Həsən ibn Fərhan əl-Maliki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/18
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15076
  1   2   3   4   5   6   7   8   9   ...   18

 
 

 
 
 
 
O,  
PEYĞƏMBƏR 
DEYİLDİ 
 
 
Həsən ibn Fərhan əl-Maliki 
 
II nəşr 
 
 
 
 
 
 
 
Bakı – 2013 
 
 

 
 

 
 
 

 
 

 
 
Allahın adıyla... 
 
GİRİŞ 
 
Allahın  köməyi  ilə  başladığımız  tərcüməni  bitirdik.  Mövzunun 
əhəmiyyətini nəzərə alaraq, bu qiymətli tədqiqat əsərini ərsəyə gətirən Şeyx 
Həsən ibn Fərhana dərin minnətdarlığımızı bildiririk... 
Vəhhabilik və Məhəmməd ibn Əbdülvəhhab bərəsində çoxlu elmi və 
tənqidi əsərlər yazılmışdır. Ancaq onların hamısının həqiqəti əks etdirdiyini 
demək  çətindir.  Kitabın  müəllifi  Şeyx  Həsən  Səudiyyə  Ərəbistanında 
anadan  olmuşdur.  Özünün  də  qeyd  etdiyi  kimi,  dini  təhsilini  vəhhabilərin 
arasında  almışdır.  Bu  mühitdə  keçirdiyi  uzun  illər  ərzində  fikirlərinin 
vəhhabi ideologiyasına uyğun olmadığı qənaətinə gəlmişdir. Bunun nəticəsi 
olaraq  da,  vəhhabiliyə  qarşı  tənqidi  yazılarını  qələmə  almışdır.  Bu  əsnada 
orta  yolu  təqib  etməyə  çalışmış,  bacardığı  qədər  ifrat  fikirlərdən  uzaq 
durmuş,  İslam  birliyinə  və  bərabərliyinə  önəm  vermişdir.  Əsərin 
Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanacağına ümid edərək, onun 
tərcüməsinə qərar verdik.  
Təəssüf  ki,  günümüzdə  İslamı  sidq  ürəklə  yaşamaq  istəyənlər  bəzi 
həqiqətlərdən  xəbərsizdirlər.  Məqsədim  qətiyyən  kiminsə  seçdiyi  əqidəyə 
müdaxilə  etmək  deyildir.  Əlbəttə  ki,  müsəlman  kimi  məni  maraqlandıran 
əsas məsələ İslama bağlı əqidə məktəbinin nəyə görə digərlərini kafirlikdə 
ittiham  etməsi,  hətta  bəzən  onların  öldürülməsini  də  məqbul  görməsidir. 
Bizim  bildiyimiz  İslam  nəinki  bir  müsəlmanı,  hətta  tutarlı  səbəb  olmadan 
günahkar  bəndəni  öldürməyi  də  qadağan  etmişdir.  Belə  olan  halda  ortaya 
sual çıxır: Ya bizim oxuduğumuz Quran və hədislər onların oxuduqları ilə 
eyni  deyil,  ya  da  İslamın  əsas  mənbələri  hesab  olunan  bu  qaynaqları 
istədikləri kimi başa düşürlər. Şübhəsiz ki, hamımız eyni Quranı oxuyuruq. 
Etiqad və əməldə bəhrələndiyimiz və etibar etdiyimiz hədislər eynidir. Elə 
isə  niyə  özünə  müsəlman  deyənlər  özləri  kimi  düşünməyən  digər 
müsəlmanların öldürülməsini rəva bilsin?  

 
 

 
Bu  gün  nəinki  təkfirçi  vəhhabilərdə,  hətta  mötədil  hesab 
olunanlarında  belə,  başqa  İslam  məzhəblərinə  qarşı  mənfi  münasibətin 
şahidi oluruq. Təkfir əleyhinə kitab yazaraq müsəlmanları kafirliklə ittiham 
etmənin  düzgün  olmadığını  qeyd  edən  Nasiruddin  Albani,  Əbdüləziz  ibn 
Baz,  Məhəmməd  İbn  Üseymin  və  Salih  ibn  Fövzan  kimi  “mötədil”  hesab 
olunan  vəhhabi  alimləri  belə  başqa  məzhəbləri  küfr  və  ən  yaxşı  halda 
bidətdə  ittiham  edirlər.  Onlar  təsəvvüf  əhlini
1
 və  şiələri
2
 şirkdə  (Allaha 
şərik  qoşmaq),  əhli-sünnənin  əksəriyyətini  təşkil  edən  əşəriləri
3
 və 
maturidiləri
4
 isə  bidətdə  ittiham  edərək,  əhli-sünnə  xaricində  sayırlar. 
Onlara görə yeganə əhli-sünnə sələfi-vəhhabilikdir.  
Bütün bu suallara cavab tapmaq üçün Məhəmməd ibn Əbdülvəhhab 
və vəhhabilik haqqında qısa məlumat vermək vacibdir.  
 
Məhəmməd ibn Əbdülvəhhabın həyatı 
Nəcdli Əbdülvəhhab oğlu Məhəmməd Bəni Təmim qəbiləsindəndir. 
1703-cü  ildə  (h/1115)  Üyəynədə  (indiki  Səudiyyə  Ərəbistanı  Krallığının 
ərazisində) doğulmuş və 1792-ci ildə (h/1206) Dəriyyədə vəfat etmişdir. İlk 
təhsilini  atasından  aldıqdan  sonra  Mədinəyə  gedərək  Şafii  və  Hənbəli 
məzhəblərinə  bağlı  bəzi  alimlərin  dərslərini  dinlədikdən  sonra  bir  müddət 
təhsilini Məkkədə davam etdirmişdir. Nəhayət Şamda təhsilini başa vuraraq 
Nəcdə  qayıtmış  və  xalqı  “tövhidə  dəvət  etmək,  şirkdən  uzaqlaşdırmaq” 
üçün səfərə çıxmışdır.
5
 Bağdad, Şam və bəzi mənbələrə görə, Həmədan və 
İsfahanda  fikirlərini  yaymağa  çalışmışdır.  Daha  sonra  atasının  yaşadığı 
Hurəymiləyə (Riyadın şimalında) gəlmiş və ən məşhur əsəri olan “Kitabut-
Tövhid”-i burada qələmə almışdır.
6
 
Atasının  vəfatından  sonra  Üyəynəyə  qayıtmışdır.  Burada  fikirlərini 
yaymaqla  qalmamış,  onları  həyata  keçirməyə  başlamışdır.  Üyəynə 
                                                 
1
 Bax. http://www.binbaz.org.sa/mat/10231; http://www.4salaf.com/vb/showthread.php?p=63573 
2
 Bax. http://www.binbaz.org.sa/mat/4170 
3
 http://www.binbaz.org.sa/mat/10237; http://www.alfawzan.af.org.sa/node/8396 
4
 http://ar.islamway.net/fatwa/18047 
5
 Yusuf  Ziya  Yörükan,  Vehhabilik,  Ankara  Universiteti  İlahiyat  Fakultəsi  Jurnalı,  1-ci  sayı,  II  cild, 
Ankara, 1953, səh. 55. 
6
 Batı İslam Ensiklopediyası, Vəhabilik, s. 263. 

 
 

 
ətrafındakı  yaşayış  məntəqələrdəki  türbələr,  yüksək  məzarlar  və  xalqın 
mübarək  hesab  etdiyi  mağaralar,  ağaclar  onun  fətvası  ilə  dağıdılmışdır. 
Səhabə  Zeyd  ibn  Xəttabın  Cübeylədəki  türbəsi  şəxsən  Məhəmməd  ibn 
Əbdülvəhhab  tərəfindən  dağıdılmışdır.  Üyəynə  və  ətrafındakı  təhsil,  irşad 
fəaliyyətləri  ilə  bərabər  Hicaz,  Yəmən  alimlərinə  və  əmirlərinə  məktub 
göndərərək  əqidəsini  onlara  aşılamağa  başlamışdır.  Çox  keçməmiş  onun 
fəaliyyəti Əhsa və ona bağlı bölgələrin hakimi olan Bəni Xalid qəbiləsinin 
rəisi  Süleyman  ibn  Urayrın  diqqətini  çəkmişdir.  Onun  apardığı  təbliğat 
nəticəsində  bölgədəki  nüfuz  tarazlığının  pozulacağından  ehtiyatlanan  İbn 
Urayr  Üyəynənin  əmiri  Osman  ibn  Həmdə  məktub  yazaraq  ondan 
Məhəmməd ibn Əbdülvəhhabın qarşısını almasını istəmişdir. Bundan sonra 
Üyəynəni  tərk  etmək  məcburiyyətində  qalan  İbn  Əbdülvəhhab  Dəriyyə 
əmiri  Məhəmməd  ibn  Səuda  sığınmışdır.  İbn  Səud  onu  himayəsi  altına 
almaqla yanaşı, təlimini yaymaqda ona dəstək verəcəyini vəd etmişdir. İbn 
Əbdülvəhhab isə əvəzində zəfərə qədər bu ittifaqa sadiq qalacağına təminat 
vermişdi.  “Dəriyyə  biətləşməsi”  adlanan  bu  ittifaq  Nəcd  tarixinin  önəmli 
hadisələrindən 
biridir.  İttifaqın  mənsubları  fikirlərini  və  siyasi 
hakimiyyətlərini  qəbul  etməyən  qəbilələrə  qarşı  “cihad”  adı  altında  hərbi 
hərəkata başladılar. Bütün Nəcd, Əsir və Yəmənin bir hissəsi təxminən 15 
il  ərzində  itaət  altına  alındı.  Riyad  şəhəri  də  ələ  keçirildi.  Nəticədə 
Məhəmməd  ibn  Əbdülvəhhabın  öldüyü  1792-ci  ilədək  Ərəbistan 
yarımadasının böyük hissəsini birləşdirən dövlət meydana gəldi.
7
 
Məhəmməd  ibn  Əbdülvəhhab  onun  əqidəsini  qəbul  etməyən 
müsəlmanları  “öldürülməsi  vacib  sayılan  kafirlər”  elan  etmişdir.  Həzrət 
Məhəmmədin  (s.ə.s)  türbəsi  də  daxil  olmaqla  bütün  müqəddəs  məkanları 
dağıtmağa,  mübarək  şəhərlərin  sakinlərini  qətlə  yetirməyə  və  həcc 
ziyarətinə  gələnlərə  öz  əqidəsini  yeritməyə  çalışmışdır.  Geniş  vüsət  almış 
bu  üsyan  yalnız  1818-ci  ildə  Osmanlı  dövləti  tərəfindən  yatırılmışdır. 
Bununla  da,  müstəqil  siyasi  güc  kimi  yeni  meydana  gələn  vəhhabilik 
hərəkatının  qarşısı  qismən  alınmışdır.
8
 Lakin  sonrakı  dövrlərdə  Osmanlını 
                                                 
7
 Böyükkara Mehmet Ali, Suudi Arabistanı ve Vehhabilik, İstanbul, 2004, səh. 22 – 24. 
8
 Hodgson  M.G.S,  İslam’ın  Serüveni,  Bir  Dünya  Mədəniyətində  Şuur  və  Tarix,  çevirənlər: 
Ercüment  Akar,  Mete  Akçok,  Birol  Çetinkaya,  Deniz  Diker,  Nurdan  Hacıislamoğlu,  Metin 

 
 

 
parçalamağa çalışan Qərb dövlətlərinin köməyi ilə Ərəbistan yarımadasında 
möhkəmlənmiş  və  Səudiyyə  Ərəbistanı  dövlətinin  yaranması  ilə  birlikdə 
dövlətin rəsmi ideologiyasına çevrilə bilmişdir.
9
 
 
ƏSƏRLƏRİ: 
Məhəmməd  ibn  Əbdülvəhhabın  geniş  həcmli  əsəri  yoxdur.  Yalnız 
müəyyən  mövzuları  izah  edən  risalələr  yazmışdır.  Üyəynə  və 
Dəriyyədəykən  qonşu  qəbilə  başçılarına  və  dövrünün  alimlərinə  dəvət 
məktubları yazmışdır. İbn Əbdülvəhhabın həyatı haqqında əsər yazan Əmin 
Səid  öz  kitabında  “Dəvət  məktubları”  başlığı  ilə  onun  bəzi  məktublarının 
mətnlərini  vermişdir.  Məhəmməd  ibn  Əbdülvəhhabın  ən  məşhur  əsəri 
Kitabut-Tövhid”-dir.  Bu  kitaba  çox  saylı  şərhlər  yazılmışdır.  Nəvələri 
Süleyman ibn Abdullah və Əbdürrəhman ibn Həsən də “Kitabut-Tövhid”-ə 
şərh  yazanlardandır.  Sonralar  Əbdürrahman  ibn  Həsən  tərəfindən  bu  əsər 
qısaldılmış və nəşr olunmuşdur.  
Digər  məşhur  əsəri  isə  “Kəşfüş-şübuhat”-dır.  Burada  tövhidi  pozan, 
müsəlmanları şirkə aparan  əməllər barədə məlumat vermiş, tövhidin qəlblə 
təsdiq  etmək,  dillə  elan  etmək  və  əməllərlə  həyata  keçirməkdən  ibarət 
olduğunu  izah  etmişdir.  O,  “Təfsirul-Fatiha”,  “Səlasətül-üsul”,  “Şurutus-
salat”,  “Fəzailül-İslam”,  “Üsulul-iman”,  “Əl-Ərbaul-qavaid”,  “Məsailul-
cahiliyyə”
10
 və s. kimi kiçik həcmli əsərlər də qələmə almışdır.  
FİKİRLƏRİ: 
Məhəmməd  ibn  Əbdülvəhhabın  xüsusilə  “təkfir”  və  “cihad” 
haqqındakı  fikirlərinin  ətraflı  araşdırılmasına  ehtiyac  var.  Çünki  yalnız 
onun davamçıları özlərini İslama olduğu kimi riayət edən yeganə firqə kimi 
hesab  edirlər.  Bununla  yanaşı,  digər  İslam  məzhəblərinə  qarşı  da  əsassız 
                                                                                                                 
Karabaşoğlu,  Ercümənt  Karataş,  Feray  Özen,  Ümit  Sönmezler,  Muhammet  Şeviker,  Sedef    Tenim, 
Akile  Zorlu, İstanbul, 1993, 3.cild, səh. 170 – 172. 
9
 Vəhhabiliyin  Səudiyyə  Ərəbistanındakı  tarixi  və  hal-hazırdakı  vəziyyəti  ilə  əlaqəli  bax.  Mehmet  Ali 
Büyükkara, 
İhvan'dan Cüheyman'a: Suudi Arabistan ve Vehhabilik
, İstanbul, 2010 
10
 Ahmet Vehbi Ecer, Tarihte Vehhabi Harekatı ve Etkileri, Ankara, 2001, səh. 59 – 64. Bu mövzuda 
yazılmış başqa önəmli bir kitab da Vasilyev tərəfindən qələmə alınmışdır. 
А. М. Васильев, История 
Саудовской Аравии 
 (1745 – 1973), Moskva, 1982. Geniş məlumat əldə etmək istəyənlər bu kitablara 
müraciət edə bilərlər. 

 
 

 
ittihamlar  irəli  sürürlər.  Demək  olar  ki,  bu  ittihamlar  bütün  məzhəblərə 
qarşı səsləndirilmişdir. Məhəmməd ibn Əbdülvəhhabın açıq şəkildə Allaha 
şərik  qoşmaqda  günahlandırdığı  isə  təəssüf  ki,  əsl  kafirlər  deyil,  məhz 
müsəlmanlardır.  Barələrində  müqəddəs  savaş  –  cihad  elan  edilənlər  də 
müsəlmanlardır. 
Bu  iddialar  isə  tamamilə  Quran  və  Peyğəmbərin  (s.ə.s)  sünnəsinə 
ziddir. Çünki Allah (c.c) vəhhabi kimi tanınanların dediklərini təkzib edir. 
Burada diqqət çəkən bəzi məsələləri qeyd etmək istəyirəm: 
Məhəmməd  ibn  Əbdülvəhhabın  fikirlərinə  görə,  Allahın  (c.c) 
sonuncu  elçisi  Məhəmməd  (s.ə.s)  İslamiyyətdən  öncəki  müşrik  kimi 
tanıdığımız  ibadət  edən,  həccə  gedən,  sədəqə  vərən  və  Allahı  zikr  edən 
qövmə  göndərilmişdir.
11
Yəni  onun  sözlərinə  görə,  Məhəmməd 
peyğəmbərdən  (s.ə.s)    öncə  də  Məkkə  və  ətrafında  yaşayanlar  əməlisaleh 
insanlar  idilər.  Onlar  ibadət  edir,  həccə  gedir,  sədəqə  verir  və  Allahı  zikr 
edirmişlər.  
Bu  fikir  İslamın  təməl  dəyərlərini  zərbə  altında  qoyur.  Ərəblər 
Məhəmmədə  (s.ə.s)  peyğəmbərlik  veriləndə  bu  qədər  inanclı  idilərsə,  o 
zaman  elçinin  və  xəbərdar  edicinin  Allah  tərəfindən  göndərilməsinə  nə 
ehtiyac vardı? Bütə sitayiş edən, zina edən, qız uşaqlarını diri-diri torpağa 
basdıran,
12
 haqsız  yerə  insan  öldürən,  Kəbəni  çılpaq  təvaf  edənlər  necə 
əməlisaleh  ola  bilərlər?  Halbuki,  Allahın  evi  bütlərlə  dolmuşdu.  Hətta 
Peyğəmbərin  (s.ə.s)  nübüvvətini  qəbul  etməyən  tədqiqatçılar  belə, 
Ərəbistan  yarımadasında  daim  bir-biri  ilə  döyüşən  qəbilələrin  qısa 
müddətdə necə vahid dövlətdə birləşmələrini başa düşə bilmirlər. Qısacası, 
hər  kəsə  məlum  olduğu  kimi  Məkkə  əhalisinin  və  ətrafındakı  ərəb 
qəbilələrinin böyük əksəriyyəti müşrik idi. Necə ki, Allah (c.c) da buyurur: 
“(Allah) göyləri və yeri haqq olaraq yaratmışdır, (Allah) Ona şərik qoşulan 
bütlərdən  ucadır!”
13
Uca  Allah  digər  ayədə  isə  sanki  Məhəmməd  ibn 
                                                 
11
 Kəşfüş-Şübuhat, səh. 5–6.  
12
“Onlardan  birinə  qızı  olması  ilə  müjdə  verdikdə  qəzəblənib  üzü  qapqara  qaralar.  Verilən  müjdənin 
pisliyi  üzündən  tayfasından  qaçıb  gizlənər.  (Allah  bilir!)  Görəsən,  onu  (o  körpəni)  zillət  içində 
saxlayacaq,  yoxsa  torpağa  göməcək?  (Diri-diri  basdıracaq?)  Bir  görün  onlar  necə  pis  mühakimə 
yürüdürlər! (Oğlanları özlərinə götürüb qızları Allaha isnad edirlər)”.(Nəhl surəsi, 58–59).  
13
 Nəhl surəsi, 3. 

 
 

 
Əbdülvəhhabın  iddialarını  cavablayır:  “Məgər  Biz  müsəlmanları  kafirlərlə 
eynimi  tutacağıq?!  (Ey  kafirlər!  Siz  dünyada  yoxsul  möminlərdən  var-
dövlətcə  üstün  olduğunuz  kimi,  axirətdə  də  onlardan  üstün  olacağınızı, 
yaxud  ən  azı  onlarla  eyni  olacağınızı  iddia  edirsiniz).  Sizə  nə  olub,  necə 
mühakimə yürüdürsünüz?”
14
 
Bu mövzuda onlarla ayə vardır, lakin biz yuxarıda sadaladıqlarımızla 
kifayətlənirik. 
Məhəmməd  ibn  Əbdülvəhhab  “Kəşfüş-Şübuhat”  əsərində  deyir: 
“Bu  müşriklər,  yəni  Qüreyş  kafirləri  təkcə  Allahın  yaradan  olduğuna  və 
Onun  şəriki  olmadığına,  Ondan  başqa  ruzi  verənin  olmadığına,  həyat 
vermək, öldürmək, hər şeyi nizama qoymaq, bütün səmanın və onun içində 
olanların, yeddi qat yerin və onun içində olanların yalnız Ona aid olduğuna, 
onların  Onun  qulları  və  Onun  əmri  və  cahabdehliyi  altında  olduqlarına 
şəhadət edərdilər”. 
Dediklərinin yanlış olduğunu və  son peyğəmbər  Həzrət Məhəmməd 
(s.ə.s)  nübüvvətini  elan  etməmişdən  əvvəl  ərəblərin  zəlalət  içində 
olduqlarını  isə  Quran  belə  xəbər  verir:  “(Əksəriyyəti  yazıb-oxumaq 
bilməyən)  ümmi  ərəblərə  özlərindən  peyğəmbər  göndərən  Odur.  (Bu 
Peyğəmbər)  əvvəllər  haqq  yoldan  açıq-aşkar  azsalar  da,  onlara  (Allahın) 
ayələrini oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər, 
onlara  Kitabı  və  hikməti  (Quranı  və  şəriəti)  öyrədər.”
15
 “Kəşfuş-şübuhat” 
kitabının  9-cu  səhifəsində  Qüreyş  və  digər  kafirlərin  “gözəlliklərini”  belə 
təsvir  edir:  “Onlar  gecə  və  gündüz  hər  cür  nöqsandan  uzaq  olan  Allaha 
ibadət  edirdilər!  Onlardan  bəziləri  islah  olmaları  və  Allahın  onları 
bağışlamaları üçün mələklərə ibadət edirdilər. Yaxud da, Lat kimi övliyaya 
və  ya  İsa  kimi peyğəmbərə də bu məqsədlə ibadət edirdilər! Peyğəmbərin 
(s.ə.s) etdikləri şirkə və ibadətlərinin xalis olmaları üçün onlara qarşı savaş 
açdığını  bilirsən!  Peyğəmbər  (s.ə.s)  bütün  ibadətlərin,  nəzirlərin, 
qurbanların,  kömək  diləmənin  və  hər  cür  ibadət  növünün  Allah  adına 
olması üçün onlarla savaşdı”. 
                                                 
14
 Qələm surəsi, 35-36.  
15
 Cümə surəsi,  2 

 
 

 
Xeyr!  Əsla  cahiliyyə  ərəbləri  onun  dediyi  kimi  gecə-gündüz  Allaha 
ibadət  etmirdilər,  əksinə  Ona  şərik  qoşurdular.  Buna  görə  də  Allah  (c.c) 
elçisinə  belə  deməyi  əmr  etdi:  “(Ya  Rəsulum)  De:  “Sizin  Allahdan  qeyri 
tapındığınız  bütlərə  ibadət  etmək  mənə  qadağan  edilmişdir”.  De:  “Mən 
sizin  nəfsinizin  istəklərinə  əsla  uymaram.  Belə  ola  biləcəyi  təqdirdə  mən 
(haqq yoldan) azar və doğru yola yönəlmişlərdən olmaram!”
16
. 
İbn  Əbdülvəhhabın  qəribə  fikirləri  davam  edir:  “Ey  müşrik!! 
Qurandan  və  Peyğəmbərin  (s.ə.s)  hədislərindən  mənə  qarşı  gətirdiyin 
şeylərin mənalarını başa düşmürəm…!” 
İbn Əbdülvəhhabın qarşısında dayanmış bir müşrik təsəvvür edin ki, 
Kitabdan və sünnədən dəlil gətirir. Onlara inansaydı, ona müşrik deyilərdi, 
yoxsa  mömin?  İnanmayan,  hətta  bu  barədə  düşünmək  istəməyən  kəslər  nə 
vaxtdan özünü haqlı çıxarmaq üçün İslam mirasına yönəlir və orada özünə 
dəlil axtarır?! 
43-cü  səhifədə:  “Peyğəmbərin  (s.ə.s)  öldürdükləri  bunlardan  daha 
ağıllı və daha az şirkə sahib idilər”.  
Əlbəttə,  bütün  bu  ittihamlar  hər  nə  qədər  asan  başa  düşülməsə  də, 
İbn Əbdülvəhhab onları sıralamağa davam edir. 
Ümumi  hücumlardan  başqa  yazdıqlarının  yenə  önəmli  bir 
bölümündə  ayrı-ayrı  məzhəb  və  şəxslərə  qarşı  ittihamlar  yer  almaqdadır. 
Hədəfində əsasən, təsəvvüf əhli və şiələrdir. 
Həsən ibn Fərhan da bu məsələni xüsusi ilə qeyd etmişdir: “Hənbəliləri 
təkfir  etməsi  ilə  müqayisədə  İmamiyyəni  təkfir  etmək  asandır.”  İbn 
Əbdülvəhhab: “Onların küfründən şübhə edən də kafir olar”,- deyir.
17
 
Təəssüf  ki,  əsrlərlə  davam  edən  məzhəblərarası  ixtilaflar  həddini 
aşaraq  qarşılıqlı  təkfir  və  bidət  ittihamları  səviyyəsinə  çatmışdır.  Bu 
müzakirə  və  mübarizələrdə  məsum  insanların  qanı  tökülmüş,  ən  böyük 
zərəri isə müsəlman cəmiyyəti görmüşdür.  
Müsəlmanlara böhtan atmaq İslami baxımdan çox təhlükəlidir. Çünki 
Allah  (c.c)  inananlara  bundan  çəkinməyi  buyurmuşdur:  “Şübhəsiz  ki, 
mömin  kişi  və  qadınları  (dinlərdən  döndərmək  üçün)  bəlaya  düçar  edən, 
                                                 
16
 Ənam surəsi, 56 
17
 Dürər, X cild, səh. 369. 

 
 
10 
 
sonra  da  tövbə  etməyən  kimsələri  cəhənnəm  əzabı  və  yandırıb-yaxan  atəş 
əzabı gözləyir.”
18
 
Bütün bunlarla yanaşı, İbn Əbdülvəhhabın fikirlərində ziddiyətlər də 
diqqət  çəkməkdədir.  O,  bir  yerdə  dediklərini  başqa  yerdə  təkzib  edir. 
Səbəbindən  asılı  olmayaraq,  bu  qəbul  edilməz  haldır.  Bunlardan  bir 
neçəsini qeyd etmək istəyirəm. 
1)  Bir  yerdə  dörd  məzhəbin  kitablarını  batil  saydığını  inkar  edir.
19
 
Başqa bir yerdə isə onları şirkin özü adlandırır.
20
 
2) “Altı yüz ildir ki, insanların inancı yoxdur” dediyini rədd edir.
21
O, 
belə  bir  şey  olmadığını  söyləyir.  Ancaq  onun  Nəcd  və  Hicaz 
müsəlmanlarının  çoxunu  (hicri  üçüncü  və  dördüncü  əsrdən  bəri  yaşayan) 
ittiham edən ifadələri var. Bəzi ibarələrindən təkfiri son əsrə və ya iki əsrə 
qədər qısaltdığını anlayırıq. 
3) Övliya insanlara təvəssül edənləri təkfir etdiyini rədd edir.
22
 
Məhəmməd ibn Əbdülvəhhabın ən böyük xətası müsəlmanlara qarşı 
savaşmağı məqbul hesab etməsi və məsum insanların öldürülməsini mübah 
görməsidir. Təkrar söyləmək ehtiyacı hiss edirəm ki, onun cihad fikri əhli-
küfrə qarşı deyil, əhli-imana qarşıdır. 
Onun  fikirlərinə  görə,  köhnə  inanclarında  qalmaqda  israr  edən 
müsəlmanlar  ölümlə  cəzalandırılacaq.  O,  türklərin  Allahı  inkar  etdiyini 
bildirir.  Çünki  onun  fikrincə  türklər  Məhəmmədin  (s.ə.s)  özünə  ibadət 
edirlər.  Özününsə  bu  bütpərəstliyi  ortadan  qaldırmaq  üçün  göndərildiyini 
iddia  edir.  Əsas  missiyasının  bir  olan  Allaha  ibadəti  bərqərar  etmək 
olduğunu bildirir.
23
 
Vəhhabilər Məkkə və Mədinəni ələ keçirdikdən sonra (Səud əl-Kəbir 
dövründə) yerli alimləri sənəd imzalamağa məcbur etdilər. Sənəddə belə bir 
hökm  yer  almaqda  idi:  “Məkkə  və  Mədinə  xalqı  fəthdən  (vəhhabilərin  bu 
                                                 
18
 Buruc surəsi, 10. 
19
 Dürər, 1/ 34, 10/ 13. 
20
 Dürər, 2/ 59. 
21
 Dürər, 9/ 34, 10/ 13. 
22
 Dürər, 9/ 34. 10/ 13. 
23
 Lous Alexandre Olivier də Corancez, The History Of The Wahabis, (Eric Tabet tərəfından İngilizcə 
tərcüməsindən istifadə edilmişdir), İngiltərə, 1995, s 15.  

 
 
11 
 
şəhərləri  işğal  etməsindən)  əvvəl  böyük  küfr  içində  idilər.  Buna  görə 
onların qanları və malları halal idi. Yerdə qalan müsəlman ölkələri də o gün 
böyük şirk içindədirlər!”
24
 
 
Məkkəi-Mükərrəmə alimlərinin nüsxəsi   
Təkfir  nüsxəsi  Səud  ibn  Əbdüləziz  ibn  Məhəmməd  dövründə 
yazılmışdır.  O,  İbn  Əbdülvəhhabın  tələbələrindən  idi.  Məkkə  alimləri  o 
sənədə imza atmışlar: “Biz, Məkkə alimləri imzalarımız və möhürlərimizlə 
şahidlik  edirik  ki,  Məhəmməd  ibn  Əbdülvəhhabın  gətirdiyi  və 
müsəlmanların  imamı  Səud  ibn  Əbdüləzizin  dəvət  etdiyi  bu  din  Allahın 
tövhidindəndir  və  məqsədi  şirkdən  uzaqlaşdırmaqdadır.  Bu  kitabda  qeyd 
olunanlar şübhəsiz haqqdır. Keçmişdən günümüzədək Məkkə və Mədinədə, 
Misirdə,  Şam  və  digər  bölgələrdə  meydana  gələnlər  şirkin  növlərindəndir. 
Onların  küfrü  mübah,  qanı  və  malı  halaldır.  Əbədi  odda  qalmaq  onlara 
vacibdir. Kim Məhəmməd ibn Əbdülvəhhabın gətirdiyi dinə girməz, onunla 
əməl etməz, biət  etməz, düşmənləri  ilə  savaşmazsa, o bizə  görə Allaha  və 
axirət  gününə  qarşı  küfrdədir.  Müsəlmanların  imamına
25
 və  müsəlmanlara 
onlarla  savaşmaq  (tövbə  edərək  bu  dinin  tələbinə  görə  əməl  edinədək)  və 
öldürmək  vacibdir!!!  Əvvəllər  İbn  Əbdülvəhhabın  və  vəhhabiliyin 
əleyhində olanlar bu sənədə adlarını yazdılar və imza atdılar.  
 
Mədinə-i Münəvvərə nüsxəsi  
Mədinə  nüsxəsi  kəlmə  və  məna  baxımından  Məkkə  nümunəsinə 
yaxındır:  “Keçmişdən  bu  günədək  Məkkə,  Mədinə,  Şam,  Misir  və  digər 
bölgələrdə bu kitabda qeyd olunan şirk növləri ortaya çıxdı. O da, (bu yolda 
olanların)  qanının  və  malının  halal  sayıldığı  küfrdür.  Bu  dinə  girməyən, 
onunla  iman  edib,  əməl  etməyən  kəs  Allaha  və  axirət  gününə 
inanmamışdır. Müsəlmanların imamına və bütün müsəlmanlara onlara qarşı 
cihada  qalxmaq,  şirk  və  inad  əhlini  öldürmək  vacibdir.  Misir,  Şam,  İraq 
                                                 
24
 Dürər, 1/ 314 – 317. 
25
 Səud ibn Əbdüləziz qəsd edilir. 

 
 
12 
 
xalqından kim bu kitaba müxalif çıxaraq, indi olduqları dinlərinin əmrlərini 
yerinə yetirməyə davam edərsə, o, kafir və müşrikdir.”
26
 
Hər  iki  sənədə  diqqətlə  baxmağınızı  tövsiyyə  edirəm.  Məhəmməd 
ibn  Əbdülvəhhabın  gətirdiyi  “dinə”  girməyən  müsəlman  deyildir.  Bunun 
hansı  din  olduğunu,  şərtlərinin  nə  olduğunu  bilən  var?  Bizim  bildiyimiz 
İslama girməyin şərti  Allahın birliyinə  və Məhəmmədin  (s.ə.s) Onun qulu 
və elçisi olduğuna şəhadət etməkdir. Min ildən çoxdur ki, əqidə məsələləri 
üç nöqtədə birləşmişdir - Allahın birliyinə, axirətə və peyğəmbərlərin haqq 
olduğuna inanmaq. Bunu qəbul edən  əsla nə kafir ola bilər,  nə də müşrik. 
Amma  haqsız  yerə  müsəlmanları  öldürməyin  cəzası  isə  çox  ağırdır.  “Hər 
kəs  bir  mömin  şəxsi  qəsdən  öldürərsə,  onun  cəzası  əbədi  qalacağı 
Cəhənnəmdir.  Allah  ona  qəzəb  və  lənət  edər,  (axirətdə)  onun  üçün  böyük 
əzab  hazırlar!”
27
 Hədis-i  şərifdə  isə  bu  cür  buyrulmuşdur:  “Müsəlmana 
söymək fasiqlik, öldürmək isə küfrdür.”
28
 
Müsəlman  din  qardaşı  ilə  münasibətdə  həlim  olmalıdır.
29
Bütün  bu 
ayrılıqlar  və  ixtilafların  nəticəsində  təəssüf  ki,  Allahın  əmrini  unuduruq. 
Əslində vəd olunan müvəffəqiyyətin sirri bundadır. Haqqı tapdanan, əzilən, 
məzlum vəziyyətə düşənlərin tək çarəsi  birlikdir. “Hamılıqla Allahın ipinə 
(dininə,  Qurana)  möhkəm  sarılın  və  (firqələrə  bölünüb  bir-birinizdən) 
ayrılmayın!” (Ali-İmran, 103). 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin