VƏ İnformasiYA


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə17/17
tarix21.04.2017
ölçüsü5,05 Kb.
#14977
1   ...   9   10   11   12   13   14   15   16   17

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
127 
pektivləri)”  mövzusunda  doktorluq  dissertasiyası  işi  təsdiq  edilmişdir.  Prof. 
Abuzər  Xələfov  dissertasiya  işinin  elmi  məsləhətçisi  təyin  edilmişdir.  Dos. 
Xəlil  İsmayılovun  dissertasiya  işi  dəfələrlə  Kitabxanaşünaslıq  kafedrasında 
müzakirə  edilmiş,  2003-cü  ildə  prof.  Abuzər  Xələfovun  məsləhətçi  kimi 
müsbət rəyi ilə müdafiəyə layiq görülmüşdür.  
2004-cü  ildə  Abuzər  Xələfovun  Azərbaycan  Respublikası  Ali 
Attestasiya Komissiyasına yazdığı məktuba müvafiq olaraq AAK 05.25.03 – 
Kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq; kitabşünaslıq və 07.00.02 - Vətən 
tarixi indeksləri üzrə birdəfəlik müdafiə şurasını təsdiq etmişdir. 
Dos.  X.İsmayılov  2004-cü  ilin  mayında  doktorluq  dissertasiyasını 
müdafiə etmişdir. Dos.  Xəlil  İsmayılov 2009-cu  ildə AAK tərəfindən  Kitab-
xanaşünaslıq  kafedrası  üzrə  professor  vəzifəsinə  təsdiq  edilmişdir.  Professor 
vəzifəsinə seçilməyin  rəsmi qaydalarına görə seçilən şəxsin elmi və pedaqoji 
fəaliyyəti  haqqında  görkəmli  bir  mütəxəssis  müsbət  rəy  verməlidir.  Prof 
A.A.Xələfov dos.  Xəlil  İsmayılova həm  professor vəzifəsinə seçilərkən, həm 
də iş AAK-a göndərilərkən müsbət rəy vermişdir.  
Həmçinin  Abuzər  Xələfov  Xəlil  İsmayılovun  müxtəlif  illərdə  nəşr 
edilmiş  “Kitabxana  işinin  təşkili  və  idarə  edilməsi”  dərsliyinin,  “Kitabxana 
menecmenti” adlı dərs vəsaitinin və “Azərbaycan Respublikasında kitabxana 
işinin  metodik  təminatı  sisteminin  tarixi  inkişafı”  monoqrafiyasının  elmi 
redaktoru,  eləcə  də  tərtib  etdiyi  bütün  metodik  vəsaitlərin  və  proqramların 
redaktoru olmuşdur. 
Faktlardan  göründüyü  kimi,  Xəlil  İsmayılov  2004-cü  ildə  doktorluq 
dissertasiyasını  müdafiə  etmiş,  2009-cu  ildə  isə  professor  vəzifəsinə  təsdiq 
olunmuşdur. Sual olunur: 2001-ci ildə vəfat etmiş K.İ.Abramov öz ölümündən 
3 il sonra elmlər doktoru, 8 il sonra isə professor olan Xəlil İsmayılova nə cür 
kömək edə bilərdi?! Bu iddia ağlasığmaz deyilmi?! 
Hörmətli  redaksiya,  Xəlil  İsmayılov  haqqında  verilən  bu  qısa  arayış 
onun  K.İ.Abramov  barədə  dediklərini  təsdiq  edirmi?  Əlbəttə,  yox!  Bu 
arayışdan  məlum  olur  ki,  Xəlil  İsmayılovun  keçdiyi  bütün  həyat  yolu,  əldə 
etdiyi müvəffəqiyyətlər və nailiyyətlər Azərbaycan Respublikasının Əməkdar 
elm  xadimi,  BMT  yanında  Beynəlxalq  İnformasiyalaşdırma  Akademiyasının 
akademiki, Prezident təqaüdçüsü, 50 ilə  yaxın Kitabxanaşünaslıq kafedrasına 
müdirlik  etmiş,  25  il  Kitabxanaçılq-infomasiya  fakültəsinin  dekanı  işləmiş, 
Azərbaycanda elmi kitabxanaşünaslıq məktəbi yaratmış tarix elmləri doktoru, 
professor Abuzər Xələfovun adı və böyük zəhməti ilə bağlıdır. 
Xəlil  İsmayılov  isə  öz  ustadının,  namizədlik  və  doktorluq  dis-
sertasiyalarının elmi rəhbəri olmuş, onu dekan vəzifəsinə irəli çəkmiş bir şəx-
sin  xidmətlərini  unutmaqla,  həyatda  qazandığı  bütün  nailiyyətləri  öz 
fəaliyyətində  heç  bir  xidməti  olmayan  xarici  alimin  adına  çıxmaqla  öz 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
128 
ustadına  və  mənsub  olduğu  Azərbaycan  milli  kitabxanaşünaslıq  elmi 
məktəbinə hörmətsizlik etmirmi?! 
Qədim  yunan  dramaturqu  Aqafon  demişkən:  “Hətta  tanrılar  da  keçmişi 
dəyişə bilməz.” 
        
 
Hörmətlə,                     
                                                                  A.A.Xələfov 
Azərbaycan Respublikasının 
Əməkdar elm xadimi, BMT 
yanında Beynəlxalq İnformasi-
yalaşdırma Akademiyasının 
akademiki, tarix elmləri doktoru
professor 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
129 
 
      
 
 
 
 
Kitabxanaçılıq-informasiya  fakültəsi  Kitabxanaşünaslıq  kаfеdrаsının 
dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Knyaz İlyas oğlu Aslan 1979-cu ildə 
Gürcüstаndа  Bаşkеçid  (Dmаnisi)  rаyоnunun  Hаmаmlı  kənd  оrtа  məktəbini 
Qızıl mеdаllа bitirmiş, əmək fəаliyyətinə həmin məktəbdə bаşlаmışdır. 1983-
1988-cü  illərdə  BDU-nun  Kitаbхаnаçılıq-infоrmаsiyа  fаkültəsində,  1994-
1998-ci  illərdə  BDU-nun  Jurnаlistikа  fаkültəsində,  1987-1989-cu  illərdə 
Аzərbаycаn  Jurnalist  Sənətkаrlığı  İnstitutunda  təhsil  almış,  bütün  məktəbləri 
fərqlənmə diplоmlаrı ilə başa vurmuşdur. 
O,  1988-ci  ildən  BDU-nun  Kitаbхаnаşünаslıq  kаfеdrаsındа  lаbоrаnt, 
müəllim,  baş  müəllim  vəzifələrində  çalışmışdır.  2004-cü  ildə  “Şəхsiyyətin 
fоrmаlаşmаsındа  bədii  ədəbiyyаtın  rоlu”  mövzusundа  nаmizədlik  dis-
sеrtаsiyаsı müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsinə layiq 
görülmüşdür.  2006-cı  ildən  Kitаbхаnаşünаslıq  kаfеdrаsının  dosentidir. 
“Azərbaycan  elm,  ədəbiyyat  və  mədəniyyət  xadimləri  kitab  və  mütaliə 
haqqında” mövzusunda doktorluq dissertasiyasını başa çatdırmaq üzrədir.  
Dos.  Knyaz  Aslan  ötən  22  il  ərzində  səmərəli  elmi-pedaqoji  fəaliyyət 
göstərmiş,  böyük  uğurlar  qazanmış,  reytinq  cədvəlində  həmişə  yüksək  yer 
tutmuşdur.  O,  2009  və  2010-cu  illərdə  universitetdaxili  50+50  qrant  layi-
həsinin qalibi olmuşdur.  
K.Aslan  1000-ə  yaxın  elmi,  elmi-kütləvi,  ədəbi-publisistik  məqalənin, 
20-dən  çох  еlmi,  tədris,  bədii,  publisistik  kitаbın,  50-dən  çox  monoqrafiya, 
dərslik,  dərs  vəsaiti  və  ədəbi-bədii  kitabın  ön  sözünün  müəllifi,  rəyçisi  və 
rеdаktоrudur.  Bundan  başqa,  bir  sıra  beynəlxalq  və  respublika  miqyaslı 
konfrans  və  seminarlarda  uğurlа  iştirak  еtmiş,  sеrtifikаtlarа  layiq  görül-
Azərbaycanın kitabxana 
içtimaiyyətinə 
Professor A.A.Xələfovun elmi məktəbinin 
növbəti bir nailiyyəti təqdim olunur. 
Bu məktəbin yetirmiş olduğu nüfuzlu alim, 
geniş ictimai fəaliyyəti ilə respublikada 
tanınmış ziyalı 
KNYAZ ASLANIN 
50 ili 
tamam olmuşdur. 
Kitabxanaşünaslıq kafedrasının kollektivi 
kitabxana ictimayəti həmkarımızı, 
nüfuzlu alim və ziyalı Knyaz Aslanı 
 
Təbrik edir! 
 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
130 
müşdür.  O,  respublikada  ədəbi-mədəni  tədbirlərin  aparıcısı  kimi  də  fəallıq 
göstərir. 
K.Aslan  1992-1998-ci  illərdə  Müdafiə  Nazirliyinin  «Аzərbаycаn 
Оrdusu»  qəzеtində  şöbə  rеdаktоru,  «Hərbi  Nəşriyyаt»dа  rеdаktоr  işləmişdir. 
Dəfələrlə  döyüş  tapşırıqlarını  yerinə  yetirmək  üçün  ön  cəbhəyə  göndərilmiş, 
Ermənistanla  savaşların  iştirakçısı  olmuşdur.  Müstəqillik  dövrü  hərbi 
jurnalistikasının yaradıcılarından biri, Qarabağ müharibəsi veteranıdır.  
Azərbaycan  Mətbuat  Şurasının,  Yazıçılar,  Jurnalistlər  və  Aşıqlar 
Birliklərinin  üzvü  olan  K.Aslan  bir  sıra  pоеziyа  müsаbiqələrində  ali  dərəcəli 
mükаfаtlаrа  lаyiq  görülmüş,  ədəbiyyat,  bədii  tərcümə  və  publisistika 
sahələrindəki  uğurlarına  görə  dəfələrlə  təltif  olunmuşdur.  O,  “Qızıl  Qələm”, 
N.Gəncəvi, H.Zərdabi, A.Şaiq, S.Yеsеnin “Səhər”, “Qızıl Kitab”, “Ustad” və 
başqa  mükafatların  laureatıdır.  Hazırda  “Kitabxanaşünaslıq  və  informasiya” 
elmi-nəzəri və praktik jurnalının baş redaktor müavini, “Kitabxanaşünaslıq və 
biblioqrafiya” elmi-nəzəri və metodik jurnalının məsul katibi, “Kitabxana.az” 
jurnalının  redaktoru,  “Göyqurşağı”  uşaq  jurnalının  redaktoru,  “Borçalı” 
jurnalının və qəzetinin redaktoru kimi də səmərəli fəaliyyət göstərir.  
Hal  hazırda  Knyaz  Aslan  BDU-da  uğurlu  elmi  pedaqoji  fəaliyyət 
göstərməkdədir.  Tələbələrin  sevimlisi,  kafedranın  elmi  mühitinin 
formalaşmasında  fəal  iştirakçıdır.  Elmi,  publisistik  yazıları,  dərslik  və  dərs 
vəsaitləri fakültənin tədris prosesində öz əhəmiyyətli rolunu oynamaqdadır. 
Kitabxanaşünaslıq  kafedrası  Knyaz  Aslanın  elmi  yaradıcılığının 
çiçəklənən  dövründə  ona  uğurlal  və  daha  böyük  zirvələr  fəth  etmək  arzuları 
ilə ümid edir. 
 
 
 
Kitabxanaşünaslıq və informasiya 
Elmi-nəzəri və praktiki jurnalının 
redaksiya heyəti 
 
 
 
 
 
 
 
 
 
 
 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
131 
 
 
M Ü N D Ə R İ C A T 
 
 
A.A.XƏLƏFOV 
KİTABXANA VƏ KOMMUNİKASİYA …….. 
 

K. ASLAN 
KİTAB, KİTABXANA VƏ MÜTALİƏ 
MƏSƏLƏLƏRİ (Əməkdar elm xadimi, professor 
Abuzər Xələfovun 80 illik yubileyi 
qarşısında)……………………………………… 
 
 
 
 
17 
K.M.TAHİROV 
 
M.F.AXUNDOV ADINA MİLLİ KİTABXANA-
NIN BEYNƏLXALQ ƏLAQƏLƏRİ…. 
 
 
32 
E.Y.ƏHMƏDOV 
 
KİTABXANA QANUNVERİCİLİYİ 
TARİXİNDƏN……………………………………. 
 
 
41 
P.F.KAZIMİ 
İNFORMASİYANIN TƏSNİFATI…………….....   
45 
A.İ.QURBANOV 
 
EPRİNTS ƏSASINDA ELEKTRON KİTAB-
XANALARIN YARADILMASI………………. .... 
 
 
54 
Ş. İSLAMOVA 
 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKA-
DEMİYASI KİTABXANA ŞƏBƏKƏSİ BÖYÜK 
VƏTƏN MÜHARİBƏSİ İLLƏRİNDƏ................. 
 
 
 
60 
S.A.SADIQOVA 
 
ЦМУММИЛЛИ ЛИДЕР ЩЕЙДЯР ЯЛИЙЕВЯ 
ЩЯСР ОЛУНМУШ  БИБЛИОГРАФИК ИНФОР-
МАСИЙА НЯШРЛЯРИ……………….................... 
 
 
 
67 
S.P.İSMAYILOVA   
 
ƏDƏBİYYATŞÜNASLIQ BİBLİOQRAFİYA-
SININ MÜASİR  VƏZİYYƏTİ  VƏ  
PERSPEKTİVLƏRİ……………………………..... 
 
 
 
78 
E.Ç.MƏMMƏDOV 
 
AZƏRBAYCAN  KİTABXANALARINDA  
İNFORMASİYA KOMMUNİKASİYA TEXNO-
LOGİYALARININ TƏTBİQİNİN BƏZİ 
MƏSƏLƏLƏRİ.......................................................... 
 
 
 
 
90 
A.T.ABDULLAYEVA  AZƏRBAYCAN KİTABXANALARINDA 
 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
132 
 
ELEKTRON MÜHİTİN FORMALAŞMASI VƏ  
MÖVCUD PROBLEMLƏR………………………. 
 
 
98 
R.M. NAMAZOVA 
 
АZƏRBАYCАN DÖVLƏT PEDAQOJİ 
UNİVЕRSİTЕTİNİN KİTАBХАNАSINDA 
TƏLƏBƏLƏRƏ KİTАBХАNА-İNFОRMАSİYА 
ХİDMƏTİ (1991-2010-cu illər)……………………. 
 
 
 
 
104 
R.BAXIŞOVA 
 
MÜSTƏQİLLİK İLLƏRİNDƏ 
АZƏRBАYCАN DÖVRİ MƏTBUАTINDА 
KİTАBХАNА İŞİ (1991-1995)…………………..... 
 
 
 
113 
A.A.XƏLƏFOV 
REDAKSİYAYA MƏKTUB: TARIXI 
FAKTLARIN TƏHRIF ETMƏK KIMƏ 
LAZIMDIR............................................................... 
 
 
 
120 
 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
133 
C O N T E N T S 
 
 
A.A.KHALAFOV 
LIBRARY AND COMMUNICATION………... 

Knyaz ASLAN 
THE BOOK, READING ISSUES AND 
LIBRARIES PROBLEMS IN THE WORKS 
OF PROFESSOR ABUZAR KHALAFOV 
(Honorued scientist, professor Abuzar 
Khalafov is fore of the 80 years jubille)………. 
  
 
 
 
 
17 
K.M.TAHIROV 
INTERNATIONAL RELATIONS OF 
AZERBAIJAN NATIONAL LIBRARY 
AFTER M.F.AKHUNDOV…………………... 
 
 
 
32 
E.Y.AHMADOV 
ON THE HISTORY OF THE LIBRARY 
LAW……………………………………………. 
 
 
41 
P.F.KAZIMI 
THE CLASSIFICATION OF INFORMATION  45 
 
A.I.GURBANOV  
 
ESTABLISHMENT OF THE E-LIBRARİES 
ON THE BASIS OF EPRİNTS ……………… 
 
54 
 
S.I.ISLAMOVA 
 
THE LIBRARY NETWORK OF THE 
NATIONAL ACADEMY OF SCIENCES OF 
AZERBAIJAN IN THE YEARS OF GREAT 
PATRIOTIC WAR……………………………... 
 
 
 
60 
 
S.A.SADİQOVA 
 
BIBLIOGRAPHIC INFORMATION 
PUBLICATIONS DEVOTED TO THE 
NATIONAL LEADER HEYDAR 
ALIYEV…………………………………………. 
 
 
 
 
67 
S.P.İSMAYILOVA 
 
MODERN PERSPECTIVES AND 
DEVELOPMENT OF LIBRARY 
BIBLIOGRAPHY ……………………………… 
 
 
 
78 
E.CH.MAMMADOV 
THE INTRODUCTION OF INFORMATION 
COMMUNICATION TECHNOLOGIES IN 
AZERBAIJAN LIBRARIES…………………… 
 
 
 
90 
A.T.ABDULLAYEVA 
FORMATION OF THE ELECTRONIC 
 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
134 
 
ENVIRONMENT OF AZERBAIJAN LIB-
RARIES AND EXISTING PROBLEMS…….. 
 
 
98 
R.M.NAMAZOVA 
 
LIBRARY-INFORMATION SERVICE OF 
TEACHING STAFF AND STUDENTS IN 
THE SCIENTIFIC LIBRARY OF THE 
AZERBAIJAN STATE PEDAGOGICAL 
UNIVERSITY (1991-2010)……………………. 
 
 
 
 
 
104 
R.BAXİSHOVA 
 
LIBRARY  WORK  IN  THE  PERIODICAL 
PRESS  IN  THE  FIRST  YEARS  OF  THE 
INDEPENDENCE  OF  THE  AZERBAIJAN 
REPUBLIC……………………………………… 
 
 
 
 
113 
A.A.KHALAFOV 
LETTER TO EDITORIAL OFFICE…………..  120 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
135 
 
С О Д Е Р Ж А Н И Е 
 
А.А.ХАЛАФОВ 
БИБЛИОТЕКА И КОММУНИКАЦИЯ…… 

Князь АСЛАН 
ВОПРОСЫ КНИГ, ЧТЕНИЯ И БИБ-
ЛИОТЕК В ПРОИЗВЕДЕНИЯХ ПРОФЕС-
СОРА АБУЗАРА ХАЛАФОВА (На встречу 
80-ти летия, заслуженного деятеля науки, 
проффесора А.Халафова)…………………… 
 
 
 
 
 
17 
К.М.ТАХИРОВ 
 
МЕЖДУНАРОДНЫЕ СВЯЗИ НАЦИОНА-
ЛЬНОЙ БИБЛИОТЕКИ 
М.Ф.АХУНДОВА….......................................... 
 
 
 
32 
Е.Ю.АХМЕДОВ 
 
ИЗ ИСТОРИИ БИБЛИОТЕЧНОГО 
ЗАКОНОДАТЕЛЬСТВА…………………….. 
 
 
41 
П.Ф.КЯЗЫМИ 
КЛАСCИФИКАЦИЯ ИНФОРМАЦИИ….... 
 
45 
А.И.КУРБАНОВ  
 
СОЗДАНИЯ ЭЛЕКТРОННЫХ БИБ-
ЛИОТЕК НА ОСНОВЕ EPRINTS………….. 
 
 
54 
Ш.ИСЛАМОВА 
БИБЛИОТЕЧНАЯ СЕТЬ НАЦИОНАЛЬ-
НОЙ АКАДЕМИИ АЗЕРБАЙДЖАНА ЗА 
ГОДЫ ВЕЛИКОЙ ОТЕЧЕСТВЕННОЙ 
ВОЙНЫ……....................................................... 
 
 
 
 
60 
С.А.САДЫГОВА 
 
БИБЛИОГРАФИЧЕСКИЕ ИНФОР-
МАЦИОННЫЕ ИЗДАНИЯ, ПОСВЯЩЕН-
НЫЕ ОБЩЕНАЦИОНАЛЬНОМУ 
ЛИДЕРУ ГЕЙДАРУ АЛИЕВУ………........... 
 
 
 
 
67 
С.П.ИСМАИЛОВА 
CОВРЕМЕННОЕ СОСТОЯНИЕ И 
ПЕРСПЕКТИВЫ РАЗВИТИЯ 
ЛИТЕРАТУРОВЕДЧЕСКОЙ 
БИБЛИОГРАФИИ........................................... 
 
 
 
 
78 
Э.Д
Ж

МАМЕДОВ 
 
НЕКОТОРЫЕ ВОПРОСЫ ПРИМЕНЕНИЯ 
ИНФОРМАЦИОННО КОМУНИКАЦИ-
ОННЫХ ТЕХНОЛОГИЙ В БИБЛИОТЕ-
КАХ АЗЕРБАЙДЖАНА……………………... 
 
 
 
90 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
136 
 
А.Т. АБДУЛЛАЕВА 
 
ФОРМИРОВАНИЕ ЭЛЕКТРОННОЙ 
СРЕДЫ БИБЛИОТЕК АЗЕРБАЙДЖАНА 
И СУЩЕСТВУЮЩИЕ ПРОБЛЕМЫ…….. 
 
 
 
98 
Р.М.НАМАЗОВА 
 
БИБЛИОТЕЧНО-ИНФОРМАЦИОННОЕ 
ОБСЛУЖИВАНИЕ ПРОФЕССОРСКО-
ПРЕПОДАВАТЕЛЬСКОГО СОСТАВА И 
СТУДЕНТОВ В НАУЧНОЙ БИБЛИОТЕ-
КЕ АЗЕРБАЙДЖАНСКОГО ГОСУДАРС-
ТВЕННОГО ПЕДАГОГИЧЕСКОГО 
УНИВЕРСИТЕТА  (1991-2010 
ГГ
.)................. 
 
 
 
 
 
 
 
104 
Р.БАХЫШОВА 
 
БИБЛИОТЕЧНОЕ ДЕЛО В 
ПЕРИОДИЧЕСКОЙ  ПЕЧАТИ   
ВПЕРВЫЕ ГОДЫ НЕЗАВИСИМОСТИ 
АЗЕРБАЙДЖАНА……………………………. 
 
 
 
 
113 
А.А.ХАЛАФОВ 
ПИСЬМО В РЕДАКЦИЮ…………………… 
 
120 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
137 
M Ü Ə L L İ F L Ə R İ N    N Ə Z Ə R İ N Ə ! 
 
“Kitabxanaşünaslıq və informasiya” elmi-nəzəri və praktik jurnalının 
redaksiyasına təqdim edilən elmi məqalələr  
göstərilən qaydalar əsasında tərtib edilməlidir: 
 
1) Format – A4; Sətirlərarası interval – 1,0;  
Yuxarıdan 2,5 sm; Aşağıdan 2,5 sm; Soldan 3,5 sm; Sağdan 1,5 sm. 
Məqalələrin həcmi 1 çap vərəqindən artıq olmamalıdır. 
2) Şrift dəsti: 
Azərbaycan dilində – Times New Roman  
İngilis dilində – Times New Roman     
Rus dilində – Times New Roman 
Şriftlərin ölçüsü 12 (Word 2003). 
3) Hər bir elmi məqalənin ingilis və rus dillərində xülasələri olmalı, burada 
məqalənin ingilis və rus dillərində adı da öz əksini tapmalıdır.    
4)  Elmi  məqalələr  və  xülasələr  kompyuterdə  çap  olunmuş  şəkildə  disklə 
birlikdə təqdim olunmalıdır. Disklər geri qaytarılmır. 
5) Müəllif haqqında aydın məlumat verilməli, adı, atasının adı, soyadı açıq 
yazılmalı, işlədiyi və ya oxuduğu müəssisənin adı tam şəkildə yazılmalıdır. 
6) Hər bir elmi məqaləyə 2 mütəxəssis rəy verməlidir. 
 
 
Nəşriyyat redaktorları:    Afiqə Cəfərova (Azərbaycan mətni) 
                                Nərgiz Əliyeva (İngilis mətni) 
                        Yafəs Quliyev (rus mətni) 
Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmışdır. 
Şəhadətnamə № 3135.  16.03.2010. 
 
Yığılmağa verilmişdir: 15.10.2010. 
Çapa imzalanmışdır: 25.10.2010. 
Formatı 70x100⅛ 
Həcmi 7.5 ç.v. 
______________________________________________________________
___________ 
 
Bakı şəhəri, Az1148., Z.Xəlilov küçəsi, 23 
Bakı Universiteti Nəşriyyatının mətbəəsi 
 
 
 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
138 
 
                                                                                 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin