Yaziçilar býRLÝYÝ Çaõ ÖyrŠtim ÝþlŠtmŠlŠri qafqaz unýversýtetý Az TéHSÝl nazýRLÝYÝ Šrbaycan Respublikası


«II BEYNƏLXALQ TÜRK XALQLARI UŞAQ ƏDƏBİYYATI KONQRESİ»



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə10/10
tarix03.02.2017
ölçüsü3,46 Mb.
#7319
növüYazi
1   2   3   4   5   6   7   8   9   10

«II BEYNƏLXALQ TÜRK XALQLARI UŞAQ ƏDƏBİYYATI KONQRESİ»    

 

 



70 

UŞAQ NƏSRİNDƏ TƏHKİYƏ ÜSLUBU VƏ MÜASİRLİK 

Zakirə Əliyeva 

AMEA Nizami Adına Ədəbiyyat İnstitutu,  

Azərbaycan 

Yer üzündə bütün isanlıq və biz hamımız millətimizdən, irqimizdən, dilimiz-

dən asılı olmayaraq uşaqlığımızdan böyümüşük. Uşqlıq və yetkinlik çağı arasında-

kı  həyat məsafəsi bizi heç zaman ilkinkiyimizdən ayıra bilməmişdir. Bu böyük 

dahilərdən tutmuş  ən adi insanlara qədər hamının taleyindən keçən bir xəttdir. 

Azərbaycanın Xalq yazıçısı, Türk dünyasının tanınmış yazarı olan və  hər iki 

Vətənində kifayət qədər tanınmış Anar da türklüyünü xatirələrinə hopdurmuş bir 

uşaqlıq və  gənclik dövrü yaşamışdır.  Anar  da  sənət aləminə  bəzi başqa yazıçılar 

kimi kiçik həcmli maraqlı hekayələrlə başlamış, tezliklə  ədəbiyyatın müxtəlif 

janrlarına müraciət etmiş, yeni bir ədəbi nəslin – «60-cılar» adlanan ədəbi məktəbin 

ən parlaq nümayəndəsi kimi tanınmışdır. Anar yaradıcılığının coğrafi mənzərəsinə 

Şərq-Qərb kontekstində  nəzər salınarsa, hər iki qütbün yüksək bəşəri dəyərlərini 

yaxşı mənada öz yaradıcılıq təxəyyülünə hopdurmuş yazıçının əsərlərinin – yarat-

dığı  ədəbi körpülərin dünyanın bir sıra ölkələrini  əhatə etdiyinin şahidi olarıq. 

Yazıçının öz uşaqlıq xatirələri və  uşqlar üçün yazdığı  ədəbi əsərlər isə xüsusi bir 

mövzudur. Yazıçının uşaqlar üçün hələ 60-cı illərdə  qələmə aldığı  “Əlifba” və  

“Sayların sərgüzəşti” adlı iki hekayəsi isə öz təhkiyə üslubu və mövzusu hələ 

Azərbaycanlı uşaqların bilgisayarlarla  tanış olmadığı bir dövrdən gələcəyə baxaraq 

2000-ci illərin texnoloji biliklərini asanlıqla mənimsəyən uşaqları üçün maraqlı ola 

biləcək gözəl uşaq ədəbiyyatı nümunəsidir. 

         

 

   



MUTLU, SAĞLIKLI VE BAŞARILI ÇOCUK MASAL              

İKLİMİNDE BÜYÜR 

Yrd.Doç.Dr. Zeki Gürel  

Abant İzzet Baysal Üniversitesi,  

Türkiye 

Bırak masal desin siyasetçiler, 

İnsanın kalbine masal nur saçar, 

Masal dinleyenin fikri yücelir

Hayalden yol açar o hakikate. 

Her zaman masalda galebe çalar, 

Hakikat yalana, ışık zulmete. 

                                                                                Bahtiyar VAHAPZADE 


TEZİSLƏR                                                                                                                       Bakı, 11-13 oktyabr 2012-ci il

 

 



71 

İnsan, biyo-psiko-sosyal bir varlıktır. Bu eşref-i mahlûkatın çocukluk çağı, 

kendisinden sonra gelen çağların da habercisidir. 

Masal, edebiyatın içinde, özellikle de çocuk edebiyatında öne çıkan bir tür 

olarak dikkati çekmektedir. Hatta çocukluğun bir evresi “Masal Çağı” olarak bile 

adlandırılmaktadır. Çocuk edebiyatındaki önemli türlerden biri olan masallar 

çocukluk çağının olmazsa olmazları arasında yerini almamışsa orda bir eksiklik ve 

yanlışlık var demektir. 

 “Masallar çocukluk cennetinin hayal ülkesidir. Çocuk ruhunu yansıtan en ço-

cuksu tür masaldır, çocukluğun yüzü hep geleceğe dönüktür. Masallar da geçmişle 

değil gelecekle ilgilidir. Çocuk hayali masallardan beslenir. Ve gelişir. Masallar 

aynı zamanda gerçek hayatı da yansıtır. Masallardan hayalleri ayıkladığınızda ger-

çekler dünyası daha kolay anlaşılır. 

Çocuk masalda kendini bulur. Masalla kolayca özdeşleşir, masalı yaşar. Masal 

kahramanlarını kendine yakın hisseder. Kendini masaldaki serüvene katmaktan 

hoşlanır. Masal formu, masalın sembolleri, tipleri, imajları ile çocuk dünyasının 

soyut anlatımı benzerlikler gösterir. Çocuk için masal hayaller dünyasında oynanan 

oyundan farksızdır. Büyüme ve gelişme çağındaki çocukların özlemleri en zengin 

olarak masallarda yer alır. Masal bu yüzden çocuğa yakındır. Çocuk ve masal, 

çocuk dünyasının özeti gibidir.” (Şirin, 1994:113, 115) 

Masallar, eskiden beri çocukların ilgisini çeken bir anlatım türüdür. Masal 

türünün kaynağı konusunda değişik görüşler vardır. 

Destanlar ve masallar millî şuuraltıdır. Bu açıdan bakıldığında çocukların ma-

sal çağında dinledikleri/okudukları/canlandırdıkları destan ve masalların bir mille-

tin kendi çocuklarına kazandıracakları millî kimlikle olan ilişkisi de, ortak insanlık 

ideallerine sahip yeni nesiller içim önemi de kendiliğinden ortaya çıkmaktadır. 

Kim ne derse desin masal çağındaki çocuklar, masalsız olamazlar. Andre 

Maurois’in de dediği gibi “çocuklara masal verilmese bile onlar bunu yaratacak-

lardır.” 

Biz bu bildirimizde, masalın çocuğun eğitiminde, kişiliğinin gelişmesinde, dil 

öğreniminde, sosyal gelişiminde, kendini tanıma ve ifade etmedeki önemine

çocukluktaki dinlenen masalların onun yetişkinliğindeki başarısına ve mutluluğuna 

ne denli katkı sunduğuna/sunacağına dikkatleri çekeceğiz. Masalla ilgili olumlu ve 

olumsuz görüşleri değerlendirecek, masalın faydalarını maddeler halinde sayacağız. 

Türk Dünyası Çocuk edebiyatı çalışmalarında masal merkezli çalışmaların 

önemine değinirken de çocuklarımız için bir masal atlasının niçin ve nasıl hazır-

lanması gerektiğine dair görüşlerimizi katılımcılarla paylaşacak ve bu hususta bir 

tartışma zemini yaratarak ortak bir noktada birleşme için Gerekli Müesseseye, 

TÜRK DÜNYASI ÇOCUK EDEBİYATI ENSTİTÜSÜNE vurgu yapacağız. 


«II BEYNƏLXALQ TÜRK XALQLARI UŞAQ ƏDƏBİYYATI KONQRESİ»    

 

 



72 

TƏNZİMAT ƏDƏBİYYATI ƏNƏNƏLƏRİ VƏ MODERN           

TÜRK UŞAQ ŞEİRİNİN MÖVZU DAİRƏSİ 

Yunusova Günel Kamil qızı 

Gəncə Dövlət Universitetinin doktorantı 

Azərbaycan 

Avropasayağı türk ədəbiyyatının başlanğıcı hesab edilən Tənzimat dövrü XIX 

əsrin II yarısı Türkiyə  ədəbi-bədii proseslərində bir sıra yeniliklər ilə müşahidə 

olunmağa başladı. Birinci (1860-1880) və İkinci (1880-1895) ədəbi nəslin timsalın-

da müəyyən inkişaf mərhələsi keçən Tənzimat ədəbiyyatı divan ədəbiyyatına müx-

təlif münasibət, sənətdə dil, milli duyğu, hürriyyət ideyaları və s. prinsiplərə yara-

dıcı yanaşma tərzində tarixləşməklə yanaşı, özündən sonrakı yeni ədəbi-estetik 

qayə, bədii düşüncə və zövqlərin formalaşmasında mühüm rol oynadı. Xüsusi ola-

raq sadə dildə yazmaq, xalqa xalq dili ilə xitab etmək, insanlarda vətənpərvərlik 

duyğuları, vətən sevgisi, azadlıq və s. ideyalarının inkişafına yer vermək amilləri 

Tənzimatdan sonrakı  mərhələyə  təsir və keçid kimi qiymətləndirilə bilər. Artıq 

XIX əsrin sonu və XX əsrin əvvəllərindən başlayaraq Türkiyə ədəbiyyatında yeni 

nəslin tərbiyəsində osmanlıçılıq ideyaları öz aparıcılığı ilə seçilməyə başladı. 

Böyük bir ədəbi mərhələnin təsiri nəticəsində yaranmış modern türk uşaq şeiri nü-

munələrində  vətən gözəlliklərinin tərənnümü, yurd sevgisi, yurd məhəbbəti və s. 

ideyalar daha çox təbliğ olunmağa başladı. Həm forma, həm də mövzu baxımdan 

yeni olan Tofiq Fikrət yaradıcılığında uşaq  şeirləri  əhəmiyyətli yer tutur. 1914-cü 

ildə çap edilmiş “Şərmin” uşaq şeirlər toplusu heca vəznində yazılmışdır. 30-dan çox 

şeirin cəm olduğu bu kitabdakı ideyalarda uşaq psixologiyası, uşaq dünyası, uşaq ru-

hu əksini tapmışdır. Vətən sevgisi, vətən gözəlliklərinin tərənnümü, məktəbə, kitaba 

bağlılıq və s. cəhətlər Tofiq Fikrətin uşaq şeirlərinin mövzu dairəsini təşkil edir. 

“Şərminin  əlifbası”, “Hədiyyə”, “Umacı”, “Muhallebim və  məktəbim” və s. 

şeirlərində şair Şərminin timsalında uşaq dünyasının maraq və ehtiyaclarını, mək-

təbə, oxumağa olan sevgilərini olduqca sadə bir tərzdə əks etdirir, uşaqların psixo-

logiyası üçün xarakterik olan cəhətləri dilə gətirir. Tofiq Fikrətin uşaq şeirlərində 

bir tərəfdən təbiət tərənnüm edilir, digər tərəfdən isə bu cür tərənnümlərdə fikir hər 

bir uşağın maraq və  səviyyəsinə uyğun müəyyən mənalandırmada təqdim olunur 

(“Qış baba”, “Yazın”, “Qışın”, “Yaz nənə” və s.). Tofiq Fikrətin bir sıra şeirlərində 

(“Umacı”, “Mələyin quzusu”, “Qırıq at” və s.) adi uşaq oyuncaqlarının uşaq 

həyatında oynadığı rola, bu oyuncaqlarla münasibətdə  uşaq psixologiyasının 

açıqlanması diqqətdən yayınmır. Tofiq Fikrətin bəzi uşaq şeirlərində mənalandırma 

ilk baxışdan bir qədər fəlsəfi görünsə  də,  əslində oxucu şair fikirlərinin uşaq dü-

şüncələrinin qəribə fantaziya ölçülərinə uyğun verilməsi ilə rastlaşır.  

Ümumiyyətlə, Tofiq Fikrət yaradıcılığında uşaq şeirləri uşaqların arzu və istək-

lərinin ifadəsi deyil, həm də  uşaq dünyagörüşünün formalaşmasında mühüm rol 

oynaya biləcək nümunələrdir. 



Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin