VƏ İnformasiYA


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə13/17
tarix21.04.2017
ölçüsü5,05 Kb.
#14977
1   ...   9   10   11   12   13   14   15   16   17

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
96 
9. Azərbaycan Dillər Universiteti İnformasiya Resurs Kompleksi və s. 
İRBİS  64  Avtomatlaşdırılmış  Kitabxana  İnformasiya  Sistemi  (AKİS) 
əsas  kitabxana  prosesləri  üçün  nəzərdə  tutulmuşdur  və  bu  proseslərə  uyğun 
Avtomatlaşdırılmış İşçi Yerlərindən (AİY) ibarətdir. [7, 188] 
Bu sistemin Azərbaycanda geniş yayılmasında əsas səbəbləri kimi:  
a)  Bir  sıra  beynəlxalq  biblioqrafik  formatlara  və  standartlara  cavab 
verir. Sistem vasitəsi ilə bütün növ resursları təsvir etmək mümkündür. 
b)  Nəzərə  alsaq  ki,  Azərbaycan  Respublikası  70  il  Sovet  dönəmini 
keçmişdir, ikinci istifadə olunan dil rus dili olmuşdur və bizim yerli, əsas isə 
orta və yuxarı yaş kitabxanaçılar üçün bu sistemin qavranılması nisbətən daha 
rahatdır.  
Bütün  bunları  nəzərə  alaraq 
İnteqrallaşdırılmış  Kitabxana 
Sistemlərinin (İKS) və İnternet texnologiyalarının əsasında qurulmuş proqram 
texniki  və  texnoloji  sistemlərin  yeni  növü  kimi  kitabxana  İnternet  kom-
pleksləri yaradılmışdır. Kitabxana texnologiyalarına bütün imkan dairələrində 
inteqrasiya  olunan  İnternet  texnologiyalarının  reallaşdırılmasına  kompleks 
yanaşma,  mümkün  səhvləri  və  vaxt  sərfini  azaltmağa,  maliyyə  və  kadr 
ehtiyatlarından səmərəli istifadə etməyə imkan verir. 
 
 
ƏDƏBİYYAT  
 
1.
 
Gündüz,  O.  İnternet  /Osman  Gündüz.  Bakı:  Multimedia  mərkəzi, 
2004. 199 s.  
2.
 
İsmayılov X.İ. Kitabxana-informasiya texnologiyaları: dərs vəsaiti / 
X.İ. İsmayılov.-Bakı: Nurlar nəşriyyatı-poliqrafiya mərkəzi, 2009. 312 s. 
3.
 
Xələfov,  A.A.  Kitаbхаnаşünаslığа  giriş:  Dərslik  (3  hissədə).  H.3.-
Bakı: 2003.314 s.  
4.
 
Moyo,  L.  Electronic  libraries  and  the  emergence  of  new  service 
paradigms / L. Moyo // The Electronic Libraries. 2004. Vol 22, N3. P.220-230 
5.
 
Rüstəmov, Ə.M. İnformatika: Qeyri-riyaziyyat ixtisasları üzrə təhsil 
alan  tələbələr  üçün  dərslik  /  Ə.M.  Rüstəmov.-Bakı:  İqtisad  Universiteti 
nəşriyyatı, 2002. 550 s.  
6.
 
Земсков  А.И,  Шрайберг  Я.Л.  Электронные  библиотеки 
[Текст]: учеб.пособие / А.И. Земсков, Я.Л. Шрайберг. М.:ГПНТБ Росcии, 
2001. 352 с. 
7.
 
Система автоматизации библиотек ИРБИС64. Общее 
описание системы.  М.:ГПНТБ России, 2004.  259 с. 
 
 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
97 
THE INTRODUCTION OF INFORMATION COMMUNICATION 
TECHNOLOGIES IN AZERBAIJAN LIBRARIES 
 
E.CH.MAMADOV 
 
SUMMARY 
 
 
This  article  examines  the  introduction  of  Information  Communication 
Technologies in Azerbaijan libraries. 
 
НЕКОТОРЫЕ ВОПРОСЫ ПРИМЕНЕНИЯ 
ИНФОРМАЦИОННО КОМУНИКАЦИОННЫХ ТЕХНОЛОГИЙ В 
БИБЛИОТЕКАХ АЗЕРБАЙДЖАНА 
 
Е.Дж.МАМЕДОВ 
 
РЕЗЮМЕ 
 
В статье были рассмотрены некоторые вопросы, связанные с воз-
можностей  расширении  внедрения  информационных  технологий  в  биб-
лиотечную систему Азербайджана. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
98 
AZƏRBAYCAN KİTABXANALARINDA ELEKTRON MÜHİTİN 
FORMALAŞMASI VƏ  MÖVCUD PROBLEMLƏR 
 
A.T.ABDULLAYEVA 
M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası 
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının aspirantı 
 
Məqalədə kitabxanada həyata keçirilən əsas iş proseslərinə texniki va-
sitələrin  tətbiqi  ilə  əlaqədar  respublika  kitabxanalarının  avtomatlaşdırılması 
və onların qlobal şəbəkəyə qoşulmasından danışılır. Həmçinin yeni yaradılmış 
elektron  kitabxanalarda  axtarış  sistemləri  və  istifadəçilərə  (oxuculara) 
elektron  xidmətlər  zamanı  yaranan  problemlər  işıqlandırılır.  Şəhər  və  rayon 
kitabxanalarında  elektron  mühitin  səviyyəsini  müəyyən  etmək  məqsədilə 
monitorinq və təhlillərin keçirilməsinin əhəmiyyətindən bəhs edilir.  
 
Gündən-günə  sürətlənən  qloballaşma  prosesləri  informasiya-kom-
munikasiya  texnologiyalarının  ictimai  həyatın  bütün  sahələrində,  həmçinin 
mədəniyyət,    incəsənət,  elm  və  təhsildə  də  əhəmiyyətini  artırmışdır.  Bir  çox 
inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin indiki səviyyəyə çatmalarında 
müasir  İKT-nin  tətbiqi,  onun  üstünlüklərindən  istifadə  olunması  böyük  rol 
oynamışdır.  
Hazırda informasiya cəmiyyətinin “vəsiqə”lərindən biri olan “İnternet” 
dünya informasiya infrastrukturlarının ən mühüm elementidir. XX əsrin 60-cı 
illərində  ABŞ-ın  Müdafiə  Nazirliyinin  hərbi  məqsədlər  üçün  etibarlı  rabitə 
sistemi  yaratmaq  qərarı  bugünkü  İnternetin  yaradılmasına  səbəb  oldu.  [7,  4.] 
Bu  rəqəmsal  texnologiya  nəhəng  informasiya,  bilik  potensialını  özündə  əks 
etdirməklə  bəşəriyyətin  milli-mədəni  sərhədləri  aşaraq,  vahid  qlobal  cəmiy-
yətdə  birləşməsinə  gətirib  çıxarmışdır.  Qlobal  İnternet  şəbəkəsinin  yaratdığı 
geniş imkanlar insanların düşüncə tərzində, iş üsulunda, ünsiyyətində və sosial 
fəaliyyətində  böyük  dəyişikliklərə  səbəb  olmuşdur.  İnternetin  ölkəmizə  ilk 
gəlişində Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları 
İnstitutunun  mühüm  rolu  olmuşdur.  Məhz  bu  elm  ocağının  ilkin  bazası  olan 
Avtomatlaşdırılmış idarəetmə sistemləri (AİS) şöbəsində respublikamızda ilk 
dəfə olaraq İnternetin Azərbaycan seqmenti qurulmuş və xarici ölkələrlə elek-
tron  məktub  mübadiləsi  edilmişdir.  Lakin  o  vaxtın  məlum  hadisələri 
ölkəmizdə  İnternetin  genişləndirilməsinə  imkan  verməmiş  və  yalnız  1995-ci 
ildən başlayaraq respublikamızda qlobal şəbəkənin inkişafı geniş vüsət alma-
ğa  başlamışdır.  [3,  109.]  Hazırda  İnternet  artıq  ölkənin  ictimai,  siyasi  və 
iqtisadi  həyatının  ayrılmaz  tərkib  hissəsinə  çevrilmiş  və  ölkədə  cəmiyyətin 
aparıcı  təbəqəsinin  informasiya  mübadiləsi  və  informasiya  mənbəyi  vasitəsi 
olmuşdur. Bəzən hər hansı  bir məlumatı kitabxanada deyil,  İnternetdə axtar-

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
99 
maq  daha  asan  olur.  İnternetdə  yerləşdirilən  axtarış  sisteminin  köməyi  ilə 
istənilən mövzuya dair materialları əldə etmək imkanı bu işi xeyli asanlaşdırır.  
Son  illərdə  Azərbaycanda  informasiya  və  kommunikasiya  texno-
logiyalarından istifadə sahəsində müəyyən addımlar atılmış, bir sıra sahələrdə 
bu  texnologiyaların  tətbiqində  ciddi  uğurlar  qazanılmış  və  ümumiyyətlə,  bu 
istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir. Kitabxanalar 
informasiyalaşdırılmış cəmiyyətin əsas atributlarından biri, informasiya müəs-
sisələrinin  ən  mühüm  vasitəsi  olduğu  kimi,  müasir  kitabxana  da  informasiya 
texnologiyası  olmadan  səmərəli  fəaliyyət  göstərə  bilməz.  Bu  fəaliyyətin  də 
əsas elementləri kimi kitabxanaların texniki təchizatını, İnternetə qoşulması və 
veb saytının  yaradılmasını göstərmək olar. Saytın əsas resurslarına isə məlu-
mat  bazaları,  elektron  kataloq,  elektron  kitabxana,  kitabxananın  fəaliyyətini 
əks  etdirən  məlumatlar,  keçiriləcək  tədbirlər  haqqında  anonslar  daxildir.  [4, 
74.] 
Elektron  inqilab  informasiya  texnologiyalarını  dövlət  orqanlarına, 
insan  fəaliyyətinin  bütün  sahələrinə  kütləvi  tətbiq  etməklə  “Elektron 
hökumət” adlanan  yeni  idarəetmə üsulunun  yaradılmasına, sənədlərin “kağız 
dünyasından”  rəqəmli  məkana  keçirilməsinə,  işin  keyfiyyətinin  və  şəf-
faflığının  artırılmasına,  bürokratik  əngəllərin  aradan  qaldırılmasına,  vətən-
daşların  keyfiyyətli  təhsil,  tibbi  xidmət  və  sosial  təminatlar  alması  üçün 
əlverişli  şəraitin  yaradılmasına  yol  açmışdır.  Müasir  iqtisadi  vəziyyət,  fəal 
rəqabət  mühiti  kitabxanaları  informasiya  xidmətlərinin  geniş  spektrini  (ənə-
nəvi  kitabxana  çeşidi  çərçivəsindən  çıxaraq)  mənimsəməyə,  öz  təyinatını 
istifadəçilərə  (kitabxana  fondları  ilə  məhdudlaşmayan)  istənilən  sənəd  infor-
masiyasını  çatdırmaqla  əlaqələndirməyə  məcbur  edir.  Buna  görə  də  müasir 
kitabxanada  onun  sosial  statusu  və  cəmiyyət  tərəfindən  kütləvi  istifadəsini 
nəzərə alaraq oxucuların informasiya tələbatlarının ödənilməsində yalnız ənə-
nəvi kitabxana məhsulları və xidmətləri ilə kifayətlənmək olmaz, eyni zaman-
da  elektron  informasiya  məhsulları  və  xidmətləri  çeşidindən  də,  müxtəlif 
məlumat  bazalarından  da  geniş  istifadəni  təmin  etmək  lazımdır.  [5,  219.] 
Nəzərə  alınmalıdır  ki,  bugünki  oxucular  (istifadəçilər)  artıq  kitabxanadan 
onlayn xidmətlər tələb edirlər. 
 Bu gün “Azərbaycan Respublikasının İnkişafı Naminə İnformasiya və 
Kommunikasiya  Texnologiyaları  Üzrə  Milli  Strategiyaya  (2003-2012-ci  il-
lər)”  əsasən  informasiya  və  kommunikasiya  texnologiyaları  sahəsində  milli 
mütəxəssislərin  hazırlanması,  milli  vahid  elektron  informasiya  məkanının 
formalaşdırılması,  milli  tarixi,  ədəbi  və  mədəni  irsin  qorunub  saxlanması  və 
təbliğində,  o  cümlədən  kitabxana,  muzey  və  arxiv  işlərində  informasiya  və 
kommunikasiya  texnologiyalarının  geniş  tətbiq  olunması,  milli  informasiya 
resurslarının beynəlxalq aləmə çatdırılması üçün onların ümumdünya elektron 
informasiya  məkanına  inteqrasiyası,  Azərbaycan  diasporuna  elektron  infor-

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
100 
masiya dəstəyinin təmin olunması,  İnternetin Azərbaycan  seqmentinin  geniş-
ləndirilməsi,  milli  axtarış  saytlarının  inkişaf  etdirilməsi  kimi  bir  sıra  işlər 
nəzərdə  tutulmuşdur.  [2,  242-243.]  “Azərbaycan  Respublikasında  kitabxana-
informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nda 
da  kitabxana  işi  sahəsində  dövlət  siyasətinə  uyğun  olaraq  kitabxana-
informasiya  sahəsində  yeni  texnologiyaların  tətbiqi  və  istifadəsi  nəticəsində 
müasir  kitabxana-informasiya  infrastrukturunun  yaradılması,  istıfadəçilərə 
göstərilən  kitabxana-informasiya  xidmətinin  dünya  standartları  səviyyəsinə 
çatdırılması,  əhalinin  intellektual  potensialının  və  bilik  səviyyəsinin  inkişafı, 
elektron  informasiya  fondlarının  formalaşdırılması  və  virtual  kıtabxanaların 
inkişaf  etdirilməsi,  elektron  kataloq  və  elektron  kitabxanaların  yaradılması 
işinin  təmin  edilməsi,  onların  müasir  standartlar  səviyyəsinə  çatdırılması 
nəzərdə  tutulmuşdur.  [1,  2467.]  Bu  istiqamətdə  bir  sıra  işlər  də  həyata 
keçirilmişdir. 
Hesablamalara  görə,  ötən  10  il  ərzində  həmyerlilərimiz  qlobal  şəbə-
kəyə  10000-dən  artıq  İnternet  resursu  yerləşdirmişlər.  Təqdirəlayiq  haldır  ki, 
həmin resurslar arasında bu və  ya digər formada elektron kitabxana, elektron 
mətn, müxtəlif janrlı ədəbiyyat və informasiya çeşidini özündə cəmləyən sayt-
lar  mövcuddur.  Kitabxanalarda  informasiya  texnologiyalarının  tətbiqi  ilə 
əlaqədar əldə olunan bir çox uğurları  da sadalamaq mümkündür.  Kitabxana-
ların  informasiyalaşdırılması  sahəsində  müsbət  təcrübə  qazanmış  M.F.Axun-
dov  adına  Milli  Kitabxana  “Azərbaycan  Respublikasında  kitabxana-infor-
masiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na əsa-
sən 
Azərbaycan 
kitabxanalarının  saytlarını  birləşdirən  bir  portal 
(http://azerbaycan-kitabxanalari.az)  yaratmışdır.  Portal  dedikdə  çox  sayda 
kitabxanaların xidmətlərindən İnternet vasitəsilə yararlanmaq üçün vahid giriş 
nöqtəsinə  malik  resurs  nəzərdə  tutulur.  İstifadəçilər  bu  portaldan  Heydər 
Əliyev  Fondu,  Prezident  Kitabxanası,  AMEA  Mərkəzi  Elmi  Kitabxanası, 
Milli Kitabxana, Bakı Dövlət Universitetinin Kitabxanası, Respublika Gözdən 
Əlillər  Kitabxanası,  Azərbaycan  Dövlət  Tibb  Universitetinin  Kitabxanası, 
M.Qorki  adına  MSKF,  F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanası, 
C.Cabbarlı  adına  Respublika  Gənclər  Kitabxanası,  “Heydər  Əliyev  irsi” 
Beynəlxalq elektron kitabxana, M.Ə.Sabir adına kitabxana-klub, M.Seyidzadə 
adına  Mərkəzi  şəhər  Kitabxanası,  Azərbaycan  Kitabxana  İnformasiya 
Konsorsiumunun  saytları  ilə  yanaşı  5  şəhər  (Gəncə,  Lənkəran,  Mingəçevir, 
Sumqayıt, Şirvan), 28 rayon (Ağdaş, Ağstafa, Ağsu, Astara, Balakən, Bərdə, 
Biləsuvar,  Füzuli,  Gədəbəy,  Göyçay,  Hacıqabul,  Xaçmaz,  İmişli,  Qazax, 
Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Sabirabad, Salyan, Şamaxı, 
Şəmkir,  Tovuz,  Ucar,  Zaqatala,  Zərdab)  və  9  ali  məktəb  kitabxanasının 
saytlarına  asanlıqla  keçid  edə  bilərlər.  Müntəzəm  olaraq  bu  siyahı  daha  da 
genişləndirilir.  Respublikamızın  şəhər  və  rayonlarında  mövcud  olan  Mər-

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
101 
kəzləşdirilmiş  kitabxana  sistemlərinin  yeni  texnologiyalarla  təchizatı,  iş 
proseslərinin  avtomatlaşdırılması,  elektron  kataloq  və  elektron  kitabxananın 
yaradılması  işi  hələ  ilkin  mərhələdə  olduğu  üçün  mövcud  veb  saytlarda  da 
hələ elektron kataloq, elektron kitabxana bölmələri tam şəkildə aktiv deyil. Bu 
gün  Elektron  kitabxanalar  mövcud  olsa  da  bəzi  kitabxanalarda  axtarışlar 
istənilən  nəticəni  vermir.  Bəzən  virtual  oxucular  elektron  kataloq  vasitəsilə 
tapdığı  məlumatı  tam  versiyada  əldə  etmək  istəyir.  Ancaq  burada  maddi-
texniki  təchizat,  proqram  təminatı  və  kadr  problemi  ilə  yanaşı  başqa  bir 
problem-müəlliflik  hüquqlarının  qorunması  problemi  üzə  çıxır.  Elektron 
daşıyıcıların  sayı  artdıqca,  kitabxanaçılar  müəlliflik  hüququ  və  rəqəmsal 
informasiyaya  münasibətdə  digər  intellektual  mülkiyyət  hüquqları  ilə  tez-tez 
rastlaşırlar. Elektron dünyada müəlliflik hüququ fəlsəfəsinin özü şübhə altına 
alınır. Əsas çətinlik ondan ibarətdir ki, fərdi (qurucuların, hüquq sahiblərinin) 
və  ictimai  (istifadəçilərin,  cəmiyyətin)  maraqları  balanslaşdırılsın.  [6,  105.] 
Müəlliflər öz əsərlərini kitabxanaya gətirərkən onların elektron mətnlərini də 
şəxsi razılıqları ilə diskdə və digər elektron daşıyıcılarda təqdim edirlər, bəzən 
isə  bir  çox  müəlliflər  kitablarının  elektron  kitabxanada  yerləşdirilməsinə 
tərəddüd  edir,  icazə  vermirlər.  Məlum  məsələdir  ki,  elektron  versiyası  əldə 
edilə bilən kitabın satış imkanları avtomatik azalacaqdır. Ancaq onu da qəbul 
etməliyik ki, müasir şəraitdə istifadəçilər öz tələbatlarının ödənilməsi zamanı 
bütün  imkanlardan  yararlanmaq  istəyirlər.  Qlobal  şəbəkədə  biz  Azərbaycan 
dilində  hansısa  məlumat  axtarırıqsa,  bu  heç  də  müsbət  nəticələr  vermir. 
Həmin məlumatı ya rus, ya ingilis, ya da digər dillərdə axtarmalı oluruq. Əgər 
axtarış sistemində Azərbaycan dilində hər hansı bir məlumat çıxırsa da onlar 
çox gec yüklənir. Bəzən isə adı çıxan səhifələr, ümumiyyətlə açılmır. 
Ölkənin  informasiya  cəmiyyətinə  doğru  irəliləməsinin  səviyyəsini 
müəyyənləşdirmək və mövcud problemləri aradan qaldırmaq məqsədilə ölkə 
kitabxanalarındakı elektron vəziyyətin daimi monitorinqinin aparılması məq-
sədəuyğundur.  Belə  monitorinqlər  kitabxanada  həyata  keçirilən  müxtəlif 
proseslərin  işləmə  mexanizminin  yoxlanılması,  tətbiq  edilən  elektron  kitab-
xana sistemlərinin təhlili, oxuculara xidmətin, onların informasiya tələbatının 
ödənilməsinin  səviyyəsinin  müəyyən  edilməsi  məqsədilə  keçirilə  bilər.  Bu 
yaxınlarda  Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm  Nazirliyi 
paytaxtda  və  region  kitabxanalarında  tətbiq  edilmiş  sistemlər  əsasında  vahid 
Elektron  kitabxana  sistemlərinin  təhlilini  həyata  keçirmişdir.  Aparılan  təhlil 
nəticəsində  məlum  olmuşdur  ki,  bütün  kitabxanalar  üçün  vahid  mər-
kəzləşdirilmiş  məlumat  informasiya  bazasının  olması,  iri  dünya  kitab-
xanalarının  elektron  resurslarına  qoşulma  imkanı,  rayon  kitabxanalarında 
bahalı  avadanlıqlara  və  yüksəkixtisaslı  İT  kadrlarına  tələbatın  olmaması  və 
digər  üstünlüklərinə  görə  dəstəklənən  VTLS  sisteminin  tətbiqi  daha  qəna-

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
102 
ətbəxşdir.  Bu  sistem  hazırda  M.F.Axundov  adına  Milli  Kitabxanada  tətbiq 
edilir.  
Ümidvarıq  ki,  bütün  regionlarımızda  kitabxanaların  saytlarının 
müntəzəm  və  aktiv  fəaliyyəti,  elektron  məlumat  bazalarının  yaradılması, 
oxuculara elektron xidmət işinin təşkili tezliklə bəhrəsini verəcəkdir. Belə ki, 
təhlillər  və  keçirilən  monitorinqlər  nəticəsində  Bakıda  və  region  kitab-
xanalarının  fəaliyyətində  yeni  iş  üsullarının  tətbiq  olunması,  istifadəçilərə 
müasir  tələblərə  uyğun  kitabxana-informasiya  xidmətinin  göstərilməsi  üçün 
yeni  təkliflərin  hazırlanması,  kitablarla  yanaşı  qəzet  və  jurnalların  rəqəm-
sallaşdırılması sahəsində mövcud problemlərin həll edilməsi məqsədilə müasir 
texniki  avadanlıqlarla  kitabxanaların  təchizatı,  İnternet  vasitəsilə  kitab-
xanalarla  operativ  əlaqənin  yaradılması  kimi  problemlərin  həll  edilməsi 
qarşıya qoyulmuşdur.   
 
ƏDƏBİYYAT 
 
1.
 
 Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008 
2013-cü  illərdə  inkişafı  üzrə  Dövlət  Praqramı  [Mətn]  //Azərbaycan 
Respublikası Qanunvericilik toplusu. 2008. 31 oktyabr. № 10 (136). s. 2464-
2479. 
2.
 
 Azərbaycan Respublikasının inkişafı naminə informasiya 
kommunikasiya  texnologiyaları  üzrə  Milli  Strategiya  (2003-2012-ci  illər) 
[Mətn] //Azərbaycan Respublikası Qanunvericilik toplusu. 2003. 28 fevral. № 
2 (68). s. 240-253. 
3.
 
 Gündüz, O. İnternet. Azərbaycanın İnternet resursları [Mətn] /O. 
Gündüz. Bakı: Multimedia mərkəzi, 2008. 336 s. 
4.
 
 Xələfov A. XXI əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin 
əsas  inkişaf  istiqamətləri  [Mətn]:  (mülahizələr,  təkliflər  və  proqnozlar) 
/A.Xələfov.  Bakı: 2006.- 106 s. 
5.
 
 İsmayılov X. Kitabxana-informasiya texnologiyaları [Mətn]: dərs 
vəsaiti / X.İsmayılov. Bakı: Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009.  
312 s. 
6.
 
İsmayılova, N.  Əcnəbi müəlliflər elektron kitabxanalar haqqında 
[Mətn] /N.İsmayılova // Kitabxanaşünaslıq və informasiya. 2010. №1. s. 101-
107. 
7.
 
Qroşev, S. İnternet: sürətlə və hər şey haqqında [Mətn] / S.Qroşev. 
Bakı: Adiloğlu,  2003. 205 s. 
 
 
 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
103 
FORMATION OF THE ELECTRONIC ENVIRONMENT OF 
AZERBAIJAN LIBRARIES AND EXISTING PROBLEMS 
 
A.T.ABDULLAYEVA 
 
SUMMARY 
 
The  article  deals  with  the  automatization  of  libraries  in  connection 
with implementation of  new technological  means  in  basic working processes 
of library and the reception of access to libraries in global networks.  
Search  engines  in  new  electronic  libraries  and  in  electronic  catalogs 
about the occurred problems during electronic services (service activities) to 
users (readers), as well as the importance of monitorings and the analysis in 
connection  with  the  definition  of  the  condition  of  electronic  position  in  city 
and regional libraries are investigated. 
 
 
ФОРМИРОВАНИЕ ЭЛЕКТРОННОЙ СРЕДЫ БИБЛИОТЕК 
АЗЕРБАЙДЖАНА И СУЩЕСТВУЮЩИЕ ПРОБЛЕМЫ 
 
А.Т. АБДУЛЛАЕВА 
 
РЕЗЮМЕ 
 
В статье говорится об автоматизации библиотек в связи с внед-
рением  новых  технологических  средств  в  основные  рабочие  процессы 
библиотеки и о получении доступа библиотек в глобальные сети.  
Широко  освещаются  поисковые  системы  в  новых  электронных 
библиотеках  и  в  электронных  каталогах,  о  возникших  проблемах  во 
время  электронных  сервисов  (обслуживаний)  к  пользователям 
(читателям), а также исследуется важность мониторингов и анализа 
в связи с определением состояния электронного положения в городских 
и районных библиотеках.  
 
 
 
Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin