Milli Virtual Kitabxananın e nəşri n 01 58 (2012) Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum: Azərbaycan yazı



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə23/23
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7187
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   23
çoxdan niĢanlandığı ustaclı Pirə Məhəmməd xanın qızıyla nigaha girmək 
fikrindəydi. Ġsmayıl mirzə bu toyu etməklə bir müddət əvvəl Çehilsütun sarayının 
qabağına toplaĢıb ondan mərhəmət, iltifat gözləyən ustaclıların, həm də qorçuların 
onlara hücumu zamanı bir neçə dəyənək yemiĢ Pirə Məhəmməd xanın könlünü 
almaq istəyirdi. Digər tərəfdən, Pirə Məhəmməd xan qardaĢı Mustafa mirzəni 
aradan götürməklə ona xidmət göstərmiĢdi. Onun qızını halalı etməklə ondan incik 
düĢmüĢ bu hörmətli xanı Ģərəfləndirmək istəyirdi. Həm də o, bu toyu etməklə neçə 
vaxtı göz verib iĢıq vermədiyi, daim nigarançılıq, təhdid altında saxladığı, dövlət 
iĢindən uzaqlaĢdırılmıĢ, Heydər mirzənin tərəfdarı Hüseyn bəy YüzbaĢının 
ucbatından urvatsız hala düĢmüĢ ustaclıları urvatlandırmaq, Səfəvilər xanədanında 
əzəlki layiqli yerlərində oturtmaq fikrindəydi. 
Neçə gün idi ki, toya hazırlıq gedirdi. ġah tapĢırmıĢdı ki, bu toy Səfəvilər 
səltənətinə, onun Ģahına layiq möhtəĢəm bir toy olmalıdı. Toyu yola vermək üçün 
çoxlu iĢ bilən adamlar ayrılmıĢdı. Qonaqlar üçün beĢ böyük mağar qurulmuĢdu. 
Əlbəttə, xanımlar da unudulmamıĢdı, onlar üçün də içərisi xalça-gəbə ilə 
bəzədilmiĢ mağarlar tikilmiĢdi. Əylənmələri üçün mütürüblər, çəngilər dəstəsi 
dəvət olunmuĢdu. 
Hansı mağarda kimlərin oturacağı da artıq bu iĢlə məĢğul olan əmirlərə bəlliydi. 
Toy Ġsmayıl mirzənin münəccimliyinə rəğmən günortaya az qalmıĢ baĢlamıĢdı. 
Əmirlərə demiĢdi ki, onun ata-babaları kimi üç gün üç gecə toy eləmək fikri 
yoxdu. Səltənətin min bir dərdi var. 
ġahın oturduğu mağarda Ģahzadələr, vəzir-vəkil, bəylərbəyliklərin əmirləri, 
sultanlar, sərkərdələr, qazilər, axundlar, seyidlər, Ģairlər, nəqqaĢlar, münĢilər, 
xanəndə və sazandalar dəstəsi öz yerlərini tutmuĢdular. Bu toyda – ev dustağı 
Ġbrahim mirzə və Pərixan bəyimdən, Qumda ziyarətgahda olan Sultanım 
bəyimdən, Xorasan hakimi Məhəmməd mirzədən baĢqa hamı iĢtirak eləyirdi. 
Mağarın lap baĢ tərəfində taxtda oturmuĢ Ġsmayıl mirzə öz əzəmətli görünüĢü və 
geyimi ilə hər kəsdən seçilirdi. Ġsgəndər bəy MünĢi mağarın aĢağı baĢında oturub 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
236 
 
Ģahı və onun ətrafındakı adamları seyr edir və düĢünürdü: «Rəhmətlik Ģah 
Təhmasib bu Ġsmayıl mirzəni Qəhqəhə qalasında dustaq etməklə fatehlik qismətini 
onun əlindən alıb. O, taxt-tac sahibi olsa da, hələ də vurnuxur. Nə edəcəyi, hansı 
yolu tutacağı bəlli deyil… Ġnsafən, kitabdarlara, nəqqaĢlara, Ģairlərə, münĢilərə 
rəğbəti çoxdu. Allah ona bir oğul payı versə, qəlbi rahatlıq tapar». 
Ġsmayıl mirzənin nüfuzedici baxıĢları bir-bir məclisdəkilərin üzündə gəzirdi. Onun 
iti baxıĢları, sanki, adamın qəlbinə saplanırdı. ġahzadələr yaĢlarına görə yuxarı 
baĢda oturmuĢdular. ġah istəməsə belə, qardaĢlarının boy-buxunlarına həsədlə 
baxdı. «Vaxtında oğlum olsaydı indi onların sırasında əyləĢmiĢdi. Hələ indən belə 
oğlum olası, böyüyəsi… Amma bunlara bax! Bu Mahmud mirzə də ki, lap 
pəhləvana oxĢayır…» 
ġahzadələrə xeyli nəzər saldıqdan sonra növbə ilə əmirlərə, sultanlara, qazilərə, 
axundlara, seyidlərə, sənətkarlara baxdı. Onlar da Ģahın baxıĢların üzərlərində hiss 
edib təbəssüm göstərir, ehtiramla baĢ əyirdilər. 
Birdən Ģahın nəzərləri ilə ġamxal sultan Çərkəzin baxıĢları qarĢılaĢdı. ġamxal 
sultan Çərkəz tutqun idi. ġah, Süleyman mirzəni boğduğuna görə onu da 
mükafatlandırmalıydı. Yoxsa onun göstəriĢi ilə doğmaca bacısı oğlunu aradan 
götürən bu ġamxal sultan Çərkəz ətrafa kin püskürər. Çərkəzlər onun bir sözünə 
bənddilər… Hə, bəlkə, elə bu ġamxal sultanın qızını da alsın. ġahın qayınatası 
olmaq onun üçün böyük Ģərəf olar… BaxıĢları ġamxal sultandan ötüb Hüseyn xan 
Xınıslının üzündə dayandı. «Bu kiĢinin də könlünü almaq gərəkdi. Onun da qızını 
alsam, məndən razı qalar… Bu toyu yola verim, iki-üç gündən sonra onların 
qızların elə bir gecədə hərəmxanaya gətirdərəm». 
Onun bir gecədə iki-üç qıza sahiblənmək istəyi dünən axĢam Xacə Nizamülmülkün 
«Siyasətnamə»sini oxuyanda yaranmıĢdı. Xacə yazırdı ki, bir gün xəlifə MöhtəĢəm 
Ģərab məclisində oturmuĢdu, qazi Yəhya bin Əksəm də orada idi. MöhtəĢəm 
məclisdən durub o biri hücrəyə getdi. Bir az orada qaldıqdan sonra çölə çıxıb Ģərab 
məclisinə gəldi, sonra hamama gedib üç dəfə qüsl etdi, iki ürkət namaz qıldı, sonra 
yenə də Ģərab məclisinə gəldi. Qazi Yəhyaya dedi: «Bu namazı nə üçün qıldığımı 
bilirsənmi?» Dedi: «Yox». Dedi: «Ġzzət və calal sahibi Allahın əta etdiyi çoxlu 
nemətdən biri üçün idi». Yəhya dedi: «Əgər böyük rəy sahibi lazım bilərsə, desin, 
biz də Ģad olaq». Dedi: «Mən bu saat üç qızın bəkarətini aldım. Bunların hər üçü 
mənim düĢmənlərimin – biri Rum padĢahının, ikincisi Babəkin, üçüncüsü Maziyar 
Kəbrin qızı idi». 
Xacənin yazdığı bu rəvayət onu vəcdə gətirmiĢdi. Amma bu istəyini bugünkü 
toydan sonraya saxlamıĢdı. Onun məqsədi təkcə 7 min 138 gün Qəhqəhə qalasında 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
237 
 
qadınsız keçən günlərinin hayfını çıxmaq deyildi, sabahın vəliəhdini (onun qanını 
daĢıyan oğulu) dünyaya gətirmək idi. O, Pirə Məhəmməd xanın, ġamxal sultan 
Çərkəzin, Hüseyn xan Xınıslının qızlarının ilk zifaf gecəsindəcə uĢağa qalmalarını 
istəyirdi. Axı ola bilməz ki, əkdiyi bu qədər «tumların» birisi tutmasın... 
Ġsmayıl mirzə hədiyyələr, bəxĢiĢlər içində az qala görünməz olmuĢdu. Xanəndələr 
səs-səsə vermiĢdilər. AĢıqlar deyiĢir, Ģairlər Ģahın Ģərəfinə gecə yazdıqları 
qəsidələrini söyləyirdilər. Nəhayət, zurnaçılar dəstəsi məclisə gəldi, onların çaldığı 
havalar hər kəsi yerindən oynatmıĢdı. Musiqinin gözəgörünməz əli uzanıb onların 
yaxasından tutub ayağa qaldırmıĢdı. Əmirlər, sultanlar iki-iki, dörd-dörd qol-qola, 
üz-üzə oynayırdılar. Çəpik, alqıĢ səsləri ətrafda əks-səda verirdi. Ġsmayıl mirzə bu 
təntənədən, zurnadan qopan «Cəngi» havasının qəlbində yaratdığı qəhrəmanlıq 
ovqatından çox-çox məmnun görünürdü. 
YaddaĢlardan süzülüb gələn bu havalar Ġsmayıl mirzənin döyüĢ meydanlarında at 
sürüb Ģücaət göstərdiyi anları özünə qaytarmıĢdı. Sanki taxtda yox, at belində 
oturmuĢdu… 
Zurnaçıların baĢına səpilən qızılı-gümüĢ sikkələr onun da ürəyincə idi. Musiqi 
onun sərtləĢmiĢ qəlbinə, rəhmsiz ruhuna həlimlik, Ģəfqət gətirmiĢdi. Ġndi 
qardaĢlarına munis nəzərlərlə baxmağının heç fərqində deyildi. Ġçini yeyən, onu 
qəddarlığa, amansızlığa səsləyən kin, deyəsən, onu unutmuĢdu. 
ġər qarıĢanda məĢəllərin iĢığında Pirə Məhəmməd xan qızını evin ortasında 
qoyulmuĢ çırağın baĢına hərləyib alnından öpdü: – XoĢbəxt ol! – dedi. «Gəlin 
atlandı» havasının sədaları altında gəlini evdən çıxarıb kəcavəyə oturtdular. 
Mülazimlər kəcavəni çiyinlərinə qaldırıb Ģahın hərəmxanasına doğru irəlilədilər. 
Dörd yüzdən çox atlı, piyada gəlini müĢayiət edirdi. Pirə Məhəmməd xan 
darvazanın önündə dayanıb uzun saplı çubuq qəlyanını çəkirdi. 
Gecədən xeyli keçmiĢ Ġsmayıl mirzəni çal-çağırla, məĢəllərin iĢığında 
hərəmxanaya gətirdilər. Onun arxasınca böyük bir izdiham gəlirdi. Ġzdiham 
hərəmxananın qarĢısında dayandı. Xacələr Ģahı «buyur-buyurla» gəlin otağına 
apardılar. 
O gecə ilan vuran yatdı, amma Səkinə sultanın gözlərinə yuxu getmədi. Xəyalında 
canlanmıĢ mənzərələr onu odsuz-ocaqsız yandırırdı. Ərini etibarsızlıqda qınayan, 
zəmanənin adətinə boyun əyən Səkinə sultan üç gündən sonra ərinin görünməmiĢ 
bir hoqqa çıxaracağını heç ağlına da gətirmirdi. 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
238 
 
* * * 
 
«Təzə bardaq suyu sərin olar» fikrinin, sən demə, Ġsmayıl mirzəyə dəxli yoxmuĢ. 
Doğrudur, gecələr qızı yaĢda olan bir xanımla seviĢmək, həya pərdəsini atıb min 
bir oyundan çıxmaq ona nə qədər xoĢ olsa da, Səfəvilər xanədanının mütləq 
hakimi, qızılbaĢların mürĢüdi-kamili olduğunu da bir an belə olsun unutmurdu. 
Gördüyü və yaxud görəcəyi hər bir iĢin mayasında siyasət dururdu. Hətta evlənib 
toy vurdurmağın özündə də onun siyasi gediĢləri vardı. Təbii ki, zövqü-səfa da öz 
yerində. 
Ġsmayıl mirzə el adətincə hörmətli əmirlərdən ġamxal sultan Çərkəzlə Hüseyn xan 
Xınıslının evinə elçi göndərib qızlarını istəmiĢdi. ġirindilli əmirlər keçmiĢ-
keçəcəkdən söz salıb qız atalarına demiĢdi ki, ġah Ġsmayıl Xətainin xələfi II ġah 
Ġsmayıl daha mağar qurub toy vurdurmaq fikri yoxdur. Qibleyi-aləm deyir ki, 
məmləkətin Ģahıyam, Qəzvinin meydanlarında gündə bir mağar qurdurub toy 
etsəm, qızılbaĢlara xoĢ getməz. Ancaq dövləti-alinin qarĢısındakı xidmətlərinizi 
dəyərləndirmək üçün sizinlə qohum olmağı hər Ģeydən üstün tutur. ġahımız 
möhtərəm qızlarınız üçün qiymətli baĢlıqlar veməyi də unutmayıb. Sizdən yeganə 
istəyi budur ki, qızların hər ikisi üç gündən sonra eyni vaxtda hərəmxanaya 
gətirilsin. MürĢüdi-kamilimiz hərəmxanaya gündə bir qız gətirib sufilərin, imam 
sahiblərinin qınağına tuĢ gəlmək istəmir. 
ġahın «məsləhətindən» nə ġamxal sultan Çərkəz, nə Hüseyn xan Xınıslı çıxmağa 
cəsarət etmədi. Hər ikisi elçilərə «bəçeĢm» deyib Ģahın hökmü qarĢısında baĢ əydi. 
… Qızların hər biri üçün otaqlar ayrılmıĢdı və bu otaqlar incə zövqlə bəzədilmiĢdi. 
ġamxal sultan Çərkəzin qızı üçün ayrılmıĢ otaqda hər Ģey – tül pərdələr, yorğar-
döĢək, mütəkkələr, yastıqlar firuzəyi rəngdəydi. Hüseyn xan Xınıslının qızının 
otağı isə qızılı rəngdə bəzədilmiĢdi. Tavandan çoxlu Ģamları olan Ģamdanlar 
asılmıĢdı. Otaqlarda qəribə sirli bir ovqat vardı. Otaqlardakı bu intimliyi 
dünyagörmüĢ məĢĢatələr hər kəsdən daha həssas duyurdular. 
AxĢam məĢəllərin iĢığında beĢ yüzə qədər adam gəlinləri gəcavələrə oturdaraq 
hərəmxanaya gətirdilər. Zurna-nağara səsi uzaqlarda belə eĢidilirdi. 
Hərəmxananın önündə gəcavələri yerə qoydular. Yengələr, qoca xacələr hər iki 
xanımı gəcavədən düĢürdülər. ġahın adamları onların baĢına qızıl pullar yağdırdı. 
Gəlinlərin ayaqları altında qurbanlıq toğlular kəsiləndən sonra xacələr qabağa 
düĢdülər. Yengələr, məĢĢatələr qızların qoluna girib xacələrin arxasınca irəlilədilər. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
239 
 
Qızlar ətrafı baĢlarına salınmıĢ ipək çarqatdan güclə görürdülər. Xacələr qızları öz 
otaqlarına aparıb diĢarı çıxdılar. Yengələr isə qızların yanında qaldılar. 
Gecədən xeyli keçmiĢ Ġsmayıl mirzə ġamxal sultan Çərkəzin qızının otağına gəldi. 
Yengə qızın qolunu ehmalca sıxdı və tez otaqdan çıxdı. Qız ayağa qalxdı, ona 
yaxınlaĢan Ģahın qarĢısında təzim edib paltarının ətəyindən öpdü. Ġsmayıl mirzə 
qızın zərif çinlərindən yapıĢıb ayağa qaldırdı, firuzəyi çarqatını baĢından götürüb, 
duvağını açdı. QarĢısında ömründə bir dəfə də olsun üzünü görmədiyi bir gözəl 
dayanmıĢdı. Qızın baĢındakı sünbül naxıĢlı cıqqası, sinəsindəki silsilə boyunbağı, 
qulaqlarındakı yaqut sırğalar, incə belini bir az da incə göstərən qızıl kəmər Ģam 
iĢığında bərq vururdu. Qız utandığından baĢını aĢağı dikmiĢdi. Həyəcandan sinəsi 
tez-tez qalxıb enirdi. Ġsmayıl mirzə qurĢağından zərif bir boyunbağı çıxarıb qızın 
boynuna bağladı. Bu zaman qızın yaxası oymalı köynəyini qabardan iri döĢləri 
Ġsmayıl mirzənin sinəsinə toxundu. O, bu xoĢ təmasdan duyğulandı və qızın 
əlindən tutub yatağına apardı. Onu həqiqi bir istəklə sinəsinə sıxıb gözlərini 
yumdu. Ürəyində Yaradana üz tutmuĢdu: «Ya rəbbim, mənə bir oğul payı ver! Ey 
Ulu Tanrım, mən həmiĢə sənə pənah gətirmiĢəm. Ya rəbbim, mərhəmətini məndən 
əsirgəmə! Günahlarımı oğurlanmıĢ gəncliyimə, nahaqdan zindanda keçən 
həyatımın 7 min 138 gününə bağıĢla! Allahım, Səfəvilər xanədanında səltənətimi 
yaĢatmaq üçün mənə vəliəhd gərəkdir. Ġlahi, bu fani dünyadan haqq dünyasına 
vəliəhdsiz getməyi mənə rəva görmə!» 
Qızın zümrüdü köynəyinin qızıl düymələrini açanda əllərinin titrədiyini hiss edib 
özünə acığı tutdu. 
Ġsmayıl mirzə iki saata qədər ġamxal sultan Çəpkəzin qızının yanında qaldı. 
… Ġki saatdan sonra hamama gedib çimdi, iki rükət namaz qıldı, Allaha dua etdi və 
yenə ondan vəliəhd istədi. Bundan sonra xacələrin müĢayiəti ilə qızılı otağa – 
Hüseyn xan Xınıslının qızının yanına gəldi. Bu qızın da yengəsi Ģahla necə rəftar 
etməyi ona baĢa salmıĢdı. Allahdan ona xoĢbəxtlik, oğul payı diləmiĢdi və onu 
içəri girən «özündənbəyin» ixtiyarına buraxıb çölə çıxmıĢdı. 
Ġsmayıl mirzə qıza yaxınlaĢanda o, dərhal ayağa qalxıb Ģahın ləbadəsinin ətəyindən 
öpdü və «XoĢ gəldiniz, Ģahım», – dedi. ġah qarĢılığında bu dilavər xanıma «Çox 
sağ ol, ocağımıza xoĢ gəlmisən», – deyə cavab verdi və onun çiyinlərindən tutub 
ayağa qaldırdı. O, tələsmədən qızın baĢındakı qızılı çarqatı götürdü və qarĢısında 
ġamxal sultan Çərkəzin qızından da zərif, gözəl bir qız gördü. Qızın zərif qaməti, 
üzünün lətafəti göz oxĢayırdı və onda adamın qəlbinə sirayət eləyən qəribə bir sehr 
vardı. Bəlkə də bu hal onda qadına olan ehtirasının bir qədər sönməsi ilə bağlıydı. 
Axı iki saat qabaq Allahın kiĢiyə bəxĢ etdiyi kiĢilik qüdrəti sayəsində ġamxal 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
240 
 
sultan Çərkəzin qızının bəkarətini almıĢdı. Onun müĢg-ənbər qoxuyan dağların 
qarı kimi ağappaq sinəsindən, qönçə dodaqlarından çoxlu-çoxlu öpmüĢdü. Ömrə-
günə yazılası xoĢ anlar yaĢmıĢdı. Ġndi o, bu qıza baĢını dumanlandıran ehtirasının 
gözü ilə yox, ağlının gözü ilə baxırdı və belə bir gün üçün Allahına minnətdardı: 
«Allah gec eləmiĢdi, amma onu hər kəsə nəsib olmayan ixtiyar sahibi eləmiĢdi. 
Əks təqdirdə, bir gecədə iki gözələ «bağbanlıq» eləyə bilərdimi?! 
Ġsmayıl mirzə qarĢısında dayanmıĢ gözəli bahar fəsli kimi seyr eləyirdi. Ona da 
bahalı hədiyyəsi vardı. Tələsmədən qoluna bazubənd taxdı, zərif boynuna üstü 
ceyran-cüyür Ģəklilli silsilə boyunbağı bağladı. 
Qız ağıllı, nüfuzedici qaraca gözlərini ona zilləmiĢdi. ġah bu baxıĢların qabağında 
susa bilmədi. Ġki barmağı ilə qızın yumru çənəsindən tutub: 
– Nəsə demək istəyirsən? – soruĢdu. 
Qızın üzündə mənalı bir təbəssüm iĢığı yanıb keçdi: 
– Məgər qız olan bəndənin söz deməyə haqqı var? 
– Əlbəttə, var. 
– «Elə isə niyə soruĢmursunuz sizə gəlməyə razıyam, yoxsa yox?» Amma atam 
Hüseyn xan məndən heç soruĢmadı, Ģahın xanımı olmağa razıyam ya yox? 
Ġsmayıl mirzənin qaĢları çatıldı: 
– Məgər sən mənim hərəmim olmağa razı deyilsən? 
– … 
– Səninləyəm… 
– Əlahəzrət, əlbəttə, sizin xanımınız olmaq mənim üçün fəxrdir. Amma… 
– Daha bu amma nədi? 
– Axı siz mənimlə atam Hüseyn xanın xətri xoĢ olsun deyə evlənirsiniz, məni 
sevdiyinizə görə yox. 
ġah gülümsədi: 
– «Ay Ģeytan. Lap sarı simə vurur». Doğrudur, səni görənə qədər mən də elə 
düĢünürdüm. 
– Ġndi elə düĢünmürsünüz, hökmdar? 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
241 
 
– Yox… Gözəlliyin məni ovsunladı… 
Qız davamlı baxıĢlarıyla az sonra əri olacaq adamın, Səfəvilər xanədanının 
hökmdarının Ģəklini çəkdi: 
– ġahım, gözəlliyi verən Allahdı, bununla öyünə bilmərəm. 
– Sən Allahın vergisisən. ġükürlər olsun ki, mənə qismət olmusan… Səndən bir 
oğlum olsa, dərdim olmaz. 
– … 
– Susursan. 
– Hər Ģeyi verən Allahdı, nə deyim. 
– Dua et, gözəl, dua et! Tanrı uzunsaçlının duasını tez eĢidər. 
Qız əllərini açıb dodaqaltı dua elədi. 
Bu an qız ona o qədər füsunkar, ofsunlu göründü ki, ovunun üstünə Ģığıyan qartal 
sayağı bir göz qırpımında qızı qolları üstünə aldı. Bilmirdi nə etsin, bu yaĢında 
sevgi dolmuĢdu qəlbinə. Doğru deyirlər ki, sevgi aləmi biixtiyarıdır. ġahın ixtiyarı 
özündə deyildi daha. Bu gözəlin baxıĢlarıyla sanki gözəgörünməz tellərlə əl-qolu 
bağlanmıĢdı. 
Qız da ixtiyarsız qollarını Ģahın boynuna dolamıĢdı. ġah onun qabarmıĢ sinəsini 
qoxlaya-qoxlaya aparıb yatağına uzatdı. Arxası üstə uzanmıĢ qızın mütənasib 
əndamı, qövsüvari qaĢları altında parlayan qaraca gözləri, qızılgül ləçəyini 
xatırladan biçimli dodaqları, al yanaqları, yumru çənəsi, zərif buxağı Ġsmayıl 
mirzəyə yaĢını, bir neçə saat əvvəl ġamxal sultan Çərkəzin qızıyla keçirdiyi o xoĢ 
anları unutdurdu. Çöldə, qapı önündə onu gözləyən yengəni, xacələri də 
unutmuĢdu. Qəribə ovqatdaydı. Xasiyyətinin əksinə olaraq, xəyalında qurduqlarını 
həyata keçirməyə aĢkarca həya eləyirdi. Bu qızın davranıĢı, düĢündüyünü 
çəkinmədən etiraf etməsi onu sərhəd saxlamağa vadar edirdi. Otağa abır-həya ayaq 
basmıĢdı. Ancaq Ġlahinin izni ilə kiĢi-qadın mərhəmliyi onu öz vəzifəsini icra 
etməyə sövq edirdi. 
Vüsala çatmaq anı yetiĢmiĢdi. Qalxıb bütün Ģamları söndürdü. Qaranlıqda otağın 
baĢ tərəfində parlayan bir cüt gözün iĢığını tutub çarpayıya yaxınlaĢdı. 
Tələsmədən, öpüb oxĢaya-oxĢaya qızı soyundurdu. Ġndi də qaranlıqda qızın 
dağların qarı kimi bədəni iĢıq saçırdı. Məmləkətin Ģahı diz büküb uca dağ baĢından 
ucu-bucağı görünməyən mənzərələri seyr edən sayaq gözəli seyr etməyə baĢladı. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
242 
 
Baxdı, baxdı… fikirləĢdi ki, kiĢi belə anlarda diz çökər. Ġsmayıl mirzə artıq özünü 
əla almaqda aciz idi. Dodaqaltı dua edə-edə özü də soyundu və … 
Və Ġsmayıl mirzənin köksü altında həzzdən, həyadan bihuĢ olan qız birdən pıçıltıya 
bənzər bir səslə «ana» deyib hıçqırdı… 
Ġsmayıl mirzə səhər gün çeĢtə çıxana qədər qızın yanından çölə çıxmadı. 
 
 
* * * 
 
Ġbrahim mirzə Gövhər bəyimə həmiĢəkindən də artıq məhəbbət göstərirdi. Ev 
dustaqlığının sonunun nə ilə – ölümlə, ya zindanla bitəcəyini bilmirdi. Buna görə 
də Tanrıya asi olmaqdan, ağlayıb-sızlamaqdansa, Yaradanın ona verdiyi ömür 
möhlətinin hər anını mənalı keçirmək istəyirdi. Gövhər bəyimlə saatlarla söhbət 
edir, onu öpüb-oxĢayır, qumral saçlarına sığal çəkir, onun üçün yorulub usanmadan 
saz çalıb-oxuyurdu. 
Gövhər bəyim isə ərinin ona göstərdiyi bu qayğıdan, məhəbbətdən çaĢ-baĢ 
qalmıĢdı. Te-tez üzünü ərinə tutub: «Sən Allah, sənə nə olub, təzə evlənmiĢik 
bəyəm, doyub-dolanmaq bilmirsən», – deyirdi. 
Ġbrahim mirzə arvadına zümzüməylə cavab verirdi: 
– YağıĢ yağar yer doymaz, mən səndən necə doyum?! 
– YağıĢ bəyəm həmiĢə yağır, Ġbrahim? 
– Yox, həmiĢə yağıĢ yağmır, quraqlıq da olur. ĠĢ ondadı ki, təbiət hadisələri həmiĢə 
təkrar olunur, insan isə dünyaya bir dəfə gəlir. Ġstəmirəm sonra heyfsilənək ki: 
 
Ömür keçdi, gün keçdi, 
Cavan olmaram bir də mən. 
 
Nə qədər ömrüm var sənin üçün çalıb-oxuyacam. Qoymaram alnını da turĢudasan. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
243 
 
Gövhər bəyim ərinin bu istəyi, məhəbbəti qarĢısında məmnun-məmnun 
gülümsəyir, ev dustağı olmalarının fərqində belə olmurdu. 
Ġbrahim mirzənin saz çalıb-oxumağı həyətdə var-gəl eləyən qorçulara da ləzzət 
eləyir, onları darıxmağa qoymurdu. Yazıq qorçular baĢa düĢə bilmirdilər ki, 
Təhmasib Ģahın sevimli kürəkəni, onun eĢikağası, müĢaviri, qızılbaĢların alimi, 
Ģairi, xəttatı, nəğmə düzüb-qoĢanı Ġsmayıl mirzənin qarĢısında nə günah iĢlədib. 
Axı dünənki möhürdar, Səfəvilər xanədanının hörmətli sultanlardan biri niyə ev 
dustağı olmalıdır? 
Qorçular növbə ilə evlərinə gedib-gəlirdilər. ġəhərdə, məmləkətdə nə baĢ verdiyini 
ancaq onlardan eĢidib bilmək olardı. 
Ġbrahim mirzə evdən çıxıb həyətlərindən axıb keçən arxın kənarına gəldi. Yay-qıĢ 
bu arxla dumduru su axırdı. Ġbrahim mirzə Qəzvində yaĢadığı illərdə ən xoĢ 
günlərini bu arxın kənarında, ağac kölgəsində keçirmiĢdi. 
Payızın son fəsli olsa da, hava xoĢdu. Gün çıxmıĢdı, zəif də olsa hərarəti vardı. 
GünəĢin solğun Ģəfəqləri suda əks olunurdu. Onun kölgəsi də suya düĢmüĢdü. Su 
dayanmadan axıb gedirdi. Ġbrahim mirzə fikirləĢdi ki, insan ömrü də belədi, su 
kimi axıb gedir. Amma su ilə heç kəsin iĢi yoxdu, məcrasını dəyiĢə, yer üstündə 
axmağına mane ola bilərlər, ancaq son anda yerin təkinə çəkilib yeraltı çaylara 
qovuĢmasına mane ola bilməzlər. Ġnsanlar isə heç nədən bir-birinə qənim kəsilir. 
Bəzən kin-küdurətin səbəbi də məlum olmur. 
Hənirti eĢidib geri döndü. Qorçulardan biri arxada dayanmıĢdı. 
– Nəsə lazımdı? – soruĢdu. 
– Heç nə, ağa, elə-belə gəldim. Siz bayaq saz çalıb-oxuyanda lap kövrəlmiĢdim. 
– Sağ ol ki, məni duymusan… Bura bax, qoçaq, Ģəhərdə, məmləkətdə nə var, nə 
yox? 
– Ağa, biz burda olan vaxtda Ģahımız özünə iki dəfə toy eləyib. 
– Yox əĢi?! 
– Bəli, bəli. Əvvəl toy eləyib Pirə Məhəmməd xanın qızını alıb. Üç gündən sonra 
da ġamxal sultan Çərkəzlə Hüseyn xan Xınıslının qızlarını bir gecədə 
hərəmxanasına gətirdib. 
– Nə olub belə, tələsir? 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
244 
 
– ġahın vəliəhdi yoxdu, ağa, ona görə. 
– Nə isə, Allah mübarək eləsin, oğul-qız sahibi olsun. 
– Amin, ağa! 
– Mən öz evimdə çoxmu dustaq olacam? 
– Biz kimik, ağa, Ģahdan ismarıc gözləyirik. 
– Nə barədə? 
– ġahın məramını biz hardan bilək, ağa. Buyurub keĢiyinizi çəkək, biz də çəkirik. 
Ġbrahim mirzə: 
– Darıxma, çox çəkməz Ģahımızın məramını bilərsiniz, – dedi və yenə axar suya 
tamaĢa etdi. Onun fikrə daldığını görən qorçu gəldiyi kimi də sakitcə çəkilib getdi. 
 
* * * 
 
Bir gün bir gecə də ötüb keçdi. Ġkinci günün axĢamı Ġbrahim mirzə ora-bura 
vurnuxan qorçuların hərəkətindən Ģübhələndi. Hiss olunurdu ki, onunla 
danıĢmaqdan yayınırlar. Nədənsə, dünən onunla danıĢan qorçu gözə görünmürdü. 
Bəlkə də onunla danıĢdığı üçün ondan ĢübhələnmiĢdilər. 
Ġbrahim mirzənin ürəyinə dammıĢdı ki, bu gecə nə isə xoĢagəlməz bir hadisə 
olacaq. O, özündən çox Gövhər bəyim üçün narahat idi. Qadını ona çox bağlıydı, 
demək olar, onunla nəfəs alırdı. Arada bir neçə dəfə onu qardaĢ-bacılarının yanına 
göndərmək istəmiĢdisə də, Gövhər bəyim onu tək qoymaq istəməmiĢdi. 
Sübhə yaxın, yuxunun Ģirin vaxtı Ġbrahim mirzə yataq otağının qabağında hənirti 
duydu. Gövhər bəyim bərk yatmıĢdı, onu oyatmamaq üçün ehtiyatla yerindən 
qalxdı: «Nə olur-olsun, təki Gövhər bəyimin bundan xəbəri olmasın». Tez paltarını 
geyindi, xəncərini belinə bağladı, qılıncını götürüb ayaqlarının ucunda qapıya 
yaxınlaĢdı. Hiss elədi ki, səs salmadan qapının arxadan bağlı olub-olmadığını 
yoxlayırlar. 
Ġbrahim mirzə səs-küy olacağından, Gövhər bəyimin oyanıb qara-qıĢqırıq 
salacağından ehtiyatlanıb qəflətən qapını açdı. Qorçular onu görüb çaĢdılar. 
Ġbrahim mirzə alatoranda qorçulardan birisinin əlində ip gördü və dərhal baĢa 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
245 
 
düĢdü ki, onu boğmağa gəliblər: «Deməli Ġsmayıl mirzə onu aradan götürməyi 
tapĢırıb». 
Kimsədən səs çıxmırdı. Ġbrahim mirzə qapının ağzından uzaqlaĢmaq niyyətilə heç 
nə olmamıĢ kimi pilləkənləri düĢə-düĢə qorçulardan: 
– Xeyirdimi? – soruĢdu. 
Ġlk dəfə qapısını döyən qorçubaĢı təkəĢ-təkəĢ dilləndi: 
– Yox, Ģərdi, – dedi və geri çəkilərək. – Ey, qorçular, laf yeri deyil, ipi bunun 
boynuna atın. 
Ġbrahim mirzə geri çəkilib qılıncını tovladı və bir göz qırpımında qorçubaĢının 
qarnına yeritdi. QorçubaĢı nə isə demək istəsə də, bacarmadı, çölə tökülən 
bağırsaqlarını əlləri ilə tutub üzü üstə yerə sərildi. Qorçular bir an çaĢsalar da, tez 
özlərini ələ alıb Ġbrahim mirzəni tutmaq üçün irəli atıldılar. Çünki Ģah onlara 
Ġbrahim mirzəni qılıncla yox, boğaraq öldürmələrini əmr etmiĢdi. 
Ġbrahim mirzə irəli atılıb ona kəmənd atmaq istəyən qorçunu da Ģaqqaladı: 
– Rədd olun burdan! Rədd olun! – deyə onu əhatəyə almıĢ qorçuların üstünə 
bağırdı.  
Onun səsini eĢidən Gövhər bəyim hövlnak özünü çölə atdı: 
– Ġbrahim! – deyə qıĢqırdı. Ġbrahim yarına tərəf dönəndə qorçular kəndiri onun 
boynuna atıb dartdılar. O son gücünü toplayıb qorçulardan birini yaraladı. Ġp 
boynunu bərk-bərk sıxmaqdaydı, son nəfəsdə xırıltılı səslə: – Gövhər… qızım 
amanatı, – deyə bildi və sustalıb üzüqoylu yerə yıxıldı. 
Gövhər bəyimin fəryadı uca barını aĢıb Qəzvinin hələ yuxuda olan küçələrinə 
yayıldı: 
– VəhĢilər! Namərdlər! Alçaqlar! Allahsızlar. Bir görün kimə qıydınız? Bir görün 
neylədiniz?.. Ġbrahim… Ġbrahim, qalx ayağa, məni namərd qardaĢıma tapĢırıb 
getmə… Yox, mən sənsiz yaĢaya bilmərəm. Sənsiz mənə heç nə gərək deyil! Ey bu 
Ģübhün sahibi, ədalətini göstər! Yoxsa, sənə də asi olaram. 
Ortada üç meyit, bir yaralı qalmıĢdı. Qorçular onu atıb getmiĢdilər. 
Gövhər bəyim Ġbrahim mirzənin meyitini qucaqlayıb hönkürdü: 
– Sən hər Ģeyi bilirmiĢsən, Ġbrahim. Ona görə mənim uzaqlaĢmağımı istəyirmiĢsən. 
ĠstəmirmiĢsən müsibətini görüm. Mən Səfəvilər xanədanın sultanını, atam ġah 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
246 
 
Təhmasibin sevimli kürəkənini Ģərəfini qoruyan gördüm. Yox, od vuracam bu 
Qəzvinə, o Çehelçütun eyvanına! Sənə qıyan o Ġsmayılı öz əlimlə parçalayacam. 
Nifrət olsun ona, nifrət, nifrət… 
Gövhər bəyim ərinin cənazəsinin üstündə özündən getdi. 
 
* * * 
 
Səhər Gövhər bəyimin fəryadı ilə açıldı. Lakin Ġbrahim mirzənin qətlə yetirilməsi 
xəbəri dildə-ağızda dolaĢmamıĢ, Səadətabad meydanında elə iĢlər, faciələr baĢ 
verdi ki, möhürdarın Ģəhidliyi az qala unuduldu. Allah elə bil səhər-səhər 
Səadətabad meydanına alıĢ-veriĢə gələn adamların ağlını baĢından almıĢdı. 
Meydanda qoyun-quzu alqı-satqısı üstündə dava düĢmüĢdü. Hüseynqulu Xüləfanın 
sufiləri hücum çəkib bazarın müdirini, darğanın mülazimlərini Ģil-küt eləmiĢdilər. 
Mülazimlərdən biri ağız-burnunun qanını silə-silə aradan çıxıb bazarda baĢ 
verənləri darğaya xəbər vermiĢdi. Darğa da, tənbəllik eləməyib on nəfər atlı qorçu 
göndərmiĢdi ki, iki-üç qoyuna görə dava salmıĢ, onun mülazimlərinə əl qaldırmıĢ o 
dəli-qudurmuĢları tutub onun hüzuruna gətirsinlər. Amma sufilər onları aparmağa 
gəlmiĢ qorçulara əl-qol atmağa aman verməmiĢdi. Döyülüb-söyülmüĢ qorçular 
aradan çıxıb darğanın yanına qayıtmıĢdılar. Darğa bu xəmirin çox su 
aparacağından ehtiyatlanıb özü bu iĢi yoluna qoymaq üçün atlanıb meydana 
gəlmiĢdi. Lakin sufilər baĢının dəstəsi ilə meydana girər-girməz onu daĢ yağıĢına 
tutdular. Sonra isə xəncər-bıçağa əl atdılar. Meydanda aləm bir-birinə dəydi. 
Yaralıların ah-ufundan, cığır-bağır səslərindən qulaq tutulurdu. 
Meydanda baĢ vermiĢ iğtiĢaĢı Ġsmayıl mirzəyə xəbər verdilər. Ġsmayıl mirzə onsuz 
da sufilərin Hüseynqulu Xüləfaya bəslədikləri rəğbətə, həmrəyliyə görə, onlar 
sarıdan tam arxayın deyildi və onların nə vaxtsa baĢ qaldıracaqlarından ehtiyat 
edirdi.  
ġahın əmri ilə yaraqlanmıĢ qızılbaĢ əmirləri ġah atı meydanında sıraya düzülüb 
Ġsmayıl mirzənin verəcəyi qərarı gözləyirdilər. Çox keçmədi Ģahın çaparı sufilərin 
«qətliam edilməsi» fərmanıyla gəldi. Əmirlər dərhal atlarını Səadətabad meydanına 
çapdılar. Sufilər siyirmə qılınc üstlərinə gələn qızılbaĢ əmirlərini görəndə 
Hüseynqulu Xüləfanın evi ətrafındakı mənzillərinə doğru qaçdılar. Amma 
qızılbaĢlar onları haqlayıb qılıncdan keçirdilər. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
247 
 
Bir göz qırpımında Hüseynqulu Xüləfanın evi ətrafında beĢ yüz sufinin meyiti 
qaldı. Ancaq faciə bununla bitməmiĢdi. Qırğının, vay-Ģivənin baĢ qatdığı bir 
vaxtda cəlladlar Ģahzadələri, əmizadələri meydanlara çəkib Allahın dərgahına 
göndərirdilər. Rumlu camaatının arasında yaĢayan Mahmud mirzənin nə 
səltənətdən, nə də bu dünyadan bir umacağı yoxdu. Amma onu və bir yaĢlı oğlu 
Məmmədbağırı boğub öldürdülər. Ġmamqulu mirzəylə Əhməd mirzəni 
dövlətxanaya gətirərək At meydanı yaxınlığında qətlə yetirdilər. Gəncədən bu 
günlərdə gətirilmiĢ Əli mirzəyə, Ġbrahim mirzənin qardaĢı oğlu Məhəmməd 
Hüseyn mirzəyə rəhm eləyib hər ikisinin gözlərinə mil çəkdilər. Dünya iĢığına 
həsrət qalmıĢ Əli mirzə taleyi ilə barıĢsa da, Məhəmməd Hüseyn mirzənin ah-ufu, 
nifrini kəsilmək bilmirdi. Onun əhvalını Ģaha söyləyib: – Qibleyi-aləm, 
Məhəmməd Hüseyn mirzə sakitləĢmir, nə edək? – sordular. ġah da: – Səsini 
birdəfəlik kəsin! – əmrini verdi. Məhəmməd Hüseyn mirzəni də öldürüb meyitini o 
biri Ģahzadələrin cənazəsinin yanına qoydular. Ġsmayıl mirzə Pərixan bəyimin 
niĢanlısı, əmizadəsi Bədiüzzaman mirzəni, onun kiçik yaĢlı oğlunu da unutmadı. 
Eyni gündə onu da balaca oğlu ilə bir yerdə Sistan vilayətində iĢ baĢında qətlə 
yetirtdi. 
Hakimiyyətə iddialı olan Ģahzadələrin qətlə yetirilməsi ilə Ġsmayıl mirzənin ürəyi 
bir qədər rahatlıq tapdı. Arif adamlar baĢa düĢdülər ki, bazarda baĢ verənlər, 
sufilərin qətlamı qızılbaĢ əmirlərinin baĢını qatmaq, Ģahzadələri, əmizadələri qətlə 
yetirmək üçün qurulmuĢ bir oyunmuĢ. 
MürdəĢirlər yuat yerində yan-yana qoyulmuĢ Ģahzadələrin, Ġbrahim mirzənin 
cəsədlərini yuyurdular. MürdəĢirlərdən biri pıçıltıyla yoldaĢına dedi ki, deyirlər 
gecəyarısı dava düĢür, Molla Nəsrəddin yorğanını çiyninə atıb çölə çıxır ki, görsün 
nə baĢ verib. Oğrular onun çiyninə saldığı yorğanı götürüb qaçırlar. Molla 
sitildəyə-sitildəyə evə qayıdır. Arvadı Molladan soruĢur ki, nə baĢ verib? Molla 
deyir ki, heç, arvad, dava yorğan davasıymıĢ.  
AĢkarca hiss olunurdu ki, Ģahzadələrin meyitlərini tez-tələsik kəfənləyib 
basdırmağa tələsir, cinayəti torpaq altında gizlətmək istəyirlər. Pəhləvan cüssəli 
Mahmud mirzənin meyitinə qüsul verib kəfənləmək istərkən gözlənilmədən 
hərəkət edib gözlərini açdı. MürdəĢirlər bu qəfil «dirilmədən» diksinib geri 
sıçradılar: «Bismillah! Bismillah!» 
Mahmud mirzə çaĢqın, hürkək nəzərlərlə ətrafına, baĢının üstündəki adamlara 
baxdı və qalxıb oturdu. Çılpaqlığından həya eləyib ona biçilmiĢ kəfənlə ayıbını 
örtdü. MürdəĢirlərdən biri tez xirqəsini gətirib onun çiyninə saldı. Ona su içirtdilər. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
248 
 
Mahmud mirzə özünə gələndə körpəsinin də meyitini yanında gördü: – Ay 
alçaqlar, – dedi, – bu körpənin günahı nəydi? 
MürdəĢirlər baĢlarını aĢağı salmıĢdılar, Ģahzadə ilə necə rəftar edəcəklərini 
bilmirdilər. Onların peĢəsi ölü yumaq idi. Onlar üçün meyidin Ģaha, yaxud nökərə 
aid olmağının elə də fərqi yoxdu.  
Birdən bu iĢlərə nəzarət edən yasavul yuat yerinə gəldi və çiyni xirqəli Mahmud 
mirzəni görəndə yerində donub qaldı. Mahmud mirzə əvvəl key-key yasovulun 
ağarmıĢ üzünə, heyrətdən böyümüĢ gözlərinə baxdı və qəflətən yerindən qalxıb 
onun xirtdəyindən yapıĢdı: 
– Get o alçaq Ģahına de ki, namərdcəsinə boğdurduğun sultan Mahmud Allahın izni 
ilə dirilib. Ona söylə ki, dünən atamızı, bu gün bizi kəfənləyənlər sabah da onu 
kəfənləyəcəklər. Amma Ģahın övladlarını qırdığına görə qızılbaĢlar onun 
tənasülünü kəsib ağzına soxacaqlar. 
Mahmud mirzə var gücü ilə yasavulu itələdi. Yasavul dal-dalı getdi, özünü saxlaya 
bilməyib yıxıldı. Hıqqına-hıqqına yerindən qalxıb dövlətxanaya qaçdı. 
Ġsmayl mirzə gözləri az qala həlqəsindən çıxan yasavuldan «dirilmə» əhvalatını 
eĢidəndə bir an duruxdu: 
– Bəs onu necə boğublar ki, dirilib?! 
– Qibleyi-aləm, mürdəĢirlər söylədilər ki, Ģahzadəni boğan zaman ip onun 
boynunun Ģah damarından birini yaxĢı sıxmayıb. 
– Ġndi mən o Mahmud mirzəni boğanları boğduraram, bir də belə qələt eləməsinlər. 
Yasavul Ģahın qərarını gözləyirdi. ġah isə cavab verməyə tələsmirdi. FikirləĢirdi ki, 
Allahın izni ilə dirilmiĢ Ģahzadəni bu gün bağıĢlasa, balaca oğlunun meyitini görən, 
ölüb dirilən Mahmud mirzə sabah onu bağıĢlayacaqmı? Lap bağıĢlasa belə, onun 
bu dirilmə əhvalatı bütün məmləkətə yayılacaq, künc-bucaqda ona Ģəbədə 
qoĢacaqlar. ġah üzünü yasavula tutub dedi: 
– Mən heç vaxt verdiyim fərmanı dəyiĢmirəm. Gedin o bədbəxti Haqqın dərgahına 
yola salın, sağ qalsa, oğul dağına dözməz. 
Yasavul mürdəĢirlərin yanına qayıtdı. Mahmud mirzə onlara yaxınlaĢan yasavulun 
qırımından hər Ģeyi baĢa düĢdü və bərkdən güldü: 
– Dediklərimi söylədinmi Ģahına? 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
249 
 
Yasavul baxıĢlarını Ģahzadədən gizlətməyə çalıĢdı: 
– Ağa, söylədiklərinizi yox, dirildiyinizi söylədim. 
– Nə buyurdu? 
– Yenidən boğulmanızı əmr etdi… Dedi sağ qalsa, oğlunun dərdinə dözməz. 
– Doğru deyib. Eybi yox, oğul dağı göstərənlər oğul dağı görəcəklər. – Birdən 
çılğıncasına, – o xəncərini mənə ver! – deyə hayqırdı. 
Yasavul geri çəkildi: 
– Verə bilmərəm, ağa. 
– Qorxma, səni öldürməyəcəm. Sizi adam öldürmək əzabından qurtaracam, – deyə 
Mahmud mirzə yasavulun qarĢısına yeridi. Yasavul qılıncına əl atmaq istədi, ancaq 
Mahmud mirzə cəld tərpənib qılıncı onun əlindən aldı. MürdəĢirlərin, yasavulun 
nitqi qurumuĢdu. 
– Ġstəsəm, bu saat hamınızı doğrayaram, amma əlimi qana batırmaq istəmirəm. 
Atasının, babasının yoluyla getməyən Ġsmayıl mirzənin cəhənnəmə döndərdiyi 
məmləkətdə yaĢamaqdansa yaĢamamaq yaxĢıdı, – deyib qılıncı bir anda boynuna 
çəkdi. Qan yasavulun sifətinə sıçradı. Mahmud mirzə bir qədər ayaq üstə durub 
qanının axaraq necə yerə töküldüyünü seyr elədi və birdən sustalıb dizi üstə çökdü. 
Yasavul, mürdəĢirlər donub qalmıĢdılar. 
Beləcə, II ġah Ġsmayıl Səfəvi çaldırdığı toydan sonra doğmalarına yüz illər boyu 
unudulmayacaq bir toy tutmuĢdu. Bir gün sonra bu toyun əks-sədası çox-çox 
uzaqlarda eĢidilməyə baĢladı. 
 
XXXIII FƏSĠL 
MÜQƏDDƏS RAMAZAN GECƏSĠ 
 
Ġstədim mən səni məsud edəyim, 
Duymadın qəlbimi, artıq nə deyim? 
Hüseyn Cavid 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
250 
 
Gövhər bəyim heç cür özünü əla ala bilmirdi. Qohum-qonĢu Gövhər sarıdan çox 
nigaran idi, ən çox da Pərixan bəyim. Qorxurdu ki, Gövhər bəyim havalanar, Allah 
eləməmiĢ, ağlı baĢından çıxar. Qadının çılğınlığı son həddə çatmıĢdı Çinixanadakı 
əntiq qab-qacağı, əĢyaları, kitabları gətirib suya atır, sındırır, od vurub yandırırdı: 
«Qoy hər Ģey məhv olsun, təki cəlladımızın əlinə keçməsin. Təki onun qan tutmuĢ 
gözləri bu Ģeyləri görməsin». Onu tutduğu yoldan çəkindirmək mümkün olmurdu. 
Demək olar ərinin illərlə topladığı əntiq əĢyaları, nadir əlyazmaları məhv edirdi: 
«Ġbrahimsiz bunlar mənə gərək deyil» deyib hönkürürdü. Bununla da ürəyi 
soyumadı, tək-tənha Çehelsütün eyvanının qabağına gəldi, üzünü bu məĢhur 
eyvana, Ģahın oturduğu iqamətgaha tutub söyüb-söyləndi: 
 
– Ġsmayıl, Ġsmayıl, eĢidirsən məni, sən qatilsən, cəlladsan! ġahzadələr yox, sən 
ölməliydin, sən! Ey yeri, göyü yaradan, göstər qüdərtini, al bu qatil Ģahın canını! 
Ona qan qusdur! Bu mərhəmətsizə, bu qatilə göstər öz kəramətini, Ġlahi!!!» 
II ġah Ġsmayıl bacısının ona yağdırdığı nifrinlərini aydınca eĢidirdi. Əvvəlcə 
cəlladı göndərib onun səsini kəsdirmək istədi, ancaq qadına əl qaldırsa, 
qızılbaĢların gözündən düĢəcəyindən ehtiyat etdi. Sonra düĢündü ki, iki nəfər xacə 
göndərsin, yapıĢsınlar onun qolundan, aparıb atsınlar evinə. 
Xacələr Gövhər bəyimə yaxınlaĢıb qolundan tutdular: «Xanım, sakit olun, qarğıĢ 
eləməyin, Allaha ağır gedər», – deyə onu uzaqlaĢdırmaq istədilər. Gövhər bəyim 
onların üstünə çımxırdı: 
– Ağzından süd iyi gələn körpələri, cavan Ģahzadələri, əmizadələrini yatağında 
boğduran, qanına qəltan eləyənin əməli Allaha xoĢ gəlir?! Hə, xoĢu gəlir Allahın 
bu iĢlərdən? 
– … 
– Gözünüzü döyürsünüz? Cavab vermirsiniz? Çünki Əzrailə dönmüĢ Ģahınızdan 
qorxursunuz. Mən nifrət eləyirəm ona! Nifrət, nifrət, nifrət. 
Gövhər bəyimin səsi Çehelsütun eyvanının divarlarına dəyib əks-səda verdi. 
«Nifrət, nifrət, nifrət …» 
Küçədə, eyvanın qabağında dayanıb ona nifrin yağdıran bacısına qarĢı Ġsmayıl 
mirzənin içində elə bir qəzəb qaynadı ki, diĢlərini qıcadı, «Ay ana!» deyib taxtına 
çökdü. Ürəyinin üstündə quluncu ağaca dönmüĢdü. «Yoxsa Allah onun qarğıĢını 
eĢitdi?», – deyə düĢündü. Amma Gövhər bəyimin Ģahın halından xəbəri olmadı. 
Hələ də qarğıĢ etməkdəydi… 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
251 
 
Xacələr onu çox çətinliklə Çehelsütun eyvanının qabağından uzaqlaĢdırdılar. O, 
həyətinə girəndə özündə-sözündə deyildi. Pərixan bəyim onun qoluna girdi, aparıb 
yatağına uzatdı: 
– Sənə dedim axı getmə. Bizim Ģahımıza söz təsir etməz. 
– Bəs neyləyim, qoy öz qulağı ilə eĢitsin ki, Səfəvilər ona nifrət eləyir. Görüm onu 
qan qussun! Ġbrahim kimi bir oğula qıyardılar? Görəsən, Allah bu zülmü yerdə 
qoyacaq?! 
– Yox, qoymayacaq, bacı. Allah heç bir zülmü yerdə qoymur. Bunu mən hər 
kəsdən yaxĢı bilirəm… «Heydər mirzədən sonra nələr olmayıb, Ġlahi. Hələ heç kəs 
baĢa düĢməyib ki, Allahın qəzəbinə tuĢ gəlmiĢik. Bu dünyada qatil də özünü haqlı 
hesab eləyir, heç kəs günahını boynuna almır. Allahın verdiyi cəzanı da qəzavü-
qədər sanır. Amma elə Yaradanın izni ilə insanlar bir-birinə cəza verir». 
– Görmürəm, bacı 
– ĠnĢallah görərsən, – Gövhər bəyimin pırtlaĢıq saçını sığalladı. – Sakit ol, bacı, 
özünü ələ al. 
– Necə sakit olum, gör neçə evdə matəmdi. Səfəvi xanımlarına matəm libası 
geyindirib günü qara gəlmiĢ. 
– Doğru deyirsən, bacı, doğru deyirsən. Ən böyük günahkar mənəm. Onu taxtda 
mən oturtdum, mən. Sən ona yox, mənə nifrət elə. 
Gövhər bəyim qəzəbdən qovruldu: 
– Oy-oy-oy… Yanıram, bacı, yanıram, odsuz-ocaqsız yanıram, tüstümü görən 
yoxdu, halıma qalan yoxdu… Partlayıb öləcəm, balam yetim qalacaq. Yazıq 
balam, tənha balam… 
Pərixan bəyim daha göz yaĢlarını saxlaya bilmirdi: «Darıxma, bacı, mən onu məhv 
edəcəm! Mən ona layiq olduğu yeri göstərəcəm! ġahzadələrin, Ġbrahimin, 
Bədiüzzamanın qanını ona bağıĢlamayacam. Bu gündən onun ən böyük düĢməni 
mənəm». 
– Oy baĢım, oy baĢım, – deyə Gövhər bəyim zarıdı. – Pərixan, bilirəm mən 
Ġbrahimsiz yaĢamayacam. Onsuz bu dünya mənə zindandı. O madar balamı sənə 
tapĢırıram. 
Pərixan əlini onun kürəyində gəzdirdi: 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
252 
 
– Belə naümüd danıĢma. Ölənlə ölmək olmaz. Allah qoysa, qızına özün 
baxacaqsan. 
– Yox, bacı, halım fənadı. Sabah qızı gətir, onunla halallaĢım. 
– YaxĢı, yaxĢı, gətirərəm, sakit ol. ÇalıĢ bir az yatasan. 
Gövhər bəyim sustalıb baĢını yastığa qoydu. Pərixan bəyim xeyli oturub onun 
yuxuya getməsini gözlədi. Nəhayət, Gövhər bəyimi yuxu tutdu. 
 
 
* * * 
 
Ġbrahim mirzənin sarayında əvvəlki çal-çağırdan, ürfan məclislərindən əsər-əlamət 
qalmamıĢdı. Evin nizami büsbütün pozulmuĢdu. Ġbrahimin faciəli ölümündən bərk 
sarsıntı keçirmiĢ Gövhər bəyim yatağa düĢmüĢdü. Pərixan bəyim onun qızını 
götürüb gəlmiĢdi. Gövhər qızını görəndə göz yaĢlarını saxlaya bilmədi: – «Mən 
ölsəm, halın necə olacaq, ay qızım?» – düĢünüb omaĢıdı*. Pərixan bəyim onu 
ovundurmağa çalıĢdı. Ancaq Pərixan bəyim Gövhər bəyimin ağarmıĢ bənizindən, 
gərilmiĢ əsəbindən anladı ki, bacısının əcəli yetiĢib. Tezliklə ruhu Ġbrahim 
mirzənin ruhu ilə qovuĢacaq. 
Gövhər bəyim nə qədər israr etsə də, Pərixan bəyim onu bu vəziyyətdə qoyub 
sarayına qayıtmadı, yastığının yanını kəsdirib durdu… 
Pərixan bəyim yanılmamıĢdı, üç gündən sonra cümə axĢamı Gövhər bəyimin 
əhvalı pisləĢdi. – Ġbrahim, Ġbrahim, hardasan, sənsiz yaĢaya bilmirəm. YaĢamaq 
istəmirəm, istəmirəm, – deyə haray qopardı və gözlərini əbədi yumdu. 
 
* * * 
 
Bu hadisələrdən aylar ötmüĢdü. Ġsmayıl mirzənin cariyədən oğlu dünyaya 
gəlmiĢdi. Onun sevincinin həddi-hüdudu yoxdu. Bu münasibətlə Qəzvinin hər bir 
məhəlləsində Ģadlıq məclisləri qurulmuĢdu. O, oğluna Müzəffərilər dövlətinin 
hökmdarı ġah ġüca Müzəffərin Ģərəfinə ġah ġücaəddin Məhəmməd adını verdi. 
ġah oğlunun lələliyini ġiraz hakimi Vəli sultan Zülqədərə tapĢırdı. Vəli sultan 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
253 
 
Ģahın ona göstərdiyi bu iltifatdan hədsiz Ģad olmuĢdu. Mənzilini Ģahzadəyə layiq 
bir dəbdəbəylə bəzətdirmiĢdi. O, vədə vaxtı ġah Sücaəddin Məhəmmədin ləl-
cəvahirlə iĢlənmiĢ beĢiyini dövlətxanadan çıxartdı və atlanıb beĢiyi qucağına 
götürdü. ġahın əmri ilə adlı-sanlı dövlət adamları dünyanın iĢlərindən xəbərsiz 
Ģirin-Ģirin uyuyan vəliəhdin beĢiyinin arxasınca addımladılar. MüĢayiət edib 
vəliəhdi Vəli sultanın mənzilinə apardılar. 
Ġsmayıl mirzənin Vəli sultanı oğlunun lələsi seçib Ģərəfləndirməsi təsadüfi deyildi. 
ġirazda Vəli sultanla Ġsmayıl mirzənin qardaĢı Məhəmməd mirzə arasında ixtilaf 
yaranmıĢdı. Zülqədərlər tayfası isə Məhəmməd mirzənin tərəfini saxlayıb, Vəli 
sultana qarĢı kobudluq etmiĢdilər. Vəzifəsi nüfuzdan düĢmüĢ Vəli sultan da iĢləri 
belə görub Qəzvinə, dövlətxanaya qayıtmıĢdı. Ġsmayıl mirzə onu ĢərəfləndirmiĢ, 
zamanı gələndə onun əli ilə zülqədərləri cəzalandırmaq niyyətini isə hələlik 
qəlbində gizlətmiĢdi. 
Beləcə, Ġsmayıl mirzə vəliəhd sarıdan arxayınlaĢmıĢdı. Və gələcəkdə varisinin əl-
ayağına dolaĢa biləcək hər kəsi aradan götürməyə hazır idı. Onun yeganə 
nigarançılığı qardaĢı Məhəmməd mirzənin uĢaqlarıydı. Onları da birdəfəlik 
zərərsizləĢdirmək fikrindəydi. Ancaq hələlik anası Sultanım bəyimdən həya edirdi. 
Çünki anası nəvələrini çox istəyirdi. Bir də ki, anasına qarĢı sayğısızlıq göstərsə, 
xalqın bunu yaxĢı qarĢılamayacağının fərqindəydi. Digər tərəfdən, hələlik qardaĢı 
uĢaqlarından elə bir namərdlik də görməmiĢdi. 
Son zamanlar, daha doğrusu, Ģah ġücaəddinin dünyaya gəlməsi ilə Ġsmayıl mirzə 
tez-tez məclislər keçirir, alim və Ģairlərlə müxtəlif mövzu ətrafında mübahisələr 
edir, cürbəcür mülahizələr irəli sürürdü. Axır vaxtlar ürfan məclislərində Ģiə-sünni 
məzhəb ixtilafları barədə çəkinmədən fikirlər yürüdürdü. Ġsmayıl mirzə 
Peyğəmbərin xanımı AiĢəyə Ģiələrin tənə etməsini açıqca qəbul etmirdi. Bir dəfə 
xidmətində olan Ģiə üləmalarından soruĢdu: 
– Deyin görüm, Ģiə camaatı hansı dəlilə əsasən Tanrı Rəsulunun möhtərəm 
hərəminə tənə edilməsini caiz hesab edir? Siz də yaxĢı bilirsiniz ki, onun Ģəninə 
ismət və paklıq ayəsi nazil olmuĢdur. AiĢə xatun Peyğəmbərlə bir yastığa baĢ 
qoymuĢdu, onun məhbubəsi idi. Ġndi siz deyin, necə ola bilər ki, AiĢə xatun 
axirətin alovuna və cəzasına layiq olsun? Bəsrədə Təlhə və Zübeyrin qızıĢdırması 
və təhriki ilə AiĢə xatun ilə Həzrət Əmirəlmöminin Əbi ibn Əbu-Talib arasında 
münaqiĢə baĢ versə də, Həzrəti Əli onun qadınlara məxsus olan düĢüncə zəifliyini, 
ağlının nöqsanını əsas tutaraq, onu əfv etdi. Bu əfvin sübutu belədir ki, AiĢə xatunu 
izzət və ehtiramla Mədinəyə göndərdi. Buna görə də AiĢə xatuna edilən tənə 
Həzrət Əlidən qaynaqlanmır. ġiə üləmaları bu barədə nə söyləyirlər? 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
254 
 
Üləmalar susdular, onun fikrini nə inkar, nə də təsdiq etdilər. Ġsmayıl mirzə sualına 
cavab almadıqda üzünü xüləfa Bolgara tutdi: 
– Xəlifə! 
– Bəli, qibleyi-aləm, – deyə xüləfa Bolgar təzim etdi. 
– Əgər bir kəs sənin zövcənin adını camaat arasında çəksə, onu söysə, sənin 
acığına gələr, ya yox? 
– Bəli, gələr. 
– Bəs, nə üçün adamlar Tanrının Rəsulunun möhtərəm hərəmini lənətləyirlər? 
Xüləfa Bolgar özünü itirmədi: 
– SöyüĢ söymək haramdır, – dedi, – amma lənət Tanrının rəhmətindən 
uzaqlaĢanlara aid olunur və qarğıĢ kimidir. Yəni hər kəs ki, pis əməl edibdir, onun 
iĢini Tanrıya həvalə edirsən. Bu iĢdə bir qüsur yoxdur. 
Ġsmayıl mirzə sorğusuna müsbət cavab almadığı üçün soruĢdu: 
– Xəlifə, sən sadəlövh bir türk kiĢisisən, bu məsələni sənə kim öyrədib? 
Xülafə: 
– Cənnətməkan Ģahın zamanında üləmalardan eĢitmiĢəm, – dedi. 
Bolgarı sevməyənlər onun üzünə durdular: 
– ġah həzrətləri, Xəlifə yalan söyləyir. Bir neçə vaxt bundan əvvəl Ģahlıq 
eyvanında mərhum Ġbrahim mirzənin hüzurunda bu məsələ barədə üləmaların 
arasında danıĢılanda eĢidib. 
Ġsmayıl mirzə bu sözləri eĢidəndə qəzəbləndi: 
– Bir xəlifə ki, öz mürĢidi-kamilinə yalan deyir, cəzaya layiqdir! 
Məclisdə oturan sufilər də elə bil bu sözlərə bənd imiĢlər. Bir göz qırpımında 
Xüləfa Bolgarı təpikaltı elədilər. Yazıq kiĢi nəfəsini belə almırdı. Sufilər onu 
ölmüĢ bilib, cəsədini keçəyə büküb mənzilinə apardılar. Sufilər gedəndən çox 
sonra kiĢinin huĢu özünə qayıtdı. Yerindən qalxa bilmirdi. O, ancaq iki-üç aydan 
sonra hərəkət edə bildi. Ġsmayıl mirzə isə onun vəzifəsini Dədə Xüləfa Ustaclıya 
tapĢırdı. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
255 
 
Ġsmayıl mirzənin Ģiə-sünni məzhəb ayrılığına münasibəti heç də bununla bitmədi. 
O, Ģiə üləmalarına əmr etdi ki, bu gündən təbərra mərasimi küçələrdən, 
məhəllələrdən yığıĢdırılsın. ġah on iki nəfər qorçu ayırdı ki, məscidlərdə moizə 
məclisində təbərra deyən hər kəsin cəzasını versinlər. ġah fərmanı cümə axĢamı 
vermiĢdi, elə həmin axĢam da moizə məclisi idi. Moizə bitəndən sonra çörəkpulu 
təbərra söyləməkdən çıxan DərviĢ Qənbər Təbərrayi özünü saxlaya bilməyib bir 
beyt oxudu: 
 
Əliyə və nəslinə canü-könüldən salavat, 
Əli düĢmənlərinə həmiĢə lənət olsun! 
 
Qorçular bir andaca DərviĢ Qənbəri dəyənəyin altına saldılar. Təbərra deməkdə 
misli olmayan, bu məharətinə görə Təbərrayi ləqəbini qazanan DərviĢ Qənbərin 
döyülməsi Ģiələrin göz yaĢlarına səbəb oldu. 
Bir gün də Ģahın məclisində Ġsmayıl mirzənin sünni-Ģiə siyasətini 
dəstəkləyənlərdən biri qalxıb dedi: – Qibleyi-aləm, məscidlərdə Ģeir oxumaq və 
yazmaq qadağan olsa da, Qəzvin məscidlərinin daĢ-divarları aĢiqanə Ģeirlərlə 
doludur. 
Ġsmayıl mirzə məclisə göz gəzdirib axtardığını tapdı: 
– Ey Mir Zeynalabdin KaĢi, sən bu Qəzvinin möhtəsibisən*, sabah səhərdən 
adamlarını götürüb məscidlərə gedirsən, o Ģeirləri məscidlərin tavanından, 
divarlarından qaĢıtdırırsan. EĢitdinmi? 
– Bəli, qibleyi-alim, eĢitdim. 
Səhərisi Mir Zeynalabdin KaĢi dəstəsi ilə məscidlərə gedib Həzrəti Əlinin, məsum 
imamların Ģərəfinə yazılmıĢ Ģeirləri xüsusi bir canfəĢanlıqla pozdurdu. Bu 
əhvalatdan sonra Ģiə üləmaları arasında Ģahın sünni məzhəb olması barədə pıçhapıç 
baĢladı. Sonra bu pıçıltı böyüyərək məmləkəti dolaĢdı, ordugahda yayıldı. 
Ġsmayıl mirzə künc-bucaqda danıĢılanlara əhəmiyyət verməyərək islahatını davam 
etdirirdi. O, hələ də öz adına qızıl pul zərb etdirmədiyindən, alıĢ-veriĢ köhnə üsulla 
aparılırdı. Zərrabçılar yeni sikkələrin zərb olunmasını, zərbxanaların mənafeyinin 
gözlənilməsini ondan xahiĢ edirdilər. Ġsmayıl mirzə sikkənin bir tərəfində «La ilahə 
illəllah, Məhəmmədən rəsulallah, Əliyyən vəliyullah» sözlərinin nəqĢ olunub-

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
256 
 
olunmaması haqqında çox düĢünmüĢdü. Axırda bu məsələni meydana topldaĢmıĢ 
camaatın qarĢısında həll etməyə qərar vermiĢdi. Vəziri Mirzə Salman da yanında 
idi. O: 
– Camaat, – dedi, – bu dirhəm və dinarlar** ticarət zamanı yəhudilərin, 
ermənilərin, məcusların***, hindlilərin, bir sözlə, kafirlərin də əlinə keçir, bununla 
da «Quran» ayəsinə zidd olaraq natəmiz adamlar, Allahın isminə toxunurlar. Ona 
görə də sikkələrin bir üzündə ġeyx Əttarın Həzrət Ġmam Əlinin, onun nəslinin 
Ģərəfinə söylədiyi bu beytinin yazılmasını əmr edirəm: 
 
Nə olsun ki, Ģərqdən qərbə imandır?! 
Əli ilə nəsli bizə tamamdır. 
 
Beləcə, sikkələrin üzərindən «Əliyyən vəliyullah» sözləri silindi, digər üzündə isə 
Ġsmayıl mirzənin Adili təxəllüsünə yaraĢan «nu əl-adil» (ədalətlidir) sözləri zərb 
olundu. 
Onun bu cür qərarları qızılbaĢlar və sufilər arasında heç də yaxĢı qarĢılanmadı. 
Bəzi əmirlər və əyanlar Səadətabad bağının qapısı yaxınlığında yığıĢıb Ģahın 
hərəkətlərini müzakirə edir, çıxardığı qərarlar ətrafında mübahisələr edirdilər: 
«Cənnətməkan Ģahın oğlu, ġeyx Səfinin törəməsi, Əli ibn Əbu-Talibin – ona 
salavat və salam olsun – nəslindən olan mürĢidimizin, vəlinemətimizin məzhəbi 
barədə əcaib, qəribə sözlər dolaĢmaqdadır. Onu ġahi-Mərdanın düĢmənlərinə dost 
olmaqda ittiham edirlər», – kimi fikirlər artıq hər yerdə səslənməkdə idi. 
Əlbəttə, danıĢan dillərin hamısını kəsmək olmazdı. Son vaxtlar ordugahdan da 
Ġsmayıl mirzənin qulağına onu əndiĢələndirən cürbəcür Ģaiələr gəlib çatmaqdaydı. 
Nəhayət, Ģah baĢa düĢdü ki, Ģiə-sünni məzhəbi barədə verdiyi qərarlarla Ģiələrin 
heysiyyəti ilə oynayıb… ġayiələrdən birisi çox inandırıcıydı. Söyləyirdilər ki, bəs, 
Mazandarana hakim təyin etdiyi qardaĢı oğlu Sultan Həsən mirzə orada hörmətini 
itirdiyindən onun icazəsi olmadan Tehrana gəlib. Bəzi qızılbaĢ əmirləri onu 
Səfəvilər taxtından salıb Sultan Həsən mirzəni oturtmaq istəyirlər. 
Yazıq Sultan Həsən mirzənin isə əmisinin yerini tutmaq heç ağlına da gəlmirdi və 
Ġsmayıl mirzənin əmrini gözləyirdi ki, Qəzvinə, onun hüzuruna gəlsin, 
Mazandaranda baĢına gələnləri ona söyləyib, ondan nə edəcəyi barədə məsləhət 
alsın. Əmisi isə onun Qəzvinə gəlməsi üçün icazə verməyə tələsmirdi. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
257 
 
Ġsmayıl mirzənin sufilərindən və tərəfdarlarından olan Ərdoğan xəlifə Təkəli bir 
gün Səadətabad bağının qabağına toplaĢan sufilərə, qızılbaĢ əmirlərinə dedi ki, 
Ģahın Ģiə məzhəb olub-olmaması barədə xatircəm olmaq istəyirsinizsə, qazilər və 
sufilər adından Əmir xan hökmdarın hüzuruna gəlsin, onunla görüĢdürüm. 
Camaat arasında bu sözləri eĢidən bir nəfər dərhal siviĢib aradan çıxdı. Əməlli-
baĢlı matəm libası geyinib Ģahın hüzuruna buyurdu, ikiqat olub dedi: – Qibleyi-
aləm, indicə Səadətabad bağından gəlirəm. Türkman və təkəlü əmirləri Əmir xan 
və Ərdoğdu xəlifənin sərkərdəliyi altında ittifaq bağlayıblar. Söyləyirlər ki, Ģah 
məzhəbini tərk etmiĢdir. Sizi aradan qaldırmaq istəyirlər». 
Bu sözləri eĢidən Ġsmayıl mirzə qəzəb atına mindi. FərraĢları çağırıb: 
– Gedin o Əmir xanla Ərdoğan xəlifəni hüzuruma gətirin. 
FərraĢlar çıxdılar. 
Bir saatdan sonra artıq Əmir xanla Ərdoğan xəlifə Ġsmayıl mirzənin 
hüzurundaydılar. ġah onların üstünə qəzəb püskürdü: 
– Nə üçün siz məni qızılbaĢlar arasında bihörmət edirsiniz? Sizə kim deyib ki, mən 
sünni məzhəbini qəbul etmiĢəm? Camaatın mənə olan inamını niyə sarsıdırsınız? 
Əmir xan özünü itirmədi: 
– Allah eləməsin ki, biz Ģah həzrətləri barədə səhv gümana düĢək. Biz deyirik ki, 
bəzi hallarda Ģərəfli hökmdardan məzhəb barədə laqeydlik baĢ versə də, bu dövlət 
iĢlərinin zərurəti ilə bağlıdır, düĢmənlərimizi zərərsizləĢdirmək üçündür. Amma 
zahirdə Ģiə, batində sünni məzhəb olan bəzi üləmalar Ģərəfli hökmdarı bədnam 
edib, camaata açıq-aydın deyirlər ki, Ģah həzrətləri sünnilik məzhəbinə meyl edir. 
ġah həzrətləri bu məsələni yanlıĢ hesab edirsə, bu cür üləmaları tənbeh etsin, bizi 
yox. 
Ġsmayıl mirzə bayaqdan susub dayanmıĢ Ərdoğan xəlifəyə üz tutdu: 
– Budur, Əmir xan sənin arxanda dayanıb, sənə himayədarlıq edir. Nə sözün var 
de! 
Ərdoğan xəlifədən qabaq Əmir xan cavab verdi: 
– ġah həzrətləri, nə üçün bizim kimi dövlətsevərlərin barəsində qərəzli adamların 
söylədiklərinə inanırsınız? Həmin sözlərin doğru və yalan olmasını 
aydınlaĢdırmadan, bizim kimi fədakar tərəfdarlarınızı nifaq əhli hesab edirsiniz? 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
258 
 
Ġsmayıl mirzə, nəhayət, onu qəlbən narahat eləyən mətləbini dilə gətirdi: 
– Ona görə ki, siz mənim qızılbaĢlara padĢahlıq etməyə ləyaqətimin olmadığını 
düĢünüb, bir-birinizlə razılaĢaraq, Sultan Həsəni Tehrandan gətirib padĢah etməyi 
qərara almısınız. 
Əmir xan kəfənini boynuna dolamıĢdı, heç bir təlaĢ keçirtmədən dedi: 
– ġah sağ olsun, biz iyirmi ildir ki, sizin Ģərəfli zatınızın tərəfdarıyıq və dostluq 
təbilini döyəcləyirik. Ġndi ki, mətləbimizə çatmıĢıq, Sultan Həsəndən nə fayda tapa 
bilərik? Onun padĢahlığı heç xəyalımızdan da keçməmiĢdir. 
ġah indi əsl niyyətinin üstünə gəldi: 
– Doğru deyirsinizsə, onda məni Sultan Həsən barədə xatircəm edin. 
Bu o demək idi ki, Sultan Həsəni öldürün, sizə inanım. Ġki od arasında qalan Əmir 
xanın baĢı razılıq əlaməti olaraq sinəsinə əyildi. Ya Ģahın əmrini icra etməliydi, ya 
da öz baĢından keçməliydi. 
ġahın əmri ilə Ərdoğan xəlifə zindana, Əmir xan isə Tehrana, Sultan Həsənin 
qətlini həyata keçirməyə yollandı. Ġsmayıl mirzə bu hökmü verəndə hətta anası 
Sultanım bəyimin nəvəsi Sultan Həsən mirzəyə sonsuz məhəbbətini də nəzərə 
almadı. 
 
* * * 
 
Hicri 985-ci il idi (1577). Ramazan ayı təzəcə girmiĢdi. Ġsmayıl mirzə Sultan 
Həsən mirzənin qətlindən sonra da sakitləĢə bilmirdi. Çox düĢünüb-daĢındıqdan 
sonra doğma qardaĢı Məhəmməd mirzəni, onun oğlanlarını – hətta yeddi yaĢlı 
Abbası (gələcəyin Ģahını) da aradan götürməyi tapĢırdı. Sanki onun ürəyi bu 
sözlərlə döyünürdü: «Hakimiyyətin Ģəriki olmamalıdır!» 
O, son vaxtlar Qəzvində ən çox Pərixan bəyimdən nigaran idi. Onun necə dəvə 
kimi kinli, həm də ağıllı, tədbirli olduğunu bilirdi. QızılbaĢ əmirlərinin bu xanıma 
rəğbət bəslədiklərindən də xəbəri vardı. FikirləĢirdi ki, Pərixan bəyim yəqin ki, 
Ģahzadələrin, hörmət bəslədiyi Ġbrahim mirzənin, niĢanlısı Bədiüzzamanın qətlə 
yetirilmələrini heç vaxt ona bağıĢlamayacaq. Onun hətta bir belə faciələrdən sonra 
ağlayıb-sıtqadığını da eĢitməmiĢdi. Yəqin ona olan sonsuz nifrəti qoymur qızı 
ağlamağa… 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
259 
 
Əlbəttə, bu xanımı çox asanlıqla aradan götürə bilərdi – hərçənd onu məhv etmək 
üçün ilk öncə keĢiyində duran ġamxal sultan Çərkəzi zərərsizləĢdirməliydi. Nə 
olsun ki, qayınatasıdır. Amma onun qarĢısını kəsən ən çox el tənəsiydi. Pərixan 
bəyimi öldürtsə, qızılbaĢlar, sufilər buna yaxĢı baxmazdılar.  
Ancaq son anda Pərixan bəyimi baĢqa cür cəzalandırmaq fikrinə düĢdü. GöstəriĢ 
verdi ki, onun imarəti dağıdılsın, kəniz saxlaması isə qadağan edilsin. Bu kəniz 
məsələsini isə onun ağlına arvadı Səkinə sultan salmıĢdı. 
Fərman verilmiĢdi, hökm yerinə yetiriləcəkdi, sadəcə, müqəddəs Ramazan ayının 
çıxmasını gözləyirdilər. 
Bu əcaib qərarı eĢidəndə Pərixan bəyim bilmədi neyləsin. Evdə, Səadətabad 
bağında xeyli var-gəl elədi. Ġsmayıl mirzənin əksi elə bil gözünün içinə girmiĢdi. 
Onu heç cür gözlərinin aynasından çıxarıb ata bilmirdi. Gözlərini yumanda da onu 
görürdü. Ürəyində ona deyiləsi bir dəvə yükü sözü vardı. Bəlkə ondan sonra ürəyi 
boĢalardı, amma fərmandan sonra kim idi Pərixan bəyimi onun yanına buraxan?! 
Çox düĢünüb-daĢındı. Axırda evə qayıdıb Ġsmayıl mirzəyə məktub yazmağa qərar 
verdi. 
Məktubu yazıb qoca xacəyə verdi ki, Çehelsütun eyvanına gedib Ģaha çatdırsın. 
Bir saatdan sonra Ġsmayıl mirzə Pərixan bəyimin məktubunu oxuyurdu. Məktubun 
hər sətirindən Pərixan bəyimin qəzəbli səsi eĢidilir, kinli baxıĢları onu acıqlı-acıqlı 
müĢayiət edirdi. O yazırdı: 
«Bu məktubu* mübarək baĢınızın qərəzkarlıqdan təmizləndiyi vaxt mütaliə edin… 
Əvvəla, Məhəmməd Mustafa salavatullah və Əli Mürtəza əleyhüssalam ailəsinə 
nümunə olan o Cəm məqamlı mərhum padĢahın** ailəsinə qarĢı sizin etdiyiniz 
dəyyusluq töhməti yaxĢı iĢ deyildir. Siz Qəhqəhə qalasında dustaq olan vaxt 
gözlənilməz hadisələr törətməkdə ittiham olundunuz. ġah Təhmasibdən sənin 
etdiyin günahların əfv olunmasını rica edən təkcə mən olmuĢam… Sən demisən ki, 
övrətlər dövlət iĢlərinə qarıĢmalı deyillər. Bu boĢ bir xəyaldır. Övrətlərin heç vaxt 
səltənət iddiası olmayıbdır. Elə iddia olsaydı, ixtiyar ipini əldə tutduqları vaxt 
olardı və övrət, dodaqlarından süd iyi gələn padĢah övladlarından birini aradan 
götürər, özü rahatlıqla səltənət baĢına çıxardı… QardaĢının qaladan çıxarılması və 
nicatı üçün elə mübarizə aparmazdı. Bəli, doğru məsəldir: yaxĢılıq əvəzinə 
yamanlıq!.. Mənim bütün ömrüm fiqh*** kitablarının mütaliəsi ilə keçmiĢdir. Mən 
təfsirlərin**** əksəriyyətini mühafizə edirəm… Çünki mən baĢqa Ģahzadələr kimi 
atamın paytaxtından uzağa getməmiĢəm, dövlətxanaya küçədən keçib daxil 
olmamıĢam, Ģəhər hamamlarını görməmiĢəm, Ģikara çıxmamıĢam, heç bir töhmət 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
260 
 
küncündə oturmamıĢam… Amma baĢqaları rahatlıq və səltənət arzusundadırlar. 
Onlar qoy öz əllərini qadınların ətəklərindən kənar etsinlər. Cəm məqamlı padĢahın 
istəyinin əleyhinə hərəkət etməsinlər ki, elə hərəkətin nəticəsi yaxĢı olmaz. Yox, 
əgər dünyanı tutmaq və asudə olmaq istəyirlərsə, yaxĢılığı özlərinə peĢə edib, öz 
baĢlarını rəhm papağından kənara çıxarsınlar… Allaha and olsun ki, qətl etmək və 
öldürməklə səltənət iĢi irəli gedə bilməz. Ġrəli getsə belə, zülmkarlıq Fironun, 
Hamanın və ġəddadın etdiklərindən az olmaz… Bundan baĢqa, siz bu zəif qadının 
imarətinin dağıdılması barədə əmr vermisiniz. Bunu etmək asan iĢdir, amma gərək 
gor evi abadan olsun… Sizin mübarək xatiriniz məndən narahatdırsa, onda məni 
özümə layiq olan gülxəndə***** yerləĢdirin. O cür bir atanın vəfatından sonra 
mənə gülxən ən yaxĢı yerdir, gülĢən isə qoy uca və əziz övladlara qismət olsun… 
BaĢqa bir sözüm də budur ki, siz bu zəif kimsənin özünə kəniz saxlamağını 
qadağan etmisiniz. Ġsmət əhlinin, dövlət və təharət****** taxtına əyləĢən qadının, 
yəni nəvvabın******* möhtərəm hərəmi Səkinə sultan xanımın fikri budur ki, 
kənizi olmayan hər bir qadının Ģöhrəti, Ģanı da yoxdur. Bu fikir düzgün deyildir. 
Kənizi olmayan qadınlar da Ģan sahibidirlər. Mənim əgər-əskiyimindən heç kimin 
xəbəri yoxdur, çünki mən hərəmxanadan heç yana çıxmıram. Həzrət Səkinə sultan 
xanım isə buyurmuĢdular ki, mənə xidmət üçün iki kəniz kifayətdir. Ya rəb, 
görəsən, nə üçün ona yüz nəfər qulam kifayət deyil, amma mənə iki kəniz bəsdir?.. 
Budur, bu baĢ, bu kəfən. Ölməyə hazıram. Əlindən gələni et!» 
 
Məktubu oxuyub bitirdi. Pərixan bəyim açıqca onu təhdid edirdi: «Budur, bu baĢ, 
bu kəfən. Ölməyə hazıram. Əlindən gələni et!» Pərixan bununla nə demək istəyir? 
Yoxsa onu təkbətək döyüĢə çağırır? Yoxsa kimliyimi, nəyə qadir olduğumu 
unudur, mənim kinli bacım… Ġnsafən məni taxta o çıxarıb. Amma sonra yerini 
bilmədi, padĢahlıq iĢinə qarıĢdı… Nəsə, bu qızdan xata əskik deyil. Qoy bu 
Ramazan ayı çıxsın, ondan sonra bu xanım barədə bir Ģey fikirləĢərik. 
AxĢam Ġsmayıl mirzə baĢının mülazimləriylə Ģəhərə gəzməyə çıxdı. HəmiĢə 
olduğu kimi, yenə baĢını qaldırıb göy üzünə çitənmiĢ ulduzlara tamaĢa etdi. Və 
birdən Qövs bürcündə bir quyruqlu ulduz gördü. Ulduzun quyruğu səmanın 
ortasından məğribə tərəf uzanırdı. O, bundan çox narahat oldu. Mülazimlərin 
yanında bir söz deməsə də, səhər tezdən münəccimləri yanına çağırmağı qərara 
aldı. 
Gecəni çox narahat yatdı. O, yaxĢı bildiyi nücum elminin dəlillərinə əsasən, belə 
düĢünürdü ki, bu hadisənin baĢ verməsi padĢahlardan birinin dünyasını 
dəyiĢməsinə iĢarədir. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
261 
 
Səhər tezdən münəccimlər saraya gəldilər. ġahı sakitləĢdirib dedilər ki, ulduzun 
quyruğu məğribə tərəf uzandığı üçün onun ən böyük təsiri Rum vilayətində və qərb 
torpağında baĢ verəcək. 
Ġsmayıl mirzə münəccimlərin sözlərini eĢidib bir qədər sakitləĢdi. 
… Bu hadisədən üç gün keçmiĢdi. Ġsmayıl mirzə Ramazan ayının 13-ü (24 noyabr 
1577), yekĢənbə günün gecəsi çoxlu Ģərab içib nəĢələnmiĢdi. Hüseyn xan 
Xınıslının qızıyla bir saat əylənəndən sonra Ģəhərə çıxmaq fikrinə düĢdü. O, dostu 
Həsən bəy Halvaçıoğlu və bir neçə yaxın adamı ilə Qəzvinin küçələrində gəzib-
dolaĢdı. Gecəyarısı geri qayıtdılar. ġah gec olduğundan sarayına yox, dostu Həsən 
bəyin qapısı ġah atı meydanına açılan evinə getdi. Taxta çarpayıya uzanıb 
gözlərini tavana zillədi. ġahzadələr, əmizadələri bir-bir gəlib xəyalından keçdi. 
FikirləĢdi ki, bir il yarımlıq padĢahlığı dövründə nə qədər nahaq qanlar töküb, hələ 
nə qədər də tökməlidi. Nəyin naminə? Hakimiyyətin, vəliəhd ġah Sücaəddinin 
sabahı naminə! Səfəvi xanədanı mənim qanımı daĢıyanların qılıncının gücünə daha 
da geniĢlənəcək… Bu Pərixan bəyim, görəsən, nə cəsarətlə o məktubu mənə yazıb? 
Hər sözü bir batman ağırlığındadı… Sən bunun sözünə bax: «… bu baĢ, bu kəfən. 
Ölməyə hazıram. Əlindən gələni et!» BaĢ üstə, əlimdən gələni edərəm. Qoy bu 
müqəddəs Ramazan ayı çıxsın, sənin dərsini verəcəm. Dostunu səslədi: 
– Ey Həsən bəy, mənə tiryək gətir, gözümə yuxu getmir... Nə axmaq gecədi. 
Fikrim çalpaĢıq düĢüb. Hə… münəccimlər söylədilər ki, Zurbabə quyruğunu Rum 
vilayətinə uzadıb, birdən Osmanlı padĢahı ölər. 
Həsən bəy əlində tutduğu qutudan tiryək götürüb ona verdi. 
Ġsmayıl mirzə tiryəki ondan alıb atdı. 
– Azdı, yenə də ver, – dedi. – Hər Ģeyi, keçmiĢimi, sabahımı, düĢmənlərimi 
unutmaq istəyirəm.  
Həsən bəy matdım-matdım ona baxırdı. ġah xumarlanmıĢ gözlərini ona zillədi:  
– Sən on doqquz il altı ay, iyirmi bir gün zindanda yatmağın nə demək olduğunu 
bilirsənmi, Halvaçıoğlu? Bilirsənmi neçə gün eləyir? 
– Xeyr. 
– 7 min 138 gün eləyir, Halvaçıoğlu. 7 min 138 gün! Qadınsız, məhəbbətsiz… 
Qəhqəhə qalasında, daim nəzarətdə… Belə məĢəqqətli günləri yaĢayanın ürəyində 
mərhəmət, Ģəfqət olarmı? Halvaçıoğlu, sən bilirsənmi mən kiməm? 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
262 
 
– Bu nə sözdü, hökmdar. Əlbəttə, bilirəm. ġah Ġsmayılın nəvəsi, ġah Təhmasibin 
qəhrəman oğlu, Səfəvilər xanədanının Ģəhriyarı… MürĢüdi-kamilimiz… 
– Saxla, saxla. Deyim mən kiməm? 
Yazıq Həsən bəy çaĢıb qalmıĢdı. 
– Buyurun, hökmdar. 
– Mən Allahın yer üzündəki ölüm mələyiyəm. Bildinmi, ölüm mələyi! Əzrail! 
– Belə sözlər deməyin, hökmdar. 
– Bunu mən demirəm, qətlinə fərman verdiklərim gecələr yuxuma girib belə 
söyləyirlər. Tiryək ver, tiryək, olmuĢları unutmaq istəyirəm. 
Həsən bəy Halvaçıoğlu ona yenə tiryək verdi. Ġsmayıl mirzə tiryək atıb uydu. 
Sanki nəfəs almırdı. 
 
EPĠLOQ 
 
Nə baxırsan gülə-gülə, 
Mən də baxdım gülə-gülə. 
Uçacaqsan sən də bir gün, 
Baxacaqlar gülə-gülə. 
Elin sözü 
 
Qəzvinin adi gecələrindən biri idi. Ağacların budaqları bir-birinə çırpılır, külək 
ömrünü yaĢamıĢ saralmıĢ yarpaqları qabağına qatıb küçələrdə hara gəldi qovurdu. 
HəmiĢə olduğu kimi, xidmətçilər, müqərrəblər Ģahın gecələdiyi evin qabağına 
toplaĢıb onu gözləyirdilər. Ancaq nədənsə bu gün Ģah yuxuya qalmıĢdı. Vaxt ötür, 
ġah atı meydanına bitiĢik otağın qapısı isə açılmırdı. Kimsənin ixtiyarı yoxdu ki, 
Ģahın yataq otağına yaxınlaĢsın. Vəzir Mirzə Salman da Ģahın dövlətxanaya 
gəlməməsindən nigaran olub qorçubaĢı ilə ġah atı meydanına gəldi. Artıq 
günortaya az qalırdı. Yox, bir belə yatmaq olmazdı. ġah hətta sərxoĢ olduğu 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
263 
 
gecələrdə də bir belə yatıb yuxuya qalan deyildi. 
 
Nəhayət, vəzir Mirzə Salman özündə cəsarət tapıb otağın qapısını açdırdı. Yataq 
otağına girəndə Ģahın hərəkətsiz halda arxası üstə uzandığını gördü. Mirzə Salman 
– Hökmdar, hökmdar! – deyə qıĢqırdısa da, ondan səs çıxmadı, deyəsən, nitqi 
batmıĢdı. O, çox ağır nəfəs alırdı. Mirzə Salman həkimbaĢını çağırtdırdı, o da Ģahın 
bəbəklərinə baxandan sonra ümidsiz halda baĢını buladı. 
Mirzə Salman ancaq bu zaman yerindən tərpənməyə halı olmayan, qorxusundan 
sarısını udmuĢ Həsən bəy Halvaçıoğlunu gördü. Onu sorğu-suala tutmağın vaxtı 
deyildi. Mirzə Salman qorçubaĢına Əmir xanla Pirə Məhəmməd xanın dalınca 
adam gördərməyi tapĢırdı. 
Əmir xanla Pirə Məhəmməd xan özlərini hadisə yerinə yetirəndə artıq Ġsmayıl 
mirzə dünyasını dəyiĢmiĢdi. 
Əmir xan qəflətən yaxınlaĢıb yerindən tərpənməyən Həsən bəy Halvaçıoğlunun 
xirtdəyindən yapıĢdı: 
– Qurumsaq, düzünü de görüm nə baĢ verib? 
Gözləri kəlləsinə çıxan Halvaçıoğlu: 
– ġəhriyarımız axĢam iftardan sonra Ģərab içdi, bir saat hərəmxanada, Hüseyn xan 
Xınıslının qızının yanında qaldı. Sonra gəlib dedi ki, Ģəhəri gəzmək istəyir. 
Gecənin yarısına kimi Ģəhərdə dolaĢdıq. Hamamın yanında bir halvasatan 
oturmuĢdu. ġahımız onun halva-çörəyindən çox yedi. Doymaq bilmirdi. Biz evə 
qayıtdıq. Artıq gec idi. ġah tiryək istədi. Tiryək qutusunu əlimə alanda 
sübhələndim. Çünki tiryək qutusunu həmiĢə mən möhürləyirdim. Amma bu dəfə 
mənə elə gəldi ki, möhür pozulub. Mən bunu Ģaha dedim, amma o, buna fikir 
vermədi. Nə üçünsə yaman dərdlənmiĢdi. Çoxlu tiryək atıb yatdı. Gün çeĢtə 
çıxanda onu belə halsız gördüm. Qorxudan ayaqlarım qıc oldu. 
Əmir xan qıĢqırdı: 
– Halvaçıoğlu, bizim padĢahımızı zəhərləyiblərsə, sənin köməyin, yardımın 
olmadan bu iĢ baĢ tutmazdı. Səni indi o dünyaya göndərəcəm. 
Halvaçıoğlu: 
– Mən padĢahın mərhəməti sayəsində bütün qızılbaĢların böyüyü idim, nədən ötəri 
onu zəhərləməliydim?! – dedi. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
264 
 
Əmir xan əmirlərə bu iĢi araĢdırmaq istədiyini söylədi. Vəzir Mirzə Salman, baĢqa 
əmirlər ona bu iĢi ĢiĢirtməyin heç bir faydasının olmayacağını, indi dövlətin 
sabitliyini qorumağın vacibliyini söylədilər. Əmirlərin təklifi ilə aralarında ixtilaf 
olan türkman tayfasının böyüyü Əmir xanla Pirə Məhəmməd xan ata-oğul saziĢi 
bağladılar. Bu saziĢdən sonra səltənət və padĢahlıq məsələsi ətrafında söhbət 
etdilər. ġiraz hakimi Vəli sultan söylədi ki, atanın mirası oğula çatmalıdır. Gəlin, 
ġah ġücaəddini Ģah elan edək. 
Əmir xan ona qəti etiraz etdi: 
– Vəli sultan, sən yoxsa vəkili-səltənə olmaq, qızılbaĢların böyüyünə çevrilmək 
istəyirsən?! Səkkiz aylıq tifil bu boyda Ġran səltənətinə necə padĢah ola bilər? 
Vəli sultan geri çəkilmək istəmədi: 
– Onda səltənəti Pərixan bəyim idarə etsin. Sikkə isə ġah ġücaəddinin adına 
kəsilsin. 
Əmir xanla Pirə Məhəmməd xan dedilər: 
– Əsl vəliəhd cənnətməkan ġah Təhmasibin böyük oğlu Məhəmməd mirzədi, onu 
gətirib Səfəvilər taxtında oturdaq. 
Bəzi əmirlər dedilər ki, Məhəmməd mirzənin görmə qabiliyyəti zəifdi. Bu 
vəziyyətdə hərbi və mülki məsələləri o necə yoluna qoya bilər? 
Lakin bu fikirdə olanlara əhəmiyyət verən olmadı. Məhəmməd mirzənin taxta 
çıxarılmasından ən çox narahat olan Vəli sultan oldu. Çünki vaxtilə ġirazda ona 
qarĢı hörmətsizlik etmiĢdi. 
QızılbaĢlar verdikləri yekun qərardan vəcdə gələrək qıĢqırdılar: «Dövlət – Sultan 
Məhəmməd padĢahın dövlətidir!» Sonra əmirlər qərara gəldilər ki, Məhəmməd 
mirzə Qəzvinə gəlib taxtda oturana qədər Pərixan bəyim səltənət iĢlərini aparsın. 
QızılbaĢlar «Allah! Allah!» sədaları altında Pərixan bəyimin Səadətabad bağındakı 
mülkünün qarĢısına toplaĢdılar. 
Pərixan bəyim 13-ü Ramazan gecəsi sübhə qədər oyaq qalmıĢdı. O, doğmalarına 
qənim kəsilmiĢ Ġsmayıl mirzənin ölüm xəbərini gözləyirdi. Əks-təqdirdə, onun 
özünü boğub öldürəcəkdilər. Bilirdi ki, qanının arasına müqəddəs Ramazan 
bayramı girib.  
Çöldə «Allah! Allah!» sədaları hələ də kəsilməmiĢdi. Nəhayət, Pərixan bəyim bir 
padĢah əzəməti ilə əmirləri qəbul edib, nə baĢ verdiyini soruĢdu (guya heç nədən 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
265 
 
xəbəri yoxdu). Ona bu gecə Ġsmayıl mirzənin müəmmalı Ģəkildə öldüyünü 
söylədilər. 
Pərixan bəyim: 
– Allah rəhmət eləsin. Əziz qardaĢım Allaha xoĢ getməyən çox nahaq iĢlər tutdu. 
Bu da axırı. Xalq yaxĢı deyib: «Su səhəngi suda sınar». Heç bir təlaĢ keçirməyə 
hacət yoxdur. Vaxtilə etdiyimiz kimi, Ağsaqqallar Ģurasını bərpa edib Məhəmməd 
mirzə paytaxta gəlib taxta oturana kimi səltənəti idarə edəcəyik. 
Ġlk öncə Məhəmməd mirzənin padĢah seçilməsi ilə bağlı vəsiqə yazıldı və əmirlər 
hamısı bu vəsiqəyə qol çəkib möhür basdılar. Sonra vəsiqəni xüsusi elçi vasitəsi ilə 
ġiraza göndərdilər. 
Günün axırında At meydanının qapısını açdılar və carçılar atlanıb iftar vaxtı 
Ġsmayıl mirzənin Haqqa qovuĢduğunu xəbər verdilər. Xalq arasında heç bir təlaĢ 
yaĢanmadı. Məmləkət rahat nəfəs aldı. 
Səhəri gün Pərixan bəyim əmr etdi ki, Heydər mirzənin tərəfdarları qazamatdan 
azad edilsin. Ġsgəndər bəy bu xəbəri eĢidən kimi atlanıb zindanxanaya getdi ki, 
Hüseyn bəy YüzbaĢıya gözaydınlığı verib onu oradan çıxartsın. O zindana çatıb 
Hüseyn bəy YüzbaĢını görmək istədiyini deyəndə, zindanban onun üç gün qabaq 
ishal xəstəliyindən vəfat etdiyini söylədi. Ġsgəndər bəy bu xəbəri eĢitdikdə göz 
yaĢlarını saxlaya bilmədi. 
– Heyif Hüseyn bəydən, kaĢ bu günü görəydi. O belə bir günün gələcəyini il yarım 
bundan əvvəl söyləmiĢdi, – dedi. 
Zindanban ona təsəlli verib: 
– KeçmiĢ olsun, – dedi. 
Ġsgəndər bəy azadlığa buraxılmıĢ dustaqlara qoĢulub dəftərxanaya qayıtdı. 
… ġiraza Məhəmməd mirzəni qarĢılamağa gedənlər hamısı Pərixan bəyimdən 
icazə alırdılar. Vəzir Mirzə Salman Pərixan bəyimə və gecə-gündüz onun 
keĢiyində duran dayısı ġamxal sultan Çərkəzə bir o qədər də bel bağlaya bilmirdi. 
Qərara aldı ki, Məhəmməd mirzənin etimadını qazanmaq üçün onu qarĢılamağa 
getsin. Bu niyyətlə Pərixan bəyimin hüzuruna gəlib Ģirin dilini iĢə saldı: 
– Pərixan bəyim, – dedi, – indi dövlət üçün münasib olan budur ki, yad adamların 
öncədən gedib sizinlə qardaĢınız arasında fəsad toxumu səpməsinin qarĢısını alım. 
Sizin ona olan sonsuz məhəbbətinizi, necə həsrətlə yolunu gözlədiyinizi söyləyim. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
266 
 
Pərixan bəyim vəzirin ona söylədiklərində heç bir hiylə sezməyib getməsinə icazə 
verdi. 
Mirzə Salman az qaldı qanadlanıb uça. O, dərhal atlanıb yola çıxdı. Gecə-gündüz 
miniyini dəyiĢə-dəyiĢə Məhəmməd mirzə hələ ġirazdan çıxmamıĢ özünü onun 
hüzuruna yetirdi. Diz üstə çöküb təzim etdi və Qəzvindəki vəziyyət barədə 
Məhəmməd mirzəyə və onun zövcəsi Məhdi-Ülyaya hərtərəfli məlumat verdi. 
Sözarası Pərixan bəyimin boyuna kəfən biçməyi də unutmadı: 
– HəĢəmətli Ģahımızın, onun möhtərəm xanımı Məhdi-Ülya həzrətlərinin nəzərinə 
onu da çatdırmağı özümə borc bilirəm ki, Pərixan bəyim Səfəvilər xanədanının 
banusu, səltənət iĢlərinin idarəedicisi olduğu təqdirdə Ģərəfli hökmdarın quru addan 
savayı heç bir padĢahlığı olmayacaqdır! – Sonra diqqətlə onu dinləyən Məhdi-
Ülyaya üz tutdu. – Əlbəttə, belə olan təqdirdə xanım Məhdi-Ülya da hərəmxananın 
adi qadınlarından biri olacaqdır. 
Mirzə Salmanın söylədiyi bu acı həqiqətlərdən sonra söhbət ancaq Pərixan 
bəyimdən getdi. 
Məhdi-Ülya ərinə dedi ki, Mirzə Salman çox etibarlı adama oxĢayır, onu bu 
gündən xanədanın «etimad-əd-dövlə»si («dövlətin etimadı») seçək. Beləcə, Mirzə 
Salman ali divanın vəziri təyin edildi. 
Mirzə Salmanın dəlil-sübutundan sonra Məhəmməd mirzə ailəsi və məiyyəti ilə 
birgə ġirazı tərk edib Ġsfəhan-KaĢan-Qum-Savə yolu ilə Qəzvinə hərəkət etdi. 
Onlar müqəddəs Qum Ģəhərində Sultanım bəyimlə görüĢdülar. Sultanım bəyim 
qara geyib oğlu Ġsmayıl mirzəyə və sevimli nəvəsi Sultan Həsən mirzəyə yas 
saxlayırdı. Sultanım bəyim çoxdan görmədiyi oğlunu və nəvələrini görəndə çox 
sevindi. 
Məhəmməd mirzə bir neçə gün Qumda qaldıqdan sonra Qəzvinə yola düĢdü. O, 
Qəzvinə yaxınlaĢdıqca Pərixan bəyim bəzi əmirlərdən özünə qarĢı etibarsızlıq hiss 
edib pəriĢan olurdu. Əmir xanla Pirə Məhəmməd xan da, əvvəlcədən danıĢıldığı 
kimi, Pərixan bəyimin məiyyətini və kəcavəsini müĢayiət edərək Ģahı qarĢılamağı 
Ģənlərinə sığıĢdırmadılar, daha doğrusu, bundan hökmdarın qəzəbinə 
gələcəklərindən ehtiyat etdilər. Ondan icazə almadan hökmdarı qarĢılamağa 
getdilər. 
Mirzə Salmanın məsləhəti ilə baĢında silahlı çərkəzlər olan ġamxal sultanı 
zərərsizləĢdirmək üçün Ģahın imzası ilə ona bir fərman göndərdilər. Fərmanda 
deyilirdi: «Cənnətməkan Ģahın zamanında ġəki vilayəti bir neçə il ġamxal sultanın 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
267 
 
ölkəsi olmuĢdur. Buna görə də biz ġəki vilayətinin hakimliyini və rəhbərliyini ona 
bəxĢ edirik». ġamxal sultan da Ģahı qarĢılamaqdan özgə baĢqa çıxıĢ yolu görmədi. 
Zülhiccə ayının ilk günündə – yəni 9 fevral 1578-ci ildə Məhəmməd mirzə 
məiyyəti ilə Qəzvinin yaxınlığındakı Pirəsufiyanda düĢərgə saldı. BeĢ yüz nəfər 
hərəm qorçuları, mülazimlər, xacələr Pərixan bəyimin daĢ-qaĢla bəzədilmiĢ 
zərnigar kəcavəsini çiyinlərinə götürüb onu düĢərgəyə – hərəmxana çadırına 
gətirdilər. O saat da xacəsaraylar xidmət göstərməyə baĢladılar. Nəhayət, 
Məhəmməd mirzəylə Pərixan bəyimin görüĢü baĢ tutdu. Məhdi-Ülya da ərini 
müĢayiət edirdi. Məhdi-Ülya ürəyincə olmasa da, özünü padĢah kimi aparan 
Pərixan bəyimin əlini öpdü və ürəyində «bu sənə baha oturacaq, Pərixan, – dedi. – 
Sənin ölüm fərmanını ġirazda verib gəlmiĢəm». 
Pərixan bəyim bir qədər qardaĢı Ġsmayıl mirzənin tutduğu iĢlərdən danıĢdı. 
Elə burdaca saray münəccimindən xəbər gəldi ki, ĢeĢənbə günü, zilhiccətül-hərəm 
ayının 3-ü (13 fevral 1578) Ģahın tac qoyması üçün ən uğurlu gündü. Bu xəbərdən 
sonra atlanıb Qəzvinə – dövlətxanaya doğru hərəkət etdilər. Bayaqkı beĢ yüz nəfər 
yenə eyni coĢqunluq və əzəmətlə Pərixan bəyimin kəcavəsini lap öndə aparırdılar. 
Məhdi-Ülya və səltənətin baĢqa xanımları da atlanaraq kəcavənin ardınca 
gedirdilər. Ərinin sağlığında Pərixan bəyimə kənizlər saxlamağı rəva belə 
bilməyən Səkinə sultan da qızı Sultanbəyimlə birgə onu müĢayiət edənlərin 
arasındaydı. 
Dövlətxananın qabağına çatanda böyük qələbəliyin Ģahidi oldular. Hər kəs təzə 
Ģahı qarĢılamağa gəlmiĢdi. Ġsgəndər bəy də burda idi. 
Pərixan bəyim qələbəliyi görəndə qorçulara iĢarə elədi ki, onu evinə aparsınlar. 
QarĢıda kəcavə, arxalarınca isə səltənət sülaləsinin xanımları hərəm bağçasına 
daxil oldular. Pərixan bəyim evinə yaxınlaĢanda qarĢıda pərxaĢlıq düĢdüyünü hiss 
elədi: «Görəsən, bu cürət sahibləri kimlərdi? Kimdi ona qarĢı bu sayğısızlığı 
göstərən?!». 
ĠtələĢməni lap aydınca gördü. Böyük bir dəstə onun adamlarına kəcavəni yerə 
düĢürtməyə imkan vermirdi. Pərixan bəyim kəcavədən baĢını çıxardıb çiynində 
oturduğu qorçulardan soruĢdu ki, nə baĢ verib? 
– Lələniz Xəlil xanın adamlarıdı. Xan əmr edib ki, Sizi onun evinə aparaq. 
Pərixan bəyimin üzündə acı bir təbəssüm dolaĢdı: «Əcəlim gəldi!» 
– Eybi yox, aparın məni Xəlil xanın evinə, – dedi və dönüb kəcavəsinin arxasınca 
gələn səltənət xanımlarına baxdı. Atın belində Ģahanə oturmuĢ Məhdi-Ülya onun 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
268 
 
baxdığını görüb bir an rübəndini kənara edib üzünü göstərdi. Onun üzündə Pərixan 
bəyimin varlığını alt-üst eləyən, söyüĢdən, təhqirdən betər bir təbəssüm vardı… 
 
* * * 
 
… Pərixan bəyim Xəlil xanın evində tək-tənha oturur «Quran» oxuyub, zikr 
eləyirdi. Haqqın dərgahına qovuĢmağa tam hazırdı. Taleyinin belə sonluqla 
bitməyindən də narazı görünmürdü. FikirləĢirdi ki, Allah heç kəsin günahını 
bağıĢlamır. Hər kəs günahına görə öz cəzasını alır. «Mənim isə Allah qarĢısında 
günahım çoxdu. NiĢanlımın gözlərini yolda qoyub ona ərə getmədim… Amma 
getsəydim də yəqin ki, xoĢbəxt olmayacaqdım… Bədiüzzamandan oğlum olsaydı, 
Ġsmayıl mirzə onu da atası ilə bir yerdə öldürtdürəcəkdi. Yəqin Allah məni Heydər 
mirzəyə görə cəzalandırır. Doğurdan da, Heydər mirzəyə görə mən hər cəzaya 
layiqəm. O Ģah olsaydı bir belə insan qanı tökülməzdi. Tanrım, o sadədil, pakqəlbli 
Heydərə görə verəcəyin hər cəzaya layiqəm, kimin əli o Ģahzadənin qanına batıb, 
cəzalandırmısan. Bilirəm, dayım ġamxal sultan da sənin cəzandan kənarda 
qalmayacaq. Allahım, yəqin ki, Ġsmayıl mirzəni zəhərlətdirdiyimə görə məni 
bağıĢlayarsan. Mən onu zalımlığına, müstəbidliyinə görə öldürtdüm, əks təqdirdə, 
o məni öldürtdürəcəkdi… Mən ondan tez tərpəndim, müqəddəs Ramazan 
bayramını ona haram elədim. Mən onun padĢahlığına nifrət edirəm, amma 
gəncliyində göstərdiyi qəhrəmanlıqları qəlbimdə yaĢayır. Bir-birinə qənim kəsilmiĢ 
insanlar papaqlarını qarĢılarına qoyub fikirləĢsələr, görərlər ki, bu iĢıqlı dünyada 
yaĢamaq gor evində yaĢamaqdan çox-çox gözəldi. Təki yaĢamağa və yaĢatmağa 
adamda qeyrət olsun. Tanrım, mən də yaĢamağı və yaĢatmağı sonadək 
bacarmadım. «Quran»la yatıb «Quran»la dursam da, sənin buyurduğun yolla 
axıradək gedə bilmədim, yolumu sapdım. Ġlahi, hər cəzaya layiqəm. Daha bu 
məkirli, hiyləgər insanlar arasında yaĢamaq istəmirəm!» 
 
 
* * * 
 
Məhəmməd mirzənin tacqoyma mərasimi hicri 985-ci il zülhəccə ayının 3-də (13 
fevral 1578) oldu. Pərixan bəyim ev dustağı olduğu üçün bu məclisdə iĢtirak 
etmirdi. Lələsi Xəlil xan ƏfĢarın evində tək-tənha oturub əcəlini gözləyirdi. O, 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
269 
 
özünə qəsd də edə bilərdi, amma bu hərəkəti Ģəriətə zidd hesab etdiyindən 
boğulacağı anı gözləyirdi. 
Pərixan bəyimi Məhdi-Ülya xatunun istəyi ilə tacqoyma mərasimindən üç gün 
sonra, fevral ayının 17-də, gecəyarısı lələsi Xəlil xan ƏfĢarın evində boğub Haqqa 
qovuĢdurdular. Mübarizələrlə dolu otuz illik bir xanım ömrü belə baĢa çatdı. Onun 
əmlakı xidməthaqqı olaraq Xəlil xana bağıĢlandı.  
Ġsmayıl mirzənin bir yaĢı tamam olmamıĢ yeganə oğlu ġah ġücaəddini də, 
böyüyüb gələcəkdə əl-ayağa dolaĢmaması üçün ağzına yastıq basıb öldürdülər. 
ġamxal sultan Çərkəzi isə əlində Ģah fərmanı ġəkiyə yola düĢərkən yolda qabağını 
kəsib qılıncdan keçirdilər. 
 
Əmir xan Türkman Təbriz, Pirə Məhəmməd xan Ərdəbil əyalətlərinin hakimi 
vəzifəsinə sahib oldular. 
Məhdi-Ülya qohumu Xan Əhmədi ġah Təhmasibin qızı Məriyəm sultanla 
evləndirib Biye-piĢə əyalətinin hakimliyini özünə qaytardı. 
Ləvənd xanın oğlu Ġsa xanı ġah Təhmasibin qardaĢı Sam mirzənin qızı ilə 
evləndirib ġəki əyalətinə göndərdilər. 
Lursabın oğlu Sumayun Ġslamı qəbul edib Sultan Mahmud xan oldu və vətəni 
Gürcüstana qayıtdı. 
Ġsmayıl mirzənin Səkinə sultandan olan qızı Sultanbəyim ġah Xəlilullaha ərə 
verildi. 
Ġbrahim mirzənin yeganə qızı böyüyüb dini elmlərə yiyələndi, fəzilətli və mömün 
bir xanım oldu. 
Hüseynqulu Xüləfa dünya iĢığına həsrət qalsa da, MəĢhəddə Ġmam Rza 
məqbərəsində qorçubaĢı vəzifəsini can-baĢla yerinə yetirirdi. 
Ġsmayıl mirzənin kor etdiyi qardaĢı Əli mirzə gününü dövlətxananın yanındakı 
söyüd ağacının altında keçirirdi. Ġsgəndər bəy vaxtaĢırı ona baĢ çəkir, yanında 
oturub görüb-eĢitdiklərindən, oxuduqlarından ona danıĢırdı. Əli mirzə də bundan 
çox məmnun olurdu. 
 
ġah Məhəmməd Xudabəndə vaxtilə ona qarĢı kobudluq etmiĢ Vəli sultan Zülqədəri 
bağıĢladı və onu eĢikağası vəzifəsinə təyin etdi. ġah ondan baĢqa cür rəftar 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
270 
 
gözləyən əmirlərə dedi ki, Vəli sultan öz padĢahının əmrini yerinə yetirib mənimlə 
kobud rəftar etmiĢdi. O, zabit kimi yüksəlməyə layiqdi. 
Lakin Vəli sultan eĢikağası vəzifəsini çox tez itirdi. Məhdi-Ülya xatun onu 
bağıĢlamadı, Ġstəxir qalasında dustaq edi. O da orada çox yaĢamayıb dünyasını 
dəyiĢdi.  
Mirzə Salman isə, təkbaĢına rüknüssəltənə və etimadüddövlə olub məmləkətin 
iĢlərini idarə etməyə baĢladı. Uzun illər onun bəxti gətirdi, hətta Ģah onun qızı ilə 
evləndi. Amma o da öz əcəli ilə ölmədi. Pərixan bəyimin ahı onu da tutdu. 
Səfəvilər xanədanının Ģahı Məhəmməd Xudabəndə olsa da, məmləkəti Məhdi-Ülya 
idarə edirdi. Bu hökmlü qadının icazəsi olmadan bir iĢ görülə bilməzdi. Fars-tacik 
əsilli bu xanım ali divanın vəkili seçilmiĢdi. Ona Ģahın fərmanlarına vəzirin 
möhüründən yuxarıda möhür vurmaq səlahiyyəti verilmiĢdi. 
Məhdi-Ülya xatun getdikcə qızılbaĢ əmirlərini sıxıĢdırıb onların yerinə fars-tacik 
əsilli insanları oturdurdu. Nəticədə qızılbaĢlarla Məhdi-Ülya arasında ixtilaf son 
həddə çatdı. BaĢda Pirə Məhəmməd xan Ustaclı olmaqla bir neçə əmir Ģahın 
hüzuruna gəlib hərəmi Məhdi-Ülyanın susdurulmasını tələb etdilər. ġah dedi ki, 
xanımı saraydan uzaqlaĢdıraram, amma günahsız bir seyidənin öldürülməsinə icazə 
verə bilmərəm. 
Əmirlər bununla razılaĢmadılar. Bir neçə adam dövlətxanadan Məhdi-Ülyanı 
Pərixan bəyimin mənzilinə apardı. O, onu boğmağa hazırlaĢan adamlara üzünü 
tutub dedi ki, mən dörd Ģahzadə anasıyam, intiqamımı Allah-taalanın izni ilə 
övladlarıma tapĢırıram. Bu sözdən sonra Məhdi-Ülyanı boğdular.  
 
10 aprel – 30 dekabr 2011 
 
SON 
Mənbə: 
http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=2494
  
http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=2594
  
http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=2706
  

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin