdirildi ki, burada 4 cərgə və hər cərgədə 17 mina 
basdırılmışdır. Cərgələr arasındakı məsafəni və minalanmış ərazinin 
sahəsini tapın. 
51.  Piyada  əleyhinə  minalanmış  ərazinin  ölçülərini  deyin  və 
sxematik təsvir edin. 
52.  80-100  m-lik  məsafəlik  ərazidə  sıçrayışlarla  hərəkət  edin 
(başlanğıc vəziyyət – avtomatla uzanmış halda). 
53.  Sürünərək  10  m-lik  məsafədə  ərazini  keçin  (başlanğıc 
vəziyyət – “Remendə” vəziyyətində avtomatla dayanma). 
54. Sıçrayışlarla hərəkətdə dayanmalar arasındakı məsafə ne-
çə metr olmalıdır və bu məsafələr hansı amillərdən asılıdır? 

 
209 
55.  Düşmənin  hücumu  zamanı  səngərlərdə  gizlənərək  onlara 
əl  qumbaraları  atmağın  qaydalarını  göstərin  (əl  qumbaraları 
çantadadır və xəndəyə qədər olan məsafə 40-50 m-dir). 
56. Uzanaraq atəş açmaq üçün lazım olan bir nəfərlik səngərin 
çertyojunu çəkin və çertyojun elementlərini aydınlaşdırın. 
57.  Bir  nəfərlik  səngərə  su  dolmuşdur.  Çertyojdan  (çalışma 
56-dakı) istifadə edərək ora dolan suyun miqdarını tapın. 
58.  Səyyahların  Bakı  şəhərindən  180

azimutla  5661  km-lik 
məsafəni  qət  edərkən  çatacaqları  nöqtənin  coğrafi  koordinatlarını 
müəyyənləşdirin: 
a) 40
0
 şm.en.1
0
q.u b) 40
0
şm.en 101
0
ş.u 
c) 51

c.en 50
0
 ş.u d) 11
0
 c.en 50

ş.u 
e) 11
0
 c.en 50
0
 q.u (“Abituriyent” jurn. №4, 1996, s. 43). 
Təqdim olunan çalışmalar fizika, riyaziyyat və coğrafiya üzrə 
məktəblilərin qazandıqları bilikləri praktik şəkildə necə tətbiq etdik-
lərini  yoxlamaqdan  daha  çox  onları  hərbi  anlayışlara,  hərbi  iş  üzrə 
bacarıqlara  yiyələndirmək  məqsədi  daşıyır.  Bundan  başqa,  təklif 
olunan  çalışmalar  sistemi  gələcək  əsgərlərin  taktiki  hazırlığının 
daha uğurla həyata keçirilməsinə doğru istiqamətlənir. Bütün bunla-
rı çalışmaların məzmunundan da görmək mümkündür. Söhbət mo-
toatıcı  piyada  bölmələrin  döyüş  imkanlarından,  əsgərlərin  hücu-
mundan,  əməliyyatların  uğurlu  keçirilməsindən,  düşmən  tankı  və 
qırıcı  təyyarələri  ilə  mübarizədən,  topdan  atılan  mərminin  hədəfə 
dəyməsi imkanından, əl qumbaralarının səmərəli istifadəsindən, pa-
raşütçünün,  sualtı  qayığın  hərəkətindən,  minalardan  istifadədən  və 
s.  gedir  ki,  bütün  bunlar,  müvafiq  ümumtəhsil  fənləri  üzrə  sadəcə, 
çalışmaların  yerinə  yetirilməsi, biliklərin praktik tətbiqinin yoxlan-
ması məqsədindən daha çox hərbi hazırlıq məqsədi daşıyır. 
 
Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin