VƏ İnformasiYA


YEARS OF THE INDEPENDENCE OF THE AZERBAIJAN



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə16/17
tarix21.04.2017
ölçüsü5,05 Kb.
#14977
1   ...   9   10   11   12   13   14   15   16   17
YEARS OF THE INDEPENDENCE OF THE AZERBAIJAN 
REPUBLIC 
 
Ramila BAXİSHOVA 
 
SUMMARY 
 
In the article analysis  of th  e some  materials  devoted to  library work 
have been given in the periodical press in the first years of the independence 
of the Azerbaijan Republic. 
 
 
 
 
 
 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
119 
БИБЛИОТЕЧНОЕ ДЕЛО В ПЕРИОДИЧЕСКОЙ ПЕЧАТИ   
В ПЕРВЫЕ ГОДЫ НЕЗАВИСИМОСТИ АЗЕРБАЙДЖАНА 
 
Рамиля БАХЫШОВА 
 
РЕЗЮМЕ 
 
В  статье  анализированы  материалы,  по  библиотечное  дело 
печатающие  в  периодической  прессе  впервые  годы  независимости 
Азербайджана. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
120 
 
REDAKSİYAYA MƏKTUB 
Hörmətli redaksiya! 
 
Prof.  X.İsmayılovun  görkəmli  rus  kitabxanaşünas  alimi  K.İ.Abramov 
haqqında  yazdığı  bir  məqalədə
1
  tarixi  faktlar  təhrif  edilmiş,  bir  sıra  düzgün 
olmayan fikirlər  özünə  yer  almışdır.   Məqalədə sözü  gedən hadisələrdə  bila-
vasitə  iştirakım  məni  təhrif  edilən  faktlara,  səhv  fikirlərə  aydınlıq  gətirməyə 
sövq  etdi.  Məqalənin  tarixə  qalmasını  nəzərə  alaraq  mənim  bu  məktubuma 
jurnalda yer ayrılması məqsəd uyğun olardı.   
 
Hörmətlə 
 prof. A.A.Xələfov 
Təkzib 
 
TARİXİ FAKTLARI TƏHRİF ETMƏK KİMƏ LAZIMDIR? 
 
Bu  günlərdə  Moskva  Dövlət  Mədəniyyət  və  İncəsənət  Universitetinin 
nəşriyyatı  görkəmli  rus  kitabxanaşünas  alimi,  professor  K.İ.Abramovun  90 
illiyinə  həsr  edilmiş  “Konstantin  İvanoviç  Abramov  –  alim,  kitabxanaçılıq 
təhsilinin  təşkilatçısı,  pedaqoq”  (Moskva,  2010,  230  s.)  adlı  kitab  nəşr 
etdirmişdir.  Bu  məcmuədə  21  müəllifin  məqaləsi  dərc  edilmişdir.  Həmin 
yazılardan biri də prof. X.İ.İsmayılovun “K.İ.Abramov-alim, kitabxanaşünas, 
tarixçi, müəllim, Azərbaycanın dostu” məqaləsidir.  
Məqalədə  respublikamızda  kitabxanaşünaslıq  məsələləri,  kitabxanaçı 
kadrların  hazırlanması  və  müəllifin  özü  haqqında  yanlış  fikirlər  özünə  yer 
tapdığından bu səhvlərə aydınlıq gətirmək üçün öz mülahizələrimi bildirməyi 
lazım bildim. 
Öncə  qeyd  etmək  istəyirəm  ki,  RSFSR-in  Əməkdar  elm  xadimi, 
pedaqoji  elmlər  doktoru,  professor  K.İ.Abramov  görkəmli  tədqiqatçı  alim, 
elm və  təhsil təşkilatçısı idi. Rusiyada kitabxanaşünaslığın  inkişafında, xüsu-
silə  həmin  ölkədə  kitabxana  işi  tarixinin  yaradılmasında  onun  xidmətləri 
danılmazdır. O, həm də sadə, təvazökar, zəhmətkeş, obyektiv, həqiqəti sevən 
bir insan idi. Əgər özü sağ olsa idi, Xəlil İsmayılovun onun ünvanına yazdığı 
həqiqətdən uzaq “tərifləri” rədd edərdi. Bizdən hələ o qədər də uzaqlaşmamış 
tarixi  gerçəklikləri  təhrif  edən  belə  bir  məqalənin  çap  edilməsinə  təvazökar 
alim heç vaxt icazə verməzdi. Professor K.İ.Abramov heç zaman razı olmazdı 
ki,  vaxtilə  sıx  dostluq  etdiyi  Azərbaycan  kitabxanaşünas  alimlərinin  xid-
                                                 
1
 Константин Иванович Абрамов–ученый, организатор библиотечного образования, 
педагог. – Мocква, 2010, с. 43-52. 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
121 
mətləri  onun  ayağına  yazılsın.  Buna  görkəmli  alimin  vicdanı  qətiyyən  yol 
verməzdi.  
İndi isə keçək məqalədə təhrif edilmiş fikirlərin təhlilinə. 
Məqalədə  yazılır:  “Beynəlxalq  İnformasiyalaşdırma  Akademiyasının 
üzvü,  Azərbaycanın  Əməkdar  mədəniyyət  işçisi,    tarix  elmləri  doktoru, 
professor  A.Xələfov  da  K.İ.Abramov  kimi  kitabxana  işi  tarixinin  öyrənil-
məsinə  böyük  əhəmiyyət  vermişdir.  Burada,  şübhəsiz,  K.İ.Abramovun  təsiri 
görünür”.  
Fakt:  Bakı  Dövlət  Universitetinin  Kitabxanaşünaslıq  və  biblioqrafiya 
kafedrasında 1955-ci ildən, yəni filologiya fakültəsinin kitabxanaçılıq şöbəsini 
qurtardıqdan  sonra  müəllim  saxlanılan  Abuzər  Xələfova  “Azərbaycanda 
kitabxana işinin tarixi (1920-1932-ci illər)” adlı mövzu o dövrdə Azərbaycan 
MEA  Tarix  İnstitutunun  direktoru  EA-nın  müxbir  üzvü,  professor 
Z.İbrahimov  tərəfindən  təklif  edilmiş,  1957-ci  ildə  BDU-nun  Kitab-
xanaşünaslıq  və  biblioqrafiya  kafedrası  ilə  Azərbaycan  tarixi  kafedrası 
tərəfindən namizədlik dissertasiyası mövzusu kimi təsdiq edilmişdir. O zaman 
həmin  kafedranın  müdiri  vəzifəsində  respublikamızın  görkəmli  biblioqraf 
alimi,  filologiya  elmləri  namizədi,  dosent  Ə.Qəhrəmanov  işləyirdi.  Mən  - 
Abuzər Xələfov isə K.İ.Abramovla 1962-ci ildə Moskva şəhərinə ezamiyyətə 
gedərkən  tanış  olmuşam.  Belə  olan  halda  hələ  heç  bir  ünsiyyətimiz  və  ya 
tanışlığımız olmaya-olmaya  K.İ.Abramov  mənə  necə məsləhət verə bilərdi?! 
Xəlil İsmayılovun bu yanlış faktı haradan götürdüyü məlum deyil!.. 
Bəs  görəsən  Abuzər  Xələfovun  BMT  yanında  Beynəlxalq  İnformasi-
yalaşdırma  Akademiyasının  həqiqi  üzvü  (akademiki)  olmağını  üzv  kimi 
verməkdə,  Azərbaycan  Respublikasının  Əməkdar  elm  xadimi  olduğunu  dan-
maqda,  yalnız  Əməkdar  mədəniyyət  işçisi  fəxri  adını  göstərməkdə  məqalə 
müəllifinin  məqsədi nədir? Bizcə, əsl şəxsiyyət hər hansı bir insan haqqında 
fikir söyləyərkən onun haqqını tapdalamamalı, həqiqəti olduğu kimi yazmalı, 
heç bir təhrifə yol verməməlidir. 
Məqalədə  həmçinin  Azərbaycan  Respublikası  müstəqillik  qazandıqdan 
sonra  Bakı  Dövlət  Universiteti  Kitabxanaçılıq-informasiya  fakültəsinin  qar-
şısında  duran  elmi  və  tədris  məsələlərinin  həllində  K.İ.Abramovun  böyük 
xidmətinin olması, tədris planlarının onun bilavasitə tövsiyəsi və məsləhəti ilə 
tərtib edilməsi, tədris planına yeni ixtisas fənlərinin salınması göstərilir.  
Müəllif yazır: “Yeni fənlər və yeni tədris planları Azərbaycanda yüksək 
ixtisaslı  kitabxanaçı  kadrların  hazırlanmasında  müasir  mərhələyə  keçidin 
başlanğıcı oldu. Bütün bunlarda K.İ.Abramovun xidməti böyükdür”. 
                
Bu fikirlər həqiqətdən çox-çox uzaqdır.  
1998-ci  ildə  SSRİ  Dövlət  Xalq  Təhsili  Komitəsinin  göstərişi  ilə  SSRİ 
Mədəniyyət Nazirliyinin yanında fəaliyyət göstərən kitabxanaçılıq təhsili üzrə 
tədris-metodik  şurası  ilə  razılaşdırılmış  və  təsdiq  olunmuş  nümunəvi  tədris 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
122 
planı  əsasında  işlənmiş  yeni  tədris  planı  tərtib  etmək  nəzərdə  tutulmuşdu. 
Ölkədə  yüksək  ixtisaslı  kitabxanaşünas-biblioqraf  kadrlar  hazırlayan  dövlət 
universitetləri  və  pedaqoji  institutlar  üçün  yeni  tədris  planı  hazırlamaq 
məqsədilə  xüsusi  komissiya  yaradılmışdı.  Bakı  Dövlət  Universiteti  Kitab-
xanaçılıq fakültəsinin dekanı, prof. A.Xələfov həmin komissiyanın sədri təyin 
edilmişdi.  Bu  komissiyanın  tərkibinə  Bakı,  Vilnüs,  Dağıstan,  Türkmənistan, 
Kişinyov  dövlət  universitetlərindən  və  Tallin,  Tiblisi,  Çimkənd  pedaqoji 
institutlarından  8  nəfər  üzv  daxil  edilmişdi.  Komissiyanın  tərtib  etdiyi  yeni 
tədris  planı  1989-cu  ildə  SSRİ  Mədəniyyət  Nazirliyi  tərəfindən  nümunəvi 
tədris planı kimi təsdiq olundu. 
Digər  tərəfdən,  məlumdur  ki,  respublikamız  1991-ci  ildə  müstəqillik 
əldə etmişdir. Müstəqilliyin ilk illərində, yəni 1991-ci ildən 1994-cü ilə qədər 
BDU-nun  Kitabxanaçılıq-informasiya  fakültəsinin  dekanı  prof.  A.Xələfov 
olmuş  və  həmin  dövrdə  K.İ.Abramovun  bu  fakültə  ilə  heç  bir  əlaqəsi 
olmamışdır. 1994-cü ildən fakültəyə prof. X.İsmayılov rəhbərlik etməyə baş-
lamışdır.  K.İ.Abramov  isə  2001-ci  ildə  vəfat  etmişdir.  Həmin  dövrdə 
K.İ.Abramov nə Azərbaycanda olmuş, nə də BDU-nun Kitabxanaçılıq-infor-
masiya  fakültəsinin  tədris  planları  və  proqramları  Moskvada  müzakirə 
edilmişdir. Belə olduğu tərzdə K.İ.Abramovun xidməti harada və necə özünü 
göstərə bilərdi?! 
Məsələyə  aydınlıq  gətirmək  üçün  qeyd  etməliyəm  ki,  Azərbaycan 
Respublikasının  müstəqilliyinin  ilk  illərindən  başlayaraq  Təhsil  Nazirliyi 
tədris  planlarını  və  proqramlarını,  hazırlamaq  üçün  əmrlər  vermiş,  müvafiq 
təlimatlar təsdiq etmiş, təhsil standartlarını yaratmaq üçün Təhsil Nazirliyinin 
yanında  xüsusi  komissiya  yaradılmışdır.  Kitabxanaşünaslıq-informasiya  ix-
tisası üzrə təhsil standartlarını işləyib hazırlamaq isə məhz professor A. Xələ-
fovun  sədrliyi  ilə  yaradılan  komissiyaya  tapşırılmışdır.  Komissiyanın  işində 
fakültənin  dosentlərindən  R.Kazımov  və  N.İsmayılov  da  yaxından  iştirak 
etmişdir. 
Bu  komissiya  müstəqilliyin  ali  təhsil  qarşısında  qoyduğu  vəzifələrə 
müvafiq  kitabxanaşünaslıq-informasiya  ixtisası  üzrə  təhsil  standartlarını 
hazırlamış, bu standartlarda tədris planlarına salınacaq bütün fənlər öz əksini 
tapmışdır.  Beləliklə,  tədris  planlarına  daxil  edilən  yeni  fənlər  Xəlil  İsmayı-
lovun  dediyi  kimi  K.İ.Abramov  tərəfindən  yox,  Təhsil  Nazirliyinin  müvafiq 
komissiyası tərəfindən müəyyənləşdirilmişdir. BDU-nun Kitabxanaçılıq-infor-
masiya  fakültəsinin  tədris  planları  fakültənin  kafedra  müdirləri  prof. 
A.A.Xələfov,  prof.  Z.B.Əliyev,  prof.  B.V.Allahverdiyev,  dos.  T.F.Quliyev 
tərəfindən  hazırlanmış,  Kitabxanaşünaslıq,  Biblioqrafiyaşünaslıq,  Kitab-
şünaslıq, Kitabxana resursları və məlumat axtarış sistemləri kafedralarında və 
fakültə elmi  şurasında müzakirə olunaraq təsdiq  edilmişdir. Həmçinin  fakül-
tənin tədris planı Təhsil Nazirliyinin Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
123 
kitabşünaslıq  üzrə  elmi-metodik  şurası  (sədr  prof.  A.A.Xələfov)  tərəfindən 
təsdiq  edilmişdir.  Bunlardan  başqa,  fakültənin  kollektivi  40-a  yaxın  fənn 
proqramı,  35-dən  çox  dərs  vəsaiti,  10-dan  çox  dərslik  yazıb  çap  etdirmişdir. 
Bütün  proqramlar,  dərs  vəsaitləri  və  dərsliklər  Azərbaycan  dilində  yazıl-
dığından, Moskvada  yaşayan və Azərbaycan dilini bilməyən K.İ.Abramovun 
onların  hazırlanmasında,  redaktəsində  və  çapında  heç  bir  xidməti  ola  bil-
məzdi!.. 
Məqalədə  prof.  X.İsmayılovun  özü  haqqında  verdiyi  məlumatlar  da 
yanlışdır.  Onun  yazdığını  tərcümə  edirik:  “K.İ.Abramovun  Bakıya  gəlişi 
zamanı, onunla tanış olarkən mən hələ ADU-nun Kitabxanaçılıq fakültəsinin 
tələbəsi idim. Onunla ünsiyyət zamanı yəqin ki, çox maraq ifadə etdiyim üçün 
onun diqqətini öz sadə şəxsiyyətimə cəlb etdim”. 
Zənnimizcə, hörmətli oxucu üçün hər şey aydındır. 
Daha  sonra  X.İsmayılov  yazır:  “Bu  zamandan  o  mənim  həyat  yoluma 
daxil olub. Onun məsləhəti ilə mən aspiranturaya daxil oldum.” 
Yenə  də  faktlara  müraciət  edək.  X.İsmayılov  1972-ci  ildə  BDU-nun 
Kitabxanaçılıq  fakültəsinin  axşam  şöbəsini  bitirib.  BDU-nun  aspiranturasına 
1976-cı ildə daxil olub, 1978-ci ildə oranı bitirib. 
K.İ.Abramov  isə  ilk  dəfə  Bakıya  1981-ci  ilin  oktyabr  ayında  Bakıda 
keçirilən  Kitabxanaşünaslıq-biblioqrafiya  təhsili  üzrə  elmi-metodik  şuranın 
iclasında iştirak etmək üçün gəlib. 
Göstərdiyimiz  faktlardan  məlum  olur  ki,  K.İ.Abramov  Bakıya  Xəlil 
İsmayılovun  universiteti  bitirməsindən  on  il  sonra,  aspiranturaya  daxil 
olmasından isə 6 il sonra gəlmişdir. Sual olunur: bu tarixi faktları təhrif etmək 
X.İsmayılovun nəyinə lazımdır?!  
Daha sonra Xəlil İsmayılov yazır: “K.İ.Abramov mənim kimi fakültənin 
müəllimi  Nadir  İsmayılovun  da  namizədlik  dissertasiyasının  müdafiəsinə 
kömək etmişdir.”  
Bu  fakt  da  dəqiq  deyildir.  Nadir  İsmayılov  ixtisasca  biblioqrafdır, 
dissertasiyasının  mövzusu  isə  “Tələbat  üzrə  regional  kitabxana-biblioqrafiya 
resurslarının  yerləşdirilməsi  vəziyyəti  və  təkmilləşdirilməsi”  adlanır.  O 
zamanlar  Bakıda  kitabxanaşünaslıq-biblioqrafiya  ixtisası  üzrə  müdafiə  şurası 
olmadığından  BDU-nun  rektorluğu  Nadir  İsmayılovun  dissertasiya  işini 
müdafiə  üçün  Moskva  Dövlət  Mədəniyyət  İnstitutuna  göndərmişdi.  Həmin 
dissertasiya  işi  prof.  Y.S.Zubovun  rəhbərlik  etdiyi  “Sahəvi  biblioqrafiya” 
kafedrasında müzakirə edilib müdafiəyə tövsiyə olunmuşdu.  
Beləliklə,  K.İ.Abramov  ona  dəxli  olmayan  bir  dissertasiya  işinin 
müdafiəsinə necə kömək edə bilərdi? 
Məqalədə Xəlil İsmayılov yazır: “K.İ.Abramov Bakını çox sevirdi və bir 
necə dəfə Bakıda olmuşdur”. Bu fikir də düzgün deyildir. Çünki K.İ.Abramov 
Bakıda cəmi bir dəfə - 1981-ci ildə olmuşdur. 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
124 
Xəlil  İsmayılov  sonra  qeyd  edir  ki,  1982-ci  ildə  Bakıda  ölkənin 
kitabxanaçılıq  ali  məktəblərinin  ümumittifaq  yığıncağı  keçirilmişdir.  İkinci 
abzasda  isə  yazır  ki,  bu,  ali  kitabxanaçılıq  təhsilinə  həsr  edilmiş  birinci 
konfrans  idi.  Bilmək  olmur  bu,  yığıncaqmı,  yoxsa  konfransmı  olmuşdur? 
“Birinci konfrans” ifadəsinin də izaha ciddi ehtiyacı var. Necə ola bilərdi ki, 
Sovet dövlətinin mövcud olduğu 64 il ərzində kitabxanaçılıq təhsilinə dair 1-
ci konfrans keçirilsin, özü də Bakıda?! Görəsən, bu yanlış məlumatı professor 
Xəlil İsmayılov haradan götürüb?!  
Daha  sonra  müəllif  yazır:  “Nəticə  olaraq  konfrans  ali  kitabxanaçılıq 
təhsilinə dair vahid tipik tədris planı qəbul etmişdir”.  
Təəssüf  ki,  prof.  X.İsmayılovun  yazdığının  əksinə  olaraq  1982-ci  ildə 
Bakıda nə belə konfrans keçirilmiş, nə də tədris planı təsdiq edilmişdir!.. 
Doğrudur,  1981-ci  il  oktyabrın  28-30-da  Bakıda  SSRİ  Ali  və  Orta 
İxtisas  Təhsili  Nazirliyinin  ali  təhsil  üzrə  tədris-metodik  şurasının  yanında 
olan  Kitabxanaçılıq-biblioqrafiya  təhsili  üzrə  elmi-metodik  şurasının  iclası 
keçirilmişdir.  SSRİ-nin  o  dövrdəki  ənənəsinə  görə  elmi-metodik  şuranın 
səyyar iclasları ayrı-ayrı müttəfiq respublikalarda və regionlarda da keçirilirdi. 
Belə  seçim  zamanı  həmin  respublikalarda  ali  kitabxanaçılıq  təhsili  sahəsində 
əldə edilmiş qabaqcıl təcrübə nəzərə alınırdı.  
Məlum  olduğu  kimi,  XX  əsrin  70-80-ci  illərində  respublikamızda  ali 
kitabxanaçılıq  təhsilinin  inkişafı  sahəsində  olduqca  böyük  uğurlar  əldə  edil-
mişdi.  BDU-nun  Kitabxanaçılıq  fakültəsi  SSRİ-nin  ən  qabaqcıl  fakültələrin-
dən  biri  hesab  edilirdi.  Fakültənin  dekanı,  tarix  elmləri  doktoru,  professor 
Abuzər Xələfovun fəaliyyəti respublikamızdan çox-çox uzaqlarda məlum idi. 
O,  SSRİ  Kitabxanaçılıq-biblioqrafiya  təhsili  üzrə  elmi-metodik  şurasının 
üzvü, V.İ.Lenin adına SSRİ Dövlət Kitabxanasının yanında fəaliyyət göstərən 
və  SSRİ-də  yeganə  olan  kitabxanaşünaslıq-biblioqrafiya  ixtisası  üzrə 
“İxtisaslaşdırlırmış  doktorluq  dissertasiyası”  müdafiə  şurasının  üzvü,  SSRİ 
Ali Attestasiya Komissiyasının rəyçisi idi. Fakültədə hələ RSFSR ali məktəb-
lərində tətbiq edilməyən, Amerika və Avropa ölkələri tədris planlarına müva-
fiq  tərtib  edilmiş,  Vilnus  Dövlət  Universitetinin  kitabxanaşünaslıq-bibli-
oqrafiya  ixtisası  üzrə  beşillik  tədris  planı  tədbiq  edilmişdi.  Fakültə  kitab-
xanaşünaslıq-biblioqrafiya  elmləri  üzrə  öz  elmi  əsərlərini  nəşr  edirdi.  SSRİ 
miqyasında görkəmli alim kimi tanınmış prof. A.Xələfov Moskvada, Kiyevdə, 
Daşkənddə  namizədlik  və  doktorluq  dissertasiyalarının  müdafiələrində 
opponenet və şura üzvü kimi çıxışlar edirdi. Məhz fakültənin və onun dekanı 
prof.  A.Xələfovun  xidmətlərini  nəzərə  alan  elmi-metodik  şuranın  sədri 
L.P.Boqdanovun təklifi ilə BDU-nun təcrübəsini öyrənmək məqsədi ilə kitab-
xanaşünaslıq-biblioqrafiya  ixtisası  üzrə  elmi-metodik  şuranın  növbəti  iclası 
Bakı  şəhərinə  salınmışdı.  Ancaq  nədənsə  Kitabxanaçılıq-informasiya  fakül-
təsinin hazırkı  dekanı  prof X.İsmayılov elmi-metodik  şuranın  Bakıda keçiril-

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
125 
məsini  K.İ.Abramovun  xidməti  kimi  qələmə  verir.  K.İ.Abramov  ancaq  bu 
şuranın  üzvlərindən  biri  idi.  Şuranın  harada  keçirilməsini  isə  sədr  müəy-
yənləşdirdi.  Deməli,  şuranın  Bakıda  keşirilməsini  şuranın  sədri,  Moskva 
Dövlət Mədəniyyət Universitetinin rektoru L.P.Boqdanov təklif etmişdi.  
Kitabxanaşünaslıq-biblioqrafiya ixtisası üzrə elmi-metodik şuranın Bakı 
şəhərində 1981-ci il oktyabrın 28-30-da keçirilən iclasında “Sov İKP MK-nın 
XXVI  qurultayının  qərarları  ilə  əlaqədar  Kitabxanaçılıq  fakültələrinin  və  ali 
məktəblərin  vəziyyəti  və  vəzifələri”  məsələsi  müzakirə  edilmişdir.  Elmi-
metodik  şurada  BDU-nun  rektoru  akademik  F.M.Bağırzadə,  şuranın  sədri, 
Moskva Dövlət  Mədəniyyət  Universitetinin rektoru  L.P.Boqdanov giriş  sözü 
ilə  çıxış  etmiş,  RSFSR  Mədəniyyət  Nazirliyinin  elmi  müəssisələr  üzrə  baş 
idarsinin  rəisi  L.N.Romanov  məruzə  etmişdir.  Həmçinin  SSRİ-də  ali  kitab-
xanaçılıq  təhsilinin  vəziyyəti  və  ayrı-ayrı  problemləri  haqqında  A.A.Şilov, 
S.M.Dubauskas,  K.İ.Abramov,  A.B.Sokolov,  V.İ.Çepelov,  A.A.Xələfov, 
L.Ş.İliçova və başqaları çıxış etmişdir. 
Daha  sonra  Xəlil  İsmayılov  yazır:  “Konfransın  Bakıda  keçirilməsi 
Kitabxanaçılıq  fakültəsinin  imicini  qaldırmış,  universitet  rəhbərliyi  fakültəyə 
daha  böyük  diqqət  yetirməyə  başlamışdır.  Bütün  bunlar  K.İ.Abramovun 
təşəbbüsünün nəticəsidir.”  
Müəllifin  yazdığına  görə, guya  K.İ.Abramovun  təşəbbüsü olmasa imiş, 
universitet  rəhbərliyi  o  dövrdə  universitetin  ən  qabaqcıl  tərkib  hissələrindən 
biri  olan    Kitabxanaçılıq-informasiya  fakültəsinə  diqqət  yetirməzmiş!  Bu  fi-
kirlə razılaşmaq qətiyyən mümkün deyildir!.. 
Elmi-metodik  şuranın  iclasından  sonra  Bakı  Dövlət  Universitetinin 
Kitabxanaçılıq  fakültəsi  ilə  Moskva  Dövlət  Mədəniyyət  İnstitutu  arasında 
əməkdaşlıq haqqında müqavilə imzalandı. Bu müqavilə BDU-nun Kitabxana-
çılıq  informasiya  fakültəsinin  dekanı  prof.  A.A.Xələfov  və  Moskva  Dövlət 
Mədəniyyət  İnstitutunun  rektoru  L.P.Boqdanovun  imzası  ilə  təsdiq  edildi. 
Göründüyü  kimi  bu  müqavilənin  rektor  və  dekan  tərəfindən  imzalanmasına 
baxmayaraq, Xəlil İsmayılov bunu da K.İ.Abramovun xidməti kimi qeyd edir. 
Nəhayət,  Xəlil  İsmayılov  məqalədə  yazır:  “Universitetdə  mən  labo-
rantlıqdan Kitabxanaçılıq-informasiya fakültəsinin dekanına qədər bir yol keç-
mişəm, professor olmuşam. Mən bütün həyat yolumda K.İ.Abramovun kömə-
yini və müdafiəsini hiss etmişəm.”  
Xəlil  İsmayılovun  irəli  sürdüyü  bu  müddəanın  düzgünlüyünü  və 
səmimiliyini bilmək üçün onun həyat yolu haqqında qısa arayışa nəzər salaq. 
Xəlil İsmayılov 1967-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-
informasiya  fakültəsinin  axşam  şöbəsinə  daxil  olmuş,  1972-ci  ildə  həmin 
fakültəni  bitirmişdir.  1974-cü  ildə  Kitabxanaçılq-informasiya  fakültəsinin 
dekanı və Kitabxanaşünaslıq kafedrasının müdiri prof.Abuzər Xələfovun təq-
dimatı  ilə  Kitabxanaşünaslıq  kafedrasına  laborant  vəzifəsinə  işə  qəbul 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
126 
edilmişdir.  1976-cı  ildə  prof.  Abuzər  Xələfovun  tövsiyəsi  və  zəmanəti  ilə 
Kitabxanaşünaslıq  kafedrasına  aspirant  qəbul  edilmişdir.  Prof.  Abuzər 
Xələfovun  razılığı  ilə  kafedra prof.  Abuzər Xələfovu Xəlil  İsmayılovun elmi 
rəhbəri  təyin  etmişdir.  Elmi  rəhbərin  məsləhəti  ilə  X.İsmayılov  üçün  “Sovet 
hakimiyyəti  illərində  Azərbaycanda  partiya  kitabxanaları  (tarixi,  müasir 
vəziyyəti  və  inkişaf  perspektivləri)”  mövzusu  dissertasiya  işi  kimi  təsdiq 
edilmişdir.  Xəlil  İsmayılov  dissertasiya  işini  aspirantura  təhsil  müddətində 
yazıb başa çatdırmamış, 1978-ci ildə aspiranturanı bitirmişdir. 
X.İsmayılov 1979-cu ildə prof. Abuzər Xələfovun tövsiyəsi və təqdimatı 
əsasında  Kitabxanaşünaslıq  kafedrasına  müəllim,  1984-cu  ildə  isə  baş  müəl-
lim  vəzifəsinə  keçirilmişdir.  O  dövrdə  Bakı  şəhərində  05.25.03  indeksi, 
Kitabxanaşünaslıq-biblioqrafiya ixtisası üzrə ixtisaslaşdırılmış müdafiə şurası 
olmadığından 1983-cü ildə prof. Abuzər Xələfov Bakı Dövlət Universitetinin 
rektorluğuna  müraciət  etmiş,  Xəlil  İsmayılovun  başa  çatdırdığı  və  univer-
sitetin  Kitabxanaşünaslıq  kafedrasında  müzakirə  edilib  müdafiəyə  layiq 
görülmüş  “Sovet  hakimiyyəti  illərində  Azərbaycanda  partiya  kitabxanaları 
(tarixi,  müasir  vəziyyəti  və  inkişaf  perspektivləri)”  mövzusunda  dissertasiya 
işinin  Moskva  Dövlət  Mədəniyyət  İnstitutunda  fəaliyyət  göstərən  05.25.03  - 
Kitabxanaşünaslıq-biblioqrafiya üzrə ixtisaslaşdırılmış elmi şurasına göndəril-
məsini  xahiş  etmişdir.  1983-cu  ilin  axırında  rektorluq  xüsusi  məktubla  Xəlil 
İsmayılovun  dissertasiya  işini  Moskva  Dövlət  Mədəniyyət  İnstitutuna  gön-
dərmişdir.  Moskva  Dövlət  Mədəniyyət  İnstitutunun  rektorluğu  dissertasiya 
işini  qəbul  etmiş  və  onun  növbədənkənar  müdafiəsinin  təşkilinə  icazə  ver-
mişdir. 
Xəlil  İsmayılov  dissertasiya  işini  1984-cü  ilin  axırlarında  Moskva 
Dövlət  Mədəniyyət  İnstitutunda  müdafiə  etmişdir.  O,  1986-cı  ildən  Kitab-
xanaşünaslıq kafedrasının dosenti vəzifəsində işləyir. 
1994-cü  ildə  prof.  Abuzər  Xələfov  öz  ərizəsi  ilə  dekan  vəzifəsindən 
çıxarkən  dos.  Xəlil  İsmayılovun  öz  yerinə  dekan  vəzifəsinə  təyin  edilməsi 
haqqında rektorluğa təqdimat vermişdir. BDU-nun rektoru məhz bu təqdimata 
müvafiq dos. Xəlil  İsmayılovu dekan vəzifəsinə təyin etmişdir. Belə bir sual 
ortaya  çıxır: rektorluq nə üçün fakültənin  dekan müavinləri vəzifəsində  işlə-
yən  dos.  Fərman  Bayramovu  və  dos.  Aşur  Əliyevi  dekan  vəzifəsinə  təyin 
etməmişdi? Çünki bu iş bilavasitə prof. Abuzər Xələfovun təqdimatı və təqdiri 
ilə  edilmişdi.  1994-cu  ildən  sonra  Xəlil  İsmayılov  4  dəfə  dekan  vəzifəsinə 
seçilmişdir.  Hər  dəfə  dos.  Xəlil  İsmayılovun  namizədliyi  prof.  Abuzər 
Xələfovun  təşəbbüsü  ilə  Kitabxanaşünaslıq  kafedrası  tərəfindən  irəli  sürül-
müşdür. 
XX əsrin 80-ci illərinin axırlarında prof. Abuzər Xələfovun təşəbbüsü və 
tövsiyəsi  ilə  Xəlil  İsmayılova “Azərbaycan Respublikasında kitabxana işinin 
metodik  təminat  sistemi.  1918-2000-ci  illər  (tarixi,  müasir  vəziyyəti  və  pers-

Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin