VƏ İnformasiYA



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə1/17
tarix21.04.2017
ölçüsü5,05 Kb.
#14977
  1   2   3   4   5   6   7   8   9   ...   17

KİTABXANAŞÜNASLIQ 
VƏ 
 İNFORMASİYA 
 
 
 
ELMİ-NƏZƏRİ VƏ  
PRAKTİKİ JURNAL 
 
“Kitabxanaşünaslıq və informasiya” jurnalı 
08.10.2010-cu il tarixində Beynəlxalq ISSN 
Mərkəzi (Paris, Fransa) tərəfindən 
2219-5882 saylı nömrə ilə ardı davam edən 
nəşrlərin beynəlxalq reyestrinə daxil edilmişdir. 
 
 
 
№1(4) 
 
 
 
 
 
 
2011 
 

 
“KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA” 
ELMİ-NƏZƏRİ VƏ PRAKTİKİ JURNAL 
 
 
Təsisçi və  
Baş redaktor:                 
Abuzər XƏLƏFOV 
Əməkdar elm xadimi, BMT yanında  Beynəlxalq 
İnformasiyalaşdırılma Akademiyasının akademi-
ki, tarix elmləri doktoru, professor     
 
Baş redaktor müavini:    
Knyaz ASLAN  
Fəlsəfə doktoru  
(pedaqoji elmlər üzrə), dosent    
 
Məsul katib: 
 Pərviz  KAZİMİ     
 
 
Redaksiya heyəti:   
Tuncel Acar, Türkiyyə Milli Kitabxanasının direktoru                   
 
Yekaterina Nikonorova, fəlsəfə elmləri doktoru, professor 
Rusiya Dövlət Kitabxanasının direktor müavini                     
 
Yıldız Bakaşova, fəlsəfə elmləri doktoru, professor Qırğızstan Milli 
Kitabxanasının direktoru   
 
Aybəniz Əliyeva-Kəngərli, filologiya elmləri doktoru 
AMEA-nın Elmi Kitabxanasının direktoru  
 
Xəlil İsmayılov, tarix elmləri doktoru, professor   
 
Bayram Allahverdiyev, tarix elmləri doktoru, professor 
BDU-nun kitabşünaslıq kafedrasının müdiri 
 
Kərim Tahirov,  fəlsəfə doktoru (tarix  elmləri üzrə) 
Azərbaycan Milli Kitabxanasının direktoru                   
 
Mayıl Əhmədov, Prezident Kitabxanasının direktoru 
 
Lətifə Məmmədova, fəlsəfə doktoru (tarix elmləri üzrə
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sektor müdiri 
 
Elçin Əhmədov, fəlsəfə doktoru (pedaqoji elmlər üzrə), dosent 
 
Nadir İsmayılov, fəlsəfə doktoru (pedaqoji elmlər üzrə), dosent 
 
Sahib Rzayev, fəlsəfə doktoru (filologiya elmləri üzrə), dosent 
 
Əli Rüstəmov, fəlsəfə doktoru (pedaqoji elmlər üzrə), dosent 
 
                                                               
Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmışdır. 
Şəhadətnamə № 3135,16.03.2010. 
____________________________ 
 
Redaksiyanın ünvanı: Bakı şəhəri, Az1148., Z.Xəlilov küçəsi, 23 
Bakı Dövlət Universiteti, 2 saylı tədris korpusu, mərtəbə 4, otaq № 410 
 
Əlaqə telefonu: 439-03-66., (050) 365-48-41 
№ 1(4) Yanvar-Aprel, 2011 
 
© “Kitabxanaşünasliq və informasiya”, 2011,№1(4). 
 

LIBRARY SCIENCE  
AND 
 INFORMATION 
 
 
SCIENTIFICO-THEORETICAL 
AND PRACTICAL JOURNAL 
 
The journal of «Library science and information» dates  
in 08.10.2010 was included to the international schedule  
by ISNN Centre (Paris, France) numbered  
2219-5882 with the regulation  
of publications to be continued. 
 
 
 
№1(4) 
 
 
 
 
 
 
 
 
2011 

 
“LIBRARY STUDY AND INFORMATION” 
 SCIENTIFIC-THEORETICAL AND PRACTICAL JOURNAL 
 
Founder and  
Editor-in-chief: 
Abuzar KHALAFOV 
Honoured Science worker, 
Academician of International  
Information Academy by UNO, Doctor of 
History professor 
 
Assistant editor-in-chief: 
Knyaz ASLAN 
Doctor of Philosophy  
(of Pedagogy),  
associate professor 
 
Executive Secretary: 
Parviz KAZIMI 
 
 
                                                               
 
Editorial board:       
Tuncel Acar, Director of the National Library of Turkey 
 
Catherine Nikonorova,doctor of philosopy, professor, vice-director of 
Russian State library    
 
Yildiz Bakashova, doctor of philology, professor, director of National 
library of Kyrgyzstan     
 
Aybaniz Aliyeva-Kangarli, Doctor of Philology, director of Scientific 
library of Azerbaijan  National Academy of sciences 
 
Khalil Ismayılov, Doctor of History, professor 
 
Bayram Allahverdiyev, Doctor of History,  professor, Chief of the 
chair of Book Study of Baku State University 
 
Karim Tahirov, Doctor of Philosophy  (on History), Chief of the 
National library of Azerbaijan   
 
Mayıl Ahmadov, Chief of the Presidential Library 
 
Latifa Mammadova, Doctor of Philosophy (on History), Chief of the 
division at Ministry of Culture of the Azerbaijan Republic 
 
Elchin Ahmadov, Doctor of Philosophy (on Pedagogy) 
 
Nadir Ismayilov, Doctor of Philosophy (on Pedagogy) 
 
Sahib Rzayev, Doctor of Philosophy  (on Philology) 
 
Ali Rustamov, Doctor of Philosophy (on Pedagogy) 
 
 
Journals have been registered in the Justice Ministry of the Azerbaijan Republic. 
Certificate 3135, 16.03.2010. 
____________________________ 
 
Address of the editorial office: Baku city, Az1148., Z.Xalilov street, 23 
Baku State University, the 2nd teaching building, floor 4, Room 410 
 
telephone: 439-03-66; (050) 365-48-41 
№1 (4), January-April, 2011 
 
© “Library study and Information”, 2011,№1(4). 
 

 
БИБЛИОТЕКОВЕДЕНИЕ  
И  
ИНФОРМАЦИЯ 
 
НАУЧНО-ТЕОРЕТИЧЕСКИЙ 
И ПРАКТИЧЕСКИЙ ЖУРНАЛ 
 
Журнал «Библиотековедение и информация» включен 
Международным Центром ISSN (Париж, Франция)  
в продолжающиеся издание международного  
реестра под номером 2219-5882 с 08.10.2010 
 
№1(4) 
 
 
 
 
 
 
 
 
 
2011 

 
“БИБЛИОТЕКОВЕДЕНИЕ И ИНФОРМАЦИЯ” 
НАУЧНО-ТЕОРЕТИЧЕСКИЙ И ПРАКТИЧЕСКИЙ ЖУРНАЛ 
 
Учредитель и  
главный редактор:             
Абузар ХАЛАФОВ 
Заслуженный деятель науки, 
Академик Международной 
Информационной  Академии при ООН, 
доктор исторических наук,  профессор 
 
Зам. главного редактора: 
Князь АСЛАН 
Доктор философии 
(по педагогическим наукам), доцент  
 
Ответственный секретарь: 
Парвиз КАЗЫМИ 
 
                                                                        
 
Редакционная  
коллегия:     
 
Тунджел Ачар, директор Национальной Библиотеки Турции 
 
Екатерина Никанорова, доктор философских наук, профеcсор 
 
Йылдыз Бакашова, доктор философских наук, профеcсор 
 
Айбениз Алиева-Кенгерли, доктор филологических наук 
 
Халил Исмаилов, доктор исторических наук,професcор 
 
Байрам Аллахвердиев, доктор исторических наук, профеcсор, 
Заведующий кафедры Библиотековедение 
 
Керим Тахиров, доктор философии (по историческим наукам) 
Директор Национальной библиотеки Азербайджана 
 
Маил Ахмедов, Директор Президентской Библиотеки 
 
Лятифа Мамедова, доктор философии (по историческим 
наукам) 
 
Эльчин Ахмедов, доктор философии (по педагогическим наукам) 
 
Надир Исмаилов, доктор философии (по педагогическим наукам) 
 
Сахиб Рзаев, доктор философии (по филологическим наукам) 
 
Али Рустамовдоктор философии (по педагогическим наукам) 
 
 
Журнал регистрирован в Министерстве Юстиции Азербайджанской Республики. 
Свидетельство № 3135,16.03.2010. 
____________________________ 
 
Адрес редакции: г. Баку, Az1148., улица З.Халилова, 23 
Бакинский Государственный Университет, учебный корпус №2, 4-ый этаж, комната № 410 
 
Телефоны связи: 439-03-66; (050) 365-48-41 
№1 (4) Январь-Апрель, 2011 
© “Библиотековедение и информация”, 2011, №1 (4). 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 

 
KİTABXANA VƏ KOMMUNİKASİYA  
 
A.A.XƏLƏFOV 
Bakı Dövlət Universiteti 
 
Məqalədə  müasir  informasiya  cəmiyyəti  şəraitində  kitabxana  və  kom-
munikasiya probleminin  araşdırılmasına səy göstərilmişdir. Həmçinin məqa-
lədə  informasiyanın  toplanıb,  saxlanıb  və  ötürülməsində  mühüm  müəssisə 
olan  kitabxanaların  kommunikasiya  vasitəsi  kimi  cəmiyyətdə  informasiya 
mübadiləsi,  biliklərin  idarə  edilməsi  prossesində  yaxından  iştirakı  təhlil 
edilmişdir. 
 
Sosial  institut  olan  kitabxanalar  mədəniyyətin  inkişafı  naminə  sosial 
proqramların  yaradıcısı  və  icraçısı  kimi  davamlı,  ictimai  infrastrukturun 
kommunikasiya  sahəsidir.  Məhz  buna  görə  də  oxuculara  xidmət  prosesində 
kommunikasiyanın  müxtəlif  formalarının  yaradılmasında  və  istifadə  edil-
məsində yaxından iştirak etməyə borcludurlar. 
Kitabxanalar  müasir  informasiya  cəmiyyətində  biliklərin  idarə  olun-
masında,  cəmiyyətlə-insan,  insanla-informasiya  arasında  qarşılıqlı  infor-
masiya  kanallarının  yaradılmasında  və  əlaqələndirilməsində,  ardıcıl  olaraq 
təkmilləşdirilməsində,  sürətlə  islahatlar  aparmaq  və  yeniləşmək  vəzifəsi  qar-
şısında  dayanmışdır.  Böyük  sürətlə  qloballaşan  dünya  “elektron  inqilab” 
erasına  qədəm  qoyur.  Bu  böyük  inqilabı  prosses  bütövlükdə  bəşər  mədəniy-
yətinin ayrılmaz tərkib hissəsi olan kitabxanalar qarşısında da mühüm vəziflər 
qoyur. Bu vəzifələrin həllində yarındığı gündən zəmanəmizə qədər, ilk Şumer 
kitabxanalarından  milli  kitabxanalara  qədər,  keçdiyi  yolda  kitabxanaları 
kommunikasiya sistemləri yaxından müşayiət etmişdir.  
Kommunikasiya  ilə  daimi  yol  yolçusu  olmuş  kitabxanalar  adətləri, 
davranışı  və  əqidələri  bir-biri  ilə  bölüşən,  insanların  ünsiyyət  vasitəsi  kimi 
istifadə  etdiyi  kommunikasiya  sistemində  vacib  hadisədir.  Əlaqəsiz, 
ünsiyyətsiz  insan  qrupları,  cəmiyyət  olmadığı  kimi,  bilavasitə  insanlara 
xidmət  edən,  insanlar  arasında  birlik  vasitəsi  olan  kitabxanalarda  kom-
munikasiyasız  yaşaya  bilməzlər.  Məhz  bu  da  kommunikasiya  prosseslərini 
öyrənməyi kitabxanaşünaslar qarşısında mühüm vəzifə kimi qoyur. 
Kommunikasiya  (communicatio)-latın  sözü  olub,  mənası  1)  ümumi 
etmək, bağlamaq, ünsiyyətdə olmaq; 2) iki və ya daha çox şəxs arasında olan 
və  qarşılıqlı  anlaşmaya  əsaslanan  ünsiyyət;  bir  şəxsin  əldə  etdiyi  məlumatı 
başqasına (başqalarına) çatdırması və s. deməkdir 
1
 
                                                 
1
 Məhərrəmli. Q. Mediada işlənən alınma sözlər. İzahlı lüğət. Bakı. 2008, 111 s. 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 

Kommunikasiya  məlumatın  insandan-insana  verilməsinə  deyilir.  İnsan 
mahiyyət etibarı ilə biri-digəri ilə ünsiyyətdə olan varlıqdır. Ünsiyyət insanın 
sosiuma  daxil  olması  və  orada  fəaliyyət  göstərməsi  üçün  mühüm  vasitədir. 
Məhz  buna  görədir  ki,  insan  həyatında  arakəsilməz  informasiya  mübadiləsi, 
yeni vərdişlər, təcrübələr əldə etmək həyati zərurətdir. Ünsiyyətin məqsəd və 
məzmunundan  asılı  olaraq  onun  vəzifələri  də  müxtəlif  ola  bilər.  Ünsiyyət 
həmişə  hərəkətdə  olan  dinamik  bir  proses  olduğundan  partnyorlar  arasında 
yeni münasibətlər formalaşa bilər. 
Son  zamanlar  elmi  ədəbiyyatda  “ünsiyyət”  termini  ilə  yanaşı  olaraq 
“Kommunikasiya”  termini  daha  çox  işlədirlir.  Bizcə,  “ünsiyyət”  termininə 
nisbətən  kommunikasiya  terminin  daha  əhatəli  və  çoxmənalı  xarakter  daşı-
dığından,  bu  terminin  kommunikasiya  kimi  işlədilməsi  daha  məqsədə 
müvafikdir. Müasir informasiya cəmiyyəti şəraitində insanların böyük sürətlə 
inkişaf  edən  müntəzəm  olaraq  yeniləşən,  dərinləşən,  yeni  keyfiyyətlər  kəsb 
edən informasiya tələbatının ödənilməsi kommunikasiyanın yeni, daha mürək-
kəb formalarının aşkarlanmasını tələb edir. 
Cəmiyyət  inkişafının  ən  erkən  dövrlərində  insanlar  biri-birilə  əlaqə 
yaratmaq,  birləşmək,  ünsiyyətdə  olmaq,  informasiya  toplamaq  məqsədi  ilə 
kommunikasiyanın  müxtəlif  vasitələrindən  istifadə  etmişlər.  Zaman  keçdikcə 
cəmiyyət  inkişaf  etdikcə,  insanların  bilik  səviyyəsi,  ətraf  mühiti  dərk  etmək 
qabiliyyəti  artdıqca,  yeni  kommunikasiya  kanalları  meydana  gəlmiş, 
kommunikasiya bəşər fikrini aktuallaşdırmaq vasitəsinə çevrilmişdir. Qarşılıq-
lı  təsir  prosesində  insanlar  birinin  o  birinə  köməyi,  ünsiyyəti,  birləşməsi 
hesabına  zənginləşir,  bəşəriyyət  tərəfindən  toplanan  təcrübə  hamının  malına 
çevrilirdi. 
Kommunikasiyanın  inkişaf  tarixini  4  mərhələyə  bölən  sosioloqlar  bu 
dövrləri  kommunikasiya  inqilabı  adlandırırlar.  1)  yazının  ixtira  edilməsi,  2) 
kitab çapının başlanması, 3) radio televiziyanın meydana gəlməsi, 4) dünyanın 
böyük  möcüzəsi  İnternetin  zühur  etməsi  kommunikasiyan  cəmiyyətin  for-
malaşması və inkişafı, insan bilik və bacarığının təkmilləşməsi sahəsində əsas 
amilə  çevrildi.  Cəmiyyətin  kommunikasiya  proseslərinə  onun  vasitələrinin 
öyrənilməsinə,  tədqiqinə  diqqət  artdı.  Kommunikasiya  inqilablarına  nəzər 
salarkən belə bir elmi fikir diqqəti cəlb edir ki, bu inqilablar arasında onların, 
birinin digərinə keçməsi prosesində də ciddi bir əlaqə vardır. Bu proseslər heç 
də  biri-birini  inkar  etmir,  varislik  prinsipi  gözlənilir.  Köhnə  məhv  edilmir, 
onun səmərəli toxumları saxlanılır, beləliklə, yeni yaranan vasitələr daha mü-
kəmməl daha müasir formada özünü göstərir. 
Kommunikasiyanın  cəmiyyətin  çox  erkən  dövrlərindən  yaranmasına 
baxmayaraq  “Kommunikasiya”  termini  elmi  ədəbiyyatda  XX  əsrin  əvvəl-
lərində  meydana  gəlmişdir.  Bu  termin  altında  informasiyanın  iansandan-in-

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 

sana  ötürülməsi,  cəmiyyətdə  qarşılıqlı  təsiri,  informasiya  mübadiləsi  kimi 
başa düşülür
2
.   
Beləliklə,  yuxarda  dediklərimizə  və  sosioloqların  qiymətli  araşdır-
malarına  və  elmi  nəticələrinə  əsaslanaraq  deyə  bilərik  ki:  Kommunikasiya 
ünsiyyətdir, informasiyanın insandan-insana ötürülməsidir. Cəmiyyətdə qarşı-
lıqlı  təsirdir,  informasiya  mübadiləsidir
3
.  Həmçinin  maddi  və  mənəvi  dün-
yanın müxtəlif obyektlərinin əlaqəsi vasitəsidir. 
Cəmiyyətin  tarixi  inkişafı  prosesində  kommunikasiyada  tədricən,  təka-
mül  yolu  ilə  inkişaf  etmiş,  onun  yeni-yeni  növləri,  kanalları,  vasitələri  mey-
dana gəlmişdir. 
Kommunikasiyanın  növləri  Kommunikasiyanın  insanlar  arasında 
ünsiyyət, əlaqə və insanların biri-birini qarşılıqlı anlama vasitəsi kimi bir çox 
növləri  vardır.  Sosioloqlar  və  kitabxanaşünaslar  kommunikasiya  proseslərini 
üç növə ayırırlar
4
. 
1.
 
Şəxsiyyətlər  arası  kommunikasiya.  Bu  növə  həmçinin  kommunika-
siyanın  xüsusi  forması  olan  qruplar,  birliklər  və  s.  Kommunikasiyalar  da 
daxildir. 
2.
 
Kütləvi  kommunikasiya. Bu kommunikasiyanın  ən çox  yayılmış və 
demək  olar  ki,  cəmiyyətin  bütün  üzvlərinin,  bütün  idarə  və  müəssisələrin, 
xüsusi  ilə  informasiya  orqanlarının  və  kitabxanaların  istifadə  etdiyi  kom-
munikasiyadır.  Cəmiyyətdə  hakim  mövqe  tutan  kütləvi  kommunikasiya 
insanlar  sosial  hisslərin  açıq  ümumiliyinə  və  ümumi  sosial  təcrübəyə  malik 
olduqları vaxt həyata keçirilir, reallaşır
5
. Cəmiyyətin informasiya təminatında 
və  insanların  informasiya  mübadiləsində  mühüm  rol  oynayan  kütləvi  infor-
masiya  vasitələri  (qəzet,  jurnal,  sənədli  kino,  radio  və  televiziyadan  ibarət 
sistem) kütləvi kommunikasiyanın klassik nümunəsidir. 
3.
 
Mədəniyyətlərarası 
kommunikasiya.  Mədəniyyətlərarası  kom-
munikasiya iki və daha çox müxtəlif mədəniyyətlərin əlaqəsi prosesində infor-
masiya  mübadiləsi  və  mədəni  sərvətlərin,  qarşılıqlı  əlaqələrin  yaranmasına 
xidmət edir. Mədəniyyətlərarası kommunikasiya insanları cəmiyyətin mənəvi 
dəyərlərinə qovuşdurur. 
Qloballaşan  dünayada  mədəniyyətlərarası  kommunikasiyanın  fəaliyyət 
sahəsi  sürətlə  genişlənməklə, daha intensiv  xarakter alır. Həmçinin mədəniy-
yətlər arası kommunikasiya ölkələr, dövlətlər və millətlər arasında beynəlxalq 
əlaqələrin  genişlənməsində,  davamlı  və  ardıcıl  xarakter  almasında  mühüm 
əhəmiyyət  kəsb  edir.  Mədəniyyətlərarası  kommunikasiya  mədəniyyətlərin 
zənginləşməsinə  səbəb  olmaqla,  xalqlar  arasında  dostluq  və  qardaşlıq  əlaqə-
                                                 
2
 Kokonovka Z.T, Akuliç M.M, Kuznecov V.N. Ümumi sosiologiya. Bakı: 2007, 318 s. 
3
 Yenə orda, 329 s. 
4
 Гениева.Е. Библиотека как центр межкультурной коммуникации. М.: 2008, с 32 
5
 Kokonovka Z.T, Akuliç M.M., Kuznecov V.N. Ümumi sosiologiya. Bakı: 2007, 318 s.
 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
10 
lərinin  möhkəmlənməsində,  ayrı-ayrı  mədəniyyətlərin  birləşərək,  zəngin-
ləşərək, ümum bəşəri mədəniyyətə qovuşmasında mühüm amilə çevrilir. 
Kitabxana 
və 
kommunikasiya 
problemlərinin 
son 
zamanlarda 
araşdırılması xüsusi ilə sosioloji eksperimentlərin ümumiləşdirilməsi bir daha 
təsdiq  etmişdir  ki,  kitabxanalar  tarixən  kommunikasiya  müəssisəsi  vasitəsi 
kimi formalaşmış, özünün keçdiyi tarixi təkamül yolunda kommunikasiyanın 
formalaşması  və  inkişafına  kömək  etməklə,  özüdə  bir  kommunikasiya 
müəssisəsi  kimi  inkişaf  etmiş,  insanların  ünsiyyət  təcrübə  bazasına,  infor-
masiya mübadiləsi mərkəzinə çevrilmişdir. Kommunikativ insanlar birliyinin 
yaradılması  vasitəsi  olmuşdur.  Kitabxanalar  bilavasitə  insanla,  onun  for-
malaşması  ilə  informasiya  təlabatının  ödənilməsi  sahəsində  fəaliyyət  gös-
tərdiyindən,  kommunikasiyanın  müxtəlif  növlərindən,  kommunikasiya 
vasitələrindən,  kommunikasiya  kanallarından  geniş  istifadə  etməklə  oxucuya 
xidmət prosesini təşkil etməlidir. Oxucu fenomeni müasir kitabxanaşünaslığın 
əsas  tədqiqat  obyekti  kimi,  bilavasitə  insan  amili  ilə  bağlı  olması,  insanın 
(oxucunun)  hərtərəfli  fəlsəfi,  pedaqoji,  psixoloji  nöqteyi  -  nəzərdən 
öyrənildiyi  kimi,  onun  kommunikativliyi,  informasiyanı  əldə  etmək, 
öyrənmək, biliyə çevirmək biliklərin idarə edilməsində iştirak etmək beləliklə 
mədəniyyətin inkişafına öz tövhələrini vermək prosesidə öyrənilməlidir. 
Ümumiyyətlə,  kommunikasiya  iki  və  ya  bir  necə  şəxsin  iştirak  etdiyi 
sosial  hadisə  olsa  da,  insan  orqanizmi  daxilində  də  əlaqələr  sistemi  vardır. 
İnsanlar müxtəlif olduğu kimi, onların daxili aləmləri də biri-birinə bənzəmir. 
Buradan  da  hər  bir  insana-oxucuya,  informasiya  tələbatçısına  fərdi  yanaşma 
meydana çıxır. 
Kommunikasiyanın  daxili  və  xarici  xarakter  daşımasından  asılı  ol-
mayaraq  kommunikasiya  dörd  elementdən  ibarətdir.  Ötürücü,  qəbul  edici, 
informasiya  və  ötürmə  vasitəsi
6
.  Şifahi  nitq  vaxtı  ötürücü  vasitə  hava  dal-
ğasının  növbələnən  qalxıb  enməsidir,  başqa  sözlə,  titrəyişidir.  Ötürücü  ilə 
qəbul  edici  hansısa  bir  aralıq  vasitənin  olub-olmamasından  asılı  olaraq  kom-
munikasiya  yaxud  da  bilavasitə  ola  bilər.  Birinci  halda  məlumatın  ötü-
rülməsində oxucu və kitabxanaçı  iştirak edirsə, ikinci halda  əlavə vasitə, sə-
nəd, qram yazılar, audiovirtual material, elektron vasitələr ola bilər. Beləliklə, 
birincini bilavasitə kommunikasiya, ikincini isə bilavasitə kommunikasiya ad-
landırmaq olar. 
Kommunikasiyanın  bu  dörd  elementi  icərisində  kitabxanalar  üçün 
öyrənməsi  və  faəliyyət  prosesinə  tətbiqi  ən  mühümü  informasiya  və  ötürmə 
vasitəsidir.  İnformasiya  şifahi  və  yaxud  maddiləşmiş  halda  ola  bilər.  Şifahi 
informasiya  maddiləşdikdən  sonra  sənədə,  yəni  kitaba  çevrilir.  Kitab  isə  mi-
nilliklər  boyu  bəşəriyyətə  sədaqətlə  xidmət  edən,  cəmiyyətin  yaratdığı  bütün 
                                                 
6
 Шира Д. Х.. Введение в библиотековедение. М.: 1983, с. 70 

Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin