Milli Virtual Kitabxananın e nəşri n 01 58 (2012) Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum: Azərbaycan yazı



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7187
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   23
doğrudan da, bir pəriydi. Pərixan bəyim həm gözəl, həm də ağıllı, dərrakəli bir qız 
idi. ġah onu çox sevirdi. Bu mütənasib əndamlı, nazlı-qəmzəli qızın ala gözləri o 
qədər nüfuzedici idi ki, baxanların qəlbini titrədirdi. Bir sözlə, Pərixan bəyim sanki 
baharın özüydü. YeriĢi, duruĢu, uca boyu, zərif vücudu, cingiltili gülüĢü adama 
gəl-gəl deyirdi. Təhmasib Ģah qızının bir sözünü iki eləməzdi. Dövlət iĢlərində 
belə, Pərixan bəyimlə məsləhətləĢirdi. ġahın qızına istəyi o həddə idi ki, hətta onu 
ərə getməyə məcbur etmirdi. ġah Pərixan bəyimi qardaĢı Bəhram mirzənin oğlu 
Bədiüzzamana niĢanlamıĢdı. Pərixan bəyim niĢanlanmağa etiraz etməsə də, ərə 
getməyə tələsmirdi. Yazıq Bədiüzzaman vüsal həsrətiylə odsuz-ocaqsız yanırdı. 
Pərixan bəyim onun gözlərinə ilahi bir pəri kimi görünüb çəkilərdi. Bu qızda 
hakimiyyət həvəsi, kiminsə arvadı olmaq həvəsindən qat-qat üstün idi. NiĢanlansa 
da, məhəbbət qəlbinə yol tapmamıĢdı, gecələr eĢq odunda yanmırdı. Hakimiyyət 
eĢqi isə, elə bil onun canında, qanındaydı. MüĢkül iĢi asan eləmək, açılmayan 
düyünləri açmaq, iti, çevik ağlı ilə qarĢısındakını susdurmaq, özünə ram etmək 
onun xislətindəydi. Gərək Bədiüzzamanda Pərixan bəyimdə olan bu keyfiyyətlərin 
hamısından üstün cəhətlər olaydı ki, qızın qəlbini ələ ala biləydi. Bədiüzzaman 
düĢünürdü ki, Pərixan bəyim hər qıza bənzəmir, o, gərdək arxasında oturub arvad 
olmaq üçün ər gözləyən qızlardan deyil. Pərixan bəyim nə isə sirli bir aləmdi. 
Oğlan bütün bunları duyduğundan Ģəriətin qanununa əsaslanıb, niĢanlısına sahib 
olmaq istəmirdi, onun qəlbinə açar axtarırdı. 
Sarayda bir pəri dolaĢırdı ruh kimi, ətir saça-saça. Nökərlər, qaravaĢlar da ona 
pərəstiĢ edirdilər.  
Sarayda, Səfəvilər Ģahının yanında xətir-hörməti olan bu gənc xanıma Ģairlər, 
nəqqaĢlar da biganə deyildi. Bir dəfə Ģair Mövlana MöhtəĢəm KaĢi ona bir qəsidə 
həsr eləmiĢdi. Xanım Ģairin qəsidəsini - ünvanına yağdırılmıĢ tərif dolu sözləri 
oxuyub xoĢhal olmuĢdu. O yaxĢı bilirdi ki, Ģairin sözü quĢqanadlı olar. Dillərdə 
dolaĢmağın nəyi pisdir ki… Qəsidəni ona gətirən nökərlə Ģairə bir neçə qızıl pul 
göndərmiĢdi. MöhtəĢəm KaĢi bundan ruhlanıb bir qəsidə də ġah Təhmasibə 
yazmıĢdı. ġair qəsidəsində Ģahı qaldırıb qoymuĢdu dağ baĢına. Onu dahilər dahisi, 
igidlikdə, Ģücaətdə tayı-bərabəri olmayan sərkərdə, səxavətli, rəhmdil Ģah kimi 
məth eləmiĢdi. ġair qəsidənin üzünü xəttata köçürtdürüb Pərixan bəyimə 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
13 
 
göndərmiĢdi və ondan xahiĢ etmiĢdi ki, atası mürĢidi-kamilin mübarək əlinə 
tapĢırsın. 
Pərixan bəyim qəsidəni atasına verməkdə bir neçə gün tərəddüd etmiĢdi. Buna da 
səbəb o idi ki, Ģah sarayda Ģairlərə yer ayırmamıĢdı. Bu barədə söz düĢəndə 
eĢitmiĢdi ki, atası hakimiyyətinin ilk illərində Ģairlərə də nəqqaĢlar kimi hörmət 
edib sarayda saxlayırmıĢ, amma onların Ģəraba meyilini görüb iĢarə edib ki, sarayı 
tərk eləsinlər. Ġndi sarayda bir nəfər də olsun Ģair yoxdu. 
Bir gün Pərixan bəyim Ģahın divanxanasına gedəndə qərara almıĢdı ki, MöhtəĢəm 
KaĢinin qəsidəsini atasına təqdim etsin. Pərixan bəyim atası ilə üzbəüz əyləĢib 
ordan-burdan söhbət eləyəndə birdən soruĢmuĢdu: 
- Ata, sən Ģairləri heç sevmirsən? 
- Necə bəyəm? - ġah davamlı baxıĢlarıyla qızını ayaqdan - baĢa süzmüĢdü. 
- Mənə belə gəlir ki, Ģairləri sevmirsən. 
- Xeyr, Ģairə, sənətə hörmətim çoxdur. Onlara hörmət-izzətim olmasaydı, saray 
kitabxanasında bu qədər nəqqaĢ, xəttat, kitabdar saxlayardımmı? 
- Bəs elə isə, məmləkətimizdə Ģairlər çox olsa da, sarayımızda niyə yoxdur? 
- ġairlər ruhən çox azadlıq sevəndilər, mən onları sarayın hücrələrində saxlamaq 
istəmirəm. Bir də, sarayda olsalar, günlərini məni, Ģahzadələri vəsf etməklə 
keçirəcəklər. 
- Nə olar, bizi vəsf etmək eləmi günahdı? - deyə Pərixan bəyim ala gözlərini 
süzdürüb o qədər ürəkdən gülmüĢdü ki, Ģah da ona qoĢulmuĢdu. Nəhayət, Ģah 
gülüĢünə ara verib: 
- Əlbəttə, bizi də vəsf etmək olar. Amma buna bütöv bir Ģair ömrü sərf etməyi 
kimsəyə arzu etməzdim. 
- Amma, dediniz ki, bir dəfə olar. 
ġah qızının iĢıq saçan gözlərinə məftunluqla baxıb: 
- Hə, bir dəfə olar, - deyə onunla razılaĢdı. Pərixan bəyim fürsəti qaçırmadı. 
- Ata, - dedi, - Ģair Mövlana MöhtəĢəm KaĢi sənin Ģəninə gözəl bir qəsidə yazıb. -- 
Yaylığının altından müĢk-ənbər qoxuyan kağızı çıxarıb Ģaha uzatdı. ġah ürəyində 
qızının siyasətinə əhsən deyib kağızı aldı. Qəsidəni ürəyində oxudu və təəssüflə 
baĢını buladı: 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
14 
 
- Görürsən, Pərixan bəyim, vergili bir adam mənim Ģənimə nə qədər Ģirin-Ģəkər söz 
toxuyub. 
- Ata, məgər sən bu tərifə layiq deyilsən? 
- Qızım, söhbət mənim tərifə layiq olub- olmamağımdan getmir. Bu qəsidədə 
MöhtəĢəm KaĢinin istedadı yox, dəllallığı üzə çıxıb. 
Pərixan bəyim razılaĢmaq istəmədi: 
- Hər kəs öz iĢinin dəllalıdı da, ata, - dedi. 
- Hər kəs ola bilər, amma mən Ģairi dəllallıq eləyən görmək istəmirəm. Bir 
məmləkətin Ģairi ki, var-dövlət, Ģan-Ģöhrət üçün söz dəllallığına qurĢandı, vay o 
məmləkətin halına. 
Pərixan bəyimin biçimli qəĢəng dodaqları büzüldü: 
- Ay ata, bəs bu Ģair bədbəxt necə dolansın? 
ġah ayağını ayağının üstünə aĢırdı: 
- Mən demirəm ki, Ģair acından ölsün. Vəsf etməyə özünə baĢqa bir ünvan tapsın. 
Allaha, peyğəmbərə yaxın səhabələri, yurdumuzu vəsf eləsin. ġərəfli keçmiĢimizi 
nəzmə çəksin. Əlbəttə, MöhtəĢəm KaĢi layiqli bir əsər yaradarsa, mən onun 
zəhmətini dəyərləndirərəm. Amma məni az qala, əstəğfürullah, Allaha bərabər 
tutan bu qəsidəyə heç bir dinar da vermərəm. Bilirsən niyə? - Ģah sınayıcı 
nəzərlərlə qızına baxdı. 
Pərixan bəyim gülümsəyərək soruĢdu: 
- Niyə? 
- Əgər mən bu qəsidəyə görə KaĢini mükafatlandırsam, qorxuram ölkəmdə mənə 
qəsidə yazmayan Ģair qalmaya. Sən elə zənn etmə mən tərif sevmirəm. Yox, 
sevirəm. Amma istəmirəm Ģairlər məndən büt düzəltsinlər, məni Allahın, 
peyğəmbərin Ģəriki eləsinlər. - Sözünə ara verdi. - Söylədiklərinə rəğmən 
MöhtəĢəm KaĢiyə heç nə verə bilmərəm. DüĢünsə, görər ki, mən onu çiyninə 
götürmək istədiyi ağır bir yükdən qurtarmaq istəyirəm. 
- O nə yükdü elə, ata? 
- Sənin bu sevimli Ģairin MöhtəĢəm KaĢi deyir ki, canım ağzımdan çıxana kimi 
qələmim sənin xidmətində olacaq. Yazır ki, mən səni, əsilini-nəslini, oğul-qızını, 
nəvə-nəticəni ölənə kimi vəsf edəcəyəm. - ġah köks ötürdü. - Yazıq deyilmi? O 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
15 
 
Ģairə xəbər göndər, de ki, məmləkətdə huri-mələklər ola-ola vaxtını məni vəsf 
etməyə sərf etməsin. Axı o, vergili Ģairdir. MöhtəĢəm KaĢi rübailərinin birində gör 
necə gözəl deyibdi: 
 
Ey badi-səba, naməni ol yarə yetir, 
ġəhri-dili-zarimi vəfadarə yetir, 
Dil müntəziri-vüsaldır tanrı üçün, 
Öldüm yenə, ey məsih, bir çarə yetir. 
Söhbət bununla da bitmiĢdi. Pərixan bəyim atasından Ģairə barat ala bilməsə də, 
həyat dərsi almıĢdı. Sən demə, müdrik adammıĢ atası. Tərifə uymamıĢdı. 
 
III fəsil 
 
BĠR DAMLA GÖZ YAġI 
 
Dünya duracaq yer deyil, ey dil, səfər eylə, 
Aldanma onun alına, ondan həzər eylə. 
Ġmadəddin Nəsimi 
 
ġah Təhmasib sevimli qızına istəkli bacısı Pərixan xanımın adını qoymuĢdu. O, bu 
ad seçimi ilə qəlbinin lap dərinliyində hərdən-hərdən qövr edən kədərini bir növ 
unutmaq istəmiĢdi. Çünki bacısı Pərixan xanımla bağlı ürəyində bir nisgil vardı. 
YaĢa dolduqca bu nisgil peĢmanlıq qarıĢıq bir ağrıya çevrilmiĢdi. Bu kədər o hələ 
dünyaya gəlməmiĢdən çox-çox qabaq baĢ verən qanlı-qadalı olaylardan 
qaynaqlanırdı. Hər Ģey də ġirvan torpağından baĢlamıĢdı. Babaları ġeyx Cüneyd, 
ġeyx Heydər bu ġirvanın yolunda baĢlarından keçmiĢdilər. Buna görə Səfəvilər 
zaman-zaman ġirvanĢahlara kin bəsləmiĢdilər. ġirvanĢah 1 Xəlilüllah ulu babası 
ġeyx Cüneydin, onun oğlu Fərrux Yasar isə babası ġeyx Heydərin baĢını 
kəsdirmiĢdi. Buna görə də QızılbaĢlar kin içində qovrulurdular. Əhdə sadiq 
müridlər ġeyx Heydərin oğlu balaca Ġsmayıla da düĢmənini göstərib onu gələcək 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
16 
 
döyüĢlərə hazırlamıĢdılar. QızılbaĢlar 1500-cü ildə özlərində ġirvanĢahla 
vuruĢmağa güc hiss etdilər. Onlar bu qərara keçən ilin axırlarında Ərzincandakı 
toplantıda gəlmiĢdilər. Gecə-gündüz məscidlərdəki sufiyanə söhbətlər, aĢkar-gizli 
danıĢıqlar artıq öz bəhrəsini vermiĢdi. Ġsmayılın baĢına ustaclı, Ģamlı, rumlu, təkəli, 
zülqədər, afĢar, qacar tayfalarından çoxlu mürid toplanmıĢdı. Qüvvətli əllər, 
məslək, əqidə sahibləri on üç yaĢlı yeniyetmə Ġsmayılı özlərinə Ģeyx seçmiĢdilər. 
Zəmanənin gərdiĢinə, papaq altında düĢünən baĢların sədaqət, vəfalılıq peymanına 
bax ki, yeniyetmə bir uĢağı at belinə qaldırıb ona inam bəsləyirdilər. Ona: «Sən 
hələ uĢaqsan, get uĢaq iĢinlə məĢğul ol» deyən kimsə yoxdu. Çünki bu 
yeniyetməyə qarĢı ürəklərdə kin, həsəd küləyi əsmirdi, əksinə, onun yetkin bir 
gənc olduğunu etiraf edirdilər. Ġsmayıl da, «Mənim bu yaĢımda döyüĢ meydanında 
nə iĢim var», - deyib kənara çəkilmirdi. Əksinə, at belində, baĢında atası ġeyx 
Heydərə məxsus qızılbaĢ papağı, müridlərin önündə gedirdi. Kimsə onu hazırın 
Ģahı etmək fikrində deyildi. ġah olmaq istəyirsən, buyur, ancaq zəhmət çək hər 
Ģeyi, qorxunu, sevinci, kədəri özün öz canınla yaĢa. Hazır taxt-tac yoxdur! Bu taxt-
tacın uğrunda vuruĢmalısan. Qanlı döyüĢlərdən igid sərkərdə kimi çıxsan, lap 
yaxĢı, yox, məğlub, ya da Ģəhid olsan, bəxtindən küs. Amma o iĢi ki, sən 
görməlisən, zəhmət çək onu Ģərəflə yerinə yetir. Bəli, onda oturduğun taxt-tac 
sənin halal haqqındı. On üç yaĢlı Ġsmayıl halal haqqını öz Ģəxsi Ģücaəti ilə 
qazanmalıydı. Gəncədən, Qarabağdan onlara qoĢulanlar vardı. Qoyun ölümü 
deyilən yerdə Kürü keçib ġamaxıya hücum etməliydilər. BaĢına toplaĢmıĢ əmirlər, 
qoĢun böyükləri Kürü bərəsiz keçməyin mümkünsüz olduğunu söyləyirdilər. 
Körpü-bərələr düzəltməyə isə vaxt lazımdı. Ġsmayıl fikirləĢirdi ki, vaxt itirmək 
olmaz, Fərrux Yasarın üstünə qəflətən, gözlənilmədən hücum etmək lazımdı. 
Ġsmayıl bunu fikirləĢib qızılbaĢlara bir söz demədən atını dəhmərləyib münasib bir 
yerdən çaya saldı. Hamı bu saat onun çayda batacağını düĢünürdü. Amma belə 
olmadı, Ġsmayıl atın belində üzüb qarĢı sahilə çıxdı. Hamının gözündə bu on üç 
yaĢlı oğlan o anda ucadan uca göründü: «Doğrudan da, ağıl yaĢda deyil, baĢdadı» 
deyə düĢünən qızılbaĢlar mürĢidlərinə heyranlıqlarını gizlədə bilmədilər. 
… DöyüĢ baĢlamıĢdı. Ġsmayıl yeddi minlik süvarisi ilə özününkündən sayca çox 
olan ġirvanĢahın qoĢunu ilə döyüĢürdü. Qələbənin ilk uğuru ürəklərdə olmalıdı, 
qəlblər qorxu hissilə çırpınırsa, məğlubiyyət qaçılmazdı. 
Ġsmayılın süvariləri döyüĢə qələbə həvəsi ilə girmiĢdilər. ġirvanĢah Fərrux Yasar 
da süvarilərini həvəsləndirmək üçün qılıncını sıyırıb döyüĢürdü. 
DöyüĢ Cabani adlanan yerdə gedirdi. Ağaclarda titrəĢən qızılı yarpaqlara, atların 
ayaqları altında tapdanan yamyaĢıl xırda payız otlarına fikir verən yoxdu. Qılınc 
zərbələri, at kiĢnərtisi, süvarilərin nərələri, yaralıların fəryadı çılpaq təpəliklərdə 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
17 
 
əks-səda verirdi. Dili dilindən, dini dinindən olan insanlar bir-birinə qənim 
kəsilmiĢdilər. Üstunluk on üç yaĢlı Ġsmayılın tərəfindəydi. Bir qədər də 
çarpıĢmadan sonra Ģirvanlılar məğlub oldular. Fərrux Yasarın sərkərdələri döyüĢ 
meydanında Ģəhid olmuĢdular. ġirvanĢah Fərrux Yasarın üç oğlu vardı. Bəhram 
bəy sabahkı günü göz altına alıb döyüĢün Ģiddətli vaxtında atasının izni ilə 
Gülüstan qalasına çəkilmiĢdi, Bakının, Mahmudabadın, Salyanın hakimi 
Məhəmməd Qazi bəy Bakıdakı iqamətgahında idi. Digər oğlu - ġeyxĢah deyə 
əzizlədiyi ġeyx Ġbrahim də məğlubiyyətin qaçılmaz olduğunu görüb Bakıya üz 
tutmuĢdu. 
Doğrudur, ġeyxĢah bir ara ġəki hakimi ġah Hüseynin felinə uyub atasına qarĢı 
çıxmıĢdı. O da qoĢun çəkib Qəbələdə onları məğlub eləmiĢdi. Məğlubiyyətin 
acısını duyub peĢman olan ġeyxĢah atasının hüzuruna gəlib bağıĢlanmasını rica 
etmiĢdi. Fərrux Yasar o anda qəzəbindən bığlarının ucunu çeynəsə də, əlini oğul 
qanına batırmaq istəməmiĢdi: «Bir də yolunu azsan, özündən küs!» demiĢdi və 
atının baĢını çevirmiĢdi. 
Belə baxanda, Fərrux Yasar ədalətli hakim idi. ġairlərin, alimlərin, ruhanilərin, 
dərviĢlərin qayğısına qalar, rəiyyətini ədalətlə idarə etməyə can atardı.  
Ġndi ömrünün bu anında oğlanları sarıdan da bir qədər rahat olmuĢdu. Tanrı ona 
övlad dağı göstərməmiĢdi. Ancaq meydanda tək qalmıĢdı. Ġndi onu tərk edənləri 
heç qınamırdı da. Ġnsan öz canının hayında olanda baĢqası yada düĢmür. Fərrux 
Yasar Allahı çağırıb qara kəhərini Buğrut qalasına tərəf çapmağa baĢladı. Məqsədi 
dağılmıĢ qoĢununu alınmaz Gülüstan qalasına toplamaq idi. Qalaya sağ-salamat 
çata bilsəydi, yerdə qalan qüvvələrini üstünə yeriyən bu qızılbaĢ selindən 
qoruyardı. 
Lakin qızılbaĢlar Buğrut qalasına sarı çapan atlını gördülər. QoĢundan bir dəstə 
ayrılıb atlının ardınca çapdı. Hüseyn bəy Lələnin Ģələbığ, yekəpər cilovdarı 
ġahgəldi ağa qılıncını əlində tovlaya-tovlaya atını lap qabaqda çapırdı. Çuxasının 
ətəkləri qartal qanadı tək gərilmiĢdi. O, atlını haqlamaqdaydı. Yox, deyəsən Tanrı 
Fərrux Yasardan üz döndərmiĢdi; atı da daha sözünə baxmırdı, əvvəlki kimi 
dördnala çapmırdı. FikirləĢdi ki, Allahın qabağında nə günah iĢ tutub. Axı, o, 
Ərdəbil Ģeyxlərinin üstünə qoĢun yeritməmiĢdi, əksinə, onlar ġirvana hücum 
eləmiĢdilər, Allahın izni ilə də cavablarını almıĢdılar. Bəs harada, nə zaman 
günaha batmıĢdı? «Günahsız insanmı var, Fərrux Yasar, - düĢündü, - özün də 
hakim olasan. Kəsdiyin baĢın sorğu-sualı vardımı? Yoxdu, Fərrux Yasar, yoxdu! 
Sevindirdiklərin də olub, sinsitdiklərin də…» Ölüm qaĢla göz arasındaydı. Fərrux 
Yasar ona doğru çapan süvariləri, yerdəki Əzraillərini görüb xilası üçün çarə 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
18 
 
arayırdı. Çox pis yerdə axĢamlamıĢdı. Bir anlığa bütün həyatı gəlib gözü önündən 
keçdi. Acı-acı düĢündü ki, deyəsən, bu dünyadan öz əcəli ilə köçmək ona qismət 
olmayacaq. Ömrunü naz-nemət içində yaĢasa da, həyatdan doymamıĢdı hələ. 
AltmıĢ yaĢına təzəcə qədəm qoymuĢdu, qolunda güc, dizlərində taqət, ürəyində 
təpər vardı. Otuz beĢ ildi ata-babalarının taxtında oturub padĢahlıq eləyirdi. Adı 
gümüĢ sikkələrin üstündə yazılırdı. Onun hakimiyyət əli də çox uzun idi. Dərbənd, 
Dağıstanın cənub əyalətləri də ona tabe idi. Əlinin üstə əl yoxdu. Ġndi əyan-
əĢrəfsiz, sərkərdəsiz, qoĢunsuz, hətta hökmü altındakı qara kəhər atına da çatmayan 
adicə bir Allah bəndəsi idi. Bir Allahı, bir də özü bilirdi ki, bu yorğun atın 
üstündəki adam Buğurt qalasına çatmağa, Gülüstan qalasına sığınmağa can atan 
otuz beĢ il ġirvanĢahlar taxtında oturmuĢ Fərrux Yasardı. Keçib getdiyi bu yol, 
ağacda titrəĢən qızılı yarpaqlar, batmağa tələsən günəĢ, təzəcə göyərmiĢ payız 
otları, vəhĢi heyvanlardan yox, insanlardan qorxub qaçan quĢlar onun bu yerlərin 
hakimi Fərrux Yasar olduğunu bilirdilər, bilmirdilər, deyə bilməzdi. Ah, qanı 
qanından, dili dilindən, dini dinindən olan düĢmənin zərbəsindən atın ayaqları 
altına düĢmək necə də acı bir mənzərədi. 
Fərrux Yasarı çəkib atından yerə salmıĢdılar. Çox sevdiyi qara kəhərinin cilovu 
düĢmən əlindəydi. Acı-acı gülümsədi: «At kimindi? - Minənin! Arvad kimindi? - 
Saxlayanın». 
Müqavimət göstərməyin yeri yoxdu. 
Cilovdar ġahgəldi ağa Fərrux Yasarın görkəmindən, təkəbbürlü baxıĢlarından, 
atının yəhər-yüyənindən, gümüĢ pulcuqlarla bəzədilmiĢ sinəbəndindən bu adamın 
elə-belə, yoldan keçən biri olmadığını duymuĢdu. O, Fərrux Yasarın gözlərinin 
içinə sınayıcı nəzərlərlə baxaraq soruĢdu: 
- Kimsən, nəçisən? 
Fərrux Yasar yalan söyləməyi Ģəninə sığıĢdırmadı: 
- Mən ġirvanĢah Fərrux Yasaram! 
ġahgəldi ağanın çiçəyi çırtladı: 
- Çox pakizə. On iki il bundan əvvəl mürĢidimiz Ģücaətli ġeyx Heydərin baĢını 
kəsdiyiniz gün yadınızdadırmı? 
Fərrux Yasar halını pozmadan: 
- Bəli, yadımdadır. Ancaq Ģahlar baĢ kəsmirlər, - dedi. - ġeyx Heydərin baĢını sənə 
bənzər bir nökərim - qapıçı Əli ağa kəsib gətirmiĢdi, mən də onun qiymətli baĢını 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
19 
 
doğmaca dayısına, qızımın əri, nəvəm Baysunqurun atası Sultan Yaquba 
göndərdim. O da onun baĢını görk üçün üç gün camaata göstərib anası Xədicəyə 
qaytardı.  
ġahgəldi ağa qılıncını tovladı: 
- Ġndi mən də sənin o qiymətli baĢını bədənindən ayırıb mürĢüdümüz ġeyx 
Heydərin oğlu Ġsmayıla aparacam. 
Fərrux Yasar acı-acı gülümsədi: 
- BaĢ kəsmək nökərlərin iĢidi, ehtiram göstərmək ağaların. Lafın yeri deyil, baĢımı 
aparıb ənamını alarsan! 
 
ġahgəldi ağa qeyzləndi: 
- Hərzə-hərzə danıĢma! Sən mənim əsirimsən. 
Fərrux Yasar qarĢısındakı cəlladı nifrətlə süzdü: 
- Ey yolunu azmıĢ qudurğan gəda, həddini bil! Mən Allahın əsiriyəm, sən kimsən?! 
Məni ağrıdan sənin kimi bir duyğusuzun əlində girinc olmağımdır. 
ġahgəldi dilini gödək eləmədi: 
- Sənin kimiləri Ģahlıq taxtına bizlər oturtmuĢuq, ey Fərrux Yasar! Ġndi mən səni o 
taxtından salaram, bilərsən mən kiməm, - dedi. 
Bu an üstlərinə kölgə düĢdü. Bir topa qapqara bulud yağmağa, Fərrux Yasarın bu 
vəziyyətinə ağlamağa hazır dayanmıĢdı. Doğrudan da, Ģehə bənzər iri bir damcı 
Fərrux Yasarın sol yanağına düĢdü, göz yaĢı kimi iz salaraq cod saqqalında 
görünməz oldu. Fərrux Yasar sonuncu dəfə doğma yerləri, baĢı üstündəki bir topa 
qara buludu süzdü. Qəribə idi ki, canında qorxudan əsər-əlamət yoxdu. Əcəli 
gəlmiĢdi və ölməyə hazır idi. Özünü toplayıb canını almağa hazırlaĢan cəlladına - 
ġahgəldiyə heç vaxt yadından çıxmayan acıdan acı nəsə bir söz demək istədi, 
amma buna macal tapmadı. ġahgəldi ağa elə bil eĢidəcəyi - zaman-zaman onu 
ağrıdacaq o sözdən qorxdu və var gücü ilə qılıncını hərlədi, Fərrux Yasarın baĢı 
ayaqları altına düĢdü. ġirvanĢahın baĢsız bədəni müvazinətini itirib otluğa düĢdü. 
Bu an ĢimĢək çaxdı, Ģıdırğı yağıĢ baĢladı. ġirvanĢahın qanı yağıĢ suyuna qarıĢıb 
çəmənliyə axdı. Əlində Fərrux Yasarın kəsilmiĢ baĢını tutmuĢ ġahgəldi ağaya elə 
gəldi ki, ətrafında nə varsa qan rənginə boyandı. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
20 
 
ġahgəldi ağa Fərrux Yasarın kəsilmiĢ baĢını torbasına atıb atının belinə sıçradı və 
Ġsmayılın hüzuruna tələsdi. O, atını qəribə bir havanın içi ilə çapırdı. Bir tərəfdə 
yağıĢ yağır, bir tərəfdə isə günün solğun Ģəfəqləri tala-tala ağ-qara buludları 
çəhrayı rəngə boyayırdı. 
ġahgəldi ağa özünü yeniyetmə sərkərdəyə yetirib baĢ əydi və torbanı çevirdi. 
Fərrux Yasarın kəsilmiĢ bası onun qarĢısındaydı. ġirvanĢahın gözləri açıqdı, kinli-
kinli baxırdı. Ġsmayıl ġirvanĢahın gözlərini qapatdı. ġahgəldi ağaya da «sağ ol» 
deyib bir ovuc qızıl bağıĢladı. 
Ġsmayıl üç gün üç gecə düĢərgəsindən kənara çıxmadı. Üç gündən sonra ġamaxıya 
girdi. Seyidlər, qazılar, əyanlar onu qarĢılayıb baĢ əydilər. Ġsmayıl taxta çıxdı, 
amma Ģəhərdə cəmi bircə gün qaldı. 
Fərrux Yasarın yerdə qalan qüvvəsi Gülüstan qalasına sığınmıĢdı. 
Bəhram bəy atası Fərrux Yasarın yerini tutmuĢlu. Lakin ġirvan həmin ġirvan 
deyildi… 
Ġsmayıl eĢitdi ki, döyüĢ meydanından qaçıb canını qurtarmıĢ Fərrux Yasarın oğlu II 
ġeyx Ġbrahim - hamı ona ġeyxĢah deyərdi - Xəzər dənizinin sahilindəki ġəhrinoy 
qalasındadır. Salamat qalmıĢ qoĢunu ətrafına toplayıb. Ġsmayıl sərkərdəsi Hülafə 
bəyə qoĢun verib ġeyxĢahın üstünə göndərdi. ġeyxĢah müqavimətin yersiz 
olduğunu görüb adamları ilə gəmiyə oturub Gilana yollandı. Hülafə bəy ġəhrinoyu 
müqavimətsiz tutdu. Növbə Bakının idi. Üçqat möhkəm divarlarla, bir tərəfi 
dənizlə, geniĢ və dərin xəndəklərlə əhatə olunmuĢ Bakını almaq qızılbaĢlar üçün 
heç də asan olmadı. Ġsmayıl özü də Bakıya gəldi. Mühasirə altı ay çəkdi. 
Məhəmməd Qazi bəy də ġamaxı ilə Bakı arasında qalmıĢdı. Özü Bakıda 
olmayanda arvadı onu əvəz eləyirdi. Ġsmayıl Bakını təslim etmək üçün o qadının 
yanına elçi göndərmiĢdi, hakimiyyəti əlinə almıĢ qadın isə, Bakının açarı əvəzinə, 
elçisinin baĢını ona göndərmiĢdi. Bakının darğası Əbülfət ağa da qadına 
müqavimətin mənasız olduğunu, təslim olmaq təklifini etdiyinə görə baĢından 
keçmiĢdi. Məhəmməd Qazi bəy belə cəngavər xanımı ilə fəxr eləyə bilərdi. 
Müqavimətə baxmayaraq, Ġsmayıl 1501-ci ilin baharında Bakını aldı, 
ġirvanĢahların xəzinəsini ələ keçirdi. 
ġirvanĢahlar indi də Gülüstan qalasına sığınıb müqavimət göstərirdilər. Ġsmayıl 
ġamaxıya gedib Gülüstanı mühasirəyə aldı. Bir səhər söz sahiblərini baĢına yığıb 
soruĢdu: 
- Ağalar, sizə Gülüstan qalası lazımdı, yoxsa Azərbaycan taxtı? 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
21 
 
- Azərbaycan taxtı. 
- Elə isə, mən indi Naxçıvanda oturub üstümüzə qoĢun göndərməyə hazırlaĢan 
Ağqoyunlu Əlvənd mirzənin üstünə gedirəm. ġirvanı da Hüseyn bəy Lələyə 
tapĢırıram, - deyə Ġsmayıl süvarilərinə dərhal atlanıb yola çıxmağı əmr etdi.  
Hüseyn bəy Lələ uĢaqlıqdan tərbiyəsi ilə məĢğul olduğu, yolunda çox əziyyət 
çəkdiyi Ġsmayılı yalqız qoymaq istəmədi, ġirvanı cilovdarı ġahgəldi ağaya tapĢırıb 
onunla getdi. Ġsmayıl onun verdiyi qərara etiraz etmədi.  
Fərrux Yasardan sonra onun yerini oğlu Bəhram bəy tutdu. Bu xəbəri eĢidəndə 
Məhəmməd Qazi qardaĢından rəncidə olmadı. FikirləĢdi ki, indi taxt-tac uğrunda 
boğuĢmaq zamanı deyil. Təki ġirvanĢahlar sülaləsinin kökü kəsilməsin. Taxtda 
Bəhram oturdu, ya da o, fərq etməz. Ġndi pərən-pərən olmuĢ, növrağı dönmüĢ 
Ģirvanlıların qayğısına qalmaq, onları düĢgünlük girdabından çıxarmaq gərəkdir… 
Amma Bəhram bəyin hakimiyyəti uzun sürmədi, bir ildən sonra öz əcəli ilə 
dünyasını dəyiĢdi. Qazi bəy qardaĢının yasını verib hakimiyyəti öz əlinə aldı. Qazi 
bəy ġirvanın dağlıq yerlərindəki qalalara sığınaraq hələ də qızılbaĢlara müqavimət 
göstərmək niyyətində idi. Lakin ona qızılbaĢlarla təkrar döyüĢmək qismət olmadı, 
hakimiyyətinin altıncı ayında oğlu Sultan Mahmud qiyam qaldırdı və onu qətlə 
yetirdi. Amma Ģirvanlılar bu ata qatilini heç taxtını isitməyə də qoymadılar. Sultan 
Mahmud Ģirvanlıların rəğbətini qazana bilmədi. Bu vaxt Gilanda gizlənən ġeyxĢah 
qardaĢının ölüm xəbərini eĢidib ġamaxıya gəldi. Sultan Mahmud hələ ġamaxıya 
çatmamıĢ, Ģirvanlıların ġeyxĢahın piĢvazına getdiklərini eĢidib baĢını salamat 
saxlamaq üçün sarayını tərk etdi. 
ġeyxĢah dəbdəbə və təntənəylə gəlib ġirvanĢahlar taxtında oturdu. ġahgəldi ağa 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin