Milli Virtual Kitabxananın e nəşri n 01 58 (2012) Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum: Azərbaycan yazı



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə19/23
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7187
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   23
ölüm xəbəri gəldi. Bu müdrik ağsaqqalı Fərah hakimi Hüseyn sultan ƏfĢar bir 
dəstə tərəfdarı ilə aradan götürmüĢdü. ġahqulu sultan qan tökülməməsi üçün 
ustaclıları silaha sarılmaqdan çəkindirmiĢdi. Bu da nəticəsi. Özü Ģəhid, ustaclı 
tayfası isə pərən-pərən olmuĢdu. Onlar ġahqulu sultan qətlə yetiriləndən sonra 
Qəzvinə gəlmiĢdilər. Məqsədləri bu idi ki, Ġsmayıl mirzə ustaclılara qarĢı Heydər 
mirzəyə görə törədilən bu basqılara son qoysun. Amma ustaclıların gözlədiyi kimi 
olmadı, qatillər bəlli olsa da, Ġsmayıl mirzə onları cəzalandırmadı, bununla da hələ 
Ģahlıq taxtında oturmamıĢ ədalət tərəzisini əydi. Axı, ġahqulu sultanı qətlə 
yetirməzdən əvvəl ona ismarıc göndərmiĢdilər ki, bəs, ustaclı tayfası padĢahın 
qəzəbinə tuĢ gəlib, xanədanda etibarlarını itirib. Ona görə də biz Herat Ģəhərinin 
sənin əlində qalmasına yol verməyəcəyik. 
Belə də olmuĢdu. ġahqulu sultanın iqamətgahına hücum edib onu və ətrafındakı 
ustaclıları öldürmüĢdülər. Ġsmayıl mirzə də bunu bilə-bilə günahkarları 
cəzalandırmamıĢdı. Deməli, söylənilənlər Ģayiə deyildi, Ġsmayıl mirzə ustaclılara 
qəzəbliydi. 
Belə olduqda ustaclılar bir-biri ilə ittifaq bağlayıb dövlətxananın qarĢısında çadır 
qurub məskən saldılar. Ġsmayıl mirzəyə də bir ismarıc yolladılar: 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
191 
 
– Biz mürĢidi-kamilin yanında təqsir və xəta sahibləri olduğumuza görə, nə qədər 
ki, Ġsmayıl mirzə əfv fərmanı verib təqsir və xətamızı bağıĢlamayıbdır, 
dövlətxananın qabağından çəkilməyəcəyik. 
Pirə Məhəmməd xan Ustaclı Heydər mirzə əhvalatında iĢtirak etməmiĢdi və 
Ġsmayıl mirzənin yanında heç bir günahı yoxdu, amma o da bu basqının qabağını 
almaq niyyəti ilə gedib onlara qoĢuldu. 
Ġsmayıl mirzə Çehelsütun eyvanına çıxanda Pirə Məhəmməd xanı ustaclıların 
arasında görəndə təəccübləndi. Axı bu yaxında onun qızıyla evlənmək fikrindəydi. 
Bəs bu nə ağılla gedib onlara qoĢulub? 
Ġsmayıl mirzə adam göndərib Pirə Məhəmməd xandan ustaclılara qoĢulmağının 
səbəbini soruĢdu. Pirə Məhəmməd xan cavabında söylədi ki, əslini danan 
haramzadadı, mən ustaclıyam, beĢ-on nəfər yolunu azmıĢ xırsıza görə, səltənətin 
yolunda hər cür cəfalar çəkmiĢ bir tayfaya belə pis münasibət ürəyimi ağrıdır. Mən 
Ģahdan əfv fərmanı eĢidənə qədər öz camaatımlayam! 
Ustaclılar on gün dövlətxananın qabağından çəkilmədilər. Ustaclıların 
hərəkətlərindən hövsələsi daralmıĢ Ġsmayıl mirzə güzəĢtə getməkdənsə, bir bəhanə 
ilə onları dövlətxananın qabağından dağıtmaq fikrinə düĢdü. Əks təqdirdə, bu cür 
hallar adət halını alardı. Heydər mirzənin qətl olunduğu gecə ustaclıların atdığı ox 
Çehelsütün eyvanının yanındakı ağaca sancılıb qalmıĢdı. Ġsmayıl mirzə oxu oradan 
çıxartdırıb eĢikağasına verdi ki, apar ver ustaclılara. EĢikağası ustaclıların yanına 
gəlib: 
– PadĢahımız deyir ki, dövlətxananın qabağında oturub ixlas və sufilik iddiası 
edirsiniz, bəs bu nə oxdur? O hansı camaatdır ki, bu oxu mürĢüdi-kamilin 
dövlətxanasına, cənnətməkan Ģahın cəsədinə sarı atmıĢdır? – dedi. 
Ustaclılar cavab verdilər: 
– Biz Səfəvilər dövlətinin yarandığı ilk gündən hamımız onun xidmətində 
durmuĢuq. BeĢ-on nəfər yolunu azmıĢ ustaclıya görə biz cavabdeh deyilik. 
Amma padĢah əfv fikrindən uzaq idi. EĢikağası geri dönən kimi, ustaclıların üstünə 
bir dəstə qorçu göndərdi, çadırlarını baĢlarına uçurdub onları dövlətxananın 
məskənlərinə qədər qovdurdu. Bu, doğrudan da, rüsvayçılıq idi. Camaatından 
ayrılmayan, qorçu zopasıyla «mükafatlandırılıb», özünü alçaldımıĢ, təhqir olunmuĢ 
sanan Pirə Məhəmməd xan Ustaclı az qalırdı ağlasın. O, Ġsmayıl mirzənin çıxardığı 
qərarın nəticəsini götür-qoy edib ətrafındakılara dedi ki, belə getsə bu xəmir hələ 
çox su aparacaq. Allah dağına baxıb qar verir.  

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
192 
 
 
XXVIII FƏSĠL 
PUÇ OLMUġ ÜMĠD 
 
Sadəlövh könlümdən mən cana gəldim, 
CəfakeĢ canımdan fəğana gəldim. 
Mənsiz də dünyanın iĢi keçərmiĢ, 
Əcəba, nə üçün cahana gəldim? 
Ömər Xəyyam 
 
Ġsmayıl mirzəylə ġahqulu sultan Yeganın evindəki atüstü görüĢü Pərixan bəyimin 
illərlə içində bəslədiyi ümidini bircə anın içində puç eləmiĢdi. Məmləkətin min bir 
müĢkül iĢini yoluna qoymaqda padĢahın həmdəmi, məsləhətçisi, müĢaviri olmaq 
istəyi, sən demə, xəyaldan baĢqa bir Ģey deyilmiĢ. Azadlığa qovuĢub Ģahlıq 
taxtında oturması üçün yolunda hər cür fədakarlıq göstərsə də, Ġsmayıl mirzə ona 
qarĢı sayğısız davranmıĢdı. Bu davranıĢıyla da onun xanımlıq heysiyyətini – içində 
çiçəkləməkdə olan arzularını ayaqları altına atıb əzmiĢdi. Hətta, qardaĢı ona yerini 
də göstərmiĢdi: «PadĢahlıq iĢinə qarıĢma!». Acıdan acı bu kəlmələr hələ də 
qulaqlarında əks-səda verməkdəydi: «PadĢahlıq iĢinə qarıĢma!». Bu o deməkdi ki, 
Pərixan bəyim, çəkil öz sarayına (xarabana da deyə bilərdi), get nökər-
qaravaĢlarına, qulluqçularına əmr ver, hərəm bağçasında gəz-dolan. Lap 
istəyirsənsə, toyunu da eləyək, ancaq padĢahlıq iĢinə qarıĢma… 
Pərixan bəyim kin-küdurətdən uzaq olmaq istəsə də, hiss eləyirdi ki, qətrə-qətrə 
kin yığılır içinə. Ġçinə yığılmıĢ kinin get-gedə necə böyüdüyünü, zərif duyğularını 
necə amansızcasına məhv etdiyini o, bütün varlığıyla hiss eləyirdi. «Sənin axı 
nəyinə lazımdı bu hakimiyyət?», – deyə özünü qınayırdı, tənbeh edirdi. Amma 
Ġsmayıl mirzənin yolunda etdiklərini gözü önünə gətirəndə təzədən acı duyub 
hikkələnirdi. YaxĢılığının qabağına yamanlıq çıxmıĢdı. Qəhqəhə qalasının dünənki 
dustağı, Səfəvi-Osmanlı müharibələrinin qəhrəmanı əsl sifətini çox tez 
göstərmiĢdi. Ġndi bu sifət onun gözləri önündən çəkilmirdi, daim onu kölgə kimi 
izləyir, əsəbiləĢdirib özündən çıxarırdı. «Noolar, çəkilərik kənara, qarıĢmarıq 
padĢahlıq iĢlərinə, görək məmləkəti necə idarə edəcəksən, – deyirdi. – Sən hələ 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
193 
 
sifətlər görməmisən. Səninlə üz-üzə gələndə daim gülümsəyən, iriĢən o mələk 
sifətlərin arxasında gizlənən əsl ifritə sifətləri. Noolar, hər biri bir batman olan 
sözlərini yeyə-yeyə gözləyirik. Ġki gündən sonra cülus edib, taxtda oturacaqsan. 
ĠĢin avand olsun! Taxtında qaim-qədim olasan! Sən təki atana, babana layiq varis 
ol, biz də baxıb əhsən deyək». 
Qəhərləndi. Gözləri nəmlənmiĢdi. Bu halına acığı tutdu. Doğrudanmı o, bu qədər 
acizdi? Bu nə haldı keçirir, kövrəlmək, duyğulanmaq nədir? Aciz olma, Pərixan, 
aciz olma! Səbr elə, bu dünyanın gediĢatına fikir ver; örkən nə qədər uzun olsa, 
axırda gəlib doğanaqdan keçər. 
Yerindən qalxıb pəncərəyə yaxınlaĢdı. HəmiĢə seyr etdiyi mənzərəydi, ağaclarla, 
güllərlə üzbəüz dayanmıĢdı. Ağacların heç yarpağı da tərpənmirdi. Yayın ən isti, 
torpağı qovuran, adamı ütən vaxtıydı. Bir an ona elə gəldi ki, Bədiüzzaman 
güllərin arasından baxıb çəkildi. Səsi gəldi Bədiüzzamanın: «Pərixan, mən səni 
siyasətin içindən dartıb çıxartmaq istəyirəm. Siyasət dibi görünməyən bataqlıqdı, 
ora düĢən çıxa bilmir». Sən demə, sadə, bəsit adam sandığı Bədiüzzamanın 
söylədiklərində böyük bir həqiqət varmıĢ. Amma o, bu həqiqətin arxasınca gedə 
bilməzdi, daha doğrusu, getməzdi. Çünki onun da öz həqiqəti vardı. O, öz 
həqiqətinin ardınca getmək istəyirdi. Əlbəttə, Ģah qızıydı, üstəlik, hökmü, var-
dövləti, ad-sanı, nüfuzu olsa da, öz həqiqəti-məqsədi olduğu üçün yolu maneəsiz 
deyildi. PadĢahlıq iĢinə həm də öz həqiqətinə çatmaq üçün qarıĢırdı. Pərixan bəyim 
təkcə əmr vermək, qarĢısında sultanların, əmirlərin, haciblərin, qorçuların, 
darğaların, yüzbaĢıların, kələntərlərin müti dayanması üçün hakimiyyətə can 
atmırdı. O, üst-baĢından yoxsulluq yağan birisinə kömək əli uzadanda özünü daha 
rahat hiss edirdi. Yoxsul isə bir-iki nəfər deyildi ki, qarnını doyurub, üst-baĢını 
təzələyib yola salsın. Bu qədər məzluma səltənət sahib çıxmalıydı. Amma təkcə 
onlaramı? Bəs yoxsulluq girdabında çabalayan fazil, alim adamlar? Axı könüllər 
oxĢayan bir qəzəli yüz illər boyunca yaĢayan Ģair niyə məhrumiyyətlər içində 
çırpınmalıdır? Sadiq bəy ƏfĢar kimi dahi bir rəssam, gözəl Ģair, musiqiçi niyə 
qənaətlə dolanmalıdır? Bəs, bu təriqətlər arasındakı uçurumu kim aradan 
qaldıracaq? QızılbaĢlar bayrağı altında toplaĢmıĢ tayfaların içində daim oyaq olan 
tayfabazlığı hansı yolla çıxarıb atmalı? Ustaclılarla türkmanları kim barıĢdıracaq? 
Bütün bunları yoluna qoymağa sıyrılmıĢ qılınclar yox, düĢünən qafalar gərəkdir. – 
Mən kiməm? – Sən kimsən? – öcəĢməsi yox. 
 
Mən kiməm? Bir bikəsü biçarəvü bixaniman, 
Taleyim aĢüftə, iqbalım nigun, bəxtim yaman. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
194 
 
 
 
– deyən dərya təbli Füzuli niyə gözünü doqquz ağcaya dikməliydi? Ona veriləni də 
ala bilməmiĢdi biçarə. Bütün bunları doğuran səbəblərin kökünü qazıyıb üzə 
çıxartmalı, səbəbin səbəbinin səbəbi axtarılıb tapılmalıydı. 
Pərixan bəyim özü ilə danıĢa-danıĢa yerindən qalxdı. Divarboyu düzülmüĢ kitab 
dolabına yaxınlaĢıb bəyazını, mürəkkəb-qələmini götürüb əyləĢdi. Lələk qələmi 
mürəkkəbə batırıb qəĢəng xətlə yazdı: «Qesseye-porqosseye-eĢqe-Pərixan xanım». 
Bu baĢlığı yazdıqdan sonra, demək olar, ətrafını, baĢ verənləri, hətta Ġsmayıl 
mirzəni də unutdu. Lələk qələm ağ vərəqin üstə qarıĢqa nizamıyla iz salırdı. 
DolmuĢdu, ürəyini boĢaltmalıydı. Ġçində çağlayan, Ģahə qalxan hiss və duyğularını 
ağ vərəqlərə boĢaltmağa tələsirdi. Beynindən qələminə süzülən misraların sırası 
get-gedə sıxlaĢırdı. Tamam baĢqa bir haldaydı, elə bil yerlə səma arasındaydı, 
sözlər yağıĢ damcıları kimi durmadan, ara vermədən qələmdən süzülüb ağ 
vərəqlərə tökülürdü. Əsəbləri gərilmiĢdi, gərginlikdən əli ağrısa da qələmi yerə 
qoymurdu. Elə bil yaddaĢında bir-birini əvəz edən fikirləri bu dəqiqə 
unudacağından, itirəcəyindən ehtiyat edirdi. 
GünəĢin solğun Ģəfəqləri pəncərənin aynasında kəpənək qanadlarını çalana qədər 
yazdı. Bir vaxt Ġsmayıl mirzə haqqında da beləcə birnəfəsə yazmıĢdı. Elə Ġsmayıl 
mirzəni xatırladığı anda da qələmi dayandı. Bayaqdan durmadan yazdığı bu tale 
dastanına Ġsmayıl mirzəni xatırlamaqla, sanki nöqtə qoydu. Ġlahi bir nizamla ağ 
vərəqlərə köçürülmək üçün növbə gözləyən sözlər Ġsmayıl mirzənin sifətini görən 
kimi «pırr» eləyib harasa uçdular. O ilahi sözlərin, könül çırpıntılarının yerində 
onun – Ġsmayıl mirzənin turĢumuĢ sifəti dayandı. Pərixan bəyim indi istəməsə də, 
gözlərini qıyıb bu sifətə baxırdı. Daha doğrusu, baxırdı ki, bu sifətin arxasındakı 
əsl sifəti görsün. Adının arxasında qəhrəmanlıq, Ģücaət, mətanət, dəyanət kimi 
yarlıqlar duran birisinin əsl sifətini görmək istəyirdi. Yox, bu boz sifətin 
qaraçuxasını yarıb keçmək, iki gün sonra Ģahlıq taxtında bərqərar olacaq II ġah 
Ġsmayılın ürəyindən keçənləri oxumaq, doğrudan da, çox çətin idi. DaĢ kimi 
yonulmuĢ bu sifətdən hələlik ancaq bunu oxuya bilirdi: «PadĢahlıq iĢlərinə 
qarıĢma!». 
FikirləĢdikcə sanki içində hava qaralır, axĢam düĢürdü. Bu dar vaxtda lap ürəyi 
sıxıldı. DərdləĢməyə, ürəyini boĢaltmağa yanında bir həmdəmi də yoxdu.  
… Birdən ona elə gəldi ki, otağın küncündən ona bir cüt mehriban göz baxır. 
Bacısı Gövhər bəyim idi. Qulağına onun mehriban səsi gəldi: «Dərdin nədi, bacın 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
195 
 
qurban?» Gülümsəyib yerindən qalxdı: «Gövhərdən, Ġbrahim mirzədən özgə məni 
kim baĢa düĢər?», – düĢündü. 
Ġbrahim mirzəgilin evi saraya yaxın idi. Pərixan bəyim bu boyda Qəzvində Ġbrahim 
mirzənin ailəsindən xoĢbəxt ailə tanımırdı. Bu ailə sevgi-məhəbbət üstə 
qurulmuĢdu. Pərixan bəyim bacısıgildə olduğu vaxtlarda qəlbən çox rahat olurdu. 
Ġbrahim mirzə sənətə, sənətkara qiymət verən adamdı. Kitabxanasında çalıĢan 
nəqqaĢlara, xəttatlara məmləkətin eĢikağası, möhürdarı kimi yox, sənət dostu kimi 
baxırdı. Sadəliyinə və sənətə qiymət verdiyinə görə istedad sahibləri ona hörmət-
izzət göstərir, öz hamiləri kimi baxırdılar. 
Pərixan bəyim içindəki kədərini biruzə vermədən bacısıgilə gəlmiĢdi. Gövhər 
bəyim nökərin: «Xanım, Pərixan bəyim gəlib» xəbərini eĢidən kimi onu 
qarĢılamağa tələsdi. 
– Can bacı, nə yaxĢı gəldin, – deyib onu qucaqladı. Sonra kənara çəkilib: – Sən 
Allah dayan, qoy bir doyunca sənə baxım, – dedi. – Bəh-bəh, ilahinin xoĢ saatında 
dünyaya gəlmisən də. Sən bundakı qaĢa-gözə, boya-buxuna bax! 
– Gövhər, sən Allah az təriflə. 
– Boy, sözə bax ey… Ay qız, tərifə layiqsən də. Vallah, kiĢi olsaydım, səni götürüb 
qaçardım. 
Pərixan bəyim sevincindən aĢıb-daĢan Gövhər bəyimin bəxtiyarlıq yağan üzündən 
öpdü: 
– Əziz bacım, ġah qızını qaçırdanın gərək iki baĢı olsun. 
– Hə, bax, bunu unutmuĢdum. Gəl, gəl içəri görüm. 
Qapının astanasında Gövhər bəyimin qızı xalasının qucağına sığındı. 
– Xala… 
– Can xala. 
– «Quran»ı oxuyub baĢa çıxmıĢam. 
– Haçan? 
– Elə bu gün. 
– Əhsən, – Pərixan bəyim boynundakı silsiləni açıb yeniyetmə qızın boynuna 
bağladı: – Məndən sənə yadigar olsun. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
196 
 
– Sağ ol, xala. 
– Sən xalanın gül balasısan. 
– Doğrudan?! 
– Doğrudan… 
Otağa keçdilər. Təzəcə oturmuĢdular, nökər iri çini qabda meyvə gətirdi. Meyvə 
yeyə-yeyə bir az ordan-burdan danıĢdılar. Birdən Gövhər bəyim yerindən qalxdı: 
– Bacı, Ġbrahim mirzənin divanını gətirim bax. Təzə tərtib edib. 
Gövhər bəyim meĢin cildli kitabı gətirib bacısına verdi: 
– Bacı, üç min beytdi, – dedi, – dibaçəsini də özüm yazmıĢam. 
– Mübarəkdi. 
– Sağ ol. 
– Ərinin sənətinə belə qiymət verdiyinə görə sən də sağ ol. Gövhər, Ġbrahim mirzə 
çox istedadlı adamdı, otuz üç yaĢında bu qədər iĢlər görüb. 
– Pərixan, Allah onun zəhmətini yerdə qoymasın, gecə-gündüz çalıĢır. Vaxtını boĢ 
keçirən adam deyil. HəmiĢə tələsir. Elə hey deyir: «Ömür vəfasızdı…» O elə 
deyəndə lap ürəyim sıxılır, dilim-ağzım qurusun, elə bilirəm nəsə olacaq. 
Pərixan bəyim əlini səhifələrin üstündə gəzdirdi. Sanki yazılanları əlləri ilə 
oxuyurdu: 
– Nə gözəl xətlə yazılıb. Xəttatı kimdi? 
– Mir ġərəfəddin. 
– Nə gözəl. Rəhmətlik atamız onu «Mir MünĢi» deyə əzizləyərdi. Gilanın fəthi 
barədə yetmiĢ nüsxə fərmanı da ona yazdırmıĢdı. 
– Ġbrahim də onun xətrini çox istəyir. MəĢhədin hakimi olanda Mir MünĢi onun 
vəziri olub. Oğlu Qazi Əhməd Qumi ilə Qumdan MəĢhədə köçüb düz səkkiz il 
Ġbrahimin sarayında yaĢayıblar. 
Pərixan bəyim bacısı ilə danıĢsa da, fikri əlindəki divandaydı. O özü də Ģair idi, 
dərk eləyirdi ki, Ġbrahim mirzənin qəlbi, ruhu, duyğu-düĢüncəsi əlində tutduğu bu 
divandadı. Ġnsan ölər, amma sözü ölməz. Ona görə, söz həmiĢə diridi, – deyiblər. 
Pərixan bəyim xəfifcə gülümsəyib dedi: 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
197 
 
– Gövhər, yəqin Ġbrahim mirzə bu qəzəli sənin üçün yazıb. 
– Hansını, bacı? Nədən bildin? 
– Onu bilməyə nə var, ay qız, gör bir nə deyib sənin üçün: 
 
Min gecədən sonra ki, sən yarla görüĢdün, 
Cahi, fürsətdir, gözünü ondan ayırma. 
 
Gövhər bəyim uğundu: 
– Bəs nə bilmiĢdin?! Mən onun ilham pərisiyəm də, Pərixan. 
– Əlbəttə, mən buna heç Ģübhə eləmirəm. YaxĢı, əmioğlu özü hardadı? 
– Günü divanxanada keçir. Deyir iĢ-güc çoxdu. Darıxma, möhürdarımız indi gələr. 
Çöldə canlanma yarandı. Yəqin gələn vardı. YanılmamıĢdılar. Az sonra Ġbrahim 
mirzə içəri girdi. Bacılar hörmət əlaməti olaraq ayağa qalxdılar. Gövhər bəyim 
bacısına: 
– Bax, bu da bizim möhürdarımız. 
– XoĢ gəlmisən, Pərixan. 
– Sağ ol, əmioğlu. EĢitmiĢəm Ģahın möhürdarı olmusan, mübarək olsun. 
– Sağ ol, əmiqızı. Vəzifə insanı Ģərəfləndirmir, gərək insan vəzifəni Ģərəfləndirsin. 
– Doğru buyurursan. Görək Ġsmayıl mirzə də vəzifəsini Ģərəfləndirə biləcəkmi? 
– YaĢayarıq, görərik. Hələ ki, elə bir ciddi iĢ görməyib. Ġki gündən sonra cülus 
edəcək, bəlkə taxta oturandan sonra nəsə elədi. Pərixan, doğrusu, bu dünyada 
mənim üçün hər Ģeydən əziz, qiymətli kitabxanamdı. Kitablarımın əhatəsində 
özümü daha yaxĢı hiss eləyirəm. Məmləkətin hansı guĢəsində olmuĢam, orada 
nadir kitablar aramıĢam. ġükürlər olsun, indi mənim kitablarımın sayı dörd mini 
keçib. Ərəb, fars, türkcə təzkirələr, risalələr, böyük Ģairlərin, alimlərin külliyyatı 
məndədi. 
– Bu qədər kitabı oxumusan, əmioğlu? 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
198 
 
– Demək olar ki, oxumuĢam, – bir an susdu. – Guya sən oxumamısan? Sən də 
oxumusan da. 
– Əlbəttə, mən də oxumuĢam, amma sənin qədər yox. Sən dəryasan. Heyrət 
eləyirəm ki, bir belə müxtəlif elmləri öz zərif vücudunda nə sayaq cəmləĢdirmisən?  
Ġbrahim mirzə gözlərini qıyaraq Pərixan bəyimə baxırdı. Amma həm də ona 
baxmırdı. Elə bil nə isə arayırdı, əslində qarĢısındakı Pərixan bəyimi burda qoyub 
zaman-zaman müĢahidə edib yaddaĢına köçürdüyü Pərixan bəyimə baxırdı. 
Birdən: 
– Pərixan, səndə bir nəqĢibəndlik görürəm, – görürəm. 
– Əmioğlu, mən hara, nəqĢbəndiyyə təriqəti hara. Sən bunu nədə görürsən? 
– Xasiyyətində, davranıĢında. 
– Məsələn? 
– Məsələn, hər anın, hər halın qiymətini vaxtında verə bilməyində. 
– Sonra? 
– Hiss eləyirəm ki, Tanrı qarĢısında hər zaman qəlbin oyaqdı. Qəflətdən 
qorunursan. Səndə həddini bilmək vardır. Çox vaxt qəlbin danıĢır, dilin susur. 
– Nə olar, əmioğlu. Cəmaləddin əl-Qumiqiyə görə nəqĢibəndiyyə təriqəti Cəbrayıl 
vasitəsi ilə ulu Peyğəmbərimizə ötürülmüĢ, o isə Əbu Bəkirə, beləcə ötürülə-
ötürülə gəlib çıxıb əsrimizə. Doğrusu, mən özümü nəqĢibəndi saymıram. Axı, 
nəqĢibəndiyyə Ģeyxləri dövlət adamları ilə hər cür ünsiyyətdən çəkinirlər. 
Doğrudur, mən ömrümü Allaha ibadətə həsr etmiĢəm, amma bununla belə səltənət 
iĢlərinə qarıĢıram, siyasətdən uzaq deyiləm… 
– Hər halda, gözdən-könüldən iraq gəzsələr də, hiss eləmiĢəm ki, nəqĢibəndilərin 
sənə rəğbəti çoxdur. 
– Bu yaxĢıdı, yoxsa pis? 
– BaĢqa-baĢqa təriqət sahiblərinin hüsn-rəğbətini qazanmaqdan gözəl nə var?! 
Deməli, sən öz əməlinlə hər kəsin fövqündəsən. 
– Bu xoĢ sözlərə görə sağ ol, əmioğlu. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
199 
 
– Sən hər cür hörmətə, məhəbbətə layiqsən, əmiqızı… Durun gedək mənim 
çinixanama, ora mənə çox doğmadı. Orada elə bil Allaha daha yaxın oluram. 
Çinixanama keçən kimi ilhama gəlirəm. 
Gövhər bəyim söz atdı: 
– Ġllah da mən yanında olanda. 
GülüĢdülər. 
Ġbrahim mirzənin çinixanasında cürbəcür gözoxĢayan əntiq qablar, qədim əĢyalar 
vardı. Çinixanada Ġbrahim mirzənin öz əli ilə düzəltdiyi musiqi alətləri – saz, 
tənbur, ud, setar vardı. Mahir xəttatların, nəqqaĢların əlindən çıxmıĢ nadir kitablar 
da bu böyük otaqda saxlanılırdı. 
Doğrudan da, bu otağın hər tərəfi insanın ruhunu oxĢayırdı. Otağın hansı səmtinə 
üz tutsan, oradan zərif sənətkar əlindən çıxmıĢ bir incəlik boylanırdı. Otağın 
döĢəməsinə, tavanına, qapı-pəncərəsinə nəzər salan kimi Ġbrahim mirzənin əl 
iĢlərinin sehrinə düĢürdün. O, doğrudan da, xatəmbəndi* yaratmaqda da mahir bir 
sənətkardı. 
Ġbrahim mirzə sazını götürüb çalmağa baĢladı. Bir-iki hava çaldıqdan sonra 
Pərixan bəyim hiss elədi ki, Ġbrahim mirzə onların qarĢısında saz çalsa da, ruhu 
onu tərk edib. O çalıb-oxuduqca Pərixan da özünü baĢqa bir aləmdə hiss edirdi. 
Ġbrahim mirzə sazı qoyub setarı götürdü və Pərixan bəyimin heç vaxt eĢitmədiyi 
bir nəğməni çalıb-oxumağa baĢladı. Bu çox ruhverici bir mahnıydı. Nəğmədə 
ƏfĢar bəylərinin sücaəti vəsf olunurdu. Mahnı Pərixan bəyimin ruhu ilə tam 
həmahəng idi. Mahnı sona yetəndə Pərixan bəyim: 
– Əmioğlu, nə gözəl nəğmədi, – dedi. – Birinci dəfədi səndən eĢidirəm. 
– Mən bu «ƏfĢar bəyləri» nəğməsini Sadiq bəy ƏfĢardan öyrənmiĢəm. ƏfĢarlar 
musiqini çox sevirlər. «ƏfĢarı» muğamını da onlar yaradıblar. Çox comərddirlər. 
Sadiq bəy özü də qovğalarda çox Ģücaətlər göstərmiĢ adamdı. 
– Sənin qoĢduğun nəğmələr çoxdur. Sadiq bəy ƏfĢarın da varmı? 
– Onun çox gözəl səsi, saqinamələri var. Sadiq bəy muğamata aĢiyan bir kiĢidi. 
Ləhni də gözəldi. Ona çox qulaq asmıĢam. Rəssamlıqda, xəttatlıqda əvəzsiz, 
Ģairlikdə mahirdi. 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
200 
 
Gəl-gəl, ey rahəti-canim, saqi, 
BaĢda küfri, fəndə rəvanım, saqi. 
Gəl, gəl, ey həmdəmü həmrazim, gəl, 
Vey qəmi-əyyamidə dəmsazim, gəl. 
 
Sadiq bəy ƏfĢarındı. 
– Çox gözəl. Amma, əmioğlu, onu çox acıdil, tündxasiyyət söyləyirlər. 
– Deyirlər xasiyyət də anadangəlmədi. Ancaq həmiĢə yox, çox zaman insanın 
xasiyyətini mühit, haqsızlıqlar da dəyiĢir. Sadiq bəy ƏfĢar layiq olduğu qiyməti 
hələ də almayıb. Onun baĢı bəlalar çəkib, əmiqızı. O iyirmi yaĢında olanda atası 
rəhmətə gedib. QardaĢları var-dövləti bölüĢdürəndə ona heç nə verməyiblər. Bu 
ədalətsiz münasibətdən inciyib dərviĢlərə qoĢulub. Deyir, çox oxuyan çox bilməz, 
çox gəzən çox bilər. O da gördüyü hər güldən bir Ģirə çəkib. Sən bir onun fikrinə 
bax: «GünəĢ bir ovuc palçıqla suvanmaz». 
– Nə gözəl deyib... Sadiq bəy Təbrizdəndi? 
– Bəli, Təbrizin Vəci məhəlləsindən. Rəhmətlik Ģah nəqqaĢları, kitabdarları bir il 
idi ki, iĢdən azad eləmiĢdi. Sağ olsun, Ġsmayıl mirzə Sadiq bəyi kitabdarlığa 
qaytardı. 
– Ondan çıxmayan iĢ, nə yaxĢı?! 
– Bacı, insafla desək, Ġsmayıl mirzə xəttatlığa, nəqqaĢlığa çox məhəbbətlidi. 
Ġmarətlər onun tərhi** ilə yenidən qurulub. Kitabdarlara da xüsusi rəğbəti var. 
Qazi Əhməd Qumiyə də Səfəvilərin tarixindən kitab yazmağı tapĢırıb. 
Pərixan bəyim istehza ilə dedi: 
– ĠnĢallah, bir cild də onun Ģərəfinə yazar. 
– Biz istəsək belə, Ġsmayıl mirzəni dana bilmərik. 
– Mənim qətiyyən onu danmaq fikrim yoxdu. Mən ondan hər kəsə və özümə qarĢı 
ədalətli olmasını istəyirəm, vəssəlam! 
– Ondan ədalət gözləmə, əmiqızı. 
– Nə üçün? 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
201 
 
– Qəhqəhə qalası mərhəmət, Ģəfqət hisslərini çoxdan onun ürəyindən qovub 
çıxarıb. 
– Qulaqlarıma inanmıram. Bu sözləri Ģahın möhürdarı deyir? 
– Bəli, mən deyirəm! O məni daim gözləri qabağında oturtmaq üçün möhürdar 
edibdi, sevdiyi üçün yox. Düzünü bilmək istəsən, Ġsmayıl mirzə mənim Qəndəhar 
vilayətinin hakimi olan qardaĢım Sultan Hüseyndən çəkinir, yoxsa məni 
bağıĢlamaz. 
– Axı sən ona neyləmisən? 
– Mən Heydər mirzənin tərəfdarı deyildimmi? Elə bilirsən unudub? Xeyr! 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin