VƏ İnformasiYA


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə7/17
tarix21.04.2017
ölçüsü5,05 Kb.
#14977
1   2   3   4   5   6   7   8   9   10   ...   17

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
50 
dudlaşdırmaq və ya qadağan etmək, texniki vasitələrin dezarqanizə edilməsi, 
telekommunikasiya  vasitələrin  sıradan  çıxarılması  vasitəsi  ilə  cəmiyyətin  və 
dövlətin həyat fəaliyyətinin pozulmasıdır”. 
Digər  bir  mütəxəssis  İ.A.Vasilenka  informasiya  silahına  aşağıdakıları 
aid edir. Kompyuter virusları, məntiqi bombalar (proqramlaşdırılmış əlavələr). 
İnformasiya mübadiləsini dağıdan vasitələr, informasiyanın falsifikasiya edil-
məsi  vasitələri,  mətni  materialların  yox  edilməsi  vasitələri,  məqsədli  şəkildə 
proqram  təminatına  və  dövriyəyə  buraxılmış  müxtəlif  növ  yanlışlıqlar.  Təd-
qiqatçılar  hesab  edirlər  ki,  bir  xalqın  həyat  tərzinin  intensiv  təbliği  özü  də 
güclü informasiya silahı ola bilər. İnformasiya silahının nüvə silahından daha 
güclü olması onun ünvanlı təsiretmə imkanı ilə izah olunur.   
SSRİ-nin dağılması ilə bir sıra  yeni informasiya müəssisələri  yaradıldı. 
Xüsusilə də Rusiya Federasiyası Prezidenti  yanında Dövlət rabitəsi və infor-
masiya  agentliyi  təşkil  olundu  ki,  №4524-1  nömrəli  19.02.1993-cü  il  tarixli 
Rusiya  federal  qanununa  əsasən  bu  agentliyə  rabitə-informasiya  qoşunları 
yaratmaq və ölkədən xaricdə fəaliyyət  göstərmək icazəsi verildi. 01.12.1995-
ci ildə 191 №-li Rusiya federal qanununa görə obyektiv informasiya mövzusu 
qanuniləşdi və dövlətin  KİV-lərə bu tip informasiyanın yayılmasında və müs-
təqil olmasını təmin etmək üçün dövlət dəstəyi müəyyənləşdi. 
İnformasiya  təhlükəsizliyini  təmin  etmək  üçün  hələ  çox  qədim 
zamanlardan  kriptoqrafiyadan  geniş  istifadə  olunmuşdu.  Görkəmli  Fransız 
filosofu  R.  Bekon  (1214-1294)  7  kriptoqrafik  yazı  sistemlərinə  bələd  ol-
muşdu.  Roma  kilsəsi  də  kriptoqrafik  yazıdan  istifadə  edən  din  xadimlərini 
cəzalandırırdı. 
70-ci  illərdə  informasiya  cəmiyyəti  gündəmə  gəlməsi  ilə  yanaşı 
informasiya təhlükəsizliyi problemi də yenidən aktuallaşdı.  
90-cı  illərdə  Avropa  ölkələrinin  böyük  əksəriyyətinin  qəbul  etdiyi 
təhlükəsizlik konsepsiyası aşağıdakı 8 kriteriyanı özündə ifadə edirdi.  
1. İnformasiya təhlükəsizliyi. 
2. Sistemin təhlükəsizliyi. 
3. Məhsulların təhlükəsizliyi. 
4. Təhlükəsizliyə hədələr. 
5. Təhlükəsizlik funksiyaları dəsti. 
6. Təmin olunmuş təhlükəsizlik. 
7. Ümumi təhlükəsizliyin qiymətləndirilməsi. 
8. Təhlükəsizliyin sinfi. 
Avropa  informasiya  təhlükəsizliyi  konsepsiyası  hal-hazırda  altı  əsas 
elementi özündə ifadə edir. 
1.İnformasiyanın məxfiliyi. 
2.İnformasiyanın tamlığı. 
3.İnformasiyanın anlaşıqlı olması. 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
51 
4.İnformasiyanın məqsədlərinin müəyyənliyi. 
5.Təhlükəsizlik funksiyalarının spesifikası. 
6.Təhlükəsizlik mexanizmlərinin təsviri. 
Belarus alimləri V.Y.Asanoviç və Q.Q.Manşin “İnformasiya təsirlərinin 
analizi və proqnozu” adlı tədqiqatlarında dezinformasiyanın informasiya mo-
delini işləyib hazırlayıblar. Diqqəti cəlb edən bu araşdırma ayrıca bir təhlinin 
obyekti ola bilər.  
Sosial  informasiya  qrupundan  siyasi,  ideoloji  və  dini  informasiyanın 
ayrıca üzərində dayanmaq faydalı olar. Bu istiqamətdə təbliğat və əks təbliğat, 
reklam və antireklam, kütləvi informasiya vasitələrinin informativ – psixoloji 
təsir  texnologiyalarının  geniş  tətbiqi  bu  tip  informasiyanın  aktuallığını  ifadə 
edir. Yaradılan informasiya küyü fonunda mötəbər informasiya, sənədli infor-
masiya və informasiyanın qiymətləndirilməsi ehtiyacı qarşıya çıxır. 
Təsadüfi deyil ki, son on ildə Respublikaya daxil olunan və çap olunan 
dini ədəbiyyat “Dini işlər üzrə dövlət komitəsinin” nəzarəti vasitəsi ilə həyata 
keçirilir.  Kitabxana  fondlarının  komplektləşdirilməsində,  eləcədə  kitabxana 
quruculuğu siyasətində kitab fondunun milli idelogiyaya uyğun formalaşması, 
Dövlət  maraqları  və informasiya təhlükəsizliyinin təmin olunması məsələləri 
məqsədəuyğun şəkildə həyata keçirilir.     
“Sənəd informasiya daşıyıcıları” haqqında dos. Ə. M. Rüstəmov və dos. 
M.Ə.Məmmədov  öz  tədqiqatlarında  geniş  və  əhatəli  mənzərə  yaratmışlar. 
Yalnız onu qeyd etməliyik ki, informasiya daşıyıcıları tarixi prosesdə vaxtaşırı 
transformasiyaya  məruz  qalmışdı.  Daş  kitabələr,  gil  kitabələr,  palma  yar-
pağında yazılar, papirus və perqament yazıları, sümük üzərində, metal vərəqə-
lərdə olan  yazılar və  nəhayət  kağız üzərində  yazılı informasiya son  otuz ildə 
də surətli dəyişməkdədir. Hələlik ənənəvi kitab formatından daha mötəbər və 
tarixin sınağından çıxmış informasiya daşıyıcısı müəyyənləşməyib. Dövriyəyə 
buraxılan  müasir  informasiya  daşıyıcıları  (Disketlər,  SD,  DVD  və  digərləri) 
texniki  və  texnologi  təsirlərə  məruz  qalaraq  informasiyanı  asanlıqla  itirir. 
Eləcə də kamil və uzun ömürlü deyildilər. Odur ki, hələlik insan cəmiyyətinin 
informasiya  irsini  mühafizə  edən  ən  mötəbər  müəssisə  kitabxanalar,  ən 
etibarlı məlumat daşıyıcısı ənənəvi kitablardır.  
 
ƏDƏBİYYAT 
 
1.
 
Xələfov A.A. Kitabxanaşünaslığa giriş. Bakı: 2001, 398 s.  
2.
 
Афанасьев В.Г. Социальная информация. М.: 1994, 148 с. 
3.
 
Панарин Игор. Технология информационной войны. 
МКСП+. 2003, 320 с.  
4.
 
Юзвишин И.И.. Основа информациологии. М.: Высшая 
школа. 2000, 517. с.  

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
52 
5.
 
Болотова А.К. Социальные коммуникации. М.: Гардарики. 
2008,  279 с.  
6.
 
Филин С.А.. Информационная безопасность. М.:Алфа-пресс. 
2006, 412. с.  
7.
 
Информационная безопасность России. М.:Экзамен. 2003, 
560 с.  
8.
 
Асанович В.Я, Маньшин Г.Г. Информационная 
безопасность. Минск: Амалфея. 2006, 204 с.  
               9.  Партика  Т.Л.,  Попов  И.И..  Информационная  безопасность. 
М.: Инфра-м. – 2007, 368 с.  
10. Ярочкин В.И.. Информационная безопасность. 
М.: Академический проект, 2006, 544 с.  
11. Основы информационной безопасности. М.: Горячая линия  
телеком 2006, 544 с.  
12. Гринберг Т.Э.. Политические технологии (PR реклама) 
М.Аспект Пресс, 2005, 317 с.  
13. Ольшанский Д. Политический РR. СП5. Питер. 2003, 544 
с.  
14. Əliyev T.. İnformasiyanın iqtisadiyyatı. Bakı, Elm, 2008, 200 s. 
15. Rüstəmov Ə. M., Məmmədov M. Ə. Sənəd informasiya 
daşıyıcıları. Bakı: Yninprint, 2010, 284 s.  
16.  Василенко  И.А.  Геополитика  современного  мира.  М.: 
Юрайт, 
2010, Б395 с. 
   17.  Информатика  /под  ред.  Г.В.Алехиной.  –  М.:  Маркет  ДС, 
2010, 736 с.  
  18. Xələfov A.A., Qurbanov A.. Kitabxanaların kompyuterləşdirilmə-
sinin əsasları. Bakı: 2007   
 
THE CLASSIFICATION OF INFORMATION 
 
P.F.KAZIMI 
 
SUMMARY 
 
 
The  article  investgates  the  classification  of  information  in  different 
directions. 
Historical 
and 
modern 
understanding 
of 
information 
acknowledges the importance of libraries. 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
53 
КЛАCСИФИКАЦИЯ ИНФОРМАЦИИ 
 
П.Ф.КЯЗЫМИ 
 
РЕЗЮМЕ 
 
Данная  статья  рассматривает  классификацию  информации  в 
разных  направлениях.  Исторически  сложившиеся  и  современные 
понятия    информации  подтверждает  важность  библиотек  в  сборе 
информации, сохранения информации и использовании  информации.  
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
54 
EPRİNTS ƏSASINDA ELEKTRON KİTABXANALARIN 
YARADILMASI  
 
A.İ.QURBANOV 
Bakı Dövlət Universiteti 
 
Məqalədə  əksər  inkişaf  etmiş  ölkələrdə  elektron  kitabxanalarının  yara-
dılması təcrübəsində geniş istifadə olunan “EPrints” sisteminin əsas xüsusiy-
yətləri  təhlil  edilir.  Həmçinin  çoxdilli    elektron  kitabxananın  yaradılması  və 
kitabxananın təyainatına uyğunlaşma metodikası şərh olunur. 
 
Elmi–mədəni  informasiyanın  operativ  mübadiləsi  elmi-texniki 
tərəqqiyə  xidmət  edir  və  yeni  elmi  naliyyətlərin  əldə  olunmasında,  elmi 
nəticələrin  istehsalata,  iqtisadiyyata  və  sosial  həyata  tətbiqi  üçün  mühüm  rol 
oynayır. Elmi–mədəni  informasiyanın yayılma və qorunma vasitələri cəmiy-
yətin  inkişif  səviyyəsinə  uyğun  təkamül  yolu  keçmişdir.  Svilizasiyanın 
əvvəlki dövrlərində  informasiyalar, o cümlədən elmi–mədəni informasiyalar 
əsasən  ticarət  və  müharibələr  vasitəsilə  yayılırdı.  Monqolların,  ərəblərin  və 
türklərin  hərbi  yürüşləri  sayəsində  bir  sıra  elmi  kəşflər
1
  Avropaya,  sonradan 
isə  oradan digər qitələrə yayılmışdır. Yer gəlmişkən qeyd etmək lazımdır ki, 
böyük  ticarət  yolları  vasitəsilə  təkcə  ticarət  məhsulları  deyil,  elmi-mədəni 
informasiyalar daşınmışdır. Məhz onun sayəsində toxuculuq, şüşə, barıt, ipək 
və s. istehsal texnologiyaları, qədim Yunan və Roma mədəniyyəti, türk, ərəb, 
cin, fars, hind dilində yazılmış əsərlər dünyaya məlum olmuşdur və bu yollara 
sahib olan xalqlar elm və mədəniyyət səviyyəsinə görə digər xalqlardan üstün 
olmuşlar.   
İstehsalat  vasitələri  üzərində  xüsusi  mülkiyyətə  əsaslanan  kapitalist 
istehsal  üsulunun  meydana  gəlməsi  məhsuldar  qüvvələrin  inkişafına,  yeni-
yeni  istehsal  sahələrinin  yaranmasına  və  təsərrüfat  dövriyyəsinə  yeni 
ehtiyatların  cəlb  olunmasına,  iqtisadi  əlaqələrin  genişlənməsinə  və  elmi-
texniki tərəqqinin sürətlənməsinə səbəb oldu [1]. Elmin cəmiyyətin inkişafın-
da  mühüm  amil  olmasını  anlayan  burjuaziya  elmə,  təhsilə  əsaslı  kapital 
qoymağa,  elmi-tədqiqat  müəsissələri,  ali  məktəblər,  nəşriyyatlar  yaratmağa, 
nəşr edilən kitabların və elmi jurnalların tirajının çoxalmasına və kitab, jurnal 
yayan  müəssisələrin,  kitabxanaların  yaradılmasına  və  inkişafına  diqqət  yetir-
məyə  başladı.  Elmi-mədəni  informasiyalar  daha  sivil  yolla-  təhsil  ocaqları, 
konfrans  və  simpoziumlar,  kitabxanalar,  nəşriyyatlar,  kitab-dövrü  mətbuat 
                                                 
1
 Məsələn, bu gün istifadə etdiyimiz onluq say sitemi Avropaya ərəblərin İspaniyanı işğal 
etdikdən sonra, Əbu Muhamməd İbn Musa əl Xarəzminin (787-850) “Kitab əl cəbr və l əl-
muqabala"əsəri vasitəsilə məlum olmuşdur.
 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
55 
yayım,  informasiya  və  elmi-tədqiqat  müəsissələri    vasitəsilə  yayılmağa 
başladı.  
1990-cı  ildən  başlayaraq  Web  texnologiyanın  inkişafı  elmi-mədəni 
informasiyanın  yayılmasında  “inqilabi  çevriliş”  yaratdı.  Web  texnologiya 
rəqəmsal  elmi–mədəni  informasiya  ehtiyatlrının  İnternet  vasitəsilə  operativ 
mübadiləsini  təmin  etdi.  Yeni  xidmət  növləri  -  elektron  kitabxanlar,  sənəd 
kolleksiyaları və arxivləri, məlumatlar bazaları və bankları meydana gəldi. Bu 
xidmət  növləri  informasiyalaşmış  cəmiyyətin  baza  prinsiplərinə:  infor-
masiyanın əmtəəyə çevrilməsi, informasiya bazarının formalaşması, cəmiyyət 
üzvlərinin  peşə  və  təhsil  hazırlığının  yüksəlməsinə,  qlobal  informasiya 
mühitinin  yaranmasına  xidmət  edir.  Onlar,  sutkanın  iyirmi  dörd  saatı  müd-
dətində  fəaliyyət  göstərir  və  uzaq  məsafədən  dünyanın  istənilən  nöqtəsində 
yerləşən  qeyri-məhdud  sayda  oxuculara  eyni  zamanda  xidmət  edir.  Qeyd 
olunan  xidmətlərin  təşkili  və    fəaliyyəti  üçün  elmi-mədəni  informasiya 
ehtiyatı və xüsusi proqram təminatı vacibdir. 
EPrints  müxtəlif  tip  informasiya  resurslarına  malik    elektron 
kitabxanaların,  elmi-tədqiqqt  arxivlərinin yaradılması üçün nəzərdə tutulmuş 
proqram  təminatıdır  və  Avropa  və  Amerika  ölkələrində  geniş  tətbiq  olunur. 
Bu gün onun əsasında 200-dən çox, özündə 170 000 dən artıq sənədi saxlayan 
elektron  kitabxana  və  sənəd  arxivləri,  o  cümlədən  alman  aerokosmik  mər-
kəzinin "DLR electronic library" adlı elektron kitabxanası,  Archive of Euro-
pean Integration   (http://aei.pitt.edu/) - Avropa inteqrasiya və birləşmə prob-
lemləri  üzrə    elmi-tədqiqat  materiallarının  arxivi  yaradılmışdır.  O,  TARDis 
(Targeting  Academic  Research  for  Deposit  and  Disclosure)  [2]  layihəsi 
çərçivəsində Sautqemptonun (Böyük Britaniya) Universitetinin Elektronika və 
İnformatika Məktəbində hazırlanmışdır. 
EPrints Unix əməliyyatlar sistemi [6] platformasında, MySQL 4.1.x [7] 
məlumat bazasının idarəetmə sistemi və Apache 1.x Web-serveri [7] əsasında  
fəaliyyət    göstərir.  Proqram  sadə  və  rahat  işçi  interfeysinə  malikdir  və  açıq 
istifadə  üçün  nəzərdə  tutulmuş  sənədlərin  metaverilənlərinin  hazırlanmasını 
və məlumatlar bazasında saxlanılmasını, sənəd axtarışını, qlobal səviyyədə [3] 
informasiya  mübadiləsini  təmin  edir.  EPrints  müxtəlif  formatlı  fayllarla  işi, 
hətta  LaTex
2
  nəşriyyat  sistemi  vasitəsilə  yaradılmış  sənədlərə    baxışı    təmin 
edir.  
EPrints əasaında yaradılmış elektron kitabxananın informasiya ehtiyatı 
arxiv  şəklində  məlumatlar  bazasında  saxlanılır.  Arxiv  istifadə  üçün  nəzərdə 
tutlmuş  sənədləri  və  ya  obyektləri  və  onlar  haqqında  metaverilənləri  –  bib-
lioqrafik yazıları özündə saxlayır. Arxiv müxtəlif ölçülü, həcmli, formatlı və 
                                                 
2
 Əksər elmi jurnallar Latex nəşriyyat sistemi əsasında çap olunur. 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
56 
tipli sənədlərdən təşkil oluna bilər. Arxivin bütün sənədlərini müəyyən meta-
verilənlər üzrə  qruplaşdırmaq olar.  
Elektron  kitabxanada  sənədin  identifikasiyası  metaverilənlər  əsasında 
həyata keçirilir.  Metaverilənlər mövcud biblioqrafik təsvir qaydalarına əsasən 
yaradılır və təsvir elementlərindən - sahə və alt sahələrdən ibarətdir. Sahə və 
alt  sahələrin  sayı  və  tərkibi  sənədin  tipindən  asılı  olaraq  fərqlənir.  Sənədin 
axtarışı üçün məcburi sahələrin verilməsi zəruridir. Onlar axatrış nöqtəsi fun-
ksiyasını yerinə yetirirlər. 
EPrints  elektron  kitabxana  üçün  mükəmməl  axtarış  aparatının  yara-
dılmasını  təmin  edir.  Axtarış  arxivlərdəki  indeksləşmiş  fayllar  üzrə  bütün 
məlumatlar  bazasında  və  ya  konkret  arxivdə  aparıla  bilər.  İstifadəçilərə  iki 
növ  axtarış  üsulu  –  baza    (simple  search-ı)  və  genişləndirilmiş  (advanced 
search)  axtarış  təklif  olunur.    Baza  axtarışı  məcburi  sahələr  -  müəllif  və  ya 
redaktor,  sərlöhvə,  tarix,  nəşr  edən  və  ya  yayan  təşkilat  əsasaında  aparılır. 
Baza axatrışından fərqli olaraq  genişlənmiş axtarış bütün metaverilənlər üzrə 
-sərlöhvə, müəllif, xülasə, açar sözlər, predmet təyinedicisi, nəşrin tipi, nəşrin 
yeri, redaktoru, nəşrin statusu və nəşrin tipi üzrə, həmçinin tammətnli axtarış- 
sənədlərdəki  hər  hansı  sözlərə  görə  axtarışı  təmin  edir.  Hər  iki  üsul  ilə 
axatrışın  nəticəsi  olaraq  əlifba  sırası  üzrə  və  ya  xronoloji  qaydada  nizam-
lanmış  formada,  tapilmış  sənədlərin  metaverilənləri  və  müvafiq  fayllara 
hiperistinadlar əks olunur. İstifadəçi konkret hiperistinad vasitəsilə onun təyin 
etdiyi faylı əldə edə bilir [3-4]. 
EPrints  həmçinin  elektron  kitabxananın  informasiya  ehtiyatlarından 
naviqasiya  vasitəsilə  istifadəni  təmin  edir.  Naviqasiya  xüsusi  skriptlə  -Perl 
alqoritmik dilində yazılmış kiçik proqram modulu vasitəsilə həyata keçrilir və 
əsasən nəşr və  ya  yardılma ili  və predmet təyinedicisi üzrə aparılır. Predmet 
təyinedicisi    predmet  sahələri  arasında  məntiqi  əlaqələri  müəyyən  edir  və 
“ağacvari”  struktura  malik  ola  bilər.  Qeyd  edək  ki,  ArchiveConfig.pm  kon-
fiqurasiya faylını redaktə etməklə sistemin ümumi parametrlərinin, axtarış  və 
naviqasiya elementlərini təlabata uyğun tənzimləmək olar. 
EPrints  beynəlxalq  bir  sistemdir.    Müxtəlif  dilli  və  yazı  qrafikasına 
malik  sənədləri  və  metaverilənləri  daxil  etmək  üçün    Unicode  [5]  kod-
laşdırmasından  istifadə  olunur.  İstifadəçinin  təlabatından  asılı  olaraq  EPrints 
sistemi  çoxdilli  interfeysli  elektron  kitabxanaların  yaradılmasını  təmin  edir. 
Belə  ki.  interfeys  elementlərinin  tənzimlənməsi  xüsusi  Citations-lan-
guageid.xml,  phrases-languageid.xml  və  template-languageid.xml    kofiqu-
rasiya  faylları  vasitəsilə  həyata  keçrilir.  Konkret  dilə  uyğun  interfeys  əldə 
etmək  üçün  sadəcə  olaraq  kofiqurasiya  fayllarında  interfeys  elementlərinin 
adlarını  tərcümə etmək kifayətdir.  
  
EPrints  əsasında  yardılan  elektron  kitabxanadan    istifadə  qeydiyyat 
əsasında,  Web-interfeys  vasitəsilə  həyata  keçirilir.  Qeydiyyatdan  keçmək 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
57 
üçün  istifadəçi  Web  brauzerin  (məsələn,  İnternet  Explorer  [5],  Opera  və  s.) 
ünvan sətrinə  elektron kitabxananın Web ünvanını daxil edərək, onun saytına 
daxil olmalı, təqdim olunan Web-formada istifadəçi adını (username), parolu 
(password)  və  öz  elektron  ünvanını  (email)  daxil  etməlidir.  Bundan  sonra 
istifadəçinin elektron ünvanına   aktivləşdirmə  kodu göndərilir. İstifadəçi bu 
kodu    daxil  etdikdən  sonra  yeni  uçot  yazısı  yaradılır.  Qeydiyyatdan  sonra 
istifadəçi  növbəti  formada  özü  haqqında  məlumatları  –  adını,  soyadını,  aid 
olduğu təşkilatı və s. daxil etməlidir.  
EPrints  3  istifadəçi  qrupu  -  adi  istifadəçilər,  redaktorlar  və  adminis-
tratorlar qrupu müəyyən edir. Hər bir istifadəçi  qrupu müvafiq  hüquqlara və 
funksiyalara malik olduğu üçün, hər bir qrup üçün fərqli interfeysli səhifələr 
təklif olunur. İstifadəçinin səhifəsinə giriş, istifadəçi adı (username) və parolu 
(password)  vasitəsilə  təmin  olunur.    Administaror  daha  geniş  istifadə  hüqu-
quna malikdir. O, digər istifadəçilərdən fərqli olaraq uçot yazılarını redaktə et-
mək, metaverilənləri və sənədləri daxil etmək, arxivin statusunu müəyyən et-
mək,  arxivi  redaktə  etmək,    predmet  təyinedicisini  redaktə  etmək  və  s.  səla-
hiyyətlərə malikdir. 
Hüququ  olan  istifadəçilər  EPrints  arxivinə  yeni  metaverilənləri  – 
biblioqrafik  yazıları  daxil  edə  bilər.  Yeni  yazının  yaradılmasından  öncə  o, 
sənədin tipini (monoqrafiya, məqalə, seriyalı nəşr, qrafika və s.) müəyyən et-
məlidir.  Bundan  sonar  sənədin  tipinə  uyğun  metaverilənlər  sahələri  istifa-
dəçiyə  təqdim  olunur.  Məsələn,  monoqrfik  nəşr  üçün  aşağıdakı  metaverilən 
sahələri təqdim olunur: 

 
 Kitabin (məcburi sahə) adi; 

 
 Müəlliflər/yaradanlar (məcburi sahə); 

 
 Redaktorlar (məcburi sahə); 

 
 Cild 

 
 Səhifələr diapazonu;  

 
Nəşr yeri;  

 
Nəşriyyat;  

 
Nəşr ili (məcburi sahə);;  

 
İdentifikator - unikal identikləşmə nömrəsi (The Digital Object 
Identifier); 

 
 Rəsmi url; 

 
 ISBN – beynəlxalq standart kitab nömrəsi

 
 Xülasə; 

 
 Ədəbiyyat siyahisi; 

 
 Açar sözlər; 

 
 Predmet təyinedicisi (məcburi sahə); 

 
 Əlavə məlumatlar.  

Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin