Milli Virtual Kitabxananın e nəşri n 01 58 (2012) Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum: Azərbaycan yazı



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə22/23
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7187
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   23
alimin, Ģairin qayğısına qalınmasa, onlar həyatın min bir əzabına düçar olarlar. Bu 
incə qəlbli, zərif ruhlu insanlar hər zaman qayğıya, məhəbbətə möhtacdılar. 
Əlbəttə, onun belə bir qərara gəlməsinin səbəbi heç də möhürdarlıqdan imtina 
etməsi, dövlətxanadan uzaqlaĢması deyildi. Bu hərəkəti sabaha ümidsizlikdən 
doğmuĢdu. O, Ġsmayıl mirzə sarıdan nigarandı. Onun cəngindən belə asanlıqla 
qurtaracağına zərrəcə inamı yoxdu. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
223 
 
Gövhər bəyim ərinin ora-bura vurnuxmasına, boĢalmıĢ saraya baxa-baxa, köks 
ötürə-ötürə qalmıĢdı. Ġbrahim mirzə otaqda var-gəl etməkdən bezib ocaqqırağı 
döĢəyin üstə oturdu. Gövhər bəyim də gəlib ürəyi ilə danıĢan ərinin qarĢısında dizi 
üstə əyləĢdi. Ġbrahim mirzənin gözlərinin içinə baxa-baxa soruĢdu: 
– Ġbrahim, söylə görüm nə baĢ verib? Dərdin nədi sənin? 
Ġbrahim mirzə Gövhər bəyimin yerdə ilan kimi qıvrılan Ģəvə hökürlərini əlinə alıb 
qoxladı: 
– Dərdim bizə gələn bəlanın haradan gəldiyini qanmağımdadır. Qanmasan, 
duymasan yaĢamağa nə var… 
– BaĢımın tacı, o bəlanın qabağını almaq olmazmı? 
– Görünən bəlanın qabağını ancaq bizə bəla gətirənin qəsdinə durmaqla almaq 
olar. 
– Bəs onda, səni saxlayan nədi? 
– Tarixdə adımın sui-qəsdçi kimi qalmasını istəmirəm. 
– Bəs sənə qarĢı qəsd olunmasınımı gözləyəcəksən? 
– Səndən nə gizlədim, tərəfdarlarımı toplayıb Ġsmayıl mirzəyə qarĢı qiyam qaldıra 
bilərəm. Amma bilirəm ki, belə bir iĢ tutsam, məğlubiyyətim qaçılmazdı. Ġnsanlar 
hələ duza gedirlər. Ġsmayıl mirzəyə inananlar, ona ümid bəsləyənlər həddən artıqdı. 
Özümə görə adamlarımı qırğına vermək istəmirəm. Hikkələnməyin yeri deyil. 
– Gəlsənə Qəzvindən qaçaq. 
– Yox, Gövhər, bunu heç ağlına da gətirmə. ġərəfsiz yaĢamaqdansa, Ģərəflə ölmək 
yaxĢıdı. 
– Elə danıĢırsan, elə bil Əzrayıl qapının ağzını kəsdirib. 
– Əzrayıl ancaq əcəli çatanın gözünə görünər, – güldü: – Qalx, o sazı mənə ver. 
Gövhər bəyim sazı gətirib Ġbrahim mirzəyə verdi. Ġbrahim mirzə sazı kökləyib 
Gövhər bəyimin qəm-qüssəyə batmıĢ çöhrəsinə zəndlə baxdı. Heç nə demədi, eləcə 
köks ötürdü. Sonra baĢı sazın üstünə əyildi, barmaqları pərdələrdə dolaĢdı və saz 
çala-çala hər Ģeyi unutdu. 
Gövhər bəyim dizlərini qucaqlayıb Ġbrahim mirzənin çalğısına qulaq asırdı. 
Mustafa mirzəylə Süleyman mirzənin qətlindən sonra qardaĢı ġah Ġsmayıldan qəlbi 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
224 
 
tamam qırılmıĢdı. Ona ağız açmağa, rəhm diləməyə qüruru yol vermirdi. BaĢa 
düĢürdü ki, ona ağız açmağın, rica etməyin zərrəcə xeyri yoxdur. 
Ġbrahim mirzə öz aləmindəydi. Gövhər bəyimə indi eĢitdiyi saz havası tanıĢ 
deyildi, heç vaxt eĢitməmiĢdi. Hiss eləyirdi ki, Ġbrahim mirzə bu qəmli, adamı 
haldan-hala salan, gözəgörüməz qanadları üstə alıb çox-çox uzaqlara aparan bu 
havanı bədahətən çalır. Bəlkə də əri bir saatdan sonra indicə yaratdığı bu havanı 
büstübün unudacaq, təkrar çala bilməyəcəkdi. 
Bu saz havası Ġbrahim mirzəni ürəkdən sevən, yolunda hər cəfaya dözməyə hazır 
olan Gövhər bəyimin ovqatı ilə də həmahəng idi. Gövhər bəyimə elə gəlirdi ki
Ġbrahim mirzə bu saat, bu dəm çaldığı bu saz havasında yaĢayır, əl saxlasa, 
çalmasa, ömrü də bitəcək. Ona görə də bu çalğının sonsuzluğa qədər uzanmasını 
istəyirdi. Ġbrahim mirzə də bunu duyduğundan dayanmadan saz çalıb-oxuyurdu. 
 
* * * 
 
Ġbrahim mirzə dərdini saza pıçıldayanda Sultanım bəyim oğlu Ġsmayıl mirzənin 
sarayına, onun hüzuruna gəlmiĢdi. Ġsmayıl mirzə bu görüĢü gözləmirdi. Onun 
bəlkə də qarĢısında həya və hörmət etdiyi yeganə bir adam vardısa, o da anası 
Sultanım bəyim idi. FərraĢ anasının gəldiyini söyləyəndə, «gəlsin» deyə yerindən 
qalxdı. Ġsmayıl mirzə hələ də gecə gördüyü yuxunun təsiri altında idi. Sultanım 
bəyim qapını açıb otağa girəndə tez onun qabağına gedib əvvəl əlindən, sonra isə 
geniĢ alnından öpdü. Onun əlindən tutub taxtına yaxın gətirdi. 
– Xeyirdirmi, ana? – soruĢdu. 
Sultanım bəyimin qaĢları çatıldı, deyəsən, deməyə münasib söz axtarırdı. Xeyli 
sükutdan sonra cavab verdi: 
– Tutduğun əməllərini xeyli zamandı xeyrə calamaq istəyirəm, amma alınmır, 
oğlum. 
– Deyirsən, yəni bir o qədər qəddaram?! 
– Hə, qəddarsan! Qəddarlığın qaĢ-gözü olur bəyəm? Ədalətdə, mərhəmətdə zərrəcə 
də olsa atan ġah Təhmasibə çəkməmisən. 
Ġsmayıl mirzə istehza ilə gülümsədi: 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
225 
 
– Ana, atam sənin gözündə mərhəmətli olub. Doğmaca bacısının əri Əmirə Dibacı 
dəmir qəfəsə salıb camaatın gözləri qabağında diri-diri yandıran, qardaĢları Əlqas 
mirzəylə Sam mirzəni zindana atdıran, məni on doqquz il altı ay iyirmi bir gün 
Qəhqəhə qalasında dustaq eləyən o deyildimi? 
– Sən ki, bilirsən, Əmirə Dibac, qardaĢları Əlqas mirzəylə Sam mirzə Vətənə 
xəyanət etmiĢdilər, bu səbəbdən cəzalandırılmıĢdılar. Sən də ġah atanın siyasətinin 
ziddinə getmiĢdin. ġükür ki, sən qaladan sağ-salamat çıxıb məmləkətin Ģahı 
olmusan. Sənə daha nə gərəkdi? 
– Könül rahatlığı! 
– Könlün rahat deyilmi, Ġsmayıl? 
– Yox, ana, rahat deyil! 
– Nə üçün? 
– Qırxı keçmiĢəm, hələ də vəliəhdim yoxdur, hakimiyyətimin isə Ģəriki ürəyin 
istəyən qədərdi. 
– Nahaqdan xoflanırsan, oğlum. Deməli, Mustafa mirzəylə Süleyman mirzəni 
qorxundan aradan götürmüsən?! 
– Bütün məmləkət yaxĢı bilir ki, mən qorxaq deyiləm! 
– Yadında saxla, bəzən qəddarlıq qorxudan doğur. Sən hakimiyyətini itirməkdən 
qorxursan. Sən doğmalarından yox, qorxu altında saxladığın təbəələrindən qorx. 
Adam da doğmalarına qıyarmı? 
– ġah olan kəs məmləkətin sabahı naminə hər Ģeydən, hətta doğmalarından da 
keçər. Firənglər də, Osmanlı Fateh Mehmet də səltənətini qorumaq üçün bu yolu 
tutmamıĢdılarmı? 
– Allah xatirinə, belə danıĢma. Qorxudursan məni. Qəddarlıq heç zaman örnək ola 
bilməz. Sənin xəbərin varmı, mən banuyi-hərəm ola-ola hərəm dairəsində suçlu-
suçlu gəzirəm?! Qətlə yetirdiyin Ģahzadələrin analarının gözlərinin içinə düz baxa 
bilmirəm. 
– Çox nahaq, ana, sənin onların yanında heç bir suçun yoxdur. 
– Var! Səni dünyaya mən gətirməmiĢəmmi? Belə çıxır ki, qəlbində mərhəmət hissi 
daĢımayan bi qatil yetiĢdirmiĢəm. Mən öz övladımı Ģah paltarında görmək 
istəyirəm, cəllad qiyafəsində yox. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
226 
 
Ġsmayıl mirzə tutuldu. 
– Mənə cəllad deyirsən, ana?! 
– Bəs tutduğun bu haqsız, Allaha xoĢ getməyən iĢlərin cəlladlıq deyilmi, Ġsmayıl? 
Sən qayıt bu yoldan, Allahını unutma, inĢaallah, bu gün-sabah vəliəhdin də olacaq. 
– ĠnĢallah. Amma gərək çoxdan olaydı. 
– Ġxtiyarımız Tanrının əlindədi, nə edə bilərik?! Ürəyini sıxma, gec olsun, amma 
olsun… Son dəfə sənə deyirəm, qardaĢlarından, əmizadələrindən əl çək. 
– … 
– Cavab vermirsən… 
– Nə deyim? 
– Söz ver. Söz ver ki, qardaĢlarına, simsarlarına toxunmayacaqsan. 
– Mənə xəyanət etməsələr… 
– ġərt kəsmə! Taxt-tacını qan üstündə qurma, axırı yaxĢı olmaz. 
– Məni qorxudursan, ana? 
– Qorxutmuram, amma səni xəbərdar edirəm. (Sükut.) Mən sabah Quma gedirəm. 
– Xeyir ola?.. 
– Müqəddəslərin ziyarətində olmaq istəyirəm. 
-YaxĢı yol, dualarını məndən əsirgəmə. 
– Allahın kölgəsi üstündən əskik olmasın, oğlum. 
Ġsmayıl mirzə yaxın gəlib anasını qucaqladı. 
 
 
* * * 
 
Darvaza aramsız döyüldü. Gövhər bəyim buxarının qabağında əyləĢib Ġbrahim 
mirzənin «Divan»ını oxuyurdu. Dəfələrlə oxuduğu qəzəllər indi onda tam baĢqa 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
227 
 
hislər oyadırdı. O, darvazanın döyüldüyünü eĢidib pəncərədən çolə baxan və öz 
aləminə qapılmıĢ Ġbrahim mirzəyə səsləndi: 
– EĢidirsən, həyət qapısı döyülür. Kimdir, görəsən? 
Ġbrahim mirzə fikirli-fikirli dedi: 
– Nökəri göndər, görsün kimdir. 
Gövhər bəyimin səsi tutqun çıxdı: 
– Daha nökərimiz yoxdu, Ġbrahim… 
Xanımının cavabı yaddaĢında əks-səda verdi: «Daha nökərimiz yoxdu…» 
Çöhrəsində kədər dolaĢdı, Gövhər bəyimə yaxınlaĢıb: 
– Hə, – dedi, – lap yadımdan çıxıb. Axı biz mülazimlərimizi azad eləmiĢik. Ġndi 
özüm baxaram. Nökər-qaravaĢsız yaĢamağın ləzzətini də yaĢamalıyıq. 
Həyətə düĢüb darvazaya doğru getdi. Darvazanın çaxçaxı ara vermədən vurulurdu. 
Kim idisə, elə bil öz evinin darvazasını döyürdü. Arın-arxayın… 
– Kimsən? 
Qapının arxasından boğuq səs eĢidildi: 
– Bizik! 
– Siz kimsiniz? 
– Ağa, biz Ģahın fərmanı ilə gəlmiĢik. 
Ġbrahim mirzə darvazanın kiçik qapısını açdı. On nəfər yaraqlı çərkəz darvazanın 
önündə dayanmıĢdı. Ġbrahim mirzənin sual dolu gözləri qabağa duran çərkəzin 
ifadəsiz göy gözlərinə zilləndi. 
– O nə fərmandı elə? 
– Qibleyi-aləm buyurub ki, sizin keĢiyinizi çəkək. 
Ġbrahim mirzə istehza ilə gülümsədi:  
– Mən keĢikçisiz də yaĢıya bilərəm. 
– Ya əmir, biz buyruq quluyuq. ġahımız belə məsləhət bilibsə, biz kimik… Axı siz 
səltənətin eĢikağası, möhürdarı olubsunuz, Ģahın əmizadəsisiniz, keĢiyinizdə 
durmaq bizə Ģərəfdir. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
228 
 
Ġbrahim mirzə qarĢısında dil-dil ötən bu göygöz çərkəzlə söz güləĢdirməyin 
mənasız olduğunu yəqin edib: «Buyurun keçin», – deyərək geri çəkildi. Qorçular 
həyətə girən kimi darvazanı bağladılar. Sarayda hərəm dairəsindən, çinixanadan, 
dülgər emalatxanasından baĢqa digər otaqların qapılarını qıfılladılar. Bir anın 
içində öz mülkündə dustağa çevrilmiĢ Ġbrahim mirzə çağırılmamıĢ qonaqları 
sancdı: 
– ġahınız fərmanda beləmi buyurub? 
– Bəli, ağa. 
– Zati-aliləri daha nə buyurub? 
– Ancaq sizi qorumağı tapĢırıb, ağa, baĢqa heç nə. 
– Qayğıma qaldığı üçün Ģahımıza təĢəkkür eləyirəm. Buyurun vəzifənizi icra edin, 
– deyib çinixanasına keçdi. Gövhər bəyimin sorğu dolu gözləri üzünə dikildi: 
– Gələnlər kimlərdi? 
Ġbrahim mirzə «qəsdimə duranlar» kəlamını qəlbində gizlədib gülümsədi: 
– ġahımız qayğımıza qalıb, bizi qorumaq üçün on nəfər çərkəz göndərib. 
– Ġbrahim, bizi kimdən qoruyurlar? 
– Özlərindən.  
Gövhər bəyim köks ötürdü: 
– BaĢımıza gələn musibətə bax də… 
Ġbrahim mirzə xanımına «ürəyini sıxma» desə də, nigarançılıq içindəydi. Artıq 
ölümlə göz-gözə durduğunun fərqində idi. BaĢa düĢürdü ki, Ģah çərkəzləri heç də 
onun yanına qayğısına qalmaq niyyəti ilə göndərməyib, qaçacağından, ya da 
qızılbaĢ əmirlərini, Hüseynqulu Xüləfanın hələlik qınına çəkilmiĢ sufilərini ona 
qarĢı qaldıra biləcəyindən ehtiyatlanıb göndərib. Ġbrahim mirzənin belə bir fikri 
yoxdu. O, guĢəniĢin bir həyat keçirmək istəyirdi. amma belə görünürdü ki, onun 
varlığı Qəhqəhə qalasının dünənki dustağını narahat edirdi. Əks təqdirdə, ona öz 
evində «keĢikçi» tələsi qurmazdı. Ġbrahim mirzə ölümü Allahın əmri kimi qəbul 
etməyə hazırdı, amma canı qədər sevdiklərindən – Gövhər bəyimdən, istəkli 
qızından bu cavan yaĢında əbədi ayrılmağı, ucuz bir ölümə tuĢ gəlməyi qətiyyən 
istəmirdi. Hələ bu dünyada nə yaĢamıĢdı?!. Ürəyində deyiləsi sözləri, yazılası 
mətləbləri, saza-tənbura köçürüləsi təzə-tər nəğmələri vardı. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
229 
 
Ġbrahim mirzə əllərini qoynuna qoyub oturmaq, boğulacağı, yaxud iti qılıncla 
doğranacağı gecəni gözləmək fikrində deyildi. Fəaliyyətsizlik, acizlik ona yad idi. 
Lap uĢaq yaĢlarından nə isə əməli bir iĢ görməyə vərdiĢ eləmiĢdi. Ġndi də nəsə bir 
iĢlə məĢğul olmaq istəyirdi ki, xanımı, sevimli qızı bu qəfil peyda olmuĢ 
«qonaqlardan» xoflanmasınlar. O, Gövhər bəyimə sığınmıĢ qızına yaxınlaĢıb 
xurmayı saçına sığal çəkdi: 
– Ġstəyirəm gözəl qızıma bir cürə saz düzəldim. 
Qızı yerindən sıçrayıb atasının boynuna sarıldı: 
– Sağ ol, ata. Mən də sənin kimi saz çalmağı öyrənəcəyəm. 
– Çox gözəl, mənim göyçək balam. 
Gövhər bəyimin gözləri dolmuĢdu: 
– Ġbrahim, vallah, çox qəribə adamsan, saz düzəltmək vaxtıdı?! 
– Bəs nə edim, gedim keçikçilərlə nərd oynayım? 
– Məni nigarançılıq üzür, sən isə sakitsən. 
– Gözüm nuru, özünü ələ al, sakit ol. Biz Ġmam Hüseyn təlimi keçmiĢ qızılbaĢlarıq, 
heç nədən çəkinməz, heç nədən qorxmarıq. Nadan adamlar dünyadan dördəlli 
yapıĢar. Bizə ömürü verən də, alan da Allahdı. Qismətimizə nə yazılıb, onu da 
görəcəyik. 
Gövhər bəyim bir söz deməyib köks ötürdü. Ġbrahim mirzə emalatxanasına keçdi. 
 
* * * 
 
Üç gün keçmiĢdi. Ġbrahim mirzə «Qonaqların» niyyətini bilmək üçün darvazaya 
yaxınlaĢdı, «bala» qapını açıb çölə çıxmaq istəyəndə yolunu kəsdilər: 
– Hara gedirsiniz, ağa? 
– ġəhərə çıxmaq istəyirəm. 
– Olmaz! 
– Niyə? 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
230 
 
– Buyruq belədi, ağa. 
Ġbrahim mirzə daha bir söz demədi. YaxĢı ki, Gövhər bəyimə eĢiyə çıxmaq 
istədiyini deməmiĢdi. Həyətdə gəzinə-gəzinə fikirləĢdi ki, yanılmayıb, Ģah qətlinə 
fərman verib: «Bəs niyə icra etmirlər, nəyi gözləyirlər, görəsən? Allah bilir nə 
kələkləri var. Görəsən, gizlində Ģaha əriĢtə kəsən, yol göstərən kimdi? Yoxsa özü-
özündən xoflanıb doğmalarını bir-bir aradan götürür. Gör hakimiyyət nə qədər 
Ģirindi ey bunun üçün… – Qorçulara gizlicə nəzər saldı. – Oğrun-oğrun nə 
baxırlar. Elə bil bir-bir seçiblər, dünya veclərinə deyil, Ģüursuz, əqidəsiz buyruq 
qullarıdı. Ya rəbbim, bunlardan ədalət gözləməkmi olar? Görəsən bu cəlladlar 
məni Gövhərin, qızımın yanındamı boğub öldürəcəklər?! Məndən sonra onların 
halı necə olacaq?» 
Xəyalına gəldi ki, gecənin bir aləmində bu göygöz çərkəzlər necə yataq otağına 
soxulur, yuxulu, çaĢqın Gövhər bəyimin gözləri qabağında – ondan abır-həya 
eləmədən, sabahını, taleyini eyinlərinə almadan onu urvatsız halda çölə sürükləyib 
boğazına kəndir atıb boğurlar. 
Ġbrahim mirzə ölməyə hər an hazırdı, təki arvadının, qızının heyrətdən, qorxudan 
böyümüĢ gözlərini görməyəydi, onların yeri-göyü ağladan fəryadlarını 
eĢitməyəydi. 
Yox, onları bir bəhanə ilə buradan, bu doğma ocaqdan uzaqlaĢdırmalıdı. Qoy onlar 
saraydan gedəndən sonra nə olur-olsun, təki onların gözləri qabağında qətlə 
yetirilməsin. 
Ġbrahim mirzə xanımını Ģübhələndirməmək üçün Gövhər bəyimə dedi ki, evdə 
oturmaqdan bezmirsən, uĢağı da götür get Pərixangilə, gör nə var, nə yox. Eyniniz 
də bir az açılar.  
Gövhər bəyim onu tək qoyub heç hara getməyəcəyini söylədi. 
– Mən sənsiz heç hara gedən deyiləm, istəyirsən, gəl bir yerdə gedək. 
– Mənim iĢim var, qızıma saz bağlayıram. 
– Sən də saz düzəltməyə vaxt tapmısan da. 
– Neyləyim, bekar dayana bilmirəm. 
Bu vaxt aĢağıdan zümzümə səsi gəldi. KeĢikçilərdən kimsə pəsdən onun «ġah 
Xətai»sini oxuyurdu. Ġbrahim mirzənin dodağına təbəssüm qondu. «Görəsən bu 
keĢikçi bilirmi ki, oxuduğu nəğmə mənimdir? Nəğmələrini oxuyalar, qəzəl-

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
231 
 
qəsidəni əzbərləyələr, sonra da səni boğub öldürələr… Öldürəndən sonra 
vaysınacaqlar ki, heyif ondan, gözəl sənətkardı. Doğrudanmı insanın dəyəri 
öləndən sonra bilinir?!. Hə… həyat belədi, bəzən səni sevənlər də sağlığında 
qədrini bilmir, qəsdinə durur… Neçə vaxtdı Pərixan da görünmür. Görəsən baĢında 
bir qəza yoxdu?.. Bizə nə olursa, haqq olur, ölüm mələyi bizdən uzaq gəzirdi, 
gedib özümüz onu saraya gətirmiĢik. Ġndi də öz cəzamızı çəkirik». 
… Doğru deyirlər ki, ürəkdən ürəyə yol var. Səhəri gün Pərixan bəyim Ġbrahim 
mirzəgilə gəlmiĢdi. Darvazanı onun üzünə mülazimlər yox qorçular açmıĢdı. O, 
üzə vurmasa da narahat olmuĢdu. Çünki daim qaynayan bu həyətdə səssizlik hökm 
sürürdü. 
– Ġbrahim mirzə evdə yoxdu? – deyə qorçulardan soruĢdu. 
– Evdədi, xanım, buyurun keçin içəri. 
Pərixan bəyim nigarançılıq içində Ġbrahim mirzənin çinixanasına keçdi. Gövhər 
bəyim buxarının qabağında əyləĢib qızının saçını hörürdü. O, hənirtiyə döndü və 
qapının ağzında dayanmıĢ Pərixan bəyimi görəndə elə bil üstünə gün doğdu: «Sən 
gələn yollara qurban olum» deyib ayağa qalxdı, bacısının boynunu qucaqladı. Göz 
yaĢları yanağını islatdı: 
– Nə yaxĢı gəldin, ay bacı, ay bacı… Bağrım çatlayır, vallah… 
Pərixan bəyim: 
– Niyə? Nə olub ki? 
– Halımızı görmürsənmi? Ġbrahim saraydan mülazimlərini azad eləyən kimi 
«Ģahımız», – istehza ilə dedi bu kəlməni, – keĢiyimizi çəkmək üçün qorçular 
göndərib. 
– Bunun nəyi pisdi? 
– Ay bacı, Ġbrahim kimə neyləyib? Bizə qorçu nəyə gərəkdi?.. Heç onlardan ağlım 
bir Ģey kəsmir. Özlərini çox sərbəst aparırlar, otaqların qapılarını qıfıllayıb 
oturublar. Bu iĢin axırı yaxĢı görünmür. 
– Özünü ələ al, Gövhər… Ġbrahim mirzə hanı? 
– Ġndi gələr, qızına saz bağlayır. 
Pərixan bəyim anasına sığınmıĢ yeniyetməni elə bil indi gördü. Əyilib üzündən 
öpdü, saçlarına sığal çəkdi: 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
232 
 
– Mənim gözəl qızımın kefi? 
– Sağ ol, xala, yaxĢıyam. 
Gövhər bəyim qızına: 
– Qaç, atanı çağır gəlsin, – dedi. 
Pərixan bəyim nəsə demək istəyirdi ki, Ġbrahim mirzə içəri girdi: 
– XoĢ gəlmisən, Pərixan, – deyib onunla görüĢdü. – ġəhərdə, dövlətxanada nə var, 
nə yox? 
– ġəhərdə sakitlikdi. Amma gözün aydın, Ġsmayıl mirzə vəzirini qovub, yerinə 
Mirzə Salmanı götürüb. 
Ġbrahim mirzə gülümsədi: 
– Bah, axır ki, Mirzə Salman Cabiri Ġsfəhani arzusuna çatdı. 
– Yəni elə can atırdı vəzirliyə? 
– Bəli, yaxĢı deyiblər ki, niyyətin hara, mənzilin ora. Axır ki, kiĢinin bəxti üzünə 
güldü. 
– Deyəsən, ondan xoĢun gəlmir? 
– Doğrusu, ondan bir pislik görməmiĢəm. Bu tacik Mirzə Salman qazdan ayıq, 
dildən pərgarın birisidi. Özü də çevik, adamlarla dil tapandı. Bir sözlə, yaxĢı 
tapıĢıblar, tədbir tökməkdə də əvəzi yoxdu. 
– Nə isə, təki Ģərləri bizdən uzaq olsun. 
– Amin, – deyə Ġbrahim mirzə gözlərini Pərixan bəyimin baxıĢlarından yayındırdı. 
Söhbəti baĢqa səmtə yönəltmək üçün soruĢdu. – ġəhərdə nə var, nə yox? 
– Sən bilirsən ki, ora-bura çıxan deyiləm. Amma xəbər gətirənlərim çoxdu. Ġsmayıl 
mirzə təhlükəli bir iĢə də giriĢib. 
– O nə iĢdi elə? 
– Deyirlər sünniliyə meyil edir. 
– Pərixan, Ġsmayıl mirzə sünnilərlə Ģiyələr arasındakı ixtilafları aradan qaldırsa, 
çox yaxĢı olar. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
233 
 
– Mən də həmiĢə belə düĢünmüĢəm. Ancaq zehniyyətə hopmuĢ bu məzhəb 
ayrılıqlarını aĢkarcasına yox, ustalıqla, tədricən aradan götürmək gərəkdir. Birdən-
birə Ģiyələrin üstünə getmək odla oynamaqdır. 
Ġbrahim mirzə: 
– Nə edək, yaĢayarıq, görərik, – dedi və köks ötürdü. – Əlbəttə, yaĢasaq… 
Pərixan bəyim diksinən kimi oldu: 
– Bu nə sözdü, Ġbrahim? 
– Ürəyimə gələni dedim… Bəlkə, Gövhərlə qızımı da sarayına aparasan. Ġstəyirəm 
bir müddət sənin yanında qalsınlar. 
– Nə olar, apararam. 
Bayaqdan əlləri qoynunda onlara qulaq asan Gövhər bəyim çılğıncasına: 
– Mən heç hara getmirəm, – dedi. 
– Bacınla gedirsən də, Pərixan özgəsi deyil ha… 
Gövhər bəyim Pərixan bəyimə sığındı: 
– Pərixan mənim canım-ciyərimdi, amma mən səndən ayrılmaram. Ġstəyirsən, bir 
yerdə gedək. 
– «Qoysalar gedərik». Gövhər, bəs mən səninlə getsəm, bu qorçular kimin keĢiyini 
çəkər? Sonra Ģahımız eĢidib inciyər ha. 
– Zarafata salma, heç hara gedən deyiləm. 
Pərixan bəyimə sığınmıĢ qızcığaz Ġbrahim mirzənin lap ürəyindən xəbər verdi: 
– Ata, icazə ver, mən xalamla gedim. 
Əyilib qızının üzündən öpdü: 
– Ay sağ ol, sən xalanla get. Sazını da düzəltmiĢəm, – deyib emalatxanaya gedib 
tez də qayıtdı. – Al, bu da sənin sazın. 
– Çox sağ ol, ata, – qızcığaz sazı atasından aldı. 
Pərixan bəyim nə fikirləĢdisə, Ġbrahim mirzədən «Divan»ı ilə «Təzkirə»sini istədi. 
– Darıxıram, oxuyub qaytararam. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
234 
 
Ġbrahim mirzə: 
– Nə olar, – dedi, qalxıb dolabdan «Divanı»nı və «Təzkirə»sini götürüb Pərixan 
bəyimə verdi. – Qaytarmağa tələsmə, nə vaxt ürəyin istəsə, qaytararsan. «Məni 
məhv etsələr, barı əsərlərim məhv olmasın». 
 
Pərixan bəyim kitabları götürdü, qızcığazın əlindən tutub çinixanadan çıxdı. 
Gövhər bəyim də qızının Pərixan bəyimlə getməyinə etiraz eləmədi. 
Ġbrahim mirzə onları darvazaya qədər ötürdü. O özünü saxlaya bilməyib bir daha 
qızını qolları arasına aldı, saçlarını qoxladı: 
– Pərixan, – dedi, – qızım, «Divan»ım, bir də «Təzkirə»m amanatı. 
– Arxayın ol, Ġbrahim. Heç nigaran qalma. Di sağ ol. 
– YaxĢı yol, tale sənə yar olsun. 
– Sənə də. 
Onlar darvazanın «bala» qapısından çölə çıxanda Ġbrahim mirzə Pərixan bəyimin 
mülazimlərini, qoca hərəmxana xacəsini gördü. Rahat nəfəs aldı. Amma ona elə 
gəldi ki, bir daha onları görməyəcək. 
 
XXXII FƏSĠL 
TOY 
Sənə bir toy tutaram ...  
El sözü 
 
Ġsmayıl mirzənin vəlihəd istəyi son həddəydi. Bu sarıdan aĢkarca özünə yer tapa 
bilmirdi. Doğrudur, indi qəlbində bir ümid qığılcımı yanmıĢdı… Qəhqəhə 
qalasından çıxandan sonra gecələrin birində ağuĢuna alıb ehtirasını söndürdüyü 
cariyələrdən biri ilk gecədəcə uĢağa qalmıĢdı. Bu xəbəri eĢidəndə sevinmiĢdi. 
Əlbəttə, bilmirdi ki, oğlu olacaq, ya qızı, amma hər halda ümidliydi. Onun əmri ilə 
dərhal xanımlıq taxtına oturdulmuĢ cariyə hər cür qayğı və ehtiramla əhatə 
olunmuĢdu. Kənizlər gecə-gündüz bu xanımın pərvanəsi olmuĢdular. Doğrudur, 
cariyənin qarnı gün-gündən böyüyüb gözə girdiyini, hərəmxanada nəvaziĢin, 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
235 
 
diqqətin ona yönəldiyini görən Səkinə sultan hikkələnirdi, qısqanırdı, ancaq 
vəliəhd arzusunu heç kəsdən gizlətməyən, bu istəyi yolunda hər Ģeydən keçməyə 
hazır olan əri Ġsmayıl mirzənin qorxusundan cınqırını da çıxarmırdı. Çünki o, 
Ġsmayıl mirzəyə bir qız bəxĢ edəndən sonra bir kərə də olsun hamilə olmamıĢdı. 
On doqquz il altı ay iyirmi bir gün ərsiz keçən məĢəqqətli gecələr elə-belə, təsirsiz 
ötüĢməmiĢdi. Su gələn quyuya bir də gəlməmiĢdi. Artıq o özü də ikinci dəfə 
dünyaya övlad gətirəcəyinə ümidli deyildi. ġaha isə vəliəhd gərək idi. ġah bir neçə 
qadınla evlənmək, intim gecələrinin sayını artırmaq istəyirdi. O, ilk növbədə 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin