AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə20/21
tarix09.02.2017
ölçüsü2,91 Mb.
#7872
1   ...   13   14   15   16   17   18   19   20   21

№5.  Məlumdur  ki,  adi  yerişlə  normal  sürət  dəqiqədə  110  – 
120  addımdır  (hər  addımın  uzunluğu  70-80  sm),  qaçaraq  hərəkətin 

 
261 
normal sürəti isə dəqiqədə 165-180 addımdır (hər addımın uzunluğu 
85-90 sm). 
Şərtə görə, əsgərlər adi yerişlə 15 dəqiqə gediblər. 
110 
∙ 15 = 1650 
120 
∙ 15 = 1800 
Deməli, əsgərlər adi yerişlə 1650-1800 addım hərəkət ediblər. 
İndi bu addımların uzunluğunu tapaq: 
237m
 
1km
123750sm
75
1650
2
80)
(70
1650






 
350m
 
1km
135000sm
75
1800
2
80)
(70
1800






 
Əsgərlər adi yerişlə 1,237-1,350 km yol gediblər. İndi qaçaraq 
hərəkətdə gedilən yolu hesablayaq: 
(8 
∙ 165-8 ∙ 180)

(1320 – 1440 addım) 
1155m
115500sm
175
660
2
90)
(85
1320






 
1250m
125000sm
175
720
2
90)
(85
1440






 
Əsgərlər qaçaraq 1155-1250 m yol gediblər. 
1155 m+1237 m = 2392 m = 2,392 km 
1250 m+1350 m = 2600 m = 2,6 km 
Demək, əsgərlər cəmi 2,392 – 2,600 km yol getmiş olarlar. 
İndi təlim-məşq meydanına qədər olan orta məsafəni tapaq: 
km.
 
2,496
2
2,6
2,392


 
№6. Əgər əsgərin başında baş geyimi yoxdursa, komandirə 5-
6  addım  qalmış  “Farağat”  vəziyyətində  olmalı,  başını  komandirin 
hərəkət  istiqamətinə  cevirməli  və  bədənini  bu  istiqamətə  uyğun 
hərəkət etdirməlidir. 
№7. a) 5-ci sinfin coğrafiya kitabından istifadə etməli. 
b)  Oriyentir  dedikdə  relyefin  yaxşı  görünən  və  müşahidə 
edilən, ətraf əşyalardan kəskin şəkildə fərqlənən elementi və ya yer 
əşyası  başa  düşülür.  Qoşunlarda  oriyentir  öz  yerini  müəyyənləş-

 
262 
dirmək,  hərəkəti  istiqamətlədirmək,  bölməni  idarə  etmək  və  atəş 
zamanını  dəqiqləşdirmək  üçün  istifadə  olunur.  Oriyentirin  köməyi 
ilə müşahidə və atəş sahəsi müəyyənləşdirilir, bölməyə həmin sahə-
də döyüş tapşırığı verilir. Oriyentirləri bölmənin döyüş fəaliyyətinə 
hazırlığı zamanı və ya döyüşün gedişində komandir təyin edir. 
c) “Azimut-meridian müstəvisi ilə müşahidə nöqtəsi və müşa-
hidə predmetindən keçən müstəvi arasındakı ikiüzlü bucaqdır. Azi-
mut, yollardan kənarda hərəkət etdikdə və pisgörmə şəraitində (gecə, 
dumanda  təyyarə,  gəmi  sürmək  və  artilleriya  atəşi  üçün  məlumat 
hazırlamaq  işində  hədəfi,  ərazini  qeyd  etmək  və  s.  üçün)  istifadə 
edilir. Həqiqi (astronomik), geodeziya və maqnit azimutu fərqləndi-
rilir.  Həqiqi  azimut  müşahidə  nöqtəsinin  astronomik  meridianının 
müstəvisi  ilə  bu  nöqtədən  və  müşahidə  olunan  nöqtədən  keçən 
müstəvi  arasında  yaranan  ikiüzlü  bucaqdır.  Həqiqi  azimut  yer  sət-
hində göy cisimlərinə görə xüsusi cihazlarla müəyyən olunur. Maq-
nit azimutu  müşahidə nöqtəsinin maqnit meridianı  müstəvisi ilə  bu 
nöqtədən keçən şaquli müstəvinin yaratdığı ikiüzlü bucaqdır. Maq-
nit  azimutu  kompas  ilə  ölçülür  və  ya  direksiya  bucağı  ilə  hesab-
lanır.”(81, s.16). 
№8. Kompasın sferblatı 360
o
-yə bölündüyündən onunla məhəl-
də bucağı asan ölçmək olur. Şimala doğru olan istiqamətlə hər hansı 
bu  əşyaya  döğru  olan  istiqamət  arasındakı  bucağa  azimut  deyilir. 
Şimal tərəfdə azimut saat əqrəbinin hərəkəti istiqamətində hesablanır. 
№9.  Əgər  düşmən  obyekti  müşahidəçi  əsgərdən  düz  şimal-
dadırsa, azimut 0
o
-yə; əgər şərqdədirsə, azimut 90
o
-yə; cənubdadırsa, 
azimut 180
o
-yə; qərbdədirsə, azimut 270
o
-yə bərabərdir. 
№10.  Bunun  üçün  əsgər  kompası  üfüqün  tərəfləri  üzrə 
cəhətləndirməlidir.  Kompasın  sferblatında  45  rəqəmini  tapmaq  və 
kompasın  şüşəsi  üzərində  kibrit  çöpünü  və  ya  kiçik  nazik  çubuğu 
elə  qoymaq  lazımdır  ki,  o,  kompas  əqrəbinin  mərkəzini  45  rəqəmi 
ilə birləşdirsin. Çubuq 45

azimut üzrə istiqaməti göstərir. Əsgər bu 
istiqamət üzrə 500 metr getməlidir. 
№11. Hücum qərb istiqamətinə yönəlmişdir. 

 
263 
Qeyd: Məlumdur ki, qütb ulduzu şimal istiqamətində yerləşir. 
Əgər,  həmin  ulduz  sağ  tərəfdə  görünərsə,  demək,  üzümüz  qərb 
istiqamətinə doğrudur. 
№12. Müstəqil yerinə yetirməli. 
№13. Verilir:  |
 
AB
 
| = 2 km; |BC| = 0,5 km 
    
 
|CM| = 0,2 km; |MD| = 5,0 km 
|
 
DE| = 3,5 km 
|AE|=? 
|DK| = |BC| = 0,5 km 
|KE| = |DE|-|DK| = 3,5-0,5 = 3 km 
|AK| = |AB|+|BK| = |AB|+|CM|+|MD| = 
= 2+0,2+5,0 = 7,2 km 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 41

 
7,8
60,84
7,2
3
KE
AK
AE
2
2
2
2






 
|AE| = 7,8 km. 
№14.  Miqyas  məhəldəki  məsafələrin  xəritədə  və  ya  planda 
təsvir olunarkən neçə dəfə kiçildiyini göstərən kəsr ədəddir. Məhəl-
də  həqiqi  məsafələri  (ölçüləri)  kağız  üzərində  göstərmək  mümkün 
olmadıqda miqyasdan istifadə olunur. Miqyaslar  üç cür olur: xətti, 
adlı və ədədi miqyaslar. 



• 
• 




• 
• 
• 
• 
• 
Ç a y 

 
264 
Düz xətt şəklində göstərilib, bərabər hissələrə bölünmüş miq-
yasa xətti miqyas deyilir. Xətti miqyası çəkərkən xətt parçasının son 
ucundan  bir  santimetr  sonra  sıfır  qoyulur,  birinci  santimetr  isə  10 
hissəyə  bölünür.  Bu  miqyası  sözlərlə  də  ifadə  etmək  olar:  1  sm-də 
100  m.  Belə  miqyasa  adlı  miqyas  deyilir.  Həmin  miqyas  ədədlə 
ifadə olunduqda (1:10000), ədədi miqyas adlanır. 
 
 
 
 
 
 
 
 
 
 
 
№15.  Sadə  məsafəölçən  cihaz  əsgərin  dayandığı  yerdən 
müəyyən obyektə (hərəkət edən düşmən əsgərinə) qədər olan məsa-
fəni  tez  ölçmək  üçündür.  Məsafəölçən  düzbucaqlı  şəklində  kağız 
kartondan  düzəldilir.  Düzbucaqlının  daxilində  aşağıdakı  ölçülərlə 
üçbucaq kəsilir (Şəkil 42). 
Bu  cihazdan  belə  istifadə  olunur.  Əsgər  məsafəölçəni  əlində 
tutur, qolunu tam açır, kəsik hissədən uzaqda hərəkət edən düşmən 
əsgərinə  baxır.  Düşmən  əsgərinin  ayağı  aşağı  şkalada  dayanmalı, 
başı isə üçbucağın hipotenuzuna “söykənməlidir”. Bu şkaladakı böl-
üyə  uyğun  olan  ədəd  düşmən  əsgərinin  hansı  məsafədə  olduğunu 
göstərəcəkdir.
 
№16.  1:50000  miqyası  o  deməkdir  ki,  kəşfiyyatçı  əsgər  öz 
çertyojunda  1  sm-lik  məsafəni  50000  sm-lik  məsafəyə  uyğun  gö-
türüb. Ona görə də 7 sm-ə uyğun məsafə 
7 sm ∙ 50000 = 350000 sm = 3 km 500 m. 
Deməli, körpüdən düşmən tanklarına qədər olan məsafə 3 km 
500 m-dir. 
Şəkil 42. 
 
 
 
 
 
 
 
 
 
 
     50    67   80   83  100
 
200 400 600 

 
265 
№ 17. Məsələn, P = 168 sm-ə bərabərdirsə, onda 
L = 
0,8
37
4
168



L = 0,8 m 
Qeyd edək ki, riyazi və coğrafi məzmunlu belə çalışmalardan, 
yeri  gəldikdə  dərsin  istənilən  mərhələsində  istifadə  edilə  bilər.  La-
kin  bu  çalışmalar  əsas  etibarilə  yeni  hərbi  anlayışın  bilavasitə  iza-
hından sonra icra edildikdə daha səmərəli nəticələr verir. Şagirdlər 
sıra  təlimi  qaydalarını,  hərbi  topoqrafik  bilik  və  bacarıqları  daha 
şüurlu mənimsəyir, çalışmaların həlli prosesində uyğun hərbi bilik-
lər onların təfəkküründə daha da möhkəmlənir. Bununla da, gələcək 
hərbçilər  indidən  zəruri  hərbi  bilik  və  praktik  bacarıqlara  kifayət 
qədər yiyələnmiş olurlar. 
Son  fəsildə  geniş  və  təfsilatlı  təhlil  edilən  faktları  yekunlaş-
dıraq.  Göründüyü  kimi,  fizika,  riyazi  və  coğrafi  məzmunlu  hərbi 
çalışmaların  tərtibi  və  onlardan  gənclərin  çağırışaqədərki  hazırlığı 
(ibtidai hərbi hazırlıq) məşğələlərində istifadə aşağıdakı mərhələlər-
dən keçir. 
İlkin  mərhələdə  gənclərin  çağırışaqədərki  hazırlığı  (ibtidai 
hərbi  hazırlıq)  kursundan  hansı  mövzular  üzrə  çalışmalar  təşkil 
edilməli  olduğu  müəyyənləşdirilir.  Bu  məsələnin  uğurla  həlli  hərbi 
rəhbərdən böyük səriştə tələb edir. Hərbi rəhbər öz fənnini dərindən 
bilməklə yanaşı, ümumtəhsil fənlərinə də yaxından bələd olmalıdır. 
İşin  ikinci  mərhələsində  gənclərin  çağırışaqədərki  hazırlığı 
(ibtidai  hərbi  hazırlıq)  kursu  üzrə  birinci  mərhələdə  müəyyənləş-
dirilmiş  mövzulara  fizikadan,  riyaziyyatdan,  yaxud  coğrafiyadan 
uyğun gələn bilik və bacarıqlar dəqiqləşdirilir. 
İşin  üçünçü  mərhələsində  fizika,  riyaziyyat  və  ya  coğrafiya 
məzmunlu hərbi çalışmalar tərtib edilir. 
Dördünçü mərhələdə hərbi məzmunda hazırlanmış çalışmalar 
üzərində şagirdlərin işini hərbi rəhbər dərs məşğələsində təşkil edir. 
İşin  növbəti  mərhələsində  hərbi  rəhbər  müstəqil  həll  etmək 
üçün evə bir-iki çalışma təklif edir. 

 
266 
Son  mərhələdə  hərbi  rəhbər  evə  verilmiş  çalışmaların  icra 
vəziyyətini yoxlayır. 
Hərbi  məzmunlu  çalışmaların  uğurla  yerinə  yetirilməsinin 
başlıca şərtlərindən biri çalışmaların gedişini şərh etməkdən ibarət-
dir.  Bu,  o  deməkdir  ki,  şagirdlər  hərbi  rəhbərin  nəzarəti  altında 
çalışmalar üzərində işləyərkən atdığı hər addımı, hər bir əməliyyatı 
sözlə müşayiət etməlidir. Bu zaman şagirdin necə düşündüyü qaba-
rıq  şəkildə  özünü  göstərir.  Çalışmaların  yerinə  yetirilməsi  nitq  və 
təfəkkürlə  müşayiət  olunduqda  nəinki  şagirdlərin  ümumtəhsil  fən-
ləri üzrə bilik və baçarıqları möhkəmlənir, həm də onların psixoloji 
inkişafları  üçün,  o  cümlədən  nitq  və  təfəkkürlərinin  inkişafı  üçün 
əlverişli şərait yaranır. 
 

 
267 
 
ÜMUMĠ NƏTĠCƏLƏR VƏ TƏKLĠFLƏR 
 
Tədqiqat aşağıdakı nəticəyə gəlməyimizə əsas vermişdir: 
Digər  ümumtəhsil  fənlərilə  yanaşı,  gənclərin  çağırışaqədərki 
hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  kursu  da  dövlətin  təhsil  siyasətini 
həyata keçirməyə xidmət göstərir. Bu fənn şagirdlərin hərb elminin 
sirlərinə  yiyələnmələrinə  münasib  şərait  yaradır.  Onların  hərbi 
texnikaya  və  silahlara,  döyüş  hazırlığına,  Milli  Ordumuzun  həyatı 
və  fəaliyyətinə,  onun  tarixi  döyüş  ənənələrinə  və  s.  dair  məlumat-
larını xeyli genişləndirir. Gənclərin çağırışaqədərki hazırlığı (İbtidai 
hərbi  hazırlıq)  məşğələləri,  bu  fənn  üzrə  sinifdənxaric  və  məktəb-
dənkənar vaxtlarda həyata keçirilən tədbirlər gənclərə yurdsevərlik, 
yüksək vətəndaşlıq hissi,  dövlətimizə və onun  atributlarına hörmət 
və  rəğbət,  milli  sərvətlərimizə  və  mədəniyyətimizə,  doğma  təbiətə, 
adət və ənənələrimizə, ana dilimizə, xalqımıza, insanlara məhəbbət 
duyğusu, milli iftixar hissləri aşılayır və ən başlıcası onları Vətənin 
müdafiəsinə hazırlayır. 
Gənclərin çağırışaqədərki hazırlığı (İbtidai hərbi hazırlıq) üzrə 
məşğələlərin  digər  ümumtəhsil  fənləri  ilə,  o  cümlədən  riyaziyyat
fizika, coğrafiya, rəsmxət,  əmək təlimi, astronomiya ilə əlaqəli şə-
kildə tədrisi məktəblilərin hərbi bilik və anlayışlarla yaxından tanış 
olmaları  və  onları  möhkəm  mənimsəmələri,  həqiqi  vətənpərvərlər, 
iradəli, dözümlü, igid, çevik, məğrur, Bətənə sədaqətli övladlar kimi 
yetişmələri üçün gözəl imkanlar yaradır. 
Fənlərarası  əlaqə  təlimin  faydalı  prinsiplərindən  biridir.  Hə-
min prinsipə əsaslanaraq gənclərin çağırışaqədərki hazırlığı (ibtidai 
hərbi  hazırlıq)  kursu  üzrə  məşğələləri  digər  ümumtəhsil  fənləri  ilə 
əlaqələndirdikdə  bir  tərəfdən  şagirdlərin  riyaziyyatdan,  fizikadan, 
kimyadan,  yaxud coğrafiyadan mənimsəmiş olduqları biliklər yada 
salınır, təkrar olunur və daha da möhkəmləndirilir, digər tərəfdən də 
gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi hazırlıq) kursu üzrə 
yeni mövzuların şüurlu mənimsənilməsi təmin olunur. 

 
268 
Fənlərarası əlaqə baxımından gənclərin çağırışaqədərki hazır-
lığı (ibtidai hərbi hazırlıq) üzrə tədris proqramı və dərsliyin, habelə 
ümumtəhsil  fənləri  üzrə  tədris  proqramlarının  təhlili  göstərdi  ki, 
gənclərin  çağırışaqədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  kursunun 
tədrisi  zamanı  fənlərarası  əlaqənin  nəzərə  alınması  üçün  geniş 
imkanlar vardır. Əvvəla, ümumtəhsil fənləri üzrə tədris proqramla-
rında  fənlərarası  əlaqəni  yaratmağın  zəruriliyi  göstərilir.  İkincisi, 
tədris proqramlarına əsasən fizika, riyaziyyat, coğrafiya, kimya və s. 
fənlər üzrə lazımlı mövzular uyğun hərbi mövzulardan əvvəl tədris 
olunur. Bu isə hərbi anlayışları şagirdlərin həmin biliklərinə əsasən 
daha  dəqiq  izah  etməyə,  hərbi  xarakterli  çalışmaların  həlli  zamanı 
onları tətbiq etməyə metodik şərait yaradır. Lakin gənclərin çağırı-
şaqədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  üzrə  yeni  dərs  vəsaitləri 
nəşr olunmadığından hərbi rəhbərlər bəzi materialları sovet dövrün-
dəki  materiallardan  tapmaq  məcburiyyətində  qalırlar.  Kurs  üzrə 
metodik  vəsait  olmadığından  hərbi  rəhbərlər  gənclərin  çağırışaqə-
dərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  üzrə  məşğələləri  bacardıqları 
şəkildə  keçməli  olur,  çox  halda  isə  fənlərarası  əlaqəyə  lazımi  yer 
ayırmırlar. Bu da təbii ki, digər ümumtəhsil fənləri üzrə biliklərdən 
faydalanmağa imkan vermir. 
Orta  ümumtəhsil  məktəblərində  gənclərin  çağırışaqədərki  ha-
zırlığı  (ibtidai hərbi hazırlıq) kursunun tədrisi zamanı hərbi  anlayış-
ları şagirdlərin fizikaya, riyaziyyata, coğrafiyaya və s. aid bilikləri ilə 
əlverişli formalarda əlaqələndirmək və öyrətmək imkanları vardır. Bu 
imkanlar həm fizika və ya riyazi biliklərin məzmunundan və həcmin-
dən, həm də gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi hazırlıq) 
kursu üzrə tədris rpoqramı materiallarından və bu materiallara uyğun 
dərslikdə verilən mətnlərin məzmunundan irəli gəlir. 
Problemin  məktəb  praktikasında  vəziyyətinin  təhlili  göstərdi 
ki, hərbi rəhbərlərin əksəriyyəti qeyd edilən imkanlardan lazımınca 
istifadə  etmirlər.  Bunun  başlıca  səbəbi  hərbi  rəhbərlərin  gənclərin 
çağırışaqədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  materiallarını  şa-
girdlərin ümumtəhsil fənləri üzrə biliklərilə əlaqələndirmək yolları-
nı  və  metodikasını  bilmədikləri  ilə,  bu  istiqamətdə  ədəbiyyatın 

 
269 
olmadığı ilə bağlıdır. Bununla yanaşı,  respublika məktəblərində öz 
fəaliyyətlərini  nisbətən  düzgün  quran,  təlimin  təhsilləndirici,  tərbi-
yələndirici və inkişafetdirici funksiyalarını həyata keçirən hərbi rəh-
bərlər  yox  deyil.  Bu  sonuncular  fənlərarası  əlaqənin  rolu  olduğunu 
bilir və öz praktik fəaliyyətlərində onu nəzərə almağa çalışırlar. Nə-
ticə etibarilə “Əsgərin döyüşdə davranış qaydaları” (“Taktiki hazır-
lıq”),  “Silahlar  və  atıcılıq  hazırlığı”  (“Atəş  hazırlığı”),  “Hərbi  to-
poqrafiya”,  “Mülki  müdafiə”  və  s.  bu  kimi  mövzuların  dərindən 
öyrənilməsinə qismən də olsa nail olurlar. 
Tədqiqatdan aydın oldu ki, gənclərin çağırışaqədərki hazırlığı 
(ibtidai  hərbi  hazırlıq)  kursunun  öyrənilməsinə  başlayarkən  şagird-
lərin xeyli hissəsi müəyyən səviyyədə ümumtəhsil fənləri üzrə bilik 
ehtiyatına  malikdir.  Bu  bilik  ehtiyatı  X-XI  siniflərdə  gənclərin 
çağırışaqədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  kursu  ilə  paralel 
tədris olunan digər fənlərin öyrədilməsi zamanı getdikcə zənginləş-
dirilir. Lakin bu zəngin bilik ehtiyatından  gənclərin çağırışaqədərki 
hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  məşğələlərinin  keçirilməsi  prose-
sində tam istifadə olunmur. 
Gənclərin  çağırışaqədərki  hazırlığı  (İbtidai  hərbi  hazırlıq) 
kursunun  ümumtəhsil  fənləri  ilə  əlaqəli  tədrisi  zamanı  şagirdlərin 
həyat  təcrübəsindən,  I-V  siniflərdə  riyaziyyatdan,  VI-IX  siniflərdə 
(habelə X-XI siniflərdə ) isə riyaziyyatdan, həm də fizikadan aldıq-
ları  biliklərdən  istifadə  olunur.  Ona  görə  də  tədris  ilinin  müxtəlif 
mərhələlərində  şagirdlərin  riyaziyyatdan  və  ya  fizikadan  aldıqları 
biliklərin dinamikada, inkişafda olduğunu da hərbi rəhbərlər nəzərə 
almalı  olurlar.  Çünki,  hərbi  materialların  mənimsənilmə  dərəcəsi 
çox  amillərdən  asılı  olur.  Burada  fənlərarası  əlaqənin  yaradılması-
nın xarakteri də, ayrı-ayrı şagirdlərin idrak imkanları da ümumtəhsil 
fənlərindən şagirdlərin qazandıqları  bilik  səviyyəsi  də müəyyən rol 
oynayır. 
Gənclərin  çağırışaqədərki  hazırlığı  (İbtidai  hərbi  hazırlıq) 
məşğələlərində  şagirdlərin  ümumtəhsil  fənləri  üzrə  biliklərindən 
əlaqəli  istifadə  edildikdə  şagirdlər  nəinki  hərbi  materialları,  nəinki 
digər  ümumtəhsil  fənləri  üzrə  bilikləri  daha  şüurlu,  daha  möhkəm 

 
270 
mənimsəyirlər, onlar həm də riyaziyyatdan, fizikadan və digər fən-
lərdən  öyrəndikləri  nəzəri  biliklərin  yeni  tətbiq  sahəsini  görür,  bu 
tətbiqin  imkan  və  yollarını  mənimsəyirlər.  Bununla  da,  həyata 
hazırlanan X-XI sinif şagirdlərinin məktəb illərindən aldıqları bilik 
və  bacarıqların  praktikaya  tətbiqi  imkanları  genişlənir  və  onların 
həyatiliyinə inamları xeyli artır. 
Fənlərarası  əlaqə  yaratmaq  prinsipinin  gənclərin  çağırışaqə-
dərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  məşğələlərində  müntəzəm 
tətbiqinin münasib imkanları genişdir. 
Tədqiqat zamanı yenilməz şəkildə isbat olunmuşdur ki, ibtidai 
hərbi hazırlıq kursunun tədrisini digər ümumtəhsil fənləri ilə əlaqəli 
təşkil  edərkən  çalışmalar  üzərində  şagirdləri  işlətməyin  müstəsna 
əhəmiyyəti  olur.  Riyaziyyat,  fizika  və  kimya  məzmunlu  hərbi 
çalışmalar üzərində işləyən şagirdlər bir tərəfdən ümumtəhsil fənləri 
üzrə  müvafiq  qanunları,  qaydaları,  teoremləri  xatırlamalı  və  məhz 
həmin  qanunlar,  qaydalar,  teoremlər  əsasında  hərbi  məzmunlu 
çalışmaları icra etməli olurlar. Praktik çalışmalar hərbi anlayışların 
şagirdlərdə formalaşması üçün xüsusi əhəmiyyət kəsb edir. Riyaziy-
yat  və  ya  fizika  fənnindən  şagirdlərin  aldıqları  nəzəri  materiallar 
hərbi  məzmunlu  praktik  işlərin  elmi  əsaslarını  dərindən  başa  düş-
məkdə, praktik işlər isə hərbi biliklərin möhkəmlənməsi və dərinləş-
dirilməsində onlara kömək göstərir. 
Tədqiqatdan aydın  olur ki,  gənclərin çağırışaqədərki hazırlığı 
(ibtidai hərbi hazırlıq) kursunun tədrisinin digər ümumtəhsil fənləri 
ilə  ələqələndirməkdə  müvəffəqiyyət  qazanmaq  üçün  bir  sıra  peda-
qoji şərtlər nəzərə alınmalıdır. Fənlərarası əlaqə yaratmağın əhəmiy-
yəti  və  zəruriliyinin  hərbi  rəhbərlər  tərəfindən  nəzərə  alınması, 
ümumtəhsil fənlərinə aid tədris proqramları və dərsliklərindən hərbi 
rəhbərlərin  hali  olması,  gənclərin  çağırışaqədərki  hazırlığı  (ibtidai 
hərbi  hazırlıq)  kursundan  hansı  mövzuları  digər  ümumtəhsil  fən-
lərinin  hansı  mövzuları  ilə  əlaqələndirməyin  mümkün  olduğunu 
hərbi rəhbərin əvvəlcədən bilməsi və s. bu cür şərtlərdəndir. 
Müəyyənləşdirə  bilmişik  ki,  gənclərin  çağırışaqədərki  hazır-
lığı  (ibtidai  hərbi  hazırlıq)  kursunun  digər  ümumtəhsil  fənləri  ilə 

 
271 
əlaqəli tədrisi bir sıra mərhələlərdən keçir:  Fənlərarası  əlaqə  yarat-
mağa  psixoloji  cəhətdən  şagirdlərin  hazırlanması;  gənclərin  çağırı-
şaqədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  kursunda  qarşıdakı 
məşğələnin  mövzusunun  öyrənilməsini  hansı  ümumtəhsil  fənninin 
hansı mövzusu ilə əlaqələndirməyin mümkün olduğunun şagirdlərlə 
birlikdə  müəyyənləşdirilməsi;  həmin  mövzu  üzrə  şagirdlərin  möv-
cud bilik səviyyəsinin üzə çıxarılması; lazım gəldikdə müvafiq bilik 
və bacarıqların xatırlanması; fənlərarası əlaqənin əməli olaraq yara-
dılması; müvafiq bilik və bacarıqların əməli çalışmalarda tətbiqi. 
Gənclərin  çağırışaqədərki  hazırlığı  (İbtidai  hərbi  hazırlıq) 
kursunu digər ümumtəhsil fənləri ilə əlaqələndirən zaman izah, su-
al-cavab, müqayisə, problemli situasiya kimi təlimin üsul və tərzlə-
rindən geniş istifadə edən hərbi rəhbər müxtəlif məzmunlu sxemlər, 
cədvəllər,  diaqramlar,  xəritələr,  maketlər,  çalışmalar  üzərində  şa-
girdlərin müstəqil işlərini də təşkil edir. 
Gənclərin  çağırışaqədərki  hazırlığı  (İbtidai  hərbi  hazırlıq) 
kursunun  tədrisi  digər  ümumtəhsil  fənləri  ilə  əlaqələndirilən  zaman 
təşkil  olunan  müstəqil  işlərin  uğurunu  təyin  edən  başlıca  şərtlərdən 
birisi  tapşırıq  üzərində  işləyərkən  icra  etdiyi  hər  bir  əməli  sözlə, 
izahatla şagirdin müşayiət etməsidir. Bu yolla işləyərkən şagirdin ne-
cə düşündüyü barədə hərbi müəllim məlumat əldə edə bilir. Bununla 
da,  hərbi  rəhbər  şagirdin  fəaliyyətinə  korrektəedici  müdaxilə  etmək 
imkanı qazanır. Onun fəaliyyətini düzgün istiqamətə yönəldə bilir.  
Uzun  müddət  məktəblərdə  apardığımız  tədqiqatdan  və  peda-
qoji ədəbiyyatın araşdırılmasından bir sıra təkliflər irəli gəlir: 
1.  Gənclərin  çağırışaqədərki  hazırlığı  (İbtidai  hərbi  hazırlıq) 
məşğələlərinin  keçirilməsi  zamanı  hərbi  anlayışlarla  əlaqələndiril-
məsi  mümkün olan fizikaya, riyaziyyata, kimyaya və  s.  fənlərə  aid 
olan anlayışları və onları əlaqələndirməyin formalarını hərbi rəhbər 
əvvəlcədən  müəyyənləşdirsin.  İstifadə  olunacaq  fizika  və  ya  riyazi 
anlayışlar  hərbi  rəhbər  üçün  qaranlıq  və  çətin  olarsa,  onda  hərbi 
rəhbər müvafiq olaraq fizika və yaxud riyaziyyat müəlliminə müra-
ciət  edib  lazımi  məsləhətlər  alsın.  Hərbi  materialların  izahında 
istifadə  olunacaq  digər  fənlərə  aid  anlayışların  təhrif  olunması  bu 

 
272 
anlayışlardan düzgün və səmərəli istifadəni xeyli çətinləşdirir. Odur 
ki,  hərbi  rəhbərlə  digər  ümumtəhsil  fənlərindən  dərs  deyən 
müəllimlər arasında müntəzəm əlaqə yaradılması zəruridir. 
2.  Gənclərin  çağırışaqədərki  hazırlığı  (İbtidai  hərbi  hazırlıq) 
məşğələlərində  fizika,  riyaziyyat  və  s.  fənlərə  aid  bilik  bacarıq  və 
vərdişlərdən istifadə təcrübəsinə dair metodik vəsaitlərin hazırlanma-
sı və bu vəsaitlərin nəşr olunaraq respublikanın məktəblərində fəaliy-
yət göstərən hərbi rəhbərlərin istifadəsinə verilməsi təşkil edilməlidir. 
3.  Gənclərin  çağırışaqədərki  hazırlığı  (İbtidai  hərbi  hazırlıq) 
məşğələlərində  ümumtəhsil  fənlərinə  aid  biliklərdən  istifadə  sahə-
sində ortaya çıxan çətinliklərin aradan qaldırılması məqsədi ilə hər-
bi  rəhbərlərin  təkmilləşdirmə  institutlarında  xüsusi  kursları  təşkil 
olunsun. 
4.  Gənclərin  çağırışaqədərki  hazırlığı  (İbtidai  hərbi  hazırlıq) 
kursunun  tədrisi  metodikasını  təkmilləşdirərkən,  bu  kursun  məşğə-
lələrində  şagirdlərin  ümumtəhsil  fənləri  üzrə  biliklərindən  həm 
ümumi və həm də xüsusi metodik məsələləri nəzərə alınsın. 
5.  Gənclərin  çağırışaqədərki  hazırlığı  (İbtidai  hərbi  hazırlıq) 
kursu  üzrə  tədris  proqramı  təkmilləşdirilərkən  həmin  proqramın 
izahat  vərəqində  fənlərarası  əlaqənin  ümumi  pedaqoji  əhəmiyyət 
kəsb edən istiqamətləri göstərilsin. 
6.  Şagirdlərin  kimya,  bədən  tərbiyəsi  və  tarix  fənlərinə  dair 
biliklərindən gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi hazır-
lıq) məşğələlərində istifadə imkanları və yolları xüsusi tədqiq edil-
sin. Belə bir tədqiqatın aparılması gənclərin çağırışaqədərki hazırlı-
ğı (ibtidai hərbi hazırlıq) kursunun digər ümumtəhsil fənləri ilə əla-
qəli öyrənilməsi problemlərinin tam həlli üçün əhəmiyyətli olardı. 
 

 
273 
Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin