Yaziçilar býRLÝYÝ Çaõ ÖyrŠtim ÝþlŠtmŠlŠri qafqaz unýversýtetý Az TéHSÝl nazýRLÝYÝ Šrbaycan Respublikası


TEZİSLƏR                                                                                                                       Bakı, 11-13 oktyabr 2012-ci il



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə5/10
tarix03.02.2017
ölçüsü3,46 Mb.
#7319
növüYazi
1   2   3   4   5   6   7   8   9   10

TEZİSLƏR                                                                                                                       Bakı, 11-13 oktyabr 2012-ci il

 

 



29 

UŞAQ OYUN VƏ TAMAŞALARININ UŞAQ ƏDƏBİYYATINDA 

TƏZAHÜRÜ PROBLEMİ 

Məleykə Məmmədova 

AMEA Folklor İnstitutu,  

Azərbaycan 

Uşaq və yeniyetmələrin tərbiyyəsində, fiziki və əqli inkişafında böyük əhəmiy-

yəti və rolu olan uşaq ədəbiyyatı öz mənbəyini əsasən folklordan götürmüş, uzun 

müddət böyüklər üçün yazılmış  əsərlərin məzmununda ayrı-ayrı parçalar şəklində 

öz əksini tapmışdır. Bilindiyi kimi uşaq ədəbiyyatının əsas qanyağı olan uşaq folk-

lorunun isə ən geniş sahələrindən biri oyun və tamaşalardır.  

Bugün milli nağıl, hekayə  və dastan qəhrəmanlarımızın adlarını bilməyən, öz 

doğma, milli keçmişindən xəbərsiz, milli dəyərlərinə biganə, lakin xarici çizgi film 

qəhrəmanlarını yaxşı tanıyan, bizim milli adət-ənənənlərimizə uyğun olmayan Qərb 

mədəniyyətini mənimsəyən yeni nəsil uşaqları yetişməyə başlayır. Bütün bu acı 

həqiqətlərdən yola çıxaraq  əhəmiyyəti və varlığı mövzusunda bir çox tədqiqatçı, 

alim və pedaqoqların həmfikir olduğu uşaq  ədəbiyyatının  ən zəngin və  dəyərli 

qaynaqlarından sayılan xalq ədəbiyyatı nümunələrinə xüsusi ilə  də  uşaq oyun və 

tamaşalarının uşaq  ədəbiyyatında bir qaynaq kimi necə istifadə edilməsi, tanıdıl-

ması və təbliğ edilməsi məsələsini gündəmə gətirmək olduqca əhəmiyyət kəsb edir. 

Belə ki, məqalədə bu məsələnin həlli üçün hansı metod və üsulların tətbiq edilmə-

sinin daha səmərəli nəticə verəbiləcəyi mövzusu əla alınmışdır. Bu baxımdan unu-

dulmuş bir çok uşaq oyun və tamaşalarının uşaq  ədəbiyyatının  ən çox sevilən 

nümunələrindən olan nağıl və hekayə kimi janrlar içində daha çox yer verilərək 

tanıdılması  məsələsi ortaya qoyulmuşdur. Məqalədə son dövürlər Azərbaycanın 

müxtəlif bölgələrindən (Zəngəzur, Qarabağ, Şəki, Göyçə, Naxçıvan vs.) toplanmış 

uşaq oyunları haqqında qısaca məlumat verilərək, bu oyunların bugün uşaq ədəbiy-

yatında təzahürü probleminə toxunulmuş və bu problemin həlli yolları üçün hansı 

üsullardan istifadə edilə biləcəyi məsəllələri ələ alınmışdır. 

 

 

AZƏRBAYCAN KLASSİK UŞAQ ƏDƏBİYYATI NÜMUNƏSI 



“KİTABÜN-NƏSAYEH” 

F.e.d., Prof. Möhsün Nağısoylu 

AMEA Əlyazmalar İnstitutu,  

Azərbaycan 

XIX əsr Azərbaycan maarifçilərinin yaradıcılığında uşaq ədəbiyyatının özünə-

məxsus yeri vardır. Dövrün bir sıra şair və yazıçıları gənc nəslin təlim-tərbiyəsinə 

böyük önəm verərək bu mövzuda bir sıra bədii əsərlər yazmışlar. XIX əsr Azərbay-



«II BEYNƏLXALQ TÜRK XALQLARI UŞAQ ƏDƏBİYYATI KONQRESİ»    

 

 



30 

can uşaq  ədəbiyyatının dəyərli nümunələrindən biri də Mirzə  Nəsrullah Didənin 

“Kitabün-nəsayeh” əsəridir. Dövrünün tanınmış ziyalılarından, maarifçi ədiblərin-

dən sayılan Didə uzun müddət məktəb-maarif sahəsində çalışmış, məhz buna görə 

də  uşaqların, gənc nəslin tərbiyəsi probleminə ayrıca bir əsər həsr edərək onu 

“Kitabün-nəsayeh” – “Nəsihətlər kitabı” adlandırmışdır. 1857-ci ildə tamamlanmış 

kitabın ön sözündə müəllif bütün Qafqazda yaşayan xalqların türki dilini bildiyini 

vurğulayır, bu səbəbdən də kitabını türkcə yazdığını qeyd edir. Klassik uşaq ədə-

biyyatı nümunəsi olan əsərin başlanğıcında-dibaçə hissəsində uca Tanrının fəzilət-

lərindən bəhs olunur. Kitabın  əsas məzmunu iki fəsildə  və “Xitamə” (“Sonluq”) 

adlanan hissədə verilmişdir. Birinci fəsil insan təbiətində olan müsbət xüsusiyyət-

lərə həsr olunmuşdur. Müəllifin hər bir insan üçün zəruri saydığı keyfiyyətlər sıra-

sında ağıl və həya, səxavət, şücaət, sidq, təvazö, səbir, şükür, ədəb və s. xüsusi yer 

tutur. Əsərdə bu keyfiyyətlərlə bağlı kiçikhəcmli ibrətli hekayə və rəvayətlər də ve-

rilmişdir. Kitabın ikinci fəslində isə insan üçün məqbul sayılmayan mənfi xüsusiy-

yətlərdən bəhs olunur. Yalan danışmaq, paxıllıq, tamahkarlıq, lovğalıq, xəyanət, 

uzunçuluq, qeybət və  s.  bu  qəbildəndir.  Əvvəlki fəsildə olduğu kimi, burada da 

müəllif sözügedən xüsusiyyətlərlə bağlı maraqlı hekayə  və  rəvayətlərdən istifadə 

edərək bununla da əsərin həm təsir gücünü artırmış, həm də onun maraqla qarşılan-

masına çalışmışdır. Müəllifin zəngin həyat təcrübəsinin, bilik dairəsinin genişliyini 

göstərən bu hekayə  və  rəvayətlərin çoxu tarixi və dini şəxsiyyətlərin həyatından 

götürülmüşdür. Hər bir hekayənin sonunda müəllif toxunduğu məsələyə öz münasi-

bətini bildirməklə yekun vurmuş və gənc nəslə bunlardan nəticə çıxarmağı tövsiyə 

etmişdir. Kitabdakı hər bir bölmə onun məzmunu ilə səsləşən kiçik şeir parçası ilə 

(“qitə”) bitir. 

Kitabın “Xatimə” hissəsi yüksək əxlaqi-tərbiyəvi fikirlər aşılayan nəsihətlərdən 

ibarətdir. Burada lətifə  məzmunu daşıyan kiçik həcmli hekayətlər də verilmişdir. 

Hekayətlərdə hazırcavablıq və zirəklik, ayıqlıq və  fərasət kimi keyfiyyətlər xüsu-

silə diqqəti çəkir. 

“Kitabün-nəsayeh” klassik üslubda, qafiyəli nəsrlə yazılmışdır, buna görə  də 

əsərdə  qəliz  ərəb-fars tərkibləri üstünlük təşkil edir. Əsəri Azərbaycan  ədəbiyya-

tının qüdrətli klassik sənətkarı, böyük maarifçi şair Seyid Əzim  Şirvani yüksək 

dəyərləndirərək onun təkcə uşaqlar üçün deyil, böyüklər üçün də böyük tərbiyəvi 

əhəmiyyət daşıdığını qeyd etmişdir. 

 

 


TEZİSLƏR                                                                                                                       Bakı, 11-13 oktyabr 2012-ci il

 

 



31 

QURANİ-KƏRİMDƏ UŞAQ TƏRBİYƏSİ VƏ MİLLİ-MƏNƏVİ 

DƏYƏRLƏR 

Dos. Nazilə Abdullazadə  

Azərbaycan Müəllimlər İnstitutu,  

Azərbaycan             

Cəmiyyətin tərbiyəsində və insan baxışlarının formalaşmasında uşaq ədəbiyya-

tının rolu misilsizdir. Mütərəqqi xalqlar bu tərbiyə vasitəsinin rolunu nəzərə alaraq 

estetik gözəlliyə, dolğun məzmuna və bədii təsir gücünə malik uşaq əsərlərinin ya-

ranmasına xüsusi fikir vermiş, bu yolda öz xidmətlərini əsirgəməmişlər. Həyat as-

tanasına qədəm qoyan uşaqların körpəlikdən tərbiyəli, sağlam, yüksək  əxlaqi də-

yərlərə malik yeniyetmə və gənclər kimi yetişdirilməsi ilə bağlı hələ yazılı ədəbiy-

yata qədər şifahi xalq deyimləri, dini rəvayətlər, qissə və hekayətlərdə  nəsihət və 

tövsiyələr öz əksini tapmışdır. Bu anlamda “Qurani-Kərim” İslam dininin bəşəriy-

yətə əvəzsiz töhfəsi və tərbiyə kitabıdır. 

Hər bir ailədə dünyaya gələn uşağın tərbiyəsi və ona əxlaqi-mənəvi hisslərin 

aşılanması ilk öncə islam dəyərlərindən başlayır. Allah-talanın insanlığa bəxş etdiyi 

ismarışların toplandığı “Qurani-Kərim”in surələri uşaqları hikmət işığına - haqqa, 

xeyirə, yaxşılığa yönəldən və ya şərdən, hər cür kötülüklərdən çəkindirən bilgi və 

öyüdlərlə zəngindir. Hər hansı bir tərbiyəyə ehtiyac hiss etdirmədən  yaşayan hey-

vandan fərqli olaraq, insan öz potensial imkanlarını  təhsil-tərbiyə süzgəcindən 

keçirərək ərsəyə gətirmək məcburiyyətindədir. Məhəmməd Peyğəmbər(ə.s) də yeni 

doğulan körpənin şəxsiyyətbütövlüyünü tərbiyə yolu ilə qazanacağını söyləmişdir. 

Müqəddəs kitabın bir çox qissə və hekayətlərində ayələr uşaq tərbiyəsi və mənəvi 

dəyərlərlə bağlı nazil olmuşdur. Təsadüfi deyil ki, “Qurani-Kərim”in tərbiyə kon-

sepsiyası  bugünkü tərbiyə sistemi üçün mükəmməl, təkmil və bitkin bir təlim 

sayılır. Uşaqların tərbiyəsi və onların milli-mənəvi dəyərlərə yiyələnmələri ilə bağlı 

müqəddəs kitabda buyrulur: 

-   uşaqların tərbiyəsinə doğumla birlikdə, hətta daha öncə - ana bətnindən başla-

maq lazımdır; 

-   ata- ana və onların haqqı Allahdan sonra təşəkkür edilməli olan varlıqlardır; 

-   tərbiyədə şəfqət, mərhəmət və ciddiyyətin tarazlığı qorunmalıdır; 

-   uşaqların həyata hazırlanıb cəmiyyətə qatılmasında, mənən güclü fərd kimi 

yetişməsində yardımçı olmalı, gələcəyinə nikbin yanaşılmalıdır; 

-   uşaq tərbiyəsi, əxlaq və davranışına istiqamət verən amil  Allaha inam və iman-

dır. 

 

 



«II BEYNƏLXALQ TÜRK XALQLARI UŞAQ ƏDƏBİYYATI KONQRESİ»    

 

 



32 

BALACALARIN YARADICILIQ İSTEDADINA QAYĞI İLƏ 

YANAŞAQ 

Dos. Nərminə Əliyeva 

Qafqaz Universiteti,  

Azərbaycan 

"Şübhəsiz ki, istedad qayğı istəyir. Qayğı olmayanda istedad bəzən özünə yol    

tapa bilmir, yaxud onun inkişaf yolu çətin olur. Bilin ki, həyatımız nə qədər çətin 

olsa da dövlət işləri başımızı nə qədər çox qarışdırsa da, biz istedadlara daim qayğı 

göstərməliyik".(Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyev)                                         

 “İstedadlı” sözü həddən artıq məna çalarları ilə yüklənmişdir. Bu söz “dahi” 

deməkdir? Yoxsa “çox istedadlı” yaxud “ dərslərini çox yaxşı oxuyan” mənasına 

gəlir? Bəlkə bu sözü intelektual, yaradıcılıq, aktyorluq, ədib, yaxud liderlik baxı-

mından, və ya hər hansı bir elm sahəsində yüksək nəticələr göstərən və öz bacarıq-

larını 100 faiz inkişaf etdirmək üçün xüsusi xidmət və fəaliyyətlərə ehtiyacı olan” 

uşaqlar kimi qiymətləndirək?  

Bu sırada məni belə bir sual da düşündürür. Məgər hamının övladı bu və ya 

digər mənada hər hansı bir istedada malik deyil?  

Son illərdə bu sözün mənası müəllimlərin qeyri-adi istedada malik olan uşaqla-

rın öyrədilməsinə münasibətindən asılı olaraq dəyişmişdir. Başqa sözlərlə desək, 

xüsusi istedada malik uşaqların bu istedaddan istifadə edə bilmələri üçün xüsusi 

dəstəyə ehtiyacı vardır. Bu gün kicik həcmli şer və ya məqalə yazan məktəbli öz 

istedadlarına görə tanındıqda özlərini daha da inkişaf etidirir və inanılmaz gözəl 

əsərlərin müəllifi olurlar. Onların bu bacarıqları insanlar tərəfindən dəyərləndiril-

mədikdə isə bu uşaqlar üçün hər şey darıxdırıcı olur və onlar öz potensiallarından 

tam şəkildə istifadə edə bilmirlər.  

 

1918-1920-Cİ İLLƏRDƏ AZƏRBAYCAN UŞAQ          



ƏDƏBİYYATINDA MİLLİ İSTİQLAL MÖVZUSU 

Nigar İsmayılova  

Azərbaycan Müəllimlər İnstitutu,  

Azərbaycan 

Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, di-

gər sahələrdə olduğu kimi, təhsil və  mədəniyyət sahəsində xeyli işlərin görülmə-

sinə nail oldu. Bu sıradan 1918-1920-ci illərdə Azərbaycan uşaq  ədəbiyyatında 

milli istiqlal mövzusunun geniş yer tutması diqqəti xüsusilə cəlb edir. Bu mövzu ilə 

əlaqədar Türkiyədə və Azərbaycanda yazılmış əsərlər dərgilərdə yer tutmuş, dərs-

liklərə daxil edilmiş, sinifdənxaric oxu kimi istifadə olunmuşdur. Məhz bu məqa-


TEZİSLƏR                                                                                                                       Bakı, 11-13 oktyabr 2012-ci il

 

 



33 

lədə həmin dövrdə yazılmış milli istiqlal mövzusunu əhatə edən şeir və hekayələr-

dən nümunələr təhlil olunur, milli istiqlal mövzusunun məqsədi və  məramı açıq-

lanır, böyüyən nəslin azadlıq, müstəqillik, vətənpərvərlik, türkçülük ruhunda tərbi-

yəsində onların  əhəmiyyəti qeyd edilir. M.Hadi, H.Cavid, A.Şaiq, A.Səhhət kimi 

görkəmli söz ustalarının, eləcə də, gənc şairlərdən Ə.Cavad, B.Mürşid, C.Cabbarlı, 

Davud,  Ə.Dainin milli istiqlal mövzusunda yazdığı  şeirlərinin məna dəyəri, məf-

kurəvi təsiri açıqlanır.  

Bu dövrdə milli ruhlu türk şairlərinin də əsərlərindən nümunələrin Azərbaycan 

mətbuatında çap olunması ilə Türk birliyi ideyasının önəmli rüşeymə malik olduğu 

məqalədə yer tutur.  

Ziya Göyalpın Bakıda nəşr olunan “Məktəb” jurnalında (1918,  №5) çap olun-

muş “İlahi” başlıqlı şeirində yurdun xilası məsələsi qoyulur. Ə.Cavadın “Ordumu-

za ərməğan. Ey əsgər” şeiri, B.Seyidzadənin “Vətənim” şeiri, Ə.Vahidin “Əsgər” 

şeiri, Ə.Cənnətinin “Bayraq”, “Sancaq” və “Bayrağımız” adlı şeirləri, Azərbaycanlı 

imzalı müəllifin “Bayrağım” adlı hekayəsi və digər bu kimi uşaq  ədəbiyyatı nü-

munələri mövzu baxımından təhlil olunur və ümumiləşdirmələr aparılır.  

Məqalədə 1918-1920-ci illər Azərbaycan ədəbiyyatının, o cümlədən uşaq ədə-

biyyatının mövzu çalarları, eləcə də, milli istiqlal mövzusunun indiyədək tədqiqata 

cəlb olunmadığı qeyd edilir. 

 

 

UŞAQ ƏDƏBİYYATINDA TÜRK XALQLARININ ORTAQ 



DƏYƏRLƏRİ 

Nizami Adışirinov 

AMEA Folklor İnstitutu,  

Azərbaycan 

Uşaq ədəbiyyatı özündə güclü ideya-estetik və mənəvi yük daşıyır. Uşaq ədə-

biyyatının ən yaxşı nümunələri hər zaman ümumbəşəri maraqları və yüksək huma-

nist fikirləri əhatə edir. Həmçinin bu fikirlər insanları birləşdirən ideyaların yayıl-

masına şərait yaradır.Bu ədəbiyyat bir qayda olaraq yalnız maraqlı süjetləri ilə de-

yil, həm də yüksək mənəvi keyfiyyətlər daşıması ilə səciyyələnir. Uşaq ədəbiyyatı 

oxucunu elm və həyat barədə müxtəlif biliklərlə zənginləşdirir, ata-babaların tarixi, 

məişəti, əxlaqı, adət-ənənəsi və s. haqqında məlumat verir. Beləcə uşaqlar özlərini 

keçmiş  nəsillərin varisi, onların davamçıları kimi dərk etməyə başlayırlar. Uşaq 

ədəbiyyatı uşaqların qəlbində nəcib hisslər oyadan, onların gələcəyi haqqında gözəl 

və ümidli arzularına qanad verən bir ədəbiyyat sahəsidir. Bu ədəbiyyat uşaqları 

zəngin mənəvi zövqə malik bir insan kimi tərbiyə edir, öz xalqının mübarizələrlə 

dolu zəngin tarixi keçmişinə dərindən bələd olmasını təmin edir. 

Türk xalqlarının uşaq ədəbiyyatı da dünya uşaq ədəbiyyatının ayrılmaz hissə-

sidir. Bu ədəbiyyat türk xalqlarının yaratmış olduqları bütün maddi və mənəvi sər-


«II BEYNƏLXALQ TÜRK XALQLARI UŞAQ ƏDƏBİYYATI KONQRESİ»    

 

 



34 

vətləri yeni-gənc nəslə öyrətməli və onları bu mədəni sərvətin əsl varisi kimi tər-

biyə etməlidir. Bu zaman diqqət edilməsi vacib olan bəzi şərtlər də mövcuddur. 

1. Uşaq ədəbiyyatı uşaqların yaş səviyyəsinə uyğun yazılmalıdır. 

2. Bədii əsərlərin dili aydın və rəvan olmalıdır. 

3. Yığcam süjetli nəsr əsərlərinin dilində lirizmə üstünlük verilməlidir. 

4.   Türk xalqlarının uşaq ədəbiyyatı nümunələri Azərbaycan dilinə tərcümə olun-

malıdır.  

5. Türk 

xalqlarının uşaq ədəbiyyatı ilə tanışlıq bütün uşaqların milliyətindən asılı 

olmayaraq mənən yaxınlaşmasına xidmət etməlidir. 

6.   Tərcümə olunan uşaq  ədəbiyyatı nümunələri diqqətlə seçilməli, milli-mənəvi 

dəyərlərimizə zidd olan əsərlər tərcümə edilməməlidir. 

7. Türk 


xalqlarının uşaq ədəbiyyatı qarşılıqlı şəkildə təhlil olunmalı, ortaq dəyər-

lərlə bağlı mütəmadi olaraq simpoziumlar, konfranslar keçirilməlidir. 

8.   “Kitabi-Dədə Qorqud” kimi türk xalqlarının ən zəngin tarixini, adət-ənənələri-

ni, həyat tərzini, mənəvi dəyərlərini  əks etdirən sənət abidələri uşaqlar üçün 

sadələşdirilməli, uşaqlara vətənə, dövlətə, ailəyə sevgi, böyüyə hörmət, qəhrə-

manlıq, igidlik  kimi yüksək mənəvi dəyərlər aşılanmalıdır. 

9.   “Dədə Qorqud” motivləri  əsasında uşaqlar üçün kiçik həcmli, ibrətli süjetli 

hekayələr yazıla bilər. Və bu əsərlərdə xalqımızın milli-mənəvi dəyərləri, həyat 

tərzi, qəhrəmanlığı qabarıq şəkildə əks olunmalıdır. 

Əgər mədəni, zəngin mənəvi zövqə malik, öz keçmişinə bağlı  və  gələcəyinə 

ümidlə baxan bir gənclik görmək istəyiriksə, uşaq ədəbiyyatına çox ciddi önəm ve-

rilməlidir. Çünki gələcək nəsillərin bədii zövqünü, düşüncə  tərzini məhz indinin 

uşaq ədəbiyyatı formalaşdırmaqdadır. 

 

 



 

ÇOCUK EDEBİYATINDA İNSANÎ BİR DEĞER OLARAK   

HAYVAN SEVGİSİNİN İŞLENMESİ ZARURETİ 

Prof. Dr. Nazan Bekiroğlu 

Karadeniz Teknik Üniversitesi,  

Türkiye 

Yapılan araştırmalar hayvanlara zarar verme oranının yüksek olduğu bölgeler-

de insana zarar verme oranının da yüksek olduğunu göstermektedir. Suçluların 

profillerinin incelenmesi onların çocukluk dönemlerinde hayvanlara da kötü dav-

randıklarını,  şiddet uyguladıklarını göstermektedir. Öyleyse çocuk eğitiminin ana 

damarlarından biri olan çocuk edebiyatında hayvan sevgisinin de işlenmesi gerek-

mektedir.  


TEZİSLƏR                                                                                                                       Bakı, 11-13 oktyabr 2012-ci il

 

 



35 

Sevgi ve saygı öğretilebilir, geliştirilebilir davranışlardır. Ancak bu kapsamda 

sevgi öğretiminden daha da önemli olan, hayvanların yaşama hakkına saygı göster-

meyi öğretmek ve işlemektir.  

Modernizmin süreğinde, bireyselleşmiş insanın en önemli problemi kendisinde 

dünyanın efendisi olma hakkını görmesidir. Varlığın diğer unsurlarını yok sayan bu 

insan tipi doymak bilmeyen bir hırsın neticesinde kendi dışında kalan varlıklara 

yaşama hakkı tanımayarak dünyayı yaşanmaz bir yere dönüştürürken aslında kendi 

yaşam alanını da tüketmektedir.  

Öyleyse bu dünyanın sadece insanların değil bütün unsurları ile birlikte var-

lığın bütün elemanlarının ortak yaşama alanı olduğunun çocuğa öğretilmesi gerek-

mektedir. Böylece çocuk –sevmese bile- hayvanların da yaşama hakkına saygı 

göstermek mecburiyetinde olduğu bilincini sahiplenecektir. Bencillikten sıyrılmış, 

kendi dışındaki varlıkların yaşama hakkına saygılı insan ise empati yeteneği 

gelişmiş olan insan demektir. Empati ise insanî değerlerin en yükseğidir ve işlene-

ceği ilk yer çocuk edebiyatının ürünleridir.  

 

 

ÇOCUK EDEBİYATI VE MİLLΠEDEBİYAT HAREKETİ 



Prof. Dr. Nâzım H. POLAT 

Niğde Üniversitesi   

Türkiye 

Türkiye’de çocuk edebiyatının geçmişini çok eskilerden başlatma alışkanlığı 

varsa da Mümeyyiz dergisinin yayımlanması (28 Temmuz 1869), bu konudaki far-

kındalığın önemli bir noktaya geldiğini gösterir.  

Her konuda olduğu gibi çocuk edebiyatında da kavramlaştırma, bilgi birikimi 

ve ihtiyacın hissedilme seviyesini gösterir. Adında “çocuk” vurgusu yapan ilk der-

giye de bu dikkatle bakmalıdır. 13 Kânun-i sâni 1320 (26 Ocak 1905)’de Selanik’te 

çıkan Çocuk Bahçesi işte bu kırılma noktasını ifade eder. 

Ancak eğitim ilkeleri doğrultusunda bir “çocuk edebiyatı” meydana getirme 

gayretleri, II. Meşrutiyet yıllarındadır. “Millî edebiyat” ihtiyacının hissedilmesi ve 

bu yolda sistemli çalışmaların başlangıcı da aynı yıllara rastlar. 

Denilebilir ki çocuk edebiyatına gerekli önem ve özenin gösterilmesi, Millî 

Edebiyat hareketi sayesinde olmuştur. Bunun sebebi gayet nettir. Millî Edebiyat 

hareketi, topluma yeni bir ruh verme, Türklük bilinci uyandırma amacında idi. Bu, 

yeni bir anlayışla yeni bir nesil yetiştirmeyi gerektirir. 

Yeni neslin istenen ölçülerle yetişmesinde çocuk edebiyatı adeta okul kadar 

önemlidir. 

Her rejim, kendisini ayakta tutacak gönüllü nesiller ister. Bunun en kestirme 

yolu ise toplumsal faydayı esas alan bir sanat ve edebiyat anlayışı geliştirmek, ço-

cukları ve gençleri bu vasıta ile yetiştirmektir. 



«II BEYNƏLXALQ TÜRK XALQLARI UŞAQ ƏDƏBİYYATI KONQRESİ»    

 

 



36 

II. Meşrutiyet yıllarının toplumsal faydacı sanat anlayışını temsil eden grup

Millî Edebiyat hareketidir. Toplumsal faydacı sanat anlayışının, dönemin siyasî ve 

toplumsal zeminine uygun düşmesi, Millî Edebiyat hareketini “kanonik edebiyat” 

nitelemelerine muhatap kılmıştır. Millî Edebiyat hareketinin toplumsal dönüşümü 

başarmak için uygun bulduğu alanlardan biri de çocuk edebiyatı olmuştur. Bu 

edebî hareketin ana ilkesi, yazı diline, konuşma dilini hâkim kılmaktı. Aynı ilke, 

çocuk edebiyatının da vazgeçilmezlerinden olduğu için, Millî Edebiyat hareketi, 

çocuk edebiyatını geliştirici pek çok hizmette bulunmuştur. 

 

 



MAKEDONYA TÜRK ÇOCUK EDEBİYATINDA                                     

BİR DÜNYA KLASİĞİ 

NECATİ ZEKERİYA (11.11.1928 – 10.6.1988) 

Yrd. Doç. Dr. Nazlı Rânâ Gürel 

Abant İzzet Baysal Üniversitesi,  

Türkiye  

Tito Yugoslavyasının yıkılmasından sonra (1991), bağımsızlığına kavuşan Ma-

kedonya, Balkanlar’da genç bir cumhuriyettir. 

Makedonya Türkleri, her şeye rağmen kimliklerini yaşatmak, kültürlerini geliş-

tirmek, eğitim sorunlarını çözmek, örf ve adetleri ile millî, dinî ve insanî çıkarlarını 

elde etmek ve korumak için yıllardır yürüttükleri savaşımdan vazgeçmiş değiller. 

Bulundukları ülkede kiracı değil, aralarının evindeymiş gibi hayatlarını sürdürmek-

tedirler. Bu yüzden partileriyle, dernekleriyle, kurum ve kuruluşlarıyla yarınlara 

dönük, dedelerinden miras olan bu ülkede diğer milletlerle birlikte eşit olarak yaşa-

mak, devletlerinin gelişmesi için sadık vatandaş olarak üzerlerine düşen görevleri 

yerine getirerek ocaklarını yeşertmekte kararlılar. 

Makedonya Türklerinin kimliklerini yaşatmak için bu ölüm kalım savaşımında 

halkın yanında ve önünde birçok değerli aydın ve yazar, çizer de vardı. Halkın sesi 

ve vicdanı olmaya uğraşan bu ünlü kişiler, yazı ve çalışmalarıyla her zaman Make-

donya Türklerinin zengin ve parlak tarihe sahip olduklarını vurgulamış ve varlık-

larının ebedî olması için büyük caba harcamışlardır. Özellikle İkinci Dünya Sa-

vaşı’ndan sonra, başarılı bir biçimde gelişen çağdaş Türk edebiyatının temel taşı 

olmuşlardır. 

Makedonya’da Türk kültürüne, Türk düşüncesine, ses bayrağımız Türkçeye, 

Türk edebiyatına ve insanlığa eserleriyle, çalışmalarıyla hizmet etmiş, yön vermiş 

şahsiyetlerden biri de Necati Zekeriya’dır. 

Makedonya ve Kosova Türkleri edebiyatının ilk dönem sanatçılarından biri 

olan Necati Zekeriya, deyince akla onlarca kitap, yüzlerce makale, yetiştirdiği 

çocuklar, elinden tuttuğu gençler, arkadaşlık ettiği usta kalemler, Birlik gazetesi, 



TEZİSLƏR                                                                                                                       Bakı, 11-13 oktyabr 2012-ci il

 

 



37 

Piyoner, Sevinç, Tomurcuk, Kuş gibi çocuk dergileri, çeviri kitaplar ve tabii ki, hi-

kâye ve şiir ağırlıklı telif eserler… En önemlisi de ORHAN gelir… Makedonya’da 


Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin