VƏ İnformasiYA



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə11/17
tarix21.04.2017
ölçüsü5,05 Kb.
#14977
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

 
     
 
81 
struktur  quruluşa malik olmasıdır. Belə ki, bu biblioqrafik tədqiqat bir neçə 
bölmədən  ibarət  olan  giriş  hissəsi  ilə  yanaşı  özündə  30-dan  çox  bölməni 
birləşdirən  dörd  əsas  hissədən,  21  yardımçı  aparatdan  ibarət  “Köməkçi 
göstəricilər” adlandırılmış xüsusi bölmədən ibarətdir. 
       
Vəsaitin giriş hissəsində göstərici haqqında professor Zöhrab Əliyevin 
rəyi, sonra E.Əfəndiyevin  əsərlərinin  nəşri haqqında qısa oçerk,  ədibin həyat 
və  yaradıcılığının  əsas  tarixləri  və  ədib  haqqında  ədəbiyyat  və  mədəniyyət 
xadimlərinin  fikirləri təqdim edilir. 
      
Biblioqrafik  göstəricinin  I  hissəsində  müəllifin  Azərbaycan  dilində 
kitabları,  redaktə  etdiyi  kitablar,  dövrü  mətbuatda  və  müxtəlif  məcmuələrdə 
dərc edilmiş bədii əsərləri, ədəbi-tənqidi və publisistik məqalələri, tərcümələri 
və  əsərləri  haqqında  ədəbiyyat  verilmişdir.  Bütün  mənbələr  hər  bir  bölmə 
daxilində əlifba sırası ilə düzülmüşdür. 
      
Vəsaitin  II  hissəsində  ədibin  həyat  və  yaradıcılığı  haqqında 
Azərbaycan  dilində  ədəbiyyat  verilmiş  və  sənədlər  aşağıdakı  bölmələr  üzrə 
qruplaşdırılmışdır: 
I.
 
Həyat və yaradıcılığı haqqında; 
II.
 
Azərbaycan Yazıçılar İttifaqındakı fəaliyyəti
III.
 
“Vətən” cəmiyyətindəki fəaliyyəti; 
IV.
 
Baş nazirin müavini kimi fəaliyyəti. 
      
Biblioqrafik göstəricinin III hissəsi Elçin Əfəndiyevin  əsərlərinin rus 
dilindəki  nəşrlərini  və  onun  həyat  və  yaradıcılığı  haqqında  rus  dilində  nəşr 
edilmiş  ədəbiyyatı  əhatə  edir.  Materialların  sistemləşdirilməsi  əsasən  gös-
təricinin  Azərbaycan  dilindəki  mənbələri  əhatə  edən  hissəsinə  uyğun  şəkildə 
təşkil  edilmişdir:  kitabları,  müqəddimə  yazdığı  əsərləri,  dövri  mətbuat  mate-
rialları,  ədəbi-tənqidi  və  publisistik  məqalələri,  ictimai  fəaliyyəti,  ekran-
laşdırılmış  əsərləri,  filmləri  haqqında  ədəbiyyat,  həyat  və  yaradıcılığı  haq-
qında  ədəbiyyat.  Bu  hissədə  materiallar  Azərbaycan  dilindəki  sənədlər  kimi 
əlifba prinsipi əsasında düzülmüşdür. 
      
Biblioqrafik göstəricinin IV hissəsi ədibin xarici dillərdə nəşr edilmiş 
əsərlərini və onun haqqında ədəbiyyatı əks etdirir. Burada ədibin keçmiş SSRİ 
respublikaları və digər xarici ölkələrdə nəşr edilmiş əsərləri və onun həyat və 
yaradıcılığı,  eləcə  də  ayrı-ayrı  əsərləri  haqqında  müxtəlif  ölkələrdə  (Bol-
qarıstan,  Belorusiya,  Çexiya,  ABŞ,  Almaniya,  Türkiyə,  Macarıstan,  İraq, 
Qazaxıstan, Polşa, Rusiya və s.) dərc edilmiş  əsərlərinin  nəşrinin  mükəmməl 
təsviri  verilmiş  və  müəllif  haqqında  xarici  ölkələrdə  dərc  edilmiş  çoxsaylı 
mənbələr  toplanmışdır.  Materialların  düzülüşü  ölkələrin  əlifba  sırasına  görə 
sistemləşdirilmişdir.  Hər  bir  ölkəyə  həsr  olunmuş  bölmə  daxilində  də  mən-
bələrin düzülüşündə əlifba prinsipi əsas götürülmüşdür. 
      
Nəhayət,  biblioqrafik  göstəricidə  diqqəti  cəlb  edən  xüsusiyyət  burada 
orijinal köməkçi göstəricilər sisteminin yaradılmasıdır. Belə ki, burada vəsaitə 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
82 
daxil  olan  çoxsaylı  və  çoxdilli  sənədlərin  müxtəlif  axtarış  əlamətlərinə  görə 
müəyyənləşdirilməsini təmin edən 21 yardımçı göstərici tərtib edilmişdir. Bu 
yardımçı göstəricilər vasitəsilə ədibin Azərbaycan, rus və xarici dillərdə nəşr 
edilmiş  əsərlərini,  redaktə  etdiyi  əsərləri,  (  kitabları  və  məqalələrini)  tərcü-
mələrini,  onun  əsərlərinin  redaktorlarını,  rəyçilərini,  yazıçının  ssenarilərini, 
səhnələşdirilmiş və ekranlaşdırılmış əsərlərini, nəşriyyatların, dövri orqanların 
adlarını,  müəllifin  əsərləri  çap  edilən  ölkələrin  adlarını  və  tərcümə  edilmiş 
əsərlərinin sərlövhələrini operativ və dəqiq müəyyənləşdirmək mümkün olur. 
Vəsaitdə  bütövlükdə  1152  adda  mənbə  əhatə  edilmişdir.  Vəsaitin  müəllifi 
Bəybala Ələsgərovun gərgin zəhməti və hərtərəfli axtarışları nəticəsində mey-
dana  gəlmiş  bu  tədqiqat  əsəri    Azərbaycan  ədəbi-bədii  biblioqrafiyasının 
nailiyyəti hasab olunur. 
      
Bu  biblioqrfik  vəsaitin  ən  qiymətli  cəhəti  ilk  növbədə  onun  mükəm-
məlliyidir.  Belə  ki,  göstəricidə  ədibin  həyatı,  ictimai  fəaliyyəti  və  yaradı-
cılığının tam biblioqrafik salnaməsi yaradılmışdır. Vəsaitdə Elçin Əfəndiyevin 
həyat  və  yaradıcılığının  bütün  məqamları,  onun  ədəbi  laboratoriyası  bütöv-
lükdə tələbatçıların nəzərində canlanır. Göstəricinin istər məzmunu və istərsə 
də quruluşunda özünəməxsusluğu diqqəti cəlb edir. 
      
“Elçin”  bibloqrafik  göstəricinin təhlilini  bu vəsait haqqında professor 
Zöhrab Əliyevin  aşağıdakı sözləri ilə yekunlaşdırmaq istərdik: “Çağdaş Azər-
baycan  ədəbiyyatının  görkəmli  nümayəndələrindən  biri  olan  Elçin  haqqında 
biblioqrafik  göstərici  başqa  şəxsi    biblioqrafik  vəsaitlər  sistemində  özünə-
məxsus  yer  tutacaqdır  və  Azərbaycan  ədəbiyyatı  üzrə  biblioqrafik  axtarışda 
mühüm rol oynayacaqdır” (3). 
      
Müasir  Azərbaycan  ədəbiyyatının  bünövrəsini  qoyanlardan  biri  olan 
görkəmi nasir, ədəbiyyatşünas alim, pedaqoq Mir Cəlal Paşayevə həsr edilmiş 
ilk biblioqrafik göstərici ədibin 60 illik yubileyi münasibətilə tərtib edilmişdir. 
Mir Cəlal Paşayev haqqında növbəti şəxsi biblioqrafik göstərici  1998-ci  ildə 
ədibin 90 illik yubileyi münasibətilə M.F.Axundov adına Dövlət Kitabxanası 
tərəfindən çap edilmişdir. Bu biblioqrafik göstərici 1968-ci ildə tərtib edilmiş 
vəsaitin  məntiqi  davamı  olaraq    1969-1998-ci  illər  ərzində  Mir  Cəlalın 
əsərləri,  həyat  və  yaradıcılığı  haqqında  müxtəlif  dillərdə  olan  materialları 
əhatə edir. 
      
Bu biblioqrafik mənbədə Mir Cəlalın 30 adda kitabı,  115 adda  ədəbi-
bədii və publisistik məqaləsi, eyni zamanda ədibin həyat və yaradıcılığına həsr 
olunmuş  7  adda  kitab  və  26  adda  məqalə  haqqında  biblioqrafik  məlumat  öz 
əksini tapıb (6). 
     
Müstəqillik  şəraitində  Mir  Cəlal  yaradıcılığına  tələbatçı  marağının 
gündən-günə  artması,  yeni,  daha  mükəmməl,  xronoloji  əhatəlik  baxımından  
daha  bitkin  bir  məlumat  kitabının    yaradılması  zərurətini  meydana  çıxar-
mışdır. Bu məqsədlə M.F.Axundov adına Milli Kitabxana ədibin irsini bütöv-

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
83 
lükdə əks  etdirən sonuncu  əsaslı şəxsi  biblioqrafik göstəricini hazırlayıb  çap 
etdirmişdir.  Bu  biblioqrafik  göstəricinin  nəşri  ilə  Milli  Kitabxana 
“Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasının əsasını qoyub. “Mir Cəlal” 
adlı  biblioqrafik  tədqiqat    1926-cı  ildən  2006-cı  ilə  kimi  ədibin  yaradıcılığı, 
haqqında olan mənbələrin biblioqrafik təsvirini verən çox zəngin informasiya 
mənbəyidir. (7) Biblioqrafik vəsaitə xalq yazıçısı, professor Elçin “Sadəlik və  
müdriklik  (Müəllim  haqqında  söz)”  adlı  giriş  məqaləsi  yazmışdır.  Məqalədə 
Mir  Cəlal  müəllimin  portiretinin  əsas  cizgiləri  haqqında  dolğun  təsəvvür 
yaradılmış,  sevimli  müəllim  haqqında  səmimiyyətlə  söhbət  açılmışdır. 
Biblioqrafik  vəsaitin  ilk  bölməsi  “Mir  Cəlalın  həyat  və  yaradıcılığının  əsas 
tarixləri”  adlanır.  Bölmədə  Mir  Cəlal  müəllimin  həyat  və  yaradıcılığı 
haqqında biblioqrafik məlumat xronoloji ardıcıllıqla verilmişdir. 
      
“Əsərləri”  adlanan  2-ci  bölmədə  ədibin  1926-2006-cı  illərdə  Azər-
baycan dilində  çapdan çıxmış 80 adda kitabı, 774 adda bədii, ədəbi-tənqidi və 
publisistik  məqaləsi,  9  adda  tərcümə  əsəri,  başqa  dillərdə  çap  olunmuş  kitab 
və  23  məqaləsi,  redaktə  etdiyi  26  adda  əsər  və  rəhərlik  etdiyi  36  adda 
dissertasiya  işinin  biblioqrafik  təsviri  verilmişdir.  Bu  bölmədən  məlum  olur 
ki, Mir Cəlalın ilk kitabı 1932-ci ildə “Sağlam yollarda” adı ilə çapdan çıxıb. 
Ədibin  sonuncu  kitabı  isə  2005-ci  ildə  Ədibə  Paşayeva    tərəfindən  tərtib 
olunmuş “Seçilmiş əsərləri” adı ilə hekayələr və romanlar kitabıdır. 
       
Biblioqrafik  vəsaitin  “Dissertasiyalara  elmi  rəhbərlik”  yarımbölməsi 
böyük  alimin  elmi  məktəbi,  rəhbərlik  etdiyi  namizədlik  və  doktorluq 
dissertasiyaları  haqqında  dolğun  təsəvvür  yaradır.  Mir  Cəlal  müəllim  1949-
1975-ci  illər  ərzində  36  adda  dissertasiyaya  rəhbərlik  etməklə  çağdaş  milli 
ədəbi  mühitin  formalaşmasında  müstəsna  rol  oynamışdır.  Kamal  Talıbzadə, 
Bəxtiyar  Vahabzadə,  Cəlal  Abdullayev,  Təhsin  Mütəllimov,  İnayət    Bektaşi, 
Abdulla  Abbasov  və  başqaları  Mir  Cəlal  müəllimin  rəhbərliyi  ilə  yetişmiş 
nəslin parlaq nümayəndələridir. 
        
Vəsaitin  3-cü  bölməsi  “Mir  Cəlalın  həyat  və  yaradıcılığı  haqqında” 
adlanır. Bu bölmədə Mir Cəlal haqqında Azərbaycan dilində yazılmış 10 adda 
kitab  və  417  adda  məqalənin  biblioqrafik  təsviri  öz  əksini  tapıb.  Ümumiy-
yətlə,  biblioqrafik  göstərici  zəngin  faktiki  materiallar  əsasında  tərtib 
edilmişdir. 
      
Bu  biblioqrafik  məlumat  kitabı  yalnız  əsas  mətndə  verilmiş  biblioq-
rafik  informasiyalarla  məhdudlaşdırılmamış,  onun  müəllifi  zəngin  köməkçi 
göstəricilər  yaratmağa  müvəffəq  olmuşdur.  Vəsaitdə  bölmə  və  yarımböl-
mələrə müvafiq Azərbaycan  və rus dillərində 15 adda köməkçi göstərici tərtib 
olunub.  Qeyd  etmək  lazımdır  ki,  bəhs  etdiyimiz  sonuncu  göstərici    3  şəxsi 
biblioqrafik  vəsait  içərisində  ən  mükəmməlidir.  Təkcə  bir  faktı  qeyd  etmək 
yetər  ki,  1968-ci  ildə  çap  olunmuş  şəxsi  biblioqrafik  göstəricidə  Mir  Cəlalın 
ilk  qələm  təcrübəsi  kimi  1928-ci  ildə  “Maarif  yolu”  jurnalının  9-cu  sayında 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
84 
işıq  üzü  görən  “Dənizin  cinayəti”  adlı  şeridir.  Lakin  tədqiqatlar  nəticəsində 
məlum  olmuşdur  ki,  ədibin  ilk  mətbu  məqaləsi  1926-cı  ildə  “Yeni  fikir” 
qəzetində  dərc  olunmuş  “Dinsizlər  ittifaqı  nasıl  çalışmalıdır?”  adlı  ədəbi-
tənqidi  məqaləsidir.  Bu  məlumat  məhz  2006-cı  ildə  çap  olunmuş  şəxsi 
göstəricidə öz əksini tapıb. Bu baxımdan həmin göstərici Mir  Cəlalın əsərləri 
və  ona  həsr  olunmuş  mənbələrin  biblioqrafik  modelini  yaradan  universal 
xarakterli məlumat kitabıdır. Mir Cəlal Paşayev irsinin tədqiqi və öyrənilməsi 
baxımından  mütəxəssislərin  və  geniş  oxucu  kütləsinin  biblioqrafik  infor-
masiya təminatında olduqca əhəmiyyətli olan bu mənbələr çox qiymətlidir. 
    
Azərbaycanda  ədəbi  biblioqrafiya  təcrübəsi  sübut  edir  ki,  bu  sahədə 
biblioqrafik  vəsaitlərin  tərtibində  ədəbiyyatşünas  alimlərin  yaxından  iştirakı 
çox  yaxşı  nəticələr  verir.  Bu  prosesdə  ədəbiyyatşünas  alimlərlə  təcrübəli 
biblioqrafların  əlaqələndirilmiş  fəaliyyəti  elmi  baxımdan  yüksək  səviyyədə 
hazırlanmış biblioqrafik vəsaitlərin meydana gəlməsinə səbəb olur. 
      
XX əsrdə bir sıra görkəmli ədəbiyyatşünas alimlər bu və ya digər dərə-
cədə biblioqrafik fəaliyyətlə məşğul olmuş və qiymətli biblioqrafik tədqiqatlar 
yaratmışlar.  Bunlara  misal  olaraq  Firudin  Bəy  Köçərlini,  Feyzulla  Qasım-
zadəni,  Həmid  Araslını,  Nazim  Axundovu,  Həbib  Babayevi,  Əziz  Mirəh-
mədovu, Rasim Tağıyevi  göstərmək olar. 
      
Keçən  əsrin  70-80-ci  illərində  formalaşmış  bu mütərəqqi  ənənə  90-cı 
illərdə də uğurla davam etdirilmişdir. Bakı Dövlət Universitetinin professoru, 
filologiya  elmləri  doktoru  İfrat  Əliyeva  tərəfindən  1997-ci  ildə  xalq  şairi 
Bəxtiyar  Vahabzadəyə  həsr  edilmiş  biblioqrfik  göstərici  tərtib  edilmişdir. 
Həmin vəsaitin peşəkar biblioqraf Əşrəf Xələfov tərəfindən redaktə edilməsi, 
onun  yüksək  biblioqrafiyalaşdırma  metodları  əsasında  tərtib  edilməsini  şər-
tləndirmişdir. 
      
Ədəbiyyatşünas  alim,  Bəxtiyar  Vahabzadənin  tədqiqatçısı  və 
biblioqrafiyaşünas  alimin  əlaqəli  fəaliyyəti  nəticəsində  bu  böyük  sənətkara 
həsr  edilmiş  mükəmməl  biblioqrafik  informasiya  vəsaiti  meydana  gəlmişdir.  
Bu vəsaitin əsas məziyyəti onun Bəxtiyar Vahabzadə irsinin biblioqrafik mən-
bələr  əsasında  tam  və  dolğun  əhatə  edilməsi,  sənədlərin  məqsədyönlü 
biblioqrafiyalaşdırılmasıdır. 
      
XX  əsrin  II  yarısında  Azərbaycanda  bədii  ədəbiyyat  və  ədəbiy-
yatşünaslıq  biblioqrafiyasının  inkişafını  təmin  edən  şərtlərdən  biri  də  bu 
sahədə  yeni  peşəkar  biblioqraf  kadrların  meydana  gəlməsi  olmuşdur.  Həmin 
dövrdə biblioqrafik fəaliyyətlə məşğul  olan iri elmi kitabxanalarımıza BDU-
nun  kitabxanaşünas-biblioqraf  ixtisası  üzrə  ali  təhsil  almış,  gənc,  istedadlı 
kadrlar  bu  prosesə  fəal  surətdə  cəlb  edilmiş,  onların  yaradıcılıq  fəaliyyəti, 
elmi bilikləri meydana gələn yeni biblioqrafik vəsaitlərdə öz əksini tapmışdır. 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
85 
      
Azərbaycanda  ədəbi-bədii  mühitin  müasir  inkişaf  səviyyəsi,  burada 
baş verən keyfiyyət dəyişiklikləri bu sahənin biblioqrafik informasiya sistemi 
qarşısında yeni ciddi vəzifələr qoyur. 
      
XXI  əsrdə  Azərbaycan  milli  biblioqrafiyasının  informasiya  poten-
sialının  mühüm  tərkib  hissəsini  ədəbi-bədii  biblioqrafik  vəsaitlər  sisteminin 
təşkil  etməsi  artıq  fakta  çevrilmişdir.  Xüsusilə,  son  50  ildən  artıq  bir  dövr 
ərzində  ölkəmizdə  ədəbiyyatşünaslığın  sənəd  kütləsinin  biblioqrafiyalaş-
dırılması  prosesi  getdikcə  təkmilləşmiş,  ədəbi-bədii  məkanın  mühüm  infras-
rukturu və ayrılmaz tərkib hissəsi kimi onun inkişafına səmərəli təsir göstərən 
zəngin  sənəd-informasiya  bazasına  çevrilmişdir.  Bu  zəngin  elmi,  ədəbi-bədii 
xəzinənin  təşəkkülü  və  formalaşmasında  respublikamızın  elmi  kitabxana-
larının, peşəkar biblioqraflar nəslinin, bir sıra ədəbiyyatşünas alimlərin böyük 
xidmətləri olmuşdur. 
      
İnformasiya əsri adlandırılan XXI əsrdə Azərbaycan ədəbi biblioqrafik 
informasiya  sisteminin  müasir  texnologiyaya  əsaslanan  fəaliyyət  sahəsi  kimi 
yeniləşməsi,  onun  elmi,  ictimai  və  kommunikativ  funksiyasının  təkmil-
ləşməsi,  struktur  quruluşu  və  nəşr  növlərinin  zənginləşməsi,  nəzəri-metodiki 
əsaslarının güclənməsi zəruri məsələ kimi meydana çıxır.  
     
Bu  prosesə  təsir  edən  amillərdən  ən  mühümü  XX  əsrin  mühüm 
kəşflərindən biri olan yeni informasiya texnologiyalarının – İnternetin sürətlə 
inkişaf  etməsi,  onun  elm,  mədəniyyət,  ədəbiyyat  və  incəsənətin  bütün  sahə-
lərinə sirayət etməsi və geniş şəkildə tətbiq olunmasıdır. Müasir informasiya-
laşdırılmış  cəmiyyətin  xarakterik  cəhətlərindən  biri  İnternet  dünyasında 
informasiya  ehtiyatlarının  və  məlumat  bazalarının  sürətli  artımıdır.  Mövcud 
informasiya  ehtiyatlarından  ədəbiyyatşünas  mütəxəssislərin  səmərəli  istifa-
dəsini  təşkil  etmək  məqsədilə  2002-ci  ilin  yanvar  ayında  AMEA-nın  Nizami 
adına Ədəbiyyat İnstitutunda “İnformasiya və biblioqrafiya” şöbəsi fəaliyyətə 
başlamışdır.“İnformasiya  və  biblioqrafiya”  şöbəsi  Azərbaycan  ədəbiy-
yatşünaslığının son nailiyyətlərinin “İnternet” vasitəsilə dünya elminə inteqra-
siya  edilməsi,  dünya  miqyasında  müvafiq  informasiyaların    toplanması  və 
tələbatçılara  çatdırılmasını  təmin  edir.  Habelə,  “İnternet”  şəbəkələr 
sistemindən alınmış informasiyalar  əsasında dünya  ədəbiyyatşünaslığının son 
nailiyyətlərini  əks  etdirən  büllütenin  nəşr  edilməsi  mütəxəssis  ədəbiy-
yatşünasların  biblioqrafik  informasiya  təminatında  mühüm  rol  oynayır. 
Nizami  adına  Ədəbiyyat  İnstitutunun  “İnformasiya  və  biblioqrafiya”  şöbəsi 
tərəfindən tərtib edilib nəşr olunan “Ədəbiyyatşünaslıq.İnformasiya bülleteni” 
adlı  toplu  mövzu  və  məzmun  əhatəliyi  baxımından  çox  zəngin  mənbədir. 
Azərbaycanda  bu  sahə  üzrə  informasiyanı  çətinliklə  əldə  edən  mütəxəssislər 
bi  bülletendən  istifadə  etməklə  özlərinə  lazım  olan  informasiyanı  topludan 
istifadə etməklə İnternet dünyasından əldə edə bilirlər. 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
86 
      
İnformasiya  bülleteninin  əvvəlində  verilmiş  “məlumat”da  deyilir: 
“Zəmanəmizin əsas xarakterik cəhətlərindən biri ondan ibarətdir ki, indi alim, 
hüquqşünas,  mühəndis,  müəllim,  jurnalist  və  s.  Sahələrdə  çalışan  bütün 
mütəxəssislər informasiya axını qarşısında çaş-baş qlır. Mövzu ilə əlaqədar nə 
oxumalı?  Lazım  olan  materialları  haradan  və  necə  tapmalı?  Bu  günün  təd-
qiqatçısı  nəhəng  Himalay  dağlarında  qızıl  dənələri  axtaran  ğeoloqun  vəziy-
yətindədir” (5). 
      
İnformasiya  bülleteninin  qarşısına  qoyduğu  əsas  məqsəd  Azərbaycan 
ədəbiyyatşünaslığı  haqqında  İnternet  dünyasında  məlum  olan  informasiyanı 
əldə  etməkdir.  Məsələn,  Məhəmməd  Füzuli  (www  kultur.qov.tr),    “XV-XVI 
əsrlərin Azərbaycan ədəbiyyatı” (www azeriros.ru/az). 
      
İnformasiya  bülleteninin  əsas  əhəmiyyətindən  biri  də  çağdaş  dünya 
ədəbiyyatşünaslığı sahəsindəki elmi yeniliklərlə mütəxəssisləri tanış etməkdir. 
Müasir  dövrdə  informasiya  texnologiyalarına  yiyələnən      ədəbiyyatşünas 
alimlərin  biblioqrafik  informasiya  təminatında  bu  mənbənin  rolu  olduqca 
böyükdür.  Belə  ki,  milli  ədəbiyyatşünaslığımız  öz  uğurlarını  təbliğ  etməklə 
yanaşı, dünya İnternet resurslarından da lazımınca bəhrələnir. 
      
Ədəbiyyatşünaslıq  biblioqrafiyasının  müasir  vəziyyətindən  bəhs 
edərkən  bu  sahə  üzrə  elektron  biblioqrafik  informasiya  mənbələrinin  də 
əhəmiyyətini qeyd etmək lazımdır. 
      
Azərbaycanda  bədii  ədəbiyyat  və  ədəbiyyatşünaslıq  üzrə  elektron 
biblioqrafik  mənbələrin  yaradılması  problemi  ümumilikdə  milli  biblioqrafik 
ehtiyatların  yaradılması probleminin tərkib hissəsidir və buna görə də həmin 
problemə kompleks yanaşılmalıdır. 
     
Respublikamızda digər elm sahələri kimi ədəbiyyatşünaslıq sahəsində 
rəqəm  biblioqrafik  resursun  yaradılması  və  istifadə  edilməsi  XX  əsrin  80-ci 
illərinin  əvvəllərinə  təsadüf  edir.  Lakin  bir  sıra  təşkilati,  maliyə  problemləri 
nəticəsində  bu  proses  ləng  gedirdi  və  SSRİ-nin  dağılması  ərəfəsində  bu  işlər 
demək olar ki, dayandırılmışdır. 
      
Azərbaycanda  biblioqrafik  fəaliyyətdə  informasiya  texnologiyalarının 
növbəti,  keyfiyyətcə  yeni  mərhələsi  2000-ci  illərə  təsadüf    edir.  Bu  dövrdə 
respublikamızın beynəlxalq, siyasi, iqtisadi və mədəni əlaqələr sisteminə daha 
intensiv cəlb edilməsinin tərkib hissəsi və nəticəsi kimi kitabxana-biblioqrafik 
fəaliyyətdə  də  dünyada  mövcud  olan  metodlar  və  texnologiyalar  ölkəmizdə 
tətbiq  edilməyə  başladı.  Bu  prosesin  məntiqi  nəticəsi  kimi  bir  sıra  kitab-
xanalarda,    kitab  fonduna    malik  ictimai  təşkilatlarda  biblioqrafik  informasi-
yanın kompyuterlə işlənərək verilənlər bazalarının yaradılması sahəsində ilkin 
təcrübələr aparılmağa başladı. 
      
Məsələn,  2000-ci ildən etibarən  İSAR humanitar təşkilatında, 2001-ci 
ildən etibarən Gələcək naminə Gənclər təşkilatının  kitabxanasında və bir sıra 
təşkilatlarda kiçik də olsa biblioqrafik verilənlər bazaları yaradılmağa başladı. 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
87 
Belə  ki,  2001-ci  ildən  Xəzər  Universitetinin  Elmi  kitabxanasında,  BDU-nin 
Elmi  kitabxanasında  elektron  kataloqun  yaradılmasına  başlanıldı.  BDU-nun 
Elmi  kitabxanasında  Əməkdar  elm  xadimi,  professor  Abuzər  Xələfovun 
rəhbərlik  etdiyi  “Kitabxanaların  kompyuterləşdirilməsi”  elmi-tədqiqat 
laboratoriyasının    iştirakı  ilə  kitabxanada  Azərbaycan  ədəbiyyatı  fondunda, 
dissertasiyalar  və  nadir  ədəbiyyat  fondunda  olan  xeyli  kitab  və 
dissertasiyaların elektron biblioqrafik yazısı tərtib edilmişdir. 
     
Respublikamızda  kitabxanaların  elektron  biblioqrafik  ehtiyatlarınin 
işlənməsi və onun tələbatçılara  verilməsi sahəsində digər əhəmiyyətli addım 
Gələcək naminə İctimai Birliyin və Azərbaycan Dövlət İqtisad Universitetinin 
birgə icra etdiyi və Exxonmobil Şirkətinin yardımı ilə həyata keçirilən “Elek-
tron kitabxana şəbəkəsi” layihəsi olmuşdur. 2002-ci ildən həyata keçirilən bu 
layihəyə  əsasən  respublikanın  12  əsas  kitabxanasının  (əsasən  ali  məktəb  və 
respublika səviyyəli kitabxanalar) və 4 ictimai təşkilatın kitabxanası fondunda 
olan  100  min  sənədin  biblioqrafik  yazısı  tərtib  edilərək  WEB  –  serverə 
yerləşdirilmişdir  və  bununla  da  dünyada  bütün  İnternet  istifadəçiləri  üçün 
istifadə imkanı açılmışdır. 
       
Elektron kitabxana şəbəkəsi BDU ilə yanaşı M.F.Axundov adına Milli 
Kitabxana,  Dövlət  İqtisad  Universiteti,  Dövlət  Neft  Akademiyası,  Dövlət 
Dillər Universiteti, Tibb Universiteti, MEA-nın kitabxanalarını əhatə edir. 
     
Verilənlər bazasının menyusu 4 aspekt üzrə axtarışı həyata keçirməyə 
imkan verir. Bunlar axtarış, mövzu, kitabxana və dil aspektləridir.Axtarış adlı 
aspektdə müəllif, sərlövhə, söz əlamətləri üzrə, mövzu aspekti üzrə isə UOT-
un  9  bölməsi  üzrə  axtarış  aparmaq  mümkündür.  Ədəbiyyatşünaslıq  və  bədii 
ədəbiyyat üzrə 8-ci mövzu bölməsi üzrə axtarış aparmaq mümkündür. 
      
Digər elektron biblioqrafik mənbə Azərbaycan Respublikası Prezidenti 
İşlər İdarəsinin kitabxanasına məxsusdur. Kitabxanada biblioqrafik verilənlər 
bazasının  yaradılmasına  2004-cü  ilin  may  ayından  başlanmışdır.  Verilənlər 
bazası  kitabxanada  tətbiq  edilən  İRBİS-64  Kitabxanaların  Avtomat-
laşdırılması  sisteminin  tərkib  hissəsidir.  Verilənlər  bazasına  Azərbaycan,  rus 
və digər dillərdə olan 6000-ə yaxın sənədin biblioqrafik yazısı daxil edilmişdir 
ki, bunun da 20%-ni bədii ədəbiyyat, ədəbiyyatşünaslıq üzrə materiallar təşkil 
edir. Verilənlər bazası  həm  kitabxanadakı  avtomatlaşdırılmış sistemdən, həm 
də WEB kataloqu vasitəsilə İnternetdən müyəssərdir. 
      
Azərbaycanda  ədəbi-bədii  biblioqrafiyanın  müasir  inkişaf  səviyyəsi, 
burada  baş  verən  keyfiyyət  dəyişiklikləri  bu  sahənin  gələcək  inkişafı  qarşı-
sında ciddi vəzifələr qoyur. Bu vəzifələr hər şeydən əvvəl ədəbi-bədii biblioq-
rafik  fəaliyyətdə  mühüm  rol  oynayan  mərkəzlərin  biblioqrafik  fəaliyyəti  ilə 
əlaqədardır.  Bu  mərkəzlər  içərisində  M.F.Axundov  adına  Milli  Kitabxana, 
AMEA-nın  Mərkəzi  Elmi  Kitabxanası    və  Nizami  adına  Ədəbiyyat  İnstitu-
tunun biblioqrafik fəaliyyəti diqqət mərkəzindədir. 

Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin