Milli Virtual Kitabxananın e nəşri n 01 58 (2012) Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum: Azərbaycan yazı



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7187
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   23
haqqı da vardı. Axı, bu Ġsmayıl mirzə on dörd yaĢından əlində qılınc, hərb 
meydanına atılmıĢdı. Hələ onda Pərixan bəyim anasının bətnində idi. O, bu 
dünyaya bir il sonra (1548) gələcəkdi. Sonralar biləcəkdi ki, atası ġah Təhmasib 
ona xəyanət eləmiĢ qardaĢı Əlqas mirzənin yerinə on dörd yaĢlı Ġsmayıl mirzəni 
ġirvanın hakimi təyin etmiĢdi. Qacar tayfasından olan Göyçə sultan da onun 
lələsiydi və Ġsmayıl mirzənin bir sərkərdə, dövlət adamı kimi yetiĢməsində çox 
əmək sərf eləmiĢdi. Ġsmayıl mirzə Ģücaətdə, fərasətdə babası ġah Ġsmayıla 
çəkmiĢdi. O da on dörd yaĢında olanda ġirvanĢahlar sülaləsindən olan Burhanla 
vuruĢub ona qalib gəlmiĢdi. Daha sonra Ġsmayıl mirzə I Sultan Süleymanın ordusu 
ilə vuruĢmada özünü qəhrəman sərkərdə kimi tanıtmıĢdı. Ġsmayıl mirzə Qarsı üç 
gün mühasirədə saxlayıb, Osman Çələbinin qoĢununa qalib gəlmiĢdi. Əmisi 
Bəhmən mirzəylə çiyin-çiyinə Bayburt ərazisində osmanlılarla döyüĢmüĢdü. O, 
1552-ci ildə qızılbaĢları Ərzurumun Osmanlı hakimi, özündənrazı, lovğa Ġsgəndər 
paĢanın üzərinə yeridib, sonra qəsdən geri çəkilmiĢ, bu yolla rəqibini qalasından 
kənara çıxmağa həvəsləndirmiĢdi. Beləcə, Ġsmayıl mirzə Ġsgəndər paĢanın qaladan 
çıxmıĢ qoĢunlarını mühasirəyə alıb darmadağın etmiĢdi. Ġsmayıl mirzə bu döyüĢdə 
Ġsgəndər paĢanın qardaĢı Ramazan bəyi, Sultan Süleymanın qullarından 
Məhəmməd qullarağasını, MərəĢ, Malatay, Trabzon hakimlərini, Rasin və kürd 
əmirlərini, sancaq* bəylərini əsir almıĢdı. Osmanlılar bu gəncin sürətli və cəsarətli 
həmlələrindən özlərini itirmiĢdilər. Onun qəhrəmanlığını, Ģücaətini «Dəli Ġsmayıl» 
ayaması ilə etiraf etmiĢdilər. 
El arasında Ġsmayıl mirzə haqqında rəvayətlər dolaĢırdı. Onun adı gələndə 
qızılbaĢlar ordusunda canlanma yaranırdı, adı ilə öyünürdülər. Söyləyirdilər ki, bir 
axĢam altı yüz yeniçər Ġsmayıl mirzənin qərərgahına gələrək onun tərəfinə 
keçdiklərini söyləyirlər. Elə ki onların baĢçıları Ġsmayıl mirzənin çadırına girir, 
gözlənilmədən qılınclarını siyirib Ģahzadənin üstünə atılırlar. Ġsmayıl mirzə bu 
qəfil həmlənin qarĢısını qılıncının və qolunun gücü ilə alır. Xəyanət niyyətilə 
gəlmiĢ yeniçərlər qılıncdan keçirilir. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
121 
 
Bax, belə bir qəhrəman Ģah atanın qəzəbinə gəlmiĢdi. Nə idi bu qəzəbin səbəbi? 
Ġsmayıl mirzə nə günah iĢlətmiĢdi? Pərixan bəyim günlərlə bu barədə düĢünmüĢdü, 
iĢin içində olan əyanlardan soruĢub öyrənmiĢdi. Qələbə eĢqi ilə alovlanan Ġsmayıl 
mirzə Osmanlılarla Səfəvilər arasında bağlanmıĢ Amasya sülh (29 may 1555-ci il) 
saziĢinin Ģərtlərini heç cür qəbul edə bilmirdi. Bu sülhün Ģərtlərinə görə, Səfəvi 
dövləti Qərbi Gürcüstan vilayətini, Bağdadı itirmiĢdi. 
ġah Ġsmayı mirzəni qardaĢı Məhəmmədin yerinə Herata hakim göndərmiĢdi. Bu 
uzun yolda onu Əli sultan Təkəli müĢayiət edirdi. ġah Təhmasib Əli sultana 
gizlində məktub verib tapĢırmıĢdı ki, onu Məhəmməd mirzənin lələsi, Heratın 
əmir-əl-ümərası Məhəmməd xan Təkəliyə çatdırsın. Məktubda göstərilmiĢdi ki, 
Ġsmayıl mirzə hər bir iĢdə ancaq və ancaq əmirin razılığı ilə hərəkət edə bilər. 
Əli sultan Ģahın əmrinə əməl etməmiĢ, məktubun məzmunu ilə Ġsmayıl mirzəni elə 
yoldaca tanıĢ eləmiĢdi. Əli sultan Herata çatanda Məhəmməd xan Təkəliyə belə 
söyləmiĢdi: «ġah əmr edib ki, siz hər bir iĢdə Ģahzadəyə tabesiniz, nə buyursa, o da 
olmalıdır». 
Ġsmayıl mirzə Məhəmməd xan Təkəlini dövlət iĢlərindən uzaqlaĢdırdı və Ģahın 
razılığını almadan vilayətlərin hakimlərinə məktub yazıb, onlardan dərhal qoĢun 
toplamağı, Amasya sülh saziĢini pozub, Osmanlı vilayətlərinə yürüĢə baĢlamağı 
tələb etdi. 
Məhəmməd xan Təkəli görüb-eĢitdiklərini, Ġsmayıl mirzənin əməllərini bircə-bircə 
yazıb Ģaha göndərdi. Qəzvində həmin gecə Ģahın gözünə yuxu getmədi. Çünki bu 
məsələdə Ģəxsi-qərəzlik yoxdu, Ģahzadənin vilayət hakimlərinə göndərdiyi 
məktublar onun əlindəydi. Bu məktublar açıqca Ģah atanın iradəsi əleyhinə idi. ġah 
səhər tezdən qorçubaĢı Sevindik bəy ƏfĢarı Herata göndərdi ki, Ġsmayıl mirzəni 
vəzifəsindən kənar etsin. 
Ġsmayıl mirzə beləcə Heratın hakimliyindən uzaqlaĢdırılıb Qəhqəhə qalasına atıldı, 
Əli sultan isə, bu yolda canından keçdi. 
Pərixan bəyim heç kəsə deməsə də, atasının Ġsmayıl mirzəni Qəhqəhə qalasına 
saldırmaqda həm də Ģahzadədən ehtiyat etdiyini düĢünürdü: «Deməli, atam həm də 
Ġsmayıl mirzənin hakimiyyət ehtirasından qorxub. Görəsən, zindan həyatı onu 
dəyiĢməyib ki? Mənim onun barəsində yazdığım «Zendaniyi-qəleye-Qəhqəhe» 
mənzuməmdən xəbəri varmı? Yox, nə yolla olur-olsun, Ġsmayıl mirzəni zindandan 
xilas etməliyik! YaxĢı, çox yaxĢı, bəs nə yolla?» 
Bu yerdə atasının dövlət müĢavirələrindən birində təsadüflərin insan həyatında 
gözlənilməz dəyiĢikliklər etdiyi barədə söylədiyi əhvalat yadıına düĢdü. Bir 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
122 
 
padĢahın imarətinin qabağında bir nalbənd yaĢayırmıĢ. Onun əxlaqlı, gözəl bir 
arvadı varmıĢ. Amma bu qadının baĢ-gözü açıq olarmıĢ. Bir dəfə padĢah onu 
görəndə soruĢur ki, bu qadın kimdi? Deyirlər, nalbəndin arvadıdı. PadĢah deyir: 
- Ə, nalbənd qələt eləyir. Bu saat gedin ona deyin, arvadı boĢasın, onu alıram. 
Vəzirlərdən biri yalvarır: 
- PadĢah sağ olsun, bizi xalqın içində biabır eləməyin. Belə iĢ görməyin, o, 
nalbəndin kəbinli arvadıdı. 
O biri vəzir isə deyir: 
- PadĢah sağ olsun, o qadını mən sənə alaram.  
Gəlir nalbəndin yanına, deyir: 
- Ölkə hakiminin qəlbinə toxunmaq olmaz. Arvadını boĢa, padĢah alsın. 
Nalbənd deyir: 
- A kiĢi, sən nə danıĢırsan, mən heç vaxt arvadımı boĢamaram. 
Arvad da öz növbəsində deyir ki, mən heç zaman padĢaha ərə getmərəm. 
Qansız, insafsız vəzirin biri padĢaha məsləhət verir: 
- Qibleyi-aləm sağ olsun, gündə əlli adamın boynunu vurdurursan. Nalbəndə əmr 
elə ki, sabaha qədər bu qədər at üçün nal kəs, səhər müharibəyə gedirik. Əgər səhər 
tezdən nallar hazır olmasa, boynunu vurduracam. 
PadĢah razılaĢır. 
PadĢahın əmrini eĢidən nalbənd arvadına deyir: 
- Ayrılıq aĢı biĢir, mənə ölüm qərarı kəsildi. 
Arvad deyir: 
- A kiĢi, ruhdan düĢmə, qalx ayağa, mən də kömək eləyim nalları kəsək. 
KiĢi deyir: 
- Yox, bir belə nalı bir gecəyə kəsib qurtarmaq olmaz. Ümidim tək olan Allahadır. 
Heç bir çəkic də vurmayacağam. 
Səhərə yaxın qapı döyülür. Arvad deyir ki, əĢi, səni çağırırlar. Nalbənd deyir: 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
123 
 
- Arvad, sənə yaxĢı olmuĢam, pis olmuĢam, halal elə. 
Qadın deyir:  
- A kiĢi, zəhər içərəm, kimsəyə təslim olmaram. Dünyadan imansız getmə. 
Nalbənd durub qapını açır, dörd nəfər sadə adam girir içəri. Onlardan biri nalbəndə 
deyir: 
- QardaĢ, nal lazım olmadı. Bu gecə padĢah ölüb. Onun tabutu üçün beĢ-altı 
mismar düzəlt ver, aparaq. 
Onun üçun deyir ey: 
 
Ey mıxı mismar eyləyən kiĢi, 
Ey sayılı borcdan qurtaran kiĢi. 
 
 
… Qapı açıldı. Qabaqda anası, ardınca gürcü qızı, sonra Heydər mirzə içəri girdi. 
Anası boynunu qucaqladı: 
- Qızım, özünü Ģərdən-böhtandan qoru. Sənin üçün kimin Ģah olmasının nə fərqi? 
Pərixan bəyim nə düĢündüsə: 
- Doğru buyurursan, ana, - dedi, - mən ağılsızlıq etmiĢəm. 
O, bir anda Ģahlıq tacını baĢında gəzdirən Heydər mirzəyə tərəf atılıb onun 
ayaqlarını öpdü. Sonra Heydər mirzənin anasına tərəf dönərək: - ġahid ol, bəyim, 
əlahəzrəti taxta çıxdığına görə təbrik etmək və onun mübarək ayaqlarını öpməkdə 
heç kəs məni qabaqlamadı, - dedi. 
Heydər mizə sarayda nüfuz sahibi olan qürurlu Pərixan bəyimdən bu «mütiliyi» 
qətiyyən gözləmirdi, ona görə də: 
- Bacı, sənin sədaqətinə tamam inanmağım üçün «Quran»a and iç! - dedi. 
Pərixan dərhal kitab dolabına doğru gedib əlinə ilk keçən kitabı götürüb qardaĢının 
hüzurunda dayandı: 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
124 
 
- Sənin Ģahlığını qəbul edir, sənə itaət edirəm. - Əlini kitabın üstünə qoydu: - Bu 
«Quran»a and içirəm, sənə heç zaman xəyanət etməyəcəyəm. -- Ürəyində isə baĢqa 
söz deyirdi: - «Sən Heydər mirzəni qəhrəman Ġsmayıl mirzənin haqqını 
tapdalamağa qoymayacağam». - Ġnandın, qardaĢ?! 
- Ġnandım! 
- Onda, icazə ver evimə gedim.  
- Niyə gedirsən?  
- QardaĢım Ģahzadə Süleymanı, dayım ġamxal sultanı muĢtuluqlamaq istəyirəm.  
- Bacı axı onlar Ġsmayıl Mirzənin tərəfindədirlər. 
- Mən sənə itaət etdim, inĢallah, onlar da edərlər. Ġcazə ver, onları da saraya 
gətirim, sənin xidmətində dursunlar. 
- Oldu, əziz bacım, gözləyirəm, get qardaĢın Süleymanla, ġamxal dayını gətir 
mənim yanıma. 
Pərixan bəyim baĢ əyib otaqdın çıxdı. Daha doğrusu, qanadlanıb uçdu. «Uduzdun, 
Heydər mirzə, uduzdun! Sənin Ģahlığın bitdi! Mən sənin ayaqlarından Qəhqəhə 
qalasında yatan qəhrəman Ġsmayıl mirzənin xətri üçün öpdüm». 
Tələsirdi, çox tələsirdi, əsrə bərabər saatlardan qurtulmuĢdu, indi hər Ģeyi dayısı 
ġamxal sultana çatdırmalıydı. O, tələsik hərəmxana bağından At meydanına aparan 
gizli qapını öz açarı ilə açaraq dayısının yanına qaçdı. Qaçarkən yaylığının 
sürüĢərək çiyinlərinə düĢdüyünü, bir cüt xurmayı hörüyünün kürəyində ilan kimi 
qıvrılıb açıldığını, sinəsini qabardan döĢlərinin necə incə bir ahənglə 
silkələnməsinin fərqində deyildi. Onu ancaq illərlə xəyalında əzizlədiyi, igidliyi, 
Ģəxsiyyəti ilə öyündüyü, güvəndiyi Ġsmayıl mirzənin sağ-salamat zindandan çıxıb 
Ģahlıq taxtında oturması düĢündürürdü. Hər gün ünsiyyətdə olduğu, əməlisaleh, 
rəhimdil, ədalətli, mehriban Heydər mirzə qətiyyən düĢündürmürdü. Heç elə bil 
onu görmürdü. XoĢbəxtlik də belədi, bəzən o, bizə əl altında olacaq qədər yaxın 
olur, amma biz onu görmürük. XoĢbəxtliyimizi gedib çox-çox uzaqlarda axtarırıq.  
Pərixan bəyim dayısı ġamxal sultan Çərkəzi tapıb hərəmxana bağçasının açarını 
ona verdi. ġamxal sultan hərəmxana bağçasının açarlarını əlində görəndə gözləri 
parıldadı. Pərixan bəyim dayısının gözlərindəki bu parıltıdan diksindi. O, Heydər 
mirzənin öldürülməsini istəmirdi, sadəcə, onu Ģahlıq taxtına layiq bilmirdi. Amma 
indi dayısının gözlərindəki o parıltıdan sümükləri eyməndi. Bir anlıq bilmədi 
neyləsin, dayısı ġamxal sultan bircə dəfə fit verdi, dərhal üç yüz çərkəz hazır oldu. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
125 
 
ġamxal sultan qabaqda, çərkəzlərdən ibarət qorçuları ardınca, hərəmxana 
bağçasına keçdilər. 
Pərixan bəyim iki yol ayrıcında qaldı. Gedənlərin arxasınca xeyli baxandan sonra 
evinə döndü. 
 
* * * 
 
Günün axırıydı. Hüseyn bəy YüzbaĢı və tərəfdarları baĢa düĢdülər ki, Hüseynqulu 
Xüləfa onları aldadıb. Ġsmayıl mirzədən bir xəbər yoxdu. Onun gəlməsi söhbəti boĢ 
bir xülyadı. Hüseyn bəy YüzbaĢı tərəfdarlarına dedi ki, gedək dövlətxananın 
keĢiyini təhvil alaq. Hamısı atlandı, Ģahzadə Mustafa mirzə də onlarla idi. Yolda 
Allahqulu sultan Aycəkoğlu onun sözünü eĢidib Hüseynqulu Xüləfanın üstünə 
getmədiklərini bəhanə gətirərək onlardan ayrıldı. 
Hüseyn bəy YüzbaĢı baĢının dəstəsi ilə dövlət xəzinəsinin arxa tərəfindən keçən 
yolla irəliləyirdi. Çünki əsas yol tutulmuĢdu. Xəzinənin keĢikçiləri onları qarətə 
gələnlərə oxĢadıb güllə-ox yağıĢına tutdular. Hüseyn bəy YüzbaĢı qıĢqıra-qıĢqıra 
dedi ki, bizim sizinlə heç bir Ģərikli malımız yoxdur. KeĢik çəkməyə gedirik. 
Bəsdirin, saxlayın bu güllə-ox yağdırmağı… 
Hüseyn bəy YüzbaĢının dəstəsi dövlətxanaya çatanda qapıları bağlı gördülər. Onlar 
təlaĢla qapıları döysələr də, açan olmadı. Hüseyn bəy YüzbaĢı baĢa düĢdü ki, 
gecikiblər. Ġçindən ağrı keçdi: «Gərək Aycəkoğlunu eĢidəydik, bu qazdan ayıq 
Hüseynqulu Xüləfanı o dünyaya göndərsəydik, indi qapılar üzümüzə 
bağlanmazdı». 
Onlar aramsız olaraq qapıları döyürdülər, sanki dövlətxanada ins-cins yoxdu, 
qapılar onların üzünə bəlkə də həmiĢəlik qapanmıĢdı. 
Hüseyn bəy YüzbaĢı dostlarına söylədi ki, biz çox ləngimiĢik, qorxuram 
Hüseynqulu Xüləfa tərəfdarlarını xiyaban yolu ilə aparıb At meydanından 
hərəmxana bağçasına keçirsin. Yəqin ondan ötrü heç bir müqəddəs dəyər 
qalmayıb. 
Hüseyn bəy YüzbaĢı yanılmamıĢdı. Doğrudan da, Hüseynqulu Xüləfa 
tərəfdarlarını At meydanından hərəmxana bağçasına keçirərək ġamxal sultanın 
adamlarıyla birləĢdirmiĢdi. Bu iki birləĢmiĢ dəstənin yarısı bağçada qalmıĢdı, yarısı 
isə artıq hərəmxana dairəsinə adlamıĢdı. Lap öndə tosqun Hüseynqulu Xüləfa, 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
126 
 
yanağından qan daman ġamxal sultan, onların ardınca Süleyman mirzə, Əli bəy 
ġamlı, CəmĢid bəy Çərkəz, Vəlixan bəy Rumlu irəliləyirdilər. Sanki böyük bir 
qoĢunun üstə gedirdilər. SiyrilmiĢ qılınclar günəĢin Ģəfəqləri altında bərq vururdu, 
ox-yayını çiyninə salanlar, əlitüfəngli olanlar da vardı. Elə bil ov dalınca 
gedirdilər. Bu «ovun» canlı insan olduğunu, dünənə qədər görəndə «ġah, Allah» 
deyə qarĢısında ikiqat olduqları ġah Təhmasibin oğlu olduğunu, sanki, 
unutmuĢdular. BaĢlarını soxmadıqları dəlmə-deĢik yoxdu… 
Heydər mirzə heç vaxt inanmazdı ki, Ģahın təbəələri nə zamansa hərəmxana 
otaqlarına soxula bilərlər. Amma yanılmıĢdı, sağlığında Ģahın ayaqlarını öpənlər 
onun hərəmxanasında eĢələmədikləri künc-bucaq qalmamıĢdı. Hamı Heydər 
mirzəni axtarırdı. 
Xanımlar, kənizlər hürkmüĢ göyərçinlər kimi otaqdan-otağa qaçırdılar. Xanımlar 
Heydər mirzəni qana susamıĢ bu kütlənin qabağına çıxmağa qoymurdular. Onlar 
çox gözəl bilirdilər ki, bu həngamə ancaq Heydər mirzəyə görədir. Hiyləgərlərin 
fitnəsiylə ortaya atılan adamların baĢlarında ağıl deyilən Ģey qalmamıĢdı, onlar 
Heydər mirzənin «qətlinə fərman» vermiĢdilər. Guya Heydər mirzə ölən kimi hər 
Ģey düzələcəkdi. Axı, ġah Təhmasibin üçüncü oğlu Heydər mirzə niyə, nə üçün, 
kimə və nəyə görə ölməli idi, heç kəs bu sualı özünə vermirdi. 
Dövlətxanada aləm bir-birinə qarıĢmıĢdı. Hüseyn bəy YüzbaĢının dəstəsi hələ də 
içəri keçə bilməmiĢdi. Ancaq Zal bəylə Əlixan bəy Gürcü bir neçə silahdaĢlarıyla 
hərəmxana bağçasına adlaya bilmiĢdilər. 
 
* * * 
 
… Dayısı ġamxal sultanın yanına qaçan, hərəmxana bağçasının açarını ona verən 
Pərixan bəyim evdə qərar tuta bilmədi. Ona elə gəldi ki, dövlətxanada boynu 
vurulmuĢ zavallı Heydər mirzənin qanı hərəmxana bağçasından At meydanına, 
oradan da onun evinə axır. Axan bu qan kəsmək bilmirdi. Pərixan bəyim, doğrudan 
da, qana batmıĢ kimi zərif ayaqlarına baxdı və qorxmuĢ halda özünü çölə atdı. O, 
indi də dövlətxanaya tərəf qaçırdı. Qaçırdı ki, baĢ verəcək fəlakətin qarĢısını alsın. 
Dayısının gözlərindəki o parıltının, alıĢıb - yanan intiqam odunun üstünə su 
səpməliydi. Pərixan bəyim demirdi ki, Heydər mirzə Ģah olsun, yox, qətiyyən, 
ancaq ona qıymasınlar, eybi yoxdur, lap tutub zindana atsınlar, amma 
öldürməsinlər. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
127 
 
Pərixan bəyim böyük bir məmləkətin Ģahzadəsi, sevilib-seçilən bir xanımı 
olduğunu unudub dövlətxanaya doğru qaçırdı. 
… Heydər bəy ölümün artıq lap yaxınlıqda olduğunu hiss edirdi. Gənc idi, 
təcrübəsiz idi, birinci dəfəydi belə bir oyuna düĢmüĢdü, nə edəcəyini bilmirdi. Bu 
anda ona arxa duracaq beliqılınclı bir kiĢi də yoxdu, həkim Əbu Nəsir səs-küyü 
eĢidən kimi harasa yox olmuĢdu. Yazıq Heydər mirzə qadınların əhatəsində 
qalmıĢdı. Bu qadınlardan biri anası, beĢi isə analığıydı. Ögey bacısı Gövhər bəyim 
də onlarlaydı. Yerdə qalanları kənizlər, qaravaĢlar, xadimələr idi. Bu qadınların 
heç biri bu sarayın hərəmxanasına öz istəyi ilə gəlməmiĢdi. Gürcü qızı deyilən 
doğma anası gürcü əyanlarından birinin qızıydı. Anası atasının xanımı Sultanım 
bəyimin ilk günüsü idi. Ġnsafən Sultanım bəyim onun anasına qarĢı kin 
bəsləməmiĢdi. Sultanımın sevmədiyi günülərindən biri Pərixan bəyimin anası idi. 
Heç xoĢu gəlmirdi ondan. Bu qadın Dağıstan hakiminin qızıydı. ġahzadə 
Süleyman da bu qadından doğulmuĢdu. Heydər mirzənin anasından baĢqa, Ģahın 
xanımlarından daha ikisi gürcü əsilliydi. Bunun səbəbi Ģahın bir neçə dəfə 
Gürcüstana yürüĢ etməsiylə bağlı idi. Yerdə qalan xanımlar, kənizlər, qaravaĢlar 
Ģaha hədiyyə olunmuĢdular. Onların getməyə baĢqa bir yerləri də yoxdu. Bütün 
ömürlərini saray hərəmxanasına bağlamıĢdılar. Bu qadınlar birinci dəfəydi ki, 
sarayda belə bir ixtiĢaĢla qarĢılaĢmıĢdılar. Amansız insan seli onlara doğru gəlirdi. 
Gələn bu sel Heydər mirzəyə görəydi. Bu sel onu qadınların əlindən alıb 
aparacaqdı. Gürcü qızı son çarəyə əl atdı. Bir göz qırpımında oğlunu çadraya 
bükdü. Heydər mirzə özünə yaraĢdırmadığı çadradan xilas olunmağa çalıĢdısa da, 
qadınlar ona mane oldular. Sultanım bəyim Ģəfqətlə dedi: 
- BaĢqa yol yoxdu, Ģahzadə! Bu gözüqızmıĢların əlindən qurtarmağın ayrı çarəsi 
yoxdur! 
- Bəs mənim Ģərəfim?! 
Anası oğluna bozardı: 
- ġahın meyitinin üstündən adlayıb onun oğlunu doğramağa hazır olan bu ikiayaqlı 
cəlladlar Ģərəfli, iyirmi iki yaĢlı Ģahzadə qana susamıĢ insan sürüsündən gizlənmək 
üçün baĢına çadra örtəndə Ģərəfsiz olur?!  
Hirs-hikkəsindən Ģahzadənin gözlərində yaĢ parladı: «Allahım, bu Ģərəfsizliyi sən 
mənə yox, körpə qızıma bağıĢla». 
AzğınlaĢmıĢ kütlə artıq eyvana soxulmuĢdu. Qadınlar bir-birinə qısılıb qabaqda 
gedirdilər. Onlar bu selin qabağından qaçıb xilas olmaq istəyirdilər. Doğrudu, 
onlara toxunan yoxdu, amma Heydər mirzə aralarındaydı. Xanımlar Ģahzadəni 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
128 
 
ölümün pəncəsindən xilas etmək istəyirdilər. Kütlənin qabağında gələn 
Hüseynqulu Xüləfa, Vəlixan bəy Rumlu, ġamxal sultan Çərkəz, onun qulamı 
CəmĢid bəy Çərkəz, Ģahzadə Süleyman, Əli bəy ġamlı ovunu itirmiĢ qartal kimi 
vurnuxurdular: «Hansı deĢiyə girdi bu «Ģah qoduq?». 
Birdən Əli bəy ġamlı qatarlaĢıb gedən qadınlar arasında onların yeriĢilə 
uyuĢmayan ayaqları sezdi: 
- Budur bizim «Ģahımız», əyninə arvad paltarı geyinib qoĢulub arvadlara. Ey 
Səfəvilər nəslinin adını batıran murdar, gəl bura! - deyib yerində donmuĢ Heydər 
mirzənin baĢından çadranı çəkib yerə atdı. Gürcü qızı oğlunu xilas etməyə atılanda 
Vəlixan bəy Rumlu onu geri itələdi. Heydər mirzə ona bozardı: 
- Murdar, əlini çək! 
ġahzadə Süleymanın qulamı CəmĢid bəy Çərkəz Vəlixan bəy Rumluya köməyə 
gəldi, Heydər mirzəni çəkib qadınlardan araladılar. Hər iki cəllad gözlərini 
Hüseynqulu Xüləfa ilə ġamxal sultana zillədi: «Ağalar nə buyurur?» Onlardan səs 
çıxmadı, amma hiyləgər baxıĢları ilə «vur boynunu» iĢarəsini verdilər. Gürcü qızı 
özündən getmiĢdi. Heydər mirzənin iki yaĢlı qızı qorxusundan sarısını udmuĢdu, 
anası onun gözlərini əli ilə örtmüĢdü ki, atasının ölüm səhnəsini görməsin. Bu vaxt 
hər iki cəlladın qılıncı göydə parladı. 
- Dayan! - Sultanım bəyim hayqırdı. Ancaq gec idi, Heydər mirzənin baĢı 
yerdəydi. Sultanım bəyim qadınlardan ayrılıb ġamxal sultanın qarĢısında dayandı 
və var gücü ilə onun ətli sifətinə bir Ģapalaq vurdu: 
- ġərəfsiz! Sən bu gün qəbrini öz əlinlə qazdın. - Sonra üzünü Hüseynqulu 
Xüləfaya tutdu: - Dövlətxananın xüləfasına bax. Gör kimlərin ümidinə qalmıĢıq. 
Qalx ayağa, hökmdar! Gör bunların murdar Ģərəfini! Gör sarayında nə qədər gödən 
yırtan canavar bəsləyirmiĢsən! 
Bu hərəkəti heç kəs gözləmirdi. Yenicə içəri girən Pərixan bəyim eyvanın 
sütununa söykənib donmuĢdu: «Heydər mirzə, biz sənin ölümünün baiskarıyıq. 
Allah bizi bağıĢlamayacaq!» 
Zal bəyin səsi gəldi: «Heydər Ģah, hardasan?» 
Kütlə yenidən coĢdu. Vəlixan bəy Rumlu Ģahzadənin kəsilmiĢ baĢını yerdən 
qaldırıb Zal bəylə Əlixan bəy Gürcünün qarĢısına atdı: 
- Alın, bu da sizin Ģahınız! 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
129 
 
Sütuna söykənmiĢ Pərixan bəyim kənara sıçradı. Ona elə gəldi ki, Heydər mirzənin 
kəsilmiĢ baĢı onun qucağına düĢdü. «Bismillah!» deyib çökdü. 
 
XX FƏSĠL 
QĠYAMƏT GÜNÜ 
 
Göstərən saətdə dövrani fələk bir inqilab, 
Həm özü fani olur, həm ləĢkəri, həm kiĢvəri. 
Məhəmməd Füzuli 
 
ġ ahzadə Heydər mirzənin cənazəsini götürüb atasının meyitinin yanına qoydular. 
Sarayda baĢ vermiĢ qanlı olaydan artıq bütün Ģəhər halı idi. Bayaqdan Hüseyn bəy 
YüzbaĢının dəstəsinin üzünə bağlanmıĢ dövlətxana qapıları taybatay açıq idi. 
Hərəmxana yüzbaĢısı Vəli bəy ƏfĢar heç bir Ģey olmamıĢ kimi qaĢlarını oynada-
oynada qəlyanını tüstülədirdi. O, «Biz son nəfəsimizə qədər dövlətxananı, 
padĢahın namusu olan hərəmxananı qoruyacağıq» əhdini ayaqlar altına atmıĢdı. 
Çox keçmədi əmirlər Cehelsütun eyvanına toplaĢdılar. Hüseynqulu Xüləfa, ġamxal 
sultan Çərkəz, Ģahzadə Süleyman, Vəlixan bəy Rumlu, CəmĢid bəy Çərkəz oturub 
məĢvərət eləyirdilər. Heydər mirzə tərəfdarlarından eĢikağası Ġbrahim mirzə 
əmirlərin yanına gələndə hamı hörmətlə baĢ əydi. Az sonra Aycəkoğlu da gəlib 
əmirlərin yanında əyləĢdi, ancaq ona əhəmiyyət verən olmadı. 
Əmirlərdən çox adam gözə dəymirdi. Hər zaman əmirlər sırasında mötəbər mövqe 
tutan Ģahzadə Mustafa mirzə, onun lələsi Hüseyn bəy YüzbaĢı yoxdular bu 
yığnaqda. Bir-iki günün içində yollar haçalanmıĢdı. Əmirlər dövlətxanaya 
toplaĢanda Hüseyn bəy YüzbaĢı bu münaqiĢədə uduzduğunu dərk elədi. BaĢına 
topladığı ustaclılar tayfasından yaralananlar, ondan ayrılıb evinə gedənlər vardı. 
Hüseyn bəy YüzbaĢı fürsət var ikən Ģahzadə Mustafa mirzəni və tərəfdarlarını 
götürüb gözdən-könüldən uzaq bir yerə çəkilmiĢdi. 
Əmirlər heç nə olmamıĢ kimi sakit halda oturmuĢdular. Nə Ģahın, nə indicə qanını 
tökdükləri Heydər mirzənin dəfni barədə danıĢan yox idi. Təkcə Ġbrahim mirzənin 
ürəyindən qara qanlar axırdı. Ancaq bu kəmfürsət adamların yanında məcburən 
özünü onlara yaxın adam kimi aparırdı. Bilirdi ki, bir azdan fırtına qopacaq. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
130 
 
Doğrudan da, çox keçmədi Ģəhərdə əsl qiyamət günü baĢladı. Ġllərlə ürəklərə 
yığılmıĢ kin-küdurət qəfil baĢlamıĢ leysan yağıĢa bənzəyirdi. Göy guruldayır, 
ĢimĢəklər çaxır, sel-su qarĢısına çıxan hər nə varsa süpürüb aparırdı. Artıq bu selin 
qarĢısını almaq mümkün deyildi. Hər kəs intiqam atına minib Ģəhərdə dördnala 
çapırdı. Ġnsanlar elə bil qana susamıĢdılar. NeĢtərləməyə, qarnını cırıb yerə 
tökməyə, boynunu vurmağa adam axtarırdılar. Cəza verənlərlə «günahkarlar» 
istənilən qədər idi. Əvvəl həkim Əbu Nəsiri axtardılar. Vəli xan ƏfĢar Hüseynqulu 
Xüləfaya, ġamxal sultana çuğulluq eləmiĢdi ki, həkim Əbu Nəsir gecə sarayda 
qalmıĢdı. Çox gözəl, bəs hanı bizim bu həkimimiz? Ora boylandılar, bura 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin