Milli Virtual Kitabxananın e nəşri n 01 58 (2012) Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum: Azərbaycan yazı



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7187
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   23
ġamlını, ustaclıların əmiri Pirə Məhəmməd xanı və indi qala qapısının ağzında 
durub Ġsmayıl mirzəyə dil tökən Qaradağ hakimi Xəlifə Ənsarı Qəhqəhə qalasına 
göndərdi. Allahın bildiklərini bəndələr bilməz. Hüseynqulu Xüləfa Rumluyla Vəli 
xəlifə ġamlı, Pirə Məhəmməd xan Ġsmayıl mirzəni bu «oğurluq» iĢində təqsirsiz 
bilib, Ġsmayıl mirzəni müdafiə etdilər. Xəlifə Ənsar isə, qala rəisi Həbib bəyi haqlı 
sandı. Məsələ mübahisəli oldu. Hər tərəf özünü daha ədalətli və haqlı sanırdı. Bu 
mübahisə Qəzvində Ģahın hüzurunda da davam etdi. Heç nə sübut olunmadı, əsl 
oğru üzə çıxmadı. Beləcə, gümüĢ-qızıl külçəsinə görə qızılbaĢ tayfaları arasına 
düĢmənçilik toxumu səpildi və zaman keçdikcə bu toxum cücərib ətrafı qapsadı. 
Ġsmayıl mirzə üç gün, üç gecə Qəhqəhə qalasına heç kəsi buraxmadı. Bu üç gün, üç 
gecə ərzində Ġsmayıl mirzənin adı yenə dildə-ağızda dolaĢmağa baĢlamıĢdı. 
Azərbaycanın hər yerindən camaat dəstə-dəstə qalaya axıĢırdı. Ġsmayıl mirzə 
yuxusuz, gərgin gecələr keçirsə də, özünü gümrah hiss eləyirdi. Üç gündən sonra 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
149 
 
səhər-səhər qalanın mağzalından baxanda ətrafda nəhəng bir izdiham gördü. Elə bu 
vaxt qalanın içindəki söyüd ağacının gövdəsinə bir ox sancıldı. Ġsmayıl mirzə tez 
düĢüb oxu dartıb çıxardı. Oxa məktub sarınmıĢdı. Açıb oxudu: «Əlahəzrət, Pərixan 
bəyimin əmri ilə səni Qəzvinə aparmağa gəlmiĢik. Ordu çöldə alaçıqlar qurub sizin 
təĢrif buyurmağınızı gözləyir! Hörmətlə, Heydər sultan Çabuq».  
Məktubu cibinə qoydu. Çölə atılmağın, azadlığa qovuĢmağın vaxtı çatmıĢdı. 
Qorçuları yanına çağırdı:  
- Qaladan çıxırıq, dostlar, qapıları açın! 
Ġsmayıl mirzə üzünə açılmıĢ qapıdan ağır addımlarla çıxdı. Düz yeddi min yüz otuz 
səkkiz gün bundan qabaq bu qalaya dustaq olaraq salınmıĢdı, indi 19 il 6 ay 21 
gündən sonra oranı Ģah kimi tərk edirdi: «Sənə inanmayan kafirdi, Ġlahi», - 
dodaqaltı pıçıldadı.  
Kütlə onu «ġah! ġah! Allah, Allah!» deyə-deyə Heydər sultan Çabuqun alaçığına 
qədər müĢayiət etdi. Ġsgəndər bəy də Qəzvində Heydər sultanın dəstəsinə qoĢulub 
Qəhqəhə qalasına gəlmiĢdi. O, bütün baĢ verənləri öz gözü ilə görüb yazmaq 
istəyirdi. Ġsgəndər bəy adını çox eĢitdiyi Ġsmayıl mirzəni ilk dəfə idi yaxından 
görürdü. Uca boylu, qədd-qamətli, yeriĢindən, sifətindən məğrurluq, qətiyyət 
yağan Ġsmayıl mirzə ona olduqca xoĢ təsir bağıĢladı. 
Heydər sultan Çabuq qabaqda, qorçular arxada Qəhqəhə qalasından Ģah kimi 
çıxmıĢ «dustağın» qarĢısına yeriyərək diz çökdülər. Sonra Heydər sultan Çabuq 
hələ taxta çıxmamıĢ Ģahı içərisi əlvan keçələr, xalçalarla döĢənmiĢ alaçığa dəvət 
etdi. 
Ġsmayıl mirzə alaçıqda çox qalmağa qərarı tutmadı. Heydər sultan Qəzvində baĢ 
vermiĢ olaylardan atüstü söhbət saldı. Bacısı Pərixan bəyimin, Hüseynqulu 
Xüləfanın onun Ģah taxtında oturması üçün göstərdikləri xidmətləri haqqında 
eĢitdi, sonra əlini dizinə vurub: «Xub. Çox gözəl! Zindanda oturmaqdan 
yorulmuĢdum, indi də burda oturmaqdan sıxıldım, - dedi. - Çıxaq eĢiyə, görək 
qızılbaĢlar neyləyir, nə düĢünürlər». 
O, çadırdan çıxanda cilovdar dərhal almagözlü, yalmanı hörüklü, gümüĢ 
sinəbəndli, qızıl yəhərli qara kəhəri onun qarĢısına çəkdi. On doqquz il altı ay 
iyirmi bir gün idi at minmirdi. Halbuki atı canı qədər sevirdi. Cilovdarın köməyini 
gözləmədən cəld atın belinə qalxdı. Ġzdiham yenə «ġah! ġah!», deyə uğuldadı. 
Ġsmayıl mirzə atın üstündə daha da qədd-qamətli, məğrur və qürurlu görünürdü. 
Camaatın içində pıçapıç baĢladı: «Babası ġah Ġsmayıldı ki durub. Torpağı sanı 
yaĢasın!» 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
150 
 
Hələ qan tökülməmiĢdi. Amma Ġsmayıl mirzənin piĢvazına gələnlərin arasında qan 
tökülməsini, kiminsə gözlərinə mil çəkilməsini, baĢların bədəndən ayrılmasını 
görmək istəyənlər vardı. Ġnsan xisləti belədi, sevdiklərini at belində, sevmədiklərini 
dar ağacında görmək istəyir. Hələ ki dar ağacları qurulmamıĢdı, cəlladlar gözə 
görünmürdülər, gözə çəkmək üçün manqallarda millər qızdırılmırdı. Yaxın, uzaq 
kəndlərdən, Ģəhərlərdən Ġsmayıl mirzəni ziyarətə gələnlər elə bil nə isə qeyri-adi 
bir hadisə, möcüzə gözləyirdilər. Kütlə artıq darıxırdı, baxmağa tamaĢa istəyir, 
canlı qurban tələb eləyirdi. Qurban da uzaqda deyildi, elə kütlənin arasındaydı. 
Sadəcə, onu niĢan vermək lazımdı. Nəhayət, ilk qurban tapıldı - Qəhqəhə qalasının 
rəisi Xəlifə Ənsar! Bir dəstə siyirməqılınc adam ona doğru Ģığıdı. Xəlifə Ənsar 
belə bir hücumu gözlədiyindən, bir göz qırpımında özünü Ġsmayıl mirzənin atının 
ayaqları altına atdı. Əliqılınclılar əldən çıxmıĢ «ovu» göstərib bağırıĢdılar: 
- ġah sağ olsun, bax, bu Xəlifə Ənsar sizə qarĢı hörmətsizlik etdiyinə görə 
ölməlidir! 
Ġsmayıl mirzə əvvəl-əvvəl dağ baĢında qərar tutmuĢ Qəhqəhə qalasına baxdı, sonra 
əlini havaya qaldırdı. O dəqiqə bağırıĢan ağızlara sanki möhür vuruldu. 
Xəlifə Ənsar Ġsmayıl mirzənin atının gümüĢ pulcuqlarla bəzədilmiĢ cilovundan 
yapıĢıb dedi: 
- Hökmdar, sizin qarĢınızda təqsirkaram və hər bir cəzaya layiqəm. Əgər hökmdar 
mənim qətlə yetirilməyimə razıdırsa, onda göstəriĢ versin, bu hökmü onun 
mülazimləri yerinə yetirsinlər, qanıma yerikləyənlər yox… Hökmdar, iltifat 
göstərin, mən bu xəcalətdən, baĢıaĢağılıqdan qurtulum! 
Ġsmayıl mirzə gözlərini tamaĢa axtaran, qurbanını parçalamağa hazır olan kütləyə 
dikdi: 
- Camaat, mən qalada dustaq olanda əhd eləmiĢdim ki, bir gün düĢmənlərin 
tələsindən qurtarsam, tale üzümə gülsə, heç kimdən intiqam almayacağam. 
Ġsmayıl mirzənin atının cilovundan bər-bərk yapıĢmıĢ Qəhqəhə qalasının rəisi 
dünənki dustağının son sözünü gözləyirdi. Həyatı o sözdən asılıydı. 
- Ey Xəlifə Ənsar, sən xidmətkarlıq, nökərlik borcunu yerinə yetirib, öz 
vəlinemətin olan atam ġah Təhmasibin əmrinə riayət edib məni həbsxanada 
saxlamısan, istəklərimə məhəl qoymamısan. 
Bu yerdə hamı Ġsmayıl mirzənin elə indicə Xəlifə Ənsarın qətlinə fərman 
verəcəyini gözləyirdi. Elə atın cilovundan yapıĢmıĢ Xəlifə Ənsar da. Ancaq 
Ġsmayıl mirzə hələ qətl məsələsinin üstünə gəlmədi: 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
151 
 
 
- Ey Xəlifə Ənsar (qısa, amma ilə bərabər bir sükut, hamı nigarançılıq içində), 
yaxĢı nökər sənin kimi olmalıdır! Sən, sənə tapĢırılan iĢi yerinə yetirərkən heç 
kimi, hətta mənim kimi Ģah oğluna da etina etməmisən və düz eləmisən. Sən 
azadsan! Əmirlərim sırasında ən layiqli yerlərdən biri sənindi. Qəhqəhə qalasının 
rəisi də sənsən. 
Ġzdiham yenə dalğalandı: «ġah! ġah!» Bayaqdan Xəlifə Ənsarı Ģaqqalamağa, 
baĢını bədənindən üzüb içinə saman təpməyə hazır olanlar mısmırıq sallayıb geri 
çəkildilər. 
Yox, kütlə əliboĢ dağılıĢmaq, Ģad xəbərlə evlərə dönmək istəmirdi. Ona günlərlə 
çözələməyə hadisə gərək idi. Əgər hadisə yoxdursa, onu törətmək lazım idi. Bunun 
üçün hələ Qəzvinə gedib Çehelsütun eyvanında Ģahlıq xalçasının üstünə çıxıb 
cülus eləməmiĢ Ġsmayıl mirzənin qafasını kin-küdurətlə doldurmaq gərək idi. Yada 
salınası o qədər könül bulandıran iĢdəklər vardı ki. Ocağı körükləməyə də istənilən 
qədər ətəklər… 
- Bəs, ustaclı tayfası? Hanı onların əmri Hüseyn bəy YüzbaĢı? Hardadı o süfrəçi 
Murad xan Ustaclı? - deyə kimsə bağırdı. 
- ƏĢi, bu ustaclı «qəhrəmanları», Allah bili, baĢlarını hansı deĢiyə soxublar. 
Kimsə dedi ki, Murad xan Ustaclını Ģah Kəcur qalasını tutmağa göndərmiĢdi. 
ġahın ölüm xəbərini eĢidən kimi Lahicana - Pirə Məhəmməd xan Ustaclının yanın 
gedib. 
Ġsmayıl mirzə Pirə Məhəmməd xan adını eĢidəndə barmağını diĢlədi. Bu haman 
Pirə Məhəmməd xan idi ki, «qızıl-gümüĢ külçəsi» əhvalatında Ġsmayıl mirzənin 
tərəfini saxlamıĢdı. Bəs onda Heydər mirzə tərəfdarı süfrəçi Murad xan Ustaclının 
Pirə Məhəmməd xanın yanında nə iĢi var? Ġsmayıl mirzə hiss etdi ki, içi bulandı, 
Ģübhə Ģüuruna hakim kəsildi. 
Kütlə içindən kimsə bağırdı: 
- Eybi yox, onlar burda yoxdular, amma baĢqa ustaclılar burdadı. Ġndi onların 
dərsini verərik. 
Yenə kütlə dalğalandı, ağızlar köpükləndi, sinələr körükləndi və ələ keçən bir 
ustaclı ayaqlar altına alınıb palçıq kimi tapdalandı. Yerdə qalan ustaclılar atlarını 
Ərdəbilə sarı çapdılar. Ölümdən qurtulub ġeyx Səfi məqbərəsinə sığınsaydılar, 
adətə görə, onlara zaval yoxdu. Ġsmayıl mirzə əcdadlarının ruhuna pənah gətirmiĢ 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
152 
 
bu adamlara toxunmayacaqdı. YaxĢı ki, ustaclaları təqib eləyən olmadı. Ərdəbilə 
isə neçə ağac* yol vardı. 
… Nəhayət coĢmuĢ, qana susayan kütlə təpiklər altında canını tapĢırmıĢ ustaclıdan 
əl çəkib, heç nə olmamıĢ kimi dağılıĢdı. 
 
XXIII FƏSĠL 
YOLLARA DĠKĠLĠ GÖZLƏR 
 
Ya təbib adını tərk eylə, təbabət etmə, 
Ya mənim dərdimi tap, gör niyə tüğyan elədim. 
XürĢidbanu Natəvan 
 
P ərixan bəyimin gözləri yolda, qulağı səsdəydi. Neçə gün idi nigaranlıq içində 
çırpınırdı. Qorxurdu ki, Heydər mirzənin tərəfdarları Ġsmayıl mirzəni aradan 
götürər. Bu neçə gündə Qəzvin də qaynar qazana dönmüĢdü. Belə gedərsə, 
məmləkət ayrı-ayrı qızılbaĢ tayfa baĢçılarının əli ilə parçalanacaq. Oturub Ġsmayıl 
mirzənin Qəhqəhə qalasından qayıdacağı, cülus edəcəyi günü gözləmək 
təhlükəliydi. Sonra hər dəqiqə məcrasından çıxıb qarĢısına çıxanı yaxıb-yandıracaq 
insan selinin qarĢısını almaq olmazdı. Pərixan bəyim özünü toparlayıb saraya yaxın 
sultanları, əmirləri, üləmaları Çehelsütun eyvanına yığıb Ağsaqqallar Ģurası 
yaratdı. «Ölkəni baĢçız qoymaq olmaz» - dedi. Əmirlər onun qərarını alqıĢladılar 
və hər iĢdə onunla həmrəy olacaqlarına söz verdilər. Pərixan elə oradaca 
Ağsaqqallar Ģurasının razılığı ilə Ģəhərə ordu yeritdi. AxĢamtərəfi qorçubaĢı 
dövlətxanaya - Pərixan bəyimin hüzuruna Ģad xəbərlə gəldi. ġəhərdə Ģərə-Ģür iĢlər 
törədənlərin, ipə-sapa yatmayanların qarĢısı alınmıĢ, sabitlik bərpa olunmuĢdu. 
Pərixan bəyim qorçubaĢına göstəriĢ verdi ki, təkəli tayfasının əmirləri Ġsmayıl 
mirzəni qarĢılamaq üçün yola düĢsünlər. QorçubaĢı təzim edib əmri yerinə 
yetirməyə getdi. O, təkəli əmirlərini paytaxtdan uzaqlaĢdırmaqla bu tayfanı, bir 
növ, baĢsız qoymaq istəyirdi. 
Çox qısa vaxtda Pərixan bəyim hakimiyyəti tamamilə əlinə ala bildi. Artıq onun 
əmrindən çıxmağa bir nəfər də olsun cürət etmirdi, elə bil hamının əlini, ağzını 
bağlamıĢdılar. Əmirlər, sultanlar Pərixan bəyimin cəsarətindən, ağlından, dərin 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
153 
 
zəkasından ağızdolusu danıĢırdılar. Dövlətxanada yalnız Hüseynqulu Xüləfa özünü 
haqq-sayı olan adam kimi aparırdı. Pərixan bəyimin Xüləfanın təkəbbürlü 
davranıĢından xoĢlanmasa da, hələlik ona bir söz demirdi. Ġsmayıl mirzənin 
gəliĢini gözləyirdi. Artıq qasidlər ona müjdə gətirmiĢdilər. Ġsmayıl mirzə Qəhqəhə 
qalasından sağ-salamat çıxmıĢdı. O, bu xəbəri eĢidəndə çox sevindi: «Kərəminə 
Ģükür, Xudaya, - dedi. - Səfəvilər xanədanı xilas olacaq!» 
Pərixan bəyimin uçmağa qanadı yoxdu. Nəhayət, illərlə xəyalında canlandırıb 
yaĢatdığı, qürur duyduğu Osmanlı-Səfəvi müharibəsinin qəhrəmanını yaxından 
görəcək, onunla ünsiyyətdə, məsləhət-məĢvərətdə bir yerdə olacaqdı. Pərixan 
bəyim nədənsə Ġsmayıl mirzəyə hər Ģeyə qadir, əqidəsi yolunda canından keçməyə 
hazır kaml bir insan kimi baxırdı. «Qoy gəlib Ģahlıq taxtına otursun, haqqı-ədaləti 
bərpa eləsin, tayfalar arasında baĢ verən bu ixtilaflara son qoysun. (Arzuları içdən 
gəldiyindən düĢündükcə lap gözləri dolurdu). Gəl, Ġsmayıl, tez gəl, qardaĢım! Gəl, 
əllərində təbil çala-çala Ģahın qarĢısında gedən, Allahın, Ģahın ünvanına mədhlər 
söyləyəndən sonra «Səd hezar lənət bər Ömər, Osman, Əbu Bəkr» deyə xəlifələrə 
lənət oxuyan təbərrayiləri* yerində oturt. Axı, lənət oxuduğumuz bu Ömər, 
Osman, Əbu Bəkr də Peyğəmbər salavatullahın silahdaĢları olmayıblarmı?! Ġndi 
biz Ģiyə məzhəbik deyə, onlara lənətlərmi yağdırmalıyıq? Axı, niyə sünni 
məzhəbinə xidmət edənlər küçəboyu lənət oxuya-oxuya gedən təbərrəyləri görəndə 
qulaqlarını tutub evlərinə qaçmalıdırlar? Ġsmayıl, qardaĢım, mənim ümidim, sənə o 
qədər deyiləsi sözüm var. Mən səni altmıĢ minlik yox, yüz minlik süvarinin 
önündə görmək istəyirəm. Babamız ġah Ġsmayıl kimi cəsur, qorxmaz qardaĢım. 
ĠtirilmiĢ torpaqlarımızın geri qaytarılması yolunda döyüĢlərinin Ģahidi olaram, 
inĢaallah! Əlbəttə, məmləkətin min bir dərdi var, hamısını bir gündə həll etmək 
olmaz. Bu iĢlər tədricən həll olunmalıdır. Bir də, unutma, Ģahlıq taxtına sahibliyin 
üçün çalıĢmıĢ kəslərin hamısı ilə yol yoldaĢı olmaq olmaz. Onların hərəsi bir 
niyyətlə atlanmıĢdılar. Heç vaxt Ģah ola bilməyənlər özlərini, var-dövlətlərini 
qorumaq üçün haqqı çatan ya çatmayan birini Ģah seçirlər. Sonra «Öndə sən dur, 
arxanda biz» deyirlər. Bir düĢün. On min sufi rumlunun baĢında duran, bir göz 
iĢarəsi ilə qardaĢın Heydər mirzənin boynunu vurdurub ayaqlar altına atdıran 
Hüseynqulu Xüləfa ilə haracan getmək olar? O, səndən daha böyük vəzifə, mənsəb 
umacaq. Ġstədiklərini ona versən, xalqın gözündən düĢərsən, verməsən, bil ki, 
gürzənin quyruğunu basmısan. ĠnĢaallah, ondan qurtulmağın yolunu özün taparsan. 
Adamların xisləti belədir, bir Ģeyi əldə eləmək üçün birləĢər, səs-səsə, əl-ələ verər, 
elə ki birinin mənafeyinə bir balaca toxundun, düĢmənə çevrilərlər». 
Nökərin qəfil gəliĢi Pərixan bəyimi düĢüncədən ayırdı. Sorğu dolu baxıĢlarını 
nökərə zillədi: 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
154 
 
- Xeyirdirmi? 
- Xeyirdi, bəyim. Bədiüzzaman mirzə yanınıza gəlmək istəyir. 
- Gəlsin. 
Bədiüzzaman bir qədər pörtmüĢ halda içəri girdi. Bir an özünü necə aparmağı 
barədə düĢündü. Pərixan bəyim onun niĢanlısı olsa da, hal-hazırda məmləkət onun 
hökmü altındaydı. 
Pərixan bəyim yerindən qalxıb ona sarı gəldi. 
- Niyə donub qalmısan, keç otur. 
Bədiüzzaman göstərilən yerdə əyləĢdi: 
- Düzü, bilmirəm sənə necə müraciət edim. Hökmdar deyim, yoxsa niĢanlım. 
- Adımla çağırsan yetər. 
- Pərixan bəyim, istəsən də, istəməsən də səndə hökmdar ədası var. 
- Bəlkə sənə belə gəlir. 
- Yox, belədir ki var. Səsinin ahəngində də hökmranlıq hiss olunur. 
Pərixan bəyimin qaĢları çatıldı: 
- Bədiüzzaman, sən bunları mənə demək üçünmü gəlmisən? 
- Yox, mən səni aparmağa gəlmiĢəm. 
- Hara? 
- Sistana, axı mən oranın valisiyəm. 
- Bilirəm. 
- Bilirəm, bilirsən. Neçə vaxtdır Qəzvindəyəm. Vilayəti baĢsız qoymaq olmaz, 
getməliyəm. Amma səni də özümlə aparmaq istəyirəm. Bəsdir daha, bir belə də 
niĢanlı qalmaq olarmı? Gedək toyumuzu eləyək. 
Pərixan bəyim tutqun səslə: 
- ġah atamızın qırxı heç çıxmayıb, Bədiüzzaman, toy nədi? 
- Pərixan, mən səni siyasətin içindən dartıb çıxarmaq istəyirəm. Siyasət dibi 
görünməyən bataqlıqdı, ora düĢən çıxa bilmir. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
155 
 
- Nə siyasət, mən ki Ģah deyiləm?! 
- Doğrudu, amma bir gün dözməyəcəksən, Ģahlıq taxtına gedən yolunu 
təmizlədiyin Ġsmayıl mirzəyə nəsə deyəcəksən. Dediklərin bəzən ona xoĢ gələcək, 
bəzən yox. Olacaqsınız düĢmən. 
Pərixan ürəkdən güldü: 
- MaĢallah, lap münəccimlik eləyirsən. 
- DüĢündüyüm kimi olmasını istəməzdim. Amma belə olacağını da göz altına al. 
- XoĢum gəldi, yolumda fədakarlıq eləyirsən. 
- Bəs niĢanlım deyilsən? 
Pərixan bəyim qəĢəng dodaqlarını büzdü:  
- Olmaz belə niĢanlılıqdan. 
Bədiüzzamanın qanı sifətinə vurdu: 
- Buna Ģübhənmi var, Pərixan? Biz ki, necə ildi niĢanlıyıq. 
- Mən ki sənin ilkin deyiləm (Bədiüzzaman bu sözləri gözləmirdi). Arvadın var, iki 
qız, bir oğul atasısan. Ġndi deyirsən, mən uĢaqlarının anasının üstünə günü gedim. 
O yazığın da günü qara olsun, gecələr yorğanını baĢına çəkib ağlasın. 
- Niyə ağlayır… Bəyzadələrdən hansı biri təknigahlıdı, Pərixan? 
- Doğmaca qardaĢın Ġbrahim mirzə. 
Bədiüzzaman bu söhbətdən çaĢıb qalmıĢdı. 
- Ürəyin doluymuĢ ki, Pərixan. 
- Əlbəttə, ürəyim doludu. Siz kiĢilər biz qadınların ürəyi ilə hesablaĢırsınız bəyəm? 
- Nədir axı sənin ürəyindəki? 
- Ürək süfrə ha deyil, açıb göstərəsən. Onu bir baxıĢdan oxuyurlar. 
- Sən Ģairəsən, söz ustasısan, mən isə qılınc adamı. 
- Mən səninlə söz güləĢdirmirəm, Bədüzzaman, qəlbimdən keçənləri söyləyirəm. 
- Doğrusu, söylədiklərin qüruruma toxunur. Mən ki səni özümə zorla 
niĢanlamamıĢam. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
156 
 
- Doğrudu. Atam məsləhət bildi, mən də rəhmətliyin sözünü yerə salmadım. 
- Ġndi vəlinemətimiz dünyasını dəyiĢib deyə fikrindən dönürsən? 
- Mən əhdə vəfasız adam deyiləm, Bədiüzzaman. Amma Ģüursuz da deyiləm. 
Bəzən oturub baĢ verənləri götür-qoy eləyirəm, hadisələrin incəliyinə varıram, 
ortaya min bir sual çıxır. Yadına sal, sənin atan, mənin əmim rəhmətlik Bəhram 
mirzə bir dəfə də olsun qardaĢı ġah Təhmasibə qarĢı çıxmadı. Çünki bir atadan, bir 
anadan olmuĢdular. Amma atabir, ana ayrı qardaĢları Əlqas mirzəylə ġam mirzə 
xəyanət yolunu tutdular. 
- Sən günahı atabir, ana ayrı olmaqdamı görürsən? 
- Bəli. 
- Amma baĢqa bir mətləb də var. ġahzadələr bir yerdə böyümür, ata-ana məhəbbəti 
az görürlər. Hələ tifil ikən hərəsi bir məmləkətin hakimi olsalar da, həddi-büluğa 
çatanacan lələsinin, dayələrin tərbiyəsi ilə böyüyürlər. Bir-birindən uzaq düĢmüĢ 
Ģahzadələr arasında qardaĢ məhəbbəti az olur. Buna görə də hər biri taxt-tac sahibi 
olmaq istəyir, bir-birinə düĢmən kəsilir. 
- Razıyam səninlə, hakimiyyətə hərislik insanın bəsirət gözünü kor eləyir. Amma 
mən yenə də baĢlıca bəlanı çoxnigahlıqda görürəm. Biz atanı əsas götürüb, 
körpəsini doqquz ay qarnında gəzdirən, ona süd verən, beĢiyi baĢında layla deyən
əzizləyən ananı heçə sayırıq. ġah sarayında ayrı-ayrı analardan olan Ģahzadələr ona 
görə bir-birini sevmir. Məhəmməd mirzəylə Ġsmayıl mirzənin anası Sultanım 
bəyim türk qızı, Heydər mirzənin anası isə gürcü qızı. Sən mənə deyə bilərsənmi 
ki, gürcü qızı Ġslamı qəbul etdiyinə, Ģahın arvadı olduğuna görə bütün varlığıyla 
türk, müsəlman olub? Əsla ola bilməz! Qan özünü göstərməlidir. Bu qan bir günün 
yox, min illərin qanıdır. Mən də Heydər mirzəni sevmirdim (sükut). Onun 
ölümündə mən də təqsirkaram. Yəqin Tanrım bir gün buna görə cəzamı verəcək 
(sükut). Özümə min kərə sual verirdim, axı, bu Heydər mirzə sənə neyləyib, niyə 
onu sevmirsən? Bu barədə çox düĢündüm. Bəlanı bu çoxnigahlılıqda gördüm. Bax, 
buna görə də ailə qurmağa can atmıram. 
- Ömrün boyu subaymı qalacaqsan? 
- Bilmirəm. Mən ögey ana olmağı, görünür, bacarmayacam. 
- Axı oğul-uĢaq sahibi olmalısan, sonra gec olar. Təkliyin nə boyda əzab olduğunu 
baĢa düĢürsən? 
- BaĢa düĢürəm. Amma heç cür bu çoxnigahlılığı qəbul edə bilmirəm. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
157 
 
- Bu adət ki, peyğəmbərimizdən qalıb. 
- Nə olar. O dövrdə kiĢilərin çoxu müharibələrdə həlak olmuĢdu. Peyğəmbər 
salavatullah dul qalmıĢ qadınların taleyini düĢünüb çıxıĢ yolunu çoxarvadlılıqda 
görmüĢdü. Amma indi zaman dəyiĢib. 
- Pərixan, bu çoxnigahlılıq tək bizim baĢımızda görükməyib ha. Bineyi-qədimdən 
belədi. ġahlarımız da özgə qızlarıyla siyasət, nə bilim, sülh naminə evləniblər. 
- Doğrudur, amma nə desən, bəraəti yoxdur. Bəlanın bir çoxu çoxnigahlılıqdadır. 
Bir də bizim kiĢilər qadının necə gözəgörünməz bir qüvvə olduğunu görmürlər. 
Sən nə yollasa onu alıb gərdək dalına sala bilərsən, bədəninə, bağıĢla məni, sahib 
çıxa bilərsən, amma ürəyindəkilərə, beynindən keçənlərə sahib ola bilməzsən. 
- Razıyam. Amma bir Ģeyi bilmək istəyirəm. Sən də Ġsmayıl mirzəylə bir anadan 
doğulmamısan, amma taxtda oturması üçün fədakarlıq eləyirsən, bunun səbəbi 
nədir? 
- Mən ona Osmanlı-Səfəvi müharibəsinin qəhrəmanı, məmləkətimizin xilaskarı 
kimi baxıram. Mən vətənin birliyini, məmləkətin uzunömürlü olmağını ailə 
qurmaqdan üstün tuturam. Bir nəfər qızın nigaha girməməsi faciə deyil, amma 
məmləkət baĢsız qalarsa, fəlakət olar. 
- Ġsmayıl mirzənin hər müĢkülə çarə tapacağına, sənin arzularını həyata 
keçirəcəyinə belə inanırsan? 
- Hə, nədənsə çarəni onun Səfəvilər xanədanının taxtında oturmasında görürəm. 
- Nə olar, amma onun on doqquz ildən çox dustaq olduğunu heç vaxt unutma. 
- Səndən nə gizlədim, məni qorxudan da elə budur. Mən də ürəyimin dərinliyində 
onun Qəhqəhə qalasına mələk kimi girib, oradan Əzrail kimi çıxmasından 
ehtiyatlanıram. 
Bədiüzzaman dərindən köks ötürdü: 
- Nə deyim, Allah eləsin, axırı yaxĢı olsun. Rəhmətlik Ģahın yeri görünür. 
- Əlbəttə. Əlli dörd il məmləkəti idarə etmək hər kiĢinin iĢi deyil. 
- Elədir. (Sükut.) Ġcazə ver mən gedim. Sənin məramını bildim. Təəssüflənirəm, 
amma bir xanımın qəlbinə hökm etməyə haqqım yoxdur. 
- Bədiüzzaman (sükut), sən hər cür hörmətə layiq insansan. Ancaq məni baĢa düĢ, 
hələ toy əhvalında deyiləm. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
158 
 
Bədiüzzaman açıqca istehza ilə: 
- YaĢın çatmır? 
- YaĢ söhbəti deyil. Bundan da önəmli iĢlər var. Bir də, sənə dedim, kiminsə 
günüsü olmağı ağlıma sığıĢdıra bilmirəm. Mən Ģərikli heç nəyi sevmirəm. 
- Nəsə, məsləhət özünündür. Mən gedirəm Sistana, nə vaxt ehtiyac olsa, xəbər 
göndər, dərhal yanında olaram. 
- Allah səndən razı olsun. 
 
XXIV FƏSĠL 
ÇEHELSÜTUN EYVANINA GEDƏN YOL 
 
 
Bir baĢı ucaltmaq istəsə dövran, 
Kəməndə düĢəcək boyun ucaldan. 
Nizami Gəncəvi 
 
Ġ smayıl mirzə üç gün - üç gecə Qəhqəhə qalasının ətəyində qurulmuĢ alaçıqla 
qaldı. Heydər sultan Çabuq Ġsmayıl mirzənin daim yanında idi. Ġsmayıl mirzə 
qorçuların arasında qayğılı-qayğılı gəzən Ġsgəndər bəyi göstərib onun kimliyini 
soruĢdu. Hydər sultan Çabuq Ġsgəndər bəyin türkmən tayfasından olduğunu, Ģah 
dəftərxanasında mühasibat kitablarını yazdığını, siyaq elminin gözəl bilicisi, həm 
də çox tərbiyəli, nəzakətli bir cavan olduğunu söylədi. «Bu cavan həm də 
zəmanəmizin tarixini yazır» - deməyi də unutmadı. Ġsmayıl mirzə də, «ĠnĢallah, 
bizim tariximizi də yazar» - deyərək uzaqdan-uzağa Ġsgərdər bəyi sınayıcı 
nəzərlərlə süzdü…  
GünəĢ dağların arxasına çəkilmiĢdi. ġəfəqləri isə üfüqdən asılı qalmıĢdı. Bir azdan 
axĢam düĢəcək, əl-ayaq çöl-bayırdan yığıĢacaq, hər kəs bir küncə çəkiləcəkdi. 
Elə ki axĢam düĢürdü, Ġsmayıl mirzə tək qalırdı, Qəhqəhə qalasında keçirdiyi yeddi 
min yüz otuz səkkiz gün bir-bir gəlib xəyalından keçirdi. Ġndi də gecənin bir 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin