VƏ İnformasiYA


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə5/17
tarix21.04.2017
ölçüsü5,05 Kb.
#14977
1   2   3   4   5   6   7   8   9   ...   17

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
34 
Kitabxanamızın  qarşılıqlı  əməkdaşlıq  etdiyi  ölkələrin  coğrafiyası  çox 
müxtəlifdir. Buraya həm yaxın xarici ölkələrin – MDB-yə daxil olan ölkələrin 
milli  kitabxanaları:  Rusiya,  Belorus,  Ukrayna,  Qazaxıstan,  Özbəkistan, 
Qırğızıstan,  Tacikistanın  milli  kitabxanaları,  həm  yaxın  qonşu  ölkələrin  - 
Gürcüstanın,  İranın,  Pakistanın  və  qardaş  Türkiyənin  milli  kitabxanaları, 
Avropa  qitəsinin  aparıcı  ölkələri  olan  Avstriyanın,  Fransanın,  Slovakiyanın, 
İsveçrənin,  Latviyanın,  Estoniyanın  milli  kitabxanaları,  şərq  və  ərəb 
ölkələrindən  Suriya  Ərəb  Respublikasının,  İordaniyanın  və  Misir  Ərəb 
Respublikasının  milli  kitabxanaları,  Amerika  Birləşmiş  Ştatlarının  Konqress 
Kitabxanası  daxildir.  Kitabxanamız  həmin  kitabxanalarla  çox  geniş  spektrli 
məsələlər  üzrə  əməkdaşlıq  edir  ki,  bu  da  məlumat  bazalarının  qarşılıqlı 
mübadiləsindən  tutmuş,  informasiya  və  biblioqrafik  yazı  mübadiləsinədək, 
ikitərəfli kitab mübadiləsindən tutmuş, mütəxəssislərin təcrübə mübadiləsinə-
dək çox geniş məsələlər üzrə birgə əməkdaşlığı həyata keçirir. 
Kitabxanamızın  beynəlxalq  əlaqələrinin  möhkəmlənməsinə  müsbət 
təsir edən  amillərdən biri də birgə beynəlxalq tədbirlərin keçirilməsidir. Son 
illər  ərzində  Azərbaycan  daha  çox  beynəlxalq  tədbirlərin  keçirildiyi,  ölkə 
başçılarının, dünya alimlərinin, mədəniyyət və incəsənət xadimlərinin tez-tez 
görüşdüyü və toplaşdığı bir məkana çevrilmişdir. Ölkəmizin Prezidenti cənab 
İlham Əliyev tərəfindən həyata keçirilən bu uğurlu siyasət Azərbaycanımızın 
dünya çapında öz sözü, öz yeri olan aparıcı bir ölkəyə çevrilməsində əhəmiy-
yətli rol oynamışdır. 
Azərbaycan  Respublikasının  Mədəniyyət  və  Turizm  Nazirliyi  tərəfin-
dən  dünya    xalqlarının  mədəniyyətlərinin  dialoqu  və  qarşılıqlı  zənginləşməsi 
istiqamətində  atılan  addımlar,  keçirilən  beynəlxalq  konfranslar  və  festivallar, 
beynəlxalq  sərgilər  və  müsabiqələr,  bu  və  ya  digər  ölkələrin  mədəniyyət 
günləri və s. tədbirlər xüsusilə örnək olmuşdur. 
Nazirliyimizin  beynəlxalq  miqyasda  apardığı  uğurlu  mədəniyyət 
siyasətini  davam  etdirən  Azərbaycan  Milli  Kitabxanası  ölkəmizin  kitab-
xanaçılıq tarixində ilk dəfə olaraq 2008-ci ildə özünün yaranmasının 85-illik 
yubileyinin  keçirilməsi  çərçivəsində  “İnformasiyalı  cəmiyyətdə  milli  kitab-
xanaların  inkişafı  perspektivləri”  mövzusunda  beynəlxalq  konfrans  keçir-
mişdir.  Dünyanın  18  ölkəsindən  gəlmiş  milli  kitabxana  direktorlarının  və  3 
beynəlxalq professional kitabxana təşkilatının rəhbərlərinin iştirakilə baş tutan 
bu  tədbirdə  30-dan  artıq  xarici  qonaqlar  iştirak  etmiş  və  müzakirələrdə 
yaxından iştirak etmişlər. 
Kitabxanamızın  85-illik  yubileyi  tədbirləri  də  müəyyən  mənada 
beynəlxalq  miqyasli  bir  neçə  tədbirlə  müşayiət  olunmuşdur.  Belə  ki,  yubiley 
tədbirləri  çərçivəsində  Azərbaycan  Milli  Kitabxanasının  da  beş  təsisçisindən 
biri  olduğu  Avrasiya  Kitabxanalar  Assambleyası  (BAE)  beynəlxalq  təş-
kilatının X illik toplantısı Bakıda keçirilmişdir. Belarus Milli Kitabxanasının 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
35 
direktoru  Roman  Motulskinin  sədrliyi  ilə  keçən  bu  tədbirdə  11  yaxın  xarici 
ölkələrin milli kitabxanalarının rəhbərləri iştirak etmiş və Avrasiya məkanına 
daxil  olan  ölkələrin  milli  kitabxanalarının  vahid  elektron-məlumat  bazasının 
yaradılması məsələləri müzakirə olunmuşdur. 
Yubiley  günlərində,  eyni  zamanda  bir  il  öncə  Ankara  şəhərində 
yaradılmış Türkdilli Ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının ikinci 
iclası da Bakıda keçirilmişdir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, 
Qırğızıstan, Tacikistan, Türkmənistan, Quzey Qıprıs Türk Cümhuriyyəti kimi 
ölkələrin milli  kitabxana direktorlarının daxil olduğu bu təşkilat  Uluslararası 
Türk  Kültürü  Təşkilatı  olan  TÜRKSOY-un  egidası  altında  yaradılmışdır  və 
əsas məqsədi türkdilli ölkələrin milli kitabxanalarını bir araya gətirərək ortaq 
mədəniyyətimizin ən qiymətil örnəkləri olan kitab və qədim əlyazmalarından 
üzv ölkələrdə yaşayan alim və mütəxəssislərin  birlikdə istifadə edə bilmələri 
üçün imkan yaratmaqdan ibarətdir. 
Bu  məqsədə  nail  olmaq  üçün  Bakı  iclasında  Azərbaycan  Milli  Kitab-
xanasının  təşəbbüsü  və  təklifi  ilə  Türkdilli  Ölkələrin  Milli  Kitabxanalarının 
vahid elektron-məlumat bazasının yaradılması barədə bəyannamə qəbul olun-
muşdur.  Eyni  zamanda  bu  təşkilatın  vahid  veb  portalının  yaradılması    və 
burada  üzv  ölkələrin  milli  kitabxanalarının  fondlarında  mühafizə  olunan 
qiymətli əlyazmalarının elektron versiyasının yer aldığı ayrıca bölmənin yara-
dılması da qərara alınmışdır. 
2009-cu ilin iyulunda Azərbaycan Milli Kitabxanasında İSESKO-nun, 
Azərbaycan  Respublikasının  Mədəniyyət  və  Turizm  Nazirliyinin  və 
M.F.Axundov  adına  Milli  Kitabxananın  təşkilatçılığı  ilə  “Orta  əsr  Şərq  Tibb 
əlyazmalarının  vəziyyəti”  mövzusunda  beynəlxalq  konfrans-treninq  ke-
çirilmişdir.  İSESKO  kimi  nüfuzlu  beynəlxalq  təşkilatın  egidası  altında 
keçirilən  bu  beynəlxalq  konfransda  İran,  Səudiyyə  Ərəbistanı,  Misir  Ərəb 
Respublikası, Omman, Liviya Ərəb Cümhuriyyəsi, Qətər, İordaniya və Azər-
baycandan olan mütəxəssislər iştirak edirdilər. Konfrans çərçivəsində AMEA-
nın M.Füzuli adına Əlyazmalar İnstitutunun fondundan “Orta əsr Azərbaycan 
tibb əlyazmaları” mövzusunda kitab sərgisi də təşkil olunmuşdu. 
8  Şərq  ölkəsindən  gəlmiş  professor-alim  və  mütəxəssislərin  iştirakilə 
iki gün davam edən konfrans-treninqdə orta əsr tibb əlyazmalarının vəziyyəti, 
onların  öyrənilməsi,  mühafizəsi,  konservasiyası  və  bərpası  mövzularında 
məruzələr  dinlənilmiş,  ciddi  müzakirələr  getmiş  və  müzakirələrin    yekunu 
olaraq  “Orta  əsr  Şərq  Tibb  Əlyazmalarının  vəziyyətinə  dair”  İSESKO-ya 
tövsiyələr qəbul olunmuşdur. Tədbirin sonunda müzakirə olunan məsələlərdə 
fərqlənən 12 nəfər mütəxəssisə sertifikatlar verilmişdir.  
2009-cu ilin aprelində “Bakı-İslam mədəniyyətinin paytaxtı” tədbirləri 
çərçivəsində Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli 
Kitabxanaları  Direktorlarının  ikinci  konfransı  keçirilmişdir.  Bu  beynəlxalq 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
36 
təşkilat 2007-ci ildə Tehranda İƏT-in Mədəniyyət İnstitutunun egidası altında 
İran İslam Respublikasının Milli Kitabxana və Arxiv təşkilatının təşəbbüsü ilə 
yaradılmışdır.  İƏT-ə  üzv  olan  Azərbaycanın,  İranın,  Türkiyənin,  Pakistanın, 
Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın, Əfqanıstanın, Özbəkistanın və Tür-
kmənistanın milli kitabxanalarının direktorlarının daxil olduğu  bu beynəlxalq 
təşkilatın  2-ci  Bakı  iclasında  Əfqanıstandan    başqa  bütün  ölkələrin  milli 
kitabxanalarının rəhbərləri iştirak edirdilər.  
Bakı  konfransının  ən  mühüm  nailiyyətlərindən  biri  ondan  ibarət 
olmuşdur  ki,  Bakıda  keçirilən  iclasda    həmin  təşkilatın  Əsasnaməsi  qəbul 
olundu  və  İƏT-ə  üzv  ölkələrin  Milli  Kitabxanaları  Direktorlar  Şurasının 
yaradılmasına  dair  Bakı  Bəyannaməsi  qəbul  olundu  (Yetərsay  olmadığına 
görə  bu  bəyannamə  2007-ci  ildə  Tehranda  qəbul  olunmamışdı).  Demək  olar 
ki,  həmin  beynəlxalq  kitabxana  təşkilatının  rəsmi  olaraq  yaranması  2009-cu 
ildə Bakıda baş tutmuşdur. 
 2009-cu  ildə    Bakı  şəhərinin    YUNESKO  və  İSESKO  tərəfindən 
İslam  mədəniyyətinin  paytaxtı  elan  olunması  ilə  əlaqədar  bu  tədbir 
çərçivəsində  “İslam  mədəniyyəti  kitab  səhifələrində”  adlı  möhtəşəm  kitab 
sərgisi  də  təşkil  olunmuşdu.  Bu  sərgidə  İƏT-ə    üzv  ölkələrin  Milli  Kitab-
xanaları Direktorlarının ikinci konfransında iştirak edən 9 ölkənin hər birinin 
milli  kitabxanasıının  ayrıca  ekzpozisiyası  təşkil  olunmuşdu.  Onlar  öz 
kitabxanalarının  fondlarından  seçdikləri  qiymətli  kitabları  və  ölkələrinin  bu 
gününü  əks  etdirən  müasir  kitabları  bu  beynəlxalq  sərgidə  nümayiş 
etdirirdilər.  Tədbirin  sonunda  bu  ekspozisiyalarda  təqdim  olunan  müasir 
ədəbiyyat və qədim kitabların əksəriyyətinin kserosurətləri  Azərbaycan Milli 
Kitabxanasına hədiyyə olaraq verildi.  
Həmin  ilin  sentyabrında  Mədəniyyət  və  Turizm  Nazirliyinin 
təşkilatçılığı  ilə  Bakıda  ilk  dəfə  olaraq  Beynəlxalq  Kitab  sərgi-yarmarkası 
keçirilmişdir.  Dünyanın  21  ölkəsinin  təmsil  olunduğu  bu  sərgi-yarmarkada 
Azərbaycan  Milli  Kitabxanasının  dəvətilə  9  xarici  ölkənin  milli  kitabxana 
direktorları  öz  kitabxanalarının  fondlarından  ekzpozisiyalarla  təmsil  olun-
muşlar.  Tədbirin  sonunda  həmin  kitabxanalar  gətirdikləri  kitabları  
Azərbaycan Milli Kitabxanasına hədiyyə etmişlər. 
TÜRKSOY  beynəlxalq təşkilatının qərarına əsasən hər növbəti il üçün 
türkdilli  ölkələrin  birinin  ən  görkəmli  ədəbiyyat,  mədəniyyət  və  incəsənət 
xadiminin yubileyi bütün türkdilli ölkələrdə təntənəli şəkildə qeyd olunur və 
bu mənada  2010-cu il  TÜRKSOY tərəfindən “Əhməd Zəki Validi Togan ili” 
elan olunmuşdur. Həmin ilin aprelində Azərbaycan Milli Kitabxanası daha bir 
beynəlxalq  konfransa  ev  sahibliyi  edərək  Azərbaycan  Respublikasının  Mə-
dəniyyət  və  Turizm  Nazirliyinin    və  TÜRKSOY  təşkilatının  təşəbbüsü  ilə 
görkəmli  türkoloq-alim  Əhməd  Zəki  Validi  Toğanın  anadan  olmasının  120 
illiyinə  həsr  olunmuş    beynəlxalq  elmi  konfrans    və  “Əhməd    Zəki  Validi 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
37 
Toğan  -  120”  başlığı  altında  beynəlxalq  kitab  sərgisi  keçirmişdir.  Bu 
tədbirlərdə  TÜRKSOY    beynəlxalq  təşkilatının,  Türkiyənin,  Qazaxıstanın, 
Özbəkistanın, Başqırdıstanın, Tatarıstanın, Qırğızıstanın milli kitabxanalarının 
rəhbərləri iştirak etmiş və məruzə ilə çıxış etmişlər. Bu beynəlxalq konfransın 
işində  AMEA-nın  Ziya  Bünyadov  adına  Şərqşünaslıq  İnstitutunun 
əməkdaşları yaxından iştirak etmişlər. 
Milli Kitabxanamız beynəlxalq miqyasda kitabxana işçilərinin təcrübə 
mübadiləsinə də xüsusi önəm verməkdədir. 2009-cu ilin sentyabrında təcrübə 
mübadiləsi  məqsədilə  mütəxəssislərimiz  İsveçrə  Milli  Kitabxanasında 
olmuşlar,  2010-cu  ilin    iyununda  milli  kitabxanamızın  əməkdaşları  təcrübə 
mübadiləsi  məqsədilə  Estoniyaya  səfər  etmişlər  və  bu  səfər  çərçivəsində 
Estoniya  Milli  Kitabxanası  ilə  Azərbaycan  Milli  Kitabxanası  arasında 
qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanmışdır. 
2010-cu    ilin  iyunun  sonunda  kitabxanamızın  nümayəndələri  ABŞ-ın 
Vaşinqton  şəhərində  Dünya  Diqital  Kitabxanasının  (DDK)  təqdimat 
mərasimində  iştirak  etmiş  və  indi    Azərbaycan  Milli  Kitabxanası  DDK-nın 
tamhüquqlu  üzvüdür.  Həmin  tədbir  çərçivəsində  Amerika  Kitabxanaçılar 
Assambleyasının illik toplantısında da iştirak etmiş və  “Yeni texnologiyalar 
kitabxanalarda” mövzusunda geniş sərginin ekspozisiyası  ilə tanış olmuşlar .  
Kitabxanamızın  rəhbərliyi  2010-cu  il  sentyabrın  26-dan  28-dək 
Birləşmiş  Krallığın  London  şəhərində  Avropa  Milli  Kitabxanaları  Konfransı 
təşkilatının  (CENL)  24-cü  iclasında  iştirak  etmişdir.  Burada  Avropa  Diqital 
Kitabxanasının  (“Evropiana”)  yaradılması  layihəsi  elan  olunmuşdur  və 
Azərbaycan  Milli  Kitabxanasının  elektron  məlumat  bazası  da  “Evropiana”ya 
daxil  edilmlşdir.  CENL-in  24-cü  London  iclasında  2013-cü  ildə  həmin 
təşkilatın 27-ci iclasının Bakıda keçirilməsi barədə qərar qəbul olunmuşdur. 
 CENL-in  27-ci  iclasının  2013-cü  ildə  Azərbaycan  Milli  Kitab-
xanasının  yaradılmasının  90  illik  yubileyi  tədbirləri  çərçivəsində  Bakıda 
keçirilməsi  barədə  təklif  həmin  təşkilatın  ötən  il  Madriddə  keçirilən  23-cü 
iclasında  Mədəniyyət  və  Turizm  Naziri  cənab  Əbülfəs  Qarayevin  təşəbbüsü 
ilə  irəli  sürülmüşdür  və  bu  ilin  yanvarında  CENL  İcraiyyə  Komitəsinin  bu 
barədə  çıxardığı  ilkin  qərarı  Londonda  CENL-in  ümumi  iclasında  təsdiq 
olunmuşdur.  Beləliklə,  2013-cü  ilin  sentyabrında  Avropanın  44  ölkəsinin  49 
milli kitabxanasının direktorları Bakıda toplaşacaqlar. 
Bu  ilin  oktyabrında    biz  İqtisadi  Əməkdaşlıq  Təşkilatına  (İƏT)  üzv 
ölkələrin  Milli  Kitabxanaları  Direktorlar  Şurasının  Türkiyənin  Ankara 
şəhərində  keçirilən  üçüncü    konfransında  iştirak  etmişik.  Bu  iclasda  üzv 
ölkələrin milli kitabxanalarının toplu kataloqunun və vahid portalının və toplu 
elektron  kataloqunun  yaradılması  məsələləri  müzakirə  olunmuşdur.  Burada 
Azərbaycan Milli Kitabxanasının mütəxəssisləri tərəfindən hazırlanmış “İƏT-
ə üzv ölkələrin Milli Kitabxanaları şurası təşkilatının vahid portalının və toplu 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
38 
elektron  kataloqunun  layihəsi”  müzakirə  olunaraq  yekdilliklə  qəbul 
olunmuşdur. Ankara iclasında bu təşıilatın növbəti 4-cü toplantısının 2012-ci 
ildə Tacikistanın Düşənbə şəhərində keçirilməsi qərara alınmışdır. 
Azərbaycan  Milli  Kitabxanasının  beynəlxalq  əlaqələrinin  geniş-
lənməsində mühüm əhəmiyyət kəsb edən amillərdən biri də dünya ölkələrinin 
milli  kitabxanaları  ilə  beynəlxalq  kitab  mübadiləsinin  təşkilindən  ibarətdir. 
Birləşmiş  Millətlər  Təşkilatının  və  YUNESKO-nun  1959-cu  ildə  qəbul 
etdikləri  qərarla  rəsmləşdirilən  kitabxanalar  arasında  beynəlxalq  kitab  müba-
diləsi  dünyanın  iri  kitabxanalarının  xarici  ədəbiyyat  fondlarının  formalaş-
masında  mühüm  rol  oynayır  və  kitabı-kitaba  dəyişmək  yolu  ilə  həyata 
keçirilir. Bu gün Azərbaycan Milli Kitabxana 60-dan artıq ölkənin milli kitab-
xanaları  ilə  xarici  ədəbiyyat  mübadiləsini  həyata  keçirir  və  beynəlxalq  kitab 
mübadiləsi  yolu  ilə  alınan  və  göndərilən  kitabların  sayı  ildən-ilə  xeyli 
artmışdır.  Belə  ki,  əgər  2007-ci  ildə  Milli  Kitabxana  il  ərzində  beynəlxalq 
kitab mübadiləsi yolu ilə cəmi 459 nüsxə kitab almışdırsa və bu yolla həmin il 
ərzində  cəmi  248  kitab  göndərmişdisə,  artıq  2009-cu  ildə  xarici  ölkə 
kitabxanalarından  906  nüsxə  kitab  almış  və  onlara  4800  nüsxə  kitab 
göndərmişdir. Bu isə ildən-ilə sayı daha da artan oxucularımızın sorğularının 
dolğun  şəkildə  ödənilməsinə  əhəmiyyətli  təsir  göstərmiş,  digər  tərəfdən 
Azərbaycan haqqında həqiqətlərin dünya çapında daha geniş yayılmasına təsir 
göstərmişdir. 
Milli  Kitabxanamız  Azərbaycan  həqiqətlərinin  dünya  miqyasında 
təbliğində də mühüm rol oynayır. Azərbaycan haqqında, Qarabağ məsələsinə 
dair  kitabların  dünya  kitabxanalarına,  o  cümlədəm  milli  kitabxanalara  gön-
dərilməsi  də  bizim  ən  vacib  vəzifələrimizdən  biridir.  Son  illər  ərzində 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev haqqında və onun 
uğurlu daxili və xarici siyasəti haqqında ətraflı məlumat verən Moskvada rus 
və  ingilis  dillərində  çap  olunmuş  “Илхам  Алиев:  Открытый  мир”  kitabı, 
Azərbaycan  Milli  Ensiklopediyasının  ölkəmizə  həsr  olunmuş  xüsusi  cildi, 
Xocalı  faciəsindən  bəhs  edən  ingilis  dilində  çap  olunmuş  “Xodjalıy”  kitabı, 
“Qarabağ.  Tarixi,  coğrafiyası  və  bu  günü”  kitabı,  Azərbaycan,  rus  və  ingilis 
dillərində  nəfis  şəkildə  çap  olunmuş  “Azərbaycan  Dövlət  İncəsənət  Muzeyi” 
kitabı, “Историческая Энциклопедия  Кавказа” kitabı  və s. bir neçə kitab-
lar  təmənnasız  olaraq  bütün  dünyanın  milli  kitabxanalarına  tərəfimizdən 
göndərilmişdir. Bu iş bu gün də uğurla davam etdirilməkdədir. 
Son  illərdə  Azərbaycan  Respublikasının  Mədəniyyət  və  Turizm 
Nazirliyi  tərəfindən  bir  sıra  xarici  ölkələrdə  “Azərbaycan  mədəniyyəti  gün-
ləri”nin keçirilməsi bir ənənə halını almışdır. Belə tədbirlərdə hər iki ölkələrin 
milli  kitabxanaları  arasında  qarşılıqlı  əməkdaşlığa  dair  müqavilələrin 
imzalanması və kitab sərgilərinin təşkili də ənənə halını almışdır. Artıq son iki 
il ərzində Misir Ərəb Respublikasında, İran İslam Respublikasında, İordaniya 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
39 
Haşimilər  Krallığında  və  bir  sıra  digər  ölkələrdə  mədəniyyət  günləri  çərçi-
vəsində sanballı kitab sərgiləri təşkil olunmuş və müqavilələr imzalanmışdır. 
Azərbaycan  Milli  Kitabxanası  ölkəmizin  dünyaya  açılan  daha  bir 
informasiya  pəncərəsi  olmaqla  beynəlxalq  əlaqələrini  gündən-günə  geniş-
ləndirməyə  çalışır  və  beynəlxalq  təşkilatlarda  Azərbaycanımızı  ləyaqətlə 
təmsil edən mənəviyyat xəzinəsinə çevrilmişdir. 
                                                                   
 
ƏDƏBİYYAT 
 
1.
 
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının 2008-2010-cu il 
hesabatları. 
2.
 
Tahirov K. M.F.Axundov adına Milli Kitabxananın beynəlxalq 
əlaqələri genişlənir.// “Xalq qəzeti”, 2010.3 noyabr.s.6 
3.
 
Tahirov K.  M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının 
tarixi (1923-2008-ci illər). Bakı: 2009, 218 s. 
4.
 
«Ахундовская библиотека»: из прошлого в будущее // 
Библиотекoведение, М.: 2009 № 2, стр. 117-120  
5.
 
Достояние нации – достояние мира //İRS наследие 
Международный 
6.
 
Азербайджанский журнал, М.: 2006, № 4, стр. 22-24  
7. Книжное наследие Азербайджанской Национальной Библиотеки 
им. М.Ф.Ахундова// М.: Вестник Библиотечной Ассамблеи Евразии, 
2007, № 2, стр. 51-53  
  
 
INTERNATIONAL RELATIONS OF AZERBAIJAN NATIONAL 
LIBRARY AFTER M.F.AKHUNDOV  
 
K.M.TAHIROV 
 
SUMMARY 
 
The  article  deals  with the  extension  and development  of  international 
relations,  promotion  of  book  exchange,  and  establishment  of  new  mutual 
relations  of  Azerbaijan  National  Library.  The  article  elucidates  Azerbaijan 
National Library’s participation in the activity of International Organizations 
as well.  
 
 
 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
40 
МЕЖДУНАРОДНЫЕ СВЯЗИ НАЦИОНАЛЬНОЙ БИБЛИОТЕКИ 
 им. М.Ф.АХУНДОВА 
 
К.М.ТАХИРОВ 
 
РЕЗЮМЕ 
 
В  этой  статье  говорится  о  развитии  и  расширении  междуна-
родных  связей,  развитии  книгообмена,  о  новых  взаимосвязях  Азер-
байджанской  Национальной  Библиотеки  им.  М.Ф.Ахундова,  также  об 
участии  Азербайджанской  Национальной  Библиотеки  в  работе  Меж-
дународных организаций. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
41 
KİTABXANA QANUNVERİCİLİYİ TARİXİNDƏN 
 
E.Y.ƏHMƏDOV 
Bakı Dövlət Universiteti 
            
  
Məqalədə tarixin inkişaf mərhələlərində kitabxana işinin hüquqi təmi-
natına dair qanunlar,sərəncamlar xronoloji qaydada şərh edilmişdir. 
 
Əhaliyə kitabla xidmətin təşkilinin əsaslarını müəyyən edən müddəalar 
və  kitabxanalardan  istifadə  etməyin  məcburi  ümumi  qaydaları  xüsusi  kitab-
xana  qanunlarında  öz  ifadəsini  tapır.  Kitabxana  sistemini  yaratmağın  prin-
siplərinin, kitabxanaların açılması və fəaliyyət göstərməsi qaydasının, onların 
fəaliyyətinin  və  xarakterinin,  əhaliyə  kitabxana  xidmətinin  formalarının,  ki-
tabxanaların maliyyə vəsaitinin mənbələrinin, kitabxana işinə rəhbərliyin və s. 
təsdiq olunduğu kompleks xarakterli qanunvericilik sənədləri həmin qanunla-
rın sırasına daxildir. 
Bu  qanunlar  ölkənin  kitabxanaçılıq  siyasətini  əks  etdirir.  Həmin 
qanunlar konkret sosial şəraitdə və dövlətin mədəniyyət sahəsində həll etdiyi 
vəzifələrdən  asılıdır.  Kitabxana  qanunvericiliyinin  uzun  və  son  dərəcə  ibrə-
tamiz tarixi vardır. Kitabxana qanunvericiliyi XIX əsrin II yarısında nisbətən 
geniş  istifadə  üçün  nəzərdə  tutulmuş  kütləvi  kitabxanalar  deyilən  kitab-
xanaların  inkişafı  ilə  və  onların  fəaliyyət  şərtlərini  elan  etmək  zərurəti  ilə 
əlaqədar  meydana  gəlmişdir.  Məsələn,  kitabxana  qanunları  ABŞ-da,  Yapo-
niyada,  İsveçdə  və  digər  ölkələrdə  qəbul  olunmuşdur.  Vaxt  keçdikcə  bu 
qanunlar  köhnəlmiş  və  kitabxana  sistemindəki  dəyişiklikləri,  cəmiyyətdə 
kitabxanaların  vəziyyətini  əks  etdirmək  zərurəti  üzündən  bir  sıra  ölkələrdə 
təkmilləşdirilmiş və ya yeni qanunlarla əvəz olunmuşlar. 
Kitabxana qanunvericiliyi təcrübəsi, xüsusilə də kitabxana şəbəkəsinin 
təşkili  nöqteyi-nəzərindən  diqqətə  layiqdir.  Lakin  bununla  yanaşı  həmin 
qanunlar cəmiyyətin tipik məhsuludur, törəməsidir. Kitabxana müəssisələrinin 
müxtəlif  növlərinin  pərakəndəliyini  əks  etdirən  bu  qanunlar  yalnız  kütləvi 
kitabxanalara aiddirlər və elmi və xüsusi kitabxanaların fəaliyyətini (çox kiçik 
istisna  ilə)  nizamlamır.  Kitabxanaların  sinfi  rolunu  pərdələyən  bu  qanunlar 
kitabxana  işinin  məqsədlərinin,  xarakter  və  məzmununun  üstündən  keçir  və 
yalnız  təşkilati-texniki  və  sırf  hüquqi  məsələlərlə  kifayətlənirlər.  Bir  sıra 
hallarda  kitabxana  qanunvericiliyinin  fəaliyyəti  olduqca  məhduddur.  Bu 
cəhətdən  YUNESCO  tərəfindən  1953-cü  ildə  Nigeriyada  təşkil  olunmuş 
kitabxanaçılıq  seminarında  kitabxana  qanunvericiliyinin  sosial  əhəmiyyətinə 
verilmiş beynəlxalq qiymət olduqca səviyyəlidir. Seminarın yekun sənədində 
qeyd  edilmişdir  ki,  yalnız  qanunvericilik  müvafiq  təşkilatlara  kitabxanaların 
təşkili, maliyyə vəsaiti ilə təmin edilməsi və əməli şəkildə idarə edilməsi üçün 

Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin