Milli Virtual Kitabxananın e nəşri n 01 58 (2012) Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum: Azərbaycan yazı



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7187
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
üzünün Allahı eləmiĢdi. «ġah, Allah! ġah, Allah!» deyə-deyə onu buna 
inandırmıĢdılar. Sözü təzəcə sönmüĢ ocaq kimi eĢəndə görürdü ki, deyilənlərdə 
həqiqət var. ġah məmləkətin, deməli, həm də ölkənin sakinlərinin Allahıydı. 
«Quran»da deyilir ki, Allah bağıĢlayandı, bəs yer üzünün Allahı necə, 
bağıĢlayandımı? BağıĢlaya bilirmi ona müxalif olanları, sözünün qabağında əks 
söz deyənləri? Of, of… yer üzünün Allahı olmaqdan imtina etmək nə müĢkül iĢ 
imiĢ?! Mümkün olmayanları bircə sözünlə sənin üçün mümkün eləyənlərdən, bu 
iĢvəli-qəmzəli həyat səhnəsindən, bu Allahlıq iddiasından əl çək görüm, çəkə 
bilirsənmi? Xəlvətə, kimsənin səni görə bilməyəcəyi bir guĢəyə çəkilib, göydəki 
Allahınla baĢ-baĢa qalmağı bacararsanmı?.. 
Bayaqkı möhtəĢəm səs bir az da yaxınlaĢdı. Aha, deyəsən bu səs heç də uzaqdan 
gəlmir, öz içindən, yaddaĢından gəlir. Hə, hə, elədir ki, var, bax, bu qıĢqıran onun 
carçısı deyilmi: 
 
Heydərü Səfdərdi bizim pirimiz, 
Qırxınıza taydı bizim birimiz! 
 
Yüz min qızılbaĢ - sərkərdələr, vəkillər, vəzirlər, darğalar, yasavullar, qorçular, 
çərxçilər, ox-kaman alayı, topçular bölüyü bir avazla, eyni coĢqunluq, eyni ahənglə 
təkrar edirdi: 
 
Heydərü Səfdərdi bizim pirimiz, 
Qırxınıza taydı bizim birimiz! 
 
Bu inam, bu etiqad, bu həvəs, bu eĢq idi onları qələbədən-qələbəyə aparan. Ġndi, bu 
xəstə çağında bütün bunlar keçmiĢdə qalmıĢdı, yaĢanmıĢ günlərin əks-sədasıydı. 
Bu anlarda Ģah payız vaxtı ağacın budağında qalmıĢ sonuncu yarpağa bənzəyirdi, 
bir meh bəs idi ki, budağından qopub düĢsün. Acı-acı düĢündü ki, dünənə qədər 
onu görəndə «ġah, Allah! ġah, Allah!» deyə bağırıĢanlar sabah da bu sözləri 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
110 
 
baĢqası üçün deyəcəklər. Hətta sənin sevdiklərin, səni sevənlər də canlarını 
qorumaq üçün onlara qoĢulacaqlar: «ġah, Allah! ġah, Allah!». 
Bu mənzərəni təsəvvür eləmək belə, ağır idi. Doğrudanmı, Ģah taxtdan düĢəndən 
sonra bir əkinçi qədər də hörməti olmur?! At belində, qıĢın Ģaxtasında, yayın 
istisində düĢmənlə, üzüdönük nanəciblərlə vuruĢmalarda keçən bir ömrün sonu 
beləmi olur?! Nə ağrılı sonluq… Nə böyük dəhĢətdi unudulmaq… Nə böyük 
fəlakət olar sabah haqqını dansalar, səni bir heç sansalar… KaĢ ayaqyalın, 
baĢıaçıq, çaylarda balıq tutduğu günlər olaydı. Balıq tutmağı çox sevərdi. Axar 
suda ömür sürdüyünə görə… Ġnsan ömrü də elə balıq kimidi, nə vaxtsa əlindən 
sürüĢüb düĢür yerə. Çabalayır, çabalayır, sonra canını tapĢırır… Hə, belə-belə iĢlər, 
ġah Təhmasib, istər əkinçi ol, istər Ģah, çalıĢ, ölmə, öldünsə, hər Ģey sənin üçün 
qurtardı. ÇalıĢ, ölmə… ÇalıĢ ölmə… 
Ancaq bu cür fikirləĢsə də, əcəlinin çatdığını heç ağlına da gətirmirdi. Heç kəs də 
cəsarət edib deyə bilmirdi ki, qibleyi-aləm, vəsiyyətini elə, vəsiyyət yüngüllükdü. 
Yox, Ģahın vəsiyyət etmək heç ağlına da gəlmirdi. Amma Heydər mirzə hamıdan 
çox bu vəsiyyəti Ģahın öz dilindən, bax bu ġahniĢin* evvanında, qardaĢ-bacılarının, 
anasının, analıqlarının, eĢikağası Ġbrahim mirzənin, həkimin yanında eĢitmək 
istəyirdi. Çünki fürsət idi, hamı burdaydı. Onu hamıdan artıq Ģah görmək istəyən 
anası, onu görməyə gözü olan və olmayan analıqları, bacıları, qardaĢları, əmisi 
oğlu Ġbrahim mirzə, həkim Əbu Nəsir. Hamısının da üz-gözündən kədər yağırdı.  
Sultanım bəyim göz yaĢlarını yaylığının ucuyla qurulayıb əlini Ģahın geniĢ alnına 
qoydu, hərarəti çox idi. ġah bu təmasdan diksinən kimi oldu, göz qapaqlarını güclə 
qaldırıb baĢı üstə dayanmıĢ Sultanım bəyimə baxdı. «Sən də qocalarmıĢsan, 
Sultanım! Görəsən, həyat niyə belə amansızdı, Sultanım? Tanrı bizə verdiklərini 
bir-bir geri alır, Sultanım. KaĢ o günlər, gərdək dalında məni gözlədiyin o aylı gecə 
olaydı, Sultanım! Ürəyimdə sənə deyiləsi nə qədər xoĢ sözlərim var, Sultanım. Heç 
vaxt sənə söyləmədiyim, həmiĢə ürəyimdə gəzdirdiyim sözlər…» 
Sultanım da ürəyində danıĢırdı. Deyirdi ki, əcəl nə tez qapının ağzını kəsdirdi, 
hökmdar?! Qəlbimin sultanı, məni yalqız qoyub hara gedirsən? Sənsiz bu 
məmləkətin halı necə olacaq, hökmdar?! Qəhqəhə qalasına saldırdığın tifilimizin 
baĢına nələr gələcək, görəsən? Onun üzünü bir də görmək, qolumu boynuna 
dolamaq mənə qismət olacaqmı?! Bu dərd məni odsuz-ocaqsız yandıracaq, 
hökmdar. 
Ürəyinin səsini hökmdar eĢitmədiyi üçün sualları cavabsız qalmıĢ Sultanım bəyim 
titrək səslə soruĢdu: 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
111 
 
- Ġndi halın necədi, hökmdar? 
- YaxĢıyam, - qəsdən belə deyirdi, əslində, isə halı yaxĢı deyildi. - Qorxmayın, 
sağalıb qalxacam ayağa. 
- Allah qoysa, hökmdar. Səndə nə var ki, tezliklə sağalıb ayaca duracaqsan. 
ġah köksünü ötürdü: 
- Taleyimiz böyük Yaradanımızın əlindədi, o nə buyursa, o da olacaqdır. Füzuli 
yaxĢı deyib: 
 
Tövqi-zənciri-cünun daireyi-dövlətdir, 
Nə rəva kim, məni ondan çıxara zəfi-tənim. 
 
ġair doğru buyurubmu, Ġbrahim mirzə? 
- Əlbəttə, əmi,- Ġbrahim mirzə əyilib Ģahın əlini öpdü: - Siz hər zaman Allah adamı 
olmusunuz, Yaradanımız sizi qoruyar, hökmdar. 
- YaxĢısını Allah bilir, qaçan da Allahı çağırır, qovan da. 
Araya ağır sükut çökdü. Xəstənin bu ağır halında, ölümlə çarpıĢdığı bir məqamda 
ona təsəlli vermək çox çətin idi. «Hökmdar, bilirsənmi, ömrünün son gecəsidi. Bu 
gecə ömrün tükənir. Özünə vəliəhd seçməmisən. Səbəbini özün yaxĢı bilirsən. 
Səndən sonra nələr olacaq, bir Allah bilir», - deməyə kimsə ürək eləmirdi. Daha 
doğrusu, Ģahı son nəfəsdə incitməyə qıymırdılar. 
- Bu gecə sarayın keĢiyini kimlər çəkir? - gözlənilmədən Ģah onlardan soruĢdu. 
Heydər mirzə dərhal cavab verdi: 
- Rumlular, əfĢarlar, qacarlar, bayatlar, bir də varsaq tayfalarından olan qorçular. - 
«Yəqin sui-qəsd olacağından ehtiyatlanır». 
- Rəisləri kimdi? 
- Hərəmxana yüzbaĢısı Vəli bəy ƏfĢar. - «Üzünü mürdəĢir yusun. Alçağın biridi. 
Üzümə gülür, amma arxada ayağımın altını qazıyır». 
- Sabah kimin növbəsidi? 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
112 
 
- Hüseyn bəy YüzbaĢının rəisliyi ilə ustaclı, gürcü qorçularının. «Hüseyn bəy 
etibarlı kiĢidi. Ümidim ancaq onadı… ġah görən bu sorğu-sualı nə məqsədlə 
eləyir? Son nəfəsində də hakimiyyəti əlindən vermək istəmir. Bircə Allah ürəyinə 
rəhm salaydı, vəsiyyətnamə yazaydı… » 
- Özümü yaxĢı hiss edirəm. Gedin dincəlin, səhərə az qalıb. Heydər mirzəylə 
həkim Əbu Nəsir mənim yanımda, ġahniĢində qalsınlar. Birdən onlara ehtiyacım 
olar. 
Sultanım bəyim ərini tək qoymaq istəmirdi. Pərixan bəyim Heydər mirzənin Ģahın 
yanında qalmağından əməlli-baĢlı dilxor olmuĢdu. Ehtiyat edirdi ki, birdən Ģah 
vəsiyyətnamə yazıb Heydər mirzəni özünün vəliəhdi seçər. Nə desən olardı. Hər 
kəs qəlbindəki niyyətinə görə Ģahdan ayrılmaq istəmirdi. ġah isə belə ağır çağında 
da onların qayğısına qalırdı. Onların əzab çəkməsinə, yuxusuz qalmalarına 
qıymırdı. ġahzadələrin, qızlarının nə yaĢları vardı ki… Bütün atalar kimi, onun da 
nəzərində övladları hələ uĢaq idilər. 
ġahın bir sözünü iki eləmək olmazdı. Hamı otaqdan çıxdı. Sultanım bəyim Əbu 
Nasirə yanaĢdı: 
- Həkim, ağlın nə kəsir?! 
- Ümid ancaq Allaha qalıb, Sultanım bəyim. 
Gövhər bəyim Ġbrahim mirzənin qolundan yapıĢıb hönkürdü. Pərixan bəyim yaxın 
gəlib bacısını qucaqladı. ġahzadələr yerlərində donub qalmıĢdılar. 
Ġbrahim mirzə dedi: 
- Gecdir, gəlin gedək. Bir Ģey olsa, Heydər mirzə bizi xəbərdar edər.  
Bu sözdən sonra Heydər mirzə ilə həkim Əbu Nasirdən baĢqa hamı öz otağına 
çəkildi. 
 
XVIII FƏSĠL 
BĠR GÜNÜN ġAHI 
 
Ölüm var ki, həyat qədər dəyərli, 
Həyat var ki, ölümdən də zəhərli. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
113 
 
Hüseyn Cavid 
 
G ecə keçirdi. Kimsənin gözünə yuxu getmirdi. Gürcü qızı kənizlərdən birini 
Heydər mirzənin yanına göndərdi ki, ona sözü var. Heydər mirzə anasının yanına 
gəldi. Qadın həyəcanlıydı. 
- EĢidirəm, ana. 
Qadın oğlunun əlindən tutdu: 
- Nəbadə saraydan kənara çıxasan. O qədər bizi istəməyənlər var ki… Atanın halı 
getdikcə pisləĢir, axır saatlarını yaĢayır.  
- Allah bilən məsləhətdi. 
- Bəli, oğlum, taleyimiz Tanrının əlindədi. Amma biz də ayıq olmalıyıq. Sən atanın 
varisisən. Atanın səndən böyük oğlanlarının biri Heratda, digəri zindandadır. 
PadĢahımız dünyasını dəyiĢəndə taxt-tac sənə çatır. 
- Ana, sən elə danıĢırsan ki… «Elə bil atam artıq ölüb». 
- «Bəli, sənin xəbərin yoxdu, oğlum, atan artıq ölüb». Gec-tez hamımız öləcəyik. 
Atan son nəfəsini alıb həyatdan köçərkən vaxt itirmə, tacını baĢına qoy, qılıncını 
belinə bağla, möhür üzüyünü barmağına tax, sonra Çehelsütun eyvanına qalx, 
hökmdarlıq xalçası üzərinə çıxıb cülus et. 
- Ana… 
- Nə deyirəm, ona qulas as. ĠĢdi, sənin cülusuna qarĢı çıxıb qiyam qaldıranlar 
olarsa, xəzinənin, cəbbəxananın açarları səndədi. On dörd ildi atan qorçuların 
məvacibini verməyib, aç xəzinəni, qorçuları, yüzbaĢıları, mühafizəçiləri ələ al. Al 
bunu, atanın adından kənizlərdən birisinə vəsiyyətnamə yazdırmıĢam. Atanın 
barmağından möhür üzüyünü çıxaranda möhürlərsən. Bax, unutma dediklərimi. 
- Sonra bu yalan ortaya çıxsa… 
- Sən Ģah olandan sonra çox yalanlar həqiqət olacaq. Durma, tərpən. Atan 
dünyasını dəyiĢən kimi Pərixan bəyimi otaq dustağı elə. Sənin eĢikdə olan 
tərəfdarların gəlib çıxmayana qədər Pərixan diĢarı çıxmamalıdır. EĢitdinmi? «Sən 
hakimiyyətə gəlsən, gürcülər də ağ günə çıxar. Axı sən mənim döĢümdən süd 
əmmisən». 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
114 
 
- EĢitdim, ana. «Səni mən heç belə bilməzdim. Elə bilirdim ki, mütinin, fağırın 
birisən». 
- Haydı, get atanın yanına. Allah sənə yar olsun. 
Heydər mirzə atasının yanına tələsdi. ġahın nəfəsi artıq boğazındaydı, xırıldayırdı. 
Həkim mütəkkəyə söykənib yuxuya getmiĢdi. 
Can verən adamın yanında oturub onun ölüm anını müĢahidə etmək Heydər mirzə 
üçün çox ağır idi. Amma baĢqa yolu yox idi, taxt-tac sahibi olmaq istəyirsənsə, 
zəhmət çək döz! 
Anasının yazdırdığı vəsiyyətnaməni ürəyində oxudu. Anasının diqtəsi ilə yazılmıĢ 
bu vəsiyyətnaməyə görə, o, Səfəvilər xanədanının vəliəhdi idi. ġahlıq sözsüz ona 
çatırdı. 
ġamdandakı Ģamlar əriyib tükənmiĢdi. Son Ģölələri titrəĢirdi. Artıq səhər açılırdı. 
Boz sərçələr ağacların budaqlarına doluĢub civildəĢirdilər. Hardasa axan suyun 
Ģırıltısı gəlirdi. 
Heydər mirzə yaxınlaĢıb Əbu Nasiri oyatdı: 
- Bax gör hökmdarın vəziyyəti necədi?  
Əbu Nasir xəstəyə yaxınlaĢıb nəbzini tutdu: 
- Son nəfəsidi… «Heydər mirzə deyəsən tələsir». 
- «Bu da Ģah atamın sonu». - Durub geniĢ eyvana çıxdı. ġərqdə üfüq qızarmağa 
baĢlamıĢdı. Tala-tala ağ buludlar açıq-çəhrayı rəng alırdı. Nəhayət, günəĢ üfüqdən 
boylandı. 
Bir azdan hamı yuxudan oyanacaqdı. Bircə qaravul vaxtı çatsaydı, tərəfdarları 
saraya toplaĢardı. Səhərin təmiz havasını ciyərlərinə çəkib gərnəĢdi. Əlləri ilə 
qabarıq sinəsinə döyəcləyib xəstənin yanına qayıtdı. O içəri girəndə Ģah bərkdən 
ufuldadı: «Vay canım». 
Heydər mirzə əlini xəstənin alnına qoydu. 
- Ata…  
- Hava nə soyuqdu… Ġndicə atamı yuxuda gördüm. Məni aparmağa gəlib. Deyir, 
darıxıram sənin üçün. Vay canım… 
Həkimlə Heydər mirzənin baxıĢları toqquĢdu. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
115 
 
ġah dərindən bir ah çəkdi. Bu onun son nəfəsiydi. Hər kəsin ömrünün sonunda 
çəkəcəyi ah. «Necə ah eyləməyim, ah, yanıbdır ciyərim». 
Həkim tələsmədən cibindən balaca bir güzgü çıxarıb Ģahın dodaqlarına 
yaxınlaĢdırdı. Sonra güzgüyə baxıb dedi: 
- Allah rəhmət eləsin. 
Heydər mirzə içini çəkdi. DolmuĢdu. Fəryad qoparmaq, ağlamaq istəyirdi, amma 
bacarmırdı. Daxilindəki bu ikilikdən baĢ açammadı. ġah olmaq hara, fəryad hara? 
Anasının verdiyi məsləhətlər yadına düĢdü, tələsdi. 
- Həkim, məni qınama. 
- Səni nə üçün qınayıram, Heydər bəy? 
Heydər mirzə cavab vermədi, əyilib atasının o uĢaq olanda daim baĢına sığal çəkən 
əlini əllərinin içinə aldı, bu əl hələ də istiydi. Heydər mirzə atasının üstü tüklü 
əllərini dodaqlarına aparıb öpdü: «BağıĢla, ata, məni bağıĢla, baĢqa yolum 
yoxdur».  
Möhür üzüyü ustufca Ģahın barmağından çıxarıb öz barmağına taxdı və ayağa 
qalxdı. Vəsiyyətnamayə möhür basıb Ģahın qılıncını belinə bağladı, tacını baĢına 
qoydu. 
Həkim Əbu Nəsir dizi üstə çöküb hələ hakimiyyət xalçası üstünə çıxıb cülus 
eləməmiĢ cavan Ģahın ətəyindən öpdü. 
- Taxtında qayım-qədim olasan, hökmdar. 
- Çox sağ ol. Saraydakılara xəbər elə. Qorçular, o Vəli bəy ƏfĢardı - nədi, hələ 
onlar Ģahın öldüyünü bilməsinlər. 
Həkim Əbu Nəsir otaqdan çıxdı və çıxdığı ilə də sarayda aləm bir-birinə dəydi. 
ġahın arvadları, kənizləri, sarayda olan qızları qapqara geyimdə gəlib Ģahın 
meyitini «mühasirəyə» aldılar və hönkürə-hönkürə ağlamağa baĢladılar. Heydər 
mirzənin ikiyaĢlı qızının heyrətdən gözləri böyümüĢdü. Bir an özünə havadar 
axtardı və qəflətən atasını görüb yanına qaçdı. Qadınlar baĢına Ģahlıq tacını 
qoymuĢ Heydər mirzəni bu qiyafədə ilk dəfə idi görürdülər. Heydər mirzənin 
anasından baĢqa hamı birdən içini çəkdi: «Boy….». Göz yaĢları yanaqlarda 
qurudu. Pərixan bəyimin qanı sifətinə vurdu və ancaq qadına yaraĢan bir hərəkətlə 
çölə atıldı. Heydər mirzə dərhal onun ardınca çıxıb qarĢısını kəsdi, heç bir söz 
demədən, bir göz qırpımında onu yaxınlıqdakı boĢ otağa salıb qapını qıfılladı. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
116 
 
 
Əlli üç il altı ay iyirmi altı gün Səfəvilər dövlətinin taxtında oturmuĢ I ġah 
Təhmasibin meyiti ortalıqda qalmıĢdı. Ətrafda baĢ verənlərdən xəbərsiz halda üzü 
qibləyə uzanmıĢdı. Üstünə ağ yelənli qara kəlağayı salınmıĢdı. «ġah, Allah! ġah, 
Allah!» sədaları daha eĢidilmirdi. 
Qadınların Ģaxsey-vaxseyi otaqdan diĢarıya çıxaraq ətrafa yayılırdı. ġahın ölüm 
xəbərini heç olmasa bircə gün gizli saxlaya bilmədilər. Hökmdarın ölüm xəbəri 
qanadlanıb saraydan uçdu. Qara xəbər çatar-çatmaz tərəflər hərəkətə keçdilər. Bu 
iĢdə marağı olan hər kəs tələsirdi. Heydər mirzə tərəfdarları Hüseyn bəy 
YüzbaĢının, Ġsmayıl mirzənin heyranları Hüseynqulu Xüləfanın evinə toplaĢdılar. 
ġahzadə Heydər mirzə Ģahın vəsiyyətnaməsini çalmasının bir küncünə qoyub 
Çehelsütun eyvanına çıxdı. Ora toplaĢan yüzbaĢıların, qorçuların, saray 
xidmətçilərinin qarĢısında çalmasının küncündən vəsiyyətnaməni çıxarıb təntənə 
ilə avazla oxudu. «ġah» vəsiyyətnamədə bütün Ģahzadələrin, əmirlərin, sufilərin 
Heydər mirzəyə itaət etmələrini əmr etmiĢdi. Beləcə, Heydər mirzə hökmdar 
xalçasının üstə çıxıb cülus etdi. 
Çehelsütun eyvanına toplaĢıb Heydər mirzənin hakimiyyət xalçasının üstünə çıxıb 
cülus etməsini seyr edənlərin içini Ģübhə əqrəbləri gəmirməkdə idi. 
«Vəsiyyətnamə»ni özü yazdırıb, özü də möhürləyib». 
«Sən bir buna bax, atasının meyiti ortalıqda qalıb, Ģahlıq tacını qoyub baĢına». 
«ƏĢi, bizim üçün nə fərqi var. Cavan Ģahzadədi. Özü də mehriban oğlandı. Ondan 
ədalətli Ģah olar». 
«O Ģah olsa, gürcülər sarayda at oynadacaq!» 
Heydər mirzə ilk olaraq hərəmxana yüzbaĢısı Vəli bəy ƏfĢarı yanına çağırtdırdı. 
Vəli bəy Ģahzadənin hüzuruna gəlib baĢ əydi. Heydər mirzə onu sınayıcı nəzərlərlə 
süzüb dedi: 
- Vəli bəy, səni Kirmana hakim, həm də qoçubaĢı təyin edəcəm. Get sarayı 
mühafizə edən qorçulara söylə ki, qapıları açıb, mənim mülazimlərimi içəri 
buraxsınlar. 
Vəli bəy ƏfĢar baĢ əyib getdi. Az sonra qayıdıb Heydər mirzəyə dedi ki, qorçular 
qapını açmırlar. 
- Niyə? Əmr elə, getsinlər. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
117 
 
- Əmrimi eĢitmirlər. 
- Bu nə cürətdi? 
- Qorçular deyirlər ki, (əslində, özü deyirdi) padĢahımız rəhmətə gedib, qızılbaĢ 
tayfaları da iki firqəyə bölünüblər. Biz heç bir firqəyə qoĢulmuruq. Biz son 
nəfəsimizə qədər dövlətxananı, padĢahın namusu olan hərəmxananı qoruyacağıq. 
Qəzəbdən ağbəniz Heydər mirzənin sifəti bir az da ağardı. «Axı, siz kimsiniz? 
Haranın itisiniz?» demək istədi, amma bunu söyləmək indi ziyanına olacağını 
düĢünüb sözünü dəyiĢdi: 
- Vəli bəy, axı onlar kimdilər ki, səni eĢitmirlər? 
- PadĢahın qorçularıdırlar, «hökmdar», mən atanız mərhum Ģahın sadiq qullarına 
zor göstərib hökm edə bilmərəm. Biz, hər iki tərəfin arasında birlik, barıĢıq 
yaranmayınca, heç kimin dövlətxanaya girib-çıxmasına icazə verməyəcəyik! 
Gürcü qızı pərdə arxasından oğlu ilə hərəmxana yüzbaĢısı Vəli bəy ƏfĢarın 
söhbətinə qulaq asırdı. Ürəyində qardaĢı Əlixan bəy Gürcünün ünvanına söyüb-
söylənirdi: «Hansı cəhənnəmdə itib qalmısan, Əlixan. Sən doğulan günə daĢ 
yağaydı, bəs hanı sənin adamların?» 
Heydər mirzə qarĢısında yalançı itaətkarlıqla dayanmıĢ Vəli bəy ƏfĢarı gizli bir 
ikrahla süzməkdəydi. O, bütün çılpaqlığı ilə baĢa düĢdü ki, bütün bu söhbətlərin 
arxasında çox məkrli bir oyun gizlənib. FikirləĢdi ki, sarayda qalmaqla - Ģahın 
tacını tez-tələsik baĢına qoyub, qılıncını belinə bağlasa da, əmri eĢidilməyən 
köməksiz, arxasız adicə bir Allah bəndəsinə çevrilib. Əslində, özü də bilmədən - 
iĢin sonunu düĢünmədən saray adlı «qəfəsə» girmiĢdi. BaĢa düĢdü ki, yalnız baĢa 
tac, belə qılınc bağlamaqla hakimiyyətə sahib olmaq olmaz, necə ki, olmamıĢdı. 
Vəli bəy ƏfĢarla söhbətdən anladı ki, hökmü keçmir… Tərəfdarlarından da bir 
xəbər yoxdu. Onların bayırda nə iĢ gördüklərindən, nə kimi tədbir tökdüklərindən 
tam xəbərsiz idi. Ona görə də qəfəsə salınmıĢ Ģir kimi çırpınırdı. Sonuncu dəfə 
qarĢısında durmuĢ Vəli bəy ƏfĢara əmr etdi: 
- Gedin qorçulara deyin, qapıları açsınlar! 
- Hökmdar, qapılar açılmayacaq! 
Heydər mirzə qılıncını siyirdi! Vəli by ƏfĢar bu an siyrilmiĢ qılıncın bir zərbəsi ilə 
baĢının tağından qopub Ģahzadənin ayaqları altına necə dığırlandığını «gördü». 
Çünki ömrü boyu Ģahı eĢitməyənin kəlləsini qoparmıĢdılar. Amma belə olmadı, 
Heydər mirzə qılıncını öz qarnına soxmaq istədi. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
118 
 
- Bir halda ki sözüm keçmir, ölsəm yaxĢıdı! 
- Dayan! - Anası pərdə arxasından çıxıb oğlunun ayaqlarını qucaqladı. - Özünə 
qıyma, oğlum, səbr elə. 
- ġərəfsiz yaĢamaqdansa, ölmək yaxĢıdı. 
- Sən heç bir Ģərəfsiz iĢ tutmamısan, Heydər. Amma heyif ki, Ģərəfsizlərin 
əhatəsindəsən. 
Bu sözləri eĢidən Vəli bəy ƏfĢar onları tərk edib qorçuların yanına getdi. 
 
* * * 
 
Heydər mirzənin tərəfdarları arasında da təlaĢ yaĢanırdı. Hüseyn bəy YüzbaĢı 
hamıdan çox narahat idi. O, üzünü Ģahzadə Mustafa mirzəyə (ġah sağalandan bir 
müddət sonra onu Mustafa mirzənin lələsi seçmiĢdi), Məsum bəy Səfəvinin oğlu 
Sədrəddin xana, Heydər mirzənin dayısı Əlixan bəy Gürcüyə, Allahqulu sultan 
Aycəkoğluna, eĢikağası, Ģahın kürəkəni Ġbrahim mirzəyə, Seyid bəy Kəmunəyə 
tutub dedi: 
- Biz tələsməliyik. 
Sədrəddin xan qapqara saqqalına sığal çəkib: 
- Hüseyn bəy, məsəldi, deyərlər, tələsən təndirə düĢər. Gəlin səbr eləyək. Bu gecə 
keĢik növbəsi ustaclılarındır. AxĢamı gözləyək. 
Allahqulu sultan Aycəkoğlu: 
- AxĢamı gözləmək olmaz! Bir də ki, bizim yaraq qurĢayaraq Ģahın dövlətxanası 
üzərinə getməyimiz sufilikdən, mərhum padĢahımıza sədaqətdən uzaqdı. 
Ġbrahim mirzə soruĢdu: 
- Bəs təklifin nədi? 
- Təklifim budur ki, nə qədər ki, Hüseynqulu Xüləfanın bütün tərəfdarları baĢına 
toplaĢmayıb, onun üstünə gedək, ətrafında olanları oradan perik salaq. Biz onları 
yerlərində oturtsaq, dövlətxananın qapıları üzümüzə açılacaq. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
119 
 
YoldaĢları Aycəkoğlunun bu təklifi ilə razılaĢmadılar. Aycəkoğlunun dediyi kimi 
olsaydı… ġeytana papıĢ tikən, ağıllı, hiyləgər Hüseynqulu Xüləfanın də ən çox 
qorxduğu, ehtiyat elədiyi elə bu qəfil «hücum» məsələsiydi. Elə bil Aycəkoğlunun, 
ondan çox-çox uzaq məsafədə yaĢayan Hüseyn bəy YüzbaĢının evində indicə 
söylədiklərini kasası tüklü qulaqlarıyla eĢitmiĢdi. Ovunun üstünə atılmağa hazır 
olan pələng kimi yerindən sıçradı. Heydər mirzə tərəfdarları yekun bir qərara 
gəlməmiĢ Hüseyn bəy YüzbaĢının evinə elçi göndərdi. Elçi söylədi ki, Hüseynqulu 
Xüləfa belə məsləhət bilir ki, ikitirəlikdən əl çəkək, əvvəlcə əynimizə qəm libasını 
geyinək, Ģahımızın mübarək cəsədini yuyub kəfənə tutaq, hökmdarın yas 
mərasimini verək, sonra oturaq məsləhətləĢək. Gəlin bu iĢə dinimizin və 
səltənətimizin mənafeyindən yanaĢaq. Dinin və dövlətin mühafizəsini bu iki 
Ģahzadədən - Heydər mirzə ilə Ġsmayıl mirzədən hansı yaxĢı qoruyarsa, hansı 
layiqdirsə, onu da özümüzə Ģah seçərik. 
Elçini Hüseynqulu Xüləfanın yanına bir «torba» həqarət dolu sözlərlə yola saldılar. 
Hüseynqulu Xüləfa təklifinin qəbul edilməyəcəyini əvvəlcədən bilirdi. Sadəcə, bu 
cür tədbirlərlə vaxt qazanmaq istəyirdi. O, elçisini təlimatlandırıb Hüseyn bəy 
YüzbaĢının evinə göndərəndə, onun tapĢırığı ilə baĢqa bir atlı da qan-tər içində 
özünü Ģəhərə çatdırıb gur səslə deyirdi: 
- Ay camaat, gözünüz aydın olsun, Ġsmayıl mirzə Qəhqəhə qalasından çıxıb, yəqin 
axĢam paytaxta çatacaq. 
Bu xəbərdən sonra böyük bir kütlə Hüseynqulu Xüləfanın evinə doğru axıĢdı. Bir 
saatdan sonra onun evinin qarĢısında böyük bir qələbəlik vardı. 
 
XIX FƏSĠL 
PƏRĠXAN BƏYĠMĠN HĠYLƏSĠ 
 
Cinayətdən sonra tövbənin xeyri yoxdur. 
Sədi ġirazi 
 
P ərixan bəyim qapısı bağlı otaqda tək-tənha oturub sarayda atasının ölməyi ilə bir 
gecənin içində baĢ vermiĢ bu olaylardan xəbərsiz, Qəhqəhə qalasında öz məhbus 
həyatını yaĢayan Ġsmayıl mirzəni düĢünürdü. FikirləĢirdi ki, Heydər mirzə çox yox, 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
120 
 
tək bircə gün Ģahlıq taxtını əlində saxlaya bilsə, Ġsmayıl mirzənin Qəhqəhə 
qalasından çıxmağı qaldı qiyamətə. O isə, nəyin bahasına olursa-olsun qiyamət 
gününü gözləmək istəmirdi. 
Pərixan bəyim Ģah taxtına ancaq Ġsmayıl mirzəni layiq bilirdi. Qəlbinin lap 
dərinliyində osmanlılarla müharibədə igidliklər göstərmiĢ Ġsmayıl mirzəyə xüsusi 
rəğbəti, vurğunluğu vardı. Onu hər cəhətdən bütün Ģahzadələrdən üstün tuturdu. 
Hər yoldan ötən, Ģah oğlu olsa belə, Ģahlığa layiq ola bilməz, - deyirdi. Ġsmayıl 
mirzə onun nəzərində misilsiz bir qəhrəmandı. Onun belə düĢünməyə əsası və 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin