Milli Virtual Kitabxananın e nəşri n 01 58 (2012) Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum: Azərbaycan yazı



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7187
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   23
– Mən belə baĢa düĢdüm ki, o, heç tərəfdarlarını da sevmir. Mənə yerimi göstərdi. 
Hüseynqulu Xüləfanın baĢına min oyun açdı. 
 
– Darıxma, bacı, qoy cülus edib taxtında otursun, Əzrayıl olub düĢəcək canımıza. 
– Lap məni qorxudursan, – bayaqdan susub oturmuĢ Gövhər bəyim yerindən 
dilləndi.  
– Mən ürəyimə damanları deyirəm. 
Pərixan bəyim köks ötürdü: 
– Sənə belə görünür? 
– Hə, münəccim deyiləm, yaĢayarıq, görərik. Amma ədalət naminə deyim ki, onun 
zəhmi qonĢu məmləkətlərin hakimlərini də basıb. Sərhədlərimiz möhkəm olmaya-
olmaya bu günlərdə məmləkətdən bir çəpiĢ də aparan yoxdu. 
– Deyirsən, ondan qorxurlar? 
– Bəli. Onun qəhrəmanlıqları unudulmayıb. Özü də fatehlik fikrindədi. 
– Nə olar, təki fatehimiz olsun, cəlladımız yox. 
– Sabah necə olacaq, kimsə deyə bilməz. Ġki gündən sonra Ġsmayıl mirzə cülus 
edəcək. Ondan sonra hər Ģey bəlli olacaq, əmiqızı.  
 
 
XXIX FƏSĠL 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
202 
 
CÜLUS GÜNÜ 
 
Əzizim minayə dəyər, 
Xalın min ayə dəyər! 
Ġl var bir günə dəyməz, 
Gün var min ayə dəyər. 
Qasım bəy Zakir 
 
Hicri 984-cü il cəmadiül-əvvəl ayının 27-si (22 avqust 1576) caharĢənbə günü 
Çehelsütun eyvanında böyük bir Ģadyanalıq vardı. Bu Ģadyanalıq nəinki 
məmləkətin paytaxtı Qəzvində, ölkənin hər yerində hiss olunmaqdaydı. Bu gün 
Ġsmayıl mirzə taxt-taca sədaqət andı içəcəkdi. Cülus gününü də Ġsmayıl mirzə özü 
seçmiĢdi. ġahzadələr, səltənətin dayağı olan vəzir, vəkil, əmirlər, sultanlar, 
darğalar, kələntərlər, Ģairlər, alimlər, üləmalar, nəqqaĢlar, xoĢavaz xanəndələr 
Çehelsütun eyvanına toplaĢmıĢdılar. Ġsmayıl mirzənin göstəriĢi ilə atasının vaxtilə 
dustaq eləyib Ələmut qalasına saldırdığı Sumayın Luarsab oğlunu, Ləvənd oğlu 
Ġsəxanı, Biye-piĢə hakimi Xan Əhmədi zindandan azad edərək andiçmə 
mərasiminə gətirmiĢdilər. Hindistan padĢahı Nizam Ģahın, Luristan hakimi Ġbrahim 
xanın, ġah Rüstəm Lurun, Mazandaran hakimi Mirzə xanın, Ərəbistan (Xuzistan) 
hakimi Seyid Səccadın elçiləri, Portəgiz kralı Don Sebastyanın səfirləri də 
Çehelsütun sarayında öz yerlərini tutmuĢdular. 
Hamı onun intizarındaydı. Ġsmayıl mirzə hələ görsənmirdi. O, geyinib-kecinib 
eyvana çıxmağa hazırlaĢanda Sultanım bəyim oğlunun yanına gəldi. QarĢısında 
dayanıb ona munis nəzərlərlə baxdı. Dünyaya gətirdiyinin boyu ondan nə qədər 
ucaydı. Bir an Ġsmayıl mirzənin tale yolu gözləri önündən gəlib keçdi. O, ovcunda 
tutduğu üzərlik topasını balaca mis kasaya atıb yandırdı. Sultanım bəyim kasanı 
əlinə götürüb oğluna yaxınlaĢdı. Ġsmayıl mirzə baĢını aĢağı əydi ki, anası üzərliyi 
onun baĢına fırlasın: 
– Üzərliyim çırtlasın, yaman gözlər pırtlasın. Qadadan, bəladan, Ģərdən, böhtandan 
uzaq, taxtında qaim-qədim, ata-babana layiq olasan. 
– Allah qoysa, ana. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
203 
 
– Sən bu gündən böyük bir məmləkətin Ģahı olacaqsan, oğlum. Sənə olan pislikləri 
unut. Ədalətli ol, haqqı nahaqqa vermə. Qəddarlıqdan, ev yıxmaqdan həmiĢə çəkin. 
Allah padĢahlıq iĢində sənə yar olsun. Səni gözləyirlər, dur get! 
Ġsmayıl mirzə ayağa qalxdı, anasının alnından öpüb, Çehelsütun eyvanına çıxdı. 
ToplaĢanlar əlvan paltarda bir az da əzəmətli görünən Ġsmayıl mirzənin qarĢısında 
diz çöküb təzim etdilər. Qəhqəhə qalasının dünənki dustağı Ģah libasında gedib 
atasının taxtında oturdu. Hamı ayağa qalxdı. Sonra Ģahzadələr, seyidlər, üləmalar, 
əmirlər, sultanlar, dövlət adamları Ģahın taxtına yaxınlaĢıb paltarının ətəyini 
öpdülər. Qaladan çıxdığı gündən bu günə kimi Ġsmayıl mirzəyə bağıĢlanmıĢ bütün 
hədiyyələri onun taxtının ətrafına yığmıĢdılar. Hələ də hədiyyələr verilməkdəydi. 
ġah bu hədiyyələrdən az qala görünməz olmuĢdu. 
Bir nəfər içində buxur və üzərlik yandırılmıĢ buxurdanın zəncirindən tutub yellədə-
yellədə Çehelsütun eyvanında dolaĢırdı. Ətrafa buxurdandan xoĢ bir ətir yayılırdı. 
Beləcə, tarixi bir gün yaĢandı. Qəhqəhə qalasının keçmiĢ dustağı, Səfəvi-Osmanlı 
müharibələrinin qəhrəmanı Ġsmayıl mirzə II ġah Ġsmayıl olaraq Səfəvilər 
xanədanının sahibi oldu. 
 
* * * 
 
II ġah Ġsmayıl hələ Səfəvi taxtında oturmamıĢdan, yoluna qoyacağı iĢləri götür-qoy 
eləmiĢdi. Öncə qoĢunun məvacibini vermək fikrində idi. Buna da hər cür imkan 
vardı və bu cür imkana görə atasına rəhmət düĢürdü. Çünki atasından ona böyük 
miras qalmıĢdı. I ġah Təhmasib əlli ildən artıq (daha dəqiq söyləsək, 53 il, 6 ay, 26 
gün) Ģahlığı dövründə dövlət xəzinəsini hər an zənginləĢdirmiĢdi. Bu xəzinədə 900 
min tümənlik nəqd pul, müxtəlif qiymətli əĢyalar toplanmıĢdı. Beytülmalda* 380 
min tümən qızıl və gümüĢ sikkə, hər biri 3 min misqal** olan 600 ədəd qızıl, 600 
ədəd gümüĢ kərpic (bu qızıl külçəsindən biri Ġsmayıl mirzə Qəhqəhə qalasında 
dustaq olanda oğurlanmıĢdı), 800 ədəd qızıl və gümüĢ sərpuĢ (papaq), 200 
xalvar*** ipək, atlas parçalardan tikilmiĢ 300 min dəst paltar, cəbbəxanada 30 min 
süvari silahı, 3 min dəvə, 3 min madyan, 200 sürü xass**** atlar vardı. Xəzinədə 
bu qədər var-dövlət ola-ola ġah Təhmasib on dörd il qoĢunun məvacibini 
verməmiĢdi. Səbəbini bir özü, bir da Allahı bilirdi. II ġah Ġsmayıl qoĢuna olan on 
dörd illik məvacib borcunu qaytardı. O, əyanları, əmirləri özünə tərəf çəkmək üçün 
onlara bahalı hədiyyələr, peĢkəĢlər verməyi də unutmadı. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
204 
 
II ġah Ġsmayıl çox düĢünüb-daĢınandan sonra hakimiyyəti dövründə Ģiəliyin 
təsirini azaltmaq, məmləkətində yaĢayan sünniləri aĢağılayan hərəkətlərin qarĢısını 
alacağına qərar vermiĢdi. Osmanlılarla bağlanmıĢ sülh saziĢinin uzunömürlü 
olması üçün də bu, vacib idi. Bunun üçün sünnilərlə Ģiələr arasında barıĢdırıcı bir 
mühit yaratmaq gərək idi. BaĢa düĢürdü ki, verdiyi qərarı bu tezliklə həyata keçirə 
bilməz, bu iĢi tədricən görmək lazım idi.  
Atasının ölümü ilə çox iĢlər tökülüb qalmıĢdı. II ġah Ġsmayıl əhalinin artıq 
narazılıq etdiyini görürdü. O, bu narazılığın qarĢısını almaq üçün möhürdar 
Ġbrahim mirzəyə tapĢırdı ki, Məhəmməd xan Toxmaq, Mirzə Əli Qacar və ali 
divanın vəziri Mirzə ġükrulla ilə birlikdə iĢləri yoluna qoysun. ġah, AsaiĢ oğlu 
Ustaclını aciz və yoxsullara pərvanəçi seçməyi də unutmadı. 
II ġah Ġsmayıl məmləkətin yarısının sədarətliyini seyid Mirzə Məxdum ġərifiyə, 
digər yarısını isə atasının zamanında qazi əsgər (orduda Ģəriət qanunlarını icra edən 
Ģəxs) olmuĢ ġah Ġnayətullaya tapĢırdı. Onlar camaatın Ģəriət və haqq-hesab 
məsələlərini yoluna qoymalıydılar. 
 
* * * 
 
Günlər keçirdi. Andiçmə mərasimi arxada qalmıĢdı. Camaatın Ģəriət və haqq-hesab 
məsələləri ədalət divanında öz həllini tapır, hökmlərə, çıxarılmıĢ qərarlara 
hökmdarın divan möhürü basılırdı. Ancaq səltənət və padĢahlıq iĢlərinin çox 
hissəsi, əmirlərin, hakimlərin təyin olunması ləngiyirdi. ĠĢlərin bu sayaq ləng 
getməsinin günahını II ġah Ġsmayıl vəziri Mirzə ġükrüllada görürdü. Yerli-yersiz 
onu bacarıqsızlıqda, qabiliyyətsizlikdə təqsirləndirirdi. Bununla belə onu 
vəzirlikdən azad eləmirdi. Niyə də eləyəydi?! ÇatıĢmazlıqların günahını bəs kimin 
boynuna qoyaydı? Yazıq Mirzə ġükrüllanın gününü qara eləyib, yediyini zəhərə 
döndərmiĢdi. Ona qahmar çıxan, «zati-aliləri, ədalət də yaxĢı Ģeydi» – deyən 
yoxdu. Ġbrahim mirzə sarayda Ģahın gözü qabağında oturduğundan, vəzirin hər gün 
danlanmasının Ģahidi olurdu. Gün-gündən açıqca hiss eləyirdi ki, Ģahın bu 
iradlarından, vəzirini bu cür alçaltmağından əzab çəkir. ġaha irad tuta 
bilmədiyindən, yavaĢ-yavaĢ qəlbi nifrətlə dolurdu.  
ġah isə zahirdə ona rəğbətlə yanaĢırdı. Hərdən keçmiĢ-keçəcəkdən, Ģeirdən, 
sənətdən, xəttatlıqdan, nəqqaĢlıqdan danıĢırdılar. Ġsmayıl mirzə yeri düĢəndə 
qəhrəmanlıqdan, fatehlikdən dəm vururdu. Bu cür söhbətlərdə Ġbrahim mirzə Ģahın 
necə vəcdə gəldiyini, gözlərinin necə parıldadığını görürdü. Qəlbindən keçənləri 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
205 
 
ona söyləməsə də, II ġah Ġsmayılın on doqquz il altı ay iyirmi bir gün dustaq 
olmasını ədalətsizlik sayırdı. Dustaqxana həyatının hər an haldan-hala, fikirdən-
fikrə düĢən Ģahın qəhrəmanlıq ruhunu, arzularını necə yeyib tükətdiyini sezir və 
bundan əməlli-baĢlı əzab çəkirdi. «Axı niyə biz bu cür insanlarımızın qol-qanadını 
sındırırıq?! Nə üçün qədirbilməz oluruq? Paxıllıq, xəbislikmi edirik, yoxsa, sadəcə, 
uzaqgörən deyilik? Bu mənəm-mənəmlik, təĢəxxüs, özündənrazılıq mərəzi niyə 
gözlərimizi tutub? DanıĢanda, ibadət eləyəndə alim, əmələ gələndə cahil oluruq. 
Bu II ġah Ġsmayıl, hər necə olursa-olsun, oğurlanmıĢ gəncliyinin – on doqquz il altı 
ay iyirmi bir günün əvəzini çıxacaq. Hökmən! On doqquz ildə içində boğub 
saxladığı nəfsi, nəhayət, özünü göstərəcək. O ya fatehlik həvəsinə düĢüb 
müharibələr edəcək, ya da görünməmiĢ qəddarlıqlar. ĠĢdi, qəddarlıqlar etsə, 
günahkar o yox, bizik. O, doğma atasından mərhəmət görməyibsə, mərhəmətli ola 
bilərmi?! Yox! Hələ bir az keçsin, əyyaĢlıq da eləyəcək. Bəli, dünənin dustağı, bu 
günün Ģahı boĢ keçən 7 min 138 gününün əvəzini hökmən çıxacaq. Cariyələrindən 
biri artıq boyludu. Hələ körpəsi dünyaya gəlsin, onun vəliəhd olması üçün hər 
Ģeydən keçəcək. Mən bütün bunlara görə onun yox, Heydər mirzənin Ģah olmasını 
istəyirdim. Amma o, bütün pislikləri ayaqları altına qoyub, ədalətli də ola bilər. 
Bunu da ancaq kamil, müdrik insanlar edə bilər». 
 
* * * 
 
Ġki ay keçdi. Hər gün vəzir Mirzə ġükürulla danlanır, Ġbrahim mirzə ürəyindəkiləri 
biruzə verməmək üçün nəzərlərini qarĢısında qalaqlanmıĢ sənədlərə dikirdi. ġahın 
bir gözü həmiĢə möhürdarındaydı: «Sən bir mənim möhürdarıma bax, özünü elə 
aparır, guya Heydər mirzənin tərəfdarı olmağından xəbərim yoxdu. Arzusu 
gözündə qaldı... Yəqin məndən zəhləsi gedir. Əlacı olsa, mənimlə bir otaqda 
oturmaz. Amma mən istəyirəm gözümün qabağında olsun... Xalq arasında hörməti 
çoxdu. Bəhram əminin bu uĢaqlarından da xəta əskik deyil. Bu Ġbrahim mirzə saz 
çalıb-oxumaqda rəhmətlik atasına çəkib. Səsinin avazı adamın huĢunu baĢından 
alır. Hə, gör gözlərini nə zilləyib... Allah bilir nə fikirləĢir. Yəqin ilhamı gəlib, ya 
da nəğmə düzüb-qoĢur. Məmləkətdə onun nəğmələrini oxumayan tapılmaz. Mən 
də zindanda darıxanda onun nəğmələrini çox zümzümə eləmiĢəm. Yox, doğrudan, 
əmioğlu qabiliyyətli adamdı. Olacaq da, mən zindanda qaranquĢların yuva 
tikməsinə baxa-baxa günlərimi sayanda bu da sarayda oturub saz çalıb-oxuyurdu, 
xəttatlıq, xatəmbəndilik öyrənirdi, ən nadir kitabları mütaliə edir, elm sahibi 
olurdu. Atam da Ġbrahim mirzəni çox istəyirdi.  

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
206 
 
ġah ürəyi ilə bu cür danıĢanda fikir-xəyaldan bezib ayağa qalxardı. Ġbrahim 
mirzəyə də deyərdi ki, darıxır, gəl dəftərxanaya, emalatxanaya baĢ çəkək. Ġbrahim 
mirzə Ģahın sözünü çevirməz, qalxıb ona qoĢulardı. Ġbrahim mirzə fikir vermiĢdi, 
Ġsmayıl mirzə kitabdarların, xəttatların, nəqqaĢların yanında olanda elə bil 
baĢqalaĢırdı, daha həlim, duyğulu olurdu. Saatlarla miniatürlərlə bəzədilmiĢ 
kitabları vərəqləyib baxırdı. O, belə anlarında Ġbrahim mirzəni bağrına basmaq 
istəyirdi. Hətta bir dəfə Ģah özü də etiraf eləmiĢdi: 
– QardaĢım, mən burada, bu sənətkarlar arasında olanda baĢqa cür oluram. Hərdən 
özüm də əlimə fırça götürüb iĢləmək istəyirəm. 
Ġbrahim mirzə cavabında demiĢdi: 
– ġah sağ olsun. 
II ġah Ġsmayıl onun sözünü kəsmiĢdi: 
– ġah yox, mənə qardaĢım de.  
Ġbrahim mirzə Ģahın bu rəftarından duyğulanmıĢdı: 
– QardaĢ, mənə qarĢı böyük lütfkarlıq göstərirsən.  
– Sən hər cür hörmətə layiqsən. 
– Sağ ol, qardaĢ. 
– Bayaq nəsə demək istəyirdin. 
– Demək istəyirdim ki, nəqqaĢlığa, Ģairliyə məhəbbət bizə irsən keçib. 
II ġah Ġsmayıl əlini onun çiyninə qoyub: 
– Elədir, sən də bizim fəxrimizsən. Allahın seçilmiĢ bəndələrindənsən. Amma çox 
həlimxasiyyət, abır-həyalı adamsan. Balaca bir qüsurun var... Bir az sərt ol. Bir də, 
səndən çıxmayan iĢ, niyə təknigahlısan? BeĢ günlük dünyadı, sarayındakı 
cariyələrdən, kənizlərdən niyə özünə arvad seçmirsən?... Yoxsa, bacım Gövhər 
bəyimdən qorxursan?.. – deyə ürəkdən qəhqəhə çəkmiĢdi.  
Ġbrahim mirzə söhbətin bu məcraya yönəlməsini istəmirdi:  
– QardaĢ, bu könül məsələsidi. Gövhər bəyimin üstünə günü gətirmək heç ağlıma 
da gəlmir. O çox incəqəlbli xanımdı. 
– YaxĢı-yaxĢı, az təriflə bacımı.  

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
207 
 
Sonra sənətkarlarla sağollaĢıb emalatxanadan çıxmıĢdılar. 
Bircə gün sonra isə Ġbrahim mirzəyə bədbəxtlik üz vermiĢdi. Böyük qardaĢı, 
Qəndəharın hakimi Sultan Hüseynin ölüm xəbərini gətirmiĢdilər. Ġbrahim mirzə bu 
itkidən çox sarsılmıĢdı.  
II ġah Ġsmayıl mərhumun yasına gəlib Ġbrahim mirzəyə, bacısı Gövhər bəyimə, 
Sultan Hüseynin oğluna baĢsağlığı vermiĢdi. «Bir gün gələn bir gün də gedəcək» – 
demiĢdi, ibrətli məsəllər çəkib onların dərdinə Ģərik olmuĢdu. Doğrusu, Ģah bu 
hərkətləri ilə Ġbrahim mirzəni bir qədər çaĢdırmıĢdı da. 
Bir neçə gündən sonra dövlətxanaya gəlib Ģahla üzbəüz oturanda isə çaĢıb qaldı. II 
ġah Ġsmayılın üz-gözündən zəhər damırdı. Ġbrahim mirzə əvvəl-əvvəl Ģahın 
soyuqluğunun səbəbini baĢa düĢmədi: 
– QardaĢ, xeyirdimi, niyə qanıqarasan? 
ġahın qaĢları çatıldı: 
– Sən nə qardaĢ-qardaĢ salmısan. Nə zamandan qardaĢ olmuĢuq?! 
Ġbrahim mirzənin qanı sifətinə vurdu: 
– BağıĢla, əlahəzrət. 
– Məni ələ salırsan?! 
– Allah eləməsin, bu boyda məmləkətin Ģahını ələ salmaq kimin ağlına gələr.  
– Bir belə varisi olan məmləkətdə nə desən olar. Nə qədər qardaĢ, bacı, əmi, dayı 
uĢaqları olar, hələ xala-bibini demirəm?! 
– ġah sağ olsun, deyirsən neyləyək, qardaĢ-bacımızı boğub öldürək? 
– Lazım gəlsə, öldürərik də. 
– Daha mənim sənə sözüm yoxdu. 
– Nə sözün olacaq. 
Ġbrahim mirzə söz güləĢdirməyin mənasız olduğunu görüb susdu. ġah da susub 
qəzəbindən fısıldayırdı. Ġbrahim mirzəyə elə gəldi ki, bu dəqiqə otağı tərk eləməsə, 
havasızlıqdan boğulacaq. Ayağa qalxdı: 
– Mən gedirəm, – dedi, – deyəsən, hələ çox Ģeyin Ģahidi olacağıq. 
– Əlbəttə. Amma yadında saxla, Ģahidin də Ģahidi olur. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
208 
 
Ġbrahim mirzə Ģahın üzünə baxmadan otaqdan çıxdı. 
 
XXX FƏSĠL 
QATĠLLƏ SƏCDƏDƏ 
 
Zalım oldun zülm əkərsən tarlana, 
Zalımın zülmü-Ģərindən tarlada üsyan bitər. 
Ġmadəddin Nəsimi 
 
Ġsmayıl mirzə ustaclıları dövlətxananın qabağından qovdurandan sonra iki ay 
qəsdən Pirə Məhəmməd xan Ustaclını arayıb-axtarmadı, onu nigarançılıq içində 
saxladı; qoy baĢa düĢsün ki, Qəhqəhə qalasının keçmiĢ dustağı ilə zarafat etmək 
olmaz. Bu yaĢa çatıb, məgər Pirə Məhəmməd xan hələ bilməyib ki, Ģahla bostan 
əkənin tağı çiynində bitər? 
ÇərĢənbə günü Ģər qovuĢanda Pirə Məhəmməd xanla ġamxal sultan Çərkəzi yanına 
çağırtdırdı. O, kimin kim olduğunu çox gözəl bilirdi. Vaxtilə ġamxal sultanın 
Gürcüstana olan hücumda iĢtirakını, cızığından çıxmıĢ Simayunu tutub Qəzvinə, 
Ģahın hüzuruna göndərdiyini, Heydər mirzənin qətlindəki xidmətini, bir sözlə, hər 
Ģeyi bilirdi. QarĢısını almasa, sabah ondan gələ biləcək bəlaları da görürdü. 
Ġsmayıl mirzə birbaĢa mətləbə keçdi: 
– Siz məni, mən də sizi çox yaxĢı tanıyıram. Mənim keçmiĢim sizə məlumdu, 
sizinki də mənə. Bilmirəm məni düz baĢa düĢəcəksiniz, yoxsa yox, varisin çoxluğu 
səltənətə təhlükədi! BaĢa düĢürsünüz, təhlükə! Məni təkcə oturduğum taxt yox, 
Səfəvilər xanədanının sabahı narahat eləyir.  
Pirə Məhəmməd xanın ürəyindən müdriklərin söylədiyi «DanıĢ, səni görüm» 
kəlamı axıb keçdi. Ġsmayıl mirzə dedi: 
– Bilirsiniz ki, Mustafa mirzə Heydər mirzə ilə dost olmuĢdur. Bunu sarayda hər 
kəs bilir. Mustafa mirzə Heydər mirzəni Ģah görmək istəyirdi. Amma bu sövdə baĢ 
tutmadı. Heydər mirzəni qətlə yetirdilər. Doğrusu bir qardaĢ kimi mənim borcum 
Heydər mirzənin qətlində iĢtirak eləyənləri cəzalandırmaqdı (sükut). – Ġsmayıl 
mirzənin baxıĢları ġamxal sultana dikildi. Bu baxıĢlar ġamxal sultana deyirdi ki

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
209 
 
qatilin biri də sənsən! Ġstəsəm, bu saat səni çarmıxa çəkdirərəm! – Amma Qəhqəhə 
qalasından çıxdığım, Ģahlıq taxtına sahib olduğum üçün keçmiĢ olsun deyirəm. 
(ġamxal sultanın rəngi özünə gəldi). Nə gizlədim, ġamxal sultanın bacısı oğlu 
Süleyman mirzə mənim tərəfimdə olsa da, bilirəm ki, indi Pərixan bəyimə görə 
ürəyi mənimlə deyildir. Səfəviyyə nəslindən olan bir xanıma dövləti-alinin 
xidmətində olan əmirlərlə ünsiyyətdə olması məsləhət deyildir. Siz nə fikirdəsiniz? 
– PadĢahın bu qərarı yerində və ədalətlidir, – Pirə Məhəmməd xanla ġamxal sultan 
eyni fikirdə olduqlarını söylədilər. 
 
– Bəs Ģahzadələr barədə fikriniz? 
Pirə Məhəmməd xan ürəyində Ģahzadələrin taleyinə yanıb dedi: 
– PadĢah, aləm sağ olsun, əgər bu Ģahzadələr sarıdan mübarək könlünüz qəm-
qüssəyə qərq olmuĢsa, onları qalalardan birinə göndərin. 
Ġsmayıl mirzə istehza ilə dedi: 
– Mən bu Ģahzadələrdən əmin deyiləm, Məhəmməd xan. Mustafa mirzə ustaclı 
tayfasının yetirməsidir. Ona görə də Məhəmməd xan, onu sənə, Süleyman mirzəni 
isə doğmaca dayısı ġamxal sultana tapĢırıram. Ġstəsəniz, onları qalada 
saxlayarsınız, istəsəniz bəsləyib padĢah edərsiniz (Sözə bax də…) 
Nə Pirə Məhəmməd xan, nə də ġamxal sultan danıĢmağa söz tapmadılar. Yox, 
deyiləsi söz vardı, amma o sözdən sonra salamat qalıb-qalmamaq sual altındaydı. 
Pirə Məhəmməd xana baxanda ġamxal sultanın düĢdüyü vəziyyət daha acınacaqlı 
idi. Doğmaca bacısı oğlunun qatili olmaq ömürlük düĢmənçilik, xəcalətli yaĢamaq 
demək idi. Süleyman mirzəni öldürərsə, buna doğma bacısı, bacısı qızı, kinli 
Pərixan bəyim necə baxacaqdılar?! Onu baĢa düĢəcəkdilərmi, yoxsa yaxasından 
yapıĢıb: – «Cavan bacın oğlunu qətlə yetirməkdənsə, özünü öldürəydin», – 
deyəcəkdilər. (Özünü öldürə də bilərdi, bəs uĢaqlarının taleyi necə olsun?) Olum-
ölüm adlı müdhiĢ bir qərarın qarĢısında aciz qalmıĢdı: «Ya öldür, yaĢa, ya da… 
Əlbəttə, biz səni yaĢatmayacağıq». Beləcə, ġamxal sultan, oğurluq üstündə 
tutulmuĢ uĢaq kimi, Ġsmayıl mirzəyə deməyə söz tapmırdı, dayanıb maddım-
maddım onun bir əzələsi də tərpənməyən üzünə baxırdı. «Görünür, Heydər 
mirzənin qanı məni tutub» fikri ona hakim kəsilmiĢdi. Əzraili qarĢısındaydı: 
«Bacın oğluna qıymırsansa, buyur, özünə qıy!». 
Ġsmayıl mirzə vaxt itirmək istəmədi, qarĢısındakı əmirlərin ürəyindən keçənləri 
təxmini də olsa gözlərindən oxuyurdu, amma geriyə çəkilmək fikri yoxdu: 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
210 
 
– BaĢqa bir sözünüz yoxdur? – soruĢdu. 
– Xeyr! 
– Elə isə gedin. 
Qapıdan dabanbasma çıxdılar. Hər ikisinə bıçaq vursaydın, qan çıxmazdı. 
 
* * * 
 
Ertəsi gün Hacı Veys sultana göstəriĢ verildi ki, Mustafa mirzəni Pirə Məhəmməd 
xanın mənzilinə aparıb ona təhvil versin. Süleyman mirzəni isə, dayısı ġamxal 
sultanın evinə göndərdilər. (Daim ünsiyyətdə olduğun, özünə arxa, dayaq sandığın 
adamın evində qətlə yetirilməkdən də böyük faciə varmı?) 
Mustafa mirzə hara, nə üçün aparıldığını dərhal baĢa düĢdü. O, iki balaca qızını 
sinəsinə sıxıb ipək saçlarını doyunca qoxladı, üz-gözlərindən öpdü, öpdü… 
Ürəyində Ģükür elədi ki, nə yaxĢı bunlar oğlan uĢaqları deyillər, yoxsa ona görə 
onların da boynu vurulardı. O, boynunu burub küsgün-küsgün baxan xanımına: 
– Allah əmanətində qalın, uĢaqlara yaxĢı bax, məndən sonra ağlayıb-sızlamayın. 
Allah hər Ģeyi görür. Salamat qalın, – deyib ipək parçaya bükülmüĢ «Quran»ı 
götürüb evdən çıxdı. 
 
* * * 
 
… Mustafa mirzə neçə gün idi Pirə Məhəmməd xanın evindəydi. Hər gün «Quran» 
oxuyur, Allaha ibadət edir, oturub cəlladını gözləyirdi, amma nədənsə qatili gəlib 
çıxmaq bilmirdi. O, bu nigarançılığa son qoymaq istəyirdi. 
Pirə Məhəmməd xanın tutulmuĢ qaĢ-qabağından, ətrafında dolaĢanların pərt, 
sıxıntılı davranıĢlarından hiss eləyirdi ki, içlərində böyüdüyü ustaclılar onu qətlə 
yetirməkdə çətinlik çəkirlər. Mustafa mirzə onu da baĢa düĢürdü ki, onu öldürüb 
Ġsmayıl mirzəni «muĢtuluqlamasalar», ustaclı tayfasının günü qara olacaq. 
Taleyi tükdən asılı olsa da amma Pirə Məhəmməd xana yazığı gəlirdi. Onun nə 
çəkdiyini, necə çıxılmaz bir dalana girdiyini hiss eləyirdi. FikirləĢdi ki, bir gün gec, 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
211 
 
bir gün tez, onsuz da öləcək. YaxĢısı budur, Pirə Məhəmməd xanı bu əzabdan 
qurtarsın. 
Bir gün Pirə Məhəmməd xan axĢam namazına duranda xalçasını, canamazını 
götürüb onun yanında namaz qılmağa baĢladı. Hər ikisi dodaqaltı pıçıldayır, əyilir, 
qalxır, diz çökür, hərdən gözaltı bir-birinə nəzər salırdılar. Az qala eyni anda 
dodaqları Allahu-əkbər, sübhanallah pıçıldayırdı. 
Pirə Məhəmməd xan sabah tutacağı Ģər iĢə görə Allahına yalvarırdı: «Ġlahi, 
yanımda səcdəyə durmuĢ bu cavanın günahı nədir? Niyə mən onun qatili 
olmalıyam. Bax bu cavan qəsdən gəlib yanımda namaz qılır. Utandırır məni… 
Qılıncsız, xəncərsiz öldürür məni. Allahım, keç günahımdan. Sən bu cavanın yerini 
behiĢt elə». 
Mustafa mirzə isə diz üstə çökmüĢ xana nəzər salıb fikirləĢirdi ki, Pirə Məhəmməd 
xan bu gündən oruc tutub namaz qılmasa yaxĢıdı. Qana batmıĢ əllərlə Allaha 
ibadət etmək olmaz. 
Nəhayət, səcdədən qalxıb üz-üzə durdular. Mustafa mirzə ev sahibindən soruĢdu: 
– Səcdəyə durmuĢduz, Tanrıdan istəyiniz nəydi? 
– Tanrıdan günahımın bağıĢlanmasını istəyirdim. 
– Günahınız varmı, əfəndim? 
– Əlbəttə, möhtərəm Ģahzadə, hamı kimi, mən də günahsız deyiləm. Allah məni 
bağıĢlasın, birini də gözləyirəm. 
– Bəs nəyi gözləyirsiniz? 
– Qatil olmaq istəmirəm. 
– Mən ustaclılardan çox yaxĢılıqlar görmüĢəm. Hüseyn bəy YüzbaĢı mənim lələm 
olub, indi dustaqdı, Allah qapısını açsın. Bu gecə adam göndərin məni haqqa 
qovuĢdursun. 
– Kim dedi ki, sizi bura öldürməyə gətiriblər?! 
– Hər halda, bura toya gəlmədiyimi yaxĢı bilirəm, xan! Bilirəm, mənə qıymırsınız, 
əzab çəkirsiniz, amma bilin, məni öldürməsəniz, nə qədər ki, Ġsmayıl mirzə 
həyatdadır, ustaclıların günü göy əsgiyə büküləcəkdir. Mən ustaclıların yolunda 
ölməyə hazıram (sükut). Mən sizi qatilim kimi yox, doğmam kimi qucaqlamaq 
istəyirəm. 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin