Mühazirəçi: Axundov Akim Yasin oğlu MÜhaziRƏNİn plani çirkli suların növlərinin təhlili



Yüklə 183,5 Kb.
səhifə1/2
tarix07.10.2023
ölçüsü183,5 Kb.
#152825
növüMühazirə
  1   2
movzu1


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Naxçıvan Dövlət Universiteti

Fakultə : Memarlıq və Mühəndislik Fakültəsi


Kafedra: Meliorasiya və Ekologiya mühəndisliyi
İxtisas: Ekologiya mühəndisliyi
Fənnin adı : Çirkli suların idarə olunması


Mövzu: 1.Çirkli suların növləri, yaşayış məntəqələrinin kanalizasiyası və onun elementləri

Mühazirəçi: Axundov Akim Yasin oğlu




MÜHAZİRƏNİN PLANI

  1. Çirkli suların növlərinin təhlili




  1. Kanalizasiya sisteminin elementlərinin izahı



ƏDƏBİYYAT



  1. F.S.Quliyev, N.İ.Əliyev, T.T.Süleymanov çirkli suları axıdan şəbəkələr . B.2006

  2. İN və Q.2.04-03.85 Kanalizasiya, şəbəkə və qurğular. B .2013

  3. Н.Ф.Федеров, С.М.Шифрин. Канализция. М. 1968

  4. Н.Ф. Федеров, Гидровлический расчет Канадизационных сетей (расчетниле таблици) Л. 1968,



Naxçıvan – 2023

Çirkli suların növləri

Müəyyən məqsədlər üçün istifadə olunan və bu zaman öz kimyəvi tərkibini və ya fiziki xassəsini dəyişən sulara çirkli su deyilir və yaxud da çirkli maye adlandırılır..


Çirkli sulara yaşayış məntəqələrinin və sənaye müəssisələrinin səhələrindən axan yağış və ərinti sularına aid edilir.


Çirkli sular üç qrupa bölünürlər:





  1. Məişət (və yaxudda təsərrüfat - fekal). Bura yaşayış, sənaye və ictimai binaların sanitar qovşaqlarında yerləşdirilən rakovina, vanna, əl-üz yuyan, unitaz, trap və sair sanitar cihazlarından daxil olan sular aiddirlər.

  2. İstehsalat (və yaxud da sənaye). Bura müxtəlif texnoloji prosesslərdə istifadə edilərkən yaranan sular (peç və maşınların soyudulması, parçaların

rənglənməsi və onların yuyulması, yanıq əmirin ayrılması və s.).





  1. Atmosfer (və yaxud da yağış), atmosfer çöküntüləri zamanı yaranan sular

(yağış, qar və buz ərintiləri).


Kimyəvi tərkibinə və fizki vəziyyətlərinə görə çirkli sular bir-birindən xeyli fərqlənirlər. Suları çirkləndrən mneral və üzvi maddələr üzən, asılı halloid və həll olmuş vəziyyətdə ola bilirlər.


Çirkli suyun çirkləndiriciləri vahid həcmdəki çirkləndiricinin miqdarını


xarakterizə edən, mq/1 və ya q/m3 -la ifadə olunan qatılıqla ifadə edilir.


Məişət çirkli suları müqayisədə müəyyən qədər sabit xarakterli çirkləndiricilərə


malik olur, bunların qatılığı əsasən sutkalıq su tələbatı normasından asılı olur;


Sənaye müəssisələrində həyata keçirilən texnoloji proseslərdən asılı olaraq sənaye çirkli sularının tərkibində aşağıdakı çirkləndiricilər ola bilir:

  1. üzvü (plastmass istehsalı, kağız, tekstil tullantılan və s.);




  1. mineral (metallurgiya və kimya sənayesi və s.);




  1. qarışıq (ağac hidrolizi, süni lif istehsalı).

Bunlardan başqa istehsalat çirkli sularının tərkibində zəhərli maddələr və müəyyən qədər bakterioloji çirkləndiricilərdə (sallaqxanaların çirkli suları, gön zavodları, yunyuyucu fabriklər və s.) ola bilir.

Kanalizasiya layihələndirilərkən çirkli suyun tərkibi vacib əhəmiyyət kəsb edir.


Çirkli suyun tərkibinin təyini aşağıdakılara imkan verir:





  1. kanalizasiya şəbəkəsini və qurğularını tikmək və onları korroziyadan qorumaq üçün düzgün material seçməyə;




  1. çirkli suyun təmizlənmə üsulunu müəyyən edib seçmək;




  1. çirkli suyun tərkibindəki qiymətli maddələrin seçilib utilizasiya olunmasının mümkünlüyünü; eləcə də çöküntüsünü istifadəsinin və təmizlənmiş çirkli suyun sənaye su təchizatı sistemində istifadəsinin mümkünlüyünü.

Çirkli suyun miqdarı metr kub və ya litrlə ölçülür, onun vahid zamana (saniyə, saat, sutka) nisbəti çirkli suyun sərfi adlanır (saniyəlik, saatlıq və ya sutkalıq).

Yüklə 183,5 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin