Yaziçilar býRLÝYÝ Çaõ ÖyrŠtim ÝþlŠtmŠlŠri qafqaz unýversýtetý Az TéHSÝl nazýRLÝYÝ Šrbaycan Respublikası


«II BEYNƏLXALQ TÜRK XALQLARI UŞAQ ƏDƏBİYYATI KONQRESİ»



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə9/10
tarix03.02.2017
ölçüsü3,46 Mb.
#7319
növüYazi
1   2   3   4   5   6   7   8   9   10

«II BEYNƏLXALQ TÜRK XALQLARI UŞAQ ƏDƏBİYYATI KONQRESİ»    

 

 



62 

Azərbaycan uşaq  ədəbiyyatının inkişafında XX əsrin birinci iyirmi ili xüsusi 

bir mərhələ  təşkil etmişdir. XIX əsr boyunca A.Bakıxanov, M.Ş.Vazeh, Q.Zakir, 

M.N.Didə, M.F.Axundov, H.Zərdabi, S.Ə.Şirvani, H. Xan Qaradaği və başqaları-

nın qurduğu maarifçi  bünövrə üzərində inkişaf edən Azərbaycan uşaq  ədəbiyya-

tının solmaz çiçəkləri XX əsrin  əvvəllərində M.Ə.Sabirin qələmindən göyərdi, 

A.Səhhət və A.Şaiqin simasında yeni rpomantik mərhələyə daxil oldu. Artıq 

Azərbaycan uşaq ədəbiyyatında A.Səhhətin şəxsində  



                          Cücələrim birər-birər 

                          Suyu görüb yavuq gələr. 

                          İçər, gedər eşələnər, 

                          Yeyər, içər cücələrim, 

                          Doyub qaçar cücələrim. 

                           

 

 

                       (“Cücələrim”) 

və ya 


                          Oturmuş ana 

                          Basmış bağrına 

                          Nazlı körpəsin, 

                          Laylay der ona. 

                          (“Ana və bala”) 

və s. şeirləriylə görüntünün, hərəkətin və təsvirin romantikasını görürük. A.Şaiqin 

şəxsində isə 

                          Laylay mələyim, sevdiciyim. yavrucuğum, yat. 

                          Bir də ələ düşməz bu cocuqluq dəmi, heyhat! 

                          Türk oiğlusan, əcdadın ulu, sərəfraz... 

                          İştə vətənindir, a quzum, şanlı bu Qafqaz. 

                                                                (“Laylay”) 

deyə çaldığı laylay ilə uşaqların, 

                          Həpimiz bir yuva pərvərdəsiyik, 

                          Həpimiz bir Günəşin zərrəsiyik.  

                                      

 

(“Həpimiz bir Günəşin zərrəsiyik.”) 



həqiqətini elan etməklə bütünlüklə insanlığın qan yaddaşını oyadan romantikanın 

həzinliyini yaşayırıq.   

Təəssüflər olsun ki, Sovet dönəmi uşaq ədəbiyyatını da siyasiləşdirdi. “Azadlıq 

verdi bizə Lenin - əziz babamız” deyə-deyə  uşaqların da yaddaşını korşaltmağa 

çalışdılar. “Marksdır, Lenindir həyatda baban”,”İyirmialtılarım, ey şanli qəhrəman-

lar! Adları ürəklərə həkk olunmuş insanlar!” deyənlərin sayı köbələk kimi baş alıb 

getdi. Bu – ümumsovet prosesiydi. Digər Sovet Sosialist Rrespublikaları kimi 

Azərbaycan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Qazağıstan respublikaları 

da oxşar nəğmələri oxşar ritm ilə oxuyurdular. Lakin bu ifa heç də  hər yerdə 

ürəkdən gələn ifa deyildi.   



TEZİSLƏR                                                                                                                       Bakı, 11-13 oktyabr 2012-ci il

 

 



63 

Elə o Sovet dönəminin özündə M.Seyidzadə, M.Dilbazi, Ə.Cəmil, T.Elçin, 

İ.Tapdıq kimi bədii sözün işığında uşaq psixologiyasının ən incə qatlarına enə bilən 

şairlər yetişdi. Bu möhtəşəm siyahıya uşaqlar üçün yazmağı özünə  şərəf bilən 

R.Rza, M.Rahim, B.Vahabzadə, N.Xəzri,  Ə.Kərim kimi sənətkarların da adlarını 

əlavə etməyi özümə borc bilirəm. Onlar uşaq şeirinə uşaq təfəkkür tərzinə söykə-

nən bədii nitq gətirdilər, uşaq dili ilə təsvirlər yaratdılar. Bu təsvirlərdə “böyüklərin 

sözüylə, uşaqların gözüylə” məntiqindən çıxış edənlər də oldu. Bir qisim sənətkar-

lar isə uşaq və böyük təfəkkürünun bir-birini tamamlamasının əyani nümunələrini 

yaratdılar.Təsvirlər, dialoqlar şəklində yazılan bu şeirlər Azərbaycan uşaq ədəbiy-

yatının ən gözəl nümunələridir. 

Mənə belə  gəlir ki, Azərbaycan uşaq  ədəbiyyatını üç dönəmdə - XX əsrin 

birinci iyirmi ili ərzində, Sovet dönəmi ərəfəsində və hazırki müstəqillik dövründə 

müqayisəli  şəkildə öyrənmək  ədəbiyyatşünaslığımızın qarşısında duran vacib 

məsələlərdən biridir. Azərbaycan uşaq şeiri, nəsri və dramaturgiyası yuxarıda adına 

duz saldığımız o üç dönəm  ərəfəsində  məzmun və ideya baxımından müxtəlif 

istiqamətdə olmuşdur. Azərbaycan uşaq ədəbiyyatına müqayisəli yanaşma ədəbiy-

yatımızın uşaq dünyası kimi saf və müqəddəs olmasına xidmət edəcəkdir. 

 “Türk  Xalqları  Uşaq  Ədəbiyyatı Beynəlxalq Konqresi II”-də “Azərbaycan 

uşaq  şeiri üç dönəmdə - XX əsrin birinci iyirmi ili ərzində, Sovet dönəmi  ərəfə-

sində və hazırki müstəqillik dövründə” adlı məruzə ilə çıxış edəcəyəm. 

 

 



AZƏRBAYCAN UŞAQ ƏDƏBİYATI NƏŞR EDƏN   

NƏŞRİYYATLAR VƏ ONLARIN FƏALİYYƏTİNİN TƏHLİLİ 

Dos. Vüsalə Musalı  

Bakı Dövlət Üniversiteti,  

Azərbaycan  

Bu gün uşaqlara ünvanlanan kitablar başlıca olaraq Ayna Mətbu Evi, “Yeni 

Nəsil” Nəşrlər Evi, “Nağıl evi”, “Nərgiz”, “Altun kitab”və “Beşik” nəşriyyatlarının 

məhsullarıdır və bu kateqoriyadan olan kitablar sadalanan nəşriyyatların çap məh-

sulları  sırasında üstün faiz təşkil edirlər. Azərbaycanda uşaq  ədəbiyyatının latın 

qrafikasında nəşri və  təhsil müəssisələrinin onlarla təminatı sahəsində son illərdə 

böyük işlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham 

Əliyevin «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi 

haqqında» 12 yanvar 2004-cü il, «Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin 

əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında» 24 avqust 2007-ci il tarixli 

Sərəncamları ilə həm dünya, həm türk xalqları, həm də Azərbaycan ədəbiyyatının 

ən dəyərli uşaq ədəbiyyatı nümunələri dövlət hesabına yüksək poliqrafik səviyyədə 

nəşr edilərək, ölkəmizin bütün təhsil müəssisələrinin kitabxanalarına hədiyyə edil-

mişdir.  



«II BEYNƏLXALQ TÜRK XALQLARI UŞAQ ƏDƏBİYYATI KONQRESİ»    

 

 



64 

Bundan  əlavə  Təhsil Nazirliyi ilə dünya Bankının birgə layihəsi  əsasında 18 

cildlik «Uşaq ensiklopediyası» çap edilmiş, «Məktəblinin kitabxanasından» seriya-

sından 100 cildlik Azərbaycan və dünya ədəbiyyatının  ən yaxşı nümunələri latın 

qrafikasında nəşr olunmuşdur. 

«Beşik» və «Tutu» nəşriyyatı demək olar ki, bütünlüklə uşaq kitablarının nəşri 

ilə məşğuldur. Adı sadalanan uşaq nəşriyyatları içərisində «Tutu» nəşriyyatının çap 

məhsulları poliqrafik baxımdan daha göz oxşayan, fəaliyyəti  isə daha nəzərə 

çarpandır. Bundan əlavə «Tutu» nəşriyyatının nəşr etdiyi uşaq kitabları  hər il 

müxtəlif dünya ölkələrində təşkil olunan kitab sərgilərinin iştirakçısı və qalibidir. 

Bu günə kimi Tutu nəşriyyatı 60 adda, 520 000 tirajda kitab buraxmışdır ki, bu 

rəqəmlərə  əsasən onu Azərbaycan uşaq  ədəbiyyatı  nəşri sahəsində lider adlandır-

maq mümkündür. 

Tutu nəşriyyatı  hər il Frankfurt, Boloniya və digər ölkələrdə keçirilən böyük 

beynəlxalq kitab sərgilərinin iştirakçısıdır. Tutu nəşriyyatı Azərbaycanda dünya 

standartlarında uşaq ədəbiyyatı  nəşr edən  ən yaxşı nəşriyyatlardandır. Belə ki, bu 

nəşriyyatla ən yaxşı şair, yazıçı, rəsam, dizayner, bəstəkar və musiqiçilər işləyirlər.  

Tutu nəşriyyatıda hazırlanan kitablar əsasən Türkiyədə yüksək keyfiyyətli ka-

ğızda çap olunur.  

Tutu nəşriyyatının çap məhsulları Respublikamızda keçirilən müxtəlif sərgi-

lərdə, müxtəlif nominasiyalarda diplomlara layiq görülmüşdür. Belə ki, Kitab 

Klubunun 2005-ci il mayın 20-21-də keçirdiyi «I Respublika kitab-satış sərgi»sinlə 

naşirlər 12  müxtəlif mükafat və diploma layiq görülmüşdür.  

Altun kitab nəşriyyatı 2004-cü ildən fəaliyyət göstərir. Nəşriyyatda 4-7 («Mə-

nim ilk kitabım»), 6-9 («Altun klassika») yaşlı  uşaqlar üçün silsilə kitablar çap 

olunur. “Altun Kitab”ın həyata keçirdiyi ən iri nəşr layihəsi 9-14 yaşlı uşaqlar üçün 

nəzərdə tutulmuş «Məktəblinin kitabxanası» adlanan silsilədir. Bu layihədə 

aşağıdakı seriyalar üzrə 100-dən çox kitabın nəşri nəzərdə tutulur: 

-   Şifahi xalq ədəbiyyatı 

-   Dünya ədəbiyyatından seçmələr 

-   Azərbaycan klassik ədəbiyyatı 

-   Elmi-kütləvi ədəbiyyat 

-   Tarixi yaradanlar 

Hazırda bu layihə çərçivəsində 40-a yaxın kitab işıq üzü görmüşdür. 

Beşik nəşriyyatı 2008-ci ildə yaradılmışdır. əsas fəaliyyət istiqaməti uşaq ədə-

biyyatının nəşridir. Nəşriyyat bu günə kimi nağıllar, inkişafetdirici kitablar, əfsa-

nələr, rəvayətlər, tərcümələr, ensiklopediyalar çap etmişdir. 

“Bərəkət” nəşriyyatı “nümunəvi nəsil üçün...!” devizi ilə çalışaraq bir çox də-

yərli  əsərləri nəşr etmişdir. Bunların arasında “Məsnəvidən seçilmiş hekayaələr”, 

“Ulu ağacın tilsimi”, “Nə? Necə? Nə üçün?” “Məktəbdə əxlaq və davranış qayda-

ları” və digərlərini qeyd etmək olar. Onu da vurğulamaq yerinə düçərdi ki, bu nəş-

riyyatın çap məhsulları poliqrafik keyfiyyətinə görə fərqlənir. 



TEZİSLƏR                                                                                                                       Bakı, 11-13 oktyabr 2012-ci il

 

 



65 

“Xəzər” nəşriyyatı da bəzi uşaq kitablarını nəşr etmişdir. 

“Qələm ofset” şirkəti “Körpəmin nağılları” seriyasından uşaqlar üçün nağıl ki-

tabları nəşr etmişdir ki, bu kitabların ciddi redaktəyə ehtiyacı var. 

“ANS Press” nəşr evinin nəşr uşaq kitabları da qüsursuz deyil. Təkrar nəşr 

olunmalarına baxmayaraq səhvlər düzəldilməmiş, olduğu kimi oxuculara təqdim 

olunmuşdur. 

Azərbaycanda bir çox nəşriyyatlar uşaq  ədəbiyyatının, kitablarının nəşri ilə 

məşğul olsalar da, bu kitabların üslubu, dili, tərtibatı və digər məsələlər mütəxəs-

sislər tərəfindən ciddi işlənilməli, nəşr olunan kitablardakı yanlışlar, səhvlər aradan 

qaldırılmalıdır. Bir sözlə  uşaq  ədəbiyyatının bu sahənin mütəxəssisləri tərəfindən 

nəşrə hazırlanması, ciddi redaktə olunması və poliqrafik keyfiyyətinin yuxarı qal-

dırılmasına ehtiyac duyulmaqdadır. 

 

 



TÜRK ÇOCUK EDEBİYATINA KATKISI AÇISINDAN 

YAVRUTÜRK DERGİSİ 

Yeliz Okay 

Araştırmacı Yazar,  

Türkiye 

Yavrutürk Dergisi, 1936 yılında yayın hayatına atılan çocuk dergilerinden 

biridir. Derginin sahibi ve yazı işleri müdürü, erken Cumhuriyet döneminin ilk ve 

önemli yayıncılarından biri olan Tahsin Demiray'dır. Zengin görsel malzemesi ile 

dikkat çeken Yavrutürk’ün yazar kadrosunda, Türk çocuk edebiyatına katkı yapmış 

olan C. Cahit,  Tahsin Demiray, Kemalettin Tuğcu, Nimet Çalapala, Ercümend 

Kalmuk, Mecdi Enön, Mahmut Abaç, Reşad Ekrem Koçu gibi isimler bulunmak-

tadır. 


Genellikle Ercümend Kalmuk’un resimlediği kapak resimleri, derginin içinde 

olan hikâyelerin konusunun resmedilmesi biçiminde tasarlanmıştır. Faruk Nafiz 

Çamlıbel, Hasan Ali Yücel, Mehmet Emin Yurdakul, Halide Nusret Zorlutuna, 

Ömer Seyfettin, Yusuf Ziya Ortaç gibi ünlü kişilikler şiirleri ile derginin sayfala-

rında yer bulurken, daha sonra Türk çocuk edebiyatında önemli bir yer edinecek 

olan Kemalettin Tuğcu da Çiftlikten Kaçanlar, Deli Ahmet, Dikmen Köyü Horozu, 

Han Buyurdu ve Altın Bilezik gibi eserleriyle tanınmaya başlamıştır.  

19 İlk Kanun 1942 tarih ve 44. sayısı ile yayın hayatından çekilen Yavrutürk, 

çocuk dergiciliğine getirdiği birçok yeniliklerin yanında, özellikle değişik türler-

deki metinlerle çocuk edebiyatına yaptığı kayda değer katkı ile Cumhuriyet dönemi 

Türk çocuk dergiciliğinde farklı bir konuma sahiptir.  

Bu bildiride, Yavrutük’ün çocuk edebiyatına sağladığı katkılar, örnekler çerçe-

vesinde ele alınarak, Çocuk edebiyatı-Yavrutürk ilişkisi değerlendirilmiştir.   


«II BEYNƏLXALQ TÜRK XALQLARI UŞAQ ƏDƏBİYYATI KONQRESİ»    

 

 



66 

DİNÎ  DUYARLIĞIN ÇOCUK EDEBİYATINA YANSIMASI:    

HASAN DEMİR ÖRNEĞİ 

Yrd. Doç. Dr. Yasin Mahmut Yakar 

Erzincan Üniversitesi,  

Türkiye  

19. yüzyıldan itibaren yapılan çalışmalar sonucunda çocukların yetişkinlerden 

farklı özelliklere sahip olduğunun anlaşılması beraberinde çocuklara yönelik bir 

edebiyatı da getirmiştir. Sever (2008)’e göre çocuk edebiyatı (yazını), erken çocuk-

luk döneminden başlayıp ergenlik dönemini de kapsayan bir yaşam evresinde, ço-

cukların dil gelişimi ve anlama düzeylerine uygun olarak duygu ve düşünce dünya-

larını sanatsal niteliği olan dilsel ve görsel iletilerle zenginleştiren, beğeni düzey-

lerini yükselten ürünlerin genel adıdır. 

Ülkemizde Tanzimat döneminde çeviri ağırlıklı başlayan çocuk edebiyatı daha 

sonra özgün eserlerin verilmeye başlamasıyla gelişmeye başlamış, Cumhuriyet’in 

ilanıyla beraber de bu süreç hızlanmıştır. 1979’un Dünya Çocuk Yılı olarak ilan 

edilmesi çocuk edebiyatının gelişmesine ivme kazandırmıştır. Çocuk edebiyatını 

genel edebiyat ortamından ve yaklaşımlarından soyutlamak mümkün değildir. Bu 

çerçevede, farklı dünya görüşlerinin çocuklara yönelik eserlere yansıdığı görül-

mektedir. Bu anlamda dinî duyarlılığın da bu hassasiyete sahip çocuk yazarlarının 

eserlerinde yer aldığını söylemek mümkündür. 

Bu çalışmanın amacı, çocuklara yönelik eserler kaleme alan Hasan Demir’in 

hikâye türündeki eserlerinde bulunan dinî değer kazandırmaya yönelik unsurları ve 

bunların Demir’in eserlerine yansıma biçimini tespit etmektir. Bu çerçevede dinî/ 

manevî duyarlığın Türk çocuk edebiyatına yansıması ve Hasan Demir’in bu çerçe-

vedeki yeri literatür taraması ve doküman analizi yöntemiyle tespit edilecektir. 

 

 

AZƏRBAYCAN UŞAQ ƏDƏBİYYATININ TƏŞƏKKÜL PROBLEMİ 

VƏ İLKİN İNKİŞAF MƏRHƏLƏSİNİN ƏSAS KANALLARI 

PhD. Yaqub Babayev 

Azərbaycan Dövlət Pedaqoji Universiteti,  

Azərbaycan  

Azərbaycan uşaq  ədəbiyyatının təşəkkül tarixi XIX əsrin 70-80-сı illərinə 

təsadüf edir. Doğrudur, bəzi tədqiqatçılar uşaq  ədəbiyyatımızın tarixini daha 

əvvəlki dövrlərdən, hətta Nizamidən başlayırlar. Lakin bu yanlış mövqedir. Həmin 

tədqiqatçılar «uşaq ədəbiyyatı» ilə «uşaqlara yarar ədəbiyyat»ı eyniləşdirirlər. 

XIX əsr boyunca açılan yeni, yəni Avropa tipli məktəblər, mədəni-maarif həya-

tının Qərb məcrasına düşməsi, yeni pedaqoji mühitin formalaşması «öz müstəqil 


TEZİSLƏR                                                                                                                       Bakı, 11-13 oktyabr 2012-ci il

 

 



67 

hüquq və qanunları olan» uşaq  ədəbiyyatımızın təşəkkülündə mühüm rol oynadı. 

Xüsusilə Avropa yönümlü ana dilli məktəblərin açılması bu işdə müstəsna dərə-

cədə əhəmiyyət kəsb etdi. Belə ki, tədris olunan predmet özü üçün proqram, tədris 

vəsaiti, dərslik, kitablar, həmçinin uşaq mətbuatı tələb edirdi. XIX əsrin 30-cu illə-

rindən bu istiqamətdə ilk təşəbbüslər özünü göstərdi. N.Dementyevin «Əlifba», 

«İlk oxu üçün təmsillər və povestlər» (1839) adlı  tədris vəsaitləri, M.Ş.Vazeh və 

İ.Qriqoryevin «Kitabi-türki» (1850) adlı ibtidai məktəb dərslikləri meydana gəldi. 

Sırf uşaq  ədəbiyyatı nümunələri olmasa da, bu kitablarda müxtəlif mənbələrdən 

götürülmüş kiçik hekayələr öz əksini tapdı. S.Ə.Şirvaninin «Rəbiül-ətfal» (1878), 

«Tacül-kütub» (1883), A.O.Çernyayevskinin «Vətən dili» (I hissə, 1882) adlı 

dərsliklərində isə uşaq ədəbiyyatımızın ilk nümunələri öz əksini tapdı.  

XIX  əsrin II yarısı  və XX əsrin  əvvəllərində Azərbaycan uşaq  ədəbiyyatı 

nümunələri üç yolla (kanalla) oxuculara çatdırılırdı: 1.İbtidai və orta məktəb dərs-

likləri; 2.Qiraət kitabları; 3.Uşaq mətbuatı. 

İbtidai və orta məktəb dərsliklərindən S.Vəlibəyovun «Qüdrəti-xuda» (1888), 

A.O.Çernyayevski və S.Vəlibəyovun «Vətən dili» (II hissə, 1888), M.H.Rüşdiyyə-

nin «Vətən dili» (1894), R.Əfəndiyevin «Uşaq bağçası» (1898), «Bəsirətül-ətfal» 

(1901), S.Hacıbəyovun «Hədiyyeyi-sibyan» (1901), M.S.Seyidovun (Xəzanül-

ətfal) (1902), M.Mahmudbəyovun «Birinci il» (1907), «İkinci il» (1908), M.Mah-

mudbəyov və A.Səhhətin «Yeni məktəb» (1909), F.Ağazadənin «Ədəbiyyat məc-

muəsi» (1912), A.Şaiqin «Uşaq gözlüyü» (1910), «Gülzar» (1912) və s. dərsliklə-

rindəki bədii  əsərlərin uşaq  ədəbiyyatımızın təşəkkülündə  və inkişafında mühüm 

rolu oldu. 

Bu dövrdə çap olunan qiraət kitablarının sayı da az deyil. M.N.Abasqulubəyo-

vun, N.Axundovun, C.Bünyadzadənin,  Ə.Dainin, F.Köçərlinin, A.Səhhətin,  Ə. 

Ələkbərovun, A.Əfəndizadənin, A.İsrafilbəyovun, Ə.Müznibin, M.Ə.Növrəsin və b. 

qiraət kitabları da uşaq  ədəbiyyatımızın tərəqqisi yolunda atılan faydalı addımlar 

idi. 

XX yüzilliyin əvvəllərində «Dəbistan» (1906-1908), «Rəhbər» (1906-1907) və 



«Məktəb» (1911-1920) kimi uşaq jurnalları  fəaliyyət göstərir. Həmin jurnallarda 

çoxlu sayda uşaq əsərləri nəşr olunur.  

Biz bu məqalədə Azərbaycan uşaq ədəbiyyatının təşəkkülü və onu doğuran sə-

bəblər, həmçinin ilkin inkişaf mərhələsində uşaq ədəbiyyatımızın inkişaf kanalları 

barədə danışmışıq.  

 

 



«II BEYNƏLXALQ TÜRK XALQLARI UŞAQ ƏDƏBİYYATI KONQRESİ»    

 

 



68 

ELÇİNİN VƏ Ə. ƏYLİSLİNİN ƏSƏRLƏRİNDƏ KƏND                         

UŞAQLARININ OBRAZLARI 

F.e.d., Prof. Zahid Xəlilov  

Azərbaycan Dövlət Pedaqoji Universiteti,  

Azərbaycan 

Realist həyatımızın məzərəsini əks etdirmək, müasir yeniyetmələrin duyğu və 

düşüncəsini, kənddə yaşayan cavanların poetik dünyasını vermək Elçinin və Ə.Əy-

lislinin hekayə  və povestlərinin  əsas xüsusiyyətləridir. Bu yazıçıların  əsərlərində 

müasirlik anlayışı kəndin xarici görünüşündə, yeni tikililərin, mədəniyyət ocaqları-

nın çoxluğunda deyil. Onların əsərlərində adamların daxili dünyası, fikir və qayəsi, 

həyata baxışı realist və aydın cizgilərlə verilir. Onların yazıçı platforması son dərə-

cə parlaq şəkildə görünür. 

Məqalədə Elçinin “Dünyadan qatarlar gedər”, “Gümüşü, narıncı, məxməri”, 

“Baladadaşın ilk məhəbbəti” povestlərinin ilk qəhrəmanları olan Əbili, Allahverdi, 

Baladadaş, Ə.Əylislinin “Mənim nəğməkar bibim” povestinin qəhrəmanı Sadıq ob-

razlarından və onları əhatə edən, əslində bu qəhrəmanların daxili dünyasının, psi-

xologiyasının açılmasında xüsusi rol oynayan digər surətlərdən də bəhs olunur. 

Şübhəsiz ki, bu əsərlər uşaqlar üçün yazılmayıb. Onlarda böyüklər üçün yara-

nan  əsərlərin xüsusiyyətləri  əsas yer tutur. Lakin bu əsərlərdə  əhvalatlar o qədər 

maraqlı bir dillə verilir ki, həmin povest və hekayələr yeniyetmələrin sevimli nü-

munələrinə çevrilir.  

Məqalədə  həmçinin bu əsərlərin hər birinin xarakterik cəhətləri haqqında, bu 

uşaq obrazlarının həyata baxışı, düşüncələri, psixologiyaları barədə məlumat verilir. 

 

 



AZƏRBAYCAN UŞAQ DRAMATURGİYASI NÜMUNƏLƏRİNİN 

SƏHNƏ TƏCƏSSÜMÜ 

Dr. Zəminə Axundova 

Qafqaz Üniversiteti,  

Azərbaycan 

Uşaq  ədəbiyyatı  mənəvi mədəniyyətin ayrılmaz hissəsi kimi ilk növbədə söz 

sənəti olub bədii  ədəbiyyata və  şifahi xalq ədəbiyyatına xas olan keyfiyyətləri 

özündə birləşdirir, uşaqları zəngin mənəvi zövqə malik bir insan kimi tərbiyə edir, 

öz xalqının mübarizələrlə  zəngin tarixi keçmişinə  dərindən bələd olmasını  təmin 

edir. Azərbaycan uşaq ədəbiyyatının inkişafında xidmətləri olan bir sıra yazıçıların, 

o cümlədən M.Ə.Sabir, A.Şaiq, S.S.Axundov, C.Məmmədquluzadə, M.M.Seyidza-

də, M.Rzaquluzadə, M.Dilbazi, Z.Cabbarzadə, Q.İlkin, T.Elçinnin uşaq ədəbiyya-



TEZİSLƏR                                                                                                                       Bakı, 11-13 oktyabr 2012-ci il

 

 



69 

tının zəngin ənənələri zəminində bütün janrlarda yaranan əsərləri məktəb yaşlıların 

estetik tələbinə və zövqünə uyğun olub, oxucusunu uşaq aləminə aparır, yetişmək-

də olan nəslin milli ruhda tərbiyəsinə kömək göstərir.  

Azərbaycan uşaq  ədəbiyyatının inkişaf yolu və müasir mənzərəsinə  nəzər sa-

larkən, balalarımız üçün yazılmış dram əsərlərinin geniş elmi təhlilə ehtiyacı oldu-

ğunu görürük.

 Uşaqlarda milli birlik, vətənə, öz tarixinə məhəbbət, sədaqət, cəsa-

rət, bilik aşılayan səhnə əsərləri maraqlı xarakterlərlə, olaylarla zəngindir.

 Uşaqlar 

səhnəyə    həm də maarifləndirici məbəd kimi baxır və onun maraqlı, öyrədici ol-

masını istəyir.  

Azərbaycan uşaq  ədəbiyyatının yaradıcılarından biri, milli uşaq teatrının banisi 

Abdulla Şaiq pyeslərində həyata uşaqların gözü ilə baxır,  vətən torpağının gözəl-

liklərini təsvir və  tərənnüm edir, balaca oxucuları ilə onların başa düşə biləcəyi 

dildə, uşaq psixologiyasına və təxəyyülünə uyğun bir şəkildə danışır. Sadəlik, ay-

dınlıq, yığcamlıq bu pyeslərin  əsas xüsusiyyətlərini təşkil edir. Onun “Tənqid-

Təbliğ” teatrı üçün  yazdığı “Xasay”, “Eloğlu”, “Vətən”, “Qaraca qız”, Nizami 

Gəncəvinin süjetləri əsasında “Fitnə” və “Nüşabə” yalnız maraqlı süjetləri ilə deyil, 

həm də yüksək mənəvi keyfiyyətlər daşımaları ilə səciyələnirlər. 

Hər bir yaradıcı ziyalı açıq etiraf edir ki, uşaqlar üçün əsər yaratmaq, onların 

zövqünü oxşamaq çətin məsələdir. Onlar üçün səhnə əsəri yazmağın isə özünəməx-

sus daha böyük çətinlikləri var. Bu qəbildən olan yaradıcılıq çətinliklərinin öhdə-

sindən öz təcrübəli qələmi ilə müvəffəqiyyətlə gələn Xanımana Əlibəylinin pyes-

ləri on illər boyu Azərbaycanın uşaq və  gənclər teatrlarının repertuarında  ən çox 

tamaşası göstərilən əsərlər sırasındadır.  

Xanımana Əlibəyli müxtəlif illərdə "Gözəllər gözəli", "Nişanlı quş", "Aycan", 

"Dovşanın ad günü", "Kənd həkimi", "Durnalar lələk salır", "Meyvələrin şahı" və 

s. dram əsərləri yazmış, onların bir çoxu ölkəmizin gənclər və kukla teatrlarında 

göstərilmiş, müəllifinə Azərbaycan uşaq dramaturgiyasının görkəmli nümayəndəsi 

şərəfini gətirmişdir. "Cunquş" adlı pyesdə  Xanımana Əlibəyli öz sevimli mövzu və 

obrazlar aləminə sadiq qalmış, yaxşı insan, ideal bəşər övladı xarakterinin təcəs-

sümü üçün bədii axtarışlarını uğurla davam etdirmişdir.

  

Yazıçı-dramaturq, filologiya elmləri namizədi Aygün Həsənoğlunun "Uşaqlar 



üçün pyeslər" 

i

 uşaqlarda dram əsərlərini mənimsəmək bacarığını inkişaf etdirməyə 



xidmət edir. 

Uşaq dram əsərlərindən danışarkən xüsusi olaraq vurğulamalıyıq ki, uşaqlar 

üçün yazılan müasir pyeslərin dayazlığı, məzmunca zamanın tələbinə cavab ver-

məsi problemi hələ  də  həllini tapmayıb. Təbii ki, balacalar üçün işləyən  ədib və 

dramaturqlar, hər şeydən əvvəl öz əsərlərini saf, aydın və anlaşıqlı dildə, uşaqların 

təsəvvürlər dünyasına uyğun üslubda yazmalıdırlar. Lakin bu əsərlərə qarşı irəli 

sürülən sadəlik, aydınlıq tələbini heç vaxt sadəlövhlük, primitivlik kimi qəbul 

etmək olmaz. Əsl bədii əsərdə sadəlik məzmun və mətləbin dərindən əks etdirilmə-

sinə mane olmamalı, əksinə, məzmun və mətləbin müəllif məqsədinin daha yaxşı 

qavranmasına xidmət göstərməlidir. 



Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin