Həsən ibn Fərhan əl-Maliki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/18
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15076
1   2   3   4   5   6   7   8   9   10   ...   18

 
XVII 
Otuz üçüncü səhifədə deyilir: “Allah izn verməsə, Peyğəmbər (s.ə.s) 
heç  kimə  şəfaət  etməz.  Belə  ki,  Allah  (c.c)  bu  mövzuyla  bağlı  buyurur: 
“(Allah) Onların öndəkilərini də, arxalarındakını da (nə etdiklərini və nə 
edəcəklərini)  bilir.  Onlar  yalnız  (Allahın)  razı  olduğu  (izin  verdiyi) 
                                                 
85
Yəni, tam açıq-aşkar dəlil olmadığı təqdirdə özünə müsəlman deyən insanların kafir deyil, müsəlman 
olduğuna hökm verilməldir. Bu hamının qəbul etdiyi İslami bir qaydadır (mütərcim). 

 
 
60 
 
kəslərdən  ötrü  şəfaət  edə  bilər  və  Onun  heybətindən  qorxarlar.”
86
O, 
tövhiddən  başqa  heç  nəyə  razı  olmur.  Digər  bir  ayədə  deyilir:  “Kim 
İslamdan  başqa  bir  din  ardınca  gedərsə,  (o  din)  heç  vaxt  ondan  qəbul 
olunmaz  və  o  şəxs  axirətdə  zərər  çəkənlərdən  olar!”
87
Allah  bunu  ancaq 
tövhid əhlinə izacə verir”. 
Bu ifadədən İbn Əbdülvəhhabın zamanında Üyeynə və Dəriyyə xalqı 
istisna  olmaqla  heç  kimin  Cənnətə  girə  bilməyəcəyi  anlaşıla  bilər.  İbn 
Əbdülvəhhabın  bu  sözü  övliya  ilə  təvəssülü  caiz  görən  və  onlardan  şəfaət 
istəyənlərin  dolayı  yolla  təkfir  edilməsinə  şərait  yaradır.  Onlar  isə  alimlər 
və  xalqdır.  Burada  İbn  Əbdülvəhhabın  müxalflərindən  birinin  dediyinin 
doğru  olduğunu  qeyd  edirəm.  Bu  barədə  Dr.  Əbdüləziz  ibn  Əbdüllətif 
“Dəavəl-Münaviin”  adlı  kitabında  İbn  Əbdülvəhhaba  isnad  edərək  yazır: 
Qiyamət  günündə  Peyğəmbərin  (s.ə.s)  yanında  Üyeynədən  olan  bir 
qrupdan başqa heç kim olmayacaqdır”.   
Dr. Əbdüləziz ibn Əbdüllətif yuxarıda qeyd olunanlara qarşı ümumi 
bir  rədd  cavabı  yazdı.  İbn  Əbdülvəhhabın  sözünün  nəticələri  üzərində 
durmadı.  İbn  Əbdülvəhhab  şəfaəti  “müvahhidlər”  deyə  adlandırdığı  öz 
tərəfdarlarından  başqa  hamıya  haram  etdi.  Bunlardan  başqa,  onların 
müsəlman  olmadığına  dair  dəlil  gətirdi.  Yuxarıda  qeyd  edilən  ayədən  də 
göründüyü kimi onun məntiqinə görə,  İslamdan başqa dinə tabe olanın da 
dini qəbul edilməyəcək. İslam aləmində yaşayan müsəlmanlara gəlincə (İbn 
Əbdülvəhhabın  Nəcddəki  və  ona  bağlı  yerlərdəki  tərəfdarlarından 
başqaları), İslama deyil, digər bir dinə bağlıdırlar!
88
 
Bu təkfirin və təhlükənin ən yüksək  həddidir. Çünki uzun zamandır 
İslam aləmində bidətlər və xurafatlar, alimlər və şərhçilər, cahillər və avam 
vardır.  Ancaq  onların  küfrdə  olduqlarını  deməyimiz  doğru  deyil.  İbn 
Əbdülvəhhabın  zamanında  yaşayanlar  da  müsəlmanlar  idi.  Şamda 
səlibçilərin,  Şərqdə  monqolların,  Əndəlüsdə  fransızların  basqını  zamanı 
onlara ağladıq. Ancaq  İbn Əbdülvəhhabın sözünə  görə, bunu etmək  lazım 
deyildi. Çünki bu müşriklər İslamdan başqa bir dinə bağlı idilər, onda niyə 
                                                 
86
 “Ənbiya” surəsi, 28. 
87
 “Ali-İmran” su, 85. 
88
 Bunun isbatı sənədlərlə bərabər  (İbn Əbdülvəhhab və digər dəvət alimlərinin fətvaları)  göstəriləcək.  

 
 
61 
 
onların  halına  yanaq  ki?!  Düşdüyü  xətalara  baxmayaraq,  bu  cür  təkfir 
ittihamları İbn Teymiyyədə belə yox idi. Avam içində cəhalətin yayılması, 
alimlərin  insanları  saf  tövhidə  dəvətindəki  zəiflik  baxımından  İbn 
Teymiyyənin yaşadığı dövr İbn Əbdülvəhhabın zamanına oxşayırdı. Lakin 
zəiflik  və  cəhalət onları  ancaq nöqsan, cəhalət və günahla yad etməyimizi 
şərtləndirir.  Dindən  çıxaran  küfr  ittihamına  gəlincə,  bu,  tamamən  fərqli 
məsələdir.  Təkfir  böyük  ittihamdır.  Xalqları  Allahın  dinindən  çıxarmaq 
daha böyük və şiddətli ittihamdır.    
Son  zamanlarda  yaşayan  xaricilər  (İbaziyyə  məzhəbinin 
nümayəndələri-mütərcim) İbn Əbdülvəhhab və onun davamçılarının (onun 
öz  fətvalarında)  avama  və  alimlərə  küfr  ittihamları  etdikləri  kimi  avamı 
təkfir etməz və onların qanlarını halal saymazlar. 
Allah  onu  bağışlasın!  Bir  çox  xeyirə  vəsilə  oldu.  Ancaq  qəbilə 
təəssübünə görə radikal, şərli-şübhəli işlərə girişdi. Bir çox bidət və xurafatı 
ortadan qaldırsa da, ifrata çatanda bidət yerini təkfirə buraxdı! 
Bəzi  qardaşlarımız:  “Bu  böyük  İslam  vətəninin  onun  fəziləti  ilə 
(Allahın  lütfündən  sonra)  meydana  gəldiyi  halda  İbn  Əbdülvəhhabın 
üslubunu necə tənqid edək?”, - deyirlər. 
Şübhəsiz  bu,  İbn  Əbdülvəhhabı  yaxşı  göstərməkdir.  Biz  bunu 
müqəddimədə qeyd etdik. İxlaslı insanlar bunu yaddan çıxarmazlar. Bəlkə 
də,  İbn  Əbdülvəhhabın  dəvəti  və  yarımadada
89
müsəlmanlarla  savaşı 
olmasaydı,  Qırmızı  dənizdən  Boğazadək,  Şamın  cənubundan  Yəmənə 
qədər (səudiyyəlilər) birləşməzdilər.  Ancaq nəticənin gözəlliyi başlanğıcın 
doğruluğunu  ortaya  çıxartmaz.  Nəticələrin  naqis  müqəddimələrin  üstünə 
inşa edildiyində belə gözəl olması mümkündür. Bunu məntiqdən məlumatlı 
olanlar və digərləri daha yaxşı bilir. Yəni bir idarəçi oğrunun əlini kəsmək 
əvəzinə onu öldürsə, əlbəttə ki, oğurluq azalar. Oğurluğun azalması ya da, 
ümumiyyətlə  olmamasına  görə  idarəçini  tərifləyənlər  tapılacaq.  Ancaq 
onun  etdiyi  şəri  nəsslərə  ziddir.  Bir  gün  onun  hərəkətinin  mənfi  təsirinin 
                                                 
89
 Yarımadada  yaşayan,  özlərinə  müxalif  olanları  təkfir  etmək  məsələsində  İbn  Əbdülvəhhab  və  dəvət 
alimlərini təqib  etmirik. Bütün müsəlmanlar nə kafirdilər, nə  də bütlərə ibadət edirlər. Nə Peyğəmbər 
(s.ə.s) və övliyanı  sevənlər, nə də təkfir və qanların halal olmağına dair izah edənlər kafir deyildir.  

 
 
62 
 
ortaya  çıxması  qaçınılmazdır.  Çünki  Allahın  şəriəti  kamildir.  İki  ifrat 
arasında orta yolda olmayan şəri hökm yoxdur. 
Bir idarəçi işıqfordan keçən və sürətli maşın sürənlərin əllərini kəssə, 
şübhəsiz  yol  qaydalarına  riayət  olunar  və  ölumlər  olmaz.  İndiki  dövlətlər 
buna çox təəccüb edərlər. Bu qərarı tərifləyənlər hakimin qərarından sonra 
ölümlərin  ildə  altmış  mindən  sadəcə  on  beşədək  azaldığını  deyər! 
Yaralıların və fiziki qüsurluların sayı da ildə səksən altıdan birədək azalar! 
Ancaq  bu  qərarın  şəri  və  qanuni  tərəfi  ilə  bağlı  fikriniz  nədir?  Bir 
müddət  sonra  hansı  təzadlı  məqamları  ortaya  çıxarar?  Şəriət  alimləri, 
tarixçi, sosioloq, hüquqşünasların bu suala necə cavab verəcəkləri aydındır. 
    Bidət  və  xurafata  görə  də  müsəlmanların  öldürülməsi  caiz  deyil. 
Çünki  öldürmək  ancaq  şəri  nəsslə  (açıq  dindən  dönmək,  yol  kəsmək, 
nizama qarşı gəlmək) mümkündür. Ancaq nəss olmadan bu günahı işləmək 
bidət və uydurmalardan çox daha pisdir. 
Təkfir mövzusunda bu ifrat bizi İbn Əbdülvəhhabın ibarələrini tənqid 
etməyə  sövq  edir.  Bəziləri  bəsit  görsə  belə,  onun  əsərlərinin  zərərı  İbn 
Əbdülvəhhabın  ətrafında  olan  təhlükədən  daha  böyükdür.  Problem  ondan 
ibarətdir  ki,  bu  gün  təkfir  mövzusunda  fətvalarımız  onun  görüşlərinə 
tamamiylə ziddir.
90
Buna baxmayaraq, biz insanları təkfirdə ifrata yol verən 
İbn  Əbdülvəhhabın  fətvalarına  iman  etməyə  məcbur  edirik.  İbn 
Əbdülvəhhabın mürciənin görüşü kimi qələmə verdiyi təkfir əleyhinə olan 
fətvalarımız  onu  rədd  edən  rəqiblərinin  fikirlərinə  uyğundur.  Bu, 
(vəhhabilyin yol verdiyi) təzadların bir araya toplanmasıdır!
91
 
Əgər biz qəbul etsək ki, İbn Əbdülvəhhab ictihad zamanı xəta etdi, o 
zaman  bu  təzad  ortadan  qalxar.  Nə  dinimiz,  nə  dünyamız  dağılar.  Din 
səhabələrin xətalarından sarsılmadı.  İbn  Teymiyyə,  İbn Qeyyim  və  ya  İbn 
Əbdülvəhhabın xətalarından necə sarsıla bilər?! 
                                                 
90
 Bu  gün  mötədil  hesab  olunan  vəhhabi  alimləri  “xavaric”  adlandırdıqları  ifrat  vəhhabiləri  təkfirdə 
ifratçılığa  yol  verdikləri  üçün  tənqid  edir  və  təkfir  əleyhinə  əsərlər  yazırlar  və  İbn  Əbdülvəhhabın 
yolunun  təkfirin  əleyhinə  olduğunu  israrla  qeyd  edirlər.  Halbuki,  Məhəmməd  ibn  Əbdülvəhhabın 
əsərləri təkfirlə doludur. 
91
 İbn  Əbdülvəhhabın  inkar  etdiyi  müasir  alimlərin  (təkfir  şübhələrini  rədd  edən)  fətvalarını  nəzərdə 
tuturam. Bunlardan ən açıq olanı idarəetmə məsələsidir. 

 
 
63 
 
İbn  Əbdülvəhhabıın  təkfirlə  bağlı  xətalarını  açıqlamaq  faydalı  və 
zəruridir.  Çünki  ümumi  sələfi  cərayanına  mənsub  olanlar,  xüsusilə 
Səudiyyə  alimlərilə,  elm  tələbələri  müsəlmanları  təkfirə  meyl  edən  İbn 
Əbdülvəhhabın  və dəvət  alimlərinin fətvalarından bəhrələniblər.  Şübhəsiz, 
onların  çoxu  bundan  təsirləniblər.  Üstəlik  Səudiyyədən  kənarda  yaşayan 
bəzi sünnü məzhəb nümayəndələrinə də sözdə Allaha dəvət fəaliyyətləri adı 
altında təsir etdilər. 
“Durər”  kitabını oxuyan bunu daha yaxşı  anlayar. Bu  kitabda cihad 
mövzusunda  iki  böyük  cild  var.  Hamısı  da  müsəlmanlara  qarşı  cihaddan 
bəhs edir. Orada gerçək kafirlərlə cihadla bağlı (bəzi müsəlman ölkələrinin 
kafir  işğalçılar  tərəfındən  istila  olunmasına    baxmayaraq)  bircə  hərf  belə 
yazılmayıb. 
 Əmir  Fəysəl  ibn  Türkinin  övladları  arasında  (Abdullah  və  Suud) 
ixtilaf  yarananda  dəvət  (sələfi-vəhhabi)  alimləri  arasında  da  qarşılıqlı  küfr 
meydana gəldi. Hər əmirin yanındakı alimlər digər tayfanı təkfir edirdi. Bu 
qarışıqlıq  müsəlmanları  təkfir  mövzusunda  geniş  üfüq  açan  İbn 
Əbdülvəhhabın  metodunun  qaçınılmaz  təbii  nəticəsi  idi.  Hər  qrup  öz 
fikirlərini dəstəkləyən bir görüş tapmışdı. 
İnsanlara  təkfir  damğası  vuran  Nəcddəki  “İxvan  hərəkatı”
92
,  Ulya, 
Mehya, Hamra, Vəşm və digər yerlərdəki radikal qruplar (başqa bir adları 
“Əl-Haram  hərəkatı”)  yerli  mədəniyyətə  yad  deyildilər.  Biz  onların  İbn 
Əbdülvəhhabın  üslubu  nəticəsində  ortaya  çıxdığını  söyləyirik.  İstəyən 
bunların qaynaqlarına baxar və ətraflı öyrənə bilər. 
İbn  Əbdülvəhhabın  bu  vətən  (Səudiyyə  Ərəbistanı  nəzərdə  tutulur. 
Tərc. ) üzərində haqqı, ictihadı, qəbahəti və yaxşılıqları vardır. Ancaq onun 
əsərlərində  müsəlmanların  təkfir  edildiyi  açıq  həqiqətdir.  Bu  xətaları  rədd 
və ya onları etiraf etsək, bunun bizə nə zərəri olar? İslah etmək istəyən İbn 
Əbdülvəhhab ictihad etdi və yanıldı. Niyə geridə qalan Səudiyyə cəmiyyəti 
bu  xətanın  təhlükəli  nəticəsinə  dözsün  ki?  İslahatçının  və  ya  bir  alimin 
xətasını  rədd  edən,  ya  da  onun  metoduna  olduğu  kimi  müraciət  etməyə 
çalışan birisinə qarşı yürüdülən bütün bu savaş nə üçündür?! 
                                                 
92
Bu  ixvan  hərakatının  Misirdə  ortaya  çıxan  “İxvan  əl-müslimin”-lə  əlaqəsi  yoxdur.  Bu,  vəhhabilyi 
bütün Ərəbistan yarımadasına yaymaq məqsədilə qurulan İxvan hərəkatıdır.  

 
 
64 
 
XVIII 
Otuz altıncı səhifədə deyilir: “Əgər o (təvəssülü qəbul edən) desə ki, 
“Şirk  bütlərə  ibadət  etməkdir,  biz  isə  bütlərə  ibadət  etmirik”,  onda  belə 
de:  “Bütlərə  ibadət  etməyin  mənası  nədir?  Taxtaların  və  daşların 
yaratmasına,  ruzi  verməsinə,  işləri  nizamlamasına,  dualarını  qəbul 
edəcəyinə  onların  inandıqlarınımı  zənn  edirsən?  Bunu  Quran 
yalanlayır”. 
Bütlərə ibadət,  səcdə və dua  etmək, ehtiyaclarını istəmək  nübüvvəti 
inkar  etməkdir.  Müsəlman  nə  vəliyə,  nə  də  nəbiyə  namaz  qılmaz,  İslamın 
və imanın rükünlərini iqrar edər, öldükdən sonra dirilməyə, hesaba, Cənnət 
və Cəhənnəmin varlığına iman edər. 
İbn  Əbdülvəhhabın  sözlərində  qəribə  bir  ümumiləşdirmə  var.  Otuz 
yeddinci  səhifədə  deyilir:  “Şirk  daşlardan  və  binalardan  olan  qəbirlərin 
və  bənzərlərinin  yanında  etdiyiniz  hərəkətdir”.  Daha  sonra  belə  deyir: 
Onlar ona (qəbrə, türbəyə) dua edər, ona qurban kəsər və belə deyərlər: 
“  O,  bizi  Allaha  daha  da  yaxınlaşdırır  və  onun  bərəkətiylə  (bəlalar) 
bizdən  uzaqlaşır”.  Bu  cür  bir  mənzərənin  (İbn  Əbdülvəhhabın  nəql  etdiyi 
növdən)  ola  biləcəyinə  şübhə  edirəm.  Əgər  olsa  belə,  çox  nadirdir. 
Övliyanın  qəbirlərindən  bərəkət  istəmək  və  oxşar  vəziyyət  günümüzdə  də 
vardır.  Ancaq  bu  dindən  çıxaracaq  böyük  şirk,  ya  da  küfr
93
 deyil,  sadəcə 
bidətdir.  Zəhəbi  və  bəzi  alimlər  buna  icazə  vermiş,  “filankəsin  qəbri 
sınanmışdır”,-demişlər.  Onlar  kafirdirmi?  Fərqli  bölgələrdə  sadə  insanlar 
hazırda  da  bu  inancı  davam  etdirirlər.  Ancaq  onlar  kafir  deyillər.  Bu 
bölgələrdə  yaşayan  insanların  hamısı  inkar  etmədikləri,  küfr  edənləri 
əngəlləmədikləri və  küfr diyarından hicrət etmədikləri üçün necə  kafir ola 
bilər? Bu tamamilə fərqli bir məsələdir.  
Bu gün bəzi qəbirlərin bərəkətinə inanan, sehr, kəhanət kimi batil və 
küfr inancları olmayan nə bölgə, nə də dövlət yoxdur. Ancaq bunu etməyən 
insanların  (“kafirin  küfrünə  şübhə  edən  də  kafirdir”  dəlilinə  isnad  edərək) 
təkfir olunmasını lüzümlu etməz. Xüsusən də, əsrlər boyu bu qəbil insanlar 
çoxluq  təşkil  etmişlərsə.  İbn  Əbdülvəhhab  “mane  olmayanlar  edənlər 
                                                 
93
 Zəhəbi bunu caiz görür. 

 
 
65 
 
kimidir”  dəlilindən çıxış edərək, yuxarıda qeyd edilən məsələlərin olduğu 
bütün bölgə xalqını təkfir edir.  
İbn Əbdülvəhhabın sözünə görə, Hicaz, Əsir, Sədirdə meydana gələn 
hadisəni  bildiyin  zaman  bunu  o  bölgənin  bütün  sakinlərinə  şamil  edib, 
onları  təkfir  etmək  və  onlarla  savaşmaq  lazımdır.  Onun  məntiqinə  görə, 
bəzilərinin  təbərrük  etdiyi  qəbirlər  bütdür.  Onlar  azanı  bilsələr,  namaz 
qılsalar, oruc tutsalar, dinin əsaslarını yerinə yetirsələr və Allahı zikr etsələr 
belə,  ölkələri  şirk  diyarıdır!  Bu  əməllərin  heç  birinin  İbn  Əbdülvəhhabın 
nəzərində dəyəri yoxdur. Çünki onları müşrik kimi görür. “Onların etdikləri 
hər hansı bir (yaxşı) əməli Biz qəsdən (havadan uçan) dağınıq zərrələrə (toz 
dənələrinə) döndərərik!”.
94
 
(Vəhhabi)  hərəkatının  ilk  növbədə  siyasi  olduğunu  qəbul  edənlər 
üçün  İbn  Əbdülvəhhaba  boyun  əyməyən  bölgələrdə  təkfirin  belə 
genişləndirilməsi  və  ümumiləşdirilməsi  dəlil  təşkil  etməməktədir.  Çünki 
bunlar  İbn  Əbdülvəhhabın  bütünlükdə  Hicaz  xalqının  qəbirlərə  qurban 
kəsməyə və onlara dua etməyə izn verdiyini iddia etməsini anlaya bilmirlər. 
Bu,  ancaq  fərdi  şəxslərlə  məhdudlaşa  bilər.  Hicazın,  Harameynin  tarixi, 
orada  yaşamış  alimlərinin  və  öndə  gələn  şəxsiyyətlərin  bioqrafiyası 
ortadadır.  İbn  Əbdülvəhhabın  nəql  etdiyi  sözü  nə  özündən  öncə,  nə 
zamanında,  nə  də  sonralar  onlardan  kimsə  söyləməmişdir.  Nəcdin 
tarixindən şübhə edən olsa belə, Hicazın tarixindən heç kim şübhə etməz. 
İbn  Əbdülvəhhabın  Hicazla  əlaqəli  bildirdiklərinin  tarixi  həqiqətləri 
(Hicazla  əlaqəli  yazılan  bütün  əsərlər  buna  sübutdur)  əks  etdirmədiyini 
görürük.  Vəhhabilərin  Nəcd  haqqında  söylədiklərinin  də  həqiqətə  uyğun 
olmadığı  nəticəsinə  gəlirik.  Əsrlər  boyu  ideoloqlar  tarixi  daraldır  və  bəzi 
məsələlərdə ümumiləşdirirlər. İstər keçmiş, istərsə də öz əsrlərınə dair tarixi 
hadisələr,  rəqabətlər  və  savaşlar  haqqındakı  açıqlamaları  barədə  naqis 
araşdırmalar  aparırlar.  Bununla  yanaşı,  ideoloqlar  hansı  qrupdan  olursa-
olsun dəvət etdiklərinə xidmət üçün tarixi həqiqətləri təhrif edirlər.
95
 
                                                 
94
 “Furqan” surəsi, 23 
95
 Onların Abdullah ibn Səbə adlı birisinin fitnə səbəbiylə əfsanəvi rolu olan şəxsiyyət kimi açıqlamaları da 
bu qəbildəndir. Bu əfsanəni ortaya atan Seyf ibn Ömər xaricində bütün tarixçilər onun uydururmuş persona 
olması  barədə  fikir  birliyindədirlər.  Hənbəlilərin  İslam kəlam  məzhəbi  olan Mötəzilənin  yunanca  fəlsəfə 
kitablarının tərcümə olunmasından sonra ortaya çıxması fikrini müdafiə etdikləri kimi. Bu fikir də doğru 

 
 
66 
 
Bəzi alimlərə görə (onlardan bəziləri Zəhəbi kimi sələfi olduqları ilə 
qürür  duyduğumuz  alimlərdir)  övliyaya  təbərrük  və  qəbirlərin  üzərində 
türbə tikilə bilər. 
Əgər  Zəhəbi  İbn  Əbdülvəhhabın  müasiri  olsaydı  (övliyaya  təbərrük 
və qəbir üzərində türbə tikilməsini  caiz gördüyü üçün), onu küfrlə ittiham 
edib və qətlini vacib hesab edəcəkdik?! 
Əgər “bəli”,- desəniz, onda bu görüşü rədd etmiş olarsınız və beləcə 
bizdən (sələfilərdən) başqaları ilə olan düşümənçiliyiniz açıqlığa qovuşar. 
“Xeyr”,-  desəniz,  deməli  bu  əməllərə  görə  təkfirin  və  savaşın  caiz 
olmadığı  mövzusunda  bizimlə  eyni  görüşü  paylaşırsınız.  Bəli,  təkfir  və 
qılınca  müraciət  etmədən  (hər  hansı  bir  görüşün)  xətalı  olduğunu  qəbul 
etmək və ya onu inkar etmək olar. 
 
XIX 
Otuz doqquzuncu səhifədə deyilir: “Qardaşlarının bağırdıqları kimi 
bağırırlar, belə ki, ayədə bu cür deyilir: “Əcaba, o, (Allahdan başqa heç 
bir  tanrı  yoxdur  deməklə)  tanrıların  hamısını  bir  tanrımı  edir?  Bu, 
doğrudan da, çox təəccüblü bir şeydir”
96
. 
Bu  (görüş),  onun  fikirlərinə  qarşı  çıxanların  küfrünü  ehtiva  edir. 
Onlara  edilən  bu  töhmət  heç  bir  zaman  doğru  deyildir.  Yer  üzündə  bu 
kəlamı söyləyən, onu kafirlərin sözü kimi ayədən oxuyan sonra da onların 
dedikləri  kimi  (Tanrıların  hamısını  bir  tanrımı  edir?)  deyən  heç  bir 
müsəlman yoxdur. 
 
 
                                                                                                                 
deyil,  çünki  Mötəzilə  Məmun  dönəmində  olan  tərcümə  fəaliyətlərindən  öncə  meydana  gəlmişdi. 
Vəhhabilərin  də  Nəcd,  Hicaz  və  digər  İslam  diyarları  haqqında  (cahiliyyə  adətlərini  yaşadaraq  bütlərə 
ibadət  edirlər  və  şirkləri  Qureyş  kafirlərinin  küfrünü  keçdi)  söylədiklərini  də  buraya  aid  edə  bilərik.  Bu 
şərhləri ideoloqlar tarixi bilməyən insanlara deyirlər və onlar da bunu həqiqət zənn edib inanır, sonra da 
onlara  tabe  olurlar.  Son  dövr  vəhhabiləri  Nəcdin  dəvətdən  öncə  şirkdə  olmadığını  etiraf  edirlər.  Çünki 
özləri  Nəcd  və  Hicaz  alimlərinin  bioqrafiyalarını  yazaraq  onların  (Nəcd  və  Hicaz  xalqının)  müsəlman 
olduqlarını  deyirlər.  Bunun  üçün  Şeyx  Bəssəmın  “Ulamau  Nəcd  xilələ  səməniyyəti  qurunin  (Səkkiz  əsr 
boyunca  Nəcd alimləri)” adlı  kitabının  başlanğıcına baxmaq  kifayətdir.  Kitabın adı  yetərlidir.  Vəhhabilik 
üç əsrdən də az bir müddət bundan əvvəl (hicri on ikinci əsrin ortasında) ortaya çıxıb. 
96
 Sad surəsi, 5. 

 
 
67 
 
XX 
Otuz  doqquzuncu  səhifədə  yazılır:  “Günümüzdə  müşriklərin 
“etiqad”  deyə  adlandırdıqları  şeyin  Quranın  bildirdiyi  şirk  olduğunu  və 
Peyğəmbərin  (s.ə.s)  bu  səbəblə  insanlara  qarşı  savaşdığını  öyrəndinsə, 
onda bil ki, ilk dövrdəki müşriklərin şirki günümüzdəkilərin şirkindən iki 
cəhətdən daha zəif idi". 
Bu  onun  metodunu  qəbul  etməyən  dövrünün  müsəlmanlarına  qarşı 
açıq  küfr  ittihamıdır.  Çünki  etiqad  kəliməsini  alimlərdən  və  seçilmiş  elm 
tələbələrindən başqası bilmirdi. Bunların şirki Qüreyş kafirlərinin şirkindən 
daha böyükdürsə, digər müsəlmanların vəziyyəti necə olar?  
 
XXI 
Qırx  üçüncü  səhifədə  deyilir:  “Peyğəmbərin  (s.ə.s)  savaşdıqları 
bunlardan daha ağıllı və daha az şirkə sahib idilər". 
Bu da açıq təkfirdir. 
 
XXII 
Qırx  üçüncü  səhifənin  davamında  deyilir:  “Bil  ki,  bunların  qeyd 
etdiklərimiz  haqqında  irəli  sürəcəkləri  bir  şübhə  vardır.  Bu  onların  ən 
mühüm  şübhələrindədindir.  Onların  cavablarına  diqqət  et.  Onlar  belə 
deyirlər:  “Quranın  haqqında  nazil  olduğu  insanlar  Allahın  birliyinə 
şəhadət  etməzlər,  elçisini  təkzib  edər,  öldükdən  sonra  dirilməni  inkar 
edər, Quranı yalanlayar və onu sehr sayardılar. Biz isə Allahın birliyinə 
və  Məhəmmədin  onun  elçisi  olduğuna  şəhadət  edirik.  Quranı  təsdiq 
edirik,  öldükdən  sonra  dirilməyə  inanırıq,  namaz  qılırıq,  oruc  tuturuq. 
Necə bizi onların oxşarı sayırsan?” 
İbn Əbdülvəhhab bu dəlilə belə cavab verir: “Kimsə Peyğəmbəri (s.ə.s) 
bir məsələdə təsdiq edib, digərində inkar edərsə, kafirdir və İslamdan çıxmış 
hesab  olunur.  Bu  mövzuda  bütün  alimlər  həmfikirdir.  Eyni  zamanda, 
Quranın  bir qisminə  iman  edib,  digər qismini  inkar  edənin, Tövhidi  təsdiq 
edib,  namazın  vacibliyini  rədd  edənin  də  vəziyyəti  belədir  (sonra  bunun  bir 
nümunəsini  verir).  Allah  Qurani-Kərimin  bir  qisminə  iman  edib,  digər 

 
 
68 
 
qismini inkar edən həqiqi kafir adlandırır. Bu səbəbdən o (bunu inkar edən 
şəzs) qeyd olunana (təkfir olunmağa) layiqdir..”. 
İbn  Əbdülvəhhabın  bu  fikri  çox  qəribə  və  heyrətamizdir! 
Peyğəmbərin  (s.ə.s)  dediyini  bəsit  qəbul  edərək  lağ  edənlə,  onun 
dediklərinə  etiqad  bəsləyən,  ya  da  gətirdiklərinin  bir  qismini  təvil  yoluyla 
tərk edən, cəhalətindən buraxan və ya hökmünün ortadan qalxdığını, sadəcə 
konkret  bir  hadisə  ilə  bağlı  olduğunun  qeyd  edildiyini  zənn  edən  arasında 
çox böyük fərq vardır. Bu  məsələnin birinci tərəfidir. 
 İkincisi,  bunlar  İbn  Əbdülvəhhabın  verdiyi  misallarda  olduğu  kimi 
(namazı,  zəkatı,  həcci  tərk  etmək  və  ya  Quranın  bir  qisminə  iman  edib, 
digər qismini inkar etmək kimi) dinin zəruri şərtlərini inkar etmirlər. 
Üçüncüsü,  əgər  İbn  Əbdülvəhhab  alimlərin  ixtilaf  etdikləri 
məsələləri  gözdən  keçirsəydi  (o  kitablardan  bəlkə  də  ən  məşhuru  İbn 
Teymiyyənin  “Rəful-Məlam”
97
 kitabıdır),  müxaliflərin  mövqeyini  bilmiş 
olardı.  Onlar  nə  bir  şeyi  əmr  etdilər,  nə  də  ki  qadağan.  O  zaman  bu  cür 
demək  caizdirmi?  Onlar  Allahın  Elçisinin  (s.ə.s)  gətirdiyini  inkar  etdilər? 
Onlar  təvil  edənlərdir,  inkar  yox.  Burada  lovğalanmağa  dayanan  inkarla, 
dəlil  və  şübhənin  meydana  gətirdiyi  təvil  ya  da  zəifliyinə  dair  bir  dəlil 
görüb bir  əməli  tərk  etmək  arasında  böyük  fərq  vardır.  Bu  onların  kitabın 
bir  qisminə  iman  edib,  digər  qismini  yalanladıqlarına,  ya  da  Peyğəmbərin 
(s.ə.s) gətirdiyinin bəzisinə inanıb, bəzisini rədd etdiklərinə dəlalət etməz!  
Eyni zamanda, İbn Əbdülvəhhab insanların məlumatsızlığını-cəhaləti 
də nəzərə almamışdır. Çünki  məlumatsız-cahil insanı küfrlə ittiham etmək 
yasaqdır.  İbn  Əbdülvəhhabın  metoduna  qalsa,  gərək  fərqli  görüşdə  olan 
alimlərin  bir-birlərini  Rəsulun  (s.ə.s)  gətirdiklərindən  bir  şeyi  inkar 
etdiklərini iddia edərək təkfir etməsi də mümkündür. Alimlərdən biri deyər 
ki, “mənə görə bunun mənası bu deyil, ya da onun mənası bu cürdür”, qarşı 
tərəfsə başqa cürdür deyər.
98
 
                                                 
97
Pisləmələrinin qaldırılması 
98
İbn Əbi Zibin İmam Malikin “Alan da, satan da sərbəstdir” hədisini rədd etməsi haqqında dediyi kimi: 
“ (Hədisi qəbul etmədiyi üçün Malikdən) Tövbə etməsi tələb olunar, əks halda boynu vururlar?! Dəlili 
də budur ki, o hədisi rədd etdi,  ya da Peyğəmbərin (s.ə.s) gətirdiyindən bir şeyi tərk etdi.  Bu İbn Əbi 
Zibin dar görüşlülüyüdür. Çünki İmam Malik hədisi tərk etmədi, onun hökmünün ortadan qalxdığını, ya 
da oxşar bir düşüncə içində olduğunu bildirmişdi. Allah ikisinə də rəhmət etsin. 

 
 
69 
 
İbn  Əbdülvəhhabın  yuxarıdakı  sözləri  onun  ehkam  məsələlərində 
praktikada olanı qorumaq naminə qələmə almadığına dəlalət edir. Cəhalət, 
təvil  kimi  təkfirə  mane  olan  məsələlərdən  də  bəhs  etməmişdir.  Sadəcə 
məcburiyyət  məsələsini  etiraf  edir.  Bu  maneələr  və    məsələləri  diqqətə 
almamaq, şübhəsiz danışanı asanlıqla təkfirə düşürmək deməkdir.
99
 
Sonralar  onun  yaratdığı  bu  qayda  bütün  müsəlman  qruplarına  şamil 
edildi. Vəhhabilər bu qruplara bu cür deyirlər: “Kafirlərin başında gələnlər 
sizsiniz.  Siz  kitabın  bir  qismini  inkar  etdiniz.  Müsəlmanların  qanının 
ismətini,  təkfirin  olmadığını  iddia  etdiniz  və  siz  bunlara  görə  kitabın  bir 
hissəsinə  inandınız,  digər  qismini  isə  qəbul  etmədiniz!  Buna  həqiqətlərlə 
dəlil gətirir və deyərlər: “Bu təkfir və savaş sizə qarşıdır”.  
Günümüzdə  ölkəmizdə  (Səudiyyə  Ərəbistanında  tərc.)  və  bir  çox 
ərəb ölkələrində bunun nümunələrini görürük. 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin