Milli Virtual Kitabxananın e nəşri n 01 58 (2012) Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum: Azərbaycan yazı



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7187
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   23
ikisindən baĢqa kimsə yoxdu. ġah onu qızılgül kollarının arxasına çəkdi. Hər Ģeyi 
unutmuĢdu, böyük bir məmləkətin Ģahı olduğunu, yaĢının qırxı çoxdan keçdiyini… 
Kənizi otluğa uzandırıb öpüĢlərə qərq etdi… 
Və kəniz kənizlikdən çıxıb Ģahın xanımı oldu. Bir ildən sonra aylı bir gecədə 
beĢinci oğlu Mustafa mirzə dünyaya göz açdı. Vaxtilə Gilanın Piye-piĢ vilayətinin 
baĢıpozuq adamlarını ram etməkdə Mustafa mirzə Ģəxsi Ģücaət göstərmiĢdi. Atası 
da bu igidliyini qiymətləndirib ona əyalət hakimliyi rütbəsi vermiĢdi. Buna görə də 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
31 
 
Mustafa mirzə qoĢun sahibi idi. Onun həm atasının, həm də əmrlərin yanında 
hörməti vardı. Hazırda Mustafa mirzə sarayda yaĢayırdı. Neçə il idi evlənmiĢdi, iki 
qız atasıydı. 
ġahın altıncı oğlu Mahmud mirzə də cariyəsindən olmuĢdu. ġah hələ Mahmud 
uĢaq ikən onu Gilana hakim təyin eləmiĢdi. Mahmud mirzə bir müddət lələsiylə 
Gilanda yaĢamıĢdı. Amma arada Gilanda fitnə-fəsad baĢ qaldıranda Ģah oğluna bir 
sədəmə toxunacağından ehtiyatlanıb onu saraya gətirtmiĢdi. ġah xeyli vaxt idi ki, 
Mahmud mirzəni ġirvana hakim, Azər xanı da onun lələsi təyin etmiĢdi. Amma 
Mahmud mirzə hakimiyyətə can atmadığından, hələ də ġirvana getməmiĢdi.  
Təhmasib Ģah Gürcüstana dördüncü dəfə hücum edəndə əsir kimi gətirdiyi Zal 
dərhal Ġslamı qəbul etdi və Zal bəy adı ilə sarayda yaĢamağa baĢladı. ġah hamama 
gedəndə də Zal bəylə gedərdi. Axırda Zal bəyin bacısını da alıb özünə arvad elədi. 
Ondan da yeddinci oğlu Ġmamqulu mirzə doğuldu. ġah onu Lahicana vali təyin 
eləmiĢdi və Ģahın bu xəstə vaxtında Lahicanda yaĢayırdı. Amma hələ on dörd 
yaĢında olduğundan Ģah onu lələsi Pirə Məhəmməd Ustaclıya tapĢırmıĢdı. O 
yerlərin hakimi, əslində, Pirə Məhəmməd Ustaclıydı. ġahın səkkizinci oğlu Əli 
mirzə isə, Mustafa mirzəylə anabir qardaĢ idi. Ġndi Gəncədə, Qarabağ 
bəylərbəyliyində Ġbrahim sultan Ziyadoğlunun yanındaydı. Deyib-gülən, Ģən bir 
yeniyetməydi. 
Sonuncu, doqquzuncu oğlu Əhməd mirzə də onun sevimli bir cariyəsindən 
doğulmuĢdu. O da bir müddət lələsi Əmiraslan sultan ƏfĢarla Ġsfahanda yaĢamıĢdı. 
ġah bu sonbeĢiyini Əhməd Bağbadi deyə əzizləyirdi. Əslində, elə bil onunla nəfəs 
alırdı. 
ġah qızlarının bir neçəsini ərə vermiĢdi, bir neçəsini də niĢanlamıĢdı. NiĢanlı olan 
qızlarından biri də Pərixan bəyim idi. 
 
* * * 
 
Canını zəli kimi soran ağrının Ģiddətindən qıvrılan Ģah həm də fikirlərinin 
burulğanında çapalayırdı. Ömrünün bu taqətsiz çağında hakimiyyətinin, Səfəvilər 
xanədanının sabahından çox nigaran idi. Səfəvilər hakimiyyətə gələnə kimi hansı 
mərhumiyyətlərə dözməmiĢdilər: baĢları nə bəlalar çəkməmiĢdi: ulu babaları ġeyx 
Cüneyd, ġeyx Heydər, əmisi ġeyx Ġbrahim bu yolda Ģəhidlik Ģərbətini içmiĢdilər. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
32 
 
Hələ beĢikdə ikən hakim olan, hökmranlığın, hökm etməyin ləzzətini yaĢayan, 
ətrafındakıların sayğısını, çox vaxt da mütiliyini görən Ģahzadələrin çoxluğu bir 
vaxt Ģaha qol-qanad, qürur verirdisə, indi qəlbinin lap dərinliyində bundan qəribə 
bir ağrı duyurdu. O, bu əlli üç il altı aylıq Ģahlığı dövründə çox-çox müdhiĢ 
hadisələrin Ģahidi olmuĢdu. Hakimiyyətin necə acgöz bir əjdaha olduğunu da çox 
gözəl bilirdi. Doğmalar belə, hakimiyyətə yetmək üçün bir-birini parçalamağa
didib-dağıtmağa hazır idilər. Doqquz qardaĢ, səkkiz bacı, hələ üstəlik, yeznə, 
qayın, əmi, dayı, xala, bibi uĢaqları… Vay, vay, vay… Ġlahi, bizi özün qoru. 
ġah sabah baĢ verə biləcək fitnə-fəsadın miqyasını götür-qoy edib düĢündükcə 
canındakı ağrıları da Ģiddətlənirdi. Onun ölümün pəncəsində bu cür çapaladığı 
dəqiqələrdə belə düĢünməyi heç də səbəbsiz deyildi. Ġki il bundan qabaq da beləcə 
bərk xəstələnmiĢdi. Onda da indiki kimi ölüm ayağında idi… Həkim Gilanin oğlu 
Əbu Nəsir gecə-gündüz onun yanını kəsdirib min bir dava-dərman düzəldib 
verirdi. Təbabətə dair qədim tibb kitabları oxumaqdan gözləri ağrıyırdı. Amma 
hələ ki, düzəltdiyi dava-dərmanın bir nəticəsi yox idi. Saray əhli artıq bu fikirdə idi 
ki, Ģah sağalmayacaq. ġahın sevimli oğlu Heydər mirzə də bu fikirdə idi. Son illər 
Ģahın ən yaxın köməkçisi olduğu üçün, artıq özünü Səfəvi xanədanının vəliəhdi 
hesab edirdi. Həm də ona görə ki, özündən böyük qardaĢı Məhəmməd mirzə 
Xorasanda hakim idi, gözləri də görmürdü, ondan kiçik qardaĢı Ġsmayıl mirzə 
Qəhqəhə qalasında göz dustağıydı. Belə olan halda vəliəhd Heydər mirzə 
olmalıydı. O, özünü artıq Ģah taxtına layiq bilirdi. Murad xan SüfrəbaĢı, Hüseyn 
bəy YüzbaĢı, tir və kaman qorçusu Piri bəy Qoçulu, baĢ mehtər Məhəmməd bəy 
Qoyunçuoğlu, Allahqulu sultan Aycəkoğlu da bu fikirdəydilər ki, daha Ģah o 
dünyalıqdı. Bu adamlar düĢünürdülər ki, Ģahı torpağa tapĢırmamıĢ, isti-isti bu 
hakimiyyət məsələsini həll etmək gərəkdir. 
Bir axĢam Ģahı Əbu Nəsir həkimə, «Quran» oxuya-oxuya zikir eləyib xəstənin 
sağalması üçün Allaha dua edən mollaya tapĢırıb, sarayın baĢ tərəfindəki hücrəyə 
çəkildilər. 
Heydər mirzə baĢda əyləĢmiĢdi. MəntəĢə sultanın nəvəsi Murad xan SüfrəbaĢı 
(Ģahın Ģərəfinə açılan süfrələrin baĢçısı o idi) onun sol yanında, Hüseyn bəy 
YüzbaĢı sağ tərəfində, sonra Piri bəy  Qoçulu, Məhəmməd bəy Qoyunçuoğlu ilə 
Allahqulu sultan Aycəkoğlu əyləĢmiĢdilər. Təzəcə saray dəftərxanasında 
mühasiblik edən gənc Ġsgəndər bəy də Hüseyn bəy YüzbaĢıya görə burada idi. 
Amma danıĢmırdı, susub oturmuĢdu. Onluq bir iĢ yoxdu, sadəcə, bu gəncin baĢ 
verənlərə sonsuz marağı vardı. Bu məclisdə iĢtirak etməsələr də, həkim Əbu Nəsir, 
Heydər mirzənin dayısı Əlixan bəy Gürcü, Zal bəy Gürcü də onlarla idi. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
33 
 
Heydər mirzə əlini belindəki xəncərin qızıl dəstəyinə aparıb üzünü qarĢısında 
oturanlara tutub soruĢdu: 
- Məsləhətiniz, ağalar?! Əlbəttə, hamımızın taleyi Yaradanımızın əlindədi. 
Allahdan ĢahənĢah atama Ģəfa diləyirəm. Amma o, bildiyiniz kimi, çox ağır 
xəstədir, sağalıb ayağa durmasına ümid qalmayıb. Sabah nə baĢ verəcək, onu Allah 
bilir. ĠĢdi, əgər sabah bir hadisə baĢ verərsə, məmləkəti baĢsız qoymaq olmaz. 
Piri bəy Qoçulu yerində qurcalandı: 
- Biz də elə bu fikirdəyik. ĠĢdi, belə bir əhvalat vaqe olsa, Ģəhriyarımız Allahın 
dərgahına getsə, gərək əvvəl-əvvəl Ģahın ölüm xəbərinin saraydan diĢarıya 
çıxmasına yol verməyək. qarovulu möhkəmləndirək. Bir də, gözləmək lazım deyil 
ki, sizi Ģah dünyasını dəyiĢəndən sonra taxtda oturdaq. Bu iĢi əvvəlcədən görmək 
gərəkdir. 
Bu yerdə Məhəmməd bəy Qoyunçuoğlu sinəsini qabağa verdi: 
- Heydər mirzə, siz iki ildi ki, atanızın sağ əlisiniz. Son illər çox iĢdə sizə güvənib. 
Doqquz qardaĢsınız. Bəxtiniz onda gətirib ki, siz sarayda böyük qardaĢsınız. 
Məhəmməd mirzə Xorasanda hakimiyyətdədi. Özünün də gözləri tutulub, güman 
eləmirəm ki, kor bir adam bu boyda məmləkəti idarə eləmək fikrinə düĢsün. 
Allahqulu sultan Aycəkoğlu bığına sığal çəkib, alimanə bir görkəm alıb dedi: 
- Yanılırsan, Məhəmməd bəy, hakimiyyətin necə Ģirin olduğunu unutma. 
Məhəmməd mirzə kor olsa da, onun Məhdi-ülya xanım kimi tədbirli, dilavər arvadı 
var. O xanımın ata-babaları Təbəristan diyarının hökmdarları olmuĢlar. Deməyim 
odur ki, Məhəmməd mirzənin də arxası, tərəfdarları var. Bu Məhəmməd mirzə hələ 
altı yaĢında olanda Xorasanın hakimi idi. Əlbəttə, Xorasanı altı yaĢlı uĢaq yox, 
lələsi Səfərəddinoğlu Təkəli idarə edirdi. Ġnsafən, Məhəmməd mirzə xoĢxasiyyət 
adamdı, özü də çox istedadlıdı. Bəzən Fəhmi təxəllüsü ilə Ģeirlər də yazır… 
Heydər mirzə tıncıxdı, elə bildi ki, bu saat hakimiyyət əlindən çıxacaq. Ona görə 
də Allahqulu sultanın sözünü kəsdi: 
- Məhəmməd mirzənin Ģairlik qabiliyyətinin bizim söhbətə nə aidiyyəti var, 
Allahqulu sultan? 
Allahqulu sultan geri çəkilmədi: 
- Var, bəy, var. Çünki onun qəlbində ata məhəbbəti, Allah xofu var.  
Heydər mirzənin qaĢları çatıldı: 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
34 
 
- Məgər bizdə ata məhəbbəti, Allah xofu yoxdu? - soruĢdu.  
Allahqulu sultan səsini bir az da mülayimləĢdirdi: 
- Sənə fəda olum, kim dedi yoxdu?! Deməyim odur ki, yadımdadı, Məhəmməd 
mirzə göz ağrısı tapanda atanız ĢahənĢah - yastığı yüngül olsun (bu arada oturanlar 
səs-səsə verib «Amin!» dedilər) - onu saraya çağırıb yerinə kiçik qardaĢını - 
Ġsmayıl mirzəni göndərdi. O isə ürəyindəkiləri tez büruzə verdi. Hakimiyyət eĢqinə 
düĢdü. BaĢımın üstə Allah var, onu haqq yoldan çıxaran, ağlını azdıran lələsi Əli 
sultan Təkəli olmuĢdu. Cidanı çuvalda gizlətmək olmaz. Xəbər gəlib saraya 
çatanda Ģah bundan çox qəzəblənmiĢdi. O, bir vaxt sənə lələlik eləmiĢ Sevindik 
bəy ƏfĢarı yanına çağırıb: - Günü sabah adamlarını götür get Xorasana, - demiĢdi, 
- oğlum Ġsmayıl mirzəni Qəhqəhə qalasına sal, o xain Əli sultanı da onun gözləri 
qabağında qorçuların təpikləri altına at, qoy yolunu azanlara dərs olsun. Sevindik 
bəy ƏfĢar Ģahın tapĢırığını can-baĢla yerinə yetirdi. Hə, mənim Ģahzadəm… 
Bu zaman Ģahın iniltisi eĢidildi. Hamısı susub bu iniltiyə qulaq kəsildi. Elə bil 
dəhĢətli bir xəyanət üstə tutulmuĢdular. Düzdü, Ģaha sui-qəsd etməmiĢdilər, amma 
sağ ikən oğlunu taxta oturtmaq fikrinə düĢmək də elə sui-qəsd kimi bir Ģey idi. 
Az sonra yenə saraya sükut çökdü. Hardasa Ġsaq-Musaq quĢunun adama qəm 
gətirən səsi eĢidildi: «Tapdın? - Yox!» 
Allahqulu sultan bayaqkı sözünü tamamladı: 
- Mənim qorxum on yeddi ildi dustaq olan Ġsmayıl mirzədəndi. 
Hüseyn bəy YüzbaĢı: 
- Doğrudu, - dedi, - o çox qansız, həm də qorxmaz adamdı. Bu on yeddi ildə, 
yəqin, bir az da üstünə qoyub. ĠĢdi, əgər o, taxtda otursa, gərək kəfənimizi salaq 
boynumuza. 
Heydər mirzə bu xəbərdarlıqdan üĢəndi. Qeyizli bir səslə: 
- Kimdi onu Qəhqəhə qalasından buraxan? - dedi. 
Murad xan: 
- Heydər mirzə, - dedi, - onun da tərəfdarları var. Biri elə Pərixan bəyim. Nə 
gizlədək, səni də görməyə gözü yoxdu. 
Heydər mirzə tam səmimiyyətlə dedi: 
- Vallah, bilmirəm bu Pərixana neyləmiĢəm. Ġkimiz də atamızın sevimlisiyik. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
35 
 
- Bu Pərixan bəyimin xasiyyətində hökmranlıq xisləti var. Bəxtiniz onda gətirib ki, 
o, kiĢi olmayıb, kiĢi olsaydı, taxta yaxın düĢə bilməzdiniz. ġah da bunu bilir. Ona 
görə də onun məsləhətlərindən çıxmır. Ağıllı, dərrakəli qızdı. 
Heydər mirzə: 
- Onu öz tərəfimizə çəkə bilmərikmi? 
 
Hüseyn bəy YüzbaĢı: 
- Bəy, incimə, çətin, qan özünü göstərir, - dedi. 
- Biz ki, bir qandanıq. 
- Bəli, bir atanın belindən gəlmisiniz, amma baĢqa-baĢqa anaların südünü 
əmmisiniz. 
ġahzadə bu acı həqiqəti inkar edə bilmədi, daha doğrusu, xanədanda öz yerləri, 
xidmətləri, həm də tərəfdarları olan bu adamlarla söz güləĢdirmək istəmədi: 
- YaxĢı, bizi bu Pərixan bəyim sevmir, bəs Ġsmayıl mirzəni baĢqa istəyənlər 
kimlərdi? 
- Pərixan bəyimin doğmaca qardaĢı Süleyman mirzə, rumlu tayfası içində yaĢayan 
Mahmud mirzə, əfĢarların can-ciyəri Əhməd mirzə, Pərixan bəyimin doğmaca 
dayısı ġamxal sultan Çərkəz, hiyləgərlikdə ad çıxartmıĢ Hüseynqulu Xüləfa. 
Marıqda yatanlar da var. 
Heydər mirzənin çatma qaĢları bir az da çatıldı: 
- MaĢallah, az deyillər. YaxĢı, bu gecə gözləyək, görək nə olur. Amma gərək 
adlarını çəkdiyiniz bu adamları gözdən qoymayaq. 
- Doğru buyurursan, - Hüseyn bəy YüzbaĢı dedi. Ayağa qalxdılar. Qapını açıb çölə 
çıxanda «Ģahın qulağı»nın - Kor ġahəli Rumlunun yanını basa-basa dəhlizlə 
getdiyini gördülər. Bu söhbət yasovulunu hamı yaxĢı tanıyırdı. Onun vəzifəsi 
görüb-eĢitdiklərini Ģaha çatdırmaq idi. Ona görə də ona öz aralarında «Ģahın 
qulağı» deyərdilər. «Qulağı» dəhliz boyu irəliləyən görəndə xəstə Ģahın 
hakimiyyətini ələ keçirmək istəyənlərin sümükləri eyməndi. Çünki Ģah ən əziz 
adamlarından da çox onun söylədiklərinə inanırdı. Bu bəstəboy, tosqun kiĢidən 
uzaq durmaq müĢkül məsələydi. Harda olsan, baĢının üstünü kəsdirən görərdin. 
Ġndi yanını basa-basa irəliləyən bu kiĢinin arxasınca ürkək-ürkək baxa-baxa 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
36 
 
qalmıĢdılar. Tam əmin idilər ki, «Qulaq» onların söhbətini eĢidib, niyyətlərindən 
xəbər tutub. Ġndi iĢ Allaha qalıb. Allahın da ki, min bir möcüzəsi var. Onun əmrilə 
Ģah sağala da bilər, ölə də. Sağalıb ayağa dursa, onların «sui-qəsd»inin üstü açılsa, 
cəzayə layiqdilər. 
Daha olan olmuĢdu. Geriyə yol yox idi. Birdən elə bil yer yarıldı, yerin altından 
baĢı cıqqalı, qolu bazubəndli Pərixan bəyim çıxdı. HəmiĢə üz-gözündən Ģəfqət 
yağan, ətrafa xoĢ ovqat yayan Pərixan bəyim tutqun idi. Məsum çöhrəsi kədərli 
görünürdü. Heydər mirzə onun qarĢısına yeridi. Onlar üz-üzə dayanmıĢdılar. 
Gözləriylə bir-birini oxumaqdaydılar. Kəlmə kəsməmiĢdilər ki, Hüseynqulu 
Xüləfa, Əmiraslan sultan ƏfĢar, Cabuq Türkman, Pərixan bəyimin qardaĢı 
Süleyman mirzə, dayısı ġamxal sultan Çərkəz gəlib Pərixan bəyimin arxasında 
dayandılar. Bəlli oldu ki, onlar da məĢvərət eləyirmiĢlər. Sözə Pərixan bəyim 
baĢladı: 
- Heydər, sənə yaraĢarmı atamızın xəstə vaxtında taxt-tac fikrinə düĢmək? 
- Ġki ildir atamın iĢlərini mən aparmırammı?! Ağlın kəsəndən sən məndən qibleyi-
aləmə, əziz atamıza qarĢı bir sayğısızlıq görmüsənmi? 
Pərixan bəyim səsini qaldırdı: 
- Bəs bu sayğısızlıq deyilmi, atamızın nəfəsi üstündə ikən Ģahlıq eĢqinə düĢmüsən? 
- Mən, sabah bir Ģey olsa, məmləkətdə baĢ verə biləcək qarıĢıqlığın qarĢısını 
almaqdan ötrü əvvəlcədən tədbir görməyi vacib bilirəm. 
- Səni kim vəkil seçib? 
- Bəs sənə kim izin verib, hərəm dairəsindən çıxıb kiĢilərlə məĢvərət edəsən? 
Pərixan bəyimin yanaqları qızardı: 
- Nə qədər ki mən sağam, sən taxt-taca sahib ola bilməzsən! Biz Ģahın sadiq 
qullarıyıq, siz kimsiniz? 
- Biz Ģahımızı candan artıq sevirik, amma məmləkətin sabahını da düĢünürük. 
- Əsl vəliəhd indi Xorasanda olan böyük qardaĢımız Məhəmməd mirzədi. 
- Onun ki halı hamımıza bəllidi?! 
- Bəllidi, bəli, ondan sonra vəliəhdlik Ġsmayıl mirzəyə düĢür. 
- Sənin o Ġsmayıl mirzən on yeddi il qabaq Ģahlıq eĢqinə düĢmüĢdü. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
37 
 
- Ona görə də cəza çəkir. 
- Unutma ki, atamız onu hələ də bağıĢlamayıb. 
- ĠnĢaallah, bağıĢlar. 
- Belə çıxır ki, siz Ģahsevənsiniz, biz yox?  
- Belə görünür. 
- Ey Pərixan bəyim, bu saat siz Ģah atamızı yox, Ġsmayıl mirzəni hakimiyyətdə 
görmək istəyirsiniz. Amma səhv yoldasınız. Siz özünüzü nahaq Ģahsevənlər kimi 
göstərirsiniz. 
Pərixan bəyim cavab verməyib qardaĢından ayrıldı. Bayaqdan onların deyiĢməsinə 
qulaq asan ağalar da dağılıĢdılar. Bu hadisənin sonu heç də yaxĢı görünmürdü. 
 
V fəsil 
 
NĠGARANLIQ ĠÇĠNDƏ 
 
Əfsus ki, yarım gecə gəldi, gecə getdi. 
Ağabəyim ağa Ağabacı 
 
ġah canı ilə əlləĢsə də, sabahkı gün üçün tədbir görməyindən də qalmırdı. Gecələr 
hamı çəkiləndən sonra söhbət yasavulu Kor ġahəli Rumlu onun yanına gəlirdi və 
sarayda baĢ verənləri, kimin nə ilə nəfəs aldığını, hansı yuvanın quĢu olduğunu 
asta-asta, artırıb-əksiltmədən Ģaha söyləyirdi. ġahın ilk nigarançılığı on yeddi il 
bundan qabaq Qəhqəhə qalasına saldırdığı Ġsmayıl mirzə sarıdan oldu. Kor 
ġahəlinin söhbətindən anlamıĢdı ki, eĢikağasıbaĢı Qaradağlı Fərruxzad bəy də 
Heydər mirzənin tərəfdarıdı. Ondan qorxusu yoxdu, yanında, ordugahındaydı, 
istədiyi vaxt onu cəzalandıra, yerində oturda bilərdi. Onu ehtiyatlandıran Qəhqəhə 
qalasının hakimi Xəlifə Ənsar idi. Çünki o, Fərruxzad bəyin yerlisiydi. Doğrudu, 
Ģah, Xəlifə Ənsarı etibarlı adam kimi tanıyırdı, ancaq bununla belə, Ġsmayıl 
mirzəyə bir sədəmə toxunmasından narahat idi. ġah ehtiyat edirdi ki, birdən Xəlifə 
Ənsarın əli ilə Ġsmayıl mirzəyə sui-qəsd edərlər. ġah, Ġsmayıl mirzəni 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
38 
 
bağıĢlamamıĢdı və heç bağıĢlamaq fikri də yoxdu, bununla belə, oğlunun baĢından 
bir tük əskik olmasını istəməzdi. Sadəcə, ondan qəlbi qırılmıĢdı, vəssəlam! 
Ġsmayıl mirzənin anası, sevimli arvadı Sultanım bəyim də oğlunun bağıĢlanması 
üçün ona çox dil tökmüĢdü. «Cavandı, beyni qandı, bağıĢla» demiĢdi, Ģah isə 
fikrindən dönməmiĢdi: 
- Yox, Sultanım bəyim, gözüm nuru, yox! Oğlumuz tez çaĢdı. Mənim babalarım, 
atam ġah Ġsmayıl Səfəvilər xanədanını qurana kimi həyatlarından keçiblər. 
Oğlumuz məndən nə yamanlıq gördü ki, mən dura-dura hakimiyyət eĢqinə düĢdü?! 
- Qanmayıb… 
- Sultanım, qanmayacaq da. Südlə gələn, sümüklə çıxar deyiblər. Ona heç vaxt 
güvənə bilmərəm. 
Sultanım bəyim dedi: 
- MürĢüdüm, mən daha bu dərdə dözəmmirəm. Ġzin ver Qum Ģəhərinə 
müqəddəslərin ziyarətinə gedim. Bir müddət oradakı mülkümüzdə yaĢayaram. 
ġah xeyli tərəddüddən sonra: 
- Allah amanında, Sultanım, gedə bilərsən. 
Bununla da söhbətləri bitmiĢdi. 
ġah bilirdi ki, Sultanım bəyim sözünü yerə saldığı üçün ondan inciyib gedir. Bəlkə 
də, bir oğul anası kimi, ondan inciməyə haqqı vardı. Amma o, təkcə oğlunun
sevimli arvadının istəklərini yerinə yetirməklə Səfəvilər xanədanını qoruyub 
saxlaya bilməzdı. Dövlətin, hakimiyyətin naminə çox zaman ürəyinə daĢ 
bağlamağa məcburdu. Ġndi oğlu Ġsmayılın bağıĢlanmasını ondan xahiĢ edən 
Sultanım bəyimə «yox» deyəndə ürəyinə daĢ bağlamıĢdı. Bu «yox» kəlməsi heç də 
onun Ģahlıq qürurundan gəlmirdi, sadəcə, məmləkətin sabahı naminə kimsəyə - 
hətta doğmalarına da güzəĢtə gedə bilməzdi. 
Təhmasib Ģah övladlarının hər birini canı qədər istəyirdi. Sadəcə, bu xəstə 
vaxtında, sarayda, saraydan diĢarda yastı-yapalaq damlar altında, hücrələr 
küncündə, bulaq baĢında, çay qırağında… hörülən hörümçək torlarını düĢünəndə 
ən çox Ġsmayıl mirzənin taleyini düĢünürdü. Çox nigaran idi, çox. Ona görə də ona 
sadiq əmirlərdən birini yanına çağırdı, əfĢar tayfasından on iki nəfər qorçu ayırıb 
Qəhqəhə qalasına göndərməyi, Ġsmayil mirzəni hər cür təhlükədən qorumağı 
tapĢırdı. Özü də bu barədə kimsəyə bir söz deməmək Ģərtilə. Təhmasib Ģahın bu 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
39 
 
tədbirindən sarayda heç kəsin xəbəri olmadı. Ġsmayıl mirzə qalada dustaq 
edildiyindən, hər kəs elə zənn edirdi ki, Ģahın onu görməyə gözü yoxdur. Amma 
əslində belə deyildi. Bu saat, bu xəstə çağında Ġsmayılı görmək, onun nəfəsini 
duymaq üçün burnunun ucu göynəyirdi. On yeddi il idi oğlunu görmürdü. Bir əmri 
kifayət idi ki, Ġsmayılı təm-təraqla saraya - onun hüzuruna gətirsinlər. Amma buna 
qüruru yol vermirdi. Bir də, inanmırdı Ġsmayıl mirzə dəyiĢmiĢ ola, atası sağ ola-ola 
onun yerini tutmaq fikrinə düĢməyə. Görünür, xasiyyət də insanla bir yerdə 
doğulur, ona görə də onu dəyiĢmək hər kəsə müyəssər olmur. 
O, 962 (1554)-ci ilin payızında bacısı XanıĢ bəyimin qızı Səkinə xanımla Ġsmayıl 
mirzənin toyunu etmiĢdi. Təbriz yaxınlığında saldırdığı bağda iki böyük toy mağarı 
qurdurmuĢdu. Birisi qadınlar, digəri kiĢilər üçün. AĢxanada tiyan-tiyana, qazan-
qazana söykənmiĢdi, kəsilən buğaların, toğluların sayı-hesabı yoxdu. 
KiĢilərin məclisində məĢhur udçalan Məhəmməd Mömün, kamanzən Mirzə 
Məhəmməd, tənburçu Mirzə Hüseyn, cəngiçalan Sultan Məhəmməd, sarayın 
məĢhur xanəndələri - Hafiz Əhməd, Hafiz Lələ Təbrizi, Ərdəbil aĢıqları, qissə 
söyləyənlər yerlərini tutmuĢdular. Hamı bəyin - Ġsmayıl mirzənin mağara 
gəlməsini gözləyirdi. Bir dəstə adam «Gəlinatlandı» havasının sədaları altında 
gəlini gətirdi. Yengə irəli durub baĢında qırmızı çarqat, əynində al qumaĢdan 
paltar, ayağında zövqlə tikilmiĢ məst, belində qızıl kəməri, sinəsində bərq vuran 
boyunbağısı olan gəlini kəcavədən düĢürtdü. Sındırmaq üçün ayaqları altına çini 
qab qoydular. Gəlin qabı sındırıb keçdi. Bu, xoĢbəxtlik əlaməti idi. 
Qazı Ġsmayıl mirzə ilə gəlinin kəbinini kəsdi. Gəlini qadınlar olan mağara, Ġsmayıl 
mirzəni kiĢilərin məclisinə gətirdilər. ġah yerindən qalxıb oğlunun alnından öpdü: 
- XoĢbəxt ol! 
Ġsmayıl mirzə: 
- Sağ ol, ata, - dedi. 
Toy baĢladı, nə baĢladı. Xanəndə Hafiz Əhmədlə Hafiz Lələ Təbrizinin adamın 
huĢunu baĢından alan avazı, zurnaçı Həsənin sümükləri oynadan çalğısı 
məclisdəkiləri bihuĢ eləmiĢdi. Xanəndələr atası ġah Ġsmayıl Xətainin qəzəllərini 
oxuduqca fərəhdən ürəyi köksünə sığmırdı. AĢıqlar atası ġah Ġsmayılla anası Taclı 
xanımın həyatından dastan bağlamıĢ, mürĢidi-kamilin Ģərəfinə «ġah Xətai» 
havasını yaratmıĢdılar. Atasından da bu cür havalar yadigar qalmıĢdı, özü də bu 
cür havalar bəstələmiĢdi. Ġndi iki cəbhəyə bölünmüĢ Ģahsevənlərlə Heydər mirzə 
tərəfdarları qol-qola girib «Yallı» gedirdilər. Söhbət yasovulu Kor ġahəli 
Rumlunun məzəli rəqsinə baxıb qəĢĢ eləyənə qədər gülmüĢdülər. Bəs indi nə oldu, 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
40 
 
aradan qara piĢikmi keçdi? Görünür, Allaha itaət etməyən Ģeytan tək deyil, hərənin 
içində gözə görünməyən bir Ģeytan yatır. Belə olmasaydı, ikitirəlik yaranmazdı. 
ġah arxası üstə uzandı. Lələ Təbrizinin o toyda oxuduğu «Rast»ı canlandı 
yaddaĢında. Toyda Lələ Təbrizi baĢına yağan ĢabaĢdan ruhlanıb «Rast» oxumağa 
baĢlamıĢdı. Lələ Təbrizi gördü ki, məclisdə ġah Ġsmayıl Xətainin yaĢa dolmuĢ 
müridləri də var, ona görə də onun belə bir qəzəlini oxumağa baĢladı: 
 
Allah, Allah den, qazilər, qazilər deyən Ģah mənəm, 
QarĢu gəlin, səcdə qılın, qazilər deyən Ģah mənəm. 
 
Uçmaqda tuti quĢuyam, ağır ləĢgərlər baĢıyam, 
Mən sufilər yoldaĢıyam, qazilər deyən Ģah mənəm. 
 
Bu yerdə «Sağ ol! YaĢa!» sədaları ucaldı. 
 
Nerdə əkərsən bitərəm, xanda çağırsan, yetərəm, 
Sufilər əlin dutaram, qazilər deyən Ģah mənəm. 
 
Mənsur ilə darda idim, Xəlil ilə narda idim, 
Musa ilə Turda idim, qazilər deyən Ģah mənəm. 
 
Məhəmməd Mömün udunu, Mirzə Məhəmməd kamançasını, Mirzə Hüseyn 
tənburunu, Sultan Məhəmməd cəngini dilə gətirib xanəndəni daha da sövqə 
gətirirdilər. 
Lələ Təbrizi sufilərin alqıĢından coĢmuĢdu: 
 
Əsir edin, bəri gəlün, novruz edin, Ģaha yetin, 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
41 
 
Hey qazilər, səcdə qılın, qazilər deyən Ģah mənəm. 
 
Qırmızı taclu, boz atlı, ağır bir ləĢgər nisbətlü 
Yusif peyğəmbər sifətlü, qazilər deyən Ģah mənəm. 
 
Xətaiyəm, al atlıyam, sözü Ģəkərdən datluyam, 
Murtəzə Əli zatlıyam, qazilər deyən Ģah mənəm. 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin