AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə12/21
tarix09.02.2017
ölçüsü2,91 Mb.
#7872
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

Obyektlər və əlamətlər 
ƏĢyaların görünmə 
məsafəsi 
1. Böyük olmayan ev 
6000 m 
2.Damdan ucalan truba 
3000 m 
3.Ağacın  kölgəsi  və  yaxud  rabitə  xətlərinin 
dirəkləri 
1200 m 
4.Yeriyən adamın əl və qol hərəkətləri 
1000 m 
5.Əl pulemyotu və avtomat 
250-300 m 

 
148 
 
6.Silahlı  əsgərin  düyməsi,  yaxud  papağının 
qabağındakı nişan 
150-170 m 
7.Əsgərin sifətinin quruluşu və əlindəki 
silahın hissələri 
100 m 
 
Hərbi rəhbər bir neçə şagirdə bu cədvəli oxutdurur və onu yad-
da  saxlamağın  zəruriliyini  qeyd  edir.  Həmin  cədvələ  əsasən,  kəş-
fiyyat  və  hərbi  əməliyyatlar  zamanı  müxtəlif  obyektlərə  qədər  olan 
məsafəni  heç  bir  xüsusi  alətdən  istifadə  etmədən  təxmini  müəy-
yənləşdirmək mümkündür – deyərək hərbi rəhbər müsahibəyə keçir: 
-Uşaqlar  əgər  müşahidə  olunan  obyektin  ya  hündürlüyü,  ya 
eni və yaxud da, uzunluğu məlumdursa, onda bu obyektə qədər olan 
məsafəni təyin etmək olar. Bunun üçün riyaziyyatdan öyrəndiyimiz 
bir neçə riyazi bilikləri yada salmaq lazımdır. Kim deyər: 1/1000 və 
0,001  ədədlərinin  oxşar  cəhətləri  nədir?  (hər  ikisi  müxtəlif  şəkildə 
yazılmış eyni ədədlərdir: 1/1000 = 0,001). 
-  Bunların  fərqi  nədir?  (biri  adi  kəsr,  o  birisi  isə  onluq  kəsr 
şəklində ifadə olunub). 
-Dairə, çevrə  və  onların  radiusu nəyə  deyilir? (Müstəvidə  bir 
nöqtədən  bərabər  uzaqlıqda  yerləşən  nöqtələr  çoxluğu  çevrədir. 
Müstəvi üzərində verilmiş nöqtədən məsafələri, verilmiş məsafədən 
böyük  olmayan  və  həmin  müstəvidə  yerləşən  nöqtələr  çoxluğuna 
dairə  deyilir.  Çevrənin  mərkəzi  ilə  onun  istənilən  nöqtəsini  birləş-
dirən düz xətt parçasına çevrənin (yaxud dairənin) radiusu deyilir). 
-
 
Düz mütənasib asılılıq nədir? (y = kx şəklində ifadə olunan 
R münasibətinə düz mütənasib asılılıq deyilir). 
-
 
Bəs  tərs  mütənasib  asılılıq?  (y  =  k/x  şəklində  olan  R 
münasibətinə tərs mütənasib asılılıq deyilir). 
-
 
Bucaq nəyə deyilir? (Ortaq təpəli iki müxtəlif şüa ilə onların 
hüdudlandırdığı  müstəvi  hissəsinin  əmələ  gətirdiyi  fiqura  bucaq 
deyilir). 
-
 
Bucaqlar nə ilə ölçülür? (Bucaqlar dərəcə, dəqiqə və saniyə-
lərlə ölçülür. Bucaqlar radianla da ölçülə bilər). 
-
 
Bir çevrə neçə dərəcədir? (Bir çevrə 360
0
-dir). 

 
149 
-
 
Bir  metr  neçə  millimetrdir?  (Bir  metr  1000  mm-dir:  1m  = 
1000 mm). 
İndi biz minlik ölçüyə əsasən məsafəni təyin etməyi öyrənəcə-
yik. Minlik ölçü çevrə radiusunun 0,001-nə bərabər olan bucaq kə-
miyyəti  götürülür.  Minlik  ölçüdə  müşahidə  olunan  cisim  hansı  bu-
caq  altında  görünürsə,  bu  cismin  məlum  ölçüsünü  tapılan  bucağa 
bölüb, alınan kəmiyyəti 1000 dəfə böyütmək lazımdır. Bu hesabla-
ma əməliyyatını isə riyazi şəkildə belə ifadə edə bilərik: 
D = 
Y
1000
B

 
Burada  D-axtarılan  məsafənin  mertlərlə  uzunluğu,  B-müşa-
hidə  edilən əşyanın  metrlərlə  hündürlüyü (eni  və  yaxud uzunluğu), 
Y-minlikdə olan bucaq kəmiyyətidir. 
Bu  düsturun  mahiyyətini  anla-
maq  və  ondan  düzgün  istifadə  etmək, 
binokl  vasitəsilə  məsafəni  hesablamaq 
hər bir əsgərə lazımdır. 
İndi  riyazi  biliklərimizi  yada 
salıb binokl vasitəsilə məsafə təyininin 
elmi  əsasını  öyrənək  və  bu  düsturun 
doğruluğunu  özümüz  üçün  də  müəy-
yənləşdirək. Bu çox sadədir. Tutaq ki, 
müşahidə  nöqtəsi  A  nöqtəsidir  və  12-
ci  şəkildə  verilən  BS  obyektinin  hündürlüyünü  müəyyənləşdirmək 
lazımdır. A nöqtəsindən B-yə doğru 1 metrlik məsafədə yerləşən M 
nöqtəsini qeyd edir və sonra, AB-yə perpendikulyar MN-ni çəkərək 
N  nöqtəsini  də  işarə  edirik.  ABS  və  AMN  üçbucaqları  oxşar 
üçbucaqlardır. Ona görə 
AM
AB
M N
BS

   
(1) 
AB
 -  müşahidə  nöqtəsindən  obyektə  qədər  olan  məsafənin 
metrlərlə  ölçüsüdür, bunu  d  ilə  işarə  etmişik.
BS
 - müşahidə  olu-
nan obyektin hündürlüyüdür (eni və yaxud uzunluğudur). Bunu b ilə 
Şəkil 12. 






 
150 
işarə  etmişik.  MN  isə  minlikdəki  bucaq  kəmiyyətidir,  bunu  da  y 
ilə işarə etmişik. Qurmaya görə,  AM = 1m = 1000mm. Qeyd edək 
ki,  AM  məsafəsi  binoklın  özündə  nəzərə  alınmış,  böyüdücü 
linzada  şkalalar  (minlik)  gözdən  1  metrlik  məsafəyə  uyğun 
düzəldilmişdir. Deməli, 
AB  = d;  BS  = b;  M N  = y;  AM  = 1000mm 
(1) düsturuna görə 
 
;
1000
d
y
b

  
d
 = 
y
1000

 
Bu isə yuxarıda verilən düsturdur. Binokldan istifadə məhz bu 
riyazi  qanuna  əsaslanır.  Aydındır  ki,  bu  riyazi  prinsipdən  –  düz-
bucaqlı üçbucaqların oxşarlığından binokl olmadan da istənilən vaxt 
istifadə etmək mümkündür. 
İndi  binokl  vasitəsilə  məsafənin  hesablanması  qaydasına  ba-
xaq.  Binoklın  böyüdücü  linzasının  üzərində  bir-birinə  qarşılıqlı 
perpendikulyar şəklində yerləşdirilən iki bucaqölçən şkala var. Qar-
şılıqlı  perpendikulyarlığı  isə  həndəsənin  planimetriya  kursundan 
bilirsiniz.  (Kəsişərək  bir-biri  ilə  90
0
-li  bucaq  əmələ  gətirən  iki  düz 
xətt  qarşılıqlı  perpendikulyar  düz  xətlər  adlanır).  Bu  şkalalarda  iki 
cür  bölgü  var:  böyük  və  kiçik.  Bir  böyük  bölgüyə  10  minlik  ölçü, 
kiçik  bölgüyə  5  minlik  ölçü  uyğundur.  Müşahidə  olunan  obyektə 
(yaxud  hədəfə)  qədər  olan  məsafəni  binoklın  bucaqölçən  şkalasın-
dan  istifadə  edərək  belə  tapmaq  mümkündür:  Tutaq  ki,  iki  teleqraf 
dirəyinin arasındakı məsafə 50m-dir. Bu 50 m məsafə isə binokldan 
baxanda  üfüqi  istiqamətli  şkalanın  4  böyük  bölgüsünə  uyğundur. 
Onda  müşahidə  nöqtəsindən  müşahidə  olunan  obyektə  kimi  olan 
məsafə,  yəni  bizim  müşahidə  etdiyimiz  yerdən  müşahidə  olunan 
teleqraf xəttinə  qədər olan məsafə  yuxarıdakı  düstur vasitəsilə  belə 
hesablanır: 
 
y
1000
B
D


 =
40
1000
50

 = 
1250 m = 1 km 250 m.
 
Başqa bir nümunə. Tutaq ki, üçmərtəbəli ev müşahidə olunur 
və onun yanına qədər olan məsafəni cəld müəyyən etmək lazımdır. 

 
151 
Üçmərtəbəli evin hündürlüyü nə qədər olar? Təxminən birmərtəbəli 
evin  hündürlüyü  3  metr  qəbul  edilir.  Onda  üçmərtəbəli  evin  hün-
dürlüyü 9 metr olar. Binoklın şaquli şkalasında isə evə uyğun gələn 
bölgü 0-0,5-dir. Onda müşahidə etdiyimiz nöqtədən evə qədər olan 
məsafə 
D
 = 
5
1000
9


1800 m-dir.
 
Hərbi  rəhbər  məlumat  verir  ki,  əgər  binokl  olmasa,  onda 
müşahidə  edilən  obyektlərin  bucaq  kəmiyyətini  xətkeş,  karandaş, 
kibrit qutusu, əl barmaqları və s. vasitəsilə də ölçmək mümkündür. 
Bu zaman onların minlikdəki qiymətlərini yadda saxlamaq lazımdır. 
Əgər  qolu  irəli  uzadıb  tam  açırıqsa  (əldə  tutulan  əşya  ilə  göz 
arasındakı məsafə təxminən 50 sm-ə bərabərdir), onda əldə tutulan 
aşağıdakı əşyaların minlikdəki bucaq qiymətləri belə olar: 
 
Xətkeşdə 1mm  ........................................................... 0-02 
Baş barmaq qalınlığı (25 mm)  .................................. 0-50 
Şəhadət barmağı (20 mm) .......................................... 0-40 
Çeçələ barmaq (15 mm) ............................................. 0-30 
Kibrit qutusu : 
Uzununa ..................................................................... 1-00 
Eninə 
 ...................................................................... 0-75 
Hündürlüyünə   .......................................................... 0-30 
Dairəvi karandaş ......................................................... 0-16 
Əgər müşahidə edilən obyekt, məsələn, düşmənin tankı qolun 
tam  açılması  şərti  ilə  şəhadət  barmağı  ilə  örtülürsə,  onda  tanka 
qədər olan məsafə belə hesablanır: 
D
 = 
40
1000
5
,
2

 = 
62,5 m.
 
Tankın hündürlüyü 2,5 m-dir. 
Şagirdlər öyrənirlər ki, məsafənin belə təyini yalnız kəşfiyyat-
çıya deyil, tankın və digər zirehli maşınların hücumuna müqavimət 
göstərən hər bir əsgərə lazımdır. Səngərdə dayanan əsgərlərdən hər 

 
152 
biri  tankın  orta  hərəkət  sürətini  və  onun  hansı  məsafədə  olduğunu 
bilərək təxminən neçə müddətdən sonra tankın səngərin 5-10 metr-
liyinə çatacağını müəyyənləşdirir. Bu isə, səngərdə oturaraq tankı əl 
qumbarası ilə partlatmaqda ən əlverişli metodlardan biridir. 
Orta məktəblərimizdə müşahidələr apararkən şagirdlərdən biri 
hərbi rəhbərə belə bir sual verdi: 
-Cənab  mayor,  müşahidə  obyektinə  qədər  olan  məsafəni  iti 
bucağın tangensindən də istifadə edərək tapa bilərikmi? 
Əvvəlcədən  tədqiqatın  nəticələri  ilə  tanış  olan  hərbi  rəhbər 
məktəblidə yaranmış bu ideyanı inkişaf etdirmək məqsədilə dedi: 
-Bəli, olar. Siz bunu haradan bilirsiniz? 
-Biz həndəsə dərsində  yanına getmək mümkün olmayan nöq-
təyə qədər məsafəni iti bucağın tangensinə görə hesablamışıq. Sonra 
şagird 12-ci şəkil üzərində izahata başladı: 
-BS parçası evin hündürlüyü olsun. BAS bucağının qiymətini 
hesablayırıq. Sonra iti bucağın tangensinin tərifinə əsasən 
tag BÂS
AB
BC

      (2) 
yazırıq.  AB  məsafəsini (2) düsturundan tapsaq onda 
AB
 = 
S
A
B
 
tg
BS
  
və  yaxud,  AB = BS ∙
S
A
ˆ
B
 
ctg
 alarıq.  Bu  düsturdan  istifadə  etməyi 
riyaziyyat  kursundan  bilirik,  bu  haqda  çoxlu  məsələ  həll  etmişik. 
Məsələn,  əgər  ev  beşmərtəbəlidirsə,  onda  evin  hündürlüyü  15m 
olar.  BAS  bucağını  ölçürük.  Bu  2
0
17
1
-dir.  Dördrəqəmli  riyaziyyat 
cədvəlindən tapırıq ki, 
 
tg2
0
17

= 0,0399 ≈ 0,04. 
AB
 = 
S
A
ˆ
B
 
tg
BC
 = 
0,04
15
 = 375 m
 
AB
 = 
375 metr.
 

 
153 
 
Deməli,  müşahidə  etdiyimiz  nöqtədən  müşahidə  olunan  evə 
qədər olan məsafə 375 metrə bərabərdir. 
Şagirdlərin  riyazi  biliklərindən  istifadə  ev  tapşırıqlarının 
verilməsi prosesində də  davam etdirildi. Hərbi rəhbər evdə həm də 
belə  bir  çalışmanı  yerinə  yetirməyi  tapşırdı:  “Kəşfiyyata  gedən  əs-
gər binokldan istifadə etmədən çayın əks tərəfində yerləşən düşmən 
obyektinə  qədər  olan  məsafəni 
necə müəyyənləşdirə bilər?” 
Həmin  məsələ  məktəblilər 
tərəfindən  aşağıdakı  şəkildə  həll 
olundu. 
Tutaq ki, B müşahidə nöqtə-
sindən  çayın  əks  tərəfində  yerlə-
şən  C  düşmən  obyektinə  qədər 
olan  məsafəni  tapmaq  lazımdır 
(13-cü  şəkil).  Bunun  üçün 
 
AB  
parçasının üzərindəki bir E nöqtə-
sindən  AB  parçasına  perpendi-
kulyar 
 
EK  düz xətt parçasını qu-
ruruq  və  K  nöqtəsini  qeyd  edirik.  İki  oxşar  ABC  və  AEK  düzbu-
caqlı üçbucaqlarını alırıq. Üçbucaqların oxşarlığından yaza bilərik: 

EK
:
BC
AB AE
:
 
BC -müşahidə  nöqtəsindən  düşmən  obyektinə  qədər  olan 
məsafədir.  AB ,
AE  və  EK  məsafələrini isə (şəkildə göründüyü 
kimi) ölçmək asandır. Tutaq ki
m;
AB

 
n;
AE

 
l
EK

. Onda, 
BC =
n
l
m

 
Bu  yolla  düşmən  obyektinə  qədər  olan  məsafəni  tapmaq 
mümkündür. 
Şəkil 13
 
Şəkil 13. 





• 
• 

 
154 
Gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi hazırlıq) üzrə 
məşğələlərin  bu  şəkildə,  fizika  və  riyazi  biliklərdən  istifadə  edil-
məklə,  müvafiq  çalışmaları  dərsdə  və  evdə  yerinə  yetirməklə 
qurulması  hərbi  anlayışların  daha  asan  qavranılmasına  və  istənilən 
anda  tətbiqinə  imkan  və  şərait  yaradır.  Məktəblilər  həm  fizika  və 
riyaziyyat  üzrə  vaxtilə  qazandıqları  bilikləri  xatırlayırlar,  həm  də 
“Əsgərin  döyüşdə  davranış  qaydalarına”  (“Taktiki  hazırlığa”) 
yiyələnirlər. Bu isə müasir hərb işində çox zəruri yer tutan məsələ-
lərdəndir.  Döyüşün  taleyini  həll  edən  vacib  amillərdən  biridir.  Bu 
gün  parta  arxasında  əyləşən  şagirdlər  sabah  milli  orduda  xidmət 
edərkən  gənclərin  çağırışaqədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq) 
məşğələlərinin  riyaziyyat  və  fizika  ilə  əlaqəli  şəkildə  öyrəndikləri 
döyüşdə  davranış  qaydalarına  dair  bilikləri  onlara  lazım  olacaq, 
Vətənin müdafiəsində sayıq, bacarıqlı əsgər kimi iştirak etmələrinə 
kömək göstərəcəkdir. 
 
3.3. “Silahlar və atıcılıq hazırlığı” (“Atəş hazırlığı”) 
bölməsinin tədrisində şagirdlərin fizika, riyaziyyat və rəsmxət 
fənləri üzrə biliklərindən istifadə 
 
“Silahlar  və  atıcılıq  hazırlığı”  (“Atəş  hazırlığı”)  mövzusu 
ibtidai  hərbi  hazırlıq  fənninin  ən  geniş  bölmələrindən  biri  idi  və 
erməni işğalçılarına qarşı müharibəyə qədər proqramda buna oğlan-
lar üçün 28 saat, qızlar üçün isə 18 saat vaxt ayrılırdı. “Atəş hazır-
lığı”  üzrə  məşğələlərdə,  tədris  proqramının  tələbinə  uyğun  olaraq 
şagirdlər Kalaşnikov avtomat və əl pulemyotunun, həmçinin qəlpəli 
əl  qumbaralarının  hissələrini  və  döyüş  xüsusiyyətlərini  öyrənməli, 
avtomatdan  atəş  açmaq  və  əl  qumbaralarını  atmaq  üzrə  qaydaların 
və  priyomların  yerinə  yetirilməsi  bacarıqlarına  yiyələnməli,  atıcı 
silahların saxlanması və qorunması qaydaları ilə tanış olmalı, döyüş 
patronları ilə avtomatlardan atəş açma praktikasını bilməlidir. “Atəş 
hazırlığı”nın  özü  də  kiçik  mövzulara  bölünür.  Bu  mövzuların  hər 
birinə uyğun tədris materialının özündə şagirdlərin fizika, riyaziyyat 
və  rəsmxət  üzrə  biliklərinə  müəyyən  dərəcədə  istinad  edilir.  Lakin 

 
155 
20 ildən artıqdır ki, Azərbaycan torpaqlarında qan tökülür, ərazimi-
zin 20%-i erməni işğalçı orduları tərəfindən işğal olunub. Bu gün də 
cəbhə bölgələrində şəhidlər veririk. Belə bir vaxtda “Atəş hazırlığı” 
(“İbtidai  hərbi  hazırlıq”  fənni  üzrə)  bölməsi  “Silahlar  və  atıcılıq 
hazırlığı” (“Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə) bölməsi 
ilə  əvəz  olunmuş,  tədris  materialları  necə  gəldi  ixtisar  olunmuş, 
fənlərarası  əlaqələrin  imkanları,  demək  olar  ki,  nəzərə  alınmamış, 
tədris saatı 28 saatdan 8 saata endirilmişdir. Nəzərə alsaq ki, atıcılıq 
hazırlığı gənclərin orduda xidmətə hazırlanmasının canını təşkil edir 
və buna X-XI siniflərdə cəmi 8 saat vaxt ayrılır, onda belə qənaətə 
gəlmək olar ki, müharibə gedən ölkəmizdə yeniyetmə gənclər Milli 
Ordumuzda  xidmətə  lazımı  səviyyədə  hazırlanmır.  Artıq  mövcud 
tədris  proqramının  və  müvafiq  dərsliklərin  məzmununun  yenidən 
hazırlanması  vaxtıdır.  Bu  işə  təxirə  salınmadan  başlanılmalıdır. 
Lakin  tədqiq  olunan  problemin  praktikada  vəziyyəti  araşdırılarkən 
məlum  oldu  ki,  sistemsiz  və  epizodik  şəkildə  olan  belə  istinadlar 
hərbi  materialların  ümumtəhsil  fənn  bilikləri  ilə  əlaqəli  tədrisi 
sahəsində,  habelə  tədris  materiallarının  düzgün,  şüurlu  və  möhkəm 
mənimsənilməsi  istiqamətində  səmərəli  nəticələr  verə  bilmir.  Belə 
halda  əlaqəli  tədris  təlimin  əlavə  yüklənməsinə  şərait  yaradır  və  o 
qədər də zəruri olmayan artıq bir iş təsiri bağışlayır. 
Bütün  bunlar  nəzərə  alınaraq,  “Atəş  hazırlığı”  üzrə  tədris 
materiallarının şagirdlərin digər ümumtəhsil fənnlər üzrə bilikləri ilə, 
xüsusən də fizika, riyaziyyat və rəsmxət fənləri üzrə biliklərlə əlaqəli 
tədrisinə dair metodika hazırlanmış və əvvəlki paraqrafda göstərdiyi-
miz  eksperimental  sinif  müəllimlərinə  (hərbi  rəhbərlərinə)  paylan-
mışdır. Hərbi dərslər bu metodika əsasında keçirilmişdir. Indi həmin 
təlim prosesinin ən xarakterik və mühüm mərhələlərini göstərək: 
Kalaşnikov  avtomatının  və  qəlpəli  əl  qumbaralarının  hissə-
ləri. Bu mövzunun tədrisinə hərbi rəhbər nəqletmə metodu ilə baş-
layır. O, əvvəlcə ibtidai hərbi hazırlığın mühüm bölməsi olan “Atəş 
hazırlığı”nın vəzifələri, odlu əl silahlarının yaranma və inkişaf tarixi 
haqqında  danışır.  Nəhayət,  hazırda  ordumuzda  olan  Kalaşnikov 
avtomatının  üzərində  dayanır,  avtomatın  özünü  nümayiş  etdirir  və 

 
156 
onun  yaradıcısının  rus  konstruktoru  M.T.Kalaşnikov  olduğunu 
göstərir. 
Dərsin  giriş  hissəsinin  sonunda  (5-6  dəqiqədən  sonra)  hərbi 
rəhbər  əsas  mövzunun  izahına  Kalaşnikov  avtomatı  və  Kalaşnikov 
əl  pulemyotunun  döyüş  xüsusiyyətlərini  əks  etdirən  aşağıdakı 
plakatın nümayişi ilə başlayır: 
 
 
Silahın döyüş xüsusiyyətləri 
Silahın növü 
Kalaşnikov 
avtomatı 
Kalaşnikov əl 
pulemyotu 
Lülənin kalibri, mm 
7,62 
7,62 
Atəşin əsas təsir uzaqlığı, m 
400-ə qədər 
800-ə qədər 
Atəşin nişangah məsafəsi, m 
1000 
1000 
Düzünə atəş uzaqlığı, m: 
Yarımbədən insan fiquruna 
Hərəkət edən insan fiquruna 
 
350 
525 
 
365 
540 
Toplama atəş uzaqlığı, m: 
Yerüstü hədəfə 
Təyyarə və paraşütçüyə 
Atəşin tempi, atım/dəq 
 
800-ə qədər 
500-ə qədər 
600-ə qədər 
 
800-ə qədər 
800-ə qədər 
600-ə qədər 
Döyüş atəş tezliyi, atım/dəq: 
Fasiləsiz atəş zamanı 
Tək-tək atəş zamanı 
 
100-ə qədər 
40-a qədər 
 
150-yə qədər 
50-yə qədər 
Dolu xəzinə (daraq) ilə 
birlikdə kütləsi, kq 
 
3,6 
 
5,6 (6,8)

Süngü-bıçağın kütləsi, q 
450 

Xəzinənin  (daraq)  tutumu, 
patronlar 
 
30 
 
40 (75)
**
 
Güllənin uçuş uzaqlığı, m 
3000 
3000 
Güllənin  öldürücü  gücünü 
saxladığı uzaqlıq, m 
 
1500 
 
1500 
Güllənin  başlanğıc  sürəti, 
m/s 
 
715 
 
745 
 
*
Doldurulmuş barabanlı xəzinə ilə birlikdə kütləsi. 
**
 Barabanlı xəzinələrin tutumu. 

 
157 
 
Plakatdakı  cədvəlin  oxunuşundan  sonra  silahların  hər  bir 
döyüş  xüsusiyyətinin  izahına  keçilir.  Hərbi  rəhbər  qeyd  edir  ki, 
lülənin kalibri dedikdə, avtomatın (və ya pulemyotun) lülə kanalının 
diametri  başa  düşülür.  Diametr,  həndəsə  kursunda  deyildiyi  kimi, 
çevrənin  mərkəzindən  keçən  vətərə  deyilir.  Yəni,  çevrənin  mərkə-
zindən keçən və  onun iki  nöqtəsini birləşdirən düz xətt parçası  hə-
min  çevrənin  diametri  adlanır.  Avtomatın  lüləsi  silindrik  olduğun-
dan lülənin en kəsiyi çevrədir. Məhz həmin çevrənin diametri silah-
larda  kalibr  adlanır  və  uzunluq  vahidi  olan  millimetrlərlə  ölçülür. 
Nəzərdən keçirdiyimiz Kalaşnikov avtomatının və əl pulemyotunun 
kalibri 7,62 mm-ə bərabərdir. 
Cədvəldə  ikinci  göstərici  birbaşa  atəşin təsir  uzaqlığıdır ki, bu 
da  avtomatlar  üçün  400  m-ə,  pulemyot  üçün  800  m-ə  bərabərdir. 
Atəşin  nişangah  məsafəsi  dedikdə,  “müşahidə  olunan  hədəfə  atəş 
açan zaman güllənin çıxma nöqtəsindən orta trayektoriyanın nişanal-
ma xətti ilə kəsişməsinə qədər olan məsafə” (81, s.238) başa düşülür. 
Hərəkətsiz  yarımbədən  və  hərəkət  edən  tam  insan  fiquruna 
düzünə atəş uzaqlığı uyğun olaraq avtomatlar üçün 350 m və 365 m, 
pulemyotlar üçün 525m və 540m-dir. 
Toplama atəş uzaqlığının göstəricilərindən danışmazdan əvvəl 
hərbi  rəhbər  “toplama  atəş”  anlayışının  özünü  aydınlaşdırmalıdır. 
Çünki belə atəş haqqında dərslikdə heç bir məlumat verilmir. Lakin 
anlayış kimi ondan istifadə olunur. Bunu nəzərə alaraq, tədqiqatçı-
nın verdiyi məzmun əsasında hərbi rəhbər göstərir ki, toplama atəş” 
bir  neçə  pulemyotdan  və  ya  bölmənin  bir  neçə  atıcı  silahlarından 
düşmənin bir hədəfinə və yaxud döyüş sırasının bir hissəsinə yönəl-
dilmiş atəşə deyilir. Toplama atəş vasitəsi ilə düşmən qısa müddətdə 
məhv  edilir”  (81,  s.282).  Avtomat  və  pulemyotlardan  toplama  atəş 
uzaqlığı  yerüstü  hədəflər  üçün  800  m-ə,  təyyarə  və  paraşütçülərə 
atəş  zamanı  isə  500  metrə  qədər  olmalıdır.  Bu  məsafələrdən  uzaq 
olan hədəflərə göstərilən üsulla atəş açmağın faydası yoxdur. Çünki 
güllələrin  əksəriyyəti  uçuş  zamanı  öz  istiqamətini  və  öldürücü 
enerjisini  tədricən  itirir.  Məşğələdə  hərbi  rəhbər  silahın  atəş  tempi 

 
158 
ilə  də məktəbliləri tanış  edir. Göstərir ki,  atəş tempi dedikdə, onun 
bir  dəqiqə  ərzində  neçə  güllə  ata  biləcəyi  ehtimalı  başa  düşülür. 
Yəni buraya, dayanmadan, fasiləsiz olaraq, bir dəqiqə ərzində neçə 
güllə atılmasının mümkünlüyü daxildir. Kalaşnikov avtomatında və 
həmçinin, Kalaşnikov əl pulemyotunda atəş tempi 600 atım/dəq-dir. 
Döyüş atəş tezliyi isə döyüş zamanı bir dəqiqədə atıla bilən atəşlərin 
sayı  götürülür.  Silahın  boşalmış  xəzinəsinin  dolu  xəzinə  ilə 
dəyişdirilməsi vaxtı da bu bir dəqiqənin içərisinə daxil edilir. Döyüş 
zamanı Kalaşnikov avtomatlarından fasiləsiz (avtomatik) atəş üsulu 
ilə  bir  dəqiqədə  100-ə  qədər,  tək-tək  atəş  üsulu  ilə  40-a  qədər  atəş 
açmaq olar. Kalaşnikov əl pulemyotlarında isə bu göstəricilər uyğun 
olaraq 150 atım/dəq. və 50 atım/dəq-yə bərabərdir. 
Cədvəldə qeyd olunan növbəti göstəricilərin (silahın dolu xəzi-
nə  ilə  birlikdə  kütləsinin,  süngü-bıçağın  kütləsinin,  gillənin  ən  uzaq 
uçuş məsafəsinin) xüsusi izahına o qədər də ehtiyac  yoxdur. Bunlar 
fizika və riyaziyyat kurslarından məlum olan kütlə və onun vahidi ilə 
bağlıdır  ki,  bu  anlayışları  da  şagirdlər  gündəlik  həyatlarında  çox 
tətbiq edirlər. Cədvəldə verilən iki  göstərici: güllənin öldürücü gücü 
və  başlağıc  sürəti  anlayışları  növbəti  məşğələlərdə  ayrıca  aydın-
laşdırılır. Ona görə də həmin anlayışların burada əlavə izahı o qədər 
də  məqsədəuyğun  deyildir.  Çünki  bu,  dərsdə  artıq  vaxtın  getməsinə 
və şagirdlərin tədris materialı ilə əlavə yüklənməsinə səbəb olur. 
“Atəş hazırlığı” bölməsində əl qumbaralarının döyüş xarakte-
ristikası  haqqında  da  məlumat  verilməlidir.  Bu  prosesdə  məşğələ 
erməni  işğalçılarının  döyüşlər  zamanı  əsgərlərimizə  qarşı  tətbiq  et-
dikləri  və  keçmiş  SSRİ-də  istehsal  olunmuş  “RQD-5”  (РГД-5)  və 
“F-1”  (Ф-1)  markalı  qəlpəli  əl  qumbaralarının  döyüş  xüsusiyyət-
lərini  əks  etdirən  plakatın  nümayişi  və  hərbi  rəhbərin  plakatdakı 
cədvələ  əsasən  şərhi  üzərində  qurulmalıdır.  Bunu  nəzərə  alaraq, 
eksperimental  siniflərdə  hərbi  rəhbərlər  odlu  əl  silahlarının  döyüş 
xüsusiyyətlərinin izahı zamanı analoji mühakimələr qurur və tədris 
materialını aydınlaşdırırlar. Məlumat verilir ki, RQD-5-ın, partlayıcı 
maddə  ilə  dolu  olduğu  halda,  kütləsi  310  qram,  qəlpələrin  uçaraq 
öldürücü  radiusu  25  metr,  qumbaranın  orta  atım  məsafəsi  40-50 

 
159 
metr,  barıt  ləngidicisinin  yanma  vaxtı  3,2-4,2  saniyədir.  Şagirdlər 
öyrənirlər  ki,  barıt  ləngidicisi  alovun  alışdırıcı  kapsuldan  kapsul-
detonatora  keçməsi  müddətini  uzatmaq  üçün  istifadə  olunan  qur-
ğudur.  Barıt  ləngidicisinin  köməyi  ilə  atılan  qumbaranın  müəyyən 
müddət  keçəndən  sonra  partlaması  təmin  edilir.  Barıt  ləngidicisi 
kapsullar arasındakı borucuqda yerləşdirilən preslənmiş tüstülü barıt 
və  ya  pirotexniki  tərkibdən  ibarətdir.  Ləngitmə  daimi  və  ya  də-
yişkən ola bilər. F-1 əl qumbarasının döyüş xüsusiyyətləri haqqında 
da məlumat analoji qaydada verilir. Məlumatda göstərilir ki, F-1 əl 
qumbarasının partlayıcı maddə ilə birlikdə kütləsi 600 q, qəlpələrin 
öldürücü təsir radiusu 200m, əl ilə orta atım məsafəsi 35-45m, barıt 
ləngidicisinin yanma müddəti 3,2-4,2san-dir. 
“Atəş  hazırlığı”  bolməsində  şagirdlərə  öyrədilməsi  nəzərdə 
tutulan  ən  başlıca  anlayışlardan  bir  qrupu  da  Kalaşnikov  avtoma-
tının,  TOZ-8  kiçik  kalibrli  tüfənglərin,  Kalaşnikov  pulemyotunun, 
RQD-5 və F-1 qəlpəli əl qumbaralarının hissələri və mexanizmləri, 
onların  funksiyaları  və  işləmə  prinsipləridir.  Dərsliklərdəki  uyğun 
mətnlərdə  bu  anlayışlar  silahların  və  qumbaraların  en  kəsiyinin 
çertyoju üzərində aydınlaşdırılır. Silahların və əl qumbaralarının en 
kəsiyinin  çertyoju  isə  bilavasitə  rəsmxət  fənni  ilə,  o  cümlədən, 
kəsim, kəsimlərin köməyi ilə detalların və müxtəlif əşyaların təsvir 
olunması ilə bağlıdır. Ona görə də kəsimlərin oxunmasını bilmədən 
silahların və qumbaraların mexanizmlərinə və onların iş prinsipləri-
nə  bələd  olmaq  qeyri  mümkündür.  Bunu  nəzərə  alaraq,  tədqiqat-
çının təklifi ilə eksperimental siniflərdə hərbi rəhbərlər Kalaşnikov 
avtomatının  mexanizmlərini  və  iş  prinsiplərini  öyrənməzdən  əvvəl 
aşağıdakı sualların köməyi ilə 3-5 dəqiqəlik müsahibə aparır: 
-Rəsmxət nəyi öyrədir? (Rəsmxət-çertyojun çəkilməsi və oxun-
ması qaydalarından bəhs edən tədris fənnidir), Çertyoj nəyə deyilir? 
(Əşyanın  çertyoj  alətlərinin  köməyi  ilə  müəyyən  qaydada  təsvir 
edilməsinə  çertyoj  deyilir).  Çertyoj  alətləri  hansılardır?  (Çertyoj 
pərgarı, xətkeşi, çertyoj üçküncləri, transportir, çertyoj kağızı, karan-
daşlar, pozan, knopkalar  və s.). Kəsim nəyə deyilir? (Detalın bir və 
ya  bir  neçə  müstəvi  ilə  fikrən  kəsilmiş  təsvirinə  kəsim  deyilir). 

 
160 
Kəsimlər  nəyə  lazımdır?  (Kəsimlər  detalların  və  mexanizmlərin 
daxili  elementlərinin  formasını  və  işləmə  prinsiplərini  öyrənmək 
üçün lazımdır). Hansı kəsimlərə şaquli kəsim deyilir? (Detalın fikrən 
şaquli  müstəvi  ilə  kəsilməsi  nəticəsində  alınan  kəsimə  şaquli  kəsim 
deyilir). Əgər şaquli kəsim detalın simmetriya oxundan keçirsə, ona 
necə  kəsim  deyilir?  (Şaquli-simmetrik  kəsim).  Hərbi  rəhbər  uyğun 
plakatı  nümayiş  etdirərək  deyir:  “İndi  siz  Kalaşnikov  avtomatının 
şaquli simmetrik kəsiminin çertyojunu görürsünüz”. 
Sonra  məşğələdə  avtomatın  hissələrinin  əvvəlcə  əyani,  sonra 
onların  çertyojdakı  təsvirləri  göstərilir  və  hər  biri  haqqında  ayrıca 
məlumat  verilir.  Avtomatın  hissələrinin  hansı  həndəsi  fiqurlardan 
ibarət olduğu və onların çertyojda necə göründükləri aydınlaşdırılır. 
Tədrisin  bu  mərhələsini  hərbi  rəhbər  müvəffəqiyyətlə  keçir,  çünki 
şagirdlər həndəsi fiqurların şaquli kəsimlərinin görünüşünü həndəsə 
və  rəsmxət  fənlərindən  tam  mənimsəyə  bilmişlər.  Bu  mənimsəmə 
hərbi  rəhbərlə  riyaziyyat  müəlliminin  sıx  əlaqəsi  və  əlbir  işinin 
nəticəsində  yaranmışdır.  Tədrisin  sonrakı  mərhələsində  avtomatın 
mexanizm və hıssələrinin iş prinsipinin izahına keçilir. Bu hissə də 
ayrı-ayrı mərhələlərdən ibarətdir. Birinci mərhələdə güllənin silaha 
ötürülməsindən  əvvəl  zərbə-buraxılış  mexanizminin  hissələrinin 
vəziyyəti  öyrədilir.  İkinci  mərhələdə  güllənin  silaha  öturulməsi  za-
manı  zərbə-buraxılış  mexanizminin  hissələrinin  vəziyyəti,  üçüncü 
mərhələdə  isə  atəş  zamanı  zərbə-buraxılış  mexanizminin  hissələri-
nin  işləmə  prinsipi  izah  olunur.  Üçüncü  mərhələnin  aydınlaşdırıl-
ması da iki istiqamətdə: tək-tək və fasiləsiz atəş zamanı silahda ge-
dən proseslər əsasında aparılır. Hərbi rəhbərin bütün bu tədris mər-
hələlərini müvəffəqiyyətlə keçməsində bir ümumilik var. Bu ondan 
ibarətdir  ki,  hərbi  rəhbər  bütün  mərhələlər  üzrə  öz  izahını  zərbə-
buraxılış mexanizminin hər bir mərhələsinə aid ayrıca kəsim və bu 
kəsimi əks etdirən çertyoj üzərində qurur. 
Analoji  proses  Kalaşnikov  pulemyotunu  və  kiçik  kalibrli 
TOZ-8  tüfənglərinin  mexanizm  və  hissələri  ilə  tanışlıq  zamanı  da 
tətbiq olunur. “Atəş  hazırlığı”nın  növbəti məşğələlərində  məktəbli-
lərə  RQD-5  və  F-1  markalı  əl  qumbaralarının  döyüş  keyfiyyətləri, 

 
161 
quruluşu  və  mexanizmlərinin  işləmə  prinsipi  öyrədilir.  Dərslikdə 
qumbaranın və onun fitilinin şaquli kəsiminin çertyoju verilir. Ona 
görə də atım zamanı qumbaranın mexanizm və hissələrinin iş prin-
sipini  bu  çertyojlar  üzərində  aydınlaşdırmaq  daha  əlverışli  olur. 
Bunu  nəzərə  alaraq,  hərbi  rəhbər  “Qəlpəli  əl  qumbaraları”  mövzu-
sunun  tədrisini  Kalaşnikov  avtomatının  öyrədilməsi  metodikasına 
uyğun qurur. 
Şagirdlərlə  aparılan  müşahidə  və  sorğu  materiallarının,  dərs 
nümunələrinin təhlili göstərdi ki,  silahların  və qumbaraların  mexa-
nizmlərinin  və  onların  iş  prinsiplərinin  rəsmxət  fənni  ilə  əlaqəli 
nəzərdən  keçirilməsi  daha  səmərəli  nəticələr  verir,  məktəblilər  uy-
ğun təlim materiallarını daha şüurlu, düzgün və möhkəm mənimsə-
yə bilir. 
Güllənin başlanğıc sürəti və enerjisi. Eksperimental siniflərdə 
məşğələ hərbi rəhbərin şifahi izahı ilə başlanır. Güllə havada uçar-
kən onun sürəti böyük əhəmiyyətə malikdir. Fizika kursundan bili-
rik ki, havada hərəkət edən cismə havanın sürtünmə və müqavimət 
qüvvəsi,  yerin  cazibə  qüvvəsi  və  s.  təsir  göstərir.  Demək,  havada 
uçan  güllə  bu  təsirlərə  məruz  qalır.  Ona  görə  də  güllənin  hərəkət 
sürəti  müxtəlif  anlarda  dəyişir  və  müxtəlif  ədədi  qiymətlərə  malik 
olur.  Güllənin  hərəkəti  bərabərdəyişən  hərəkət,  sürəti  isə  bərabər-
azalan sürət olduğundan, onun havadakı hərəkət sürətini əsasən baş-
lanğıc sürət xarakterizə edir. Bəs başlanğıc sürət nədir? 
Başlanğıc sürət, güllənin lülədən çıxan anda malik olduğu sü-
rətdir.  Başlanğıc  sürət  V
0
  ilə  işarə  olunur  və  saniyədə  metrlərlə 
ölçülür. 
Başlanğıc sürət lülənin uzunluğundan, güllənin və barıtın çə-
kisindən  və  digər  amillərdən  asılıdır.  Güllənin  başlanğıc  sürəti  si-
lahın  lüləsinin  uzunluğu  ilə  düz  mütənasibdir.  Yəni  lülə  nə  qədər 
uzun  olsa,  gullənin  başlanğıc  sürəti  də  bir  o  qədər  çox  olur.  Çünki 
güllənin lülədəki hərəkət sürəti ilə lülədən çıxandan sonrakı sürəti, 
mahiyyətcə  fərqlidir.  Güllə  lülədə  artan  sürətlə  hərəkət  edir.  Lülə 
kanalının sonunda güllə özünün ən böyük sürətini alır. Elə başlanğıc 

 
162 
sürət də məhz budur. Güllənin sonrakı hərəkəti azalan sürətli hərə-
kətdir. 
Kalaşnikov  avtomatında  (həmçinin  pulemyotunda)  atəşin  ya-
ranması  və  qurtarması  prosesi  ani  bir  vaxtda  (0,001-0,06san)  başa 
çatır.  Atəş  tətiyin  çəkilməsi  ilə  başlanır.  Bu  zaman  zərbə  mexa-
nizminin  patronun  arxasına  vurduğu  güclü  zərbə  ilə  onun  daxilin-
dəki barıt alışır və ani bir zamanda yüksək təzyiqli gaz əmələ gəlir. 
Qaz  gülləyə  itələyici  qüvvə  ilə  təsir  edir  və  onu  sürətlə  patrondan 
ayırır.  Lülə  uzun  olduqca  qaz  gülləyə  daha  çox  müddətdə  təsir 
göstərir və lülənin ucunda güllə özünün maksimal sürətini alır. Ona 
görə  də  başlanğıc  sürət  böyük  olur.  Məsələn,  avtomatın  lüləsinin 
uzunluğu  L  =  369mm-dir.  Avtomatda  güllənin  başlanğıc  sürəti  isə 
V

= 715m/san-dir. Karabindən atılan güllənin başlanğıc sürəti daha 
böyük olur. Çünki patronlar hər iki silah üçün demək olar ki, eyni-
dir. Lakin karabinin lüləsinin uzunluğu 544mm-dir. Karabinin lüləsi 
avtomatın lüləsindən 544-369=165mm uzun olduğundan karabində 
güllənin başlanğıc sürəti 745 m/san olur. 
Güllənin  öldürücü  qüvvəsi  onun  hədəflə  görüşdüyü  zaman 
malik  olduğu  enerji  ilə  səciyyələnir.  Fizika  kursundan  bilirik  ki, 
“Enerji  fiziki  kəmiyyət  olub,  bir  cismin  (və  ya  bir  neçə  cismin) 
hansı işi görə biləcəyini göstərir”. Enerjini işin ölçüldüyü vahidlərlə 
hesablayırlar. Yəni, enerji kiloqram-metr (kqm), coul (c) ilə ölçülür. 
Güllənin  enerjisi  də  onun  görə  biləcəyi  iş  ilə  hesablanır.  Lülədən 
çıxan  zaman  güllənin  malik  olduğu  enerji  onun  başlanğıc  enerjisi 
adlanır.  Avtomatlarda  atəş  zamanı  güllənin  başlanğıc  enerjisi  207 
kqm-ə,  800  m-dən  sonra  isə  29  kqm-ə  bərabərdir.  Əl  pulemyot-
larında isə başlanğıc enerji 225 kqm, 800 m-dən sonra isə enerji 29 
kqm-dir.  İnsanı  sıradan  çıxarmaq  üçün  (öldürmək  üçün)  8  kqm 
enerji kifayət edir. Güllə düzünə birbaşa atəş məsafəsində öz öldü-
rücü  gücünü  saxlayır.  Avtomat  və  pulemyotlardan  atılan  güllənin 
canlı  qüvvəni  öldürmək  gücündən  əlavə  dağıdıcı  zərbəsi  də  var. 
Güllənin  dağıdıcı  zərbəsi  onun  müxtəlif  əşyaları  deşib  keçməsi  ilə 
xarakterizə  olunur.  Belə  ki,  pulemyotdan  atılan  güllə  100  metrlik 
məsafədə  yerləşən  hədəf  müstəvisinə  perpendikulyar  (düz  xəttin 

 
163 
müstəviyə perpendikulyarlığı kimi) şəkildə dəydikdə, aşağıdakı hə-
dəfləri deşib keçə bilir: 
a)
 
6 mm-(millimetrlik) qalınlığa qədər polad lövhəni; 
b)
 
Kərpic divar-12 sm (santimetr) qalınlığa qədər; 
c)
 
45 sm-ə qədər qalınlığı olan qum, torpaq maneəni (hədəfi); 
d)
 
50 sm-ə qədər qalınlıqlı taxtadan düzəldilmiş divarı. 
Qeyd  edək  ki,  hərbi  rəhbərin  verdiyi  bu  statistik  məlumat 
şagirdlərin  müqayisə  qabiliyyətlərinə  əsaslanaraq  güllənin  malik 
olduğu döyüş keyfiyyətlərinin daha şüurlu başa düşülməsinə kömək 
göstərir.  Çünki  məktəbli  müxtəlif  materiallardan  ibarət  maneələrin 
gülləyə davamlı olub-olmamasını həm atəş nöqtəsindən olan məsa-
fəyə,  həm  güllənin  malik  olduğu  başlanğıc  enerjiyə,  həm  də  hədəf 
nöqtəsinin materialına və qalınlığına əsasən müqayisə edir, güllənin 
təsirini real şəkildə anlayırlar. Bu, şagirdlərin verdiyi suallardan və 
onların mühakimələrindən aydın görünür. 
Məktəblilərin fizika və riyaziyyat üzrə bilikləri “Güllənin ha-
vada  uçuşu”  mövzusunun  tədrisi  zamanı  da  geniş  şəkildə  tətbiq 
olunur. Bu zaman onların həndəsədən qazandıqları düz və əyri xətt, 
istiqamət, nöqtə, şüa, bucaq (iti, düz və kor bucaq) və s. kimi bilik-
lərinə  müraciət  edilir.  Hərbi  rəhbər  güllənin  havada  uçüş  trayek-
toriyasının çəkildiyi  plakatın üzərində göstərə-göstərə aydınlaşdırır 
ki, cismin (güllənin) hərəkət etdiyi xəttə hərəkət trayektoriyası deyi-
lir. Tratektoriyanın başlanğıcı güllənin uçuş nöqtəsi olur və lülənin 
uc çevrəsinin mərkəzi götürülür. Uçuş trayektoriyasının hədəf müs-
təvisi ilə kəsişmə nöqtəsi düşmə nöqtəsi adlanır. 
Daha  sonra  hərbi  rəhbər  silahın  üfüqünə  nisbətən  güllənin 
uçuş trayektoriyasındakı elementlərin izahına başlayır (14-cü şəkil). 

 
164 
TR – trayektoriya 
 
 
 
 
-Lülənin istiqamətində uzanan düz xətt yüksəlmə xətti adlanır. 
Gullənin  uçuş  nöqtəsindən  onun  trayektoriyasına  çəkilən  toxunan 
düz xəttə isə atım xətti deyilir. Uşaqlar, toxunan düz xətt sizə 7-ci 
sinif  həndəsə  (84,  s.32)  və  9-cu  sinif  cəbr  və  analizin  başlanğıcı 
kurslarından  məlumdur  (tərif  olduğu  kimi  şagirdlərin  yadına 
salınır):  “Tutaq  ki,  bir  f(x)  funksiyası  və  onun  qrafiki  verilmişdir. 
Əgər  x
o
  nöqtəsində  f(x)  funksiyasının  törəməsi  varsa  və  f
1
(x
0
)  –a 
bərabərdirsə, onda 
 y=f(x
0
)+f
1
(x
0
) (x-x
0
)   
(1) 
düsturu  ilə  verilmş  düz  xəttə  f(x)  funksiyasının  qrafikinə  x

nöqtəsində  çəkilmiş  toxunan  deyilir.  Həm  qrafikin,  həm  də 
toxunanın  keçdiyi  M
0
=M(x
0
;y
0
)  nöqtəsinə  toxunma  nöqtəsi  deyilir 
(85,  s.136).  Deməli,  güllənin  hərəkət  trayektoriyası  funksiyanın 
qrafiki  kimi  götürülür,  bu  qrafik  düz  xətlərlə  ancaq  bir  nöqtədə 
görüşür və həmin düz xətlərin bir tərəfində qalır. Güllənin hərəkəti 
zamanı  uçuş  nöqtəsindən  trayektoriyaya  çəkilən  toxunan  ilə 
yüksəlmə  xətti  arasında  əmələ  gələn  bucaq  uçuş  bucağı  adlanır. 
Uçuş bucağı da bütün bucaqlar kimi dərəcələrlə ölçülür. 
Yüksəlmə  düz  xəttini  kəsən  perpendikulyar  müstəviyə  atəş 
müstəvisi deyilir. Yəni atəş müstəvisi elə müstəvidir ki, o, yüksəlmə 
düz  xətti  ilə  kəsişir  və  90
0
-li  bucaq  yaradır.  Yüksəlmə  xətti  ilə 
silahın üfüqünün əmələ gətirdiyi bucaq yüksəlmə bucağı, atım xətti 
Şəkil 14


 
165 
ilə  silahın  üfüqünün  əmələ  gətirdiyi  bucaq  isə  atım  bucağı  adlanır. 
Trayektoriyanın  silahın  üfüqünə  nisbətən  ən  hündür  nöqtəsinə 
trayektoriyanın  təpəsi  deyilir.  Trayektoriyanın  təpəsi  onu  iki  qola 
ayırır.  Uçuş  nöqtəsindən  trayektoriyanın  təpəsinə  qədər  olan  hissə 
(qövs)  daha  uzundur.  Çünki  bu  hissədə  güllənin  sürəti  nisbətən 
böyükdür. Trayektoriyanın təpəsindən silahın üfüqünü kəsənə qədər 
olan  hissə  isə  kiçik  olur.  Çünki  güllə  artıq  öz  sürətini  itirməyə 
başlayır  və  getdikcə  sürət  sıfra  yaxınlaşır.  Güllənin  uçuş  nöqtəsin-
dən  onun  düşmə  nöqtəsinə  qədər  olan  məsafəyə  silahın  tam  üfüqi 
uzaqlığı deyilir. Düşmə nöqtəsində güllənin sürəti son sürət adlanır 
və sıfra bərabər olur. 
Hərbi  rəhbər  bu  qayda  ilə  güllənin  uçuş  trayektoriyasının 
digər elementlərinin izahını davam etdirə bilər. 
Növbəti  hərbi  məşğələlərin  keçirilməsi  zamanı  şagirdlərin 
fizika və riyazi biliklərindən istifadə analoji qaydada aparılır. 
Ümumiyyətlə,” Atəş hazırlığı”na dair məsələlərin öyrənilməsi 
və bu zaman fənlərarası  əlaqənin  əsas  götürülməsi,  fizikadan, riya-
ziyyat  və  rəsmxətdən  vaxtilə  qazanılan  biliklərə  istinad  olunması 
ibtidai  hərbi  hazırlıq  kursunun  ümumi  məqsədinin  həyata  keçmə-
sinə böyük kömək göstərir. Məktəblilər döyüş silahları (Kalaşnikov 
avtomatı və Kalaşnikov  pulemyotu,  əl  qumbarası və s.) ilə onların 
hissələri  və  işəsalma,  istifadə  prinsipləri  ilə  yaxından  tanış  olmaq 
imkanı  qazanırlar.  Atəşin  təsir  uzaqlığı,  nişangah  məsafəsi,  atəşin 
tempi, güllənin öldürücü gücünü saxladığı uzaqlıq və s. barədə alı-
nan biliklər döyüş silahlarından necə düzgün istifadə etməklə bağlı 
şagirdlərin təsəvvürlərinə aydınlıq  gətirir. Bu da gələcəkdə – hərbi 
xidmət illərində döyüş silahları ilə davranmaq, onlara qulluq göstər-
mək, tələb olunan səviyyədə onları işlətmək işini asanlaşdırır. 
 
3.4. Hərbi topoqrafiyanın şagirdlərin riyazi, rəsmxət  
və coğrafi biliklərilə əlaqəli tədrisi 
Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin