VƏ İnformasiYA


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə8/17
tarix21.04.2017
ölçüsü5,05 Kb.
#14977
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
58 
Qeyd  edək  ki,  təqdim  edilən  metaverilənlər  sahələri  istifadəçini  qane 
etmədikdə,  administrator  giriş  sənədinin  konkret  tipi  üçün  yeni  sahələri, 
sahələr üçün “məcburi satatus”  müəyyən edə bilər. Yazıların daxil edilməsini 
sürətləndirmək  və  daxil  etmə  zamanı  səhfin  qarşısını  almaq  məqsədilə 
sahələrə  susmaya  görə  parametrlər  müəyyən  etmək  olar.  Məsələn,  nəzərə 
alsaq  ki,  Azərbaycan  dilində  olan  ədəbiyyatın  çox  böyük  hissəsi  Bakı 
şəhərində nəşr olunmuşdur, onda nəşr yeri sahəsi üçün susmaya görə “Bakı” 
parametrini    mənimsəmək  olar.  Lakin  bu  əməliyyatı  yalnız    administrator 
hüququna  malik  istifadəçi  edə  bilər.  Bunun  üçün  ArchiveMetadataFields-
Config.pm konfiqurasiya faylını redaktə etmək tələb olunur.   
Ümumi  metaverilənlərə  malik  yazıları  daxil  edərkən  şablon  yazıdan 
istifadə  etmək  məsləhətdir.  Bu  metaverilənlərin  daxil  edilməsi  vaxtına 
əhəmiyyətli dərəcədə qənaət edir. EPrints həmçinin xronoloji ardıçıllıqla eyni 
sənədin versiyalarının iearxiyasını yaratmağa icazə verir.  
Təqdim  olunan  sahələrə  metaverilənlər  daxil  edildikdə  EPrints 
avtomatik  olaraq  məcburi  sahələrə  məlumatların  daxil  edilməsini  yoxlayır
3

Daxilolma zamanı  məlumatların  itməməsi  üçün  avtomatik  yaddaşda  saxlama 
imkanı nəzərdə tutlmuşdur.  
Metaverilənlər  daxil  edildikdən  sonra  sənəd  faylı  arxivə  daxil 
edilməlidir.  Bu  zaman  faylan  istifadə  forması  –  bütün  istifadəçilər    və  ya 
yalnız  qeydiyyatdan  keçmiş  istifadəçilərin  istifadə  hüququ  müəyyən  olun-
malıdır. Bundan sonra yeni yradılmış yazı redaksiya buferinə əlavə olunur. 
Redaktor  hüquqları  ilə  işləyən  istifadəçi  redaksiya  buferinə  baxaraq, 
zəruri  olduqda  ora  dəyişikliklər  edə    bilər,  həmçinin  daxil  edilmiş  yazı  onu 
qane  etmədikdə  öz    qeydlərilə  birlikdə  yazını  yaradan  istifadəçinin  elektron 
poçtuna  yenidən işləmək üçün göndərə bilər. Yalnız redaktor tərəfindən təs-
diqləndikdən sonra  yazı  elektron kitabxana tərəfindən oxucuların  istifadəsinə 
verilir. 
Xüsusi  qeydiyyatdan  keçmiş  oxucular  onu  maraqlandıran  mövzular 
üzrə elektron kitabxanaya daxil olunan sənədlər haqqında məlumat göndərişi 
xidmətinə abunə ola bilərlər. Məlumat göndərişi xidməti bu tip istifadəçilərin 
elektron poçt ünvünına  gündəlik, həftəlik və  ya aylıq yeni daxilolmalar haq-
qında avtomatik məktubların göndərişini təmin edir. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Xələfov A.A. Kitabxanaya giriş (kitabxanaşünaslığın nəzəri 
əsasları). Bakı: Bakı Universiteti, 2001, 
                                                 
3
 Ehtiyac olarsa ArchiveValidateConfig.pm konfiqurasiya faylını redaktə etməklə  yoxlama 
rejiminin parametlərini tənzimləmək olar.
 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
59 
2.
 
Gutteridge C., Hitchcock S., Simpson P., Hey J. Report on the 
Technical issues of using GNU EPrints software for the development of an 
institutional e-Print repository at the University of Southampton: TARDis 
deliverable D.2.3.2. 2003. 
3.
 
Gutteridge C. EPrints 2.3 Documentation.October 12, 2005.  
4.
 
Sale A. EPrints website for the University of Tasmania. August 
2004. 
5.
 
İ.Ə. Qurbanov, A.İ.Qurbanov, R.A. Abdullayeva İnformatika 
Bakı: Təhsil NPM, 2010, 404 s.: şəkilli 
6.
 
Келли-Бутл Cтэн Введение в UNIX. / Пер. с англ.С.Орлов.  М.: 
ЛОРИ., 1995, 338 c. 
7.
 
Ломов А. Ю.  Apache,Perl,MySQL: практика создания 
динамических сайтов: самоучитель. СПб.: БХВ-Петербург., 2007,  354 с. 
 
 
ESTABLISHMENT OF E-LIBRARİES ON THE BASIS OF EPRİNTS 
 
A.I.GURBANOV  
 
SUMMARY 
 
The article analyzes main characteristics of the system of “EPrints” 
widely adopted in the experience of establishment of electron libraries in 
developed countries.  The  method of construction of multilingual electronic 
library is described as well with the features of adaptation under certain 
needs.  
 
СОЗДАНИЯ ЭЛЕКТРОННЫХ БИБЛИОТЕК НА ОСНОВЕ 
EPRINTS 
 
А.И.КУРБАНОВ  
 
РЕЗЮМЕ 
  
Проанализированы основные характеристики системы 
“EPrints”, примененной в практике создания электронных библиотек в 
большинстве развитых стран. Также описана методика построение 
многоязычной электронной библиотеки с особенностями адаптации под 
определенные нужды.  
 
 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
60 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI KİTABXANA 
ŞƏBƏKƏSİ BÖYÜK VƏTƏN MÜHARİBƏSİ İLLƏRİNDƏ 
 
Ş.İ. İSLAMOVA 
Azərbaycan Milli Elmlər Akademiyası 
 
 
Məqalədə  Böyük  Vətən  Müharibəsi  illərində  AMEA  kitabxana  şəbə-
kəsinin    fəaliyyəti,  əhaliyə  kitabxana  xidmətinin  təşkili,    informasiya  resurs-
larının  qorunub  saxlanılması  və  onların  ön  və  arxa  cəbhədə  hərbi  əsaslar 
üzərində  yenidən  qurulması  vəzifələri  əsasında  təbliğat-təşviqat  işində 
hökumətin dayaq bazası kimi əhəmiyyəti  məsələləri işıqlandırılmışdır. 
 
1941-ci  il  iyun  ayının  22-də  faşist  Almaniyasının  keçmiş  Sovet 
İttifaqına  hücümu  bütün  sahələrdə  olduğu  kimi  ölkə  əhalisinin  mədəni 
həyatini  pozdu,  o  cümlədən,  kitabxana  işinin  də  inkişafına  mane  oldu.  Azər-
baycanda  da  bütün  işlər  müharibənin  tələblərinə  uyğun  qurulmağa  başladı, 
bütün  qüvvələr  qələbə  naminə  xalqın  mənəvi  cəhətdən  səfərbər  edilməsinə 
yönəldi.  Müharibə  illərində  kitabxanaları  qoruyub  saxlamaq  və  əhaliyə 
kitabxana  xidmətinin  təşkilini  davam  etdirmək  üçün  bir  sıra  tədbirlər  həyata 
keçirilməyə  başladı.  Baxmayaraq  ki,  minlərlə  maarıf  işçiləri  cəbhəyə  gön-
dərildi,  lakin  iş  dayandırılmadı.  Müharibənin  ilk  günlərindən  geniş  təbliğat 
məntəqələrinə çevrilən kitabxanalar öz işlərini “hər şey cəbhə üçün!”, “hər şey 
qələbə  üçün!”  şüarı  əsasında  qurur,  vətənpərvərlik  aşılayan  əsərləri  təbliğ 
edirdilər. 
Mədəni-maarif  müəssisələrinin  ən  mühüm  sahələrindən  biri  olan 
kitabxanalar  müharibənin  ilk  günlərindən  başlayaraq  ön  və  arxa  cəbhənin 
hərbi  əsaslar  üzərində  yenidən  qurulması  vəzifələri  əsasında  təbliğat-təşviqat 
işində hökumətin dayaq bazası kimi xidmət etməyə başladılar. 
Kitabxanalar Müdafiə Komitəsinin əmr və göstərişlərini geniş surətdə 
təbliğ edir və onların yerinə yetirilməsi uğrunda mübarizə aparırdılar. 
 Müharıbənin  ilk  günlərindən  Azərbaycan  Maarif  Komissarlığının 
göstərişi  ilə  SSRİ  EA  Azərbaycan  filialının  Mərkəzi  Elmi    Kitabxanasında 
”Müharibə dövründə kitabxanaların vəzifələrinə həsr edilmiş  Metodik müşa-
virə  keşirilmişdir.  Bu  metodik  müşavirədə  kitabxanaların  qarşısında  duran 
vəzifələr izah edilməklə bərabər,  görüləcək işlər haqqında konkret göstərişlər 
verilmiş,  kitabxana  işinin  yeni  şəraitlə  əlaqədar  olaraq  mühüm  problemləri 
müəyyənləşdirilmişdir.” 
SSRİ  EA  Azərbaycan  filialının  kitabxana  şəbəkəsinin  əsas  vəzifəsi 
bölmə və institutların elmi-tədqiqat ehtiyaclarını ödəmək işinə xidmət etmək 
idi. Müharibə illərində   Azərbaycan alimləri akademik Y.H.Məmmədəliyevin 
başçılığı ilə neft-kimya elmində boyük hadisə olan oktanlı aviasiya yanacağı 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
61 
almağa    nail  olmuşdular.Tank  əleyhinə  yandırıcı  qarışıq  və  başqa  partlayıcı 
maddələr  istehsal  edilir,  hərbi  texnika  üçün  sürtgü  yağlarının    istehsal  tex-
nologiyası hazırlanır, yeni neft yataqları kəşf edilirdi.  
Kitabxanalar  müharibə  illərindəki  hər  cür  çətinliklərə  baxmayaraq  öz 
fondlarını  yeni ədəbiyyatla zənginləşdirmək,  onlarda olmayan nadir kitabları 
əldə etmək sahəsində xeyli işlər görmüşlər. 
II  Dünya  Müharibəsi  illərində  Mərkəzi  Elmi    Kitabxananın  fonduna 
ədəbiyyat aşağıdakı yollarla komplektləşdirilirdi: 
1)  Azərbaycan  Respublikasının  ərazisində  çıxan  ədəbiyyatın  Kitab 
Palatası tərəfindən məcburi nüsxələrinin alınması; 
2)  Azərbaycanın  kitab  mağazalarından,  “Akademkitab”dan  yeni 
ədəbiyyatın alınması; 
3) Kitab mübadiləsi yolu ilə; 
4) Dövri nəşrlərə abunə yolu ilə.  
Kitabxanaların komplektləşdirilməsi demək olar ki, çox çətin şəraitdə 
aparılırdı. Belə ki, yeni nəşrlər kitab mağazalarına az daxil olurdu. Əsas etiba-
rılə bukinist mağazalarında olan ədəbiyyatı əldə etmək olurdu. 
1941-ci    ildə    Mərkəzi  Elmi  Kitabxana  fondunun  darısqal,  yarıtmaz 
vəziyyətdə olması, eyni zamanda, böyük sayda kitabların sahəvi kitabxanalara 
(elmi-tədqiqat institutlarının kitabxana şəbəkələrinə) verilməsi dəqiq uçot işini 
aparmağa  çətinlik yaradırdı. 
Ona  görə  də  1941-ci  ildən  etibarən  kənardan  gələn  əlavə    işçilər 
hesabına yenidən inventarlaşdırma işinə başlanıldı. 1941-ci ildə 54925 nüsxə 
kitabı  inventarlaşdırmaq  nəzərdə  tutulduğu  halda,  cəmi  35842  nüsxə  kitab 
inventarlaşdırıldı. Plan işinin belə az yerinə yetirilməsinin əsas səbəbi fondun 
yeni  kitab  saxlayıcılarına  köçürülməsilə  əlaqədar  idi.  Həmin  ildə  oxuculara  
kitab verilişi də 9732 nüsxə olmuşdu. Bunlardan 3801 nüsxə abonementdən, 
5931 nüsxə isə qiraət zalından verilmişdir. 
Böyük  Vətən  Müharibəsinin  ilk  aylarından  Azərbaycanda  hərbi  xəs-
təxanalar yaradılmağa başladı. Azərbaycan KP MK və Azərbaycan SSR XKS-
nin  qərarı  ilə  1942-ci  ilin  yanvarında  yaralı  əsgərlərə  və  komandirlərə  Azər-
baycan Respublikası Yardım Komitəsi  yarandı.  Qısa müddət ərzində Bakıda 
və  respublikanın  bir  sıra  yerlərində  70  hərbi  qospital  təşkil  edildi.  Məşhur 
cərrah  M.Topçubaşovun  hərbi  cərrahiyyədə  yeni  müalicə  metodları  ilə 
minlərlə əsgər ölümdən xilas edildi. 
 Bu  dövrdə  kitabxanaların  da  qarşısında  müharibəyə  dair  yazılmış 
kitabları  toplamaq,  geniş  zəhmətkeş  və  oxucu  kütlələrinə  məruzə  və  müha-
zirələrlə  xidmət  etmək  kimi  çox  mühüm  bir  vəzifələr  dururdu.  Azərbaycan 
filialının  kitabxana  şəbəkəsi  hərbi  xəstəxanalarda  təbliğat-təşviqat  və  kütləvi 
işlərin təşkilində yaxından iştirak edirdilər. 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
62 
  
Kitabxananın  əməkdaşları    müharibənin  çətinliklərinə  baxmayaraq, 
qospitallara  hamilik  edir.  7  qospitalı  bədii,  tarixi  əsərlərlə,  əsgər  oxucuların 
tələbatını  ödəyən  ədəbiyyatla  təmin  edirdi.  Yazıçı  alimlərimiz  çoxmilyonlu 
sovet xalqinin faşizmlə mübarızəsinə və müharibədə qələbəsinə həsr olunmuş 
əsərlər yaradırdılar.  Müharıbədə döyüşən əsgərlərə SSRİ EA Azərbaycan fili-
alının kitabxana şəbəkəsi tərəfindən 502 bağlama kitab göndərilmişdi.  Məsə-
lən,  belə  kitablardan:  Böyük  Vətən  Müharibəsi:  cəbhə  və  arxa.  –  Bakı,1942; 
Faşizmlə  mübarızə.–Bakı,1942;  Rus  artilleriyası  dünya  müharibəsində.  –I-II 
cild. – M., 1938 və s. göstərmək olar.  İctimai elmlər sahəsində çalışan alim-
lərimizdən    H.Hüseynov  və  M.A.Dadaşzadənin  “Azərbaycan  ədəbiyyatının  
qısa  tarixi”,  S.Vurğunun  “Şəfqət  bacısı”,  “Qəhrəmanlıq  öyüdü”;  S.Rüstəmin 
“Ana  və  poçtalyon”,  R.Rzanın  “Əsgər  ananın  sözləri”,  N.Rəfibəylinin  “Get, 
sevgilim uğur olsun”, M.H.Vəkilovun “Cavanşir” və  s.   kimi  əsərləri dövrün 
mübarizə ruhu ilə səsləşən kitablarından idi. 
 
II Dünya Müharibəsi illərində Azərbaycan K(b)P MK və Azərbaycan 
SSR  XKS  müharıbə  illərində  SSRİ  Elmlər  Akademiyasının  Azərbaycan  fili-
alının  fəaliyyətinə  xüsusi    diqqət  yetirirdi.  1943-cü  ilin  noyabrında  Mərkəzi 
Komitə  Elmlər  Akademiyası  filialının  işi  haqqında  qərar  qəbul  etdi.  Bu  qə-
rarda  filialın  işini  daha  da  yaxşılaşdırmaq,  onun  yeni  institutlarını  və 
bölmələrini yaratmaq kimi geniş perspektivlər müəyyənləşdirildi. 
Qərarda  həmçinin  kitabxanaların  da  işinin  yaxşılaşdırılması,  onların 
yeni ədəbiyyatla təkmilləşdirilməsinə diqqət yetirilməsi, əlyazmalar fondunun 
təşkili  və s. məsələlər də öz konkret həllini tapdı. 
1943-cü  ildə  SSRİ  EA  Azərbaycan  filialının  Mərkəzi  Kitabxanası  öz 
işində  əsas  diqqəti  yeni  ədəbiyyatın  komplektləşdirilməsinin  nizama  salın-
masına yönəltdi. Həmin ilin planına əsasən 4250 nüsxə ədəbiyyatın   alınması 
nəzərdə  tutulmuşdu.  Lakin  kitabxanaya  nəzərdə  tutulduğundan  552  nüsxə 
artıq kitab daxil oldu. Beləliklə,  daxil olan kitabların sayı 4802 nüsxəyə çatdı. 
Bunlardan 2159 nüsxə kitab (rus dilində), 1388 nüsxə jurnal(rus dilində), 441 
xarici kitab və jurnallar, 814 nüsxə Azərbaycan və şərq dillərində olan kitablar 
idi.  
Daxil  olan  kitablar  içərisində  Qafqazşünalığa  dair  əsərlər  xüsusi  yer 
tuturdu.  Kitabxanaların  fondundan  istifadə  Rəyasət  Heyətinin  1940-ci  ildə 
təsdiq  etdiyi  və kitabxana tərəfindən işlənib  hazırlanmış  “Kitabxanadan isti-
fadə qaydaları” haqqında təlimata əsasən həyata keçirilirdi. 
Hələ  müharibə  illərində  “Elmi-maarif  təbliğatının  təşkili  haqqında” 
qəbul  edilən  qərar  Mərkəzi  Elmi  Kitabxanada  oxucular  arasında  elmi-təbii 
biliklərin  geniş  surətdə  təbliğini  təşkil  etməyə  istiqamətləndirirdi.  Qərarda 
ölkədə elmi-maarıf təbliğatının təşkili sayəsində olan nöqsanlar qeyd edilir və 
bu nöqsanların aradan qaldırılması zəruri hesab edilirdi. Çünki həmin şəraitdə 
oxucuların  ümumi  mədəni  səviyyəsinin  daha  da  yüksəldilməsində,  keçmişin 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
63 
qalıqlarının  aradan  qaldırılmasında  təbii-elmi  biliklərin  təbliği  böyük 
əhəmiyyətə malik idi.. 
1943-cü ildə Mərkəzi Elmi Kitabxanada  oxuculara 16000 nüsxə kitab 
verilmişdir. Müharibə illərində kitabxana öz elmi-biblioqrafik fəaliyyətini də 
dayandırmamışdır.  Onun  biblioqrafik  fəaliyyəti  əsasən  kitab  və  əlyazmalar 
fondunun  kartotekasının  və  ölkəşünaslıq  xarakterli  göstəricilərin  tərtib  edil-
məsinə  doğru  yönəldilmişdir.  Bütün  bunlarla    yanaşı,  kitabxanaya  daxil  olan 
yeni  ədəbiyyatın  siyahıları  da  tərtib  edilir,  məlumat-biblioqrafiya  işləri 
genişləndirilirdi. Həmin il kitabxana 6 kitab sərgisi təşkil etmişdir. Bu sərgilər 
H.Zərdabiyə, Ə.Haqverdiyevə, görkəmli alim Nyutonun  elm tarixində  roluna 
həsr edilmiş sərgilər  idi. 
Bu dövrdə institut və bölmələr nəzdində yaranmış olan kitabxanalar öz 
işlərində  Mərkəzi  Elmi  Kitabxananın  metodik  köməkliyindən  istifadə  edir-
dilər.  Belə  ki,  Mərkəzi  Elmi  Kitabxana  eimi-tədqiqat  institutlarının  kitab-
xanalarına komplektləşdirmə işinin təşkilində, kitabxana işinin müxtəlif məsə-
lələrində, kitabxanaların hesabatlarına nəzarət etməkdə və s. köməklik edirdi. 
Şəbəkə kitabxalarının hesabatları  dinlənilir, kitabxana işi məsələləri müzakirə 
edilir,  işlərində  olan  çatızmazlıqlar  göstərilirdi.  Kitabxana  işçiləri  də  bu 
məsləhətlərdən öz işlərində istifadə edirdilər. 
SSRİ  EA  Azərbaycan  filialının  Mərkəzi    Elmi  Kitabxanasının  işində 
ən  böyük  nailiyyət  “SSRİ  EA  Azərbaycan  filialının  10  illik  nəşrlərinin  bib-
lioqrafiyası”nın  tərtibidir  (15  çap  vərəqi  həcmində  M.P.Karpinskaya  tərəfin-
dən tərtib edilmişdir). 
Müharibə şəraitinin olmasına baxmayaraq,  SSRİ Elmlər Akademiyası 
Azərbaycan  filialının  kitabxana  şəbəkəsi  hərbi  qospitallara  xidmət  etməklə 
yanaşı,  özlərinin  daxili  işlərinə  də  diqqət  yetirirdilər.  Şərq  ədəbiyyatı  şöbə-
sində  şərq  əlyazmalarının  və  qədimdə  çap  olunmuş  kitabların  seçilməsi  və 
qiymətləndirilməsi  üzrə  xüsusi  komissiya  yaranmışdı.  Komissiya  qiymətli 
əlyazmaların,  köhnə  nəşr  olunmuş  kitabların  əldə  edilməsi  sahəsində  böyük 
işlər  görmüşdür.  Mərkəzi  Elmi  Kitabxananın  Şərq  ədəbiyyatı  şöbəsinə 
qiymətli ədəbiyyatın toplanılması sahəsində böyük  köməkliyi Rəyasət Heyə-
tinin sədr müavini H.Hüseynov etmişdir.O, eyni  zamanda komissiyanın sədri 
idi. Ümumiyyətlə, həmin komissiya bu dövrdə digər kitabxanalara da (məsə-
lən,  kütləvi)  şərqə  dair  kitabların  komplektləşdirməsi  işinə,  əlyazmalar 
toplanmasına  köməklik etmişdir. 
1945-ci  ilin    mart  ayının  7-də  SSRİ  EA  Azərbaycan  filialı  və  res-
publikanın  bir  sıra  digər  elmi-tədqiqat  idarələri  əsasında  Azərbaycan  Res-
publikasının  Elmlər Akademiyası yarandı. Həmin ildə kitabxananın həyatında 
yeni  inkişaf  mərhələsi  SSRİ  EA  Azərbaycan  filialının  Respublika  Elmlər 
Akademiyasına çevrilməsilə başlandı. 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
64 
Azərbaycan  Respublikası  Elmlər  Akademiyasının  yaranması  ilə 
əlaqədar  olaraq  onun  kitabxana  şəbəkəsi  də  xeyli  genişləndi.  1945-ci  ildə 
təşkil  edilən  kitabxanalardan  biri  Nizami  adına  Azərbaycan  Ədəbiyyatı  Mu-
zeyi  nəzdindəki  kitabxana  idi.    Bu  kitabxana  Muzeyin  hədiyyə  fondunun, 
həmçinin T.B.Saltıkov-Şedrin adına Leninqrad Dövlət Kütləvi Kitabxanasının 
fondundan  alınmış  nəşrlərin  əsasında  təşkil  edilmişdir.  Fondda  bədii  ədəbiy-
yat,  ədəbiyyatşünaslıq  və  tənqid,  dilçilik  və  myzeyşünaslığın  və  s.  məsə-
lələrinə  dair  əsərlər  vardır.  Azərbaycan  klassiklərinin  və  alimlərinin  nadir 
nüsxələri xüsusilə qiymətlidir. Onların içərisində Qətran Təbrizi, Nizami Gən-
cəvi,  M.P.Vaqif,  M.F.Axundov,  M.Ə.Sabir,  C.Məmmədquluzadə  və  b.-nın 
əsərləri,  İranda və Türkiyədə nəşr edilmiş bir sıra jurnallar da vardır. 
Rus ədəbiyyatı klassiklərindən A.S.Puşkinin. L.N.Tolstoyun, M.Y.Ler-
montovun, A.P.Çexovun, A.M.Qorkinin və b. əsərləri buraya toplanmışdı. 
Həmin  ildə  Torpaqşünaslıq  və  Aqrokimya  İnstitutu  nəzdində  də 
kitabxana  təşkil  edilmişdi.  İnstitutun  fonduna  torpaqşünaslığa,  aqrobi-
ologiyaya,  üzümçülüyə  aid,  həmçinin  botanika,  biologiya,  coğrafiya,  meşə-
çilik  üzrə  əlaqədar  məsələlərə  həsr  edilmiş  əsərlər  “Poçvovedenie”(1904-cü 
ildən), “İzvestiya AzFAN SSSR”(1936-cı  ildən), “Dokladı  AN SSSR”(1938-
ci  ildən),  “İzvestiya  AN  SSSR.Seriya  biologiya”  (1939-cu  ildən),,  “Dokladı 
AN AzSSR” (1945-ci ildən) və s. dövri mətbuat nəşri də toplanmışdı. 
Artıq  1945-ci  ildə  Azərbaycan  Respublikası  Elmlər  Akademiyasının 
16  institut  kitabxanası,  3  muzey  kitabxanası  və  4  baza  (Kirovabad, 
Stepanakert,  Naxçıvan  və  Quba  bazaları)  kitabxanası  fəaliyyət  göstərirdi. 
Kitabxanaya bütün keçmiş Sovet İttifaqında nəşr olunan ədəbiyyatın məcburi 
pullu  nüsxəsini  əldə  etmək  səlahiyyəti  verildi.  Azərbaycan  Respublikasında 
Elmlər Akademiyasının təşkili ilə əlaqədar olaraq Mərkəzi Elmi Kitabxananin 
işi  yenidən təşkil edilmiş, onun ştatı və funksiyaları genişləndirilmişdir. 
Böyük  Vətən  Müharibəsi  ölkəmizdə  başqa  sahələrdə  olduğu  kimi, 
kitabxana  işinə  də  böyük  zərbə  vurmuşdu.  Alman–faşist  işğalçıları  43  min 
kitabxananı və 100 milyondan artıq kitabı məhv etmişdilər. Müharibə qurtar-
mamış  alman–faşist  işğalçılarından  azad  edilmiş  ərazidə  kitabxanaları  bərpa 
etmək  üçün  Dövlət  ədəbiyyat  fondu  yaradıldı.  Bu  fond  ölkədə  alman-faşist 
işğalçıları  tərəfindən  dağıdılmış  kitabxanaları  bərpa  etmək  üşün  olduqca 
böyük  rol  oynadı.  AEA  Mərkəzi  Kitabxanası  da  dağıdılmış  kitabxanaların 
bərpaslnda onlara ədəbiyyat göndərməklə   yaxından iştirak etmişdi. 
Bu  dövrdə  respublikamızda  da  kitabxana  işi  sahəsində  geriləmə  və 
tənəzzül  özünü  göstərirdi.  Bu  tənəzzül  əsas  etibarilə  kitab  fondlarının  və 
maddi vəsaitlərin azalmasında özünü göstərirdi. 
Şiddətli  vuruşmalarda  faşizmə  qarşı  misilsiz  qəhrəmanlıq  salna-
məsində  Azərbaycan  xalqı  çoxlu  parlaq  səhifələr  yazmışdır.  Azərbaycanın 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
65 
igid  oğullları  Böyük  Vətən  Müharıbəsi  cəbhələrində  qəhrəmancasına 
vuruşaraq adlarını əbədi şöhrətləndirdilər. 
Azərbaycan  xalqının  bu  qəhrəmanlığına  dair  çoxlu  monoqrafiya,  dis-
sertasiya, oçerk, məqalə, xatirə və s. həsr olunmuşdur ki, bu materialları topla-
mağın,  bir  sistem  halına  salmağın,  dərc  etməyin  zəruriliyi  hələ  Vətənimizin 
başı üstünü təhlükə aldığını – 1941-ci il dekabrın 2-də Azərbaycan KP MK-
nın qərarında göstərilmişdi. 
Müharibə  haqqında,  cəbhələrdəki  qələbələrimizin  əzəməti,  arxa  cəb-
hədə əməkçilərimizin rəşadəti haqqında və s. yazılanların hamısını üzə çıxar-
maq,  ümumiləşdirmək,  qayğı  ilə  qoruyub  saxlamaq  çox  mühüm  ideloji  və 
elmi-məlumat işidir. Bu məqsədlə də Azərbaycan Respublikasının EA İctimai 
elmlər  üzrə  Elmi  Məlumat  Mərkəzi    həmin  mövzu  üzrə  əsas  ədəbiyyatın 
biblioqrafiyasını  tərtib  etmişdir.  Biblioqrafiyaya  1941-ci  ildən  başlayaraq  bu 
günə  qədər  respublikamızda,  onun  ərazisindən  kənarda  Azərbaycan  və  rus 
dillərində  çap olunmuş ədəbiyyat daxil edilmişdir. Bunlar kitab və jurnal mə-
qalələri olub, mövzu ardıcıllığına görə   yerləşdirilmişdir. Azərbaycanın mərd 
oğul və qızlarının  böyük qələbəmizdəki xidmətlərinin öyrənilməsi bu gün də 
davam etdirilir. 
 
ƏDƏBİYYAT 
 
1.  Azərb. EA Arxivi. F.5,siy.1, arx.185, qutu 14.  s. 55. 
2. Azərb. EA Arxivi. F.5, siy.1, arx. 230, qutu 14.  s. 5. 
3.Azərbaycan SSR Elmlər Akademiyası Mərkəi Elmi Kitabxanas : 
Bələdçi. Bakı: Elm,1990, s. 29; 88. 
4. Xələfov A.A. Azərbaycanda kitabxana işinin tarixi.  Bakı: Azərnəşr, 
1974, s.129. 
5. Xələfov A.A. Böyük Vətən Müharibəsi illərində Azərbaycanda 
kitabxana işi (1941-1945-ci illər) // ADU-n Elmi Əsərləri. Kitabxanaşünaslıq 
və biblioqrafiya seriyası.  Bakı: 1971, s. 33. 
6. Материалы к истории библиотечного дела в СССР (1917-
1959гг.).  М.: 1964,  с.152 -153. 
 
 
 
 
 
 
 
 

Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin