Milli Virtual Kitabxananın e nəşri n 01 58 (2012) Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum: Azərbaycan yazı



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7187
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   23
 
Xanəndə muğama «əyaq» verib sədəfli qavalını dizləri üstə qoydu: «Sağ ol, yaĢa!» 
sədaları bağda əks-səda verdi. Təhmasib Ģah ortada gəzən fərraĢı yanına çağırıb 
sazandalara bir kisə əĢrəfi göndərdi… 
Amma bu toy-büsatın sədası yaddaĢlarda sönməmiĢ Ġsmayıl mirzə yolunu azdı. 
Halbuki, Ģah onu Herata hakim göndərmiĢdi. Ona daha nə lazımdı? Görünür, ona 
böyük bir məmləkətin Ģahı olmaq çox asan gəlir. Ancaq adamları öldürməklə, 
gözlərə mil çəkməklə, zindana atmaqla, axtalamaqla, mıxa keçirtməklə ölkəni 
idarə etmək olmaz! ġah hansısa kitabdan oxumuĢdu ki, Ġsgəndər Zülqərneyin atası 
Filipp quluna icazə veribmiĢ ki, onun yanınca gəzsin və tez-tez qulağına pıçıldasın: 
«Sən Allah deyilsən! Sən Allah deyilsən! Sən Allah deyilsən!» 
Atası, mürĢidi-kamili ġah Ġsmayıl Xətai də vəsiyyət etmiĢdi ki: 
 
Sufi isən, alıb-satma, 
Halalına haram qatma, 
Yolun əyrisinə getmə, 
Doğru yolu nəzər eylə. 
 
Köks ötürdü. «Bəlli, Ģah Allah deyildir, onun yerdəki kölgəsidir. Amma bu kölgə 
heç vaxt həddini aĢmamalıdır, - deyə düĢündü. - Mən də qan tökmüĢəm, hətta öz 
əlimlə adam da öldürmüĢəm, amma tək olan Allah Ģahiddi ki, bu iĢləri səbəbsiz 
etməmiĢəm». 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
42 
 
Kartli çarı Simayun (əslində Simon) farağat oturmurdu, tez-tez ġəkiyə, ġirvana 
hücum eləyirdi. Buna görə dörd dəfə Cürcüstana hücum edib onları yerində 
oturtmuĢdu. Sonuncu dəfə qaynı ġamxal sultan Çərkəz Kartili çarını əsir götürüb 
Qəzvinə - onun hüzuruna göndərmiĢdi. ġah onun qarĢısında dayanmıĢ əsiri 
Simayunun bütün günahlarından keçib Ġslamı qəbul etməsini təklif etdi. O isə 
dinindən dönmədi. Simayunun taleyi onun əlindəydi, amma ona heç bir cəza 
vermədi. Bir müddət dövlətxanada saxladı. Ġslamı qəbul etmədiyinə görə yox, 
dəfələrlə məmləkətin sərhədini keçib əlsiz-ayaqsızların qanını tökdüyünə görə onu 
Ələmut qalasına saldırdı. Axı, hər kəs tutduğu əmələ görə öz mükafatını almalıdır. 
 
 
* * * 
 
Gecə Ģahı öz düĢüncələri, ağrı-acıları ilə baĢ-baĢa qoyub hamı öz odasına 
çəkilmiĢdi. ġah düĢündü ki, canda olan ağrı-acıya, üstünə qoĢun çəkən fikir-zikirə 
hətta ən doğma, canı canından, qanı-qanından olanlar da Ģərik ola bilmir. Dərdini 
bölüĢməyə sirdaĢ taparsan, amma canındakı ağrıya yox. Təbib də dərman verib, 
tövsiyəsini edib səni tək qoyacaq. Bəli, Tanrının sənə rəva gördüyünü özün tək 
yaĢamalısan. 
Baharın gül nəfəsi pəncərələrdən içəri süzülüb Təhmasib Ģahın ruhunu oxĢayırdı. 
Səssizlik idi. Hətta ağacda quĢlar belə uyumuĢdu. Bir xeyli sükuta qulaq asdı. O 
qədər sakitlik idi, ürəyinin döyüntüsünü eĢidirdi. 
Birdən hiss elədi ki, qapı astaca açıldı. Kimsə ayaqlarının ucunda içəri girdi. 
Qapını ustufca, səs salmadan örtdü. «Bu kim ola?! Yoxsa keĢikçiləri yuxu tutub? 
Axı kimin nə cəsarəti var gecənin bu vaxtında onun otağına girsin». Ehtiyat üçün 
yastığının altında gizlətdiyi qızıl dəstəkli xəncərinə əl atdı. Amma ətir qoxusu hiss 
edib susdu. Gələnin qadın xeylağı olduğunu duydu. «Yəqin xanımlardandı». Ġki 
aydı hərəm dairəsinə keçmirdi. Canından az qala unutduğu bir istilik keçdi. ġah 
nəfəsini çəkmədən içəri girənin hərəkətlərinə fikir verdi. ÇağırılmamıĢ mələyin 
kimliyini hələ də anıĢdıra bilməmiĢdi. Fikrindən keçdi: «Olmaya gələn 
Sultanımdı?» 
Gələn kim idisə, otağın küncünə, üstünə Ģamdan qoyulmuĢ dolaba tərəf getdi. ġah, 
«ġamdanın yerini bilirsə, deməli, məhrəm adamdı» - deyə düĢündü. YaddaĢında 
bir mahnının musiqisi canlandı. Lələ Təbrizi oxuyurdu: «Bu gələn yara bınzər…» 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
43 
 
Qadın sakitcə üç Ģam yandırdı. «Ancaq evin xanımı komasından iĢıq gəlməsini 
istər». Otaq tam olmasa da, yarısı iĢıqlandı. Qadın çarĢabını, rübəndini tələsmədən 
açıb pəncərənin ağzına qoydu. ġah gözləyirdi. Qadın üst paltarını da soyunub Ģahın 
yatağı tərəfə çöndü. ġam iĢığında onun gözəl çöhrəsini aydınca gördü. Gör neçə 
ildi ayrı düĢmüĢdülər. ġah - Sultanım! deməkdən özünü güclə saxladı. Sultanım 
bəyim ona yaxınlaĢdı. Təhmasib Ģah xoĢ ətir qoxusunu ciyərlərinə çəkə-çəkə: 
- Sultanım, sənsən? 
- Mənəm, Ģahım! 
- Nə zaman gəldin? 
Sultanım Ģahın sol tərəfində dizi üstə oturub əlini onun alnına qoydu: 
- EĢitdim xəstələnmisən, Qumda qərar tuta bilmədim. Neçə gündü yol gəlirəm. 
AxĢam atdan düĢmüĢəm. 
ġah qayğılandı: 
- Gərək dincələydin. 
- Yuyunub özümə gəlmiĢəm, - dedi və əyilib Ģahın geniĢ alnından öpdü. ġahın əli 
Sultanımın sifətində, sonra çılpaq dizində gəzdi. 
- Nə yaxĢı gəldin, Sultanım, nə yaxĢı, - səsi titrədi. - Səndən ötrü çox darıxmıĢdım. 
Rəhmətlik atam yaxĢı deyib: 
 
Neylərəm ol cənnəti, içində dildar olmasa? 
Qoy anı viranə qalsın - bağçada bar olmasa. 
 
- Elədi. Mən də darıxmıĢdım, hökmdarım. 
- Sultanım, sən niyə məni adımla çağırmırsan? 
Sultanım bəyim nazlandı: 
- Sən təkcə məmləkətin deyil, həm də mənim qəlbimin hökmdarısan axı. 
- Atamın bir Ģeiri də var, yəqin anam Taclı xanıma yazıb. Ġndi mən də o Ģeiri sənə 
xitabən deyəcəm. Ġndiki halımı bu Ģeir qədər izhar eləyən heç nə yoxdur. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
44 
 
 
Üzün gördüm sənin, ey yarı-məhru, 
Könüllər afəti, ya yüzümdür bu? 
Dodağın həsrətindən xəstə haləm, 
Axıtdı gözlərim yaĢı bəhər su. 
HəbəĢdir kim, müsafir Rumə düĢmüĢ 
Üzün səfihindəki ol xali-hindu. 
Gözündən ahu tək dağlara düĢdüm, 
Nə sehr etdi mənə ol iki cadu? 
Xətai dər yürün xurĢidə nisbət, 
Sözü rövĢən dedim yüzünə qarĢu. 
 
Sultanım bəyim xəfif gülüĢlə: 
- Hökmdarım, ürəyin doluymuĢ ki… 
- Səni baĢa düĢməyən bir həmdəmin olmayanda, min nəfərin içində olsan belə, 
təksən. Sənsiz mən tək idim, Sultanım, yaxĢı ki gəldin. 
- Gəlməyə bilərdimmi, hökmdarım? 
- Sən Quma gedəndə elə zənn etdim ki, bir daha səni görməyəcəyəm. 
- Mən də elə düĢünürdüm. Amma Qumda keçən hər günümdə qəlbimdəydin. Hər 
an səni anırdım, hökmdarım. 
Təhmasib Ģah bir az kənara çəkilib yorğanı qaldırdı: 
- Gəl bura, baharın soyuğudur, sənə soyuq olar. 
Sultanım bəyim Ģahın əli ilə qaldırdığı yorğanın altına girdi. Əlləri xəstə Ģahın 
tüklü sinəsində gəzdi. ġah bu təmasdan dirçəldi, sevimli arvadını qolları arasına 
alıb sinəsinə sıxdı. Sultanımın nəfəsindən elə bil alov qalxırdı. Getdikcə bu alov 
Ģahın boyun-boğazını qarsdı. Bir an ona elə gəldi ki, xəstə-zad deyil. Damarlarında 
qanı qaynayırdı. ġah Sultanımı gənclik ehtirası ilə öpməyə baĢladı. Get-gedə hər 
Ģeyi unudurdu. «Qadın nə böyük qüvvəymiĢ», deyə düĢündü. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
45 
 
Səhərə yaxın, hava hələ iĢıqlanmamıĢ Sultanım bəyim yataqdan qalxıb gəldiyi kimi 
də səssizcə otaqdan çıxdı. 
 
* * * 
 
Səhəri gün çeĢtə çıxanda həkim Əbu Nəsir qaranəfəs özünü saraya çatdırdı. ġah 
sarıdan gecəni narahat yatmıĢdı. Əbu Nəsir keĢikçilərə salam verib Ģahın otağına 
girdi. O, Ģahı üzügülər, əhvalını yaxĢı görəndə mat qaldı. ġahın hüzurunda ikiqat 
əyilib ədəblə salam verdi: 
- Tanrıya çox Ģükür, Ģahım, ovqatınız bu gün yaxĢıdı. Yəqin Ġbn Sinadan 
bəhrələnib hazırladığım həblərin xeyri olub. 
ġah mənalı-mənalı baĢını tərpətdi: 
- Ola bilər, - dedi. - «Sənin verdiyin dərmandan çox, Sultanımın Ģəfqəti məni 
sağaltdı, həkimbaĢı» demək istədi, amma deyəcəklərini dilinin ucundan qaytardı. 
Əbu Nəsir qayğılandı: 
- ġah sağ olsun, amma ehtiyatlı olmaq vacibdi. Xəstəlikdən təzə durmusunuz, 
özünüzü soyuqdan qoruyun. Qibleyi-aləm, pəhrizkarlıq da ən böyük dərmandı, - 
dedi. 
ġah gülümsədi: 
- Sufilərin həyatı elə pəhrizlə keçir. 
- Elədir, qibleyi-aləm, sufilər heç zaman nəfsinin qulu olmayıblar. Həyatın bir çox 
zövq-səfasından uzaq durmaq, pəhriz saxlamaq, doğrusu, böyük fədakarlıqdı. 
- Bəli, həkimbaĢı, sufilərin dünya malında gözü olmaz. Onlar bir tikə çörəyə də 
qail olarlar. Zahirlərinə yox, batinlərinə fikir verərlər. Bildiyin kimi, əyinlərində də 
qaba yun parçadan ya paltar, ya da xirqə olar. 
ġah bu sözlərlə demək istəyirdi ki, Ģah olsam da, sufiməzhəbəm, dünyanın hər cür 
zövq-səfasından olmasa da, haram Ģeylərdən əl çəkmiĢəm. 
- HəkimbaĢı, - dedi, - bizim nəsil Ģəcərəmizi böyük alimlər araĢdırıb, təzkirələrdə 
yazılıb, mən də oxumuĢam, dilavər qocalardan eĢitmiĢəm, bu qənaətə gəlmiĢəm ki, 
sufilik bizim zatımızda olub. Mənim iyirmi altıncı babam Əbülqasim Həmzənin 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
46 
 
məzarı Ərdəbil yaxınlığındakı ġeyx Kəhzəlan qəbiristanlığındadır. Ziyarətgahdır. 
Babam ġeyx Səfiəddin Ġsaq Ərdəbilinin ismi-Ģərifi isə bütün məmləkətə bəllidir. 
- Doğru buyurursunuz, qibleyi-aləm. El-oba ancaq sevdiklərinin adını, qəbrini min 
illər boyu qoruyub saxlayır. 
ġah baĢını tərpətdi və bayaqdan ayaq üstə dayanmıĢ həkimə yer göstərdi: 
- ƏyləĢin. 
Həkim Əbu Nəsir ədəblə baĢ əyib Ģahın iĢarə etdiyi yerdə oturdu. Hiss etdi ki, Ģah 
ürəyini boĢaltmaq istəyir. 
- HəkimbaĢı, bizim nəslimiz öz nəfsinin qulu olmaqla Ģahlıq mərtəbəsinə yüksəlib. 
Mənim ulu babam Xoca Əli üç dəfə Əmir Teymurla görüĢüb. Əmir Teymur 
Xorasana yürüĢü zamanı Ceyhun çayını keçirmiĢ, necə olursa, qamçısı suya düĢür. 
Bu vaxt dərviĢ paltarında, yoxsul görkəmdə bir kiĢi əyilib qamçını götürür, verir 
Əmir Teymura. Fateh ondan soruĢur: 
- Kimsən, hardansan? 
Babam cavab verir: 
- Adım Xoca Əlidi, yurdum Ərdəbil. Ey böyük hökmdar, biz yenə görüĢəcəyik. 
Doğrudan da, Əmir Teymur Bağdaddan Ġranın Xuzistan vilayətinə qoĢun çəkəndə 
Dizful çayı üstündə çiyninə qara xirqə salmıĢ babam Xoca Əlini görür. Babam 
deyir: 
- Hökmdar, mən Ceyhun çayının kənarında sənin əlinə qamçı vermiĢ dərviĢəm. Biz 
bir də Ərdəbildə görüĢəcəyik, hökmdar.  
Doğrudan da, Əmir Teymur Osmanlı Sultanı Ġldırım Bəyazidi məğlub edir, xeyli 
əsir götürüb Ərdəbilə gəlir. Ərdəbildə o, ulu babamız ġeyx Səfinin məqbərəsini 
ziyarət etməyə gedir. Ġçəri girəndə vaxtilə əlinə qamçı vermiĢ babam Xoca Əlini 
səcdədə görür. Müridlərdən biri yaxınlaĢıb babama dünyanın hökmdarı Əmir 
Teymurun gəldiyini söyləyir. Babam Xoca Əli heç halını da pozmur, əli ilə 
hökmdara oturmaq üçün yer göstərir. Babam səcdədən ayrılıb hökmdarla üzbəüz 
oturanda Əmir Teymur ondan nəyə ehtiyacı olduğunu soruĢur. Babam dünya 
malında gözü olmadığını söyləyir. Əmir Teymur heyrət edir. Təkidlə babama 
deyir: 
- O zaman sən məndən dünya malı olmayan bir Ģey istə! 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
47 
 
Babam Xoca Əli deyir: 
- Hökmdar, Allah rizası üçün Osmanlı əsirlərini azad edin, Sizdən baĢqa bir 
təmənnam yoxdur. 
Əmir Teymur əsirləri azad edir. Əsl sufilər Allahdan baĢqa kimsəyə itaət etməzlər, 
həkimbaĢı. Bax, bu inam, əqidə bizi ucaldıbdır. 
- Elədir, Ģahım, - həkim əlini sinəsinə qoyub təzim etdi. - Dünyanı sizin kimi 
müdrik Ģahlar idarə etməsə, vəhĢilik baĢ alıb gedər. 
- Müdrük olmaq üçün çox Ģeydən keçib kamilliyə can atmaq gərəkdir. Kamil 
insandan kimsəyə xəta gəlməz, həkimbaĢı, cahildən isə hər sifəti gözlə. Ad - 
sufilərin əlaməti, Allaha görə elm - onların sifəti, ibadət - onların bəzəyi, 
mömünlük - onların Ģüarı, haqqın həqiqətləri - onların sirləridir. Sufi yolunu tutan 
kəs son məqsədinə çatmaq üçün Ģəriət, təriqət, həqiqət, mərifət deyilən 
mərhələlərdən keçməlidir. Atam ġah Ġsmayıl cənnətməkan bu xüsusda belə 
buyurub: 
 
Keçmək gərək dörd qapıdan, 
Qurtulasan mürəbbidən, 
Mürəbbidən, müsahibdən 
Ələ gərək yol Əlinin. 
 
- Allah atanıza rəhmət eləsin, düz buyurub. 
FərraĢlardan biri qapını açıb içəri girdi: 
- Qibleyi-aləm, Sultanım bəyim yanınıza gəlmək üçün izn istəyir. 
- Gəlsin! 
Həkim Əbu Nəsir dərhal ayağa qalxdı: 
- Qibleyi-aləm, Allah yastığınızı yüngül, taxtınızı uca eləsin. Ġcazənizlə mən 
gedim. 
- Buyurun, həkimbaĢı. 
Həkim çıxdı. Bir qədər keçmiĢ Sultanım bəyim içəri keçdi: 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
48 
 
- Mənim qəlbimin sultanı özünü necə hiss eləyir? 
- YaxĢıyam, Sultanım, gərək çoxdan gələydin, ayağın mənə düĢdü. 
Sultanım bəyim nazlandı: 
- Hər gün bayram olmur, hökmdar. 
- Sənin hər gəliĢin mənə bayramdı, Sultanım, sən mənə gəncliyimi, çılğın 
çağlarımı xatırladırsan. 
- Qayğısız günlərimizi. 
- Yox, mənim qayğısız günüm olmayıb, Sultanım. Bu boyda məmləkətin qayğısı 
mənim çiyinlərimdədi. Ġki aydı xəstəyəm, ətrafımda dolaĢanlar nə fikirlərə 
düĢməyiblər?! Mənim öləcəyimi zənn ediblər, Ģahlıq, taxt-tac eĢiqinə düĢüblər. 
Allah, Allah… - ġah köksünü ötürdü. 
- Allah eləməsin, hökmdar, səni istəməyənlər ölsün. 
- Allah yox, bəndələr bu fikrə düĢüblər, Sultanım. Hökmümüz altında olanlar iki 
dəstəyə bölünüblər. Hələ mən həyatda ola-ola bu oyunları törədirlər, gör 
olmayanda nə fəlakətlər olacaq. 
- Allah səni qorusun, hökmdarım. Sənə sayğısızlıq göstərənlər, inĢaallah, 
cəzalarına çatarlar. - Bir qədər susub əlavə etdi. - Hökmdarım, bu Heydər mirzə 
tərəfdarlarından oğlumuz Ġsmayıl mirzəyə bir xətər toxunmaz? 
- Ürəyini sıxma, tədbir görmüĢəm, inĢaallah heç nə olmaz. 
- Ġsmayıl sarıdan ürəyim çox narahat idi. Allah səndən razı olsun… YaxĢı, ürəyin 
nə istəyir, deyim, aĢpazlar hazırlasın. 
- MeyxoĢ bir Ģey. Çoban buğlaması, yanında da bir badya dovğası, - Ģah güldü. 
- Hökmdar, elə dedin, lap iĢtaha gəldim. 
- Hazırlasınlar, bir yerdə yeyərik. 
- YaxĢı, - deyə Sultanım otağı tərk etdi. 
 
VI fəsil 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
49 
 
ZƏRĠF RUHLU ATA. YIRTILMIġ KƏFƏN 
 
Bir ovuc tozdur küləklər qarĢısında bu bədən, 
Ömrümüz qartək əriyir hər an günəĢdən, Ģölədən. 
Ġmadəddin Nəsimi 
 
Təhmasib Ģah baĢını əlləri arasına alıb fikrə getmiĢdi. YaxĢı bilirdi ki, Allahın izni 
ilə qəfil ayağa qalxmağı çoxlarını çaĢdırıb. Yuxusu ərĢə çəkilənlər də, sevincindən 
çiçəyi çırtlayanlar da olacaq. Biri-birini sevməyənlər qapısını açıb - örtməkdən 
yağır edəcək, onun əlilə bir-birini sıradan çıxarmağa çalıĢacaqlar. Gör haqqı 
nahaqqa verməmək üçün nə qədər baĢ sındırmalı, düĢünüb daĢınmalı olacaq. 
Heydər mirzənin tərəfdarları xeyli dilxor görünürdülər - ona görə yox ki, Ģah 
gözlənilmədən kəfəni yırtmıĢdı, yox, onlar Ģahın sağalmasından heç də 
təəssüflənmirdilər. Ancaq görünən o idi ki, Ġsmayıl mirzə fədakarları Heydər 
mirzəni Səfəvi xanəgahının taxtında görmək istəyənlərdən fərqli olaraq, Ģahın 
gözündə ucalmaq fürsəti qazanmıĢdılar. Pərixan bəyim, onun doğma qardaĢı 
Süleyman mirzə, dayısı ġamxal sultan Çərkəz, digər oğlanları Əhməd mirzə, 
Mahmud mirzə, hiyləgərlikdə Ģeytana papıĢ tikən Hüseynqulu Xüləfa Rumlu indi 
özlərini elə aparırdılar ki, sanki Qəhqəhə qalasında dustaq olan Ġsmayıl mirzənin 
yox, Ģahın yolunda canlarından keçməyə hazır olan fədailərdilər. Onlar Ģahsevən 
olmuĢdular. ġahsevənlər qorxub-çəkinmədən Heydər mirzənin, onun 
tərəfdarlarının ünvanına söyub-söylənir, onları Səfəvi xanədanının düĢmənləri 
hesab edirdilər. 
Ġndi əsas məsələ özünə gəlib dirçəlmiĢ Təhmasib Ģaha düĢmənlərinin yerini 
göstərmək idi. Onların məqsədi Heydər mirzəni gözdən salmaq, tərəfdarları 
Hüseyn bəy YüzbaĢını, Piri bəy Qoçulunu, Məhəmməd bəy Qoyunçuoğlunu, 
Allahqulu sultan Aycəkoğlunu sıradan çıxarmaq, saraydan qovdurmaq idi, özü də 
rüsvayçılıqla, urvatsız… 
Bu məsələdə Ģahsevənlərin hər birinin öz məqsədi, öz məramı vardi. Birisi var-
dövlətini qorumaq hayında, digəri sarayda yüksək vəzifə tutmaq umacağında idi. 
Eləsi də vardı, küyə gedirdi, heç özü də bilmirdi ki, ona nə lazımdı. Pərixan bəyim 
isə nə istədiyini, nə üçün istədiyini, nəyin naminə canfəĢanlıq etdiyini çox gözəl 
bilirdi. Bilirdi ki, Ģəriət qanunlarına görə, Ģahlıq taxtında heç zaman otura bilməz
amma istədiyi Ģəxsin baĢına hakimiyyət tacını qoya bilsə, gözə görünmədən 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
50 
 
məmləkətin sahibi o olacaqdı. O, istəklərini həyata keçirmək üçün Heydər mirzəni 
də dəstəkləyə bilərdi. Amma onun örkəninin üstünə darı yığa bilmirdi. Heydər 
mirzə atası ġah Təhmasibin sevimli oğluydu, iki il idi, demək olar, Ģahın 
göstəriĢlərini o icra edirdi, sarayda hörmət-izzət sahibiydi, tərəfdarları vardı, 
deməli, sabah hakimiyyətə gəlsə, onun boynunda zərrəcə minnəti olmayacaqdı. 
Pərixan bəyim bu düĢüncəylə Heydər mirzədən xoĢlanmırdı, onu Ģahlıq taxtında 
görmək istəmirdi. Bilirdi ki, Heydər mirzə taxtda otursa, cavan Ģahın iĢlərinə 
qarıĢsa, onu zorla da olsa niĢanlısına ərə verib, ərini də uzaq əyalətlərdən birinə 
vali təyin edər və bu yolla onu saraydan birdəfəlik uzaqlaĢdırardı. Ona görə də 
Pərixan bəyim düĢünürdü ki, Ġsmayıl mirzəni Qəhqəhə qalasından çıxartdırıb 
Ģahlıq taxtında oturtsa, onun boynunda haqq-sayı olacaq, o yan - bu yan eləcə, 
keçmiĢini ona xatırladacaq: «Mən olmasaydım, indi dustaqxanada can çürüdürdün. 
Məni baĢıörpəkli adi qadınlarla tərəzinin bir gözünə qoymağı dirdəfəlik unut! Səni 
Ģahlıq taxtında oturdan, oradan düĢürdə də bilər». 
Pərixan bəyimin kəfəni yırtmıĢ atasına Heydər mirzə, onun tərəfdarları ilə bağlı bir 
söz demək fikri yoxdu. Çünki atasını hər kəsdən yaxĢı tanıyırdı. Bilirdi ki, yanına 
gedib danıĢsa, atası səbirlə ona qulaq asacaq, ancaq nə qərara gəldiyini 
söyləməyəcək. ġah dedi-qoduya, qeybətə qoĢulmayan adamdı. Yanına gələni 
dinləyirdi, amma nə qərara gəldiyini, necə tədbir tökəcəyini Allahdan baĢqa kimsə 
bilə bilməzdi. Əlbəttə, o, bağıĢlamağı sevdiyi kimi, günahkarı cəzalandırmağı da 
yaxĢı bacarırdı. Bəzən günah iĢ tutmaqda həddini aĢana elə cəza növü seçirdi ki, bu 
barədə camaat illərlə danıĢırdı. Pərixan bəyim elə qəbahət iĢ tutmamıĢdı ki, 
cəzalandırılsın, amma həm də zərif ruhlu atasının gözündən düĢməkdən, onun 
tənəli, adamın yeddi qatından keçən sözlərini eĢitməkdən ehtiyatlanırdı. Atası onun 
niyyətini dərhal baĢa düĢüb ox kimi adamın gözlərinin içinə sancılan baxıĢlarını 
çəkmədən: «Sən də belə, Pərixan! Mən səni niĢanladım ki, ərə gedib ev-eĢik sahibi, 
ana olasan, sən isə hər Ģeydən keçib hakimiyyət eĢqinə düĢmüsən. Heyif mənim 
zənnimə, mən səni kamil insan bilirdim, demə sənin qəlbin Ģeytan yuvasıymıĢ…» 
Yox, bu sözləri eĢitmək, canı qədər sevdiyi atasının gözündən düĢmək, onun 
inamını qırmaq istəmirdi Onun gözündən düĢənlər, illər keçsə belə, əvvəlki tək 
onun rəğbətini qazana bilmirdilər. Ona görə də yaxĢı olardı Heydər mirzə haqqında 
onun ürəyindən keçənləri baĢqaları, lap öz doğma anası danıĢsın. Lalın dilini anası 
bildiyi kimi, kiĢinin də dilini arvadı yaxĢı bilər. Gecə gedib girsin ərinin yatağına, 
həm ləzzətli Ģirin bir gecə keçirtsin, həm də məqamında olub-keçənlərdən Ģahı 
agah etsin. Desin, bilirsənmi oğlun Heydər mirzə hansı yuvanın quĢudu, Piri bəy 
Qoçulunu, Məhəmməd bəy Qoyunçuoğlunu, vaxtı ilə cəzalandırdığın o Allahqulu 
sultan Aycəkoğlunu, ustaclıların əmiri Hüseyn bəy YüzbaĢını sən yaxĢı 
tanıyırsanmı? 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
51 
 
Bu yerdə Pərixan bəyimin fikri bir az çiləkənlədi. Ustaclı Hüseyn bəy YüzbaĢı 
tədbirli, ağıllı, hörmətli bir adamdı, onu Ģahın gözündən salmaq elə də asan iĢ 
deyildi. Pərixan bəyim bir qədər düĢünüb sonra bu qərara gəldi ki, gündüzlər 
kiĢilər hakim olsalar da, gecələrin hakimi qadınlardır. Anası Ģahın yanına gedib hər 
Ģeyi bircə-bircə ona anladar. 
 
 
VII fəsil 
 
SARAYDA HÖRÜMÇƏK TORU 
 
Ey bəxtinin dalınca səy edən, 
Bəxt və dövlət iĢi bilməklə deyil. 
I ġah Təhmasib Səfəvi 
 
Hüseyn bəy YüzbaĢı məsləhət-məĢvərətə gələn Piri bəy Qoçulunu, Məhəmməd 
bəy Qoyunçuoğlunu, Allahqulu sultan Aycəkoğlunu yola salıb qayıtdı. Onlara 
dönə-dönə tapĢırdı ki, ehtiyatlı olsunlar, Hüseynqulu Xüləfa kimi hiyləgərin felinə 
getməsinlər, onun qurduğu tora yaxın düĢməsinlər. Onlar da Hüseyn bəy YüzbaĢını 
arxayın salmıĢdılar. 
Hüseyn bəy YüzbaĢı otağa keçəndə onu gözləyən gənc Ġsgəndər bəy ehtiram 
göstərib ayağa qalxdı. Bu ucaboylu, qaraqaĢ, qaragöz oğlanın xətrni çox istəyirdi. 
Hüseyn bəy sağ əli ilə gəncin çiynindən basdı: 
- Otur, otur, böyüklərin yolunu tutduğun üçün Allah yanında üzün ağ olsun, - dedi. 
- Çox sağ olun, Hüseyn əmi, - deyə Ġsgəndər bəy cavab verdi. 
Qulluqçu iki piyalə kəklikotu çayı gətirdi: 
- Buyurun, çay için, ağa. 
- Sağ ol, hardan bildin ürəyim kəklikotu çayı istəyir? 
Qulluqçu xoĢ sözdən məmnun halda: 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
52 
 
- Adamın ürəyinə damır, ağa, - dedi. 
Hüseyn bəy təbəssümlə: 
- Adam olanın, hə… 
Qulluqçu baĢ əyib çıxdı. Hüseyn bəy ağzına iki tutqurusu atdı və çaydan iki 
qurtum alıb piyaləni süfrəyə qoydu, sınayıcı nəzərlərini nə barədə isə düĢünən 
Ġsgəndər bəyə dikdi: 
- Nə düĢünürsən? 
Ġsgəndər bəy fikirdən ayrılıb: 
- Heç, elə-belə… - dedi 
- Elə-belə heç nə yoxdu, oğlum. 
- Doğrudu, Hüseyn əmi. 
- Sən mənim ən yaxın dostumun oğlusan, ürəyində nə sıxıntın olsa, utanma, de. 
ĠĢindən razısanmı? 
- Razıyam, Allah da sizdən razı olsun. Saray dəftərxanasında iĢləmək, məĢhur 
nəqqaĢlarla, xəttatlarla hər gün görüĢüb söhbət etmək çox xoĢdu, Hüseyn əmi. 
- Çox gözəl. Sənin bu siyaq elminə bağlılığın nədəndir? - Hüseyn bəy soruĢdu. 
Ġsgəndər bəy yerində qurcuxub dedi: 
- Ağa, bu iĢə məni mal-dövlət düĢgünü olan insanlar həvəsləndirdilər. Ġndi mən 
dəftərxanada dövlət xəzinəsinə daxil olan mədaxil və məxaric dəftərlərinə xüsusi 
iĢarələrlə, rəmzlərlə qeydlər edirəm ki, kimsə bu dəftərlərdə düzəliĢ etməyə cəsarət 
etməsin. Mən siyaq elmini yaxĢı mənimsəmiĢəm, əmi. 
Hüseyn bəy bir qədər düĢünüb dedi: 
- Əcəb, heç sözüm yox. Amma məni sənin gələcəyin düĢündürür. Hələ çox 
cavansan, həyatın qabaqdadır, de görüm bütün ömrünü siyaqlıq peĢəsinə 
bağlamaqmı istəyirsən?  
- Məni bu iĢə həvəsləndiriblər, mən də bu peĢəni öyrənmiĢəm, daha mənim 
əlimdən nə gəlir? 
Hüseyn bəy inamla: 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
53 
 
- Ġstəsən çox Ģey, Ġsgəndər bəy, - dedi. - Sən lap gənc yaĢında gəlib düĢmüsən 
saraya. Bu həm xoĢbəxtlikdi, həm də … - arxasını demədi, amma Ġsgəndər bəy 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin