Milli Virtual Kitabxananın e nəşri n 01 58 (2012) Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum: Azərbaycan yazı



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7187
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   23
«bədbəxtlik» sözünü aydınca oxudu. - Allah sənə görmək fürsəti, yazıb-oxumaq 
qabiliyyəti veribdi. Sən iĢindən ayrılmadan ətrafına diqqət eləsən, ayıq gözlə 
baxsan, çox Ģey görəcəksən. Sən bu gördüklərini gecələr qələmə al! Səfəvilər 
xanədanının tarixini yaz. YaĢlı adamlarla söhbət elə, qədim əlyazmaları oxu. Səni 
tarixdə mədaxil-məxaric dəftərlərindəki rəmzi iĢarələr yox, qələmə aldıqların 
yaĢadacaq. Görürsənmi ətrafımızda nələr baĢ verir? Sən deyə bilərsənmi, indi 
üzbəüz oturub söhbət etdiyin Hüseyn əminin baĢına sabah nələr gələcək? 
Ġsgəndər bəy «bəli, xeyr» demək əvəzinə çiynlərini çəkdi. 
- Görürsən, səhih cavab verə bilmirsən. Çünki sabahımız bəlli deyil, getdiyimiz 
cığır fikir meĢəsində itib-batır. Taleyimiz isə Ulu Tanrıdan çox Hüseynqulu Xüləfa 
kimi Ģeytanla qolboyun olub yatanların əlindədir. 
- Hüseyn əmi, belə bədbin düĢünməyin. Mən sizi çox güclü bir adam bilirəm. 
- Söhbət güclü, yaxud gücsüz adamdan getmir. Söhbət ətrafımızı, daha doğrusu, 
ürəyimizi qapsımıĢ hörümçək torlarından gedir. Mən sənə gündüzlər insafdan, 
mürvətdən, Allaha sadiqlikdən, bəndələrə hörmətdən, insanlıqdan laf edib, gecələr 
min bir hiylə iĢlədib, yolları üstə çıxan heç kəsə aman verməyən, qazdıqları 
quyuya salan, gözlərinə mil çəkdirən, baĢ kəsən, ev yıxan cəlladlardan danıĢıram. 
Sən bunları görürsənmi, Ġsgəndər bəy?! 
Ġsgəndər bəy dirçəlmiĢ halda: 
- Görürəm, Hüseyn əmi, əlbəttə görürəm. Mən də bu hadisələrin içində deyiləm 
bəyəm? 
- Xeyr, sən bu hadisələrin içində deyilsən, ancaq Ģahidisən. Oğlum, heç mən səni 
bu iyrənc olayların içində görmək də istəmirəm. Amandı, sən özünü bulaĢdırma, 
uzaqda dayan, amma gör, əyrini düzdən, düzü əyridən, doğrunu oğrudan, safı 
hiyləgərdən, mərdi mərdimazardan ayırd etməyi bacar. 
Ġsgəndər bəy dolub - daĢan Hüseyn bəy YüzbaĢıya söz verdi: 
- Arxayın olun, Hüseyn əmi, haqqı nahaqqa vermədən hər Ģeyə diqqət yetirəcəyəm. 
Siz məni söhbətinizlə qəflət yuxusundan oyatdınız. Son vaxtlar ətrafımda baĢ 
verənlər məni də düĢünməyə sövq edir. 
- Çox əcəb. Sən həmiĢə ayıq ol. Sənin gözlərinin önündə gözləri baxa-baxa, ayaq 
üstə yatanlar çox olacaq. Sən onlara məbadə qoĢulasan. Onlar heç Ġsrafil gəlib sur 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
54 
 
düdüyünü çalanda da oyanmayacaqlar. Sən çox oxu, kamilliyə can at, onsuz da 
ətrafımız nadanlarla doludu. Sən dünya iĢlərindən huĢyar ol. Vəzifədə, ad-sanda 
yox, öz içində, öz gözündə uca ol, onda hər kəsin yanında da uca olarsan. 
- Hüseyn əmi, bu dəyərli nəsihətlərinizi ömrüm boyu unutmaram. Söylədikləriniz 
həyat dərsləridi, - dedi. Az sükutdan sonra əlavə etdi: - Gecdi, icazə verin mən 
gedim, valideynlərim narahat olarlar. 
Hüseyn bəy: 
- Gecdi, getmə. Valideynlərin bilirlər ki, mənim yanımdasan. Mən də yorulmuĢam, 
yer salsınlar yataq, - dedi və çaxçaxı vurdu. Qulluqçu qapını açıb içəri girdi: 
- Yatmağa yer hazırlayın. 
VIII fəsil 
 
BAġ TUTMAYAN SÖHBƏT 
 
Sərvətin artdıqca bil ki, artacaq dərdi-sərin, 
Sən öləntək parçalar ol sərvəti varislərin. 
Ġmadəddin Nəsimi 
 
Gecə Pərixan bəyimin anası Ģahın yanındaydı. Biri-birini oxĢayandan, sığal-
tumardan, can alıb, can verəndən sonra iki övlad anası keçdi əsas mətləbə: 
- Təhmasib, bilmirəm necə deyim, sən ağır xəstə yatanda Heydər mirzə heç özünü 
yaxĢı aparmadı… - susdu. Gözlədi ki, Ģah nə isə desin, soruĢsun, Səfəvilər 
xanədanının hökmdarı isə susmuĢdu. 
- Qan özünü göstərdi, Təhmasib. Qan… 
ġah qeyzlə arvadına baxdı: 
- Bu nə qan söhbətidi belə, Heydər mirzə mənim qanımdan deyilmi? 
Xanım sözünə düzəliĢ verdi: 
- Əlbəttə, sənin qanındandır, ayrı nə cür ola bilər? 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
55 
 
- Bəs onda bu nə sözlərdi deyirsən? 
- Axı onun anası gürcü qızıdı. 
- Nolsun, Ġslamı qəbul eləyib, övladımın anasıdı. 
Arvadı çoxdan içində qövr eləyən sözü, nəhayət, söylədi: 
- O ki sənin cariyələrindən biriydi. 
ġah arvadının sarı simə vurduğunu anlayıb: 
- O Gürcüstanda sayılan bir kiĢinin qızıydı. O məmləkətə üçüncü yürüĢümdə o qızı 
əsir götürmüĢdük. Saraya, hərəmxanaya gətirdik. O da cariyələrimdən biri oldu. 
Amma indi o, Ģahzadə Heydər mirzənin anasıdı. Ona hörmətlə yanaĢmaq hər kəsin 
borcudu! - ġah bu sözlərlə «yəni sənin də borcundu» dedi və xanım da bunu 
gözəlcə anladı. 
- Bəs onun qardaĢı Əlixan bəy Gürcüyə, onun dostu Zal bəyə nə deyirsən? 
- Zal bəy nə qələt eləyib? - ġah açıqca istehzayla soruĢdu. 
- O da Heydər mirzənin tərəfindədi. 
- Bəs kimin tərəfində olacaq, Zal bəy Heydər mirzənin doğmaca dayısı Əlixan 
bəyin dostu deyilmi? 
- Vallah, qəribə adamsan, hər dinini dəyiĢən, elə bilirsən içini də dəyiĢir? 
- Mərdi qova-qova namərd eləməsək, əlbəttə, zahirdə bizimlə, batində 
özününkülərlə olar. Mən bu binəvaları yox, onların bizə kəc baxan ağalarını, 
ġəkini, ġirvanı yağmalayıb aparanları, gəlin-qızlarımızı çıl-çılpaq atdöĢü eləyənləri 
cəzalandırmaq üçün Gürcüstana qoĢun çəkmiĢdim. Sən ki yaxĢı bilirsən, çox vaxt 
qurunun oduna yaĢ yanır. Zal bəy, Əlixan bəy və bacısı əsir düĢdü, biz də götürüb 
gəldik. Ġndi deyirsən bu adamlara hər fürsətdə zülm eləyim? Peyğəmbər əfəndimiz 
beləmi buyurub, xanım əfəndim? Biz xaçpərəstlərlə qəddar rəftar etsək, Ġslamın 
müqəddəs qılıncı heç zaman parlamaz. 
- Bəli, Peyğəmbər salavatullah zülm etməyi heç kəsə rəva bilməyib. 
- Bəs elə isə sən niyə mənə haqsız olmağı rəva bilirsən? 
- Allah eləməsin, Təhmasib, mən səni ayıq olmağa dəvət edirəm. YaxĢı, bu Heydər 
mirzə əzizindi, Əlixan bəylə Zal bəy qayınlarındı, bəs bu Piri bəy Qoçuluya, 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
56 
 
Məhəmməd bəy Qoyunçuoğluna, Allahqulu sultan Aycəkoğluna, Hüseyn bəy 
YüzbaĢıya, onların bir yığın tərəfdarlarına nə deyirsən? 
- YaxĢı, mənim tərəfimi saxlayanlar kimdi? 
- Qızımız Pərixan, oğlumuz Süleyman mirzə, dayıları ġamxal Çərkəz, Hüseynqulu 
Xüləfa… 
ġah xanımını sınayıcı nəzərlərlə süzdü: 
- Bəlkə onlar mənim yox, Ġsmayıl mirzənin tərəfdarlarıdı?! 
- Məgər Ġsmayıl da sənin oğlun deyilmi? 
- Əlbəttə, oğlumdu, vaxtilə Ģücaət göstərmiĢ Ģahzadədi… 
- Amma zindanda yatır. 
- Əmrimə itaət etməyib, hakimiyyət sevdasına düĢüb atasının üzünə ağ olanın yeri, 
əlbəttə, zindandı. Yoxsa onu gətirib sarayda pərqu yorğan-döĢəkdə yatırtmalıyam? 
Xanım da tabe olmaq istəmirdi: 
- Təhmasib, əgər insafla danıĢsaq, Heydər mirzə də hakimiyyət sevdasına 
düĢməyibmi? 
- Xeyr. Mən onu hər kəsdən yaxĢı tanıyıram. Bütün bu həngamələr xəstəliyimlə 
bağlı olub. Ehtiyatkarlıqdan yaranıb. YaxĢısı budur sən bu cür çirkin iĢlərə 
qarıĢma, - deyə Ģah yerindən qalxdı və bununla da söhbət bitdi. Xanım da çənə 
vurmağın, dil tökməyin mənasız olduğunu görüb ayağa durdu. Söhbətin ürəyi 
istəyən kimi alınmadığından pərt olmuĢdu. Hətta ürəyində onu bu iĢə qatdıqlarına 
görə qızıyla oğlunu qınadı da. Qorxdu ki, Ģahın qəlbi ondan sına. Ərinin necə kinli 
olduğunu gözəl bilirdi, ondan incisə, bir də ona yaxın durmayacaqdı, yana-yana 
qalacaqdı. Belə olmağını isə qətiyyən istəmirdi. Nigaranlığına aydınlıq gətirmək 
üçün əri ilə üz-üzə, göz-gözə durdu. Bəzən bir lal baxıĢın dediklərini bir yığın 
sözlə çatdırmaq olmur. Gördü ki, ərinin gözləri dumdurudu, orada özünə qarĢı 
zərrəcə kin yoxdu və içindəki sevinc hissinin təsiri ilə Ģahın tüklü iri əllərini 
dodaqlarına apardı. 
- Gecən xeyrə qalsın, hökmdar. 
- Xeyrə qarĢı, xanım. Çox Ģeyi ürəyinə salma, Allah özü hər Ģeyi yoluna qoyacaq. 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
57 
 
IX fəsil 
 
XƏYANƏTĠN ĠZĠ ĠLƏ 
 
Çəkmə, çəkə bilməzsən, bərkdir fələyin yayı. 
(Atalar sözü) 
 
Heydər mirzəni və tərəfdarlarını gözdən salmaq üçün elə bil növbəyə durmuĢdular. 
ġah isə müdriklik göstərib onlara dil vermirdi. Amma istər-istəməz içi bulanmıĢdı. 
Gəlib-gedənlər ürəyinə xal sala bilmiĢdilər. Əlbəttə, Ģah çox gözəl baĢa düĢürdü ki, 
bu iĢdə hər kəsin öz məramı, öz həqiqəti var. Bəs əsl həqiqəti harada aramalı? 
Həqiqət sandığın Ģeyin özü doğrudanmı həqiqətdir? Doğrudanmı sən hər an 
həqiqətin yanındasan? Bəlkə, sənin həqiqət zənn etdiyin, əslində, həqiqət deyil? 
Hər kəsin həqiqəti öz mənafeyindən doğmurmu? Biz həmiĢəmi ədalətli oluruq? 
ġahın bu yerdə fikri yaĢamıĢ olduğu günlərə uçdu, keçmiĢi də onun yadına Heydər 
mirzənin tərəfdarları arasında adı hallanan Allahqulu sultan Aycəkoğlu ismini 
saldı. Allahqulu məsələsini düĢündüyü yerdə Gilan vilayəti, o vilayətin Xan 
Əhməd və Müzəffər sultan adlı hakimlərini də xatırladı, daha doğrusu, o zaman 
baĢ verənləri bütün olaylarıyla yaddaĢında bərpa elədi. Vaxtilə baĢ vermiĢ bu 
hadisələrin bir ucu da Allahqulu sultan Aycəkoğluna gəlib dirənirdi. ġahın özünün, 
doğmalarının Gilan vilayətinə, oranın adamlarına xüsusi rəğbəti vardı. Çünki 
gələcək Səfəvilər xanədanının banisi ġah Ġsmayılı uĢaq vaxtı məhz Gilanda 
gizlədib, bəlalardan qorumuĢdular. Bu Gilan vilayəti də iki hissəyə ayrılmıĢdı. 
Biye-pəsə və Biye-piĢə. Biye-piĢə Xan Əhməd, Biye-pəsə isə Müzəffər deyilən 
Əmirə Dibac hakimlik edirdi. Bu Əmirə Dibaca Müzəffər adını da atası ġah 
Ġsmayıl cənnətməkan Çaldıran döyüĢündən dörd il keçmiĢ, onun sarayında olanda 
ona vermiĢdi. ġah hətta Müzəffəri qızı XanıĢ bəyimlə də evləndirib onunla qohum 
olmuĢdu. Amma o neylədi? 
Çaldıran döyüĢündə qələbə çalan Sultan Səlim ġah Ġsmayıldan öncə dünyadan 
köçdü. Onun yerini oğlu Süleyman tutdu. Dörd il sonra ġah Ġsmayıl da dünyasını 
dəyiĢdi, on bir yaĢına qədəm qoymuĢ Təhmasib mirzə onun yerinə taxta çıxdı. 
Əvvəl hər Ģey öz qaydası ilə gedirdi. Amma bəzi adamları Ģeytan yolundan azdırdı. 
Təhmasib mirzə taxtda oturandan bir müddət sonra atasının zamanında yasavul 
olan Üləma Təkəliyə eĢikağası rütbəsi verib əmirlər cərgəsinə çıxartdı. Üləmanın 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
58 
 
sevincinin həddi-hüdudu yoxdu. Elə bu vaxt Xorasanda Təkəli camaatı üsyan etdi. 
ġah Üləma Təkəlini Azərbaycanın əmrül-ümrası1 seçdi və ona mənsub olduğu 
tayfanı sakitləĢdirmək üçün üç yüz qorçu götürüb Xorasana getməyi tapĢırdı. 
Üləma Ģaha «baĢ üstə, göz üstə» desə də, Xorasana yox, Təbrizə getmiĢdi. Onun 
könlündən səltənətin vəkili olmaq keçirdi. ġahının isə bu vəzifəni ona vermək fikri 
yoxdu. Ona görə də rəncidəydi. O, burada Sarayın darğalığını2 ələ keçirmək 
istəmiĢdi. Amma qorçular ona mane olmuĢdular. Üləma həddini aĢaraq Ģaha 
məxsus cins atları, fərĢxanada saxlanan naxıĢlı çadırı ələ keçirmiĢdi. Təbrizin varlı 
adamlarını bir bəhanə ilə dama basıb, mal-mülklərini əllərindən almıĢdı. ġah bəlkə 
də səltənətin vəkili olmaq eĢqinə düĢmüĢ Üləmanın törətdiyi bu iĢlərə göz 
yumardı, amma eĢidəndə ki, onun göstəriĢi ilə güləbətin tikən kənizləri (qızları) 
ustaların əlindən alıb mülazimlərinin ixtiyarına verib, onu Allahın izni ilə 
ayaqlarından asacağına and içdi. Üləma da cəzasının ağır olacağını tez baĢa düĢdü 
və gecə ikən Türkiyəyə - Sultan Süleymanın sədr-əzəmi Ġbrahim paĢanın yanına 
qaçdı. Təhmasib Ģah elçi göndərib xaini geri istədi. Sultan Süleyman da Ġbrahim 
paĢanın əlindən qaçıb Təhmasib Ģaha pənah gətirmiĢ ġərif bəyi tələb etdi. 
Təhmasib Ģah müdriklik göstərib Sultan Suleymana yazdı ki, etirazım yoxdu, 
Üləmanı göndərin, ġərif bəyi aparın: «Nə üçün Üləma və ġərif bəyə görə iki Ġslam 
padĢahı arasında çəkiĢmə olsun». Amma hər Ģey əksinə oldu. Sultan Süleyman 
Üləmanın sözü ilə Azərbaycana qoĢun yeritdi. Ah, Üləma, Üləma, sənə görə nə 
qanlı-qadalı hadisələr baĢ verdi, səni tutmaq üçün nə qədər vaxt sərf olundu.  
Sultan Süleyman əvvəl-əvvəl onu diĢinə vurub, bərkliyini, boĢluğunu yoxlamaq 
istədi. Fil paĢa adlı birini əlli minlik qoĢunla Van qalasının sərhədlərinə göndərdi. 
O da dərhal əks hücuma keçib Fil paĢanı toplarını döyüĢ meydanında qoyub 
qaçmağa məcbur elədi. Elə bu vaxt eĢitdi ki, Kar Übeyd xan Özbək Xorasana 
hücum edib. Vaxt itirməyib dərhal Xorasana getdi. Üləma xan Ġbrahim paĢaya 
Ģahın Azərbaycanda olmamasından yararlanmağı, Əcəm torpaqlarına hücuma 
keçməyi məsləhət bildi. Ġbrahim paĢa Azərbaycana hücum etmək üçün Sultan 
Süleymandan izn aldıqdan sonra səksən min nəfərlik orduyla hücuma keçdi. Bu 
yürüĢdə xain Üləma xan ona bələdçilik elədi. 1534-cü ilin iyun ayı idi. 
Təhmasib Ģah Sultan Süleymanın qoĢunu barədə səhih məlumat alandan sonra 
hesabladı ki, Sultanın üç yüz min nəfərlik qoĢunu varsa, deməli, bir o qədər də 
xidmətçisi, atı, dəvəsi, qatırı var. Hər adama və heyvana gündə iki mən1 azuqə 
lazımdı. Bu da hər gün on beĢ min xalvar2 edir. YaxĢı, tutaq ki, Sultan özü beĢ yüz 
min dəvə yükü azuqə gətirib, bu ki onlara bir aydan artıq bəs eləməz. 
ġah fikirləĢdi ki, bu qoĢunun qabağına çıxsa, məğlub olar. Ona görə də əmr verdi 
ki, Qorçuları Rum3 qoĢununu qabaqlayıb tarlaları, biçənəkləri, zəmiləri otartsınlar, 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
59 
 
düĢməni ərzaqdan, içməli sudan məhrum etsinlər. Onlar axırda aclığa dözməyib 
ölkəni tərk edəcəklər. ġah buna çox əmin idi. 
Ġki ay sonra Sultan Süleyman da Ġbrahim paĢanın ardınca Azərbaycana gəldi. O, 
məmləkəti tamam-kamal tutmaq niyyətindəydi. Sultan Süleyman yararsız hala 
salınmıĢ tarlalardan, əhalisi koçürülmüĢ kəndlərdən, qəsəbələrdən keçərək Ġranda 
düĢərgə saldı. 
ġah Təhmasib Sultan Süleymanın qarĢısına çıxmasa da qorçuları vasitəsi ilə daim 
düĢmənini izlətdirirdi. DüĢmən tərəfin hər addımı ona bəlli idi və arxadan hər an 
ona zərbələr vururdu. 
Bir axĢam elə bil Əmirə Dibacı-Müzəffəri Ģeytan yoldan çıxartdı, atlanıb kiçik bir 
dəstə ilə Sultan Süleymanın Təbrizin Ucan deyilən yerindəki düĢərgəsinə gəldi. 
Hələ o yolda ikən onun gəliĢini Sultan Süleymana çatdırmıĢdılar. DüĢərgəyə 
çatanda yeniçərlər onun qabağına yeriyib atının çilovundan yapıĢdılar. Sultan 
Süleyman da öz ayağı ilə hüzuruna gəlmiĢ ġah Təhmasibin qaynını, Biye-pəsənin 
hakimi Əmirə Divacı hörmət-izzətlə qarĢıladı, tabeliyini qəbul etdiyinə görə ona 
qiymətli bəxĢiĢlər verdi. 
Əmirə Divac-Müzəffər Sultan Süleymanın düĢərgəsinə getməyə hazırlaĢanda 
arvadı XanıĢ bəyim onun qabağına yeridi. Müzəffər bu an ayağını üzəngiyə 
keçirmiĢdi və atın üstünə qalxmağa hazırlaĢırdı. O, arvadını görüb ayağını 
üzəngidən çıxardı. Bolluca arpa yemiĢ at yerində sakit durmurdu, sahibini alıb 
aparmağa hazırdı. 
XanıĢ bəyim üzünü ərinə tutdu: 
- Müzəffər, sənə atam ġah Ġsmayıl, qardaĢım ġah Təhmasib bir yamanlıq eləyib? - 
soruĢdu. 
- Yox, bir yamanlıq görməmiĢəm. 
- Bəs sənə nə vacib olub qardaĢımın düĢməni Sultan Süleymanın qabağında diz 
çökməyə gedirsən? 
- Mən var-dövlətimi, hakimiyyətimi qorumağın baĢqa yolunu görmürəm.  
XanıĢ bəyim bu sözü eĢidəndə elə bil qocaldı: «Doğrudanmı bu çağacan bir yastığa 
baĢ qoyduğu adamı tanımayıb. Mən də bunu qardaĢıma arxa-dayaq bilirdim». 
- Daha sənə sözüm yoxdu, Müzəffər. Bircə onu bilirəm ki, özün öz əlinlə ölüm 
hökmünü yazırsan. QardaĢım ġah Təhmasib buna görə səni heç vaxt bağıĢlamaz. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
60 
 
Müzəffər istehza ilə gülümsədi: 
- Hələ yaĢayaq, görək bu qovğanın axırı nəylə qurtaracaq. 
- Görəcəyik, - deyə XanıĢ bəyim hikkə ilə fırlanıb otağına qayıtdı. Bu söhbətdən 
çox keçməmiĢdi. Azuqələrinin qıtlığından, qızılbaĢların gözlənizməz 
hücumlarından bezmiĢ Sultan Süleyman bir gün getmək təbili çaldırıb, Miyanəci 
keçib Sultaniyyəyə yetiĢdi. Burada çadırlar qurdurub düĢərgə saldı. Amma bəxti 
burda da gətirmədi, gecə bərk qar yağmıĢdı, çadırlar qar altında görünməz 
olmuĢdu, əsgərlərdən donanlar vardı. Bir tərəfdən də, qızılbaĢlar onu təqib 
edirdilər. Sultan Süleyman məcbur olub Ġraqa çəkildi, amma orada da bənd almadı, 
Mosula gəlib orada qıĢladı. ġah Təhmasib də Sultan Süleymanı cavabsız qoymadı, 
osmanlıların Van qalasını mühasirəyə alıb bütün qıĢı orada qaldı. 
 
Müzəffər elə bil yatmıĢdı, ayıldı. Güvəndiyi qoĢununu çəkib getmiĢdi. O, baĢının 
dəstəsi ilə Gilana qayıdanda yavəri Əmrə Xatəm qoĢunu ilə onun qarĢısına çıxdı: 
- Öz Ģahına, qaynına xəyanət eləyənə Gilanda yer yoxdu! - dedi. 
Müzəffərlə Əmrə Xatəm arasında Ģiddətli bir döyüĢ oldu. Əmirə Dibiac-Müzəffər 
bu vuruĢmada rüsvayçılıqla məğlub oldu. BaĢa düĢdü ki, Gilanda ona daha yer 
yoxdu. Bayaqdan hakimiyyətini, mal-mülkünü qorumaq istəyən Müzəffər necə 
böyük bir səhv etdiyini anlayıb indi canının hayına qalmıĢdı. BaĢa düĢdü ki, öz 
yavəri ona qılınc çəkəndə ürəyində hansı sarsıntını keçirtmiĢdisə, ondan da yüz qat 
artdığını, onun Sultan Süleymanın hüzurunda diz büküb oturduğunu eĢidəndə ġah 
Təhmasib keçirmiĢdir. Axı, böyüklərin ağrısı da böyük olur. 
Daha iĢ iĢdən keçmiĢdi, sabahı düĢünməyib, yaĢadığı günü - hakimiyyəti, var-
dövləti qorumaq xatirinə belə urvatsız hala düĢmüĢdü. Özünü qorumağın yollarını 
götür-qoy edəndə ġirvanĢahın - bacanağı II Xəlilüllahın, baldızı Pərixan xanımın 
ərinin yanına qaçmaqdan, ondan imdad istəməkdən özgə yol görmədi və kiçik bir 
dəstəylə gəmiyə minib ġirvana getdi.  
Sultan Xəlil - yəni II Xəlilüllah bacanağını gülərüzlə qarĢıladı. Əhvalatı eĢidib onu 
belə etibarsız iĢ tutduğuna görə «xırsızlıq eləmisən» deyə qınadı da. 
Amma bilmədi ki, Müzəffəri sarayda saxlamaqla onsuz da ġirvanĢahlar sülələsinə 
son qoymaq istəyən, ancaq bacısı Pərixan xanıma görə bu istəyini 
gerçəkləĢdirməyən ġah Təhmasibi necə qəzəb atına mindirib. ġah səbrini basıb 
Müzəffəri atdöĢü eləyib hüzuruna gətirmək üçün ġirvana elçi göndərmədi. Yenə 
qucağı körpə görməyən Pərixan xanımı gözləri önünə gətirib onun xatirinə 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
61 
 
ġirvanĢah II Xəlilüllahın qürurunu qırmaq fikrindən daĢındı. Amma Müzəffərin 
xəyanətkar adını yaddaĢ kitabının ağappaq səhifəsinə iri hərflərlə yazdı. Bacısı 
XanıĢ bəyimi göz yaĢları içərisində qoysa belə, tülkü kimi qaçıb ġirvanda 
bağıĢlanacağı günü gözləyən, atasının, Müzəffərim, deyə əzizlədiyi o Əmirə 
Divacı iynənin gözündən keçirəcəyinə and içdi. «Təbriz əhli gərək onun 
mələrtisinə tamaĢaya dursun. Onda bilər Ģahın məmləkətinə xəyanət etmək nə 
deməkdir. Onda baĢa düĢər ki, Ģah xəyanət eləyəni, doğma qardaĢı da olsa, 
bağıĢlamaz». 
II Xəlilüllah bacanağı Müzəffərə söz verdi ki, məqamında Ģahdan bağıĢlanmasını 
xahiĢ edər: «Hələlik otur sarayda, gözlə, Ģahın da sənə qarĢı qəzəbi bir az 
soyusun». Amma Ģahın qəzəbinin soyumasını Allah gözlətmədi və bir gecə II 
Xəlilüllah dünyasını dəyiĢdi. Qaynının ölüm xəbəri ġah Təhmasibə çatanda o, 
Təbrizdə sarayında idi. ġah dərhal həm bacısına baĢsağlığı vermək, həm də 
Müzəffəri yanına gətirmək üçün hörmətli əmirlərdən bir neçəsini ġirvana göndərdi. 
 
X fəsil 
 
ƏMĠRƏ DĠBACIN SON HARAYI 
 
Fəryadına yetdiklərim imdadıma yetməz… 
 
942 (1535)-ci ilin yayı idi. Əmirlər ġirvandan Təbrizə əl-qolu bağlı Müzəffərlə 
qayıtmıĢdılar. Vücudunu qorxu bürümüĢ Müzəffərin rəng-urfu qaçmıĢdı. Dadına 
yetən, imdadına çatan kimsə yox idi. Əmirlərin əhatəsində bu an ancaq on yeddi il 
bir yastığa baĢ qoyduğu XanıĢ bəyimi, oğlu Sultan Mahmud xanı andı. Bəlkə 
onların yalvarıĢları Ģahın ürəyinə rəhm hissi salaydı. Ancaq indi onlar hardadılar? 
Gilandamı, Ģahın yanındamı? - Bunu ancaq Allah bilirdi. 
O gecə onu Ģahla görüĢdürmədilər. Ona dedilər ki, axĢamın xeyrindənsə səhərin 
Ģəri yaxĢıdı. Müzəffəri zindana saldılar. Hücrədə ondan baĢqa kimsə yoxdu. BaĢını 
əlləri içərisinə alıb: «Kiminin əvvəli, kiminin axırı», - deyə acı-acı düĢündü. 
Qapı açıldı, zindanban onun qabağına saxsı nimçədə yemək, bir-iki lavaĢ, bir baĢ 
soğan, bir bardaq su qoyub: - NuĢ olsun, - deyib getdi. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
62 
 
Bərk acdığından nimçəni, lavaĢı lap yaxına çəkdi, baĢ soğanı basıb əzdi: «Ac 
qarına ölməkdənsə, tox qarına cəhənnəmə getmək yaxĢıdı». 
Çörəyini yedi, cibindən tütün kisəsini çıxarıb qəlyanını doldurdu. Yandırıb, 
acgözlüklə bir-iki qüllab vurub tüstünü havaya üfürdü. BaĢa düĢürdü ki, bəlkə də, 
düĢünüb-daĢınmaq üçün bu onun yaĢadığı sonuncu gecədir. FikirləĢdi ki, son 
ayaqda bir gecəlik ömür də az deyil.  
Səhəri gün fərraĢlar qolubağlı Müzəffəri qabaqlarına qatıb divanxanaya - ġahın 
hüzuruna aparırdılar. Amma nə üçüncə onu kəsə yox, dolambac yollarla 
aparırdılar. Elə bil son kərə Təbrizi görməsi üçün onu baĢmaq seyrinə 
çıxarmıĢdılar. Bəhram mirzənin keĢikxanasının, vəzir Qazi Cahanın evinin 
yanından olduqca geniĢ və səliqəli meydana girdilər. Burada bir-birinə yaxın, 
günbəzləri rəngbarəng kaĢılarla bəzədilmiĢ iki gözəl məscid vardı. Günbəzlərin 
üstünə çoxlu göyərçin qonmuĢdu. Bu anlarda məscidlərin minarəsindən azan 
verilməsə də qulağına azan səsi gəldi. Məscidlərin seyrindən ayrılıb əvvəl At, 
sonra Nağara meydanına gəldilər. Burada ayaq saxladılar. Bu meydan Müzəffərə 
yaxĢı tanıĢdı. Novruz bayramlarında, Ģahın zəfərlərlə bitən yürüĢlərindən sonra 
burada üç gün - üç gecə nağaralar çalınardı. Burada Ģahın özünün də qoĢulduğu top 
və çövkən oynu oynayardılar. Həm də bu meydançadakı dirəklərdən görk üçün 
kəsilmiĢ baĢlar asılardı. Müzəffər baĢa düĢdü ki, onu bura bilərəkdən - ibrət üçün 
gətiriblər. Meydandakı dirəklərdən üç günahkarın içinə saman təpilmiĢ baĢı 
asılmıĢdı. Yaxınlıqda keĢikçilər qaravulda durmuĢdular.  
Nəhayət, Müzəffəri saraya gətirdilər. ġahın sarayı bağ-bağatla əhatə olunmuĢdu. 
Həyətdə içində balıqlar üzən hovuz vardı. Müzəffər, Ģahın balıq ovunu çox 
sevdiyini yaxĢı bilirdi. FikirləĢdi ki, yəqin hovuzu da balıqlara görə tikdirib. 
Asta addımlarla gedirdilər. Hər tində, hər qapıda əli dəyənəkli, qılınclı, oxlu-yaylı 
keĢikçilər dayanmıĢdı. Kiçik bir qapıdan keçib dəhlizlə irəlilədilər. Müzəffər qapısı 
açıq otaqlarda süvari qorçuların qılınclarını dizləri üstünə alıb yerdə oturduqlarını 
gördü. 
Ġkinci böyük otaqda mənsəb sahibi olan sultanlar, üçüncü otaqda aĢağı mənsəbli 
sultanlar, dördüncü otaqda isə sultan olmağa namizəd qorçular əyləĢmiĢdilər. (Bu 
qorçular Ģahın icazəsi olmasa evlənə bilməzdilər…) ġahın yataq otaqlarının 
qapıları bağa açılırdı. Bu otaqların yanında onun hamamı vardı. 
Müzəffərə bu sarayın hər küncü tanıĢdı (Doğma deməyə dili gəlmirdi). Nəhayət, 
divanxanaya çatdılar. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
63 
 
… ġah divanxanada əyləĢmiĢdi. Bu gün yolunu azanları cəzalandıracaq, Ģikayətə 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin