Milli Virtual Kitabxananın e nəşri n 01 58 (2012) Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum: Azərbaycan yazı



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7187
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   23
gələnlərin iĢinə baxacaqdı. Günortaya az qalmıĢdı. Qapı açıldı və fərraĢ Müzəffər 
sultanı ustufca arxadan itələyib saldı içəri. FərraĢın kobudluğundan elə bil içində 
nəsə qırıldı. «Böyüklərin gözündən düĢmə, düĢdünsə, nökərləri qızmıĢ cöngə kimi 
atılıb boynuna minəcək» - düĢündü. Salam verdi. ġah onun salamını almadı, qaĢ-
qabağını sallayıb oturmuĢdu. 
ġah üzərinə məxmər çəkilmiĢ, yerdən çox da hündür olmayan zərli taxtda 
oturmuĢdu. BaĢında lələkli tac, belində qızıl kəmər, qızıl qınlı qılınc vardı. 
Divanxananın divarları mavi rəngdə idi və yarpaqvari ornamentlərlə bəzədilmiĢdi. 
Divanxananın pəncərələri də ĢüĢədən kəsilmiĢ çox gözəl fiqurlarla süslənmiĢdi. 
Müzəffər üstündə cürbəcür quĢ və ağac rəsmləri toxunmuĢ, bütün otağın 
döĢəməsini örtmüĢ, yeləni dəvə yunundan olan qırmızı keçənin üstü ilə Ģaha doğru 
iki addım atıb dayandı. 
ġah onun gətirilməsindən axĢamdan xəbərdardı. Cümə axĢamı olduğundan, onu 
hüzuruna gətirtməmiĢdi; müqəddəs ruhları narahat edəcəyindən ehtiyatlanmıĢdı.  
ġah dinib-danıĢmadan qarĢısında donub qalmıĢ Piye-pəsənin hakiminə, bacısının 
ərinə baxırdı. Daha doğrusu, baxa-baxa içində götür-qoy eləyirdi: «Necə də olsa, 
doğma bacısının əridi, bəlkə günahından keçsin, bacısını gözüyaĢlı qoymasın…» 
Yox, bu sənə yaraĢmaz, Təhmasib Ģah, qətiyyən yaraĢmaz! Deməli, yadları, qanı 
qanından olmayanları günahkar olanda cəzalandır, doğmaların olanda bağıĢla?! 
Məscidlərdə, bayramlarda camaata söylədiyin ədalət, insaf, mürvət belə olurmu? 
Mizan-tərəzi belə qurulurmu? Özgələri damla, özününküləri ötür getsin. 
Doğmalarının günahı olanda əzizlərinin göz yaĢlarına bağıĢla, zaman-zaman sənə 
xidmət edib bircə kərə yolunu azanın oğul-qızının naləsinə göz yumub dar 
ağacından asdır. Belə davranmaq ədalətdəndirmi? Yox, yox, ədalətdən deyil, 
Təhmasib Ģah, heç ədalətdən deyil! Ədaləti pozsan, xalq üzdə sənə itaət edib, 
ürəyində səndən qaçacaq. Sufilər, aza qane olub, var-dövlətindən keçib haqqa 
qovuĢanlar beləmi edərdilər? - soruĢacaqlar. 
ġah nəhayət, baĢını qaldırıb: 
- Sən niyə mənə xəyanət etdin? Üstümüzə qoĢun yeridən Sultan Suleymanın 
hüzurunda nə itin azmıĢdı? - deyə bir qədər ağrıyla, qəzəb dolu səslə soruĢdu.  
Müzəffər sultan yalvarmaqdan özgə çıxıĢ yolu görmədi: 
- ġah sağ olsun, Ģeytan məni yoldan çıxartdı. Qul xətasız, ağa kərəmsiz olmaz. 
Məni balalarının baĢına çevir. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
64 
 
- Balalarımın yox, səni xalqın baĢına çevirmək lazımdır. Gərək bunu əvvəlcədən 
düĢünəydin. Mən ürəyimə daĢ bağlayıb sənə layiq olduğun cəzanı verəcəyəm. 
- Məni dustaq edəcəksənsə, Qəhqəhə qalasına göndərmə, oranın havası mənə 
düĢmür, baĢqa… 
ġah onun sözünü kəsdi: 
- Yox, arxayın ol, səni Qəhqəhə qalasına göndərməyəcəm, babam Uzun Həsən 
paĢanın məscidində, camaatın gözü qabağında yandırtdıracağam, - dedi və çaxçaxı 
vurdu. FərraĢ içəri girdi. 
- Bunu, - Müzəffər sultanı göstərdi, - aparın dəmir qəfəsə salın. Sabah Həsən paĢa 
məscidinin minarəsindən asıb yandırın. 
FərraĢ ayaq üstə ölmüĢ Müzəffər sultanın qolundan yapıĢıb birtəhər qapıdan çölə 
çıxardı. Allah ona bir gecə də möhlət vermiĢdi. 
 
* * * 
 
ġahın Müzəffər sultan üçün çıxardığı qərar çox amansız, həm də gözlənilməz idi. 
ġeyxlər, üləmalar məsləhətləĢdilər ki, necə də olsa, Müzəffər, Ģahın qohumudu, 
hökmdarın yanına gedib onun günahlarının bağıĢlanması üçün xahiĢ edək. ġah 
səbrlə onları dinləyib dedi: 
- Ağalar, elə zənn etməyin mənim ürəyim daĢdandı. Xeyr, belə deyil. Mən də ölüb-
öldürməyin nə olduğunu bilirəm. Ancaq, nə olur-olsun, Vətənə xəyanət eləyəni 
bağıĢlaya bilmərəm. Hələ bu cəza da ona azdı. Baxmayaraq onun oğlu Sultan 
Mahmud xan bir xəta sahibi deyil, amma atasını bu rəzil yoldan çəkindirmədiyinə 
görə, onu da irsi mülkündən məhrum edirəm, Piye-pəsə, vilayətini Piye-piĢənin 
hakimi Sultan Xəlilin oğlu Sultan Həsənə bağıĢlayıram! 
Bununla da Ģah son qərarını vermiĢdi. Səhəri gün Ģahın əmri ilə Müzəffər sultanı 
dəmir qəfəsə salıb Həsən paĢa məscidinin həyətinə gətirdilər. KiĢinin saç-saqqalı 
bir gecənin içində ağappaq ağarmıĢdı. Dünənə qədər hər kəsdən özünə qarĢı 
hörmət-izzət görən qürurlu bir adamın indi xalqın qabağında dəmir qəfəsdə 
oturması ora toplaĢanlarda qorxu, həyəcan, təəssüf hissi oyadırdı. Müzəffər sultan 
hələ də key kimi idi, taleyinin bu anında nə etməli olduğunu dərk eləmirdi. 
Təbrizin məhəllələrindən məscidin həyətinə axıĢıb gələn camaat Müzəffər sultana 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
65 
 
qəfəsə salınmıĢ Ģirə baxan sayaq baxırdılar. «Bu nə rüsvayçılıqdı, Ġlahi! Bu nə 
qəzavü-qədər idi baĢıma gəldi!» - Müzəffər sultan acı-acı düĢünürdü. 
Nəhayət, iĢ bilən adamlar dəmir qəfəsi qaldırıb qoĢa minarədən asdılar. Kütlənin 
içindən bir uğultu keçdi: «Ġndi yandıracaqlar! Yandıracaqlar…» 
Müzəffər sultan dəmir qəfəsin içindən donuq nəzərlərlə Təbrizin məhəlləsinə, 
baĢında buludlar oynayan Eynal-Zeynal dağına, ġah sarayına, məscidin həyətinə 
toplaĢıb onun yandırılacağı anı gözləyən adamlara baxırdı. On yeddi il bundan 
qabaq Təbrizə gəlib ġah Ġsmayılın hüzurunda olduğu anları, onun qızı XanıĢ 
bəyimlə evləndiyi o xoĢbəxt günü, camaatın dilində əzbər olan toy büsatını yana-
yana, içindən əriyə-əriyə xatırladı. Bəlkə on yeddi il bundan qabaq o toyda çalınan 
qara zurnanın havasına Təbrizin küçələrində atılıb-düĢən uĢaqlar da indi bu 
camaatın arasındaydı… 
Uzaqdan qayğısız bir yeniyetmənin oxumaq səsi gəldi: 
 
Təbrizin küçələri dolambadolan, 
Qaragilə, dolamba dolan. 
Əgər məni sevmirsən, get ayrı dolan, 
Qaragilə, get ayrı olan… 
 
Bu saf uĢaq səsi sinirlərini oxĢadı. Göz yaĢlarını güclə saxladı. Xalqın yaddaĢında 
qorxaq, zəif adam kimi qalmaq istəmədi, ona görə də papağını gözləri üstünə 
endirdi. Ona elə gəldi ki, bu səs on yeddi il qabaq ona çalınan o toy axĢamından 
gəlir. Dərindən bir ah çəkdi: «Dünənki cah-cəlalımı gör, bugünkü halıma bax, 
Ġlahi! Mən bu cəzaya layiqəmmi? Doğrudanmı, indi mənə od vuracaqlar, camaatın 
gözü qabağında diri-diri bu dəmir qəfəsin içində yandıracaqlar. -Bağırmaq istədi, 
səsi içində itib-batdı. - Bu halımdadamı Təhmasib Ģahı sevməliyəm, qulu 
olmalıyam?! Axı, ona kim haqq verib taleyimizlə istədiyi kimi rəftar eləsin? Məni 
yandırmağa onun haqqı varmı? Allahdan qorxmurmu?.. KaĢ bir qurtum su olaydı, 
içəydim… Ey Ġlahi, bir möcüzə göstər, leysan baĢlasın, ildırım çaxsın, tufan 
qopsun!»  
Yox, nə tufan qopdu, nə də ki leysan baĢladı. GünəĢ asta-asta göyün ortasına doğru 
yuvarlanırdı, ordan da yerə od yağırdı. GünəĢə baxmaq istədi, gözləri qamaĢdı. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
66 
 
«Görəsən nəvəm CəmĢid neyləyir? KaĢ son nəfəsdə onun üzündən öpəydim. 
Gözümün nuru CəmĢidim, - içindən dəhĢətli bir ağrı keçdi. - Bura toplaĢanlardan 
bircəciyi məni xilas eləmək istəyir? Eygili1 gündə küçəyə çıxa bilmirdim bunların 
əlindən. Üstümə cumub hərə bir Ģey istəyirdi… Ġnsandan da vəfasızı, xırsızı varmı 
dünyada? Dünən Ģahın istəklisiydim, hamı ətrafımda dolaĢırdı, bu gün Ģahın 
düĢməniyəm - qəfəsdəyəm, hamı məndən uzaqdadı. Ġndi bir qaĢıq su istəsəm, 
verməzlər». 
Birdən Müzəffər sultanın dili açıldı: 
- Nə baxırsınız, ay camaat? Bu gün, bu qəfəsdə mənəm, sabah da məni bura salanı 
tutub salarlar qəfəsə. Mən Allahın peyğəmbəri Ġsaqın nəslindənəm. Mənim 
intiqamımı ġah Təhmasibdən Allah özü alacaq. 
Cəlladlardan biri bağırdı: 
- Kəs səsini! Ağzına gələni çərənləmə! 
- Ey miskin gədə, sən mənim yerimə olsaydın, qorxundan indi Ģalvarını 
batırmıĢdın, bağırtından qulaq tutulardı. 
- Ġndi mən sənə od vuraram, görüm bağırmayacaqsan? 
- Ay haramzada, canı yanan bağırmazmı?! 
Hökm verildi. Dəmir qəfəsə ucu yanan bir ox atdılar. Neft tökülmüĢ qəfəs alıĢdı. 
Müzəffər sultan alovlanmıĢ qəfəsin içində çığıra-çığıra deyirdi: 
- ġahınıza deyin ki, gün gələcək meyiti ortalıqda qalacaq. Əzrail canını alanda baĢa 
düĢəcək diri-diri adamı yandırmaq nə deməkdi. 
Cəlladlar, fərraĢlar səs-səsə vermiĢdilər. 
- Səsini kəs! 
- Sus, haramzada! 
- Sənə hələ bu da azdı. 
Müzəffər sultan nifrətinin son həddi olaraq: 
- Tüpürüm sizin murdar sifətinizə - deyib bir lomba yerə, cəlladlara tərəf tüpürdü. 
Bu an Müzəffər sultanı od bürüdü. O, «Yandım, Allah!», - deyə qıĢqırdı. Onun 
fəryadı məscidin minarələrində, Ģəhərin dolanbac küçələrində əks-səda verdi. Bir 
an sonra yanmıĢ insan cəsədinin kəsif qoxusu ətrafı bürüdü. Hamı burnunu 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
67 
 
tutmuĢdu. Dəmir qəfəs elə bir kürədən çıxmıĢdı, qıpqırmızıydı. Ġçindən göyə doğru 
burula-burula bomboz bir tüstü zolağı qalxırdı. Və sanki Müzəffərin ruhu ağrıdan 
qıvrıla-qıvrıla bu tüstü burulğanının içi ilə göyə çəkilirdi. Bu zülmə Allah göydən, 
səbəbkar Təhmasib Ģah isə, sarayının pəncərəsindən baxırdı. 
 
 
XI fəsil 
 
XAN ƏHMƏD ƏHVALATI 
 
Sənə xəyanət edənə xəyanət etmə ki, sən də onun kimi olarsan. 
 
Həzrəti Məhəmməd Səlləllahu  
əleyhi və alihi vəsələm 
 
Piye-piĢənin hakimi Xan Əhməd Piye-pəsənin hakimi Əmirə Dibaca - Müzəffərə 
od vurularaq qətlə yetirilməsini eĢidəndə əti çimçəĢə də, onun ölkəsinin azyaĢlı 
oğlu Sultan Həsənə bağıĢlanmasını eĢidəndə çox Ģad oldu. Öz-özünə: «Allah 
Ģahımıza uzun ömür versin, çörək itirməyən kiĢidi», - dedi. 
ġah Təhmasibin Xan Əhmədə, onun nəslinə sonsuz rəğbəti vardı. Çünki bir vaxtlar 
müridlər balaca Ġsmayılı - onun gələcək atasını Gilana qaçırtmıĢdılar. O zaman bu 
Xan Əhmədin əmiləri Karkiyə Əli Seyid HaĢım, atası Sultan Həsən gələcəyin 
Ģahını hər cür bəladan qorumuĢdular. Hətta bir dəfə Karkiyə Əli balaca Ġsmayılı 
həsir səbətə qoyub qalın yarpaqlı bir ağacın budağından asmıĢdı. Sultan Yaqubun 
adamlarının qabağına çıxaraq «Qurana» and içmiĢdi. 
- Bu «Quran» haqqı, ġeyx Heydərin oğlu Ġsmayıl Gilan torpağında yoxdur! 
Gələnlər də onun içdiyi anda, ağsaqqal, ağzıdualı Karkiyə Əliyə inanıb çıxıb 
getmiĢdilər. 
ġah Təhmasib bu nəslin fədakarlığını heç vaxt unutmurdu. Axı, o zaman bu 
adamların heç ağıllarına da gəlməzdi ki, hər gecə bir evdə gizlətdikləri bu uĢaq bir 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
68 
 
neçə ildən sonra Təbrizdə Ģah taxtına oturacaq. Sadəcə, ona ġeyx Cüneydin nəvəsi, 
ġeyx Heydərin oğlu, bu nəslin gələcək mürĢidi kimi baxmıĢdılar. Piye-piĢənin 
hakimi Sultan Həsən rəhmətə gedəndə onun oğlu Xan Əhməd bir yaĢındaydı. ġah 
bu südəmər uĢağı Piye-piĢənin hakimi təyin etmiĢdi. Təhmasib Ģah onu həddi-
büluğa çatana kimi baĢ verə biləcək hər cür fitnə-fəsaddan qorumuĢdu. Xan 
Əhməd ərgən yaĢına çatanda Neyney adlı bir qızla evlənmiĢdi və bu izdivacdan bir 
oğlan uĢağı olmuĢdu. Xan Əhməd oğluna Sultan Cəng adını qoymuĢdu, amma ġah 
Təhmasib buna etiraz eləmiĢdi: - A kiĢi, - demiĢdi, - gəl bu uĢağa sənin rəhmətlik 
dədən Sultan Həsənin adını qoyaq. Xan Əhməd də buna etiraz eləməmiĢdi. Amma 
Xan Əhməd birləĢmiĢ Gilanın sahibi olandan sonra qudurdu. Ġnsanın da qudurmağı 
ələ düĢməz. Xan Əhməd bütün Gilan ərazisində hökmü keçən vali olmuĢdu. Artıq 
Ģah-zad tanımaq istəmirdi. ġah keçmiĢ duz-çörəyin, onun atasının, əmilərinin 
xatirəsini əziz tutub Xan Əhmədi tutduğu yoldan çəkindirmək istəyirdi. Dilli-
dilavər adamlar göndərib öyüd-nəsihət verirdi, ancaq kor tutduğunu buraxmırdı. 
Xan Əhməd Gilanın mövqeyinin möhkəmliyinə, ərazinin meĢələrlə, cəngəlliklərlə 
əhatə olunmasına arxayın olub, itaət etməkdən boyun qaçırırdı. ġah onun bu 
cahilliyinə, keçmiĢin xatirinə, yenə dözdü. Yanına elçi göndərdi və yazdığı fərmanı 
ona çatdırmasını tapĢırdı. Elçi Gilana gəlib Ģahın fərmanını Xan Əhmədə verdi. 
Xan Əhməd Ģahın fərmanını alıb səssizcə oxudu. ġah yazırdı: «Bütün bu qəbahətli 
və utanmaz hərəkətlərinə baxmayaraq, irsi mülkin olan Piye-piĢə Gilanının sənin 
ixtiyarında qalmasına icazə veririk. Piye-pəs vilayəti isə, oğulluğum CəmĢid xana 
aiddir. Sən oraya müdaxilə etmə və bir-birinizlə ata-oğul kimi rəftar ediniz». 
Sultan Əhməd istehza ilə dedi: 
- ġah nəyə görə mənim oğlum Sultan Həsənə bağıĢladığı Piye-pəsəni dəmir qəfəsə 
salıb yandırdığı Müzəffər sultanın nəvəsi CəmĢidə bağıĢlayır? 
- Bəs nə etsin, xan həzrətləri. Babasını öz günahı üzündən yandırdı, bacısı XanıĢ 
bəyimi gözüyaĢlı qoydu, indi də bu yolla onun könlünü almaq istəyir.  
- Konlünü alıb də. Ərinin ili çıxan kimi ġah Nemətulla Yəzdiyə ərə verib. 
- Bu məsələ bizlik deyildir. Sən gəl fitnə-fəsad daĢlarını ətəyindən tök. Allah 
eləməsin, amma yaddan çıxartma ki, Müzəffər sultanın baĢına gələn sənin də 
baĢına gələ bilər. 
- Hərzə-hərzə danıĢma, mən onun üçün Müzəffər sultan deyiləm. 
Elçi söz güləĢdirməyin yersiz olduğunu görüb yerindən qalxdı: 
- Məsləhət sənindi. Amma yaxĢı olar bir düĢünəsən. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
69 
 
- Məsləhətinə görə sağ ol. 
Elçi eĢiyə çıxıb atına mindi. 
 
* * * 
 
Elçinin gətirdiyi xəbər Ģahı cin atına mindirdi. 975 (1567)-ci il idi. ġah Məsum bəy 
Səfəvinin baĢçılığı ilə Gilana - Xan Əhmədin üstünə qoĢun göndərdi. Bu səfərdə 
Mustafa mirzəylə yanaĢı Allahqulu sultan Aycəkoğlu da vardı. QoĢun yetiĢib Piye-
piĢə vilayətini mühasirəyə alanda Xan Əhməd Deyləman yaylağında quzu kababı 
yeyirdi. Vilayətinin Ģah qoĢunu tərəfindən mühasirəyə alındığını eĢidəndə 
Lahicana gedib piyada və süvarilərini səfərbər elədi, dar bir dərəyə çəkilib Ģah 
qoĢununu gözlədi. Amma Ģah qoĢunu onun qüvvəsini elə ilk həmlədə pərən-pərən 
saldı. Xan Əhməd baĢılovlu ƏĢkur tərəfə qaçdı. BaĢının dəstəsi ilə meĢənin 
dərinliyinə çəkildi. Payızın ilk ayı olduğundan dağlarda, meĢələrdə gün keçirmək 
Xan Əhməd üçün elə də çətin deyildi. Amma Məsum bəy Səfəvinin tapĢırığı ilə 
Allahqulu sultan Aycəkoğlu bir dəstə qorçu ilə onu qarabaqara izləməkdəydi. Bu 
qaç-qov düz üç ay çəkdi. Və qıĢın buz nəfəsi Xan Əhmədin yaxasından girib 
kürəyində dolaĢdı. Günlər keçdikcə meĢədə yaĢamaq Xan Əhməd üçün ölümə 
bərabər oldu, amma ayrı əlacı yoxdu. Allahqulu sultanın adamları da onu 
izləməkdən usanmırdılar. Bir gecə sübhə yaxın Xan Əhməd hiss etdi ki, baĢının 
üstünü kəsdiriblər, gizləndiyi yerdən çıxıb özünü bir çalaya atdı, ancaq xilas ola 
bilmədi, qorçular onun üstünə atılıb əl-qolunu bağladılar. Onu Allahqulu sultan 
Aycəkoğlunun yanına apardılar. Allahqulu sultan da Xan Əhmədi Məsum bəy 
Səfəvinin yanına, o da əsiri ġah Təhmasibin hüzuruna göndərdi. ġah yenə onun 
əmilərinin, atasının xatirinə əlini qana batırmadı, amma onu Qəhqəhə qalasına 
saldırdı ki, baĢqalarına da dərs olsun.  
Təhmasib Ģah hər kəsin xidmətini qiymətləndirən adamdı. O, Məsum bəy Səfəvini 
saraya dəvət eləyib ona vəzirlik verdi, Allahqulu sultan Aycəkoğlunu Lahican 
əyalətinin hakimi seçdi. Lakin bir müddət sonra o da yolunu azdı. Adamlar ondan 
rəncidə oldular. Allahqulu sultan Aycəkoğlu baĢını əlləri arasına alıb etdiyi 
səhvləri düĢünəndə artıq gec idi. ġah onu Lahicanın hakimliyindən azad etdi və heç 
onunla üz-üzə gəlmək də istəmədi: «Ey Allahqulu sultan, - dedilər, - Ģah buyurdu 
ki, dünənki Ģücaətinə görə sağ ol, biz də bunu qiymətləndirdik, amma sən camaatı 
öz hərəkətlərinlə bizdən narazı saldın, indi azadsan, get evində ürəyin istəyən 
sayaq yaĢa». 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
70 
 
Allahqulu sultan Aycəkoğlu baĢılovlu Qəzvinə, Ģahın sarayına gəldi. Amma 
həmiĢə üzünə taybatay açılan qapılar bu dəfə bərk-bərk bağlandı. Allahqulu sultan 
çaĢıb qaldı. BaĢa düĢdü ki, Ģah onu bağıĢlamasa, heç bir hörmət-izzət sahibi 
olmayacaq. Ona görə də evinə getmədi, dövlətxananın qapısı ağzında elçi daĢının 
üstə oturub bağıĢlanacağı günü gözlədi. Günlər keçir, Ģah isə onu bağıĢlamırdı. 
Allahqulu sultan da evinə getmirdi. Arvad-uĢağı çay-çörəyini gətirib dövlətxananın 
qabağında ona verirdi. Onu dilə tutub evə aparmaq müĢkül məsələydi. Artıq 
Ģəhərdə Allahqulu sultanın dövlətxananın qarĢısında Allahın daĢı, kəsəyi, ağacı 
olmağının səbəbini hamı bilirdi. Onun bu halına acıyanlar da vardı. Amma Ģahın 
qorxusundan kimin həddi nəydi ona özgə bir yol göstərsin?! Sənə göstərilən yolla 
getməmisən, canın çıxsın, cəzanı çək. Allahqulu sultan da cəzasını Ģərəflə çəkirdi. 
ĠĢin tərsliyindən, havalar da get-gedə soyuyurdu. Nə Ģah rəhmə gəlib onu 
bağıĢlayırdı, nə də Allahqulu sultan dövlətxanın qabağından çəkilirdi. Gah qar, gah 
yağıĢ yağırdı. ÜĢüyürdü, islanırdı, amma uca boylu, çatma qaraqaĢlı, baĢıçalmalı 
Allahqulu sultan oturduğu yerdən tərpənmirdi ki, tərpənmirdi. Mübarək ramazan 
ayı girəndə seyidlər, üləmalar Ģahla bayramlaĢmağa gedəndə Allah xatirinə 
Allahqulu sultan Aycəkoğlunun günahlarından keçməsini ondan xahiĢ etdilər: - 
«Yazıq üç aydı ev üzünə həsrətdi», - dedilər. 
ġah gülümsəyib: 
- Allahqulu cəzasını özü seçib, keçmiĢ olsun! 
Bu üç ayda Allahqulu sultanın saç-saqqalına əl dəyməmiĢdi. Buna görə də 
çalmasının altından görünən pırtlaĢıq saçı, uzanıb sinəsinə düĢmüĢ, çallaĢmıĢ 
saqqalı hər kəsin diqqətini cəlb edirdi. 
Seyidlər, üləmalar saraydan çıxıb dövlətxananın qabağında, yağıĢın altında dimdik 
dayanmıĢ Allahqulu sultana yaxınlaĢdılar: 
- Gözlərin aydın, Allahqulu sultan, Ģah həzrətləri səni bağıĢladı, get evinə. Bayram 
günü bizimlə gedərsən Ģahın hüzuruna üzrxahlığa. 
Allahqulu sultan baĢ əydi: 
- Allah sizdən razı olsun, - dedi və onlardan ayrılıb evinə getdi. 
 
* * * 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
71 
 
… Bayram günü deyilən vaxtda Allahqulu sultan Aycəkoğlu da Ģahı təbrik etmək 
üçün dövlətxanaya gəldi. Bu dəfə həmiĢəki kimi qapılar onun üzünə taybatay 
açıldı. O, saraya daxil olub Ģahın hüzuruna getdi, qarĢısında səcdə edib: 
- ġah sağ olsun, qul xətasız, ağa kərəmsiz olmaz, - dedi: - Günahlarıma görə məni 
bağıĢlayın. 
ġah əli ilə ona qalxmağı iĢarə elədi: 
- Allahqulu sultan, amandasan. Sən sufiməzhəb bir kiĢisən, çaĢmasaydın, 
yüksələcəkdin. Sən ucalmağı yox, enməyi seçdin. YaxĢı ki, üç ay dövlətxananın 
qabağında hər məĢəqqətə dözüb sufiliyini göstərdin. Get, balalarının üstündə ol! 
Allahqulu sultan Aycəkoğlu bu qısa mükalimədən sonra baĢa düĢdü ki, Ģahın 
mübarək qəlbində daha ona yer yoxdu. Heç bir söz demədi, təzim edib otaqdan 
çıxdı. 
 
XII fəsil 
 
QARDAġ XƏYANƏTĠ 
 
Cahil və nadan dostdan ağıllı düĢmən yaxĢıdır. 
Fateh ƏmirTeymur 
 
ġah yağıĢın, qarın altında heykəl kimi donub qalmıĢ Allahqulu sultan Aycəkoğlunu 
bir daha gözü önünə gətirib: «Mənim sevgim ona nə qədərdisə, yəqin ki, onun da 
mənə məhəbbəti, sədaqəti o qədərdi, - düĢündü. - Bəlkə onun yerinə mən də olsam, 
Heydər mirzənin tərəfini saxlayardım. Axı, mən onu bağıĢlasam da, ona layiq 
olduğu bir iĢ tapĢırmadım. Daha bu Aycəkoğlu niyə mənim yolumda özünü fəda 
etməlidi axı?.. Oy, oy, Allahın mənə bağıĢladığı bir ömrü qeylü-qalsız yaĢamağa 
da imkan vemirlər. Bunlar mənə bir köynək yaddı, bəs özümünkü, hamıdan çox 
istədiyim doğmaca qardaĢım Əlqas mirzə də mənə xəyanət etmədimi? ġirvanĢahlar 
sülaləsinə son qoyub onu ġirvanın naibi etdim, o isə, heç bir səbəb olmadan üzümə 
ağ oldu. Üstünə qoĢun yeridib həddini bildirmək istədim, qorxusundan arvadı 
Xanbəyim xanımla oğlu Əhməd mirzəni yanıma üzrxahlığa göndərdi. Dedim, 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
72 
 
noolar, əziz qardaĢımdı, yəqin Ģeytan yoldan çıxarıb. Bir neçə hörmətli adamı 
Xanbəyimlə ġirvana yola saldım. Dedim bu adamların yanında Əlqas mirzə 
«Quran»a and içib tövbə eləsin. And içdi, inandım. Ona inanıb gavurlara dərs 
vermək üçün Gürcüstana hücum etdim, Əlqas mirzə də fürsəti fövtə verməyib 
ġirvanda məscidlərdə adına xütbə oxudub sikkə kəsdirdi, padĢahlıq eĢqinə düĢdü. 
Daha bundan sonra onu bağıĢlamaq olardımı? Mən Gürcüstan səfərindən sonra 
qoĢun göndərib onu cəzalandırmaq istədim. Əlqas mirzə Ġstanbula, düĢmənim 
Sultan Süleymanın yanına qaçdı. Yanıb-yaxıldım. Doğrudanmı qardaĢ qarındaĢdır? 
Axı mən ona bir yamanlıq eləməmiĢdim. Onu özümə arxa-dayaq bilirdim. Amma 
o, hərəkətləri ilə qəlbimdə hər Ģeyi alt-üst elədi. Buna da dözdüm. O isə özgə 
qapısında da sakit oturmadı, Sultan Süleymana Ģirin vədlər verib üstümüzə 
qaldırdı.  
Ağlı o qədər çaĢdı ki, götürüb mənə məktub yazdı, ərz elədi ki, bəs, biləsən, Sultan 
Süleyman məni oğulluğa götürüb. O, atamın bütün mülkünü mənə bağıĢlayıb. 
Cavabında yazdım ki, mülk nə mənim, nə sənin, nə də möhtərəm Sultanındır. Mülk 
Allahındır, hər kəsə istəsə, verər. 
Bir dəfə də yazdı ki, bəs, Sultan Süleyman ona çoxlu at, daĢ-qaĢla bəzədilmiĢ 
əĢyalar, qumaĢ libaslar, qatır və dəvədən baĢqa üç yüz min əĢrəfi bağıĢlamıĢdır. 
Mən də ona yazdım ki, ey bədbəxt qardaĢım, bütün bunlar sənə bir fayda 
verməyəcəkdir. Çünki dini dünya malına satmısan. O daĢ-qaĢdan məndə səndə 
olandan qat-qat artıqdır. Amma mən gərək sənin kimi əbləh olam ki, var-dövlətə, 
mal-mülkə uyub, onlarla qürur duyam. Mən varlığına daim qürurlandığım və 
qürurlanacağım Ģeyi daxilimdə, ürəyimin dərin guĢəsində nəqĢ etmiĢəm. 
Sultan Süleyman Əlqas mirzəyə qoĢulub yenə üstümüzə qoĢun çəkdi. Mənə belə 
məzmunda bir məktub yazmıĢdı. «Sənin rəhmətlik və cənnətlik atan ġah Ġsmayıl 
mənim atam Sultan Səlim Yavuzla müharibə etdi. Sən də Ģücaət iddiasındasansa, 
gəl vuruĢaq. Müharibə etmək istəmirsənsə, Ģücaət iddiasında da olma». Onun 
məktubunu belə cavablandırdım: 
«Bütün varlıqlardan yüksək olan, Ģəni uca böyük Allah «Quran»da buyurur ki, 
kafirlərlə cihad və qəzada özünüzü ölümə verməyin. Bir halda ki, Allah bizə 
kafirlərlə müharibədə belə təhlükəyə düĢməyi qadağan edir, mən iki müsəlman 
ordusu arasında müharibəyə necə fitva verim. Sayca sənin on adam müqabilində 
bir adam olmayan ordumu döyüĢə apararaq bu müsəlmanları nə üçün təhlükəyə 
salım. Mənim atam sənin atanla müharibə edən gün DurmuĢ xan və baĢqa əmirlər, 
bəlkə də onun bütün qoĢunu sərxoĢ idilər. Onlar gecəni səhərə qədər Ģərab içmiĢ, 
səhər tezdən isə vuruĢmağa baĢlamıĢdılar. Bu çox ağılsız və yaramaz bir hərəkət 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
73 
 
idi. O vaxtdan indiyə qədər Çaldıran müharibəsindən söhbət düĢəndə mən həmiĢə 
DurmuĢ xana lənət oxuyuram ki, atam həzrət ġah Ġsmayılı aldadıb, müharibəyə 
sövq etdi. 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin