VƏ İnformasiYA


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə12/17
tarix21.04.2017
ölçüsü5,05 Kb.
#14977
1   ...   9   10   11   12   13   14   15   16   17

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
88 
     
M.F.Axundov  adına  Milli  Kitabxana  respublikada  çap  əsərlərinin,  o 
cümlədən  ədəbi-bədii  nəşrlərin  dövlət  qeydini,  nəhayət  ölkə  mətbuatının 
statistik  uçotunu  aparmaq  istiqamətindəki  fəaliyyətini  yeni  tələblərə  uyğun  
şəkildə  təşkil  edərək  “Birillik  Azərbaycan  kitabiyyatı”nın  nəşrini  bərpa   
etmişdir.  Vəsaitdə  bədii  ədəbiyyat  və  ədəbiyyatşünaslığa  dair  materiallar  
“Ədəbiyyatşünaslıq”  və  “Azərbaycan  ədəbiyyatı”  bölməsində  sistemləşdiril-
mişdir. 
     
Milli  Kitabxana  qarşısında  duran  vəzifələrdən  ən  əsası  respublikada 
çap əsərlərinin, o cümlədən ədəbi-bədii nəşrlərin dövlət qeydini, cari biblioq-
rafik  informasiya  nəşrlərini  əks  etdirən  “Azərbaycan  mətbuat  salnaməsi”nin 
bərpa edilməsidir. 
      
Müasir  dövrdə  Azərbaycanda  bədii  ədəbiyyat  və  ədəbiyyatşünaslıq 
biblioqrafiyasının  biblioqrafik  informasiya  təminatında  mühüm  rol  oynaya 
biləcək  müstəqil  sahəvi  cari  biblioqrafik  informasiyanı  özündə  əks    etdirən 
siqnal,  referativ  və  analitik  xarakterli  informasiya  nəşrlərinin  olmamasıdır. 
Gələcəkdə  həlli  vacib  olan  bu  problem  AMEA-nın  Mərkəzi  Elmi  Kitab-
xanasının, M.F.Axundov adına Milli Kitabxananın və BDU-nun Elmi Kitab-
xanasının  əlaqələndirmə və ixtisaslaşma prinsipləri əsasında cari biblioqrafik 
informasiya  mənbələrinin  yaradılması  bu  sahədəki  mövcud  boşluqları 
doldurmuş olacaqdır. 
      
Azərbaycan  ədəbiyyatşünaslıq  biblioqrafiyasının  gələcək  perspek-
tivlərindən bəhs edərkən bu sahənin mühüm istiqamətlərini təşkil edən  “Uşaq 
ədəbiyyatı”nı və “Folklorşünaslıq” materiallarını özündə əks etdirən müstəqil 
elmi-köməkçi  xarakterli  biblioqrafik  informasiya  mənbələrinin  olmamasıdır. 
Uğurlu və ciddi axtarışların nəticəsi olaraq yeni bir nəşr olan “Folklor kitabı” 
adlı  vəsait  filologiya  elmləri  doktoru  A.K.Əliyeva  tərəfindən  tərtib  edilib 
2010-cu ildə nəşr edilmişdir. Gələcəkdə həlli vacib olan məsələlərdən biri də 
Azərbaycan ədəbiyyatının ən aktual problemlərinə dair materialları əks etdirən 
mövzu biblioqrafik informasiya mənbələrinin yaradılmasıdır. 
      
Müasir dövrdə biblioqrafik fəaliyyətin digər sahələrində olduğu kimi. 
ədəbi-bədii  biblioqrafiyalaşdırma  yeni  informasiya  texnologiyalarının  tətbiqi 
ilə  mümkün olur. Bu baxımdan  ədəbi-bədii biblioqrafik proseslərin kompyu-
terləşdirilməsi,  ədəbi-bədii  biblioqrafik  ehtiyatların  yerləşdirilməsi  və 
istifadəsinin intensivləşməsi qarşıda duran vacib problemlərdəndir. 
                                  

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
89 
ƏDƏBİYYAT 
 
1.  “Kitabxana  işi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu// 
Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri və təcrübi jurnal. 1999. №1. 
s.3-16. 
2.  Elçin  (Əfəndiyev  Elçin  İlyas  oğlu):  Biblioqrafiya/M.F.Axundov 
adına Azərbaycan Dövlət Kitabxanası.-Bakı.: 1997. 206 s. 
3. Əliyev Z.H. Rəy // Elçin (Əfəndiyev Elçin İlyas oğlu): Biblioqrafiya 
/M.F.Axundov ad.Azərbaycan Dövlət Kitabxanası. B.,1997. s.9. 
    
4.  Xələfov  A.A.  İnformasiyalaşdırılmış  cəmiyyətin  xüsusiyyətləri  və 
problemləri //Respublika. 2002. 17 aprel. 
    
5.  İsmayılova  S.Müstəqillik  illərində  ədəbi  biblioqrafiyanın  inkişafı 
vəziyyəti // Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri və təcrübi jurnal.-
Bakı: BUN, 2008. №1. s.164-173. 
    
6. Mir Cəlal Paşayev: Biblioqrafiya / M.F.Axundov adına Azərbaycan 
Dövlət Kitabxanası. B.,1998. 70 s. 
    
7.  Mir  Cəlal  Paşayev:  Biblioqrafiya  /M.F.Axundov  adına  Milli 
Kitabxana. B., 2006. 226 s. 
                                                                
MODERN PERSPECTIVES  AND DEVELOPMENT OF LITERATURE 
BIBLIOGRAPHY  
 
S.P.İSMAYILOVA 
 
SUMMARY 
 
The  article  studies  the  present  state  and  perspectives  of  Azerbaijan 
Literature  Biblioqraphy.  Main  directions  of  development  bibliographic 
resources are analyzed. 
 
 
CОВРЕМЕННОЕ СОСТОЯНИЕ И ПЕРСПЕКТИВЫ РАЗВИТИЯ 
ЛИТЕРАТУРОВЕДЧЕСКОЙ БИБЛИОГРАФИИ 
 
С.П.ИСМАИЛОВА 
РЕЗЮМЕ 
 
В статье рассматриваются проблемы современного состояния и 
перспективы  азербайджанской  литературоведческой  библиографии. 
Анализируются  основные  направления  развития  библиографических 
ресурсов. 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
90 
 
AZƏRBAYCAN  KİTABXANALARINDA  İNFORMASİYA 
KOMMUNİKASİYA TEXNOLOGİYALARININ TƏTBİQİNİN  
BƏZİ MƏSƏLƏLƏRİ 
 
E.Ç.MƏMMƏDOV 
         AMEA İnformasiya Texnologiyaları İnstitutu 
 
 
Məqalədə  Azərbaycan  kitabxana  sistemində  informasiya  texnologi-
yalarının tətbiqinin bəzi məsələləri araşdırılmışdır. Həmçinin elektron kataloq 
və elektron kitabxanalar, müxtəlif  Avtomatlaşdırılmış Kitabxana-İnformasiya 
Sistemləri haqqında ətraflı məlumat verilmişdir.  İRBİS 64 Avtomatlaşdırılmış 
Kitabxana-İnformasiya  Sisteminin  Azərbaycanda  geniş  yayılmasının  əsas  sə-
bəbləri göstərilmişdir. 
 
Dövlətimizin  hərtərəfli  inkişafı  respublikada  bir  çox  sahələrdə  olduğu 
kimi  kitabxana  işinin  də  getdikcə  inkişaf  etməsinə,  kitabxana  işində  dəyi-
şikliklər  aparılmasına  şərait  yaratmışdır.  Bu  dəyişikliklər  həm  kitabxana  işi 
təcrübəsində, həm də onun elmi nəzəri bazasını təikil edən kitabxanaşünaslıq 
elmləri silsiləsində özünü göstərir. 
Müstəqillik  dövründə  baş  verən  hadisələr  dövlətimizə  kitabxana  işi 
sahəsində  yeni,  müstəqil,  demokratik  siyasət  yeritməsi  üçün  şərait  yaratdı. 
Kitabxana  işi  sahəsində  dövlət  siyasəti  müəyyənləşdirildi.  Bu  siyasətin 
əsasında  dünya  şohrətli  dövlət  xadimi,  xalqımızın  ümummilli  lideri  Heydər 
Əliyev “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənə-
viyyat,  bilik,  zəka  mənbəyidir.  Ona  görə  də  kitabxanaya  daimi  hörmət 
xalqımızın  mənəviyyatını  nümayiş  etdirən  amillərdən  biridir»  kəlamı  durur. 
Kitabxana  işi  sahəsində  dövlət  siyasətini  müəyyənləşdirmək  üçün  1999-cu 
ildə  Milli  Məclis  tərəfindən  “Kitabxana  işi  haqqında”    Azərbaycan  Respub-
likasının  Qanunu  qəbul  edildi.  Həmin  qanunun  böyük  öndərimiz    tərəfindən 
imzalanması  mədəniyyətimizin  bu  mühüm  sahəsinə  böyük  dövlət  qayğısının 
təzahürüdür.  Qanunda  kitabxanalar  elm,  informasiya,  mədəniyyət,  təhsil  və 
tərbiyə  müəssisəsi  kimi  çap  əsərlərini  və  digər  informasiya  daşıyıcılarını 
toplayıb  mühafizə  edən,  onların  sistemli  ictimai  istifadəsini  təşkil  edən, 
cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən so-
sial institutlar kimi qiymətləndirilmişdir. [3,246] 
 
Müasir  şəraitdə  kitabxanalar  kommunikasiya  vasitəsi  kimi  olduqca 
böyük  rol  oynamaqla  cəmiyyətin  informasiyalaşdırılması  prosesində  çox 
əhəmiyyətli iş görürlər. Bəşəriyyətin tarixi inkişaf məhələlərində olduğu kimi, 
son  onillikdə  də  informasiya,  elmi-texniki  və  sosial  tərəqqinin  mühüm 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
91 
vasitələrindən  biri  olmuş,  hazırda  isə  cəmiyyətin  informasiyalaşdırılması  ilə 
əlaqədar  olaraq  aparıcı  qüvvəyə  çevrilmişdir.  Bununla  əlaqədar  olaraq  yeni  
kitabxana-informasiya mühiti formalaşdırılmışdır.  
Bu dövrdə nəinki kitabxaxalar, həm  də bir sıra qurumlar informasiya 
emalı  proseslərinə  cəlb  olunmuşdur.  Cəmiyyətdə  informasiya  proseslərinin 
avtomatlaşdırılması xeyli dərəcədə genişlənmiş, yeni tipli informasiya sistem-
ləri  yaradılmışdır  və  onların  funksiyalarından  asılı  olaraq  onları  informasiya 
axtarışı,  informasiya  idarəetmə,  hesablama,  məlumatın  işlənməsi,  kitabxana-
informasiya sistemləri və s. adlandırılmışdır. 
Yeni  informarsiya  texnologiyalarına  keçid  nəinki  Azərbaycan  kitab-
xanaları, həm də dünya kitabxanaları üçün xarakterik olan bir sıra mürəkkəb 
problemlərin həllini qarşıya qoyur. Bu problemləri 5 qrupa ayırmaq olar: 
-
 
Maliyyə problemləri 
-
 
Normativ-hüquqi təminat problemləri 
-
 
Proqram və texniki təminat problemləri 
-
 
Dil təminatı problemləri 
-
 
Ixtisaslı kadr problemləri 
Bu  problemlər  içərisində  dil  təminatı  problemi  Azərbaycan  kitab-
xanaları  üçün daha kəskin  nəzərə çarpacaqdır. Burada ilk növbədə aşağıdakı 
problemlər öz əksini tapır:  
-
 
Vahid elektron kommunikasiya formatlarının işlənməsi 
-
 
Dünya kitabxanaları üçün vahid təsnifat sxeminin qəbul edilməsi və onun 
elektron versiyasının hazırlanması 
-
 
Informasiyanın  indeksləşdirilməsi  üçün lüğət  tezarus sisteminin, predmet 
rubrikatorunun və linqvistik konvertorların yaradılması 
-
 
Müxtəlif  əlifba  sistemlərinin  qarşılıqlı  kodlaşdırma  və  konversiya 
protokollarının işlənməsi və s. 
Milli  kitabxana-informasiya  məkanı  üçün  də  həll  edilməsi  vacib  olan 
problemlər qrupuna normativ-hüquqi təminat problemləri daxildir: 
-
 
Elektron informasiyalara müəlliflik hüququ 
-
 
Kopirayt proseslərinin hüquqi normativlərinin işlənməsi 
-
 
Informasiyadan sərbəst istifadənin hüquqi normaları 
-
 
İnformasiya mübadiləsində normativ sənədlərin və standartların işlənməsi 
-
 
Informasiya  ehtiyatlarının  formalaşdırılmasında  və  istifadəsində 
kitabxanaların hüquqi statusu [5, 142] 
Göründüyü kimi problemlər kifayət qədərdir və kitabxana-informasiya 
texnologiyalarının  səmərəli  inkişafı  onların  həlli  səviyyəsindən  və  intensiv 
işləməsindən asılıdır.  
Kitabxana  və  informasiya  mərkəzləri  kommunikasiya  və  texniki 
vasitələri  birlikdə  ölkənin  informasiya  infrastrukturunu  təşkil  edir.  Bu 
səbəbdən  təsadüfi  deyildir  ki,  kitabxana-informasiya  işinə  təsir  göstərən  fak-

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
92 
torlardan  biridir,  cəmiyyətin  informasiyalaşması  səviyyəsi  inkişaf  səviy-
yəsindən asılıdır. Bu isə ənənəvi kitabxana proseslərinin avtomatlaşdırılmasını 
tələb  edir.  Kitabxana  proseslərinin  avtomatlaşdırılması  isə,  öz  növbəsində 
müasir kitabxana-informasiya texnologiyalarının tətbiqi ilə sıx əlaqədardır.  
 
İnformasiya  texnologiyaları  –  obyektin,  prosesin  və  ya  hadisənin 
(informasiya  məhsulunun)  vəziyyəti  haqqında  yeni  informasiyaların  alınması 
üçün  məlumatın  (ilkin  informasiyanın)  toplanması,  emalı  və  mübadiləsində 
istifadə olunan metod və vasitələrin məcmuudur. 
 
İnformasiya  texnologiyalarının  inkişafı  və  onların  insan  fəaliyyətinin 
müxtəlif  sahələrinə  tətbiqi,  müasir  cəmiyyətin  bütün  quruluş  elementlərini 
dəyişərək  onu  tranformasiya  edir.  Xüsusilə  kitabxana  fəaliyyətinin  bütün 
sahələrinə  sürətlə  nüfuz  etməkdə  olan  informasiya  texnologiyaları  (şəbəkə 
texnologiyaları),  hər  bir  istifadəçiyə  informasiya  proseslərində  (informasiya 
hazırlanması  və  yayılması,  informasiya  xidmətlərinin  təqdim  edilməsi  və 
onların  istifadə  edilməsi)  iştirak  etmək  imkanı  yaradan  şəbəkə  info-
strukturunun 
interaktivliyi,  o  cümlədən,  kommunikasiya  mühitinin 
özünütəşkil və özünüinkişafa uyğunlaşması ilə şərtlənir.  
 
Qeyd  etmək  lazımdır  ki,  geniş  mənada  kommunikasiya  sistemləri
şəbəkə  texnologiyaları,  ilk  növbədə  İnternet  texnologiyaları  sahəsində 
aparılan  tədqiqatlar  kitabxanaçılıq  elmi  və  təcrübəsi  üçün  bir  sıra  səbəblər 
üzündən çox vacibdir: 
-
 
Cəmiyyət  tərəfindən  yaradılan  informasiya  resurslardan  istifadə 
zamanı  imkanların  bərabər  təmin  edilməsi  zəruridir,  o  cümlədən  coğrafi 
diskriminasiyaların  aradan  qaldırılmasıdır.  Bu  müxtəliflik  şəraitində 
paytaxtların,  iri  şəhərlərin  və  ölkənin  bütün  digər  yaşayış  məntəqələrinin 
sakinlərinin  aktual  informasiyaya  çıxış  imkanları  əhəmiyyətli  dərəcədə 
fərqlənir.  Yeri  gəlmişkən,  bu  heç  də  təlabatçının  maddi  imkanlarından  asılı 
olan  bir  səbəb  deyil  və  bu  da  cəmiyyət  üçün  aşkar  mənfi  nəticələrə  gətirib 
çıxarır; 
-
 
Kitabxanaların  və  informasiya  mərkəzlərinin  bütün  informasiya 
sərvətlərinə  rahat,  etibarlı  və  universal  müraciət  vasitələrinin  istifadəçilərə 
təqdim edilməsi zərurəti: bu kitabxanalar və informasiya mərkəzlərinin bazası 
əsasında  informasiya  xidmətinin  mahiyyətcə  yaxşılaşdırmaq,  informasiya 
axtarışı  və    istifadəsi  zamanı  əmək  və  vaxt  sərfini  azaltmaq,  yeni  xidmət 
formaları tətbiq etmək və konkret kitabxanaya və ya kitabxanalar şəbəkəsinə 
yeni  istifadəçi  kateqoriyası  cəlb  etməkdir.  Bu  cür  sistemlərin  mövcudluğu 
kitabxana istifadəçilərinin sayını real dərəcədə artırmağa imkan verir; 
-
 
Oxuculara xidmət işinin getdikcə yaxşılaşdırılması və son dövrlərə 
qədər  kifayət  dərəcədə  zəif  inkişaf  etmiş  yeni  şəbəkə  texnologiyalarının 
kitabxana  işində  bilavasitə  tətbiqi  vasitəsi  kimi  kitabxanalararası  qarşılıqlı 
əlaqələrin mahiyyətcə yenişlənməsi və inkişaf zərurəti; [2, 16] 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
93 
Müasir  informasiya  texnologiyaları  kitabxanaların  inkişaf  taktikasını 
və strategiyasını müəyyən edən əsas vasitəlrdən biridir. İnformasiya metodları 
getdikcə  daha  geniş  miqyasda  elmi  fəaliyyət  sahələrinə  tətbiq  olunmaqdadır. 
Bu proseslər elmi tədqiqat fəaliyyətində  informasiya axtarışının həlledici rolu 
ilə  bağlıdır.  İnformasiyalaşdırılmış demokratik cəmiyyətdə  bir tərəfdən müx-
təlif  informasiya  sistemləri  və  xidmət  sahələri  yaranır,  digər  tərəfdən 
şəxsiyyətin informasiya mədəniyyətinin səviyyəsi, informasiyanı axtarmaq və 
istifadə  etmək  bacarığından  asılı  olur.  Ona  görə  də  informasiyanın  elə 
səmərəli təminat sistemi yaradılmalıdır ki, fəal təlabatçı kateqoriyası olan alim 
və  mütəxəssisləri  informasiya    resurslarının  operativ  və  dolğun  axtarışı  ilə 
təmin etmiş olsun. [4, 223]   
Informasiyalaşdırılmış  cəmiyyətin  mühüm  təzahür  forması  olan 
kitabxana-informasiya  texnologiyalarının  bir  çox  tətbiq  vasitələri  və  isti-
qamətləri vardır ki, bunlardan ən vacibləri aşağıdakılardır: 
-
 
CD-ROM 
-
 
Şəbəkə texnologiyaları 
-
 
Elektron kataloq 
-
 
Elektron kitabxana 
-
 
Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemləri və s. [6, 53] 
1990-cı  illərdə  CD-ROM  texnologiyaları  kitabxanaların  həyatını  bir 
çox  istiqamətlərdə  dəyişdirdi.  İstifadəçilər  böyük  informasiya  və  xidmət 
sərbəstliyi  qazandılar;  kitabxanalar  CD-ROM-ları  öz  cari  texnologiyalarına 
daxil edə bildilər. Belə ki, CD-ROM-larda kataloqlar, biblioqrafik göstəricilər, 
təsnifat sistemləri, rubrikatorlar və s. buraxılmağa başlandı. [6, 76] 
Yeni    kitabxana-informasiya  texnologiyalarının  inkişafında  XX  əsrin 
böyük nailiyyəti şəbəkə  mühitinin  formalaşması mühüm rol oynayır. Şəbəkə 
mühitinin formalaşması kitabxanaların və digər qurumların informasiya əlaqə-
lərinin və mübadiləsini qlobal informasiya məkanında yeni səviyyədə qaldırdı, 
xüsusilə lokal və qlobal (İnternet)  şəbəkəsi başlıca yer tutur.  
Lokal  kompyuter  şəbəkələri  (LAN–Local  Area  Network)  yaxın 
məsafədə  yerləşən işçi stansiyaları  arasında sürətli informasiya mübadiləsini 
təmin edir. Lokal şəbəkə həm kiçik bir kitabxananı, həm də bir neçə kitabxana 
sistemini  əhatə  edə  bilər.  Onun  köməyi  ilə  məlumatların  uzaqdan  idarə  edil-
məsi  ümumi  resurslardan  birgə  istifadə  edilməsi,  sənədlərin  ötürülməsi  və  s. 
kimi funksiyaların yerinə yetirilməsi mümkündür. Lokal şəbəkədə məlumatlar  
rabitə vasitələri ilə on km məsafəyə qədər ötürülə bilər. [6, 124] 
Lokal Şəbəkə əsasən,  peşəkar  fəaliyyəinə görə işi bilavasitə bu şəbə-
kə  ilə  bağlı  məhdud  istifadəçi  əhatəsinə  xidmət  edir.  Lokal  şəbəkədə  isti-
fadəçilər  işçi  qruplarda  birləşə  bilər.  Bir  LŞ  çərçivəsində  bir  neçə  işçi  qrupu 
fəaliyyət  göstərə  bilər.  Bu  fəaliyyət  zamanı  əməkdaş  və  ya  istifadəşilərin 
şəbəkə  resurslarından  istifadə  etmək  hüququ  müxtəlif  ola  bilər.  İstifadə  

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
94 
hüququnun  iştirakçılara  verilməsi  və  məhdudiyyəti  qaydaları  şəbəkə  siyasəti 
adlanır. LŞ ümumiyyətlə şəbəkənin idarə edillməsidir. Şəbəkə iştirakçılarının 
işinin təşkilini idarə edən şəxs sistem inzibatçısı adlandırılır. [6, 95] 
Dünya  üzrə  səpələnmiş    lokal  şəbəkələri,  üstəgəl  fərdi  kompyuterləri 
birləşdirən şəbəkə Qlobal Şəbəkə (WАN Wide Аrea Network)  adlanır.  
İnterneti məhz bütün dünya  üzrə  müxtəlif  ölkələrdə olan kompyuter 
şəbəkələrinin  birləşməsi  kimi  təsəvvür  etmək  lazımdır.  1991-ci  ildə  ilk  dəfə 
elektron poçt xidmətindən istifadə etməyə başlayan Azərbaycanda ilk İnternet 
bağlantısı 1995-ci ildə  həyata keçrilib. [1, 76] 
ХХ  əsrin  sonlarında  kitabxanaların  həyatında  ən  böyük  dəyişikliklər 
elektron  kataloq  və  elektron  kitabxanaların  yaranması  oldu.  Yeni  kitabxana-
informasiya  mühiti  kompyuter  texnologiyalarının  və  telerabitə  vasitələrinin 
geniş  istifadəsi  bazasında  korporativ,  milli  və  qlobal  kitabxana-informasiya 
sistemləri  şəbəkəsinin  yaradılması  ilə  müəyyənləşir.  Şəbəkənin  əsas  seq-
mentləri  elektron  kitabxana  kataloqları,  elektron  informasiya  resursları  baza-
sında  formalaşdırılan  elektron  kitabxanalar,  online  rejimində  sənəd/-
informasiya  mübadiləsi  və  yaxın  gələcəkdə  reallaşdırılması  nəzərdə  tutulan 
intellektual elektron kitabxanalarıdır. 
Kitabxana-biblioqrafiya  proseslərində  yeni  metodlar,  texnika  və 
texnologiyalar  tətbiq  etmiş  kitabxanalarda  ənənəvi  kataloq  və  kartotekalarda 
maşınlaoxunan kataloqlaşma həyata keçirilir və bununla da elektron kataloqla 
əvəz olunur və nəticədə ənənəvi kitabxana-informasiya axtarışı ilə uzaq məsa-
fədən  informasiya  axtarışı  üzvi  şəkildə  inteqrasiya  olunur.  E-kataloq  çap  və 
əlyazma  sənədləri,  notları,  video  və  səsyazılarını  (kinofilmlər  və  video-
materillar daxil olmaqla), elektron resursları və kartoqrafik sənədləri, bir sözlə 
kitabxanaya  daxil  olan  bütün  növ  sənədlərin  (metaverilənləri)  özündə  əks 
etdirilməsinə imkan verir.  
 İnformasiya  və  telekommunikasiya  texnologiyalarının  sürətlə  inkişaf 
etdiyi bir vaxtda çoxları kitabxanaların gələcəkdə daha mövcud olmayacağını 
proqnozlaşdırırlar. Lakin tarixən toplanmış və indi də sürətlə artan çap əsərləri 
həmişə  mövcud  olduğuna  görə,  ənənəvi  kitabxanalar  yaşaması  hələ  ki 
aktualdır.  Elekron  informasiya  daşıyıcılarının  və  elektron  kitabxanaların 
yaranması ənənəvi kitabxanaların xidmət funksiyalarının inkişafı, informasiya 
daşıyıcılarının  tarixi  təkamülünün  məntiqi  davamıdır.  Onun  əsas  vəzifəsi 
hansı coğrafi ərazidə yerləşməsindən və müəyyən iş vaxtından asılı olmayaraq 
dünyəvi  maraq  kəsb  edən  ən  qiymətli  çap  və  digər  növ  sənədləri  (məsələn: 
mikroformaları,  əlyazmalarını  və  s.)  elektron  versiyaya  keçirib,  uzaq  məsa-
fədən  istifadəsini  təşkil  etməkdir.  Bu  isə  ənənəvi  kitabxana  xidmətinə  əlavə 
edilən yeni funksiyadır. Başqa sözlə desək elektron kitabxana əsasən ənənəvi 
və  modernləşən  metodlara  əsaslanaraq  (bəzən  virtual  kitabxana,  rəqəmsal 
kitabxanada  adlandırırlar)  müxtəlif  resursların  elektron  tammətnli  halda 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
95 
komplektləşdirilmiş,  sistemləşdirilmiş,  xidmətə  daha  da  keyfiyyətli  formda 
təqdim  olunan  verilənlər  bazasıdır.  Azərbaycanda  dа  elektron  kitabxanaların 
yaradılmasına    «Heydər  Əliyev  irsi»,  «Quttenberq-Az»,  «Azeribooks»  kimi 
layihələri  misal  göstərmək  olar.  Burada  Azərbaycan  ədəbiyyatını,  tarixini, 
siyasətini əks etdirən müxtəlif  resurslar toplanmışdır. Bu resursları həm CD-
ROM və həmdə İnternet (online) vasitəsi ilə əldə etmək mümkündür. Bundan 
başqa son dövrlərdə Azərbaycanın müxtəlif kitabxanaları öz resurslarını elek-
tron formaya salaraq geniş istifadəçi kütləsinə təqdim edirlər.  
Kitabxanaların  fəaliyyətində    ən  böyük  nailiyyətlərdən  biri  də  bütün 
ənənəvi  proseslərin  elektronlaşdırılması  (avtomatlaşdırılması)  oldu,  beləliklə 
də  Avtomatlaşdırılmış  Kitabxana  İnformasiya  Sistemlıəri  (AKİS)  və  qərb 
ədəbiyyatında  İnteqrallaşdırılmış  Kitabxana  Sistemi  İKS  (İLS-İntegrated 
Library System) yaradıldı. Kitabxanada avtomatlaşdırma proseslərinin tətbiqi 
onların bütün fəaliyyət istiqamətlərini əhatə edir: dövri nəşrlərə abunə yazılışı, 
sənədlərin komplektləşdirilməsi, işlənməsi, kataloqlaşdırılması, abonement və 
qiraət  zallarında,  oxucuların  qeydiyyatı,  ədəbiyyatın  verilməsi  və  qaytarıl-
ması,  kitabxanalararası  abonement,  ədəbiyyatın  mühafizəsi,  nadir  nəşrlərin 
konservasiyası,  xarici  ölkələrlə  ədədbiyyat  mübadiləsinin  təşkili  və 
biblioqrafik  fəaliyyətin  ən  mühüm  istiqamətlərindən  biri  olan  biblioqrafik 
informasiya xidməti və s. 
Bu  gün  dünyada  çoxlu  sayda  Avtomatlaşdırılmış  Kitabxana-İnfor-
masiya  Sistemləri  (AKİS)  mövcuddur  VTLS,  İRBİS,  Millenium.  Follet, 
Aleph, Ruslan və s. Lakin bu AKİS-lərin hamısı məbləğinə, təyinatına, istifa-
də  edilmə  məkanına,  işçi  yerlərinin  sayına,  İnternet  şəbəkəsinə  çıxma  imka-
nına,  tam  mətnli  informasiyaları  əks  etdirməsinə,  davamlılığına,  yeniləşmə 
tezliyinə, müxtəlif dildə olan informasiyaların daxil edilməsinə, yəni müxtəlif 
əlifbalarda  yazmaq  imkanına,  müxtəlif  məlumat  bazalarının  yaradılması  və 
çoxaldılması sayına və s. inqridientlərə görə bir-birlərindən fərqlənirlər.  
Azərbaycanda adı çəkilənlərdən İRBİS 64 (ИРБИС 64), VTLS (VTLS 
İnc.) sistemləri geniş tətbiq olunur.  
Məsələn, İRBİS 64  Avtomatlaşdırılmış Kitabxana İnformasiya. Azər-
baycan Respublikasında aşağıda qeyd olunan kitabxanalarda tətbiq olunur: 
1. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları  Nazirliyi 
2. Prezident Kitabxanası 
3. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası 
4. F.Köçərlı adına Respublika Uşaq Kitabxanası 
5. Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitu-
tunun kitabxanası 
6. Bakı Dövlət Universitetinin Elmi kitabxanası 
7. Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi kitabxanası 
8. Azərbaycan Dillər Universitetinin Elmi kitabxanası 

Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin