Milli Virtual Kitabxananın e nəşri n 01 58 (2012) Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum: Azərbaycan yazı



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7187
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   23
qoy onlar Səfəvilərin əzəmət və möhtəĢəmliyini görsünlər, – dedi və Ġsmayıl mirzə 
üzünü bayaqdan bir kəlmə də olsa dinib-danıĢmayan Ġbrahim mirzəyə tutdu: – 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
170 
 
Ġbrahim mirzə, məmləkətin ən qabiliyyətli ustalarını çağırtdır, Çehelsütün 
eyvanını, dövlətxananı, hərəmxananı, divanxananı, dəftərxananı, kitabxananı 
könlümüzü, gözümüzü oxĢayan hala gətirsinlər. 
Ġbrahim mirzə: 
– BaĢ üstə, – dedi, – elə bu axĢam göstəriĢ verərəm. 
Hüseynqulu Xüləfa canıyananlıq göstərdi. 
– Bəs cülus gününə qədər hökmdar harada yaĢamaq istəyir? 
– Yer taparıq. 
Hüseynqulu Xüləfa yenə də özünü atdı ortaya: 
– Hökmdar, ürəyiniz istərsə, mənim mülkümdə məskunlaĢın. Belə etsəniz, mənə 
Ģərəf vermiĢ olarsınız. 
Ġsmayıl mirzə Hüseynqulu Xüləfanın təklifini eĢidəndə fikirləĢdi ki, yaxĢı fürsətdir, 
gedim onun evində qalım, görüm bu hansı «yuvanın quĢudu». 
– Çox sağ ol, Xüləfa, maĢallah, qonaqpərvər kiĢisən. Cülus gününə qədər sənin 
evində qalaram. 
Hüseynqulu Xüləfanın iri baĢı çəpər basmıĢ boranı kimi ĢiĢman qarnı üstə əyildi: 
– Çox məmnun olaram, hökmdar. 
Ġsmayıl mirzə «Çox gözəl, çox pakizə» – deyib qabağa düĢdü. 
 
* * * 
 
Pərixan bəyim eĢidəndə ki, Ġsmayıl mirzə sarayda bir belə malikanələri qoyub 
qalmaq üçün Hüseynqulu Xüləfanın mülkünü seçib, əməlli-baĢlı darıldı. ġəriəti, 
adət-ənənəni nəzərə alıb özü Ġsmayıl mirzənin görüĢünə getməmiĢdi, amma 
Pərixan bəyimi için-için ağrıdan da bu idi ki, yolunda çox Ģeydən keçdiyi Qəhqəhə 
qalasının dünənki dustağı onu yad eləməmiĢdi. Elə bil Səfəvilər xanədanında, 
Qəzvin sarayında hökm və səlahiyyət sahibi olan Pərixan adlı bir pəri yoxdu. O, 
dünənki dustaqdan, haqqında mənzumə yazdığı bu Osmanlı-Səfəvi müharibəsinin 
qəhrəmanı Ġsmayıl mirzədən nələr gözləyirdi, nələr gördü. Pərixan bəyim Ġsmayıl 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
171 
 
mirzədən qətiyyən belə hörmətsizlik gözləmirdi, amma gözlədiyinin tam əksi 
alınmıĢdı. 
Pərixan bəyim içində sarsılsa da, zahirən özünü tox tuturdu. Və nə yaxĢı ki, 
Ģahzadələr, sarayın möhtəbər əmirləri, sultanları, müĢavirlər, haciblər, 
qorçubaĢıları əvvəlki kimi ona sayğı ilə yanaĢır, hər əmrini yerinə yetirir, itaət 
göstərirdilər. 
Əslində bu məqamlarda sarayda ikihakimiyyətlik hökm sürürdü. Hakimiyyətin bir 
baĢında hələ atası ġah Təhmasibin sağlığında onun müĢaviri, söz sahibi olan 
Pərixan bəyim, digər tərəfdə isə adına məscidlərdə xütbə oxunan, lakin hələ də 
cülus edəcəyi günü müəyyənləĢdirməyən, məmləkətdə, dövlət iĢlərində nə kimi 
yeniliklər, dəyiĢikliklər edəcəyi biliməyən Ġsmayıl mirzə durmuĢdu. 
Hamı Ġsmayıl mirzənin cülus edəcəyi günü gözləyirdi. Pərixan bəyim də. Amma 
dünənki Ģah dustağı cülus etməyə qətiyyən tələsmirdi. O, münəccimləri yaxına 
buraxmır, cülus gününü özünün seçəcəyini bəyan edirdi. 
 
* * * 
 
Hüseynqulu Xüləfanın sevinci isə yerə-göyə sığmırdı, evi bir günün içində 
dövlətxanaya çevrilmiĢdi. Hər kəs Ġsmayıl mirzəni görmək üçün onun evinə 
gəlirdi. ġahzadələr də hər axĢam Ġsmayıl mirzənin qonaqları sırasında lap baĢda 
otururdular. O, qonaqlarına çox mehribanlıq göstərirdi və hər kəs də bunu görürdü. 
ġahzadələrdən üç nəfər – böyük qardaĢı, Xorasanın hakimi Məhəmməd mirzə, 
bayat tayfasına pənah aparmıĢ Mustafa mirzə, bir də Gəncədə yaĢayan on dörd 
yaĢlı Əli mirzə burada yoxdular. O, Məhəmməd mirzəni heç gözləmirdi də. 
Ədalətə qalsa, böyük oğul kimi Ģahın vəliəhdi o idi. Amma gözdən mayıf olmağı 
bu Ģahzadəni arxa plana keçirmiĢdi. O, hələ altı yaĢında olanda atası ġah Təhmasib 
onu Xorasan diyarının hakimi seçmiĢdi. Atası balaca Məhəmmədi lələsi 
Məhəmməd xan ġərafəddinoğlu Təkəliyə tapĢırmıĢdı. XoĢxasiyyət, zarafatcıl, 
əyləncə məclislərini sevən bu Ģahzadə hərdən əlinə qələm alıb Fəhmi təxəllüsü ilə 
Ģeirlər də yazırdı. Onun böyük oğlu Həsən mirzə Seyfəl Hüseynin qızından 
dünyaya gəlmiĢdi. Məhəmməd mirzənin ikinci arvadı, Mazandaran valisi Mir 
Abdulla xanın qızı Xeyrannisadan Həmzə, Abbas mirzə, Əbutalıb mirzə və 
Təhmasib mirzə adlı oğlanları vardı. Bu fars qızı Xeyrannisa xanım dörd Ģahzadə 
anası olduğu üçün ona Məhdi-Ülya adı verilmiĢdi. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
172 
 
Mustafa mirzə bayat tayfasına pənah aparmıĢdı, on dörd yaĢlı Əli mirzə 
Gəncədəydi və bu gün-sabah onu da Qəzvinə, Ġsmayıl mirzənin hüzuruna 
gətirəcəkdilər. 
Ġsmayıl mirzə beĢinci axĢamdı Hüseynqulu Xüləfanın evində məskunlaĢmıĢdı. 
Günün batabat çağıydı, ona xəbər verdilər ki, bayat tayfasının əmiri Hacı Veys 
sultan Mustafa mirzəni gətirib, hökmdarı görmək istəyir. Ġsmayıl mirzə bu 
xəbərdən duyğusal oldu, tez: «Buyursunlar» – dedi. Əvvəl Ģahzadə Mustafa mirzə, 
ardınca Hacı Veys sultan içəri girdi. Ġsmayıl mirzə böyük bir zalda baĢ tərəfdə 
oturmuĢdu, onun sağ yanında Ģahzadələr, əmirlər, sultanlar, sol yanında 
Hüseynqulu Xüləfa Rumlu, ondan aĢağı seyidlər, üləmalar, haciblər, qorçubaĢılar 
əyləĢmiĢdilər. 
Ġsmayıl mirzə yerindən qalxıb Mustafa mirzəni qucaqladı, ona Ģahzadələrin 
yanında oturması üçün yer göstərdi. Mustafa mirzə özündən bir yaĢ böyük qardaĢı 
Süleyman mirzənin yanında əyləĢdi.  
Hacı Veys sultan əyilib hökmdarın ayaqlarından öpdü. Ġsmayıl mirzə də ona iltifat 
göstərib əmirlər cərgəsində oturmaq üçün yer göstərdi. 
Ġsmayıl mirzə hər Ģeyi gözəl bilsə də, Mustafa mirzənin öz dilindən eĢitmək üçün 
onu sorğu-suala tutdu: 
– Sənin neçə yaĢın var? 
Mustafa mirzə ədəblə baĢ əyib cavab verdi: 
– Ġyirmi yaĢım var. 
– «Zindana salınmasaydım, indi sən yaĢda oğlum vardı». Evlisən? 
– Bəli, iki qızım var. 
– ġücaət göstərmisənmi? 
– Bəli, Gilanın Piye-piĢə vilayətinin fəthində iĢtirak etmiĢəm. DöyüĢlərdən qalib 
çıxdığıma görə, mərhum atamız mənə əyalət hakimi rütbəsi verərək qoĢun sahibi 
olmağıma icazə vermiĢdi. 
– «Aha, deməli bu, döyüĢ görüb, qorxudan çıxıb, üstəlik qoĢun sahibidi! Onun bu 
cəhətini unutmaq olmaz!» Sənin lələn kim olub? 
– Əvvəl ustaclı Nəzər sultan idi, o öləndən sonra Hüseyn bəy YüzbaĢı oldu. 
Ġsmayıl mirzə: 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
173 
 
– Çox gözəl, – dedi və bir-bir Ģahzadələri sınayıcı nəzərlərlə süzdü: «Allah, sən 
saxla, gör nə qədər rəqibim var. Səfəvilər səltənətinin taxtına gör nə qədər göz 
dikilib. Hələ doğma qardaĢım Məhəmməd mirzə, onun oğlanları, Gəncədəki 
Ģahzadə Əli mirzə, əmim Bəhram mirzənin uĢaqları – Qəndəhar vilayətinin və 
Zəmindvərin mütləq hakimi Hüseyn mirzə, sarayın eĢikağası, Səfəvilərin Ģairi, 
bəstəkarı, sərf-nəhv, fəlsəfə, tibb, ilahiyyat, nücum (saymaqla qurtarır ki…), 
məntiq elmlərinə bələd, «Fərhəng-i-Ġbrahim» təzkirəsinin müəllifi, hörmət-izzət 
sahibi Ġbrahim mirzə (yaxĢı ki, oğlu yoxdur), Pərixan bəyim kimi ağıllı-kamallı, 
hiyləgər bir xanımın niĢanlısı Bədüzzaman mirzə (hələ bir oğlu da var). – Ġlahi, 
ətrafımda gör nə qədər gödənyırtan ac canavar var. (Sükut.) Bunlarla bacara 
biləcəyəmmi? Hərəsi bir vilayətin baĢçısı, qoĢunu, tərəfdarı. Yox, bunların 
qarĢısını vaxtında almasam, məni aradan götürərlər… Bəs mənim kimim var? 
Vəliəhdim yox, vur-tut Sultanbəyim adlı bir qızım var, onunla da vaxt tapıb hələ 
görüĢə bilməmiĢəm». 
Qabaqda yoluna qoyulası çox iĢlər vardı. Maneələri bir-bir aradan götürməliydi. 
Bu Hüseynqulu Xüləfa da, deyəsən, yavaĢ-yavaĢ çaĢır. OturuĢunda, duruĢunda, 
söz-söhbətində adamların gözü qabağında açıqca boynuma minnət qoymağa 
baĢlayıb. Onun sözünün baĢına ip salanda, qaladığı ocağın közünü eĢəndə belə 
çıxırdı ki, bu Hüseynqulu Xüləfa olmasaymıĢ, mən Qəhqəhə qalasında 
qalasıymıĢam.  
Ġsmayıl mirzə Hüseynqulu Xüləfanın bu əndazəni aĢan söz-söhbətinə son qoymaq 
üçün bir axĢam onu sınağa çəkdi:  
– Hüseynqulu Xüləfa, – dedi, – sən dünyagörmüĢ, ağıl-kamal sahibi olan bir 
kiĢisən. Bu neçə vaxtda fikir verirəm, sənin səviyyən bu xüləfalıq mərtəbəsini artıq 
ötüb keçmiĢdir. Mən sənə ali divanın vəkili (vəkalət-i ala) və hökmdarın naibi 
vəzifəsini təklif eləyirəm. 
Hüseynqulu Xüləfa yaxĢı bilirdi ki, sufilər onu mürĢidi-kamilin xəlifəsi və naibi 
hesab edirlər, onun hökmünü Ģahın ikinci hökmü sayırlar. Buna görə təkcə 
Qəzvində onun arxasında on min sufi dayanır. Ġndi hökmdarın təklifi ilə xəlifət əl-
xüləfa vəzifəsindən imtina etsə, arxasında dayanan, onun Ģəxsiyyətinə əzəmət və 
möhtəĢəmlik gətirən on min sufini itirəcək. 
Evinin yuxarı baĢında Ģahanə oturmuĢ hökmdar ondan cavab gözləyirdi. Hökmdar 
onu yaman yerdə tutmuĢdu, qaçmağa yer yoxdu. Ona görə də dedi: 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
174 
 
– Hökmdar, mən xəlifət əl-xüləfa vəzifəsindən imtina etmərəm. Ġsrar edirsinizsə, 
vəkillik vəzifəsi də xüləfalıq mənsəbinin üstünə gəlsin. Əks təqdirdə vəkilliyə razı 
deyiləm. 
Ġsmayıl mirzənin gözləri qıyıldı, gicgahındakı damarlar qabardı: 
– «Qudurasan, a qurbağa. Sən bir bunun iddiasına, təĢəxxüs satmağına bax». 
Ağsaqqal, sözündən belə çıxır ki, sarayın xəlifət əl-xüləfası olmaq hökmdarın 
vəkili olmaqdan daha üstündür? 
– Hökmdar, illərlə xüləfalıq etmiĢəm, birdən-birə vəzifəmdən imtina etmək mənə 
çöçün gəlir. 
Ġsmayıl mirzə qəzəbini udub: 
– Nolar, – dedi, – məsləhət sənindi. 
Bununla da söhbət bitdi, amma Ġsmayıl mirzə Hüseynqulu Xüləfanın ədasını, 
arxasında duran on min sufisini, tamahının çoxluğunu unutmadı. Gecə yerinə 
girəndə Hüseynqulu Xüləfanın etirazını yadına salıb bir az da qəzəbləndi: «Sən bir 
bunun həddini aĢmağına bax, qudurğanlığına bax! Dayan, sabah açılsın, mən sənə 
yerini göstərərəm!». 
Səhəri gün rumlu əmirləri onun hüzurunda olanda üzünü onlara tutub soruĢdu: 
– Hörmətli əmirlər, mən sizdən eĢitmək istəyirəm, sufilər və taliblər mürĢidi-
kamilin sözündən çıxsalar və onun göstəriĢinə tabe olmasalar, onda sufiliyin 
yoluna, Səfəviyyə Ģeyxlərinin qaydalarına əsasən onlara nə mükafat düĢür?  
Ġsmayıl mirzəylə Hüseynqulu Xüləfanın arasında olan söhbətdən xəbərsiz olan 
rumlu əmirlər dedilər: 
– Hökmdar, mürĢüdi-kamilin buyruğundan boyun qaçıran, ona tabe olmayan, 
kimliyindən asılı olmayaraq, hər kəs xəta sahibidir və rədd olunmuĢ bir Ģəxsdir. 
– Cənablar, sizin hörmətli Hüseynqulu Xüləfa mənim təklif etdiyim dövlətxananın 
vəkili olmaq kimi Ģərəfli bir vəzifədən imtina etmiĢdir. Mənə qarĢı göstərdiyi 
iltifatın qarĢısında onu Ģərəfləndirmək istədim, o isə mənim sözümü yerə saldı. 
Əmirlər baĢlarını aĢağı salıb deməyə söz tapmadılar. 
Ġsmayıl mirzə ilə əmirlər arasında olan söhbəti olduğu kimi Hüseynqulu Xüləfaya 
çatdırmıĢdılar. O, tez-tələsik geyinib-kecinib hər səhər olduğu kimi hökmdarın 
hüzuruna tələsdi. Ġsmayıl mirzədən üzrxahlıq etmək, qaranlıq mətləblərə aydınlıq 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
175 
 
gətirmək istəyirdi. O, öz evinin – hökmdarın hal-hazırda dövlətxanaya çevirdiyi 
evin qapısını açıb həmiĢəki kimi vüqarlı və səlahiyyət sahibi kimi içəri keçmək 
istəyəndə yolunu kəsdilər. Hüseynqulu Xüləfa hələ nə baĢ verdiyini, qarĢıda onu 
nələr gözlədiyini bilmədiyindən qəfəsə salınmıĢ ilan kimi fısıldadı: 
– Haciblər, qorçular, bu nə deməkdir, siz məni tanımırsınızmı? 
BaĢı qapının çərçivəsini «öpən» hacib dedi: 
– Ġçəri girmək olmaz, hörmətli Hüseynqulu Xüləfa. Bu ev sizə məxsus olsa da, hal-
hazırda padĢahımız bu evdə məskunlaĢmıĢdır. PadĢahın qaldığı yer isə Səfəvilər 
xanədanının dövlətxanası sayılır. 
Hüseynqulu Xüləfanın gözləri az qaldı hədəqəsindən çıxa: 
– Ay qardaĢ, axı mən bu dövlətxananın xəlifət əl-xüləfasıyam («Bu evin 
yiyəsiyəm» sözlərini isə ürəyində dedi). 
– Bəli, elədir. Amma siz Hüseynqulu Xüləfa qızılbaĢların mürĢidi-kamili olan 
padĢahın yanında təqsirkar və xəta sahibisiniz. 
– Mən günahımın nə olduğunu mürĢidi-kamilin öz dilindən eĢitmək istəyirəm. 
Ġçəri keçməyə cəhd edən Hüseynqulu Xüləfanın qarĢısında «ətdən» çəpər çəkdilər: 
– Olmaz! 
– «Ġlahi, sən bir iĢə bax, öz evimə girmək üçün icazə istəyirəm! Dağıl, ay dünya, 
dağıl!» PadĢahımıza söyləyin… 
– Olmaz! MürĢidi-kamilimiz sizi bağıĢlamayıb. Sufilik davranıĢ tərzinə görə, sizin 
dövlətxanaya daxil olmağınız caiz deyildir. Hüseynqulu Xüləfa, mürĢidi-kamilimiz 
sizi hüzuruna çağırana qədər dərgahın qapısı ağzında əyləĢin. 
Hüseynqulu Xüləfanın baĢqa çıxıĢ yolu yoxdu. Elə bir oyuna düĢmüĢdü ki, oradan 
necə və nə sayaq çıxacağını təsəvvür eləyə bilmirdi. Halı özündə deyildi. Hazırda 
yaĢadığı mənzilə gedə də bilməzdi. Çünki haciblər qapının ağzında oturmaq üçün 
yerini göstərmiĢdilər. Öz qapısının ağzında günahkar kimi oturmaqdan baĢqa əlacı 
yoxdu. Elçi daĢının üstündı oturub (bu mərmər daĢın üstə oturub saatlarla onu 
gözləyənlər çox olmuĢdu) baĢını əlləri arasına aldı. Hüseyn bəyYüzbaĢının səsi 
gəldi qulaqlarına: «Səni qara eĢĢəyin belində tərsinə oturdub Qəzvinin küçələrində 
gəzdirəcəklər». Belə görünürdü ki, Hüseyn bəy YüzbaĢı ondan daha uzaqgörən 
imiĢ. Hər kəsdən hörmət-izzət görən Hüseynqulu Xüləfa öz tutduğuna mat 
qalmıĢdı. Heydər mirzənin ölümünə öz evinə girə bilməmək üçünmü fitva 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
176 
 
vermiĢdi? Sən bir taleyin iĢinə bax, Səfəvilər xanədanında sözü ən keçərli birisi 
olmaq əvəzinə öz evinin astanasındakı elçi daĢının üstündə oturub günahının 
bağıĢlanmasını gözləyir. Ağıllı və hiyləgər olduğundan, hökmdarın gözündən 
düĢməyin nə demək olduğunu, bunun nə ilə bitəcəyini çox yaxĢı bilirdi. Öz 
ehtiyatsızlığı üzündən Qəhqəhə qalasının dünənki dustağının gözündən çox tez 
düĢmüĢdü. Hökmdar on gün idi ki, onun evində qalırdı. Qazandığı hörmət-izzət bu 
on günün içində ayaqlar altına atılmıĢdı. Yəqin Heydər mirzənin qanı tutub onu. – 
Bu zaman Heydər mirzənin kəsik baĢı gözləri önündə canlandı: «Alın, bu da sizin 
Ģahın baĢı!». Ġlahi, nə dəhĢətli mənzərəydi. Amma o anlarda bu dəhĢətli 
mənzərədən zövq almıĢdı. Acı-acı düĢündü ki, atalar yaxĢı deyib, gen qaz, dərin 
qaz, axırda özün düĢərsən. 
Günortaüstü, acından qarnı quruldayanda içəridən bir nəfər yanına gəlib dedi: 
– Hüseynqulu Xüləfa, padĢahımız buyurdu ki, öz mənzilinizə gedəsiniz, əgər sizə 
deyiləsi sözü olarsa, çağırtdıracaq. 
 
Hüseynqulu Xüləfa bu sözləri eĢidəndə rahat nəfəs aldı. Hıqqınaraq ağır gövdəsini 
yerdən qaldırdı. «Yəqin Allah özü padĢahın qəlbinə rəhm hissi salıb. Yolunda can 
qoymuĢam, qanlar axıdılıb, heç insafdandırmı sufilərin qarĢısında urvatsız olum». 
Ağır addımlarla mənzilinə yollandı. QarĢısına süfrə saldılar, çay-çörək gətirdilər. 
Boğazından çörək keçmədi, bir-iki qurtum çay içdi. Arvadı soruĢdu: 
– Nə olub, nə baĢ verib, niyə qəm dəryasına qərq olmusan?  
– DanıĢma, arvad, aləmə papıĢ tikənin indi özünə papıĢ tikiblər! 
– Axı günahın nədir? 
– Həddimi aĢmağım. 
– Sən ki aləmə ağıl verirsən, ağlını niyə unutmusan, a kiĢi? 
– Allahım belə məsləhət bilib. Vəkilliyə razı olmayıb, padĢahın qüruruna 
toxundum. O da məni öz evimin kandarından içəri buraxmadı. 
Yazın gözəl axĢamında Hüseynqulu Xüləfanın canına üĢütmə düĢdü. Qalxıb 
yatağına girdi, üstünü də qalın yorğanla basdırtdı. (Bədəninin üĢüməsinə dözə 
bilərsən, için üĢüdüsə vay halına). 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
177 
 
Hüseynqulu Xüləfa iki gün evdən çıxmadı. Üçüncü gün Ġsmayıl mirzə rumlu 
əmirlərindən Dəli Budağı yanına çağırtdırdı: 
– Bu günlərdə Hüseynqulu Xüləfanı görməmisən? 
– GörmüĢəm, hökmdar. 
– Halı necədir, nə fikirləĢir, məramı nədir?  
– Halı pəriĢandı. Hökmünüzdən çıxdığı üçün çox peĢmandı. Canının salamat 
qalması üçün dövlətxananın itsaxlayanı olmağa belə hazırdı. 
Ġsmayıl mirzə gülümsədi. 
– O məni rəhmdil atam ġah Təhmasiblə qarıĢıq saldı. Hər tərpəniĢində 
öyündüyünü gördüm. Yolumda əmək sərf edənlərin əməyini də öz ayağına yazırdı. 
Artıq onun Qəzvində qalması könlümü bulandırır. Amma mən onun 
dustaqxanadan çıxmağım üçün göstərdiyi xidmətini də əvəzsiz qoymaq istəmirəm. 
Dəli Budaq Hüseynqulu Xüləfanın Ģahın qəzəbindən xilas olduğunu zənn edib: 
– Hökmdar, Allah sizdən razı olsun, – dedi: 
– Budaq kiĢi («Dəli» ayamasını bilərəkdən xatırlatmadı), mən bu dünyada və 
axirətdə savab qazansın deyə Xüləfanı MəĢhədin qorçularının qorçubaĢısı 
vəzifəsinə təyin eləyirəm. Qoy yerdə qalan ömrünü Ġmam Rzanın məqbərəsində 
xidmətdə keçirsin. 
Dəli Budaq ikiqat oldu: 
– Məsləhət sizindi, hökmdar. 
– Budaq kiĢi, bu gün Hüseynqulu Xüləfanı ata mindirib paytaxtdan çıxardırsan. 
– Gözüm üstə. 
Dəli Budaq yerindən qalxmaq istəyəndə hökmdar gözlənilmədən baĢqa mətləbə 
keçdi: 
– Darıxma, indi gedərsən. Sən doğru danıĢan bir kiĢisən, ona görə də sənə Dəli 
Budaq deyirlər. 
– Vallah, hökmdar, hələ də bilmirəm nəyin dəlisiyəm? 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
178 
 
– Budaq kiĢi, bu camaat istəsə ağıllını dəli, dəlini ağıllı eləyər. Nəsə, məramım bu 
deyil. De görüm əmirlərin hər gün Pərixan bəyimin hüzuruna yığıĢıb əmrinə 
müntəzir dayanmalarına camaat necə baxır? 
Dəli Budaq çəkinmədən dedi: 
– Hökmdar, siz Qəzvində olmayanda adamlar bu iĢə təbii baxırdı. Çünki 
baĢıpozuqluq olmasın deyə məmləkətin baĢında birisi oturmalıydı. Bilirsiniz ki, 
Pərixan bəyim atanızın müĢaviri, məsləhət verənlərindən idi. Bu gün isə siz 
Qəzvində ola-ola Pərixan bəyimin özünü az qala padĢah kimi aparması qızılbaĢlara 
xoĢ getmir. Doğrusu, səltənətin sütunları olan əmirlər arasında xanımın evində 
toplaĢmaq məsələsi barədə kinayəli söz-söhbətlər dolaĢır. 
– Pərixan bəyim nə düĢünür? 
– O, sizi qardaĢdan çox Osmanlı-Səfəvi müharibələrinin qəhrəmanı kimi sevir. Siz 
Qəhqəhə qalasında olanda barənizdə yazdığı mənzumə dillər əzbəriydi, əl-əl 
gəzirdi. Xanım həzrətləri belə düĢünür ki, sizin hakimiyyətə gəlməyinizdə 
müstəsna xidmətləri olub, deməli, padĢahlıq iĢlərinə də qarıĢa bilər. 
Ġsmayıl mirzənin hirsindən sifəti qapqara qaraldı: «Sən bir qudurmuĢluğa bax!». 
– Söylə, hər Ģeyi söylə, Budaq kiĢi. 
– Hökmdar, əmirlər, sultanlar, seyidlər, üləmalar, mən bəndəniz də belə düĢünürük 
ki, qadınların məmləkət iĢlərinə qarıĢması Səfəvilər xanədanının və padĢahlığın 
namusuna layiq deyildir! Hökmdar, boynum qıldan nazikdir, kiĢilərin Ģah ailəsinə 
mənsub bir xanım Ģahzadə ilə oturub-durması Səfəvilər sülaləsinin ləyaqətinə 
yaraĢmır. 
– YaxĢı, bu iĢi yoluna qoyarıq, Budaq kiĢi. Ġndi get o, Hüseynqulu Xüləfanı 
paytaxtdan çıxart, bir daha gözümə görünməsin. 
 
* * * 
 
Hüseynqulu Xüləfa ağlamaqdan özünü güclə saxlayırdı. Dəli Budaq Ģahın 
təkliflərini bircə-bircə ona söyləmiĢdi. Hüseynqulu Xüləfa MəĢhədin qorçubaĢısı 
vəzifəsinin nə demək olduğunu yaxĢıi bilirdi. ġah ona tamamilə etimadsızlıq 
göstərmiĢdi. Bu, təklif olunan vəzifədən çox onun boynundan asılmıĢ qəzəb və 
iltifatsızlıq niĢanəsiydi. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
179 
 
Rumlu tayfasında Ģahın ona rəva bildiyi vəzifənin adını eĢidən kimi ondan kənar 
gəzdilər, hətta gecə-gündüz qapısının ağzında oturub hər əmrini canla-baĢla yerinə 
yetirən mülazimləri də Hüseynqulu Xüləfanı tərk etdilər. Hüseynqulu Xüləfa baĢ 
vermiĢ bu hadisələrin öləzimiĢ iĢiğında keçmiĢinə baxanda odsuz-ocaqsız yandı. 
Həyatının indiki acı mənzərəsinə baxıb doğrudan-doğruya hürkdü. Dünənə qədər 
onu mürĢidi-kamilin xəlifəsi və naibi hesab eləyən, onun hökmünü hökmdarın 
ikinci hökmü sananlar, can-dildən ona tabe olanlar dərhal Hüseynqulu Xüləfanı 
unutdular. Zaman-zaman onu ucaldanlar, bir göz qırpımında ayaqlar altına atdılar, 
müdafiəsinə qalxmadılar. Ġndi dərk elədi ki, sən demə, onun arxasında bu vaxtacan 
dayanan on min iqtidarsız rumlu tayfası yox, iqtidar sahibi olan Təhmasib Ģah imiĢ. 
ĠĢdi, fələyin dəyirmanı tərsinə iĢləsə, hökmdarın iĢıq saçan Ģəhadət barmağı xeyir 
niyyətlə ona tuĢlansa, indi onu evinin altında tək-tənha qoyanlar bir göz qırpımında 
onun ətrafına toplaĢarlar. 
Acı-acı fikirləĢdi ki, belə bir miskin ikiüzlülər, aciz-avaralar əhatəsində 
yaĢamaqdansa, qorçubaĢı olub Ġmam Rzanın məqbərəsində xidmət etsə, yaxĢıdır… 
Dəli Budaq yəhərli kəhəri Hüseynqulu Xüləfanın qarĢısına çəkdi: 
– Hə, atlan görüm, Xüləfa. 
Hüseynqulu Xüləfa fısıldayaraq qalxdı, dünənə kimi ona «bəli-bəli» deyən Dəli 
Budağa: 
– Daha mən xüləfa deyiləm, qorçubaĢıyam. 
– Özü yıxılan ağlamaz, qorçubaĢı. At belinə qalxmaq sənə çətindi, ayağını bəri ver, 
– dedi və onu atın belində oturtdu, özü də atlandı, Hüseynqulu Xüləfanın atının 
cilovunu əlinə alıb qabağa düĢdü. Qəzvinin küçələrindən, məhəllələrindən 
keçdikcə Hüseynqulu Xüləfa tez-tez bərkdən: «Allah, sənə Ģükür! Allah, sənə 
Ģükür!», – deyirdi. Dəli Budaq ondan soruĢdu ki, ay bu günkü qorçubaĢı, dünənki 
xüləfa, nəyə Ģükür eləyirsən? Hüseynqulu Xüləfa cavab verdi ki, Hüseyn bəy 
YüzbaĢı deyən kimi də ola bilərdi. 
– O necə demiĢdi? 
– Hüseyn bəy demiĢdi ki, ey Xüləfa, gün gələr səni qara eĢĢəyin belində tərsinə 
oturdub Qəzvinin küçələrində gəzdirərlər. Ġndi ona Ģükür eləyirəm ki, məni qara 
eĢĢəyin belində tərsinə oturdub quyruğunu əlimə verməyiblər. 
Nəhayət, Qəzvindən çıxıb, Ģəhərdən xeyli aralıda, tənha çinarın yanında Dəli 
Budaq atının cilovunu dartdı. Dəli Budaq: 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
180 
 
– Əziz Xüləfa, incimə, – dedi, – bu Ģah əmridi, mən kiməm? Adicə bir buyruq 
qulu. Burda gözlə, gedim əĢyalarını göndərim. 
– Dəli ki dəli. Məni əĢyalarımla bir yerdə gətirə bilməzdinmi? 
– PadĢah belə məsləhət bilib. Di salamat qal. 
Hüseynqulu Xüləfa atdan düĢüb çinarın kölgəsində oturdu. Bu cür halı heç 
kitablarda da oxumamıĢdı. DüĢünməyin də mənası yoxdu. Artıq heç kəs idi, quruca 
adı qalmıĢdı. QoĢunu yox, tərəfdarları yox. Doğrudan da, ana gərək idi, dəsmal 
götürüb halına ağlayaydı. 
AxĢama yaxın Dəli Budağın göndərdiyi adam gəlib çıxdı. ƏĢyalarını, yaraq-
əslahını bir ata yükləmiĢdilər. Yükü gətirən adam Hüseynqulu Xüləfaya dedi ki, 
Damğana getsin. TapĢırıq belədi. Onu orada Damğanın hakimi Əli xəlifə 
Ağcaqoyunlu gözləyir. 
Hüseynqulu Xüləfa əlacsız qalıb atlandı, yüklü atın cilovunu yəhərin qaĢına 
bağlayıb üz tutdu Damğana. 
 
* * * 
 
Ġsmayıl mirzə Hüseynqulu Xüləfanı Qəzvindən çıxartdıqdan sonra onun evini tərk 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin