1. Statistika



Yüklə 325,92 Kb.
səhifə1/6
tarix07.01.2024
ölçüsü325,92 Kb.
#202917
  1   2   3   4   5   6
Statistika (Mühazirələr)

1.Statistika elminin predmeti,metod və vəzifələri.Statistika müşahidəsi və statistika müşahidəsi və statistika materiallarının yekunlaşdırılması.


PLAN:

  1. Satistika elminin predmeti,metodu və vəzifələri.

  2. Statistik müşahidə və onun təşkilinin əsas formaları.

  3. Statistik müşahidənin növləri və üsulları. Xüsusi təşkil edilmiş statistik müşahidə.

  4. İlk uçot və hesabat.

  5. Yekunlaşdırma haqqında anlayış.


  1. “Statistika” termini latın sözü olan “status”-dan əmələ gəlmişdir ki, hərfi mənası hadisələrin vəziyyəti deməkdir.Bu termindən ilk dəfə alman alimi Qotfrid Axenval (1719-1772) istifadə

etmişdir.
Hazırda statistika termini 3 mənada işlədilir.Statistika dedikdə, 1-cisi, adamların xüsusi praktiki fəaliyyət sahəsi başa düşülür;

  1. cisi, nəzəri fikirlərin və metodların işlənməsi ilə məşğul olan elm sahəsi başa düşülür;

  2. cüsü, müxtəlif hesabatlarda əks etdirilən dövri mətbuatda və külliyatlarda dərc edilən statistik məlumatlar başa düşülür.

Elmin başlıca xüsusiyyəti və onu digər elmlərdən fərqləndirən özünəməxsusluğu onun predmetində ifadə olunur.Statistikanın predmetini kütləvi sosial-iqtisadi həyat hadisələri təşkil edir.O,müəyyən məkan və zaman şəraitində bu hadisələrin kəmiyyət tərəfini onların keyfiyyət məzmunundan ayrılmaz surətdə öyrənir.Cəmiyyət həyatında baş verən hadisə və prosseslər statistika tərəfindən statistik göstəricilər vasitəsilə öyrənilir.Statistik göstərici-öyrənilən hadisənin xassəsinin(xüsusiyyətinin) kəmiyyətcə qiymətləndirilib ,onların inkişaf qanunauyğunluqlarını və qarşılıqlı əlaqəsini xarakterizə edir.Statistik göstəricinin 2 əsas növü vardır:

  1. Uçot –qiymətləndirmə göstəriciləri;-öyrənilən hadisənin həcmini vəya səviyyəsini əks etdirir.Hadisələrin müəyyən məkanda və anda yayılma həcmini vəya ikişafını əks etdirir.

  2. Analitik göstəricilər- statistik informasiyanın təhlili üçün tətbiq edilir və öyrənilən hadisənin inkişaf xüsusiyyətlərini (əlamətin tipikliyini,onun ayrı ayrı hadisələrə nisbətini,zamanca inkişaf surətini və s.) xarakterizə edir.

Statistika elmi öz predmetini öyrənərkən o, statistik məcmu yaradır.Statistik məcmu dedikdə, öyrənilən hadisənin vəzifələrinə müvafiq olaraq keyfiyyətcə eyni olan vahidlər çoxluğu başa düşülür.Statistik məcmunun tərkibi sabit olur.
Statistika öz predmetini öyrənmək üçün müxtəlif metodları işləyib hazırlayır və tətbiq edir.Bu metodlar məcmusu statistik metodologiyanı təşkil edir.Statistik metodologiyanın işlənməsinin və tətbiqinin ümumi əsasını ictimai həyat hadisələrinin öyrənilməsinə dialektik yanaşma prinsipi təşkil edir.Bu prinsipin əsas tələbi hadisə və prosseslərə tam halında,qarşılıqlı əlaqə və asıllıqda,dəyişmə və inkişafda baxmaqdan ibarətdir.Statistik metoddan danışarkən ,burada aparılan tədqiqatın 3 mərhələdən ibarət olduğunu söyləmək lazımdır:

  1. Elmi surətdə təşkil olunmuş kütləvi müşahidə;

  2. Statistik materialların qruplaşdırılması və yekunlaşdırılması; 3)Təhlilin aparilması.

Beləliklə,spesifik statistik metod analiz və sintezin birləşməsinə əsaslanır. Statistikanın əsas vəzifələri aşağıdakılardır:

  1. Elmi surətdə əsaslandırılmış göstəricilər əsasında cəmiyyətdə baş verən iqtisadi və sosial prosesslərdəki dərin dəyişikliklərin hərtərəfli tədqiqi;

  2. xalq təsərrüfatının inkişaf meyllərinin ümumiləşdirilməsi və proqnozlaşdırılması;

  3. ictimai istehsalın səmərəliliyinin mövcud ehtiyyatlarının aşkar edilməsi;

  4. qanunverici hakimiyyət və eləcə də bütün dövlət və təsərrüfat quruluşlarının ,geniş ictimayyətin vaxtlı vaxtında geniş informasiya ilə təmin edilməsi.

2-Statistik müşahidə statistikanın mühim metodlarından biridir.İctimai hadisələr haqqında kütləvi məlumatların toplanması prossesinə statistik müşahidə deyilir.Statistik müşahidə planlı surətdə müntəzəm və elmi əsasda aparılmalıdır.Çünki hər hansı bir səhv sonrakı tədqiqat mərhələlərində mütləq özünü göstərir.Statistik müşahidənin başlıca vəzifəsi –ölkəmizin iqtisadi və mədəni inkişafını ,xalqımızın durmadan artan həyat səviyyəsini xarakterizə etmək üçün lazım olan statistik məlumatları toplamaqdan ibarətdir.
Statistik müşahidə hesabat və xüsusi təşkil edilmiş statistik müşahidə kimi əsas formalarinda təşkil oluna bilər.

Yüklə 325,92 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin