VƏ İnformasiYA


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə6/17
tarix21.04.2017
ölçüsü5,05 Kb.
#14977
1   2   3   4   5   6   7   8   9   ...   17

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
42 
lazımi  sərəncamlar  verə  ,  kitabxanaların  həll  etməli  olduqları  vəzifələrin 
dairəsini müəyyən edə bilər. 
Dünya  dövlətlərinin  kitabxana  qanunvericiliyi  öz  xarakterinə  və 
məzmununa  görə  cəmiyyətin  qanunvericilik  aktlarından  əsaslı  şəkildə  fərq-
lənir.  Azərbaycanda  kitabxana  qanunları  əhalini  kitabxana  kitabı  ilə  tam 
şəkildə təmin etməyin yollarını və vasitələrini, bütün tip və növdən olan kitab-
xanaların vəzifələrini, funksiyalarını və cəmiyyətin həyatında yerini müəyyən 
edir. Bu kitabxana qanunları, bütövlükdə ölkənin kitabxana sisteminin inkişa-
fının və fəaliyyətinin oxşar prinsiplərini və zəruri şərtlərini təyin edən sənəd-
lərdir.  Kitabxana  qanunları  demək  olar  ki,  bütün  ölkələrdə  qəbul  edilmişdir. 
Kitabxana qanunlarında, cəmiyyət quruculuğunda kitabxanaların sosial funk-
siyaları  və  vəzifələri  müəyyən  edilir,  kitabxanaların  yerləşdirilməsinin  vahid 
ümumdövlət  prinsipləri  və  onların  açılması  normativləri,  xalqa  kitabla  xid-
mətin  əlaqələndirilməsi  yolları, vahid  sistem kimi  kitabxana işinə  rəhbərliyin 
fərmanları irəli sürülür. 
1920-ci  il  noyabrn  3-də  RSFSR-də  “Kitabxana  işinin  mərkəz-
ləşdirilməsi”  haqqında  dekret  qəbul  edildi.  Bütün  kitabxanalar  qanun  üzrə 
hamının istifadə edə biləcəyi müəssisələr elan edildi və vahid kitabxana şəbə-
kəsində  birləşdilər.  Dekret  kitabxana  şəbəkəsinin  inkişafının  planauyğunluğu 
və  kitabxana  işinə  mərkəzləşdirilmiş  dövlət  rəhbərliyi  kimi  mühüm  və 
prinsipial müddəaları əks etdirmişdir. Tarixdə ilk dəfə olaraq kitab təchizinin 
mərkəzləşdirilmiş ümumdövlət sistemi müəyyən edildi. 
Bütün sonrakı dövrlər dekretin  əsas müddəalarının nə qədər düzgün və 
həyati olduğunu göstərdi. Cəmiyyətin inkişafının müxtəlif mərhələlərində  ki-
tabxana  işinin  təşkilinin  bəzi  formaları  (məsələn,  kənddə  qiraət  komalarının 
tədricən stasionar kitabxanalara keçməsi, əhalinin müxtəlif təbəqələrinə kitab-
la  xidmətin tənzimlənməsi, kitabxanaların  yeni  tiplərinin  meydana gəlməsi  
və s.) təsərrüfat və mədəni quruculuq vəzifələrinə uyğun olaraq öz şəklini də-
yişmişdir, lakin bu dekretin çox mühüm müddəaları bizim günümüzə qədər öz 
prinsipial əhəmiyyətini saxlamışdır.  
1929-cu  ildə  avqustun  30-da  UİK  (b)  MK  “Kitabxana  işinin  yax-
şılaşdırılması  haqqında”  qərar  qəbul  etdi.  Kitabxana  işinin  təşkili  sahəsində 
dönüş bu qərardan başlandı. Qərarda kitabxana işinin təşkili sahəsində dönüş 
bu  qərardan  başlandı.  Qərarda  kitabxana  işinin  qeyri  qənaətbəxş  qiymət-
ləndirilmiş  əhaliyə  mədəni  xidmətin  yüksəldilməsi  problemi  ortaya  qoyul-
muşdur.  Qərarda  ölkədə  kitabxanaların  mədəni  mərkəzə  çevrilməsi,  geniş 
əhali  kütləsinin  ölkədəki  quruculuq  işlərinə  cəlb  olunmasında  fəallıq 
göstərilməsi tələb edilirdi. 
1934-cü ildə SSRİ Mərkəzi  İcraiyyə Komitəsi “SSR İttifaqında kitab-
xana işi haqqında” qərar qəbul etdi. Öz əhəmiyyətinə görə bu qərar mədəniy-
yətin  inkişaf  müvəffəqiyyətlərinin  və  ölkədə  qərarlaşmış  yeni  şəraiti  nəzərə 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
43 
almaqla  kitabxana  işinin  təşkilinə  dair  mühüm  müddəaları  təsdiq  etmiş  II 
kompleks  qanunvericilik  sənədi  idi.  Bu  qərarda  kitabxanalardan  hamının 
istifadə  edə  bilməsi,  kitabxanaların  yeni  növlərinin  yaradılması  prinsipinin 
əməli  şəraitdə  həyata  keçirilməsinin  zəruriliyi  bir  daha  qeyd  edilmiş,  kitab-
xana işinə rəhbərlik edən orqanların dəqiq sistemi müəyyən edilmiş, kitabxana 
fondlarının komplektləşdirilməsinin yaxşılaşdırılması tədbirləri göstərilmişdir. 
Kitabxanaların maddi bazasının möhkəmləndirilməsinə və kadrların hazırlan-
masının yaxşılaşdırılmasına xüsusi diqqət yetirilmişdir. 
1959-cu  il  sentyabr  ayının  22-də  ölkədə  kitabxana  işinin  vəziyyəti  və 
onun daha da  yaxşılaşdırılması tədbirləri haqqında qərar qəbul etdi. SSRİ-də 
kitabxana  işinin  yeniləşməsi  bu  qərarla  başlandı.  Qərarda  tələb  olunur  ki, 
yaxın 2-3 il ərzində hər bir yaşayış məntəqəsində kitabxanalar təşkil edilməli, 
kitabxana  kitabları  hər  bir  ailənin  istifadəsinə  verilməlidir.  Etiraf  etmək 
lazımdır  ki,  həmin  illərdən  başlayaraq  ölkədə  və  respublikamızda  kitabxana 
işi yeni inkişaf mərhələsinə qədəm qoydu və sovet oxucusu dünyanın ən çox 
mütaliə  edən  və  kitabxana  ilə  müntəzəm  əlaqə  saxlayan  oxucusuna  çevrildi. 
1966-cı  ildə  SSRİ  Mədəniyyət  Nazirliyi  və  ümumittifaq  həmkarlar  ittifaqı 
mərkəzi şurası ilə birlikdə “Kütləvi kitabxanalar şəbəkəsində təşkilinin nümu-
nəvi  qaydaları”  adlı  sənəd  qəbul  etdi.  Burada  bütün  müttəfiq  respublikalarda 
kütləvi  kitabxanaların  vahid  şəbəkəsinin  qaydaları  öz  əksini  tapmışdır.  Onu 
kitabxana işinin hüquqi təminatı sahəsində postsovet məkanında qəbul edilən 
starateji əhəmiyyətli qərar hesab etmək olar. 
1974-cu  il  may  ayının  8-də  qəbul  edilmiş  “Zəhmətkeşlərin  kommunist 
tərbiyyəsində  və  elmi  -  texniki  tərəqqidə  kitabxanaların  rolunun  artırılması 
haqqında”  adlanan  bu  qərar  ölkədə  kitabxana  işinin  daha  da  inkişaf  et-
dilirlməsinə  imkan  yaratmışdır.  Qərarda  1974-1980-ci  illərdə  dövlət  kütləvi 
kitabxana  şəbəkəsinin  mərkəzləşdirilməsi  nəzərdə  tutulurdu.  1980-ci  ildə 
Azərbaycanda  kütləvi  kitabxana  şəbəkəsinin  mərkəzləşdirilməsi  başa  çat-
mışdır.  Həmin  ilin  göstəricisinə  görə  Azərbaycanda  69  mərkəzləşdirilmiş 
kitabxana sistemi (MKS) yaradılmışdır. 
1977-ci  ilin  yanvarında  Dövlət  İdarələrarası  Kitabxanaçılıq  Komis-
siyasının  2-ci  iclasında  “1976-1980-ci  illərdə  ölkədə  kitabxana  işinin  inki-
şafının  əsas  istiqamətləri”  adlı  layihə  bəyənilmişdir.  Bu  layihəni  respub-
likalarda  uğurla  genişləndirmək  məqsədilə  tədbirlər  planı  işlənib  hazır-
lanmışdır. 
1984-cü  ildə  “SSRİ-də  kitabxana  işi  haqqında  əsasnamə”  qəbul  edildi. 
Ölkə  tarixində  ilk  dəfə  təsdiq  olunan  bu  əsasnamə  bütün  tip  və  növdə  olan 
kitabxanaların  əsas  fəaliyyət  istiqamətlərini  müəyyənləşdirir.  Onların  məq-
sədini, vəzifəsini, funksiyalarını konkretləşdirirdi. 
1988-ci ildə Sov. İKP MK “İnformasiya cəmiyyəti konsepsiyasının işlə-
nib  hazırlanması  haqqında”  qərar  qəbul  etdi.  Lakin  bu  qərarda  informasiya 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
44 
cəmiyyəti məsələsinə kitabxanalardan kənarda baxılmasına cəhd göstərildi ki, 
bununda kökündən yalnış olması sonrakı dövrdə üzə çıxdı. 
 Müstəqillik  illərində  kitabxana  işinin  hüquqi  təminatı  baxımından 
Mədəniyyət haqqında qanun, Kitabxana işi haqqında qanun, Kitabxana quru-
culuğunun  Dövlət  Proqramı  Azərbaycan  kitabxanalarının  hüquqi  bazasının 
formalaşmasına əsaslı təsir göstərmişdir. Bunun  əsasında respublikada kitab-
xana işinin hüquqi bazası formalaşmışdır. Kitabxanaların fəaliyyətinin təkmil-
ləşdirilməsində  Azərbaycanda  kitabxana  işinin  hüquqi  bazası  prioritet  təşkil 
edir. 
 
 
ƏDƏBİYYAT 
 
1.
 
Kitabxana işinə dair normativ aktlar. Bakı: M.F.Axundov adına 
Milli Kitabxana. 2004. 50 s. 
2.
 
Xələfov A.A. XXI əsrin əvvələrində Azərbaycanda kitabxana işinin 
əsas inkişaf istiqamətləri:  Dərs vəsaiti. Bakı: 2006. 106 s. 
3.
 
Xələfov A.A. Kitabxanaşünaslığa giriş: Dərslik III his. I h. Bakı: 
2001. 398 s. 
 
ON THE  HISTORY OF THE LAW 
 
E.Y.AHMADOV 
 
SUMMARY 
 
 
The paper presents regulatory acts and laws on library work on 
different stages of development. 
 
ИЗ ИСТОРИИ БИБЛИОТЕЧНОГО ЗАКОНOДАТЕЛЬСТВА 
 
Е.Ю.АХМЕДОВ 
 
РЕЗЮМЕ 
 
 
В статье даны нормативных акты, указы о библиотечном деле  на  
разных этапах. 
 
 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
45 
İNFORMASİYANIN TƏSNİFATI 
 
P.F.KAZIMİ 
Bakı Dövlət Universiteti 
 
Məqalədə  informasiyanın  təsnifatı  müxtəlif  istiqamətlərdə  araşdırılır. 
Kitabxanaların  məlumatın  toplanması,  qorunması  və  istifadəyə  verilməsində 
vacib rolu həm tarixi, həm də müasir informasiya anlamında göstərilir. 
 
İnsan  cəmiyyəti  yarandığı  andan  konkret  informasiyalarla  yanaşı, 
informasiyanın ümumi xassə  və  xüsusiyyətlərini öyrənmək məqsədi ilə çox 
sayda  tədqiqatlar  aparmış  və  nəzəriyyələr  yaratmışdır.  Təsadüfi  deyil  ki, 
dünyanın  üç  böyük  dini  öz  əsas  kitablarında  bu  problemə  mühüm  yer 
vermişdi.  Quranın  ilk  nazil  olmuş  “Ələq”  surəsi  informasiyanın  əldə  etmək 
vasitəsin  olan  oxumağı,  elm  öyrənməyi  insanlar  üçün  zəruri  olduğunu  ifadə 
edir.  İncil  kitabı  informasiyanın  təzahür  formalarından  biri  olan  “kəlam” 
haqqında  Yəhyanın  müjdəsində  deyir  “Əzəldən  kəlam  mövcuddur,  kəlam 
Allahda  olub  və  kəlam  Allah  olub”  deyir.  Belə  bir  yanaşma  Tövratda  da  öz 
əksini  tapmışdır.  İ.Ş.Yuzvişin  “Основы  информациологии”  kitabında  da 
informasiya  kainatın  ümumi  qenerativ  əsasıdır,  deyərək  kainatın  və  canlı 
aləmin  yaranışının  informasiyadan  doğduğunu  iddia  edir.  Informasiyanın 
təsnifləşdirilməsi istəyi çox qədimlərdən başlanmasına baxmayaraq XX  əsrin 
60-cı  illərində  dünya  elminin  xüsusi  diqqətini  cəlb  etməyə  başladı.  İlk  dəfə 
Yaponiyada informasiyalaşdırılmış cəmiyyət modelinin müvəffəqiyyəti mütə-
xəssisləri  bu  problemə  həm  nəzəri,  həm  də  praktik  aspektlərdən  yanaşaraq 
analız  etməyə  sövq  etdi.  İnformasiya  imkanları  geniş  olan  ABŞ  60-cı  illərin 
sonu  70-ci  illərin  əvvəllərindən  başlayaraq  Yapon  informasiyaloji  sistemini 
qəbul və inkişaf etdirməyə başladı.  
İnformatikada  informasiya  təbiətdə  və  cəmiyyətdə  bizi  əhatə  edən 
obyektlər, hadisələr, onların xassələri, qarşılıqlı münasibətləri haqqında məlu-
matlar olub, onların qeyri-müəyyənliyini aradan qaldırır.  
Hər  bir  informasiya  konkret  verilənlər  əsasında  yaradılır.  Verilənlər 
material  aləmdə  baş  verən  hadisələrın  siqnal  formasında  qeydiyyatıdır. 
Verilənin  informasiya  olması  üçün  onun  məlumata  çevrilmə  metodu  məlum 
olmalıdır.  Əks  təqdirdə  verilən  informasiya  hesab  edilmir  və  istifadəçi  üçün 
heç bir əhəmiyyət kəsb etmir. Məsələn, kağız üzərində yazı verilən olmasına 
baxmayaraq,  oxumağı  bacarmayan  insan  üçün  o,  informasiya  deyil.  Bu  ba-
xımdan informasiya  verilənlərin və adekvat  metodlarının qarşılıqlı əlaqəsinin 
məhsulu  olub,  istifadəçi  tərəfindən  “başa  düşülən”,  istifadəçinin  müəyyən 
qərarların  qəbul  edilməsi,  digər  funksiya  və  hərəkətlərin  yerinə  yetrilməsi 
üçün əhəmiyyətli olan  verilənlərdir [16].  

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
46 
İnformasiya dinamik xarakterə malikdir. O, statik obyekt olmayıb, dina-
mik  olaraq  zamandan  asılı  olaraq  dəyişir  və  obyektiv  verilənlərlə  subyektiv 
metodların  qarşılıqlı  təsiri  zamanı,  başqa  sözlə,  informasiya  prosesi  zamanı 
mövcud  olur.    Belə  ki,  verilənlər  real  siqnalların  qeydiyyatı  olduğundan  öz 
təbiətinə  görə  obyektivdir,  metodlar  isə  konkret  subyekt  -  insan  tərəfindən 
hazırlanan  alqoritmə  əsaslandığına  görə  subyektivdir.  Bu  səbəbdən  eyni  bir 
verilən  istifadə  olunduğu  metodun  adekvatlığından  asılı  olaraq  konkret  anda 
müxtəlif informasiya daşıya bilər [16]. 
 İnformasiya  maddi daşıyıcılar olan fiziki obyektlərdən, sosial, psixoloji 
proseslərdən  kənarda  mövcud  ola  bilməz.  İnformasiyanın  varlığı  məhz  onun 
hərəkətindədir.    Daimi  hərəkətdə  olması  ilə  informasiya  insanların  tələbatını 
ödəməklə onların qarşılıqlı münasibətlərinin və əlaqələrinin tənzimlənməsində 
mühüm rol oynayır.  
İnformsiyanın  bir  dinamik  obyekt  kimi  digər  maddi  obyektlərdən 
fərqləndirən  xüsusiyyətləri  onun  əsas  xassələrində  ifadə  olunur.  Bu  xassələr, 
ilk  növbədə  informasiyanın  keyfiyyət  və  kəmiyyət  ölçülərini  müəyyən  edir. 
İnformsiyanın  keyfiyyət  ölçüləri  materiyanın  hərəkət  formalarından,  insan-
ların  düşüncə  tərzindən,  cəmiyyətlərin  müxtəlifliyindən  asılı  olaraq  müxtəlif 
ola bilər [16]. 
İnformasiyalar  təzahür  formalarına,  mübadilə  üsuluna,  zaman  müd-
dətində  dəyişməsinə  görə,  ötürülmə  rejiminə  və  üsuluna  görə  fərqlənir. 
İnformasiyanın  təzahür  forması  verilənə  tətbiq  olunan  çevirmə  metodu  ilə 
müəyyən  olunur.    İnformasiyaları  təyinatına  görə  elmi-texniki,  sosial,  biolji  
və s. qruplarda təsnifləşdirmək olar [16].  
Görkəmli  Rus  alimi  R.  F.  Abdeev  informasiyanı  iki  istiqamətdə- 
informasiyanın  növünə  və  informasiyanın  strukturlarına  görə  təsnifləşdirir. 
Onun fikrincə informasiyanı həm növünə və həm də strukturuna görə 3 böyük 
qrupda  qruplaşdırmaq  olar.  Belə  ki,  informasiyanı  növünə  görə  aşağıdakı 
kimi: 
1)
 
Qeyri - üzvi təbiətdə baş verən proseslərə xass fiziki informasiya
2)
 
Canlı təbiətdə baş verən və onun strukturunu müəyyən edən bioloji 
informasiya; 
3)
 
İnsan cəmiyyətində fərdlər arasında kommunikasiya prosesi zamanı 
ötürülən sosial informasiya;  
İnformasiyanı  strukturuna görə isə  aşağıdakı kimi qruplaşdırmaq olar: 
1)
 
Qeyri üzvi təbiətdə təbii meydana gələn informasiya strukturları. 
2)
 
Üzvi təbiətdə təbii meydana gələn informasiya strukturları. 
3)
 
İnsanların  məqsədyönlü  fəaliyyəti  nəticəsində  yaradılmış  süni 
informasiya  strukturları.  Bunu  ikinci  təbiət  və  ya  noosfera  da 
adlandırırlar.  
İ. Ş. Yuzvişin də informasiyanı iki formada təsnifatlaşdırır:  

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
47 
1)
 
Kainatın təbii informasiyası. Bura daxildir.  

 
Özünə münasibət və özünüifadə.  

 
 Kainatın özünüifadə informasiya qenezesi. 

 
 İnformasiya prosesləri. 

 
 İnformasiya resurları. 

 
 Personal enerqo bioloji informasiya resursları.  

 
 Enerqobioloji informasiya prosesləri. 

 
 İnformasiya hadisələri. 

 
 İnformasiya qanunları. 

 
 İnsan yaddaşındakı biliklər.  
2)
 
İnsan tərəfindən yaradılmış süni informasiya. Buraya daxildir.  

 
İnformasiyaloji  proses.  (Qeyd  edək  ki,    kitabxanalar  da  bu 
prosesdə iştrak edir). 

 
İnformasiyaloji  resurslar.  (Qeyd  edək  ki,    müxtəlif  kitabxana 
fondları da İnformasiyaloji resurslara aiddir). 

 
İnformasiyaloji  texnologiyalar.  (Qeyd  edək  ki,  kitabxana-
informasiya    texnologiyaları  informasiyaloji  texnologiyalara 
aiddir). 

 
İnformasiyaloji  eksperimentlər.  (Kitabxanalarda  da  o  cüm-
lədən) 

 
İnformasiyaloji  ideya  və  metodlar.  (Kitabxanalarda  da  o 
cümlədən) 

 
İnformasiyaloji müharibələr. (Kitabxana fondlarını əhatə edir) 

 
Dövlətin İnformasiyaloji qalxanı. (Kitabxana siyasətinin həyata 
keçirilməsi zamanı istifadə olunur) 

 
İnformasoloji enerqobioloji texnologiyalar. 

 
İnformasoloji  kompyuter  texnologiyalrı.  (Kitabxana  fəaliy-
yətində tətbiq olunur) 

 
İnformasiyaloji  texniki  vasitələr.  (Kitabxana  fəaliyyətində  tət-
biq olunur) 

 
İnformasiyaloji  hüquqi  fəaliyyət.  (Kitabxanaların  fəaliyyətini 
tənzim edir.) 

 
Kitablarda olan biliklər. 

 
Dünyanın  vahid  rəqəmsal  informasiya mühiti. (Kitabxanaların 
lokal və inteqral sistemlərə daxil olması ilə) 
Göründüyü  kimi  R.Q.Abdeyevin  ikinci  bloka  daxil  etdiyi  bütün  istiqamətlər 
kitabxana fəaliyyətinin müxtəlif istiqamətləri ilə səsləşir. Deməli kitabxanalar 
cəmiyyətin noosferini təşkil edir.   
Beləliklə,  bir  çox  alimlərin  informasiyanı  ilkin  olaraq  iki  hissəyə, 
təbii  və  süni  informasiya  kütləsinə  bölünməsini  müşayiət  edirik.  Süni  in-
formasiya kütləsini noosfer adlandıranlar çox olmuşdur. Noos - qədim Yunan 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
48 
dilində  insan  şüuru  deməkdir.  Uyğun  olaraq  noosfera  -  insan  şüuru  sferası 
kimi anlaşılır. Bu termin B.İ.Vernadskinin 1927-ci ildə Sarbon universitetində 
etdiyi mühazirədən sonra Fransız riyaziyyatçısı və filosofu Eduard Lerua tərə-
findən  elmi  dövriyəyə  daxil  edilmişdi.  Noosferin  böyük  bir  informasiya 
kütləsini sosial informasiya təşkil edir. 
İ.Panarin sosial informasiyanı xarakterizə edərək, ilkin olaraq onu ahətə 
etmə dərəcəsinə və davam etmə müddətinə görə aşağıdakı kimi təsnif edir: 
Ahətə etmə dərəcəsinə : 
1)
 
Milli; 
2)
 
Reqional; 
3)
 
Kontinental; 
4)
 
Qlobal. 
Davam etmə müddətinə görə:. 
1-
 
Qısamüddətli 
2-
 
Ortamüddətli 
3-
 
Uzunmüddətli 
İnformasiya  məzmununa    görə  -  pozitiv,  neqativ  və  neytral  ola  bilər. 
İnformasiyanın çatdırılması məqsədlərinə görə - inandırmaq, təsir etmək, əks 
reaksiyanın  ifadəsi,  kompromentasiya,  yeni  dəyərlərin  yaradılması  kimi    də 
təsnifləşdirmək  olar.  İnformasiya    KİV,  xüsusi  xidmətlər,  qeyriformal  əlaq-
ələr,  diplomatik  mənbələr,  biznes  strukturlar  vasitəsi  ilə  çatdırıla  bilər  və 
müvafiq olaraq, çatdırılması üsuluna görə təsnifatlaşdırıla bilər . 
V.T.Afanasev  “Sosial  informasiya”  kitabında  onun  tiplərini  və 
növlərini müəyyənləşdirir [2]. Sosial informasiyanın tiplərini: 
1.Keçmiş haqqında. 
2. Hazırki zaman haqqında. 
3. Gələcək haqqında, buraya isə 
 a) proqnostik b) planlı 
Sosial informasiyanın növlərini: 
1.İstiqamətinə görə; 
a) Harizontal 
b) Vertikal. 
2.Sərhədlərinə görə: 
a) daxili  
b) xarici.  
təsnifləşdirir. 
T. Əliyevin “İnformasiyanın iqtisadiyyatı” [13] əsərində müəssisənin idarə 
edilməsi  aspekində  informasiyanın  təsnifatı  verilir.  Bu  təsnifatın  9-cu  böl-
məsində faydalı, yalan və artıq informasiya kimi ümumiləşmə diqqətimizi cəlb 
edir. Təqdim olunan yalan informasiyanı 
 1. Dez informasiya. 

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 1 (4)                                                                                                    2011
 
 
 
 
 
 
 
 
 
     
 
49 
 2. Səhv informasiya. 
3.  Epizotik  informasiya  kimi  təsnif  etmək  olar.  Əgər  dezinformasiya 
məqsədyönlü  dövriyəyə  buraxılırsa,  səhv  informasiya  məlumatın  yaranması, 
ifadəsi və ötürülməsi zamanı baş verə bilən yanlışlıq, qeyri peşəkarlığın nəti-
cəsi  ola  bilər.  Epizodik  informasiya  korparativ  maraqlardan  tam  ötürülməyə 
bilər və ya müxtəlif məqsədlər daşıyır.  
Sovet  Hakimiyyəti  illərində  iki  qrup  informasiya  dəyərli  hesab  edilirdi. 
Siyasi və ideoloji informasiya və normativ texniki sənədlərin ifadə etdiyi texni 
informasiya idi. Birinci qrup dövlət və ideoloji təhlükəsizliyin təməli olduğu 
üçün daha çox dövlət qayğısına məruz qalırdı. Həmin dövrdə Avropa ölkələri 
informasiyanı  əsasən  iki  qrupa  bölürdü.  Kütləvi  və  xüsusi  informasiya  kimi 
müəyyənləşən bütöv informasiya kütləsinin birinci hissəsi tam bazar münasi-
bətlərinin ixtiyarına verilmişdi. İkinci qrup informasiya siyasi ideoloji preori-
tetləri iqtisadi preoritetlər müəyyənləşərək dövlət dəstəyinə malik idi. Bu elmi 
texniki tərəqqini  təmin  edən  xüsusi təyinatlı  informasiya  idi.  70-80-ci  illərdə 
ABŞ  və  Avropa  ölkələrinin  informasiyalaşması  prosesində  xüsusilə,  dünya 
ölkələrində isə  qismən böyük həcmdə dezinformasiya kütləsi  məqsədəuyğun 
şəkildə dövriyəyə daxil edildi.  Qərb və Şərq blokları arasında ideoloji qarşı-
durma zamanı siyasi və ideoloji dezinformasiya fonunda aparılan informasiya 
müharibəsi ilə yanaşı texnokratik informasiyanın da tərkibi qarışdırılırdı.  
Müasir dövrdə qlobal informasiya xaosunu idarə etmək məqsədi ilə çox 
sayda  beynəlxalq  və  regional  təşkilatlar  yaranmış  və  fəaliyyət  göstərmək-
dədirlər.  
İnformasiya  cəmiyyəti  şəraitində  informasiya  dəyər  yaradan  faktordur. 
Bu  baxımdan  respublikamızda  informasiyanın  iqtisadiyyatı  aspektində  təd-
qiqatlar təqdirəlayiq haldır.  
İ.İ.Yuzvişin  informasiyanın  təsnifatını  verərkən  elm  və  fəaliyyət  sahə-
lərini bütünlüklə ümumiləşdirərək qruplaşdırır və ardıcıl sadalayır. Bu zaman 
informasiyanın  nə  mahiyyətinə,  nə  də  tarixi  təcrübəyə  əhəmiyyət  vermir. 
Ondan  fərqli  olaraq  bir  qrup  digər  rus  alimləri  informasiyanın  mahiyyətinə 
vararaq abstrakt informasiya, dez informasiya, sənədli informasiya və mötəbər 
informasiya  kimi  kateqoriyalar  müəyyənləşdirirlər.  Müasir  dövrün  tələbləri 
çərçivəsində  informasiyanın  təhlükəsizıiyi  kimi  problemlər  gündəmə  çıxır. 
İnformasiya  təhlükəsizliyi  dövlət  təhlükəsizliyi,  milli  maraqlar  və  dövlət 
maraqları kimi son dərəcə vacib vəzifələrin fonunda baxılır və araşdırılır.  
T. L. Partika və  İ. İ. Popov informasiya təhlükəsizliyini üç istiqamətdə. 
1)  Şəxsiyyətin  təhlükəsizliyi;  2)  Cəmiyyətin  təhlükəsizliyi;  3)  Dövlətin 
təhlükəsizliyi  kimi  qruplaşdırır  və  hər  üç  istiqaməti  geniş  şərh  edir.  Bu 
istiqamətdə informasiya silahı anlayışına aşağıdakı kimi tərif müəyyənləşdirir. 
“İnformasiya  silahı  məhv  etmək  vasitəsidir,  informasiya  massivlərinin 
oğurlanması  və  ya  təhrif  edilməsi,  informasiyadan  istifadəni  məh-

Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin