MİRZƏ İsmayil qasir axundzadə 210 baki 2015



Yüklə 6,56 Mb.
Pdf görüntüsü
səhifə1/24
tarix31.01.2017
ölçüsü6,56 Mb.
#7221
  1   2   3   4   5   6   7   8   9   ...   24

 

MİRZƏ İSMAYIL QASİR  - 210

MİRZƏ İSMAYIL 

QASİR

AXUNDZADƏ 

210 

BAKI 2015 

MİRZƏ İSMAYIL QASİR  - 210

Qasirin ədəbi irsini toplayan: 



Ġshaq Səbih oğlu Axundov 

Qasirin həyat və yaradıcılığını tədqiq edən: 

Aybəniz Mustafa qızı Rəhimova 

Qasir


in ədəbi irsini ərəb əlifbasından çevirib nəşrə hazırlayanlar:

 Tahirə Nurulla qızı Nurəliyeva və PaĢa Əli oğlu Kərimov 

Farsdilli Ģeirləri tərcümə edən: 

 Məmmədağa Sultan Məhəmməd oğlu Sultanov 

Kitabı tərtib edib çapa hazırlayan: 

Tufan Ġshaq oğlu Axundov 

Kitab  oxucuları  Azərbaycanın  XIX  əsr  klassik  ədəbiyyatının  parlaq 

nümayəndələrindən  biri  olan  Axundzadə  Mirzə  Ġsmayıl  Qasirin  həyat  və 

yaradıcılığı ilə tanıĢ edir. Dövrünün Ģairi və ziyalısı olan Qasir Azərbaycanın 

Cənub  bölgəsinin  mərkəzi  olan  Lənkəranda    “Fövcül-füsəha”  adlı  ədəbi 

məclis  yaradaraq  ona  rəhbərlik  etmiĢdir.  Ədəbi  fəaliyyəti  ilə  yanaĢı  Mirzə 

Ġsmayıl tədrisə də meyl göstərərək  pedaqoji fəaliyyətlə məĢğul olmuĢdur. O, 

“Üsuli-cədid”  məktəbinin  əsasın  qoyaraq  uzun  illər  burada  məktəbdarlıq 

etmiĢdir. 

Kitab  tədqiqatçı  alımlər,  Azərbaycanın  klassik  ədəbiyyatı  və  XIX  əsr 

mədəni-ictimai  mühitilə  maraqlanan  geniĢ  oxucu  kütləsi  üçün  nəzərdə 

tutulmuĢdur. 

© T.Ġ.Axundov  



MİRZƏ İSMAYIL QASİR  - 210

AXUNDZADƏ MİRZƏ 

İSMAYIL QASİR              

1805-1900



MİRZƏ İSMAYIL QASİR  - 210



MİRZƏ İSMAYIL QASİR  - 210



TƏRTİBÇİDƏN  ÖNSÖZ  ƏVƏZİ 

Çox  zaman  bəĢəriyyətin  inkiĢafında  müstəsna  yeri  olmuĢ     Ģəxslərdən 

günümüzə  çatan  yalnız  adlarıdır.  Bunlar  arasında  ədəbiyat  sahəsində  yazıb 

yaradan  Ģəxslər də az deyil. Onların yazdığı əsərlər müxtəlif səbəblərdən və 

müxtəlif yollarla məhv olaraq günümüzə gəlib çatmayıb və onlar haqqında ən 

yaxĢı  halda yalnız  digər  müəlliflərin  əsərlərindən  müəyyən  məlumatlar  əldə 

edə bilirik. Belə aqibətin  XIX əsrdə yaĢayıb yaratmıĢ Azərbaycanın klassik 

Ģairlərindən biri,  pedaqoq  Mirzə Ġsmayil  Qasir  Axundzadənin    yazılı  irsinin 

də baĢına gəlmə təhlükəsi olduğu halda, bir hadisə baĢ verdi. 

XX    əsrin  20-ci  illərinin  əvvəlləri  idi.  Qasir  iyirmi  ildən  çox  idi  ki, 

rəhmətə getmiĢdi. Azərbaycanda yeni qurulmuĢ ġura höküməti yeni qaydalar

yeni davranıĢ tərzi tətbiq edirdi. Çox ailələrin üzərini qara buludlar almıĢdı. 

Qasirin  varislərinin ailələri də  belələrdən idi.  ġairin böyük oğlu  Azərbaycan 

Cumhuriyyətinin 

yaradıcılarından,  müstəqillik  bəyannaməsinə  imza 

atanlardan, Zəngəzur mahalını  daĢnak ordusundan  azad edənlərdən biri olan 

və  Milli  Parlamentdə  bu  mahalı  təmsil  edən  Hacı  Səlim  Axund  Axundzadə 

Lənkərandan çox-çox uzaqlarda mühacirət həyatı sürürdü. Kiçik oğlu MəĢədi 

Mirzə  Səbih  daim  təqib  olduğundan,  gah  meĢələrdə  gizlənir,  gah  bir  gün,  

gah bir həftə, gah da bir neçə aylıq həbs edilib buraxılırdı. Nəticədə o da ata 

yurdunu tərk edib Bakıya köçməyə məcbur olmuĢdu. 

Bu  hadisələrin  ən  qızğın  cəryan  etdiyi  zaman,    təqribən  1923-25-ci 

illərdə  Mirzə  Səbihin    ortancıl  oğlu  məktəbli  Ġshaq  bir  tədbirin  iĢtirakcısı 

olur.  Komsomol  təĢkilatı,  aralarında  Ġshaq  da  olmaqla  bir  dəstə  məktəblini 

Lənkəranın QəmiĢəban kəndinə aparır. Orada  XIX  əsrdə bölgənin tanınmıĢ 

Ģairlərindən olmuĢ və həmin vaxt çoxdan dünyasını dəyiĢmiĢ Molla Fəttahın  

evindən  Ģairdən    qalmıĢ  bütün  əlyazmalarını  alaraq  bir  arabaya  yığırlar  və 

üstünə  qara  parça  örtərək  “KeçmiĢi  basdırırıq”  Ģuarı  altınma  dəfn  mərasimi 

keçirirlər.    Nəticədə  Ģairin  bütün  yazılı  irsi  hardasa  kəndin  kənarında  bir 

xəndəyə boĢaldılaraq basdırılır. 


MİRZƏ İSMAYIL QASİR  - 210

Bu dəhĢətli tədbirin Ģahidi olmuĢ Ġshaq, evə qayidan kimi, körpəlikdən 



gördüyü  və  Ģair  babasından  qaldığını  eĢitdiyi  bütün  əlyazmaları  yığaraq  

boxçalara  bükür  və  qalxıb  evin  banında  bir  küncdə  gizlədir.  Ġllər  keçir, 

Lənkərandakı  ev  gah  boĢ  qalır,  gah  kirəniĢinlərə  verilir.  1937-ci  ildə  Mirzə 

Səbih  də  Bakıda  həbs  olunaraq  sürgünə  göndərilir.  Ġshaq  atasının  həbsi 

zamanı  onun  “bir  yekə  gön  portfel”  dolusu  əlyazmalarının  aparıldıgının 

Ģahidi olur. O, atasının da babası kimi müxtəlif Ģer və xüsusən də mahir həcv 

yazan  olduğunu  bilirdi.  Burada  Ġshaqın  heç  nə  etməyə  gücü  çatmır,  özünə 

yalnız  babasının  yazdıqlarını  gizlətməkdə  təsəlli  tapır.  Beləliklə,  Ġshaq  xalq 

düĢməni  oğlu  olur,  üstəlik  təzəcə  evləndiyi  Tahirə  xanım  da  xalq  düĢməni, 

əksinqilabçı  Heybət  bəyin  qızı  idi.  O  dövrdə  bunun  nə  olduğu    hamıya 

bəllidir. 

Ġkinci  cahan  müharibəsi  baĢlanır.  Neft  sahəsində  calıĢan  Ġshaq 

müharibənin  ən  qızğın  çagında,1942-ci  ildə  “povestka”  alır  və  getmiĢ  olsa, 

qayıdıb-qayıtmayacağının  sual  altında  olduğunu  dərk  edərək,  özünü 

Lənkarana  çatdırır.  UĢaqlıqda  gizlətdiyi  “əlyazma  boxçaları”nı  götürüb, 

Bakıya Əlyazmalar fonduna gətirərək təhvil vermək istəyir. O  zaman fonda 

baĢçılıq  edən  Məmməd  Arif    rəsmiyyəti  pozmamaqdan  ötrü  əlyazmaları 

yoxlamağa  ehtiyac  olduğunu  deyərək,  3-4  gün  gözləməyi  xahiĢ  edir. 

Nəticədə  akt  yazılır  və  əlyazmalara  qiymət  qoyulur.  Həmin  məbləğ  ordaca 

“Novruz əminin əli ilə” paylanılır. 

AĢağıda  təqdim  olunmuĢ  Mirzə  Ġsmayıl  Qasiri  Axundzadənin  Ģeir 

nümunələri həmin  “əlyazma boxçaları”nda olanların bir hissəsidir. 

 Mirzə  Ġsmayıl  Qasirın  həm  həyat  və  fəaliyyəti,    həm  ədəbi  irsi 

tədqiqatçı  alimlər  tərəfindən  müəyyən  qədər  araĢdırılsa  da,  hələ  də  geniĢ 

oxucu kütləsinə  az tanıĢdır. Bugünə qədər onun yalnız bir Ģeirlər kitabı nəĢr 

edilmiĢdir.  Bunun  da  səbəbkarı    Ģairin  nəvəsi    Ġshaq  olmuĢdur.  Mühəndis-

geoloq    olan  Ġshaq  Axundov  təqaüdə  çıxandan  sonra  bütün  səylərini 

babasının  ədəbi  irsinin  tədqiqi  və  nəĢrinin  təĢkilinə  yönəltmiĢdir.  Onun 

gərgin  səyi  nəticəsində  Ģairin  “ġeirlər”  kitabı  1988-ci  ildə  iĢıq  üzü 

görmüĢdür.  Sevindirici  haldır  ki,  Qasirin  ilk  kitabının  nəĢrindən  sonra, 

tədqiqatçı-alim  Aybəniz  Mustafa  qızı  Rəhimova  tərəfindən  Ģairin  həyat  və 

yaradıcılığına  həsr  edilmiĢ  “Mirzə  Ġsmayıl  Qasir”  adlı  kitab  da  nəĢr 

edilmiĢdir. Lakin Ġshaq həmin zaman dünyasını dəyiĢdiyindən, həmin sevinci 

yaĢamaq ona nəsib olmamıĢdı. 



MİRZƏ İSMAYIL QASİR  - 210

QarĢınızda olan kitab Mirzə Ġsmayıl Qasirin anadan olmasının 210 illiyi 



ilə əlaqəli nəĢr edilib. Bu nəĢr Aybəniz Rəhimovanın tədqiqat əsəri və Ģairin 

1988-ci  ildəki  nəĢrinin  tərtibatçıları  Tahirə  Nurəliyeva  və  PaĢa  Kərimov 

tərəfindən  bir  qədər  yenidən  iĢlənmiĢ 

və  redaktə  edilmiş  “ġeirlər”  kitabı

əsasında  tərtib  edilmiĢdir.Yeni  nəĢrə  Ģairin  birinci  kitabında  yer  tapmamıĢ 

bəzi əsərləri də əlavə edilmiĢdir. 

Mirzə  Ġsmayıl  Qasir  klassik  Azərbaycan  ədəbiyyatı  dövrünün    ədəbi 

ənənələrinə  uyğun  olaraq,  eyni  zamanda  üç  dildən  istifadə  edib.  O  zaman 

Ģairlər  tərəfindən  Azərbaycan  dili  ilə  yanaĢı,  bu  dilin  qanunlarına 

uyğunlaĢdırılmıĢ  ərəb  və  fars  sözləri  də  geniĢ  istifadə  olunurdu.  Belə 

yanaĢma klassik ədəbi dilin zənginliyi və çevikliyinə xidmət etmiĢ olsa da, bu 

əsərlər  müasir  oxucu  tərəfindən  çətin  anlaĢılır  və  mənimsənilir.  Deyilənləri 

nəzərə  alaraq,  təqdim  edilən  kitaba    1966-ci  ildə  Azərbaycan  EA  tərəfindən 

nəĢr  edilmiĢ  “Ərəb  və  Fars  sözləri  Lüğəti  (Azərbaycan  klassik  ədəbiyyatını 

oxumaq  üçün)”  əsasında  tərtib  edilmiĢ  geniĢ  lüğət  də  əlavə  edilmiĢdir. 

Güman edirik ki, lüğət Qasirin istifadə etdiyi söz  ehtiyatını tam əhatə etməsə 

də,  yazdığı  Ģeirlərin  dərkində  müasir  oxucuya  müəyyən  qədər  kömək  edə 

biləcəkdir.  



MİRZƏ İSMAYIL QASİR  - 210



MİRZƏ İSMAYIL QASİR  - 210



MİRZƏ İSMAYIL QASİR 



AXUNDZADƏ 

DÖVRÜ, HƏYATI, 

ƏDƏBİ YARADICILIĞI 

VƏ 

PEDAQOJİ FƏALİYYƏTİ 

MİRZƏ İSMAYIL QASİR  - 210

10 


MİRZƏ İSMAYIL QASİR  - 210

11 


MİRZƏ İSMAYIL QASİRİN HƏYAT VƏ FƏALİYYƏTİ 

ġərqĢünaslıq  elmi  daha  əhatəli  tərzdə  baĢlıca  olaraq  orta  əsrlər 

Azərbaycan  ədəbiyyatı  ilə  maraqlanmıĢ  və  bu  ədəbiyyatın  ümümdünya 

mədəniyyətinin formalaĢmasındakı yerinə və xidmətlərinə diqqət yetirmiĢdir. 

XVIII,  ələlxüsus  da  XIX  əsr  Azərbaycan  ədəbiyyatı  isə 

hələ  indiyədək

üzünün layiqli qiymətini ala bilməmiĢ, rus və sovet alimləri onu kifayət qədər 

öyrənmədən  əsasən  epiqonçu  ədəbiyyat  hesab  etmiĢlər.  Bunun  obyektiv  və 

subyektiv səbəbləri vardır. 

Subyektiv  səbəbi  onda  görmək  olar  ki,  XVIII  əsrə  qədər  rus 

ədəbiyyatının  özündə  yüksək  qiymətə  layiq  ədəbi  sima  və  bədii  Ģedevrlərə 

rast  gəlinmədiyindən  sovet  ədəbiyyatĢünasları  həmin  dövrün  dünya  ədəbi 

xəzinəsini  axtararkən  əsas  diqqəti  istər-istəməz  ġərqə,  o  cümlədən 

Azərbaycana  yönəltməli  olmuĢ,  onu  layiqincə  qiymətləndirməyə  məcbur 

olmuĢlar.  XIX  əsrdə  rus  ədəbiyyatının  dünya  səviyyəsinə  qalxması  ilə  artıq 

ədəbiyyatĢünaslıq əsas diqqətini onun üzərində cəmləyir, Qeyd edək ki, artıq 

koloniyaya  çevrilmiĢ  ġərqə  qarĢı  təkəbbürlə  yanaĢır,  onu  layiqincə 

qiymətləndirmək  hissiyyatını  itirir.  Bu  dövrdən  etibarən  Azərbaycan 

ədəbiyyatı Qərbə rus təhlil süzgəcindən keçirilərək təqdim olunur və nəticədə 

Qərb  də  XIX  əsr  Azərbaycan  ədəbiyyatını  əsasən  epiqonçu  kimi  qəbul  edir. 

“Formaca  milli,  məzmunca  sosialist”  partiya  tələbi  Azərbaycan  alimlərinin 

özlərinin  də  XIX  əsrə  düzgün  qiymət  verməsində  bir  əngələ  çevrilir. 

F.Qasımzadə kimi görkəmli ədəbiyyatĢünasımız “XIX əsrin ikinci yarısında 

yetiĢən  Ģairlərdən  Mirzə  Ġsmayıl  Qasir,  Hacı  ağa  Fəqir  Ordubadi, 

Məmmədtağı Sidqi, Seyid Rza Sabir, Məmmədtağı Bayramzadə, Bakılı Bala 

Sadıq  və  baĢqaları  az-çox  tənqidi  realist  Ģerlər  yazırdılarsa  da,  bunlar 

realizmə  yaradıcılıq  metodu  kimi  yiyələnə  bilmirlər.  Poeziyada  yenə  köhnə 

forma öz hökmünü sürürdü” [26, s.18] yazmağa məcbur idi. 

Bütün  bunların,  əlbəttə,  obyektiv  səbəbi  də  var  idi:  orta  yüzilliklər 

Azərbaycan ədəbiyyatı dünya mədəniyyətinə Nizami, Xaqani, Nəsimi, Xətai, 

Füzuli kimi nəhənglər verdiyi halda, XVIII-XIX əsrlər ədəbiyyatının inkiĢaf 

istiqaməti ictimai-siyasi tarixin burulğanında hissediləcək dərəcədə 



MİRZƏ İSMAYIL QASİR  - 210

12 


dəyiĢmiĢdi.  Bu  ədəbiyyat  artıq  ümumbəĢəri  məsələlərdən  daha  çox  milli 

dərd-sərlə  məĢğul  olmağa  üstünlük  verirdi.  Ədəbiyyatımızdakı  bu  mövzü 

dönüĢünün  isə  bir  sıra  ictimai  səbəbləri  vardı.  XIX  əsrin  baĢlanğıcında 

Rusiyanın Azərbaycanın Ģimal ərazilərini iĢğal etməsi və buradakı türk-islam 

mədəniyyətini  və  deməli,  bütövlüklə  cəmiyyəti  süni-siyasi  üsullarla 

çürütməyə  cəhd  göstərməsi  elə  bir  Ģəraitin  yaranmasına  təkan  vermiĢdi  ki, 

Azərbaycan  ədəbiyyatının  artıq  eĢq-məhəbbət  fəlsəfəsi,  tərki-dünyalıq  və 

cəfakeĢlik mövzuları ilə maraqlanması tədricən arxa plana keçməli idi. Tarixi 

Ģərait  təbii  olaraq  bu  ədəbiyyatda  mövzü  ənənələrinin,  sufilik,  romantizm, 

lirik məhəbbət hisslərinin yavaĢ-yavaĢ öz yerini satiraya, realizmə verməsinə 

səbəb  olurdu.  Həyat  ədibləri  xalqın  milli  dərdlərinə  müraciət  etməyə,  həm 

bütövlükdə Azərbaycan üçün, həm də ayrı-ayrı bölgələr üçün nadürüst halları 

ifĢa etməyə təhrik etdi. 

Belə bir Ģərait üçün rus və Qərb alimlərinin Azərbaycan ədəbiyyatından 

yeni-yeni  nizamilər,  füzulilər,  nəsimilər  umması  əslində  yersizdir.  Bu 

Ģəraitdə bütün yaradıcılığı daha çox Azərbaycanın daxili problemlərinə həsr 

olunmuĢ  Vaqif,  Seyid  Əzim,  Mirzə  Fətəli,  Qasir,  Sabir  kimi  Ģəxsiyyətlər 

yetiĢə bilərdi. Onların və adları ədəbiyyat tariximizdə hələ də öz layiqli yerini 

tutmamıĢ baĢqa çoxsaylı Ģairlərin yaradıcılıqları, müraciət etdikləri mövzular 

və sənətkarlıq xüsusiyyətləri obyektiv təhlil edildikdə məlum olur ki, XVIII-

XIX  əsr  ədəbiyyatımıza  “sosializm  realizmi”  baxımından  baĢdansovdu 

qiymət verən sabiq sovet elmi konsepsiyası özlüyündə yerli-dibli səhvdir. Bu 

dövrə  qiymət  vermək  üçün  Nizami  və  Füzuli  yüksəkliyindən  deyil, 

Azərbaycanın  real  ictimai-tarixi  vəziyyətindən,  eyni  zamanda  həmin  dövr 

ədəbiyyatımızın yeniləĢmiĢ maraq dairəsindən çıxıĢ etmək lazımdır.  

XVIII-XIX  əsr  ədəbiyyatımıza  bütövlükdə  düzgün  qiymət  vermiĢ 

alimlərimiz  qeyd  etmiĢlər  ki,  “Füzuli  dövrü  üçün  Ģer  ədəbiyyatımızda 

proqressiv  rol  oynayan  qəzəlçilik  XVIII-XIX  əsrdə  öz  əhəmiyyətini  qeyb 

etmiĢdi.  Ġlk  öncə  Vaqif  və  Zakirlə  (Ģeirdə),  daha  sonra  Mirzə  Fətəli  ilə, 

ümumiyyətlə ədəbiyyatımız daha baĢqa xətt üzərində inkiĢaf etməyə baĢladı” 

[51, s. 5]. 

 Tarixi dəyiĢikliklər milli ədəbiyyatımızın təbii olaraq yeni inkiĢaf yolu 

tutmasına  səbəb  oldu.  Orta  əsrlər  ədəbiyyatı  sanki  “yuxuya  dalaraq” 

ənənəviləĢmiĢ xətt boyu yetirdiyi dahi sənətkarların və islam dininin təqdim 

etdiyi mövzular üzrə eyni janr və cərəyanlar içərisində yaranırdısa, Gülüstan 


MİRZƏ İSMAYIL QASİR  - 210

13 


və  Türkmənçay  müqavilələrindən  sonra  Azərbaycanın  düĢdüyü  vəziyyət, 

cəmiyyətin  tədricən,  əlaltından  çürüdülməsi,  yad  rus  elementinin  minillik 

tarixi  olan  Azərbaycan-islam  mədəniyyətinə  yeridilmiĢ  sanki  bu    ədəbiyyatı 

silkələyib  oyatdı.  Artıq  XIX  əsr  ədəbiyyatı  Azərbaycan  türklərinin  yadelli 

elementə  qarĢı  müqavimət  heysiyyatının,  ictimai  özünümüdafiəsinin 

təĢəkkülünə  kortəbii  olaraq  baĢçılıq  etməyə  baĢladı.  Bu  halda  isə  ədəbi 

hərəkatın  zənginləĢməsi,  onun  yeni  əlamətlər  əldə  etməsi  və  janr,  mövzü 

cəhətindən  varlanaraq,  yeni  inkiĢaf  yolu  tutması  qanunauyğun  bir  haldır. 

Azərbaycan ədəbiyyatı da bu yolu keçməli oldu. 

Bu  nöqteyi-nəzərdən  “XIX  əsr  ədəbiyyatımızın  ümümi  tarixində  yeni 

və coĢğun bir inkiĢaf mərhələsini təĢkil edir” [10, s.3]. Azərbaycan ədəbiyyat 

tarixinin  ayrı-ayrı  mərhələlərini  araĢdırdıqda  XIX  əsrə  vulqar  sosialogizm 

konsepsiyasından xali olan yeni qiymət vermək aktual məsələdir. 

XIX  əsr  ədəbi  simaları  içərisidə  bütün  yaradıcılığı  kifayət  qədər  geniĢ 

tədqiq  edilmiĢ  və  öz  yaradıcılıqları  ilə  klassiklər  cərgəsinə  düĢmüĢ  Zakir, 

Seyid  Əzim,  Mirzə  Fətəli  Axundov  kimi  Ģəxsiyyətlərlə  yanaĢı,  yaradıcılığı, 

ədəbi irsi kifayət qədər öyrədilmədiyindən ədəbiyyat tarixində layiqli yerini 

tutmamıĢ,  yaxud  yalnız  adları  və  yaradıcılıqlarından  ancaq  bəzi  nümunələr 

məlum  olan,  əsərlərinin  mühüm  hissəsi  hələ  də  əlyazma  Ģəklində  qalan  bir 

sıra  ədiblərimiz  vardır.  Əlyazma  irsini  araĢdıran    alim  və  tədqiqatçıların 

ümdə  vəzifəsi  belə  ədəbi  Ģəxsiyyətlərin  bütün  yaradıcılığını  üzə  çıxarmaq, 

onların irsini tam Ģəkildə xalqa çatdırmaqdır. 

Əsərlərinin  bir  hissəsinin  hələ  də  tədqiq  və  nəĢr  olunmadığı,  daha 

dərindən  öyrənildikdə  XIX  əsrin  korifeyləri  Zakir  və  Seyid  Əzimlə  bir 

pleyadada  durmalı  olduğunu  qət  etdiyimiz  Ģairlərdən  biri  də  Mirzə  Ġsmayıl 

Qasir  hesab  oluna  bilər.  Onun  Azərbaycan  MEA  Əlyazmalar  Ġnstitutunda 

mühəsasında  aparılmıĢ  ilkin  tanıĢlıq,  həyat  yolu  haqqında  toplanmıĢ 

məlumatlar  göstərmiĢdir  ki,  “bütün  XIX  əsr  boyu  yaĢamıĢ  Qasir  ədəbiyyat 

tariximiz  üçün  tədqiq  olunmağa  layiq  bir  sənətkardır”  [34,  s.37].  Onun 

yaradıcılığının və ədəbi irsinin araĢdırılması XIX əsr ədəbiyyat tarixinin yeni 

faktlarla  zənginləĢdirilməsi  və  Qasir  sənətkarlığının  burada  yerinin 

müəyyənləĢdirilməsi baxımından aktuallıq kəsb edir. 

ƏdəbiyyatĢünaslıq  tələb  edir:  “Sənətkarın  həyatı,  tərcümeyi-halı,  ona 

olan ictimai təsirlər təhlil obyektində əhatə olunmalıdır. Tədqiqatın bu cəhəti 



MİRZƏ İSMAYIL QASİR  - 210

14 


elmi,  tarixi  əhəmiyyətdən  baĢqa,  xüsusən  tərbiyəvi  məna  kəsb    etmiĢ  olur” 

[37, s.57]. 

Buna  görə  də  Qasirin  keçdiyi  həyat  yolunu  və  fəaliyyətini  öyrənib, 

düzgün  nəticə  çıxarmaqdan  ötrü  onun  yaĢadığı  dövrün  -  XIX  əsr 

Azərbaycanının  ictimai-siyasi  mənzərəsini  bir  daha  yada  salmaq  və  ədəbi-

mədəni mühitin əlamətdar xüsusiyyətlərinə diqqəti cəlb etmək lazımdır. 

MĠRZƏ ĠSMAYIL QASĠRĠN 

YAġADIĞI XIX ƏSR AZƏRBAYCAN ƏDƏBĠ-MƏDƏNĠ MÜHĠTĠ 

Kifayət  qədər  uzun  bir  həyat  yolu  keçmiĢ  Mirzə  Ġsmayıl  Qasirin 

yaradıcılığı XIX əsr Azərbaycan ədəbi-mədəni mühitinin aynası hesab edilə 

bilər. Onun yaradıcılığında orta əsrlərə məxsus ənənəvi qəzəlçilik, füzuliyanə 

eĢq-məhəbbət  ünsürləri  ilə  yanaĢı,  daha  qabarıq  tərzdə  yeni  Azərbaycan 

ədəbiyyatı özünü göstərmiĢdir. Bunun ortaya çıxmasında isə dövrün ictimai-

siyasi və ədəbi-mədəni mühiti xüsusi rol oynamıĢdar. Ayrıca qeyd etməyinə 

dəyər ki, XIX əsrin içtimai-siyasi mühiti Qasir yaradıcılığına təsir edib onun 

püxtələĢməsinə  yol  açmıĢdırsa,  Qasir  yaradıcılığı  da  özlüyündə  dövrünün 

ədəbi-mədəni  mühitinin  yüksəliĢinə,  satiranın  sonrakı  inkiĢafına  mühüm 

töhfə olmuĢdur.   

 Azərbaycanın Rusiyaya ilhaqı və iki yerə parçalanması Qasirin uĢaqlıq 

və  gənclik  illərinə  təsadüf  etmiĢdir.  Hadisələrin  içində  olan  xalq  kütlələri 

vətənin  faciəsini  hələ  isti-isti  tam  dolğunluğu  ilə  hiss  etmirdilər.  Torpağın 

parçalanması əvvəlcə imperatorlar  arasında həll olunurdu. ġimal ərazilərində 

qalmıĢ əhali tarixi dönüĢü hələ hiss etmir, yeni iĢğalçıdan nə isə yeni və daha 

ədalətli  idarəçilik  gözləyirdi.  Azərbaycanlıların  Krım  müharibəsində,  rus-

türk,  rus-Ġran  çəkiĢmələrində  rus  qoĢununun  tərkibində  rəĢadətlə 

vuruĢmalarını,  ayrı-ayrı ədəbi  simaların rus soldatını  mədh etməsi  faktlarını 

da bununla izah etmək lazım gəlir. Azərbaycanlılar talenin istehzasını yalnız 

mənfur  çarizmin  asta-asta  yeritdiyi  istsmar  siyasəti  sayəsində  milli 

cəmiyyətin  çürüməyə  baĢladığı  sonrakı  dövrlərdə  dərk  etməyə  baĢladılar. 

Azərbaycan ədəbiyyatında satiranın XIX əsrin ibtidasından deyil, məhz əsrin 

ortalarına  doğru  meydana  gəlməsinin  kökləri  də  elə  bununla  əlaqələndirilə 

bilər. Yada salaq ki, milli satiramızın banisi Zakirin yaradıcılığında bu janra 



MİRZƏ İSMAYIL QASİR  - 210

15 


meyl 30-cu illərin ikinci yarısından [26, s.218]  - yaĢı 50-ni keçdikdən sonra 

ətrafda  baĢ  verənləri  hərtərəfli  dərk  etdikdən  sonra  formalaĢmıĢdı. 

Türkmənçay  və  Gülüstan  müqavilələri  yenicə  bağlandığı  dövrlərdə  isə 

Azərbaycan  mühiti  hələ  əvvəlki  əsrlərin  inersiyası  üzrə  milli  zəmində  və 

ənənəvi  idi.  Sonralar  xalq  öz  köklərini  itirməyə,  öz-özünə  yadlaĢmağa 

baĢlayanda,  öz  mədəniyyətinin  və  ictimai-münasibətlərinin  məhv  edilərək, 

yerində  yad  dünyagörüĢünün  baĢ  qaldırdığını  görəndə  onun  qabaqcıl 

nümayəndələri hamıdan tez qəflət yuxusundan ayılaraq, yeni milli ədəbiyyatı 

yaratmağa giriĢdilər. Ə.Mirəhmədov Zakir haqqında göstərir ki, “Ģairi satira 

yazmağa  təhrik  edən  baĢlıca  amil  cəmiyyəti  baĢına  almıĢ  “fisqü  fücur”dur, 

“zülmi-bihesab”dir, çirkin əxlaq normalarıdır. Gözü qabağındakı tarixi Ģərait 

belə  bir  dözülməz  halda  olduğu  üçün  o  yalnız  lirik  janrla,  məhəbbət  və 

gözəlliyə  dair  yüksək  insani  fikir  və  duyğuların  tərənnümü  ilə  kifayətlənə 

bilmir” [38, s.124]. Bu sitatın əhəmiyyəti ondadır ki, onu XIX əsr Ģairlərinin 

əksəriyyətinə  Ģamil  etmək  mümkündür.  XIX  əsr  Ģairinin  böyüklüyü  onun 

qəzəl  yazıb-yazmaması  ilə  ölçülə  bilməz.  XIX  əsrdə  mövzu  və  janr 

dəyiĢiklikləri vardı, ancaq klassik üslub da hələ sıradan çıxmamıĢdı və bu da 

təbii  idi.  Məsələn,  ədəbiyyatĢünas  N.Qarayev  yazır:  “Məclis  Ģairlərinin 

klassik  üslubda  yazmaq  məsələsinə  gəlincə,  demək  lazımdır  ki,  bunun  əsas 

səbəbini onların fars və ərəb dillərində təhsil aldıqları məktəb- mədrəsələrdə 

axtarmaq lazımdır” [24, s.6].  

Əksinə, XIX əsr Ģairinin böyüklüyü onun qəzəllə yanaĢı, həm də yeni 

ədəbiyyatın yaranmasında iĢtirakı, tarixi-ictimai fikrin təĢəkkülündə oynadığı 

rolla  ölçülməlidir.  XIX  əsr  Ģairlərinin  isə  əksəriyyəti  bu  ədəbi  hərəkatdan 

kənarda  qalmamıĢ,  klassikaya  meyli  yeniləĢmə  ilə  çulğalamıĢdı.  Bu  dövrdə 

yalnız  qəzəl  yazan  epiqonçu  Ģairlərin  sayı  sovet  ədəbiyyatĢünaslığının  zənn 

etdiyindən  qat-qat  az  idi.  XIX  əsr  qəzəlçiliyində  orta  əsrlərə  məxsus 

romantizm  ənənələri  hələ  də  özünü  göstərirdi,  “lakin  bu  romantizm 

mücərrədlikdən  daha  çox  konkretliyə  yaxındır”  [11,  s.26]  və  belə 

konkretləĢmə  prosesi  qəzəl  yazanların  özlərinin  satira  və  həcvə  meyl 

etməsində özünəməxsus rol oynamamıĢ deyildi. 

Ġctimai-tarixi  Ģəraiti  hərtərəfli  araĢdırmayan  sovet  ədəbiyyatĢünaslığı 

XIX əsrdə ədəbi məclislərdə toplaĢmıĢ Ģairlərə irad tuturdu ki, “bu Ģairlər çox 

məhdud  bir  dairədə  ĢeirləĢərək  dərdləĢirdilər;  baĢqa  sözlə,  onlar  milyonlara 



MİRZƏ İSMAYIL QASİR  - 210

16 


xitab  etmirdilər.  GeniĢ  xalq  kütlələrinin  bu  Ģeirlərdən  xəbəri  yox  idi”  [26, 

s.470].


Əlbəttə, sovet demaqogiya ünsürləri duyulan bu fikirdə həqiqət yoxdur. 

Əvvəla,  minillik  ədəbiyyatımız  heç  də  “milyonlara  xitab  etmirdi”  –  Ģairlər 


Yüklə 6,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin