Milli Virtual Kitabxananın e nəşri n 01 58 (2012) Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum: Azərbaycan yazı



Yüklə 2.46 Mb.
Pdf просмотр
səhifə1/23
tarix31.01.2017
ölçüsü2.46 Mb.
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   23

 
 
www.kitabxana.net
  
 
Milli Virtual Kitabxananın təqdimatında 
 
2012 
“ÇağdaĢ Azərbaycan romanı” 
 
Mustafa ÇƏMƏNLİ 
 
ÖLÜM MƏLƏYİ 
 
Tarixi roman 
 
 
 
Y
E N I  
Y
A Z A R L A R   V Ə  
S
Ə N Ə T Ç I L Ə R  
Q
U R U M U
.
  E
-
N Ə ġ R  
N
 
0 1
 
( 5 8
 
2 0 1 2 )
 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 

 
www.kitabxana.net
 
 
Milli Virtual Kitabxananın təqdimatında 
 
Bu elektron nəşr 
http://www.kitabxana.net
 - Milli Virtual Kitabxananın 
“Çağdaş 
Azərbaycan romanı” 
Kulturoloji-Tərcümə Layihəsi çərçivəsində nəşrə hazırlanıb və 
yayılır. 
 
Elektron Kitab N 01 
 
YYSQ - 
Milli Virtual Kitabxananın e
-
nəşri N 
01 - 58 (2012)
 
 
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum: 
 
Azərbaycan Yazıçılar Birliyi - 
http://www.azyb.net
 
 
 
Mustafa ÇƏMƏNLİ 
 
ÖLÜM MƏLƏYİ 
Tarixi roman 
 
Tan
ı
nm
ış
 Az
ə
rbaycan yaz
ıçıı
s
ı
n
ı
n tarixi roman
ı
n
ı
n ilk e-variant
ı
...
 
 
YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 01 (58 - 2012) 
 
Virtual redaktoru və e-nəşrə hazırlayanı: 
 
Aydın Xan (Əbilov) - yazar-kulturoloq 
 
YYSQ - Milli Virtual Kitabxana 
 
Bakı – 2012 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 

 
 
Mustafa ÇƏMƏNLİ 
 
 
 
 
 
ÖLÜM MƏLƏYİ 
 
 
Tarixi roman 
 
 
 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 

 
I fəsil 
 
QƏFİL GƏLMİŞ ƏCƏL 
 
Allaha and olsun ki, qətl etmək və  
öldürməklə səltənət iĢi irəli gedə bilməz. 
Pərixan bəyim Səfəvi 
 
- Sən kiminləsən, ölülərlə ya dirilərlə? 
Qatillərlə, ya qətlə yetirilənlərlə? 
Roma şairi Ovidiya 
 
 
1576-cı ilin Novruz bayramından heç bir ay da keçməmiĢdi. Torpaq hələ indi - indi 
isinirdi. Yaz otu təzə-təzə cücərirdi. Axtarsan, otluqda rəngbərəng çiçəklərə də rast 
gələrdin. GünəĢin ilıq Ģəfəqləri altında quĢlar budaqdan - budağa qonub civildəĢir, 
qatarlaĢmıĢ atlı qarıĢqalar ağlasığmaz bir nizamla yuvalarına dən daĢıyırdılar. 
Gözünü günəĢə açan qızılgüllərin ətri adamı bihuĢ edirdi. Hər zaman olduğu kimi, 
bu ilıq, qəlbə fərəh gətirən yaz səhəri də cürbəcür xəbərlərlə açılırdı. YaxĢı 
deyiblər ki, gecə hamilədir, sabah nə doğulacağını kimsə bilmir. Gecə doğulan 
kim, gecə dünyasını dəyiĢən kim.  
ġah Ġsmayıl Səfəvinin oğlu I ġah Təhmasibin bu yaz bəxti gətirməmiĢ, öz 
ehtiyatsızlığı ucbatından yatağa düĢmüĢdü. Əslində, Ģahı dilxor eləyən, onu yatağa 
salan, açılıb-bükülməsi mümkün olmayan incə bir məsələ vardı. Onu incidən, 
ağrıdan o idi ki, döyüĢ meydanında çarpıĢmada yox, özünün səhlənkarlığı üzündən 
yatağa düĢmüĢdü. Əhvalat bir ay bundan qabaq olmuĢdu. HəmiĢə hamama gürcü 
əsilli arvadlarından birinin qardaĢı Zal bəylə gedərdi. Zal bəy onun etibarını 
qazanmıĢdı. Hamamda onu kisələyər, sərin Ģərbət içirdər, həm də Ģahın qarovulunu 
çəkərdi. ġah bir dəfə necə oldusa hamama tək getdi. Bu da nəticəsi. Bədənindəki 
artıq tükləri tökmək üçün dərisinə nürə deyilən maddədən qədərindən artıq 
sürtmüĢdü. Hamamdan çıxandan sonra bədəni yara səpməyə baĢladı. Günlərlə 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 

 
qızdırma içində çapaladı. Adi bir ehtiyatsızlıqdan bir ay idi ki, yorğan-döĢək 
xəstəsi idi. Həkimlər dərdinə bir çarə tapa bilmirdilər. Nürə deyilən bu andıra 
qalmıĢ Ģahın dərisini yaman günə qoymuĢdu. Lənət Ģeytana, bir az da dərinə 
getsək, bu Ģan-Ģöhrətli kiĢi can üstə idi. Deyəsən, Allahın əmri ilə Əzrail gəlib 
baĢının üstünü kəsdirmiĢdi. Təhmasib Ģah düz əlli üç il altı ay idi ki, atası ġah 
Ġsmayıl Səfəvinin taxtında oturub Ģahlıq eləyirdi. Bu da Tanrının ona lütfü idi, axı 
hər adama hakimiyyətdə bu qədər müddət qalmaq nəsib olmur. 
Səhər yenicə açılmıĢdı. Xəstə Ģah qızılgülün ətrini hiss edirdi. ġahın Ģüuru, nəfəsi 
hələ üstündəydi və rəsmi olaraq Səfəvilər xanədanının sahibiydi. Nəfəsi artıq 
boğazında olsa da, çıxmayan canın sağalmasına, az da olsa, hələ ümid vardı. Belə 
düĢünməyə də əsas vardı. Çünki Ģahın həyatında bir dəfə də belə bir iĢ olmuĢdu. 
Ġki il bundan qabaq da Ģah yorğan-döĢəyə düĢmüĢdü, hətta molla gəlib baĢı üstündə 
yasin də oxumuĢdu, amma, necə deyərlər, kəfəni yırtıb çıxmıĢdı, türkün sözü, o 
dünyadan qayıtmıĢdı. O, Tanrının mərhəməti sayəsində öz gözlənilməz qayıdıĢı ilə 
çox-çox əcaib-qəraib iĢlərin, nanəcibliklərin Ģahidi olmuĢdu. Əslində, Ģah bu qəfil 
«dirilməyi» ilə taxt-tac uğrunda çarpıĢmağa hər an hazır olan doğmalarını da 
çaĢdırmıĢdı… ġah iyirmi yaĢında olanda, hər cür bədzat iĢlərdən uzaq olmaq üçün 
«Allahın qarĢısında tövbə edirəm» demiĢdi və andına bu günəcən sadiq qalmıĢdı. 
Məmləkətdə Ģərabxanaları, qumarxanaları, fahiĢəxanaları ləğv eləmiĢdi. ġah daim 
kamilliyə can atırdı, nəfsinin qulu yox, ağası olmaq ən böyük amalı idi. 
ġahın bu uzun hakimiyyəti dövründə xeyirxah iĢləri çox olmuĢdu. Çoxlu 
məktəblər, mədrəsələr açdırmıĢdı, məscidlər tikdirmiĢdi. Qədim təzkirələrin üzünü 
köçürtmüĢdü. Hüseyn Vaizin «RövzətüĢ-ġühəda» əsərini NiĢati adlı Ģəxsə türkcəyə 
çevirtmiĢdi. O, Ģah olaraq hər məqamda insanları haqqa dəvət etmiĢ, həmiĢə 
üləmaların, ibadət sahiblərinin, iman əhlinin ehtiramını saxlamıĢdı. Yetimlərə 
hamilik eləmiĢdi. Bütün böyük Ģəhərlərdə qızlar və oğlanlar üçün yetimxanalar 
açıb həddi-buluğa çatana kimi onların qayğısına qalmıĢdı. Tacirləri, sənətkarları 
yolhaqqı olaraq alınan tamğadan - vergidən azad eləmiĢdi. Sənətkarlardan, 
maldarlardan, otlaqlardan istifadəyə görə alınan vergiləri də ləğv eləmiĢdi. Bundan 
sonra rəiyyət azad nəfəs almıĢdı. Özü də hiss edirdi ki, xalqın ona məhəbbəti 
böyükdür. Bu da səbəbsiz deyildi. O bir dəfə də olsun tövbəsini pozmamıĢdı. 
Nəyinsə xatirinə xalqın zərərinə olan bir iĢin çiçəklənməsinə rəvac verməmiĢdi. 
Məhz buna görə əlli üç il altı ay idi ki, taxta əyləĢmiĢdi. Ġndi ömrünün bu çağında 
ancaq xeyirxah iĢlərinə görə təskinlik tapırdı. 
Ölkənin Ģahı pərqu yorğan-döĢəkdə arxası üstə uzanıb cınqırını da çıxartmadan 
keçmiĢinin - yaĢadığı illərin tamaĢasına durmuĢdu. UĢaqlıqdan bu günə kimi hər 
Ģeyi, ən xırda, lüzumsuz təfərrüatları belə bir-bir xatırlayırdı. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 

 
I ġah Təhmasib hicri 999-cu ilin Zülhəccətül - hərəm ayının 26-da - yəni miladi 
tarixlə 26 fevral 1514-cü ildə Ġsfəhanın ġahabad kəndində doğulmuĢdu. Dayəsi onu 
bələkdə gətirib atası ġah Ġsmayılın qucağına verəndə o, xoĢbəxtlərin xoĢbəxtiydi. 
Təhmasib ġah Ġsmayılın ilki idi və bu anda bu xoĢ təmasdan atalıq hissi qəlbini 
sarmıĢdı. Kədərlənməyə də elə bir əsas yoxdu. Əksinə, belə cavan yaĢında ucsuz - 
bucaqsız ərazilər, məmləkətlər onun hökmü - fərmanı altındaydı. Fələyin gərdisi 
ilə çox mənəm - mənəm deyən hökmdarlar atından yerə salınsa da, ġah Ġsmayıl 
hakimiyyətə qədəm basdığı çağdan bu günə məğlubiyyətin nə olduğunu 
bilməmiĢdi. Ġndi, balaca Təhmasib qucağında həyatının xoĢbəxt anlarını yaĢayan 
ġah Ġsmayıl, əlbəttə, qarĢıda onu nə gözlədiyini bilmirdi. Çünki məĢhur Çaldıran 
döyüĢünə - onun Ģahlıq qürurunun qırıldığı günə (23 avqust 1514-cü il) hələ altı ay 
vardı. Doğrudur, Sultan Səlimlə məktublaĢırdılar, bu onu, o bunu sancırdı. Sultan 
Səlim ona kəĢkül, təsbeh göndərirdi ki, get dərviĢliyini elə, ġah Ġsmayıl da ona 
tiryək göndərirdi ki, sən də tiryəkini çək, nəĢələn, sultanlıq sənə yaraĢmaz. Amma 
bu sancmalardan hələ qan iyi gəlmirdi … 
ġah qucağına sığınıb qığıldayan körpə Təhmasibi bir daha qoxlayıb dayəsinə 
qaytardı, üzünü ətrafındakı əyanlara tutdu: 
- Ağalar, Xorasan hakimliyini Təhmasib mirzəyə tapĢırıram, - dedi. - Bu gündən 
Əmir xan da onun lələsidir. 
Əmir xan əyanlar arasından qalxıb əlini sinəsinə aparıb ədəblə baĢ əydi: 
- ġah sağ olsun, Allah sizdən razı olsun. Təhmasib mirzənin lələsi olmaqdan qürur 
duyuram. Allah ömrünü uzun, qədəmlərini sayalı eləsin.  
ġah Ġsmayıl Əmir xana: 
- Sabah Xorasana yola düĢə bilərsiniz, - dedi. 
Dövrün qanunu beləydi, Ģahın övladlarını lap kiçik yaĢlarından hakimiyyət iĢlərinə 
hazırlayırdılar. Lələsi Ģah oğlunun həddi-büluğa çatıb ərgənlik donunu əyninə 
geyinənə kimi tərbiyəçisi, hamisi olurdu.  
Beləcə, Təhmasib mirzə bir müddət lələsi Əmir xanla Xorasanda yaĢadı. Amma nə 
səbəbdənsə, çox keçmədi Əmir xan Səfəvilərdən üz döndərdi. Orda-burda ağzına 
gələni çərənləyirdi. ġah Ġsmayıl axırda qəzəblənib Əmir xanı hakimiyyətdən 
uzaqlaĢdırdı, Təhmasib mirzəni isə saraya gətirtdi. Bəlkə də, balaca Təhmasibin 
həyatının ən xoĢ dəqiqələri ata-anasına qovuĢduğu o günlər idi. Ata-ananı kim əvəz 
edə bilər axı? Təhmasib mirzə ata-anasının nəvaziĢləri altında böyüdü. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 

 
Amma bu səadət dolu illər sən deyən qədər də çox sürmədi. Çaldıran döyüĢündə 
məğlub olandan sonra üzü gülüb könlü açılmayan ġah Ġsmayıl cəmi on il yaĢadı. 
O, 1524-cü ildə Sərab mahalının Manqutay adlı məkanında qəflətən dünyasını 
dəyiĢəndə oğlu Təhmasib mirzə on bir yaĢının içində idi. Atası heç vaxt ona 
Çaldıran döyüĢündən danıĢmazdı. O, elə bil bu söhbətdən qaçırdı. Tez-tez ova 
gedərdi ki, dərdini unutsun. Dərd adamın içindədirsə, ondan qaçmaqmı olar?! 
Ancaq saray kitabxanasının baĢ rəssamı Sultan Məhəmməd Ģagirdi Təhmasib 
mirzəyə atası ġah Ġsmayılın Ģücaətindən fərəhlə danıĢardı. 
- Əziz Ģahzadə, - deyərdi, - Çaldıran döyüĢü yay vaxtı olmuĢdu. Sultan Səlim 
saysız-hesabsız ləĢkəri, çoxlu top arabaları ilə üstümüzə gəlmiĢdi. QoĢun 
böyüklərindən Xan Məhəmməd düĢmənin topçular alayını görüb atanıza demiĢdi:  
- Gəlin, onların üstünə gecə hücuma keçək.  
Bu vaxt bö  yük əmirlərdən olan sənin dayın, anan Taclı xanımın qardaĢı DurmuĢ 
xan bu cür basqının qızılbaĢların Ģəninə yaraĢmadığını söyləmiĢdi. DurmuĢ xanın 
bu sözlərindən sonra rəhmətlik Ģah demiĢdi ki, mən karvanbasan quldur deyiləm, 
Allah necə istəyirsə, eləcə də olacaq. Təhmasib mirzə, cənnətməkan atanız 
Çaldıranda məğlub olsa da, çox böyük Ģücaətlər göstərdi. Hələ döyüĢ 
baĢlamamıĢdan Osmanlıların məĢhur pəhləvanı Malqucoğlu bir dəstə atlı ilə 
QızılbaĢ qoĢununun orta cinahının qarĢısına gəldi. Bu Malqucoğlu o qədər həddini 
aĢmıĢdı ki, qılıncını siyirib Səfəvilər ġəhriyarını təkbətək döyüĢə səslədi. Əziz 
Ģahzadə, Malqucoğlu xaçpərəstlərlə təkbətək döyüĢlərdə ad çıxartmıĢdı. Sultandan 
baĢqa kimsəyə boyun əymir, heç kəsi rəqib saymırdı. Onun özündən belə razılığı, 
müĢtəbehliyi cənnətməkan atanıza xoĢ getmədi. Yanındakı əmirlər ona «Getmə» 
desələr də, Ģah heç kəsi eĢitmədi, atını qəzəblə Malqucoğlunun üstünə sürüb ona 
elə bir qılınc zərbəsi endirdi ki, baĢındakı polad dəbilqə, əynindəki zireh belə 
parçalandı. Osmanlılarla Səfəvilər arasında qovğa belə baĢladı… 
Təhmasib mirzə bu cür öygülü, fəxarət doğuran söhbətlərdən sonra həyəcanlanar, 
gözləri dolmuĢ halda soruĢardı: 
- Ustad, bəs o qılınc məsələsi... 
- Cənnətməkan atanız QızılbaĢlara böyük tələfat verən topların zəncirlərini vurub 
qırırdı. Bir həmləsində hətta topun lüləsini vurub salmıĢdı. Bu əhvalat döyüĢ 
meydanını seyr edən Sultan Səlimə çatanda xəbər göndərdi ki, o qılınca baxmaq 
istəyir. Rəhmətlik Ģah qılıncı göndərdi. Deyirlər Sultan Səlim qılıncı götürüb var 
gücü ilə topun lüləsinə vurub, amma heç nə alınmayıb. Xəbər göndərib ki, bu 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 

 
qılınc haman qılınc deyildir. Rəhmətlik Ģah gülümsəyib qarĢısında dayanıb cavab 
gözləyən elçiyə deyib: 
- Get ağana de ki, qılınc haman qılıncdır, qol hamankı deyil… 
Təhmasib mirzə: 
- Ustad, bəs atam ġah Ġsmayıl bu davadan nə yolla qurtula bilib? - soruĢdu. 
- Atanız cənnətməkan, Diyarbəkirdən qoĢunla gəlmiĢ Xan Məhəmmədi ordunun 
çərəxçisi təyin etmiĢdi. Sarı Pirə qorçubaĢı, DurmuĢ xan, Nurəli xəlifə Rumlu, 
Xülafə bəy, Hüseyn bəy Lələ, Xəlil Sultan Zülqədər sağ cinahda, Ģah özü isə 
mərkəzdə mövqe tutmuĢdu. Vəzir Mir Əbdülbaqi, sədr Mir Seyid ġərif, Seyid 
Məhəmməd Kəminə kimi adlı-sanlı dövlət adamları da onun yanındaydılar. Əziz 
Ģahzadə, Çaldıran döyüĢündə bu adamların hamısı Ģəhid oldular. Sultanəli ƏfĢarın 
bir suyu rəhmətlik atanıza oxĢayırdı. DöyüĢ zamanı əsir düĢər, apararlar Sultan 
Səlimin hüzuruna. SoruĢar, sən ġah Ġsmayılsan? Sultanəli ƏfĢar deyər: - Xeyir, 
mürĢidimiz əsir düĢməz. Mən Sultanəli ƏfĢaram. Onu oradaca öldürürlər. Atanız 
Cənnətməkan, vəziyyəti belə görəndə gəranaylar çaldırır, salamat qalanlar Ģahın 
baĢına toplaĢır. Geri çəkiləndə Ģahın atı bataqlığa düĢür. Atanızı Xızır ağa Ustaclı 
adlı bir qızılbaĢ xilas edir. Öz atını ona verir ki, oradan uzaqlaĢsın. Əziz Ģahzadə, 
deyilrlər, Sultan Səlim Təbrizi ələ keçirdikdən sonra Nəsriyyə məscidində namaz 
qılır. ġəhərin xətibi çaĢaraq xütbəni Sultan Səlimin yox, atanız ġah Ġsmayılın adına 
oxuyur. Yeniçərlər xətibi öldürmək istəyirlər. Amma Sultan Səlim xətibin 
çaĢdığını baĢa düĢüb qoymur. Sultan Səlim bir həftədən sonra Təbrizdən çıxıb 
Amasiyaya gedir. Atanız ġah Ġsmayıl yenidən Təbrizə qayıdır. Bax, belə-belə iĢlər, 
mənim Ģahzadəm. 
Təhmasib mirzə, beləcə, atasının Ģücaətlərini eĢidəndə fərəhlənər, sevinci yerə-
göyə sığmazdı… 
ġah Təhmasibin qanı qaçmıĢ dodaqlarında təbəssüm iĢardı. Onun baĢı üstündən o 
yana getməyən Heydər mirzə Ģahın dodaqlarına gün iĢığı kimi düĢmüĢ bu iĢartıda 
yaĢamaq niĢanəsi gördü. Ancaq Heydər mirzə yanılırdı. Bəzən doğmaların da səni 
yaxĢı tanımır. Ġndi Heydər mirzə də atasının rəssam təbiətli bir Ģah olduğunu 
unutmuĢdu. Bu iyirmi iki yaĢlı Ģahzadədə günah yox idi. Bütün saray əhli 
Təhmasib Ģahı ancaq hökmdar kimi tanıyırdı. Onlar Ģahın nəqqaĢlardan da dərs 
aldığını unudurdular. ġah Təhmasib haçan asudə vaxt tapsaydı, yolunu saray 
kitabxanasından salardı. ġah burada özünü balıq suda hiss edən kimi hiss edirdi. 
Ona görə ki, bura toplaĢan nəqqaĢların hərəsi bir aləm idi. ġah bu nəqqaĢların hər 
birinə hörmətlə yanaĢırdı. Atası ġah Ġsmayıl da sənətkarlara həmiĢə rəğbət 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 

 
göstərərdi. Onlar hamıya bənzəməz, nadir adamlardı -- deyərdi. ġah Təhmasib də 
saray kitabxanasında çalıĢan bu insanlara hörmət-izzətlə yanaĢardı. Dövrün ən 
tanınmıĢ xəttatları, nəqqaĢları Firdovsinin «ġahnamə»sini düz otuz ilə iĢləmiĢdilər. 
Nizami Gəncəvinin «Xəmsə»sini də məxsusi onun üçün incə, mənalı miniatürlərlə 
bəzəmiĢdilər. O, bu kitabları oxumaqdan, onu bəzəyən miniatürlərə baxmaqdan 
həmiĢə böyük zövq alırdı. Bu kitablarda kimin əməyi yoxdu: Xəttat ġahmurad 
NiĢapurinin, nəqqaĢlardan Sultan Məhəmmədin, Ağa Mirəkinin, Mövlana 
Müzəffər Əlinin, Mir Zeynalabdinin… Ağa Mirəkini məclislərinin baĢında 
oturdardı. Bu üzügülər, xoĢrəftar kiĢiyə lap ürəkdən bağlanmıĢdı. Ah, Mövlana 
Müzəffər Əli onun sarayına, Çehelsütun eyvanının divarlarına necə gözəl rəsmlər 
çəkmiĢdi: iki göz istəyirdi bunlara baxsın. Ġllər keçsə də, bu rəsmlər hələ də 
təravətini itirməmiĢdi. ġah nəqqaĢlığın sirlərini ədəb-ərkanlı, ağır oturub batman 
gələn Mir Zeynalabdindən də öyrənmiĢdi. Onun insan çöhrəsini çəkməkdə tayı-
bərabəri yoxdu. Hələ Sadıq bəy ƏfĢar! Misilsiz rəssamdı. ġairliyi də vardı. Bir ara 
nəqqaĢlıqdan fayda görməyib dərviĢlərə qoĢulub dünyanı dolaĢmıĢdı. Ona heyifi 
gəldi, saray kitabxanasına gətirdi. Amma deyir, Allah bir tərəfdən verəndə, bir 
tərəfdən də alır. Bu Sadıq bəy ƏfĢarın sənətinin böyüklüyünə söz ola bilməzdi, di 
gəl ki, xasiyyəti bir xasiyyət deyildi, lovğa, özündən razı, bir sözlə, zəhər tuluğu. 
Ətrafındakılar sənətinə görə onun hərzə-hədyanlarına göz yumurdular. Elə o özü 
də Sadıq bəy ƏfĢarın bu ağır xasiyyətini bildiyindən, onu yüksəltməyə əli gəlmirdi. 
Nə etməli, xasiyyət də insanla bir yerdə doğulur… 
NəqqaĢlar bir-bir Ģahın gözləri önündən gəlib keçirdi. Birdən baxıĢları xəyalən 
Mövlana Həsən Bağdadinin qarayanız çöhrəsinə dikildi. Qızıl suyu ilə naxıĢ 
vurmaqda onun tayı-bərabəri yoxdu. Mövlana Həsən bu sahədə ustadlar ustadıydı. 
Bir gün qulağına çatdı ki, Mövlana Həsən nimçəyə, piyaləyə, məcməyiyə qəribə-
qəribə, açıq-saçıq, Ģəhvani hislər yaradan səhnələr nəqĢ eləyir. Qulağına inanmadı. 
Xəbər gətirənin üstünə bozardı: 
- Sübut! 
Sübut tapıldı. Çuğulçu çuxasının altından bir piyalə çıxardıb qoydu Ģahın qarĢısına. 
ġah piyaləni əlinə götürdü, gözü incə naxıĢlarla iĢlənmiĢ çılpaq qadın bədəninə, bu 
bədənə ilan kimi sarınmıĢ kiĢiyə dikilib qaldı. Təsvir olunan mənzərə o qədər canlı, 
cazibədar idi ki, bircə anda vücudunu ehtiras sardı. Əlində piyalə, donub qalmıĢdı. 
NəqqaĢın əməlini ya təqdir, ya da inkar etməli idi. Çuğulçu qorxaq gözlərlə 
qarĢısında müticəsinə dayanıb gözləyirdi. ġah bir anlığa nəqqaĢ Mövlana Həsənlə 
çuğulçunu yan-yanaĢı qoyub müqayisə etdi. Yox, nəqqaĢ Mövlana Həsəni bu 
miskinin ayaqları altına atmaq heç insafdan olmazdı. Birisi sənətkar, digəri 
çuğulçu - evyıxan. ġah: 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
10 
 
- YaxĢı, sən get, cəzasını verərik, - dedi. 
ġah piyalədə təsvir olunan səhnəyə bir də diqqətlə baxıb gözdən uzaq bir yerə 
qoydu. Bir müddət bu iĢin üstünü vurmadı. Hərdən gecələr piyaləni gizlətdiyi 
yerdən çıxarıb Ģam iĢığında baxardı. ġam iĢığında bu səhnələr daha canlı, sirli 
görünürdü. ġah piyaləni yerinə qoyub arvadlarından birinin yanına tələsərdi. 
Ancaq Mövlana Həsənin piyalələrinin sayı çoxalıb, müĢtəriləri artanda Ģah 
dözmədi, nəqqaĢa ismarıc göndərdi ki, Ġslama zidd əməlindən əl çəkməsə, bu 
yoldan daĢınmasa, nəqĢ edən əlini kəsdirib itlərə atdıracaq! 
 
* * * 
 
ġahın ismarıcı Mövlana Həsənə çatdı. NəqĢ edən əlinə baxıb üĢəndi. Xəbər 
gətirənə söylədi ki, bir də belə iĢ tutmayacaq. Amma Mövlana Həsən sözünün 
yiyəsi olammadı, əlinə fırça alan kimi gözləri önündə məhz belə səhnələr canlanır, 
istər-istəməz xəyalında canlananları piyalələrə, məcməilərə həkk eləyirdi. 
Çuğulçular Mövlana Həsənin bir-birindən zərif iĢlənmiĢ piyalələrini, nimçələrini 
Ģaha gətirirdilər. Nəhayət, Ģah, Mövlana Həsənə sonuncu dəfə xəbərdarlıq etdi: 
- Bu yoldan çəkilməsə, əli kəsiləcək! Getsin, təzə tikdirdiyim Ġmam Hüseyn 
məscidinin günbəzinə zinət vursun. Xülasə, taleyi Ġmam Hüseyn məscidində 
görəcəyi iĢdən asılıdır! 
… Mövlana Həsən sübh tezdən Ġmam Hüseyn məscidinin günbəzini qızıl suyu ilə 
bəzəyirdi.  
Bir müddətdən sonra Ģah cümə namazına gələndə Mövlana Həsənin qızıl suyu ilə 
iĢlədiyi rəsmlərə baxıb, Mövlana Həsənin nəqĢ edən əlini kəsdirmədiyinə 
sevinmiĢdi. Ona hədiyyələr vermiĢdi. Mövlana Həsən də daha Ģəhvani hisslər 
yaradan səhnələr nəqĢ etməyi tərgitmiĢdi… 
Təhmasib Ģah dərindən köks ötürdü. Ürəyinin lap dərinliyində heyifsiləndi ki, 
nəqqaĢlıq peĢəsi ilə mütəmadi məĢğul ola bilmədi. ġahlığın minbir qayğısı, 
çarpıĢmalar, vuruĢmalar, tayfalar arasındakı bitib-tükənməyən didiĢmələr, hərc-
mərclik, qovğalar, saraydakı ixtilaflar onun zərif duyğularını alt-üst edir, əlinə fırça 
almağa macal tapmırdı. Az qala hər il üstünə qoĢun çəkən özbək padĢahı Übeyd 
xanla nə qədər çarpıĢmaq olardı?! Bu il burnunu əzirdi, gələn il yenə peyda olurdu. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
11 
 
Bu cılız bədənli adam öz inadından əl çəkmirdi. Neçə dəfə Xorasana soxulmuĢdu, 
vurub çıxartmıĢdı, amma yenə ona dərs olmamıĢdı. DöyüĢlərin birində QızılbaĢ 
sərkərdələrindən biri Übeyd xanın baĢına var gücü ilə bir əmud iliĢdirib onu 
atından salmıĢdı. Heyif ki, onu ölmüĢ bilib atdan düĢüb baĢını kəsməmiĢdi. Übeyd 
xan bu əmud zərbəsindən ölməmiĢdi, amma ömürlük kar olmuĢdu. Ona görə də 
QızılbaĢlar ona Kar Übeyd deyirdilər. 
Ömrünün bir qismi də Osmanlı Sultan Süleymanla, qardaĢı Əlqas mirzəylə 
döyüĢlərdə keçdi. YaxĢı ki, Sultan Süleyman sonda dindaĢlarından əl çəkib üzünü 
Avropa dövlətlərinə tutdu. Atası ġah Ġsmayıl da, intiqam hissilə yanmağına 
baxmayaraq, onunla hörmətlə davranıb Fransa və Rusiya ilə qovğaya girən Sultan 
Süleymanla dava etmək fikrindən daĢındı. Eh, kənardan gəlmələrlə çarpıĢıb-
vuruĢmağa nə var, vay o günə özününkülərlə vuruĢmalı olasan. DəhĢət onda olur. 
Sonu görünməyən, bitib-tükənməyən bir qovğaya düĢürsən. 
Nələr, nələr baĢ vermədi bu əlli üç ildən artıq hakimiyyəti dövründə. Axı hər Ģeyi 
kəsib atmaq olmur. O da bir Ģah kimi, çox naqisliklər görürdü, amma özünu 
görməməzliyə vururdu. Bilirdi ki, çözələyib axırına çıxa bilməyəcək, iliĢib qalacaq 
kələfin içində. Hə, ömür beləcə keçdi… Əgər vaxt tapsaydı, əcəldən möhlət 
olsaydı, bir az da nəqqaĢlıqla məĢğul olardı. Bu halında özünü ən çox nəqqaĢlığa 
az vaxt ayırmağına görə qınayırdı. 
O, indi ömrünün bu son günündə eĢitdiklərini, gördüklərini bütün çılpaqlığı ilə 
gözləri önündə canlandırır, bütün bunları kağız üzərinə, kitab səhifələrinə, çini 
boĢqablara, piyalələrə, məcməyilərə nəqĢ etməməyindən darılırdı. Fürsəti fövtə 
vermiĢdi. O, atası ilə Malqucoğlunun döyüĢ səhnəsini yaddaĢında o qədər aydın 
canlandırırdı ki, belə bir tarixi döyüĢün əbədiləĢməməsinə heyifsilənirdi. 
 
 
II fəsil 
 
SARAYDA BĠR PƏRĠ DOLAġIRDI 
 
Ey Həqiqi, ço tora ömr be payan berəsəd, 
Ba həme hekməte-loğman dava nətvan kərd1. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
12 
 
Pərixan Həqiqi Səfəvi 
 
Qapı ahəstəcə açıldı. XoĢ bir ətir qoxusu doldu otağa. ġah gözüyumulu olsa da, bu 
ətir qoxusundan gələnin kim olduğunu anladı; sevimli qızı Pərixan bəyim idi. O, 

Каталог: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
file -> Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə