Milli Virtual Kitabxananın e nəşri n 01 58 (2012) Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum: Azərbaycan yazı



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə21/23
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7187
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   23

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
212 
 
Pirə Məhəmməd xan Ustaclı ata məhəbbəti ilə Mustafa mirzəni qucaqladı. 
Çiyinlərinin qalxıb-düĢməsindən Ģahzadə hiss etdi ki, Pirə Məhəmməd xan ağlayır. 
Xeyli beləcə, qucaqlaĢmıĢ halda qaldılar. Ayrılanda Pirə Məhəmməd xan Mustafa 
mirzədən soruĢdu: 
– Bir sözünüz, tapĢırığınız varmı? 
– Qismətim belə imiĢ. Ustaclılar Səfəvilər xanədanında kiçik bir zərrəcikdilər, 
neyləyə bilərlər. Mən ustaclı camaatından çox razıyam. Məhəmməd xan, evinizdə 
kəsdiyim qisməti halal eləyin. 
Pirə Məhəmməd xan: 
– Halal xoĢunuz olsun… – dedi və xeyli sükutdan sonra: – Mən isə sizdən halallıq 
istəyə bilmərəm. 
– Niyə?! 
– Hörmətli Ģahzadə, bilirsiniz ki, sizin ölüm fərmanınız sarayda verilib, amma 
mənim evimdə qətlə yetiriləcəksiniz. Siz özünüz söyləyin, mənim kimi bir cəllada 
halallıq düĢürmü?! 
– Məhəmməd xan, qanımı sizə yox, ustaclılara halal eləyirəm. Ġsmayıl mirzəni isə 
hər gün oxuduğum «Quran»a tapĢırmıĢam. Allah qoysa, onu ən Ģərəfsiz ölüm 
gözləyir… Ġndi xahiĢ edirəm gedin, yalqız qalmaq istəyirəm. Bu gecə hökmən 
adamlarınızı göndərin, həm mənim, həm də hər iki tərəfin intizarına son qoyulsun. 
Pirə Məhəmməd xan baĢı sinəsində otaqdan çıxanda fikirləĢdi ki, bu dünyada 
xəcalət çəkməkdən betər dərd yoxdur. 
 
* * * 
 
KaĢ nahaq qan tökülən gecələrin səhərləri açılmayaydı! Amma qanlı gecənin 
səhəri açılmıĢdı! Bütün gecələrin qara üzünə açılmıĢ səhərlər kimi. GünəĢ həmiĢəki 
kimi parlaqdı. Qoyun-quzu mələĢir, atlar kiĢnəyir, dəvələr manqırıĢırdı. Ayaqları 
«qana batmıĢ» ağ göyərçinlər Ġmamzadənin yaĢıl günbəzi ətrafında dövrə vurur, 
Qəzvini əhatə eləyən təpələrin üstündən havaya qartal qalxır, ağaclara doluĢmuĢ 
boz sərçələr civildəĢir, soyuq dağ çaylarında qara, qırmızı rəngli, Ģəffaf pulcuqlu 
balıqlar qayğısız-qayğısız çayaĢağı, çayyuxarı Ģütüyürdülər. Ancaq artıq bütün 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
213 
 
bunların Süleyman mirzəylə Mustafa mirzəyə zərrə qədər dəxli yoxdu. (Bu günün 
ölüsü, min ilin ölüsü). 
Hər iki Ģahzadənin cənazəsini mürdəĢirlər dini nəğmə oxuya-oxuya yuyub 
kəfənləmiĢdilər. Bununla da Ģahzadələrin boğazlarındakı barmaq izləri görünməz 
olmuĢdu. MürdəĢirlər bir-birlərinə mənalı-mənalı baxıb pıçıldaĢmıĢdılar: «Bu 
barmaq izləri barədə nə dil bilsin, nə dodaq». 
ġahzadələrin cənazələrini Çehelsütun eyvanında yan-yana qoymuĢdular. 
Sağlıqlarında Süleyman mirzə Ġsmayıl mirzənin, Mustafa mirzə isə Heydər 
mirzənin tərəfdarıydı. Ġsmayıl mirzəyə isə onların heç biri lazım deyidi, Ģəriksiz 
hakimiyyət gərək idi. 
ġahzadələr, vəzirlər, vəkil, möhürdar, eĢikağası, qorçubaĢı, əmirlər, nəqqaĢlar, 
xəttatlar, kitabdarlar, dəftərxana iĢçiləri, bir sözlə, saraya yaxın olan hər kəs 
buradaydı. Hətta Pirə Məhəmməd xanla ġamxal sultan Çərkəz də. Bundan böyük 
faciə, bundan böyük əxlaqsızlıq olmazdı ki, qatillərin gəlib sənin cənazə namazına 
dura. Onlar zahirən sakit görünsələr də, ürəkləri vicdan məngənəsində sıxılırdı. 
ġamxal sultan Çərkəz bacısına, Pərixan bəyimə nə deyəcəkdi, bilmirdi. Belə 
gözükölgəli, urvatsız yaĢamağa dəyərdimi? Deyirlər, nahaq qan yerdə qalmır, 
doğruymuĢ, Heydər mirzənin qətlində əli olanlar cəzadan kənarda qalmırdılar. 
Ġsmayıl mirzənin taxta çıxmağından cəmi iki ay keçmiĢ bu faciə baĢ vermiĢdi. 
Ġsgəndər bəy də nəqqaĢların yanında dayanmıĢdı, heyrət içindəydi. Bir gecədə baĢ 
verənləri, görüb-eĢitdiklərini yaddaĢına yazırdı. 
Hamı toplaĢandan sonra Ġsmayıl mirzə Çehelsütun eyvanında göründü. O, ağır, 
asta addımlarla yaxınlaĢıb axundun yanında dayandı. Üz-gözündən zəhər yağırdı. 
Gecə gec yatmıĢdı. Qələmə sarılıb bir neçə Ģeir yazmıĢdı. Adili ayaması ilə yazdığı 
bu Ģeirlərdə ədalətdən, qazilikdən, sufilikdən bəhs etmiĢdi. ġeirlərinin birində isə 
zindanda keçən günlərini yad eləmiĢdi. 
Hərəm dairəsindən ağlaĢma səsi gəlirdi. Ġsmayıl mirzə ağı səsindən, Ģaxsey-
vaxseydən əsəbiləĢib gözünün altı ilə axunda baxdı, axund iĢarəni baĢa düĢdü. 
Qoltuq cibindən meĢin üzlü əl boyda «Quran»ı çıxarıb yasin oxumağa baĢladı. 
Yasin bitdikdən sonra cənazələri üç dəfə qaldırıb yerə qoydular. Sonra gecənin 
yarısı boğulub öldürülmüĢ Ģahzadələrin cənazələrini çiyinlərinə götürüb Ġmamzadə 
məqbərəsinə apardılar. Zərif çiyinlərini qardaĢlarının tabutu altına vermiĢ 
Ģahzadələr çox çəkmədən, beləcə, özgə çiyinlərində son mənzilə yola 
salınacaqlarından ehtiyat edirdilər. Doğma qardaĢları, Qəhqəhə qalasının dünənki 
dustağı Əzrayıl qiyafəsində Səfəvilər xanədanının sarayında dolaĢırdı. Tabutların 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
214 
 
altında ayaqlarını sürüyən, qəmə batmıĢ bu Ģahzadələrin yeganə günahı Ģah övladı 
olmaqlarındaydı. Artıq onlar Ġsmayıl mirzəyə tərəf baxmağa belə qorxurdular. 
 
XXXI FƏSĠL 
XOF 
 
Zəmanədə axtarma rahatlıqdan bir əsər, 
Umma ki, dünya sənin dərdinə dərman edər. 
Əfzələddin Xəqani 
 
Cülus günündən iki ay bir həftə keçmiĢ, soyuq payız gecəsində iki Ģahzadənin 
baĢqa-baĢqa evlərdə, amma az qala eyni vaxtda boğularaq öldürülmələri hər kəsi 
sarsıtmıĢdı. ġah övladlarını xoĢbəxt sananlar indi rahat nəfəs ala bilərdilər. Bu 
gündən Təhmasib Ģahın övladlarına, qardaĢı və bacısı uĢaqlarına xoĢbəxt demək 
olmazdı. Qəhqəhə qalasının dünənki dustağı doğmaca qardaĢlarının əlindən bu 
xoĢbəxtliyi almaq qərarına gəlmiĢdi. Ġsmayıl mirzənin cülusundan sonra onlar 
bədbəxtliyə düçar olmuĢdular. Artıq bir gecənin içində ilk iki qurban verilmiĢdi. 
II ġah Ġsmayıl bu iki qurbandan sonra geri çəkiləcəkdimi, yoxsa daha da irəli 
gedəcəkdi – heç kəs bilmirdi. Amma Mustafa mirzəylə Süleyman mirzənin ölümü 
ilə elə bil məmləkətin üstünə qorxu iksiri səpilmiĢdi. Hər kəsin qəlbində, Ģüurunda 
bir ölüm xofu vardı. Bu xof gözə görünmədən qəlbləri sarmıĢdı.  
Qara geyinib yas saxlayan Pərixan bəyim bütün baĢ verənlərdə özünü təqsirkar 
sanırdı. Doğmalarını itirən bir adam kimi bilmirdi ki, necə hərəkət etsin. ĠĢin 
qəlizliyi orasında idi ki, bu faciəni törədən də öz doğmalarıydı. Hamı Ģaha Ģikayət 
eləyir, Ģahdan kimə Ģikayət eləyəsən?! Pərixan bəyim sanki acizlik, çarəsizlik 
girdabına düĢmüĢdü. DüĢdüyü bu bataqlıqdan çıxmaq istəyir, çabaladıqca daha da 
dərinə batırdı. Pərixan bəyim bu günə kimi özünü belə tənha, köməksiz, aciz hiss 
etməmiĢdi. Ġnad etməyib ərə getsəydi, indi ərinin sinəsinə baĢ qoyub dolmuĢ 
ürəyini boĢaldardı. Sən demə, kiĢisiz qadının həyatı dağsız düzən kimiymiĢ. 
QardaĢları, qohum-əqrabaları olsa belə, qadına ən yaxın sirdaĢı bir yastığa baĢ 
qoyduğu kiĢiymiĢ... Qəlbinin lap dərinliyində niĢanlısı Bədiüzzamana qoĢulub 
getmədiyinə peĢman olmuĢdu. Bir yerdə olsaydı, Bədiüzzaman onu hər bəladan 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
215 
 
qoruyardı. O da ona arxa-dayaq olardı. Axı, qadın kiĢinin hər dəqiqə, hər zaman 
sezilməyən qüdrət mənbəyidir. Ancaq gec idi, olan olmuĢdu, bugünkü tənhalığı ilə 
barıĢmalıydı. Bu qisməti özü seçmiĢdi. 
… Bir saatdan sonra Ġbrahim mirzəgildəydi. Ġbrahim mirzə ilə məsləhətləĢmək, 
gələcəkdə baĢ verəcək bəlaların qarĢısını almaq fikrindəydi. HəmiĢəki Ģən, deyib-
gülən xoĢbəxt Gövhər bəyim elə bil ağzına su almıĢdı, dinib-danıĢmırdı. Yas 
içindəydi. Ağlamaqdan gözləri ĢiĢmiĢ, rəng-ruhu qaçmıĢdı. Ġbrahim mirzənin də 
qanı qaraydı. Pərixan bəyim dərddən üzülən Ġbrahim mirzəyə: 
– QardaĢ, – dedi, – mən çox böyük səhv etmiĢəm, yanılmıĢam, – az qaldı 
hönkürsün. – Yazıq Heydər mirzə… 
Ġbrahim mirzə ona təsəlli verdi: 
– Fikir eləmə, səndə təqsir yoxdur, nə biləydin belə olacaq? 
– Gərək biləydim. Tutduğum iĢin bəraəti yoxdu. Mən gümanımda yanılmıĢam. 
Görünür, atamız ġah Təhmasib onun canındakını yaxĢı bilirmiĢ.  
– Hə, Ġsmayıl mirzə ipə-sapa yatmayandı... Amma zindana atılanların hamısı islah 
olunmur.  
– Ġndi ki, zindanda deyil... 
– Bəli, elədi. Amma ömrünün iyirmi ilə yaxını orada keçib. Yəqin olub-keçənləri 
unuda bilmir… Ġndi də hakimiyyət keçib əlinə, intiqam almaq fikrinə düĢüb. 
Pərixanın gözləri böyüdü: 
– Doğmalarındanmı intiqam alacaq? 
– Bəli. O, doğmalarından gileylidi, yadlardan yox. 
– Ġbrahim, elə arxayın danıĢırsan. 
– Mən onun keçirdiyi təbəddülatı baĢa düĢürəm. Əlbəttə, onun qəddarlığına haqq 
qazandırmıram, amma ürəyə toxunan bir sözün, qorxunun, xofun, lap sevginin bir 
anın içində insanı necə qəddar bir varlığa çevirdiyini çox gözəl anlayıram. Axı onu 
zindana salmaqla məhəbbətdən, nəvaziĢdən, sevgidən iraq eləmiĢik. 
– Axı indi böyük bir məmləkətin taleyi onun əlindədi. Ona bundan artıq nə 
lazımdır? 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
216 
 
– Çox Ģey. Hakimi-mütləq olsa da, o da insandı. Hər kəsdən, hər Ģeydən 
Ģübhələnməyə vərdiĢ eləyib. Bu gündən Səfəvilərə özgə cəllad gərək deyil. Bizim 
qanı qanımızdan olan Ģahımız həm də cəlladımızdır. Sabah hakimiyyətə iddiası 
olan hər kəs Qəhqəhə qalasının dünənki dustağının düĢmənidi.  
– Çarə yoxdurmu? 
– Çarə onun yolu ilə getməkdir. 
– Öldürmək?! 
– Bəli. Bunu isə biz bacarmarıq. Bütün əmirlər, sultanlar, minbaĢılar, yüzbaĢılar, 
qoĢun onun əlindədir. O bizə yağıdı, onlara yox. Hər kəs müticəsinə onun əmrlərini 
yerinə yetirir. Mən sonuncu dəfə onunla danıĢmaq istəyirəm. 
– Nə barədə? 
– Onu tutduğu bu yoldan daĢındırmaq istəyirəm. 
– Heç onun sifətini də görmək istəmirəm. 
– Pərixan, istəsək də, istəməsək də onu görəcəyik. Sən Gövhərlə qal, mən 
dövlətxanaya gedirəm.  
 
* * * 
 
Ġqamətgaha daxil olanda Ģahı nə üçünsə tutqun gördü. Ġbrahim mirzəni tutqun 
baxıĢlarla süzüb soruĢdu: 
– Hardasan, gün günorta olub.  
Ġbrahim mirzə ikibaĢlı cavab verdi: 
– Srağa gecə baĢ verənləri, dünən dəfn elədiyimiz Ģahzadələrin taleyini 
düĢünürdüm.  
II ġah Ġsmayıl gözlərini qıydı, elə bil Ġbrahim mirzəyə iynənin ulduzundan baxırdı:  
– Nə qərara gəldin? 
– Ġstəyərdim doğmalarına qarĢı ədalətli olasan.  
– Bəyəm, ədalətsizəm? 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
217 
 
– Bilmirəm, cavanlara qıyma, Allaha xoĢ getməz. 
– Deyirsən, Ģahzadələri mən öldürtmüĢəm?! 
– Sənin icazən olmasa, Ģah övladlarına, II ġah Ġsmayılın qardaĢlarına kimsə 
qıymazdı. Buna heç kəsin cəsarəti çatmaz. 
– Nə demək istəyirsən? 
– Əlahəzrət… 
– Biz qardaĢıq…  
– Xeyr, əlahəzrət, sən II ġah Ġsmayılsan, mən də sənin möhürdarın. Sən gəl 
Ģahzadələri qətlə yetirməyi qəhrəmanlıq sanma. QızılbaĢlar tutduğunuz iĢlərdən 
rəncidə olarlar.  
– Qəhqəhə qalasında yatdığım on doqquz il altı ay iyirmi bir gündə baĢa düĢdüm 
ki, hakimiyyətin Ģəriki olmamalıdır.  
– Arxayın ola bilərsən, heç kəs sənin taxtına göz dikməyib. Öz-özünə xoflanma. 
QızılbaĢlar səni Səfəvi-Osmanlı müharibələrinin qəhrəmanı kimi sevir, elə et ki, 
ədalətli Ģah kimi də seviləsən.  
– Belə ədalət sevəndinsə, bir dəfə də əmin Ģah Təhmasibə deyəydin ki, oğlun 
Ġsmayıl mirzəni zindanda çürütmə. 
– Nə bilirsən, deməmiĢəm. Sağlığında əmimə sən barədə çox dil tökmüĢdüm, 
amma o, fikrindən dönmürdü. 
– Çünki məndən ehtiyat eləyirdi.  
– Qoy sən deyən olsun. Bəs sən nədən ehtiyat eləyirsən? Deməli, əmim də, sən də 
hakimiyyətin rəhnindəsən*. O, hakimiyyətinə görə oğlunu zindana saldırdı, sən də 
taxt-tacına görə qardaĢlarını gecə yataqlarında boğdurursan. Hakimiyyət dəyiĢsə 
də, mahiyyət dəyiĢməyib. Doğrusunu söylə, hansınız ədalətlisiniz? 
 
– Əlbəttə, atam Ģah Təhmasib məndən ədalətli, məndən rəhmdil idi. Çünki mənim 
kimi nahaqdan 7 min 138 gün göz dustağı olmamıĢdı. 
– Əlahəzrət, oğul atanın səhvini təkrarmı etməlidir? 
– Möhtərəm möhürdar, oğul atasına oxĢayar da…  

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
218 
 
Ġbrahim mirzə boynundan asdığı möhürü çıxarıb ayağa qalxdı, Ģaha yaxınlaĢıb 
möhürü onun qarĢısındakı «Quran»ın yanına qoydu: 
– Əlahəzrət, fikir vermisinizsə, ipəkqurdu toxuduğu baramanın içində qalır. Gözəl 
ipək parçalar o ipək qurdlarının ağır zəhmətinin nəticəsidir. Ġnsan da ipəkqurdu 
kimi öz ömrünü toxuyur. Mən səni haqqa dəvət eləyirəm, sən isə qəddarlığa can 
atırsan. Bilirəm, bir gün məni də öldürtdürəcəksən. Arxayın ola bilərsən, səndən 
bağıĢlanmağımı təvəqqe eləmirəm. Amma sənin həyatının necə acı bir sonluqla 
bitəcəyini görürəm. 
– Lap münəccim kimi danıĢırsan. 
– Görünən dağa nə bələdçi? Hər kəs öz əməlinin əsiridi. Sənin son saatını görmək 
üçün münəccim olmağa ehtiyac yoxdu. Əlbəttə, adın II ġah Ġsmayıl kimi tarixdə 
qalacaq. Ona heyfsilənirəm ki, qəhrəman, fateh kimi dünyadan köçməyə layiq olan 
sən, doğmalarına yağı kəsilmiĢ Ģah kimi öz əcəlinlə ölməyəcəksən... Hökmdar, 
hələ də gec deyil. Bir düĢün. Hər gecənin bir hökmü var, bəlkə lənət Ģeytana 
deyəcəksən. Xudahafiz… 
– YaxĢı yol, get otur evində. Mülazimlərimi göndərərəm keĢiyini çəkərlər… 
 
* * * 
 
Gecəyarısı Ġsmayıl mirzə səs eĢitdi. Deyəsən, saraya yad adamlar girmiĢdi. «Bəs 
bu keĢikçilər, qorçular görəsən haradadırlar? Gələnlər olmaya sui-qəsdçilərdi?! Bu 
nə iĢdi belə, bir nəfər qorçu, keĢikçi gözə dəymir. Qəsdimə duranlar çoxdur yəqin, 
yoxsa bu qədər keĢikçini, qorçunu aradan götürə bilməzdilər. Bu haramzadələr 
tiryək çəkib – nədi, sərvaxt olmayıblar».  
PeĢmançılıq içindəydi. Axı özü həmiĢə yarıoyaq yatardı, qorçulara, keĢikçilərə elə 
də bel bağlamazdı. Bu gecə isə adətinə xilaf çıxmıĢdı. Belə bərk yatmağının 
səbəbini gecə yatağına saldığı o qəĢəng cariyədə gördü. Bu gürcü qızı yamanca 
hiyləgərdi. Onunla əylənir, danıĢır-gülür, min bir oyun çıxarır, amma ona təslim 
olmaq istəmirdi. Cariyənin bu Ģəhvani əyləncələri qarĢısında get-gedə ehtirasdan 
dəlilik həddinə çatırdı. Cariyə isə çıxardığı min bir hoqqadan, məmləkətin Ģahını 
ora-bura qaçırtmaqdan, gah ona sarmaĢıb öpüĢlərə qərq etməkdən, gah da piĢik 
balası tək siviĢib əlindən çıxmağından zövq alırdı. Əlbəttə, Ģah ona güc göstərmək 
istəmirdi, bu əyləncə ona da xoĢ idi. Əgər zamanında uĢaqlığını uĢaqlara məxsus 
əyləncələrlə keçirməmisənsə, nə zamansa mütləq uĢaqlığına qayıdacaqsan. O da 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
219 
 
Qəhqəhə qalasında qadınsız, intim münasibətlərsiz keçən o saysız gecələrin əvəzini 
gəncliyinin bu qocalıq çağında mütləq çıxmalıydı; çıxmaqdaydı da. Nəhayət, 
siçan-piĢik oyunundan bezib cariyəni bir yastıq yüngüllüyü ilə qolları üstünə alıb 
yatağa uzatdı. Tələsdiyindən cariyənin paltarlarını kobud Ģəkildə dartıb əynindən 
çıxartdı. Qız artıq elə bil heç nəyin fərqində deyildi, sustalmıĢdı, bədəni od tutub 
yanırdı. Ehtirasdan ürəyi Ģiddətlə döyünən Ġsmayıl mirzə də hər Ģeyi, hətta, böyük 
bir məmləkətin Ģahı olduğunu da unutmuĢdu. Bədəni ilə cariyənin üstünü örtərək 
sanki gəncliyinin ilkin çağlarını yaĢamaqdaydı...  
Ayaq səsləri getdikcə yaxınlaĢırdı. FikirləĢdi ki, yəqin ona qəsd etməyə gələnlər 
ustaclılardı. Hə, yəqin baĢçıları da Pirə Məhəmməd xan olar, gələcək qayınatası. 
Yəqin ondan bərk inciyib, sarayın qabağından çəkilməyib, bağıĢlanmalarını istəyən 
ustaclıları qovduranda bir neçə dəyənəyin də gələcək qayınatasına dəydiyini 
eĢitmiĢdi. «Ona bu da azdı, arığın qoruqda nə iĢi var, vurub qılçasını da 
sındırsınlar». 
Qapı açıldı, Ģamları söndürdüyündən otaq qaranlıq idi. Cariyəni isə gecəyarısı 
xacələr öz otağına aparmıĢdılar... Ġçəri girənlər ağappaq kəfənə bürünmüĢdülər. 
Üz-gözləri də görsənmirdi. Asta-asta, tələsmədən ona doğru gəlirdilər. Canında 
qəribə bir halsızlıq var idi. Gözləmək olmazdı, ölüm qədəm-qədəm yaxınlaĢırdı. 
...Nəhayət, özünü toplayıb qılıncına doğru sıçradı, gec idi. Onun qollarından 
yapıĢıb geri qanırdılar, sonra çiyinlərindən basıb dizi üstdə oturtdular. Qəsdinə 
duranlardan biri gedib Ģamdandakı Ģamları yandırdı. Otaq elə bil nura qərq oldu. 
BaĢını qaldıranda otağın baĢ tərəfində Ġbrahim mirzəni gördü. Qəribəydi, Ģahlıq 
tacı onun baĢındaydı. «Tacı kim qoyub onun baĢına, bu nə casarətdir?»  
Ġsmayıl mirzə yerindən qalxmaq istədi, amma güclü əllər çiyinlərindən basıb onu 
yerindən tərpənməyə qoymadı. Kəfənə bürünənlərə bozardı: 
– Axı siz kimsiniz, məndən nə istəyirsiniz? Ġbrahim mirzə, axı sən mənim 
möhürdarımsan, bunlar məndən nə istəyirlər? 
– Mən möhürdar deyiləm daha, ġaham, ġah! Bunlar isə sənin qardaĢlarındı.  
– QardaĢlarım?! 
– Bəli, qardaĢların. 
Bu sözləri eĢidən qardaĢlar büründükləri kəfəni bir kənara atdılar. QardaĢları 
Mahmud mirzə, Ġmamqulu mirzə, Əli mirzə, Əhməd mirzə, əmisi oğlu 
Bədüzzaman mirzə qarĢısında boy sırasıyla dayanmıĢdılar. Mahmud mirzənin 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
220 
 
əlində dəstələnmiĢ bir yığın ip vardı. Ġsmayıl mirzə bu günə kimi üzünü görmədiyi, 
Qarabağ bəylərbəyliyində yaĢayan Əli mirzəyə tutub soruĢdu:  
– Sən Gəncədən haçan gəlimisən, xəbərim olmayıb? 
– Elə bu axĢam gəlmiĢəm, hökmdar. 
– Bəs niyə səni mənim yanıma gətirməyiblər? 
– GətirmiĢdilər. Hərəmxana yasovolu söylədi ki, hökmdar xəlvətxanadadır. 
– Doğrudu, – dedi və qəsdinə duranların qarĢısında dizi üstə otursa da, həyatının 
bir tükdən asılı çağında gecəyarısı lüt-üryan etdiyi cariyənin iri döĢlərinin giləsinin 
təmasını sinəsində hiss elədi. Nə xoĢ anlar yaĢamıĢdı, heyif, indi aldığı ləzzəti 
burnundan gətirəcəklər. Amma o, belə anların çox olacağına, boĢ keçən 7 min 138 
günün əvəzini artıqlaması ilə çıxacağına özünə söz vermiĢdi: – YaxĢı, indi məndən 
nə istəyirsiniz? Utanmırsınız, böyük qardaĢınızla, əminiz oğluyla, Ģahınızla, 
mürĢidi-kamilinizlə belə rəftar eləyirsiniz? 
Ġbrahim mirzə Ģahlıq tacını gözləri üstünə endirdi: 
– Bəs sən utanmırsan öz doğmalarına yağı kəsilmisən? 
– Bəsdirin, mən sizin Ģahınızam! Yolunuzu çaĢsanız qızılbaĢlar sizi cəzalandırarlar. 
– Üzünü Bədiüzzamana tutdu: – Bəs sən niyə vilayəti baĢsız qoyub bura gəlmisən? 
Səni saraya kim dəvət edib? 
Bədiüzzaman əlini qılıncının qəbzəsinə apardı: 
– Məni Pərixan bəyim dəvət eləyib. Xəbər göndərmiĢdi ki, gəl Ģahımızın canını al, 
yoxsa o bizim canımızı alacaq. 
Ġsmayıl mirzə gözlərini bərəltdi. 
– Nolar, Allah qoysa, onun da cəzasını verərəm. 
– Salamat qalsan, verərsən, – Ġbrahim mirzə yerindən qalxdı. – Atın o kəndiri 
bunun boynuna. 
Mahmud mirzə kəndiri Ġsmayıl mirzənin boynuna atdı. Mahmud mirzə Ġsmayıl 
mirzənin gözündə bir az da böyüdü. Tökməbədən Mahmud mirzənin vücüdundan 
güc-qüvvət yağırdı: «Boğazım onun əlinə keçsə, vay halıma».  
Kəndirin bir ucundan Mahmud mirzəylə Ġmamqulu mirzə, digər ucundan isə 
Bədiüzzaman mirzəylə Əhməd mirzə yapıĢmıĢdı. Çox çalıĢsa da, boğazını sıxan 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
221 
 
kəndirdən xilas ola bilmədi. Nəfəsi kəsilhakəsildəydi. Əli mirzə qardaĢlarına 
yalvarırdı:  
– Bəsdirin, qardaĢımızı öldürməyin! 
Amma onu eĢidən yoxdu. Qulağına Pərixan bəyimin səsi gəldi:  
– Ġsmayıl mirzə, bax doğmalarına qənim kəsilənin aqibəti belə acı sonluqla bitir! 
Yerin cəhənnəmdi, yolun açıq olsun… 
Ġsmayıl mirzə yerindən dik atıldı, onu tər basmıĢdı. ġamdandakı Ģamların son 
Ģöləsi titrəĢirdi. Yuxunun təsirindən hələ də özünə gələ bilməmiĢdi, çaĢqın-çaĢqın 
ətrafa baxırdı. Bir qurtum su içib özünə gələ bilmək üçün yerindən qalxdı. Dolaba 
yaxınlaĢıb zəhərlənməkdən ehtiyatlanıb ağızılığını möhürlədiyi gümüĢü mehtərini 
götürdü, möhürünü açıb su içdi. 
Cariyə məsələsi yuxuda gördüyü kimiydi, amma qardaĢlarının gecəyarısı saraya 
gəliĢi, boynuna ip salıb onu boğmaları, Ġbrahim mirzənin «Ģah»lığı röya idi. Ancaq 
o lap uĢaqlıqdan yuxuya inanırdı. Gördükləri nə zamansa cin ola bilərdi. FikirləĢdi 
ki, bəlkə Süleyman mirzənin dayısı ġamxal sultan, Mustafa mirzəni boğduran Pirə 
Məhəmməd xan, artıq ona müxalif olan Pərixan bəyim, möhürünü üstünə atmıĢ 
Ġbrahim mirzə əlbir olub onu aradan götürmək istəyirlər. Bu dəhĢətli yuxunun 
yozumu ancaq bu ola bilər.  
Su içib yatağına uzansa da, gözlərinə yuxu getmədi. 
 
* * * 
 
Ġbrahim mirzə fikir-xəyal içində həmiĢəkindən tez sarayına dönmüĢdü. Onun bu 
qəfil qayğısından, üz-gözünə çökmüĢ kədərin sirayətedici qəmindən Gövhər 
bəyimin ürəyinə nigarançılıq toxumu düĢmüĢdü. O, Ġbrahim mirzənin əllərini 
əllərinə alıb onun gözlərinin içinə baxdı, elə bil Ģabalıdı rəngli bu gözlərdə nəsə 
arayırdı. Ərinin əllərini dodaqlarına aparıb: 
– Xeyirdirmi? – deyə soruĢdu. 
– ĠnĢallah, xeyir olar. 
Gövhər bəyim Ġbrahim mirzənin gizlətməyə çalıĢdığı baxıĢlarından baĢa düĢdü ki, 
nəsə baĢ verib. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
222 
 
Ġbrahim mirzə nökəri çağırıb tapĢırdı ki, mülazimləri, nəqqaĢları, xəttatları, 
kənizləri həyətə toplasın. 
Az sonra nökər gəlib əmri yerinə yetirdiyini söylədi. Ġbrahim mirzə eyvana çıxdı. 
Həyətə toplaĢanlar intizar içində onu gözləyirdilər. Ġbrahim mirzə bilmirdi hardan 
baĢlasın, indi verəcəyi qərar ürəyincə olmasa da, baĢqa çıxıĢ yolu da yoxdu. Xeyli 
sükutdan sonra dedi: 
– Dostlar, xanımlar, bu gündən azadsınız. Uzun illər xidmətimdə durmusunuz, 
haqqınızı halal eləyin. 
YaĢlı xəttat hamının əvəzindən dil-ağız elədi: 
– Möhtərəm sultan, biz sizin sarayınızda ən xoĢ günlərimizi yaĢamıĢıq. Sizdən, 
iĢimizdən ayrılmaq bizim üçün çox çətindi. Ancaq bir halda ki, məsləhətdi, sizi 
tərk etməliyik. Bu illər ərzində nə etmiĢiksə, halal xoĢunuz olsun. Bizim isə sizdən 
zərrəcə incikliyimiz olmayıb. Bizə haqqınızı halal eləyin. 
Ġbrahim mirzə: 
– Nə etmiĢəmsə, halal xoĢunuz olsun. Gedin istədiyiniz kimi yaĢayın. XoĢbəxt 
olun, – dedi. 
– Biz elə sizin xidmətinizdə çox xoĢbəxt idik… – Qoca xəttat dilləndi. – Bəlkə bir 
günah iĢləmiĢik? 
Ġbrahim mirzə həyətə düĢüb sənətkarlara, mülazimlərinə yaxınlaĢdı, əlini qoca 
xəttatın çiyninə qoyub: 
– Sizin heç bir günahınız yoxdu. Daha mən möhürdar deyiləm, dövlətxanada baĢqa 
iĢim də yoxdu. Qalan ömrümü guĢəniĢin yaĢamaq istəyirəm. Sizdən ayrılmaq 
mənim üçün də xoĢ deyil, amma baĢqa yolum da yoxdu. Bəlkə xeyir burdadı, gəlin 
halallaĢaq, – deyib hamıyla bir-bir əl tutub ayrıldı. 
Bir anda həyat boĢaldı. Ġbrahim mirzə halsız halda pilləkəndə oturdu. Ġçində qəribə 
bir boĢluq vardı. O heç zaman öz mülazimləri, kənizləri ilə ağa kimi rəftar 
etməmiĢdi. HəmiĢə onların qayğısına qalmıĢdı. Bu fikirdə idi ki, xəttatın, nəqqaĢın, 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin